Contract
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə
Təhsil Nazirliyi ilə xaricdə təhsil xxxx arasında bağlanmış Müqavilə № | |
Bakı şəhəri | “ ” 2008-ci il |
Bir tərəfdən Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Təhsil Nazirliyi) və digər tərəfdən gələcəkdə təhsil xxxx adlanacaq Azərbaycan Respublikasının vətəndaşı
(soyadı, adı, atasının adı)
birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlanmaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilənin predmeti Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir.
1.2. “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi təhsil alanın
(təhsil müəssisəsi və tədris ölkəsi)
(bundan sonra - təhsil müəssisəsi) ixtisası üzrə 200_ ildən 200_ ilə kimi tədrisini təşkil edir.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. Təhsil Nazirliyi aşağıdakıları öhdəsinə götürür:
2.1.1. bu Müqaviləyə 1 nömrəli əlavəyə müvafiq olaraq xidmətlər göstərmək;
2.1.2. bu Müqavilənin 4-cü bəndinə müvafiq olaraq ödənişləri həyata keçirmək.
2.2. Təhsil Nazirliyinin aşağıdakı hüquqları vardır:
2.2.1. təhsil alandan təhsil aldığı müddət ərzində qəbul edən təhsil müəssisəsinin qayda və tələblərinə riayət edilməsini tələb etmək;
2.2.2. Təhsil Nazirliyi bağlanılmış Müqavilə əsasında təhsil alanların təhsilinin təşkili üzrə Təhsil Nazirliyinə xidmət göstərən xarici tərəfdaş qurumun xidmətlərindən yararlana bilər;
2.2.3. bu Müqavilənin 6-cı bölməsində qeyd olunan əsaslarla Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək;
2.2.4. təhsil xxxx tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin xxxx qaytarılmasını tələb etmək.
2.3. Təhsil xxxx aşağıdakı öhdəlikləri qəbul edir:
2.3.1. müəyyən edilmiş müddətlərdə bu Müqavilənin 4.2-ci bəndində göstərilən sənədləri təqdim etmək;
2.3.2. bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş təhsil xərcləri daxilində xarici təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;
2.3.3. Azərbaycan Respublikasının və təhsil aldığı ölkənin qüvvədə xxxx qanunvericiliyini, həmçinin ümumi əxlaq və davranış qaydalarını pozmamaq;
2.3.4. qəbul edən təhsil müəssisəsinin daxili intizam və yaşayış qaydalarına riayət etmək;
2.3.5. təhsil müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;
2.3.6. semestr bitdikdən sonra 10 (on) təqvim günü ərzində Təhsil Nazirliyinə elektron şəkildə Təhsil Nazirliyinin təyin etdiyi forma üzrə aralıq semestr hesabatlarını və tədris ili bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində təhsil alanın illik təhsilinin nəticələrinə dair təhsil müəssisəsinin rəsmi çıxarışları və şəhadətnamələri (əsilləri) əlavə olunmaqla illik hesabatı, aldığı xxxxx və ixtisasın Azərbaycan Respublikasının maraqları naminə ən yaxşı halda istifadə edilməsi üzrə rəy və təkliflərini təqdim etmək;
2.3.7. öz hərəkətləri ilə təhsil müəssisəsinə maddi zərər vurduqda, təhsil aldığı ölkənin qanunvericiliyinə müvafiq olaraq təhsil müəssisəsinə dəymiş maddi zərəri vaxtında ödəmək;
2.3.8. əlaqə məlumatlarının dəyişildiyi təqdirdə, 10 (on) təqvim günü ərzində ünvanların, e-mail və telefonların dəyişilməsi haqqında məlumat vermək;
2.3.9. Təhsil Nazirliyindən şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) təqvim günü ərzində Təhsil Nazirliyinə bu Müqavilənin icrası üçün tələb olunan sənədləri, o cümlədən təhsil alanın iş yeri haqqında sənədləri təqdim etmək;
2.3.10. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar olduqda, Təhsil Nazirliyinə 20 (iyirmi) təqvim günü ərzində məlumat vermək;
2.3.11. təhsil müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 (beş) il fasiləsiz işləmək.
2.3.12. Azərbaycan Respublikasının təhsil aldığı xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və Azərbaycan diasporunun təşkil etdikləri Azərbaycanın dövlət maraqlarının müdafiəsi ilə bağlı və digər ictimai-mədəni tədbirlərdə iştirak etmək.[17]
2.4. Təhsil alanın Təhsil Nazirliyindən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3. Müqavilənin ümumi xərcləri
3.1. Təhsilin təşkili üzrə Müqavilənin ümumi xərclərinə bu Müqavilənin 2 nömrəli əlavəsində göstərilən xərclər daxildir.
3.2. Ödənişlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili prosesinin maliyyələşdirilməsi Qaydaları”na və “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normaları”na əsasən müəyyən olunur.
4. Xərclərin ödəniş qaydası
4.1. Xərclərin ödənişi Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi qaydalarında nəzərdə tutulan prosedurlar əsasında Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə, tərəfdaş quruma və ya təhsil alana xidmətin təqdim edildiyi ölkənin qanunvericiliyinə müvafiq olaraq rəsmiləşdirilmiş müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir.
4.2. Bu Müqavilənin 2 nömrəli əlavəsində göstərilən cədvəldə (2, 3, 6 və 7-ci sütunu istisna olmaqla) nəzərdə tutulan və təhsil xxxx tərəfindən faktiki çəkilmiş xərclər onları təsdiq edən ödəniş sənədlərinin - qəbzlərin, çeklərin, biletlərin (nəqliyyat xərcləri ödəndikdə) və s. əsilləri Təhsil Nazirliyinə təqdim olunduqda ödənilir.
4.3. Təhsil haqqı ilə bağlı xərclər xarici təhsil müəssisələrinin və yaxud təhsil alanın xaricdə təhsilini təşkil edəcək tərəfdaş qurumların təqdim etdikləri rəsmi ödəniş sənədləri, hesab - fakturalar (invoyslar), bu təhsil müəssisəsi ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilələr əsasında illik (tədris ili) və ya semestrlər üzrə ödənilir. Təhsil haqlarının ödənilməsi Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa təhsil müəssisəsinin və ya təhsil xxxx təhsil haqqını özü ödədiyi təqdirdə (təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında), tələbənin bankdakı müvafiq hesabına köçürülməsi yolu ilə həyata keçirilir.
4.4. Xarici ölkələrin ali təhsil müəssisələrinin və ya tərəfdaş qurumların tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xərclər üzrə qabaqcadan ödəniş həyata keçirilə bilər. Bu ödəniş təhsil xxxx tərəfindən ödənildiyi təqdirdə, notariat qaydasında təsdiq edilmiş ödəniş sənədləri 10 gün müddətində təqdim edilməlidir.
4.5. Bu Müqaviləyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən təhsil alana aid bütün pul ödəmələri onun şəxsi kart-hesabına köçürmə yolu ilə həyata keçirilir.
5. Tərəflərin məsuliyyəti
5.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
5.2. Təhsil xxxx Xxxxxxxxx tərəfindən üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, təhsilini başa vurduqdan sonra 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və könüllü olaraq təhsilini davam etdirmədikdə, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmalıdır.
5.3. Dövlət Proqramı çərçivəsində xarici dil və baza hazırlığı keçməsi məqsədi ilə xarici ölkəyə göndərilən, xxxxx müvafiq proqramı ali təhsilə başlamaq üçün tələb olunan səviyyədə mənimsəyə bilməyən təhsil xxxx Komissiyanın qərarı ilə Təhsil Proqramından çıxarılır və Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 (iki) aydan gec olmayaraq qaytarmalıdır.
5.4. Bu Müqavilənin 2, 3, 9-cu bəndlərini yerinə yetirmədikdə, təhsil xxxx Təhsil Nazirliyinin onun axtarışına çəkdiyi xərci ödəyir.
5.5. Təhsil alanın Tibbi-sosial Ekspert Komissiyasının (TSEK) arayışı ilə təsdiqlənmiş xəstəliyi nəticəsində təhsil müəssisəsində təhsilini davam etdirməsi mümkünsüz olduğu halda, Komissiyanın qərarı əsasında təhsil xxxx o müddətə qədər çəkilmiş xərclərin ödənilməsindən azad edilə bilər.
6. Müqavilənin ləğv edilməsi qaydası
6.1. Təhsil xxxx üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqavilə birtərəfli qaydada Komissiyanın qərarına əsasən Təhsil Nazirliyi tərəfindən ləğv edilir. Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar əsaslandırılmaqla, Təhsil Nazirliyi tərəfindən Komissiyaya məlumat təqdim olunur.
6.2. Təhsil xxxx təhsilini davam etdirməkdən könüllü imtina etdiyi halda, Müqavilə Təhsil Nazirliyinin qərarı ilə ləğv edilir.
6.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə yazılı bildiriş göndərir. Müqavilənin ləğvi haqqında bildirişi xxxx tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində digər tərəfə cavab ünvanlamalıdır.
6.4. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dəyişdirilə bilər.
7. Fors-major
7.1. Bu Müqaviləyə uyğun olaraq üzərlərinə götürülmüş öhdəliklərin Müqavilə imzalandıqdan sonra baş vermiş müəyyən fövqəladə, qarşısıalınmaz hadisələr nəticəsində yerinə yetirilmədiyi hallarda tərəflər məsuliyyətdan azad edilirlər.
7.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
7.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
7.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu haqda digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Əgər bildiriş göndərilməyibsə və ya vaxtında göndərilməyibsə, onda məlumat verməməyə və ya vaxtında məlumat verməməyə görə xərcləri onu yaradan tərəf ödəməlidir.
7.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qarşısıalınmaz qüvvə halların qüvvədə olduğu müddət ərzində uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edirsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
8. Mübahisələrin həlli qaydası
8.1. Bu Müqavilədən irəli gələn və ya onunla bağlı istənilən mübahisə danışıqlar yolu ilə həll edilməlidir.
8.2. Tərəflər arasında razılıq əldə edilmədikdə, təhsil xxxx Komissiyaya müraciət edə bilər və ya mübahisəyə məhkəmə qaydasında baxılır.
9. Müqavilənin qüvvədə olma müddəti
Bu Müqavilə tərəflərin onu imzaladığı andan qüvvəyə minir.
10. Digər şərtlər
Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə xxxxx xxxx iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsil alana, digər nüsxəsi isə Təhsil Nazirliyinə verilir.
11. Tərəflərin rekvizitləri və imzaları
Azərbaycan Respublikasının Təhsil Nazirliyi | Təhsil xxxx |
Yerləşdiyi yer: Azərbaycan Respublikası, Bakı şəhəri Ünvan: AZ1008, Bakı ş., Xətai pr., 49 Tel: (x00000) 000-00-00 VÖEN 1500046011 h/h 137010002944 Azərbaycan Beynəlxalq Bankının mərkəzi filialı SWİFT BİK - İBAZAZ 2X Bankın VÖENi 9900001881 X.Xxxxxxxx imza: |
(Soyadı, adı, atasının adı) Yaşadığı yer: Azərbaycan Respublikası Ünvanı: küçəsi, ev № , mənzil № , tel: Pasport/şəx.vəsiqəsi/ Seriya
(imza) |
Təhsil Nazirliyi ilə xaricdə təhsil xxxx arasında bağlanılmış Müqaviləyə
1 nömrəli əlavə
Təhsil Nazirliyinin təqaüdçünün təhsilinin təşkili üzrə göstərdiyi xidmətlərin siyahısı
1. Təhsil alanın
magistr, doktor və s.)
dərəcəsi xxxxxx (bakalavr,
məqsədi ilə təhsil xxxxxx üçün xarici təhsil müəssisəsinin seçilməsi (xarici təhsil müəssisələrinə müstəqil daxil olmuş şəxslər istisna olunmaqla).
2. Xarici təhsil müəssisəsində tədris proqramının seçilməsi (xarici tədris müəssisələrinə müstəqil daxil olmuş şəxsləri istisna etməklə).
3. Təhsil alanın dil və baza hazırlığı üçün xarici təhsil müəssisəsinin seçilməsi.
4. Dövlət Proqramı üzrə təqaüdçüyə təhsil müəssisəsində təhsil müddətində təşkilati yardımın göstərilməsi.
5. Təhsil alanın təhsil müəssisəsində maraqlarının təmin edilməsi, lazım gəldikdə mübahisələrin, münaqişələrin və fikir ayrılıqlarının həllində ona kömək göstərilməsi.
6. Qaydalarda nəzərdə tutulan təşkilati-texniki tədbirlərin həyata keçirilməsi.
imza | Təhsil alanın soyadı, adı, atasının adı |
200 il |
Təhsil Nazirliyi ilə xaricdə təhsil xxxx arasında bağlanılmış Müqaviləyə
2 nömrəli əlavə
Xarici ölkələrin ali təhsil müəssisələrinin və ya tərəfdaş qurumların tələbi ilə Təhsil Nazirliyi tərəfindən ödənilən Xərclər
Təhsil müddəti: Təhsil ölkəsi: Partnyor/ATM
Sıra №-si | Xərclərin növü | Məbləği (1 il üzrə) | Təhsil müddəti | Bütün tədris müddəti ərzində məbləğ |
1. | Təhsil haqqı xərcləri | |||
2. | Yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi) | |||
3. | Digər yaşayış xərcləri | |||
4. | Viza xərcləri | |||
5. | Qəbul edən ölkədə qeydiyyat xərcləri | |||
6. | Gündəlik yemək xərcləri | |||
7. | Zəruri tədris ədəbiyyatı ilə təminat xərcləri | |||
8. | Tibbi sığorta xərcləri | |||
9. | Azərbaycanda yaşayış yerindən tədris yerinə və geriyə gediş-gəliş xərcləri | |||
CƏMİ |
Qeyd. Nəqliyyat xərcləri üzrə ödəniş Azərbaycanın xaricində avianəqliyyat (“ekonom” klasdan yuxarı olmamaqla, baqajın daşınması ödənilməməklə) biletinin qiymətinə əsasən həyata keçirilir.
imza | Təhsil alanın soyadı, adı, atasının adı |
200 il |