ÜMUMİ MÜDDƏALAR
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanununa, digər normativ hüquqi aktlarına müvafiq olaraq işlənib hazırlanmışdır və “Bakı Sığorta” ASC-nin bağladığı bütün Montaj sığortası müqavilələrinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir.
.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA SİNFİ
1.1 Bu Qaydalarla müəyyən edilmiş sığorta növü üzrə sığorta predmeti kimi istənilən daşınar və daşınmaz əmlak çıxış edə bilər.
1.2 Bu Qaydalarla müəyyən olunan sığorta növü əmlakın yanğından və digər risklərdən sığortası sinfinə aiddir.
2. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
2.1 Bu sığorta Qaydaları ilə sığorta müqaviləsində göstərilən əmlaka, sığorta müddəti ərzində, montaj sahəsində olduqları zaman və inşaat işləri aparılarkən, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə burada göstərilən istisnalar nəzərə alınmaqla təminat verilir.
3. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ TƏMİNATA DAXİL EDİLƏ BİLƏN HALLAR (RİSKLƏR)
3.1 Əlavə sığorta haqqı müqabilində aşağıdakılar sığorta təminatına daxil edilə bilər:
3.1.1 Montajda istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti tikinti barakları və köməkçi tikililər;
3.1.2. üçüncü şəxslərə dəyən zərərlərə görə sığortalıya keçəcək hüquqi cavabdehliklər;
3.1.3. hadisə nəticəsində meydana gəlmiş uçuq və dağıntıların aradan qaldırılması üçün çəkilən xərclər;
3.1.4. təminatın əhatə dairəsinə daxil xxxx səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləmənin haqları;
3.1.5. tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlərin səbəb olduğu bütün növ zərər və ziyanlar;
3.1.6. dörd həftədən artıq davam edən sınaq müddətində meydana gələn ziyan və zərərlər.
Qeyd: Sığorta təminatı sığorta şəhadətnaməsində yazılmaqla yuxarıda göstərilən risklərdən biri və ya bir neçəsi üçün verilə bilər.
4. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR (İSTİSNALAR)
4.1 Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
4.1.1 müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib- edilməməyindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində meydana gələn ziyan və zərərlər;
4.1.2. hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
4.1.3. səlahiyyətli orqanların sığortalanmış əmlakdan istifadə etməsi nəticəsində meydana gələn ziyan və zərərlər;
4.1.4. montaj ediləcək avadanlıqların daxilində mövcud xxxx konstruksiya, detal çatışmazlığı, material azlığı, quraşdırma və montaj səhvləri (bu istisnalar qüsurlu detal və hissələrin təmir və montaj xərclərinə aiddir və bu səbəblər üzündən sığortalanmış digər avadanlıqlarda meydana gələcək ziyan və zərərlərə şamil edilmir);
4.1.5. aşınma, korlanma, çürümə və paslanmalar;
4.1.6. montaj məqsədilə istifadə olunan maşın, avadanlıq və dəzgahların mexaniki və ya elektrik nasazlığı və ya qırılmaları (bəhs olunan nasazlıq və qırılmaların digər sığortalanmış əmlaklarda meydana gətirəcəyi ziyan və zərərlər təminata daxildir);
4.1.7. inventar çatışmazlıqları;
4.1.8. sığortalının (sığortaolunanın) və ya onun adından fəaliyyət göstərən şəxsin qəsdən hərəkətləri və ya əlavə razılaşma yoxdursa, kobud səhvi;
4.1.9. montajı başa çatmış və ya sınaq müddəti bitmiş, eləcə də sifarişçiyə təhvil verilən və ya sifarişçi tərəfindən istifadə olunan hissələrdə birbaşa və ya dolayısı ilə meydana gələn ziyan və zərərlər;
4.1.10. montajın gecikməsinə, qismən və ya tamamilə dayandırılmasına, öhdəliyin yerinə yetirilməməyinə, müqavilənin ləğv edilməsinə və ya cəza şərtlərinin tətbiq edilməsinə görə dəyən zərərlər də daxil olmaqla gözlənilən gəlirin itirilməsi, estetik qüsurlar kimi bütün nəticə zərərləri;
4.1.11. montaj ilə əlaqədar xxxx bütün hava, avtomobil və su yolları nəqliyyat vasitələri;
4.1.12. nağd pul, qiymətli kağızlar (çek, veksel, səhm, istiqraz və s.) qaimə, sənəd qovluğu, borc iltizamları və hesabat işləri ilə əlaqədar bütün mühasibat sənədləri, montaj və qurğulara aid xxxx plan və layihələr.
5. SIĞORTA TƏMİNATININ MÜDDƏTİ
5.1 Təminat müddəti, sığorta müqaviləsində göstərilən başlanğıc tarixinin əsas olması şərti ilə sığorta müqaviləsinə əlavə olunmuş siyahıda göstərilən avadanlıq və ləvazimatların montaj sahəsinə gətirildiyi andan başlayır və sığorta müqaviləsində göstərilən başa çatma tarixində qurtarır. Xxxxx montajın bu tarixdən əvvəl qismən və ya tamamilə başa çatdırılıb sifarişçiyə təhvil verildiyi hallarda, həmin hissələrlə əlaqədar təminat müddəti başa çatmış olur. Bu təminatın əhatə dairəsinə daxil xxxx və inşaat sahəsinə gətirilən material və avadanlıqlar üçün nəqliyyat (xxx) sığortası vardırsa, həmin mallarla əlaqədar təminat, nəqliyyat sığortası başa çatdıqdan sonra başlanır.
5.2 Təminat müddətinə, sığorta müqaviləsində ayrı razılaşma olmadıqda, dörd həftəlik sınaq müddəti də daxildir. Bu zaman, istifadə olunmuş maşın və qurğuların montajı da sığortalanmış olarsa, həmin maşın və detallara sınaq müddəti təminatı verilə bilməz.
5.3 Sığortalı qurğuların bütövlükdə və ya hər hansı bir hissəsinin sınaqdan keçməsinin başlama tarixlərini ən azı 8 gün əvvəldən sığortaçıya yazılı olaraq bildirməlidir.
5.3.1 Montajın təminat müddəti sığorta müqaviləsində göstərilən tarixdən əvvəl başa çatdıqda sınaq dövrü, müddəti dəyişdirilmədən irəli çəkilir.
5.3.2 Montaj sığortasının təminat müddətinin sığorta müqaviləsində göstərilən müddətdən əvvəl sona çatacağını, sığortalı ən azı 8 gün əvvəldən sığortaçıya yazılı şəkildə bildirməlidir.
5.4 Müvafiq montaj işləri sığorta müqaviləsində göstərilən tarixdə başa çatmazsa, təminat müddəti, qarşılıqlı razılıq əsasında müəyyən edilən şərtlər və əlavə sığorta haqqı alınmaqla uzadıla bilər.
5.5 Bu Qaydalarla müəyyən edilmiş sınaq müddəti ərzində görülən iş dörd həftə ərzində sona çatdırılmadığı halda təminat müddəti, qarşılıqlı razılıq əsasında və əlavə sığorta haqqı alınmaqla uzadıla bilər.
6. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən (24:00) başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə (24:00) başa çatır.
7. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI
7.1 Sığorta müqaviləsi yazılı formada tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi (şəhadətnaməsi) adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması, həmçinin müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi yolu ilə bağlanıla bilər.
7.2 Sığorta müqaviləsinin məzmunu qanunvericiliyin tələblərinə uyğun tərtib edilir.
8. SIĞORTA MƏBLƏĞİ
8.1 Sığorta məbləği tərəflərin razılığı əsasında, əmlakın real bazar qiyməti nisbətində müəyyən edilərək sığorta müqaviləsində öz əksini tapır.
8.2 Əmlakın sığortasında sığorta məbləği həmin əmlakın sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır.
8.3 Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
9. AZADOLMA MƏBLƏĞİ VƏ GÖZLƏMƏ MÜDDƏTİ
Tərəflərin razılığı ilə sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.
10. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ
10.1 Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.
10.2 Bir tərəf buna ehtiyac yarandıqda digər tərəfə yazılı məlumat verməklə sığorta müqaviləsinin məzmununa nəzərdə tutulan dəyişiklikləri təklif edə bilər.
10.3 Tərəflər sığorta müqaviləsinə təklif edilən əlavə və dəyişikləri qəbul etmədikdə sığorta müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verə və ya müqavilənin əvvəlki şərtlərlə saxlaya bilərlər.
11. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
11.1 Sığorta müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
11.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
11.1.2. sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda;
11.1.3 sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
11.1.4 sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
11.1.5 sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
11.1.6 sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
11.1.7 sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
11.1.8 sığorta marağı artıq mövcud olmadıqda.
11.1.9 Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
11.2 Sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə
vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
11.2.1. Bu Qaydaların 11.1.-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
11.3 Tərəflərin qarşılıqlı razılığı olduqda sığorta müqaviləsinə dərhal xitam verilə bilər.
11.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi aşağıda göstərilənlərlə nəticələnir:
11.4.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
11.4.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməyi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
11.4.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
11.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 11.4.1-ci və 11.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
11.4.5. Sığorta müqaviləsi bu Qaydaların 11.1.9-cu bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 11.4.3-cü və 11.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
12. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞDİYİ HALLAR
12.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdiyi təqdirdə sığorta müqaviləsi sığortalının buna razılığı olduğu halda öz hüquqi qüvvəsində qalmaqla sığortaolunanın sığorta müqaviləsi ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçirilə bilər. Bu zaman sığortalı sığorta müqaviləsinə müvafiq dəyişikliklərin edilməsinə dair sığortaçıya müraciət edir. Bu şərt yerinə yetirilmədiyi halda sığortaçı məsuliyyətdən azad olur.
12.2. Sığortaçı bu Qaydaların 12.1 maddəsi ilə müəyyən edilmiş dəyişikliyi etməkdən imtina etməklə sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verə bilər.
13. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
13.1 Sığortalının hüquqları:
13.1.1 Sığortaçının sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
13.1.2 sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək;
13.1.3 sığortaçıya sərbəst müraciət etmək, risklərlə bağlı məsləhətləşmələr aparmaq;
13.1.4 bu qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
13.2 Sığortalının vəzifələri:
13.2.1 Sığorta haqqını sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
13.2.2 sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları sığortaçıya təqdim etmək;
13.2.3 sığorta müqaviləsi bağlanarkən özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
13.2.4 sığorta müqaviləsinin şərtlərinə əməl etmək;
13.2.5 sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
13.3 Sığortaçının hüquqları:
13.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin sığortalı və sığorta olunan tərəfindən sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
13.3.2 bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
13.3.3 sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
13.3.4 sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud sığorta müqaviləsinə xitam vermək;
13.3.5 subroqasiya qaydasında üçüncü şəxslərdən zərərin əvəzinin ödənilməsini tələb etmək;
13.3.6 bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
13.4 Sığortaçının vəzifələri:
13.4.1 Müəyyən edilmiş müddətdə sığorta şəhadətnaməsini sığortalıya təqdim etmək;
13.4.2 sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişini həyata keçirmək və ya müqavilədən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
13.4.3 sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
13.4.4 sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində sığortalıya qaytarmaq.
14. SIĞORTALININ MƏLUMAT VERMƏ VƏZİFƏLƏRİ
14.1. Sığortaçı, bu sığorta müqaviləsini, sığortalının xxxxxx mahiyyətini tam bildirməsi şərti ilə təklif, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində yazdığı məlumatına əsasən bağlayır.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya bilər və ya:
14.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən bir ay ərzində müqaviləni poza bilər və bu müddət ərzində bir hadisə baş verərsə, buna görə sığorta ödənişi verməyə bilər. Müqavilə şərtlərinin pozulduğu hallarda sığortaçı sığorta haqqını qaytarmamaq hüququ qazanır;
14.1.2. Sığortalı bu hərəkəti bilmədən etmişdirsə və vəziyyət hadisə baş verməmişdən əvvəl məlum olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya xxxxxx ağırlaşma dərəcəsinə uyğun olaraq həmin vaxt üçün müəyyən edilən sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər.
ZƏRƏR VƏ ÖDƏNİŞ
15. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
15.1 Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
15.2 Sığortalı sığorta hadisəsi baş verdikdə, deyə biləcək ziyanın azalmasına dair mövcud imkanlar daxilində müvafiq tədbirləri həyata keçirməlidir.
15.2.1 Sığortalı tərəfindən qəsdən yol vermiş və ya qarşısı alınmamış ziyanlara görə sığortaçı məsuliyyət daşımır.
15.3 Sığorta hadisəsi baş verdikdən sonra sığortaçıya sığortalı tərəfindən təfsilatla hadisə barədə yazılı məlumat verilməli və hadisəyə dair tələb olunan sənədlər təqdim edilməlidir.
15.4 Sığortalı sığortalanmış əmlaka sığorta hadisədən dərhal sonrakı vəziyyətində sığortaçının baxış keçirməsi üçün şərait yaratmalı və sığortaçının razılığı olmadan əmlakın vəziyyətini dəyişdirməməli, hadisənin nəticələrinin aradan qaldırılması üçün heç bir addım (xilasetmə və ya zərərin azaldılmasına yönəldilmiş tədbirlər istisna olmaqla) atmamalıdır.
15.5. Sığorta olunmuş əmlak, eyni risklər və müddət üzrə başqa bir sığortaçıda də sığorta olunmuşsa, bunu sığortaçıya bildirməlidir.
16. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
16.1. Sığorta etdirilmiş əmlaklarda meydana gələn zərər və ziyanın məbləği sığorta müqaviləsinə uyğun olaraq, tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər razılığa gələ bilmədikləri təqdirdə, zərərin məbləği, bu sahənin işini bilən mütəxəssis mühəndislər arasından birlikdə seçilmiş ekspertlər tərəfindən müəyyən edilir.
16.2. Tərəflər, ödəniş məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ yalnız ekspertin rəyi ilə müəyyən edilir.
16.3. Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını özü ödəyir.
17. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ
17.1 Sığorta hadisəsini təsdiq edən və bununla xxxxx xxxx sənədlər sığortaçıya təqdim edildikdən sonra 15 iş günü müddətində sığortaçı müvafiq ödənişin edilməsinə dair qərar qəbul edərək sığortalıya yazılı məlumat verir.
17.2 Zərər dəymiş əmlakın təmir etdirilməsi, zərərin əvəzinin ödənilməsi və ya əmlakın digəri ilə əvəz edilməsinə dair qərar sığortaçı tərəfindən qəbul edilir.
18. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
Sığorta ödənişinin həyata keçirilməsi aşağıdakı sənədlərin sığortaçıya təqdim edilməsi ilə həyata keçirilir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• sığorta şəhadətnaməsi (sığorta müqaviləsi);
• baş vermiş hadisə ilə bağlı aidiyyəti orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və s.);
• sığorta hadisəsinin mahiyyətindən asılı olaraq digər sənədlər.
19. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
19.1. Sığortaçı aşağıda göstərilən hallarda sığorta ödənişindən tam və ya qismən imtina edə bilər:
19.1.1 sığorta müqaviləsi bağlandıqda sığorta riskinin qiymətləndirilməsi üçün sığortaçıya qeyri dəqiq məlumat vermişsə və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə xxxxxx dərəcəsində xxxx dəyişikliklər barədə sığortaçıya məlumat verməmişsə (sığorta hadisəsi ilə səbəb əlaqəsində xxxx), sığorta
müqaviləsi bağlanarkən sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün sığortalı sığortalanan zəruri və ona məlum xxxx bütün halları və məlumatları sığortaçıya bildirməmişsə;
19.1.2. sığortalı bu Qaydalarla onun üzərinə qoyulan vəzifələri yerinə yetirmədikdə;
19.1.3. sığortalı hadisənin baş verməsinə qəsdən şərait yaratdıqda və ya qəsdən zərərin həcmini artıran hərəkətlər etdikdə;
19.1.4. sığortalı sığorta hadisəsi ilə səbəb-nəticə əlaqəsində xxxx cinayət törətdikdə;
19.1.5. baş vermiş hadisə sığorta təminatına aid olmadıqda;
19.1.6. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
20. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
20.1 Sığorta ödənişinin məbləği, sığorta müqaviləsinə əlavə edilmiş cədvəldə hər bir hal üçün ayrılıqda göstərilən sığorta məbləğindən və bütün hallarda ümumi sığorta məbləğindən xxx olmamaq şərti ilə aşağıdakı şərtlər daxilində müəyyən edilir.
20.2. Montaj işi ilə əlaqədar xxxx dəzgah, material və işlərdə:
20.2.1. Qismən zərər halında:
Sığorta ödənişinin məbləği, sığorta olunmuş əmlakların hadisə baş verdiyi tarixdən bir gün əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb olunan xərclərin məbləği qədərdir. Bu xərclərə ehtiyat hissələrinin dəyəri, iş və nəqliyyat xərcləri, əgər varsa gömrük, vergi və rüsum xərcləri də daxildir. Ancaq bu cür ödəmələrin məbləği sığorta olunmuş əmlakların zərərin baş verdiyi tarixdən bir gün əvvəlki ümumi dəyərindən xxx xxx bilməz. Sığorta ödənişi məbləğindən istifadəyə yararlı hissələrin dəyəri və əgər varsa, azadolma çıxılır.
20.2.2. Əmlak tam məhv olduqda:
Sığorta ödənişinin məbləği sığorta olunmuş əmlakların zərərin baş verdiyi tarixdən bir gün əvvəlki dəyərinə bərabərdir. Sığorta ödənişin məbləğindən istifadəyə yararlı hissələrin dəyəri və əgər varsa, azadolma çıxılır.
20.2.3. İstifadə olunmuş əmlaklar zərərə uğradıqda:
Ödənişin məbləği yuxarıdakı qaydada hesablanır və yeni qoyulan hissələrlə əlaqədar köhnəlmə nisbəti nəzərə alınır.
20.3. Əlavə razılaşma ilə sığorta təminatı verilən hallarda:
20.3.1. Montaj işləri üçün istifadə olunan dəzgah, alət və materiallarda;
20.3.1.1 Zədələnmə halında:
Sığorta ödənişinin məbləği, əgər varsa, gömrük, vergi və rüsum ödəmələri də daxil olmaqla, ehtiyat hissələrinin dəyərinə, nəqliyyat xərclərinə, sökülmə və quraşdırılma üçün çəkilən xərclərə uyğun olaraq müəyyən edilir. Yeni ehtiyat hissələri alınarsa, bu zaman köhnə və yeni ehtiyat hissələri arasında qiymət fərqi nəzərə alınır. Sığorta ödənişin məbləğindən istifadəyə yararlı hissələrin dəyəri və əgər varsa, azadolma çıxılır.
20.3.1.2 Əmlak tam məhv olduqda:
Sığorta ödənişinin məbləği sığorta olunmuş əmlakların zərərin baş verdiyi tarixdən 1 gün əvvəlki dəyərinə bərabərdir. Sığorta ödənişin məbləğindən istifadəyə yararlı hissələrin dəyəri və əgər varsa, azadolma çıxılır.
20.3.2. Uçuq və dağıntıların aradan qaldırılması üçün çəkilən xərclər.
Sığorta ödənişinin məbləği zərərin baş verdiyi ərazinin təmizlənməsi üçün çəkilən xərclərdən ibarətdir və onun maksimum həddi sığorta müqaviləsində göstərilir.
20.3.3. Sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşınma xərcləri və normadan artıq işləmələrin haqları:
Sığorta ödənişin məbləği bu məqsədlə çəkilən xərclərdən ibarətdir və onun maksimum həddi sığorta müqaviləsində göstərilir.
20.4. Zədələnmə halında həyata keçirilən müvəqqəti təmir xərcləri, tam təmir xərclərini azaldarsa, bu xərclər sığortaçı tərəfindən qəbul edilir.
20.5. Zədələnmə halında 20.1. bəndində göstərilən şərtlərə uyğun olaraq hesablanan sığorta ödənişinin məbləği sığorta etdirilmiş əmlakın baş verdiyi tarixdən bir gün əvvəlki dəyərindən xxx olarsa, sığorta ödənişi tam məhv olma ilə əlaqədar 20.2. bəndində göstərilən şərtlərə uyğun olaraq ödənilir.
20.6. Zərər zamanı sığorta məbləğinin əmlakın sığorta dəyərindən az olduğu müəyyən edilərsə, sığorta ödənişi, sığorta məbləği ilə sığorta edilməsi tələb olunan məbləğ arasındakı nisbətə uyğun olaraq ödənilir.
21. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
Sığortaçı, hadisə nəticəsində zərər çəkmiş əmlakı təmir etdirə, yenisi ilə əvəz edə və ya dəymiş zərərin məbləğini nağd pulla ödəyə bilər.
22. ÖDƏNİŞİN AZALDILMASI
Sığortalı, sığorta hadisəsi baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin miqdarı artarsa, sığortaçının verəcəyi ödəniş göstərilən səbəbə görə xxxxx vəsait həcmində azaldılır.
DIGƏR MÜDDƏALAR
23. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməyinə və ya lazımi qaydada yerinə yetirilməməyinə görə tərəflər qarşılıqlı məsuliyyət daşıyırlar.
Hər bir tərəf sığorta müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri vicdanla yerinə yetirməli, əks tərəfin hüquqlarının pozulmasına şərait yaratmamalıdır.
24. MÜBAHİSƏLƏRİN HƏLLİ
Sığorta müqaviləsi üzrə tərəflər arasında mübahisələr yarandıqda, onlar ilk öncə mübahisənin danışıqlar yolu ilə həllinə çalışır, bu mümkün olmadıqda və ya danışıqlar vasitəsi ilə razılıq əldə edilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmələrə müraciət edirlər.
25. SIĞORTA TƏMİNATININ ƏRAZİ QÜVVƏSİ
Bu Qaydalarla müəyyən edilmiş sığorta təminatı, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, yalnız Azərbaycan Respublikası ərazisində qüvvədədir.
26. ƏLAVƏ MÜDDƏALAR
26.1 Bu Qaydalarla əhatə edilməyən hallar yarandıqda müvafiq qanunvericilik normalarına istinad edilir.
26.2 Tərəflər bu Qaydaların aid edildiyi sığorta növü üzrə sığorta müqaviləsini bağlamaqla burada müəyyən edilən şərtləri qəbul etmiş olurlar.
26.2.1 Sığortaçı bu Qaydalarla Sığortalını xxxxx xxxx, sığortalı isə bu Qaydaların məzmunu ilə xxxxx olduğunu və orada göstərilmiş şərtləri qəbul etdiyini imzası ilə təsdiq edir.
26.3 Sığorta Müqaviləsi ilə xüsusi şərt kimi sığortalı tərəfindən digər vəzifələrin yerinə yetirilməsi və sığorta predmeti və mövcud xxxx risklərlə xxxxx xxxx tələblər də nəzərdə tutula bilər
“BakıSığorta” Açıq Səhmdar Cəmiyyəti
Montaj sığortası üzrə
tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,01;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) – 85 000 AZN;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö) – 14 000 AZN;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) – 300
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək.
Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100*q*Sö/So = 100 * 0,01 * 14000 / 85000 = 0,16 AZN
RISQ ÜSTƏLIYINI HESABLAMAQ ÜÇÜN TƏMINAT EHTIMALINI Γ=0,95 GÖTÜRƏK. BU HALDA HƏMIN EHTIMALA UYĞUN ƏMSAL Α(Γ)=1.645 OLUR. RISK ÜSTƏLIYI AŞAĞIDAKI
DÜSTURLA HESABLANIR:
Tr =1,2*Tə*a*((1 - q)/(n*q))½ = 0,16*1,2*1.645*((1-0,01)/(300*0,01)) ½ = 0,18 AZN. Tn = Tə + Tr = 0,16 + 0,18 = 0,34 AZN
Tarif dərəcəsinin strukturu: netto-dərəcə – 70%, yüklənmə – 30%. O cümlədən işlərin aparılması xərcləri – 29%, tarif mənfəəti – 1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn / (1-f) = 0,34 / (1-0,3) =0,49 AZN
Montaj ediləcək yer, montaj ediləcək ən böyük hissənin dəyəri, montaj zamanı tikinti sahəsində yanacaq ehtiyatının olub-olmasından və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0.05%-7% aralığında dəyişir.