QİYMƏTLİ ƏŞYALARIN DAŞINMASI SIĞORTASININ ƏSAS QAYDALARI
QİYMƏTLİ ƏŞYALARIN DAŞINMASI SIĞORTASININ ƏSAS QAYDALARI
BAKI – 2012
QİYMƏTLİ ƏŞYALARIN DAŞINMASI SIĞORTASININ ƏSAS QAYDALARI
«Qiymətli əşyaların daşınması sığortasının » əsas qaydaları (bundan sonra mətndə «Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və «Qiymətli əşyaların daşınması sığortasının» əsas müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Bu Qaydalar üzrə müəyyən olunan «Qiymətli əşyaların daşınması sığortası» növü yüklərin(nəqliyyat) sığortası sinifinə aid edilir.
Hazırki Qaydalar, Sığorta Şəhadətnaməsi, Sığortalı tərəfindən doldurulmuş Ərizə forması və müvafiq Əlavələr bütövlükdə bir müqavilə hesab edilirlər.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında Sığortalı (Sığorta olunan) tərəfindən göstərilmiş məlumat və Ərizə formasında qeyd olunmuş Sığortalının (Sığorta olunanın) bəyannaməsi əsasında verilir.
1. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Bu sığorta qaydaları ilə, poçt daşımaları da daxil olmaqla nəqliyyat firmaları vasitəsilə və ya mühafizə altında su, avtomobil, hava və dəmir yolu ilə daşınan qiymətli kağızlar (səhm, istiqraz, çek, şəhadətnamə, xxxx və s.), təminat məktubu, nəğd pul, (manat və ya valyuta), külçə və digər formada xxxx əlvan metallar, qiymətli daşlar və zinət əşyaları sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsində və bu qaydalarda göstərilən istisnalar nəzərə alınmaqla, təminat verilir.
2. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN HALLAR
2.1. Aşağıdakı hadisələrin səbəb olduğu ziyan, zərər və xərclərə, yalnız ayrıca olaraq razılaşdırılmış şərtlə təminat verilir:
2.1.1. Tətilçilərin, xxxxxxxx tərəfindən bağlanmış müəssisə işçilərinin etiraz nümayişləri və ya tətil, qarışıqlıq və ya xalq hərəkatlarında iştirak edən şəxslərin hərəkətləri;
2.1.2. Tətil, müəssisənin sahibkar tərəfindən bağlanması (lokaut), qarışıqlıq və ya xalq hərəkatları;
2.1.3. Terroristlərin və ya siyasi məqsədlər güdən şəxslərin hərəkətləri;
2.2. Aşağıda göstərilənlər, ancaq sığorta şəhadətnaməsində xüsusi şərtlər göstərilməsi yolu ilə sığorta təminatına daxil edilə bilər:
2.2.1 Məzənnə və ya birca qiymət fərqləri;
2.2.2. Səhm və istiqrazların faiz/gəlir payı və s. kuponları;
2.2.3. Nəqliyyat, sığorta və bank komissiyon xərcləri;
2.2.4. Gömrük vergiləri və digər rəsmi xərclər;
2.2.5. Sığorta dəyərinin 10%-dən xxx olmaması şərtilə, gözlənilən gəlir.
2.3. Başqa cür razılaşma yoxdursa, hadisənin başvermə səbəbindən asılı olmayaraq aşağıdakı hallar nəticəsində meydana gələn ziyan, zərər və xərclərə təminat verilmir:
2.3.1 Müharibə, vətəndaş müharibəsi, iğtişaş, qiyam, üsyan və bunların nəticəsində baş verən daxili qarışıqlıq,
2.3.2 Zəbtetmə, müsadirə, həbs, qadağa və ya əlindən alınma (qarət istisna olmaqla), onların nəticələri və ya onlara təşəbbüs;
2.3.3. Unudulub qalmış minalar, mərmilər, bombalar və digər hərbi sursatlarla toqquşmanın nəticəsi;
3. SIĞORTA TƏMİNATINA DAXİL EDİLMƏYƏN HALLAR (İSTİSNALAR)
Aşağıdakı hallar nəticəsində baş verən ziyan, zərər və ya xərclərə sığorta təminatı verilmir:
3.1. Qadağan edilmiş və ya gizli ticarət (qaçaqmalçılıq);
3.2. Sığortalının və ya onun işçilərinin qəsd hərəkətləri, etimatdan sui-istifadəsi və ya kobud səhvləri;
3.3. Sığortalanmış əmlakda gözlə ayırd eləmək mümkün olmayan çatışmamazlıqlar və qüsurlar;
3.4. Sığortalanmış əmlakın lazımi qaydada qablaşdırılmaması;
3.5. Gecikmələr və müəyyən edilmiş daşıma müddətindən artıq gözləmələr;
3.6. Bu şərtlərin 2.2. bəndində göstərilənlər istisna olmaqla, nəticə ilə əlaqədar bütün növ zərərlər;
3.7 Daşınacaq qiymətli əşyanın miqdarı, dəyəri, alıcının ünvanı və bu kimi digər məlumatların Sığortaçıya, nəqliyyat firmasına və ya poçt idarəsinə yarımçıq və ya səhv bildirilməsi;
3.8. Müvafiq idarələrin və ya daşıyıcının təlimatına və ya irəli sürdüyü şərtlərə əməl edilməməsi;
3.9. Qanunvericiliyə əsasən etibarsız sayılan saxta sənəd və təminat məktubları.
4. SIĞORTA TƏMİNATININ BAŞLANMASI VƏ SONA ÇATMASI.
4.1. Sığorta təminatı, qiymətli əşyaların daşınma üçün nəqliyyat firmasının səlahiyyətli nümayəndəsinə, mühafizə altında həyata keçirilən daşımalarda isə, mühafizəni təmin edəcək şəxsə təhvil verilməsi ilə başlayır.
Sığorta təminatının başlaması üçün qiymətli kağızların, nəqliyyat firmasının səlahiyyətli nümayəndəsinə və ya mühafizəni təmin edəcək şəxsə öhdəlik və ya təhvil-təslim qəbzi ilə təhvil verilməsi zəruridir.
4.2. Sığorta təminatı, qiymətli əşyaların son təyinat məntəqəsində alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə (əlaqədar işçisinə) təhvil verildiyi xxxxx xxxx çatmış hesab olunur. Təhvil vermə vaxtının uzandığı hallarda, təminat müddəti qiymətli əşyaların son təyinat məntəqəsinə çatdırıldığı tarixdən hesablanmaqla üçüncü günün sonuna qədər davam edir.
4.3. Göndərilən qiymətli əşyaların hər hansı bir səbəbdən alıcıya təhvil verilə bilməməsi və ya alıcının həmin mallardan imtina etdiyi hallarda, sığorta təminatının müddəti razılaşdırılmış əlavə sığorta haqqının ödənilməsi şərtilə, həmin qiymətli əşyaların Sığortalıya xxxx qaytarılmasına qədər davam etdirilə bilər.
5. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA DƏYƏRİ
5.1. Sığorta məbləğinin sığorta dəyərinə bərabər olması əsasdır. Sığortalınin daşınacaq qiymətli əşyaların nəqliyyat firmasına bildirdiyi məbləği bütövlükdə sığorta etdirməsi zəruridir.
5.2. Birca əməliyyatları üçün qiymətli əşyaların sığorta dəyəri sığortanın qüvvəyə mindiyi gün üçün və ya həmin ərazidə və ya ən yaxın ərazidəki birca kurs dəyəridir.
5.3. Digər sənəd və qiymətli əşyaların sığorta dəyəri sığorta müqaviləsinin bağlandığı ərazidə sığortanın hüquqi qüvvəyə mindiyi gün üçün müəyyən edilən kurs dəyəridir.
5.4. Sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsi etibarsız sayılır. Sığorta məbləği, sığorta dəyərindən az olarsa, sığorta ödənişi, sığorta məbləği ilə sığorta dəyəri arasındakı nisbətə uyğun olaraq ödənilir.
6. AZADOLMA (SIĞORTA ÖDƏNİŞİNDƏN QİSMƏN XXXX XXXX ŞƏRTİ)
Tərəflər arasında başqa bir şərt nəzərdə tutulmazsa, ödəniş azadolma tətbiq edilmədən ödənilir. Azadolma nəzərdə tutularsa, onun növü, məbləği və tətbiq edilmə qaydaları xüsusi şərtlə müəyyən edilir.
7. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ
Sığortaçının məsuliyyəti sığorta müqaviləsi imzalandığı andan başlayır. Sığorta haqqı, başqa bir şərt nəzərdə tutulmazsa, müvafiq hesabda göstərilən müddətdə ödənilir.
8. XXXXXX MAHİYYƏTİNİN DƏYİŞMƏSİ VƏ YA BAŞ VERMƏ EHTİMALININ ARTMASI.
8.1. Sığorta təminatı, daşımanın sığorta müqaviləsində göstərilən formada və marşrut üzrə həyata keçirilməsi şərti ilə etibarlıdır.
8.2 Sığortalı, xxxxxx mahiyyətinin dəyişməsinə və ya hadisənin baş vermə ehtimalının artmasına səbəb ola biləcək hər hansı bir vəziyyətin mövcudluğunu öyrənən kimi, dərhal bu haqda sığortaçıya məlumat verilməsinə görə məsuliyyət daşıyır.
8.3. Bu məlumat vermə öhdəliyinin sığortalı tərəfindən yerinə yetirilmədiyi hallarda, sığortaçı ödəniş vermək məsuliyyətindən azad olur.
Bu zaman aşağıdakı hallar istisna edilir:
-xxxxxx mahiyyətinin dəyişməsi və ya hadisənin baş vermə ehtimalının artması Sığortalının iradəsi xaricində baş verdikdə;
-məlumat verilməməsinin bilərəkdən edilmədiyi və ya kobud səhvlə əlaqədar olmadığı, eləcə də xxxxxx mahiyyəti dəyişməsəydi də, hadisənin baş verəcəyinin təsdiqləndiyi hallarda.
8.4. Sığortaçının, xxxxxx baş vermə ehtimalının artması ilə əlaqədar əlavə sığorta haqqı almaq hüququ var.
9. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
9.1. Sığortalının vəzifələri:
9.1.1. Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada sığorta haqqını ödəmək;
9.1.2. Ərizə formasında və sığorta müqaviləsinin bağlanması zamanı sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyətli xxxx bildiyi bütün məlumatları, bu sahədə quvvədə xxxx digər sığorta müqavilələri və sığorta müddəti ərzində baş vermiş sığorta riskinin dərəcəsinə təsir göstərə biləcək hər hansı bir dəyişikliklər barədə Sığortaçıya məlumat vermək. Sığortalı Sığortaçıdan xxxxxx dərəcəsinə təsir göstərə biləcək məlumatları gizlədibsə və ya Sığortaçının xxxxxx sığortalanması üzrə qərarına təsir edə biləcək faktlar üzrə yanlış məlumat veribsə, belə halda həmin müqavilə etibarsız hesab edilir və iddia üzrə heç bir ödəniş verilmir;
9.1.3. Sığorta hadisəsinin baş verməməsi, sığorta hadisəsi baş verdikdə isə sığortalanmış avtonəqliyyat vasitəsinin xilas edilməsi və dəyə biləcək zərərin azalması üçün bütün mümkün və məqsədəuyğun tədbirləri görmək. Sığorta hadisəsinin baş verməsinin qarşısı alınması, avtonəqliyyat vasitəsinin xilas edilməsi və dəyə biləcək zərərin azalması üzrə Sığortaçının verdiyi bütün tövsiyə və məsləhətlərini yerinə yetirmək;
9.1.4. Sığorta hadisəsi baş verdikdə, hazırkı Qaydalarda göstərilən müddət ərzində Sığortaçını və, hadisənin mahiyyəti bunu tələb edirsə, müvafiq səlahiyyətli orqanları baş vermiş hadisə haqqında məlumatlandırmaq;
9.1.5. Sığortalını hazırkı Qaydalara və ya qanunvericiliyə əsasən sığorta ödənişini almaq hüququndan məhrum edən səbəb aşkar olunarsa, sığorta müqaviləsinə müvafiq olaraq alınmış sığorta ödənişini (və ya onun müvafiq hissəsini) Sığortaçıya qaytarmaq;
9.1.6. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
9.2. Sığortalının hüquqları:
9.2.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada sığorta müqaviləsinə xitam vermək;
9.2.2. Sığorta müqaviləsini (Sığorta Səhadətnaməsini) itirdiyi halda onun yeni nüsxəsini (dublikatını) almaq;
9.2.3. Sığorta hadisəsinin qarşısı alınması və dəyə biləcək zərərin azalması üçün zəruri xxxx məlumat və məsləhətləri Sığortaçıdan almaq;
9.3. Sığortaçının vəzifələri:
9.3.1. Sığortalıya Sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsinin nüsxəsini vermək və Sığortalını sığorta müqaviləsinin şərtləri ilə xxxxx etmək;
9.3.2. Sığortalıdan hadisə haqqında məlumat daxil olduqda baş vermiş hadisənin səbəblərini, xarakterini araşdırmaq, dəymiş zərərin miqdarını və ya ödəniləcək məbləği müəyyən etmək, və nəticədə hadisəni sığorta hadisəsi kimi tanıdıqda və
ödənişin verilməsindən imtina üçün əsaslar olmadıqda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və qaydada sığorta məbləği(ləri) çərçivəsində sığorta ödənişini vermək;
9.3.3. Sığorta ödənişinin verilməsindən imtina üçün əsaslar olduqda bu barədə Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə məlumat vermək;
9.3.4. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olunmaqla, Sığortalı və onun maddi durumu haqqında məlumatı yaymamaq;
9.3.5. Sığortalı tələb etdikdə, sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) və sığortanı təsdiqləyən digər sənədlərin yeni nüsxəsini (dublikatını) təqdim etmək;
9.3.6. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
9.4. Sığortaçının hüquqları:
9.4.1. Sığorta hadisəsinin səbəbini, xarakterini, baş verməsi faktını və şəraitini və ya sığorta ödənişinin miqdarını müəyyən etmək üçün zəruri xxxx məlumat və sənədlərin təqdim olunmasını Sığortalıdan və səlahiyyətli orqanlardan tələb etmək; sığorta hadisəsinin baş verməsi şəraitini və səbəblərini müstəqil surətdə araşdırmaq; dəymiş zərərin səbəbini və miqdarını, irəli sürülmüş iddiaların əsaslı olub-olmamasını və hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirmək və ya keçirilməsini tələb etmək;
9.4.2. Sığortalı tərəfindən ona təqdim edilmiş məlumatların doğruluğunu yoxlamaq. Sığorta məbləğinə və xxxxxx dərəcəsinin ölçülməsinə və dəyə biləcək zərərin miqdarına təsir göstərə biləcək məlumatın Sığortalı tərəfindən qərəzlə təhrif edilməsi və ya gizlədilməsi halında, sığorta müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb etmək;
9.4.3. Sığortalı sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə (lazımınca yerinə yetirmədikdə) sığorta müqaviləsinin ləğv edilməsini və Mülki Xxxxxxxxxx 424-cü maddəsinə əsasən ləğv etmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək;
9.4.4. Azərbaycan Respublikasının qanunvericiliyində və sığorta müqaviləsində göstərilmiş əsaslara müvafiq sığorta ödənişinin verilməsindən imtina etmək.
Sığorta müqaviləsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər öhdəliklər də müəyyən edilə bilər.
10. SIĞORTA HADİSƏSİ BAŞ VERƏN ZAMAN SIĞORTALINİN VƏZİFƏLƏRİ
10.1. Sığortalının hadisənin baş verdiyini öyrəndikdən sonra ənm gəci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. Hadisənin baş verməsinin vaxtında sığortaçıya bildirilmədiyinə görə xxxxx zərərin məbləği veriləcək ümumi ödəniş məbləğindən çıxıla bilər.
10.2. Sığorta hadisəsi baş verdikdən sonra sığortalı, istər sığorta etdirilmiş qiymətli əşyaları xilas etmək, istərsə də zərərin məbləğini azaltmaq üçün lazımi tədbirlər görməyə görə məsuliyyət daşıyır. Eyni zamanda, sığortalı mümkün olduğu hallarda lazımi tədbirlər görmək üçün mütləq sığortaçı ilə məsləhətləşməlidir.
10.3. Sığortalı, lazım olduqda bu sahədə sığortaçı ilə əməkdaşlıq etməli, lazımi tədbirlərin həyata keçirilməsinə köməklik göstərməli və xxxxx xxxx sənəd və məlumatları sığortaçıya
verməlidir. Bundan başqa, sığortalı, daşıyıcı firma və ya təqsirkar xxxx digər üçüncü şəxslər tərəfindən dəymiş zərərin ödənilməsi hüququnun qorunması üçün vaxtında lazımi tədbirlər görməli və zəruri tədbirlərin yerinə yetirildiyi zaman sığortaçı ilə əməkdaşlıq etməlidir.
10.4. Sığortalı bütün növ qiymətli kağızların zədələnməsi zamanı onların ləğv edilməsi və ya qüvvədən düşməsi üçün bütün lazımlı tapşırıqları dərhal verməyə və bu əməliyyatlarla bağlı bütün məlumat və sənədləri sığortaçıya bildirməyə borcludur.
10.5. Yuxarıda göstərilən işlərlə əlaqədar çəkilən xərclər, qabaqcadan sığortaçının razılığının alınması şərti ilə sığortaçı tərəfindən ödənilir.
10.6. Sığortalı bu maddədə göstərilən vəzifələrini yerinə yetirməsə və bunun da nəticəsində zərərin məbləği artarsa, həmin məbləğ sığortaçının verəcəyi ödənişin məbləğindən çıxılır.
11. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
Hadisə baş verən zaman dəymiş zərərin məbləğinin sığortaçı tərəfindən ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:
11.1. Ləğv edilməsi və təzələnməsi mümkün xxxx qiymətli kağızlarla əlaqədar, bu şərtlərin 6-cı bəndinin şərtlərinə əməl olunmaqla, yalnız yenidən nəşr edilmək üçün çəkilən xərclər ödənilir;
11.2 Ləğv edilməsi və təzələnməsi qeyri-mümkün xxxx qiymətli kağızlarla əlaqədar verilən sığorta ödənişi sığorta məbləği ilə məhdudlaşır;
11.3. Sığortaçı, zərəri həmin əşyanın tam eynisini vermək yolu ilə də ödəmək hüququna malikdir.
12. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
Sığorta müqaviləsindən irəli gələn ödəniş borcunun sığortaçı tərəfindən ödənilməsi üçün sığortalının aşağıdakı sənədləri təqdim etməsi zəruridir:
1. Müvafiq idarələrin və ya nəqliyyat firmasının hadisə ilə əlaqədar aktı;
2. Sığortalanmiş əşyaların göndərilmə və ya təhvil verilmə sənədləri;
3. Mənfəət münasibətlərini göstərən sənədlər;
4. Zərərin həcmi və məbləği göstərilməklə Sığortalının ödəniş tələbnaməsi;
5. Sığorta hadisəsinin mahiyyəti ilə əlaqədar xxxx digər sənədlər;
6. Sığorta ödənişi Sığortaçı tərəfindən 13 iş günü ərzində həyata keçirilir. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, həmin müddət Sığorta hadisəsi barədə Ərizənin və bu maddədə göstərilmiş və Sığortaçının tələb etdiyi digər sənədlərin təqdim olunması günündən hesablanır.
13. SIĞORTA ÖDƏNİŞİNİN ÖDƏNİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
13.1. Sığortaçı sığorta ödənişinin ödənilməsindən aşağıdakı hallarda imtina edə bilər:
13.1.1. Əgər Sığorta hadisəsinin baş verməsi barədə Sığortalı və ya sığorta olunan şəxs və yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən
qısa müddətdə Xxxxxxxxxxx və ya onun nümayəndəsinə,eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər vermədikdə.
13.1.2. Bu Qaydaların 10 maddəsinin tələblərinin yerinə yetirilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və/və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda
13.1.3. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa,sığortalının,müvafiq zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi,habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi
13.1.4. Sığortalı dəyə biləcək zərərlərin azalması və ya qarşısının alınması üçün mümkün və ağlabatan tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri qəsdən görmədikdə,xxxxx bu xxxxx sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki,sığortalı mümkün tədbirləri xxxxxx olsaydı,zərərin miqdarı həmin həcmdə azalmış olardı
13.1.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi, sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyən etmək imkanından tam və ya qismən məhrum etməsi
13.1.6. Sığortalı sığorta hadisəsi, xxxxxx dəyişməsi və ya hadisəyə aid xxxx hər hansı məlumatı,və ya sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı haqqında bilərəkdən təhrif olunmuş və ya yanlış məlumatı Sığortaçıya təqdim edibsə.
13.1.7. Sığortalı hadisə barədə müvafiq səlahiyyətli orqanlara məlumat vermədikdə, xxxxx sığorta hadisəsi nəticəsində dəymiş zərərin səbəbinin və xarakterinin müəyyən edilməsi bunu tələb etdikdə.
13.1.8. Müvafiq səlahiyyətli orqanlar sığorta hadisəsi faktının baş verməsini təsdiq etmədikdə.
13.1.9. Sığortalı dəymiş zərərin əvəzini zərərin yaranmasında təqsirli xxxx şəxsdən aldıqda.
13.1.10. Sığortalı hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtlərinə və/və ya tələblərinə riayət etmədikdə, sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə.
13.1.11. Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə müvafiq sığorta hadisəsi hesab edilməməsi
13.1.12. Azərbaycan qanunvericiliyi və ya sığorta müqaviləsinin şərtləri ilə nəzərdə tutulmuş digər hallarda.
13.1.13. Sığorta ödənişinin verilməsindən imtina Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə təqdim olunmalıdır.
13.1.14. Sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi əsasında, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, məhkəmədə iddia irəli sürülə bilər.
14. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ HESABLANMASI
Bu müqavilə həm Sığortaçının, həm də Sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlıq verməsi yolu ilə xitam edilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir.
14.1. Müqavilənin Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlükdə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
14.2. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
14.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
14.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydalarin 13.1-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
15. TƏLƏB ETMƏ HÜQUQUNUN SIĞORTAÇIYA KEÇMƏSİ
15.1. Sığorta ödənişi verildikdən sonra sığortalının üçüncü şəxslərə qarşı iddia hüququ sığortaçıya keçir;
15.2. Sığortalı, sığortaçının tələbinə əsasən bu barədə sənədlərə müvafiq qeyd etməlidir;
15.3. Bu şərtlər əsasında sığortalının hüquqlarına sahib olmaq, ödənilmiş xxxx sığorta məbləği ilə məhdudlaşır.
16. XOŞ MƏRAMLILIQ ÖHDƏLİYİ
16.1. Tərəflər sığorta müqaviləsi imzalandığı və hüquqi qüvvədə olduğu müddət ərzində xoş məramlılıq prinsipinə əməl etməlidirlər.
16.2. Sığortalı, marşrutun seçildiyi və daşıma müddətinin müəyyən edildiyi zaman, nəqliyyat firmasının və ya mühafizəçi şəxslərin seçilməsində diqqətli və ehtiyatlı bir mal sahibi kimi hərəkət etməlidir.
16.3. Göndərilən qiymətli əşyalarla əlaqədar alıcıya qabaqcadan məlumat verilməli, mallar müəyyən edilmiş müddət ərzində təhvil verilmədikdə isə, alıcı dərhal bu haqda satıcıya məlumat verməlidir.
16.4. Qiymətli əşyaların son təyinat məntəqəsinə müəyyən edilmiş müddət ərzində çatdırılmadığı hallarda, sığortalı, nəqliyyat firmasına məlumat verərək lazımi tədbirlərin həyata keçirilməsini təmin etməyə və vəziyyətin sığortaçıya bildirilməsinə görə məsuliyyət daşıyır.
16.5. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, müqavilənin əsasını təşkil edən və onlara bəlli xxxx bütün məlumatları, sığorta müqaviləsi imzalanmamışdan əvvəl sığortaçıya bildirməyə görə məsuliyyət daşıyırlar. Bu şərtə əməl edilməməsi xoş məramlılıq prinsipinin pozulması kimi qəbul olunur. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, özlərinin normal fəaliyyətləri əsnasında bilməli olduqları bütün məlumatları bilmiş hesab edilirlər. Müqavilənin imzalanıb imzalanmaması və ya şərtlərin dəqiqləşdirilməsi üçün qəbul olunacaq qərara təsir edən bütün amillər, xxxxxx qiymətləndirilməsi baxımından əhəmiyyət daşıdıqlarına görə müqavilənin əsasını təşkil edən amillərdən hesab edilir və bu hallar Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun müddəaları ilə tənzimlənir.
17. KOMMERSİYA VƏ İŞ SİRRLƏRİNİN QORUNMASI
Sığortaçı və ya onun səlahiyyətli nümayəndələri bu müqavilənin bağlanması ilə əlaqədar sığortalıya aid öyrəndikləri bütün kommersiya və iş sirrlərinin gizli saxlanmaması nəticəsində sığortalıya dəyəcək zərərə görə məsuliyyət daşıyırlar.
18. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
18.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
18.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
18.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
19. ƏRİZƏ FORMASI
19.1. Sığorta müqaviləsi Sığortalı tərəfindən doldurulmuş Ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
19.2. Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı Sığortaçıya yanlış və ya təhrif olunmuş şəkildə təqdim olunması aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış və ya təhrif olunmuş məlumatlar verilən hallar ilə əlaqədar xxxx sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməsindən imtina edilməsinə və müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
20. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
21. SIĞORTA MÜQAVİLƏSİNƏ QƏBUL EDİLMİŞ ƏLAVƏLƏR
22.1 bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud xxxx şərtləri dəyişdirə və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər.
23. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.
“ Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti
Qiymətli əşyaların daşınması sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0.01;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) -20000 manat;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) - 3400 manat;
4) Bağlanılacaq sığorta müqavilələrinin təxmini sayı (n) - 200.
Tn, Tə və Tr ib müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək.
Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır: Tə=100qSÖ/So = 0,01.100.3400/20000 = 0,17 manat.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
1/2 1/ 2
Tr=l,2Tə.a.((l-q)/(nq)) = 0,17.1,2.2.((1-0,01)/(0,01.200)) = 0,29 manat. Tn - Tə + Tr = 0,17 + 0,29 = 0,43 manat.
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-70%, yüklənmə-30%. O cümlədən işlərin aparılması xərcləri-29%, tarif mənfəəti-1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən yaza
bilərik:
Tb = Tn/(l-f) = 0,43/(1-0,3) = 0,6 manat.