Podratçının maşın və avadanlığının sığortası QAYDALARI MÜNDƏRİСAT:
Podratçının maşın və avadanlığının sığortası QAYDALARI MÜNDƏRİСAT:
Əsas anlayışlar
FƏSİL 1. SIĞORTA TƏMİNATI
Maddə 1. Sığorta sinfi Maddə 2. Sığorta riskləri Maddə 3. Sığorta predməti
Maddə 4. Sığorta müqaviləsinin bağlanması qaydası
Maddə 5. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası Maddə 6. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin hüquq və vəzifələri
Maddə 7. Sığorta məbləği və onun müəyyən edilməsi qaydası Maddə 8. Sığorta obyekti
Maddə 9. Sığorta ödənişi
Maddə 10. Sığorta ödənişinin hesablanması
FƏSİL 2. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR
Maddə 11. Ümumi istisnalar
FƏSİL 3. ÜMUMİ MÜDDƏALAR
Maddə 12. Sığortanın əhatə etdiyi ərazi Maddə 13. Sığorta haqqının ödənilməsi Maddə 14. Xxxxxxx haqqında qeyd-şərt Maddə 15. Sığorta müddəti
Maddə 16. İkiqat sığorta
Maddə 17. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi Maddə 18. Marağın keçməsi
Maddə 19. Məlumatın təhrif edilməsi və aldatma Maddə 20. Təhlükəsizlik normalarının pozulması
FƏSİL 4. SIĞORTA HADİSƏLƏRİ İLƏ ƏLAQƏDAR TƏLƏBLƏRİN TƏNZİMLƏNMƏSİ
Maddə 21. Zərərin qarşısının alınması və həcminin azaldılması Maddə 22. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifəsi Maddə 23. Sığortaçı tərəfindən nəzarət
Maddə 24. Qalıqlara xxxx hüququn keçməsi və sığortalanmış əmlaka hüquqdan imtina Maddə 25. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Maddə 26. Subroqasiya hüququ
Maddə 27. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
Maddə 28. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti, sığorta ödənişinin həyata keçirilməsi qaydası
Maddə 29. Qismən sığorta
Maddə 30. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Maddə 31. Mübahisələrin həlli qaydası
Maddə 32. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Əsas anlayışlar
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs; Bu Qaydalara görə Sığortaçı - “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətidir.
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx Sığorta müqaviləsinin tərəfi; Sığortalının rəhbər işçilərinin, vəzifəli şəxslərinin, işçilərin, Azərbaycan Respublikası qanunvericiliyinə, Sığorta müqaviləsinə, vəkalətnaməyə və ya vəzifə öhdəliklərinə uyğun olaraq Sığortalının adından çıxış etmək səlahiyyəti verilmiş digər nümayəndələrinin fəaliyyəti Sığortalının fəaliyyəti hesab edilir.
Sığorta obyekti - Sığortalının sığortalanmış maşın və avadanlıqla bağlı qanunazidd olmayan əmlak mənafeləri;
Sığorta hadisəsi - Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, yaxud faydalanan şəxsə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Xxxxxxxxxx şəxs - Sığorta müqaviləsinə əsasən sığorta ödənişini xxxxxx xxxx şəxs;
Sığortanın müddəti – sığorta risklərinin sığortalandığı müddət;
Sığorta məbləği – sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tarifi - sığorta haqqının sığorta məbləğindən faizlərlə ifadə olunmuş tarifi;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə Sığortalının maşın və avadanlığına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq məqsədilə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsi;
Mühüm şərtlər – Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas xxxx şərtlər;
Sığortanın ərazisi - sığorta təminatının qüvvədə olduğu ərazi;
Maşın və avadanlığın tam məhv olması – Sığorta hadisəsi nəticəsində maşın və avadanlığa dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin həmin avadanlığın sığorta məbləğinin 100%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi xxxxxxx xxxxx və avadanlıq tam məhv olmuş sayılır.
FƏSİL 1 SIĞORTA TƏMİNATI
Maddə 1. Sığorta sinfi
Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu əmlakın yanğından və digər risklərdən sığortası sinifinə aiddir.
Maddə 2. Sığorta riskləri
2.1.Bu Qaydalara əsasən Sığortaçı Sığortalıya bu Qaydaların 11-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla hər-hansı bir ehtimal olunan və təsadüfi risklərdən təminat verir.
2.2.Sığortaçı və Sığortalı Sığorta müqaviləsinin şərtləri və müddəaları əsasında razılığa gəlirlər ki, əgər Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilənin əmlak siyahısında göstərilmiş maşın və avadanlıq Sığorta təminatının qüvvədə olduğu müddət ərzində istənilən anda (yaxud Sığorta müqaviləsinin müddətinin Sığortaçının Sığortalıdan aldığı əlavə sığorta haqqı müqabilində uzadıldığı sonrakı müddət ərzində) müqavilədə göstərilmiş yerdə və ya coğrafi məkanda hər hansı səbəbə görə, həmin maşın və avadanlığın təmirini və ya dəyişdirilməsini zəruri edən dərəcədə, Sığorta müqaviləsinin şərtləri ilə xüsusi olaraq istisna edilməyən səbəbdən gözlənilmədən zərərə məruz qalarsa və ya məhv olarsa, Sığortaçı sığorta müqaviləsinin müvafiq müddəalarına əsasən Sığortalıya vurulmuş zərərin əvəzini Sığortaçının verəcəyi sığorta ödənişi məbləğinin Sığorta müqaviləsində göstərilmiş sığorta məbləğindən artıq olmaması şərtilə ödəyəcəkdir.
2.3.Sığorta müqaviləsi maşın və avadanlığın müvəffəqiyyətlə istismara verilməsi şərtilə, Sığortalının maşın və avadanlığının istismar edilib-edilməməsindən, təmizlənmə və ya əsaslı təmir üçün sökülmüş vəziyyətdə olmasından, yaxud belə əməliyyatların həyata keçirilməsi və ya maşın və avadanlığın sonrakı yenidən qurulması prosesində olmasından asılı olmayaraq sığorta təminatı verir.
Maddə 3. Sığorta predmeti
Sığortalı tərəfindən təklif edilən xidmətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan onun mülkiyyətində, qanuni istifadəsində və ya icarəsində xxxx xüsusi təyinatlı texnika, maşın və avadanlıqlar.
Maddə 4. Sığorta müqaviləsinin bağlanması qaydası
4.1.Bu Qaydalara əsasən, Sığortaçı Sığorta müqaviləsini Sığortalı ilə bağlayır.
4.2. Sığorta müqaviləsini bağlamaqdan ötrü Xxxxxxxxx özünə məlum xxxx, Sığortaçının sığorta riskinin dərəcəsini müəyyənləşdirməsinə təsir edə biləcək halları özündə əks etdirən, yazılı ərizəni dolduraraq Sığortaçıya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilir.
4.3. Sığortalının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
4.3.1. Sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı, şəxsiyyat vəsiqəsinin surəti), ünvanı və telefon nömrəsi;
4.3.2. sığorta predmeti haqqında məlumat;
4.3.3.xxxxxx dərəcəsini və sığorta haqqını müəyyənləşdirmək üçün xxxxx xxxx digər məlumatlar.
4.4. Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:
4.4.1. Tərəflərin bu Qaydalar əsasında Sığorta müqaviləsini tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
Və ya
4.4.2. Bu Qaydalar ilə Sığortalının razı olmasını təsdiq etməsi şərti ilə Sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə.
4.5. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının Sığorta müqaviləsindən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
4.6. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə Sığorta müqaviləsi bağlayan Sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə, bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
4.7 Sığorta obyekti bir neçə sığortaçıda sığortalandığı halda, hər bir sığortaçı özünün bağladığı müqaviləyə müvafiq sığorta məbləğinin bütün bağlanmış müqavilələr üzrə ümumi sığorta məbləğinə xxxx nisbətinə mütənasib xxxx miqdarında məsuliyyət daşıyır.
4.8. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
4.9. Sığorta yalnız Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
Maddə 5. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
5.1. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
5.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
5.2.1. sığorta predmeti artıq mövcud olmadıqda;
5.2.2. aşağıdakı hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv edildikdə:
5.2.2.1.əmlak sığortası müqaviləsini bağlamış Sığortalı Sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək Sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda Sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
5.2.2.2. qanunvericilikdə və ya Sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsə, Sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də Sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
5.2.2.3. Sığortalı xxxx hüquqi şəxs Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə, onun həmin Sığorta müqaviləsi üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir;
5.2.3. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
5.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
5.2.5. sığorta marağı artıq mövcud olmadıqda;
5.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
5.3. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə Sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə Sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 6. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin hüquq və vəzifələri
6.1. Sığortalının vəzifələri:
6.1.1. Sığorta haqqını vaxtında ödəmək;
6.1.2. Xxxxxx dəyişməsi barədə hər hansı halların Sığortalıya əvvəlcədən məlum olduğu, yaxud bu halların Sığortalının özü tərəfindən ediləcəyi niyyəti olduğu təqdirdə, Sığortalı Sığortaçıya dərhal, bu halların onun iradəsindən asılı olmayaraq baş verdiyi təqdirdə isə bu hallar barədə məlumat aldığı andan dərhal sonra Sığortaçıya məlumat verməlidir və öz hesabına, müvafiq oladuqda əlavə təhlükəsizlik tədbirlərini təmin etməlidir.
Sığortaçı belə məlumatı aldıqdan sonra sığorta müqaviləsini əvvəlki şərtlərlə davam etdirmək, yaxud sığorta müqaviləsindən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq barədə bildirişi Sığortalıya yazılı surətdə təqdim etməlidir. Sığortalının iradəsindən asılı olmayan halar istisna olmaqla, Sığortalı xxxxxx artmasına yönələn hər-hansı hərəkət etməməli və üçüncü şəxslərin belə hərəkətlər etməsinin qarşısını almaq üçün bütün tədbirləri görməlidir.
6.1.3. öz hesabına zərərin və itkinin baş verməsinin qarşısının alınması üçün bütün ağlabatan təhlükəsizlik tədirlərini görmək və bununla əlaqədar Sığortacının bütün ağlabatan tövsiyələrinə riayət etmək; sığortalanmış avadanlığın təhlükəsizlik texnikası qaydalarına və mövcüd saxlanılma və istismar normalarına riayət etmək.
6.1.5. sığortaçının nümayəndələri tərəfindən sığorta predmetinnin istənilən ağlabatan vaxt baxış və təftiş edilməsi üçün şərait yaratmaq və Sığortaçının nümayəndələrinə xxxxxx qiymətləndirilməsi üçün zəruri xxxx ətraflı arayış, informasiya və sənədləri təqdim etmək.
6.1.6. sığorta müqaviləsində nəzərdə tutulan digər vəzifələr.
6.2. Sığortalının hüquqları:
6.2.1. sığorta müqaviləsi bağlanan zaman:
− sığortaçının maliyyə sabitliyi ilə bağlı kommersiya sirri olmayan məlumatı tələb etmək;
− sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmaq;
6.2.1. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
− sığorta şəhadətnaməsi itirildikdə, onun dublikatını almaq;
− Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qaydalar ilə nəzərdə tutulmuş qaydada sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
6.2.2. sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini sığortaçıdan tələb etmək;
6.2.3. sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
6.3. Sığortaçının vəzifələri:
6.3.1. sığortalını sığorta müqaviləsinin şərtləri və bu sığorta Qaydaları ilə xxxxx etmək
6.3.2. bu Qaydaların və sığorta müqaviləsinin şərtlərinə riayət etmək;
6.3.3. peşəkar fəaliyyəti nəticəsində əldə etdiyi sığorta sirri hesab edilən məlumatları qorumaq, həmin məlumatları qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa digər şəxslərə yaymamaq;
6.3.4. sığorta qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
6.4. Sığortaçının hüquqları:
6.4.1. istənilən vaxt sığortalanmış əmlakın mövcud olmasını və vəziyyətini, istismar, saxlanma
xxxxxxxxx, habelə sığortalı tərəfindən təqdim edilən məlumatların düzgünlüyünü yoxlamaq;
6.4.2. Sığorta riskinin artmasına təsir göstərə bilən hallar haqqında məlumatı aldıqdan sonra Xxxxxxxxx :
a) Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
b) əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər;
c) Sığorta müqaviləsinə xitam verə bilər.
6.4.3. sığorta qanunvericiliyində və sığorta müqaviləsində nəzərdə tutulmuş digər hüquqlar.
Maddə 7. Sığorta məbləği və onun müəyyən edilməsi qaydası
7.1. Sığorta məbləği - Sığorta müqaviləsinə uyğun olaraq sığorta obyektinin sığortalandığı və Sığortaçının
öhdəliklərinin son həddi xxxx pul məbləğidir.
7.2. Sığorta ödənişinin ümumi məbləği Sığorta müqaviləsində təsbit edilmiş ümumi sığorta məbləğini, ayrı-ayrı maşın və avadanlığa münasibətdə sığorta ödənişlərinin məbləği isə belə maşın və avadanlığa münasibətdə Sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğlərini aşa bilməz.
7.3. Sığorta ödənişinin ümumi məbləği, Sığorta müqaviləsində təsbit edilmiş ümumi sığorta məbləğindən Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisələri üzrə verilmiş sığorta ödənişlərinin ümumi məbləğini çıxdıqdan sonra qalan məbləği aşa bilməz.
7.4. Sığorta məbləği Sığortalı ilə Sığortaçı arasında razılaşma əsasında müəyyənləşdirilir və maşın və avadanlığın Sığorta müqaviləsinin bağlandığı yerdə və tarixdə xxxx həqiqi dəyərindən - sığorta dəyərindən artıq ola bilməz.
Maddə 8. Sığorta obyekti
Bu Qaydalara əsasən, Sığorta müqaviləsi üzrə sığorta obyekti Sığortalının, Sığorta olunanın, yaxud Xxxxxxxxxx şəxsin Sığorta müqaviləsində göstərilmiş əmlaka (sığorta predmetinə) sahiblik, ondan istifadə və ona sərancam verilməsi ilə bağlı qanunazidd olmayan hər hansı əmlak mənafeləridir.
Maddə 9. Sığorta ödənişi
Sığortaçı Sığortalıya dəymiş zəzərin əvəzini aşağıdakı qaydada ödəyir:
9.1. Sığortalanmış maşın və avadanlıq məhv olduqda və ya ona zərər vurulduqda:
Sığortalanmış əmlaka dəyən zərər aşağıdakı yolla müəyyən edilir:
9.1.1. Sığortalanmış maşın və avadanlıq məhv olduqda – aşınma dəyəri nəzərə alınmaqla həmin maşın və ya avadanlığa anoloji xxxx xxxxx və ya avadanlığın bazar qiyməti. Bura adi daşınma xərcləri, quraşdırılma xərcləri, əgər varsa gömrük rüsumları daxildir, bir şərtlə ki, bu cür xərclər əvvəlcədən sığorta məbləğinə daxil edilmiş olsunlar. Qalıqların dəyəri zərər məbləği hesablananda nəzərə alınmalıdır.
9.1.2. Sığortalanmış maşın və avadanlığa zərər vurulduqda - zədələnmiş əşyanın onun zərərdən əvvəlki xxxx istismara yararlı vəziyyətinə qaytarılması üçün sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğindən artıq olmayaraq, köhnəlmə (aşınma) nəzərə alınmaqla, zəruri bərpa xərcləri miqdarında.
Maşın və avadanlığın Bərpa xərclərinə aşağıdakılar daxildir:
− təmir işlərinin görülməsinə və təmir olunan maşın və avadanlığın vəziyyətindən asılı olaraq onların aşınma dəyəri çıxılmaqla zəruri ehtiyyat hissələrinin alınmasına çəkilən xərclər;
− zədələnmiş əmlakın təmir məqsədi ilə onun demontaj (sökülüb) və yenidən quraşdırılması, materialların təmir yerinə aparılma və xxxx daşınması xərcləri, əgər varsa gömrük rüsumu və vergiləri, bir şərtlə ki, bu cür xərclər əvvəlcədən sığorta məbləğinə daxil edilmiş olsunlar.
Qalıqların dəyəri zərər məbləği hesablananda nəzərə alınmalıdır.
9.2. Əlavə iş vaxtları, gecə vaxtı, bayram günlərində işlərin həyata keçirilməsi və təcili daşımaya çəkilmiş xərclər yalnız belə xərclərin Sığortaçı ilə əvvəlcədən yazılı formada razılaşdırılması hallarında Sığortaçı tərəfindən ödənilir.
9.3. Sığortaçı öz mülahizəsi əsasında Sığortalıya vurulmuş zərərin əvəzini pul vəsaitlərinin ödənilməsi, zərər dəymiş maşın və avadanlığın dəyişdirilməsi və ya təmir edilməsi yolu ilə ödəyəcəkdir.
9.4. Aşağıdakı xərclər sığorta təminatına daxil edilmir:
- sığortalanmış əmlakın edilmiş yaxşılaşdırmalar və ya dəyişdirilmələr, onların əlavələrlə təçhiz edilməsi və ya əsaslı təmir üzrə işlərin dəyəri.
− sığorta hadisəsindən asılı olmayaraq hər hansı bir halda tələb olunan profilaktiki təmir və texniki xidmət xərcləri.
9.5. Zərərçəkmiş əmlakın köməkçi və ya müvəqqəti təmirinin keçirildiyi halda, müvəqqəti təmirin dəyəri, əgər bu cür təmir işləri sığorta hadisəsi ilə əlaqədar yekun təmirin bir hissəsini təşkil etməklə təmirin ümumi dəyərini artırmırsa, Sığortaçı tərəfindən ödənilməlidir.
9.6. Sığortaçı tərəfindən təminat verilən zərərlərin azaldılması məqsədilə çəkilmiş zəruri və ağlabatan xərclər:
Belə xərclərin zəruri olması və Sığortaçının göstərişlərinə əməl edilməsi üçün çəkilməsi şərtilə, Sığortaçı tərəfindən təminat verilən zərərlərin azaldılması məqsədilə çəkilən ağlabatan xərclər.
Sığortalanmış əmlakın (maşın və avadanlığın) xilas edilməsi məqsədilə Sığortalı tərəfindən çəkilən ağlabatan və zəruri xərclər sığortalı tərəfindən təqdim olunmuş çəkilmiş xərcləri təsdiq edən müvafiq sənədlər (hesablar, qəbzlər, fakturalar, qaimələr, ödəniş sənədləri və sair) əsasında digər zərərlərlə birlikdə sığorta məbləğindən (sığorta məbləğinin bir hissəsindən) xxx olmayaraq bu xərclərin həcmi həddində müəyyənləşir.
Sığortaçı, zərələrin qarşısını almaq və ya azaltmaq üçün Sığortalının mümkün (səmərəli) və ağlabatan tədbirləri bilərəkdən görməməsi nəticəsində ortaya çıxan xərcləri ödəmək öhdəliyi daşımır.
Maddə 10. Sığorta ödənişinin hesablanması
10.1. Sığorta müqaviləsində azadolma məbləği kimi göstərilmiş məbləğ Sığortaçı tərəfindən əsaslı qəbul edilən hər bir sığorta tələbinin və/və ya bir hadisə üzrə irəli sürülən bir necə tələbin yekun məbləğindən çıxılır və Sığortaçı belə tələbin və ya tələblərin azadolma məbləğinin çıxılmasından sonra qalan məbləğ üçün öhdəlik daşıyır.
10.2. Əgər Sığorta müqaviləsində hər bir sığortalanmış maşın və avadanlığa və ya maşın və avadanlıqlar qrupuna münasibətdə ayrıca azadolma məbləği müəyyən edilmişsə, sığorta ödənişinin məbləğinin hesablanması zamanı hər bir maşın və avadanlıq və ya maşın və avadanlıqlar qrupu üzrə azadolma məbləği ayrıca olaraq nəzərə alınacaqdır.
10.3. Sığortaçı tərəfindən əsaslı qəbul edilən hər bir vəsatətə və ya eyni hadisə üzrə bir necə vəsatətə münasibətdə ödəniləcək sığorta ödənişinin məbləği azadolma məbləği tətbiqindən əvvəl Sığorta müqaviləsinin müvafiq bölməsində göstərilmiş müvafiq sığorta məbləğini və məsuliyyət hədlərini aşmamalıdır.
10.4. Sığortalının üçüncü tərəfdən kompensasiya xxxxxx xxxxxxx, bu konpensasiyanın məbləği azadolma məbləği tətbiqindən əvvəl sığorta ödənişi məbləğindən çıxılmalıdır.
10.5. Sığorta ödənişinin həyata keçirilməsi tarixinə sığorta haqqının tam ödənilməməsi halında, Sığortaçı ödənilməmiş sığorta haqqının məbləğini sığorta ödənişinin məbləğindən çıxmaq hüququna malikdir.
10.6. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində həyata keçirilmiş sığorta ödənişinin ümumi məbləği Sığorta müqaviləsində göstərilmiş müvafiq məsuliyyət həddlərini və sığorta məbləğlərini aşmamalıdır.
FƏSİL 2
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR
Maddə 11. Ümumi istisnalar
Sığortaçı aşağıdakılar üçün məsuliyyət daşımır:
11.1. hər bir sığorta hadisəsi üzrə, Sığorta müqaviləsində əks olunmuş və Sığortalının özünün məsuliyyət daşıdığı azadolma məbləği;
11.2. elektrik və ya mexaniki xarakterli nasazlıq və (və ya) sıradan çıxma, elektrik və ya mexaniki xarakterli sınma və (və ya) dayanma; soyuducu mayenin və ya hər hansı digər mayenin donması, yağlamanın keyfiyyətsiz olması, yağın və ya soyuducu mayenin çatışmaması nəticəsində baş verən itki və ya məhv olma. Xxxxx bu müddəada sadalananların nəticəsində hadisə baş verərsə və belə hadisə digər maşın və avadanlığa zərər dəyməsinə səbəb olarsa, belə vasitəli zərərə qarşı bu Sığorta müqaviləsi ilə sığorta təminatı veriləcək;
11.3. burğu, bıçaq, yaxud digər kəsici hissələr, mişar diskləri, şablonlar, nümunələr, çiləyici və deşici səthlər, ekran və şəbəkə, kəmərlər, zəncirlər, elevator və kovneyer lentləri, batareyalar, təkərlər, birləşdirici məftillər və kabellər, elastik borular, müntəzəm olaraq əvəz edilən birləşdirici və qablaşdırıcı materiallar kimi, əvəz edilə bilən hissə və ləvazimatların zədələnməsi və ya məhv olması;
11.4. daxili buxar yaxud xxxx təzyiqinə məruz qalan hər hansı buxar və ya təzyiq qazanının və ya istənilən daxiliyanma mühərrikinin partlaması nəticəsində vurulan və itki;
11.5. ümumi tikinti və ya istehsalat sahələrində müstəsna olaraq istifadə edilməsi halları istisna olmaqla, ictimai yollarda istifadə üçün nəzərdə tutulan və buna icazəsi xxxx avtonəqliyyat vasitələrinə vurulan zərər və ya onların məhv olması;
11.6. gəmiyə və ya hər hansı üzən qurğuya zərər vurması və ya onların məhv olması;
11.7. suyun qabarması nəticəsində qismən və ya xxx xxxx batma nəticəsində zərər vurulması və ya məhv olması;
11.8. Sığorta müqaviləsinə əks hal nəzərdə tutulmayıbsa, daşınma zamanı vurulan zərər və ya məhv
olma;
11.9. maşın və avadanlığın davamlı olaraq istifadə edilməsinin birbaşa nəticəsi olaraq meydana gələn zərər (aşınma, paslanma, korroziya, maşın və avadanlığın kifayət qədər istifadə edilməməsi və normal hava şəraitinin olmaması səbəbindən keyfiyyətini itirməsi);
11.10. sığorta olunmuş hər xxxxx xxxxx və ya avadanlığın hər hansı testdən keçirildiyi, təyinatından kənar və istismar qaydalarında fərqli şəkildə istifadə edildiyi zaman meydana gələn zərər;
11.11. Sığorta müqaviləsinə əks hal nəzərdə tutulmayıbsa, yerin altında işləyən maşın və avadanlığın məhv olması və ya həmin maşın və ya avadanlığa zərər vurulması;
11.12. müharibə, hərbi müdaxilə, xarici ölkələrin düşmən hərəkəti, hərbi əməliyyatlar (müharibənin elan edilib edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, iğtişaş, inqilab, tətil, lokaut, ictimai çaxnaşma, hakimiyyətin hərbi yolla qəsb edilməsi, hər hansı siyasi təşkilatla bağlı, yaxud bu təşkilatın adından və ya belə təşkilatla əlaqəli hərəkət edən müəyyən şəxslərin və ya şəxslər qrupunun qərəzli hərəkətləri, gizli sövdələşmə, müsadirə, hər xxxxx xx-xxxx, yaxud de-fakto hakimiyyətin, yaxud dövlət orqanının əmri ilə aparılan əməliyyatlar nəticəsində baş verən və ya əmələ gələn və ya xxxxx zərər. Sığorta müqaviləsinə hüsusi olaraq nəzərdə tutulduğu hallarda tətil, lokaut, ictimai çaxnaşma risklərə təminat verilə bilər;
11.13. nüvə reyaksiyası, nüvə şüalanması, yaxud radioaktiv zəhərlənmə nəticəsində birbaşa və ya dolayı yol ilə baş verən və ya əmələ gələn və ya xxxxx zərər;
11.14. belə qüsurlar və ya çatışmazlıqlar haqqında Sığortaçının məlumatının olub-olmamasından asılı olmayaraq, Sığorta müqaviləsinin qüvvəyə minmə xxxxxx mövcud xxxx və Sığortalıya və ya onun nümayəndəsinə məlum olmuş qüsurlar və ya çatışmazlıqlar nəticəsində meydana gələn zərər;
11.15. Sığortalı, onun işçiləri yaxud onun nümayəndəsinin qəsdli hərəkəti, yaxud qəsdən yol verdiyi səhlənkarlıq nəticəsində birbaşa və ya dolayı yol ilə baş verən və ya əmələ gələn və ya xxxxx zərər ;
11.16. tədarükçü və ya istehsalçının qanun və ya müqavilə əsasında məsuliyyət daşıdığı zərərlər;
11.17. hər hansı vasitəli zərər (həyata keçirilən xidmətlərin dayanması ilə əlaqədar meydana gələn zərər) və ya məsuliyyət;
11.18. inventarlaşmanın həyata keçirildiyi zaman və ya növbəti texniki xidmət xxxxxx xxxxx edilmiş itki və ya zərər;
11.19. Sığortalanmış maşın və avdanlığın istehsalı zamanı yol verilmiş qüsurların aradan qaldırılması xərcləri.
11.20. Sığorta müqaviləsinə digər şərtlər nəzərdə tutulmadıqda, Terrorcülüq nəticəsində dəyən zərər və itkilər.
11.21. Sığortalının fəaliyyətinin və sığorta predmetinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər istisnalar nəzərdə tutula bilər.
FƏSİL 3 ÜMUMİ MÜDDƏALAR
Maddə 12. Sığortanın əhatə etdiyi ərazi
Əgər Sığorta müqaviləsində sığortanın qüvvədə olduğu ərazi göstərilibsə, yalnız göstərilmiş ərazidə baş verən sığorta hadisələri bu sığorta təminatına daxildir. Sığorta müqaviləsində sığortanın qüvvədə olduğu ərazi göstərilməyibsə, bu sığorta yalnız Azərbaycan Respublikasının ərazi hüdudlarında qüvvədədir.
Maddə 13. Sığorta haqqının ödənilməsi
13.1. Sığorta haqqı illik sığorta tariflərinə əsasən hesablanır.
13.2. Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının ödənilməsinin əsasını təşkil edən Sığorta müqaviləsinin nömrəsinə istinad etməlidir.
13.3. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata
keçirilir.
13.4. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş formasında alındığı gün ödənilmiş hesab olunur.
13.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 13.6-ci bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.
13.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən bir aydan gec olmayaraq ödənilməlidir.
Maddə 14. Xxxxxxx haqqında qeyd-şərt
14.1. Sığorta məbləğinin, azadolma məbləğinin və tələblərin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödənişin həyata keçirildiyi tarixə və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə olan rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta tənzimlənməsi qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
14.2. Əgər sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlər Azərbaycan manatı və ya Sığorta müqaviləsinin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, Sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.
Maddə 15 – Sığorta müddəti
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlanğıc və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 2400-da qüvvəyə minir və qüvvədən düşür.
Maddə 16. İkili (Çoxqat) sığorta
Podratçının maşın və avadanlığının sığortasında sığorta məbləği həmin əmlakın Sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən – sığorta dəyərindən çox olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır.
Maddə 17. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsinin nəticələri
17.1. Bu Qaydaların 5-ci maddəsində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün əsas olan şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə yazılı xəbərdar etməlidir.
17.2. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 (otuz) gün əvvəl (Sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 (altmış) gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5(beş) iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş Sığorta müqaviləsinin xitamı tarixini özündə əks etdirməklə Sığortalının və ya Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsinə bildirişdə göstərilən tarixdən xitam verilmiş hesab edilir. Bu bildirişin poçt vasitəsilə göndərilməsi və qarşı tərəf tərəfindən alınması, həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi üçün kifayətdir və Sığorta müqaviləsinə bildirişdə göstərilən tarixdən və vaxtdan xitam verilmiş hesab olunacak. Bildiriş hər hansı digər vasitə ilə göndərildikdə və ya təqdim edildikdə yalnız o zaman çatdırılmış hesab ediləcək ki, qarşı tərəfinin onu almasını təsdiq edən kifayyat qədər sübüt olsun.
17.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə 25% işlərin aparılması xərclərini çıxmaqla Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
17.4. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə 25% işlərin aparılması xərcləri çıxılmaqla, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını qaytarır.
17.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.
17.6. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 17.3 və 17.4-cü bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
17.7. Sığorta müqaviləsi üzrə sığorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını və ya hər hansı minimal və (və ya) depozit sığorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.
Maddə 18. Marağın keçməsi
Maşın və ya avadanlığın satılması və yaxud onlara hüquqların digər şəxsə verilməsi halında, Sığortaçının yazılı razılığı olmazsa, Sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya maşın və ya avadanlığa hüquqları alan hər hansı digər şəxsə aid edilmir. Bu halda Sığortaçı ilə Sığortalı və ya xeyrinə maşın və ya avadanğıq özgəninkiləşdirilən şəxs arasında yeni Sığorta müqaviləsi bağlana bilər.
Maddə 19. Məlumatın təhrif edilməsi və aldatma
Əgər Sığortalı və ya onun hər hansı nümayəndəsi Sığorta müqaviləsi bağlanan zaman və ya müqavilə bağlandıqdan sonra sığorta müqaviləsi üçün mühüm əhəmiyyət kəsb edən şərait və ya məlumatı gizlədər, yaxud təhrif edərsə, belə aldatmanın zərərin həcminə və digər məsələlərə aid olub-olmamasından asılı
olmayaraq aldatma yolu ilə yalan tələb irəli sürülərsə, bu hal Sığorta müqaviləsinin etibarsız hesab
edilməsi və irəli sürülən bütün tələblərin ödənilməməsi ilə nəticələnəcəkdir.
Maddə 20. Təhlükəsizlik normalarının pozulması
Əgər Sığortalı qanunvericiliklə müəyyən edilmiş yanğın təhlükəsizliyi, maşın və avadanlığın və onların yerləşdiyi ərazinin mühafizəsi, həyata keçirilən işlərin təhlükəsizliyinin təmin olunması qaydalarını və digər analoji qaydaları pozursa və belə qayda pozuntuları sığorta hadisəsinin yaranmasına birbaşa və ya dolayı yolla səbəb olursa, Sığortalı sığorta ödənişini verməkdən imtina etmək hüququnu əldə edir.
FƏSİL 4
SIĞORTA HADİSƏLƏRİ İLƏ ƏLAQƏDAR TƏLƏBLƏRİN TƏNZİMLƏNMƏSİ
Maddə 21. Zərərin qarşısının alınması və həcminin azaldılması
21.1. Bu sığorta ilə təminat verilib verilməməsindən asılı olmayaraq, Sığortalı artıq vurulmuş zərərin azaldılması və gələcəkdə baş verə biləcək zərərlərin qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur. Sığortalının belə tədbirləri görməməsinin birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərərə qarşı sığorta təminatı verilmir.
21.2. Sığortalanmış maşın və avadanlığı xilas etmə, təmir etmə və ya onun qorunub saxlanması məqsədi ilə görülən bütün belə tədbirlər bütün maraqlı tərəflərin mənafeyi üçün həyata keçirilmiş hesab edilir və tərəflərdən heç birinin hüquqlarına təsir etmir. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
Maddə 22. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifəsi
22.1. Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə Sığortalı, yaxud Faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya ən gec 3 (üç) iş günü ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
22.2. sığortaçının nümayəndəsi baxış keçirənə qədər maşın və avadanlığı (zədələnmiş və zədələnməmiş əmlakı) sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamalıdır. Sığortalı avadanlığın yerlərini yalnız təhlükəsizliyinin qorunması, zərərin azaldılması məqsədilə və ya sığortaçının razılığı ilə dəyişdirə bilər. Bu halda sığortalı onların vəziyyətini fotoşəkil, videoçəkiliş və ya digər vasitələrlə qeyd etməyə borcludur;
22.3. Oğurluq və ya talan nəticəsində maşın və avadanlığın məhv olması və ya onlara zərər vurulması halında, Sığortalı bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidir.
22.4. Sığortalı, sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan, qanunvericiliyə və işgüzar adətlərə uyğun olaraq tələb olunan sənədlər də daxil olmaqla, özündə olan bütün sənədləri Sığortaçıya təqdim etməlidir.
22.5. Sığortalı Sığortaçıya araşdırma aparmağa və ona zərərin baş verdiyi şəraiti, onun xarakteri və həcmini müəyyənləşdirmək üçün əhəmiyyət daşıyan sənədlərlə maneəsiz tanış olmaq imkanını verməlidir;
22.6. Sığorta təminatı verildikdən sonra Sığortalının itkiləri üçüncü şəxslər tərəfindən tam şəkildə, yaxud qismən ödənilərsə, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ərzində qanuna görə Sığortalını sığorta təminatını əldə etmək hüququndan tam şəkildə və ya qismən məhrum edən şərait yaranarsa, Sığortalı üçüncü şəxslərdən vəsaitləri aldıqdan sonra, yaxud Sığortaçıdan qanun əsasında sığorta təminatının müvafiq hissəsini Sığortaçıya qaytarmaq barədə tələbi aldıqdan sonra 5 iş günü ərzində müvafiq məbləği geri qaytarmalıdır.
22.7. Sığorta hadisəsinin baş verməsi və vurulan zərərin həcminin sübuta yetirilməsi öhdəliyini Sığortalı daşıyır.
22.8. Sığortalı təqsirkar şəxsə qarşı zərərin əvəzinin ödənilməsi tələbinin həyata keçirilməsi üçün mövcud qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görməlidir;
22.9. sığorta qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidir.
Maddə 23. Sığortaçı tərəfindən nəzarət
23.1. Sığortaçı hadisənin səbəblərini və baş verdiyi şəraiti müstəqil araşdırmaq hüququna malikdir. Sığortaçı bu Sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsi üçün əsas ola biləcək hadisə və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
23.2. Sığortalı Sığortaçı və yaxud onun təyin etdiyi ekspert tərəfindən baxış həyata keçirilənədək sığorta hadisəsi nəticəsində zədələnmiş sığorta obyektini sığorta hadisəsindən sonrakı vəziyyətdə saxlamağa borcludur.
23.3. Sığortaçı zərərin baş verdiyi əraziyə daxil ola, zədələnmiş maşın və avadanlığın ona təqdim edilməsini tələb edə bilər. Sığortaçının belə hərəkətləri etməsi, sığorta hadisəsi ilə bağlı hər hansı öhdəliyin Sığortaçı tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Yuxarıdakı şərtlərə əməl olunmadıqda sığorta ödənişi verilmir.
23.4. Əgər Sığortalı ilə Sığortaçı arasında zərərin miqdarının real təmir xərcləri əsasında müəyyən edilməsi barədə razılıq əldə edilərsə, onda təmir emalatxanası da təmir işləri başlanmazdan əvvəl Sığortaçı ilə razılaşdırılmalıdır.
23.5. Sığortalı sığorta hadisəsinin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bununla bağlı bütün hərəkətləri barədə Sığortaçıya təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
23.6. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına sığortalının maraqlarını təmsil və müdafiə etmək hüququna malikdir.
23.7. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla bilavasitə özü qiymətləndirir. Zəruri hallarda hadisənin baş vermə səbəblərinin və zərərin həcminin müəyyən edilməsi ilə bağlı işlərin aparılması sığortaçı tərəfindən ixtisaslaşdırılmış müəssisələrə (müstəqil ekspertlərə, qiymətləndirmə müəssisələrinə, qəza komissarlarına) həvalə edilə bilər.
Maddə 24. Qalıqlara olan hüququn keçməsi və sığortalanmış əmlaka hüquqdan imtina
24.1. Sığortaçı sığortalanmış maşın və avadanlığın tam məhvinin və ya onun oğurlanmasının əvəzini ödəyərsə, yaxud onun ayrı-ayrı hissələrini dəyişdirərsə, Sığortaçının belə hüquqlardan istifadə etmək qərarına gəlməsi şərtilə, Sığortalının sığortalanmış maşın və avadanlığa və ya onların dəyişdirilmiş hissəsinə olan hüquqları Sığortaçıya keçir. Bu halda, Sığortalı həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri (o cümlədən, müvafiq icra həkimiyyəti orqanlarında maşın və avadanlığın qeydiyyatdan çıxarılması və Sığortaçının adına qeydiyyata salınması ilə bağlı olan işləri) öz hesabına görməlidir. Lakin Sığortalı Sığortaçının razılığı olmadan maşın və avadanlığa olan hüquqlarından üçüncü şəxslərin xeyrinə imtina etmək hüququna malik deyil.
24.2. Sığortalı bu Qaydalara əsasən tam məhv olmuş sayılan maşın və avadanlığı öz sərəncamında saxlamaq qərarına gələrsə, bu halda Sığortaçı tərəfindən Sığortalıya verilməli olan sığorta ödənişi sığorta məbləğinin 75(yetmiş beş) faizini təşkil edəcəkdir.
24.3. Oğurlanmış maşın və avadanlıq sığorta ödənişinin verilməsindən sonra aşkar edilərsə, Sığortaçının öz mülahizəsi əsasında sığortalanmış əmlakı özündə saxlamaq və yaxud onu Sığortalıya qaytarmaq hüququ vardır. Sonuncu halda sığortalanmış maşın və avadanlığa görə alınmış sığorta ödənişi Sığortaçıya geri qaytarılmalıdır və Sığortaçı yalnız oğurluq nəticəsində sığortalanmış əmlaka vurulmuş zərərə görə bu Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq məsuliyyət daşıyır.
Maddə 25. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün Sığortalı aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir:
25.1. sığorta hadisəsi haqqında yazılı ərizə;
25.2. Sığorta müqaviləsinin (Sığorta şəhadətnaməsinin) əsli;
25.3. sığorta hadisəsinin baş verməsini təsdiq edən sənəd;
25.4. zərərin həcmini müəyyənləşdirən sənədlər;
25.5. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün lazım olan digər sənədlər.
Maddə 26. Subroqasiya hüququ
26.1.Subroqasiya hüququ, sığorta ödənişini almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş Sığortaçının istifadə etmək hüququdur.
26.2. Sığortalı Sığortaçınının subroqasiya hüququnun təmin edilməsi üçün öz imkanları cərcivəsində ona hər cür kömək göstərməlidir və Sığortaçını Sığortalının adından tələb irəli sürmək üçün zəruri olan bütün sənədlər, sübutlar və məlumatlarla təmin etməlidir.
26.3. Sığortalının hər hansı məhkəmədənkənar razılışma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təzminat məbləğləri ilk növbədə Sığortaçının Sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişinin əvəzinin ödənilməsinə sərf olunacaq. Yalnız Sığortaçının həyata keçirdiyi sığorta ödənişinin tam məbləğinin Sığortaçıya qaytarılması halında, Sığortalı qalan məbləği almaq hüququnu əldə edir.
26.4. Əks qaydanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, Sığortalı Sığortaçının əvəzini ödədiyi zərərlər üçün məsuliyyət daşıyan şəxsə qarşı tələb hüququndan imtina edərsə və ya Sığortalının təqsiri üzündən bu hüquqdan istifadə qeyri-mümkün olarsa, Sığortaçı sığorta ödənişini ödəmək öhdəliyindən tam və ya qismən azad olunur və sığorta ödənişinin tam və ya müvafiq hissəsini özünə qaytarmaq hüququnu əldə edir.
Maddə 27. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edilir:
27.1. bu Qaydaların 6.1.2. və 22.1-ci bəndlərinin tələblərinə əməl edilməməsi nəticəsində, o cümlədən sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda ;
27.2. bu Qaydalarda nəzərdə tutulan Mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq Sığortalının Sığorta müqaviləsində nəzərdə tutulan belə şərtlərə əməl etməməsi;
27.3. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi. Bu halda Sığortaçının verməməyə haqlı olduğu sığorta ödənişinin məbləği, belə yerinə yetirilməmənin sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır.
27.4. Sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
27.5. Sığorta müqaviləsi və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
27.6. Sığortalının sığortalanmış maşın və avadanlığa dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
27.7.Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi;
27.8. Sığortalının zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərər vuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
27.9. baş vermiş hadisənin Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
27.10.sığorta hadisəsinin sığorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;
27.11. sığorta hadisəsinin sığorta haqqının növbəti hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
27.12. sığorta hadisəsinin bu Qaydaların 13.5-ci bəndində nəzərdə tutulmuş halda Sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda.
27.13. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi və ya texniki təhlükəsizlik qaydalarını kobud şəkildə pozması;
27.14. Sığorta hadisəsinin xarakteri bunu tələb etməsinə baxmayaraq, Sığortalı tərəfindən həmin hadisə barədə səlahiyytli dövlət orqanlarına məlumat verilmədikdə;
27.15. Sığorta hadisəsinin baş verməsi faktı səlahiyyətli orqan tərəfindən təsdiq edilmədikdə;
27.16. Sığortalı tərəfindən yanğın və təhlükəsizlik texnikası qaydalarının qəsdən pozulması.
Maddə 28. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti, sığorta ödənişinin həyata keçirilməsi qaydası
28.1. Sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişinin verməkdən imtina olunması haqqında qərarı bu Qaydaların 25-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi andan 30 iş günü ərzində qəbul edir.
28.2. Qanunvericiliklə və bu Qaydalarla müəyyən edilmiş sığorta ödənişinin verməkdən imtina halları istisna olmaqla, Sığortaçı və yaxud Sığortaçının təyin etdiyi ekspert sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra ödəniş aparılmasının forması, qaydası və sair əlaqədar məlumatları əks etdirən ödənişə əsas verən sənədi (sığorta aktı, razılaşma, protokol və s.) tərtib edir və razılaşdırmaq üçün bu sənədi Sığortalıya və/və yaxud Faydalanan səxsə təqdim edir.
28.3. Sığortalı və/və yaxud Faydalanan səxs ödənişə əsas verən sənədi imzaladıqdan sonra, onu Sığortaçıya qaytarır və Sığortaçı ödənişə əsas verən sənəddə başqa müddət nəzərdə tutulmadıqda bu sənədi aldığı gündən etibarən 30 (otuz) iş günü ərzində sığorta ödənişini həyata keçirir.
Maddə 29. Qismən sığorta
Sığorta məbləği maşın və ya avadanlığın sığorta dəyərindən az olduqda, sığorta ödənişi sığorta məbləğinin maşın və ya avadanlığın sığorta dəyərinə olan nisbətində ödənilir. Əgər sığorta predmeti birdən çox maşın və avadanlıqdan ibarətirsə, bu şərt onların hər birinə ayrı-ayrılıqda tətbiq ediləcəkdir.
Maddə 30. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir-birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.
Maddə 31. Mübahisələrin həlli qaydası
Sığortaçı ilə Sığortalı arasında sığorta müqavilələri ilə bağlı olan mübahisələr danışıqlar yolu ilə, razılaşma əldə olunmadıqda isə, Azərbaycan Respublikası qanunvericiliyi tətbiq olunmaqla Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunur.
Maddə 32. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Sığortalı və sığortaçı bu Qaydalarla müəyyən olunmuş müddəa və şərtlərdən fərqli olan, qanunvericilicin imperativ normalarəna zidd olmayan şərtlər barədə razılığa gələ bilərlər.