AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR FONDU TƏRƏFİNDƏN QRANT MÜSABİQƏLƏRİ ÇƏRÇİVƏSİNDƏ MALİYYƏLƏŞDİRİLMİŞ LAYİHƏLƏRİN İCRASININ YEKUNLARI İLƏ BAĞLI RESİPİYENTDƏN TƏLƏB OLUNAN SƏNƏD VƏ MATERİALLARIN
Azərbaycan Respublikasının
Gənclər Fondunun Müşahidə
Şurasının 04 oktyabr 2018-ci il
tarixli Q-03 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR FONDU TƏRƏFİNDƏN QRANT MÜSABİQƏLƏRİ ÇƏRÇİVƏSİNDƏ MALİYYƏLƏŞDİRİLMİŞ LAYİHƏLƏRİN İCRASININ YEKUNLARI İLƏ BAĞLI RESİPİYENTDƏN TƏLƏB OLUNAN SƏNƏD VƏ MATERİALLARIN
SİYAHISI
Ümumi Müddəalar
“Azərbaycan Respublikasının Gənclər Xxxxx tərəfindən qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş layihələrin icrasının yekunları ilə bağlı resipiyentlərdən tələb olunan sənəd və materialların Siyahı”sı (bundan sonra - bu Siyahı) Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 10.1.1-ci yarımbəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2018-ci il tarixli 451 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 7.5-ci yarımbəndinə və müvafiq olaraq hazırlanmışdır.
Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən layihələr ilə bağlı donor qismində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – Fond) və resipiyent qismində çıxış edən gənclər təşkilatları və gənclər (bundan sonra – resipiyentlər) arasında qrant müqaviləsi bağlanılır (Əlavə 1). Qrant müqaviləsinə Fondun Müşahidə Şurası tərəfindən müəyyən olunan formada layihənin büdcəsi və layihənin icra planı, layihənin təsviri və resipiyentin bank tərəfindən təsdiq olunmuş rekvizitləri əlavə olunur. Ayrılmış maliyyə vəsaitinin məbləği, ödənilmə, istifadə və monitorinq qaydaları, hesabatların təqdim edilmə müddətləri və digər şərtlər müqavilədə nəzərdə tutulur.
Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən layihələrin büdcəsi formalaşdırılarkən malların, işlərin və xidmətlərin qiymətləri Fondun müəyyən etdiyi maksimal qiymət hədlərindən (Əlavə 2) yuxarı olmamalıdır.
Layihələrin icrası üçün resipiyent tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına mühasib cəlb olunmalıdır. Fiziki şəxslərlə bağlanılan qrant müqavilələri çərçivəsində layihə rəhbəri qismində resipiyent şəxsən çıxış etməlidir.
Layihələrin icrasına görə resipiyent ilə mühasibi arasında məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun bölüşdürülür.
Layihələrin icrasının yekunları ilə bağlı resipiyentdən tələb olunan hesabat iki hissədən ibarətdir: Təsviri Hesabat və Maliyyə Hesabatı. Resipiyent layihə üzrə yekun hesabatı layihənin icrası başa çatdıqdan sonra Xxxxx təqdim etməli və maksimum 30 (otuz) təqvim günü ərzində hesabatını tam bitirməlidir.
Bu Siyahı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının və 16-29 yaşlı gənclərin qrant müsabiqəsi və müsabiqədənkənar layihələrin icrasının yekunu ilə bağlı tələb olunan sənəd və materialların siyahısını tənzimləyir.
Təsviri hesabat üçün tələb olunan sənəd və materiallar
Təsviri hesabat resipiyent tərəfindən Xxxxx elektron formada (onlayn və elektron daşıyıcıda) və 1 (bir) nüsxədə çap formada təqdim olunmalıdır.
Təsviri hesabata əlavə olunan sənəd və materiallar layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin faktiki icra olunmasını təsdiqləməlidir. Hesabata layihə üzrə hər bir tədbirin keçirilməsini və digər fəaliyyətlərin yerinə yetirilməsini təsdiq edən maddi sübutlar (foto və video materiallar, təbliğat materiallarının nüsxələri və digər sənədlər) əlavə edilməlidir.
Resipiyent tərəfindən Təsviri Hesabat Forması (gənclər təşkilatları və fərdi gənclər üçün – Əlavə 3) tam şəkildə doldurulmalı, imza və möhür ilə (fiziki şəxslər – imza ilə) təsdiqlənməlidir. Təsviri hesabata əlavə olunan bütün sənədlər nömrələnməli, imza və möhür ilə (fiziki şəxslər – imza ilə) təsdiqlənməli və Təsviri Hesabat Formasında onların siyahısı sadalanmalıdır.
Layihə çərçivəsində həyata keçirilmiş tədbirlərin iştirakçılarının adlı-imzalı siyahısının sürəti hesabata əlavə olunmalıdır.
Layihə çərçivəsində keçirilən tədbirlərin proqramları və çap materiallarının hər birindən 1 (bir) nüsxə (buklet, broşur, flayer, kataloq, dəvətnamə, diplom, sertifikat, poster, köynək, papaq, qələm və s.) olmaqla hesabata əlavə olunmalıdır.
Layihə çərçivəsində dərc edilmiş istənilən çap və poliqrafiya məhsulunun və audio/video/foto materialın görünən yerində Fondun loqosu və “Azərbaycan Respublikasının Gənclər Fondu” sözləri əks edilmiş təsvirin olması resipiyent tərəfindən təmin edilməlidir.
Layihə çərçivəsində hazırlanan nəşrlərin məzmunu ilə bağlı Fond məsuliyyət daşımır, müvafiq olaraq belə məsuliyyəti Resipiyent daşıyır. Hazırlanan bütün nəşrlərdə aşağıdakı mətn qeyd olunmalıdır: "Bu nəşr Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə hazırlanmışdır. Fond nəşrin məzmununa görə məsuliyyət daşımır”.
Resipiyentin Fond tərəfindən maliyyələşdirilmiş layihəsinin təsdiqlənmiş icra planı və büdcəsinin surəti hesabata əlavə olunmalıdır.
Layihə çərçivəsində keçirilmiş tədbirlərdən foto və video materiallar elektron məlumat daşıyıcıda təqdim olunmalıdır.
Foto materiallar minimum 1280px təsvir ölçüdə olmalıdır. Hesabata layihənin hər gününü (bir gündə bir neçə tədbir olduğu halda – hər tədbiri) əhatə edən hər gün üzrə 15-20 ədəd foto-şəkil əlavə olunmalıdır. Foto materiallar layihənin tədbirlərinin gedişatını və iştirakçılarının sayını aydın şəkildə müəyyən etməyə imkan verməlidir.
Video materiallar layihənin büdcəsində video çəkiliş üçün nəzərdə tutulmuş günlərin sayı qədər, minimum 720p təsvir ölçüdə; audio montaj olunmamaq şərti ilə; hər gün üçün tədbirin əsas hissələri minimum 30 dəqiqə videoya alınması ilə; eyni zamanda layihənin minimum 2 maksimum 5 dəqiqəyə qədər qısa video icmalı formasında təqdim olunmalıdır.
Layihə haqqında kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya, radio, internet səhifəsi) yerləşdirilmiş materialların surəti və layihə ilə bağlı sosial şəbəkələrdə paylaşılan materialların ekran görüntüləri hesabata əlavə olunmalıdır.
Resipiyent layihənin icrasının mütəmadi qaydada kütləvi informasiya və yeni media vasitələrində, həmçinin, Fondun internet səhifəsində işıqlandırılmasını təmin etməlidir.
Yerləşdirilən materialların hər birində layihənin Azərbaycan Respublikasının Gənclər Fonunun dəstəyi ilə həyata keçirildiyi qeyd olunmalıdır.
Layihə icra edildiyi müddətdə həyata keçirilmiş bütün tədbirlər haqqında məlumatlar (foto və video materialları da daxil olmaqla) resipiyent tərəfindən sosial şəbəkələrdə #AzGF və #GenclerFondu həştəqləri əlavə olunmaqla yayımlanmalıdır.
Layihənin açılışı zamanı və layihə üzrə bütün tədbirlərdə Fondun iştirakı resipiyent tərəfindən təmin edilməli və müvafiq şərait yaradılmalıdır. Layihədə nəzərdə tutulmuş tədbirlərin keçirilmə yeri və vaxtı barədə azı 10 (on) iş günü əvvəl Fondun rəsmi internet səhifəsi (xxx.xxxxxxxxxxxxxxx.xx) vasitəsi ilə məlumat verilməlidir. Xxxxx məlumatın verilməsini təsdiq edən sənəd (Fondun rəsmi internet səhifəsi vasitəsi ilə müraciətin daxil olması barədə bildiriş) hesabata əlavə olunmalıdır.
Layihənin icrası müddətində Xxxx layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin monitorinq və qiymətləndirilməsini resipiyentə xəbər vermədən həyata keçirə bilər. Monitorinqin nəticəsində hazırlanmış Monitorinq Aktı Fond tərəfindən hesabata əlavə olunur.
Maliyyə hesabatı üçün tələb olunan sənəd və materiallar
Layihənin icrası üçün Fond tərəfindən ayrılmış maliyyə dəstəyinin maksimum məbləğinin 70% müqavilə bağlandıqdan sonra, ayrılmış məbləğin qalan hissəsi isə layihənin tam icrası ilə bağlı təsviri və maliyyə hesabatının Fond tərəfindən qəbul edilib, yoxlanılıb, təsdiq ediləndən sonra resipiyentin hesabına köçürülür.
Xərc kimi, müqavilədə maliyyə yardımından istifadəyə dair göstərilən müddətin başlanğıc tarixi ilə layihənin başa çatması tarixi arasındakı dövrə aid və layihənin icra planına, layihənin büdcəsinə uyğun qaydada xərclənmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilən xərclər qəbul edilir.
Zərurət yarandığı halda, resipiyent əmək haqqı fondu istisna edilməklə, xərc maddələri üzrə təsdiq edilmiş məbləğləri digər xərclərlə, Fondun razılığı ilə və yeni büdcənin imza və möhürlə resipiyent və Fond tərəfindən təsdiqlənməsi ilə əvəz edə bilər. Bu halda, hesabata Xxxxx büdcədə dəyişiklik edilməsi ilə bağlı göndərilmiş müvafiq izahatlı məktubun nüsxəsi əlavə olunmalıdır.
Xərclər büdcədə və icra planında nəzərdə tutulan layihənin icrası dövrünə (məkan və zamana) uyğun olmalıdır.
Hesabata resipiyentə ödəniləcək qalıq 30% maliyyə vəsaiti ilə bağlı hesab fakturasının 2 (iki) nüsxədə əsli əlavə olunmalıdır.
Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihələrdə bütün maliyyə vəsaitinin hərəkəti müəssisələrlə köçürmə yolu ilə aparılmalıdır və bütün ödəniş tapşırıqlarının surəti hesabata əlavə olunmalıdır.
Bu Siyahının 3.8.-ci maddəsindən başlayaraq tələb olunan sənədlərin orijinalları resipiyentdə saxlanılmaqla, tam şəkildə oxuna biləcək formada sürətləri, resipiyent tərəfindən imza və möhür ilə təsdiq edilmiş və üzərində “əsli ilə düzdür” yazısı ilə təqdim olunmalıdır. Qeyd: Fond layihə ilə bağlı bütün sənədlərin əslini tələb etmək hüququnu özündə saxlayır.
3.8. Layihəyə cəlb olunmuş işçilər əmək müqaviləsi ilə işə cəlb olunduqda (koordinator, mühasib və s.) işə götürülməsi barədə əmr, əmək müqaviləsi, əmək haqqının hesablanma cədvəlləri və Elektron Hökumət portalında əmək müqaviləsinin qeydiyyata alınması ilə bağlı bildiriş hesabata əlavə olunmalıdır.
3.8.1. Əmək haqqı “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında göstərilən minimum aylıq əmək haqqı məbləğindən az olmamalıdır və Fond tərəfindən resipiyentin təsdiqlənmiş büdcəsi üzrə ayrılan maliyyə vəsaitinin 30%-ə qədəri əmək haqqına yönəldilə bilər.
3.8.1. Layihəyə əmək müqaviləsi ilə cəlb olunmuş işçilərin gəlir vergisi, DSMF ödənişləri, işsizlikdən sığorta və digər icbari ödənişlərin edilməsini təsdiq edən ödəniş tapşırıqları təqdim edilməlidir.
3.8.2. Layihəyə əmək müqaviləsi ilə cəlb olunmuş işçilərin icbari sığorta edilməsi barədə müqavilə, e-qaimə və ödəniş tapşırığı hesabata əlavə olunmalıdır.
3.9. Layihənin icrasına cəlb olunmuş işçilər xidmət müqaviləsi ilə işə cəlb olunduqda (təlimçi, ekspert və s.) işə götürülməsi barədə xidməti müqavilə, e-qaimələr, VÖEN və şəxsiyyət vəsiqələri hesabata əlavə olunmalıdır.
3.10. Ezamiyyə xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli və 20 iyun 2018-ci il tarixli 269 nömrəli qərarı ilə təsdiq olunmuş normativlərə uyğun olaraq hesablanır.
3.10.1. Ölkədaxili və ölkəxarici nəqliyyat xərclərini təsdiq edən avtobus, qatar və ya təyyarə biletləri (biznes sinfi və ya yumşaq oturacaqlı vaqonlar üzrə biletlər ekonom sinfi qiymətləri ilə hesablanır) hesabata əlavə olunmalıdır.
3.10.2. Ezam edilən hər bir şəxs üçün əmrlər təqdim edilməlidir.
3.10.3.Ölkədaxili ezamiyyə xərcləri nəfər və gün sayı göstərilməklə, mehmanxana xərcini təsdiq edən sənədlər əsasında (ödəniş tapşırığı, xxxxx xxxx, mədaxil qəbzi) hesablanır. Təsdiq edən sənədlər olmadığı halda, ezamiyyə xərcinin yaşayış xərci hissəsinin 50%-i ödənilir.
3.10.4. Ölkəxarici ezamiyyə xərci üzrə ümumvətəndaş pasportunda həmin ölkəyə giriş-çıxışı təsdiq edən müvafiq səhifələrin (aidiyyəti möhürlər xxxx) təqdim olunması kifayətdir.
3.11. Tədbirin təşkili xərcləri üzrə tələb olunan sənədlər:
3.11.1. Yemək xərci və çay-kofe xərcləri nəfər*gün*dəfə açıqlaması ilə göstərilməlidir. Müqavilə, e-qaimə və menyunun (kalkulyasiyanın) surəti əlavə olunmalıdır.
3.11.2. Dəftərxana ləvazimatları, xüsusi hazırlanmış yazı təsvirli dəftərxana ləvazimatı dəsti, iştirakçılara hədiyyələr, buklet, broşur, kataloq, banner, rol-ap, diplom, sertifikat və sair oxşar xərclər üçün ayrılmış maliyyə vəsaiti büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir. Müqavilə, e-qaimə, büdcə üzrə göstərilmiş iştirakçı sayına uyğun müvafiq qurum tərəfindən təsdiq olunan paylanma aktı hesabata əlavə olunmalıdır.
3.11.3. Təlim və tədbir üçün zalın icarəsi, foto və video çəkiliş üçün ayrılmış maliyyə vəsaiti büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir. Müqavilə və e-qaimə hesabat əlavə olunmalıdır. Zalın icarə haqqı üzrə sənədlərdə tədbirin keçirildiyi şəhər/rayon və məkan göstərilməlidir.
3.11.4. Nəqliyyatın icarəsi üçün ayrılmış maliyyə vəsaiti büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir. Müqavilə, e-qaimə və xidmət göstərən nəqliyyat vasitəsinin texniki pasportunun surəti təqdim edilməlidir. Müqavilədə ayrılmış nəqliyyat vasitəsinin hansı nəqliyyat formasına aid olduğu göstərilməlidir.
3.11.5. Mətbəə xərcləri büdcədə nəzərdə tutulmuş limiti keçməmək şərti ilə ödənilir. Mətbəə xərcləri bölməsində yalnız kitab çapı nəzərdə tutulur. Müqavilə, e-qaimə, aidiyyəti dövlət orqanları, yerli özünüidarəetmə orqanları, ali və xxxx ixtisas təhsili müəssisələri, kitabxanalar, gənclər evləri tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş paylama aktının surəti təqdim edilməlidir.
3.11.6 Layihənin təşkili üçün layihə iştirakçılarının mehmanxana və mehmanxana tipli obyektlərdə yaşayış xidmətindən istifadə edərkən və ya bu xidmət digər hüquqi və fiziki şəxslər tərəfindən təşkil olunarkən müqavilə, e-qaimə təqdim olunmalıdır. Adlı siyahı mehmanxana obyektinin adı əks olunmuş möhürlə təsdiq olunmalıdır. Möhürdə mehmanxana obyektinin adı əks olunmadığı təqdirdə, möhürün xxxxxx xxxx qurumun (kommersiya təşkilatı, fiziki şəxs) həmin obyektlə əlaqəsini təsdiq edən sənəd təqdim olunmalıdır.
3.11.7 Layihə çərçivəsində xarici ölkələrdən Azərbaycana gəlmiş şəxslərin adlı-imzalı siyahısı, nəqliyyat xərclərini təsdiq edən sənədin (bilet), pasport və minik talonunun surəti hesabata əlavə olunmalıdır. Pasportda Dövlət Sərhəd Xidmətinin giriş və çıxış möhürü olmalıdır.
3.12. Layihənin bütün dövrünü əhatə edən bank çıxarışının sürəti təqdim edilməlidir.
3.13. Bu Siyahıda göstərilməyən xərclər üçün tələb olunan sənəd və materialların siyahısı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi əsasında müəyyən olunur.