― Bank‖ın idarə heyyətinin sədrinə
― Bank‖ın idarə heyyətinin sədrinə
tarixli, xxxxx ―Kredit müqaviləsi‖ üzrə Borclu: Ad, soyad
Ünvanı:
Əlaqə tel.:
tarixli, xxxxx müqavilənin şərtlərinin dəyişdirilməsi barədə
T Ə K L İ F
Xxxxxxxx sədr!
Həmin müqavilə ilə mən bankdan illik faiz dərəcəsi ilə min ABŞ dolları məbləğində kredit götürmüşəm.
Həmin müqaviləni bağlayarkən əsas götürdüyümüz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini nəzərə alaraq, müqavilə şərtlərini dəyişdirməyinizi xahiş edirəm.
Belə ki, 22 dekabr 2015-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 50 faiz qiymətdən düşməsi mənim həmin müqavilə üzrə öhdəliklərimin icrasını qeyri-mümkün etmişdir.
Bu müqavilə bağlanarkən, mən, eləcə də Siz, milli valyutamızın məzənnəsinin bu qədər sürətlə və bir dəfəyə 50 faiz düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdik.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci yarımmaddəsinə əsasən, ―tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə
əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.‖
Xxxxxxxx sədr!
Biz, nəinki manatın belə sürətlə və yüksək faizlə ucuzlaşmasını görə bilməzdik, həm də dövlət rəsmilərimizin çıxışlarında manatın sabitliyi ilə bağlı dedikləri fikirlərə əsaslanaraq, bu prosesin tam əksini düşünürdük.
Ona görə də, hesab edirəm ki, milli valyutamızın indiki qaydada, yəni birdən-birə, yüksək faizlə ucuzlaşması ―şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi‖ kimi qiymətləndirilməli və müqavilə şərtlərinə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556-cı (icra mümkün olmadığına görə öhdəliyin xitamı) maddəsinə əsasən, ―icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu xxxxx xxxxxxxx borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.‖
MM-nin 557-ci (dövlət və ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin xitamı) maddəsinə əsasən isə, ―dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.‖
Xxxxxxxx sədr!
Mən qanunun mənə verdiyi bu hüquqdan istifadə edib, Mərkəzi Bankın qərarı ilə manatın məzənnəsinin ABŞ dolları ilə müqayisədə bir dəfəyə 50 faizdən xxx düşməsini ―fors-major‖ kimi bəhanə edərək, kredit müqaviləsi üzrə öhdəliklərimi icra etməkdən imtina da edə bilərəm.
Xxxxx mən hələlik bunu etmirəm. Çünki vicdanlı bir vətəndaş və bankınızın etibarlı bir müştərisi kimi, yaranmış vəziyyətdən bankın daha xxx xxxxx çəkməsini istəmirəm.
Eyni zamanda, onu da nəzərinizə çatdırım ki, MM-nin 741-ci maddəsinə (borc üzrə faizlər) əsasən, ―əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.‖
Maddənin məzmunundan göründüyü kimi, qanunverici ―faizlərin müvafiq surətdə bir ilin sonunda ödənilməli‖ olduğunu nəzərdə tutur.
Ancaq nədənsə, mənə imzalatdığınız kredit müqaviləsində göstərilib ki, faizlər aylar üzrə, əsas borcla birlikdə ödənilməlidir. Deməli, müqavilə imzalanarkən, qanunun tələblərinə əməl edilməyib və mənim bu məsələləri vaxtında bilməməyimdən istifadə edərək, MM-nin 337-ci maddəsi ilə etibarsız hesab edilməli bir müqaviləyə imza etdirilmişəm.
Mən qanunun bu normasını da rəhbər tutub, kredit müqaviləsinin ―etibarsız əqd‖ hesab ediməsi barədə məhkəmədə iddia qaldıra bilərəm. Mübahisə aylarla uzana bilər.
Ancaq yuxarıda göstərdiyim mənəvi səbəblərdən bunu da, hələ ki, etmək istəmirəm və Sizin də məni anlayışla qarşılayacağınıza ümid edirəm.
Qeyd edilənlərə əsasən, T Ə K L İ F E D İ R Ə M :
1. Müqavilənin bəndi aşağıdakı redaksiyada dəyişdirilsin:
―Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə xxxx məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir.
2. Müqaviləyə aşağıdakı məzmunda yeni bənd əlavə edilsin:
―Tərəflər razılığa gəlirlər ki, Azərbaycan manatının dəyərinin ABŞ dolları qarşısında birdən-birə, 10 faizdən (başqa rəqəm dıə göstərilə bilər) artıq ucuzlaşması ―fors-major‖ halı kimi qiymətləndirilir və bu, borclunu öz öhdəliklərini Mülki Məcəllənin 439.7-ci yarımmaddəsində göstərildiyi qaydada ( ―Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir&rdquo:) yerinə yetirməkdən azad edir. Bu halda tərəflər arasında ödəmə şərtləri ilə bağlı yeni müqavilə bağlanmalıdır.‖
3. Müqavilənin —bəndinə aşağıdakı məzmunda yeni yarımbənd əlavə edilsin:
―Bu müqavilə üzrə əsas borc müqavilənin tərkib hissəsi xxxx ―Ödəmə cədvəli‖nə (Əlavə N1) uyğun olaraq aylar üzrə, faizlər isə bir (1) ilin sonuncu həftəsində ödənilməlidir.‖
Bu təklifimə 10 gün müddətində münasibət bildirməyinizi xahiş edirəm.
Cavab verməyəcəyiniz və ya mənim təkliflərimi qəbul etməyəcəyiniz halda, AR Xxxxx Məcəlləsinin 423.2-ci maddəsinə uyğun olaraq, məhkəməyə müraciət edəcəyəm.
Xxxxxxxx, borclu : ad, soyad
Qeyd: Başqa şərtlər də təklif edilə bilər. Tarix.
İmza: /Ə.Ə.Ə/
Qeyd : Bu təklifdə göstərilən müddət keçdikdən sonra bir ay müddətində, yaxud da cavab aldığınız gündən bir ay ərzində aşağıdakı iddia ərizəsi ilə məhkəməyə müraciət etməlisiniz.
məhkəməsinə (Bankın yerləşdiyi rayon məhkəməsi)
Xxxxxxx: Xxxxxx Xxx Xxx xxxx
Ünvanı:
Əlaqə tel.:
Cavabdeh: Bank,
Ünvanı:
Əlaqə tel.:
Müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi barədə
İDDİA ƏRİZƏSİ
(Xxxxx Xxxxxxxxxx 423-cü maddəsinə uyğun)
Bankla mənim aramda tarixli, xxxxx xxxxxx müqaviləsi bağlanıb.
Müqavilə üzrə mən, əsas borcla birlikdə, illik 24 faiz əlavə məbləğ ödəməliyəm.
Müqavilənin bəndinə əsasən, borc və faizlər ödənilən gün
qüvvədə xxxx məzənnəyə uyğun olaraq, Azərbaycan manatı ilə ödənilməlidir.
Mən, milli valyutamız manatın 21 dekabrda, ABŞ dolları qarşısında birdən- birə 50 faizdən xxx dəyər itirməsindən dolayı, yaranmış yeni biznes şəraitini nəzərə alaraq, ——–tarixdə ―kredit müqaviləsi‖ndə bəzi dəyişikliklərin edilməsini cavabdehə təklif etdim. Təklifim qəbul edilmədi.
Hesab edirəm ki, aşağıda göstərdiyim əsaslara görə, mənim iddiam təmin edilməli, cavabdehə etdiyim təkliflərə uyğun olaraq, cavabdehlə mənim aramda bağlanmış —–―Kredit müqaviləsi‖nə dəyişikliklər edilməlidir.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən, ―tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.‖
Müqavilə bağlandıqdan sonra, yəni 22 dekabr 2015-ci ildə Azərbaycan manatı ABŞ dolları qarşısında birdən-birə 50 faizdən artıq ucuzlaşmış və bu hal mənim həmin müqavilə üzrə öhdəliklərimin yerinə yetirilməsini qeyri- mümkün etmişdir. 2015-ci ilin fevralından başlamış 34 faizlik devalvasiyanı nəzərə alsaq, manat faktik olaraq il ərzində 100 faiz dəyər itirib.
Mən həmin müqaviləni imzalayarkən, 1 dollar 0,78 manat idi, sonradan 1, 05 manat oldu. Yəni, mən müqavilə öhdəliklərimi yerinə yetirmək üçün, müqaviləni imzaladığım vaxt mövcud xxxx xxxxx şərtlərini nəzərə almışdım və həmin şərtlər daxilində borcumu qaytarmaqda heç bir problemim xxx xxx.
İndi isə, ABŞ dollarının dəyəri birdən-birə 50 faizdən xxx qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri, eləcə də mənim əmək haqqım və sair gəlirlərim həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. Rəsmi dövlət orqanları da mal və xidmətlərin qiymətlərinin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etmişlər.
Digər tərəfdən də, ABŞ dollarının dəyərinin artması xaricdən gətirilən malların qiymətinin artmasına, bu da öz növbəsində Respublikamızdakı mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsinə səbəb olmuşdur
Mən daha, əvvəllər olduğu kimi, yəni həmin müqaviləni bağladığım vaxt ümid etdiyim gəlirləri əldə edə bilmirəm.
Beləliklə də, həmin müqavilə bağlanarkən əsas götürdüyümüz şərait əhəmiyyətli dərəcədə dəyişmişdir.
Bu dəyişikliyi isə, nə mənim, nə də cavabdehin ―ağlabatan şəkildə əvvəlcədən görə bilməsi‖ mümkün idi.
Şəxsən mən, əvvəlcədən milli valyutamız xxxx manatın ABŞ dolları qarşısında belə qısa müddətdə, bir dəfəyə və 10 faizdən xxx ucuzlaşacağını görə bilsəydim, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdım.
2. MM-nin 556-cı (icra mümkün olmadığına görə öhdəliyin xitamı) maddəsinə əsasən, ―icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu xxxxx xxxxxxxx borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.‖
MM-nin 557-ci (dövlət və ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin xitamı) maddəsinə əsasən isə, ―dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün
olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.‖
Bu maddələrin məzmunundan göründüyü kimi, manatın Mərkəzi Bank tərəfindən, əvvəl sabit valyuta kimi təriflənib vətəndaşların arxayınlaşdırılması, qısa müddət sonra, il ərzində 100 faiz ucuzlaşdırılması məhz MM-nin 556-557-ci maddələrinin təsirinə düşür.
Mən əslində, dövlət orqanlarının verdiyi qərar nəticəsində öz öhdəliyimi icra etmək imkanından məhrum edilmişəm.
3. MM-nin 741-ci maddəsinə (borc üzrə faizlər) əsasən, ―əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.‖
Maddənin məzmunundan göründüyü kimi, qanunverici ―faizlərin müvafiq surətdə bir ilin sonunda ödənilməli‖ olduğunu nəzərdə tutur. Buradakı ―malı- məli‖ şəkilçisi normaya imperativlik verir. Yəni, faizlər mütləq ilin sonunda ödənilməlidir. Bu normanı qəbul edərkən qanunverici orqan vətəndaşların, xüsusilə də, iş adamlarının borc aldıqları puldan səmərəli istifadə edib, qazana bilmə imkanlarını təmin etməyə çalışıb.
Cavabdehlə mənim aramda bağlanmış indiki kredit müqaviləsində isə, faizlərin əsas borcla birlikdə, aylar üzrə ödənilməsi nəzərdə tutulub. Qanunları dəqiq bilmədiyimizdən, hər iki tərəfdən qanunun tələblərinə riayət edilməmişdir. Bu da mənim ödəmə imkanlarımı çətinləşdirən amillərdən biridir.
4. Mövcud qanunlarımız Azərbaycan vətəndaşlarına dollarla kredit verilməsini qadağan edir. Bu qadağa MM-də imperativ (məcbur edici) xxxxx ilə ifadə edilib.
Xxxxx Xxxxxxxxxx 439.1-ci yarımmaddəsinə əsasən, ―pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.‖
Maddənin məzmunundan göründüyü kimi, xxxx xxxx tərəf Azərbaycan vətəndaşıdırsa və kredit verən bank da yerli hüquqi şəxsdirsə , verilmiş borc yalnız manatla ifadə edilməlidir. Deməli, kredit müqaviləsində borc (kredit) predmetinin xarici valyutada göstərilməsi qanuna ziddir. Bu qanun pozuntusunun özü də mənim ödəmə qabiliyyətimə mənfi təsir edib.
Azərbaycan Respublikası MM-nin 422-ci maddəsinə əsasən, ―‖..422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:
422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.
422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli xxx xxxx zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.
MM-nin 423-cü maddəsinə əsasən, ―423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.‖
Yuxarıda qeyd edilənlərə əsasən, X A H İ Ş E D X X X X :
1. Müqavilənin bəndi aşağıdakı redaksiyada dəyişdirilsin:
―Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə xxxx məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir.‖
( başqa variantlar da tələb edilə bilər )
2. Müqaviləyə aşağıdakı məzmunda yeni bənd əlavə edilsin:
―Tərəflər razılığa gəlirlər ki, Azərbaycan manatının dəyərinin ABŞ dolları qarşısında birdən-birə, 10 faizdən (yaxud 15, yaxud 20 və s.) artıq ucuzlaşması ―fors-major‖ halı kimi qiymətləndirilir və bu, borclunu öz öhdəliklərini Mülki Məcəllənin 439.7-ci yarımmaddəsində göstərildiyi qaydada (Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir) yerinə yetirməkdən azad edir. Bu halda tərəflər arasında ödəmə şərtləri ilə bağlı yeni müqavilə bağlanmalıdır.‖
3. Müqavilənin —bəndinə aşağıdakı məzmunda yeni yarımbənd əlavə edilsin:
―Bu müqavilə üzrə əsas borc müqavilənin tərkib hissəsi xxxx ―Ödəmə cədvəli‖nə (Əlavə N1) uyğun olaraq aylar üzrə, faizlər isə bir (1) ilin sonuncu həftəsində ödənilməlidir.‖
Qoşma: — İddia ərizəsinin surətləri (2 nüsxə)
– Dövlət rüsumu haqqında qəbz,
— tarixli, xxxxx ―Kredit müqaviləsi‖nin surəti,
— Müqavilə şərtlərinin dəyişdirilməsilə bağlı cavabdehə edilən təklifin surəti, — Təklifə cavabdehin verdiyi cavabın surəti,
Və sair sənədlər. Tarix.
İmza: / Ad, soyad /
Qeyd: Bu mübahisənin həllində istinad edilməli hüquqi əsaslar bunlardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları
421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. [i]
421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
Maddə 422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi
422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. [ii]
422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:
422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.
422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli xxx xxxx zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.
Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası
423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri
424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.
424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
424.4. Əgər bu Xxxxxxx ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Maddə 556. İcra mümkün olmadığına görə öhdəliyin xitamı
556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu xxxxx xxxxxxxx borcludan öhdəliyin icrasını tələb edə bilməz.
556.2. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.
Maddə 557. Dövlət və ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin xitamı
557.1. Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.
557.2. Öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı müəyyənləşdirilmiş qaydada etibarsız sayıldıqda, əgər tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və öhdəliyin icrasına kreditorun marağı itməyibsə, öhdəlik bərpa edilir.
Maddə 741. Borc üzrə faizlər
Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
P.S. Əlavə suallarınız olarsa, ―ÇALXAN HÜQUQ FİRMASI‖ ilə əlaqə saxlaya bilərsiniz.
Məlumat üçün: xxx.XxxxxxXxxxx.xxx – saytına müraciət edin.