Contract
Bank hesabının açılması və hesab üzrə əməliyyatların aparılması haqqında MÜQAVİLƏ (fiziki şəxslər üçün) | CONTRACT for opening a bank account and conducting account transactions (for individuals) |
Bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra «Bank» adlandırılacaq) və digər tərəfdən «Müştəri», (“Müştəri” və “Bank” bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlər əsasında bu müqaviləni (bundan sonra «Müqavilə» adlanacaq) bağladılar. | "Premium Bank" Open Joint-Stock Company (hereinafter referred to as "Bank"), operating based on the laws of the Republic of Azerbaijan, the license of the Financial Market Supervisory Authority of the Republic of Azerbaijan, and its charter, on the one part, and "Customer", on the other part, (the "Customer" and the "Bank" shall hereinafter collectively referred to as "Parties") have entered into this Contract (hereinafter referred to as "Contract") as follows: |
1. MÜQAVİLƏNİN PREDMETİ | 1. SUBJECT OF THE CONTRACT |
1.1. Bu müqaviləyə görə «Bank» «Müştəri»yə Azərbaycan Respublikasının milli valyutasında və ya xarici valyutalarda bank hesabı açılmasına, açılmış hesaba pul vəsaitinin qəbuluna, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair «Müştəri»nin sərəncamlarını yerinə yetirməyi və internet bankçılıq xidmətinin göstərilməsini, «Müştəri» isə hesabdakı pul vəsaiti ilə əməliyyatlarının aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. | 1.1. According to this Contract, the Bank shall undertake to perform the Customer’s instructions to open a bank account in the national currency of the Republic of Azerbaijan or in foreign currencies, to accept funds to the opened account, to transfer and give the relevant amounts from the account, to conduct other account transactions and to provide the online banking services, and the Customer shall undertake to pay the fees for banking services for conducting transactions with the funds in the account. |
1.2. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına, “Fərdi məlumatlar haqqında” Qanuna, habelə digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. | 1.2. This Contract has been compiled in accordance with the Civil Code of the Republic of Azerbaijan, regulatory acts of the Financial Market Supervisory Authority of the Republic of Azerbaijan, the Law "On Personal Data", as well as other statutory acts. |
2. HESABIN FƏALİYYƏT REJİMİ | 2. ACCOUNT OPERATING PRINCIPLES |
2.1. Bank hesabının açılması üçün Müştəri ərizə ilə Banka müraciət edir və hesabın açılması üçün qanunvericiliklə və bankdaxili qaydalarla nəzərdə tutulmuş sənədləri təqdim edir; | 2.1. To open a bank account, the Customer shall apply to the Bank with an application and shall submit the documents provided for by the legislation and internal bank regulations for opening an account; |
2.2. Müştərinin vermiş olduğu bank hesablarının açılmasına dair ərizə, müqavilənin tərkib hissəsi sayılır və bu ərizədə qeyd edilən valyutada bank hesablarının açılması üçün əsasdır. | 2.2. Application of the Customer for opening bank accounts shall be deemed as part hereof and shall be a basis for opening bank accounts in the currency specified in the application. |
2.3. Müştərinin ərizəsi əsasında açılmış bütün valyutalarda xxxx bank hesabları ilə əlaqədar bank ilə müştəri arasındakı münasibətlər bu müqavilə ilə tənzimlənir. | 2.3. The relations between the Bank and the Customer regarding bank accounts in all currencies opened upon request of the Customer shall be governed hereby. |
2.4. Müştəri tərəfindən Hesab üzrə xarici valyuta əməliyyatları “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarına” əsasən aparılır; | 2.4. Account transactions in foreign currency by the Customer shall be conducted according to the "Regulations on Foreign Currency Transactions of Residents and Non- Residents of the Republic of Azerbaijan"; |
2.5. Müştərinin Hesabından silinmələrə əsas qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir. | 2.5. A basis for deductions from account of the Customer shall be the payment documents provided by the Customer, except for cases provided for by the legislation and this Contract. |
2.6. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində Banka təqdim edilə bilər. | 2.6. Payment documents may be submitted to the Bank within three (3) business days upon the date of its writing (not including the day of writing). |
2.7. Müştərinin sərəncamı olmadan Hesabdakı pul vəsaitinin silinməsinə qanunvericiliklə, habelə bu Müqavilə ilə müəyyənləşdirilmiş hallarda icazə verilir. | 2.7. Debiting funds from the Account without the Customer's order shall be allowed only in the cases specified by the legislation, as well as by this Contract. |
2.8. Bankla Müştəri arasında Hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank müştərinin hesabı üzrə əməliyyatları hesabın qalığı çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədində göstərilən məbləğ müştərinin hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini icra etmir. | 2.8. If there is no additional contract between the Bank and the Customer on the account credit, the Bank shall conduct the account transactions of the Customer in the order of sequence determined within the account balance. If the amount specified in the payment document exceeds the account balance of the Customer, the Bank shall not execute that payment document. |
2.9. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan vəsaitin silinməsi Müştərinin sərəncamlarının və hesabdan silinməyə dair digər sənədlərin daxil olduğu təqvim ardıcıllığı ilə həyata keçirilir. | 2.9. When the amount of the account balance is sufficient to cover all the demands made against the account, the debiting funds from the account shall be carried out according to the calendar sequence that includes instructions of the Customer and other documents on debiting from the account. |
2.10. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etmədikdə hesabdan pul vəsaiti qanunvericiliklə nəzərdə tutulmuş ardıcıllıqla silinir. | 2.10. If the amount of the account balance is not enough to cover all the demands made against the account, the debiting funds from the account shall be carried out in the manner as set forth in the legislation. |
2.11. Bank tərəfindən Müştərinin ödəniş sənədləri qəbul edilərkən qanunvericilik ilə müəyyən edilmiş tələblərə uyğun yoxlanılır. Ödəniş sənədlərinin məzmunu və forması qanunla və xxx xxxxx müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. Bu tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri icraya qəbul edilmir. | 2.11. When accept the Customer's payment documents by the Bank, they shall be checked pursuant to the requirements stipulated by the legislation. The content and form of the payment documents shall comply with the requirements provided for by the legislation and the banking regulations established accordingly. Payment documents drawn up in violation of these requirements, as well as shortcoming payment documents, shall not be accepted for execution. |
2.12. Müştərinin hesabı üzrə sərəncam vermək hüququ yalnız Banka təqdim edilmiş imza nümunəsi vərəqəsində qeyd edilmiş imza səlahiyyətinə xxxxx xxxx şəxsə və ya həmin şəxsin etibarnamə əsasında çıxış edən şəxsə məxsusdur. İmza vərəqəsində birinci və ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduqda, həmin imzalardan istifadə qaydası bu barədə imza vərəqəsində edilmiş qeydə əsasən aparılır (bu qayda məsafədən bank hesabının açılması zamanı tətbiq edilmir). | 2.12. The right to dispose of the Customer's account shall be exercised only by the person who has the authority to sign, as stated in the specimen signature sheet submitted to the Bank, or to the person acting based on the power of attorney. When the signatures of two or more persons with the first and second signatures are recorded on the signature sheet, the procedure for using those signatures shall be based on the note made on the signature sheet (this procedure does not apply while opening a bank account remotely). |
3. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ | 3. RIGHTS AND OBLIGATIONS OF THE |
PARTIES | |
3.1. Bankın vəzifələri: | 3.1. Obligations of the Bank: |
3.1.1. Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına və Bankın qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və bu Müqavilənin ayrılmaz hissəsi sayılan Müştərinin ərizəsi və digər zəruri sənədlər əsasında müvafiq valyutalarda hesab açmaq; | 3.1.1. To open an account in relevant currencies based on the documents submitted in accordance with the regulatory acts of the Financial Market Supervisory Authority of the Republic of Azerbaijan and the Bank's regulations, and the Customer's application and other required documents, which are deemed an integral part hereof; |
3.1.2. Müştəriyə Hesablaşma-xxxxx xidmətləri göstərmək: | 3.1.2. To provide settlement and cashier services to the Customer: |
- Müştərinin Hesablarına daxil xxxx pul vəsaitini qanunvericilik və Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmaq; | - to deposit the money received in the Customer's Account no later than the day after its receipt, except for the cases stipulated by the legislation and regulatory acts of the Financial Market Supervisory Authority of the Republic of Azerbaijan; |
- Müştərinin təqdim etdiyi ödəniş sənədlərini Banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq icra etmək; | - to execute the payment documents submitted by the Customer no later than the day after they are received in the Bank; |
- Müştəriyə xxxxx xidmətləri göstərmək; | - to provide the Customer cashier services; |
- Müştərinin Hesabından çıxarışları ona təqdim etmək; | - to provide extracts from the Customer's account; |
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin Hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək; | - to fulfill other instructions given by the Customer on the Account in accordance with the legislation of the Republic of Azerbaijan; |
3.1.3. Müştərinin bank hesabı, həmin hesab üzrə aparılan əməliyyatların və Müştəri haqqında məlumatların məxfiliyini, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, bank sirrini təşkil edən məlumatları qorumaq; | 3.1.3. Except for the cases provided by the legislation, to protect the confidentiality of the Customer's bank account, the account transactions made and information about the Customer, and the information constituting the bank secrecy; |
3.1.4. «Müştəri»nin sərəncamı əsasında dövrü ödənişləri həyata keçirmək; | 3.1.4. To make periodic payments based on the Customer instructions; |
3.2. Bankın hüquqları: | 3.2. Rights of the Bank: |
3.2.1. «Müştəri»nin bank hesabı açılması üçün təqdim etdiyi sənədlər bankın və qanunvericiliyin tələblərinə uyğun olmadıqda bank hesabı açmaqdan imtina etmək; | 3.2.1. To refuse to open a bank account if the documents submitted by the Customer for opening a bank account do not meet the requirements of the Bank and legislation; |
3.2.2. «Müştəri»nin Bank qarşısında bu və ya digər müqavilə üzrə hər hansı bir icra olunmamış pul öhdəliklərini (kredit, ipoteka və s) habelə hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə bankdaxili tariflərdə nəzərdə tutulmuş məbləğdə bank xidmətlərinin haqqını «Müştəri»nin sərəncamı olmadan akseptsiz qaydada onun | 3.2.2. To debit any unfulfilled monetary obligations of the Customer to the Bank under this or other contract (loan, mortgage, etc.), as well as the fee for banking services in the amount provided for in the internal rates for account transactions made with funds from its bank account without |
bank hesabındakı pul vəsaitindən silmək; | the instructions of the Customer and without acceptance; |
3.2.3. Müştərinin hesabında xxxx pul vəsaitinə dair Müştərinin maneəsiz sərəncam vermək hüququna təminat verməklə (qanunla müəyyən edilmiş hallar istisna olmaqla) bu vəsaitdən istifadə edir; | 3.2.3. To use these funds by guaranteeing the right of the Customer to freely dispose of the funds in the Customer's account (except for cases established by law); |
3.2.4. Qanunvericilikdə baş vermiş dəyişiklik və ya Bank tərəfindən Müştəri haqqında əlavə məlumat əldə etmək zərurəti yarandığı hallarda tələb olunan əlavə sənədlərin təqdim edilməsini Müştəridən tələb etmək; | 3.2.4. In case of a change in the legislation or when the Bank needs to obtain additional information about the Customer, to request the Customer to submit the required additional documents; |
3.2.5. Müştərinin ərizəsinə uyğun olaraq bu müqavilənin şərtləri nəzərə alınmaqla ona digər valyutalarda da bank hesabı açmaq; | 3.2.5. As per application of the Customer, taking into account the terms and conditions hereof, to open a bank account for him/her in other currencies; |
3.2.6. Birtərəfli qaydada mövcud Tariflərdə dəyişiklik etmək və bu barədə Müştəriyə məlumat vermək. | 3.2.6. To unilaterally change the existing Rates and notify the Customer of it. |
3.2.7. Müştəri tərəfindən təqdim edilən sənədlərdə saxta məlumatlar aşkar edildikdə və ya saxta sənəd təqdim edildikdə, hesabının açılmasından imtina etmək və ya hesab mövcud olduqda müqaviləyə xitam vermək; | 3.2.7. If false information is found in the documents submitted by the Customer or if a false document is submitted, to refuse to open an account or terminate the Contract if the account exists; |
3.2.8. Müştəri barədə Eyniləşdirmə və verifikasiya tədbirlərinin aparılması mümkün olmadığı və ya müştərinin buna dair etirazı olduqda və ya müştərinin özü və benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim etmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduqda, habelə müştərinin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatların əldə edilməsi mümkün olmadıqda, müştəriyə elektron və ya kağız daşıyıcıda məlumat verməklə onun bank hesabı üzrə əməliyyatların aparılmasını dayandırmaq, müştəri 2 (iki) iş günü ərzində həmin məlumatları banka təqdim etmədiyi halda müqaviləyə xitam vermək; | 3.2.8. If it is not possible to carry out identification and verification actions about the Customer, or if the Customer has an objection to this, or if there are doubts that the identification information previously provided by the Customer about itself or about the beneficial owner are not correct, as well as if it is not possible to obtain information about the nature and purpose of business relations of the Customer, to suspend transactions on bank account of the Customer by notifying the Customer in an electronic or paper-based media, and to terminate the Contract if the Customer does not provide such information to the Bank within two (2) business days; |
3.2.9. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən hallarda müqavilə üzrə əməliyyatları dayandırmaq və hesabdakı vəsaitləri dondurmaq; | 3.2.9. In the cases specified in the Law of the Republic of Azerbaijan "On the Prevention of the Legalization of Criminally Obtained Funds or Other Property and the Financing of Terrorism" to suspend transactions hereunder and freeze the account funds; |
3.2.10. Bank Müştəriyə xidmət edərkən (ödəniş tapşırıqlarının icrası və s. əməliyyat zamanı), öz müxbir banklarının və ya digər üçüncü tərəflərin həmin ödənişin icrasını gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin dondurulması üçün Müştəri qarşısında heç bir məsuliyyət daşımır. | 3.2.10. The Bank shall not bear any responsibility to the Customer for the delay in the execution of the payment by its correspondent banks or other third parties or for the freezing of amounts due to other reasons, while serving the Customer (during the execution of payment orders, etc.). |
3.3. Müştərinin vəzifələri: | 3.3. Obligations of the Customer: |
3.3.1. Hesabın açılması üçün zəruri xxxx sənədləri, eləcə də, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli | 3.3.1. To provide the documents required for opening the account, as well as other documents that are not contrary to |
pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə Bank tərəfindən qanunvericiliyə zidd olmayan digər sənədlər tələb edildikdə onları banka təqdim etmək; | the legislation, when requested by the Bank, in order to protect against unfair transactions, including attempts to use them in money laundering and financing of terrorism; |
3.3.2. Qanunvericiliyə uyğun olaraq hesab üzrə nağd və nağdsız qaydada əməliyyatlar aparmaq; | 3.3.2. To make cash and non-cash account transactions in accordance with the legislation; |
3.3.3. Ödəniş sənədlərini Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına uyğun olaraq tərtib edərək Banka təqdim etmək; | 3.3.3. To compile the payment documents in accordance with the regulatory acts of the Financial Market Supervisory Authority of the Republic of Azerbaijan and submit them to the Bank; |
3.3.4. FATCA və CRS qaydalarına uyğun olaraq bankın təqdim etdiyi “Öz müştərini tanı” anketində müvafiq məlumatların tam və düzgün qeyd edilməsini təmin etmək; | 3.3.4. To ensure complete and correct recording of relevant information in the "Know Your Customer" questionnaire provided by the Bank in accordance with FATCA and CRS regulations; |
3.3.5. Hesabda xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat vermək və buna görə məsuliyyət daşımaq; | 3.3.5. To ensure and be responsible for not using account funds for any illegal purposes, including money laundering (legalization of illegally obtained income) and financing of terrorism; |
3.3.6. Bank tərəfindən bu müqaviləyə uyğun olaraq əlavə sənədlər tələb edildikdə, həmin sənədləri tələb olunan müddətdə banka təqdim etmək; | 3.3.6. If additional documents are requested by the Bank hereunder, to submit those documents to the Bank in the required period; |
3.3.7. Banka təqdim etmiş olduğu məlumatlarda xxxx bütün dəyişikliklər haqqında Bankı 3 (üç) iş günü ərzində yazılı qaydada xəbərdar etmək və bu dəyişiklikləri təsdiq edən sənədləri Banka təqdim etmək; | 3.3.7. To notify the Bank in writing within three (3) working days of all changes in the information provided to the Bank and submit the documents confirming those changes to the Bank; |
3.3.8. Müştəri faktiki yaşayış ünvanını, qeydiyyatda olduğu ünvanını, istifadəsində xxxx telefon nömrəsini, elektron poçt ünvanını dəyişdiyi zaman Banka dərhal məlumat verməlidir. Əks halda, bu rekvizitlər üzrə Bankın Müştəriyə göndərdiyi bildirişlər Müştəri tərəfindən qəbul olunmuş hesab olunacaq. | 3.3.8. The Customer shall inform the Bank immediately upon changing his/her actual residential address, registered address, telephone number and e-mail address. Otherwise, the notice sent by the Bank to the Customer on these details shall be deemed accepted by the Customer. |
3.3.9. Bank qarşısında bu və ya digər müqavilə üzrə hər hansı bir icra olunmamış pul öhdəliklərinin(kredit, ipoteka və s.) habelə hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə bankdaxili tariflərdə nəzərdə tutulmuş məbləğdə bank xidmətlərinin haqqını onun sərəncamı olmadan akseptsiz qaydada bank hesabındakı pul vəsaitindən silinməsinə razılıq verir. | 3.3.9. To agree the debiting any unfulfilled financial obligations (loans, mortgages, etc.) from the bank account under this or other Contract with the Bank, as well as the fee for banking services in the amount specified in the intra- bank rates for account transactions, without his/her order and acceptance. |
3.4. Müştərinin hüquqları: | 3.4. Rights of the Customer: |
3.4.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Hesabdan istifadə etmək; | 3.4.1. To use the Account in line with the legislation of the Republic of Azerbaijan; |
3.4.2. Hesab üzrə aparılan əməliyyatlara dair və hesabda xxxx pul vəsaitinin qalığı barədə Bankdan məlumatların ona | 3.4.2. To request information from the Bank on the account transactions and the account balance; |
verilməsini tələb etmək; | |
3.4.3. Yeni bank hesablarının açılması ilə əlaqədar Banka ərizə ilə müraciət etmək; | 3.4.3. To apply to the Bank for opening of new bank accounts; |
3.4.4. “Bank” və “Müştəri” razılaşır ki, qanunvericilikdə nəzərdə tutulmuş hallarda müştərinin xxxxxx mövcud hesabları (hesab üzrə qalıq və aparılmış əməliyyatlar) barədə məlumatların müvafiq dövlət orqanlarına verilməsi ilə bağlı bildirişin habelə digər hər hansı məlumatın (xəbərdarlıq) bank tərəfindən hesab sahibinə məxsus və bu müqavilədə qeyd olunmuş elektron poçt ünvanına göndərilməsi tərəflər arasında rəsmi məlumatlandırılma/çatdırılma hesab edilir və gələcəkdə sübut kimi qiymətləndiriləcəkdir. | 3.4.4. The "Bank" and the "Customer" shall agree that in the cases stipulated by the legislation, the notice regarding the provision of information about the Customer's existing accounts (account balance and transactions made) to the relevant state authorities, as well as any other information (notification) by the Bank to the e-mail address specified herein and belongs to the account holder shall be deemed as an official notice/delivery between the Parties and shall be deemed as evidence in the future. |
4. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ LƏĞVİ QAYDALARI | 4. TERM AND TERMINATION OF THE AGREEMENT |
4.1. Bank hesabına aid müddəalar Müştəriyə hesabın açıldığı gündən qüvvəyə minir və qeyri-müəyyən vaxt ərzində qüvvədədir (müqaviləyə xitam verilməsi halı istisnadır). | 4.1. Provisions related to the bank account shall come into force from the day of opening the account for the Customer and shall be valid for an indefinite period of time (with the exception of termination hereof). |
4.2. Müştəri istədiyi vaxt ərizə ilə Banka müraciət edərək müqaviləni ləğv edə bilər. Müqavilənin ləğvi barədə Müştəri tərəfindən Banka ərizə daxil olduğu anından müqavilə ləğv edilmiş sayılır. Bununla belə müqavilənin ləğv edilməsi “Müştərinin” bu müqavilə üzrə icra edilməmiş öhdəliklərinin xitamına səbəb olmur. ”Müştəri” tərəfindən bütün öhdəlikləri tam yerinə yetirilməmişdirsə, bu Müqavilə həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır; | 4.2. The Customer may cancel the Contract by applying to the Bank at any time. The Contract shall be deemed canceled from the moment the Bank received the Customer’s application for cancellation of the Contract. However, the cancellation of the Contract shall not cause the termination of the unfulfilled obligations of the Customer hereunder. If the Customer have not fully performed all obligations, this Contract shall remain in force until such obligations are fully performed; |
4.3. Aşağıdakı hallarda Bank müqaviləni birtərəfli qaydada ləğv edə bilər və bu halda Bank Müştəri qarşısında heç bir məsuliyyət daşımır: | 4.3. The Bank may unilaterally terminate the Contract in the following cases, and in this case the Bank shall not be liable to the Customer: |
• Müştəri tərəfindən 1 (bir) il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda; | • If the Customer does not conduct bank account transactions within one (1) year; |
• Müştəri “Öz müştərini tanı” anketində doğru olmayan və ya səhv məlumatları qeyd etdikdə; | • When the Customer records incorrect or inaccurate information in the "Know Your Customer" questionnaire; |
• Müştəri tərəfindən bank hesabından çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və digər qeyri–leqal məqsədlər üçün istifadə edildikdə və ya edilməsinə dair şübhələr olduqda; | • When the Customer uses or is suspected of using bank account for money laundering, terrorist financing and other illegal purposes; |
• Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; | • Based on a legally binding decision of the court; |
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə | • In other cases as set forth in legislation of the |
nəzərdə tutulmuş digər hallarda. | Republic of Azerbaijan. |
4.4. Müqavilə ləğv edildikdə «Müştəri»nin hesabı bağlanılır. | 4.4. In case of termination of the Contract, the Customer’s account shall be closed. |
4.5. Bu müqavilənin 4.3-cü bəndində göstərilmiş əsaslarla bu müqaviləyə bank tərəfindən birtərəfli qaydada xitam verildikdə, “Bank” bu barədə “Müştəri”yə 1 (iş) günü ərzində elektron və ya kağız daşıyıcıda məlumat verir. | 4.5. If this Contract is unilaterally terminated by the bank on the grounds specified in clause 4.3 hereof, the Bank shall notify the Customer of it within 1 (one) business day via an electronic or paper-based media. |
4.6. Hesab bağlandıqda hesabdakı pul vəsaitinin qalığı müştəriyə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi təqvim günü keçənədək başqa hesaba köçürülür. | 4.6. When the account is closed, the account balance shall be given to the Customer or transferred to another account at the Customer's direction no later than seven calendar days upon receipt of his/her written application. |
4.7. Hesabın qalığı müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və müştəriyə bu barədə yazılı məlumat verilir. Həmin hesabda saxlanılan pul vəsaitinin hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Mülki Prosessual Məcəllələsi ilə tənzimlənir. | 4.7. If the account balance is not withdrawn by the Customer or if the new account for transferring the funds is not notified to the Bank, those funds shall be transferred to the closed accounts of the relevant Customers category, and the Customer shall be notified of it in writing. The legal regime of funds kept in such account shall be governed by the Civil Code and the Civil Procedure Code of the Republic of Azerbaijan. |
5. BANK SİRRİ | 5. BANK SECRECY |
5.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bank sirrini təşkil edən məlumatların məcburi təqdim edilməsi halları istisna olmaqla, digər bütün hallarda «Müştəri»nin bank hesabı və hesab üzrə apardığı əməliyyatlarının və «Müştəri» haqqında məlumatların qorunmasına «Bank» qarantiya verir. | 5.1. The Bank shall guarantee the protection of bank account and account transactions of the Customer and account transactions and the information about the Customer, except for the cases of compulsory submission of information constituting bank secrecy subject to legislation of the Republic of Azerbaijan. |
6. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ | 6. RESPONSIBILITIES OF THE PARTIES |
6.1. Tərəflər bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrin lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə məsuliyyət daşıyırlar; | 6.1. The Parties shall be responsible for failure to properly fulfill the obligations provided for herein in accordance with applicable legislation of the Republic of Azerbaijan; |
6.2. Bank Müştərinin hesabındakı pul vəsaitindən istifadə edilməsinə və/və ya onun hesabda olmasına görə Müştəriyə faiz ödəmir. | 6.2. The Bank shall not pay interest to the Customer for the use of funds in account of the Customer and/or for its existence in the account. |
6.3. Bank müvafiq normativ qaydalara uyğun tərtib olunmamış ödəniş sənədlərinin icrasına və ya ödəniş sənədlərində düzgün göstərilməyən məlumatlara görə məsuliyyət daşımır; | 6.3. The Bank shall not be responsible for the execution of payment documents that are not drawn up in accordance with the relevant regulatory rules or for incorrect information in the payment documents; |
6.4. Xidmətlərin göstərilməsi “Bank”xxx xxxxx olmayan səbəblərdən mümkün olmadıqda, həmçinin öz müxbir banklarının və ya digər üçüncü şəxslər tərəfindən xidmətlər lazımi səviyyədə göstərilmədikdə, yəni ödənişin icrasının gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin | 6.4. The Bank shall not be responsible if the provision of services is not possible for reasons beyond the Bank's control, as well as if the services are not provided at an adequate level by its correspondent banks or other third parties, i.e. in cases of delay in payment execution or |
dondurulması hallarında Bank məsuliyyət daşımır; | freezing of amounts due to other reasons; |
6.5. Bank müştərinin “Öz müştərini tanı” anketində qeyd etdiyi məlumatların səhv və ya doğru olmamasına görə heç bir məsuliyyət daşımır. Bu bənd həmçinin həmin Anketdə qeyd edilən məlumatların gələcəkdə səhv və ya doğru olmaması müəyyən edildikdə də tətbiq olunacaqdır. | 6.5. The Bank shall not bear any responsibility for the incorrect or inaccurate information provided by the Customer in the "Know Your Customer" questionnaire. This clause shall also apply if the information recorded in that Questionnaire is found to be incorrect or inaccurate in the future. |
6.6. Müştərinin verdiyi ödəniş sənədlərinə əsasən aparılmış əməliyyatların onun tərəfindən təqdim edilmiş saxta sənədlər üzrə həyata keçirilmiş aşkar edilərsə, aparılmış əməliyyatların nəticələri üçün Müştəri tam məsuliyyət daşıyacaqdır. Bu halda Bank Müştəri qarşısında heç bir məsuliyyət daşımayacaq; | 6.6. If it is found that the transactions conducted based on the payment documents provided by the Customer were carried by relying on the false documents provided by it, the Customer shall be fully responsible for the results of the transactions. In this case, the Bank shall not bear any liability to the Customer; |
6.7. Bank qanunda nəzərdə tutulan hallarda hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesablar üzrə əməliyyatların dayandırıldığı hallarda ödəniş sənədlərinin icrasına məsuliyyət daşımır. | 6.7. The Bank shall not be responsible for the execution of payment documents in the cases provided for by the law, when the funds in the account are seized or account transactions are suspended. |
7. HESABIN KREDİTLƏŞDİRİLMƏSİ ŞƏRTLƏRİ | 7. TERMS OF CREDITING THE ACCOUNT |
7.1. «Müştəri»nin bank hesabında pul vəsaiti olmadıqda «Bank» «Müştəri»yə kredit verməklə (hesabın kreditləşdirilməsi) ödənişləri həyata keçirə bilər, bu zaman kreditdən istifadə qaydaları «Bank» ilə «Müştəri» arasında bağlanacaq kredit müqaviləsinə əsasən tənzimlənir. | 7.1. If there are no funds in the bank account of the Customer, the Bank may recover the payments by giving credit (crediting the account) to the Customer, in this case, the rules for using the credit shall be regulated under the loan contract to be concluded between the Bank and the Customer. |
7.2. «Müştəri» «Bank»xxx aldığı kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faizləri «Bank» ilə «Müştəri» arasında bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən ödəməlidir. | 7.2. The Customer shall pay the credit amount received from the Bank and the interest accumulated for the use of the credit according to the terms of the credit Contract to be concluded between the Bank and the Customer. |
8. FORS-MAJOR HALLAR | 8. FORCE-MAJEURE CIRCUMSTANCES |
8.1. Fors-major (daşqın, uçqun, sel, zəlzələ, yer sürüşməsi, yanğın, müharibə, epidemiya silahlı iğtişaşlar, dövlət orqanlarının müvafiq qərarları, moratorium və digər hallar) hallarında tərəflər müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə bir-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar. Göstərilən səbəblərdən müqavilənin icrası mümkün olmadıqda onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. | 8.1. In case of force-majeure circumstances (floods, avalanches, earthquakes, landslides, fires, wars, epidemics, armed riots, relevant decisions of state authorities, moratoriums and other cases), the Parties shall have no financial or other liabilities to each other due to the whole or partial non-fulfillment of the terms and conditions hereof. If the performance of the Contract is not possible due to the stated reasons, its performance shall be suspended during the period of existence of those circumstances. |
9. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI | 9. DISPUTE SETTLEMENT |
9.1. Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə | 9.1. Disputes arisen between the Parties in connection with the performance hereof shall be settled amicably. Disputes that are not settled amicably shall be referred to the courts of the Republic of Azerbaijan pursuant to the applicable legislation of the Republic of Azerbaijan. |
həll ediləcəkdir. | |
9.2. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları, «Bank»ın daxili qaydaları və qüvvədə xxxx digər normativ-hüquqi aktlar ilə tənzimlənir. | 9.2. Relations not regulated hereby shall be governed by Civil Code of the Republic of Azerbaijan, regulatory acts of the Financial Market Supervisory Authority of the Republic of Azerbaijan, internal regulations of the Bank and other applicable statutory acts. |
10. ƏLAVƏ ŞƏRTLƏR | 10. MISCELLANEOUS |
10.1. Bu müqavilənin müddəaları Müştərinin Xxxxxx açılan bütün hesablarına şamil edilir və tərəflər arasında həmin hesablarla əlaqədar xxxx münasibətlər bu müqavilənin şərtləri ilə tənzimlənir. Bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən Müştəri ilə bağlanmış əvvəlki müqavilələrin bu müqavilə ilə ziddiyyət təşkil edən müddəaları qüvvədən düşmüş hesab olunur. | 10.1. The provisions of this Contract shall apply to all accounts of the Customer opened with the Bank, and the relations between the Parties concerning those accounts shall be governed by the terms and conditions hereof. From the date of entry into force of this Contract, the provisions of the previous Contracts concluded with the Customer, which conflict with this Contract, shall be deemed null and void. |
10.2. Bu müqavilə Azərbaycan və İngilis dillərində tərtib edilmiş, “Tərəflər” arasında «Bank hesabının açılması və hesab üzrə əməliyyatların aparılması haqqında» Müqaviləsinin şərtlərinin qəbul edilməsi barədə “Müştəri” və “Bank” arasında Razılaşma imzalandığı və möhürü xxxx tərəfin möhürü vurulduğu andan və ya “Tərəflərin” gücləndirilmiş elektron imza/gücləndirilmiş müştəri autentifikasiyası ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Azərbaycan və İngilis dillərində xxxx mətnlər arasında ziddiyyət yaranarsa, Azərbaycan dilində xxxx mətnə üstün- lük veriləcək. | 10.2. This Contract is is drawn up in Azerbaijani and English languages and shall come into effect at the moment of signing the Contract between the Customer and the Bank on acceptance of the terms and conditions of the Contract "On opening a bank account and conducting account transactions” between the Parties and affixed by the seal of the party bearing the seal, or at the moment of confirming by the advanced electronic signature/advanced Customer authentication by the Parties. The remote bank account Contract shall be confirmed by the Bank with an advanced electronic signature. In case of a discrepancy between the English and Azerbaijani texts, the Azerbaijani text shall prevail. |
10.3. Tarif dərəcələrinin dəyişdirilməsi halları istisna olmaqla, bu müqaviləyə bütün əlavələr və dəyişikliklər müvafiq sənədin tərtib edilməsi yolu ilə, hər iki tərəfdən imzalandıqdan və möhürü xxxx tərəfin möhürü ilə və ya gücləndirilmiş elektron imza ilə təsdiq edildikdən sonra qüvvəyə minir və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Hər bir bank xidməti üzrə faiz, komissiya və xidmət haqqı Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş qüvvədə xxxx Tarifləri ilə müəyyən edilir (xxxxx://xxx.xxxxxxxxxxx.xx/xx/xxx-xxxx/xxxxx-xx- operations/tariffs/). Müştəri bankın təklif etdiyi hər bir xidmət üzrə xidmət haqqı, tarif, limitlər, digər ödənişlərdə, qayda və ya şərtlərdə edilmiş dəyişikliklərin mövcudluğunu hər hansı əməliyyat aparmamışdan əvvəl Bankın müvafiq internet informasiya resurslarında mütəmadi olaraq yoxlamalıdır. | 10.3. Except for the cases of changing rates, all additions and changes hereto shall enter into force upon drawing up the relevant document, signed by both Parties and affixed by the seal of the party bearing the seal or by the advanced electronic signature, and shall be deemed an integral part hereof. The interest, commission and service fee for each banking service shall be determined by the valid Rates posted on the Bank's official website (xxxxx://xxx.xxxxxxxxxxx.xx/xx/xxx-xxxx/xxxxx-xx- operations/rates/). The Customer shall regularly check the availability of changes in the service fee, rates, limits, other payments, terms or conditions for each service offered by the Bank in the appropriate Internet information resources of the Bank prior to conducting any transaction. |
10.4. “Müştəri” bu Müqavilə ilə zərurət olduğu təqdirdə lazımi fərdi məlumatlarının “Fərdi məlumatlar haqqında” AR qanununun tələblərinə müvafiq olaraq “Bank” tərəfindən üçünü şəxslərə ötürülməsinə razı olduğunu bildirir. | 10.4. Under this Contract, the Customer shall represent that he/she agrees to the transfer of his/her necessary personal data to third parties by the Bank in accordance with the requirements of the law of Republic of Azerbaijan "On Personal Data.” |
10.5. “Tərəflər” təsdiq edirlər ki, müvafiq xidmətin | 10.5. The Parties shall confirm that all documents required |
göstərilməsi üçün xxxxx xxxx bütün sənədlər müvafiq Razılaşma ilə birlikdə Banka təqdim edilmişdir. | for the provision of the relevant services have been submitted to the Bank together with the corresponding Contract. |
10.6. Bu Müqavilənin hər hansı bir bəndinin etibarsız hesab edilməsi müqavilənin bütövlükdə etibarsız hesab edilməsinə səbəb olmur. | 10.6. The invalidity of any clause of this Contract shall not affect the validity of entire Contract. |
Müraciətlərə (şikayət, ərizə və təkliflər) baxılması üçün əlaqə: | Contact for reviewing the requests (complaints, applications and proposals): |
1) “Premium Bank” ASC, Müraciətlərə Baxılması bölməsi Ünvan: Bakı şəhəri, Nizami 86(142A) tel: (000) 0000000 - dax 9627, fax: (000) 0000000, email poçt ünvanı: xxxxxxxxx@xxxxxxxxxxx.xx website: xxx.xxxxxxxxxxx.xx, qaynar xətt: 012 931; | 1) "Premium Bank" JSC, Application Processing Department Address: Nizami Street, Baku, 86(142A) tel: (000) 0000000 – ext. 9627, fax: (000) 0000000, email address: xxxxxxxxx@xxxxxxxxxxx.xx website: xxx.xxxxxxxxxxx.xx, hot line: 012 931; |
2) Azərbaycan Respublikası Mərkəzi Bankının qaynar xətti:x000000000000;x00000000 | 0) Hotline of the Central Bank of the Republic of Azerbaijan:x000000000000;+99412966 |