ENERGETİK RİSKLƏRİN SIĞORTASININ QAYDALARI
ENERGETİK RİSKLƏRİN SIĞORTASININ QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar energetik risklərin sığortası növü üzrə əmlakın yanğından və digər risklərdən sığortası sinfinə aiddir.
1. ƏSAS ANLAYIŞLAR
1.1. Sığortaçı və ya Şirkət - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Nizamnamə əsasında fəaliyyət göstərən və müvafiq lisenziyaya xxxxx xxxx ASC “Standard Insurance” Sığorta Şirkəti.
1.2. Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
1.3. Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.
1.4. Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
1.5. Sığorta müddəti - sığorta müqaviləsinin qüvvədə olduğu müddət.
1.6. Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.
1.7. Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
1.8. Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanuna zidd olmayan hər hansı əmlak mənafeyi;
1.9. Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
1.10. Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
1.11. Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
1.12. Sığorta hadisəsi - sığorta ödənişinin ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən və təsadüflik əlamətlərinə xxxxx xxxx hadisə və ya yaranan hal.
1.13. Sığorta riski - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.
1.14. Tərəflər - sığortaçı və ya onun nümayəndəsi və sığortalı və ya onun nümayəndəsi.
1.15. İşlərin aparılması xərcləri - sığortaçı tərəfindən əmək haqları, rabitə və kommunikasiya xərcləri; ofisin saxlanması xərcləri; agent və broker mükafatları; nəqliyyatın saxlanması; blankların hazırlanması və sairəyə çəkdiyi xərclərinin məcmusu.
2. SIĞORTA MÜQAVİLƏSİNİN PREDMETİ VƏ BAĞLANMA QAYDASI
2.1. Bu Qaydaların şətlərinə uyğun olaraq bağlanmış sığorta müqaviləsinə əsasən Sığortaçı sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqını almaqla sığorta hadisəsi zamanı Sığortalıya sığorta müqaviləsində müəyyən olunmuş sığorta məbləği həcmində (azadolma məbləğləri nəzərə alınmaqla) sığorta ödənişini verir.
2.2. Sığorta müqaviləsi bir tərəfdən sığortaçı, digər tərəfdən müvafiq əmlakın mülkiyyətçisi xxxx və ya etibarnamə əsasında müvafiq səlahiyyətə xxxxx xxxx şəxs tərəfindən bağlanılır. Sığortalının əmlaka münasibətdə sığorta marağı olmadığı halda bağlanmış sığorta müqaviləsi etibarsız sayılır. 2.3.Sığorta müqaviləsi, sığortalının (sığortaçı tərəfindən müəyyən olunmuş müvafiq məlumatları ərizədə göstərməklə) yazılı ərizəsi əsasında bağlanılır.
2.4. Tərəflər müqaviləyə qanunvericiliyinə zidd olmayan əlavə müddəaların daxil edilməsi barədə
razılığa gələ bilərlər. Sığorta müqaviləsi ilə bu qaydalar arasında ziddiyət yaranarsa, sığorta müqaviləsinin müddəaları tətbiq edilir.
2.5. Əgər sığorta müqaviləsi bağlanandan sonra sığortalının müqavilə bağlanarkən qəsdən yalnış məlumat verməsi aşkar olunarsa, sığortaçı sığorta müqaviləsinin etibarsız olduğu barədə sığortalıya yazılı bildiriş verə bilər və ya sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.
2.6. Sığorta müqaviləsinin və bundan irəli gələn bütün sənədlərin rəsmiləşdirilməsini sığortalı və ya faydalanan şəxs həyata keçirir.
2.7. Bu Qaydalara əsasən, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisinə şamil olunur.
2.8. Sığorta müqaviləsi və ümumilikdə sığorta münasibətləri sığorta müqaviləsi, sığorta qaydaları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta Fəaliyyəti Haqqında” Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
3. SIĞORTA MƏBLƏĞİ VƏ REAL DƏYƏR
3.1.1 Sığorta məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir.
3.1.2 Sığorta ödənişinin verildiyi tarixdən etibarən, sığorta məbləği və sığortaçının məsuliyyəti verilmiş sığorta ödənişi həcmində azalmış olur. Sığorta məbləği tam həcmdə istifadə olunduğu təqdirdə sığortaçı öz öhdəliklərini tamamilə yerinə yetirdiyi üçün sığorta müqaviləsinə xitam verilir. Sığortaçının vermiş olduğu sığorta ödənişi ilə əlaqədar azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar.
3.1.3. Müqavilənin müddəti bir ildən artıq müddətə bağlandığı hallarda, müqavilə imzalandığı andan hər sığorta ili başa çatdıqda, sığorta müqaviləsi üzrə sığorta məbləği həmin xxx mövcud xxxx sığorta məbləğinin müqavilədə göstərilən həcmində azalır. Bu halda da azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar.
3.2.1. Əmlakın real dəyəri, onun həmin dövrdə xxxx real bazar qiymətidir.
3.2.2. Əmlakın real dəyəri sığortaçı ilə sığortalı arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
3.2.3. Əgər sığortalı yazılı ərizəsində müvafiq əmlaka əlavə quraşdırılmış hər hansı ünsürü təsvir edərək adını, markasını, miqdarını və qiymətini göstərmişdirsə, əmlakın faktiki dəyəri əlavə ünsürün qiyməti məbləğində artır. Əks təqdirdə əlavə quraşdırılmış avadanlıq sığorta ödənişi zamanı nəzərə alınmır.
3.2.4. Hər sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsi zamanı sığorta ödənişi sığorta hadisəsinin baş vermə tarixində qüvvədə xxxx sığorta məbləğindən (azadolma məbləğləri nəzərə alınaraq) artıq ola bilməz.
3.2.5. Sığorta məbləği və ya sığortaçının ödəyəcəyi məbləğ əmlakın real dəyərindən artıq olarsa (sığorta hadisəsi zaman), sığorta məbləğindən artıq xxxx hissə etibarsız sayılır.
3.2.6. Əgər sığorta hadisəsinin baş verdiyi anda sığorta məbləği real dəyərdən azdırsa (qismən və ya natamam sığorta), sığortaçı zərərin əvəzini sığorta məbləği ilə real dəyərin nisbətinə müvafiq surətdə ödəyir, yəni sığorta məbləğinin real dəyərə nisbəti faiz şəklində sığorta ödənişindən çıxılır.
3.3. Sığorta müqaviləsi imzalandığı zaman əmlakın real dəyəri sığortalı və sığortaçının razılığı ilə və ya onların seçdikləri mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilmişdirsə və tərəflər bununla razılaşmışlarsa, sığorta hadisəsi zamanı tərəflərin heç biri razılaşdırılmış dəyərə etiraz edə bilməz. Razılaşdırılmış dəyərin etibarlılıq müddəti yalnız bir ildir.
4. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ
4.1. Sığorta haqqının həm bütövlükdə həm də hissələrlə ödənilməsi razılaşdırıla bilər.
4.2. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırılmamışdırsa, sığorta haqqı bütövlükdə ödənilməlidir.
4.2.1. Sığorta haqqının bütövlükdə ödənilməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının tam ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir.
4.2.2. Sığorta haqqının hissələrlə ödənilməsi nəzərdə tutulmuşdursa sığorta haqqının birinci hissəsi
sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının birinci hissəsinin ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir. Sığorta haqqının növbəti hissəsi növbəti ödəmə günündən sonra 15 gün ərzində ödənilməzsə sığorta ödənişinin verilməsindən imtina oluna bilər. Gecikdirilmiş 15 gün ərzində sığorta hadisəsi baş verərsə sığortaçı zərərin əvəzini, ödənilmiş sığorta haqqı ilə ümumi sığorta haqqının nisbətinə müvafiq surətdə ödəyə bilər, yəni ödənilmiş sığorta haqqının ümumi sığorta haqqına nisbəti faiz şəklində sığorta ödənişindən çıxıla bilər.
4.3. Sığorta hadisəsi baş verdiyi anda sığorta haqqının ödənilməyən (ödəniş vaxtının çatıb- çatmamasından asılı olmayaraq) hissələri sığorta ödənişindən çıxılır.
4.4. Sığorta ödənişinin verilməsi ilə əlaqədar azalmış sığorta məbləğinin artırılması zamanı, sığorta haqqı sığortalının razılığı ilə həm sığorta ödənişindən tutula bilər, həm də əlavə olaraq ödənilə bilər.
4.5. Sığorta müddəti, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində (bu qaydaların 4.2.1. və 4.2.2. maddələri nəzərə alınmaqla) Azərbaycan vaxtı ilə saat 24:00-da başlayır və saat 24:00-da xxxx xxxxx. Sığorta müqaviləsi bağlandığı gün qüvvədə olmur.
5. AZADOLMA (SIĞORTA ÖDƏNİŞİNDƏN QİSMƏN AZADOLMA)
5.1. Azadolma - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinin, dəymiş zərərin müəyyən bir faizinin və ya konkret məbləğin sığortaçı tərəfindən ödənilməməsini razılaşdıra bilərlər.
5.2.Azadolma şərtli və şərtsiz ola bilər.
5.2.1. Şərtli azadolma - nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən (azadolma məbləğindən) xxx olduqda, zərər məbləğindən azadolma çıxılmır və sığortaçı tərəfindən ödənilir.
5.2.2. Şərtsiz azadolma - nəzərdə tutulduqda azadolma məbləği hər bir halda zərər məbləğindən çıxılır və sığortaçı tərəfindən ödənilmir.
5.3. Müqavilədə müxtəlif növ azadolma həm konkret məbləğ həm faiz şəklində göstərildikdə, faiz çıxıldıqdan sonra konkret məbləğ çıxılır.
5.4. Azadolma hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
5.5. Azadolmanın şərtli və ya şərtsiz olması müqavilədə göstərilmədikdə, şərtsiz kimi qəbul edilir.
5.6. Sığorta müqaviləsində şərtli azadolmanın digər formaları və şərtləri də nəzərdə tutula bilər.
6. SIĞORTA MÜQAVİLƏSİNİN LƏĞVİ
6.1. Sığorta müqaviləsinə həm sığortaçının həm də sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlığı ilə vaxtından əvvəl xitam verilə bilər.
6.1.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.Sığortalının müqavilənin xitamı barədə müraciəti daxil olduğu an, sığorta təminatı dayandırılır.
6.1.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
6.2. Əgər sığorta müddəti ərzində sığorta hadisəsi baş vermişdirsə, işlərin aparılması xərclərindən əlavə olaraq, ödənilmiş sığorta ödənişinin məbləği qaytarılacaq sığorta haqqından çıxılır.
6.3. Sığortalı, müqaviləyə xitam verərək sığortalı ilə başqa müqavilə imzalamaq niyətində olduqda həm işlərin aparılması xərcləri həm də ödənilmiş sığorta ödənişinin məbləği sığorta haqlarından çıxılmaya bilər.
6.4. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini bu qaydaların 3.1.2 bəndinə uyğun olaraq tamamilə yerinə yetirdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Bu halda tərəflər arasında əlavə
hesablaşma aparılmır.
6.5. Sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda da xitam verilə bilər.
7. SUBROQASİYA HÜQUQU
7.1. Sığortalının zərərin vurulmasında təqsirkar xxxx şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ verilmiş sığorta ödənişi həcmində sığortaçıya keçir.
7.2. Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə və yaxud təqsirkar şəxsdən dəymiş zərərin əvəzini və ya bir hissəsini aldıqda, sığortaçı sığorta ödənişinin verilməsindən tam və ya müvafiq sürətdə qismən azad edilir. Artıq ödənilmiş hissə sığortalı tərəfindən xxxx qaytarılmalıdır. Əks təqdirdə sığortaçı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
8. İKİLİ (ÇOXQAT) SIĞORTA
8.1. İkili sığorta zamanı dəymiş zərərin ümumi həcmi sığortaçılar arasında bərabər şəkildə bölünərək ödənilir. Eyni mənafeyi eyni vaxtda bir neçə sığortaçıda sığortalayan şəxs bu barədə sığortaçıya məlumat verməlidir.
8.2. Əgər eyni mənafeyi eyni vaxtda bir neçə sığortaçıda sığortalayan şəxs hər hansı bir səbəbdən bu halı sığortaçıya bildirməzsə (müqavilə bağlandığı zaman və ya hadisə baş verdiyi zaman öz ərizəsində qeyd etməzsə), sığortaçı öz vəzifələrini yerinə yetirməkdən azad olunur.
9. MÜBAHİSƏLƏRİN HƏLLİ
9.1 Sığorta müqaviləsi üzrə vəzifələrin yerinə yetirilməsi ilə bağlı yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunur. Razılıq əldə edilmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə və Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət oluna bilər.
10. SIĞORTA RİSKİNİN ARTMASI
10.1. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar sığortaçı ilə yazılı şəkildə razılaşdırılmalıdır.
10.2. Bu Qaydaların 10.1. maddəsinə riayət edilmədikdə sığortaçı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun tamamilə ləğv edilməsini tələb edə bilər və ya həmin hallarla əlaqəli sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.
11. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
11.1.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq hüququna malikdir.
11.2.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum xxxx, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
11.2.2. Sığortalı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
11.3.1. Sığortaçı sığortalı barədə, habelə onun keçmiş hadisə tarixi barəsində məlumat toplamaq hüququna malikdir.
11.4.1. Sığortaçı sığortalını müqavilənin əsaslandığı sığorta qaydaları ilə xxxxx etməlidir.
11.4.2. Sığortaçı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
12. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
12.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdikdə, köhnə və yeni mülkiyyətçi tərəfindən 15 gün ərzində bu barədə sığortaçıya məlumat verilməli və müvafiq rəsmiləşdirmələr aparmalıdır.
12.2. Bu qaydaların 12.1. maddəsinə riayət edilmədikdə, əmlakın özgəninkiləşdirmə anından 15 günlük müddətdən sonra sığorta hadisəsi baş verərsə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilər.
13. MÜQAVİLƏNİN ÜÇÜNCÜ ŞƏXSİN XEYRİNƏ BAĞLANMASI
13.1. Sığorta müqaviləsi üçüncü şəxsin – faydalanan şəxsin xeyrinə bağlanıla bilər.
13.2. Sığortalı müqavilədə göstərilmiş faydalanan şəxsi yalnız sığortaçının və xxxxxxxxxx şəxsin (əgər əmlak bu şəxsin xeyrinə girov qoyulmuşdursa) yazılı razılığı ilə digər şəxslə əvəz edə bilər.
13.3. Müqavilənin faydalanan şəxsin xeyrinə bağlanması sığortalını sığorta müqaviləsi üzrə vəzifələrinin yerinə yetirməsi öhdəliyindən azad etmir.
XÜSUSİ MÜDDƏALAR
14. SIĞORTA TƏMİNATI
14.1. Sığorta təminatı hər zaman bu sığorta növünün Ümumi Şərtlərinə müvafiq olaraq verilir və aşağıdakı bölmə(lər) üzrə seçilir:
14.1.1. Quyu üzərində nəzarətin bərpa edilməsi sığortası (A Bölməsinə müvafiq olaraq)
14.1.2. Təkrar qazıma işlərinin / Əlavə xərclərin sığortası (B Bölməsinə müvafiq olaraq)
15. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏR (İSTİSNALAR)
15.1. Hər hansı dövlətin, və ya başqa bir hökümət qurumunun, və yaxud hər hansı bir hökümət orqanının və ya onun strukturunun qanunlarına əsasən tətbiq edilən hər hansı cərimə və sanksiyalar; 15.2.Kompensasiya xarakterli zərərlərin artması nəticəsində əmələ gələn zərərlər də daxil olmaqla hər hansı cəzalandırıcı və ya cərimə tətbiqedici zərərlər;
15.3.Bu qaydaların hər hansı mühüm şərtlərinin və ya qaydalarının tamamilə və yaxud qismən pozulması nəticəsində ortaya çixan hər hansı bir hadisənin birbaşa və ya dolayı nəticəsinin birbaşa və ya dolayı nəticəsin xxx ortaya çıxan bütün vəsatətlər;
15.4.Aşağıdakılar nəticəsində əmələ gələn itki, zərər və ya xərclər:
15.4.1.hər hansı bir hökümət və ya suveren hakimiyyət (de yurə və ya de fakto), və yaxud hərbi quvvələrə, həmçinin dəniz və ya hava hərbi qüvvələrinə xxxxx xxxx və ya onlardan istifadə edən digər hakimiyyət orqanları ,yaxud (b) hərbi, dəniz və ya hava quvvələri yaxud (c) hər hansı belə hökümət, hakimiyyət və ya qüvvələrin təmsilçisi tərəfindən real, görünən yaxud yaxınlaşan hücuma qarşı müdafiə və ya döyüş tədbirləri də daxil olmaqla, sülh və ya müharibə düvründə hər hansı müharibə, düşmən əməliyyatları və ya hərbi əməliyyatlar;
15.4.2.sülh və ya müharibə dövründə, nüvə parçalanması və ya radioaktiv qüvvəyə əsaslanan hər hansı bir hərbi silah(lar);
15.4.3.üsyan, qiyam, inqilab, vətəndaş müharibəsi, hakiməyyətin qəsb edilməsi və ya hökümətin yuxarıda sadalanmış xalq hərəkatlarının qarşısının alınması və ya onlardan müdafiə olunması istiqamətində apardığı işlər, karantin və ya gömrük təlimatlarına müvafiq olaraq müsadirə və ya məhv edilmə, və yaxud qaçaqmalçılıq və ya qanunsuz daşınma və ticarət.
15.5.Sığortalının və ya onun adından çıxış edən hər hansı bir şəxsin və ya təşkilatın qeyri-nəcibliyi (sədaqətsizliyi) nəticəsində meydana çıxan itki, zərər və ya xərclər;
15.6.Sığortaçı ilə xüsusi olaraq, başqa cür razılaşdırılmayıbsa, bu sığorta müqaviləsi qüvvəyə minən zaman qazıma, dərinləşdirmə, baxilma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesində xxxx hər hansı bir quyu ilə əlaqədər, belə qazıma, dərinləşdirmə, baxilma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri tamamilə başa çatanadək meydana çıxan itki, zərər və ya xərclər.
16. ÜMUMİ VAHİD MƏSULİYYƏT LİMİTİ
16.1.Burada qeyd olunan Ümumi Şərtlərdə, eləcə də A və/və ya B bölmələrində yer alabiləcək bütün sığorta təminatları üzrə, 100% risk üçün, baş vermiş hər bir sığorta hadisəsinə görə Ümumi Vahid Məsuliyyət Limiti. Bu qaydalara əsasən sığortalı və ya sığortalı ilə yuxarıda göstərilmiş Ümumi Vahid Məsuliyyət Limitini keçməmək şərti ilə sığorta təminatı verilir. Bu sığorta təminatına məhkəmə xərcləri də daxildir, bu da Sığortaçının Sığortalı qarşısında, baş verən hər bir sığorta hadisəsinə görə və A və B bölmələrinə uyğun olaraq bütün sığorta təminatları üzrə ümumi vahid məsuliyyətinin limitidir.
17. BİRGƏ İŞTİRAKÇILAR
17.1. Dərk edilmiş və razılaşdırılmış ki, sığorta təminatı, fərdi və ya kollektiv şəkildə operator olmayan (bundan sonra “Birgə İştirakçılar” adlandırılacaqdır) digər iştirakçılara (bu sığorta ilə təmin edilmiş qazıma quyularında maliyyə və sığorta maraqları xxxx şəriklər, partnyorlar və/və ya digər tərəflər) aid edilmək yolu ilə, və belə Birgə İştirakçıların müqaviləyə daxil edilməsinin müqavilə tərəfləri arasında, bu sığorta təminatı altında zərərin ödənilməsi üçün iddianın yaranmasına yol açan hər hansı bir sığorta hadisəsi baş verənədək, yazılı olaraq razılaşdırılması şərtli ilə genişləndirilə bilər.
17.2. Birgə İştirakçılara təqdim olunan hər hansı bir sığorta təminatı, Birgə İştirakçının yuxarıda adı çəkilən Sığortalı ilə birlikdə ümumi marağa malik olduğu əməliyyatlarla məhdudlaşmamalı və bu sığortanın qayda və şərtlərinə, tarif dərəcələrinə, eləcə də Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olmalıdır.
18. TARİFİNİN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI
18.1.Sığorta tarifləri;
18.1.1. Qazıma işləri tarifləri, (a) hər hansı bır quyunun qazıma və/və ya dərinləşdirmə və/və ya tamamlama prosesi müddətinə, və (b) mövcud müqavilənin geriyə qalmış müddətinə (əgər varsa) tətbiq edilir. Bu müddət (b) ərzində (i) belə bir quyu istismar və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş vəziyyətdə olmalı, və (ii) Sığorta Etdirən sığorta təminatını, öz səlahiyyətindəki istismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırlmış və ya ləğv edilmiş quyuları sığortaya daxil etmək yolu ilə genişləndirməlidir;
18.2. Təmir işləri tarifləri hər hansı bir quyunun baxilması və/və ya təmiri və/və ya bərpa edilməsi müddətində tətbiq edilir; və
18.3. İstismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyular üçün tariflər illik əsasda verilir və müqaviləyə uyğun olaraq qazıma işləri tarifləri ilə siğorta mükafatı ödənilmiş istismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyulara aid edilmir.
18.3.1. Dərk edilmiş və razilaşdirmışdır ki, bir fut dərinlik nəzərdə tutulmuş tarif dərəcəsi, quyunun yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər dərinliyi əsas tutularaq qazılmış ümumi dərinliyinə aid edilir..
18.3.2.Quyuların dərinləşdirilməsi və xxx təbəqəli tamamlanmasi üçün nəzərdə tututlan sığorta mükafatı, bir fut dərinlik üçün tətbiq olunan qazıma işləri tarifinin 100%-ni təşkil edir və bu tarif quyunun, yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər, son dərinliyinə aid edilir.
19. ZƏRURİ DİQQƏT HAQQINDA QEYD-ŞƏRT
19.1.Bu sığortanın şərti budur ki, sığortalı, bu sığorta təminatına daxil xxxx bütün əməliyyatları apararkən zəruri qayğı və diqqəti göstərməlidir. Bu zaman Sığortalı, texniki təhlükəlizlik qaydalarına əməl etməli və bu məqsədlə istifadə edilə biləcək lazımi avadanlığa malik olmalıdır, və sığorta olunmuş quyuda təhlükəli vəziyyət yaranarsa öz xərcləri hesabına, hal-hazırki sığorta ilə təmin olunmuş risklərin qarşısını almaq üçün bütün mümkün xxxx tədbirləri görməlidir.
20. SIĞORTA HADİSƏSİNİN BİLDİRİLMƏSİ VƏ SÜBÜT OLUNMASI
20.1.Sığortalı, sığorta hadissəsi, onun baş vermə vaxtı, yeri, səbəbi və şəraiti haqqında, dərhal Sığortaçıya məlumat verməlidir. Həmçinin Sığortalı mümkün qədər qısa müddət ərzində sığorta hadisəsini təsdiq edən ətraflı bidiriş və ödəniş orderi ilə Sığortaçiya müraciət etməlidir. Eləcə də, Sığortaçının tələbi ilə, iddianın müəyyənlişdirilməsi və əsaslandırılması üçün xxxxx xxxx bütün qeydləri, sazişləri, müqavilələri və digər sənədləri ona və ya onun nümayəndəsinə təqdim etməlidir.
21. ANLAYIŞLAR
21.1.”Sığorta olunmuş quyu(lar)” dedikdə aşağıdakı mərhələlərdən birində xxxx xxxx və/və ya gaz və/və ya istilik enerjisi quyuları başa düşülür:
21.2.qazılma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə müddətində iş və qurtarana və ya ləğv edilənə qədər;
21.2.1.istismar dövründə; 21.2.2.bağlı olduğu müddətdə;
21.2.3.müvəqqəti olaraq dayandırıldığı və ləğv edildiyi müddətdə;
21.3.“Hadisə“ dedikdə ayrıca bir itki, fəlakət və ya qəza, və yaxud bir hadisənin təzahürü kimi ortaya çıxan itkilər, fəlakətlər və ya qəzalar başa düşülür.
21.3.1.Sığorta müddətində, 72 (yetmiş iki) ardıcıl saat ərzində eyni atmosfer dalğalanmasından yaranan fırtınalı külək, tornadolar, siklonlar, qasırğalar, oxşar fırtına və ya güclü və dağıdıcı təsirə malik küləklər bir hadisə kimi qiymətləndirilir.
21.3.2.Hər bir zəlzələ təkanı və ya vulkan püskürməsi ayrıca bir hadisə kimi qiymətləndirilir. Xxxxx, əgər sığorta müddətində 72 (yetmiş iki) ardıcıl saat ərzində bir sıra zəlzələ təkənları və ya vulkan püskürmələri, hal-hazırki sığortaya müvafiq olaraq bir hadisə kimi qiymətləndiriləcəkdir.
21.4.“Müdafiə xərcləri” termini təhqiqat, tənzimlənmə və məhkəmə xərcləri, üçüncü tərəflərə ödəmələr, apelyasiyaya şikayəti ilə bağlı xərclər, eləcə də məhkəmə qərarı verilənə qədər və verlikdən sonra hesablanmış faizlər kimi müəyyən edilə bilər. “Müdafiə xərcləri”- nə işçilərin əmək haqqları ilə bağlı xərclər, adətən Sığortalı tərəfindən əvvəlcədən ödənilən vəkil qanorarı və Sığortalı ofis xərcləri daxil edilmir.
22. ZƏMANƏTLƏR (MÜHÜM ŞƏRTLƏR)
22.1.Hal-hazırki sığortanın şərtlərinə müvafıq olaraq zəmanət verilir ki, əgər sığortalı, qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesi içində xxxx hər hansı bir sığorta olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçıdırsa, o zaman bütün tələblərə, təlimatlara, qətnamələrə, eləcə də müvafiq sənaye sahəsinə qəbul edilmiş adi və hamı tərəfindən bilinən qaydalara uyğun olaraq, quyunun yer səthindəki borusuna və ya quyuağzındakı qoruyucu borulara fontandan qoruyucu (blokaut preventor) quraşdırılmalıdır. Belə qoruyucular ümumi qəbul edilmiş təcrübəyə müvafiq olaraq quraşdırımalı və sınaqdan keçirilməlidir.
22.2. Əgər sığortalı hər hansı bir olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçı deyildirsə, o zaman o, əməliyyatçı tərəfindən bu paraqrafda qeyd olunmuş zəmanətlərin yerinə yetirilməsinə nəzarət etməlidir.
22.3.Həmçinin zəmanət verilir ki, sığortalı və/və ya onun podratçıları, zərərin və ya ətraf mühitin çirklənməsinin azaldılması məqsədi ilə nəzərdə tutulmuş ştuser və digər avadanlıqların quraşdırılması zamanı bütün qayda və təlimatlara əmal edəcəklər. Həmçinin belə avadanlıqlar (qazıma və/və ya təmir qurğuları da daxil olmaq şərti ilə) müvafiq orqanlar tərəfindən sertifikatlandırılmış (tələb olunduğu zaman) heyətlə təshiz olunacaqdır.
22.4.Həmçinin zəmanət verilir ki, sığortalı quyunun nəzarətdən çıxması və ya qazıma məhlulunun, neftin, qazın və ya suyun daşması və ya sızması halında, quyu üzərində nəzarəti bərpa etmək və daşma və ya sızmanın qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcəkdir.
22.5.Dərk edilmiş və razılaşdırılmışdır ki, sığortalının əməliyyatçısı olduğu, və yaxud əməliyyatçı olmadan maraqlı olduğu, xxxxx öz hissəsin sığortası üçün məsuliyyət daşıdığı quyular Sığortalının öz hissəsindən az olmamaq şərti ilə, proporsional olaraq təmin edilir.
23. MÜQAVİLƏ MÜDDƏTİINİIN UZADILMASI
23.1.Əgər sığorta müqaviləsinin başa çatması və ya ləğv edilməsi xxxxxx zərərə səbəb ola biləcək hadisı hələ davam edirsə, bu sığortanın digər bütün qayda və şərtlərinə Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq, əgər zərər bütünlükdə müqavilənin başa çatması və ya ləğv edilməsinə qədər meydana çıxıbsa, müqaviləyə əsasən sığorta təminatına daxil edilir.
24. MÜDAFİƏ
24.1. Sığortaçı sığortalıya qarşı qaldırılmış hər hansı bir iddianı müdafiə etməyə və ya hər hansı iddianı təmin etməyə borclu deyildir. Xxxxx, Xxxxxxxxx sığortalıya ilə birlikdə, müqaviləyə asasən qismən və ya tamailə ödənilməsli xxxx iddianın müdafiə olunmasında və ona nəzarət prosesində iştirak etmə hüququna malikdir. Sığortaçı hər hansı bir iddianın müdafiəsi üçün, iddia tamamilə həll edilməyənədək heç bir xərcləri ödəmək öhdəliyi daşımır. Müdafiə xərcləri meydana çıxmadan əvvəl Sığortaçının belə xərcləri çəkilməsinə razılığı olmasa, o zaman Sığortaçı xərclərin əvəzini ödəməyə görə məsuliyyət daşımır.
25. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA ÜÇÜN ƏSASLAR
25.1. Sığorta ödənişinin verilməsindən ümumi imtina əsasları aşağıdakılardır:
25.1.1. Sığortalının hadisəni qəsdən törətməsi, hadisənin baş verməsinə qəsdən şərait yaratması və ya zərərin miqdarının qəsdən edilən hərəkətlərlə artırması;
25.1.2. Sığortalının və ya onun nümayəndəsinin sığorta obyekti və hadisəsi barədə sığortaçıya qəsdən yalnış məlumat verməsi;
25.1.3. Sığortalı hadisə baş verdiyi zaman sığortalı əmlakın xilas edilməsi üçün xxxxx xxxx tədbirləri görməməsi və bununla bağlı öz vəzifələrini yerinə yetirməməsi (sığortalının hadisənin qarşısını almağa texniki imkanı olduğu ekspertiza tərəfindən müəyyən edilərsə, bu vəzifələrin yerinə yetirilməməsi kimi qiymətləndirilir);
25.1.4. Sığortalının əmlakı sığortaçıya bildirdiyi istifadə tərzinə, məqsədinə və təyinatına uyğun olmayan şəkildə istifadə etməsi;
25.1.5. Sığortalı və ya onun nümayəndəsi tərəfindən bu qaydaların və sığorta müqavilənin hər hansı bir müddəasına əməl edilməməsi;
25.1.6. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
ENERGETİK RİSKLƏRİN SIĞORTASI BÖLMƏ A
QUYU ÜZƏRİNDƏ NƏZARƏTİN BƏRPASI SIĞORTASI
1. SIĞORTA TƏMINATI
Umumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqvilənin şərtləri və qaydalarına müvafiq olaraq, Sığortalı tərəfindən çəkilmiş aşağıdakı faktiki məsrəflər və/və ya xərclər Sığortaçı tərəfindən Sığortalıya ödənilir: (a) sığorta olunmuş quyunun nəzarətdən çıxması nəticəsində üzərində nəzarət itirilmiş hər hansı başqa quyular da daxil edilmək şərti ilə, nəzarətdən çıxmış hər hansı bir və ya bütün sığorta olunmuş quyular üzərində nəzarətin bərpa edilməsi üçün və ya bərpa edilməsinə cəhd edilərkən çəkilən xərclər. Xxxxx bu bölmənin 2b maddəsində deyildiyi kimi, yalnız quyu üzərində nəzarət bərpa edilən xxx qədərki xxx qədərki müddət ərzində çəkilmiş məsrəf və/və ya xərclər ödəniləcəkdir; və (b) i) sığorta olunmuş quyudan yer səthində və ya suyun dibində çıxan alovun və yaxud bilavasitə sığortalanmış quyu üzərində nəzarətin itirilməsi nəticəsində alovlanan hər hansı digər quyunun və ya quyuların, yaxud (ii) sığorta olunmuş quyu və ya quyular üçün yer səthində və ya suyun dibində çıxmış alovun söndürülməsi üçün və ya söndürülməsinə cəhd edərkən çəkilən xərclər.
Maili quyular, Sığortaçıya dərhal xəbərdarlıq edilməsi və Sığortaçı tərəfindən təyin edilmiş tariflər əsasında hesablıanmış əlavə sığorta mükafatının ödənilməsi şərtilə, avtomatik olaraq bu bölmə üzrə sığorta təminatına daxil edilir.
2. ANLAYIŞLAR
a.Nəzarətdən çıxmış quyu;
Bu sığortanın məqsədləri üçün nəzarətdən çıxmış quyu dedikdə, quyudan yalnız yer səthinə və ya yer altında, və yaxud dəniz dibində məhlulun, neft, qaz və ya suyun qeyri-iradi axını başa düşülür, o halda ki:
(1) belə axın qısa müddətdə:
a. Zəmantələr və Xxxxxx Xxxxxx haqqında qeyd-şərtlərdə tələb edildiyi kimi sahədə xxxx avadanlıq və/və ya fontana qarşı preventor, ştuser və ya digər avadanlıqlar vasitəsilə dayandırıla bilməsin və ya
b. qazıma məhlulunun həcminin çəkisini artırmaq və ya başqa anoloji materiallarla quyuya müdaxilə etmək yolu ilə dayandırıla bilməsin və ya
c. Təhlükəsiz qaydada hasilata yönəldilə bilməsin; və yaxud
(2) müvafiq tənzimedici orqanlar axının nəzarətdən çıxmış hesab edilmiş olsun.
Bununla belə bu sığortanın məqsədləri çərçivəsində, quyunun lüləsində məhz neft, qaz və ya su axının olması, əgər bu neft, qaz və ya su yer səthində müvafiq zaman kəsiyi ərzində dövr etdirilə və ya kənarlaşdırıla bilrsə, belə quyu(lar) nəzarətdən çıxmış hesab edilmir.
b. Nəzarət altına alınmış quyu
Aşağıdakı hallarda bu maddənin a. bəndində göstərilmiş səbəblər nəticəsində nəzarətdən çıxmış quyu(lar) üzərində nəzarət bərpa olunmuş hesab olunacaqdır:
1. sığorta iddiasına səbəb ola biləcək axın dayanar, dayandırılar və yaxud təhlükəsiz şəkildə dayandırıla bilərsə və ya
2. bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəl aparılan qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri və bunların tamamlanması və ya digər oxşar əməliyyatlar yenidən aparılmış və ya yenidən aparıla bilərsə və ya
3. quyu bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəlki hasilat, dayandırılmış və ya oxşar vəziyyətinə qaytarılırsa və ya qaytarıla bilərsə və ya
4. hal-hazırki bölmədə sığorta hadisəsi kimi qiymətləndirilə neft və ya qaz aximi təhlükəli şəkildə hasilata yönəldilə bilərsə;
sığortalanmış quyunun müvafiq rəsmi orqanlar tərəfindən nəzarətdən çıxmış elan edilməsi halları istisna olmaqla, yuxarıdakı sadalanmış şərtlərdən hansının daha əvvəl baş verməsindən asılı olaraq, belə elanın qüvvədən düşməsi ilə quyu artıq nəzarət altına alınmış hesab olunacaqdır.
c. Xərclər:
Bu sığortanın şərtlərinə müvafiq olaraq ödəniləcək xərclərə materialların və ehtiyat hissələrinin dəyəri, quyu üzərində nəzarətin bərpa edilməsi üzrə ixtisaslaşmış şəxlər və ya təşkilatların göstərdiyi xidmətlər üçün ödəmələr, müvafiq rəsmi orqanların təlimatları əsasında çəkilmiş xərclər də daxil olmaq şərtilə, quyu üzərində nəzarəti bərpa etmək məqsədilə aparılan maili qazıma və digər oxşar əməliyyatlar üçün çəkilmiş xərclər və eləcə də bu bölmənin 1-ci maddəsində təsvir olunmuş digər xərclər daxildir.
3. XƏRCLƏRİN SONA ÇATMASI
Bütün hallarda və bu sığortanın Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq quyu(lar) üzərində nəzarət bərpa olunduqdan sonra (maddə 2b-də deyildiyi kimi) bu məqsədlə şəkilən xərc və ya məsrəflərin Sığortaçı tərəfindən ödənilməsi dayandırılacaqdır.
4. İSTİSNALAR
Bu bölmə üzrə aşağıdakı hallarda təminat verilmir və məsuliyyat yaranmır:
a. hər hansı qazıma və ya hasilat avadanlığının məhv olması və ya zədələnməsi;
b. hər hansı quyunun və ya quyuların, qazıma çuxurunun və ya çuxurlarının məhv olması və ya zədələnməsi;
c. istismarın dayanması və/və ya gecikməsi (hasilatda gecikmə və ya təxirə salınma da daxil edilir) və/və ya hasilata zərərin ortaya çıxması (o cümlədən, lay təzyiqinin azalması) və hər hansı layın və ya lay təyiziqin itməsi və ya azalması ilə əlaqədər xərclər
ENERGETİK RİSKLƏRİN SIĞORTASI BÖLMƏ B
TƏKRAR QAZIMA/ƏLAVƏ XƏRCLƏR
1. SIĞORTA TƏMİNATI
Bu sığorta təminatına daxil xxxx və müqavilənin A bölməsində sığorta hadisəsi kimi qiymətləndirmiş hadisənin baş verməsi nəticəsində dağılan, hər hansı bir şəkildə zədələnən quyunun və yaxud onun bir hissəsinin bərpası və təkrar qazılması məqsədi ilə çəkilən faktiki xərclər və məsrəflər tərəfindən, Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtlərinə və qaydalarına müvafiq olaraq, aşağıdaki şərtlərə əməl edilmək şərtilə Sığortalıya ödənilir:
a. Sığortaçı Sığortalıya sadəcə olaraq ən əlverişli və iqtisadi səmərəli üsullardan istifadə edilmək şərti ilə quyunun bərpa edilməsi və təkrar qazılması üçün çəkilən xərclərin və məsrəflərin əvəzini ödəyir.
b. Baş verən neft və ya qaz axınının təhlükəsiz şəkildə hasilata yönədilməsi mümkün xxxx quyunun bərpa edilməsi və təkrar qazilması üçün (kanat qazımasında vurucu ştanqın sığorta olunmuş quyuda saxlanması yolu ilə, və yaxud sığorta olunmuş quyu üzərində nəzarəti bərpa etmək üçün köməkçi quyu və ya quyuların qazılması yolu ilə tamamlanma da daxil olmaqla), B bölməsinə əsasən sığorta təminatı verilməyəcəkdir.
c. Sığortaçı qazıma quyularında, bu müqavilənin A bölməsində 2-ci maddəsində təsvir edildiyi şəkildə nəzarətdən çıxma anındakı dərinlikdən daha xxx dərinliyə qazıma xərclərini(a); istismarda xxxx və ya bağlanmış quyularda effektli şəkildə istismar edilən geoloji zona və ya qatların yerləşdiyi dətinlikdən daha xxx dərinliyə qazıma xərclərini(b) və məsrəflərini ödəməyə görə məsuliyyət daşımır.
2. İSTİSNALAR
Bu bölmə üzrə aşağıdakı hallarda itkilərin əvəzi ödənilməyəcəkdir:
a. hər hansı bir qazıma və ya hasilat avadanlığına dəymiş zərər və ya onların məhv olması;
b. gecikmə nəticəsində (hasilat prosesində baş vermiş gecikmə də daxil olmaqla) meydana çıxan hər hansı itki, zərər və ya xərclər və/və ya istismarın dayanması və/və ya quyunun məhsuldarlığının dayanması və ya azalması (həmçinin lay təzyiqinin aşağı düşməsi ilə əlaqədər) və hər hansı layın və ya lay təyiziqin itməsi və ya azalması;
c. hər hansı köməkçi quyunun və yaxud onun bir hissənin bərpası və ya təkrar qazılması məqsədi ilə çəkilən xərclər və məsrəflər;
d. bu sığorta müqaviləsinin A bölməsi ilə təmin olunmuş itki və ya zərər meydana çıxmazdan əvvəl müvəqqəti olaraq bağlanmış və ya ləğv edilmiş və itki və ya zərər meydana çıxdığı anda hələ də müvəqqəti olaraq bağlı və ya ləğv edilmiş vəziyyətdə xxxx hər hansı bir quyunun quyudaxili avadanlığı, və yaxud təkrar qazılması və/və ya təkrar tamamlanması.
“Təsdiq Edirəm”
Hazırki “Qaydalar” la ətraflı xxxxx oldum. Bu qaydaların şərtlərini qəbul edirəm və bunu təsdiq etmək üçün aşağıda imza edirəm. Bu Qaydaların bir nüsxəsini sığortaçıdan aldım.
Sığortal
(a.s.a.) (imza)