MÜQAVİLƏ
MÜQAVİLƏ
Bakı şəhəri;
Bundan sonra birlikdə “Tərəflər” və ya müvafiq olaraq “Tərəf” adlandırılacaq. Etibarnamə əsasında fəaliyyət göstərən direktoru Xxxxxxxx Xxxxx Xxxxxxxxx xxxxxxx şəxsində fəaliyyət göstərən “PAYMES ELEKTRONİK TİCARET VE BİLİŞİM TEKNOLOJİLERİ ANONİM” Şirkətinin
Azərbaycan Respublikasındakı filialı (bundan sonra “İcraçı” adlandırılacaq), bir tərəfdən və Nizamnamə əsasında fəaliyyət göstərən müqaviləni onlayn olaraq təsdiqləyən satıcı istifadəçisi şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi və ya fiziki şəxs (bundan sonra “Sifarişçi” adlandırılacaq), digər tərəfdən, aşağıdakılar barəsində bu Müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq) bağladılar:
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu Müqaviləyə əsasən İcraçı Xxxxxxxxx tərəfindən müştərilərə satılan mallar, görülən işlər, həmçinin bu qəbildən xxxx digər göstərilən xidmətlər müqabilində Sifarişçinin xeyrinə həyata keçirilən ödənişlərin müştərilərdən internet vasitəsi ilə qəbul edilməsini və təhlükəsiz qaydada Sifarişçinin əvvəlcədən məlum xxxx Bank hesabına köçürülməsinin təmin edilməsini (bundan sonra “Xidmət” adlandırılacaq) öhdəsinə götürür.
1.2. Sifarişçi isə bu Müqavilənin 1.1-ci bəndində göstərilən Xidməti qəbul etməyi və bu Müqavilə əsasında razılaşdırılmış xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürür.
2. İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR VƏ QISALTMALAR
2.1. Bu Müqavilədə aşağıdakı anlayışlardan istifadə olunur:
2.1.I. Müştəri – Sifarişçidən Xidməti satın xxxx şəxs(lər);
2.1.II. Hesab – Xxxxxx açılmış və bu Müqavilənin məqsədləri üçün istifadə edilə biləcək Bank hesabı;
2.1.III. Ödəniş vasitəsi – Ödənişin həyata keçirilməsi üçün istifadə olunan kart, mobil telefon,
şifrə və digər texniki vasitə(lər);
2.1.IV. Gizli Ödəniş məlumat(lar)ı – Ödəniş əmrinin verilməsində və ya istifadəçinin şəxsi məlumatlarının təsdiqində istifadə olunan, şifrə, təhlükəsizlik sualı, sertifikat, pin, kart nömrəsi, son istifadə tarixi, CVV2/CVC2 kodu kimi təhlükəsizlik məlumatları;
2.1.V. Xətalı və ya səlahiyyət olmadan icra edilən əməliyyat – Köçürülmə əmrinin hamısının və ya bir hissəsin əməliyyatı icra edənin məlumatı olmadan və ya səlahiyyəti olmayan üçüncü bir şəxs tərəfindən icra edilməsi nəticəsində həyata keçirilən və/və ya müştərinin son nəticədə xidməti almadığı ödəniş əməliyyatı;
0.0.XX. İş günü – Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı, Cümə günləri (Qanunvericiliklə nəzərdə tutulmuş istirahət günləri istisna edilir).
3. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1. İcraçının hüquq və vəzifələrinə aiddir:
3.1.I. Bu Müqavilədə nəzərdə tutulan Xidmət(lər)i Müqavilədə nəzərdə tutulmuş şəkildə, vaxtında və lazımi qaydada icra etməlidir;
3.1.II. İcraçı təqdim etdiyi paneldə Xxxxxxxxx üçün ödənişlərin həyata keçməsi ilə bağlı aşağıdakı məlumatları təqdim edəcəkdir:
3.1.II.A. Sifarişçiyə ödəniləcək məbləğin valyutası;
3.1.II.B. Ödənilməli xxxx qiymət;
3.1.II.C. Ödəniş zamanı tətbiq olunan məzənnə (əgər tətbiq edilirsə);
3.1.II.D. Ödəniş məbləğinin Sifarişçiyə təqdim ediləcəyi tarix barədə məlumat.
3.1.III. İcraçı bu Müqavilə əsasında ona məlum xxxx məlumatları öz öhdəliklərinin icrası, təhlükəsizlik və statistik qiymətləndirmə üçün istifadə edə və bir verilənlər bazasında təsnifləşdirib qoruya bilər. Bu məlumatların və İcraçı tərəfindən icra edilən xidmətlərə aid məlumatların anonimləşdirilərək faəliyyət qiymətləndirilməsi, marketinq kampaniyaları, hesabat hazırlama məqsədi ilə istifadə edə bilər. Bundan əlavə, İcraçı müvafiq dövlət orqanlarına qanunvericiliklə nəzərdə tutulmuş hallarda məlumat təqdim etməli olduğu halda, həmin məlumatları sorğu və tələb edən müvafiq dövlət orqanlarına təqdim edə bilər. Bu halda Sifarişçinin hər hansı iddia və tələbi olmayacaq.
3.1.IV. İcraçı Xidmət(lər)ə aid şərtləri, veb sayt və tətbiqetmələrdəki məlumatları və bəyannamələri istədiyi vaxt və xəbərdarlıq etmədən dəyişdirə bilər. Şərtlər, Xidmət barədə məlumatlar və bəyannamələrdə edilən dəyişikliklər, xüsusi olaraq qeyd olunmayıbsa İcraçının internet səhifəsində dərc edildiyi gündən qüvvəyə minir.
3.1.V. İcraçı müştərilərdən gələn mal və / və ya xidmətlər ilə bağlı bütün istək, etirazlar, sual, problem, şikayət və oxşar halları Sifarişçiyə yönləndirir. Sifarişçi sualların, problemlərin, şikayətlərin və bənzər məsələlərin həlli ilə xxxxx xxx məlumat verilməsindən sonra 2 (iki) iş günü ərzində İcraçıya yazılı cavab göndərəcək və məsələ ona bildirildiyi andan etibarən ən gec 2 (iki) iş günü ərzində tələb, sorğu, problem, şikayət və bu kimi məsələlərin həllini təmin edəcəkdir. İcraçı tərəfindən göndərilən sorğu, sual, problem, şikayət və buna bənzər məsələlərin həlli təmin olunana qədər İcraçının göstərdiyi Xidmət(lər)in icrasnı dayandırmaq hüququnu vardır. İcraçı həm də müştərilər və ya əlaqəli üçüncü şəxslərdən təkrar sorğu və ya şikayətlər aldıqda və ya əməliyyatın təhlükəsizliyi ilə bağlı riskli gördüyü vəziyyətlərin ortaya çıxması halında da Xidmətlərin icrasını dayandırmaq hüququna malikdir.
0.0.XX. Sifarişçi tərəfindən təqdim olunan mal və ya xidmətlər etik qaydalara, ictimai mənəviyyata və ya qanunvericiliyin tələblərinə uyğun olmadığı hallarda, Sifarişçinin təqsiri üzündən İcraçının hər hansı məsuliyyətə məruz qalması halında, bu Müqavilənin 3.1.5-ci bəndində göstərilən hallar Sifarişçiyə bildirilməsinə baxmayaraq onun tərəfindən öz vəzifəsinin icra edilməməsi halında İcraçı bu Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
3.1.VII. Bu Müqavilə əsasında Sifarişçinin və ya onun ucbatından üçüncü şəxslərin dələduzluq, hüquqlardan sui-istifadə və s. halların baş verməsi şübhəsi olarsa, habelə Sifarişçi 6 (altı) ay və daha xxx müddətə bu Müqavilə üzrə əməliyyatları, hüquqları və vəzifələrini həyata keçirmədiyi halda İcraçı Sifarişçinin bu Müqavilə üzrə imkanlarını dayandıra bilər. Bu bənddə qeyd edilən hallar Xxxxxxxxx tərəfindən aradan qaldırıldıqdan sonra İcraçı Sifarişçinin bu Müqavilə üzrə imkanlarını bərpa edə bilər.
3.1.VIII. Elektron qaydada ödənişlərin həyata keçirilməsini təmin etməli və yaranacaq texniki nasazlıqların mümkün qədər tez həllinə nail olmalıdır.
3.2. Sifarişçinin hüquq və vəzifələrinə aiddir:
3.2.I. Sifarişçi bu Müqavilə ilə əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidir;
3.2.II. Sifarişçi ödəniş məlumatlarının məxfi və təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görməli, Gizli Ödəniş məlumat(lar)ını saxlamamalıdır. Müqavilə müddəti ərzində təhlükəsizliklə bağlı hər hansı hadisə baş verdiyi təqdirdə, Sifarişçi dərhal İcraçıya bu barədə məlumat verməlidir.
3.2.III. Sifarişçi yalnız mülkiyyətində xxxx və üzərində üçüncü şəxslərin yüklülükləri olmadığı mal və/və ya xidmət(lər)i satışa çıxarmalıdır. Sifarişçi mal və/və ya xidmət(lər) barədə faktura, yol sənədləri, zəmanət sənədi və istifadəçi təlimatı kimi (əgər vardırsa) təslim etməlidir.
3.2.IV. Sifarişçi tərəfindən müştərilərə satılan mallar, görülən işlər, həmçinin bu qəbildən xxxx digər göstərilən xidmətlər Sifarişçi tərəfindən müştərilərə vaxtında və lazımi vəziyyətdə çatdırılmalıdır.
3.2.V. Sifarişçi Xidmət(lər)lə əlaqədar olaraq aparılan əməliyyatları İcraçı tərəfindən təmin edilmiş bir interfeys vasitəsi ilə izləmək və nəzərdən keçirmək hüququna malikdir. Bu İnterfeysə giriş, Sifarişçiyə məxsus olacaq bir şifrə ilə həyata keçirilir.
0.0.XX. Sifarişçi ona interfeysə giriş üçün təqdim edilmiş şifrəni məxfi saxlamalı, bu Müqavilənin məqsədləri üçün zəruri olmadığı təqdirdə üçüncü şəxslərə açıqlamamalı və istifadəsinin qarşısını almalıdır. Şifrənin üçüncü şəxslərə məlum olması barədə məlumat Sifarişçi tərəfindən İcraçıya məlumat verilmədiyi təqdirdə həyata keçirilən əməliyyatlar Sifarişçi tərəfindən həyata keçirilmiş hesab edilir və bu əməliyyatlara görə Sifarişçi öhdəlik daşıyır. Sifarişçi tərəfindən təqdim edilən şifrə və digər şəxsi, fərdi və eyniləşdirmə məlumatları doğru və tam olmalıdır, əks halda İcraçı ödənişin tam və düzgün aparılmadığı üçün məsuliyyət daşımır.
3.2.VII. Sifarişçi Xidmətlərin istifadəsi ilə əlaqəli şəxsi təhlükəsizlik məlumatlarının qorunması üçün lazımi tədbirlər görməli və İcraçı tərəfindən ona təqdim olunan Xidmətləri istifadə şərtlərinə uyğun olaraq istifadə etməlidir.
3.2.VIII. Sifarişçi qanunvericiliyə və ictimai etik qaydalara uyğun mallar, işlər, həmçinin bu qəbildən xxxx digər xidmətləri müştərilərə təklif etməlidir.
3.2.IX. İcraçı müştərilərdən gələn mal və / və ya xidmətlər ilə bağlı bütün istək, etirazlar, sual, problem, şikayət və oxşar halları Sifarişçiyə yönləndirir. Sifarişçi sualların, problemlərin, şikayətlərin və bənzər məsələlərin həlli ilə xxxxx xxx məlumat verilməsindən sonra 2 (iki) iş günü ərzində İcraçıya yazılı cavab göndərəcək və məsələ ona bildirildiyi andan etibarən ən gec 2 (iki) iş günü ərzində tələb, sorğu, problem, şikayət və bu kimi məsələlərin həllini təmin edəcəkdir. İcraçı tərəfindən göndərilən sorğu, sual, problem, şikayət və buna bənzər məsələlərin həlli təmin olunana qədər İcraçının göstərdiyi Xidmət(lər)in icrasnı dayandırmaq hüququnu vardır. İcraçı həm də müştərilər və ya əlaqəli üçüncü şəxslərdən təkrar sorğu və ya şikayətlər aldıqda və ya əməliyyatın təhlükəsizliyi ilə bağlı riskli gördüyü vəziyyətlərin ortaya çıxması halında da Xidmətlərin icrasını dayandırmaq hüququna malikdir.
3.2.X. Xətalı və ya səlahiyyət olmadan icra edilən əməliyyatların qarşısını almalı, nəticələrini aradan qaldırmalıdır.
3.2.XI. Sifarişçinin bu Müqavilədən və ya qanunvericilikdən irəli gələn öhdəliklərini icra etməməsi müştərilər və ya üçüncü şəxs və qurumlar tərəfindən İcraçıya hər hansı bir tələb göndərilməsi və İcraçının bu çərçivədə hüquqi, inzibati və cərimə cəzalarına tabe olması və ya hər hansı bir ödəniş edəcəyi halda, həmin müvafiq məbləğləri Sifarişçi ödəməlidir.
3.2.XII. Bu Müqavilənin ləğv edilməsindən sonra bu Müqavilə əsasında ona məlum xxxx bütün məlumatları üçüncü şəxslərə açıqlamamalı, elektron vasitələrdən silməlidir.
3.2.XIII. Zəruri sənədləri təsdiq etməli və bu barədə İcraçıya məlumat verməlidir;
3.2.XIV. Xidmət(lər)in qəbul edilməsi üçün tələb olunan sənədlərin siyahısını bu Müqavilədə nəzərdə tutulmuş müddət ərzində İcraçıya təqdim etməlidir;
3.2.XV. İşlərin görülmə müddətinə və keyfiyyətinə nəzarət etmək və bununla bağlı İcraçıdan yazılı və ya şifahi izahat tələb etmək;
3.2.XVI. Görülən İşlərin dəyərini bu Müqavilədə və müvafiq Protokolda nəzərdə tutulmuş şərtlərlə İcraçıya ödəmək;
3.2.XVII. Lazımi keyfiyyətdə və vaxtı-vaxtında icra edilmiş Xidmət(lər)i İcraçıdan qəbul etmək;
3.2.XVIII. Bu Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla, təhvil-təslim sənədini aldığı gündən 3 (üç) iş günü ərzində imzalamaq.
4. MÜQAVİLƏNİN DƏYƏRİ VƏ HESABLAŞMA QAYDASI
4.1. Bu Müqavilə əsasında göstərilmiş xidmətlər üzrə xidmət haqqı xidmətgöstərmə nəticəsində həyata keçirilən dövriyyənin ümumi həcminin sizə e-xxxxx gələn faiz qədər təşkil edir. Xidmət haqqına ƏDV daxil deyil və əlavə olaraq Xxxxxxxxx tərəfindən ödənilməlidir.
4.2. İcraçı tərəfindən görülən İşlərin ümumi dəyəri müvafiq Protokol əsasında müəyyən edilir. Həmin Protokol hər həftənin cümə axşamı günü (qeyri-iş günlərinə təsadüf etdikdə növbəti iş günü) tərəflər arasında tərtib edilir.
4.3. Sifarişçi İşlərin dəyərini bir qayda olaraq təhvil-təslim sənədi hər iki Tərəfdən imzalandıqdan sonra təqdim edilən hesab-faktura əsasında 5 (beş) iş günü müddətində İcraçıya ödəyir.
4.4. Tərəflər müvafiq Protokolda hesablaşmaların aparılmasının bu bəndin birinci abzasında müəyyənləşdirilmiş qaydasından fərqli qaydasını müəyyənləşdirə bilər.
Tərəflər arasında hesablaşmalar köçürmə yolu ilə həyata keçirilir.
5. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
5.1. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf qarşı Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərəri tam şəkildə ödəməlidir.
5.2. Sifarişçi bu Müqavilənin 3.2-ci bəndində müəyyən edilən müddətlərdə İşlərin dəyərini ödəmədikdə, hər gecikdirilən gün üçün İcraçıya İşlərin dəyərinin ödənilməmiş hissəsinin 1 %-i (bir xxxxx) məbləğində penya ödəyir.
5.3. İcraçı bu Müqavilədə nəzərdə tutulmuş müddətdə Müqaviləyə uyğun olaraq qaytarmalı olduğu pul vəsaitlərini vaxtında Sifarişçiyə ödəmədikdə, həmin öhdəliyinin icrasının gecikdirildiyi hər gün üçün ona əvvəlcədən ödənilmiş məbləğin 5 %-i (beş xxxxx) məbləğində Sifarişçiyə penya ödəyir.
5.4. Bu Müqavilənin müvafiq müddəalarında nəzərdə tutulmuş maliyyə sanksiyalarının ödənilməsi Tərəfləri bu Müqavilə ilə üzərilərinə götürdükləri öhdəliklərin icrasından azad etmir.
6. MÜQAVİLƏNİN MÜDDƏTİ, LƏĞVİ VƏ DƏYİŞDİRİLMƏ QAYDASI
6.1. Bu Müqavilə hər iki Tərəfdən imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə qalır.
6.2. Bu Müqavilənin müddətinin başa çatmasına 1 (bir) ay qalmış Tərəflərdən biri digərini Müqaviləyə xitam vermək niyyətində olması barədə xəbərdar etməzsə, Müqavilə onda nəzərdə tutulmuş şərtlərlə və qaydada hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir.
6.3. Bu Müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə Tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və Tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Birtərəfli qaydada aparılan əlavə və dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur.
6.4. Bu Müqaviləyə Tərəflərin qarşılıqlı razılığı əsasında, bu Müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda xitam verilə bilər.
7. MÜBAHİSƏLƏRİN HƏLLİ
7.1. Bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir.
8. FORS-MAJOR
8.1. Tərəflər bu Müqavilə ilə üzərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Müqavilənin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Müqavilənin icrasının mümkünsüzlüyünə səbəb xxxx hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
8.2. Bu Müqavilənin 8.1-ci bəndində göstərilən səbəblərdən Müqavilənin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
8.3. Fors—major halların təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.
8.4. Fors—major halların baş verməsi barədə xəbərdar etməyən və ya vaxtlı—vaxtında xəbərdar etməyən Tərəf Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə fors—major hallara istinad etmək hüququnu itirir.
8.5. Fors—major halların baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
8.6. Fors—major halların mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
9. YEKUN MÜDDƏALAR
9.1. Bu Müqavilənin hər hansı müddəasının, o cümlədən yeni normativ-hüquqi aktın qəbul edilməsindən irəli gələn etibarsızlığı, onun digər müddəalarının və bütövlükdə Müqavilənin etibarsızlığına gətirib çıxarmır.
9.2. Tərəflər bu Müqavilənin icrası ilə bağlı biri digərindən əldə etdikləri bütün məlumatları tam məxfi saxlamağa borcludur. Bu qayda Müqaviləyə xitam verildikdən sonra da qüvvədə saxlanacaqdır. Tərəflər bir-birinə aid, biri digərindən aldıqları məlumatları və ya yazılı sənədləri qarşı Tərəfdən yazılı icazə almadan üçüncü şəxslərə verə bilməzlər.
9.3. Bu Müqaviləyə Əlavələr bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılırlar və onunla eyni hüquqi qüvvəyə malikdirlər.
9.4. Tərəflərdən hər xxxxx xxxx digər Tərəfin yazılı razılığı olmadan bu Müqavilə üzrə hüquq və vəzifələrini hər hansı üçüncü şəxslərə verə bilməzlər.
9.5. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənir.
9.6. İcraçının yazılı razılığı olmadan Sifarişçi bu Müqavilə əsasında sahib olduğu hüquqları üçüncü
şəxslərə ötürə bilməz.
9.7. Bu Müqavilə üzrə xxxx yazışmalar tərəflərin həm poçt, həm də elektron poçt ünvanlarına göndərilməklə həyata keçirilə bilər.
9.8. Bu Müqavilə Azərbaycan dilində, hər Tərəfə 1 (bir) nüsxə verilməklə, 2 (iki) nüsxədə tərtib edilmiş və imzalanmışdır. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir.