Saziş
Saziş
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (28 oktyabr 2016-cı il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (14 iyun 2016-cı il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (14 iyun 2016-cı il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (14 iyun 2016-cı il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (14 iyun 2016-cı il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (14 iyun 2016-cı il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (20 may 2016-cı il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (20 iyun 2014-cü il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (28 aprel 2009-cu il)
⮚ Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ticarət Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (1 mart 2005-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (1 mart 2005-ci il)
⮚ 2002-ci il mayın 20-də Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (24 avqust 2002-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (2 iyul 2002-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (2 iyul 2002-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (2 iyul 2002-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (1 dekabr 1998-ci il)
⮚ Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (4 aprel 1995-ci il)
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2016-cı il
№ 363-VQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti,
bitkilərin mühafizəsi, bitki və bitkiçilik məhsulları ilə bağlı zərərli orqanizmlərə nəzarət, həmçinin öz ölkələrinə onların daxil olmasına, yayılmasına nəzarət və onların qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlığın faydasını etiraf edərək, və
yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün zəruri tədbirlərin görülməsi ilə bağlı sıx əlaqələndirmə yaratmaq üçün xxxx, texniki, iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək istəyini nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Aşağıdakı anlayışlar Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın mətnində onlara verilmiş aşağıdakı mənaları ifadə edir:
a) bitkilər - toxumlar və germaplazma da daxil olmaqla, canlı bitkilər və onların hissələri;
b) bitkiçilik məhsulları - emal olunmamış bitki mənşəli material (dən də daxil olmaqla), habelə öz təbiətinə və ya emal üsuluna görə zərərli orqanizmlərin əmələ gəlməsi və yayılması riskini yarada bilən emal olunmuş məhsullar;
c) zərərli orqanizm - bitki və bitkiçilik məhsulları üçün zərərli xxxx istənilən bitki, heyvan və ya patogen agentin növü, növ müxtəlifliyi və ya biotipi;
d) karantin tətbiq edilən zərərli orqanizmlər - ərazidə hələlik mövcud olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış və rəsmi olaraq nəzarətdə saxlanılan, ərazinin iqtisadiyyatına potensial təhlükə yaradan zərərli orqanizmlər;
e) karantin nəzarətində xxxx material - xüsusilə beynəlxalq daşımalara aid hallarda, fitosanitar tədbirlərin görülməsi vacib xxxx zərərli orqanizmlərin gizlənilməsinə və yayılmasına şərait yaradan istənilən bitki, bitkiçilik məhsulları, saxlanma yeri, qablaşdırma materialı, daşıma vasitələri, konteyner, torpaq və ya istənilən digər zərərli orqanizm, obyekt və ya material;
f) fitosanitar sertifikatı - Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq nümunəvi forma əsasında hazırlanmış sertifikat.
Maddə 2
Səlahiyyətli qurumlar
Razılığa gələn Tərəflərin bu Sazişin həyata keçirilməsini təmin edən səlahiyyətli qurumları aşağıdakılardır: Azərbaycan tərəfindən - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
İran tərəfindən - İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi.
Maddə 3
Məlumat mübadiləsi
1. Razılığa gələn Tərəflər öz ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin meydana gəlməsi, həmçinin onlara qarşı mübarizə və nəzarət metodları ilə bağlı məlumatları mübadilə edirlər. Hər bir Razılığa gələn Tərəfin ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayıldığı təqdirdə, digər Razılığa gələn Tərəf, mümkün qədər tez bir zamanda, zərərli orqanizmlər və onların aradan qaldırılması və ya nəzarəti ilə bağlı tədbirlər barədə məlumatlarla təmin edilir.
2. Razılığa gələn Tərəflər bitki mühafizəsi və bitki karantini üzrə öz qayda və qanunlarının nüsxələrini, fitosanitar və təkrar ixrac fitosanitar sertifikatlarını, həmçinin karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını mübadilə edirlər. Razılığa gələn Tərəf qeyd olunan qanunlar, qaydalar və siyahı ilə bağlı hər hansı dəyişiklik zamanı digər Razılığa gələn Tərəfə dərhal məlumat verir.
3. Razılığa gələn Tərəflər birgə tədqiqatlar da daxil olmaqla, bitki mühafizəsi və karantini sahəsində iki ölkənin tədqiqat institutları arasında əməkdaşlığı inkişaf etdirirlər.
4. Razılığa gələn Tərəflər bitki mühafizəsi, karantini və zərərli orqanizmlərə nəzarəti sahəsində ən son xxxx və texniki nailiyyətlər barədə bir-birini məlumatlandırırlar.
5. Razılığa gələn Tərəflərdən heç birinin digərinin razılığı olmadan bu Saziş çərçivəsində əldə olunan nəticə və məlumatları üçüncü Tərəfə ötürməyə hüququ yoxdur.
Maddə 4
İdxal və profilaktik tədbirlər üzrə müddəalar
1. Razılığa gələn Tərəflər karantin tətbiq edilən zərərli orqanizmlərin digər Razılığa gələn Tərəfin ərazisinə keçməsinin qarşısının alınması üçün təftiş, zəruri olduqda, laboratoriya müayinələri, bitki və bitkiçilik məhsullarının və onların nəqliyyat vasitələrinin işlənməsi xxxx xxxxxx tədbirləri həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirlər.
2. Hər hansı bitki və bitkiçilik məhsullarının digər Razılığa gələn Tərəfin ərazisinə ixracı zamanı idxal edən tərəfin bitki karantin tədbirləri tətbiq edilir. Karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının, yayılmasının qarşısının alınması və nəzarəti üzrə Razılığa gələn Tərəflər aşağıdakı hüquqlara malikdirlər:
a) bitki və bitkiçilik məhsulları və digər tənzimlənən materialların idxalına aid xxxx əlavə bitki fitosanitar tədbirləri tələb etmək və müəyyən məhsulların idxalına məhdudiyyət və ya qadağa qoymaq və ya karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olması ilə bağlı xüsusi risk olduğu təqdirdə, onların işlənməyə məruz qalması kimi prosedurları həyata keçirmək;
b) bitkiçilik məhsullarının və tənzimlənən materialların idxalı üçün giriş məntəqələrini müəyyən və elan etmək;
c) öz ərazilərində genetik modifikasiya olunmuş bitkilərin və zərərvericilərin bioloji mübarizə agentlərinin daxil olmasını məhdudlaşdırmaq və ya qarşısını almaq.
3. Razılığa gələn Tərəflər bitki fitosanitar sertifikatının mövcud olmasına baxmayaraq, idxal olunan bitki və bitkiçilik məhsullarının karantin tətbiq edilən zərərli orqanizmlərdən azad olduğundan əmin olmaq üçün onlar üzərində müayinə, seçmə və sınaq aparmaq və həmin məhsullar karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxduğu təqdirdə, onları zərərsizləşdirmək, xxxx qaytarmaq və ya məhv etmək hüququna malikdir və belə halda bu məsələ ilə bağlı digər Razılığa gələn Tərəfə yazılı məlumat verirlər.
4. Razılığa gələn Tərəflər idxal edilən yüklərin qablaşdırılması zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin daxilolma riski olduğu üçün ot, saman, digər bitki və bitki mənşəli materiallardan istifadəni və torpağın idxal edilməsini qadağan edirlər.
Maddə 5
Fitosanitar sertifikatı
1. Razılığa gələn Tərəfin ərazisindən digər Razılığa gələn Tərəfin ərazisinə idxal və ixrac olunan yüklər Razılığa gələn Tərəflərin səlahiyyətli qurumlarının verdiyi fitosanitar sertifikatı ilə müşayiət olunur.
2. Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin ərazisinə yükləri ixrac edən zaman həmin ölkənin bitki mühafizəsinə (sağlamlığına) dair qanun və qaydalara riayət edir.
3. Fitosanitar sertifikatını səlahiyyətli qurumlar verir və verilmə tarixindən 20 (iyirmi) gün ərzində etibarlıdır.
4. Fitosanitar sertifikatı əsli olmaqla, ingilis dilində və Razılığa gələn Tərəflərin rəsmi dilində olmalıdır. Fitosanitar sertifikatlarda təsdiq edilməmiş dəyişikliklərin və düzəlişlərin aparılmasına yol verilmir.
5. Razılığa gələn Tərəflər Razılığa gələn Tərəflərin səlahiyyətli qurumları tərəfindən verilən fitosanitar sertifikatlarının və onları təsdiq etmək səlahiyyəti xxxx şəxslərin imza və möhür nümunələrinin mübadiləsini həyata keçirirlər.
Maddə 6
Təkrar ixrac şərtləri
Yüklərin təkrar ixracı zamanı mənşə ölkəsinin fitosanitar sertifikatının əsli və ya Milli Bitki Mühafizəsi Təşkilatı tərəfindən təsdiq olunmuş surəti Razılığa gələn Tərəfin təkrar ixrac fitosanitar sertifikatına əlavə edilir.
Təkrar ixrac fitosanitar sertifikatını səlahiyyətli qurumlar verir və verilmə tarixindən 20 (iyirmi) gün ərzində etibarlıdır.
Maddə 7
Tranzit şərtləri
Yüklərin tranzit daşınmasına, ərazisindən tranzit həyata keçirilən Razılığa gələn Tərəfin fitosanitar nəzarəti ilə bağlı tətbiq olunan qanunvericiliyinin karantin tələblərinə uyğun olaraq, mənşə ölkəsinin fıtosanitar sertifikatının təqdim olunması şərtilə icazə verilir.
Bu Sazişin 4-cü maddəsinin 1-ci bəndini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasına və ya əksinə göndərilən fitosanitar əhəmiyyətli yüklər möhürlənərək və Azərbaycan Tərəfinin verdiyi fitosanitar sertifikatı ilə müşayiət olunaraq qapalı (hermetik) nəqliyyat vasitələrində daşınır.
Maddə 8
Birgə tədbirlər
Birgə fitosanitar yoxlamalar və yüklərin laborator test müayinələri Razılığa gələn Tərəfin ərazisindən digər Tərəfin ərazisinə idxal və ixrac zamanı karantin təhlükəsi yarandıqda, razılaşmaya əsasən həyata keçirilir.
Hər bir Razılığa gələn Tərəf yuxarıda qeyd olunan laborator testi tətbiq etmək üçün müayinə və avadanlıqlara görə zəruri yerləri təmin etməlidir. Bütün xərclər göndərən tərəfin milli qanunvericiliyində nəzərdə tutulmuş xərclər çərçivəsinə uyğun olaraq ödənilir.
Maddə 9
Digər sazişlərə münasibət
Bu Saziş Razılığa gələn Tərəflərin dövlətlərinin tərəfdar çıxdığı digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 10
Fikir yardıqlarının həlli
Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 11
Əlavə və dəyişikliklər
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə istənilən əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 12-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 12
Qüvvəyəminmə, müddət və ləğvetmə
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır və Razılığa gələn Tərəflərdən biri ən azı altı ay öncədən bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Razılığa gələn Tərəfə yazılı bildiriş göndərmədiyi təqdirdə, bundan sonra avtomatik olaraq növbəti beşillik müddətlərə qüvvədə qalır.
Bakı şəhərində 2016-cı il 7 avqust tarixində, müvafiq olaraq 1395-ci il 17 mordad tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətn üstünlük təşkil edir.
Azərbaycan Respublikası | İran İslam Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il
№ 276-VQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının
əlaqələndirilməsi haqqında ÇƏRÇİVƏ SAZİŞİ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
iki dövlət arasında mövcud xxxx əlaqələrin qarşılıqlı hörmət, anlaşma və mehriban qonşuluq əsasında inkişaf etdirilməsi və möhkəmləndirilməsindən çıxış edərək,
bərabərlik və qarşılıqlı faydaya əsaslanan iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönələn qarşılıqlı səyləri qeyd edərək,
20 may 2002-ci il tarixli “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Müqaviləmin müddəalarını rəhbər tutaraq,
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçısı qismində hər iki dövlətin əlverişli tranzit potensiallarından istifadənin Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasına mühüm töhfə verəcəyini dərk edərək,
qarşılıqlı mübadilə və ticarət-iqtisadi əlaqələrə daha əlverişli şəraitin yaradılması, həmçinin beynəlxalq sərnişin və xxx daşımalarının artırılması üçün hər iki ölkənin dəmir yollarının əlaqələndirilməsi niyyəti ilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Çərçivə Sazişinin məqsədi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan dəmir yollan ilə İran dəmir yollarının əlaqələndirilməsidir.
Tərəflər dəmir yollarının əlaqələndirilməsi üçün milli qanunvericiliklərinə və dövlətlərinin beynəlxalq öhdəliklərinə uyğun olaraq aşağıdakıları həyata keçirəcəklər:
Azərbaycan Respublikasının ərazisində Astara dəmir yolu stansiyasından İran İslam Respublikasının sərhədinə kimi 8.3 km dəmiryolu xəttinin tikintisini;
İran İslam Respublikasının ərazisində Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin yekunlaşdırılması və Rəşt-Astara marşrutunda təqribən 164 km dəmir yolu xəttinin tikintisini;
Azərbaycan Respublikası və İran İslam Respublikasının ərazisində yükbo- şaltma-yükdoldurma terminallarının tikintisini, terminallardan istifadənin və iqtisadi fəaliyyətin təmin edilməsini, eləcə də terminallardan istifadə qaydalarının razılaşdırılmasını;
Azərbaycan Respublikasının və İran İslam Respublikasının ərazisində sərhəd keçid stansiyalarının tikintisini;
Tərəflər arasında Astara (Azərbaycan Respublikası) - Astara (İran İslam Respublikası) dəmir yolu keçidi üçün qarşılıqlı istismar qaydaları haqqında sənədin hazırlanmasını və imzalanmasını;
Bakı-Astara-Rəşt-Qəzvin-Təbriz-Culfa-Naxçıvan marşrutu üzrə sərnişin və xxx daşımaları üçün şəraitin yaradılmasını;
Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının hərəkətinin açılmasını;
Astaradan (İran) Azərbaycan ərazisindən keçməklə dəmir yolları vasitəsilə digər ölkələrə sərnişin və xxx daşımaları üçün şəraitin yaradılmasını.
Maddə 2
Səlahiyyətli Orqanlar
Tərəflər bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsi üçün müvafiq səlahiyyətli qurumlar müəyyən edəcəklər.
Maddə 3
Maliyyələşmə
Azərbaycan Respublikasının və İran İslam Respublikasının ərazisindən keçən dəmir yollarının, terminal və əlaqədar qurğuların tikintisini hər bir Tərəf öz dövlətinin ərazisində müstəqil həyata keçirir və xərclərini öz üzərinə götürür.
Maddə 4
Tarif siyasəti
Tərəflər bu Çərçivə Xxxxxxxxx məqsədlərinə nail olmaq üçün beynəlxalq sərnişin və xxx daşımalarına, eləcə də terminal xidmətlərinə münasibətdə razılaşdırılmış tarif siyasəti həyata keçirəcəklər.
Maddə 5
İşçi Qrup
Tərəflər bu Çərçivə Xxxxxxxxx həyata keçirilməsi və onun müddəalarının tətbiqi ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə aidiyyəti orqanlarının nümayəndələrindən ibarət birgə İşçi Qrup yaradırlar.
İşçi Qrup bu Sazişin qüvvəyə mindiyi gündən etibarən üç ay ərzində öz iclasını keçirəcək və fəaliyyətinin qayda və prosedurlarını müəyyən edəcəkdir.
Maddə 6
Digər beynəlxalq müqavilələr
Bu Çərçivə Xxxxxx Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirmir.
Maddə 7
Mübahisələrin həlli
Tərəflər arasında bu Sazişin təfsiri, yaxud tətbiqi ilə bağlı yaranan mübahisəli məsələlər Tərəflərin dövlətlərinin Səlahiyyətli Orqanları arasında məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 8
Əlavələr və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Çərçivə Sazişinə onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən və bu Çərçivə Sazişinin 9-cu maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minən əlavələr və dəyişikliklər edilə bilər.
Maddə 9
Qüvvəyəminmə
Bu Çərçivə Sazişi imzalandığı tarixdən müvəqqəti tətbiq edilir və onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Tehran şəhərində 23 fevral 2016-cı il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük verilir.
Azərbaycan Respublikası | İran İslam Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il
№ 273-VQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
öz dövlətlərinin və Birləşmiş Millətlər Təşkilatının fövqəladə halların qarşısının alınması və təsirlərinin məhdudlaşdırılması sahəsindəki cəhdlərini dəstəkləməyi arzu edərək,
beynəlxalq hüquq normalarına və öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq,
fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq tədbirlərinin hər iki dövlətin inkişafına və təhlükəsizliyinə töhfə verə biləcəyini düşünərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Əhatə dairəsi
1. Bu Sazişin məqsədi fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və təsirinin azaldılması məqsədilə əməkdaşlıq etmək və qarşılıqlı yardımın təmin olunmasını asanlaşdırmaq üçün zəruri xxxx hüquqi çərçivə yaratmaqdır.
2. Bu Saziş çərçivəsində, Tərəflərdən hər hansı birinin ərazisində baş vermiş və ya baş vermə təhlükəsi xxxx fövqəladə halların nəticələri həmin Tərəfin öz cəhdləri və vasitələri ilə tam olaraq azaldıla bilmədiyi hallarda Tərəflər sorğu əsasında bir-birinə qarşılıqlı yardım göstərirlər.
Maddə 2
Əsas anlayışlar
Bu Sazişin məqsədləri üçün aşağıda qeyd olunan anlayışlar bu mənaları ifadə edir:
(a) “Fövqəladə hal” - insanların ölümünə səbəb olmuş və ya ola biləcək, şəxslərə və ya ətraf mühitə zərər yetirmiş və ya yetirə biləcək, maddi itkilər meydana gətirmiş və ya gətirə biləcək, insanların həyat fəaliyyətini pozmuş və ya poza biləcək qəza, təhlükəli təbii fenomen, bəla, təbii və ya digər fəlakətlərin səbəb olduğu, avadanlıqda, müəyyən quru və ya su ərazisində yaranmış vəziyyət;
(b) “Sorğu göndərən Tərəf” - yardım üçün müraciət edən Tərəf;
(c) “Sorğu xxxx Tərəf” - yardım üçün sorğunun ünvanlandığı Tərəf;
(d) “Yardım dəstəsi” - müvafiq sahədə təlim almış və müvafiq avadanlıqla, həmçinin axtarış və xilasetmə itləri ilə təchiz olunmuş, Sorğu xxxx Tərəfin yardım təmin etmək üçün təyin etdiyi mütəxəssislər qrupu;
(e) “Avadanlıq” - Sorğu göndərən Tərəfin istifadəsinə verilən və ya yardım dəstəsinin avadanlıqlarının tərkibində mövcud xxxx materiallar, texniki vasitələr və xüsusi nəqliyyat vasitələri, həmçinin yardım dəstəsinin üzvlərinin şəxsi tələbatlarını ödəmək üçün zəruri xxxx əşyalar;
(f) “Yardım yükü”- Sorğu göndərən Tərəfə təmənnasız olaraq verilən, fövqəladə halların təsirlərinin məhdudlaşdırılması və azaldılması üçün istifadə olunan zəruri maddi əşyalar;
(g) “Yardımın təmin edilməsi” - fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və təsirinin azaldılmasında Sorğu göndərən Tərəfə dəstək olmaq üçün Sorğu xxxx Tərəfin fövqəladə hallara cavabvermə fəaliyyətlərini həyata keçirməsi və/və ya ixtisaslaşmış şəxsi heyət, avadanlıq və maddi əşyalar ilə təmin etməsi;
(h) “Şəxsi məlumat” - təyin olunmuş və ya təyin olunacaq fiziki şəxs haqqında məlumat, müvafiq olaraq: adı, soyadı, təvəllüdü, ünvanı, işi haqqında məlumat, ixtisası, iş yeri və əgər lazım olarsa, sağlamlıq vəziyyəti;
(i) “Vəziyyətin parametrləri” - müəyyən bir xxxxx xxxxxx fövqəladə halın müvafiq xarakteristikasını/xüsusiyyətlərini təyin edən ölçülə bilən və ədədi göstəricilər;
(j) “Tranzit dövlət” - üçüncü ölkəyə yardımın təmin olunması üçün dövlətinin ərazisi vasitəsilə yardım dəstəsinin keçdiyi və ya humanitar avadanlıqların nəql edildiyi Tərəflərdən birinin Dövləti.
Maddə 3
Səlahiyyətli Orqanlar
1. Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər bundan sonra “Səlahiyyətli Orqanlar” adlandırılacaq aşağıdakı orqanları təyin edirlər:
Azərbaycan Respublikası Hökuməti adından:
Fövqəladə Hallar Nazirliyi
İran İslam Respublikası Hökuməti adından:
Daxili İşlər Nazirliyi, Fəlakətlərin İdarəedilməsi Dövlət Təşkilatı.
2. Bu Sazişin müddəalarının həyata keçirilməsi, məqsədilə Səlahiyyətli Orqanlar birbaşa olaraq əməkdaşlıq edir və əlaqə saxlayırlar. Bu Sazişin qüvvəyə minməsi tarixindən sonra 60 (altmış) gün ərzində Səlahiyyətli Orqanlar bunun fasiləsizliyinə, həmçinin əlaqə ünvanlarında və şəxslərdə baş verən dəyişikliklər barədə məlumatların yenilənəcəyinə zəmanət verərək, bir-birinə daimi əlaqə saxlamaq üçün təyin olunmuş orqanlar və şəxslər barədə məlumat verirlər.
Maddə 4
Birgə İşçi Qrup
1. Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər Birgə İşçi Qrup (bundan sonra “Birgə İşçi Qrup”) yaradaraq qrup üzvlərinin sayını, tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edirlər.
2. Bu Saziş qüvvəyə mindikdən sonra Birgə İşçi Qrup əməkdaşlıq üzrə fəaliyyət planı işləyib hazırlayır və müəyyən olunmuş qaydada təsdiq edir.
Maddə 5
Yardım istəmək və məlumat mübadiləsi
1. Fövqəladə halın təhlükəsi/baş verməsi halında Tərəflər bir-birinə razılaşdırılmış əlaqə kanalları vasitəsilə Sorğu göndərən Tərəfin səlahiyyətli orqanının yalnız yazılı sorğusuna əsasən qarşılıqlı yardım göstərir.
2. Yazılı sorğuda Sorğu göndərən Tərəf aşağıdakıları qeyd edir:
(a) sorğu edilən tarixdə təhlükənin/fövqəladə xxxxx xxxx, tarixi, vaxtı, növü, ölçüsü və vəziyyətinin parametrləri;
(b) artıq görülmüş və artıq planlaşdırılmış tədbirlər;
(c) sorğu edilən yardımın xüsusiyyəti və prioritetləri;
(d) digər zəruri məsələlər.
3. Səlahiyyətli Orqanlar yardımın göstərilməsi üçün standart sorğu/cavab anketinin istifadəsi ilə bağlı razılığa gələ bilərlər.
4. Sorğu xxxx Tərəf gecikmədən yardımın göstərilməsi barədə qərar verir və mümkün xxxx ən qısa vaxt ərzində özünün təcili cavabvermə imkanları, həmçinin göstərilən yardımın növü, kəmiyyəti və şərtləri barədə Sorğu göndərən Tərəfə məlumat verir.
5. Bu Sazişin müddəalarının tətbiq edilməsi məqsədilə 1-4-cü bəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla, başqa məlumatların mübadiləsi Səlahiyyətli Orqanlar və xüsusilə bu məqsəd üçün təyin edilmiş qurumlar vasitəsilə, həmçinin Birgə İşçi Qrupun fəaliyyətləri çərçivəsində həyata keçirilir.
6. 5-ci bənddə qeyd olunan məlumatların mübadiləsi ilə əlaqədar xxxx növ, kəmiyyət, tezlik, format, mövzu və digər müəyyənedici xüsusiyyətlər razılıq əsasında Birgə İşçi Qrup tərəfindən hazırlanır.
Maddə 6
Yardımın göstərilməsi yolları
Bu Sazişə əsasən yardım avadanlığın, materialların, ixtisaslaşmış heyətin, yardımın və məlumatın Sorğu göndərən Tərəfin ixtiyarına verilməsi vasitəsilə, həmçinin insanların həyatını qorumaq, əhalinin sağlamlığını mühafizə etmək, maddi və mədəni sərvətlərə dəyən ziyanları və bütün növ fövqəladə halların təhlükəsi/baş verməsi zamanı təkrar təsirləri məhdudlaşdırmaq üçün cavabvermə fəaliyyətlərinin, ekspertizaların, axtarış və xilasetmə əməliyyatlarının keçirilməsi vasitəsilə təmin oluna bilər.
Maddə 7
Digər əməkdaşlıq formaları
1. Əsas məqsəd xxxx fövqəladə xxx xxxxxx yardım göstərməkdən əlavə, bu Saziş çərçivəsində Tərəflərin əməkdaşlığı, aşağıdakı əməkdaşlıq formalarını əhatə edə bilər:
a) hər iki Tərəfin ixtisaslaşmış institutları tərəfindən fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması, qiymətləndirilməsi, təsirlərinin məhdudlaşdırılması və azaldılması sahəsində birgə layihələrin irəli sürülməsi;
b) Tərəflərin Dövlətlərinin Səlahiyyətli Orqanları və müvafiq institutları arasında əməkdaşlıq vasitəsilə konfransların, xxxx səfərlərin, xxxx proqramların, təlim kurslarının, ekspert mübadiləsinin, birgə məşqlərin və təlimlərin təşkil olunması;
c) xüsusilə digər Tərəfin dövlətinin ərazisinə təsir göstərə biləcək hallarda, fövqəladə hallan yarada biləcək risk mənbələri barəsində məlumat mübadiləsi. Qarşılıqlı məlumat 5-ci maddənin 6-cı bəndinə əsasən yaradılmış çərçivələr daxilində təmin olunur;
d) fövqəladə halların səbəbləri ilə xxxxx xxxx tədqiqatların nəticələri və araşdırmaların yekunları üzrə sənədlərin mübadiləsi, onların təsirlərinin qiymətləndirilməsi və zəruri mühafizə tədbirləri.
2. Bu Sazişin məqsədləri üçün, lazım gəldikdə, Birgə İşçi Qrup digər əməkdaşlıq formalarını da yarada
bilər.
Maddə 8
Tranzit
1. Fövqəladə hala məruz qalmış üçüncü tərəfə yardım göstərilməsi halında, Tərəflərdən birinin üçüncü tərəfin istifadəsinə verdiyi heyətin, materialların, avadanlıqların və yardımın tranzitini asanlaşdırmaq üçün hər bir Tərəf öz dövlətinin ərazisində gömrük prosedurlarını sadələşdirir və azaldır.
2. Tranzit haqqında Sorğu xxxx Tərəfin səlahiyyətli orqanı tərəfindən tranzit keçidin qəbul edilməsinin yazılı təsdiqlənməsindən sonra tranzit və tranzit rəsmiləşdirilmələri tətbiq edilir.
3. Səlahiyyətli orqanlar tranzitin zəruriliyi haqqında vaxtında bir-birini məlumatlandırır, onun icrasının qaydası və xüsusiyyəti barədə razılaşır və lazım gəldikdə, tranzit zamanı yardım dəstəsi üçün müşayiət təmin edir.
Maddə 9
Yardım əməliyyatlarının əlaqələndirilməsi və həyata keçirilməsi
1. Sorğu göndərən Tərəfin dövlətinin ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması üçün həyata keçirilən əməliyyatlar Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanları və şəxsləri tərəfindən əlaqələndirilir və həyata keçirilir.
2. 1-ci bəndə əsasən əməliyyatlarla məşğul olduqları müddət ərzində, Sorğu xxxx Tərəfin göndərdiyi yardım dəstələri yalnız öz dəstə rəhbərləri tərəfindən verilən tapşırıqları qəbul edir və onlara əməl edirlər.
3. Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanı tərəfindən təyin edilmiş şəxslər Sorğu xxxx Tərəfin yardım dəstəsinin rəhbərinə fövqəladə hal nəticəsində yaranmış vəziyyət və onun inkişafı, fəaliyyət planı, təyin edilmiş
tapşırıqlar, iştirak edən digər dəstələrlə əməkdaşlığın üsulu və mövcud maddi-texniki avadanlıqlar barəsində məlumat verməli, həmçinin sorğu əsasında tərcüməçilər, digər lazımi xidmətlər və vasitələr təmin etməlidir.
4. Tərəflər istifadələrinə verilən yardım dəstələrindən onların ixtisaslarına, təlimlərinə və ləvazimatlarına uyğun olaraq istifadə etməlidirlər.
5. Sorğu xxxx Tərəf yardım dəstələrini Sorğu göndərən Tərəfin dövlətinin ərazisində 72 saat kifayət edəcək qədər ərzaqla təmin edir.
6. Sorğu göndərən Tərəf yerli orqanların dəstəyi ilə yardım yükünün nəqli və zərərçəkmiş insanlara çatdırılması üçün gömrük və digər rəsmiləşdirmələrin operativ şəkildə yerinə yetirilməsini təmin edir. Sorğu xxxx Tərəfin nümayəndələri yardım yükünün paylanmasında iştirak edə bilərlər.
7. Yardım dəstələri aşağıdakı hallarda öz fəaliyyətlərini dayandırırlar:
a) missiya tamamlandıqda;
b) Tərəflərin Səlahiyyətli Orqanları əməliyyatların həyata keçirilməsinin artıq lazım olmadığı barədə razılaşdıqda;
c) bu Sazişdən irəli gələn tələblər və öhdəliklər yerinə yetirilmədikdə.
Maddə 10
Dövlət sərhədinin keçilməsi
1. Yardım dəstəsi Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə və/və ya Tranzit dövlətin ərazisinə gəlməzdən əvvəl Sorğu xxxx Tərəfin Səlahiyyətli Orqanı dəstənin üzvlərinin siyahısını və şəxsiyyətlərini müəyyən edən sənədin məlumatlarını Sorğu göndərən Tərəfə və ya Tranzit dövlətə göndərir.
2. Öz milli qanunvericiliklərinə və beynəlxalq öhdəliklərinə müvafiq olaraq, Sorğu göndərən Tərəf və Tranzit dövlət Tərəfi Sorğu xxxx Tərəfin yardım dəstələrinin öncül qaydada giriş və çıxış prosedurlarını təmin edirlər.
3. Sorğu xxxx Tərəfin yardım dəstələri Sorğu göndərən Tərəfin və Tranzit dövlətin ərazisinə Tərəflər arasında razılaşdırılmış dövlət sərhəd buraxılış məntəqələrindən Sorğu göndərən Tərəfin və Tranzit dövlətin də tanıdığı etibarlılıq müddəti bitməyən şəxsiyyəti təsdiq edən –sənədlərdən istifadə etməklə giriş və çıxış edə bilərlər.
4. Lazım olduğu halda, Sorğu göndərən Tərəf və Tranzit dövlət mümkün qədər tez bir zamanda yardım dəstələrinin üzvləri üçün viza rəsmiləşdirməsi həyata keçirir.
5. Tərəflərdən heç biri yardım dəstələri üzvlərinin Sorğu xxxx Tərəfin uniformalarını geyinmələrinə və nəqliyyat vasitələrinin üzərində fərqlənmə nişanlarının istifadəsinə məhdudiyyət qoymayacaqdır.
6. Yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin dövlətinin qanunvericiliyinə tabe olmalı, bu Sazişin müddəalarına uyğun olmayan heç bir hərəkət etməməli və Sorğu göndərən Tərəfin dövlətinin ərazisində hər hansı bir siyasi fəaliyyət göstərməməlidir. Sorğu xxxx Tərəf bununla əlaqədar bütün zəruri tədbirləri öz öhdəsinə götürür.
Maddə 11
Malların dövlət sərhədindən keçirilməsi
Bu Sazişin məqsədləri üçün Tərəflər aşağıdakılar barədə razılaşırlar:
1. Yardım dəstəsinin rəhbəri Xxxxx xxxx və Sorğu göndərən Tərəflərin dövlətlərinin Səlahiyyətli Orqanları tərəfindən razılaşdırılmış və fövqəladə hala cavabvermə məqsədilə idxal olunan avadanlıqların və yardım yüklərinin siyahısını Sorğu göndərən Tərəfin dövlətinin və/və ya Tranzit dövlətin gömrük orqanlarına təqdim edir.
2. Bu Saziş çərçivəsində idxal və ixrac edilən avadanlıq və yardım yükləri gömrük rüsumlarından, vergilərdən və digər ödənişlərindən azad edilir.
3. Avadanlıqların və yardım yüklərinin gömrük rəsmiləşdirilməsi Tərəflərin dövlətlərinin milli qanunvericiliklərinə müvafiq olaraq öncül şəkildə həyata keçirilir.
4. Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə gətirilmiş avadanlıqları (tam istifadə olunmuş və ya sıradan çıxmış avadanlıqlar istisna olmaqla) yardım işləri tamamlandıqdan sonra Sorğu xxxx Tərəf xxxx aparır. Avadanlıqların tam istifadə olunması və ya sıradan çıxması, həmçinin yardım yükünün zərərçəkmiş insanlara paylanması faktı Sorğu göndərən Tərəfin dövlətinin səlahiyyətli orqanı tərəfindən sənədləşdirilməlidir. Hər hansı bir şərait səbəbindən avadanlığın çıxarılması mümkün olmadıqda, onun Sorğu göndərən Tərəfə verilməsi hər bir hal üçün Tərəflərin razılaşması əsasında həyata keçirilir.
5. Yardım dəstələrinin təchizatları və ya 2-ci maddənin (f) bəndində qeyd olunan yardımın tərkibini təşkil edən malların və materialların dövriyyəsinə heç bir qadağa və məhdudiyyət tətbiq edilmir.
6. Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə silah, döyüş sursatı və partlayıcı maddələr gətirmək qadağandır.
7. Sorğu göndərən Tərəfin səlahiyyətli orqanına bu maddədə qeyd olunmuş malların, avadanlıqların və maddələrin istifadəsinə və saxlanılmasına nəzarətə icazə verilir.
Maddə 12
Hava gəmilərindən istifadə
1. Hava gəmiləri Sorğu göndərən Tərəfin istifadəsinə verilmiş yardım dəstələrinin, avadanlığın və yardımın nəqli, həmçinin fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması üçün müdaxilə əməliyyatlarının həyata keçirilməsi məqsədilə istifadə oluna bilər.
2. Yardım göstərilməsi üçün hava gəmilərindən istifadə edildiyi təqdirdə, 5-ci maddədə izah edilmiş prosedura uyğun olaraq ötürülən məlumat aşağıdakıları əhatə etməlidir: hava gəmisinin növü, qeydiyyatda olduğu ölkə, dövlət nişanları, ekipaj üzvlərinin sayı, daşımanın növü, ağırlıq tipi, uçuş cədvəli, sərnişinlərin və ekipaj üzvlərinin adlarının siyahısı, uçuş marşrutu, yerəenmə məntəqəsi, yükün təsviri və digər aidiyyəti məlumatlar.
3. Tərəflər 1-ci bənddə qeyd olunan məqsədlər üçün istifadə olunan hava gəmilərinin təyin edilmiş uçuş korridoru çərçivəsində öz Dövlətlərinin hava məkanlarında uçmalarına, hətta beynəlxalq hava limanlarından istifadə etmədən Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı tərəfindən göstərilən məntəqələrdə yerə enmələrinə və havaya qalxmalarına icazə verildiyini təmin etmək üçün müvafiq tədbirlər görür. Əgər hava gəmiləri beynəlxalq hava limanlarından başqa məntəqələrdə yerə enərlərsə və ya havaya qalxarlarsa, 3-cü maddənin 1-ci bəndində qeyd edilmiş Səlahiyyətli Orqanlar bu yerlərə ən yaxın gömrük orqanını bu barədə gecikdirmədən məlumatlandırmalı, həmçinin 2-ci bənddə göstərilmiş məlumatın ötürülməsi vasitəsilə hava gəmilərinin milli hava məkanı üzərindən uçmasına icazə verilməsi üçün səlahiyyətli aviasiya qurumunu xəbərdar etməlidirlər.
4. Tərəflər başqa şəkildə hərəkət etmək barədə razılaşmadığı təqdirdə, bu Sazişin məqsədləri üçün hava gəmilərinin uçuşları Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına və Tərəflərin dövlətlərinin ərazilərində tətbiq edilən qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.
Maddə 13
Təzminatlar
1. Tərəflərdən hər xxxxx xxxx bu Sazişin həyata keçirilməsi ilə bağlı missiyanın yerinə yetirilməsi zamanı yardım dəstəsinin üzvlərinin onun mülkiyyətinə zərər yetirməsi, həmçinin bu Sazişin həyata keçirilməsindən irəli gələn işlərin icra edilməsi zamanı yardım dəstəsinin üzvlərinin yaralanması və ya ölməsi halında digər Tərəfə heç bir tələb iddia etməyəcəkdir.
2. Əgər yardım dəstəsinin üzvü Xxxxxxx müddəalarının həyata keçirilməsi məqsədilə icra etdiyi işlər zamanı Sorğu göndərən Tərəfin ərazisində üçüncü şəxsə zərər yetirərsə, zərərin kompensasiyası Sorğu göndərən Tərəfin öhdəsinə düşür.
3. Ziyan bilərəkdən səhv davranış və ya kobud etinasızlıq səbəbindən meydana gələrsə və bu, Sorğu göndərən Tərəfin öz məhkəməsi tərəfindən təsdiq edilərsə, bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəaları tətbiq edilmir.
4. Bu maddənin 3-cü bəndində qeyd olunan halda, həmçinin, əgər yardım dəstəsinin üzvünə qarşı xxxx iddia Sazişin həyata keçirilməsi məqsədilə yerinə yetirilən işlərin icra edilməsi zamanı deyil, başqa vaxt meydana çıxan fəaliyyətlərdən və səhlənkarlıqdan irəli gələrsə və dəymiş ziyan Sorğu göndərən Tərəfin məhkəməsi tərəfindən təsdiq olunarsa, kompensasiyanın ödənilməsi Sorğu xxxx Tərəfin öhdəsinə düşür.
5. Bu maddənin müddəaları Sorğu göndərən Tərəfin ərazisinə daxilolma vaxtından həmin ərazini tərketmə vaxtına qədər yardım dəstəsinin üzvünün səbəb olduğu zərərlər üçün tətbiq edilir.
6. Yardım dəstələrinin üzvlərinin sığortalanmasını Sorğu göndərən Tərəf həyata keçirir. Tərəflərin Səlahiyyətli Orqanları ziyanın meydana gəldiyi şəraitləri qiymətləndirmək və kompensasiyanın həll edilməsinə kömək etmək üçün əməkdaşlıq edirlər. Bu məqsədlə onlar hər hansı mövcud məlumatı mübadilə edirlər.
Maddə 14
Xərclər
1. Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu sazişin müddəalarına əsasən, yardım təmənnasız olaraq təmin edilir.
2. Sorğu xxxx Tərəf aeronaviqasiya və yerəenmə, işıqlandırma, qalma və ərzaqla təmin edilmə ilə bağlı xərclərdən azaddır.
3. Bu məsələlərlə bağlı xərclərin ödənilməsi, köməkçi sənədlər, ödəmə qaydaları və digər təfsilatlar Birgə İşçi Qrup tərəfindən həll edilir.
4. 7-ci maddədə qeyd olunan əməkdaşlıq formalarının həyata keçirilməsi üçün xxxxx xxxx müvafiq xərcləri Birgə İşçi Qrupun təklif etdiyi və Tərəflərin qəbul etdiyi büdcə çərçivəsində qarşılılıq prinsipi əsasında hər iki Tərəf ödəyir.
Maddə 15
Beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq
Tərəflər qarşılıqlı razılıq əsasında bu Sazişin həyata keçirilməsi üçün icra edilən fəaliyyətlərdə ixtisaslaşmış/aidiyyəti beynəlxalq və yerli təşkilatların iştirakını təklif edə bilərlər.
Maddə 16
Şəxsi məlumatın qorunması
Bu Sazişin müddəalarının həyata keçirilməsi üçün şəxsi məlumatların ötürülməsi sorğu edildiyi halda aşağıdakı müddəalar tətbiq olunacaqdır:
1. Hər bir Tərəf sorğu əsasında 2-ci maddənin “h” bəndində sıralanmış şəxsi məlumatları digər Tərəfə yalnız bu Sazişin 5-ci maddəsində nəzərdə tutulmuş şərtlər əsasında və sorğuda izah edilmiş məqsədlər üçün ötürür. Bu məlumatı qəbul edən Tərəf onu yalnız məlumatı verən Tərəfin razılığı ilə təyin edilmiş digər məqsədlər üçün istifadə edə bilər.
2. Şəxsi məlumatı qəbul edən Tərəf bu məlumatı yalnız özünün bu Sazişin müddəalarının həyata keçirilməsi üçün əməkdaşlıq edən və şəxsi məlumatı saxlamaq və ötürmək hüququ xxxx orqanlarına ötürə bilər. Məlumat yalnız məlumatı verən Tərəfin əvvəlcədən razılığı ilə digər orqanlara ötürülə bilər. Qəbul edilən məlumat məxfidir.
3. Məlumatı verən Tərəf onun dəqiqliyi və düzgünlüyünə görə məsuliyyət daşıyır. Əgər dəqiq olmayan və səhv məlumatın ötürüldüyü aşkarlanarsa, məlumatı verən Tərəf təcili olaraq onların düzəldilməsi yollarını və ya onların məhv edilməsinin vacibliyini izah edərək, bu barədə qəbul edən Tərəfi məlumatlandırır. Məlumatı qəbul edən Tərəf təcili olaraq onları düzəltməyə və ya şəraitdən asılı olaraq səhv məlumatı məhv etməyə məsuliyyət daşıyır.
4. Sorğu əsasında Tərəflər bu Saziş çərçivəsində və hüquqi əsasda məlumatlarını istifadə etdikləri şəxsləri bu barədə xəbərdar etməyi öhdəsinə götürürlər. Səlahiyyətli şəxslərin sorğusu ilə Tərəflər səhv məlumatı düzəldir, qeyri-qanuni olaraq saxlanılan məlumatı məhv edir və bu məqsədlər üçün görülən tədbirlər haqqında bir-birini məlumatlandırırlar.
5. Şəxsi məlumatı verən Tərəf qüvvədə xxxx qanunvericiliyə əsasən, onların yayılmasını qadağan edir və məhdudlaşdırır. Əgər məlumatı ötürən Tərəfin bu hüququ vardırsa, şəxsi məlumatın xxxxxx xxxx şəxsin 4-cü bənddə nəzərdə tutulmuş hüquqlardan istifadə etməsi rədd edilə bilər. Məlumatı verən Tərəf təyin edilmiş məhdudiyyətlər barədə məlumatı qəbul edən Tərəfi məlumatlandırır. Məlumatın istifadəçisi, qanunla nəzərdə tutulmuş hallardan başqa, əlaqədar şəxsi rəddetmənin səbəbi barədə məlumatlandırır.
6. Verilmiş məlumat, məlumatı təqdim edən Tərəfin müəyyən etdiyi vaxtda və ya onlardan tələb edilən məqsəd üçün artıq lazım olmadıqda, məhv edilə bilər. Məlumatı verən Tərəf müvafiq tarix və məhvedilmə səbəbi barədə məlumatlandırılır.
7. Tərəflər, şəxsi məlumatın göndərilməsi və qəbul edilməsi, məlumata qeyri-qanuni daxil olma əleyhinə effektiv mühafizə üçün vacib xxxx təşkilati və texniki tədbirlər, onların düzəldilməsi, məhv edilməsi və dəyişdirilməsi barədə qeydlər aparırlar.
8. Məlumatı qəbul edən Tərəf ötürülən şəxsi məlumat üçün hər bir vəziyyətdə özünün eyni kateqoriyalı məlumatına yanaşdığı kimi mühafizəni təmin etməlidir.
Maddə 17
Məxfi məlumatın ötürülməsi və qorunması
Bu Sazişin məqsədləri üçün, məxfi məlumat və ya statistika Tərəflərin əvvəlcədən yazılığı razılığı olmadan nəşr edilə və ya üçüncü tərəfə ötürülə bilməz.
Maddə 18
Digər beynəlxalq sazişlərlə münasibət
Bu Sazişin müddəalarının heç biri Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.
Maddə 19
Mübahisələrin həlli
Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı meydana çıxan istənilən mübahisə danışıqlar yolu ilə və diplomatik kanallar vasitəsilə həll olunacaqdır.
Maddə 20
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi xxxx ayrı-ayrı protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 21-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 21
Yekun müddəalar
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonra 30-cu (otuzuncu) gün qüvvəyə minir. Bu Saziş 3 (üç) il müddətinə qüvvədə qalır. Tərəflərdən biri üçillik müddətin bitməsinə 90 (doxsan) gün qalmış digər Tərəfə bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə bildiriş təqdim etməzsə, avtomatik olaraq, hər dəfə eyni müddətlərə uzadılır.
2. Bu Sazişin ləğv edilməsi artıq başlanmış xxxx və ya Sazişin ləğv edilməsindən ən azı 6 (altı) ay əvvəl planlaşdırılmış birgə fəaliyyətlərin həyata keçirilməsindən irəli gələn öhdəliklərə təsir etmir.
Tehran şəhərində 23 fevral tarixli 2016-cı il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası | İran İslam Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il
№ 274-VQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
gömrük ödənişləri və digər vergilərin dəqiq qiymətləndirilməsinin və spesifik mallarla bağlı qadağa, məhdudiyyət və nəzarət tədbirlərinin onların gömrük idarələri tərəfindən düzgün tətbiqinin təmin edilməsinin əhəmiyyətini nəzərə alaraq;
gömrük qanunvericiliyinin pozulmasının Razılığa gələn Tərəflərin dövlətlərinin təhlükəsizliyinə və onların iqtisadi, ticarət, maliyyə, sosial, ictimai sağlamlıq və mədəni maraqlarına ziyan vurduğunu nəzərə alaraq;
gömrük qanunvericiliklərinin tətbiqi və icrası ilə əlaqədar məsələlərdə beynəlxalq əməkdaşlığa ehtiyacı dərk edərək;
gömrük hüquqpozmalarına qarşı tədbirlərin qarşılıqlı razılaşdırılmış hüquqi müddəalara əsasən onların gömrük idarələri arasında sıx əməkdaşlıq yolu ilə daha səmərəli ola biləcəyinə əmin olaraq;
Gömrük Əməkdaşlıq Şurasının müvafiq olaraq 1953-cü ilin dekabr ayında və 2000-ci ilin iyun ayında imzalanmış Qarşılıqlı inzibati .yardım haqqında Tövsiyəsini və Gömrük əməkdaşlığının və qarşılıqlı inzibati yardımın təkmilləşdirilməsi haqqında Bəyannaməsini (Kipr Bəyannaməsi), eləcə də hazırda Ümumdünya Gömrük Təşkilatı kimi tanınan Gömrük Əməkdaşlıq Şurasının 2002-ci ilin iyun ayında qəbul edilmiş Beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyi və asanlaşdırılması haqqında Qətnaməsini nəzərə alaraq; aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişin məqsədləri üçün:
(a) “gömrük idarəsi” - Azərbaycan Respublikasının Hökuməti üçün Dövlət Gömrük Komitəsini, İran İslam Respublikasının Hökuməti üçün isə İran İslam Respublikası Gömrük İdarəsini;
(b) “gömrük ödənişləri” - göstərilən xidmətlərə görə yığım və ödənişlər istisna olmaqla, gömrük qanunvericiliyinin tətbiqi ilə bağlı Razılığa gələn Tərəflərin dövlətlərinin ərazilərində toplanılan bütün ödənişləri, vergiləri, yığımları və ya hər hansı digər ödənişləri;
(c) “gömrük qanunvericiliyi” - malların idxalı, ixracı, bir nəqliyyat vasitəsindən digərinə yüklənməsi, tranziti, saxlancı və malların hərəkəti ilə əlaqədar gömrük idarələrinin hər xxxxx xxxx tərəfindən tətbiq edilən və ya həyata keçirilən istənilən hüquqi və inzibati müddəaları, o cümlədən qadağa, məhdudiyyət və nəzarət tədbirlərini və çirkli pulların yuyulmasına qarşı mübarizə ilə əlaqədar hüquqi və inzibati müddəaları;
(d) “gömrük hüquqpozması” - gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulmasını və ya pozulmasına
cəhdi;
(e) “informasiya” - emal edilmiş və ya emal edilməmiş, yaxud təhlil edilmiş və ya edilməmiş hər hansı məlumatları, istənilən formatda sənədləri, hesabatları və digər yazışmaları, eləcə də onların elektron, təsdiq edilmiş və ya autentik surətlərini;
(f) “beynəlxalq ticarət-təchizat zənciri” - malların mənşə yerindən son təyinat yerinədək sərhədlərarası hərəkəti zamanı baş verən bütün prosesləri;
(g) “vəzifəli şəxs” - gömrük qanunvericiliyini tətbiq etmək üçün təyin edilmiş hər hansı gömrük əməkdaşını və ya digər hökumət rəsmisini;
(h) “şəxs” - kontekst başqa cür tələb etmirsə, həm fiziki, həm də hüquqi şəxsləri;
(i) “şəxsi məlumat” - müəyyən olunmuş və ya müəyyən oluna bilən fiziki şəxs barədə hər hansı məlumatı;
(j) “sorğu xxxx idarə” - yardım üçün sorğu xxxx gömrük idarəsini;
(k) “sorğu edən idarə” - yardım üçün sorğu edən gömrük idarəsini;
(l) “sorğu xxxx Razılığa gələn Tərəf” - yardım təmin etmək üçün sorğu edən gömrük idarəsinin aid olduğu Razılığa gələn Tərəfi;
(m) “sorğu edən Razılığa gələn Tərəf” - yardımı sorğu edən gömrük idarəsinin aid olduğu Razılığa gələn Tərəfi bildirir.
Maddə 2
Sazişin əhatə dairəsi
1. Razılığa gələn Tərəflər gömrük qanunvericiliyinin düzgün tətbiqi, gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və onlara qarşı mübarizə aparılması, həmçinin beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu Sazişdə müəyyən edilmiş şərtlərə uyğun olaraq öz gömrük idarələri vasitəsilə bir-birini inzibati yardımla təmin edirlər.
2. Razılığa gələn Tərəflərdən hər hansı birinin bu Saziş əsasında edilən bütün yardımları onun milli qanunvericiliyinə uyğun şəkildə və gömrük idarəsinin səlahiyyətləri və mövcud imkanları çərçivəsində təmin edilir.
3. Bu Saziş Razılığa gələn Tərəflər arasında qarşılıqlı inzibati yardımı əhatə edir və onlar arasında qarşılıqlı hüquqi yardım haqqında sazişlərə təsir etmək məqsədi daşımır. Əgər qarşılıqlı yardım sorğu xxxx Razılığa gələn Tərəfin digər orqanları tərəfindən təmin edilməlidirsə, sorğu xxxx idarə həmin orqanları və məlum olduğu təqdirdə, tətbiq olunan müvafiq saziş və ya anlaşmanı qeyd edir.
4. Bu Sazişin müddəaları heç bir şəxsə yardım üçün sorğunun icrasına maneə törətmək hüququ vermir.
Maddə 3
Gömrük qanunvericiliyinin tətbiqi və icrası ilə bağlı məlumat
1. Gömrük idarələri sorğu əsasında və ya öz təşəbbüsləri ilə gömrük qanunvericiliyinin düzgün tətbiq olunmasını, gömrük hüquqpozmalarının qarşısının alınmasını, araşdırılmasını və onlara qarşı mübarizə aparılmasını, həmçinin beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyini təmin etməyə yardım edən məlumatlarla bir-birini təmin edirlər. Belə məlumatlar aşağıdakılarla xxxxx xxx bilər:
(a) öz effektivliyini sübuta yetirmiş yeni hüquq mühafizə üsulları;
(b) gömrük hüquqpozmalarının törədilməsində istifadə olunan yeni tendensiyalar, vasitələr və ya metodlar;
(c) gömrük hüquqpozmalarının predmeti olduğu bilinən mallar, eləcə də həmin mallarla əlaqədar tətbiq edilmiş daşınma və saxlanc metodları;
(d) gömrük hüquqpozması törətdiyi məlum xxxx və ya gömrük hüquqpozması törədəcəyi şübhə doğuran şəxslər;
(e) gömrük idarələrinə nəzarət və asanlaşdırma məqsədləri üçün risk qiymətləndirilməsində xxxxxxxx xxx biləcək hər hansı digər məlumatlar.
2. Sorğu əsasında, sorğu xxxx idarə aşağıdakılarla bağlı məlumatlarla sorğu edən idarəni təmin edir:
(a) sorğu edən Razılığa gələn Tərəfin dövlətinin ərazisinə idxal edilən malların sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisindən qanunauyğun şəkildə ixrac olunub-olunmaması;
(b) sorğu edən Razılığa gələn Tərəfin dövlətinin ərazisindən ixrac edilən malların sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisinə qanunauyğun şəkildə idxal olunub-olunmaması və əgər idxal olunubsa, malların yerləşdirildiyi gömrük proseduru.
Maddə 4
Gömrük ödənişlərinin qiymətləndirilməsi üçün məlumatlar
1. Sorğu əsasında, sorğu xxxx idarə, 20-ci maddəyə xələl gətirmədən, gömrük qanunvericiliyinin düzgün tətbiqinə dəstək olaraq və ya gömrük hüquqpozmalarının qarşısının alınması məqsədilə müvafiq sənədlərin düzgünlüyünə və ya dəqiqliyinə şübhə etməyə əsasları xxxx sorğu edən idarəyə yardım etmək üçün onu məlumatla təmin edir.
2. Sorğuda sorğu edən idarənin yerinə yetirdiyi və ya yerinə yetirməyə cəhd etdiyi yoxlama prosedurları və sorğu olunan spesifik məlumatlar yer almalıdır.
Maddə 5
Gömrük hüquqpozmalarına dair məlumatlar
Gömrük idarələrindən hər biri, sorğu əsasında və ya öz təşəbbüsü ilə digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozmasının törədildiyindən və ya törədiləcəyindən şübhələnməyə kifayət qədər əsas verən planlaşdırılan, davam edən və ya başa çatmış fəaliyyətlər barədə digər Razılığa gələn Tərəfin gömrük idarəsinə məlumat verir.
Maddə 6
Məlumatların əvvəlcədən mübadiləsi
Gömrük idarələri bu Sazişin 21-ci maddəsinin 2-ci bəndində müəyyən edilmiş qarşılıqlı razılaşdırma əsasında malların digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə çatmasından əvvəl məlumatları elektron məlumatötürmə vasitələrindən istifadə etməklə mübadilə edə bilərlər.
Maddə 7
Könüllü yardım
Razılığa gələn Tərəflərdən hər hansı birinin iqtisadi, ictimai sağlamlıq, dövlət təhlükəsizliyinə, eləcə də beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinə və ya hər hansı digər mühüm maraqlarına zərər dəyə biləcək hallarda, digər Razılığa gələn Tərəfin gömrük idarəsi, mümkün olduğu qədər, öz təşəbbüsü ilə gecikdirmədən yardımı təmin edir.
Maddə 8
Bildiriş
Sorğu əsasında, sorğu xxxx idarə həmin Razılığa gələn Tərəfin dövlətinin ərazisində yaşayan və ya qeydiyyatda xxxx şəxsə bu Sazişin əhatə dairəsinə daxil xxxx və gömrük qanunvericiliyinin tətbiqi ilə bağlı sorğu edən idarə tərəfindən həmin şəxslə əlaqədar qəbul edilən bütün qərarlar barədə bildiriş vermək üçün bütün zəruri tədbirləri görür.
Maddə 9
Nəzarət və məlumat
1. Sorğu əsasında, sorğu xxxx idarə, mümkün olduğu qədər, aşağıdakılar üzərində nəzarət aparır və sorğu edən idarəni onlarla bağlı məlumatla təmin edir:
(a) sorğu edən Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozmasının törədilməsində istifadə edildiyi məlum xxxx və ya bunda şübhəli bilinən daşınan və ya saxlancda xxxx xxxxxx;
(b) sorğu edən Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozmasının törədilməsində istifadə edildiyi məlum xxxx və ya bunda şübhəli bilinən nəqliyyat vasitələri;
(c) sorğu edən Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquq
pozmasının törədilməsi ilə əlaqədar istifadə edildiyi məlum xxxx və ya bunda şübhəli bilinən sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisindəki yerlər;
(d) sorğu edən Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozması törətdiyi məlum xxxx və ya bunda şübhəli bilinən, xüsusilə sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil xxxx və həmin ərazini tərk edən şəxslər.
2. Gömrük idarələrindən hər biri, planlaşdırılan, davam edən və ya başa çatmış fəaliyyətlərin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozması təşkil edəcəyi ilə bağlı şübhələnməyə əsasları olduğu halda, öz təşəbbüsü ilə belə nəzarəti həyata keçirə bilər.
Maddə 10
Nəzarətli göndəriş
Gömrük idarələri, bu Sazişin 21-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq qarşılıqlı razılaşma əsasında, gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və onlara qarşı mübarizə aparılması məqsədilə, öz nəzarətləri altında qanunsuz və ya şübhəli bilinən malların onların dövlətlərinin ərazilərindən çıxmasına, keçməsinə və ya ərazilərinə daxil olmasına icazə verə bilərlər. Əgər belə icazənin verilməsi gömrük idarəsinin səlahiyyəti çərçivəsində olmazsa, həmin idarə belə səlahiyyəti olan milli orqanlarla əməkdaşlığa başlamağa səy göstərir və ya bu işi həmin orqanlara ötürür.
Maddə 11
Ekspertlər və şahidlər
Sorğu əsasında, sorğu xxxx Razılığa gələn Tərəf öz vəzifəli şəxslərinə, sorğu edən Razılığa gələn Tərəfin dövlətinin ərazisində məhkəmə qarşısında gömrük qanunvericiliyinin tətbiqi ilə bağlı məsələdə ekspert və ya xxxxx qismində çıxış etməyə səlahiyyət verə bilər.
Maddə 12
Sorğuların göndərilməsi
1. Bu Saziş əsasında yardım üçün sorğular birbaşa olaraq digər Razılığa gələn Tərəfin gömrük idarəsinə ünvanlanır. Hər bir gömrük idarəsi bu məqsəd üçün əlaqələndirici şəxs təyin edir və həmin şəxs barədə digər Razılığa gələn Tərəfin gömrük idarəsi məlumatlandırılır.
2. Bu Saziş əsasında yardım üçün sorğular yazılı və ya elektron şəkildə edilir və belə sorğuların icra edilməsi məqsədilə faydalı hesab edilən hər hansı məlumatla müşayiət edilir. Sorğu xxxx idarə elektron sorğuların yazılı təsdiqini tələb edə bilər. Şərait belə tələb etdikdə, sorğular şifahi edilə bilər. Belə sorğular mümkün xxxx ən qısa zamanda yazılı olaraq və ya hər iki gömrük idarəsi üçün də məqbul olarsa, elektron yolla təsdiq edilə bilər.
3. Sorğular ingilis dilində edilir. Belə sorğuları müşayiət edən bütün sənədlər, zəruri olduqda, ingilis dilinə tərcümə edilir.
4. Bu Sazişə əsasən yardım üçün sorğulara aşağıdakı məlumatlar daxil edilir:
a) sorğu edən idarənin adı;
b) sorğu xxxx idarənin adı;
c) məsələnin mahiyyəti, sorğu olunan yardımın növü və sorğunun səbəbləri;
d) baxılan məsələnin qısa təsviri və əlaqədar hüquqi və inzibati müddəalar;
e) əgər məlumdursa, sorğu ilə əlaqədar şəxslərin adları və ünvanları;
f) bu Sazişə istinad.
5. Sorğu edən idarə müəyyən bir prosedurun və ya metodologiyanın yerinə yetirilməsini sorğu edərsə, sorğu xxxx idarə bu sorğunu öz milli qanunvericiliyinə əsasən yerinə yetirir.
6. Sənədlərin əsli yalnız surətlərin kifayət olmayacağı hallarda sorğu edilir və mümkün xxxx ən qısa zamanda xxxx qaytarılır. Sorğu xxxx idarənin və ya üçüncü tərəflərin bununla bağlı hüquqları toxunulmaz olaraq qalır.
Maddə 13
Məlumatın əldə edilməsi yolları
1. Sorğu xxxx idarə sorğu olunan məlumata malik deyilsə, o bu məlumatı əldə etmək üçün araşdırmalara başlayır.
2. Əgər sorğu xxxx idarə sorğu olunan məlumatın əldə edilməsi məqsədilə araşdırmalara başlamaq üçün aidiyyəti orqan deyildirsə, o, müvafiq orqanı qeyd etməklə yanaşı, sorğunu həmin orqana ötürə bilər.
Maddə 14
Vəzifəli şəxslərin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində olması
1. Sorğu əsasında, sorğu edən idarənin təyin etdiyi vəzifəli şəxslər sorğu xxxx idarənin verdiyi səlahiyyət və onun müəyyən edə biləcəyi şərtlər əsasında, gömrük hüquqpozmasının araşdırılması məqsədilə:
(a) sorğu xxxx idarənin ofislərində həmin gömrük hüquqpozması ilə əlaqədar sənədləri və hər hansı digər məlumatları yoxlaya və onların nüsxələri ilə təmin edilə bilər;
(b) sorğu xxxx idarənin sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisində həyata keçirdiyi və sorğu edən idarəyə aidiyyəti xxxx araşdırmada iştirak edə bilər; həmin vəzifəli şəxslər yalnız məsləhətçi qismində iştirak edirlər.
Maddə 15
Bir Razılığa gələn Tərəfin vəzifəli şəxslərinin digər Razılığa gələn Tərəfin dəvəti ilə iştirakı
Sorğu xxxx idarə sorğuya əsasən yardım tədbirlərinin həyata keçirildiyi vaxt digər Razılığa gələn Tərəfin vəzifəli şəxsinin orada iştirakını məqsədəmüvafıq hesab edirsə, sorğu xxxx idarə həmin əməkdaşı müəyyən edə biləcəyi şərtlər altında iştirak üçün dəvət edə bilər.
Maddə 16
Səfər edən vəzifəli şəxslər üçün hazırlıqlar
1. Razılığa gələn Tərəflərdən hər hansı birinin vəzifəli şəxsləri bu Sazişin şərtlərinə əsasən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində olduqda, hər zaman digər Razılığa gələn Tərəfə rəsmi vəzifələrinin və statuslarının sübutunu Razılığa gələn Tərəf üçün məqbul xxxx dildə təqdim etmək iqtidarında olmalıdırlar.
2. Vəzifəli şəxslər digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində olduqları zaman, bu Sazişin şərtlərinə əsasən törədə biləcəkləri hər hansı hüquqpozmaya görə məsuliyyət daşıyır və həmin Razılığa gələn Tərəfin milli qanunvericiliyinə əsasən öz gömrük əməkdaşlarına verdiyi eyni mühafizədən faydalanırlar.
Maddə 17
Məlumatların istifadəsi
1. Bu Saziş əsasında əldə edilən hər hansı məlumat yalnız Razılığa gələn Tərəflərin gömrük idarələri tərəfindən və yalnız bu Sazişdə müəyyən edilmiş şərtlər əsasında inzibati yardım məqsədi üçün istifadə edilir.
2. Sorğu əsasında məlumatı təmin edən Razılığa gələn Tərəf, bu maddənin birinci bəndinə baxmayaraq, həmin məlumatın, müəyyən edə biləcəyi hər hansı şərtlər altında, digər orqanlar tərəfindən və ya digər məqsədlər üçün istifadəsinə icazə verə bilər. Belə istifadə, məlumatdan istifadə etməyi nəzərdə tutan Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun edilir. Məlumatın başqa məqsədlər üçün istifadəsinə onun cinayət araşdırmalarında, təhqiqatlarında və ya məhkəmə işlərində istifadəsi daxildir.
Maddə 18
Məlumatların konfidensiallığı və qorunması
1. Bu Sazişə əsasən əldə edilən hər hansı məlumat konfidensial hesab olunur və ən azı məlumatı xxxx Razılığa gələn Tərəfin milli qanunvericiliyi əsasında eyni xarakterli məlumata şamil olunan konfidensiallığa və qorunmaya malik olur.
2. Bu Saziş əsasında şəxsi məlumatların mübadiləsinə, belə məlumata onu əldə edən Razılığa gələn Tərəfin dövlətinin ərazisində həmin məlumatı təmin edən gömrük idarəsinin milli qanunvericiliyinin tələblərinə uyğun qorunma səviyyəsinin tətbiq ediləcəyi barədə gömrük idarələri bu Sazişin 21-ci maddəsinin 2-ci bəndinə əsasən qarşılıqlı razılaşma əsasında qərara gəlməyincə, başlanılmır.
3. Bu maddənin 2-ci bəndində istinad edilən qarşılıqlı razılaşma olmadığı halda, şəxsi məlumatlar yalnız onu təmin edən gömrük idarəsinin həmin şəxsi məlumatı xxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisində bu maddənin 4-9-cu bəndlərinə uyğun şəkildə qorunmasına əmin olduğu halda təmin edilə bilər.
4. Sorğu əsasında şəxsi məlumatı xxxx gömrük idarəsi həmin məlumatı təmin edən gömrük idarəsini ondan istifadə və əldə edilən nəticələr barədə məlumatlandırır.
5. Bu Saziş əsasında təmin edilən şəxsi məlumat yalnız onun təmin edildiyi məqsədə nail olmaq üçün zəruri xxxx vaxt ərzində saxlanılır.
6. Şəxsi məlumatı təmin edən gömrük idarəsi həmin məlumatın düzgün və qanunauyğun şəkildə toplandığını, dəqiq və aktual olduğunu və onun təmin edildiyi məqsədləri aşmadığını mümkün olduğu qədər təmin etməlidir.
7. Təmin edilən şəxsi məlumatın səhv olduğu ortaya çıxarsa və ya mübadilə edilməli deyildirsə, dərhal bu barədə məlumat verilməlidir. Belə məlumatı xxxx gömrük idarəsi ona düzəlişlər etməli və ya onu silməlidir.
8. Gömrük idarələri bu Saziş əsasında mübadilə edilən şəxsi məlumatların göndərilməsinin və ya alınmasının qeydiyyatını aparırlar.
9. Gömrük idarələri bu Saziş əsasında mübadilə edilən şəxsi məlumatı icazəsiz istifadədən, onun dəyişdirilməsindən və ya yayılmasından qorumaq üçün zəruri təhlükəsizlik tədbirləri görürlər.
Maddə 19
İstisnalar
1. Bu Saziş əsasında sorğu edilən hər hansı yardım, sorğu xxxx Razılığa gələn Tərəfin suverenliyinə, təhlükəsizliyinə, dövlət siyasətinə və ya hər hansı digər mühüm milli maraqlarına zərər gətirə bilərsə, yaxud hər xxxxx xxxxxx kommersiya və ya peşə maraqlarına xxxxx xxxx bilərsə, yaxud sorğu xxxx Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun deyildirsə, belə yardımın göstərilməsindən həmin Razılığa gələn Tərəf imtina edə və ya onun tələb edə biləcəyi hər hansı şərt əsasında təmin edə bilər.
2. Əgər sorğu edən idarə, sorğu xxxx idarə tərəfindən oxşar sorğunun göndərildiyi halda onu həyata keçirə bilməzsə, o öz sorğusunda bu fakta diqqət çəkməlidir. Belə sorğunun yerinə yetirilməsi sorğu xxxx idarənin ixtiyarında olur.
3. Əgər yardımın davam edən araşdırmalara, təhqiqatlara və ya məhkəmə işlərinə mane olacağına şübhə etməyə əsaslar olarsa, yardım təxirə salına bilər. Belə halda, sorğu xxxx idarə yardımın onun müəyyən edə biləcəyi şərtlər altında təmin edilməsinin mümkünlüyünü müəyyən etmək məqsədilə sorğu edən idarə ilə məsləhətləşir.
4. Əgər sorğu xxxx idarə sorğunun yerinə yetirilməsi üçün tələb olunan səylərin sorğu edən idarənin nəzərdə tutduğu faydalarla aydın şəkildə uyğunsuz olduğunu hesab edərsə, o, sorğu edilən yardımın göstərilməsindən imtina edə bilər.
5. Yardımdan imtina edilərsə və ya yardım təxirə salınarsa, imtinanın və ya təxirəsalmanın səbəbləri bildirilməlidir.
Maddə 20
Xərclər
1. Bu maddənin 2-ci və 3-cü bəndləri nəzərə alınmaqla, bu Sazişin tətbiqi zamanı yaranan xərcləri sorğu xxxx Razılığa gələn Tərəf qarşılayır.
2. Ekspertlərə və şahidlərə ödənilən xərcləri və məsrəfləri, eləcə də dövlət məmurları olmayan yazılı və şifahi tərcüməçilərə çəkilən xərcləri sorğu edən Razılığa gələn Tərəf qarşılayır.
3. Sorğunun icrası üçün böyük və ya əvvəlcədən nəzərdə tutulmayan xərclər tələb olunarsa, Razılığa gələn Tərəflər sorğunun icra edilmə şərtlərini, o cümlədən xərclərin hansı qaydada ödəniləcəyini müəyyən etmək üçün məsləhətləşirlər.
Maddə 21
Sazişin icrası və tətbiqi
1. Bu Sazişin tətbiqi zamanı Razılığa gələn Tərəflər gömrük hüquqpozmalarının araşdırılması və ya onlara qarşı mübarizədə məsul xxxx vəzifəli şəxslərinin bir-biri ilə şəxsi və birbaşa əlaqələr saxlamasını mümkün olduğu qədər təmin etmək üçün zəruri tədbirlər görürlər.
2. Gömrük idarələri bu Sazişin icrasını və tətbiqini öz aralarında asanlaşdırmaq üçün tədbirlər barədə qərar verirlər.
Maddə 22
Sazişin ərazi üzrə tətbiq edilməsi
Bu Saziş Azərbaycan Respublikasının ərazisində və İran İslam Respublikasının ərazisində tətbiq edilir. Maddə 23
Əlavə və dəyişikliklər
Bu Sazişə Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsini təşkil edən ayrıca protokollar şəklində rəsmiləşdirilir və bu Sazişin 26-cı maddəsində göstərilən prosedura uyğun olaraq qüvvəyə minir.
Maddə 24
Digər beynəlxalq öhdəliklər
Bu Sazişin müddəaları Razılığa gələn Tərəflərin tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Maddə 25
Mübahisələrin həlli
1. Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı gömrük idarələri arasında hər hansı mübahisə, mümkün olduğu qədər, onlar arasında danışıqlar yolu ilə həll olunur.
2. Həlli tapılmayan mübahisələr diplomatik kanallar vasitəsilə həll olunur.
Maddə 26
Qüvvəyəminmə, müddət və ləğvetmə
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin bir-birini diplomatik kanallarla məlumatlandırdığı sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır, xxxxx Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx diplomatik kanallarla bildiriş göndərməklə istənilən vaxt onu ləğv edə bilər.
3. Ləğvetmə bildirişinin digər Razılığa gələn Tərəfə göndərildiyi tarixdən üç ay sonra ləğvetmə qüvvəyə minir. Bununla belə, ləğvetmə zamanı davam edən işlər bu Sazişin müddəalarına müvafiq olaraq tamamlanmalıdır.
4. Bu Saziş qüvvəyə mindiyi tarixdə, 20 may 2002-ci il tarixində, müvafiq olaraq 30 ordibeheşt 1381-ci il tarixində, Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” ləğv edilir.
Bunun təsdiqi olaraq, müvafiq səlahiyyət verilmiş aşağıda imza edənlər bu Sazişi imzaladılar.
Tehran şəhərində 23 fevral 2016-cı il tarixində, Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası | İran İslam Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam
etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il
№ 272-VQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin
davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
bərabərlik, hər iki dövlətin daxili işlərinə qarışmamaq, suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsipləri və qarşılıqlı faydaya əsaslanan iqtisadi və texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönələn qarşılıqlı səyləri rəhbər tutaraq,
iki dövlət arasında mövcud xxxx əlaqələrin qarşılıqlı hörmət, anlaşma və mehriban qonşuluq əsasında inkişaf etdirilməsindən çıxış edərək,
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında 20 may 2002-ci ildə imzalanmış (30 ordibeheşt 1381-ci il) Müqaviləni, Sovet-İran sərhədinin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi qaydaları haqqında 14 may 1957-ci ildə imzalanmış Müqavilənin müddəalarını rəhbər tutaraq və 11 avqust 1957-ci ildə imzalanmış (20 mordad 1336-cı il) İran-Sovet arasında Araz və Ətrak çaylarından bərabər istifadə barədə Müqaviləni və 2 iyul 1994-cü ildə imzalanmış Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hidro və elektroenergetika sahələri üzrə əməkdaşlıq haqqında Memorandumu nəzərə alaraq,
“Xudafərin” və “Qız qalası” hidroqovşaqları barədə hər iki Tərəf arasında əldə olunan bütün razılaşmaları təsdiq edərək və “Xudafərin” və “Qız qalası” hidroqovşaqları boyu Araz çayının sərhədyanı hissələrinin bütün su və enerji ehtiyatlarına hər iki Tərəfin bərabər hüququndan çıxış edərək,
İran Tərəfinin gördüyü işlərə və fəaliyyətə əsaslanaraq, “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsinin və başa çatdırılmasının vacibliyini qeyd edərək,
“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsində və istismarında hər iki Tərəfin suverenliyinin vacibliyindən çıxış edərək,
BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq,
müştərək sərhədlərin və elektrik enerjisinin ötürülməsi sahəsində əməli tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini nəzərə alaraq,
Tərəflərin mütəxəssislərinin nəzarəti ilə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının kompleks tikintisinin davam etdirilməsinin tezləşdirilməsi zəruriliyini vurğulayaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.
İran Tərəfi hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini bu Saziş əsasında aparır.
Hidroqovşaqların və su elektrik stansiyalarının istismarı, mühafizəsi, saxlanılması, energetika və su ehtiyatlarından istifadəsi bu Sazişin müddəalarına uyğun olaraq həyata keçirilir.
Maddə 2
Tərəflər maddə 1-də göstərilən vəzifələrin icrası məqsədilə Birgə Texniki Komissiya yaradırlar. Həmin Komissiyanın vəzifələri aşağıdakılardır:
a) görülmüş işləri əks etdirən layihələrin faktiki vəziyyətlə uyğunluğunun dəqiqləşdirilməsi;
b) hidroqovşaqların tikintisi sahəsində görülmüş işlərin həcmlərinin hesablanmasının yoxlanılması və ona nəzarət edilməsi;
c) tikinti işlərinin mövcud vəziyyətinin müəyyən edilməsi və icra işlərinin sürətləndirilməsi;
d) tikintiyə aid xxxx xərclər və tariflər barəsində ilkin razılaşmalar nəzərə alınaraq tikinti işlərinin qiymətinin müəyyən olunması və aidiyyəti orqanlara məlumat verilməsi;
e) hidroqovşaqların tikintisi nəticəsində dəymiş ziyanın ilkin razılaşmalar çərçivəsində müəyyən olunması və razılaşdırılması;
f) Araz çayının su və enerji ehtiyatlarından istifadə üzrə Daimi Komissiya ilə Araz çayı üzərində tikilmiş hidroqovşaqların və su elektrik stansiyalarının (“Araz”, “Xudafərin”, “Qız qalası”, “Mil-Xxxxx”) istismarı və saxlanması üzrə vahid rejimin və Təlimatın hazırlanması sahəsində əməkdaşlıq;
g) “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının istismarı və saxlanılması ilə bağlı Təlimatların hazırlanması (adi şəraitdə və təbii fəlakətlər zamanı).
Maddə 3
Tərəflər bu Müqavilənin qüvvəyə minməsindən sonra maksimum bir ay ərzində maddə 2-də göstərilmiş Birgə Texniki Komissiyanın tərkibi haqqında diplomatik kanallar vasitəsilə bir-birinə məlumat verəcəklər.
Birgə Texniki Komissiyanın iclaslarının keçirilmə yeri, zamanı və onun gündəliyi diplomatik kanallar vasitəsilə razılaşdırılacaqdır.
Birgə Texniki Komissiyanın fəaliyyəti üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası tərəfindən Energetika Nazirliyi və İran İslam Respublikası tərəfindən Enerji Nazirliyidir.
Maddə 4
“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə əlaqədar Tərəflərin payına düşən maliyyə xərcləri Birgə Texniki Komissiya tərəfindən müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikasının payına düşən hissəsinin İran Tərəfinə həmin hidroqovşaqların Azərbaycan Tərəfinin mülkiyyətində xxxx xx elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi və ya digər vasitələrlə ödənilməsi metodikası Birgə Texniki Komissiyanın fəaliyyətə başlamasından on səkkiz ay müddətində razılaşdırılaraq hər bir ölkənin səlahiyyətli orqanlarına təqdim olunacaqdır. Zərurət yarandığı təqdirdə, Tərəflərin razılığı ilə bu müddət uzadılacaqdır.
“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı Tərəflərə dəyən ziyan qarşılıqlı hesablaşmalarda nəzərə alınacaqdır.
Maddə 5
Hidroqovşaqlar və su elektrik stansiyalarının qorunması, istifadəsi və saxlanılmasından irəli gələn məsuliyyət bərabər şəkildə Tərəflərin üzərinə düşür. İran İslam Respublikası mövcud şəraitdə, BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək, bu
məsuliyyəti, fors-major hallar istisna olmaqla, öz üzərinə götürür. Bununla əlaqədar İran Tərəfindən elan olunan müvafiq xərclər Birgə Texniki Komissiya tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Tərəfinin payına düşən hissə İran Tərəfinə ödəniləcəkdir.
Maddə 6
Tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir.
Maddə 7
Tərəflərin “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının su ehtiyatlarından istifadə etməsi bərabərlik prinsipi əsasında həyata keçiriləcək və hər bir Tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaqdır.
Hidroqovşaqlar və su elektrik stansiyaları istismara verildiyi tarixdən etibarən, Tərəflər arasında paritet əsasda razılaşdırılmış qaydada İran Tərəfinin “Qız qalası” hidroqovşağından götürdüyü suyun həcminə bərabər miqdarda suyu yolboyu təbii itkilər çıxılmaqla Azərbaycan Tərəfi, hidroqovşaqlardan su götürmək imkanı yarananadək Araz çayı üzərindəki “Mil-Xxxxx” və “Bəhramtəpə” hidroqovşaqlarında istifadə edəcəkdir.
Maddə 8
Azərbaycan Respublikasına məxsus “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran İslam Respublikasının ərazisində istifadə edilə bilər.
Azərbaycan Tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmə hüququna malikdir.
Hər ilin sonunda Azərbaycan Tərəfinin enerji payı Birgə Texniki Komissiya tərəfindən müəyyən olunacaq və tariflərin razılaşdırılması yolu ilə hesablaşma aparılacaqdır.
Maddə 9
Mövcud şəraitdə, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək tikinti işlərinə nəzarət və istismar prosesində iştirakı məqsədilə Azərbaycan Respublikası mütəxəssislərinin buraxılışı üçün lazımi tədbirlərin görülməsi İran İslam Respublikasının öhdəsində olacaqdır.
Birgə Texniki Komissiya yuxarıda göstərilən məsələlər üzrə qaydaları müəyyən edəcəkdir. Maddə 10
Bu Sazişin yuxarıda qeyd olunmuş müddəaları yerinə yetirildikdən və Birgə Texniki Komissiya tərəfindən son hesabat və “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının istismarı üzrə Təlimat və Qaydalar təqdim edildikdən və bu sənədlər hər iki ölkənin səlahiyyətli orqanları tərəfindən təsdiq edildikdən sonra Araz çayının enerji və su ehtiyatlarından (“Araz” və “Mil-Xxxxx” su qovşaqlarından) istifadə üzrə Birgə Daimi Komissiya “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının istismarı üzrə Təlimat və Qaydaların icrası üçün də məsuliyyət daşıyacaqdır.
Maddə 11
Tərəflər tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə tədbirlər planını hazırlayacaqlar. İran İslam Respublikası hazırkı şəraitdə qeyd olunan Planın icrasını, fors-major şəraiti istisna olmaqla, birtərəfli qaydada öz üzərinə götürür. Həmin Planın icrasına çəkilən xərclərdə Azərbaycanın payı Birgə Texniki Komissiyada razılaşdırıldıqdan sonra həmin məbləği Azərbaycan Tərəfi İran Tərəfinə ödəyəcəkdir.
Tərəflər “Xudafərin” körpülərinin Dünya İrs Siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq, qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim edəcəklər.
Maddə 12
Tərəflər ətraf mühitin qorunması sahəsində maksimum dərəcədə səy göstərəcək və Birgə Texniki Komissiyanın qərarları çərçivəsində bu istiqamətdə müvafiq tədbirlər görəcəklər.
Tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının istismarı müddətlərində baş verə biləcək ekoloji təhlükələrin təhlilini aparacaq və onların qarşısının alınması üzrə razılaşdırılmış tədbirlər həyata keçirəcəklər.
Birgə Texniki Komissiya istismar müddətində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının su anbarlarında təbii bioresursların mühafizəsi və onlardan birgə istifadə qaydalarını hazırlayıb razılaşdıracaqdır.
Maddə 13
Tərəflər təbii fəlakətlərin və texnogen halların qarşısının alınması, onunla mübarizə və təsirlərinin azaldılması sahəsində əməkdaşlıq edəcəklər.
Hidrotexniki qurğularda və su elektrik stansiyalarında baş verə biləcək təbii (daşqın, zəlzələ və sair) və texnogen (yanğın, qəza, partlayış, qurğuların uçması və sair) xarakterli fövqəladə halların zərərli təsirlərinin proqnozlaşdırılması, əhalinin bu barədə məlumatlandırılması və fövqəladə halların qarşısının alınması üçün monitorinq və xəbərdarlıq sistemi yaradılacaq və qabaqlayıcı kompleks, tədbirlərin həyata keçirilməsi məqsədilə Birgə Texniki Komissiya tərəfindən birgə fəaliyyət planı hazırlanacaqdır.
Maddə 14
Hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan sonra razılaşdırılmış metodlar əsasında suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaqdır.
Maddə 15
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olacaq ayrı-ayrı protokollarla rəsmiləşdirilən və 17-ci maddədə nəzərdə tutulan qaydada qüvvəyə minəcək əlavə və dəyişikliklər edilə bilər.
Maddə 16
Bu Sazişin müddəalarının təfsiri və yerinə yetirilməsi zamanı yarana biləcək fikir ayrılıqları Tərəflər arasında anlaşma və əməkdaşlıq mühitində diplomatik danışıqlar və məsləhətləşmələr vasitəsilə həll ediləcəkdir.
Maddə 17
Bu Saziş onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurlarının yerinə yetirildiyi barədə bir- birinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdə qüvvəyə minir və qeyri-müəyyən müddətə bağlanılır.
Bu Saziş Tehran şəhərində 23 fevral 2016-cı il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikası | İran İslam Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il
№ 275-VQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında
ÇƏRÇİVƏ SAZİŞİ
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti (bundan sonra təklikdə “Tərəf’ və birlikdə “Tərəflər” adlandırılacaq),
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında uzun müddət mövcud xxxx dostluq münasibətlərinin və əməkdaşlığın daha da gücləndirilməsini arzulayaraq, elektroenergetika sahəsində qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə,
elektrik enerjisinin ticarəti sahəsində qarşılıqlı faydalılıq prinsipinə əsaslanaraq və bu sahədə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə alaraq, müvafiq milli qanunvericilikləri çərçivəsində və beynəlxalq hüququn prinsiplərinə xxx xxxxx şəkildə
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər elektroenergetika obyektləri üzərində suveren hüquqlarını tanıyırlar və bunun əsasında elektroenergetika sahəsində qarşılıqlı faydalı iqtisadi və xxxx-texniki əməkdaşlığı inkişaf etdirirlər və genişləndirirlər.
Maddə 2
Tərəflər öz milli qanunvericiliklərinə və dövlətlərinin tərəfdar çıxdığı beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərinə uyğun olaraq, öz istehlakçılarını stabil elektrik enerjisi ilə təchiz etmək məqsədilə elektroenergetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün zəruri tədbirləri həyata keçirirlər.
Maddə 3
Tərəflər Azərbaycan Respublikasının enerji sistemindən İran İslam Respublikasının enerji sisteminə və (və ya) İran İslam Respublikasının enerji sistemindən Azərbaycan Respublikasının enerji sisteminə verilməsi planlaşdırılan elektrik enerjisinin həcmini, qiymətini və müddətini müəyyənləşdirirlər.
Tərəflər 330 kV-luq “Muğan” (“İmişli-Parsabad”) dövlətlərarası elektrik verilişi xəttinin istismara verilməsi üçün bütün lazımi tədbirləri yerinə yetirirlər.
Maddə 4
Tərəflər iki ölkə arasında elektrik enerjisinin təhlükəsiz və etibarlı formada ötürülməsinin texniki, kommersiya, inzibati qaydalarını və prosedurlarını və digər təşkilati tələbləri müəyyən edirlər.
Tərəflərin müvafiq subyektləri müqavilə və kontraktlar əsasında Tərəflərin qarşılıqlı razılığı ilə elektrik enerjisinin üçüncü ölkələrə tranzitini həyata keçirirlər və qəza şəraitində qarşılıqlı yardım göstərirlər.
Maddə 5
Bu Çərçivə Saxxxxxxx xerinə yetirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsini və onun icrasına nəzarəti Tərəflərin aşağıdakı səlahiyyətli qurumları həyata keçirir:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti - Azərbaycan Respublikası Hökuməti tərəfindən;
İran Enerjinin İstehsalı, Ötürülməsi, Paylanması İdarəetmə Şirkəti “Tavanir” - İran İslam Respublikası Hökuməti tərəfindən.
Öz səlahiyyətli qurumlarının əvəz edildiyi təqdirdə, Tərəflər bu barədə bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
Maddə 6
Tərəflər bu Çərçivə Sazişinin müddəalarının yerinə yetirilməsi üçün birgə fəaliyyətin təşviqi və asanlaşdırılması məqsədilə aidiyyəti qurumların nümayəndələrindən ibarət Birgə İşçi Qrup təsis edirlər.
Birgə İşçi Qrup hər iki ölkənin elektrik enerjisi şəbəkələri arasında əlaqələndirmənin həyata keçirilməsi, elektrik enerjisinin mübadiləsi ilə bağlı ümumi şərtlərin və xüsusi prosedurların müəyyən edilməsini həyata keçirir.
Maddə 7
Bu Çərçivə Sazişinin təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı mübahisə Tərəflər arasında dostcasına danışıqlar və məsləhətləşmələr yolu ilə diplomatik kanallar vasitəsilə həll edilir.
Maddə 8
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Çərçivə Sazişinə istənilən əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Çərçivə Sazişinin ayrılmaz tərkib hissəsi olan ayrıca sənədlərlə rəsmiləşdirilir və bu Çərçivə Sazişinin 9-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 9
Bu Çərçivə Saxxxx xnun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlət-daxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Çərçivə Sazişi 5 (beş) il müddətə bağlanılır və Tərəflərdən biri onu ləğv etmək niyyəti barədə ən azı 6 (altı) ay əvvəlcədən yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat vermədiyi təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə qüvvədə qalır.
Bu Çərçivə Saxxxxxxx xəğvi, ona əsasən həyata keçirilən razılaşmaların və ya proqramların başa çatmasınadək onların etibarlılığına və müddətinə təsir etmir.
Tehran şəhərində 23 fevral 2016-cı il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Bu Çərçivə Sazişinin təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük verilir.
Azərbaycan Respublikası | İran İslam Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2016-cı il
№ 912
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti,
baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyəti ilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Sazişin əhatə dairəsi
Bu Sazişin əhatə dairəsi quruda və suda yaşayan heyvanlarda xəstəliklərin yayılmasına nəzarət, onların qarşısının alınması və aradan qaldırılması, eləcə də Nəzarət və Monitorinq Sisteminin təşviq edilməsi və bundan sonra “Məcəllə” adlandırılacaq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) quruda və suda yaşayan heyvanların sağlamlığına dair Məcəllə Kitablarında göstərilən malların (heyvan mənşəli məhsullar, baytarlıq preparatları, heyvan yemi) ticarətinin sadələşdirilməsi məqsədilə qarşılıqlı əməkdaşlıqdan ibarətdir.
Maddə 2
Anlayışlar
Bu Sazişdə istifadə olunan anlayışların mənası Məcəllədəki və onlara sonradan edilmiş düzəlişlərdəki məna ilə eynidir.
Maddə 3
Səlahiyyətli qurumlar
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (Dövlət Baytarlıq Nəzarəti Xidməti) və İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (İran Baytarlıq Təşkilatı) bu Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli qurumlardır.
Maddə 4
Məlumat mübadiləsi
1. Razılığa gələn Tərəflər, Məcəllədə göstərilən təlimatlara uyğun olaraq xəstəliklərə dair hesabat formalarını göndərməklə yanaşı, birbaşa məlumat mübadiləsi edirlər.
2. Razılığa gələn Tərəflər Məcəllədə göstərilən xəstəliklərə nəzarət, onların qarşısının alınması və aradan qaldırılması sahəsində özlərinin qanun və qaydalarının son nüsxələrini mübadilə edirlər.
Yuxarıda qeyd olunan qanun və qaydalara edilən hər hansı dəyişikliklər barədə mümkün qədər tez və bu dəyişikliklərin hər bir Razılığa gələn Tərəfin dövlətinin ərazisində qüvvəyə mindiyi tarixdən sonra 30 gündən gec olmamaq şərtilə digər Tərəfə məlumat verilir.
3. Razılığa gələn Tərəflər özlərinin xxxx tədqiqat mərkəzləri arasında Məcəllədə göstərilən xəstəliklərə nəzarət, onların qarşısının alınması və aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlığı təşviq etməyə çalışır və bu əməkdaşlıqdan əldə olunmuş nəticələri və məlumatı digər Razılığa gələn Tərəfin əvvəlcədən verilmiş yazılı razılığı olmadan üçüncü tərəfə vermir. Bununla yanaşı, onlar gələcək qarşılıqlı tədbirlərə və razılıqlara uyğun olaraq bir-birini müraciət əsasında qarşılıqlı yardım ilə təmin edirlər.
4. Razılığa gələn Tərəflər Məcəllədə göstərilən xəstəliklərə nəzarət, onların qarşısının alınması və aradan qaldırılması sahəsində xxxx xxxx, tədqiqat və texniki nailiyyətlər barədə bir-birini məlumatlandırırlar. Bu nailiyyətlərin müəllifi digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində əqli mülkiyyət hüquqları üzrə hüquqi dəstəkdən faydalanır.
Maddə 5
İdxal, ixrac və tranzit üzrə tələblər
1. Bu Sazişdə istinad olunan malların idxalı, ixracı və tranziti Məcəllədə göstərilən sanitariya, karantin və diaqnostika təlimatlarına uyğun şəkildə həyata keçirilir.
2. Bu Sazişdə istinad olunan malların hər bir Razılığa gələn Tərəfin dövlətinin ərazisinə idxalı üçün idxal edən Razılığa gələn Tərəfin səlahiyyətli qurumundan ilkin icazə alınmalıdır. Bu icazələr idxal edən ölkənin dilində və tələb olunduğu təqdirdə ingilis dilində yazılmış sanitariya idxal tələblərini ehtiva edir.
3. İxrac edən Razılığa gələn Tərəfin səlahiyyətli qurumu idxal edən Razılığa gələn Tərəfin sanitariya tələblərinin yerinə yetirilməsini təmin edir və ingilis dilində beynəlxalq baytarlıq sertifikatı verməklə sertifikatın Məcəllədə göstərilmiş tələblərə uyğunluğunu təsdiq edir. Verilmiş beynəlxalq baytarlıq sertifikatının əsli idxal edən dövlətin gömrük sərhəd buraxılış məntəqəsində baytar nəzarətini həyata keçirən səlahiyyətli əməkdaşa təqdim olunması üçün xxxxxxx keçirən şəxsə verilir.
4. Bu Sazişdə istinad olunmuş malların Razılığa gələn Tərəflərdən birinin ərazisi vasitəsilə tranziti onların səlahiyyətli qurumlarından əvvəlcədən icazənin alınmasından və mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən verilmiş beynəlxalq baytarlıq sertifikatının əslinin təqdim olunmasından sonra həyata keçirilir.
Maddə 6
İdxal üzrə tələblər və preventiv tədbirlər
Razılığa gələn Tərəflər aşağıdakı hüquqlara malikdirlər:
1. Bu Sazişdə istinad olunan malların idxalı üzrə tələbləri qanunvericiliklərinə uyğun həyata keçirmək.
2. Göstərilmiş xüsusi tələblərə əməl olunmadığı təqdirdə bu Sazişdə istinad olunan malların idxalına qadağa qoymaq.
3. Bu Sazişdə istinad olunan malların idxalı üzrə səlahiyyətli sərhəd məntəqələrini müəyyən etmək və bu barədə digər Razılığa gələn Tərəfə məlumat vermək.
4. İdxal olunan yüklərin Məcəllədə göstərilən xəstəlik agentlərindən, insan və heyvan sağlamlığına təhlükə yaradan agentlərdən azad olmasına əmin olmaq üçün sənədlərə nəzarəti, orqanoleptik baxışı, nümunələrin götürülməsini və sınaqların keçirilməsini yoxlamaq.
5. İdxal olunan yüklərin insan və heyvan sağlamlığına təhlükə yaradan xəstəlik agentlərinə (bakteriya, virus, parazit, göbələk və s. xəstəlik törədicələri) yoluxması müəyyən edildiyi hallarda yükləri xxxx qaytarmaq və ya məhv etmək və idxal edən ölkənin qanunvericiliyi ilə müəyyən olunan qaydada digər Razılığa gələn Tərəfə rəsmi məlumat vermək.
6. Bu maddənin 5-ci bəndində malların xxxx qaytarılması və ya məhvi ilə bağlı tədbirlərin həyata keçirilməsi zamanı yarana biləcək bütün xərclər xxxxxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisinə idxal edən şəxsin vəsaiti hesabına təmin edilir.
Maddə 7
Birgə tədbirlər
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları xüsusi hallarda və əvvəlcədən razılıq əsasında, bu Sazişdə istinad olunan xxxxxxx nəzarət və laboratoriya sınağı da daxil olmaqla birgə tədbirlər həyata keçirə bilərlər. Yuxarıda göstərilən tədbirlərin hər bir Razılığa gələn Tərəfin dövlətinin ərazisində həyata keçirilməsi üçün tələb olunan vasitələr, avadanlıq və şərait digər Razılığa gələn Tərəf üçün təmin olunur.
Maddə 8
Birgə Komissiya
Tərəflər hər iki Razılığa gələn Tərəfin mütəxəssislərindən ibarət xxxx, bərabər xxxxx üzvləri xxxx və iclasları hər iki ildə bir dəfə olmaqla, Razılığa gələn Tərəflərdən hər birinin ərazisində növbə ilə keçirilən Komissiyanın təsis edilməsi barədə razılığa gəldilər. Komissiyanın səlahiyyət çərçivəsi aşağıdakı kimi olacaqdır:
1. Hazırkı Sazişin lazımi səviyyədə icrasına nəzarət.
2. Heyvan sağlamlığı və baytarlığa dair məlumat və mütəxəssis fikirlərinin mübadiləsi.
3. Bu Sazişin həyata keçirilməsi ilə bağlı olaraq yarana biləcək problemlərin həlli yollarının təklif edilməsi.
4. Bu Sazişə əlavə və düzəlişlər təklif etmək.
Maddə 9
Digər müqavilələr
Bu Sazişin müddəaları Razılığa gələn Tərəflərin tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Maddə 10
Fikir ayrılıqlarının həlli
Bu Sazişin təfsiri və tətbiqi zamanı yaranan istənilən fikir ayrılığı Razılığa gələn Tərəflər arasında diplomatik kanallar vasitəsilə məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 11
Əlavə və dəyişikliklər
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə hər hansı əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 12-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 12
Qüvvəyəminmə, qüvvədəqalma və ləğvetmə
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən etibarən qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri müvafiq müddətin başa çatmasına ən azı altı ay qalmış bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Tehran şəhərində 23 fevral 2016-cı il tarixində (4/12/1394), hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası | İran İslam Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” 2014-cü il aprelin 9-da Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2014-cü il
№ 983-IVQ
Azərbaycan Respublikası Hökuməti və İran İslanı Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
mehriban qonşuluq, anlaşma və qarşılıqlı hörmətə əsaslanan iki ölkə arasındakı dostluq əlaqələrinin genişləndirilməsini nəzərə alaraq,
bir-birinin daxili işlərinə qarışmamaq, suverenliyinə, ərazi bütövlüyünə hörmət prinsiplərinə, milli qanunvericiliyinə hörmətlə yanaşaraq,
iki ölkə arasında qüvvədə xxxx müqavilələrə uyğun olaraq Araz çayının müştərək sərhəd bölgələrində su və enerji imkanlarmdan bərabər şəkildə istifadəni davam etdirməkdə maraqlı olduqlarım bildirərək,
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsiplərini vurğulayaraq,
1957-ci il 14 may tarixli (1336-cı il 24 ordibeheşt) "Sovet Sosialist Respublikaları İttifaqı və İran Şahənşah Hökuməti arasında Sovet-İran sərhədinin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi qaydaları haqqında Müqavilə"nin müddəalarını nəzərə alaraq,
İran və SSRİ hökumətləri arasında sərhəd və maliyyə məsələləri üzrə 1954-cü (1333-cü) il 2 dekabr tarixli Saziş"in müddəalarına və ona əlavə edilmiş 1957-ci (1336-cı) il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə riayət etmənin zəruriliyini vurğulayaraq,
2005-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Araz çayının hidroenergetika potensialının istifadəsi haqqında Anlaşma Memorandumu"nun müddəalarını və həmin Anlaşma Memorandumu əsasında yaradılmış Müştərək Texniki Komissiyanın Protokollarını nəzərə alaraq, Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarının həyata keçirilməsi məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər sərhəd Araz çayının su ehtiyatlarından istifadə etməklə Azərbaycan Respublikasının ərazisində Ordubad və İran İslam Respublikasının ərazisində Marazad Su Elektrik Stansiyalarının (bundan sonra "SES-lər" adlandırılacaq) araşdırılması, layihələndirilməsi, tikintisi və istismarı haqqında razıhğa gəldilər.
Maddə 2
Tərəflər Azərbaycan Respublikasmda Ordubad SES-in, su bəndinin və su anbarının tikintisini 26/4-28/3 sərhəd nişanları arasında və İran İslam Respublikasında Marazad SES-in, su bəndinin və su anbarının tikintisini 28/3- 29/3 sərhəd nişanları arasında tikilməsi barədə razıhğa gəldilər.
Maddə 3
Tərəflər Ordubad və Marazad SES-ləri istiqamətinə suyun yönləndirilməsi üçün Araz çayı üzərində iki müştərək bəndin tikintisinə dair razılığa gəldilər. Ordubad SES istiqamətinə suyun yönləndirilməsi üçün tikiləcək Ordubad bəndi Azərbaycan Respublikası tərəfindən və Marazad SES istiqamətinə suyun yönləndirilməsi üçün tikiləcək Marazad bəndi isə İran İslam Respublikası tərəfindən maliyyələşdiriləcəkdir. Bu iki bəndin idarə olunması müştərək şəkildə həyata keçiriləcək və Tərəflərdən hər biri özünün SES-inə aid bəndin saxlanılma xərclərini ödəyəcəkdir.
Maddə 4
Ordubad və Marazad SES-lərinin fəaliyyəti üçün zəruri xxxx xx mənbələri Tərəflər arasında qüvvədə xxxx sazişlərə əməl etməklə Araz çayının su ehtiyatlarından təmin olunacaqdır.
Tərəflərdən hər biri, özünəməxsus şəraiti nəzərə alaraq, bu Sazişin müddəaları əsasında istənilən vaxt digər Tərəfin razılığı olmadan öz tərəfındə SES və yönləndirmə bəndlərinin tikintisi işləri ilə əlaqədar müvafiq tədbirlər görəcəkdir.
Tərəflərdən biri bu Saziş əsasında öz hüquqlarından digərinə nisbətən daha gec istifadə edərsə, bu onun hüquqlarının istifadəsinə heç bir şəkildə mane olmayacaqdır.
Maddə 5
SES-lərin tikintisi və istifadəsi, yönləndirmə bəndləri və qurğularının tikintisi İran və SSRİ Hökumətləri arasında sərhəd və maliyyə məsələləri üzrə 1954-cü (1333-cü) il tarixli Sazişin müddəalarına və ona əlavə edilmiş 1957-ci (1336-cı) il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərdə və xəritələrdə qeyd olunan iki ölkə arasındakı sərhəd xəttində heç bir dəyişiklik etmədən olacaqdır. Bəndlər tikildikdən sonra iki ölkənin rəsmi sərhəd xətti onların üzərində müəyyən ediləcəkdir.
Sərhəd xəttində hər hansı bir dəyişiklik olduğu təqdirdə, çayın məcrası dərhal bu maddənin birinci abzasında qeyd olunan sazişlərə əlavə edilən protokol xəritələrində müəyyənləşdirilmiş istiqamətlər əsasında iki ölkənin səlahiyyətli heyətlərinin iştirakı ilə əvvəlki məcrasına qaytarılacaq və iki ölkənin rəsmi sərhəd xətti suyun üzərində nişanlanacaqdır.
Yönləndirmə bəndlərinin arxasında anbar təşkil olunduqdan sonra, Araz və Mil-Xxxxx bəndlərində istifadə edilən metodlar əsasında hazırkı sərhəd xətti suyun üzərində müəyyən ediləcək və nişanlanacaq və iki ölkənin dövlət sərhədi hesab ediləcəkdir.
Maddə 6
Ordubad və Marazad SES-lərinin tikintisi və istismarı Araz çayının tərəflərə düşən su payında heç bir dəyişiklik yaratmayacaqdır. Buna əsasən Tərəflər SES və onlara aid qurğuları iki dövlət arasındakı sazişlərə və protokollara uyğun olaraq, iki ölkənin sərhəd bölgəsində su payına riayət edəcək şəkildə istismar edəcəklər.
Tərəflər SES-də istifadə üçün Araz çayından yönləndirdikləri suyu eyni həcmdə və eyni keyfiyyətdə qaytaracaqlarına dair öhdəlik götürürlər.
Maddə 7
Bu Sazişin həyata keçirilməsi üzrə Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır: Azərbaycan Respublikası tərəfındən: Energetika Nazirliyi
İran İslam Respublikası tərəfındən: Energetika Nazirliyi.
Maddə 8
Tərəflər Ordubad və Marazad SES-lərinin, araşdırma və layihələndirmə də daxil olmaqla tikintisi və istismarına dair məsələlərin 2005-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Araz çayının hidroenergetika potensialının istifadəsi haqqında Anlaşma
Memorandumu" əsasında yaradılmış Müştərək Texniki Komissiya (bundan sonra "Komissiya") tərəfindən həyata keçirilməsi barədə razılığa gəldilər.
Tərəflər, zərurət yarandığı təqdirdə, Komissiyanın tərkibində dəyişikliklər edə bilərlər və bu haqda bir - birini rəsmi şəkildə məlumatlandıracaqlar.
Maddə 9
Daimi fəaliyyət göstərəcək Komissiyanın iclasları SES-lərin tikintisi müddətində hər rübdə bir dəfə, tikinti başa çatdıqdan sonra isə ildə bir dəfə növbəli şəkildə Tərəflərdən birinin ev sahibliyi ilə keçiriləcəkdir. Tərəflərdən birinin müraciəti əsasında Komissiyanın növbədənkənar iclasları keçirilə bilər. Belə iclaslar müraciət edən Tərəfın ev sahibliyi ilə keçiriləcəkdir.
Maddə 10
Komissiyanın vəzifələri aşağıdakılardır:
tikinti layihələrinin araşdırılmasının başa çatdırılması;
SES-lərə yönləndirmə kanalının və bəndlərin tikintisinin, mühafizəsinin və istismarının gedişinə nəzarət;
SES-lərin və bəndlərin istismarı və mühafizəsi qaydalarının, təlimatların və zəruri olduqda digər sənədlərin hazırlanması;
çayın ekologiyasının və suyun keyfiyyətinin qorunması və SES-lərə buraxılan su sərfi barədə Tərəflər arasında mütəmadi şəkildə sudan istifadə cədvəlinin hazırlanması və razılaşdınlması;
SES-lərin və bəndlərin tikintisinin başa çatdırılmasının araşdırılması və onların istismar tarixinin elan olunması;
gələcəkdə ortaya çıxa biləcək texniki problemlərin araşdırılması və həlli barədə təkliflərin hazırlanması; subasar zona və bəndin tikintisi nəticəsində Tərəflərə dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi; SES-lərin və bəndlərin tikintisi və istismarı ilə əlaqədar digər məsələlərin həyata keçirilməsi.
Maddə 11
Tərəflərdən hər biri öz ərazisində SES-in, avadanlıqların və təsisatların tikintisi, mühafizəsi, istismarı və təmiri xərclərini ödəyəcəkdir.
Maddə 12
Bəndlərin və SES-lərin tikintisi və ərazilərin su altında qalması nəticəsində dəymiş ziyan Komissiya tərəfindən müəyyən və təsdiq edildikdən sonra ziyan-vuran Tərəfdən zərərçəkən Tərəfə ödəniləcəkdir.
Maddə 13
Bəndlərin layihələndirilməsi, tikintisi, istismarı, təmiri və saxlanılması məqsədilə Komissiya tərəfindən müştərək zona müəyyən ediləcək və Tərəflər bu zonanın təhlükəsizliyini təmin edəcəklər.
Tikinti, istismar, təmir və saxlanma zamanı müştərək zonaya işçi heyətinin, texnika, avadanlıq və materialların buraxılması qaydaları Tərəflərin Sərhəd Komissarları tərəfindən birgə müəyyən olunacaqdır.
Maddə 14
SES-lərdə və su anbarlarında baş verə biləcək təbii (daşqın, zəlzələ və s.) və qeyri-təbii (yanğın, partlayış, qurğuların uçması və s.) fövqəladə halların proqnozlaşdırılması, mənfi təsiri ilə bağlı lazımi addımların atılması və qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin məlumatlandırılması məqsədilə operativ monitorinq və xəbərdarlıq sistemi yaradılaraq qeyd olunan məsələlərlə bağlı əlaqələndirmə işləri həyata keçiriləcəkdir. Birgə fəaliyyət planı hazırlanacaq və Koxxxxxxx xərəfindən onun həyata keçirilməsinə nəzarət ediləcəkdir.
Maddə 15
Tərəflər öz ərazilərində mövcud xxxx SES-in, yönləndirmə bəndinin, su anbarının, avadanlıqların və binaların mühafizəsinə, istismarına, təmirinə və saxlanılmasına məsuliyyət daşıyırlar və SES-in normal işinə xələl gətirə biləcək hər hansı bir fəaliyyətdən çəkinəcəklər.
Maddə 16
Tərəflər qarşılıqlı razılıq əsasında SES-lər vasitəsilə enerji mübadiləsi apara bilərlər. Maddə 17
Tərəflər SES-lərin tikintisinin asanlaşdırılması üçün iki ölkənin qanunvericiliyi çərçivəsində bir-birlərinin texniki imkanlarından istifadə edə bilərlər.
Maddə 18
Tərəflər bu Sazişdə qeyd olunmuş məqsədlərdən başqa, yönləndirmə bəndləri, su anbarları, kanallar, su elektrik stansiyaları və suyun Araz çayına qaytarılması kanallarından su götürmək hüququna malik deyildirlər.
Maddə 19
Tərəfiər SES-lərin, yönləndirmə bəndlərinin və su anbarlarının ərazisində Araz çayının suyunun çirklənməsinə səbəb xxxx fəaliyyətin qarşısını alacaqlar və çayın aşağı hissələrdə özünütəmizləmə imkanının azalmasına yol verməyəcəklər.
SES-lərin, yönləndirmə bəndlərinin və su anbarlarının tikintisi, eləcə də istismarı nəticəsində Araz çayını Tərəflərdən biri tərəfindən çirkləndirdiyi təqdirdə, sözügedən Tərəf çirklənməni aradan qaldıracaq və Komissiya müəyyən olunduqdan sonra dəymiş ziyanı ödəyəcəkdir.
Maddə 20
Tərəflər çay yatağını təmizlədikdən, ekoloji tədbirləri həyata keçirdikdən, subasar zonanı hazırladıqdan və Koxxxxxxx xərəfindən təsdiqləndikdən sonra su anbarlarına su yığmağa başlayacaqlar.
Maddə 21
Tərəflər qarşı Tərəfə xəbərdarlıq etmədən və ya qarşı Tərəfin yazılı razılığını almadan SES-in istismarını bütünlüklə, yaxud bir hissəsini üçüncü ölkəyə verə bilməzlər.
Maddə 22
Bu Sazişin tətbiqi və ya təfsiri ilə əlaqədar Tərəflər arasında yarana biləcək fikir ayrılıqları məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 23
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Tərəflər arasında yazılı razılıq əsasında bu Sazişə dəyişikliklər edilə bilər. Dəyişikliklər bu maddənin birinci bəndində göstərilən qaydada qüvvəyə minir.
Bu Saziş preambula və 23 maddədən ibarət olmaqla Tehran şəhərində 2014-cü il 9 aprel (1393-cü il 20 fərvərdin) tarixində Azərbaycan, fars və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirində fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində xxxx mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Hökuməti | İran İslaın Respublikası Hökuməti |
adından | adından |
Şxxxx XXXXXXXXXX, | Həmid ÇİTÇİYAN, |
iqtisadiyyat və sənaye xxxxxx | energetika xxxxxx |
“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" 2009-cu il xxxxxx 10-da Tehran şəhərində imzalanmış Saziş və onun Protokolu təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx Xxxxxx Xzərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2009-cu il
№ 798-IIIQ
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ İRAN İSLAM RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA GƏLİRLƏRƏ VƏ ƏMLAKA GÖRƏ VERGİLƏRƏ MÜNASİBƏTDƏ İKİQAT VERGİTUTMANIN ARADAN QALDIRILMASI VƏ VERGİDƏN YAYINMANIN QARŞISININ ALINMASI HAQQINDA
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş bağlamaq məqsədi ilə
aşağıdakılar barədə razılığa gəlmişlər:
Maddə 1
Əhatə olunan şəxslər
Bu Saziş, Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti xxxx şəxslərə tətbiq edilir. Maddə 2
Əhatə olunan vergilər
1. Bu Saziş, vergitutma üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə və əmlaka görə tutulan vergilərə tətbiq edilir.
2. Gəlirlərə və əmlaka görə vergilərə - gəlirin ümumi məbləğindən, əmlakın ümumi dəyərindən və ya gəlirin və ya əmlakın elementlərindən tutulan bütün vergilər, o cümlədən, daşınan və ya daşınmaz əmlakın özgəninkiləşdirilməsindən gəlirlərdən vergilər, müəssisələr tərəfindən ödənilən əmək haqqı və ya maaşların ümumi məbləğlərindən vergilər, həmçinin əmlakın dəyərinin artımından vergilər aiddir.
3. Sazişin tətbiq edildiyi mövcud vergilər xüsusilə aşağıdakılardır:
(a) Azərbaycan Respublikasına münasibətdə:
(i) hüquqi şəxslərin mənfəət vergisi;
(ii) fiziki şəxslərin gəlir vergisi;
(iii) əmlak vergisi;
(iv) torpaq vergisi
(bundan sonra Azərbaycan vergiləri adlanır);
(b) İran İslam Respublikasına münasibətdə:
(i) gəlir vergisi
(ii) əmlak vergisi
(bundan sonra İran İslam Respublikasının birbaşa vergisi adlanır).
4. Bu Saziş, həmçinin, onun imzalandığı tarixdən sonra mövcud vergilərə əlavə olaraq və ya onların əvəzinə tətbiq edilən, bu maddənin 1-ci bəndindəki anlayışa müvafiq olaraq təsnifatlandırılan istənilən eyni və ya mahiyyətcə oxşar vergilərə də tətbiq edilir. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları özlərinin müvafiq vergi qanunvericiliklərində baş verən hər bir dəyişiklik barədə bir-birini xəbərdar edirlər.
Maddə 3
Ümumi anlayışlar
1. Kontekst başqa cür tələb etmirsə, bu Sazişin məqsədləri üçün:
(a) "Razılığa gələn Dövlət" və "Razılığa gələn digər Dövlət" terminləri - kontekstdən asılı olaraq Azərbaycan Respublikasını və ya İran İslam Respublikasını bildirir;
(b) "vergi" termini - bu Sazişin 2-ci maddəsində göstərilən istənilən xxxxxxx bildirir;
(c) "şəxs" termini - fiziki şəxsi, şirkəti və şəxslərin hər hansı digər birliklərini bildirir;
(d) "şirkət" termini - hər hansı korporativ qurumu və ya vergi məqsədləri üçün korporativ qurum kimi baxılan hər hansı təşkilatı bildirir;
(e) "qeydiyyatdan keçmiş ofis" termini hər hansı Razılığa gələn Dövlətin müvafiq qanunlarına müvafiq olaraq qeydiyyatdan keçmiş baş ofisi bildirir;
(f) "Razılığa gələn Dövlətin müəssisəsi" və "Razılığa gələn digər Dövlətin müəssisəsi" terminləri - müvafiq olaraq, Razılığa gələn Dövlətin rezidenti tərəfindən idarə edilən müəssisəni və Razılığa gələn digər Dövlətin rezidenti tərəfindən idarə edilən müəssisəni bildirir;
(g) "beynəlxalq daşıma" termini - Razılığa gələn Dövlətin müəssisəsi tərəfindən istismar edilən gəmi, qayıq, hava gəmisi və ya yol nəqliyyatı vasitələri ilə yerinə yetirilən istənilən daşımaları (gəmi, qayıq, hava gəmisi və ya yol nəqliyyatı vasitələrinin müstəsna olaraq Razılığa gələn digər Dövlətin məntəqələri arasında istismar edilməsi hallan istisna olmaqla) bildirir;
(h) "səlahiyyətli orqan" termini:
(i) Azərbaycan Respublikasına münasibətdə - Maliyyə Nazirliyi və Vergilər Nazirliyini;
(ii) İran İslam Respublikasına münasibətdə - İqtisadi işlər və Xxxxxxx Xxxxxxxx və ya onun səlahiyyətli nümayəndəsini bildirir.
(i) "milli şəxs" termini:
(i) Razılığa gələn Dövlətin vətəndaşı xxxx istənilən fiziki şəxsi;
(ii) Özünün müvafiq statusunu Razılığa gələn Dövlətdə qüvvədə xxxx qanunvericiliyə müvafiq olaraq almış istənilən hüquqi şəxsi, tərəfdaşlığı və ya assosiasiyanı bildirir.
2. Razılığa gələn Dövlət tərəfindən bu Sazişin tətbiqi zamanı burada müəyyən edilməmiş hər xxxxx xxxxxx, kontekst başqa cür tələb etmirsə, Sazişin tətbiq edildiyi vergilərlə bağlı həmin Dövlətin qanunvericiliyində nəzərdə tutulmuş mənanı daşıyır.
Maddə 4
Rezident
1. Bu Sazişin məqsədləri üçün "Razılığa gələn Dövlətin rezidenti" termini həmin Dövlətin qanunvericiliyinə müvafiq olaraq yaşayış yerinə, daimi olduğu yerə, qeydiyyat yerinə, inkorporasiya yerinə, idarəetmə yerinə və ya oxşar xarakterli digər meyara əsasən orada vergiyə cəlb edilə bilən hər hansı şəxsi bildirir, həmçinin, həmin Dövləti və ya onun yerli hakimiyyət orqanını da əhatə edir. Bununla belə, bu termin, yalnız həmin Dövlətdəki mənbələrdən gəlirlərə və ya orada yerləşən əmlaka münasibətdə orada vergiyə cəlb edilə bilən hər hansı şəxsi əhatə etmir.
2. Əgər, 1-ci bəndin müddəalarına müvafiq olaraq, fiziki şəxs Razılığa gələn Dövlətlərdən hər ikisinin rezidentidirsə, bu halda onun statusu aşağıdakı kimi müəyyən edilir:
(a) o, daimi yaşayış yerinə malik olduğu Dövlətin rezidenti hesab edilir. Əgər onun hər iki Dövlətdə daimi yaşayış yeri vardırsa, o, şəxsi və iqtisadi əlaqələrinin daha sıx olduğu (həyati mənafelərin mərkəzi) Dövlətin rezidenti hesab edilir;
(b) əgər, onun həyati mənafelərinin mərkəzinin yerləşdiyi Dövləti müəyyən etmək mümkün deyildirsə və ya onun bu Dövlətlərdən heç birində daimi yaşayış yeri yoxdursa, bu halda o, adətən yaşadığı Dövlətin rezidenti hesab edilir;
(c) əgər o, adətən hər iki Razılığa gələn Dövlətdə yaşayırsa və ya onlardan heç birində yaşamırsa, o, milli şəxsi olduğu Dövlətin rezidenti hesab edilir;
(d) əgər o, Dövlətlərdən heç birinin milli şəxsi deyildirsə, və ya əvvəlki bəndlərə müvafiq olaraq o Razılığa gələn Dövlətlərdən birinin rezidenti hesab edilə bilməzsə, Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları məsələni qarşılıqlı razılaşma yolu ilə həll edirlər.
3. Əgər, 1-ci bəndin müddəalarına müvafiq olaraq, fiziki şəxs olmayan şəxs Razılığa gələn Dövlətlərdən hər ikisinin rezidentidirsə, bu halda o, qeydiyyatdan keçmiş ofisinin yerləşdiyi Dövlətin rezidenti hesab edilir.
Maddə 5
Daimi nümayəndəlik
1. Bu Sazişin məqsədləri üçün, "daimi nümayəndəlik" termini, Razılığa gələn Dövlətin müəssisəsinin Razılığa gələn digər Dövlətdə sahibkarlıq fəaliyyətini tamamilə və ya qismən həyata keçirdiyi daimi fəaliyyət yerini bildirir.
2. "Daimi nümayəndəlik" termini xüsusilə aşağıdakıları əhatə edir:
(a) idarəetmə yeri;
(b) bölmə;
(c) ofis;
(d) fabrik;
(e) emalatxana;
(f) yataq, neft və ya qaz quyusu, karxana və ya təbii ehtiyatların kəşfiyyatı, istismarı və ya hasilatı üzrə hər hansı digər yer.
3. Tikinti meydançası, quraşdırma, montaj və ya yığma layihəsi və ya bunlarla bağlı nəzarət fəaliyyəti yalnız bu cür meydança, layihə və ya fəaliyyət 12 aydan artıq dövr ərzində davam etdikdə daimi nümayəndəlik təşkil edir.
4. Əvvəlki müddəalardan asılı olmayaraq, "daimi nümayəndəlik" termininə aşağıdakılar aid edilmir:
(a) qurğulardan müəssisəyə məxsus xxxx malların və ya məmulatların müstəsna olaraq saxlanılması və ya nümayiş etdirilməsi məqsədi üçün istifadə edilməsi;
(b) müəssisəyə məxsus olan mal və ya məmulat ehtiyatlarının müstəsna olaraq saxlanılma və ya nümayiş etdirilmə məqsədi üçün saxlanılması;
(c) müəssisəyə məxsus olan mal və ya məmulat ehtiyatlarının müstəsna olaraq başqa müəssisə tərəfindən emal edilmək məqsədi üçün saxlanılması;
(d) daimi sahibkarlıq fəaliyyəti yerinin müstəsna olaraq müəssisə üçün mal və ya məmulatların satın alınması və ya informasiya toplanılması məqsədi üçün saxlanılması;
(e) daimi sahibkarlıq fəaliyyəti yerinin müstəsna olaraq reklam və ya informasiya dəstəyi, yaxud xxxx araşdırma məqsədilə hazırlıq və ya yardımçı xarakterli istənilən digər fəaliyyətin göstərilməsi məqsədi üçün saxlanılması;
(f) daimi sahibkarlıq fəaliyyəti yerinin müstəsna olaraq (a) - (e) yarımbəndlərində sadalanmış fəaliyyət növlərinin istənilən kombinasiyası üçün saxlanılması - bir şərtlə ki, daimi sahibkarlıq fəaliyyəti yerinin bu kombinasiyanın nəticəsi xxxx məcmu fəaliyyəti hazırlıq və ya yardımçı xarakter daşısın.
5. 1-ci və 2-ci bəndlərin müddəalarından asılı olmayaraq, əgər 6-cı bəndin tətbiq edildiyi müstəqil statuslu agentdən fərqli şəxs Razılığa gələn Dövlətdə Razılığa gələn digər Dövlətin müəssisəsinin adından fəaliyyət göstərirsə və müəssisənin adından müqavilə bağlamaq səlahiyyətlərinə malikdirsə və adətən adı birinci çəkilən Dövlətdə bu səlahiyyətlərdən istifadə edirsə, həmin müəssisə, həmin şəxsin onun üçün həyata keçirdiyi hər hansı fəaliyyətə münasibətdə adı birinci çəkilən Razılığa gələn Dövlətdə daimi nümayəndəliyə xxxxx xxxx müəssisə hesab edilir (bir şərtlə ki, həmin şəxsin fəaliyyəti 4-cü bənddə göstərilmiş fəaliyyətlə məhdudlaşmasın, belə ki, həmin fəaliyyət, hətta daimi sahibkarlıq fəaliyyəti yeri vasitəsilə həyata keçirilsə belə, həmin bəndin müddəalarına əsasən bu cür daimi sahibkarlıq fəaliyyəti yerini daimi nümayəndəliyə çevirmir).
6. Razılığa gələn Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətdə sadəcə olaraq broker, baş komisyon agenti və ya müstəqil statuslu hər hansı digər agent vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirdiyinə görə həmin Dövlətdə daimi nümayəndəliyə xxxxx xxxx müəssisə hesab edilmir, bir şərtlə ki, bu cür şəxslər adi fəaliyyətləri çərçivəsində fəaliyyət göstərsinlər.
Bununla belə, bu cür agentin fəaliyyəti tamamilə və ya demək olar ki, tamamilə həmin müəssisə üçün həyata keçirildiyi halda, həmin agent, bu bəndin məqsədləri üçün müstəqil statuslu agent hesab edilmir.
7. Razılığa gələn Dövlətin rezidenti xxxx şirkətin Razılığa gələn digər Dövlətin rezidenti xxxx və ya həmin digər Dövlətdə sahibkarlıq fəaliyyətini həyata keçirən (daimi nümayəndəlik vasitəsilə və ya başqa tərzdə) şirkətə nəzarət etməsi və ya onun nəzarətində olması faktı özlüyündə bu şirkətlərdən heç birini digərinin daimi nümayəndəliyinə çevirmir.
Maddə 6
Daşınmaz əmlakdan gəlir
1. Razılığa gələn Dövlətin rezidenti tərəfindən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan əldə edilən gəlirlər (kənd və ya meşə təsərrüfatından gəlirlər də daxil olmaqla) həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Bu Sazişdə "daşınmaz əmlak" termini həmin əmlakın yerləşdiyi Razılığa gələn Dövlətin qanunvericiliyinə əsasən malik olduğu mənanı daşıyır. Bu termin istənilən halda, daşınmaz əmlaka münasibətdə yardımçı əmlakı, kənd və meşə təsərrüfatında istifadə edilən mal-qara və avadanlığı, torpaq mülkiyyəti barədə ümumi qanunvericiliyin müddəalarının tətbiq edildiyi hüquqları, daşınmaz əmlakın uzufruktunu və mineral ehtiyatların, neft və ya qaz yataqlarının və təbii resursların hasilatı üzrə digər yerlərin, o cümlədən oduncaq və digər meşə təsərrüfatı məhsullarının işlənməsi və ya işlənmə hüququ əvəzində ödənilən dəyişkən və ya təsbit olunmuş ödənişlərə xxxx hüquqları əhatə edir. Gəmilər, qayıqlar, hava gəmiləri və ya yol nəqliyyatı vasitələri daşınmaz əmlak hesab edilmir.
3. Bu maddənin 1-ci bəndinin müddəaları daşınmaz əmlakın birbaşa istifadəsindən, icarəyə verilməsindən və ya hər hansı digər formada istifadəsindən əldə edilən gəlirlərə tətbiq edilir.
4. Bu maddənin 1-ci və 3-cü bəndlərinin müddəaları, həmçinin, müəssisənin daşınmaz əmlakından gəlirlərə və müstəqil fərdi xidmətlərin göstərilməsi üçün istifadə edilən daşınmaz əmlakdan gəlirlərə də tətbiq edilir.
Maddə 7
Sahibkarlıq fəaliyyətindən mənfəət
1. Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti yalnız həmin Dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, həmin müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirməsin. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəətinin yalnız həmin daimi nümayəndəliyə aid edilə bilən hissəsi həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Bu maddənin 3-cü bəndinin müddəaları nəzərə alınmaqla, əgər Razılığa gələn Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətdə sahibkarlıq fəaliyyətini orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirirsə, Razılığa gələn Dövlətlərin hər birində bu daimi nümayəndəliyin mənfəətinə, onun eyni və ya oxşar şəraitdə, eyni və ya oxşar fəaliyyətlə məşğul xxxx müstəqil və ayrıca müəssisə olduğu və daimi nümayəndəliyi olduğu müəssisədən tamamilə asılı olmadan fəaliyyət göstərdiyi halda əldə edə biləcəyi mənfəət aid edilir.
3. Daimi nümayəndəliyin mənfəəti müəyyən edilərkən, daimi nümayəndəliyin yerləşdiyi Razılığa gələn Dövlətdə və ya hər hansı digər yerdə çəkilməsindən asılı olmayaraq, daimi nümayəndəliyin məqsədləri üçün çəkilmiş xərclərin, o cümlədən, daimi nümayəndəlik müstəqil müəssisə olduğu halda, onun yerləşdiyi Razılığa gələn Dövlətin milli qanunvericiliyə əsasən çıxıla biləcək idarəetmə və ümumi inzibati xərclərin çıxılmasına yol verilir.
4. Əgər, Razılığa gələn Dövlətdə daimi nümayəndəliyə aid xxxx mənfəət adətən müəssisənin ümumi mənfəətinin onun ayrı-ayrı hissələri arasında bölüşdürülməsi əsasında müəyyən edilirsə, bu maddənin 2-ci bəndinin müddəaları, vergiyə cəlb edilməli xxxx mənfəətin bu cür bölgü vasitəsilə müəyyənləşdirilməsində Razılığa gələn Dövlətə heç bir maneə yaratmır; bununla belə, tətbiq edilən bölgü metodu elə olmalıdır ki, nəticə bu maddədə nəzərdə tutulan prinsiplərə müvafiq olsun.
5. Daimi nümayəndəlik tərəfindən sadəcə olaraq müəssisə üçün mal və ya məmulat alınmasına görə həmin daimi nümayəndəliyə heç bir mənfəət aid edilmir.
6. Daimi nümayəndəliyə aid edilə bilən mənfəət hər il eyni metodla müəyyən edilir, bir şərtlə ki, bunun əksi üçün tutarlı və kifayət qədər əsaslı səbəb olmasın.
7. Əgər, mənfəətə barəsində bu Sazişin digər maddələrində ayrıca qeyd edilmiş gəlir növləri daxildirsə, bu halda bu maddənin müddəaları həmin maddələrin müddəalarına təsir göstərmir.
Maddə 8
Beynəlxalq daşımalar
Razılığa gələn Dövlətin müəssisəsi tərəfindən gəmilərin, qayıqların, hava gəmilərinin və ya yol nəqliyyatı vasitələrinin beynəlxalq daşımalarda istismarından (konteynerlərin və treylerlərin, o cümlədən konteynerlərin və
ya treylerlərin daşınması üçün əlaqədar avadanlığın icarəyə verilməsi də daxil olmaqla) əldə etdiyi mənfəət yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
Maddə 9
Qarşılıqlı əlaqəli müəssisələr
1. Əgər:
(a) Razılığa gələn Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin müəssisəsinin idarə edilməsində, ona nəzarətdə və ya onun kapitalında birbaşa və ya dolayısı ilə iştirak edirsə, və ya
(b) eyni şəxslər Razılığa gələn Dövlətin müəssisəsinin və Razılığa gələn digər Dövlətin müəssisəsinin idarə edilməsində, onlara nəzarətdə və ya onların kapitalında birbaşa və ya dolayısı ilə iştirak edirlərsə,
və hər bir halda bu iki müəssisənin qarşılıqlı kommersiya və ya maliyyə münasibətlərində onlar arasında yaradılmış və ya müəyyən edilmiş şərtlər müstəqil müəssisələr arasında mövcud ola biləcək şərtlərdən fərqlidirsə, bu halda, onlardan birinə hesablana biləcək, xxxxx bu şərtlər səbəbindən hesablanmamış hər hansı mənfəət, həmin müəssisənin mənfəətinə daxil edilə və müvafiq qaydada vergiyə cəlb edilə bilər.
2. Əgər, Razılığa gələn Dövlət həmin Dövlətin müəssisəsinin mənfəətinə Razılığa gələn digər Dövlətin müəssisəsinin həmin digər Dövlətdə vergiyə cəlb edilmiş mənfəətini daxil edir və müvafiq qaydada vergiyə cəlb edirsə və bu tərzdə daxil edilmiş mənfəət, bu müəssisələr arasındakı münasibətlər müstəqil müəssisələr arasında ola biləcək münasibətlər olduğu halda adı birinci çəkilən Dövlətin müəssisəsinə hesablana biləcək mənfəətdirsə, bu halda, həmin digər Dövlət orada bu mənfəətdən hesablanan verginin məbləğinə müvafiq düzəliş edir. Bu cür düzəlişin müəyyən edilməsində bu Sazişin digər müddəaları müvafiq qaydada nəzərə alınır və Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları zəruri olduqda bir-biri ilə məsləhətləşmələr aparırlar.
Maddə 10
Dividendlər
1. Razılığa gələn Dövlətin rezidenti xxxx şirkət tərəfindən Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən dividentlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Bununla belə, bu cür dividendlər həmçinin həmin dividendləri ödəyən şirkətin rezident olduğu Razılığa gələn Dövlətdə və onun qanunvericiliyinə müvafiq qaydada da vergiyə cəlb edilə bilər, xxxxx dividendlər xxxx şəxs onların faktiki sahibidirsə, tutulan vergi dividendlərin ümumi məbləğinin 10 faizindən artıq olmamalıdır.
Bu bənd, dividendlər ödənilən mənfəətə münasibətdə şirkətin vergiyə cəlb edilməsinə təsir etmir.
3. Bu maddədə istifadə edilən "dividendlər" termini səhmlərdən, təsisçilərin səhmlərindən və ya borc tələbləri olmayan, mənfəətdə iştirak hüququ verən digər hüquqlardan gəlirləri, o cümlədən, gəlirləri bölüşdürən şirkətin rezident olduğu Dövlətin qanunvericiliyinə müvafiq olaraq, səhmlərdən gəlirlərin cəlb edildiyi eyni qaydada vergitutmaya cəlb edilən digər korporativ hüquqlardan əldə edilən gəlirləri bildirir.
4. 1-ci və 2-ci bəndlərin müddəaları, dividendlərin faktiki sahibinin Razılığa gələn Dövlətin rezidenti olmaqla, dividendləri ödəyən şirkətin rezident olduğu Razılığa gələn digər Dövlətdə sahibkarlıq fəaliyyətini orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi və ya həmin digər Dövlətdə orada yerləşən xxxxx xxxx vasitəsilə müstəqil fərdi xidmətlər göstərdiyi və dividendlərin ödənilməsi ilə xxxxx xxxx holdinqin bu cür daimi nümayəndəlik və ya xxxxx xxxx ilə faktiki olaraq əlaqəli olduğu halda tətbiq edilmir. Bu halda, şəraitdən asılı olaraq, 7-ci və ya 14-cü maddələrin müddəaları tətbiq edilir.
5. Əgər, Razılığa gələn Dövlətin rezidenti xxxx şirkət Razılığa gələn digər Dövlətdən mənfəət və ya gəlir əldə edirsə, həmin digər Dövlət, hətta şirkət tərəfindən ödənilən dividendlər və ya onun bölüşdürülməmiş mənfəəti tamamilə və ya qismən həmin digər Dövlətdə yaranan mənfəət və ya gəlirdən ibarət olduğu halda belə, dividendlərin həmin digər Dövlətin rezidentinə ödənildiyi və ya dividendlərin ödənilməsi ilə xxxxx xxxx holdinqin həmin digər Dövlətdə yerləşən daimi nümayəndəlik və ya xxxxx xxxx ilə faktiki olaraq əlaqəli olduğu hallar istisna edilməklə, nə şirkət tərəfindən ödənilən dividendlərə hər hansı vergi tətbiq edə, nə də şirkətin bölüşdürülməmiş mənfəətini şirkətin bölüşdürülməmiş mənfəəti üzrə vergiyə cəlb edə bilməz.
Maddə 11
Faizlər
1. Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Bununla belə, bu cür faizlər həmçinin onların yarandığı Razılığa gələn Dövlətdə və onun qanunvericiliyinə müvafiq qaydada da vergiyə cəlb edilə bilər, xxxxx faizləri xxxx şəxs onların faktiki sahibidirsə Razılığa gələn digər Dövlətin rezidentidirsə, tutulan vergi faizlərin ümumi məbləğinin 10 faizindən artıq olmamalıdır.
3. Bu maddədə istifadə edilən "faizlər" termini ipoteka təminatının olub-olmamasından və borcluların mənfəətində iştirak hüququ verib-verməməsindən asılı olmayaraq, istənilən növ borc tələblərindən gəlirləri, və xüsusilə, hökumətin qiymətli kağızlarından gəlirləri və istiqrazlardan və ya borc öhdəliklərindən gəlirləri, o cümlədən bu cür qiymətli kağızlar, istiqrazlar və ya borc öhdəlikləri üzrə mükafatlar və uduşları bildirir. Gecikdirilmiş ödənişlərə görə cərimələr bu maddənin məqsədi üçün faizlər hesab edilmir.
4. 2-ci bəndin müddəalarından asılı olmayaraq, Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin Hökuməti, digər Hökumət qurumu, Mərkəzi Bankı və tamamilə (yüz faiz) həmin digər Dövlətin Hökumətinə məxsus xxxx digər bankları tərəfindən əldə edilən faizlər adı birinci çəkilən Dövlətdə vergidən azad edilir.
5. 1-ci və 2-ci bəndlərin müddəaları, faizlərin faktiki sahibinin Razılığa gələn Dövlətin rezidenti olmaqla, faizlərin yarandığı Razılığa gələn digər Dövlətdə sahibkarlıq fəaliyyətini orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi və ya həmin digər Dövlətdə orada yerləşən, xxxxx xxxx vasitəsilə müstəqil fərdi xidmətlər göstərdiyi və faizlərin ödənilməsi ilə bağlı xxxx xxxx öhdəliyinin bu cür daimi nümayəndəlik və ya xxxxx xxxx ilə faktiki olaraq əlaqəli olduğu halda tətbiq edilmir. Bu halda, şəraitdən asılı olaraq, 7-ci və ya 14-cü maddələrin müddəaları tətbiq edilir.
6. Faizlərin ödəyicisi Razılığa gələn Dövlətin özü, onun yerli hakimiyyət orqanı və ya rezidenti olduğu halda, faizlər həmin Dövlətdə yaranmış hesab edilir. Bununla belə, faizləri ödəyən şəxs Razılığa gələn Dövlətin rezidenti olub-olmamasından asılı olmayaraq, Razılığa gələn Dövlətdə daimi nümayəndəliyə və ya daimi bazaya sahib olduğu və faizlər ödənilən borcun bu cür daimi nümayəndəlik və ya xxxxx xxxx ilə bağlı yarandığı və bu faizlərin ödənilməsi üzrə xərclərin bu cür daimi nümayəndəlik və ya xxxxx xxxx tərəfindən çəkildiyi halda, bu cür faizlər daimi nümayəndəliyin və ya daimi bazanın yerləşdiyi Razılığa gələn Dövlətdə yaranmış hesab edilir.
7. Əgər, ödəyici və faktiki sahib arasında və ya onların hər ikisi ilə hər hansı digər şəxs arasındakı xüsusi münasibətlər səbəbindən, borc tələbi ilə əlaqədar ödənilən faizlərin məbləği, bu münasibətlər olmadığı halda ödəyici və faktiki sahib arasında razılaşdırıla biləcək məbləğdən artıqdırsa, bu maddənin müddəaları yalnız adı sonuncu çəkilən məbləğə tətbiq edilir. Bu halda, ödənişlərin artıq hissəsi, bu Sazişin digər müddəaları müvafiq qaydada nəzərə alınmaqla, Razılığa gələn Dövlətlərdən hər birinin qanunvericiliyinə müvafiq qaydada vergiyə cəlb edilir.
Maddə 12
Royaltilər
1. Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən royaltilər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Bununla belə, bu cür royaltilər həmçinin onların yarandığı Razılığa gələn Dövlətdə və onun qanunvericiliyinə müvafiq qaydada da vergiyə cəlb edilə bilər, xxxxx royaltiləri xxxx şəxs onların faktiki sahibidirsə Razılığa gələn digər Dövlətin rezidentidirsə, tutulan vergi royaltilərin ümumi məbləğinin 10 faizindən artıq olmamalıdır.
3. Bu maddədə istifadə olunan "royaltilər" termini hər hansı ədəbiyyat, incəsənət və ya elm əsərləri, o cümlədən kinofilmlər və radio və televiziya yayımında istifadə edilən yazılar üzrə müəlliflik hüquqlarının, hər hansı patent, ticarət markası, dizayn və ya model, plan, məxfi formula və ya prosesin istifadəsi və ya istifadə hüququ əvəzində yaxud sənaye, kommersiya və ya xxxx avadanlığın istifadəsi və ya istifadə hüququ əvəzində və ya sənaye, kommersiya və ya xxxx təcrübəyə (know-how) dair informasiya əvəzində alınan istənilən növ ödənişləri bildirir.
4. 1-ci və 2-ci bəndlərin müddəaları, royaltilərin faktiki sahibinin Razılığa gələn Dövlətin rezidenti olmaqla, royaltilərin yarandığı Razılığa gələn digər Dövlətdə sahibkarlıq fəaliyyətini orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi və ya həmin digər Dövlətdə xxxxx xxxx vasitəsilə müstəqil fərdi xidmətlər göstərdiyi və royaltilərin ödənilməsinə əsas verən hüquq və ya əmlakın bu cür daimi nümayəndəlik və ya xxxxx xxxx ilə faktiki olaraq əlaqəli olduğu halda tətbiq edilmir. Bu halda, şəraitdən asılı olaraq, 7-ci və ya 14- cü maddələrin müddəaları tətbiq edilir.
5. Royaltilərin ödəyicisi Razılığa gələn Dövlətin özü, onun yerli hakimiyyət orqanı və ya rezidenti olduğu halda, royaltilər həmin Dövlətdə yaranmış hesab edilir. Bununla belə, royaltiləri ödəyən şəxs Razılığa gələn Dövlətin rezidenti olub-olmamasından asılı olmayaraq, Razılığa gələn Dövlətdə daimi nümayəndəliyə və
ya daimi bazaya sahib olduğu və royaltiləri ödəmək öhdəliyinin bu cür daimi nümayəndəlik və ya xxxxx xxxx ilə bağlı yarandığı və bu royaltilərin ödənilməsi üzrə xərclərin bu cür daimi nümayəndəlik və ya xxxxx xxxx tərəfindən çəkildiyi halda, bu cür royaltilər daimi nümayəndəliyin və ya daimi bazanın yerləşdiyi Dövlətdə yaranmış hesab edilir.
6. Əgər, ödəyici və faktiki sahibi arasında və ya onların hər ikisi ilə hər hansı digər şəxs arasındakı xüsusi münasibətlər səbəbindən istifadə, hüquq və ya informasiya ilə əlaqədar ödənilən royaltilərin məbləği, bu münasibətlər olmadığı halda ödəyici və faktiki sahib arasında razılaşdırıla biləcək məbləğdən artıqdırsa, bu maddənin müddəaları yalnız adı sonuncu çəkilən məbləğə tətbiq edilir. Bu halda, ödənişlərin artıq hissəsi, bu Sazişin digər müddəaları müvafiq qaydada nəzərə alınmaqla, Razılığa gələn Dövlətlərdən hər birinin qanunvericiliyinə müvafiq qaydada vergiyə cəlb edilir.
Maddə 13
Əmlakın dəyərinin artımı
1. Razılığa gələn Dövlətin rezidenti tərəfindən, 6-cı maddədə qeyd edilmiş və Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Razılığa gələn Dövlətin müəssisəsinin Razılığa gələn digər Dövlətdə sahib olduğu daimi nümayəndəliyinin kommersiya əmlakının bir hissəsini təşkil edən daşınan əmlakın və ya Razılığa gələn Dövlətin rezidentinin müstəqil fərdi xidmətlər göstərmək məqsədi üçün Razılığa gələn digər Dövlətdə sərəncamında olan daimi bazaya aid daşınan əmlakın özgəninkiləşdirilməsindən gəlirlər, bu cür daimi nümayəndəliyin (ayrılıqda və ya bütün müəssisə ilə birlikdə) və ya bu cür daimi bazanın özgəninkiləşdirilməsindən gəlirlər də daxil olmaqla həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
3. Razılığa gələn Dövlətin müəssisəsi tərəfindən beynəlxalq daşımalarda istismar edilən gəmi, qayıq, hava gəmiləri və ya yol nəqliyyatı vasitələrinin və ya bu cür gəmi, qayıq, hava gəmiləri və ya yol nəqliyyatı vasitələrinin istismarı ilə xxxxx xxxx daşınan əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər yalnız müəssisənin qeydiyyatdan keçmiş ofisinin yerləşdiyi həmin Razılığa gələn Dövlətdə vergiyə cəlb edilir.
4. Razılığa gələn Dövlətin rezidenti tərəfindən, aktivləri bilavasitə və ya dolayısı ilə əsasən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan ibarət xxxx şirkətdəki səhmlərin və ya digər korporativ hüquqların özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
5. 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərdə qeyd edilənlər istisna edilməklə, hər hansı əmlakın özgəninkiləşdirilməsindən gəlirlər, yalnız əmlakı özgəninkiləşdirən şəxsin rezident olduğu Razılığa gələn Dövlətdə vergiyə cəlb edilir.
Maddə 14
Müstəqil fərdi xidmətlər
1. Razılığa gələn Dövlətin rezidenti tərəfindən peşəkar xidmətlərdən və ya müstəqil xarakterli digər fəaliyyətdən əldə edilən gəlirlər yalnız həmin Dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, o, öz fəaliyyətini həyata keçirmək məqsədi üçün Razılığa gələn digər Dövlətdə müntəzəm istifadə etdiyi daimi bazaya sahib olmasın. O bu cür daimi bazaya sahib olduğu halda, gəlirin yalnız həmin daimi bazaya aid edilə bilən hissəsi Razılığa gələn digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. "Peşəkar xidmətlər" termininə xüsusilə müstəqil xxxx, ədəbi, artistlik, təhsil və ya tədris fəaliyyəti, o cümlədən, həkimlərin, mühəndislərin, hüquqşünasların, stomatoloqların, memarların, auditorların və mühasiblərin müstəqil fəaliyyəti daxildir.
Maddə 15
Qeyri-müstəqil fərdi xidmətlər
1. Bu Sazişin 16-cı, 18-ci, 19-cu və 20-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Razılığa gələn Dövlətin rezidenti tərəfindən muzdlu işlə bağlı əldə edilən xxxx, əmək haqqı və digər oxşar mükafatlar yalnız həmin Dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, muzdlu iş Razılığa gələn digər Dövlətdə həyata keçirilməsin. Əgər muzdlu iş Razılığa gələn digər Dövlətdə həyata keçirilirsə, onunla bağlı orada əldə edilən bu cür mükafatlar həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Bu maddənin 1-ci bəndinin müddəalarından asılı olmayaraq, Razılığa gələn Dövlətin rezidenti tərəfindən Razılığa gələn digər Dövlətdə həyata keçirilən muzdlu işlə bağlı əldə edilən mükafat yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb edilir, əgər:
(a) resipient xxxx xxxxx ilində başlayan və ya başa çatan istənilən 12 (on iki) aylıq dövr ərzində ümumilikdə 183 (yüz səksən üç) gündən artıq olmayan bir dövr və ya dövrlər ərzində həmin digər Dövlətdə qalırsa, və
(b) mükafat digər Dövlətin rezidenti olmayan işəgötürən tərəfindən və ya onun adından ödənilirsə, və
(c) mükafatların ödənilməsi üzrə xərclər işəgötürənin digər Dövlətdə sahib olduğu daimi nümayəndəlik və ya xxxxx xxxx tərəfindən çəkilmirsə.
3. Bu maddənin əvvəlki müddəalarından asılı olmayaraq, beynəlxalq daşımalarda istismar edilən gəmi, qayıq, hava gəmisinin göyərtəsində, yaxud yol nəqliyyatı vasitəsində həyata keçirilən muzdlu işlə bağlı əldə edilən mükafatlar müəssisənin qeydiyyatdan keçmiş ofisinin yerləşdiyi Razılığa gələn Dövlətdə vergiyə cəlb edilə bilər.
Maddə 16
Direktorların qonorarları
Razılığa gələn Dövlətin rezidenti tərəfindən Razılığa gələn digər Dövlətin rezidenti xxxx şirkətin direktorlar şurasının üzvü qismində əldə edilən qonorarlar və digər oxşar ödənişlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
Maddə 17
İncəsənət işçiləri və idmançılar
1. 14-cü və 15-ci maddələrin müddəalarından asılı olmayaraq, Razılığa gələn Dövlətin rezidenti tərəfindən teatr, kino, radio və ya televiziya artisti və ya musiqiçi qismində Razılığa gələn digər Dövlətdə həyata keçirilən incəsənət işçisi kimi və ya idmançı kimi fərdi fəaliyyətdən əldə edilən gəlir həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Əgər, incəsənət işçisi və ya idmançının bu cür şəxs kimi fərdi fəaliyyəti ilə bağlı gəlir incəsənət işçisi və ya idmançının özünə deyil, digər şəxsə hesablanırsa, həmin gəlir, 7-ci, 14-cü və 15-ci maddələrin müddəalarından asılı olmayaraq, incəsənət işçisi və ya idmançının fəaliyyətinin həyata keçirildiyi Razılığa gələn Dövlətdə vergiyə cəlb edilə bilər.
3. 1-ci və 2-ci bəndlərin müddəaları incəsənət işçisi və ya idmançı tərəfindən Razılığa gələn Dövlətlərin Hökumətləri arasında bağlanmış mədəniyyət sahəsində müqavilə çərçivəsində həyata keçirilən fəaliyyətdən əldə edilən gəlirlərə tətbiq edilmir.
Maddə 18
Təqaüdlər
19-cu maddənin 2-ci bəndinin müddəaları nəzərə alınmaqla, Razılığa gələn Dövlətin rezidentinə keçmişdəki muzdlu işlə bağlı ödənilən təqaüdlər və digər oxşar mükafatlar yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
Maddə 19 Dövlət qulluğu 1.
(a) Razılığa gələn Dövlət və ya onun yerli hakimiyyət orqanı tərəfindən fiziki şəxsə, həmin Dövlətə və ya bölməyə, yaxud hakimiyyət orqanına göstərilən xidmətlərlə bağlı ödənilən təqaüd olmayan xxxx, əmək haqqı və digər oxşar mükafatlar yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
(b) Bununla belə, əgər xidmətlər Razılığa gələn digər Dövlətdə göstərilirsə və fiziki şəxs həmin Dövlətin rezidentidirsə və o:
(i) həmin Dövlətin milli şəxsidirsə; və ya
(ii) yalnız qulluq göstərmək məqsədi üçün həmin Dövlətin rezidenti olmamışdırsa, bu cür mükafatlar yalnız Razılığa gələn digər Dövlətdə vergiyə cəlb edilir.
2.
a) Razılığa gələn Dövlət, onun siyasi bölməsi və ya yerli hakimiyyət orqanı tərəfindən və ya onlar tərəfindən yaradılmış fondlardan fiziki şəxsə, həmin Dövlətə, yaxud hakimiyyət orqanına göstərilən xidmətlərlə bağlı ödənilən təqaüdlər yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
(b) Bununla belə, əgər fiziki şəxs Razılığa gələn digər Dövlətin rezidenti və milli şəxsidirsə, bu cür təqaüdlər yalnız həmin digər Dövlətdə vergiyə cəlb edilir.
3. 15-ci, 16-cı, 17-ci və 18-ci maddələrin müddəaları Razılığa gələn Dövlətin və ya onun yerli hakimiyyət orqanının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlərlə əlaqədar ödənilən mükafatlara və təqaüdlərə tətbiq edilir.
Maddə 20
Tələbələr
Razılığa gələn Dövlətin rezidenti xxxx və ya Razılığa gələn digər Dövlətə gəlməzdən bilavasitə əvvəl adı birinci çəkilən Dövlətin rezidenti olmuş və həmin digər Dövlətdə yalnız təhsil və ya təlim almaq məqsədilə xxxx tələbələrin və ya təcrübə keçən şəxslərin yaşamaq, təhsil və ya təlim almaq məqsədilə aldıqları ödənişlər həmin digər Dövlətdə vergiyə cəlb edilmir, bir şərtlə ki, bu cür ödənişlərin mənbəyi həmin digər Dövlətdən kənarda olsun.
Maddə 21
Digər gəlirlər
1. Razılığa gələn Dövlətin rezidentinin, barəsində bu Sazişin əvvəlki maddələrində söhbət açılmayan gəlir növləri, yaranma mənbəyindən asılı olmayaraq yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
2. 1-ci bəndin müddəaları, 6-cı maddənin 2-ci bəndinə əsasən müəyyən edilmiş daşınmaz əmlakdan əldə olunan gəlirlərdən fərqli xxxx digər gəlirlərə, bu gəlirlərin resipienti Razılığa gələn Dövlətin rezidenti olmaqla sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətdə orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi və ya həmin digər Dövlətdə orada yerləşən xxxxx xxxx vasitəsilə müstəqil fərdi xidmətlər göstərdiyi və ödənilən gəlir bu cür daimi nümayəndəlik və ya xxxxx xxxx ilə faktiki olaraq əlaqəli olduğu halda tətbiq edilmir. Bu halda, şəraitdən asılı olaraq, 7-ci və ya 14-cü maddələrin müddəaları tətbiq edilir.
Maddə 22
Əmlak
1. 6-cı maddədə qeyd edilmiş, Razılığa gələn Dövlətin rezidentinə məxsus xxxx və Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakla ifadə olunmuş əmlak həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Razılığa gələn Dövlətin müəssisəsinin Razılığa gələn digər Dövlətdə sahib olduğu daimi nümayəndəliyinin kommersiya əmlakının bir hissəsini təşkil edən daşınan əmlakla və ya Razılığa gələn Dövlətin rezidentinin müstəqil fərdi xidmətlər göstərmək məqsədi üçün Razılığa gələn digər Dövlətdə sərəncamında olan daimi bazaya aid daşınan əmlakla ifadə olunmuş əmlak həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
3. Beynəlxalq daşımalarda istismar edilən gəmi, qayıq, hava gəmiləri və ya yol nəqliyyatı vasitələri ilə, yaxud bu cür gəmi, qayıq, hava gəmiləri və ya yol nəqliyyatı vasitələrinin istismarı ilə xxxxx xxxx daşman əmlakla təmsil olunmuş əmlak yalnız müəssisənin qeydiyyatdan keçmiş ofisinin yerləşdiyi Razılığa gələn Dövlətdə vergiyə cəlb edilir.
4. Razılığa gələn Dövlətin rezidentinin bütün digər əmlak elementləri yalnız həmin Dövlətdə vergiyə cəlb
edilir.
Maddə 23
İkiqat vergitutmanın aradan qaldırılması metodu
1. Əgər Razılığa gələn Dövlətin rezidenti, bu Sazişin müddəalarına müvafiq olaraq Razılığa gələn digər Dövlətdə vergiyə cəlb edilə bilən gəlir əldə edirsə və ya əmlaka sahibdirsə, adı birinci çəkilən Dövlət:
(a) həmin rezidentin gəlir vergisindən həmin digər Dövlətdə ödənilmiş gəlir vergisinə bərabər məbləğin;
(b) həmin rezidentin əmlak vergisindən həmin digər Dövlətdə ödənilmiş əmlak vergisinə bərabər məbləğin çıxılmasına yol verəcəkdir.
Bununla belə, bu cür çıxılma heç bir halda çıxılma verilməzdən əvvəl hesablanmış və şəraitdən asılı olaraq həmin digər Dövlətdə vergiyə cəlb edilə bilən gəlir və ya əmlaka aid edilə bilən gəlir vergisi və ya əmlak vergisi hissəsindən artıq olmamalıdır.
2. Əgər bu Sazişin hər hansı bir müddəasına müvafiq olaraq, Razılığa gələn Dövlətin rezidenti tərəfindən əldə edilmiş gəlir və ya ona məxsus xxxx əmlak həmin Dövlətdə vergidən azaddırsa, bu Dövlət, buna baxmayaraq,
bu cür rezidentin qalan gəlirinə və ya əmlakına vergi hesablayarkən, vergidən azad edilmiş gəliri və ya əmlakı nəzərə ala bilər.
Maddə 24
Ayrı-seçkiliyə yol verilməməsi
1. Razılığa gələn Dövlətin milli şəxsləri Razılığa gələn digər Dövlətdə həmin digər Dövlətin milli şəxslərinin eyni şəraitdə cəlb edildiyi və ya cəlb edilə biləcəyi vergitutma və ya bununla xxxxx xxxx öhdəliklərdən fərqli və ya daha ağır xxxx vergitutma və ya bununla xxxxx xxxx öhdəliklərə cəlb edilməməlidir. Bu müddəa, 1-ci maddənin müddəalarından asılı olmayaraq, həmçinin Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olmayan şəxslərə də tətbiq edilir.
2. Razılığa gələn Dövlətin müəssisəsinin Razılığa gələn digər Dövlətdə sahib olduğu daimi nümayəndəliyinin vergiyə cəlb edilməsi həmin digər Dövlətdə həmin digər Dövlətin eyni fəaliyyətlə məşğul xxxx müəssisələrinin vergiyə cəlb edilməsindən az əlverişli olmamalıdır.
3. Razılığa gələn Dövlətin, əmlakı tamamilə və ya qismən Razılığa gələn digər Dövlətin rezidentinə və ya rezidentlərinə məxsus xxxx və ya onların birbaşa və ya dolayı nəzarəti altında xxxx müəssisəsi adı birinci çəkilən Dövlətdə həmin Dövlətin digər oxşar müəssisələrinin cəlb edildiyi və ya cəlb edilə biləcəyi vergitutma və ya bununla xxxxx xxxx öhdəlikiərdən fərqli və ya daha ağır xxxx vergitutma və ya bununla xxxxx xxxx öhdəliklərə cəlb edilə bilməz.
4. 9-cu maddənin 1-ci bəndinin, 11-ci maddənin 7-ci bəndinin və ya 12-ci maddənin 6-cı bəndinin müddəalarının tətbiq edildiyi hallar istisna edilməklə, Razılığa gələn Dövlətin müəssisəsi tərəfindən Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər, royaltilər və digər ödənişlər, bu cür müəssisənin vergiyə cəlb edilməli xxxx mənfəətinin müəyyən edilməsi məqsədilə, adı birinci çəkilən Dövlətin rezidentinə ödənildiyi halda tətbiq olunan eyni şərtlər əsasında çıxılmalıdır. Eynilə, Razılığa gələn Dövlətin müəssisəsinin Razılığa gələn digər Dövlətin rezidentinə xxxx hər hansı bir borcu, həmin müəssisənin vergiyə cəlb edilməli xxxx kapitalının müəyyən edilməsi məqsədilə adı birinci çəkilən Dövlətin rezidentinə xxxx xxxx kimi eyni şərtlər əsasında çıxılmalıdır.
5. Bu müddəalar, Razılığa gələn Dövlətin üzərinə onun, mülki status və ya ailə öhdəlikləri nəzərə alınmaqla öz rezidentlərinə verdiyi verigitutma məqsədləri üçün hər hansı şəxsi imtiyazların, güzəştlərin və çıxılmaların Razılığa gələn digər Dövlətin rezidentlərinə də verilməsi öhdəliyinin qoyulması kimi təfsir edilməməlidir.
Maddə 25
Qarşılıqlı razılaşma proseduru
1. Əgər, Razılığa gələn Dövlətin rezidenti Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin hərəkətlərinin onun bu Sazişə uyğun olmayan tərzdə vergiyə cəlb edilməsinə gətirib çıxardığını və ya gətirib çıxara biləcəyini zənn edirsə, həmin şəxs, həmin Dövlətlərin daxili qanunvericiliklərində nəzərdə tutulmuş müdafiə vasitələrindən asılı olmayaraq, bu işlə bağlı rezident olduğu Dövlətin və ya bu hal 24-cü maddənin 1-ci bəndinin əhatə dairəsinə aiddirsə, milli şəxsi olduğu Razılığa gələn Dövlətin səlahiyyətli orqanlarına müraciət edə bilər. Müraciət, bu Konvensiyanın müddəalarına uyğun olmayan vergitutmaya gətirib çıxaran hərəkətlər haqqında ilk məlumat tarixindən etibarən 3 il ərzində təqdim edilməlidir.
2. Əgər, səlahiyyətli orqan etirazı əsaslandırılmış hesab edərək, eyni zamanda, qənaətbəxş qərara gələ bilmirsə bu Sazişin müddəalarına uyğun olmayan vergitutmanın qarşısının alınması məqsədilə məsələni Razılığa gələn digər Dövlətin səlahiyyətli orqanı ilə qarşılıqlı razılıq yolu ilə həll etməyə səy göstərir.
3. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı meydana çıxan bütün çətinlikləri və ya şübhələri qarşılıqlı razılıq yolu ilə həll etməyə səy göstərməlidirlər. Onlar, həmçinin bu Sazişdə nəzərdə tutulmamış hallarda ikiqat vergitutmanın aradan qaldırması üçün bir-biri ilə məsləhətləşmələr apara bilərlər.
4. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları, əvvəlki bəndlərin anlaşılmasında razılığın əldə edilməsi məqsədilə bir-biri ilə birbaşa əlaqələr yarada bilərlər. Səlahiyyətli orqanlar, məsləhətləşmələr yolu ilə bu maddədə göstərilmiş qarşılıqlı razılaşdırma prosedurunun tətbiqi üçün ikitərəfli prosedurlar, şərtlər, metodlar və vasitələr hazırlayacaqlar.
Maddə 26
İnformasiya mübadiləsi
1. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları bu Sazişin və ya bu Sazişin tətbiq edildiyi vergilərlə bağlı daxili qanunvericiliklərinin müddəalarının yerinə yetirilməsi üçün, zəruri xxxx informasiya mübadiləsi aparırlar, bir şərtlə ki, həmin qanunvericiliklərdə nəzərdə tutulan vergitutma bu Sazişə zidd olmasın. İnformasiya mübadiləsi 1-ci və 2-ci maddələrlə məhdudlaşmır. Razılığa gələn Dövlət tərəfindən əldə edilən istənilən informasiya həmin Dövlətin daxili qanunvericiliyi əsasında əldə edilmiş informasiyaya tətbiq edilən eyni qayda əsasında məxfi hesab edilir və yalnız Sazişin tətbiq edildiyi vergilərin hesablanması və ya toplanması, məcburi alınması və ya prosessual qaydada təqib edilməsi, yaxud həmin vergilərlə bağlı şikayətlərə baxılması ilə məşğul xxxx şəxslərə və ya orqanlara, o cümlədən, məhkəmələrə və inzibati orqanlara açıqlanır. Bu cür şəxslər və ya orqanlar həmin informasiyadan yalnız bu cür məqsədlər üçün istifadə edirlər. Onlar bu informasiyanı açıq məhkəmə istintaqı və ya məhkəmə qərarlarında açıqlaya bilərlər.
2. Heç bir halda, 1-ci bəndin müddəaları Razılığa gələn Dövlətlərin üzərinə aşağıdakı öhdəliklərin qoyulması kimi şərh edilməməlidir:
(a) bu və ya digər Razılığa gələn Dövlətin qanunvericiliyinə və inzibati təcrübəsinə xxxx xxxx inzibati tədbirlər görmək;
(b) bu və ya digər Razılığa gələn Dövlətin qanunvericiliyinə və adi inzibati təcrübəsinə görə alınması mümkün olmayan informasiya vermək;
(c) hər hansı ticarət, sahibkarlıq, sənaye, kommersiya yaxud peşə sirrini, ticarət prosesini aça biləcək informasiya və ya açılması dövlət siyasətinə (ordre public) xxxx xxxx informasiya vermək.
Maddə 27
Diplomatik nümayəndəliklərin və konsulluq idarələrinin üzvləri
Bu Sazişin heç bir müddəası diplomatik nümayəndəliklərin və ya konsulluq idarələrinin üzvlərinin beynəlxalq hüququn ümumi qaydalarına və ya xüsusi müqavilələrə əsasən müəyyən edilmiş vergi imtiyazlarına toxunmur.
Maddə 28
Qüvvəyə minmə
1. Razılığa gələn Dövlətlərin hər biri digərinə bu Sazişin qüvvəyə minməsi üçün onun qanunvericiliyi ilə tələb olunan prosedurların bitməsi barədə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim edir.
2. Saziş sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minəcək və onun müddəaları Sazişin hüquqi qüvvəyə mindiyi ildən sonrakı təqvim ilinin əvvəlinə və ya ondan sonra əldə edilən gəlirlərə və mövcud olanlk əmlaka münasibətdə tətbiq ediləcəkdir.
Maddə 29
Qüvvədən düşmə
Bu Saziş Razılığa gələn Dövlətlərdən hər xxxxx xxxx tərəfindən onun qüvvəsi ləğv edilənədək qüvvədə olacaqdır. Razılığa gələn Dövlətlərdən hər biri bu Sazişin qüvvəyə mindiyi tarixdən sonrakı beş illik dövr bitdikdən sonra hər hansı təqvim ilinin başa çatmasına ən azı altı ay qalmış, qüvvədən düşmə haqqında yazılı bildiriş təqdim etməklə, diplomatik kanallarla, Sazişin qüvvəsini ləğv edə bilər. Bu halda, Saxxxxx xüvvəsi bildirişin verildiyi ildən sonrakı təqvim ilinin əvvəlinə və ya ondan sonra əldə edilən gəlirlərə və mövcud xxxx əmlaka münasibətdə ləğv edilir.
Bu Saziş Tehran şəhərində "10 " mart 2009-cu il tarixində, uyğun olaraq hicri şəmsi tarixi ilə il tarixində hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük veriləcəkdir.
Bunun təsdiqi olaraq, öz Hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirlimiş aşağıda imza edənlər bu Sazişi imzaladılar.
Azərbaycan Respublikası Hökuməti adından | İran İslam Respublikası Hökuməti adından |
PROTOKOL
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş imzalanan zaman, aşağıda imza edənlər Sazişin tərkib hissəsi sayılan aşağıdakı müddəalar barədə razılığa gəldilər:
1. 3-cü maddənin 1-ci bəndinin (h) altbəndinə (səlahiyyətli orqan) münasibətdə, belə başa düşülür ki, İran səlahiyyətli orqanı tərəfindən Azərbaycanın səlahiyyətli orqanlarının hər hansı birinə müraciət və/və ya istinad kifayətdir.
2. 28-ci və 29-cu maddələrə münasibətdə Azərbaycan Respublikasında və İran İslam Respublikasında təqvim illəri Razılığa gələn Dövlətlərin milli qanunvericiliklərinə əsasən, müvafiq olaraq 01 yanvar (11 xxx) tarixində və 01 farvardin (21 mart) tarixində başlanır.
Bu Protokol Tehran şəhərində "10" mart 2009-cu il tarixində, uyğun olaraq hicri şəmsi tarixi ilə 20 esfand 1387-ci il tarixində hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük veriləcəkdir.
Bunun təsdiqi olaraq, öz Hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.
Azərbaycan Respublikası Hökuməti adından | İran İslam Respublikası Hökuməti adından |
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ticarət Sazişinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında 2004-cü il avqustun 5-də Bakı şəhərində imzalanmış Ticarət Sazişi təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2005-ci il
№ 834-IIQ
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında T İ C A R Ə T S A Z İ Ş İ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
ayrı-seçkilik olmadan, bərabərlik və qarşılıqlı maraqların gözlənilməsi əsasında ticarət əlaqələrinin inkişaf etdirilməsi və genişləndirilməsinə dair hər iki Dövlətin arzusunu nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Razılığa gələn Tərəflər arasında məhsulların və xidmətlərin mübadiləsi və bu iki ölkənin fiziki və hüquqi şəxsləri arasında imzalanmış müqavilələr bu Saziş əsasında və Razılığa gələn hər bir Tərəfin milli qanunvericiliyinə müvafiq olaraq həyata keçiriləcəkdir.
M a d d ə 2
Bu Saziş əsasında məhsulların üçüncü dövlətə təkrar ixracı sərbəst həyata keçiriləcəkdir, əgər Razılığa gələn Tərəflər arasında onların milli qanunvericiliklərinə uyğun olaraq digər razılıq əldə edilməmişdirsə.
M a d d ə 3
Razılığa gələn hər bir Tərəf öz milli qanunvericiliyinə müvafiq olaraq Razılığa gələn digər Tərəfə ixrac edilən məhsullar üzrə mənşə və uyğunluq sertifikatlarının verilməsi üçün müvafiq tədbirlər görəcəkdir.
M a d d ə 4
Malların və xidmətlərin Razılığa gələn Tərəflər arasında mübadiləsi bu Saziş çərçivəsində və Razılığa gələn Tərəflərin əlaqədar qurumlarının razılaşdırdığı standartlara uyğun olaraq həyata keçiriləcəkdir.
M a d d ə 5
Razılığa gələn hər Tərəfin Razılığa gələn digər Tərəfin məhsullardan tutduğu gömrük yığım və vergilərin dərəcəsi üçün ölkənin eyni məhsuluna tətbiq edilən dərəcələrdən yüksək olmayacaqdır.
Xxxxx, bu Maddənin şərtləri aşağıdakı hallarda tətbiq olunmayacaq:
a) Tərəflərdən birinin öz qonşu ölkələrinə ticarəti və nəqliyyatı asanlaşdırmaq məqsədilə etdiyi və ya edəcəyi güzəşt və azad olunmalara,
b) Razılığa gələn hər Tərəfin azad ticarət zonasının və gömrük ittifaqlarının yaradılmasında iştirakının və yaxud azad ticarət haqqında və ya tamamilə və yaxud qismən vergiqoymaya aidiyyəti xxxx razılaşmaların nəticəsi kimi milli qanunvericilikdə qəbul edilmiş güzəşt və azad olunmalara.
M a d d ə 6
Razılığa gələn Tərəflər gələcəkdə qeyri-tarif məhdudiyyətlərinin iki ölkənin əlaqədar icraçı qurumlarının qarşılıqlı razılığı əsasında azaldılması və ləğvi haqqında razılaşmalar imzalayacaqlar.
M a d d ə 7
Bu Sazişin tətbiqi ilə bağlı bütün beynəlxalq hesablaşmalar Razılığa gələn Tərəflər arasında razılaşdırılmış və Razılığa gələn hər bir Tərəfin milli qanunvericiliyinə uyğun olaraq sərbəst dönərli valyutada həyata keçiriləcəkdir.
M a d d ə 8
Razılığa gələn hər bir Tərəf öz şirkət və institutlarını Razılığa gələn digər Tərəfin dövlət ərazisində keçirilən beynəlxalq ixtisaslaşdırılmış sərgilərdə iştirak etməyə çağıracaq və Razılığa gələn digər Tərəfin ticarət şirkətlərini və institutlarını mümkün qədər lazımi avadanlıqla təchiz edəcəkdir.
M a d d ə 9
Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfin iş adamlarına və ticarət şirkəti və ya institutlarına öz məhsullarını nümayiş etdirmək üçün aşağıdakı şərtlərlə hər il satış icazə verilən sərgilər və yarmarkalar keçirməyə icazə verməlidir:
sərgilərin keçirilmə müddəti 15 gündən artıq olmamalıdır,
iş adamları və kommersiya şirkətləri və ya institutları sərgi keçirilən ölkənin qanunlarına və qaydalarına riayət etməlidirlər,
nümayiş olunacaq məhsulların həcmi və növü Razılığa gələn Tərəflər arasında müəyyən edilməlidir,
bu maddənin şərtləri Razılığa gələn Tərəflərə satış icazə verilən sərgilər və yarmarkaların keçirilmə tarixləri və müddəti barədə digər razılığa gəlməyə mane olmayacaqdır.
M a d d ə 1 0
Razılığa gələn Tərəflər milli qanunvericiliklərinə müvafiq qaydada konsulluq xidmətləri, məsələn, iş adamlarına vizaların verilməsini və ticarət sənədlərinin sertifikatlaşdırılmasını təmin edəcəklər.
M a d d ə 1 1
Razılığa gələn Tərəflər arasında malların/məhsulların, xidmətlərin və ticarət məlumatının mübadiləsini sadələşdirmək və inkişaf etdirmək məqsədilə Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfə öz dövlətinin ərazisində qəbul edən ölkənin milli qanunvericiliyinə müvafiq olaraq ticarət mərkəzi yaratmağa icazə verəcəkdir.
M a d d ə 1 2
Razılığa gələn hər bir Tərəf öz milli qanunvericiliyinə uyğun olaraq dövlətinin ərazisində Razılığa gələn digər Tərəfin şirkətlərinin nümayəndəliklərinin yaradılmasına icazə verəcək və üçüncü ölkənin şirkətinin nümayəndəliklərinə tətbiq etdiyi rejimdən az əlverişli olmayan rejim tətbiq edəcəkdir.
M a d d ə 1 3
Qarşılıqlı ticarət mübadiləsində balanslaşdırılmış meyllərə nail olmaq məqsədilə qanunvericilik çərçivəsində preferensiyalar nəzərdən keçirilməklə Razılığa gələn hər bir Tərəf öz ticarət ehtiyaclarını imkan dərəcəsində Razılığa gələn digər Tərəfin hesabına ödəyəcəkdir.
M a d d ə 1 4
Razılığa gələn Tərəflər Ticarət Palataları arasında yaxın və səmərəli əməkdaşlığı təşviq etmək və zərurət yaranarsa, birgə ticarət palataları yaratmaq, kommersiya nümayəndə heyətlərini mübadilə etmək, bir-birinin məhsulları və bazar şəraiti ilə xxxxx olmaq məqsədilə xüsusi seminarlar və konfranslar təşkil etmək və bu məqsədlə zəruri vasitələri təmin etmək barədə razılığa gəldilər.
M a d d ə 1 5
Razılığa gələn Tərəflər öz fiziki və hüquqi şəxslərini beynəlxalq ticarət metodlarını tətbiq etməyə, ticarət ortaqlıqları/müəssisələri təsis etməyə və uzunmüddətli kommersiya əməkdaşlığı yaratmağa təşviq edəcəklər.
M a d d ə 1 6
Müqavilə Tərəfləri iki ölkə arasında sərhədyanı ticarət bazarlarının yaradılması barədə Saziş imzalamaq barədə razılığa gəldilər.
M a d d ə 1 7
Razılığa gələn Tərəflərin hər hansı birinin dövlət ərazisindən malların tranzit daşınması Razılığa gələn həmin Tərəfin milli qanunvericiliyinə və Razılığa gələn hər iki Tərəf üçün hüquqi baxımdan məcburi xxxx beynəlxalq sazişlərin müddəalarına müvafiq olaraq həyata keçiriləcəkdir.
M a d d ə 1 8
Razılığa gələn Tərəflər özlərinin Dövlət ərazisində bu Tərəflərin hər hansı birinin vətəndaşlarına milli qanunvericiliyə müvafiq olaraq məhkəmə hakimiyyəti tərəfindən bərabərhüquqlu rejimin təmin edilməsi barədə razılaşdılar.
M a d d ə 1 9
Razılığa gələn Tərəflər bərabər xxxxx nümayəndədən təşkil olunan, ildə və ya yarımildə bir dəfə növbə ilə, Razılığa gələn Tərəflərdən hər hansı birinin müraciəti əsasında, Razılığa gələn digər Tərəfin Dövlət ərazisində iclas keçirəcək Birgə İşçi Qrupu yaradacaqlar.
Birgə İşçi Qrupunun funksiyaları və vəzifələri aşağıdakılar olacaqdır:
1. Sözügedən Sazişin maddələrinin icrasının nəzərdən keçirilməsi.
2. Sözügedən Sazişin fəaliyyətindən irəli gələ bilən çətinliklərin aradan qaldırılması üçün həll yollarının təqdim edilməsi.
3. Qarşılıqlı ticarəti inkişaf etdirmək və diversifikasiya etmək yollarının nəzərdən keçirilməsi və öyrənilməsi, həyata keçirilməli xxxx müvafiq tövsiyələrin Müqavilə Tərəflərinə təqdim edilməsi.
4. İki ölkə arasında qarşılıqlı iqtisadi və kommersiya münasibətlərinin inkişafı ilə bağlı sənədlərin imzalanmasının nəzərdən keçirilməsi.
M a d d ə 2 0
Sözügedən Sazişin maddələrinin şərhi və ya icrası ilə bağlı yarana biləcək bütün məsələ və mübahisələr Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və dostluq danışıqları vasitəsilə həll olunacaqdır.
Sözügedən Saziş çərçivəsində fiziki və hüquqi şəxslər arasında bağlanmış iqtisadi və kommersiya müqavilələrindən yaranan bütün mübahisələr müvafiq müqavilələrin müddət və şərtləri əsasında həll olunacaqdır.
M a d d ə 2 1
Bu Sazişin müddəaları milli maraqların, ictimai sağlamlığın qorunması və ya xəstəliklərin, yaxud heyvanların və bitkilərin zərərvericilərinin qarşısının alınması ilə bağlı Razılığa gələn Tərəflərin hər hansı qadağa və ya məhdudiyyət qoymaq haqlarını məhdudlaşdırmayacaqdır.
M a d d ə 2 2
1993-cü il 28 oktyabr tarixində müvafiq olaraq 1372-ci il 6 aban tarixində Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında imzalanmış Ticarət Sazişi bu Sazişin qüvvəyə minməsindən sonra qüvvədən düşmüş hesab ediləcəkdir.
M a d d ə 2 3
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə bir-birinə göndərdikləri axırıncı yazılı bildirişin alınması tarixindən qüvvəyə minir və beş il müddətində qüvvədə qalacaqdır.
Bu Saxxx, Razılığa gələn Tərəflərdən biri Razılığa gələn digər Tərəfi onun qüvvəsinin uzadılmasını istəmədiyi barədə bu müddətin bitməsindən altı ay əvvəl məlumatlandırmayana qədər birillik müddətlərə uzadılacaqdır.
Razılığa gələn Tərəflər arasında digər razılığın olmadığı təqdirdə bu Sazişin bitməsindən sonra onun müddəaları müvafiq qaydada imzalanmış və icra edilən müqavilələrə münasibətdə bir il müddətində qüvvədə qalacaqdır.
Preambula və iyirmi üç maddədən ibarət olaraq Bakı şəhərində, 5 avqust 2004-cü ildə, müvafiq olaraq 15 mordad 1383-cü ildə iki əsl nüsxədə Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə ingilis dilində xxxx mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası İran İslam Respublikası Hökuməti adından Hökuməti adından
(imza) (imza)
“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlıq haqqında 2004-cü il avqustun 5-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2005-ci il
№ 835-IIQ
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlıq haqqında
S A Z İ Ş
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
hər iki ölkənin dövlət başçılarının ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə və genişləndirilməsinə xidmət edən siyasətindən irəli gələn tələbləri həyata keçirmək niyyətində olduqlarını bildirərək,
öz ölkələri arasında yaxın qonşuluq və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq,
qarşılıqlı şəkildə hər iki dövlətin suverenliyinə, ərazi bütövlüyünə hörmət edərək, çoxəsrlik tarixi və mədəni ənənələrinin mövcudluğunu qeyd edərək,
öz ərazilərində təhlükəsizliyin etibarlı təmin edilməsində həyata keçirilən hüquq mühafizə tədbirlərinin səmərəliliyinin yüksəldilməsində qətiyyətli olduqlarını, transmilli mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorizmə qarşı mübarizədə səylərinin birləşdirilməsinin əhəmiyyətini bəyan edərək,
qarşılıqlı əməkdaşlığın regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına müsbət və konstruktiv təsirini dərk edərək,
bərabərlik və qarşılıqlı fayda əsasında öz ölkələrinin qanunvericiliyini, beynəlxalq hüququn prinsip və normalarını, tərəfdar çıxdıqları beynəlxalq öhdəlikləri rəhbər tutaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Əməkdaşlığın sahələri
Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:
1) cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması üzrə, o cümlədən terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli növlərinə qarşı mübarizədə;
2) insan həyatına, sağlamlığına, hüquq və azadlığına və ləyaqətinə qarşı cinayətlərlə mübarizədə;
3) narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin onların hazırlanması prosesində istifadə olunan prekursorların qanunsuz dövriyyəsi ilə mübarizədə;
4) aidiyyəti beynəlxalq konvensiyalar, qanunlar və prinsiplər çərçivəsində narkomaniyanın qarşısının alınmasında;
5) saxta pasport, viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin, habelə saxta pulların və ya qiymətli kağızların, yaxud başqa ödəniş sənədlərinin hazırlanmasına və satılmasına qarşı mübarizədə;
6) qarşı Tərəfin qanunlarına əsasən ölkəyə gətirilməsi qadağan xxxx malların qaçaqmalçılığı ilə mübarizədə;
7) cinayətkar fəaliyyət nəticəsində əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (çirkli pulların yuyulması) qarşı mübarizədə;
8) silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və qurğuların, nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsinə qarşı mübarizədə;
9) qaçaqmalçılığın bütün təzahürləri, habelə incəsənət, tarixi, arxeoloji sərvət xxxx əşyalara qarşı cinayətkar qəsdlər ilə mübarizədə;
10) insan alverinə, xüsusilə qadın və uşaq alverinə qarşı mübarizədə;
11) İnterpolun hər iki ölkədəki milli mərkəzi büroları arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində;
12) dövlətlərarası müqaviləyə əsasən cinayət təqibindən gizlənən şəxslərin ekstradisiya olunmasında;
13) kompüter texnikasından, yüksək texnologiyalardan istifadə edilməklə törədilən cinayətlərə qarşı mübarizədə;
14) iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsində;
15) iki ölkənin milli təhlükəsizliyinə xələl gətirə biləcək fəaliyyətə qarşı mübarizədə;
16) öz dövlətinin ərazisində digər Tərəfin vətəndaşlarının şəxsi və mülkiyyət hüquqlarının, digər qanuni hüquq və mənafelərinin qorunması istiqamətində.
M a d d ə 2
Əməkdaşlığın istiqamətləri
Bu Sazişin 1-ci maddəsində göstərilən müddəaların milli qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsi üçün Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər:
1) mütəşəkkil cinayətkar dəstələrin və şəxslərin aşkar edilməsi və bununla əlaqədar məlumatların qarşı Tərəfə göndərilməsi;
2) transmilli mütəşəkkil cinayətkar dəstələr, onların müxtəlif formaları, qarşısının alınması yolları, habelə hər iki ölkənin və yaxud ölkələrdən birinin milli təhlükəsizliyi əleyhinə xxxx terrorçu qruplaşmalar barədə informasiya mübadiləsi üzrə;
3) mütəşəkkil cinayətkarlığa, terrorizmə, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu Sazişdə qeyd olunan bütün təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişafı üçün mütəxəssis və ekspertlərin mübadiləsi üzrə;
4) bu Sazişdə göstərilən cinayətlərə qarşı mübarizə və onların qarşısının alınması ilə əlaqədar qanunlara dair informasiya mübadiləsi üzrə;
5) Tərəflərin istəyi əsasında ayrı-ayrılıqda rəsmi razılaşmalar çərçivəsində hüquq mühafizə orqanları üçün lazımi təlimlərin keçirilməsi üzrə;
6) sərhədlərdə gediş-gəliş sahəsində nəzarət, eləcə də ölkədə beynəlxalq axtarışda xxxx əcnəbilərə dair informasiya və bu sahələrdə təcrübə mübadiləsi üzrə;
7) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların yeni növləri, o cümlədən narkotik vasitələrin tranzit daşınması üçün istifadə olunan yollar haqqında informasiya mübadiləsi üzrə;
8) narkotik vasitələrin və psixotrop maddələrin aşkar olunmasının yeni üsulları, onların qaçaqmalçılığında istifadə olunan texniki avadanlıq və kinoloq xidmətinin imkanları barədə təcrübə mübadiləsi üzrə;
9) hər iki ölkənin sərhədlərindən qanunsuz keçən və tərəflərdən birinin ərazisində icazəsiz məskunlaşmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin nəzarət sahəsində təcrübə mübadiləsi üzrə;
10) hüquq mühafizə orqanları əməkdaşlarının təlim keçmələri, qabaqcıl iş metodlarının öyrənilməsi sahəsində təcrübə mübadiləsi üzrə;
11) hər iki ölkə vətəndaşlarının qarşı ölkədə törətdikləri cinayət hadisələri və onlara təyin edilmiş cəza növləri barədə informasiya mübadiləsi üzrə;
12) silah, hərbi sursat, partlayıcı, nüvə, radioaktiv, kimyəvi maddələr və həyat üçün təhlükəli xxxx infeksiya törədicilərinin qanunsuz istehsalı ilə mübarizə sahəsində informasiya və təcrübə mübadiləsi üzrə;
13) cinayətlərin qarşısının alınması sahəsində birgə xxxx tədqiqatların keçirilməsi və bu məqsədlə qarşılıqlı ezamiyyətlərin təşkil edilməsi üzrə;
14) hüquq mühafizə fəaliyyəti ilə əlaqədar, xxxx tədqiqatların nəticələrinin və nəşr materiallarının mübadiləsi üzrə;
15) sərhədyanı məntəqələrdə hər iki Tərəfin sərhəd xidməti işçilərinin müntəzəm görüşlərinin təşkil edilməsi üzrə.
Bu maddədə qeyd olunan əməkdaşlıq əlaqələri Tərəflərin rəsmi müraciətləri əsasında müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
M a d d ə 3
Sazişin icrasına məsul xxxx orqanlar
Bu Saziş qüvvəyə mindikdən sonra, Tərəflər onun icrasına məsul xxxx dövlət orqanı haqqında diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırırlar.
Maddə 4
Müştərək Komissiya
Tərəflər əməkdaşlığın həyata keçirilməsi, onun yeni istiqamətlərinə dair təkliflərin hazırlanması və ya bu Sazişin mətnində ehtimal olunan dəyişikliklərin edilməsi, o cümlədən qarşılıqlı əlaqələrdə ortaya çıxan fikir ayrılıqları barədə qərar qəbul olunması məqsədilə müştərək komissiya təşkil edirlər.
Sazişin icrasına məsul xxxx dövlət orqanları müvafiq komissiyanın tərkibini təyin edərək, bu barədə diplomatik kanallar vasitəsilə digər Tərəfi məlumatlandırır.
Komissiyanın üzvləri hər iki tərəfdən bərabər xxxxx təşkil edilir və onun iclasları ildə bir dəfədən az olmayaraq, alternativ şəkildə Tərəflərin dövlətlərinin ərazisində keçirilir.
Təxirəsalınmaz hallarda Komissiyanın növbədənkənar iclası keçirilə bilər. Komissiyanın ilk iclası bu Saziş qanuni qüvvəyə mindikdən altı ay sonra keçirilə bilər.
M a d d ə 5
Sorğuların icrasından imtina etmə
Hər bir Tərəf, onun dövlətinin suverenliyinə, təhlükəsizliyinə, yaxud digər milli mənafelərinə zərər vura bilən, icrası milli qanunvericiliyi ilə ziddiyyət təşkil edən sorğunun icrasından tam və ya qismən imtina edə bilər.
Sorğunun icrasından tam və ya qismən imtina edildiyi halda, imtinanın səbəbi barədə digər Tərəf diplomatik kanallar vasitəsilə məlumatlandırılır.
M a d d ə 6
Konfidensiallığa riayət edilməsi
Tərəflərin aldığı məlumat və sənədlər konfidensial sayılır və onların məxfiliyi təmin edilir. Alınmış məlumat və sənədlər, yalnız onu təqdim edən Tərəfin müəyyən etdiyi qaydaya uyğun istifadə olunur və onu təqdim edən Tərəfin rəsmi razılığı əsasında üçüncü Tərəfə ötürülə bilər.
M a d d ə 7
Ziddiyyətlərin aradan qaldırılması yolları
Bu Sazişin müddəalarının təfsirində və onun icrasında Tərəflər arasında yaranan fikir ayrılıqları və ziddiyyətlər diplomatik kanallar və 4-cü maddədə göstərilən müştərək komissiya tərəfindən danışıqlar yolu ilə həll edilir.
M a d d ə 8
Sazişə əlavə və dəyişikliklərin edilməsi
Tərəflərin razılığı ilə bu Sazişdə dəyişikliklər və əlavələr edilə bilər. Bütün əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi hesab olunan protokollarla rəsmiləşdirilir və 11-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
M a d d ə 9
Maliyyə xərcləri
Bu Sazişin müddəalarının yerinə yetirilməsi zamanı yarana biləcək xərclərin məbləği 4-cü maddədə göstərilən müştərək komissiya tərəfindən müəyyən edilərək ödənilməsi təmin olunur.
M a d d ə 1 0
Öhdəliklər
Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
M a d d ə 1 1
Yekun müddəalar
Bu Saziş, tələb olunan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən sonuncu yazılı bildirişdən 30 gün sonra qüvvəyə minir və beş il müddətində qüvvədədir.
Əgər Tərəflərdən biri həmin müddətin bitməsinə altı ay qalmış bu Sazişi ləğv etmək haqqında digər Tərəfə diplomatik kanallar vasitəsilə rəsmi şəkildə bildiriş göndərməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılır.
Sazişin qüvvədə olma müddətinə daxil xxxx sorğular bu Sazişlə müəyyən olunmuş qaydada icra edilir.
Saziş 11 maddədən ibarət olmaqla Bakı şəhərində 5 avqust 2004-cü ildə (15.05.1383 h c) hər biri iki əsl nüsxədə Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır və bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandıqda, ingilis dilində xxxx mətn əsas götürülür.
Azərbaycan Respublikası İran İslam Respublikası Hökuməti adından Hökuməti adından
(imza) (imza)
2002-ci il mayın 20-də Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2002-ci il mayın 20-də Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1) Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitkilərin karantin xidməti sahəsində əməkdaşlıq haqqında Saziş;
2) Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
3) Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında Memorandum;
4) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında mədəni əməkdaşlıq haqqında Memorandum;
5) Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Bədən Tərbiyəsi Təşkilatı arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş;
6) Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əməkdaşlığa dair Memorandum.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci və 2-ci yarımbəndlərində göstərilən sənədlərin həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Gənclər, İdman və Turizm Nazirliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə tapşırılsın ki, bu Sərəncamın 1- ci bəndinin müvafiq olaraq 3-cü, 4-cü, 5-ci və 6-cı yarımbəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsünlər.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2002-ci il
№ 1021
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitkilərin karantin xidməti sahəsində
əməkdaşlıq haqqında SAZİŞ
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti,
iki ölkə arasında toxum, əkin materialları, eləcə də digər kənd təsərrüfatı məhsullarının idxal, ixrac və tranziti sahəsində əməkdaşlıq etmək,
habelə bir-birinin ərazisinə karantin orqanizmlərinin keçməsinin və onların vurduğu zərərin qarşısını almaq,
toxum, əkin materialları və digər bitki mənşəli məhsulların ticarəti və mübadiləsi məqsədi ilə, aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Razılığa gələn hər bir Tərəfin müvafiq siyahılarında (bu Sazişin tərkib hissəsi hesab olunur) göstərilən ziyanvericilər, xəstəliklər və alaq otları (bundan sonra "karantin orqanizmləri" adlandırılacaq) Razılığa gələn Tərəflər üçün karantin obyekti kimi qəbul olunur.
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları gələcəkdə karantin orqanizmlərinin siyahısında dəyişiklik edə bilərlər. Siyahının dəyişməsi haqqında məlumat diplomatik kanallar vasitəsi ilə verildikdən 60 gün sonra qüvvəyə minir.
M a d d ə 2
Razılığa gələn Tərəflər karantin orqanizmlərinin daşıyıcısı xxxx yüklərin idxalı, ixracı və tranziti zamanı bir-birinin ərazisinə karantin orqanizmlərinin gətirilməsinin vaxtında qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirəcəklər:
ərazilərində yeni karantin orqanizmi müşahidə olunduqda, yayılması və ona qarşı mübarizə tədbirləri haqqında bir-birinə yazılı məlumat verilməsi;
karantin orqanizmlərinin daşıyıcısı xxxx yüklərin (məhsulların) ixracı, idxalı və tranzitini tənzimləyən, qüvvədə xxxx fitosanitar qaydalara əlavə və ya dəyişikliklər haqqında yazılı məlumatın təmin edilməsi;
karantin orqanizmlərinin aşkar olunması tədbirlərinin həyata keçirilməsində qarşılıqlı xxxx və texniki kömək və əməkdaşlıq edilməsi;
karantin orqanizmlərinə qarşı mübarizə məqsədi ilə digər Tərəfin xahişi ilə bitkilərin karantin xidməti sahəsi üzrə mütəxəssis qrupunun göndərilməsi.
M a d d ə 3
Razılığa gələn Tərəflər karantin orqanizmlərinin yayılmasına səbəb ola biləcək əkinə yararlı toxumların, bitki məhsullarının və digər malların ixracı, idxalı və tranzit daşınması zamanı hər birinin ərazisində karantinə dair qanun və qaydalara riayət etməyi öhdələrinə götürürlər. Bu Sazişə aid edilən malların idxalı, ixracı və tranziti zəruri hallarda Razılığa gələn hər iki Tərəfin aidiyyəti orqanları tərəfindən əvvəlcədən müəyyən olunan sərhəd- keçid məntəqələrində həyata keçiriləcəkdir.
M a d d ə 4
Karantin orqanizmlərinin daşıyıcısı xxxx, fitosanitar nəzarət tələb olunan hər xxx partiyası yola salınan vaxt ixrac edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanları yükün fitosanitar tələblərinə cavab verməsi və canlı karantin orqanizmlərinin olmamasını təsdiq edən fitosanitar sertifikatı, yükü idxal edən Razılığa gələn Tərəf isə qarşılıqlı olaraq idxal karantin icazəsi verəcəkdir.
M a d d ə 5
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları karantin orqanizmlərinin daşıyıcısı xxxx xüsusi malların idxalı zamanı həmin xxxxxxx qanunda nəzərdə tutulmuş qaydada əlavə fitosanitar tələblər qoymaq hüququna malikdirlər.
M a d d ə 6
Karantin nəzarətində xxxx yüklərin ixracı zamanı qablaşdırıcı material kimi karantin obyektlərinin daşıyıcısı olmayan (torpaqdan azad) kağız, plastik və qeyri-bitki mənşəli materiallardan istifadə oluna bilər. Karantin orqanizmlərinin yayıcısı xxxx yükləri daşıyan nəqliyyat vasitələri diqqətlə təmizlənməli və lazım gəldikdə zərərsizləşdirilməlidir.
M a d d ə 7
Razılığa gələn Tərəflərin müvafiq orqanları fitosanitar nəzarət zamanı karantin nəzarətində xxxx yüklərdə karantin orqanizmi aşkar etdikdə onu ixrac edən ölkəyə xxxx qaytara və ya zərərsizləşdirə bilər. Zərərsizləşdirmək imkanı olmadıqda öz ölkəsinin bitki karantini qaydalarına müvafiq şəkildə onları məhv edirlər.
İdxal edən ölkənin səlahiyyətli orqanları görülmüş tədbirlər barədə müvafiq məlumatları yazılı şəkildə Razılığa gələn digər Tərəfin səlahiyyətli orqanlarına göndərir.
Karantin orqanizmləri ilə sirayətlənmiş yükün geriyə qaytarılmasına, məhv edilməsinə yaxud zərərsizləşdirilməsinə çəkilən xərcləri yükü göndərən Tərəf və yaxud onun nümayəndəsi ödəməlidir.
M a d d ə 8
Razılığa gələn Tərəflərin müvafiq səlahiyyətli orqanları qarşılıqlı əsasda öz dövlətlərinin ərazisində lazım gəldikdə (2 ildə bir dəfədən az olmayaraq), bu Sazişdəki öhdəliklərin həyata keçirilməsi ilə əlaqədar xxxx mübahisələrin həll edilməsi, habelə bitki karantini sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsi məqsədi ilə məsləhət xarakterli görüşlər və iclaslar keçirəcəklər;
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları iclasların tarixi və yerini, müzakirəyə qoyulan məsələlərin siyahısını müəyyən edəcəklər. İclaslar arasındakı dövr ərzində bitki karantin xidmətinə aid aktual məsələlərlə əlaqədar təkliflərin hazırlanması üçün Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında xüsusi işçi qrup yaradıla bilər;
iclasların keçirilməsi, nümayəndələrin yemək və qalma xərcini iclası təşkil edən dövlət ödəyir. Razılığa gələn Tərəflərdən hər biri öz nümayəndəsinin yol xərcini ödəyir.
M a d d ə 9
Razılığa gələn Tərəflərin aşağıdakı müvafiq orqanları bu Sazişin həyata keçirilməsini təmin edəcəklər:
Azərbaycan tərəfindən: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; İran tərəfindən: İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi.
Bu Sazişin həyata keçirilməsi məqsədi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları diplomatik kanallar vasitəsi ilə əlaqə saxlayacaqlar.
Bu Sazişin həyata keçirilməsi zamanı qarşıya çıxa biləcək mübahisələr Razılığa gələn Tərəflərin mütəxəssisləri tərəfindən məsləhətləşmələr yolu ilə həll ediləcəkdir. Bu yolla istənilən nəticələrin əldə olunmadığı təqdirdə məsələlər diplomatik kanallar vasitəsi ilə həll ediləcəkdir.
M a d d ə 1 0
Bu Saziş Razılığa gələn Tərəflərin beynəlxalq təşkilatlar və üçüncü ölkələrlə əlaqələrindən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirməyəcəkdir.
M a d d ə 1 1
Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla son yazılı xəbərdarlığın alındığı tarixdən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədə qalır.
Əgər Razılığa gələn Tərəflərdən heç biri müvafiq müddətin qurtarmasına 6 ay qalmış Sazişin qüvvəsini ləğv etmək niyyəti barədə diplomatik kanallarla yazılı xəbərdarlıq etməzsə, Xxxxxxx qüvvəsi avtomatik olaraq növbəti 5 illik müddətə uzadılır.
Saziş Tehran şəhərində 2002-ci il mayın 20-də, müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə iki əsl nüsxədə hər biri Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır. Hər üç mətn eyni qüvvəyə malikdir.
Bu mətnlərin təfsirində fikir ayrılığı olarsa, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Razılığa gələn Tərəflərin razılaşdırdıqları bu Sazişin əsas mətni Razılığa gələn hər iki Tərəfin bitki karantin orqanizmlərinin siyahısı xxxx iki nüsxədə iki əlavə ilə tamamlanmışdır.
Azərbaycan Respublikası İran İslanı Respublikası
Hökuməti adından Hökuməti adından
(imza) (imza)
Annex 1. LIST
OF NOT FOUND AND LESS SPREAD QUARANTINE OBJECTS IN THE TERRITORY OF THE REPUBLIC OF AZERBAIJAN
A.l. NOT FOUND QUARANTINE OBJECTS IN THE REPUBLIC OF AZERBAIJAN Pests
Asiya pambıq sovkası | Spodoptera litura Fabr. |
Amerika yonca minyoru | Liriomyza trifolii (Burg) |
Ağhaşiyəli böcək | Pantormorus leucoloma Boh. |
Aralıq dənizi meyvə milçəyi | Ceratitis capitata Xxxx. |
Xxxx milçəyi | Rhaqoletis pomonella Xxxxx. |
Xxxx qızılböcəyi | Agrilus mali Mats |
Armud odlucası | Numonia pyrivorella Mats. |
Böyük narıngi milçəyi | Tetradacus citri Chen. |
Qərb qarğıdalı böcəyi | Diabrotica virgifera virgifera |
xx Xxxxx | |
Əncir mumlu yalançı | Ceroplastes rusci L. |
qalxanlı yastıcası | |
Yaponiya böcəyi | Popillia japonica Newm |
Kapro böcəyi | Trogoderma qranarium Ev. |
Kartof güvəsi | Phthorimaea operculella Xxxx. |
Misir pambıq sovkası | Spodoptera littoralis Boisd. |
Portağal qalxanlı yastıcası | Unaspis citri Comst. |
Pambıq güvəsi | Pectinophora qossypiella Saund |
Palma tripsi | Thrips xxxxx Xxxxx |
Tut qalxanvari yastıcası | Pseudaulacaspis pentagona Targ. |
Unlu sitrus yastıcası | Pseudococcus gahani Green |
Çin toxumyeyəni | Callosobruchus chinensis L. |
Tək ipək sarıyan (Asiya rasası) | Lymantria dispar L (asian race) |
Şaftalı meyvəyeyəni | Carposina niponensis Wlsghm. |
Şərq sitrus qalxanlı yastıcası | Unaspis yanonensis Kuw. |
Şərq unlu yastıcası | Pseudococcus citriculus Green. |
Şərq pambıq uzunburunu | Anthonomus grandis Baheman |
Tüklü ağqanadlısı | Aleurothrixus floccosus Mask |
Pambıq ağqanadlısı | Bemisia tabaci Gennadius |
Qərənfil yarpaqbükəni | Cocoecimorpha pronubana Xxxxxxx |
Qara sitrus ağqanadlısı | Aleurocanthus woglumi Xxxxx |
Meyvə uzunburunu | Conotrachelus nenuphar Xxxxxx |
Balqabaq milçəyi | Xxxxx ciliatus Xxxx |
Zolaqlı meyvə güvəsi | Anarsia lineatella Xxxxxx |
Pambıq sovkası | Heliothis armigera Hübner |
Qara yalançı qalxanlı yastıcası | Parasaissetia nigra Nietner |
Minalayıcı sitrus güvəsi | Phyllocnistis citrella Stainton. |
Zeytun yalançı qalxanlı yastıcası | Saissetia oleae Olivier |
Tikanlı yastıca | Earias insulana Boisd |
Əməköməci güvəsi | Pectinophora malvella Hb. |
Pambıq ağqanadlısı | Bemisia tabaçi |
Şərq yemiş milçəyi | Bactrocera cucurbitae |
Nematodes
Qızılı kartof nematodu | Globodera rostochiensis (Xxxx) M. et St. |
Kolumbiya kök fır nematodu | Meloidogyne chitwoodi Xxxxxx et al. |
Solğun kartof nematodu | Globodera pallida (Stone) Xxxxxx et Xxxxx. |
Xxx gövdə nematodu | Bursaphelenchus xylophilus (Xxxxxxx et Xxxxxx) Xxxxxx. |
Xxxxx nematodu | Anquina tritici Steinb |
Düyü nematodu | Aphelenchoides besseyi Christie |
Kartof gövdə nematodu | Ditylenchus destructor Xxxxxx |
Gövdə nematodu | Ditylenchus dipsaci (Kiihn) Feli |
Plant morbifics fungues
Buğdanın Hindistan sürməsi | Tilletia (Neovossia) indica Mitra. |
Qarğıdalıda cənub helmintosporiozu, T-rassası | Cochliobolus Heterostrophus (Xxxxxxxxx) Xxxxxxxxx Pasa T. (Helmintosporium maydis Nisicado et Xxxxxx). |
Qarğıdalıda diplodioz | Stenocarpella macrospora Xxxxxx. (Stenocarpella xxxxxx Xxxxxx). |
Qarğıdalı yarpağının ləkəlikliyi | Cochliobolus carbonum X.X. Xxxxxx |
Günəbaxanda fomopsis | Phomopsis helianthi |
Kartof xərçəngi | Synchytrium endobioticum (Xxxxxx.) Xxxxxxxx. |
Pambığın antraknozu | Glomorella qossypii (South) Xxxxxxxx. |
Payızgülü (xrizantem) askoxitozu | Didymella chrysanthemi. |
(Tassi) Gar. et. Gull. | |
Payızgülünün xx xxxx | Puccinia horiana X. Xxxx. |
Kartof (yumrulannın) sürməsi | Anqiosorus solani Thirumet. X-Xxxxx |
Texas kök çürüməsi | Phymatotrichopsis omnivorum (Xxxxxx) Duggar. |
Malsekko - infeksion quruma | Deuterophoma tracheipnila Petri |
Sitrus bitkilərinin ziyilliliyi | Elsinoe fawcettil Bitanjourt |
Qərənfıldə fialofonoz soluxma | Phialophora cinerescens (Xxxxxxxxxxx) xxx Xxxxx |
Kartofda qanqrena, Famos | Phoma exigua var. fovcata |
Buğdanın xxxxxx sürməsi | Tilletia cotroversa Xxxx |
Qladiolusda pas | Uromuces tansversalis |
Bacteria
Qarğıdalının bakterial soluxması (vilt) | Erwinia stewartii (Xxxxx) Dye. |
Düyüdə bakterial zolaqlılıq | Xanthomonas oryzae pv. oryzicola (Fang et al) Swings et al. |
Düyünün bakterial yanığı | Xanthomonas oryzae pv. oryzae (Ishiyama) Swings et al |
Kartof yumrularında halqavari bakterial çürümə | Clavibacter michiganensis subsp sepedonicum (Xxxxxxxxxxxx and Xxxxxxxx) Xxxxx et al. |
Kartofun qonur çürüməsi | Ralstonia solanasearum (Xxxxx) Xxxxxxxx et al. |
Meyvə ağaclarının yanığı | Erwinia amylovora (Xxxxxxx) Xxxxxxx et al |
Sitrus bitkilərinin xərçəngi | Xanthomonas campestris pv. citri. |
Qərənfildə bakterial soluxma | Pseudomonas caryophylli Xxxxxxxxxx |
Fındıqda bakterioz | Xanthomonas campectris pv. Corylina |
Lobyada bakterial yanıq | Xanthomonas campectris pv. Phaseoli |
Pomidorda bakterial dəmgil | Xanthomonas campestris pv. Vesicatori |
Şabalıd gövdə yanığı | Oruphonectria parasitica |
Viruces
Sitrus virusu | Tristeza virus |
Weeds
Ağçiçəkli senxrus (lövbərli) | Cenhrus pauciflorus Benth |
(tribuloides L.). | |
Zolaqyarpaqlı quşüzümü | Solanum elaeaqnifolium Cav.. |
Xxxxxxxx quşüzümü | Solanum carolinense L. |
Striqa (bütün növləri) | Striqa (sp. sp.). |
Tumurcuqlu gəndalaş | Iva axillaris Pursh. |
Üçrəngli quşüzümü | Solanum triflorum L. |
Üçdilimli ambroziya | Ambrosia trifida L. |
Çoxillik ambroziya | Ambrosia psilostachya D.C. |
A 2. LESS SPREAD QUARANTINE OBYECTS IN TNE REPUBLIC OF AZERBAIYAN
Pests
Avstraliya şırımlı yastıcası | Icerya purchasi Mask. |
Amerika ağ kəpənəyi | Hyphantria cunea Xxxxx. |
Şərq meyvəyeyəni | Grapholitha molesta Busck. |
Kaliforniya qalxanlı yastıcası | Quadraspidiotus perniciosus |
Comst. | |
Kolorado kartof böcəyi | Leptinotarsa decemlineata Say. |
Komstok yastıcası | Pseudococcus comstocki Kuw. |
Yaponiya yalançı qalxanlı | Ceroplastes japonicus Green. |
mumlu yasticası | |
Yaponıya çöpvari qalxanlı yastıcası | Lopoleucaspis japonica Ckll |
Sitrus ağqanadlısı | Dialeurodes citri Ashm. |
Filoksera | Viteus vitifolii Fitch. |
Dördləkəli dənyeyən | Callosobruchus maculatus F. |
Weeds
Yovşan yarpaqlı ambroziya | Ambrosia artemisiifolia L. |
Sarı sarmaşıq | Cuscuta sp.sp. |
Sürünən kəkrə (çəhrayı) | Acroptilon repens D.C. |
Tikanlı quşüzümü | Solanum rostratum Dun. |
Annex 2.
LIST OF QUARANTINE RESTS OF IRAN (AL)
Bacteria:
Citrus greening bacterium (Liberobacter spp.) Clavibacter michiganensis sub sp.insidiosus Xxxxx et al.
Clavibacter michiganensis sub sp. michiganensis Xxxxx et al. Clavibacter michiganensis sub sp.sepedonicus Xxxxx et al.
Clavibacter xyli var. xyli Xxxxx et al.
Curtobacterium flaccumfaciens pv. flaccumfaciens Xxxxxxx & Xxxxx Erwinia stewartii Xxxxxxxx et al.
Pseudomonas caryophylli Xxxxx & Xxxxxxxxxx Pseudomonas savastanoi Xxxxxx et al.
Pseudomonas syringae pv. lachrymans Xxxxx et al. Pseudomonas syringae pv. persicae Xxxxx et al.
Pseudomonas syringae pv. pisi Xxxxx et al. Pseudomonas syringae pv. xxxxxx Xxxxx et al. Ralstonia solanacearum Race:I & II Xanthomonas albilineans Dowson Xanthomonas axonopodis pv. Citri Dye Xanthomonas campestris pv. glycines Dye Xanthomonas campestris pv. hyacinthi Dye Xanthomonas campestris pv. pruni Dye Xanthomonas campestris pv. sesami Dye Xanthomonas campestris pv. vasculorum Dye Xanthomonas fragariae Xxxxxxx & Xxxx Xanthomonas oryzae pv. oryzae Swings et al. Xanthomonas oryzae pv. oryzicola Swings et al. Xylella fastidiosa Xxxxx et al.
Xylophilus ampelinus Xxxxxxx et al. Mycoplasma-like-organisms(Phytoplasmas)
Apple proliferation Apricot chlorotic leafroll Cherry lethal yellows
European Stone fruit yellows Grapevine yellows disease
Lime witches broom(Phytoplasma aurantifoli) Palm lethal yellowing
Peach x disease Peach rosette Peach yellows Pear decline Potato stolbur
Sugarcane grassy shoot Fungi:
Ceratocystis fagacearum Xxxx Ceratocystis fimbriata f. sp.platani Colletotrichum lagenarium Ell&Halsled Cryphonectria parasitica Xxxx
Deuterophoma tracheiphila Xxxxxxxxxxx&Xxxxxxxxxx
Diaporthe helianthi Muntanola- Cvetkovic/ Xxxxxxxxxxx& Petrov Diaporthe phaseolorum var.caulivora Athow & Xxxxxxxx Didymella chrysanthemi Xxxxxxxxx & Xxxxxxx
Endocronartium harknessii X.Xxxxxxxxx Exobasidium vexans Xxxxxx
Fusarium oxysporum f.sp. albedinis Xxxxxx Fusarium oxysporum f.sp.ciceris Xxxxx &Sato Glomerella gossypii Xxxxxxxx
Guignardia bidwellii Xxxxx & Ravaz Guignardia citricarpa Xxxxx
Gymnosporangium asiaticum Miyabe ex Yamam Gymnosporangium joniperi-virginianae Schwein Mycosphaerella arachidis Deighton Mycosphaerella dearnessii Xxxx
Mycosphaerella fijiensis M . Morelet Mycosphaerella melonis Xxxx
Mycosphaerella musicola X . Xxxxx ex X . X . Xxxxxx Phaeoramularia capsicicola Deighton
Phialophora gregala W . Gams Phomopsis sclerotioides V. Kesteren Phomopsis viticola Sacc Phymatotrichopsis omnivora Hennebert Phytophthora cinnamomi Rands
Phytophthora fragariae var. fragariae Xxxxxxx Phytophthora megasperma f.sp.glycines XX Xxxx & Xxxxx Plasmopara halstedii Xxxx & de Xxxx
Peronosclerospora maydis X. Xxxx Peronosclerospora philippinensis X. X. Xxxx Peronosclerospora sacchari Xxxxxx & Xxxx Peronosclerospora sorghi X.X.Xxxx Puccinia arachidis Speg.
Puccinia kuehnii Xxxxxx
Puccinia melanocephala H.&P.Xxxxx Puccinia pittieriana Xxxx Sclerophthora macrospora
Septoria lycopersici
Sphaceloma arachidis Bitancourt & Xxxxxxx Stenocarpella macrospora (Xxxxx)X.Xxxxxx Stenocarpella maydis (Xxxx.)X. Xxxxxx Synchytrium endobioticum (Xxxxxx.)Xxxxxxxx Thecaphora solani Xxxxxx
Tilletia barclayana (Bref.) Sacc&P.Syd. Ustilago scitaminea (Syd.) Xxxxx
Insects & other arthropods Acrobasis pirivorella
Adoxophyes orana Xxxxxxx von Roeslerstamm
Aleurocanthus spiniferus Xxxxxxxxxx Anastrepha fraterculus Xxxxxxxxx Anastrepha ludens Xxxx
Anastrepha obliqua Macquart Anastrepha suspensa Xxxx Anthonomus grandis Boheman Bactrocera cucurbitae Coquillett Bactrocera dorsalis Xxxxxx Bactrocera oleae Gmelin Bactrocera tryoni Froggatt Blastophagus minor Xxxxxx Blastophagus piniperda Linnaeus Blitopertha orientalis Waterhouse Bupalus piniarius Linnaeus Cacoecimorpha pronubana H-bner Carposina niponensis Walsingham Ceratitis capitata Xxxxxxxxx Ceratitis xxxx Xxxxxx
Cicadulina mbila Xxxx. Coccus viridis Green Conotrachelus nenuphar Xxxxxx
Contarinia sorghicola Coquillett Cosmopolites sordidus Germar Cryptophlebia leucotrata Meyrick Cydia molesta Busck
Cydia prunivora Xxxxx Dendroctonus micans Kugelann Diaphorina citri Kuwayana Diarthronomyia chrysanthemi Diatraea saccharalis
Diprion pini Linnaeus Earias fabia Xxxxx
Empoasca devastans Diatant Eotetranychus sexmaculatus Xxxxx Epiphyas postvittana Xxxxxx Epitrix tuberis Xxxxxxx
Eriophyes tulipae Xxxxxx Frankliniella occidentalis Xxxxxxxx Gilpinia hercyniae Xxxxxx Gonipterus scutellatus Gyllenhal Graphognatus leucoloma Boheman Helicoverpa zea Xxxxxx
Hylobius abietis Linnaeus Hyphantria cunea Xxxxx
Ips amitinus Echihoff Ips cembrae Heer
Ips duplicatus Xxxxxxxx Ips xxxx Say
Ips typographus Linnaeus Iridomyrmex humilis
Liriomyza huidobrensis Xxxxxxxxx Liriomyza sativae Xxxxxxxxx Lyniantria monacha Linnaeus Mayetiola destructor Sey Metamasius hemipterus Linnaeus Monochamus alternatus Hope Opogona sacchari Bojer Otiorhynchus sulcatus Fabricius Parabemisia myricae Kuwana Paramyelois lransitella Xxxxxx Parasaissetia nigra Nietner Pecfiniphora scutigera Xxxxxxxx Pentalonia nigronervosa Coquerel Perkinsiella saccharicida Kirkaldy Phoracantha semipunctata Fabricius Phylloxera vastatrix Planch Pissodes castaneus Xxxxxx
Popillia japonica Xxxxxx Prays citri Milliere
Prays oleae Xxxxxxx Pristiphora abietina Xxxxxx Prostephanus truncatus Horn Pseudococcus gahani Green Rhagoletis pomonella Xxxxx Scirtothrips aurantii Faure Sesamia inferens Xxxxxx Sirex noctilio Fabricius Spodoptera xxxxxxxx Xxxxxx
Spodoptera frugiperda X.X.Xxxxx Spodoptera litura Fabricius Steneotarsonemus laticeps Xxxxxxx Sternochetus mangiferae Thaumatopoea pityocampa Fabricius Thrips xxxxx Xxxxx
Toxoptera citricidus Kirkaldy Trioza erytreae Del Xxxxxxx Unaspis yanonensis Kuwana
Viruses & Viroids
Andaen potato latent tymovirus Andaen potato mottle comovirus Arabis mosaic nepovirus
Barley stripe mosaic hordeivirus Bean pod mottle comovirus Broad bean mottle bromovirus
Broad bean true mosaic comovirus Citrus leaf rugose ilarvirus
Citrus ringspot virus
Citrus tatter leaf capillovirus
Citrus vein enation virus
Grapevein chrome rnosaic nepovirus Indian peanut clump furovirus Maize straek geminivirus
Onion yellow dwarf potyvirus Pea early xxxxxxxx tobravirus Pea seed-born mosaic potyvirus Peach latent mosaic viroid Peach rosette mosaic nepovirus Peanut stripe potyvirus
Plum pox potyvirus Potato spindle tuber viroid
Potato yellow dwarf rhabdovirus Potato yellow mosaic gemivirus Raspberry ringspot nepovirus
Rice black - streaked dwarf fijivirus Rice hoja xxxxxx tenuivirus
Rice tungro badnavirus
Rice yellow mottle sobemovirus Satsuma dwarf nepovirus Strawberry latent ringspot nepovirus Strawberry vein bandig caulimovirus Sugarcane fiji disease figivirus Tomato ringspot nepovirus
Tomato spotted xxxx tospovirus Tomato yellow leaf curl geminivirus
Nematodes
Anguina agrostis Filipjev Anguina funesta Anguina graminis
Aphelenchoides fragariae Christie Aphelenchoides oryzae Yokoo Aphelenchoides ritzemabosi xxxxxxx & Xxxxxx Belonolaimus spp.
Bursaphelenchus mucronatus Bursaphelenchus xylophilus Nickle Ditylenchus angustus Filipjev Globodera rostochiensis Xxxxxxx Globodera pallida Xxxxxxx Heterodera cajani
Heterodera glycines Ichinohe
Heterodera oryzae Luc & Xxxxxx Xxxxxxxx Heterodera punctata Xxxxxx
Heterodera tabacum Heterodera zeae Xxxxx et al.
Hirschmanniella xxxxxx Xxx & Xxxxxx Longidorus elongatus Xxxxxxxxxx
Meloidogyne chitwoodi Golden, X'Xxxxxx, Xxxxx & Xxxxxx Meloidogyne graminocola Golden & Xxxxxxxxxx Meloidogyne naasi Xxxxxxxx
Nacobbus spp.
Paratrichodorus christiei Xxxxxxx Pratylenchus cocophilus
Pratylenchus coffeae Xxxxxxxx & Xxxxxx
Pratylenchus goodeyi Xxxx & Xxxxx Pratylenchus vulnus Xxxxx & Xxxxxx Radopholus similis Xxxxxx Radopholus citrophilus Xxxxxx Rhadiaphelenchus sp.
Rotylenchulus reniformis Xxxxxxx & Xxxxxxxx Xiphinema americanum Xxxx
Weeds
Aeshynomene indica L. Acanthospermum hispidum D.C. Amaranthus blitoides S.Wats Ambrosia artemisiifolia L. Ambrosia maritima L.
Ambrosia psilostachya D.C. Ambrosia trifida L.
Axyris amaranthoides L.
Bidens bipinnata L.
Cassia occidentalis L.
Cassia tora L.
Cenchrus pausiflorus Benth Croton capitatus Michx Cuscuta approximata Bab. Cuscuta epilinum Weiche Cuscuta epithymum Xxxx Cuscuta europaea L. Danthonia calycina Rehb Diodia xxxxxx Xxxx
Emex australis Steinh Emex xxxxxxx Campdera Euphorbia dentata Michx Euphorbia marginata Pursh
Helianthus californicus D.C. Helianthus ciliaris D.C. Helianthus lenticularis Dougl Helianthus petiolaris Xxxx Helianthus sacabrrimus Benth Ipomoea hederacea Jacq
Iva axillaris Pursh Jacquemontia tamnifolia Griseb Orobanche spp.
Polygonum pensilvanicum L. Raimania laciniata Hill.
Salvia lanceifolia Xxxx Xxxxxxxx exaltata xxxx
Sesbania macrocarpa Muhl ex Rafin Solanum carolinense L.8
Solanum elaeagnifolium Cav Solanum heterodoxum Solanum rostratum Dum Solanum triflorum Xxxx Striga euphrasioides Benth Striga hermonthica Benth Striga lutea Lour
Striga orobanchoides Benth
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti,
öz ölkələrində baytarlıq sahəsində xəstəliklərin aradan qaldırılması və profilaktikasında qarşılıqlı əməkdaşlığı təşviq edərək,
aşağıdakılar haqqında razılığa gəldilər:
M a d d ə 1
Tərəflər heyvanların və quşların xəstəliklərinin aradan qaldırılması və buna nəzarətin üzrə informasiya mübadiləsini həyata keçirəcəklər.
M a d d ə 2
Tərəflər texniki, profilaktiki, sağlamlıq tələbləri və habelə baytarlıq məlumatları, məhsulları, vaksinlər və dərmanlara dair protokollar hazırlayacaqlar. Bu protokollar Anlaşma Memorandumunun tərkib hissələri olacaqdır.
M a d d ə 3
Tərəflərin baytarlıq təşkilatları dövlətdaxili qanunlarına uyğun olaraq, heyvanların sağlamlığı və onunla əlaqədar məsələlər haqqında məlumat verən mərkəz kimi fəaliyyət göstərəcək, digər Tərəfin ölkəsinə ixrac olunmamışdan əvvəl heyvan və quşların sağlamlığı haqqında, habelə heyvandarlıq məhsullarının keyfiyyətinə zəmanət verən baytarlıq sertifikatları verəcəklər.
M a d d ə 4
Tərəflər baytarlıq sahəsində tədqiqatların aparılması, tədris, xxxx işlərin görülməsi üçün avadanlıqların alınması və heyvanların sağlamlığı, texniki və profilaktiki tədbirlərin mübadiləsi üzrə baytarlıq mütəxəssislərini bir-birinin ölkəsinə ezam edəcəklər.
M a d d ə 5
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi zamanı yaranacaq mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə həll olunacaqdır.
M a d d ə 6
Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliklər edilə bilər. Həmin dəyişikliklər bu Anlaşma Memorandumunun tərkib hissəsi hesab ediləcəkdir.
M a d d ə 7
Anlaşma Memorandumu Tərəflərin digər razılaşmalarına və ya beynəlxalq və regional öhdəliklərinə xələl gətirməyəcəkdir.
M a d d ə 8
Bu Anlaşma Memorandumu Tərəflərin müvafiq dövlətdaxili prosedurlarının tamamlandığını bir-birinə xəbər verəcəkləri iki bildirişdən sonuncusunun alınması tarixindən qüvvəyə minəcəkdir.
M a d d ə 9
Bu Anlaşma Memorandumu qüvvəyə mindiyi tarixdən dörd il müddətində qüvvədədir və əgər Tərəflərdən biri digər Tərəfə bu müddətin qurtarmasına ən azı altı ay qalmış yazılı şəkildə Anlaşma Memorandumunun qüvvəsini ləğv etmək və ya maddələrinə yenidən baxmaq istəyini bildirməzsə, onun qüvvədə olma müddəti bir il uzadılacaqdır.
Bu Anlaşma Memorandumu Tehran şəhərində 2002-ci il mayın 20-də müvafiq olaraq 30 ordibehşt 1381- ci ildə iki əsl nüsxədə Azərbaycan, fars və ingilis dillərində tərtib olunmuşdur. Bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı olduğu təqdirdə ingilis mətninə istinad olunacaqdır.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | İran İslam Respublikası Hökuməti adından (imza) |
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında
MEMORANDUM
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Təhsil Nazirliyi və İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi,
bu dövlətlərin xalqları arasında tarixi dostluq köklərinə əsaslanaraq, ənənəvi Azərbaycan-İran əlaqələrini nəzərə alaraq,
bərabərhüquqlu əməkdaşlığa ikitərəfli marağı dərk edərək,
təhsil və elm sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə və dəstəkləməyə çalışaraq, qarşılıqlı münasibətlərində və təhsil siyasətində ümumbəşəri dəyərlərin üstünlüklərini qeyd edərək;
dövlət təhsil və elm sistemini hər iki dövlətin vətəndaşlarının hərtərəfli inkişafına xidmət edən mühüm bir sistem kimi qəbul edərək,
xxxx, təşkilati-metodiki və informasiya sahəsində əməkdaşlığa hazır olduqlarını bildirərək, aşağıdakılar haqqında razılığa gəldilər:
M a d d ə 1
Tərəflər hər bir ölkədə mövcud qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq iki dövlətin universitetləri və ali təhsil müəssisələri arasında bərabər hüquq və qarşılıqlı hörmət prinsipləri əsasında təhsil, elm və tədqiqat sahələrində əməkdaşlığı inkişaf etdirəcək və ona yardım edəcəklər.
M a d d ə 2
Tərəflər öz səylərini əməkdaşlığın aşağıdakı istiqamətlərinə yönəldəcəklər:
ali təhsil daxil olmaqla təhsilin idarəetmə və planlaşdırma xxxx xxxxx sahələrində təcrübə mübadilələrinin həyata keçirilməsi;
stajkeçmə, ixtisasartırma və doktorantura səviyyəsində ekvivalent mübadilə əsasında mütəxəssislərin hazırlanması;
humanitar, təbiət, texniki, pedaqoji elmlər sahəsində qarşılıqlı maraq kəsb edən sahələr üzrə, xüsusilə bu dövlətlərin xalqlarının tarixi keçmişi ilə əlaqədar birgə xxxx tədqiqatların həyata keçirilməsi;
Azərbaycan, fars dili və ədəbiyyatı kafedralarının hər iki ölkənin universitetlərində və ali təhsil müəssisələrində yaradılması və inkişaf etdirilməsi;
M a d d ə 3
Tərəflər hər iki dövlətin universitetləri və ali təhsil müəssisələri tərəfindən təhsil, ixtisas, xxxx dərəcə və adlar barədə verilmiş sənədlərin tanınması ilə bağlı məsələləri nizama salmaq məqsədi ilə lazımi işlərin aparılması üçün Komissiya yaradılmasına köməklik göstərəcəklər.
M a d d ə 4
Tərəflər bir-birinin universitetləri və ali təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatı və fars dili və ədəbiyyatının öyrənilməsi üçün qısamüddətli kursların təşkilinə kömək edəcəklər.
Kurslar yuxarıda qeyd olunanlara uyğun olaraq qarşılıqlı mübadilə əsasında ezam edən Tərəfin vəsaiti ilə təşkil olunacaqdır.
M a d d ə 5
Tərəflər hər il hər iki ölkənin müəyyən xxxxx tələbəsini öz ölkəsinin ali təhsil müəssisələri və universitetlərinə mövcud xxxx tələbə qəbulu qaydaları əsasında qəbul edəcəklər.
Tələbələrin maliyyə təminatı, seçilməsi və qəbulu qaydaları hər il diplomatik kanallar vasitəsi ilə müəyyən olunacaqdır.
M a d d ə 6
Tərəflərdən hər biri digər Tərəfin vətəndaşlarının öz ali təhsil müəssisələri və universitetlərində mövcud xxxx qəbul qaydaları əsasında ödənişli təhsilinə köməklik göstərəcəkdir.
M a d d ə 7
Tərəflər öz ölkələrinin universitet və ali təhsil müəssisələri alimlərinin elm, təhsil və tədqiqat sahələrində beynəlxalq proqram və layihələr çərçivəsində əməkdaşlıqlarının genişlənməsinə və onların müştərək seminarlarda, konfranslarda, mühazirələr oxumasında və digər tədbirlərdə iştirak etmələrinə kömək göstərəcəklər.
M a d d ə 8
Tərəflər bir-birinin universitet və ali təhsil müəssisələrinin alimlərinin mübadiləsinə, hər iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsinə yardım edəcəklər.
M a d d ə 9
Tərəflər ali təhsil müəssisələri arasında aşağıdakı istiqamətlər üzrə birbaşa əməkdaşlığın inkişaf etdirilib möhkəmləndirilməsinə yardım edəcəklər:
pedaqoji fəaliyyət sahəsində təcrübə mübadiləsi; xxxx informasiya mübadiləsi;
müştərək təhsil proqramlarının hazırlanması;
idman və bədii özfəaliyyət kollektivlərinin mübadiləsi;
yaradıcılıq müsabiqələrinin və fənn olimpiadalarının keçirilməsində əlaqələrin genişləndirilməsi; qarşılıqlı maraq kəsb edən mövzular üzrə müştərək xxxx tədqiqatların yerinə yetirilməsi.
M a d d ə 1 0
Tərəflər əlaqələri möhkəmlətmək, təcrübə mübadiləsi aparmaq, gələcək əməkdaşlığı müzakirə etmək, həmçinin bu Memorandumun yerinə yetirilməsi və əməkdaşlığın müxtəlif sahələrində mübadilə formaları və təcrübə keçməyən digər şərtləri göstərilən illik icra proqramlarının hazırlanması, başqa şərtlərin razılaşdırılması və nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək haqqında razılığa gəlmişlər.
M a d d ə 1 1
Tərəflər müvafiq müzakirələrdən sonra bu Memorandumun icrası ilə bağlı diplomatik kanallar vasitəsi ilə bu sənədə əlavələr edə bilərlər.
M a d d ə 1 2
Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən sonuncu bildiriş tarixindən qüvvəyə minir və 5 il müddətində qüvvədədir. Əgər Tərəflərdən biri Memorandumu ləğv və ya dəyişmək niyyətində olduğu barədə digər Tərəfi müvafiq müddətin başa çatmasına ən azı altı ay qalmış yazılı şəkildə xəbərdar etməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti 5 il müddətinə uzadılacaqdır.
Bu Memorandumun qüvvəsi dayandırılarsa orada icra olunmalı layihə və proqramlara aid bütün müddəalar tam yerinə yetirilənədək qüvvədə qalacaqdır.
Bu Memorandum 2002-ci il mayın 20-də, 30 ordibeheşt 1381-ci ildə Tehran şəhərində Azərbaycan və fars dillərində olmaqla iki əsl nüsxədə tərtib olunmuşdur. Bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Təhsili Nazirliyi adından (imza) | İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya Nazirliyi adından (imza) |
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında mədəni əməkdaşlıq haqqında
MEMORANDUM
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi
mədəni əlaqələri inkişaf etdirmək məqsədi ilə,
habelə 1994-cü ildə mədəniyyət sahəsində əməkdaşlığa dair imzalanmış dövlətlərarası Sazişə əsaslanaraq, Memorandumu imzaladılar.
M a d d ə 1
Tərəflər qarşılıqlı hörmət şəraitində və hər iki dövlətin daxili qanun və qərarlarına müvafiq olaraq, bütün mümkün vasitələrlə iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirib genişləndirməyə çalışacaq və xxxx, mədəni və təhsil sahələri üzrə qəbul edilmiş Memorandumun icrası üçün səylər göstərəcəklər.
M a d d ə 2
Tərəflər mədəniyyət və incəsənət əlaqələrini və yaradıcılıq əməkdaşlığını aşağıdakı yollarla inkişaf etdirəcəklər:
iki ölkənin mədəniyyət qurumları, incəsənət mərkəzləri, incəsənət xadimləri və ekspertləri arasında əməkdaşlığın yaradılması ilə,
mədəniyyət və kino günləri və həftələrinin, festival, sərgi və müsabiqələrinin keçirilməsi ilə,
mətbuat, çap və həmçinin mədəniyyət və incəsənət əsərlərinin nəşr olunması haqqında məlumat mübadiləsi
ilə,
mədəniyyət və incəsənət işlərinin seminar, toplantı və görüşlərinin təşkil edilməsi ilə. M a d d ə 3
Tərəflər əlaqələrin yaradılması və iki ölkədə xxxx mədəniyyət və incəsənət nailiyyətlərini inkişaf etdirərək, onların mübadiləsinin zəruriliyini vurğulayırlar.
M a d d ə 4
Tərəflər incəsənət sahəsində fəaliyyətlin, folklor musiqi festivallarının, konsert proqramlarının genişləndirilməsində əməkdaşlığa yardımın vacibliyini qeyd etdilər.
M a d d ə 5
Tərəflər hər iki ölkənin kitabxanaları və muzeyləri arasında bilavasitə əlaqələrin və əməkdaşlığın yaradılmasında, təşkilində və mütəxəssislərin hazırlanmasında qarşılıqlı tədbirlər görəcəklər.
M a d d ə 6
Tərəflər yaradıcılıq ittifaqları, cəmiyyətləri və fondları, mədəniyyət və incəsənət müəssisələri, təhsil ocaqları, dövlət və qeyri-dövlət təşkilatlarının birbaşa əlaqələrinin yaradılması haqqında razılığa gəldilər.
M a d d ə 7
Tərəflər mədəniyyət nümayəndə heyətləri, incəsənət qrupları, ədəbiyyat xadimləri, şair və yazıçıların mübadiləsi üzrə lazımi tədbirləri həyata keçirəcəklər.
M a d d ə 8
Tərəflər hər iki ölkədə mədəniyyət mərkəzlərinin açılmasına və dostluq cəmiyyətlərinin təsis edilməsinə diqqət yetirəcəklər.
M a d d ə 9
Tərəflər ustad Şəhriyar və iki ölkənin digər ədəbiyyat və mədəniyyət xadimlərinin xatirəsinin anılması məqsədi ilə hər il Azərbaycan Respublikasında və İran İslam Respublikasında poeziya gecələri keçirmək barəsində razılığa gəlmişlər.
M a d d ə 1 0
Hər iki Tərəf mədəniyyət və incəsənət sahəsində kadr hazırlığı məqsədi ilə müəllim və tələbə mübadiləsi üçün lazımi tədbirləri həyata keçirəcəklər.
Bu məsələ əlaqədar qurumlar tərəfindən razılaşma və danışıqlar yolu ilə həll ediləcəkdir. M a d d ə 1 1
Tərəflər hər iki ölkədə keçiriləcək sərgilərdə, bayramlarda, beynəlxalq mədəniyyət və incəsənət festivallarında iştirak etmək üçün nümayəndələrin dəvət edilməsi barədə razılığa gəldilər.
M a d d ə 1 2
Tərəflər mədəniyyət və incəsənətin müxtəlif sahələrində əldə edilmiş son nailiyyətlər haqqında xxxxx və təcrübə mübadiləsi aparacaqlar.
M a d d ə 1 3
Tərəflər məşhur və görkəmli incəsənət xadimlərinin lentə alınmış musiqi əsərlərinin audio kaset, kompakt disk və video kasetlər vasitəsi ilə mübadiləsi barədə razılığa gəldilər.
M a d d ə 1 4
Tərəflər bir-biri ilə mədəniyyət və incəsənət tarixi və muzey işi tarixi üzrə xxxx əsərlər, kitablar, kataloqlar, diopozitivlər, mikrofilmlər və xxxx materialların mübadiləsi sahəsində əməkdaşlıq edəcəklər.
M a d d ə 1 5
Tərəflər iki ölkənin unikal xalçaçılıq muzeylərinin və tətbiqi sənətin tanınması və öyrənilməsi üzrə tədbirlər görülməsi barədə öhdəlik götürürlər.
M a d d ə 1 6
Tərəflər qarşılıqlı surətdə xalq sənəti sərgiləri təşkil etməyi öhdələrinə götürürlər. M a d d ə 1 7
Tərəflər hər iki ölkədə mövcud tarixi abidələrin restavrasiyası və yenidən bərpası üçün ekspert və mütəxəssis mübadiləsinə lazımi şərait yaradılması barədə razılığa gəldilər.
Bu Memorandum 17 maddədən ibarət olmaqla, 2002-ci il mayın 20-də, 30 ordibeheşt 1381-ci ildə Tehran şəhərində Azərbaycan və fars dillərində olmaqla iki nüsxədə imzalanmışdır. Hər iki nüsxə eyni qüvvəyə malikdir.
Mətnlərlə əlaqədar fikir ayrılığı iki Tərəfin nümayəndələrinin iştirakı ilə müzakirə ediləcək və qarşılıqlı razılıq əsasında aradan qaldırılacaqdır.
Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili proseduraların yerinə yetirilməsini bildirən sonuncu bildiriş tarixindən qüvvəyə minir və iki il müddətində qüvvədədir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından (imza) | İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirliyi adından (imza) |
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Bədən Tərbiyəsi Təşkilatı arasında idman sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Bədən Tərbiyəsi Təşkilatı,
aralarında mövcud xxxx dostluq əlaqələrinə əsaslanaraq,
iki ölkənin idman əlaqələrinin qarşılıqlı anlaşma əsasında gücləndirmək məqsədi ilə, aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Tərəflər idman sahəsində yüksək vəzifəli şəxslərin səfərlərini qarşılıqlı şəkildə təşviq edəcəklər. M a d d ə 2
Tərəflər öz ölkələrində keçirilən yarış və beynəlxalq idman festivallarında qarşılıqlı iştirakı təşviq edəcəklər. Tərəflər öz ölkələrində keçirilən xxxxx-xxxx seminarlarda iştirak edəcəklər.
M a d d ə 3
Tərəflər öz ölkələrində təşkil olunan təlimlərdə və beynəlxalq hakimlik məşğələlərində, həmçinin olimpiya həmrəylik kurslarında hakim və məşqçilərin iştirakı üçün lazımi şəraiti təmin edəcəklər.
M a d d ə 4
Tərəflər üstünlük verdiyi sahələrdə idman yarışlarının və yoldaşlıq görüşlərinin (həm kişi, həm də qadınlar üçün) təşkil edilməsi üçün idman komandalarını mübadilə edəcəklər.
Ezametmə qaydaları və şərtləri hər iki ölkənin müvafiq idman təşkilatları və federasiyaları tərəfindən müzakirə ediləcəkdir. Eyni zamanda, qadınların idman fəaliyyəti beynəlxalq konvensiyaların müddəalarına uyğun olaraq həyata keçiriləcəkdir.
M a d d ə 5
Tərəflər bir-birinin xahişi ilə informasiya və təlim, idman və xxxx təcrübə mübadiləsi üçün lazımi şərait təmin edəcəklər.
M a d d ə 6
Tərəflər hər iki ölkənin idman-məşq mərkəzlərinə, idman qurğularının istehsalı ilə məşğul xxxx müəssisələrə və bədən tərbiyəsinin təşkilatı planları ilə xxxxx olmaq məqsədiilə ekspert nümayəndə heyətlərini ezam edəcəklər.
M a d d ə 7
Tərəflər idman məhsullarına və digər qurğulara xxxx tələbatın ödənilməsi üçün lazımi şəraiti təmin edəcəklər. Hər iki Tərəf texniki və idman
qurğularının inşası təcrübəsindən istifadə məqsədi ilə lazımi şəraiti təmin edəcəkdir. M a d d ə 8
Tərəflər beynəlxalq idman təşkilatlarına aid məsələlərdə fikir mübadiləsi və əlaqələndirmə aparacaqlar. M a d d ə 9
Bu Sazişin həyata keçirilməsini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və İran İslam Respublikasının Bədən Tərbiyəsi Təşkilatı təmin edəcəklər.
M a d d ə 1 0
Bu Xxxxx onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə bir- birinə diplomatik kanallar vasitəsi ilə göndərdikləri sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir və 5 il müddətində qüvvədədir. Bu müddətin başa çatmasına 3 ay qalmış Tərəflərdən biri onun ləğvinə dair yazılı müraciət etməzsə, bu Saziş avtomatik olaraq növbəti 5 il müddətinə uzadılacaqdır.
Bu Saziş Tehran şəhərində 2002-ci il mayın 20-də, uyğun olaraq 30 ordibeheşt 1381-ci ildə Azərbaycan, fars və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirində fikir ayrılığı olduqda, ingilis dilində xxxx mətnə istinad ediləcəkdir.
Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi adından (imza) | İran İslam Respublikası Bədən Tərbiyəsi Təşkilatı adından (imza) |
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əməkdaşlığa dair
MEMORANDUM
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu (İSİRİ),
iki ölkə arasında tarixən formalaşmış dostluq əlaqələrini nəzərə alaraq,
ticarət-iqtisadi münasibətlərində texniki maneələri aradan qaldırmaq, məhsulların uyğunluğunu, qarşılıqlı mübadiləsini və onların həyat, sağlamlıq, istehlakçıların əmlakı və ətraf mühit üçün təhlükəsizliyini təmin etmək məqsədi ilə,
standartlaşdırma, sertifikatlaşdırma və metorologiya sahəsində əməkdaşlıqlarını bu sahədəki beynəlxalq təşkilatların prinsip və normaları əsasında inkişaf etdirməyi arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Tərəflərdən birinin yaxud onların hər ikisinin razılığı əsasında başqa bir uyğun standartın qəbul edilməsi ilə milli standartların harmonizə edilməsi.
M a d d ə 2
Tərəflər beynəlxalq metodlara uyğun olaraq, standartların hazırlanması, sertifikatların verilməsi və metrologiya sahəsində, xüsusilə də standartlar və metrologiya metodlarının hazırlanması sahəsində fəaliyyətlərinin əlaqələndirilməsində əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üzrə tədbirlər görəcəklər.
Tərəflər iki Dövlət arasında mübadilə olunan məhsulların (qida, toxuculuq, plastik, metallurgiya məhsulları və yuyucu vasitələr) standartlarının harmonizə edilməsi məqsədi ilə normativ sənədlərin və standartların mübadiləsini həyata keçirəcəklər və lazım gəldikdə, hazırlanmış təkliflər paketini digər Dövlətin dövlət nəzarəti orqanlarına təqdim edəcəklər.
M a d d ə 3
Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
Tərəflərin standartlaşdırma, sertifikatlaşdırma metrologiya sahələri üzrə fəaliyyətlərinin beynəlxalq qaydalara uyğun olaraq əlaqələndirilməsi və bu sahələrdə məlumat mübadiləsi;
digər Tərəfin məhsullara verdiyi sertifikatların tanınması məqsədi ilə ümumi qaydaların qəbul edilməsi;
Tərəflərin sertifikatlaşdırma, akkreditasiya, ölçmə vasitələrinin dövlət sınaqlarının nəticələri, növlərin təsdiqi sahəsində, sınaq laboratoriyaları və mərkəzlərinin xidməti və təcrübə mübadiləsi sahəsində birgə fəaliyyəti.
M a d d ə 4
Tərəflər beynəlxalq sertifikatlaşdırma sistemlərində müstəqil iştirak edirlər. Bu Memorandum Tərəflərin beynəlxalq sertifikatlaşdırma sistemi qaydalarından irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
M a d d ə 5
Tərəflər qarşılıqlı olaraq standartlaşdırma, metrologiya, uyğunlaşdırma sertifikatının verilməsi, akkreditasiya sahələrində texniki informasiya mübadiləsinin, habelə müvafiq beynəlxalq təşkilatlara dair təcrübə və informasiya mübadiləsinin təşviqində əməkdaşlıq edəcəklər.
M a d d ə 6
Tərəflər əməkdaşlıqlarının peşəkar səviyyəsinin artırılması sahəsində təlim keçirmək, mütəxəssis mübadiləsi etmək, standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində normativ texniki sənədlərin hazırlanmasının təşkil edilməsi üçün müəssisələr, iş adamları, ictimai təşkilatlar arasında birbaşa əlaqələr yaratmaq istiqamətində əməkdaşlıq edəcək və bu əməkdaşlıq üçün əlverişli şərait yaradacaqlar.
Tərəflər praktiki təcrübə keçmək məqsədi ilə qarşılıqlı olaraq mütəxəssis qruplarının mübadiləsini həyata keçirəcəklər. Bütün yaşayış və yemək xərcləri dəvət edən təşkilat tərəfindən ödəniləcəkdir.
M a d d ə 7
Tərəflər standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək və bir-birini bu təşkilatların işi haqqında məlumatlandıracaqlar. Beynəlxalq standartların mətnləri, ehtiyac olduğu təqdirdə, ardıcıl surətdə mübadilə olunacaqdır.
Tərəflər bu Memorandum çərçivəsində alınmış sənədlərin və informasiyanın, habelə əldə olunmuş xxxx və texniki nəticələr haqda məlumatların məxfiliyini təmin edəcəklər.
M a d d ə 8
Əməkdaşlıq dövründə Tərəflərdən birinin aldığı xxxx və texniki informasiya onu təqdim edən Tərəfin razılığı olmadan üçüncü tərəfə təqdim edilə bilməz.
M a d d ə 9
Zəruri hallarda ildə bir dəfə əməkdaşlığın nəticəsi, gələcək əməkdaşlığın yeni formalarının, metodlarının və planlarının əlaqələndirilməsinin müzakirə edilməsi məqsədi ilə nümayəndə heyətlərinin görüşləri təşkil olunacaqdır.
M a d d ə 1 0
İşlərin əlaqələndirilməsini və bu Memorandumun müddəalarının yerinə yetirilməsini Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu (İSİRİ) həyata keçirəcəkdir.
M a d d ə 1 1
Bu Memorandum Tərəflər standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əvvəllər imzaladıqları sazişlərdən irəli gələn öhdəliklərinə təsir etmir.
Bu Memorandumun həyata keçirilməsi və təfsirinə dair bütün mübahisələr müzakirə yolu ilə həll ediləcəkdir.
Bu Memorandum çərçivəsində görülən bütün işlər Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birinə göndərdiyi iki bildirişdən sonuncusunun alındığı tarixdən qüvvəyə minəcəkdir.
Əgər Tərəflərdən biri bu müddətin başa çatmasına altı ay qalmış onun qüvvəsini ləğv etmək niyyəti barədə diplomatik kanallarla yazılı şəkildə bildiriş verməzsə, Memorandumun qüvvəsi növbəti beşillik müddətlərə uzadılacaqdır.
Tehran şəhərində 2002-ci il mayın 20-də, müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə Azərbaycan, fars və ingilis dillərində iki əsl nüsxədə tərtib olunmuşdur, bütün mətnlər eyni qüvvəyə malikdir.
Mətnlərin təfsirində fikir ayrılığı olduqda, ingilis dilindəki mətnə istinad olunacaqdır.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi adından (imza) | İran Standartlaşdırma və Sənaye Tədqiqatları İnstitutu adından (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Beynəlxalq avtomobil daşımaları haqqında" 2002-ci il mayın 20-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul 2002-ci il
№ 352-IIQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmək məqsədi ilə ölkələrinə, ölkələrindən və ölkələrinin ərazilərindən tranzitlə xxx və sərnişin avtomobil daşımalarının inkişafına yardım göstərilməsini arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1
Təriflər
Bu Sazişin məqsədləri üçün:
1. «Daşıyıcı» termini Azərbaycan Respublikası ərazisində və ya İran İslam Respublikası ərazisində qeydə alınmış və müvafiq qanun və qaydalara əsasən beynəlxalq sərnişin və xxx daşımalarını həyata keçirmək hüququna xxxxx xxxx hər hansı fiziki və ya hüquqi şəxs deməkdir.
2. «Nəqliyyat vasitəsi» termini:
a) sürücü də daxil olmaqla, doqquzdan artıq sərnişinlərin daşınması (sərnişin nəqliyyat vasitəsi) və ya yüklərin daşınması (xxx nəqliyyat vasitəsi) üçün quraşdırılmış,
b) Razılığa gələn Tərəflərin birinin ərazisində qeydə alınmış (nəqliyyat vasitələrinin birləşdirilmiş kombinasiyası olduğu halda dartıcının qeydiyyata alınması tələb olunur)
mühərrikli nəqliyyat vasitəsi deməkdir.
«Nəqliyyat vasitəsi» termini hər hansı bir tək nəqliyyat vasitəsi və ya nəqliyyat vasitəsinin qoşqu və ya yarımqoşqu ilə birgə kombinasiyasına aiddir.
3. «İcazə» termini Razılığa gələn Tərəflərdən birinin səlahiyyətli orqanının Razılığa gələn digər Tərəfin nəqliyyat vasitələrinə verdiyi iki ölkə arasında və ya Razılığa gələn digər Tərəfin ərazisindən tranzitlə, yaxud üçüncü ölkələrə/ölkələrdən daşımaları həyata keçirməyə, eləcə də Razılığa gələn digər Tərəfin ərazisində yüklənməyə hüquq verən sənəd deməkdir.
4. «Xüsusi icazə» termini ərazisində daşımanın həyata keçirildiyi Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, nəqliyyat vasitələri ilə böyük ölçülü, ağır çəkili yüklərin, həmçinin təhlükəli yüklərin daşınmasına hüquq verən sənəd deməkdir.
5. «Müntəzəm sərnişin daşımaları» termini qabaqcadan müəyyən edilmiş marşrut, hərəkət cədvəli və təyin edilmiş tariflər üzrə sərnişinlərin daşınması deməkdir. Sərnişinlər əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda minib-düşə bilərlər.
6. «Qeyri-müntəzəm sərnişin daşımaları» termini, 5-ci bənddə göstərilmiş daşımalar istisna olmaqla, digər bütün növ sərnişin daşımaları deməkdir.
7. «Kabotaj» termini Razılığa gələn Tərəflərdən birinin ərazisində yerləşən yükləmə və boşaltma məntəqələri arasında Razılığa gələn digər Tərəfin daşıyıcısı tərəfindən həyata keçirilən daşımalar deməkdir.
M a d d ə 2
Tətbiq edilmə dairəsi
1. Bu Sazişin müddəaları Azərbaycan Respublikası və İran İslam Respublikası əraziləri arasında, onların ərazilərindən tranzitlə, üçüncü ölkələrə/ölkələrdən daşıyıcılar tərəfindən nəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq xxx və sərnişin daşımalarına şamil edilir.
2. Bu Saziş Razılığa gələn Tərəflərin digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir
etmir.
3. Bu Sazişin müddəalarına əsasən Razılığa gələn Tərəflərdən hər birinin ərazisində daxili sərnişin və xxx
daşımalarının həyata keçirilməsinə (kabotaj) icazə verilmir.
SƏRNİŞİN DAŞIMALARI
M a d d ə 3
Müntəzəm sərnişin daşımaları
1. İki ölkə arasında və onların ərazilərindən tranzitlə müntəzəm sərnişin daşımaları Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən əvvəlcədən razılaşdırılmalıdır.
2. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları marşrutun onların ərazilərindən keçən hissəsi üçün səlahiyyət verəcəklər. Verilən səlahiyyətlər bir il müddətində qüvvədə olacaq.
3. Səlahiyyətlərin alınması üçün nəqliyyat vasitəsinin qeydə alındığı ölkənin səlahiyyətli orqanlarına müraciət edilməli və onlar tərəfindən verilən səlahiyyətlər təsdiq edilməlidir.
M a d d ə 4
Qeyri-müntəzəm sərnişin daşımaları
1. Bu Sazişin 3-cü maddəsində göstərilən daşımalar istisna olmaqla, digər bütün növ sərnişin daşımaları üçün səlahiyyətlər tələb olunmayacaqdır.
2. Qeyri-müntəzəm sərnişin daşımaları Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının, əvvəlcədən zəruri məlumatların mübadiləsi nəticəsində əldə edilən razılığı əsasında yerinə yetiriləcəkdir. Bunun üçün zəruri xxxx icazə verilməlidir.
XXX DAŞIMALARI
M a d d ə 5
İcazə sistemi
Bu Sazişin şərtlərinə əsasən nəqliyyat vasitəsi ilə həyata keçirilən aşağıdakı növ nəqliyyat əməliyyatlarına Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən icazə veriləcəkdir:
a) Razılığa gələn Tərəflərin əraziləri arasında yerinə yetirilən daşımalara;
b) Razılığa gələn digər Tərəfin ərazisindən tranzit xxx daşımalarına;
c) Razılığa gələn digər Tərəfin ərazisində yerləşən məntəqə ilə üçüncü ölkənin ərazisində yerləşən məntəqə arasında (3-cü ölkəyə/ölkədən) yerinə yetirilən daşımalara.
M a d d ə 6
İcazə tələb edilməyən daşımalar
1. 5-ci maddə istisna olmaqla, aşağıdakı kateqoriyalardan xxxx daşımalar icazə tələblərindən, eləcə də vergi və rüsumlardan azad olunurlar.
a) qoşqunun çəkisi daxil olmaqla icazə verilən yüklü çəkisi 6 xxxxxx artıq olmayan və ya qoşqu daxil olmaqla icazə verilən xxx tutumu 3,5 xxxxxx artıq olmayan nəqliyyat vasitələri ilə daşımalar;
b) uçuş olmaması təsadüf edildiyi hallarla əlaqədar hava limanına/limanından daşımalar;
c) zədələnmiş və ya sıradan çıxmış nəqliyyat vasitələrinin daşınması, eləcə də texniki xidmət göstərən nəqliyyat vasitəsinin gedişi;
ç) sıradan çıxan nəqliyyat vasitəsini digər ölkədə əvəz etmək üçün yüksüz gedən nəqliyyat vasitəsinin, eləcə də sıradan çıxan nəqliyyat vasitəsinin təmirdən sonra geriyə qaytarılması;
d) fövqəladə hallarda, xüsusən, təbii fəlakət hallarında zəruri xxxx, yüklərin eləcə də humanitar yardım yüklərinin daşınması;
e) sərgilər və ya kommersiya məqsədləri daşımayan niyyətlər üçün nəzərdə tutulan incəsənət işlərinin və eksponatların daşınması;
ə) kommersiya məqsədləri daşımayan teatr, musiqi, kino, idman və ya xxxx tamaşaları üçün xxxxx xxxx aksessuarlar, ləvazimatlar və ya heyvanların, eləcə də radio və televiziya verilişləri və ya filmlərin çəkilişi üçün istifadə olunan avadanlıqların daşınması;
f) səlahiyyətli orqanlar tərəfindən verilmiş ixrac qeydiyyat xxxxxx xxxx, təzə və ya işlənmiş olmasına baxmayaraq, təzəcə alınan nəqliyyat vasitələrinin qəti olaraq qeydiyyat ölkəsinə ilk gedişi;
g) cənazələrin daşınması;
h) poçtun daşınması;
2. 13-cü maddədə nəzərdə tutulan Birgə Komissiya bu maddənin əvvəlki bəndində göstərilən daşımaların siyahısına əlavələr və dəyişikliklər edə bilər.
M a d d ə 7
İcazə şərtləri
1. Bu Sazişin 4-cü və 5-ci maddələrində nəzərdə tutulan icazələr sərhədyanı ərazidə yerləşən məntəqələrdə Razılığa gələn digər Tərəfin daşıyıcılarına veriləcəkdir.
2. 1-ci bənddə göstərilən icazələr və digər sənədlər bütün yol boyu nəqliyyat vasitəsində saxlanılmalı və hər hansı nəzarət orqanlarının səlahiyyətli nümayəndələrinin tələbi ilə təqdim olunmalıdır.
3. İcazə yalnız onu əldə etmiş daşıyıcı tərəfindən istifadə oluna bilər və digər daşıyıcıya verilə bilməz.
M a d d ə 8
Çəki və ölçülər
1. Nəqliyyat vasitələrinin çəkiləri, (oxlara düşən çəkilər daxil olmaqla) və ölçüləri nəqliyyat vasitəsinin rəsmi qeydiyyatına uyğun olmalı və qəbul edən ölkədə qüvvədə xxxx maksimal həddi aşmamalıdır.
2. Bu Sazişin şərtlərinə uyğun olaraq, yüklü və ya yüksüz nəqliyyat vasitəsinin çəki və/və ya ölçüləri qəbul edən ölkədə icazə verilən maksimal həddi aşarsa, qəbul edən ölkənin səlahiyyətli orqanlarının xüsusi icazəsi tələb olunur.
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 9
Maliyyə məsələləri
1. Bu Sazişin müddəalarına uyğun olaraq, beynəlxalq daşımalar qarşılıqlı şəkildə, qəbul edən ölkənin milli qanunvericiliyinə müvafiq olaraq, vergi və rüsumları ödəmək şərti ilə sərhəddə alınmış icazə əsasında həyata keçiriləcək.
2. İstehsalçı zavod tərəfindən nəqliyyat vasitələrində quraşdırılmış normal çənlərdə xxxx yanacaq, həmçinin nəqliyyat vasitələrində yalnız istifadə məqsədi üçün saxlanılan yağlar qarşılıqlı olaraq qəbul edən ölkənin idxal rüsum və vergilərindən azad olunur.
3. Təmirə ehtiyacı olduğu müəyyənləşdirilmiş nəqliyyat vasitələri üçün nəzərdə tutulan müvəqqəti idxal edilmiş ehtiyat hissələri idxal rüsumlarından və vergilərdən azad olunur. Dəyişdirilmiş ehtiyat hissələri ya ləğv edilməli, ya da idxal edilmiş ölkənin qanunvericiliyinə əsasən müvafiq gömrük orqanlarının nəzarəti ilə qaytarılmalıdır.
M a d d ə 1 0
Milli qanunvericiliyə uyğunluq
Razılığa gələn Tərəflərdən birinin daşıyıcıları və onların ekipajları Razılığa gələn digər Tərəfin ərazisində, hər iki ölkənin Tərəf olduğu çoxtərəfli sazişlər və bu Saziş, eləcədə digər ikitərəfli sazişlərdə və milli qanunvericiliklərində nəzərdə tutulan öhdəliklərə əməl edəcəklər.
M a d d ə 1 1
Pozuntular və sanksiyalar
Razılığa gələn digər Tərəfin ərazisində təsis edilmiş daşıyıcı tərəfindən bu Sazişin şərtlərinin hər xxxxx xxxx pozularsa, ərazisində pozuntu baş vermiş ölkənin səlahiyyətli orqanları digər ölkənin səlahiyyətli orqanlarını, milli qanunvericiliklərinə uyğun olaraq müvafiq ölçü götürməsi üçün məlumatlandırır. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tətbiq olunan hər hansı bir ölçü barədə bir-birini xəbərdar edəcəklər.
M a d d ə 1 2
Səlahiyyətli orqanlar
Bu Sazişi həyata keçirmək üçün təyin edilmiş səlahiyyətli orqanlar aşağıdakılardır: Azərbaycan Respublikası Hökuməti tərəfindən:
Nəqliyyat Nazirliyi formalaşanadək «Azəravtonəqliyyat» Dövlət Konserni; İran İslam Respublikası Hökuməti tərəfindən:
Yol və Nəqliyyat Nazirliyi.
M a d d ə 1 3
Birgə Komissiya
1. Bu Sazişin yerinə yetirilməsinə nəzarət etmək üçün və bütün tənzimlənməyən məsələlərin operativ həlli məqsədi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları, özlərinin nümayəndələrindən ibarət Birgə Komissiya yaradacaqlar. Birgə Komissiyanın vəzifələri aşağıdakılardan ibarətdir:
a) bu Sazişin 12-ci maddəsində göstərilən səlahiyyətli orqanlar tərəfindən bilavasitə tənzimlənə bilməyən problemlərin öyrənilməsi və həlli üçün təkliflərin verilməsi;
b) bu Sazişin tətbiqi ilə bağlı bütün digər məsələlərə baxılması və onların həlli üçün tövsiyələrin verilməsi;
c) avtomobil daşımalarına dair qarşılıqlı razılaşdırılması tələb olunan digər məsələlərə baxılması;
d) Birgə Komissiya bu Sazişə hər hansı bir əlavə və dəyişikliklər haqqında təklifini razılaşdırmaq üçün səlahiyyətli orqanlara təqdim etməlidir. Dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi xxxx protokollarla rəsmiləşdirilir və 14-cü maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir;
e) Razılığa gələn Tərəflər Birgə Komissiyanın qərarlarını həyata keçirməlidirlər;
2. Razılığa gələn Tərəflərdən birinin səlahiyyətli orqanlarının yazılı müraciəti əsasında, Birgə Komissiyanın toplantıları növbə ilə Razılığa gələn Tərəflərin ərazilərində keçiriləcək.
M a d d ə 1 4
Qüvvəyə minmə və qüvvədən düşmə
1. Razılığa gələn Tərəflər Sazişin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə bir-birinə diplomatik kanallarla bildiriş göndərəcəklər. Saziş sonuncu bildirişin alınması tarixindən 30 gün sonra qüvvəyə minəcəkdir.
2. Bu Saziş qüvvəyə mindiyi tarixdən sonra beş il müddətində qüvvədə olacaq və əgər Razılığa gələn Tərəflərdən biri altı ay əvvəl Sazişin qüvvəsini ləğv etmək niyyəti haqqında diplomatik kanallarla yazılı surətdə xəbərdarlıq etməzsə, Xxxxx qüvvədə qalacaqdır.
Tehran şəhərində 20 may 2002-ci ildə, müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə Azərbaycan, fars və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Sazişin təfsirində fikir ayrılığı olduqda, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | İran İslam Respublikası Hökuməti adından (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Hava nəqliyyatı haqqında" 2002-ci il mayın 20-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul 2002-ci il
№ 351-IIQ
Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında «Hava nəqliyyatı haqqında»
SAZİŞ
PREAMBULA
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti;
1944-cü il dekabrın 7-də (16/09/1323) Çikaqoda imzalanmış Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın iştirakçıları olaraq;
öz müvafiq əraziləri arasında və üzərində hava əlaqəsini yaratmaq məqsədi ilə, yuxarıda qeyd olunan Konvensiyaya əlavə olaraq Saziş bağlamaq üçün aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Təriflər
Bu Sazişin məqsədləri üçün terminlər, kontekstdə digər hallar nəzərdə tutulmadığı təqdirdə aşağıdakı mənada işlədilmişdir:
A. "Konvensiya" termini, 1944-cü il dekabrın 7-də (1323/09/16) Çikaqo şəhərində imzalanmış Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya, həmçinin Razılığa gələn hər iki Tərəf üçün qüvvəyə mindikdən sonra həmin Konvensiyanın 90-cı maddəsinə əsasən qəbul edilmiş hər hansı Əlavə, habelə Konvensiyaya və ya Əlavəyə 90-cı və 94-cü maddələrə əsasən edilmiş düzəlişlər deməkdir.
B. "Aviasiya hakimiyyəti orqanları" termini Azərbaycan Respublikasına münasibətdə Mülki Aviasiya hakimiyyəti orqanı və hazırda bu Təşkilatın yerinə yetirdiyi funksiyaları və ya oxşar funksiyaları həyata keçirməyə səlahiyyətlər verilmiş hər hansı şəxs və ya qurum, İran İslam Respublikasına münasibətdə Mülki Aviasiya Təşkilatı və onun hazırda yerinə yetirdiyi funksiyaları və ya oxşar funksiyaları yerinə yetirmək səlahiyyəti almış istənilən şəxs və ya qurum deməkdir.
C. "Təyin edilmiş aviasiya şirkəti" termini bu Sazişin 3-cü maddəsinin müddəalarına uyğun olaraq təyin edilmiş və səlahiyyət verilmiş bir aviasiya şirkəti deməkdir.
D. "Tutum" termini hava gəmisinə münasibətdə, müəyyən marşrutda və ya onun hissəsində həmin gəminin haqqı ödənilən yükləmə tutumunu ifadə edir, "razılaşdırılmış xidmətlər"ə münasibətdə isə həmin xidmətlər zamanı istifadə edilən hava gəmisinin tutumunun, bu gəminin müəyyən vaxt ərzində marşrutda və ya onun hissəsində uçuş tezliyinə vurulmasından alınan kəmiyyəti nəzərdə tutur.
E. "Ərazi" termini Razılığa gələn hər hansı Tərəfə münasibətdə həmin Tərəfin suverenliyi altında xxxx quru və su əraziləri və onların üzərindəki hava məkanı deməkdir.
F. "Hava əlaqəsi", "beynəlxalq hava əlaqəsi", "aviasiya şirkəti" və "qeyri -kommersiya məqsədləri ilə dayanacaq" terminləri Çikaqo Konvensiyasının 96-cı maddəsi ilə müəyyən olunmuş mənanı daşıyır.
G. "Tarif" ifadəsi sərnişin, baqaj və yüklərin daşınma qiymətləri və onların tətbiqi şərtləri, həmçinin poçt daşınması üçün haqlar və şərtlər istisna olmaqla, agent və digər əlavə xidmətlərin komisyon haqları və şərtləri deməkdir.
H. "İstehlak qiymətləri" termini xxxx xxxxxx əmlakından və aeronaviqasiya avadanlığından istifadəyə, o cümlədən hava gəmiləri, onların heyətləri, sərnişinləri və yükləri üçün müvafiq avadanlıq və xidmətlərə görə səlahiyyətli orqanları tərəfindən aviasiya şirkəti üçün müəyyən edilmiş və ya onlar tərəfindən müəyyən edilmək üçün icazə verilmiş qiymət deməkdir.
Nəzərə alınmalıdır ki, bu Sazişin maddələrinə verilən başlıqlar heç cür həmin Maddələrin müddəalarının mənasını məhdudlaşdırmır və ya genişləndirmir.
M a d d ə 2
Hüquqların verilməsi
1. Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfin təyin edilmiş aviasiya şirkəti tərəfindən müəyyən edilmiş müntəzəm beynəlxalq hava daşımalarının həyata keçirilməsi məqsədi ilə həmin Razılığa gələn Tərəfə bu Sazişdə nəzərdə tutulmuş aşağıdakı hüquqları verir:
a) Razılığa gələn digər Tərəfin ərazisi üzərindən yerə enmədən uçub keçmək;
b) qeyri-kommersiya məqsədləri ilə göstərilən ərazidə enmək;
c) beynəlxalq daşımalarda sərnişinləri, yükü və poçtu hava gəmisinə götürmək və boşaltmaq məqsədi ilə yuxarıda göstərilən ərazilərdə yerləşən, bu Sazişə əlavə edilən marşrut cədvəlində göstərilmiş məntəqələrə enmək.
2. Bu maddənin müddəalarının heç biri Razılığa gələn Tərəflərdən birinin təyin edilmiş aviasiya şirkətinə sərnişinləri, poçtu və yükü Razılığa gələn digər Tərəfin ərazisindəki məntəqələr arasında haqqı ödənilməklə və ya icarə şərtləri ilə daşımaq üçün gəmiyə götürmək hüququ verilməsi kimi təfsir olunmayacaqdır.
3. Əgər hərbi münaqişələr, siyasi ixtişaşlar və ya xüsusi hallarda Razılığa gələn bir Tərəfin təyin edilmiş aviasiya şirkəti daimi marşrut üzrə uçuşları yerinə yetirmək imkanına malik deyildirsə, Razılığa gələn digər Tərəf bu uçuşun müvəqqəti olaraq dəyişdirilmiş digər marşrut üzrə həyata keçirilməsi üçün səy göstərəcək. Bu uçuşlar səlahiyyətli orqanlar tərəfindən təsdiq olunduqdan sonra yerinə yetirilməlidir.
M a d d ə 3
Aviasiya şirkətinin təyin olunması və ona səlahiyyətlər verilməsi
1. Razılığa gələn hər bir Tərəf təyin edilmiş marşrutlar üzrə razılaşdırılmış daşımaların həyata keçirilməsi məqsədi ilə Razılığa gələn digər Tərəfə yazılı bildiriş verməklə aviasiya şirkətini təyin etmək və yazılı bildirişlə xxxx çağırmaq və ya təyinatı dəyişdirmək hüququna malik olacaqdır.
2. Razılığa gələn digər Tərəfin səlahiyyətli hakimiyyət orqanı təyin olunma haqda bildiriş aldıqda bu maddənin 3-cü və 4-cü bəndlərinin müddəalarına uyğun olaraq təyin edilmiş aviasiya şirkətinə ləngiməyə yol vermədən uçuş üçün müvafiq icazə verəcəkdir.
3. Razılığa gələn bir Tərəfin aviasiya hakimiyyət orqanları digər Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkətindən tələb edə bilər ki, beynəlxalq hava daşımalarını həyata keçirərkən bu hakimiyyət orqanlarının adətən tətbiq etdiyi və Konvensiyanın tələblərinə xxxxx xxxx və qanun və qaydalarla müəyyənləşdirilmiş şərtləri yerinə yetirməyə qadir olduğunu sübut etsin.
4. Razılığa gələn hər bir Tərəf, təyin edilmiş aviasiya şirkətinə sahibliyin və həqiqi nəzarətin bu aviasiya şirkətini təyin etmiş Razılığa gələn Tərəfin vətəndaşlarına məxsus olduğu barədə əlində sübut olmadığı təqdirdə, istənilən halda bu maddənin 2-ci bəndində göstərilmiş uçuş səlahiyyətlərini verməkdən imtina etmək və ya bu Sazişin 2-ci maddəsində göstərilmiş hüquqlardan istifadə zamanı zəruri saydığı şərtlərin yerinə yetirilməsini təyin edilmiş aviasiya şirkətindən tələb etmək hüququna malikdir.
5. Təyin edilmiş və səlahiyyət verilmiş aviasiya şirkəti bu maddənin 1-ci və 2-ci bəndində göstərilmiş müddəaları yerinə yetirdikdən sonra istənilən vaxt razılaşdırılmış daşımaların həyata keçirilməsinə başlaya bilər, bu şərtlə ki, hazırkı Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq müəyyən edilmiş tariflər bu xidmətlərə münasibətdə qüvvədə olsun.
M a d d ə 4
Hüquqların dayandırılması və ya ləğv edilməsi
1. Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfin təyin edilmiş aviasiya şirkətinə uçuş üçün verilən icazəni aşağıdakı hallarda ləğv etmək yaxud bu Sazişin 2-ci maddəsində göstərilmiş hüquqlardan istifadəni dayandırmaq və ya bu hüquqlardan istifadə zamanı zəruri saydığı şərtlərin yerinə yetirilməsini tələb etmək hüququna malik olacaqdır:
a) sahibliyin və ya həqiqi nəzarətin aviasiya şirkətini təyin etmiş Razılığa gələn Tərəfə və ya onun vətəndaşlarına məxsus olduğuna əmin olmadıqda; və ya
b) bu aviasiya şirkəti həmin hüquqları vermiş Razılığa gələn Tərəfin qanunlarına və/və ya qaydalarına əməl etmədikdə; və ya
c) aviasiya şirkəti bu Sazişin müddəalarından irəli gələn şərtləri hər hansı bir şəkildə yerinə yetirmədikdə.
2. Əgər icazənin dərhal ləğv edilməsi, hüquqların dayandırılması və ya bu maddənin 1-ci bəndində göstərilmiş şərtlərin yerinə yetirilməsinin tələb edilməsi qanunların və/və ya qaydaların sonrakı pozuntularını aradan qaldırmaq üçün zəruri deyildirsə, onda bu bənddə göstərilmiş hüquqdan yalnız digər Razılığa gələn Tərəflə məsləhətləşmələrdən sonra istifadə ediləcəkdir.
M a d d ə 5
Qanun və qaydaların tətbiqi
1. Beynəlxalq uçuşlar həyata keçirən hava gəmilərinin Razılığa gələn Tərəflərdən birinin ərazisinə gəlməsini və ərazisindən uçmasını yaxud bu hava gəmisinin onun ərazisi üzərində və ya hüdudlarında olduqları dövrdə istismarını və naviqasiyasını tənzimləyən qanunlar və qaydalar, digər Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkətlərinin hava gəmilərinə tətbiq ediləcəkdir.
2. Razılığa gələn bir Tərəfin, sərnişinlərin, heyətlərin, yükün və poçtun onun ərazisinə gəlməsini, ərazisində olmasını və oradan yola düşməsini tənzimləyən qanun və qaydaları, o cümlədən gəlmə, tərketmə, emiqrasiya və immiqrasiya, həmçinin gömrük və sanitariya qaydalarına aid göstərişlər digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətinin hava gəmiləri ilə daşınan sərnişinlərə, heyət, xxx və xxxxx, onlar göstərilən ərazinin hüdudlarında olduqları müddətdə tətbiq ediləcəkdir.
3. Razılığa gələn bir Tərəf digər Razılığa gələn digər Tərəfin xahişi ilə bu maddədə göstərilən qanun və qaydaların surətlərini ona təqdim edəcəkdir.
4. Razılığa gələn Tərəflərdən birinin təyin edilmiş aviasiya şirkətinə Razılığa gələn digər Tərəfin ərazisində öz nümayəndəliklərini açmaq hüququ verilir Baş agent və ya satış üzrə agent təyin olunduğu təqdirdə, həmin agent Razılığa gələn Tərəflərin müvafiq qayda və qanunlarına uyğun olaraq təyin edilir.
5. Razılığa gələn hər hansı Tərəfin təyin edilmiş aviasiya şirkəti tərəfindən Razılığa gələn digər Tərəfin ərazisində əldə edilmiş gəlirlərin köçürülməsi Razılığa gələn sonuncu Tərəfin qüvvədə xxxx xarici valyuta mübadiləsi qaydalarına müvafiq olaraq həyata keçirilməlidir. Razılığa gələn Tərəflər onların milli qaydalarına uyğun şəkildə yığımlar çıxıldıqdan sonra alınmış belə gəlirlərin köçürülməsinin sadələşdirilməsi üçün onlardan xxxxx xxxx hər şeyi etməlidirlər.
M a d d ə 6
Gömrük və digər ödənişlərdən azad etmə
1. Razılığa gələn digər Tərəfin ərazisinə daxil olduqda və ya ərazisini tərk etdikdə, Razılığa gələn Tərəflərdən birini təyin edilmiş aviasiya şirkətinin razılaşdırılmış daşımaları həyata keçirən hava gəmiləri, habelə Razılığa gələn Tərəfin marşrutlarda fəaliyyət göstərmək üçün səlahiyyət verilmiş aviasiya şirkətinin bu gəmisində qalan yanacaq və sürtkü materialları ehtiyatı, istifadə olunan digər texniki ehtiyatlar, ehtiyat hissələr, daimi avadanlıq və gəmi ehtiyatları və bu Sazişlə nəzərdə tutulan xidmətlər qarşılıqlı olaraq gömrük rüsumlarından, yoxlama haqlarından və digər yerli rüsumlardan və ödənişlərdən, hətta həmin vasitələr bu hava gəmisində ərazi üzərində uçuşlar zamanı istifadə və ya işlədilmək üçün nəzərdə tutulduğu halda, azad edilir.
2. Razılığa gələn Tərəflərdən birinin ərazisinə Razılığa gələn digər Tərəfin və ya onun vətəndaşlarının gətirdiyi və yalnız bu Razılığa gələn Tərəfin hava gəmisi üçün istifadə edilən yanacaq, sürtkü materialları, istifadə edilən texniki ehtiyatlar, ehtiyat hissələr, daimi avadanlıq və gəmi ehtiyatları qarşılıqlı olaraq gömrük rüsumlarından, yoxlama haqlarından və digər yerli yığımlardan və ya ödənişlərdən azad edilir.
3. Razılığa gələn Tərəflərdən birinin aviasiya şirkətinin hava gəmisinin Razılığa gələn digər Tərəfin ərazisində götürmüş olduğu və beynəlxalq daşımalarda istifadə edilən yanacaq və sürtkü materialları ehtiyatı, istifadə olunan digər texniki ehtiyatlar, ehtiyat hissələr, daimi avadanlıq və gəmi ehtiyatları qarşılıqlı olaraq gömrük rüsumlarından, vergilərdən, yoxlama haqlarından və digər yerli yığım və ya ödənişlərdən azad edilir.
4. Razılığa gələn Tərəflərdən birinin təyin edilmiş aviasiya şirkətinin hava gəmisində olan daimi gəmi avadanlığı, həmçinin materiallar və ehtiyatlar Razılığa gələn digər Tərəfin ərazisində ancaq həmin ərazinin gömrük orqanlarının razılığı ilə boşaldıla bilər. Bu halda həmin materiallar mövcud gömrük qaydalarına uyğun olaraq ölkədən aparılana və ya hər hansı şəkildə istifadə olunana qədər göstərilən orqanların nəzarəti altında saxlanılmalıdır.
5. Razılığa gələn Tərəflərdən birinin ərazisi üzərində birbaşa tranzitlə gedən və bu məqsədlə ayrılmış xxxx xxxxxx rayonunu tərk etməyən sərnişinlər, baqaj və xxx yalnız sadələşdirilmiş nəzarətdən keçiriləcəkdir. Birbaşa tranzitlə aparılan baqaj və xxx gömrük rüsumları və bu kimi başqa vergilərdən azad edilir.
6. Razılığa gələn Tərəflərdən birinin ərazisinə Razılığa gələn digər Tərəfin təyin edilmiş aviasiya şirkətinin yalnız öz istifadəsi üçün gətirdiyi, üzərində aviasiya şirkətinin emblemi xxxx baqaj etiketləri, təyyarə biletləri, daşıma qəbzləri, minik talonları, uçuş cədvəlləri kimi rəsmi sənədlər, qarşılıqlı olaraq bütün gömrük rüsumları və/və ya vergilərdən azad edilir.
M a d d ə 7
Xxxx xxxxxx vasitələri və istifadə haqqı
1. Razılığa gələn Tərəf müəyyən edilmiş marşrutlarda Razılığa gələn digər Tərəfin təyin edilmiş aviasiya şirkəti tərəfindən istifadə üçün xxxx xxxxxx və ya hava limanları təyin edəcək və həmin Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətini rabitə vasitələri, aviasiya və meteoroloji avadanlıqla, o cümlədən razılaşdırılmış xidmətləri həyata keçirmək üçün zəruri xxxx digər xidmətlərlə təmin edəcəkdir.
2. Hər bir Razılığa gələn Tərəf Razılığa gələn digər Tərəfin təyin edilmiş aviasiya şirkətinin hava gəmilərinin tərəfindən hava limanından və avadanlıqdan istifadəsinə görə ədalətli və münasib haqq müəyyən edə bilər, bu şərtlə ki, həmin haqlar eyni qəbildən beynəlxalq daşımalar həyata keçirən öz hava gəmilərindən hava limanlarının və qurğularının istifadəsinə görə tutulan haqlardan xxx olmasın.
M a d d ə 8
Tutumların tənzimlənməsi və uçuş cədvəllərinin təsdiqi
1. Razılığa gələn Tərəflərin təyin edilmiş aviasiya şirkətlərinə müəyyənləşdirilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətlərin həyata keçirilməsi üçün bərabər imkanlar yaradılması məqsədi ilə ədalətli və eyni şərait yaradılacaqdır.
2. Razılaşdırılmış xidmətləri həyata keçirərkən hər bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti Razılığa gələn digər Tərəfin aviasiya şirkətinin mənafeyini, bütövlükdə eyni marşrutda və ya onun müəyyən hissəsində sonuncunun göstərdiyi xidmətlərə xələl gətirməmək üçün nəzərə alacaqdır.
3. Razılığa gələn Tərəflərin təyin edilmiş aviasiya şirkətlərinin həyata keçirdiyi razılaşdırılmış xidmətlərdə onların əsas məqsədi tutumun səmərəli yüklənmə əmsalını nəzərə almaqla, aviasiya şirkətini təyin etmiş Razılığa gələn Tərəfin ərazisi və Razılığa gələn digər Tərəfin ərazisi arasında sərnişinlərin, yüklərin və poçtun daşınmasına mövcud xxxx əsaslandırılmış tələbatın təmin edilməsidir.
4. Bu maddənin 1, 2 və 3-cü bəndlərində göstərilən prinsiplərə əsaslanaraq Razılığa gələn bir Tərəfin təyin etdiyi aviasiya şirkəti bu Sazişə əlavə edilmiş marşrut cədvəllərində sadalanan üçüncü ölkələrin ərazisi və Razılığa gələn digər Tərəfin ərazisi arasındakı daşımalarla əlaqədar tələbatın ödənilməsi üçün zəruri xxxx tutumu da təmin edə bilər.
5. Razılığa gələn Tərəflərin razılaşdırılmış xidmətləri həyata keçirmək üçün istifadə edəcəyi uçuş tezlikləri və hava gəmisinin növü daxil olmaqla qəbul edilən tutum təyin olunmuş aviasiya şirkətləri tərəfindən təklif oluna bilər. Təyin olunmuş aviasiya şirkətləri bu maddənin 1, 2 və 3-cü bəndlərindəki prinsipləri nəzərə almaqla öz aralarında keçirdikləri məsləhətləşmələrdən və fikir mübadiləsindən sonra belə təkliflər verə bilərlər. Həmin tutum Razılığa gələn Tərəflərin aviasiya hakimiyyət orqanları tərəfindən təsdiq edildikdən sonra təyin ediləcək və qüvvəyə minəcəkdir.
6. Razılığa gələn Tərəflərin təyin edilmiş aviasiya şirkətləri arasında razılıq olmadığı halda bu maddənin 5-ci bəndində haqqında danışılan məsələlər Razılığa gələn hər iki Tərəfin aviasiya hakimiyyəti orqanları arasında razılaşma yolu ilə həll ediləcəkdir. Belə razılıq əldə olunana qədər təyin edilmiş aviasiya şirkətlərinin təqdim etdiyi tutum dəyişməz qalacaqdır.
7. Razılığa gələn hər bir Tərəfin təyin edilmiş aviasiya şirkəti Razılığa gələn digər Tərəfin aviasiya hakimiyyət orqanları tərəfindən təsdiq edilmək üçün müəyyən olunmuş marşrutlarda daşımaları yerinə yetirməyə başlamazdan azı 30 gün əvvəl uçuş cədvəllərini təqdim etməlidir. Bu eyni qaydada sonrakı dəyişikliklərə də aiddir. Xüsusi hallarda göstərilən hakimiyyət orqanlarının razılığı ilə bu müddət azaldıla bilər.
M a d d ə 9
Lisenziya və sertifikatların tanınması
Razılığa gələn bir Tərəfin tanıdığı və qüvvədə xxxx uçuş üçün yararlılıq sertifikatlarını, səlahiyyət sertifikatlarını və lisenziyaları bu Sazişdə nəzərdə tutulan marşrutlarda və xidmətlərdə istifadə etmək məqsədi ilə Razılığa gələn digər Tərəf tanıyacaqdır, bu şərtlə ki, belə sertifikatlar və lisenziyalar verilərkən irəli sürülən tələblər Konvensiya ilə müəyyən edilmiş və ya müəyyən edilə biləcək minimal standartlara bərabər və ya onlardan yüksək olsun. Razılığa gələn hər bir Tərəf öz ərazisində uçuşların həyata keçirilməsi məsələsi ilə əlaqədar öz vətəndaşlarına təqdim edilən Razılığa gələn digər Tərəf və ya istənilən digər dövlət tərəfindən etibarlı sayılan səlahiyyət sertifikatlarını və lisenziyaları tanımaqdan imtina etmək hüququnu saxlayır.
M a d d ə 1 0
Tariflər
1. Razılığa gələn Tərəfin aviasiya şirkətlərinin razılaşdırılmış xidmətlər zamanı tətbiq etdiyi tariflər münasib səviyyədə təyin olunmalıdır və bütün müvafiq amillər, o cümlədən istismar xərcləri, əsaslı mənfəət, xidmətlərin xarakteristikası və tam marşrutda və ya onun hissəsində müəyyən olunmuş müntəzəm daşımaları həyata keçirən digər aviasiya şirkətlərinin tarifləri nəzərə alınmalıdır.
2. Bu maddənin 1-ci bəndində haqqında danışılan tariflər aşağıdakı qaydalara uyğun olaraq müəyyənləşdirilir:
a) Razılığa gələr Tərəflərin təyin edilmiş aviasiya şirkətləri tariflərin müəyyən edilməsi mexanizmi xxxx Beynəlxalq Aviasiya Nəqliyyatı Assosiasiyasının üzvləridirsə və razılaşdırılmış xidmətlərə münasibətdə tarif qətnaməsi mövcuddursa, bu halda tariflər Razılığa gələn Tərəflərin təyin edilmiş aviasiya şirkətləri arasında bu cür tarif qətnaməsinə uyğun olaraq razılaşdırılır;
b) razılaşdırılmış xidmətlərə münasibətdə tarif qətnaməsi olmadıqda və ya Razılığa gələn Tərəflərdən birinin və ya hər ikisinin təyin etdiyi aviasiya şirkətləri yuxarıda "a" bəndində göstərilən eyni Assosiasiyanın üzvü olmadıqda, Razılığa gələn Tərəflərin təyin etdiyi aviasiya şirkətləri razılaşdırılmış xidmətlərə münasibətdə tətbiq edilən tariflərin miqdarı barədə öz aralarında razılığa gəlirlər;
c) barəsində razılığa gəlinmiş tariflər onların həyata keçirilməsi nəzərdə tutulan tarixdən azı 30 gün əvvəl Razılığa gələn Tərəflərin təyin edilmiş aviasiya şirkətinə təsdiq edilmək üçün təqdim edilməlidir; bu müddət qeyd olunan şirkətlərin razılığı əsasında azaldıla bilər;
d) Razılığa gələn Tərəflərin təyin edilmiş aviasiya şirkətləri tətbiq ediləcək tariflər barəsində razılaşa bilmədikdə və ya Razılığa gələn Tərəflərdən biri özünün razılaşdırılmış daşımaları və ya razılaşdırılmış xidmətləri həyata keçirəcək aviasiya şirkətini təyin etmədiyi halda və ya bu maddənin "c" bəndində göstərilmiş 30 günlük müddətin birinci 15 günü ərzində, Razılığa gələn Tərəflərdən birinin aviasiya hakimiyyət orqanları, bu maddənin "a" bəndinə uyğun olaraq, Razılığa gələn digər Tərəfin aviasiya hakimiyyət orqanlarına təyin edilmiş aviasiya şirkətləri arasında razılaşdırılmış hər hansı bir tariflə razı olmadığı halda Razılığa gələn Tərəflərin aviasiya hakimiyyət orqanları tətbiq edilməli xxxx xxxxx tariflər haqqında razılığa gəlməyə səy göstərəcəklər; əgər bu tariflər Razılığa gələn Tərəflərin hər ikisinin hakimiyyət orqanları tərəfindən təsdiq edilmirsə, onlar qüvvəyə minmir.
3. Bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilmiş tariflər yeni tariflər müəyyən edilənədək qüvvədə qalmalıdır.
M a d d ə 1 1
Aviasiya təhlükəsizliyi
1. Razılığa gələn Tərəflər beynəlxalq hüquqdan irəli gələn hüquq və öhdəliklərinə uyğun olaraq təsdiq edirlər ki, mülki aviasiyanın təhlükəsizliyini qanunsuz müdaxilə tədbirlərindən müdafiə etmək barəsində onların bir-birinə münasibətdə götürdükləri öhdəliklər bu Sazişin ayrılmaz tərkib hissəsini təşkil edir. Razılığa gələn Tərəflər beynəlxalq hüquq üzrə öz hüquq və öhdəliklərinin ümumi tətbiqini məhdudlaşdırmadan "Hava gəmilərində törədilən cinayətlər və bəzi başqa hərəkətlər haqqında" 1963-cü il sentyabrın 14-də (1342/06/23) Tokioda imzalanmış Konvensiyanın, "Hava gəmilərinin qanunsuz ələ keçirilməsinə qarşı mübarizə haqqında" 1970-ci il dekabrın 16-da (1349/09/25) Haaqada imzalanmış Konvensiyanın, "Mülki aviasiyanın təhlükəsizliyi əleyhinə yönəldilən qanunsuz hərəkətlərə qarşı mübarizə haqqında" 1971-ci il sentyabrın 23-də (1350/07/01) Monrealda imzalanmış Konvensiyanın və "Beynəlxalq mülki aviasiya hava limanlarında zorakılıq hərəkətlərinə qarşı mübarizə haqqında" 1988-ci il fevralın 24-də (1366/12/07) Monrealda imzalanmış Protokolun müddəalarına müvafiq surətdə fəaliyyət göstərirlər.
2. Razılığa gələn Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsinin və hava gəmilərinin, onların sərnişinlərinin və heyətlərinin, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı yönəldilən başqa qanunsuz hərəkətlərin, habelə mülki aviasiyanın təhlükəsizliyi üçün qorxu törədən hər hansı başqa hərəkətin qarşısını almaq üçün müraciət əsasında bir-birinə bütün zəruri köməkliyi göstərəcəklər.
3. Razılığa gələn Tərəflər öz qarşılıqlı münasibətlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının müəyyən etdiyi və "Beynəlxalq mülki aviasiya" Konvensiyasının davamı olaraq Əlavələr kimi qəbul edilmiş aviasiya təhlükəsizliyi müddəalarına Razılığa gələn Tərəflərə tətbiq edilə bilən dərəcədə əməl edirlər. Razılığa gələn hər bir Tərəf tələb edəcəkdir ki, qeydiyyata aldıqları hava gəmilərinin istismarçıları, əsas fəaliyyət yeri və daimi yeri onların ərazisində olan hava gəmilərinin istismarçıları və onların ərazisindəki hava limanlarının istismarçıları aviasiya təhlükəsizliyi üzrə belə müddəalara müvafiq surətdə fəaliyyət göstərsinlər.
4. Razılığa gələn hər bir Tərəf bununla Razılığa gələn digər Tərəfin bu maddənin 3-cü bəndində göstərilən və öz ərazisi hüdudlarına gəlmək, oradan getmək və orada olmaq üçün nəzərdə tutduğu aviasiya təhlükəsizliyi müddəalarına və tələblərinə əməl olunmasını hava gəmilərinin bu cür istismarçılarından tələb edə bilər. Razılığa gələn hər bir Tərəf öz ərazisi daxilində hava gəmilərinin qorunması və sərnişinlərin, heyətin, baqajın, yükün və gəmi ehtiyatlarının minikdən və ya yükvurmadan əvvəl və minik, yükvurma zamanı yoxlanılması üçün müvafiq tədbirlərin görülməsini təmin edəcəkdir. Hər bir Razılığa gələn Tərəf konkret təhlükə ilə əlaqədar xüsusi təhlükəsizlik tədbirləri görülməsi barədə Razılığa gələn digər Tərəfin müraciətini də qəbul edəcəkdir.
5. Mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi və ya hava gəmilərinin, onların sərnişinlərinin və heyətinin, hava limanlarının və ya aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı yönəldilən başqa qanunsuz
hərəkətlərlə bağlı hadisə və belə təhlükə baş verdikdə Razılığa gələn Tərəflər əlaqələri asanlaşdırmaq və belə hadisəni və ya bu cür təhlükəni tez və təhlükəsiz aradan qaldırmaq məqsədi ilə müvafiq tədbirlər görmək vasitəsi ilə bir-birinə kömək göstərirlər.
M a d d ə 1 2
Statistik məlumatlar mübadiləsi
Razılığa gələn hər bir Tərəfin aviasiya hakimiyyəti orqanları Razılığa gələn digər Tərəfin aviasiya hakimiyyəti orqanlarına, onların müraciəti əsasında, Razılığa gələn birinci Tərəfin təyin olunmuş aviasiya şirkətlərinin Razılığa gələn digər Tərəfin ərazisinə və ərazisindən yerinə yetirilən razılaşdırılmış xidmətlərlə əlaqədar məlumat və statistik göstəriciləri, təyin edilmiş aviasiya şirkətinin öz aviasiya hakimiyyəti orqanlarına hazırladığı və göndərdiyi qaydada verir. Razılığa gələn Tərəflərdən birinin aviasiya hakimiyyəti orqanlarından müraciət əsasında Razılığa gələn digər tərəfin aviasiya hakimiyyəti orqanlarından almaq istədiyi daşımalar haqqında əlavə məlumat Razılığa gələn hər iki Tərəf arasında qarşılıqlı müzakirə və razılaşmanın mövzusu ola bilər.
M a d d ə 1 3
Məsləhətləşmə, dəyişiklik və düzəlişlər
1. Razılığa gələn hər bir Tərəf və yaxud onun aviasiya hakimiyyəti orqanları istənilən vaxt Razılığa gələn digər Tərəf və yaxud onun aviasiya hakimiyyəti orqanları ilə məsləhətləşmələr keçirmək üçün müraciət edə bilər.
2. Razılığa gələn Tərəfin və ya onun aviasiya hakimiyyəti orqanlarının tələb etdiyi məsləhətləşmələr belə müraciətin alındığı tarixdən sonrakı(altmış) 60 gün ərzində başlamalıdır.
3. Razılığa gələn hər bir Tərəf istənilən vaxt bu Sazişin müddəalarına dəyişiklik və düzəlişlər etmək istəyə bilər və bu təqdirdə Razılığa gələn Tərəflər sorğunun alındığı tarixdən altmış (60) gün ərzində məsləhətləşmələr keçirəcəklər.
4. Bu Sazişdə edilmiş istənilən dəyişiklik və düzəlişlər 18-ci maddənin müddəalarına əsasən qüvvəyə
minir.
5. Bu maddənin 4-cü bəndinin müddəalarından asılı olmayaraq, bu Sazişin Əlavəsində verilmiş uçuş
marşrutlarına dair dəyişikliklər Razılığa gələn Tərəflərin aviasiya hakimiyyəti orqanları arasında bilavasitə razılaşdırıla bilər.
Dəyişikliklər diplomatik kanallarla həyata keçirilən notalar mübadiləsi yolu ilə təsdiq edildikdən sonra qüvvəyə minir.
M a d d ə 1 4
Mübahisələrin həlli
1. Əgər Razılığa gələn Tərəflər arasında bu Sazişin və onun Əlavəsinin (Əlavələrinin) təfsiri və ya tətbiqinə dair hər hansı bir mübahisə meydana çıxarsa, Razılığa gələn Tərəflər onu ilk növbədə danışıqlar vasitəsi ilə həll etməyə çalışacaqlar.
2. Əgər Razılığa gələn Tərəflər danışıqlar vasitəsi ilə mübahisənin həllinə nail olmasalar, onda mübahisənin həlli məqsədi ilə onlar məsləhət almaq üçün barəsində razılaşdıqları hər hansı şəxsə və ya quruma müraciət edə bilərlər.
3. Əgər Razılığa gələn Tərəflər yuxarıda göstərilmiş 1-ci və 2-ci bəndlərə əsasən razılığa gələ bilmirlərsə, Razılığa gələn Tərəflərdən biri özünün müvafiq qanun və qaydalarına əsasən mübahisəyə üç arbitrdən ibarət arbitrajda baxılmasını tələb edə bilər, arbitrlərin ikisini Razılığa gələn Tərəflər təyin edir və üçüncü həmin iki hakim tərəfindən seçilir.
Razılığa gələn hər bir Tərəf mübahisəyə arbitraj yolu ilə belə məhkəmədə baxılması haqqında Razılığa gələn digər Tərəfi diplomatik kanallarla xəbərdar etdiyi tarixdən 60 gün müddətində hakim təyin edir, üçüncü hakim isə sonrakı 60 gün müddətində təyin edilir. Əgər Razılığa gələn Tərəf göstərilən müddət ərzində öz hakimini təyin edə bilməzsə və ya təyin edilmiş hakimlər üçüncü hakim barədə razılaşmazsa, vəziyyətin tələb etdiyi şəkildə Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx hakimin təyin olunması haqqında Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Prezidentinə müraciət edə bilər. Üçüncü hakim Razılığa gələn hər iki Tərəflə belə təyinatın edildiyi zaman diplomatik əlaqələri xxxx dövlətin vətəndaşı olmalıdır.
4. Əgər üçüncü hakimin Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Prezidenti tərəfindən təyin edilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Prezidentinin həmin funksiyasını yerinə yetirə bilməməsi və ya onun Razılığa gələn hər hansı Tərəfin vətəndaşı olması səbəbindən mümkün deyilsə, təyin etmə Xxxxx-Xxxxxxxxx xərəfindən həyata keçirilir və əgər Vitse-Prezident də həmin funksiyaları yerinə yetirə bilmirsə və ya Razılığa gələ
hər hansı Tərəfin vətəndaşıdırsa, təyin etmə Şuranın Razılığa gələn hər hansı Tərəfin vətəndaşı olmayan yüksək vəzifəli üzvü tərəfindən həyata keçirilir.
5. Razılığa gələn Tərəflərin barəsində razılığa gəldikləri digər müddəaların davamı olaraq, arbitraj məhkəməsi öz proseduralarını və işə baxılma yerini müəyyən edir.
6. Arbitraj məhkəməsinin qərarları Razılığa gələn Tərəflər üçün qəti qərar hesab olunur.
7. Arbitraj məhkəməsinin xərcləri, hakimlərin ödəmələri və xərcləri də daxil olmaqla, Razılığa gələn Tərəflər arasında bərabər bölünəcəkdir. Üçüncü hakimin və/və ya bu maddənin 3-cü bəndində qeyd edildiyi xxxx xxxxx təyin edə bilməyən Razılığa gələn Tərəfin hakiminin təyin edilməsi ilə bağlı Şxxx xərəfindən çəkilmiş bütün xərclər arbitraj məhkəməsinin xərcləri hesab edilir.
M a d d ə 1 5
Ləğv etmə
Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfə istənilən vaxt bu Sazişin ləğv edilməsi haqqında yazılı bildiriş verə bilər. Eyni zamanda ləğvetmə haqqında bildiriş Beynəlxalq Mülki Aviasiya Təşkilatına göndəriləcəkdir.
Bu halda Saxxx xildirişi Razılığa gələn digər Tərəfin aldığı tarixdən on iki (12) ay sonra ləğv ediləcək, bu şərtlə ki, bildiriş Razılığa gələn Tərəflər arasında əldə edilmiş razılığa əsasən göstərilən müddətin başa çatmasınadək xxxx götürülməmişdir. Razılığa gələn digər Tərəf bildirişin alınmasını təsdiq etmədiyi təqdirdə, bildiriş Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən alındığı tarixdən on dörd gün (14) sonra Razılığa gələn həmin Tərəf tərəfindən alınmış hesab olunacaqdır.
M a d d ə 1 6
Çoxtərəfli sazişlərə və konvensiyalara uyğunluq
Əgər Razılığa gələn Tərəflərə münasibətdə çoxtərəfli hava nəqliyyat sazişi və ya konvensiyası qüvvəyə minirsə, bu Saziş və onun Əlavəsi (Əlavələri) bu Sazişin 13-cü Maddəsində qeyd edilən danışıqlar yolu ilə konvensiyanın və ya sazişin müddəalarına uyğunlaşdırılacaqdır.
M a d d ə 1 7
Qeydiyyat
Bu Saziş və onun Əlavəsi (Əlavələri) və ona edilən bütün düzəlişlər Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyatdan keçməlidir.
M a d d ə 1 8
Qüvvəyə minmə
Bu Saziş, Razılığa gələn Tərəflərdən birinin digərinə bu Sazişin qüvvəyə minməsi üçün öz qanun və qaydalarına uyğun olaraq zəruri tələblərin yerinə yetirildiyini bildirən sonuncu bildirişinin tarixindən qüvvəyə minir.
Bunun təsdiqi olaraq, aşağıdakı şəxslər öz müvafiq Hökumətləri tərəfindən lazımi səlahiyyətlərə malik olaraq, Preambula, on səkkiz (18) maddə və bir Əlavədən ibarət xxxx bu Sazişi imzalamışlar.
Tehran şəhərində 20 may 2002-ci ildə, müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə tərtib edilmişdir, bütün mətnlər eyni qüvvəyə malikdir. Saziş mətninin təfsiri zamanı hər hansı fikir ayrılığı yaranarsa, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | İran İslam Respublikası Hökuməti adından (imza) |
<.. image(Изображение выглядит как стол Автоматически созданное описание) removed ..>
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2002-ci il mayın 20-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul 2002-ci il
№ 353-IIQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında
SAZİŞ
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti,
Gömrük qanunvericiliyinin pozulmasının hər iki ölkənin iqtisadi, maliyyə və ictimai maraqlarına, həmçinin həmin ölkələrin ticarətinin hüquqi maraqlarına ziyan vurması faktını nəzərə alaraq,
Malların idxalı və ya ixracı zamanı toplanan gömrük rüsumları, vergiləri və digər yığımların dəqiq tutulmasının və qadağan, məhdudiyyət və nəzarət haqqında müddəaların düzgün icrasının təmin olunmasının əhəmiyyətini nəzərə alaraq,
Gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınmasında, idxal, ixrac rüsum və vergilərinin dəqiq yığılmasının təmin olunmasında göstərilən səylərin gömrük orqanları arasında əməkdaşlıq yolu ilə daha səmərəli olacağını qəbul edərək,
Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinin əhalinin sağlamlığı və cəmiyyət üçün təhlükə törətdiyini nəzərə alaraq,
Gömrük Əməkdaşlıq Şurasının Qarşılıqlı İnzibati Yardım haqqında 5 dekabr 1953-cü il tarixli Tövsiyəsini nəzərə alaraq,
Həmçinin Narkotik vasitələr haqqında 1961-ci il 30 mart tarixli Xxxxx Xxxxxxxxxx, Psixotrop maddələr haqqında 1971-ci il 21 fevral tarixli Konvensiya və Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il 20 dekabr tarixli Konvensiyanın müddəalarını nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Təriflər
Bu Sazişin məqsədləri üçün:
a) "Gömrük orqanı" - Azərbaycan Respublikasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasında İran İslam Respublikası Gömrük İdarəsi;
b) "Hüquqpozma" - gömrük qanunvericiliyinin hər hansı bir şəkildə pozulması və eləcə də bu qanunvericiliyin pozulmasına yönəldilmiş hər hansı bir cəhd;
c) "Gömrük qanunvericiliyi" - gömrük rüsumları, vergiləri, güzəştli tariflər və digər yığımlar və ya Razılığa gələn Tərəflərin gömrük orqanları tərəfindən həyata keçirilən qadağan, məhdudiyyət yaxud nəzarət tədbirləri ilə bağlı, malların idxal, ixrac və tranziti və ödəniş vasitələrinə dair qanunvericiliklə təsbit olunan müddəalar;
ç) "Şəxs" - fiziki və ya hüquqi şəxs;
d) "Şəxs barədə məlumat" - müəyyən olunmuş və ya müəyyən oluna bilən fiziki şəxs barədə məlumatlar;
e) "Məlumatlar" - hər hansı məlumat, sənədlər, arayışlar, onların təsdiq olunmuş və ya autentik surətləri və ya digər məlumatlar;
ə) "İnformasiya" - gömrük hüquqpozmalarına dair məlumatları təqdim etmək üçün hazırlanmış və/və ya təhlil edilmiş məlumatlar;
f) "Sorğu göndərən gömrük idarəsi" - yardım almaq üçün sorğu göndərən gömrük idarəsi;
g) "Sorğu xxxx gömrük idarəsi" - yardım göstərmək üçün sorğu xxxx gömrük idarəsi deməkdir. M a d d ə 2
Sazişin tətbiq edilmə dairəsi
1. Razılığa gələn Tərəflər bu Sazişin müddəalarına müvafiq olaraq və öz milli qanunvericilikləri əsasında öz gömrük orqanları vasitəsi ilə:
a) malların və sərnişinlərin keçirilməsini asanlaşdırmaq və buna yardım etmək məqsədi ilə tədbirlər həyata keçirməli;
b) gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasında bir-birinə yardım etməli;
c) sorğu əsasında gömrük qanunvericiliyinin tənzimlənməsi və həyata keçirilməsində istifadə olunmalı məlumatları təmin etməklə bir-birinə yardım etməli;
ç) yeni gömrük proseduralarının tədqiq edilməsi, inkişaf etdirilməsi və sınanmasında, əməkdaşların təlim və qarşılıqlı mübadiləsində və onların birgə səylərini tələb edə bilən digər məsələlərin həllində bir-birinə yardım etməyə çalışmalı;
d) Razılığa gələn Tərəflərin qoşulmuş olduğu beynəlxalq gömrük konvensiyaları əsasında gömrük sistemlərində, gömrük texniki üsulların təkmilləşdirilməsində və gömrük idarəetmə və gömrük pozuntularına qarşı mübarizə sahələrinə dair problemlərin həllində ahəngdarlığa və eyniliyə nail olmağa çalışmalı.
2. Bu Saziş çərçivəsində qarşılıqlı yardım, sorğu xxxx gömrük idarəsinin dövlətinin gömrük ərazisində qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq və sorğu xxxx gömrük idarəsinin səlahiyyət və imkanları daxilində göstərilməlidir.
3. Bu Sazişin heç bir müddəası Razılığa gələn Tərəflər arasında hazırda fəaliyyətdə xxxx qarşılıqlı yardım təcrübəsini məhdudlaşdıracaq tərzdə şərh edilməməlidir.
M a d d ə 3
Əməkdaşlıq və qarşılıqlı yardım formaları
Razılığa gələn Tərəflərin gömrük orqanları onların sorğusu əsasında və ya öz təşəbbüsləri ilə:
a) bu Sazişin müddəalarına müvafiq olaraq bir-birini zəruri məlumatlarla təmin etməli;
b) öz fəaliyyətləri ilə bağlı təcrübə mübadiləsi və hüquqpozmaların yeni meylləri, vasitə və metodları haqqında məlumat mübadiləsi aparmalı;
c) Razılığa gələn Tərəf dövlətlərin gömrük qanunvericiliyində mühüm dəyişikliklər barədə, həmçinin nəzarətin texniki üsulları və onların tətbiq edilməsi metodları barədə bir-birini məlumatlandırmalı və həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etməlidirlər.
M a d d ə 4
Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi
1. Razılığa gələn Tərəflərin gömrük orqanları qarşılıqlı razılıq əsasında Razılığa gələn Tərəf dövlətlərin gömrük əraziləri arasında malların və sərnişinlərin hərəkətini asanlaşdırmaq və buna yardım etmək məqsədi ilə gömrük prosedurlarını təkmilləşdirmək üçün lazımi tədbirlər həyata keçirəcəklər.
2. Razılığa gələn Tərəflərin gömrük orqanları öz dövlət dillərindən başqa, ingilis dilində xxxx gömrük sənədlərinin müvafiq formalarını qəbul edə bilər.
M a d d ə 5
Şəxslər, mallar və nəqliyyat vasitələri üzərində nəzarət
Razılığa gələn bir Tərəfin gömrük orqanı öz təşəbbüsü ilə və ya Razılığa gələn digər Tərəfin gömrük orqanının sorğusu əsasında aşağıdakılar üzərində nəzarəti təmin etməlidir:
a) Razılığa gələn digər Tərəfin dövlətinin gömrük qanunvericiliyini pozması məlum xxxx və yaxud pozması şübhə doğuran şəxslərin hərəkəti, xüsusilə də həmin dövlətin gömrük ərazisinə daxil olması və onu tərk etməsi;
b) Razılığa gələn digər Tərəfin gömrük orqanı tərəfindən Razılığa gələn həmin Tərəfin dövlətinin gömrük ərazisinə və ya ərazisindən qanunsuz daşınmaya səbəb olması və ya şübhə doğurması barədə məlumat verilmiş mallar və ödəniş vasitələrinin keçirilməsi;
c) Razılığa gələn digər Tərəfin dövlətinin gömrük qanunvericiliyinin pozulmasında istifadə olunduğu məlum xxxx və ya şübhə doğuran hər hansı nəqliyyat vasitələri;
ç) Razılığa gələn digər Tərəfin dövlətinin gömrük ərazisinə faktiki qanunsuz daşınmaya səbəb ola bilən malların saxlandığı yerlər.
M a d d ə 6
Nəzarətli göndəriş
1. Razılığa gələn Tərəflərin gömrük orqanları qarşılıqlı razılıq və anlaşma əsasında narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz daşınmasında iştirak edən şəxslərin aşkar edilməsi məqsədi ilə malların nəzarətli göndəriş metodlarından istifadə edə bilərlər.
2. Görülmüş tədbirlərlə əlaqədar nəzarətli göndəriş həyata keçirildiyi qanunsuz mal partiyaları Razılığa gələn hər iki Tərəfin gömrük orqanlarının razılığı ilə dayandırıla və toxunulmamış və ya yerindən götürülmüş və ya tam yaxud qismən yeri dəyişdirilmiş halda qanunsuz partiyalarla sonrakı daşınma üçün buraxıla bilər.
3. Nəzarətli göndərişin həyata keçirilməsinə dair qərarlar vaxtaşırılıq prinsipinə əsaslanmalıdır və zəruri hallarda, onun həyata keçirilməsi ilə bağlı Razılığa gələn Tərəflərin hər iki gömrük orqanı tərəfindən əldə olunmuş maliyyə razılaşmaları və anlaşmaları nəzərə alına bilər.
M a d d ə 7
Spesifik malların qanunsuz dövriyyəsinə qarşı tədbirlər
Razılığa gələn Tərəflərin gömrük orqanları öz təşəbbüsləri ilə və ya sorğu əsasında heç bir ləngiməyə yol vermədən bir-birini Razılığa gələn Tərəf dövlətlərinin gömrük ərazisində qüvvədə xxxx gömrük qanunvericiliyini aşağıda göstərilən sahələrdə pozan və ya pozması aşkara çıxan, aşkar edilmiş və ya planlaşdırılmış fəaliyyətlər barədə müvafiq məlumatlarla təmin etməlidir:
a) silahların, sursatların, partlayıcı maddələr və partlayıcı qurğuların keçirilməsi;
b) Razılığa gələn Tərəflərdən biri üçün mühüm tarixi, mədəni və ya arxeoloji dəyər kəsb edən incəsənət əşyalarının və antikvar nümunələrinin keçirilməsi;
c) zəhərli mallar və radioaktiv maddələr, həmçinin ətraf mühit və əhalinin sağlamlığı üçün təhlükə yaradan maddələrin keçirilməsi;
ç) yüksək gömrük rüsum və vergilərinə cəlb olunan malların keçirilməsi;
d) Razılığa gələn Tərəflərin gömrük orqanları tərəfindən razılaşdırılan siyahıya əsasən qeyri-tarif məhdudiyyətlərinin tətbiq edildiyi spesifik və strateji malların keçirilməsi.
M a d d ə 8
Məlumatların çatdırılması
1. Razılığa gələn Tərəflərin gömrük orqanları öz təşəbbüsləri ilə və ya sorğu ilə aşağıdakı məsələlərin dəqiqliyinin təmin edilməsinə yardım edə biləcək bütün məlumatları bir-birinə təqdim edəcək:
a) gömrük orqanları tərəfindən tutulan gömrük rüsumları, vergilər və digər yardımların toplanması və xüsusilə, gömrük məqsədləri üçün malların dəyərinin qiymətləndirilməsində və onların tarif təsnifatının təyin edilməsində kömək edə biləcək məlumatlar;
b) idxal, ixrac və tranzitə dair qadağan və məhdudiyyətlərin həyata keçirilməsi və ya gömrük rüsumları, vergilər və digər yığımlardan azad edilmə;
c) malların mənşə ölkəsinə dair milli qanunvericiliyin həyata keçirilməsi.
2. Əgər sorğu xxxx gömrük idarəsi sorğu edilən məlumatlara malik deyilsə, o, sorğu xxxx gömrük idarəsinin mənsub olduğu dövlətin qanunvericiliyinə uyğun olaraq bu məlumatları özü üçün axtardığı kimi axtarmalıdır.
M a d d ə 9
Malların hərəkəti barədə məlumatlar
Razılığa gələn bir Tərəfin gömrük orqanı öz təşəbbüsü ilə və ya sorğu əsasında Razılığa gələn digər Tərəfin gömrük orqanını aşağıdakı məlumatlarla təmin etməlidir:
a) sorğu göndərən gömrük idarəsi mənsub olduğu dövlətin gömrük ərazisinə idxal olunmuş malların Razılığa gələn digər Tərəfin dövlətinin gömrük ərazisindən xxxxxx xxxxx ixrac olunması;
b) sorğu göndərən gömrük idarəsi mənsub olduğu dövlətin gömrük ərazisindən ixrac olunmuş malların Razılığa gələn digər Tərəfin dövlətinin gömrük ərazisinə xxxxxx xxxxx idxal olunması.
M a d d ə 1 0
Digər fəaliyyət haqqında məlumatlar
Razılığa gələn bir Tərəfin gömrük orqanı öz təşəbbüsü ilə və ya sorğu əsasında Razılığa gələn digər Tərəfin gömrük orqanını Razılığa gələn digər Tərəfin dövlətinin gömrük ərazisində qüvvədə xxxx gömrük qanunvericiliyinin pozulmasına dair məsələlərdə istifadə üçün tətbiq oluna bilən, xüsusilə, aşağıdakı məsələlərə aid bütün məlumatlarla təmin etməlidir:
a) Razılığa gələn digər Tərəfin dövlətinin gömrük ərazisində qüvvədə xxxx gömrük qanunvericiliyini pozması məlum xxxx və ya şübhə doğuran şəxslər barədə;
b) qanunsuz daşınma obyekti olması məlum xxxx və ya olması şübhə doğuran mallar barədə;
c) Razılığa gələn digər Tərəfin dövlətinin gömrük ərazisində qüvvədə xxxx gömrük qanunvericiliyinin pozulmasında istifadə olunması məlum xxxx və ya istifadə olunduğu şübhə doğuran nəqliyyat vasitələri barədə.
M a d d ə 1 1
İşlər və sənədlər
1. Razılığa gələn bir Tərəfin gömrük orqanı öz təşəbbüsü ilə və ya sorğu əsasında Razılığa gələn digər Tərəfin gömrük orqanını Razılığa gələn həmin Tərəfin dövlətinin gömrük ərazisində qüvvədə xxxx gömrük qanunvericiliyini pozan və ya pozması aşkara çıxan, həyata keçirilmiş və ya planlaşdırılmış fəaliyyətlər üzrə mövcud xxxx bütün məlumatlara dair arayışlar, xxxxx ifadələri və ya sənədlərin təsdiq olunmuş surətləri ilə təmin etməlidir.
2. Bu Sazişdə nəzərdə tutulmuş sənəd eyni məqsədlə hər hansı formada hazırlanmış kompüter məlumatları ilə əvəz oluna bilər. Materialın şərhi və ya istifadə edilməsi üçün bütün müvafiq məlumatlar eyni zamanda təmin edilməlidir.
3. İşlərin və sənədlərin əsli yalnız onların təsdiq edilmiş surətləri kifayət etmədikdə tələb oluna bilər.
4. Razılığa gələn digər Tərəfin gömrük orqanlarından alınan işlər və sənədlər mümkün qədər tez xxxx qaytarılmalıdır.
M a d d ə 1 2
Sorğular
1. Əgər Razılığa gələn bir Tərəfin gömrük orqanı sorğu göndərirsə, Razılığa gələn digər Tərəfin gömrük orqanı sorğu göndərən gömrük idarəsinin mənsub olduğu dövlətin gömrük ərazisində qüvvədə xxxx gömrük qanunvericiliyinə xxxx xxxx, yaxud olması aşkara çıxan əməliyyatlarla bağlı bütün rəsmi təhqiqatlara başlamalıdır. Belə sorğuların nəticələri barədə sorğu göndərən gömrük idarəsinin gömrük orqanına məlumat verilməlidir.
2. Bu təhqiqatlar sorğu xxxx gömrük idarəsinin mənsub olduğu dövlətin gömrük ərazisində qüvvədə xxxx qanunvericiliyə müvafiq surətdə həyata keçirilməlidir. Sorğu xxxx gömrük idarəsi özü üçün fəaliyyət göstərdiyi kimi fəaliyyət göstərməlidir.
3. Razılığa gələn bir Tərəfin gömrük orqanının vəzifəli şəxsləri, xüsusi hallarda, Razılığa gələn digər Tərəfin gömrük orqanının razılığı ilə sorğu göndərən gömrük idarəsinin mənsub olduğu dövlətin ərazisində qüvvədə xxxx gömrük qanunvericiliyinin pozulması halları üzrə təhqiqat aparılan zaman həmin tərəfin gömrük ərazisində iştirak edə bilər.
M a d d ə 1 3
Rəsmi şəxslərin səfərləri üçün tədbirlər
Bu Sazişdə nəzərdə tutulan hallarda, Razılığa gələn bir Tərəfin gömrük orqanının rəsmi şəxsləri Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə səfər etdikdə, onlar hər zaman rəsmi səlahiyyətlərini sübut etmə imkanına malik olmalıdırlar. Onlar xüsusi geyim forması geyinməməli və silah gəzdirməməlidirlər.
M a d d ə 1 4
Ekspertlər
Əgər Razılığa gələn bir Tərəfin gömrük orqanı sorğu göndərirsə, Razılığa gələn digər Tərəfin gömrük orqanı öz vəzifəli şəxslərinə məhkəmə və ya inzibati təhqiqat prosesində ekspert kimi iştirak etmək səlahiyyəti verə bilər. Belə vəzifəli şəxslər, onlar tərəfindən vəzifələrinin icrası zamanı müəyyən edilmiş faktlar barədə Razılığa gələn digər Tərəfin gömrük orqanına məlumat verəcəklər.
İştirak üçün sorğuda vəzifəli şəxslərin hansı işdə və hansı qismdə iştirak edəcəyi aydın göstərilməlidir. M a d d ə 1 5
Məlumatlardan və informasiyadan istifadə edilməsi
1. Bu Saziş çərçivəsində alınan məlumatlar yalnız bu Sazişin məqsədləri üçün istifadə olunmalıdır. Bu sənədlər, onları təmin edən gömrük orqanının dəqiq təsdiqi olmadan digər məqsədlər üçün göndərilməməli və ya istifadə olunmamalıdır.
2. Bu Maddənin 1-ci bəndindəki müddəalar narkotik vasitələr, psixotrop maddələr və prekursorlarla əlaqədar hüquqpozmalara dair məlumatlara tətbiq edilmir. Belə məlumatlar narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bilavasitə məşğul xxxx digər orqanlara təqdim edilə bilər.
3. Razılığa gələn Tərəflərdən birinin gömrük orqanı tərəfindən bu Sazişlə əlaqədar hər hansı formada alınmış sorğular, məlumatlar, informasiya, ekspert arayışları qəbul edən gömrük orqanı tərəfindən Razılığa gələn həmin Tərəfin dövlətinin milli qanunvericiliyinə əsasən eyni xarakterli sənədlər və məlumatlar kimi qorunmalıdır.
4. Bu Sazişin məqsədlərinə müvafiq şəkildə və tətbiq edilmə dairəsində Razılığa gələn Tərəflərin gömrük orqanları özlərinin xxxxx ifadələrində, arayışlarında və məhkəmə və ya inzibati orqanlara təqdim olunan sənədlərdə bu Sazişə müvafiq olaraq əldə edilmiş məlumatlar və informasiyadan dəlil kimi istifadə edə bilər.
5. Məhkəmədə dəlil kimi istifadə edilən belə məlumatlar və informasiya və onlara verilən əhəmiyyət Razılığa gələn Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə müvafiq surətdə müəyyən edilməlidir.
M a d d ə 1 6
Yardım göstərmək öhdəliyindən istisnalar
1. Əgər Razılığa gələn bir Tərəfin gömrük orqanı sorğunun yerinə yetirilməsinin Razılığa gələn həmin Tərəf dövlətin suverenliyi, təhlükəsizliyi, ictimai asayişi və ya digər mühüm maraqlarına zərər gətirə biləcəyini
hesab edirsə, həmin gömrük orqanı bu Saziş çərçivəsində sorğu edilən yardımdan tamamilə və yaxud qismən imtina edə və ya bu yardımı yalnız müəyyən şərtlər və ya tələblərə əsasən göstərə bilər.
2. Yardımdan imtina edildiyi təqdirdə, imtinaya dair qərar və səbəblər təxirə salınmadan yazılı şəkildə sorğu göndərən gömrük idarəsinə təqdim edilməlidir.
3. Razılığa gələn Tərəflərdən birinin gömrük orqanı özünün göstərmək iqtidarında olmayacağı yardım barədə sorğu edirsə, o, sorğuda bu məsələni qeyd etməlidir. Bu sorğunun yerinə yetirilməsi məsələsi sorğu xxxx gömrük idarəsinin qərarından asılıdır.
M a d d ə 1 7
Yardım üçün göndərilən sorğunun forma və məzmunu
1. Bu Sazişə müvafiq olaraq göndərilən sorğular yazılı şəkildə verilməlidir. Belə sorğuların icra edilməsi üçün xxxxx xxxx sənədlər sorğuya əlavə olunmalıdır. Təcili hallarda tələb olunduqda, şifahi şəkildə verilən sorğu qəbul oluna bilər, xxxxx gecikdirilmədən yazılı şəkildə təsdiq olunmalıdır.
2. Bu maddənin 1-ci bəndində qeyd edilən sorğulara aşağıdakı məlumatlar daxil edilməlidir:
a) sorğu göndərən gömrük idarəsi;
b) tələb olunan tədbirlər;
c) sorğunun məqsədi və səbəbi;
ç) aid xxxx qanunlar, qaydalar və digər hüquqi əsaslar;
d) təhqiqatların obyekti xxxx şəxslərin mümkün qədər dəqiq və müfəssəl təsviri;
e) müvafiq faktların qısa məzmunu.
3. Sorğular, sorğu xxxx gömrük idarəsinin mənsub olduğu dövlətin rəsmi dilində və ya ingilis dilində və ya sorğu xxxx gömrük idarəsinə münasib xxxx digər dildə təqdim edilməlidir.
4. Əgər sorğu formal tələblərə cavab vermirsə, bu sorğuda düzəliş və ya tamamlamaların edilməsi tələb oluna bilər.
M a d d ə 1 8
Texniki yardım
Razılığa gələn Tərəflərin gömrük orqanları aşağıdakılar daxil olmaqla gömrük işi sahəsində bir-birini texniki yardımla təmin edəcəklər:
a) Razılığa gələn hər iki Tərəfin istifadə etdiyi texniki vasitələri daha yaxşı öyrənmək məqsədi ilə qarşılıqlı faydalı hallarda gömrük əməkdaşlarının mübadiləsi;
b) gömrük əməkdaşlarının xüsusi ixtisas biliklərinin inkişaf etdirilməsi üçün təlim və yardım;
c) aşkarlayıcı cihazların istifadə olunmasında məlumat və təcrübə mübadiləsi; ç) gömrük işi sahəsində təcrübəli ekspertlərin mübadiləsi;
d) gömrük qanunları, qaydaları və prosedurlarına dair peşəkar, xxxx və texniki məlumatların mübadiləsi. M a d d ə 1 9
Xərclər
1. Razılığa gələn Tərəflər, onların müvafiq gömrük ərazilərində Razılığa gələn digər Tərəfin tranzit xxxxxxx üçün gömrük rüsum və vergilərinin toplanmasından imtina etmək barədə razılığa gəldilər.
2. Sorğu xxxx gömrük idarəsinin bu Saziş çərçivəsində sorğunun yerinə yetirilməsində dövlət qulluqçuları olmayan ekspertlərə xərclər və maddi təminat və həmçinin, şifahi və yazılı tərcüməçilərə ödənilmiş vəsait istisna olunmaqla, çəkdiyi xərclər həmin gömrük idarəsi tərəfindən ödənməlidir.
3. 18-ci maddənin icrası ilə bağlı xərclərin qaytarılması Razılığa gələn Tərəflərin gömrük idarələri tərəfindən xüsusi olaraq razılaşdırıla bilər.
M a d d ə 2 0
Sazişin həyata keçirilməsi
1. Bu Saziş çərçivəsində göstərilən yardım bilavasitə Razılığa gələn Tərəflərin gömrük orqanları tərəfindən göstərilir. Həmin orqanlar bu məqsədlə müfəssəl hazırlıq tədbirləri barədə qarşılıqlı razılıq əldə etməlidirlər.
2. Razılığa gələn Tərəflərin gömrük pozuntuları ilə mübarizə və təhqiqatla məşğul xxxx mərkəzi və yerli idarələri bir-biri ilə birbaşa əlaqə saxlaya bilərlər.
M a d d ə 2 1
Ərazi üzrə tətbiq edilmə
Bu Saziş Razılığa gələn hər iki Tərəfin dövlətinin gömrük ərazisində tətbiq olunmalıdır. M a d d ə 2 2
Sazişin qüvvəyə minməsi və müddətinin başa çatması
1. Bu Xxxxx, onun qüvvəyə minməsi üçün zəruri xxxx bütün dövlətdaxili prosedurları Razılığa gələn Tərəflərin yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin tarixindən sonra otuzuncu gündən qüvvəyə minəcəkdir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanır və Razılığa gələn Tərəflərdən birinin Sazişin qüvvəsini ləğv etmək niyyəti barədə yazılı bildiriş verdiyi tarixdən sonra altı ay müddətində qüvvədə olacaqdır.
Tehran şəhərində 2002-ci il 20 may tarixində, hicri təqviminə müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə, iki əsl nüsxədə, Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsirində hər hansı fikir ayrılığı yaranarsa, ingilis dilindəki mətnə istinad ediləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza ) | İran İslam Respublikası Hökuməti adından ( imza) |
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında 1996-cı il oktyabrın 28-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
XXXXXX XXXXXX
Bakı şəhəri, 1 dekabr 1998-ci il
№ 552-IQ
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 1994-cü il dekabrın 10-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
X. XXXXXXX
Bakı şəhəri, 4 aprel 1995-ci il.
№ 1014.