ALQI-SATQI MÜQAVİLƏSİ № MA23/00
ALQI-SATQI MÜQAVİLƏSİ № MA23/00
Bakı şəhəri “ 01” may 2023-cü il
Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və nizamnamə əsasında fəaliyyət göstərən “A” MMC-nin direktoru ... oğlu şəxsində (bundan sonra “Satıcı” adlandırılacaq) və digər tərəfdən “B” MMC-nin direktoru ... oğlu (bundan sonra “Alıcı” adlandırılacaq) (“Satıcı” və “Alıcı” ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar:
MADDƏ 1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya təqdim olunmuş mal, iş və xidmətləri (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin mal, iş və xidmətləri qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada mal, iş və xidmətlərin dəyərini “Satıcı”ya ödəyir.
1.2. Zərurət olduqda malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur.
MADDƏ 2. MALIN QİYMƏTİ VƏ MÜQAVİLƏNİN ÜMUMİ DƏYƏRİ
2.1. Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi xxxx Əlavə Razılaşma ilə müəyyənləşdirilir.
MADDƏ 3. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1. “Satıcı”nın aşağıdakı hüquqları vardır:
3.1.1. Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”xxx tələb etmək;
3.1.2. Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar.
3.2. “Satıcı”nın aşağıdakı vəzifələri vardır:
3.2.1. Malı Müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək;
3.2.2. “Alıcı”ya üçüncü şəxslərin hüquqlarından azad əşya vermək;
3.2.3. “Alıcı”ya tərəflərin razılaşdırdıqları çeşiddə mallar vermək;
3.3. “Alıcı”nın aşağıdakı hüquqları vardır:
3.3.1. “Satıcı” “Alıcı”ya üçüncü şəxslərin hüquqlarından azad əşya vermədikdə əşyanın qiymətinin azaldılmasını və ya Müqavilənin ləğvini tələb etmək;
3.3.2. Əgər “Satıcı” satılmış əşyanı “Alıcı”ya verməkdən imtina edirsə, Müqavilənin icrasından imtina etmək;
3.3.3. “Satıcı” Müqaviləni pozaraq “Alıcı”ya Müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, çatışmayan miqdarda əşya verilməsini tələb etmək və ya əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək;
3.3.4. “Satıcı” Müqavilədə nəzərdə tutulan əşyaları Müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə onları qəbul etməkdən və ödəməkdən imtina etmək, ödəmiş olduqda isə ödədiyi pul
məbləğinin qaytarılmasını tələb emək. Əgər “Satıcı” “Alıcı”ya Müqaviləyə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə:
3.3.4.1. çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin;
3.3.4.2. verilmiş əşyaların hamısından imtina etsin;
3.3.4.3. çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin;
3.4. Alıcının aşağıdakı vəzifələri vardır:
3.4.1. əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək;
3.42. Bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.
MADDƏ 4. XXXXX XXXXXX VERİLMƏSİ ŞƏRTLƏRİ
4.1. “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür.
4.2. “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir.
MADDƏ 5. ÖDƏNİŞ ŞƏRTLƏRİ
5.1. Malın dəyərinin ödənilməsi üçüncü şəxslər tərəfindən həyata keçirilə bilməz.
5.2. Məhsulun dəyəri malın təhvil verildiyi gün ödəniləcək.
MADDƏ 6. MÜBAHİSƏLƏRİN HƏLLİ
6.1. Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər.
6.2. Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.
MADDƏ 7. FORS-MAJOR
7.1. Müqavilə üzrə öhdəliklərin icrasının fors-major hadisələr nəticəsində qeyri-mümkün olduğu hallarla qarşılaşan Tərəf (yanğın, daşqın, digər təbii fəlakətlər, blokada, tətillər, hərbi əməliyyatlar, mülki qarşıdurmalar və embarqo) digər Tərəfi 15 (on beş) gün ərzində qeyd edilən halların baş verməsi və ya sona çatması və həmin halların Müqavilə üzrə öhdəliklərin icrasına təsiri barədə xəbərdar etməlidir.
7.2. Bu öhdəlikləri yerinə yetirməyən Tərəf digər Tərəfin xəbərdar olunmaması nəticəsində dəyən zərərə görə məsuliyyət daşıyır.
7.3. Fors-major halların 1 (bir) aydan artıq müddətdə davam etdiyi təqdirdə Tərəflərdən hər biri digər tərəfi yazılı qaydada xəbərdar etməklə Müqaviləyə xitam vermək hüququna malikdir və bu halda hər hansı bir kompensasiya ödənilmir.
MADDƏ 8. DİGƏR ŞƏRTLƏR
8.1. Bu müqavilə imzalandığı andan qüvvəyə minir.
8.2. Tərəflərdən heç biri öz hüquq və öhdəliklərini digər Tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verə bilməzlər.
8.3. Tərəflərdən hər biri digər Tərəfi otuz gün ( 30 ) gün qabaqcadan yazılı formada (səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlənmiş) xəbərdar etməklə Müqaviləyə xitam vermək hüququna malikdir.
8.4. Müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki Tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra sonra hüquqi qüvvəyə malikdir və Müqavilənin ayrılmaz tərkib hissəsidir.
8.5. Tərəflər bu Müqavilə ilə bağlı kommersiya sirri təşkil edən məlumatları digər tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verməməyi öhdələrinə götürürlər və belə məlumatları gizli saxlayırlar. Bu bəndin müddəaları Müqaviləyə xitam verildikdən sonra 5 (beş) il ərzində öz qüvvəsini saxlayır.
8.6. Müqavilə 3 (üç) səhifədən ibarətdir, Azərbaycan dilində tərtib olunmuşdur və Tərəflərə təqdim olunur.
MADDƏ 9. TƏRƏFLƏRIN HUQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
SATICI
“A” MMC
xx
-
VÖEN: 1234567890
Ünvan: Bakı şəhəri, ...
Bank: “Bank Respublika” ASC-nin “KOB Mərkəzi” filialı
VÖEN: 9900001901
M/H: XX00XXXX00000000000000000000 H/H: 123456789544245
Kod: 513542
S.W.l.F.T BİK: XXXXXX00
İmza
ALICI
“B” MMC
VÖEN: 1234567890
Ünvan: Bakı şəhəri, ... Bank: Turanbank, MXD VÖEN: 1300016391
M/H: XX00XXXX00000000000000000000 H/H: 123456789544245
Kod: 507462
S.W.l.F.T BİK: TURAAZ22
İmza
M.Y.
3 -
M.Y.