ÜMUMİ OFERTA
ÜMUMİ OFERTA
(bank xidmətlərinin təqdim edilməsinə dair)
Bakı şəhəri 29 Dekabr 2021-ci il
Oferent - “Bank” adlandırılacaq, 14 dekabr 2010-cu il tarixli 73 xxxxx lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci və 409-cu maddələrinə əsasən bank xidmətlərini özündə cəmləşdirən ümumi ofertanı rezident fiziki şəxslərə təqdim edir. Bank, bu ofertaya birtərəfli qaydada dəyişiklik edə bilər və onu Müştəriyə münasibətdə qanunvericiliklə müəyyən edilmiş qaydada birtərəfli ləğv edə bilər.
1. ANLAYIŞLAR
Aksept – ofertanın qeyd-şərtsiz qəbul etməsi barədə yazılı və imzalı müştəri ərizə-anketi (əsas: Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 409.1-ci maddəsi).
Ərizə-anket – Bank tərəfindən ümumi ofertanın aksepti sayılan və özündə müvafiq razılıq şərtlərini ifadə edən və bu müqavilənin tərkib hissəsi sayılan yazılı və imzalı ərizə.
Pin kod – şəxsi eyniləşdirmə nömrəsi (bundan sonra PİN-kod) - emitent tərəfindən kart sahibinə və ya onun tərəfindən vəkil edilmiş şəxsə təqdim edilən və kartla əməliyyatların həyata keçirilməsi zamanı kart istifadəçisinin tanınmasında istifadə olunan gizli şifrə.
FİN – fərdi identifikasiya nömrəsi (vətəndaşların şəxsiyyət vəsiqəsi üzrə).
Analoq imza – imza edənlə şəxsi açar vasitəsi ilə əlaqələndirilmiş elektron şəkildə imza atma imkanı yaradan unikal məlumatlar başa düşülür.
Analoq imza Bank və Müştəri arasında qarşılıqlı razılaşdırılmış bütün əməliyyatların (müqavilələrin, məktubların, hesab üzrə sərəncamların, tapşırıqların, etirazların və sair imzalanması da daxil olmaqla) imzalanması üçün Bank tərəfindən Müştəriyə mobil əlavə vasitəsilə təqdim edilmiş və onun şəxsi imzasının alternativi xxxx və eyni hüquqi nəticələrə gətirən analoq imzadır. Analoq imza həmçinin müştəri identifikasiyası üçün bir vasitə və bank alətidir və Müştərinin kağız üzərində təqdim etdiyi fiziki imza ilə eyni hüquqi qüvvəyə malikdir.
Avtorizasiya – ödəniş kartından istifadə edilməklə əməliyyatların aparilmasi üçün Emitentdən va ya onun xidmət olunduğu Kart Prosessinq Mərkəzindən icazənin alınmasıdır.
Bank – 14 dekabr 2010-cu il tarixli 73 xxxxx lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti , VÖEN: 1300017201.
Bankın rəsmi internet səhifəsi (sayt) – xxxxx://xxx.xxxxxxx.xx
Minimal aylıq ödəniş – qalıq borcun müştəri tərəfindən ödənilməli minimal aylıq məbləği (hesablanmış faizlər, komisyon haqları, cərimələr, ödənilməmiş borc, ödəniş kartı xidmət haqqı və s. daxil olmaqla).
Mütləq ödəniş – hər təqvim ayı üçün minimal aylıq ödəniş məbləğinə və əvvəlki dövrlər üçün yerinə yetirilməmiş minimal ödənişlərə bərabər ödəniş.
Nağdlaşdırma – bankomat (ATM), POS-terminal və ya qanunvericilikdə nəzərdə tutulan və Bank tərəfindən tətbiq edilən digər vasitələrlə nağd pul vəsaitinin alınması (məxarici) əməliyyatıdır.
Nağdsız ödəniş – nağd puldan istifadə etmədən kart vasitəsilə malların və ya xidmətlərin dəyərinin POS- terminal, ATM, mobil əlavə və ya internet vasitəsilə ödənilməsi əməliyyatıdır.
Bank hesabı – Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil xxxx pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməsi üçün nəzərdə tutulmuş hesab.
Bank əmanəti (depozit) – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan xxxx, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.
Bank Xidməti – bu müqavilə ilə təqdim edilən aşağıdakı xidmətlər:
● Bank hesabları üzrə xidmətlər;
● Mobil bankçılıq xidməti (elektron bankçılıq);
● Kredit məhsulları (kredit, kredit xətti, overdraft);
● Bank əmanəti;
● Ödəniş kartı üzrə xidmətlər;
● Digər bank fəaliyyəti üzrə xidmətlər.
Öhdəlik – Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməlivə i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Hesabın kreditləşdirilməsi (overdraft) – Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.
Ödəniş kartı – nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti.
Komissiya haqqı – müəyyən işlərin görülməsi, əməliyyatın yerinə yetirilməsinə görə təyin edilmiş komissiya haqqı.
Tariflər – xidmətin göstərilməsi üçün müəyyən edilmiş haqq. Tariflər saytda, mobil əlavədə yerləşdirilmişdir və bu ofertanın tərkib hissəsi hesab edilir.
Eyniləşdirmə məlumatları – müştərinin kimliyini təstiq olunması üçün tələb olunan və özündə ad, soyad, ata adı, doğum tarixi, qeydiyyat ünvanı və sair eyniləşdirilə bilən informasiya toplusu.
Bank günü – Bankın filiallarının işlədiyi dövrdür.
Əməliyyat günü – elektron əməliyyatların aparıldığı təqvim günü (00:00:01-dən 23:59:59-dək).
Pul köçürmələri – nağd və ya nağdsız qaydada pul vəsaitlərinin müəyyən edilmiş sistem vasitəsilə bir şəxsdən (göndərən) digər şəxsə (xxxx) köçürülməsidir.
Elektron bankçılıq – məsafədən, internet vasitəsilə bağlantıdan istifadə etməklə mobil cihazlar və ya sayt üzərindən, onlayn (7/24 iş rejimi) rejimində bank xidmətlərinin istifadəsi.
Müştəri – Bank xidmətlərindən istifadə edən Xxxxxx şəxs (bu ofertaya münasibətdə yalnız fiziki şəxslər). Mobil əlavə – internet bağlantı vasitəsilə istifadə edilə bilən, bank xidmətini özündə birləşdirə bilən, xüsusi proqram təminatında yaradılmış tətbiq.
2. XXXX HESAB ÜZRƏ
2.1. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
2.1.1. Bank aşağıdakı vəzifələri daşıyır:
2.1.1.1. Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın qaydalarına uyğun olaraq təqdim edilən sənədlər əsasında müvafiq valyutalarda Hesab açmaq;
2.1.1.2. Müştəriyə Hesablaşma-xxxxx xidmətləri göstərmək:
● Müştərinin Hesablarına daxil xxxx pul vəsaitini növbəti iş günündən gec olmayaraq (Qeyri- sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə müvafiq olaraq əlavə sənədlərin təqdim olunmasının tələb olunduğu hallar istisna olmaqla) Hesablara mədaxil etmək və müştərinin müraciətinə əsasən bu barədə Müştəriyə məlumat vermək;
● Müştərinin təqdim etdiyi ödəniş sənədlərini Banka daxil olduğu günün ertəsi iş günündən gec olmayaraq icra etmək;
● Müştəriyə xxxxx xidmətləri göstərmək;
● Müştərinin Hesabından çıxarışları ona təqdim etmək;
● Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin Hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək;
2.1.1.3. Müştərinin Xxxxxx ilə bağlı istənilən sorğu və məktubları qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavablandırmaq;
2.1.1.4. Müştərinin hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın daxili mübadilə məzənnəsinə uyğun qaydada konvertasiya etmək və bununla bağlı komisyon haqlarının Müştərinin hesablarından akseptsiz qaydada silmək.
2.1.2. Bankın aşağıdakı hüquqları vardır:
2.1.2.1. Hesabın açılması üçün, zəruri xxxx sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini
tələb etmək. Hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edilməsi sübut edildikdə hesabı birtərəfli qaydada ləğv etmək;
2.1.2.2. Hesab(lar)xxx sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə edildikdə hesab(lar)ı birtərəfli qaydada bloklamaq/bağlamaq;
2.1.2.3. Müştərinin Bank qarşısında borc və digər öhdəlikləri üzrə məbləğləri, Bank tərəfindən tətbiq olunan cərimələri, eləcə də, mövcud Tariflər əsasında Müştəriyə göstərilmiş hər bir xidmət üzrə müvafiq komisyon haqqını, kredit prosedurlarına görə Bank tərəfindən təsdiq edilmiş komisyon haqlarını Müştərinin istənilən Hesabından,o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə mübahisəsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək. Müştəri, Bank və üçüncü şəxslə arasında bağlanan üçtərəfli əqdlərin icrasını təmin etmək məqsədilə Müştərinin Hesabından akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) pul vəsaitlərini silmək və ya digər müvafiq blok Hesaba köçürərək bloklaşdırmaq.
2.1.2.4. Birtərəfli qaydada mövcud Tariflərdə və aparılan əməliyyatların qaydalarında dəyişiklik etmək hüququna malikdir. Tariflər «Bank»ın - xxxxx://xxx.xxxxxxx.xx rəsmi internet saytında (bundan sonra “sayt” adlandırılacaq) yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olmalıdır
2.1.2.5. Investisiya xidməti, o cümlədən marja ticarəti xidməti göstərən şirkətlərlə Müştəri arasında baglanan müqavilələr üzrə (marja ticarəti xidməti göstərən şirkətlərlə müştəri arasında belə müqavilə bağlandığı halda) Müştərinin öhdəliklərinin yerinə yetirilməsi məqsədilə zəruri məbləğdə pul vəsaitlərini Hesabdan akseptsiz qaydada silmək və digər hesablara köçürmək.
2.1.2.6. Aşağıdakı hallardan biri və ya bir neçəsi baş verdikdə Bankın, Müştərinin bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqları tutulmaq şərtilə akseptsiz qaydada silmək hüququna malikdir:
● Müştəri, üçüncü şəxslər və ya Bank tərəfindən yalnışlıqla mədaxil edilmiş pul vəsaitlərini;
● Bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində Müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə çıxarıldığı hallarda;
● Müştərinin bank hesabına və ya balansında səhvən daxil olmuş pul vəsaitləri Xxxxxxx tərəfindən xxxx qaytarımadıqda və ya bu vəsaitlərin Bank tərəfindən akseptsiz silinməsi üçün onun bank hesablarında kifayət qədər pul vəsaiti olmadıqda, Müştərinin Bank qarşısında kredit öhdəliyi yaranır və kredit xətti açıla bilər (kredit xətti xxxx müştərilərə). Bu halda Müştəri kreditdən istifadəyə görə Bankın həmin günə xxxx mövcud faiz dərəcələrinə uyğun olaraq illik faiz ödəməlidir. Aktiv kredit xətti olmayan müştərilərin hesablarında bu hal overdraft kimi tanınır.
2.1.3. Müştəri aşağıdakı vəzifələri daşıyır:
2.1.3.1. Hesabın açılması üçün zəruri xxxx sənədləri, eləcə də, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə Bank tərəfindən qanunvericiliyə zidd olmayan digər sənədlər tələb edildikdə onları Banka təqdim etmək;
2.1.3.2. Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq Hesab üzrə nağd və nağdsız qaydada əməliyyatlar aparmaq;
2.1.3.3. Hesab(lar)xxx sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə etməmək;
2.1.3.4. Ödəniş sənədlərini Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ hüquqi xarakterli aktlarla uyğun olaraq tərtib edərək Banka təqdim etmək;
2.1.3.5. Bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və bankı dərhal məlumatlandırmaq. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmaq;
2.1.3.6. Müştəriyə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin özünüqiymətləndirmə formaları təqdim olunanda, onları imzalamaq və lazım olunan sənədləri, məlumatları təqdim etmək;
2.1.3.7. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka məlumat vermək;
2.1.3.8. Müştəri İnvestisiya xidməti, o cümlədən marja ticarəti xidməti göstərən şirkətlərlə onun arasında baglanan müqavilələr üzrə (marja ticarəti xidməti göstərən şirkətlərlə müştəri arasında belə müqavilə bağlandığı halda) öhdəliklərinin yerinə yetirilməsi məqsədilə hesaba daxil olacaq zəruri pul vəsaitlərinin “Unicapital İnvestisiya Şirkəti”ASC-nin “Unibank” KB-da ABŞ dollarında xxxx xxxx hesabına köçürülməsi barədə Banka əvvəlcədən tapşırıq verir. Bank isə hesaba daxil olacaq zəruri pul vəsaitlərini
daxil olduğu günün növbəti əməliyyat günündən gec olmayaraq akseptsiz qaydada silərək “Unicapital İnvestisiya Şirkəti”ASC-nin ABŞ dollarında xxxx xxxx hesabına daxil etməyi öz öhdəsinə götürür.
2.1.4. Müştərinin aşağıdakı hüquqları vardır:
2.1.4.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Hesabdan istifadə etmək.
2.1.4.2. Lazımi dövr üçün Bankın Tariflərinə uyğun haqq ödəməklə hesabdan əlavə çıxarış, eləcə də, Hesabdan vəsaitin silinməsinin düzgünlüyünü təsdiq edən sənədləri “Bank”xxx təqdim etməyi tələb etmək.
2.2. HESABIN FƏALİYYƏT REJİMİ
2.2.1. Müştəri öz Hesabının müstəqil sərəncamçısıdır.
2.2.2. Müştərinin xarici valyutada xxxx Xxxxxx üzrə əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasında mövcud valyuta rejiminə riayət olunmalıdır.
2.2.3. Müştərinin Xxxxxxxxxx silinmələrə əsas, qanunvericilikdə və bu ofertada nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir.
2.2.4. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində Banka təqdim edilə bilər.
2.2.5. Bankla Müştəri arasında Hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank Müştərinin Hesabı üzrə əməliyyatları, Hesabdakı qalıq çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədinin məbləği Müştərinin Hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla icra edir.
2.2.6. Müştəri üçün əməliyyat günü bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilir.
2.2.7. Bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilmiş vaxtdan sonra daxil olmuş ödəniş sənədləri növbəti iş günündə icra edilir.
2.2.8. Hesabdan çıxarışlar və digər sənədlər Müştərinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndəsinə verilir.
2.2.9. Qanunvericilik və Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri qəbul edilmir.
2.2.10. İcra vaxtı keçmiş, ödəniş sənədində hər hansı düzəliş aparılmış, rəqəmlə və yazı ilə məbləğlər arasında uyğunsuzluq olmuş, imzalanmamış, keçən məbləğdə, Hesabların nömrələrində, benefisiarın adında və bu kimi rekvizitlərdə düzəliş edilmiş ödəniş sənədi qüsurlu sayılır və Bank tərəfindən icra üçün qəbul olunmur.
2.2.11. Bank müştərinin xxxx hesabının qalıq məbləğinə əlavə faizlər təqdim edə bilər. Hesablanacaq illik faiz dərəcəsi tariflərlə tənzimlənir. Bu barədə mobil əlavə vasitəsilə müştərilərə məlumat veriləcək.
2.2.12. Bu Hesabdan Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar Müştərinin xeyrinə Banka pul vəsaiti daxil olduğu halda Müştərinin razılığı alınmadan həmin vəsait göndərən şəxsə ödənişin məbləğindən bank xidmət haqqı və Bankın çəkdiyi digər xərclər çıxılmaqla xxxx qaytarılır. Bankın həmçinin bank xidmət haqqlarını və pul vəsaitinin göndərənə xxxx qaytarılması ilə bağlı çəkdiyi digər xərcləri Müştərinin bank hesablarından akseptsiz qaydada silmək hüququ vardır.
2.3. ƏMANƏTİN SIĞORTALANMASI FONDU, BANK VƏ ƏMANƏTÇİ
2.3.1. Bank 30 iyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – “Fond”) iştirakçısı olaraq (21 xxxxx Şəhadətnamə) Xxxxx sığorta haqqı ödəyir (bu haqq Əmanətçidən tutulmur).
2.3.2. Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Xxxx tərəfindən sığortalanır.
2.3.3. Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Əmanətçi qarşısında əmanət üzrə öhdəlikdərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.
2.3.4. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitəsilərində Əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir: a) AzTV; b) İctimai TV; c) Azərbaycan qəzeti; d) Respublika qəzeti; e) Xalq qəzeti; f) AzərTAc informasiya agentliyi; g) APA informasiya agentliyi.
2.3.5. Fonddan kompensasiya almaq üçün Əmanətçi kütləvi informasiya vasitəsilərində göstərilən yerə yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
● Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd;
● Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər sənəd;
● Bank əmanəti müqaviləsi.
● Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Xxxxx təqdim etməlidir.
Ərizəni verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Xxxx tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.
2.3.6. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
● bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
● qeyri-xxxxxx xxxxx əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
● cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
● üzərinə həbs qoyulmuş əmanətlər;
● Cəlb edildiyi günə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.20-ci bəndinə uyğun olaraq müəyyən edilən həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. (Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilir);
● fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
● fiziki şəxslərin bankın vəkalətli idarəetməsində xxxx pul vəsaitləri;
2.3.7. Fond tərəfindən hər bir iştirakçı xxxxxx sığortalanmış əmanət üzrə əmanətin 100 xxxxx həcmində, xxxxx 30 (otuz) min manatdan xxx olmamaq şərtilə kompensasiya ödənilir. 2021-ci il 5 aprel tarixindən etibarən isə Xxxx tərəfindən hər bir iştirakçı xxxxxx sığortalanmış əmanət üzrə əmanətin 100 xxxxx həcmində, xxxxx 100 (bir yüz) min manatdan xxx olmamaq şərtilə kompensasiya ödəniləcək. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir
2.3.8. Fond kompensasiyanı milli valyutada xxxx əmanət üzrə manatla, ABŞ dollarında xxxx əmanət üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da Əmanətçiyə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çapraz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət üzrə faizlərı sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Əmanətçiyə ödəyir.
2.3.9. Əmanətçinin Xxxxxx bir neçə əmanəti yaxud həmin əmanətlər müxtəlif valyutalarda oldugu zaman, Fond həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçinin Fondun hər hansı digər iştirakçı bankında xxxx əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir.
2.3.10. Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “Fond”) kompensasiyanın ödənilməsi üçün səhv və ya yanlış məlumatlar təqdim etmiş, yaxud qanunsuz olaraq kompensasiya alınması üçün müraciət etmiş şəxslərə kompensasiya ödəməkdən imtina edir və ya ödənilmiş məbləğin xxxx qaytarılmasını tələb edir.
2.3.11. Bank, Əmanətlərin Sığortalanması Fonduna sığorta Fondun reyestrinə daxil olduğu gündən sonra 10 təqvim günü müddətində 10 000 (on min) manat məbləğində üzvlük haqqı, Fondun reyestrinə daxil olduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində xxxx günlük qalıq məbləğinin 0,15 xxxxx, sonrakı illərdə isə 0,125 xxxxx həcmində təqvim haqqı və qanunvericilikdə nəzərdə tutlmuş hallarda və həcmdə əlavə haqq ödəyir.
2.3.12. Bank Əmanətçinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə Əmanətçiyə məlumat verir.
2.3.13. Əmanətçi aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsilə Fondla əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40; əlaqə tel: (00000) 000 00 00, 000 00 00, 000 00 00; Faks: (00000) 000 00 00; Qaynar xətt 941, email: xxxx@xxxx.xx, sayt: xxx.xxxx.xx
2.3.14. Faizləri “Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində xxxx bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq Fondun iştirakçı bankları tərəfindən “Əmanətlərin tam sığortalanması haqqında” AR Qanununa əsasən tam
sığortalanır.
2.4. XARİCİ DÖVLƏTLƏRİN FİZİKİ ŞƏXSLƏRİNİN MALİYYƏ ƏMƏLİYYATLARI BARƏDƏ HESABATLARIN TƏQDİM EDİLMƏSİ.
2.4.1. “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydalarına əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan hesabatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən təyin olunmuş müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Vergilər Nazirliyi) müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.
2.4.2. Xarici dövlətlərin fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsinə əsasən hesabat verən maliyyə institutu fiziki və hüquqi şəxslərin hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədi ilə müştəridən zəruri xxxx özünüqiymətləndirmə sənədi və formaları tələb edilir.
2.4.3. Hesab açmaq üçün müraciət etmiş müştəri tərəfindən formalarından müvafiq olanı təqdim edilmədikdə Bank tərəfindən hesabın açılmasından imtina oluna bilər.
3. ÖDƏNİŞ KARTI ÜZRƏ
3.1. ÜMÜMİ MÜDDƏALAR
3.1.1. Bank Müştəriyə ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı xxxx xxxx hesab vasitəsilə hesablaşma-xxxxx əməliyatlarının aparılması üçün bank xidmətlərini göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür.
3.1.2. Müştəriyə təqdim olunan kartın növünə uyğun olaraq bütün şərtlər Bankın - xxxxx://xxx.xxxxxxx.xx – Rəsmi saytında (bundan sonra: “sayt”) əks olunur.
3.1.3. Kartdan nağdlaşdırmaya, ödənişlər və köçürmələrə görə komissiya Bankın tariflərinə uyğun olaraq tənzimlənir.
3.1.4. Xxxx hesabla bağlı, gələcəkdə müştərinin xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə SMS vasitəsilə, mobil əlavə üzrəindən və ya digər komunikasiya vasitələrindən istifadə edilməklə bank tərəfindən istənilən məzmunda yeniliklər, dəyişikliklər, yeni məhsullar barədə məlumatlar və kredit barədə təkliflər göndərilə bilər.
3.1.5. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir.
3.1.6. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və Müştərinin ərizəsi əsasında Hesab açır və həmin Hesabdan istifadə etmək üçün Müştəriyə kart verir.
3.1.7. Bankın müəyyən etdiyi bütün Tariflər «Bank»ın rəsmi internet saytında yerləşdirilir və
«Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olması tövsiyə olunur. «Müştəri» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun Hesabından silinir.
3.1.8. Müştəri özü PİN kodu mobil əlavədə təyin edir. PİN kodu Müştərinin imzasının analoqu hesab olunur. Müştərinin Kartı və ya onun PİN-kodunu üçüncü şəxslərə ötürməsi qadağandır və Kart və PIN-kodla əlaqəli təhlükəsizlik tədbirlərinə riayət edilməlidir. Kartla aparılan əməliyyatlar Müştəri tərəfindən həyata keçirilmişdir.
3.1.9. Kart və digər müvafiq sənədləri xxxx qapalı zərfi Bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidmət ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir və ya sifariş etməklə olduğu yerdə əldə edə bilər.
3.1.10. Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.
3.1.11. Müəyyən səbəblərə görə hesabda mövcud xxxx pul vəsaitindən daha artıq istifadə halı yarandıqda bu hal overdraft-ın formalaşması ilə nəticələnir.
3.1.12. Hesab üzrə overdraft yarandığı halda «Müştəri» «Bank» qarşısında yaranmış borcu overdraftın yarandığı gündən ən geci 30 (otuz) təqvim günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda
«Müştəri» «Bank» qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış overdraft uzrə həmin tarixdən etibarən illik 30 (otuz) % məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc və ona
hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda «Bank», «Müştəri»ni xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə overdraft yarandığı və ya «Müştəri»yə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu «Bank» tərəfindən
«Müştəri»yə məxsus xxxx bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər.
3.1.13. Banka məxsus bankomatların işi barədə Müştəridən daxil xxxx şikayətlərə baxarkən Bank əməkdaşları sübut kimi bankomatda saxlanılan uçot qeydlərindən istifadə edəcəklər.
3.1.14. “Kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel:
*7773) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”xxx əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır.
3.1.15. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsə, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı Müştəri tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur.
3.1.16. Kartdan istifadə etməklə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq yerli və ya beynəlxalq kart təşkilatlarının qaydalarına və bu ofertaya uyğun şəkildə aparılır.
3.1.17. «Müştəri»nin kart ilə apardığı nağd və ya nağdsız əməliyyatın valyutası kart hesabının valyutasından fərqləndiyi halda məbləğin konvertasiyası:
● Əməliyyat «Bank»ın xidmət etdiyi qurğularda (bankomat, POS-Terminal, online ticarət) baş tutduğu təqdirdə «Bank»ın tariflərində qeyd edilən məzənnə əsasında,
● Əməliyyat «Bank»ın xidmət etmədiyi qurğularda baş tutduğu təqdirdə isə həm “Bank”ın, həm də “Bank”la Ekvayer (mal, iş, xidmət təklif edən şəxsin müvəkkil bankı) arasında iştirak edən Ödəniş Təşkilatının (maliyyə əməliyyatlarının və hesablaşmaların həyata keçməsini təmin edən sistem) müəyyən etdiyi məzənnə əsasında aparılır.
3.1.18. Bu oferta Müştərinin ərizəsi əsasında, onun xxxxx Xxxxxx, Bankın filial və şöbələrində gələcəkdə açılacaq hər hansı növ bank hesabı üçün, habelə hər hansı ödəniş kart təqdim edilməsi və ona xidmət göstərilməsi üçün hüquqi əsas ola bilər, bir şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan məcburi tələblərə əməl olunsun və Bank tərəfindən ayrı qayda müəyyən edilməsin.
3.1.19. Ödəniş sistemləri üzərində nəzarət funksiyasını Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir (Tel.: 000 00 00, Faks: 493 55 41, e-mail: xxxx@xxxx.xx)
3.1.20. «Müştəri» kartı vasitəsilə həyata keçirilmiş bütün əməliyyatlar, kart hesabının qalığı barədə məlumatın, eləcə də hesabdan çıxarışın əldə edilməsinin üsul və vasitələri haqqında bilgiləri “sayt”xxx əldə edə bilər.
3.1.21. Müştəri öz hesabının müstəqil sərəncamçısıdır.
3.1.22. Müştərinin xarici valyutada xxxx xxxxxx üzrə əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasında mövcud valyuta rejiminə riayət olunmalıdır.
3.1.23. Müştərinin hesabından silinmələrə əsas, qanunvericilikdə və bu ofertada nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir.
3.1.24. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində Banka təqdim edilə bilər.
3.1.25. Bankla Müştəri arasında hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank Müştərinin Hesabı üzrə əməliyyatları, Hesabdakı qalığ çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədinin məbləği Müştərinin Hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla icra edir.
3.1.26. Müştəri üçün əməliyyat günü bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilir.
3.1.27. Bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilmiş vaxtdan sonra daxil olmuş ödəniş sənədləri növbəti iş günündə icra edilir.
3.1.28. Hesabdan çıxarışlar və digər sənədlər Müştərinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndəsinə verilir.
3.1.29. Bank, internet şəbəkəsində Müştərinin kart ilə apardığı əməliyyatlara dair onun kart
hesabından silinmələrə, kartdan PİN kodu daxil edilməsi ilə istifadə olunması nəticəsində vəsait silinməsinə, habelə kartla silinmiş vəsaitin ödənilməsinə görə heç bir məsuliyyət daşımır.
3.1.30. Məsuliyyətin ötürülməsi qaydasının (liability shift rule) tətbiq edilmədiyi ölkələrdə icra olunan əməliyyatlar zamanı yaranan fırıldaqçılıq hallarına görə Bank kart istifadəçisi qarşısında məsuliyyət daşımır. Bu kateqoriyaya aid ölkələrdə aparılan əməliyyatlar zamanı Bankın rəsmi saytında (xxxxxxx.xx) yerləşdirilmiş təhlükəsizlik qaydalarına riayət edilməlidir.
3.1.31. Qanunvericilik və Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri qəbul edilmir.
3.1.32. İcra vaxtı keçmiş, ödəniş sənədində hər hansı düzəliş aparılmış, rəqəmlə və yazı ilə məbləğlər arasında uyğunsuzluq olmuş, imzalanmamış, keçən məbləğdə, Hesabların nömrələrində, benefisiarın adında və bu kimi rekvizitlərdə düzəliş edilmiş ödəniş sənədi qüsurlu sayılır və Bank tərəfindən icra üçün qəbul olunmur.
3.1.33. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa tələblərinə əsasən, Bank tərəfindən hesab üzrə birtərəfli qaydada əməliyyatların icrasının dayandırılması, bank hesablarındakı vəsaitlərin dondurulması, bank hesablarının bağlanması (ləğv edilməsi) həyata keçirə bilər.
3.2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.2.1. Bankın hüquqları:
3.2.1.1. Bank xidmətlərinə görə müəyyən edilmiş Tariflərə birtərəfli qaydada dəyişiklik etmək.
3.2.1.2. Müəyyən edilmiş hallarda və qaydada ona ödənilməli xxxx pul vəsaitlərini (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) müştərinin bütün valyutada xxxx hesablarından və digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silmək.
3.2.1.3. Kartdan qeyri-qanuni məqsədlərlə istifadə etməsi, limitlərin aşması, hesabında borcun yaranması və ya «Müştəri» tərəfindən şərtlərə əməl olunmadığı aşkar olunduğu hallarda kartdan istifadə edilməsini və hesab üzrə əməliyyatları dayandırmaq və kartı “imtinalar siyahısı”na yerləşdirmək, ödəniş kartına xidməti ləğv etmək hüququna malikdir.
3.2.1.4. Kart bankın mülkiyyəti hesab edilir və müştərinin müvəqqəti istifadəsinə verilir.
3.2.1.5. Hesabın açılması üçün, zəruri xxxx sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini tələb etmək. Hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edilməsi sübut edildikdə hesabı birtərəfli qaydada bağlamaq;
3.2.1.6. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmaq.
3.2.1.7. Müştəri ilə bütün əlaqə vasitələri ilə aparılmış danışıqlar və görüntülər qeydə almaq və yaddaşda saxlamaq.
3.2.1.8. Aşağıdakı hallardan biri və ya bir neçəsi baş verdikdə Bankın, Müştərinin bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqları tutulmaq şərtilə akseptsiz qaydada silmək hüququna malikdir:
● Müştəri, üçüncü şəxslər və ya Bank tərəfindən yalnışlıqla mədaxil edilmiş pul vəsaitlərini;
● Bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində Müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə cıxarıldığı hallarda;
● Müştərinin bank hesabına və ya balansında səhvən daxil olmuş pul vəsaitləri Xxxxxxx tərəfindən xxxx qaytarımadıqda və ya bu vəsaitlərin Bank tərəfindən akseptsiz silinməsi üçün onun bank hesablarında kifayət qədər pul vəsaiti olmadıqda, Müştərinin Bank qarşısında kredit öhdəliyi yaranır və kredit xətti açıla bilər (kredit xətti xxxx müştərilərə). Bu halda Müştəri kreditdən istifadəyə görə Bankın həmin kredit məhsulu üzrə borc yaranan günə xxxx mövcud faiz dərəcələrinə uyğun olaraq illik faiz ödəməlidir. Aktiv kredit xətti olmayan müştərilərin hesablarında bu hal overdraft kimi tanınır.
3.2.2. Bankın vəzifələri:
3.2.2.1. Müştərinin hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın kommersiya məzənnəsinə uyğun qaydada konvertasiya etmək və bununla bağlı komisyon haqqlarını Müştərinin hesablarından akseptsiz qaydada silmək.
3.2.2.2. Müştəriyə Hesablaşma-xxxxx xidmətləri göstərmək:
● Müştərinin Hesablarına daxil xxxx pul vəsaitini növbəti iş günündən gec olmayaraq (Qeyri- sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin
maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə müvafiq olaraq əlavə sənədlərin təqdim olunmasının tələb olunduğu hallar istisna olmaqla) Hesablara mədaxil etmək və müştərinin müraciətinə əsasən bu barədə Müştəriyə məlumat vermək;
● Müştərinin təqdim etdiyi ödəniş sənədlərini Banka daxil olduğu günün ertəsi iş günündən gec olmayaraq icra etmək;
● Müştəriyə xxxxx xidmətləri göstərmək;
● Müştərinin Hesabından çıxarışları ona təqdim etmək;
● Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin Hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək;
3.2.2.3. Müştərinin Xxxxxx ilə bağlı istənilən sorgu və məktubları qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavablandırmaq;
3.2.3. Müştərinin hüquqları:
3.2.3.1. Kart vasitəsilə mal, iş, xidmətlərə görə hesablaşmalar aparmaq, bankomat (ATM) və POS- terminaldan nağd vəsait əldə etmək;
3.2.3.2. Kartdakı risk qruplarının dəyişdirilməsi üçün «Bank»a müraciət etmək. Bu xxxxx xxxx risk qrupu üzrə daha az təhlükəsizliyə görə məsuliyyət Müştərinin üzərindədir.
3.2.3.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Hesabdan istifadə etmək.
3.2.3.4. Kartın risk qrupu və əməliyyatların məhdudiyyətləri barədə bankın rəsmi saytında xxxxx olmaq;
3.2.3.5. Kredit limitinin azaldılması və ya artırılması ilə bağlı Banka müraciət etmək. Kredit limitinin artırılması ilə bağlı Müştərinin müraciəti Bankın müvafiq qiymətləndirməsinə əsasən həyata keçirilir və limitin tam və ya qismən artırılması və ya bu barədə müraciətin rədd edilməsi, həmçinin limitin azaldılması barədə müştəriyə Bank tərəfindən mobil əlavə vasitəsilə müvafiq məlumat göndərilir. Müştəri qeyd edilən müraciətlə bağlı Bankın qəbul edəcəyi istənilən qərara dair razılığını bildirir.
3.2.4. Müştərinin vəzifələri:
3.2.4.1. Kart vasitəsilə bir qayda olaraq Hesabda xxxx pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft Bankla razilaşdırılmadan kartın balansında xxxx pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.
3.2.4.2. Kartın ödəniş qabiliyyətli olması üçün Hesabı nağd və ya nağdsız qaydada lazımi miqdarda pul vəsaiti ilə təmin etmək.
3.2.4.3. Hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın kommersiya məzənnəsinə uyğun qaydada Bank tərəfindən konvertasiya edilməsinə və bununla bağlı komisyon haqqlarının onun hesablarından akseptsiz qaydada silinməsinə əvvəlcədən öz razılığını bildirir.
3.2.4.4. Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə Bankı dərhal məlumatlandırmalıdır.
3.2.4.5. Yeni kart verildiyi halda, xxxx xxxxxx verilməsi ilə bağlı bütün xərcləri ödəmək.
3.2.4.6. Hesabda xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat vermək və buna görə məsuliyyət daşımaq.
3.2.4.7. Təqdim edilmiş mobil və digər əlaqə nömrələrinin dəyişildiyi təqdirdə Banka 2 (iki) təqvim günü ərzində məlumat vermək. Məlumat verilmədiyi təqdirdə bütün növ əməliyyatlara (internet üzərindən online, beynəlxalq köçürmələr, POS terminal, ATM və digər) görə məsuliyyət Müştərinin üzərindədir.
3.2.4.8. Bank tərəfindən istənilən zaman «Müştəri»nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək, kredit limitində dəyişiklik etmək səlahiyyətlərinə razılığını bildirir.
3.2.4.9. Kartla bağlı məlumatları əldə etmək üçün Bankın rəsmi saytı ilə mütəmadi olaraq xxxxx olmaq.
3.2.4.10. Hesabın açılması üçün zəruri xxxx sənədləri, eləcə də, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə Bank tərəfindən qanunvericiliyə zidd olmayan digər sənədlər tələb edildikdə onları Banka təqdim etmək;
3.2.4.11. Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq Hesab üzrə nağd və nağdsız qaydada əməliyyatlar aparmaq;
3.2.4.12. Ödəniş sənədlərini Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının
normativ hüquqi xarakterli aktlarla uyğun olaraq tərtib edərək Banka təqdim etmək;
3.2.4.13. Bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və bankı dərhal məlumatlandırmaq. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat ğünündən gec olmayaraq xxxx qaytarmaq.
3.2.4.14. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında,mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka yazılı məlumat vermək.
3.2.4.15. Bank tərəfindən Müştəri ilə bütün əlaqə vasitələri ilə aparılmış danışıqların və görüntülərin qeydə alınmasına və yaddaşda saxlanılmasına razıdır.
3.3. MÜBAHİSƏLƏRİN HƏLLİ, PRETENZİYALAR
3.3.1. Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunveriçiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
3.3.2. Müştəri hesab üzrə çıxarışda göstərilən əməliyyatlara, eləcə də əsassız silinmələrə etiraz etdikdə etiraz etdiyi əməliyyatın baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində Banka pretenziya təqdim etməli və etirazını əsaslandırdığı halları pretenziyada göstərməlidir. Bu müddət ərzində pretenziya təqdim edilmədikdə və ya hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etirazın əsaslandırıldığı hallar pretenziyada göstərilmədikdə hesab üzrə çıxarışda göstərilən əməliyyatlar təsdiq olunmuş hesab edilir. Göndərilmiş və ya təqdim olunmuş pretenziyalara cavab verilməsi müddəti onun alındığı tarixdən 30 (otuz) iş günü müəyyən edilir. Müştərinin etirazına baxılması üçün Bank, tariflərlə müəyyən edilən xidmət haqqı həcmində vəsaiti (kifayət qədər vəsait olmadıqda müştəri hesabını artırmalıdır) müştərinin xxxxxx xxxx hesabında bloklaşdırır. Etirazın əsassız olduğu müəyyən edilərsə bloklaşdırılmış vəsait bankın xeyrinə silinir,əks halda vəsait blokdan azad edilir.
Müştəri tərəfindən mübahisələndirilən əməliyyatlar üzrə vəsaitin miqdarı qarşı tərəflə - Beynəlxalq Ödəniş Sistemlərinin şərtlərinə uyğun olaraq əməliyyat üçün ödəmə əməliyyatı təqdim edən bankla tam həll edildikdən sonra Müştərinin xxxx hesabına qaytarılır. Əməliyyat valyutası hesab valyutasından fərqlənərsə, qaytarılacaq məbləğ xxxx ödənilmə tarixində Xxxxx Xxxxxxx göstərilən xarici valyutanın alış / satış məzənnəsi ilə müştərinin xeyrinə ödənilir.
4. ELEKTRON XİDMƏTLƏR GÖSTƏRİLMƏSİ HAQQINDA
4.1. İstifadə olunan anlayışlar
İstifadəçi – Bankın müştərisi xxxx və Mobil Bankçılıqda qeydiyyatdan keçmiş fiziki şəxs.
Bank – “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar cəmiyyəti.
“LeoBank” Xxxxx Xxxxx (Gələcəkdə Xxxxx Xxxxx) – LeoBank məhsulu adı altında bank tərəfindən müştərilərə təqdim edilən, özündə bank xidmətləri və məhsullarını cəmləşdirən elektron mobil əlavə.
Qeydiyyat yazısı – parolun daxil edilməsi nəticəsində açılan Mobil Bankçılıqda İstifadəçinin şəxsi səhifəsi;
Mobil cıhaz – İstifadəçiyə məxsus Mobil bankçılıq yüklənmiş mobil telefon, smartfon, planşet və sair bu kimi elektron cıhazdır.
4.2. Elektron xidmətlər göstərilməsi
Məsafədən xidmət (Elektron xidmətlər) – Mobil Bankçılıq vasitəsilə nəzərdə tutulmuş əməliyyatların aparılması və sənədlərin təsdiqlənməsi təşkil edir. Müştərinin hesablarındakı əməliyyatlara, hesab üzrə sərəncam verilməsinə İnternet (mobil) vasitəsilə ötürdüyü müəyyən bir əməliyyatı yerinə yetirmək üçün dəstək xidməti.
4.2.1. Distant Elektron Xidmət vasitələrinə aiddir:
4.2.1.1. Bankın təmas mərkəzi (Bankın *7773 nömrəsinə zəng edərək)
4.2.1.2. Bankın mobil əlavəsi
4.2.1.3. Bankın rəsmi internet səhifəsi
4.2.1.4. Məlumat ismarışları (mobil əlavədə keçidləri xxxx messajlaşma vasitələri ilə)
4.2.1.5. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması.
4.2.1.6. Mobil bankçılıq vasitəsilə aşağıdakı əməliyyatlar aparıla və sənədlər imzalana bilər:
• Xxxx və Əmanət hesablarının açılması, buna dair müvafiq sənədlərin, o cümlədən əmanət müqavilələrin, bank hesabları üzrə xidmət müqavilələrin imzalanması və yaxud da bu ofertanın qəbul (aksept) edilməsi;
• Xxxx bank hesabının bağlanması ilə bağlı müraciət etmək;
• İstifadəçinin Xxxx hesablarından pul vəsaitinin xxxx və əmanət hesablara köçürülməsi (o cümlədən ödəniş kartından bank hesablara və bank hesablarından ödəniş kartlara);
• Bank qarşısında xxxx xxxxxx borclarının ödənilməsi və kredit limitinin dəyişdirilməsi üçün müraciət edilməsi;
• Bank hesablarından çıxarışları və İstifadəçinin rekvizitlərinin Bankın qüvvədə xxxx tariflərinə uyğun İstifadəçinin hesablarından akseptsiz komisyon haqqının silinməsi şərtilə, aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərilməsi:
• Ödəniş karlartının yalnız Mobil Bankçılıq vasitəsilə sifariş verilə bilər. Müvafiq sənədlər Bankın əməkdaşənın iştirakı ilə eyniləşdirilməsindən sonra imzalanır;
• Ödəniş kartlarının risk qrupunun dəyişdirilməsi (Kreditin alınması, istifadə edilməsi və ödənilməsi üçün verilmiş, o cümlədən istifadəçisi eyniləşdirilməmiş ödəniş kartları istisna təşkil edir);
• Ödəniş kartlarının bloka salınması və blokdan azad edilməsi. Bu zaman yalnız Mobil Bankçılıq vasitəsi ilə bloka salınmış ödəniş kartlar blokdan azad oluna bilər;
• Təminatsız kreditlərin əldə edilməsi üçün sifariş verilməsi.
4.2.1.7. Müqavilələr və bu müqavilələrə aid digər sənədlər qanunvericilikdə nəzərdə tutulmuş digər hallar istisna olmaqla analoq imza ilə təsdiqlənir.
4.3. İstifadəçi təlimatı
4.3.1. İstifadəçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
4.3.1.1. Mobil telefon SİM-katının və mobil cıhazının itməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək.
4.3.1.2. Mobil telefon Sim-kartının və/və ya mobil cihazının itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması,üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi barədə məlumatı dərhal Bankın *7773 nömrəsinə zəng edərək məlumat vermək.
4.3.1.3. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında,mobil nömrəsində və əvvəllər “Bank”a təqdim edilmiş digər məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində “Bank”a məlumat vermək.
4.3.1.4. Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalarına və Mobil Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Qaydalara edilmiş dəyişikliklər Mobil bankçılıqda yerləşdirildikdən 3 (üç) gün sonra İstifadəçi tərəfindən qəbul edilmiş və dəyişikliklərə razılıq verilmiş hesab olunur.
4.3.2. İstifadəçinin aşağıdakı hüquqları var:
4.3.2.1. Mobil Bankçılıq vasitəsilə nəzərdə tutulmuş əməliyyatları aparmaq və sənədləri imzalamaq;
4.3.2.2. Mobil bankçılıq vasitəsilə aparılmış hər hansı əməliyyatla bağlı Banka sorğu və etiraz bildirmək.
4.3.2.3. İstifadəçi Bankın mövcud və gələcəkdə təklif edəcəyi bütün növ elektron xidmətlərdən istifadə hüququnu əldə edir və elektron xidmətlərdən istifadə qaydaları İstifadəçi ilə Bank arasında ayrıca razılaşdırılacaq. Elektron xidmətlər haqqında ətraflı məlumatlar bankın internet səhifəsində (xxxxx://xxx.xxxxxxx.xx) əldə etmək olar.
4.4. Sənədlərin hüquqi qüvvəsi.
4.4.1. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər kağız daşıyıcıda xxxx İstifadəçinin şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.
4.4.2. İstifadəçi qəbul edir ki, Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar, Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübutdurlar.
4.5. Məsuliyyət
4.5.1. İstifadəçi Xxxxx Bankçılıqda qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər-hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə, bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
4.5.2. Mobil telefon SİM-katının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə İstifadəçinin sahibliyindən çıxması,üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi
nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.
4.5.3. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı Xxxxxxxxxx tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsinə görə və bunun nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.
4.5.4. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
5. KREDİT XƏTTİ ÜZRƏ
5.1. “Bank” “Borcalan”a mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 (otuz) faiz dərəcəsinədək bir neçə dəfə 10 000 (on min) manatadək (on min manat daxil olmaqla) və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı (xxxx, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu xxxxx ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu oferta Xxxxxxxx tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə bankla Xxxxxxxx arasındakı münasibətləri əhatə edir. Tərəflər bu müddət ərzində bu ofertadan (bundan sonra - Müqavilə) imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavə vasitəsilə analoq imza ilə razılaşdırılmış qaydada tətbiq olunur və müqaviləyə xitam verilmiş hesab edilir. Ödəniş kartı həm kredit həm də debet kartı kimi istifadə oluna bilər. Debet kartına rəsmi internet səhifəsində yerləşdirilmiş tariflərə əsasən xidmət göstərilir. Kredit şərtləri isə saytda və mobil əlavədə yerləşdirilmiş tariflərlə tənzimlənir və müştəriyə mobil əlavə üzərindən təqdim edilir.
5.2. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi maksimum 34.02% faiz təşkil edir.
5.3. Kreditin məqsədli təyinatı: İstehlak.
5.4. Xidmət haqqı: tariflərlə müəyyən olunur.
5.5. “Bank”, “Borcalan”ı daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği barədə mobil əlavə vasitəsilə məlumatlandırır.
5.5.1. Ərizə anket imzalanmaqla bu oferta aksept olunmuş sayılır. Xxxxxxxx ərizə anketi imzaladıqdan sonra üzərinə öhdəlik götürmüş sayılır. Borcalan kredit xəttindən tam və ya qismən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödəniş ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz. Kredit xəttindən istifadə edilməsinədək həmin əlavədə borcalan kredit limitini azaltmaq və ya tam imtina etmək hüququna malikdir, digər şərtləri isə dəyişdirə bilməz.
5.5.2. Bu müqavilə üzrə kreditin borcalana verilməsi və onun bütün şərtlərinin və əlavələrinin (illik faiz dərəcəsinin, müddəti, aylıq ödənişi, ödəniş günü və digər şərtlərin tətbiqi) dəyişdirilməsi barədə Bank tərəfindən mobil əlavə vasitəsilə Borcalana məlumat göndərilə bilər. Xxxxxxxx isə özünün dəyişiklik və əlavə barədə təkliflərini Bankın məlumat mərkəzinə (*7773) bildirməklə müraciət edə bilər. Bank bu əlavə və dəyişikliklərə dair münasibətini Xxxxxxxxx onun müraciəti daxil olduğu vaxtdan bir iş günü ərzində məlumat mərkəzi (*7773) vasitəsilə bildirir. Əgər Bank Xxxxxxxxxx təklifi ilə razılaşarsa bu zaman bu Müqavilənin kreditlə bağlı bəndlərinə əlavə və ya dəyişiklik bu Müqavilə ilə müəyyən edilmiş qaydada analoq imza ilə və ya digər qaydada imzalanmaqla təsdiq edilir.
5.5.3. “Bu müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə, “Borcalan” tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin, eləcə də pul köçürmələrinin aparılması başa düşülür. Bu müqavilə üzrə mobil əlavə vasitəsilə “Borcalan” və “Bank”ın bütün yazışmaları, razılaşmaları və analoq imza ilə (və ya rəqəmsal, ya da, razılaşdırılmış qaydada imzalanma) imzalanmış şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
5.6. Bu müqavilə ilə müəyyən edilmiş hallarda və qaydada banka ödənilməli xxxx pul vəsaitləri (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) müştərinin bütün növ xarici və milli valyutada xxxx bank hesablardan, digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silinir.
5.7. KREDİTİN VƏ FAİZLƏRİN HESABLANMASI, QAYTARILMASI QAYDALARI
5.7.1. Kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun «Borcalan» tərəfindən
«Bank»a qaytarılmasının dövriliyi tərəflər arasında bu müqavilə ilə müəyyən olunur.
5.7.2. Kredit xəttindən istifadə edildiyi gündən sonrakı gün faizlərin hesablanması başlayır. Faizlər, gündəlik olaraq ötən günün ən xxx ssuda borcuna hesablanır. Bu faizlər kredit xəttinin hesabına faktiki xərclənmiş vəsaitlər üçün kredit limitindən istifadə edildiyi hər təqvim günü üçün ildə 360 təqvim günü əsas götürülərək Tariflərdə göstərilən faiz dərəcələri ilə hesablanır. Kreditin faiz dərəcəsi Bank tərəfindən Mobil əlavədə qeyd edilir. Kredit xəttindən tam və ya qismən istifadə olunduğu andan etibarən Borcalan, ödəmə müddəti ərzində, yəni borcun yarandığı ay istisna olmaqla hər növbəti ayın son gününə
(son gün daxil olmaqla) qədər tariflərlə müəyyən olunan minimal ödənişi icra etməlidir. Borcun ödənmə müddətində və ya borcun yarandığı xxxx xxx qaytarılması halında faiz tutulmur və xxxx dövr güzəşt dövrü hesab olunur. Borcun yarandığı ay üzrə borc məbləği güzəşt dövrü ərzində tam ödənilməyibsə, növbəti ayın ilk günü, Kredit limitindən istifadə olunma tarixindən hesablanan faizlər də ödənilir. Müştəri hesablanan faizləri tam həcmdə ödəmədikdə ödəniləcək faiz məbləği kredit limiti hesabına ödənilir.
5.7.3. Kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən nağd va ya nağdsız qaydada həyata keçirilir.
5.7.4. Əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180%-lə cərimə tətbiq edilir. Əgər borcalan istifadə edilmiş vəsaiti ödəmə müddətinin sonunadək tam həcmdə ödəmədikdə, güzəşt müddəti tətbiq edilmir və bank akseptsiz qaydada güzəşt müddəti ərzində illik faiz dərəcəsinə uyğun hesablanmış faiz məbləğini tam miqdarda onun bütün bank hesablarından (qalıq kredit xəttindən də qismən istifadədə) və ya digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silə bilər. Faizlər hər təqvim günü üçün borcun tam ödənildiyi tarixə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür. Bu müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə, “Borcalan” tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin, eləcə də pul köçürmələrinin aparılması başa düşülür.
5.7.5. Borcalanın minimal aylıq ödəniş məbləği bank tərəfindən müəyyən olunur və bu məbləğ müqavilə üzrə öhdəliyin ümumi həcmindən artıq ola bilməz. Minimal ödəniş məbləğinin həcmi barədə məlumat “sayt”da və mobil əlavədə tariflərin yerləşdirildiyi siyahıda göstərilir. İlk minimal ödəniş məbləği güzəşt müddəti ərzində xəttdən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55-dək xxxxxxxx tərəfindən ödənilməlidir. Bu müddət ərzində borcalan tam ödəniş də edə bilər. Tam ödəniş dedikdə, kreditt xəttinin istifadə olunmuş hissəsinin ümumi məbləği başa düşülür.
5.7.6. Kredit xəttindəki vəsaitdən istifadə etməklə ölkə ərazisində malların və ya xidmətlərin nağdsız qaydada alış məbləğinin müştəri tərəfindən xxxx ödənilməsi mobil əlavədə yaradılmış imkan vasitəsilə “hissəvi ödəniş” üsulu ilə həyata keçirilə bilər. Bir ödəniş əməliyyatı çərçivəsində müştəri həm şəxsi vəsaitləri, həm də kredit xətti vəsaitlərindən istifadə etdikdə, “hissəvi ödəniş” seçimi vəsaitlərin kredit xəttindən istifadə edilən hissəsinə tətbiq edilir. “Hissəvi ödəniş” seçimi edildikdə tam və ya müəyyən hissədə icra edilən ödənişlərin sayı, xidmət haqqı (olduqda), “hissəvi ödəniş” seçiminin tətbiq edildiyi minimal və maksimal məbləğ, “hissəvi ödəniş”in müddəti və ödənişin tam və ya qismən həyata keçirildiyi şərtlər və digər şərtlər barədə məlumat mobil əlavədə qeyd edilir və Müştəri mobil əlavədə xxxx müvafiq funksiya vasitəsilə həmin şərtləri qəbul etdiyini təsdiq edir. Bu bənddə nəzərdə tutulan nağdsız ödənişlərin aparıldığı tarix də daxil olmaqla Borcalan nağdsız ödənişin məbləğini hissəvi ödəmək üçün 3 (üç) təqvim günü ərzində mobil tətbiq vasitəsilə müraciət edə bilər. “Hissəvi ödəniş” seçimi zamanı əməliyyat məbləği 3 (üç) bərabər hissələrə bölünür, ilk hissə dərhal kredit xətti borcu kimi qəbul edilir və həmin hissəyə bu müqavilənin şərtlərinə uyğun faiz hesablanır. Digər iki hissədə xxxx xxxx isə “hissəvi ödəniş” kimi təsnifləşdirilir və həmin hissələrə bu müqavilənin şərtlərinə uyğun faiz hesablanmır. “Hissəvi ödəniş” borcu üzrə birinci hissə “hissəvi ödəniş”in tətbiq edildiyi aydan sonrakı ayın “hissəvi ödəniş”in tətbiq edildiyi eyni təqvim günündən, ikinci hissə isə “hissəvi ödəniş”in tətbiq edildiyi aydan sonrakı ikinci ayın “hissəvi ödəniş”in tətbiq edildiyi eyni təqvim günündən etibarən (əgər qeyd edilən təqvim günü sonrakı və/və ya sonrakı ikinci aylarda yoxdursa, müvafiq ayların sonuncu təqvim günü əsas götürülür) Bank tərəfindən kredit xətti borcundan istifadə kimi tanınır (Məsələn, müştərinin 1000 manat kredit xətti mövcuddur. Fevral ayının 5-də həmin kredit xəttindən istifadə etməklə 600 manat məbləğində nağdsız ödəniş əməliyyatı aparır. Əməliyyatın aparıldığı gün müştərinin kredit xətti borcu 600 manat, sərbəst kredit vəsaiti isə 400 manat qalır. Müştərinin seçiminə əsasən əməliyyatın aparıldığı gün aparılmış həmin əməliyyat məbləğinə fevral ayının 5-də “hissəvi ödəniş” tətbiq edilir və əməliyyat məbləği 3 (üç) bərabər hissəyə bölünür. İlk hissə (200 manat) dərhal kredit xətti borcu kimi tanınır. Digər iki hissə isə (ümumilikdə 400 manat) “hissəvi ödəniş” kimi qəbul edilir. Həmin ilin mart ayının 5-də “hissəvi ödəniş”ə aid edilən ikinci hissə ödənilməmiş hissədə kredit xətti borcu kimi tanınır və kredit xətti borcu ilk hissə ilə birlikdə 400 manat, hissəvi ödəniş üzrə borc isə 200 manat olur. Həmin xxxx xxxxx ayının 5-dən “hissəvi ödəniş”ə aid edilən üçüncü hissə ödənilməmiş hissədə kredit xətti borcu kimi tanınır və kredit xətti borcu ilk hissə və “hissəvi ödənişə aid edilən ikinci hissə ilə birlikdə 600 manat, “hissəvi ödəniş” üzrə borc isə 0 manat olur və müqavilənin şərtlərinə uyğun ödənişlər həyata keçirilir). Nağdsız ödənişə görə Bank tərəfindən müştəriyə həvəsləndirici ödəniş (bundan sonra “keşbek” adlandırılacaq) hesablanarsa və ya ödənilərsə, həmin nağdsız ödənişə əməliyyatın aparıldığı vaxtdan sonra “hissəvi ödəniş” tətbiq edildikdə Bank həmin vəsaiti müştəriyə hesablanmış keşbek məbləğindən və ya Xxxxxx xxxx digər hesablarından silmək hüququna malikdir. Hissəvi ödəniş seçimi həmçinin, planlaşdırılan əməliyyatlara münasibətdə də tətbiq edilə bilər. Müştəri
kredit xətti hesabına həyata keçiriləcək nağdsız ödəniş üçün mobil əlavədə hissəvi ödəniş seçimi etməlidir. Bu seçim müştərinin hesabında kredit xətti ilə yanaşı şəxsi vəsaitləri olduğu təqdirdə də mümkündür. Bu zaman müştəri nağdsız ödənişin məbləğini, hissəvi ödənişin sayını və Bank tərəfindən müəyyən edilə bilən digər şərtləri mobil əlavədə qeyd etməlidir. Planlaşdırılmış nağdsız ödəniş üçün hissəvi ödəniş seçimi təyin edildikdə hissəvi ödəniş xxxx gün saat 00:00-dək aparılacaq ilk nağdsız ödənişə tətbiq ediləcək. Nağdsız ödənişin məbləği təyin edilmiş hissəvi ödəniş məbləğindən 10% aşağı və ya yuxarıya doğru fərqlə həyata keçirilə bilər, əks halda hissəvi ödəniş əməliyyatı keçərli olmayacaq və müştəri tərəfindən ləğv edilməmişsə bu bənddə qeyd edilən tələblərə cavab verən növbəti ilk ödənişə tətbiq ediləcəkdir. Əvvəlcədən hissəvi ödəniş seçimi təyin edilmiş nağdsız ödəniş məbləğinə görə Bank tərəfindən keşbek məbləği ödənilmir. Ayrılmış kredit limiti çərçivəsində “hissəvi ödəniş” əməliyyatlarının sayına məhdudiyyət tətbiq edilmir. Müştəri “hissəvi ödəniş” üzrə borcunu mobil əlavədə vaxtından əvvəl ödəyə və ya tam bağlaya bilər.
5.7.7. “Borcalan” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti:
• birinci növbədə xərclərin, xidmət haqqının,
• ikinci növbədə ödəniş tarixinə xxxx vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın),
• üçüncü növbədə mövcud kredit faizlərinin,
• dördüncü növbədə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilir.
5.7.8. Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir.
5.7.9. «Borcalan»a verilmiş kreditin uçotu «Borcalan»ın kredit hesabı üzrə aparılır. Kreditin istifadəsi xxxx hesab üzrə həyata keçirilir. Kreditin ödənilməsi xxxx hesab vasitəsi ilə və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə qadağan olunmayan digər üsullarla həyata keçirilə bilər.
5.7.10. “Bank” tərəfindən istifadə edilmiş kredit üzrə hesablanmış faizlər “Borcalan”a məxsus hesablardan, o cümlədən Xxxxxxxxxx digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları (tətbiq edildikdə) tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər.
5.7.11. «Bank» «Borcalan»ın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnən və ya nəticələnə bilən aşağıdakı hallarda borclunun bütün bank hesablarından və ya digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada borcun silinməsini həyata keçirə bilər, bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə, kartı bloklaşdıra bilər və (və ya) kreditin qalıq məbləğini bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını
«Borcalan»xxx tələb edə bilər:
5.7.11.1. Bir dəfəyə minimal ödənişin gecikməsi 3 (üç) təqvim günündən artıq davam etdiyi halda kredit xəttindən istifadəni məhdudlaşdırmaq, 120 (yüz iyirmi) təqvim günündən artıq davam etdiyi halda isə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək və borcu tam həcmdə tələb etmək;
5.7.11.2. «Borcalan»ın maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və ya əmlak vəziyyəti pisləşdikdə və bazarın mövcud vəziyyəti
«Borcalan»ın fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda;
5.7.11.3. «Borcalan»ın maliyyə vəziyyəti və ya əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal «Bank»a yalnız müqavilə bağlandıqdan sonra məlum olduqda;
5.7.11.4. «Borcalan» tərəfindən «Bank»ı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən «Borcalan» özünün fəaliyyəti, iqtisadi –maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli xxxx digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə xxxx borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, eləcə də, “Bank” kreditin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması, Borcalanın maliyyə vəziyyətinin təhlil edilməsi, krediti qaytarmaq qabiliyyətinin müəyyənləşdirilməsi məqsədilə yoxlama (monitorinq) aparmaq niyyətini bildirdikdə, Bank tərəfindən yoxlamaların (monitorinq) aparılmasına hər hansı bir şəkildə maneəçilik törətdikdə;
5.7.11.5. əlverişsiz şəraitin yaranması nəticəsində «Borcalan»ın lazımi qaydada borcu ödəmək qabiliyyəti olmadıqda;
5.7.11.6. üçüncü şəxslər tərəfindən «Borcalan»ın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi başlandıqda;
5.7.11.7. kreditin tam və ya bir hissəsi məqsədli təyinatına uyğun istifadə edilmədikdə.
5.7.11.8. Bank qarşısında digər öhdəliklərinin gecikdirildiyi tarixdən ən geci 5 (beş) təqvim günü ərzində bu müqavilə üzrə öhdəliyini tam icra etmədikdə.
5.7.12. «Bank» bu müqavilənin 5.7.10.1. - 5.7.10.8.-ci bəndlərində nəzərdə tutulmuş halların baş verməsini və ya mövcudluğunu müəyyən etdikdən sonra «Borcalan»a kreditin və kreditdən istifadəyə görə
bu müqavilənin müddəaları nəzərə alınmaqla hesablanmış faizlərin ödənilməsinə dair məlumat verilir və odəniş tələb edilir, daha sonra 5.7.10-cu bəndin tələbləri icra edilir.
5.7.13. «Borcalan» minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, “Bank” aşağıdakı qaydada cərimə faizlərindən əlavə olaraq birdəfəlik cərimə (dəbbə pulu) də tətbiq edir:
● birinci təqvim ayı – 5 (beş) manat;
● ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadək hər ay üçün – 10 (on) manat.
5.7.14. Borcalanın gecikdirilmiş ödənişlərinin silinməsi ardıcıllığı bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq müəyyən olunur və həyata keçirilir.
5.7.15. Bank kredit xətinin limitini birtərəfli qaydada artıra bilər. Bu zaman Borcalan razı olmadığı təqdirdə limitdən istifadə edənədək mobil əlavə vasitəsilə bu limiti azalda bilər.
5.8. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
5.8.1. Bu müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin “Borcalan” üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski “Bank”ın üzərinə düşür.
5.8.2. Müştərinin bank qarşısında bir neçə öhdəliklərindən biri üzrə gecikmə və ya istənilən növ öhdəliyinin pozulması halında məhkəməyə müraciyyətlə nəticələndiyi hallarda bu müqavilə üzrə öhdəliklər vaxtından əvvəl tələb oluna bilər.
5.9. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Tərəflərin bu Müqavilə üzrə hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi və bu Müqavilə ilə müəyyən edilir
5.9.1. «Bank»ın hüquq və vəzifələri:
5.9.1.1. “Borcalan”ın bank hesablarından kredit və ona hesablanmış faiz borcunu, eləcə də, ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, dəbbə pulunu (cərimənin, penyanı), həmçinin kreditin verilməsi ilə əlaqədar komisyon haqlarını ona məxsus xxxx bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları (tətbiq olunduqda) tutulmaq şərtilə akseptsiz qaydada silə bilər. “Borcalan”, «Bank» və üçüncü şəxslər arasında bağlanan üçtərəfli əqdlərin icrasını təmin etmək məqsədilə “Bank”, “Borcalan”ın hesabından akseptsiz qaydada pul vəsaitlərini silmək və digər müvafiq hesaba köçürərək bloklaşdırmaq hüququna malikdir;
5.9.1.2. «Borcalan» bu Müqavilənin şərtlərini pozduqda, «Bank» tərəfindən tələb edilən sənədləri təqdim etmədikdə, «Borcalan»ın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bunun nəticəsində kreditin qaytarılması təhlükəyə məruz qala bildikdə, bu Müqavilə ilə nəzərdə tutulan kreditin bütövlüklə və ya qismən «Borcalan»a verilməsindən imtina edə bilər.
5.9.1.3. “Borcalan” kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməzsə, “Bank”, “Borcalan”ın razılığı olmadan bu müqavilə üzrə tələb hüquqlarını istənilən üçüncü şəxsə, o cümlədən və bununla məhdudlaşmadan, kollektor agentliklərinə, kollektor şirkətlərinə və bu sahədə ixtisaslaşmış digər hüquqi şəxslərə güzəşt etmək hüququna malikdir.“Borcalan” kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməzsə, onun öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üçün, “Bank”, “Borcalan”ın razılığı olmadan, üçüncü şəxslərin, o cümlədən və bununla məhdudlaşmadan, kollektor agentlikləri, kollektor şirkətləri və bu sahədə ixtisaslaşmış digər hüquqi şəxslərin xidmətlərindən istifadə edə bilər;
5.9.1.4. Bu Müqavilədə kreditdən istifadəyə görə nəzərdə tutulmuş faiz dərəcəsini, habelə öhdəliklərin pozulmasına görə nəzərdə tutulmuş cərimə faizlərini birtərəfli qaydada azaltmaq hüququna malikdir;
5.9.1.5. Hesabın açılması üçün, zəruri xxxx sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini tələb “Borcalan”xxx tələb etmək, hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edilməsi sübut edildikdə bu Müqaviləni ləğv etmək hüququna malikdir;
5.9.1.6. “Kartdan qeyri-qanuni məqsədlərlə istifadə etməsi, limitlərin aşması, hesabında borcun yaranması və ya «Borcalan» tərəfindən bu müqavilənin digər şərtlərinə əməl olunmadığı aşkar olunduğu hallarda kartdan istifadə edilməsini və hesab üzrə əməliyyatları dayandırmaq və kartı “imtinalar siyahısı”na yerləşdirmək, müqaviləni ləğv etmək hüququna malikdir.
5.9.1.7. Bu müqavilənin qüvvədə olduğu müddətdə və ya müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra borc verən “Borcalan”ın mobil əlavəsinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və aylıq ödənişi barədə məlumatlar əks olunmaqla yeni kredit barədə təklif edə bilər. Bu xxxxx xxxx kredit üzrə tərəflərin hüquq və vəzifələri, məsuliyyəti bu müqavilə ilə tənzimlənir. Xxxxxxxx tərəfindən yeni təklifin qəbul olunması barədə təsdiqedici cavab aldıqda təklif olunmuş şərtlərlə yeni kredit məbləğini Xxxxxxxxx məxsus kart hesabına köçürmək. Mobil əlavə üzərindən borcalanın müvafiq təsdiqedici düyməni
seçməsi onun təklifi təsdiq etməsi və razı olması hesab edilir. Borcalan, təklifə razılığını müvafiq filiala yaxınlaşaraq yazılı qaydada da bildirə bilər.
5.9.1.8. Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Bank kredit limitinin artırılması barədə məlumatı “Borcalan”ın mobil əlavəsinə məlumat göndərməklə bildirir və Müştəri bunu qəbul etmiş sayılır.
5.9.1.9. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində də Bank Borcalana yeni kreditt xətti ayıra bilər. Bu zaman “Borcalan”ın mobil əlavəsinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və aylıq ödənişi barədə məlumatlar əks olunmaqla yeni kredit təklifi barədə Bank tərəfindən məlumat göndərilir. Xxxxxxxx tərəfindən yeni təklifin qəbul olunması barədə təsdiqedici cavab (mobil əlavə üzərindən borcalanın müvafiq təsdiqedici düyməni seçməsi onun təklifi təsdiq etməsi və razı olması hesab edilir. Xxxxxxxx, təklifə razılığını müvafiq filiala yaxınlaşaraq yazılı qaydada da bildirə bilər) aldıqda, Borcalanın bu müqavilə üzrə öhdəliyi tam qalıq məbləği həcmində yeni kredit xəttinə köçürülür və köçürülən məbləğə yeni müqavilənin şərtlərinə uyğun olaraq illik faiz dərəcəsi və komissiya müəyyən ediləcək.
5.9.1.10. Borclu/Xxxxxxxx bu müqavilə üzrə öhdəliyinin icrasını gecikdirdikdə onun iş yeri, qeydiyyatı və ya faktiki yaşadığı ünvanı üzrə özündə borc haqqında məlumatları (Borclunun/Borcalanın adı, soyadı, atasının adı, kredit müqaviləsinin tarixi və nömrəsi, kreditin məbləği, qalıq borcu və s.) əks etdirən bildiriş (xəbərdarlıq, pretenziya) göndərmək.
5.9.1.11. “Kart bankın mülkiyyəti hesab edilir. «Bank», hesabın təhlükəsizliyi və digər risklər baxımından birtərəfli qaydada «Borcalan»ın kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartının risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək hüququna malikdir.
5.9.1.12. Ödəniş kartına illik xidmət haqqı mövcud bank tariflərinə uyğun tətbiq edilir. Bank tərəfindən tətbiq edilən illik xidmət haqqı ilə bağlı məlumatları saytda dərc olunur.
5.9.2. «Borcalan»ın hüquq və vəzifələri:
5.9.2.1. Kreditdən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri- xxxxxx xxxxx əldə edilmiş gəlirin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat verir və buna görə məsuliyyət daşıyır. Bankla Birgə fəaliyyət haqqında Müqavilə bağlanmış partnyorların satış nöqtələrində ödənişlərin aparılması üçün faktiki istifadə etdiyi kredit məbləğini, Bankla həmin partnyor arasında bağlanmış Birgə fəaliyyət haqqında Müqavilədə müəyyən edilmiş və Bankın internet səhifəsində göstərilmiş müddətlərdə ödəməyi öhdəsinə götürür.
5.9.2.2. Krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında bu oferta ilə razılaşdırılmış müddətlərdə “Bank”a qaytarır;
5.9.2.3. Kredit və ona hesablanmış faiz borcunu, eləcə də, ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, dəbbə pulunu (cərimənin, penyanı), həmçinin kreditin verilməsi ilə əlaqədar komisyon haqlarını özünə məxsus xxxx bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silmək hüququnu “Bank”a verir;
5.9.2.4. Öz kredit borcları haqqında məlumatların alınması və onun haqqında toplanan məlumatlarda qeyri-dəqiqliyin aradan qaldırılması üçün yazılı formada Kredit Bürosuna müraciət etmək hüququna malikdir;
5.9.2.5. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt Kredit Bürosundan və Asan-Finans dövlət portalından onun haqqında xxxx bütün məlumatların “Bank” tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə əvvəlcədən öz razılığını bildirir və bu razılığını birtərəfli qaydada xxxx götürə bilməz;
5.9.2.6. Bu müqavilə üzrə öhdəliklərini pozduqda və ya vaxtında icra etmədikdə “Bank” bu öhdəliklərin icrasını təmin etmək üçün üçüncü şəxslərin xidmətlərindən istifadə etdikdə onun haqqında xxxx bütün məlumatların və sənədlərin, o cümlədən məzmunu bank sirrindən ibarət xxxx məlumatların və sənədlərin “Bank” tərəfindən üçüncü şəxslərə təqdim olunmasına əvvəlcədən razılıq verir və bu razılığını birtərəfli qaydada xxxx götürə bilməz.
5.9.2.7. “Borcalan” kreditin alınması üçün “Bank”a təqdim etdiyi sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə, həmin dəyişikliyin baş verməsindən sonrakı 3 (üç) iş günü ərzində bu barədə “Bank”ı xəbərdar etməlidir;
5.9.2.8. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmalıdır;
5.9.2.9. Ödəniş sənədlərini Azərbaycan Respublikası Mərkəzi Bankının normativ hüquqi xarakterli aktlarına uyğun olaraq tərtib edərək Banka təqdim etməlidir;
5.9.2.10. İstənilən lazımi dövr üçün Bankın Tariflərinə uyğun haqq ödəməklə hesabdan əlavə çıxarış, eləcə də, Hesabdan vəsaitin silinməsinin düzgünlüyünü təsdiq edən sənədləri təqdim etməyi tələb
edə bilər;
5.9.2.11. Bankın, Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiya ödənilməsinin şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə Banka müraciət etmək və ondan yazılı məlumat almaq hüququna malikdir;
5.9.2.12. Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə bu müqavilənin 3.1.13.-cü maddəsində göstərilmiş qaydada Bankı, yaxud Banka xidmət göstərən Kart Prosessinq Təşkilatını dərhal məlumatlandırmalıdır. Xxxxxxxx tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır.”
5.9.2.13. Hesabda xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat verir və buna görə məsuliyyət daşıyır.
5.9.2.14. Xxxxxxxx təqdim etdiyi mobil nömrənin həqiqətən ona məxsus olmasını təsdiq edir və gələcəkdə nömrənin dəyişdirilməsi barədə banka məlumat verəcəyini öz öhdəsinə götürür.
5.9.2.15. Kartla bağlı məlumatları əldə etmək üçün Bankın rəsmi saytı ilə mütəmadi olaraq xxxxx olmaq.
5.9.2.16. Borcalan Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etməlidir. O, bu Müqavilənin müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər “Bank”a təqdim edilmiş digər məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində “Bank”a məlumat verməlidir.
6. XXXXXX XXXXXXXXXX ÜZRƏ
6.1. Bank aşağıda göstərilən Əmanət şərtlərini əmanətin artırılması imkanı ilə Müştəriyə təklif edir və Müştəri tərəfindən mobil əlavə üzərindən analoq imza ilə imzalanmaqla tətbiq edilir:
● Faizləri xxxx xxx dəfə ödənilən və ya,
● Faizləri müddətin sonunda ödənilən
6.2. Bank Əmanətçidən onun özü tərəfindən mobil əlavə vasitəsilə müəyyən edilmiş və əmanət hesabına köçürülmüş məbləğdə xxxx pul vəsaitini (əmanətini) qəbul edərək, mobil əlavə üzərindən analoq imza ilə imzalanmaqla razılaşdırılmış şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və faiz ödəməyi öz öhdəsinə götürür.
6.3. Əmanətlər yalnız Milli valyutada qəbul edilir. Əmanətin minimal müddəti 1 (bir) ay, maksimal müddəti 12 (on iki) ay, illik faiz dərəcəsi və faizlərin ödənilməsi şərtləri mobil əlavədə müştəri tərəfindən seçim edilməklə müəyyən olunur.
6.4. Əmanət müddəti başa çatdıqdan sonra əmanətin və ona hesablanmış ödənilməmiş faizlərin əmanətçiyə qaytarılması müqavilənin bitmə tarixindən (mobil əlavə üzərindən seçilmiş müddət- bitmə tarixi) sonrakı iş günü həyata keçirilir.
6.5. Ümumi müddəalar
6.5.1. Mobil əlavə vasitəsilə razılaşdırılmış və seçilmiş əmanət şərtlərinə əsasən əmanətçi tərəfindən hər dəfə əlavə vəsait mədaxil edilməklə əmanət məbləğini artırmaq mümkündür. Bunun üçün mobil əlavə üzərindən xxxxx edilməlidir. Əmanətçi hesablanmış xxxxx, məxaric edilməmiş aylıq faizləri də əmanətin əsas məbləğinin üzərinə əlavə edə bilər. Bu zaman hər ay üçün birdəfəlik (bir dəfə seçim etməklə hər ayın hesablanmış faiz məbləğini əmanətin əsas məbləğinin üzərinə toplayır) tapşırıq formasında mobil əlavədə xüsusi seçim imkanından istifadə edilməlidir. Əlavə olaraq əmanətçi digər şəxsi vəsaiti hesabına xx xxxxx etmək imkanına malikdir. Bunun üçün mobil əlavədə hesaba mədaxil seçimi etməklə istənilən hesablarından xxxxx edə bilir.
6.5.2. Bank tərəfindən birtərəfli qaydada “Əsas müddət”i (müştəri tərəfindən mobil əlavə vasitəsilə ilk dəfə seçilmiş əmanət müddəti) ərzində faiz dərəcəsinin azaldılması nəzərdə tutulmur.
6.5.3. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin Banka daxil olduğu günün ertəsi günündən məbləğin Əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla Əmanətçinin müvafiq əmanət hesabından silinməsindən əvvəlki günədək hesablanır.
6.5.4. Bank əmanətin məbləğinə hesablanan faizləri aşağıdakı qaydada ödəyir:
6.5.4.1. Faizləri xxxx xxx dəfə ödənilən müddətli əmanət üzrə faizlər hər xxxx xxx dəfə;
6.5.4.2. Faizləri müddətin sonunda ödənilən müddətli əmanət üzrə faizlər müqavilənin müddəti bitdikdə.
6.5.5. Bütün şərtlər üzrə Əmanətin vaxtından əvvəl tələbedilməsi hallarında, eləcə də Əmanət hesabından pul vəsaitinin nəğd və ya köçürülmə yolu ilə tam məxaric olunduğu təqdirdə əmanətin rəsmiləssdirmə müddətindən asılı olmayaraq faizlər tariflərdə qeyd olunduğu qaydada ödənilir.
6.5.6. Bank əmanətdə xxxx məbləği və hesablanmış faizləri Əmanətçinin xxxx hesabına mədaxil etməklə ödəyir.
6.5.7. Əmanət məbləğinin vaxtından əvvəl ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:
Bank Əmanətçinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 bank günü müddətində ödəyir. Bu halda Bank Əmanətçiyə əmanətin vaxtından əvvəl qaytarılması halında ödənilmiş faizləri Bank tərəfindən müəyyən edilmiş tariflərə və şərtlərə uyğun qaydada akseptsiz (Əmanətçinin sərəncamı olmadan) xxxx tutur və yekun məbləği yenidən hesablayıraq ödəyir;
6.5.8. Əmanət üzrə tərəflər arasındakı razılıqlar bu oferta aksept olunduğu tarixdən qüvvəyə minir və ofertanın sonunadək qüvvədə qalır. Əmanət şərtləri mobil əlavə üzərindən analoq imza ilə imzanmaqla seçilir və hər iki tərəf üçün öhdəlikləri icra olunana qədər qüvvədə olmuş sayılır.
6.5.9. Müştəri mobil əlavə üzərindən əmanət şərtlərini seçdikdə və seçimlərini təsdiq etdikdən sonrakı 3 (üç) iş günü ərzində şərtlərlə müəyyən olunmuş minimal ilkin əmanət məbləğini əmanət hesabına köçürməlidir. Bu vəsait köçürülmədikdə əmanət əməliyyatı baş tutmamış hesab edilir. Köçürülən vəsait tələb olunan vəsaitdən az olduğu halda vəsait müddətin tamamında Bank tərəfindən müştərinin xxxx hesabına köçürülür.
6.5.10. Əmanətçinin hesabındakı (əmanət hesabındakı) pul vəsaiti tam və ya qismən məxaric etdiyi və ya digər hesaba köçürdüyü halda, əmanət üzrə Bankın öhdəlikləri bu ofertanın şərtlərinə uyğun olaraq ləğv edilmiş sayılır.
6.5.11. Müştəri mobil əlavə üzərindən avtomatik uzadılma ilə bağlı seçim etdikdə əmanət müqaviləsinin bitmə tarixindən sonrakı gün əmanət müqaviləsi qüvvədə xxxx tariflərlə eyni müddətə uzadılır (artırılır). Artırılmış müddət üçün əmanət üzrə həmin xxx xxxxxx qüvvədə xxxx xxxx dərəcələri (həmçinin əmanətin vaxtından əvvəl götürülməsi halları üçün müəyyən edilmiş faiz dərəcələri) tətbiq edilir. Bu müqavilə üzrə əmanət qorunan əmanətlər üçün müəyyən edilmiş illik maksimal faiz dərəcəsi həddində (həmin faiz dərəcəsindən xxx olmamaqla) yerləşdirildiyi halda artırılmış müddət üçün də qorunan əmanət üzrə maksimal faiz dərəcəsi həddi saxlanılır.
6.5.12. Əmanət hesabından pul vəsaitinin nağd və ya köçürülmə yolu ilə tam və ya qismən məxaric olunduğu təqdirdə, müştərinin bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələrin akseptsiz silindiyi hallarda bu əmanət ləğv olunmuş hesab olunur.
7. MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ PRETENZİYALAR
7.1.1. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll olunur. Bu üsulla mübahisələr həll edilmədikdə yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
8. ÜMUMİ MÜDDƏALAR
8.1.1. Bu oferta Müştəri tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə Bankla Müştəri (bundan sonra birlikdə Tərəflər adlandırılacaq) arasındakı münasibətləri əhatə edir. Tərəflər bu müddət ərzində bu ofertadan imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavədə razılaşdırılmış qaydada olur və müqaviləyə xitam verilmiş hesab edilir.