ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA ÜMUMİ MÜLKİ MƏSULİYYƏT SIĞORTASI
ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA ÜMUMİ MÜLKİ MƏSULİYYƏT SIĞORTASI
QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar üçüncü şəxslər qarşısında ümumi mülki məsuliyyət sığortası növü üzrə ümumi mülki məsuliyyətin sığortası sinfinə aiddir.
1. ƏSAS ANLAYIŞLAR
1.1. Sığortaçı və ya Şirkət - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Nizamnamə əsasında fəaliyyət göstərən və müvafiq lisenziyaya xxxxx xxxx ASC “Standard Insurance” Sığorta Şirkəti.
1.2. Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
1.3. Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.
1.4. Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
1.5. Sığorta müddəti - sığorta müqaviləsinin qüvvədə olduğu müddət.
1.6. Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.
1.7. Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
1.8. Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanuna zidd olmayan hər hansı əmlak mənafeyi;
1.9. Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
1.10. Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
1.11. Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
1.12. Sığorta hadisəsi - sığorta ödənişinin ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən və təsadüflik əlamətlərinə xxxxx xxxx hadisə və ya yaranan hal.
1.13. Sığorta riski - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.
1.14. Tərəflər - sığortaçı və ya onun nümayəndəsi və sığortalı və ya onun nümayəndəsi.
1.15. İşlərin aparılması xərcləri - sığortaçı tərəfindən əmək haqları, rabitə və kommunikasiya xərcləri; ofisin saxlanması xərcləri; agent və broker mükafatları; nəqliyyatın saxlanması; blankların hazırlanması və sairəyə çəkdiyi xərclərinin məcmusu.
2. SIĞORTA MÜQAVİLƏSİNİN PREDMETİ VƏ BAĞLANMA QAYDASI
2.1. Bu Qaydaların şətlərinə uyğun olaraq bağlanmış sığorta müqaviləsinə əsasən Sığortaçı sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqını almaqla sığorta hadisəsi zamanı Sığortalıya sığorta müqaviləsində müəyyən olunmuş sığorta məbləği həcmində (azadolma məbləğləri nəzərə alınmaqla) sığorta ödənişini verir.
2.2. Sığorta müqaviləsi bir tərəfdən sığortaçı, digər tərəfdən müvafiq əmlakın mülkiyyətçisi xxxx və ya
etibarnamə əsasında müvafiq səlahiyyətə xxxxx xxxx şəxs tərəfindən bağlanılır. Sığortalının əmlaka münasibətdə sığorta marağı olmadığı halda bağlanmış sığorta müqaviləsi etibarsız sayılır.
2.3.Sığorta müqaviləsi, sığortalının (sığortaçı tərəfindən müəyyən olunmuş müvafiq məlumatları ərizədə göstərməklə) yazılı ərizəsi əsasında bağlanılır.
2.4. Tərəflər müqaviləyə qanunvericiliyinə zidd olmayan əlavə müddəaların daxil edilməsi barədə razılığa gələ bilərlər. Sığorta müqaviləsi ilə bu qaydalar arasında ziddiyət yaranarsa, sığorta müqaviləsinin müddəaları tətbiq edilir.
2.5. Əgər sığorta müqaviləsi bağlanandan sonra sığortalının müqavilə bağlanarkən qəsdən yalnış məlumat verməsi aşkar olunarsa, sığortaçı sığorta müqaviləsinin etibarsız olduğu barədə sığortalıya yazılı bildiriş verə bilər və ya sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.
2.6. Sığorta müqaviləsinin və bundan irəli gələn bütün sənədlərin rəsmiləşdirilməsini sığortalı və ya faydalanan şəxs həyata keçirir.
2.7. Bu Qaydalara əsasən, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisinə şamil olunur.
2.8. Sığorta müqaviləsi və ümumilikdə sığorta münasibətləri sığorta müqaviləsi, sığorta qaydaları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta Fəaliyyəti Haqqında” Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
3. SIĞORTA MƏBLƏĞİ VƏ REAL DƏYƏR
3.1.1 Sığorta məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir.
3.1.2 Sığorta ödənişinin verildiyi tarixdən etibarən, sığorta məbləği və sığortaçının məsuliyyəti verilmiş sığorta ödənişi həcmində azalmış olur. Sığorta məbləği tam həcmdə istifadə olunduğu təqdirdə sığortaçı öz öhdəliklərini tamamilə yerinə yetirdiyi üçün sığorta müqaviləsinə xitam verilir. Sığortaçının vermiş olduğu sığorta ödənişi ilə əlaqədar azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar.
3.1.3. Müqavilənin müddəti bir ildən artıq müddətə bağlandığı hallarda, müqavilə imzalandığı andan hər sığorta ili başa çatdıqda, sığorta müqaviləsi üzrə sığorta məbləği həmin xxx mövcud xxxx sığorta məbləğinin müqavilədə göstərilən həcmində azalır. Bu halda da azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar.
3.2.1. Əmlakın real dəyəri, onun həmin dövrdə xxxx real bazar qiymətidir.
3.2.2. Əmlakın real dəyəri sığortaçı ilə sığortalı arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
3.2.3. Əgər sığortalı yazılı ərizəsində müvafiq əmlaka əlavə quraşdırılmış hər hansı ünsürü təsvir edərək adını, markasını, miqdarını və qiymətini göstərmişdirsə, əmlakın faktiki dəyəri əlavə ünsürün qiyməti məbləğində artır. Əks təqdirdə əlavə quraşdırılmış avadanlıq sığorta ödənişi zamanı nəzərə alınmır.
3.2.4. Hər sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsi zamanı sığorta ödənişi sığorta hadisəsinin baş vermə tarixində qüvvədə xxxx sığorta məbləğindən (azadolma məbləğləri nəzərə alınaraq) artıq ola bilməz.
3.2.5. Sığorta məbləği və ya sığortaçının ödəyəcəyi məbləğ əmlakın real dəyərindən artıq olarsa (sığorta hadisəsi zaman), sığorta məbləğindən artıq xxxx hissə etibarsız sayılır.
3.2.6. Əgər sığorta hadisəsinin baş verdiyi anda sığorta məbləği real dəyərdən azdırsa (qismən və ya natamam sığorta), sığortaçı zərərin əvəzini sığorta məbləği ilə real dəyərin nisbətinə müvafiq surətdə ödəyir, yəni sığorta məbləğinin real dəyərə nisbəti faiz şəklində sığorta ödənişindən çıxılır.
3.3. Sığorta müqaviləsi imzalandığı zaman əmlakın real dəyəri sığortalı və sığortaçının razılığı ilə və ya onların seçdikləri mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilmişdirsə və tərəflər bununla razılaşmışlarsa, sığorta hadisəsi zamanı tərəflərin heç biri razılaşdırılmış dəyərə etiraz edə bilməz. Razılaşdırılmış dəyərin etibarlılıq müddəti yalnız bir ildir.
4. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ
4.1. Sığorta haqqının həm bütövlükdə həm də hissələrlə ödənilməsi razılaşdırıla bilər.
4.2. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırılmamışdırsa, sığorta haqqı bütövlükdə ödənilməlidir.
4.2.1. Sığorta haqqının bütövlükdə ödənilməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının tam ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir.
4.2.2. Sığorta haqqının hissələrlə ödənilməsi nəzərdə tutulmuşdursa sığorta haqqının birinci hissəsi sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının birinci hissəsinin ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir. Sığorta haqqının növbəti hissəsi növbəti ödəmə günündən sonra 15 gün ərzində ödənilməzsə sığorta ödənişinin verilməsindən imtina oluna bilər. Gecikdirilmiş 15 gün ərzində sığorta hadisəsi baş verərsə sığortaçı zərərin əvəzini, ödənilmiş sığorta haqqı ilə ümumi sığorta haqqının nisbətinə müvafiq surətdə ödəyə bilər, yəni ödənilmiş sığorta haqqının ümumi sığorta haqqına nisbəti faiz şəklində sığorta ödənişindən çıxıla bilər.
4.3. Sığorta hadisəsi baş verdiyi anda sığorta haqqının ödənilməyən (ödəniş vaxtının çatıb- çatmamasından asılı olmayaraq) hissələri sığorta ödənişindən çıxılır.
4.4. Sığorta ödənişinin verilməsi ilə əlaqədar azalmış sığorta məbləğinin artırılması zamanı, sığorta haqqı sığortalının razılığı ilə həm sığorta ödənişindən tutula bilər, həm də əlavə olaraq ödənilə bilər.
4.5. Sığorta müddəti, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində (bu qaydaların 4.2.1. və 4.2.2. maddələri nəzərə alınmaqla) Azərbaycan vaxtı ilə saat 24:00-da başlayır və saat 24:00-da xxxx xxxxx. Sığorta müqaviləsi bağlandığı gün qüvvədə olmur.
5. AZADOLMA (SIĞORTA ÖDƏNİŞİNDƏN QİSMƏN AZADOLMA)
5.1. Azadolma - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinin, dəymiş zərərin müəyyən bir faizinin və ya konkret məbləğin sığortaçı tərəfindən ödənilməməsini razılaşdıra bilərlər.
5.2.Azadolma şərtli və şərtsiz ola bilər.
5.2.1. Şərtli azadolma - nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən (azadolma məbləğindən) xxx olduqda, zərər məbləğindən azadolma çıxılmır və sığortaçı tərəfindən ödənilir.
5.2.2. Şərtsiz azadolma - nəzərdə tutulduqda azadolma məbləği hər bir halda zərər məbləğindən çıxılır və sığortaçı tərəfindən ödənilmir.
5.3. Müqavilədə müxtəlif növ azadolma həm konkret məbləğ həm faiz şəklində göstərildikdə, faiz çıxıldıqdan sonra konkret məbləğ çıxılır.
5.4. Azadolma hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
5.5. Azadolmanın şərtli və ya şərtsiz olması müqavilədə göstərilmədikdə, şərtsiz kimi qəbul edilir.
5.6. Sığorta müqaviləsində şərtli azadolmanın digər formaları və şərtləri də nəzərdə tutula bilər.
6. SIĞORTA MÜQAVİLƏSİNİN LƏĞVİ
6.1. Sığorta müqaviləsinə həm sığortaçının həm də sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlığı ilə vaxtından əvvəl xitam verilə bilər.
6.1.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi
ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.Sığortalının müqavilənin xitamı barədə müraciəti daxil olduğu an, sığorta təminatı dayandırılır.
6.1.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
6.2. Əgər sığorta müddəti ərzində sığorta hadisəsi baş vermişdirsə, işlərin aparılması xərclərindən əlavə olaraq, ödənilmiş sığorta ödənişinin məbləği qaytarılacaq sığorta haqqından çıxılır.
6.3. Sığortalı, müqaviləyə xitam verərək sığortalı ilə başqa müqavilə imzalamaq niyətində olduqda həm işlərin aparılması xərcləri həm də ödənilmiş sığorta ödənişinin məbləği sığorta haqlarından çıxılmaya bilər.
6.4. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini bu qaydaların 3.1.2 bəndinə uyğun olaraq tamamilə yerinə yetirdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Bu halda tərəflər arasında əlavə hesablaşma aparılmır.
6.5. Sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda da xitam verilə bilər.
7. SUBROQASİYA HÜQUQU
7.1. Sığortalının zərərin vurulmasında təqsirkar xxxx şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ verilmiş sığorta ödənişi həcmində sığortaçıya keçir.
7.2. Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə və yaxud təqsirkar şəxsdən dəymiş zərərin əvəzini və ya bir hissəsini aldıqda, sığortaçı sığorta ödənişinin verilməsindən tam və ya müvafiq sürətdə qismən azad edilir. Artıq ödənilmiş hissə sığortalı tərəfindən xxxx qaytarılmalıdır. Əks təqdirdə sığortaçı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
8. İKİLİ (ÇOXQAT) SIĞORTA
8.1. İkili sığorta zamanı dəymiş zərərin ümumi həcmi sığortaçılar arasında bərabər şəkildə bölünərək ödənilir. Eyni mənafeyi eyni vaxtda bir neçə sığortaçıda sığortalayan şəxs bu barədə sığortaçıya məlumat verməlidir.
8.2. Əgər eyni mənafeyi eyni vaxtda bir neçə sığortaçıda sığortalayan şəxs hər hansı bir səbəbdən bu halı sığortaçıya bildirməzsə (müqavilə bağlandığı zaman və ya hadisə baş verdiyi zaman öz ərizəsində qeyd etməzsə), sığortaçı öz vəzifələrini yerinə yetirməkdən azad olunur.
9. MÜBAHİSƏLƏRİN HƏLLİ
9.1 Sığorta müqaviləsi üzrə vəzifələrin yerinə yetirilməsi ilə bağlı yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunur. Razılıq əldə edilmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə və Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət oluna bilər.
10. SIĞORTA RİSKİNİN ARTMASI
10.1. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar sığortaçı ilə yazılı şəkildə razılaşdırılmalıdır.
10.2. Bu Qaydaların 10.1. maddəsinə riayət edilmədikdə sığortaçı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun tamamilə ləğv edilməsini tələb edə bilər və ya həmin hallarla əlaqəli sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.
11. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
11.1.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq hüququna malikdir.
11.2.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum xxxx, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
11.2.2. Sığortalı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
11.3.1. Sığortaçı sığortalı barədə, habelə onun keçmiş hadisə tarixi barəsində məlumat toplamaq hüququna malikdir.
11.4.1. Sığortaçı sığortalını müqavilənin əsaslandığı sığorta qaydaları ilə xxxxx etməlidir.
11.4.2. Sığortaçı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
XÜSUSİ MÜDDƏALAR
12. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ (SIĞORTA RİSKLƏRİ)
12.1. Bu sığorta şərtləri ilə sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına dəyən itki və ziyan dəyməsinə görə sığorta etdirənin üçüncü şəxslər qarşısında məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təminat verir.
12.2.Sığortalı hüquqi şəxsdirsə, sığortalının işçilərinin, vəzifəli şəxslərinin, həmçinin etibarnamə və vəzifə təlimatlarına əsasən onun adından çıxış edən digər şəxslərin hərəkətləri də sığortalının hərəkətlərinə aid edilir.
13. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN TƏMİNATLAR
13.1. Sığortalı mülkiyyət sahibi və ya işin icraçısı kimi təmsil edilmişdirsə, sığorta müqaviləsində onun daşınmaz mülkiyyətində xxxx əmlak kimi qeyd olunmuş və yaxud görülən iş zamanı istifadə olunan liftin və ya montaj avadanlıqlarının üçüncü şəxslərə vuracağı itki və ziyan əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilə bilər.
14. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏR (İSTİSNALAR)
Aşağıda göstərilən hallar nəticəsində ortaya çıxan itki və ziyanla bağlı tələblər sığorta təminatına daxil edilmir:
14.1 Qəsdən və ya şüurlu hərəkətlər;
14.2 Hər hansı bir müqavilənin şərtlərinə və ya xüsusi anlaşmaya əsaslanaraq sığortalının qanuni məsuliyyət həddini aşması;.
14.3 Sığorta hadisəsi zamanı sığortalıya xidmət göstərən və ya əmək müqaviləsi ilə xxxxx xxxx şəxslər, həmçinin sığortalının ailə üzvləri tərəfindən irəli sürülən tələblər.
14.4.Bu maddəyə görə sığortalının həyat yoldaşı, valideynləri və onların övladları (sığortalının övladlığa götürdüyü şəxslər və onu övladlığa götürən şəxslər də daxil olmaqla) sığortalı ilə bir yerdə yaşayan qardaş-bacıları, kürəkənləri, gəlinləri və onun himayəsində xxxx digər qohumları, sığortalının həyat yoldaşının valideynləri və övladları qardaş və bacıları sığortalının ailə üzvü sayılır.
14.5.Sığortalı hüquqi şəxsdirsə, onun qeyri-məhdud məsuliyyətli səhimdarları və onların yuxarıda göstərilən ailə üzvləri tərəfindən irəli sürülən tələblər də sığorta təminatına daxil edilmir;
14.6 Mühərrikli nəqliyyat vasitələri və onlara qoşulan yedəklər, mühərrikli velosipedlərin (mopedlərin) və hər növ hava nəqliyyat vasitələrini idarə edənlər və ya sahiblərinə qarşı irəli sürülən tələblər;
14.7 Məşqlər də daxil olmaqla, avtomobil, motosiklet, velosiped, dəniz nəqliyyat vasitələri ilə bağlı yarışlarda, at, boks, güləş üzrə yarış və müsabiqələrdə iştirak ilə əlaqədar itki və ziyan;
14.8. Müharibə, üsyan, iğtişaş, tətil və bunların yatırılması və ya qarşısının alınması məqsədilə keçirilən inzibati və ya hərbi tədbirlər;
14.9 Zəlzələ, sel, su basması, qar uçqunu, vulkan püskürməsi, partlayış, yanğın, duman, his, buxar, su, çürümə və ya rütubətin nəticəsi;
14.10. Üçüncü şəxslərə aid olub sığortalının ailə üzvlərinə, işçilərinə borc, kirayə, mühafizə, təmir, istifadə və ya hər hansı bir başqa məqsəd üçün verilmiş, onların nəzarətləri altında xxxx mallarla əlaqədar;
14.11. Sığortalı, onun işçiləri və yaxud sığortalının adından çıxış etməyə səlahiyyəti xxxx şəxslər tərəfindən emal və ya istifadə edilən, əşyalara və ya bu əşyalarla funksional əlaqəsi xxxx texniki cihaz və qurğulara işin qüsurlu aparılması ilə əlaqədar dəyən itki və ziyan;
14.12. Sığortalının işçilərinin çalışdıqları bina və əraziyə vurduqları itki və ziyan;
14.13. Sığorta hadisəsi ilə əlaqədar cinayət işi açılarsa, bununla bağlı xərclər, habelə hər növ pul cərimələri.
15. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ
15.1. Sığortalı sığorta hadisəsinin baş verməsi haqqında xəbər tutduğu və ya xəbər tutmalı olduğu andan sonra aşağıdakı tədbirləri görməlidir:
15.1.1. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığortalı dərhal, və ya ən geci 72 saat ərzində, bütün mümkün vasitələrlə sığortaçıya bu barədə məlumat verməklə sığorta hadisəsinin baş verməsi ilə bağlı hallar haqqında ona məlum xxxx bütün məlumatı çatdırmalıdır. Sığortalı sığorta hadisəsi barədə məlumatı göstərilən müddətdə vermədiyi halda sığortaçının hadisənin səbəblərini və /və ya dəyən zərərin həcmini müəyyənlədirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeləri əhəmiyyətli dərəcədə pozularsa, sığorta ödənişinin verilməsindən imtina oluna bilər.
15.1.2. Hadisə barədə sığortaçıya məlumat verildikdən sonra sığortalı onunla əlaqə saxlayan sığortaçının nümayəndəsinin bütün təlimatlarına riayət etməlidir.
15.1.3. Mümkün zərərlərin qarşısını almaq və ya həcmini azaltmaq üçün bütün ağlabatan və zəruri tədbirləri görməlidir.
15.1.4. Zərərin qarşısının alınması və ya azaldılması üçün hərəkətlər istisna olmaqla, sığorta hadisəsinin baş verdiyi yer və əşyalararda heç bir dəyişiklik etməməlidir.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA ÜÇÜN ƏSASLAR
16.1. Sığorta ödənişinin verilməsindən ümumi imtina əsasları aşağıdakılardır:
16.1.1. Sığortalının hadisəni qəsdən törətməsi, hadisənin baş verməsinə qəsdən şərait yaratması və ya zərərin miqdarının qəsdən edilən hərəkətlərlə artırması;
16.1.2. Sığortalının və ya onun nümayəndəsinin sığorta obyekti və hadisəsi barədə sığortaçıya qəsdən yalnış məlumat verməsi;
16.1.3. Sığortalı hadisə baş verdiyi zaman zərər vurulmuş əmlakın xilas edilməsi üçün xxxxx xxxx tədbirləri görməməsi və bununla bağlı öz vəzifələrini yerinə yetirməməsi (sığortalının hadisənin qarşısını almağa texniki imkanı olduğu ekspertiza tərəfindən müəyyən edilərsə, bu vəzifələrin yerinə yetirilməməsi kimi qiymətləndirilir);
16.1.4. Sığortalının əmlakı sığortaçıya bildirdiyi istifadə tərzinə, məqsədinə və təyinatına uyğun olmayan şəkildə istifadə etməsi;
16.1.5. Sığortalı və ya onun nümayəndəsi tərəfindən bu qaydaların və sığorta müqavilənin hər hansı bir müddəasına əməl edilməməsi;
16.1.6. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
“Təsdiq Edirəm”
Hazırki “Qaydalar” la ətraflı xxxxx oldum. Bu qaydaların şərtlərini qəbul edirəm və bunu təsdiq etmək üçün aşağıda imza edirəm. Bu Qaydaların bir nüsxəsini sığortaçıdan aldım.
Sığortalı
(a.s.a.) (imza)