FƏRDİ QƏZA (BƏDBƏXT HADİSƏLƏRDƏN) SIĞORTASI QAYDALARI
Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi
“İPƏK YOLU SIĞORTA”
Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin Sədri
X.X.Xxxxxxx X.X.Xxxxxx
« » 201 –cü il « » 201 –cü il
FƏRDİ QƏZA (BƏDBƏXT HADİSƏLƏRDƏN) SIĞORTASI
QAYDALARI
BAKI – 201
FƏRDİ QƏZA (BƏDBƏXT HADİSƏLƏRDƏN) SIĞORTASI QAYDALARI
“Fərdi qəza (Bədbəxt hadisələrdən) sığortası” qaydaları (bundan sonra mətndə «Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və “Fərdi qəza (Bədbəxt hadisələrdən) sığortası” müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Hazırki Qaydalar üzrə sığorta növü sığorta obyektinə görə şəxsi sığortaya aid xxxx fərdi qəza sığortası
sinfinə daxildir.
Hazırki Qaydalara müvafiq olaraq sığorta predmeti sığorta müqaviləsi üzrə sığota olunan şəxsdir.
Hazırki Qaydalar, Sığorta şəhadətnaməsi, Sığortalı (Sığorta olunan) tərəfindən doldurulmuş Ərizə forması və müvafiq Əlavələr bütövlükdə bir müqavilə hesab edilirlər.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında Sığortalı (Sığorta olunan) tərəfindən göstərilmiş məlumat və Ərizə formasında qeyd olunmuş Sığortalının (Sığorta olunanın) bəyannaməsi əsasında verilir.
A. ÜMUMİ MÜDDƏALAR
Hazırkı Qaydalar əsasında “İPƏK YOLU SIĞORTA” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə
«Sığortaçı» adlandırılacaq) fərdi qəza (Bədbəxt hadisələrdən) sığortasını həyata keçirir və sığorta
müqaviləsi bağlayır.
Hazırkı Qaydalar, hüquqi şəxslərin (yəni şirkətlərin) işçilərinin və ya fiziki şəxslərin (bundan sonra mətndə «Sığorta olunan» adlandırılacaq) həyatı, əmək qabiliyyəti və səhhətinin itirilməsi riski ilə xxxxx xxxx əmlak mənafelərinin könüllü sığortası müqavilələrinin bağlanması, icra edilməsi və xitam olunmasının qayda və şərtlərini müəyyən edir.
Sığorta müqaviləsinə, tərəflərin yazılı razılığı əsasında həmin müqavilənin bağlanması zamanı və ya qüvvədə olma müddəti ərzində, xxxxx sığorta hadisəsinin baş verməsindən əvvəl, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Qaydalara zidd olmaması şərtilə əlavə və dəyişikliklər edilə bilər.
1. QAYDALARDA İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR
Bu Qaydalarda aşağıda göstərilən anlayışlar hər hansı bir yerdə istifadə olunmasından asılı olmayaraq eyni məna daşıyırlar:
Sığorta riski – ehtimal olunan və onun baş verməsinə qarşı sığorta aparılan hadisədir;
Sığorta məbləği – sığorta müqaviləsinə uyğun olaraq sığorta obyektinin sığortalandığı, Sığortaçının
öhdəliklərinin son (maksimal) həddi xxxx və əsasında sığorta haqqı hesablanan məbləğdir;
Sığorta haqqı – sığorta müqaviləsinə uyğun olaraq şərtləşdirilmiş qayda və vaxt ərzində Sığortalı
tərəfindən sığorta təminatının verilməsi üçün Sığortaçıya ödənilən məbləğdir;
Sığorta hadisəsi – sığorta müqaviləsi ilə nəzərdə tutulmuş və Sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyinin yaranmasına səbəb xxxx, baş vermiş hadisədir;
Sığorta ödənişi – Sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq şərtləşdirilmiş qayda və vaxt ərzində zərər məbləğinin pul şəklində Sığortalıya (Sığorta olunana), Faydalanan şəxsə və ya Sığortalının varislərinə ödənilən məbləğdir.
2. SIĞORTA SUBYEKTLƏRİ
2.1. Sığortaçı - Azərbaycan Respublikasında sığorta fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq almış “İPƏK YOLU SIĞORTA” Açıq Səhmdar Cəmiyyətidir.
2.2. Sığortalı - Sığortaçı ilə sığorta müqaviləsini bağlamış, təşkilati-hüquqi formasından asılı
olmayaraq hüquqi şəxslər və ya fəaliyyət qabiliyyəti xxxx fiziki şəxslərdir.
2.3. Sığorta olunan – hazırkı Qaydalara müvafiq olaraq, həyatı, əmək qabiliyyəti və səhhətinin itirilməsi ilə xxxxx xxxx əmlak mənafeləri sığorta olunan, fəaliyyət qabiliyyəti xxxx və adı sığorta müqaviləsində göstərilən fiziki şəxsdir.
Sığorta müqaviləsi əlil xxxx və/və ya əqli pozuntusu və xxxx xəstləliyi xxxx və/və ya psixo- nevroloji dispanserdə qeydiyyatda xxxx və/və ya 18 yaşından aşağı və ya 65 yaşından yuxarı şəxslərlə bağlanılmır. Qeyd olunan risk amilləri barədə Sığortaçıya təhrif olunmuş və ya yanlış məlumat təqdim olunaraq aldatma yolu ilə bağlanmış sığorta müqaviləsinin ləğv olunması tələbinin Sığortaçı tərəfindən irəli sürülməsi və mülki qanunvericiliklə nəzərdə tutulan müvafiq nəticələrin tətbiq edilməsi üçün əsas hesab olunur.
2.4. Faydalanan şəxs – Sığorta müqaviləsi xeyrinə bağlanmış və sığorta ödənişinin alınmasına xxxxx xxxx hüquqi və ya fiziki şəxsdir. Sığorta müqaviləsi Sığorta olunan olmayan şəxsin xeyrinə yalnız Sığorta olunanın yazılı razılığı əsasında bağlana bilər.
Sığorta müqaviləsində Xxxxxxxxxx şəxs qeyd olunmadığı halda, Sığortaçı, sığorta hadisəsi baş verdikdə, Sığortalıya (Sığorta olunana) şərtlənmiş məbləğin ödənilməsini, bədbəxt hadisə nəticəsində ölüm hadisəsi baş verdikdə isə qanuni varisinə və ya varislərinə sığorta məbləğinin ödəməyini öhdəsinə götürür.
3. SIĞORTA OBYEKTİ
Hazırkı Qaydalara müvafiq olaraq, sığorta obyekti Sığortalının (Sığorta olunana) həyatı, əmək qabiliyyəti və səhhətinin itirlməsi ilə xxxxx xxxx, Azərbaycan qanunvericiliyinə zidd olmayan, əmlak mənafeləridir.
B. BƏDBƏXT HADİSƏLƏR, SIĞORTA TƏMİNATI VƏ İSTİSNALAR
4. BƏDBƏXT HADİSƏLƏR
4.1. Bədbəxt hadisə dedikdə, sığorta təminatının qüvvədə olduğu müddət ərzində Sığorta olunanın iradəsindən asılı olmayan, onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən gözlənilməyən xarici faktorların (fiziki, kimyəvi, texniki və s.) təsadüfi təsiri, o cümlədən Sığorta olunanın sərnişin kimi hərəkət etdiyi yerüstü, su və hava nəqliyyatı vasitəsinin qəzaya uğraması nəzərdə tutulur.
4.1.1. Digəri müqavilədə nəzərdə tutulmayıbsa, aşağıdakı halların təsiri bədbəxt hadisə hesab edilir:
Partlayış, yanğın, donma, suda boğulma; elektrik cərəyanı, ildırım, gün vurmanın təsiri, cani və ya heyvanın hücumu, hansısa bir əşyanın və ya Sığorta olunanının özünün yıxılması, qəfildən boğulma, təsadüfi olaraq tənəffüs yollarına yad əşyanın düşməsi,
zəhərli bitkilər, kimyəvi maddələr, keyfiyyətsiz yeyinti məhsullarla təsadüfi olaraq kəskin zəhərlənmə, həmçinin nəqliyyat vasitələrinin (avtomobil, qatar, tramvay və s.) hərəkəti və ya qəzası; maşın, mexanizm və ya alətlərin istifadə etməsi.
4.1.2. Digəri müqavilədə nəzərdə tutulmayıbsa, aşağıdakı halların təsiri bədbəxt hadisə hesab edilmir:
Kəskin, xroniki və irsi xəstəliklər (o cümlədən infarkt, insult, irsi patologiya və ya xəstəliyin inkişafı nəticəsində orqanların qəfildən zədələnməsi), anafilaktik şok, yoluxucu xəstəliklər, təbii fəlakətlər (zəlzələ, sel, vulkan püskürməsi, torpaq sürüşməsi və s.).
5. SIĞORTA HADİSƏLƏRİ
Hazırkı Qaydalara müvafiq olaraq aşağıda göstərilənlər sığorta hadisəsi hesab olunur:
5.1. Bədbəxt hadisə nəticəsində ölüm.
Sığortalının (Sığorta olunanın) bədbəxt hadisənin baş verməsi nəticəsində dərhal və ya bədbəxt hadisə baş verən tarixindən etibarən bir il ərzində həmin bədbəxt hadisə nəticəsində ölümü halında, digəri müqavilədə nəzərdə tutulmayıbsa, əvvəl maddə 5.2, 5.3, 5.4 üzrə ödənilmiş məbləğləri çıxmaq şərti ilə ümumi sığorta məbləğinin 100%-i, sığorta şəhadətnaməsində göstərilən Faydalanan şəxsə, Xxxxxxxxxx şəxs müəyyən olunmayıbsa, Sığortalının qanuni varisinə və ya varislərinə ödənilir.
5.2. Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin daimi olaraq itirilməsi və ya azalması.
Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin daimi olaraq itirilməsi və ya azalması dedikdə, tibbi rəyə görə, daimi qulluq (kömək, nəzarət) tələb edən, və (və ya) əmək fəaliyyətinin ayrı- ayrı növlərini ancaq xüsusi təşkil olunmuş fərdi şəraitdə icra edilməsi (xüsusi sexlərdə, ev şəraitlərində iş görmə ilə, əmək alətlərinin istifadəsi ilə) və tibbi sosial ekspert komissiyasının qərarına əsasən I, II və III qrup əlilliyin təyin edilməsinə səbəb xxxx, Sığortalının (Sığorta olunanın) səhhətinin vəziyyəti nəzərdə tutulur;
Sığortalının (Sığorta olunanın), bədbəxt hadisənin baş verməsi nəticəsində dərhal və ya bədbəxt hadisə baş verən tarixindən etibarən 6 ay ərzində həmin bədbəxt hadisə nəticəsində ümumi əmək qabiliyyətinin itirilməsi və ya azalması halında, tərəflər müqavilədə bu Qaydalara edilmiş Əlavə №1-də nəzərdə tutulmuş nisbətlərin tətbiq edilməsi barədə razılaşmayıbsa, aşağıda göstərilən nisbətlərə uyğun olaraq Sığortalıya sığorta məbləği ödənilir:
- I qrup əlillik – ümumi sığorta məbləğinin 100%-i,
- II qrup əlillik – ümumi sığorta məbləğinin 70%-i,
- III qrup əlillik – ümumi sığorta məbləğinin 40%-i,
əvvəl maddə 5.3 və 5.4 üzrə ödənilmiş məbləğləri çıxmaq şərti ilə ödənilir.
5.3. Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi.
Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi dedikdə, hər hansı bir işi yerinə yetirmək üçün səhhətin imkan vermədiyi və ilkin vəziyyətə qayıtmaq imkanına xxxxx xxxx xxx nəzərdə tutulur.
Sığortalının (Sığorta olunanın) bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi halında, digəri müqavilədə nəzərdə tutulmayıbsa, 2 həftə gözləmə müddətindən sonra, hər əmək qabiliyyətsizlik həftəsinə görə 24 həftə ərzində Sığorta şəhadətnaməsində göstərilən məbləğ ödənilir.
5.4. Bədbəxt hadisə nəticəsində tibbi xərclərin yaranması.
Tibbi xərclər dedikdə, təcili yardım çağırma, xəstəxanada qalma və müalicə olunma, ambulator müalicə, cərrahiyə əməliyyatı, diaqnostika, həkim tərəfindən təyin olunmuş dərmanların təmin olunması və həmçinin tibbi personalın xidmətlərinin ödənişi ilə bağlı, müvafiq sənədlərlə təsdiq olunmuş xərclər nəzərdə tutulur.
Sığortalının (Sığorta olunanın) bədbəxt hadisə nəticəsində tibbi xərclərinin yaranması halında, Sığorta şəhadətnaməsində göstərilən məbləğ ödənilir.
6. SIĞORTA TƏMİNATINDAN İSTİSNALAR
6.1. Bu Sığorta Qaydaları ilə aşağıdakılar üzrə təminat verilmir və ödəniş həyata keçirilmir:
6.1.1. Sığorta təminatının əhatə ərazisindən kənarda baş verən hadisələr;
6.1.2. Sığortalının, Sığorta olunanın və ya Xxxxxxxxxx şəxsin kobud ehtiyyatsızlığı (digər şəxslərin həyatının xilas edilməsi nəticəsində baş vermiş hadisələrdən başqa) və ya qərəzli hərəkətləri nəticəsində baş vermiş hadisələr;
Qeyd: Hazırkı Qaydalara müvafiq olaraq hər hansı şəxsin etdiyi hərəkətlər aşağıdakı hallarda qərəzli edilmiş hesab olunur: şəxs öz hərəkətinin (hərəkətsizliyinin) təhlükəli olduğunu anladıqda, sığorta hadisəsinin baş verməsi ehtimalını və ya qaçılmazlığını qabaqcadan bildikdə və onun baş verməsini arzuladıqda, və ya sığorta hadisəsinin baş verməsinə yol verdikdə və öz hərəkətlərinin (hərəkətsizliyinin) mümkün nəticələrinə laqeyd surətdə yanaşdıqda.
6.1.3. Sığorta müqaviləsi bağlanan zaman və bundan əvvəl mövcud xxxx əmək qabiliyyətsizliyi, bədbəxt hadisələr və ümumi xəstəliklər;
6.1.4. Sığortalının və ya Sığorta olunanın alkoqolun, toksik və ya narkotik maddələrin təsiri
altında etdiyi hərəkət (hərəkətsizlik) nəticəsində baş vermiş hadisələr.
6.1.5. Xxxx və irsi xəstəliklər və ya bədbəxt hadisə zamanı ağlı başında olmama;
6.1.6. Mənəvi zərərin təmin olunması ilə bağlı irəli sürülmüş iddialar;
6.2. Sığortaçı heç bir halda aşağıdakıların nəticəsində baş verən hadisələr üzrə məsuliyyət daşımır
və ödəniş həyata keçirmir:
6.2.1 Sığorta olunanın özünə qəsd etməsi və ya buna cəhd göstərməsi, xxxxx üçüncü şəxslərin cinayətkar əməlləri Sığorta olunanı özünü öldürmə həddinə çatdırması hallarından başqa.
6.2.2. Sığorta olunanın özünə qəsdən bədən xəsarəti yetirməsi;
6.2.3. Sığorta olunanın öldürülməsi;
6.2.4. Sığortalı (Sığorta olunan) nəqliyyat vasitəsini spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında olduqda və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda idarə etməsi və ya nəqliyyat vasitəsinin idarə edilməsini spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında xxxx və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə həvalə etməsi;
6.2.5. İİÇV, QİÇS (yoluxmanın hansı səbəbdən və kimin təqsiri üzündən baş verməsindən
asılı olmayaraq) və ya QİÇS-lə bağlı xəstəliklər.
6.2.6. Sığorta olunan tərəfindən qanuna xxxx xxxx hərəkətlərin törədilməsi;
6.2.7. Həbsxanada cəza çəkmə;
6.2.8. Epidemiya;
6.2.9. Açıq dənizdə balıqçılıq, balıq ovu, ovçuluq;
6.2.10 Məşqlər və yarışlar daxil olmaqla, Sığorta olunanın hər hansı idman növu ilə peşəkar kimi və ya aşağıda göstərilən idman növlərindən biri ilə həvəskar kimi məşğul olması: avto/moto idman növləri, atçılığın hər hansı idman növü, hava idman növləri, sürət yarışları, qar və ya buz üzərində idman oyunları, xizək sürmə, cıdır yarışları, polo, qılınc oynatma, futbol, qayıq yarışları, ağırlıq qaldırma idman növləri, təkbətək döyüş, alpinizm, sualtı üzgüçülük, odlu silahdan atma və bütün növ idman yarışları;
6.2.11 Peşəkar pilot tərəfindən idarə olunan mülki aviasiya təyyarəsində sərnişin kimi səyahət etmə hallarından başqa, Sığorta olunanın özü tərəfindən idarə edilən hava aparatında uçması, hər hansı hava uçuşlarında iştirak etməsi, hərbi və ya mülki xidmətçi kimi hərbi manevr, məşqlər, hərbi texnikanın sınaqdan keçirilməsi və ya bu kimi digər əməliyyatlarda iştirak etməsi;
6.2.12 Nüvə partlayışının, radiasiyanın və ya radioaktiv zəhərlənmənin təsiri;
6.2.13. Ətraf mühitin çirklənməsi və zəhərlənməsi;
6.2.14 Zəlzələ, sel, daşqın, su basması və digər təbii fəlakətlər;
6.2.15 Müharibə (elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, hərbi əməliyyatlar, təcavüz, istila, işğal, düşmənçilik aktları, xarici düşmənlərin aksiyaları, üsyan, qiyam, tətil, inqilab, ictimai ixtişaşlar, xalq hərəkatı, çevriliş, silahlı yolla hakimiyyətin qəsb edilməsi, terrorizm, sabotaj və bunların nəticələri;
6.2.16 Sığorta müqaviləsinin qüvvədə olma müddətində baş vermiş, xxxxx səbəbi müqavilənin qüvvəyə minmə tarixindən əvvəl yaranmış hadisələr.
6.3 Bu bənddə göstərilən bəzi istisnalar, Sığortaçı və Sığortalı arasında əldə edilmiş xüsusi razılığa əsasən və Sığorta Şəhadətnaməsində göstərilməsi şərti ilə, tarif dərəcəsinə müvafiq əmsalların tətbiq olunması yolu ilə, müqavilənin şərtlərinə uyğun olaraq təmin oluna bilər.
C. XÜSUSİ ŞƏRTLƏR
7. SIĞORTA MƏBLƏĞİ
Sığorta məbləği sığorta müqaviləsinə uyğun olaraq sığorta obyektinin sığortalandığı, Sığortaçının
öhdəliklərinin son (maksimal) həddi xxxx və əsasında sığorta haqqı hesablanmalı xxxx məbləğdir.
8. SIĞORTA HAQQI
8.1. Sığorta haqqı Sığortalı (Sığorta olunan) tərəfindən təqdim edilmiş məlumat əsasında Sığortaçı tərəfindən hesablanır və Sığorta şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir.
8.2. Sığorta haqqı Sığortalı tərəfindən Sığortaçının təqdim etdiyi hesab və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəd alındıqdan sonra ödənilir. Sığorta haqqı birdəfəlik və ya, tərəflərin razılaşmasına əsasən, hissə-hissə, sığorta müqaviləsinə qəbul edilmiş Əlavədə qeyd olunan ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər.
8.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq Sığortaçının bank hesabına köçürülməsi yoli ilə ödənilir.
8.4. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağd haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi qəbzin şərtlərinə müvafiq olaraq Sığortaçının kassasına verilməsi yoli ilə ödənilir.
8.5. Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur:
- nağdsız haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının hesabına daxil olması günü;
- nağd haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının kassasına verilməsi günü.
8.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Sığorta haqqı və ya onun birinci hissəsi Sığortaçı tərəfindən təqdim olunmuş hesabda və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəddə göstərilmiş müddət ərzində ödənilmədikdə, Sığortaçı sığorta müqaviləsindən imtina etmək və ya Sığortalı üçün əlavə ödəmə müddətinin təyin edilməsi hüququna malikdir. Əgər sığorta hadisəsinin baş verməsi günündə sığorta haqqı və ya onun birinci hissəsi müqavilənin şərtlərinə uyğun hələ də ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azad edilir.
8.7. Sığorta haqqı hissə-hissə ödənildiyi halda növbəti ödənişin ödənilmədiyi, vaxtından gec və ya az məbləğdə ödənildiyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qalır və sığorta ödənişinin həyata keçirilməsi zamanı sığorta haqqının gecikdirilmiş (natamam həcmdə ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində ödənilməyibsə Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət daşımır. Sığortaçının məsuliyyəti borcun, yəni gecikdirilmiş (natamam həcmdə ödənilmiş) ödənişin, ödənildiyi gün saat 24:00-xxx bərpa olunur və Sığortaçının məsuliyyəti bərpa olunduqdan sonra baş vermiş, sığorta müqaviləsində şərtləşdirilmiş sığorta hadisələrini əhatə edir.
8.8. Sığortalı sığorta haqqının ödənilməsini gecikdirirsə, Sığortaçı AR Mülki Məcəlləsinin 23-cü fəslinə əsasən dəymiş zərərin və penyanın ödənilməsini tələb edə bilər.
8.9. Sığortalının sığorta haqqını ödəməməsi səbəbindən Sığortaçı tərəfindən sığorta müqaviləsinin ləğv edilməsi, Sığortalını Sığortaçıya, onun öz öhdəliklərini yerinə yetirdiyi müddəti üzrə, sığorta haqqının ödənilməli xxxx hissəsinin ödəməsindən azad etmir.
D. SIĞORTA MÜQAVİLƏSİ
9. SIĞORTA MÜQAVILƏSI
Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, sığortalının ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən sığorta məbləğinin Sığortaçı tərəfindən Sığortalıya (Sığorta olunana, Faydalanan şəxsə) ödənilməsini nəzərdə tutan sazişdir.
10. SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI
10.1. Sığorta müqaviləsi müqavilə üzrə tərəflərin sayından asılı olaraq tələb olunan xxxxx, Azərbaycan dilində və sığorta müqaviləsinin hər tərəfi üçün bir nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas götürülməlidir.
10.2. Sığorta müqaviləsi (Sığorta şəhadətnaməsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının yazılı ərizəsinə əsasən Sığortaçı müqavilənin (Sığorta şəhadətnaməsinin) yeni nüsxəsini (dublikatını) ona təqdim edir. Sığorta müqaviləsinin (Sığorta şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (Sığorta şəhadətnaməsi) etibarsız hesab olunur.
11. SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ (SIĞORTA MÜDDƏTİ)
11.1. Sığorta təminatının qüvvədə olma müddəti tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyənləşdirilir və «sığorta müddəti» adlandırılır.
11.2. Sığorta təminatının müddəti Sığorta şəhadətnaməsində göstərilmiş sığorta təminatının qüvvəyə minmə tarixində saat 24:00-da başlanır və Sığorta şəhadətnaməsində göstərilmiş sığorta təminatının qüvvədən düşmə tarixində saat 24.00-da başa çatır.
11.3. Sığorta təminatı Sığortalının iradəsindən və Sığortaçının razılığından asılı olaraq gün ərzində
24 saat və ya iş vaxtı və ya digər vaxt ərzində qüvvədə ola bilər.
11.4. Sığortaçı sığorta müddətindən əvvəl baş vermiş hadisələr nəticəsində yaranan zərərləri ödəmir.
12. SIĞORTA TƏMİNATININ ƏHATƏ ƏRAZİSİ
12.1. Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir.
12.2. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində hər hansı inzibati-ərazi vahidinin və ya rayonun ərazisində hərbi əməliyyatlar aparılarsa (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq) sığorta təminatı həmin ərazilərdə heç bir şərtlə qüvvədə olmuş hesab edilə bilməz.
12.3. Sığorta olunmuş şəxs sığorta təminatının qüvvədə olduğu ərazini tərk etdikdə sığorta
müqaviləsi üzrə verilən təminat həmin şəxsə dair qüvvədən düşmüş hesab olunur.
13. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏRİN QƏBUL EDİLMƏSİ
Sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsi tərəflərin razılığı əsasında müqaviləyə Əlavənin qəbul edilməsi yolu həyata keçirilir. Əlavələr yazılı şəkildə tərtib olunur və sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur. Sığorta müqaviləsinin şərtləri dəyişdirildiyi halda, tərəflər arasında əldə olunmuş razılaşmadan və ya müqaviləyə edilən dəyişikliklərin mahiyyətindən digəri irəli gəlmirsə, öhdəliklər Əlavənin imzalanması anından dəyişilmiş hesab olunurlar.
14. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
14.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
14.1.1. Sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;
14.1.2. Sığortaçı Sığortalı (Sığorta olunan) qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
14.1.3. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
14.1.4. Sığortalının fəaliyyət qabiliyyəti məhdudlaşdırıldıqda (fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın çıxarılması anından).
14.1.5. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
14.1.6. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortaçı ləğv edildikdə;
14.1.7. Sığorta müqaviləsinin və hazırki Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə;
14.1.8. Tərəflərin razılaşmasına əsasən;
14.1.9. Qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
14.2. Sığorta müqaviləsinə həm Sığortaçının, həm də Sığortalının 30 gün əvvəl qarşı tərəfə yazılı şəkildə xəbərdarlıq verməsi yolu ilə vaxtından əvvəl xitam verilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir.
14.3. Tərəflər müqaviləyə xitam verməkdən əvvəl müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini tam yerinə yetirməlidirlər.
15. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLDİKDƏ SIĞORTA
HAQQININ HESABLANMASI
15.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
15.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
15.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
15.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də mьqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 15.1-ci və 15.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
E. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ. SIĞORTA ÖDƏNİŞİ.
16. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
16.1. Sığortaçının vəzifələri:
16.1.1. Sığortalıya Sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta
müqaviləsini vermək və Sığortalını (Sığorta olunan) sığortanın şərtləri ilə xxxxx etmək;
16.1.2. Sığorta hadisəsi baş verdiyi halda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və sığorta məbləği(ləri) çərçivəsində sığorta ödənişini həyata keçirmək;
16.1.3. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olunmaqla,
Sığortalı (Sığorta olunan) və onun maddi durumu haqqında məlumatı yaymamaq;
16.1.4. Sığortalı tələb etdikdə, sığorta müqaviləsinin (sığorta şəhadətnaməsininnin) və sığortanı təsdiqləyən digər sənədlərin surətini təqdim etmək;
16.1.5. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
16.2. Sığortaçının hüquqları:
16.2.1. Sığorta olunanın tibbi müayinədən keçməsini tələb etmək;
16.2.2. Sığorta hadisəsinin baş verməsi faktını, şəraitini və səbəblərini müəyyən etmək üçün zəruri xxxx məlumatları Sığortalı (Sığorta olunan) və səlahiyyətli orqanlardan tələb etmək, sığorta hadisəsinin baş verməsi şəraitini və səbəblərini müstəqil surətdə araşdırmaq, irəli sürülmüş iddiaların əsaslı olub-olmasını və hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirmək;
16.2.3. Sığortalı (Sığorta olunan) tərəfindən ona təqdim edilmiş məlumatların doğurluğunu yoxlamaq. Xxxxxx dərəcəsinin ölçülməsinə və dəyə biləcək zərərə təsir göstərə biləcək məlumatın Sığortalı (Sığorta olunan) tərəfindən qərəzlə təhrif edilməsi və ya gizlədilməsi halında, sığorta müqaviləsinin ləğv edilməsini və ya onun qüvvəsini itirmiş sayılmasını tələb etmək;
16.2.4. Sığorta hadisəsi ilə əlaqədar Sığortalının (Sığorta olunanın) maraqlarını məhkəmədə təmsil etmək və ya başqa üsulla onun hüquqi müdafiəsini həyata keçirmək (xxxxx bu hüquq Sığortaçının öhdəliyi deyildir);
16.2.5. Qanunvericilikdə və sığorta müqaviləsində göstərilmiş şərtlərə əsasən sığorta
ödənişindən imtina etmək;
16.2.6. Sığortalanmış xxxxxx dərəcəsinin artması halında Sığortalıdan sığorta müqaviləsi
şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının odənilməsini tələb etmək;
16.2.7. Sığortalının (Sığorta olunanın) sığorta müqaviləsinin tələblərinə və hazırkı Qaydaların şərtlərinə əməl etməsini yoxlamaq.
16.3. Sığortalının (Sığorta olunanın) vəzifələri:
16.3.1. Sığortaçının tələbi ilə tibbi müayinədən keçmək və ya Sığorta olunanın belə müayinədən keçməsini təmin etmək;
16.3.2. Ərizə formasında və sığorta müqaviləsinin bağlanması zamanı sığorta riski dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli xxxx bildiyi bütün məlumatları, bu sahədə quvvədə xxxx digər sığorta müqavilələri və sığorta müddəti ərzində baş vermiş sığorta riskinin dərəcəsinə təsir göstərə biləcək hər hansı bir dəyişiliklər barədə Sığortaçıya məlumat vermək. Sığortalı (Sığorta olunan) Sığortaçıdan xxxxxx dərəcəsinə təsir göstərə biləcək məlumatları gizlədibsə və ya Sığortaçının xxxxxx sığortalanması üzrə qərarına təsir edə biləcək faktlar üzrə yanlış məlumat veribsə, belə halda həmin müqavilə etibarsız hesab edilir və iddia üzrə heç bir ödəniş verilmir;
16.3.3. Əgər Sığortalını (Sığorta olunanı, Faydalanan şəxsi) hazırkı Qaydalara və ya qanunvericiliyə əsasən sığorta ödənişini almaq hüququndan məhrum edən səbəb aşkar olunarsa, sığorta müqaviləsinə müvafiq olaraq alınmış sığorta ödənişini (və ya onun müvafiq hissəsini) Sığortaçıya qaytarmaq;
16.3.4. Sığorta hadisəsinin baş verməməsi üçün bütün mümkün xxxx və məqsədəuyğun tədbirləri görmək və Sığortaçının sığorta riskinin azalmasına yönəldilmiş bütün tövsiyə və məsləhətlərini yerinə yetirmək;
16.3.5. Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada sığorta haqqını
ödəmək;
16.3.6. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
16.4. Sığortalının hüquqları:
16.4.1. Sığorta müqaviləsini (sığorta səhadətnaməsini) itirdiyi halda onun yeni nüsxəsini (dublikatını) Sığortaçıdan almaq.
16.5. Sığorta müqaviləsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər öhdəliklər də müəyyən edilə bilər.
17. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTA MÜQAVİLƏSİ ÜZRƏ TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ
17.1. Sığorta ödənişi yalnız sığorta müqaviləsi ilə nəzərdə tutulmuş hadisələrin nəticəsində dəymiş zərərin səbəbi, baş verməsi şəraiti və xüsusiyyətləri müəyyən edildikdən sonra həyata keçirilə bilər.
17.2. Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə Sığortalı (Sığorta olunan, müvafiq hallarda Faydalanan şəxs ) aşağıdakıları etməyə borcludur:
17.2.1. Baş vermiş hadisə barədə dərhal müvafiq səlahiyyətli orqanları məlumatlandırmaq (hadisənin mahiyyəti bunu tələb edirsə).
17.2.2. Sığorta hadisəsi baş verdikdə Sığortalı (Sığorta olunan, Xxxxxxxxxx şəxs) dərhal, xxxxx hər xxxxx 72 saatdan gec olmayaraq hadisənin baş verməsi haqqında Sığortaçıya (və ya onun nümayəndəsinə) məlumat vermək, və Sığortaçı (onun nümayəndəsi) tərəfindən verilən bütün göstərişlərə əməl etmək.
17.2.3. Baş vermiş hədisənin səbəbləri, nəticələri, xarakteri və dəymiş zərərin xarakteri, o cümlədən hadisə ilə əlaqəli şəxslər barədə bütün məlumatları yazılı şəkildə, və müvafiq səlahiyyətli orqanlar tərəfindən verilmiş hadisənin baş verməsini təsdiq edən sənədləri Sığortaçıya təqdim etmək (tələb olunan sənədlərin tam siyahısı, hadisə haqqında Ərizə Sığortaçıya təqdim olunduqdan sonra, Sığortaçı tərəfindən təqdim olunur).
17.2.4. Zərərin azalması üçün bütün mümkün və ağlabatan tədbirləri görmək. Mümkün
olduğu halda Sığorta olunan Sığortaçıdan göstərişlərin verilməsini tələb etməlidir.
17.2.5. Sığortaçı tərəfindən aparılan araşdırmalar zamanı onunla əməkdaşlıq etmək, bütün zəruri məlumatları təqdim etmək, hadisə ilə bağlı məlumatların toplanılması üçün Sığortaçıya şərait yaratmaq.
17.2.6. Hadisənin sığorta hadisəsi olub-olmamasının müəyyən edilməsi və sığorta ödənişinin həyata keçirilməsi üçün Sığortalı (Sığorta olunan) baş vermiş hadisə haqqında Sığortaçıya yazılı ərizə verməlidir. Sığortalı (Sığorta olunan) ərizə ilə yanaşı baş vermiş hadisənin səbəblərini, nəticələrini, dəymiş zərərin xüsusiyətlərini müəyyən etmək üçün zəruri xxxx və/və ya sığorta hadisəsi ilə əlaqədar tələb olunan digər sənədləri Sığortaçıya təqdim etməlidir. O cümlədən:
17.2.6.1. Bədbəxt hadisə nəticəsində ölümü ilə bağlı:
• Sığorta şəhadətnaməsininnin əsli;
• Sığorta hadisəsi Sığorta olunanın öz əmək vəzifələrini yerinə yetirdiyi zaman baş verdiyi təqdirdə müəssisədə baş vermiş bədbəxt hadisə barədə akt;
• Sığorta olunanın ölümü haqqında şəhadətnamənin əsli və ya notarius tərəfindən təsdiq olunmuş surəti, və ya VVAQ tərəfindən sorğuya verilən cavab;
• Ölümün səbəbi haqqında tibbi rəyin əsli;
• Müvafiq daxili işlər orqanı tərəfindən verilmiş arayışın əsli (zəruri hallarda);
• Xxxxxxxxxx şəxsin (Vərəsənin) şəxsiyyətini təsdiq edən sənəd;
• Xxxxxxxxxx şəxsin (Vərəsənin) ərizəsi;
• Vərəsəlik haqqında şəhadətnamənin əsli (müqavilədə Xxxxxxxxxx
şəxs müəyyən olunmayıbsa).
17.2.6.2. Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi müəyyən olunması ilə əlaqədar:
• Sığorta şəhadətnaməsinin əsli;
• Sığorta olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
• Sığortalının (Sığorta olunanın) ərizəsi;
• Sığorta hadisəsi Sığorta olunanın öz əmək vəzifələrini yerinə yetirdiyi zaman baş verdiyi təqdirdə müəssisədə baş vermiş bədbəxt hadisə barədə akt;
• Zədələnmə və müalicə haqqında tibbi müəssisənin arayışı;
• Müvafiq daxili işlər orqanı tərəfindən verilmiş arayışın əsli (zəruri hallarda);
• Əllilik qrupunun müəyyən olunması üzrə Tibbi-Sosial Ekspert
Komissiyası tərəfindən verilmiş sənədin əsli;
• Xxxxxxxxx əsli (zəruri hallarda).
17.2.6.3. Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin daimi olaraq itirilməsi və ya azalması ilə əlaqədar:
• Sığorta şəhadətnaməsinin əsli;
• Sığorta olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
• Sığortalının (Sığorta olunanın) ərizəsi;
• Sığorta hadisəsi Sığorta olunanın öz əmək vəzifələrini yerinə yetirdiyi zaman baş verdiyi təqdirdə müəssisədə baş vermiş bədbəxt hadisə barədə akt;
• Zədələnmə və müalicə haqqında tibbi müəssisənin arayışı (xəstəlik vərəqəsi);
• Müvafiq daxili işlər orqanı tərəfindən verilmiş arayışın əsli (zəruri hallarda);
• Xxxxxxxxx əsli (zəruri hallarda).
17.2.6.4. Bədbəxt hadisə nəticəsində tibbi xərclərin yaranması ilə bağlı:
• Sığorta şəhadətnaməsinin əsli;
• Sığorta olunan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
• Sığortalının (Sığorta olunanın) ərizəsi;
• Sığorta hadisəsi Sığorta olunanın öz əmək vəzifələrini yerinə yetirdiyi zaman baş verdiyi təqdirdə müəssisədə baş vermiş bədbəxt hadisə barədə akt;
• Zədələnmə və müalicə haqqında tibbi müəssisənin arayışı;
• Göstərilən xidmətlər və alınmış tibbi ləvazimatlar üzrə ödənişlərin qəbzi;
• Müvafiq daxili işlər orqanı tərəfindən verilmiş arayışın əsli (zəruri hallarda);
• Xxxxxxxxx əsli (zəruri hallarda).
Bu sığorta hadisəsi üzrə ödəniş ancaq mədaxil xxxxx orderi və ya xxxxx qəbzi əsasında həyata keçirilir. Bu sənədlərin olmadığı halda Sığortaçının bu sığorta hadisəsi üzrə ödənişi verməmək hüququ var.
17.3. Sığortaçı tərəfindən tələb olunan sənədlərin təqdim olunmaması Sığortaçıya sığorta ödənişinin həyata keçirilməsindən imtina etmək hüququnu verir.
18. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ.
18.1. Bu Qaydaların 5.1, 5.2, 5.3, 5.4-cü bəndlərində göstərilən hadisələrin baş verməsi halında, Sığortaçı sığorta müqaviləsində (Sığorta şəhadətnaməsində) müəyyən edilmiş sığorta məbləğindən xxx olmaması şərti ilə, hazırkı Qaydaların şərtlərinə müvafiq olaraq, hadisənin baş vermə xxxxx xxxx zərər məbləğinin həcmində sığorta ödənişini Xxxxxxxxxx şəxsə həyata keçirir.
18.2. Sığorta ödənişi Sığortaçı tərəfindən 7 iş günü ərzində ödənilir. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, həmin müddət Sığorta hadisəsi barədə Ərizənin və hazırkı Qaydaların 17.2.6-cı bəndində göstərilmiş və Sığortaçının tələb etdiyi digər sənədlərin təqdim olunması günündən hesablanır.
18.3. Aşağıdakı hallarda Sığortaçı ödəniş müddətini uzatmaq hüququnu əldə edir:
a) Sığorta olunanın (Xxxxxxxxxx şəxsin) sığorta ödənişini almaq hüququnun olmasında Sığortaçının şübhəsi yarandığı halda – lazımi sübutların təqdim olunmasına qədər, xxxxx Ərizənin qəbul olunması tarixindən 30 gün müddətindən gec olmayaraq.
b) Sığortaçının sığorta hadisəsinin doğruluğunu sübut edən sənədlərin düzgün və ya etibarlı olmasında şübhəsi yarandığı halda – həmin sənədlərin düzgün və ya etibarlı olması təsdiq olunana qədər.
c) Sığorta hadisəsinin baş verməsi səbəbləri ilə bağlı Sığortalıya qarşı təhqiqat, istintaq və ya məhkəmə araşdırması aparılırsa – istintaq və məhkəmə orqanı tərəfindən müvafiq qərar qəbul edilənədək.
19. SIĞORTA RİSKİNƏ TƏSİR EDƏN AMİLLƏR. SIĞORTA RİSKİNİN ARTMASI HAQQINDA MƏLUMAT VERMƏ VƏZİFƏSİ
19.1. Sığorta müqaviləsinin bağlanmasından əvvəl Sığortalı (Sığorta olunan) ona məlum xxxx və sığorta hadisəsinin baş vermə ehtimalına təsir göstərə biləcək məlumatları Sığortaçıya təqdim etməli və Sığortaçı tərəfindən verilmiş sualları cavablandırmalıdır.
19.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, əgər sığorta müqaviləsi Sığortaçının qoyduğu hər hansı sualı Sığortalı (Sığorta olunan) tərəfindən cavabsız qoyularaq bağlanıbsa, Sığortaçı onun müəyyən faktlardan xəbərsiz olduğuna istinad etməklə sığorta müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb edə bilməz.
19.3. Əgər müqavilənin bağlanmasından sonra xxxxxx dərəcəsinə təsir göstərə biləcək hallar barəsində Sığortalı (Sığorta olunan şəxs) tərəfindən Sığortaçıya yanlış məlumatların qərəzli olaraq bildirilməsi sübut edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər. Sığortalının (Sığorta olunanın) gizlətdiyi faktlar aradan qalxdığı (xxx olduğu) halda Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilməz.
19.4. Sığortalı (Sığorta olunan) müqavilənin bağlanması zamanı Sığortaçıya bildirdiyi məlumat və faktlarda sığorta müqaviləsinin müddəti ərzində baş vermiş əhəmiyyətli və sığorta riskinin artmasına təsir göstərə biləcək dəyişikliklər haqqında Sığortaçıya dərhal, hər halda 7 təqvim günündən gec olmayaraq məlumat verməlidir. Bu vəzifənin düzgün yerinə yetirilməsi faktı yazılı sübut ilə təsdiq olunmalıdır. Bu müddəa Sığortalı (Sığorta olunan) tərəfindən Sığortaçıya müqavilənin bağlanmasından əvvəl ərizə formasında təqdim etdiyi məlumat və faktlara aiddir.
19.5. Sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında məlumatlandırılmış Sığortaçı sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər.
19.6. Sığortalı (Sığorta olunan) sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında Sığortaçını məlumatlandırmadığı və ya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsinə və əlavə sığorta haqqının ödənilməsinə etiraz etdiyi halda, Sığortaçı sığorta müqaviləsinin ləğv edilməsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424-cü maddəsinə əsasən ləğv edilmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər.
19.7. Sığorta riskinin artmasına səbəb ola biləcək faktların aradan qalxmasından (xxx olmasından) sonra Sığortaçı heç bir halda müqavilənin ləğv edilməsini tələb edə bilməz.
19.8. Sığorta riskinin artması sığorta hadisəsinin baş verməsinə və Sığortaçının öhdəliyinin yerinə yetirilməsi həcminə təsir göstərmədiyi halda Sığortaçının ödənişin həyata keçirilməsi üzrə öhdəliyi qüvvədə qalır.
19.9. Sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində Sığortaçı Sığortalı (Sığorta olunan) tərəfindən təqdim olunan fakt və məlumatların doğruluğunu yoxlaya bilər.
19.10. Sığortaçı Sığortalıya (Sığorta olunana) sığorta riskinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə məcburi göstərişlər verə bilər.
20. SIĞORTA ÖDƏNİŞİNİ VERMƏKDƏN İMTİNA
20.1. Sığortaçı sığorta ödənişinin ödənilməsindən aşağıdakı hallarda imtina edə bilər:
20.1.1. Sığortalının sığorta hadisəsinin baş verməsi haqqında qanunvericiliyə müvafiq olaraq və sığorta müqaviləsində göstərilmiş müddət ərzində və müəyyən olunmuş qaydada Sığortaçıya məlumat verməməsi, Sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun (Sığortaçının) mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
20.1.2. Sığortalı (Sığorta olunan) xxxxxx dəyişməsi və ya sığorta hadisəsi nəticəsində dəymiş zərər haqqında bilərəkdən təhrif olunmuş və ya yanlış məlumatı Sığortaçıya təqdim edibsə;
20.1.3. Sığortalı (Sığorta olunan) dəyə biləcək zərərlərin qarşısının alınması üçün mümkün və ağlabatan tədbirləri qəsdən görmədikdə;
20.1.4. Sığortalı (Sığorta olunan) hadisə barədə müvafiq səlahiyyətli orqanlara məlumat vermədikdə, xxxxx sığorta hadisəsi nəticəsində dəymiş zərərin səbəbinin və xarakterinin müəyyən edilməsi bunu tələb etdikdə;
20.1.5. Müvafiq səlahiyyətli orqanlar sığorta hadisəsi faktının baş verməsini təsdiq etmədikdə;
20.1.6. Sığortalı (Sığorta olunan) hazırkı Qaydaların 17.2.6-cı bəndində göstərilən sənədləri təqdim etmədikdə;
20.1.7. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 8.7-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
20.1.8. Sığortalı (Sığorta olunan, Xxxxxxxxxx şəxs) hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtlərinə və/və ya tələblərinə riayət etmədikdə, sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə;
20.1.9. Azərbaycan qanunvericiliyi və ya sığorta müqaviləsinin şərtləri ilə nəzərdə tutulmuş digər hallarda.
20.2. Sığorta ödənişinin verilməsindən imtina Sığortalıya (Sığorta olunana, Faydalanan şəxsə), səbəbləri göstərilməklə, yazılı şəkildə təqdim olunmalıdır.
20.3. Sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi əsasında, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, məhkəmədə iddia irəli sürülə bilər.
21. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
21.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
21.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
21.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
F. YEKUN MÜDDƏALAR
22. ƏRİZƏ FORMASI
22.1. Sığorta müqaviləsi Sığortalı (Sığorta olunan) tərəfindən doldurulmuş Ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
22.2. Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı (Sığorta olunan) tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı Sığortaçıya yanlış və ya təhrif olunmuş şəkildə təqdim olunması aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış və ya təhrif olunmuş məlumatlar verilən hallar ilə əlaqədar xxxx sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməsindən imtina edilməsinə və müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
23. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
24. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.
ƏLAVƏ № 1.
Sağlamlığa zərər vurulmasının nəticələri | Sığorta ödənişinin Sığorta məbləğinə nisbəti, %-lə | |
Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi | 100% | |
Tam müalicə olunmaz əqli pozuntusu | 100 % | |
Hər iki qolun və ya hər iki əlin tam itirilməsi | 100 % | |
Travma nəticəsində ikitərəfli tam karlıq | 100% | |
Aşağı çənənin çıxması | 100 % | |
Danışıq qabiliyyətinin tam itirilməsi | 100 % | |
Bir qolun və bir qıçın tam itirilməsi | 100 % | |
Bir qolun və bir pəncənin tam itirilməsi | 100 % | |
Bir əlin və bir pəncənin tam itirilməsi | 100 % | |
Bir əlin və bir qıçın tam itirilməsi | 100 % | |
İki qıçın tam itirilməsi | 100 % | |
İki pəncənin tam itirilməsi | 100% | |
Kəllənin sümük qabığının tam həcmdə itirilməsi: | ||
- Səthi 6 sm2 –dən xxx xxxx | 40% | |
- Səthi 3 sm2 –dən 6 sm2 –ə qədər | 20% | |
- Səthi 3 sm2 –dən az xxxx | 10% | |
Aşağı çənənin qismən çıxması, yuxarı cənə sümüyünün tam və ya qismən yüksələn yarılması | 40% | |
Bir xxxxx xxx itirilməsi | 40% | |
Birtərəfli tam karlıq | 30% | |
SOL | SAĞ | |
Bir qolun və ya bir əlin itirilməsi | 50% | 60% |
Qol sümüklərinin əhəmiyyətli dərəcədə itirilməsi (tam və düzəlməz zədələnməsi) | 40% | 50% |
Yuxarı ətrafın tam iflici (sinirlərin bərpaolunmaz zədələnməsi) | 55% | 65% |
Sirkumfleks sinirinin tam iflici | 15% | 20% |
Bazu oynağının ankilozu | 30% | 40% |
Dirsək oynağının yararlı vəziyyətdə ankilozu (düz bucağın ətrafında 15 dərəcə) | 20% | 25% |
Dirsək oynağının yararsız vəziyyətdə ankilozu | 35% | 40% |
Said sümüklərinin əhəmiyyətli dərəcədə itirilməsi (tam və düzəlməz zədələnməsi) | 30% | 40% |
Xxxx sinirin tam iflici | 35% | 45% |
Mil sinirinin bazu səviyyəsində tam iflici | 35% | 40% |
Mil sinirinin said səviyyəsində tam iflici | 25% | 30% |
Xxxx mil sinirinin tam iflici | 15% | 20% |
Dirsək sinirinin tam iflici | 25% | 30% |
Bilək oynağının yararlı vəziyyətdə ankilozu (qol düz və ovuc üzü aşağı vəziyyətdə) | 15% | 20% |
Mil bilək oynağının yararsız vəziyyətdə ankilozu (qol qatlanmış və ya qeyri-təbii gərilmiş vəziyyətdə və ya ovuc üzü yuxarı vəziyyətdə) | 25% | 30% |
Əlin baş barmağının tam itirilməsi | 15% | 20% |
Əlin baş barmağının qismən itirilməsi (dırnaq falanqasının) | 5% | 10% |
Əlin baş barmağının tam ankilozu | 15% | 20% |
Şəhadət barmağının tam amputasiyası | 10% | 15% |
Şəhadət barmağının iki falanqasının tam itirilməsi | 8% | 10% |
Şəhadət barmağının dırnaq falanqasının tam itirilməsi | 3% | 5% |
Əlin baş və şəhadət barmaqlarının eyni zamanda amputasiyası | 25% | 35% |
Əlin baş və şəhadət barmaqlarından başqa bir barmağının tam itirilməsi | 20% | 25% |
Əlin baş və şəhadət barmaqlarından başqa iki barmağının tam itirilməsi | 8% | 12% |
Əlin baş və şəhadət barmaqlarından başqa üç barmağının tam itirilməsi | 15% | 20% |
Əlin baş barmağı daxil olmaqla dörd barmağının tam itirilməsi | 40% | 45% |
Xxxx baş barmağından başqa dörd barmağının tam itirilməsi | 35% | 40% |
Ortancıl barmağın tam itirilməsi | 8% | 10% |
Adsız və ya çeçələ barmağın tam itirilməsi | 3% | 7% |
Bud sümüyünün (yuxarı hissə) tam itirilməsi | 60% | |
Bud sümüyünün (aşağı hissə) və baldırın tam itirilməsi | 50% | |
Pəncənin tam itirilməsi (baldır-aşıq oynağından) | 45% | |
Pəncənin qismən itirilməsi (aşıq sümüyü | 40% |
oynağı səviyyəsindən) | |
Pəncənin qismən itirilməsi (aşıq darağı arxası sümükləri arası oynaqları səviyyəsində) | 35% |
Pəncənin qismən itirilməsi (ayaq darağı arxası – ayaq darağı oynağı səviyyəsindən) | 30% |
Aşağı ətrafın tam iflici (sinirinin bərpaolunmaz zədələnməsi) | 60% |
Kiçik baldır sinirinin tam iflici | 30% |
Xxxxx xxxxxx sinirinin tam iflici | 20% |
İki sinirinin tam iflici (kiçik və xxxxx xxxxxx siniri) | 40% |
Çanaq – bud oynağının ankilozu | 40% |
Diz oynağının ankilozu | 20% |
Bud sümüyünün qismən və ya baldırın iki sümüyünün itirilməsi (bərpaolunmaz vəziyyət) | 60% |
Diz qapağı sümüyünün qismən itirilməsi (fraqmentlərin əhəmiyyətli dərəcədə ayrılması və ayağın açılmasının əhəmiyyətli dərəcədə çətinləşməsi) | 40% |
Diz oynağında hərəkət qabilliyyətinin saxlanılması ilə diz qapağı sümüyünün itirilməsi | 20% |
Aşağı ətrafın 5 sm-dən xxx qısaldılması | 30% |
Aşağı ətrafın 3 sm-dən 5 sm-ə qədər qısaldılması | 20% |
Aşağı ətrafın 1 sm-dən 3 sm-ə qədər qısaldılması | 10% |
Bütün ayaq barmaqlarının tam amputasiyası | 25% |
Ayağın baş barmağı daxil olmaqla dörd barmağının amputasiyası | 20% |
Dörd ayaq barmağının tam itirilməsi | 10% |
Ayağın baş barmağının tam itirilməsi | 10% |
İki ayaq barmağının tam itirilməsi | 5% |
Ayağın baş barmağından başqa bir barmağının amputasiyası | 3% |