ANLAŞMA MEMORANDUMU
ü
Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Dövlət Universiteti arasında hüquq sahəsində nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bir tərəfdən Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra “Xxx Xxxxxxx”) və digər tərəfdən Bakı Dövlət Universitet Publik Hüquqi Şəxsi (bundan sonra ayrılıqda “T ərəf, birlikdə “Tərəflər” adlandırılacaqdır),
- hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsinin zəruriliyini rəhbər tutaraq,
- hüquq təhsilinin və hüquq peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyətini nəzərə
alaraq,
- tələbələrin və məzunların təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılmasını məqsədəmüvafiq hesab edərək,
- hüquq elminin inkşafına veriləcək töhfəni nəzərə alaraq,
- cəmiyyətin hüquq sahəsində maarifləndirilməsinin önəmini qeyd edərək,
- Tərəflər arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının faydalılığına əminlik ifadə edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1 Memorandumun məqsədi
1.1. Bu Anlaşma Memorandumunun (bundan sonra “Memorandum”) məqsədi Tərəflər arasında əməkdaşlıq çərçivəsində BDU-nun Hüquq fakültəsinin təhsilalanlarının hüquqşünaslıq ixtisasına yiyələnməsinə, həmçinin peşə potensialını davamlı, hərtərəfli inkişaf etdirməsinə, peşəkar hüquqşünas kimi yetişməsinə yardımçı olmaq məqsədi ilə münasibətlərin genişləndirilməsindən və qarşılıqlı şəkildə təhsilalanların və əməkdaşların xxxxx və bacarıqlarının, peşəkarlıq səviyyəsinin, dünyagörüşünün inkişafına dəstək göstərilməsindən, birgə layihə, konfrans, seminar, tədris və müzakirələrin təşkilindən,
ı
eyni zamanda analitik işlərin, sorğuların və digər layihələrin həyata keçirilməsindən ibarətdir.
1.2. Memorandum Tərəflər arasında hüquq və digər sahələrdə nəzəri və təcrübi biliklərin artırılmasına dair əməkdaşlıq haqqında sənəddir. BDU-nun digər fakültələrinin təhsilalanları, professor - müəllim və inzibati heyəti bu əməkdaşlıq çərçivəsinin verdiyi müvafiq imkanlardan yararlana bilərlər. Memorandum üçüncü tərəflərə münasibətdə öhdəliklər yaratmır və Tərəflərin hər birinin iştirakçısı olduğu digər sənədlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir. Memorandumun hədəfləri aşağıdakılardır:
1.2.1. BDU-da hüquqşünaslıq ixtisası üzrə təhsilalanların Ali Məhkəmə Aparatının struktur bölmələrində təcrübə keçməsi;
1.2.2. BDU-nun Hüquq fakültəsinin metodik materiallarına və xxxx əsərlərinə Xxx
Məhkəmənin müvafiq struktur bölmələri tərəfindən, habelə Xxx Xxxxxxx tərəfindən hazırlanmış həmin vəsaitlərə BDU-nun Hüquq fakültəsinin professor-müəllim heyəti tərəfindən rəylərin və tövsiyələrin verilməsi;
1.2.3. Birgə Respublika əhəmiyyətli və beynəlxalq xxxx konfransların, dəyirmi masaların, seminarların, təlim kurslarının, simulyasiyaların (müsabiqələrin), mühazirələrin və görüşlərin keçirilməsi;
1.2.4. Birgə dərs vəsaitlərinin, xxxx məqalələrin, tədris-metodiki vəsaitlərin və nəşrlərin hazırlanması;
1.2.5. Hüquq tətbiqi fəaliyyətində daha xxx xxxx gəlinən problemlərin həlli məqsədilə birgə xxxx-praktik araşdırmaların aparılması;
1.2.6. Xxx Xxxxxxx hakimlərinin və Aparatının xxxx dərəcəyə xxxxx xxxx əməkdaşlarının BDU-da hüquqşünaslıq ixtisası üzrə təhsilalanların hazırlığı prosesində iştiraka cəlb edilməsi;
1.2.7. Xxx Xxxxxxx Aparatının əməkdaşlarının BDU-da təlimlərdə və kurslarda iştirakı;
1.2.8. BDU-nun professor-müəllim heyətinin Xxx Xxxxxxxxxx Aparatında inzibati vəzifə tutan əməkdaşlarının ixtisasartırma prosesinə cəlb edilməsi;
1.2.9. Hüquq ədəbiyyatlarına əlçatanlığın asanlaşdırılması məqsədilə BDU-nun kitabxanasından Ali Məhkəmə Aparatının əməkdaşları tərəfindən istifadə edilməsi məqsədilə imkanların yaradılması;
1.2.10. Tərəflərin işçilərinin nəzəri biliklərinin və peşə hazırlığının artırılması məqsədilə birgə təlim kurslarının, seminar-treninqlərin və mühazirələrin təşkili;
1.2.11. BDU-nun təhsilalanlarının könüllü qismində Xxx Xxxxxxxxxx Aparatında könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə əsasında işə cəlb edilməsi.
Maddə 2 Əməkdaşlıq vasitələri
Memorandumda nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı Tərəflər qarşılıqlı razılıq əsasında müvafiq mövzu və sahələr üzrə təhlillərin və məsləhətləşmələrin aparılması, birgə işçi qruplarının yaradılması, məlumat və təcrübə mübadilələrinin, xxxx konfransların, seminarların, görüşlərin təşkili, proqramların və tədqiqat layihələrinin əlaqələndirilməsi, habelə fəaliyyət istiqamətlərinə uyğun müəyyən edilən istənilən digər əməkdaşlıq vasitələrindən istifadə edə bilərlər.
Tərəflər qarşılıqlı razılıq əsasında Memorandum çərçivəsində əməkdaşlığın davam etdiriləcək proqram və layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün üçüncü tərəflərin iştirak etməsini xahiş edə bilər.
Maddə 3 Müddət, xitam və düzəliş
3.1. Memorandumun müddəti:
3.1.1 Bu Memorandum imzalandığı gündən qüvvəyə minir;
3.1.2. Memorandum 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri Memorandumun bitməsinə ən azı 1 (bir) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı xəbərdarlıq verməzsə, onun qüvvəsi növbəti 5 (beş) il müddətinə prolonqasiya (heç bir müzakirəyə ehtiyac olmadan sənədin qüvvədə olma müddətinin eyni müddətə uzadılması) olunur.
3.2. Memoranduma aşağıdakı qaydada xitam verilə bilər:
3.2.1. Tərəflərin qarşılıqlı razılığı ilə;
3.2.2. Tərəflərdən biri digər tərəfə əvvəlcədən xəbər verməklə birtərəfli qaydada;
3.2.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
3.3. Bu Memoranduma Tərəflərin qarşılıqlı razılığı əsasında yazılı formada əlavələr və dəyişikliklər edilə bilər. Düzəlişlər ayrıca protokollar formasında rəsmiləşdirilir və Memorandumun ayrılmaz tərkib hissəsini təşkil edir.
Maddə 4 Yekun müddəalar
4.1. Xxx Xxxxxxx tərəfindən Memorandumun icrası üzrə məsul şəxs Xxx Xxxxxxxxxx Aparat rəhbəri, BDU tərəfindən isə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor müəyyən edilir.
4.2. Bu Memorandum yuxarıda göstərilən məqsədlərə çatılması üçün Tərəflərin görəcəyi işlər barədə əsas koordinasiya rolunu oynayır və Tərəflərə heç bir maliyyə öhdəliyi yaratmır.
4.3 Bu Memorandumun müddəaları heç bir halda Tərəflərin mövcud və ya gələcəkdə imzalayacaqları ikitərəfli və çoxtərəfli müqavilələrindən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
4.4. Tərəflər arasında başqa razılaşma olmadıqda, bu Memorandumun vaxtından əvvəl dayandırılması davam edən layihə və ya fəaliyyətlərə mane olmamalıdır.
4.5. Bu Memorandumu Bakı şəhərində 2023-cü il 22 fevral tarixində iki əsl nüsxədə, Azərbaycan dilində imzalanmışdır və hər bir tərəfdə bir nüsxə saxlanılır.
Azərbaycan Respublikası Bakı Dövlət Universitetinin Ali Məhkəməsinin rektoru
sədri
Xxxxx Xxxxx oğlu Xxxxxx Xxxxx Səfəralı oğlu Xxxxxxx
(imza)