Contract
28 fevral 2018-ci il
“Qax rayonunun Qıpçaq kəndində uşaq bağçasının tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi
28 fevral 2018-ci il tarixində, Qax rayonunun Xxxxxx Xxxxxx Mərkəzində Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə “Qax rayonunun Qıpçaq kəndində uşaq bağçasının tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Sözügedən mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri cənab Xxxxxxx Xxxxxxxx və Qax rayon İcra Hakimiyyətinin Başçısı xxxxx Xxxx Xxxxxxxxx iştirak etmiş, layihə üzrə müqavilə isə “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin sədri xxxxx Xxxxxx Xxxxxxxxxx və Yaponiya səfirliyinin müşaviri cənab Xxxxxxx Xxxxxxxx tərəfindən imzalanmışdır.
Mərasimdə çıxış edən xxxxx Xxxxxxxx layihə üzrə nəzərdə tutulmuş yeni uşaq bağşasının inşası nəticəsində valideyinlərin işlə təmin olunmasına ümid etdiyini bildirdi. Xxxxx Xxxxxxxxx isə, Yaponiya Hökumətinin göstərdiyi maliyyə dəstəyinə təşəkkürünü bildirərək, sözügedən layihə Qax rayonunun məktəbəqədər təhsilin səviyyəsinin qismən yaxşılaşdırılmasına tövhə verəcəyinə ümid bəslədiyini söyləmişdir.
Layihənin əsas məqsədi Qax rayonunun Qıpçaq kəndində uşaq bağçasını tikməkdir. Layihənin ümumi məbləği 90,861 ABŞ dolları təşkil edir. Layihənin icrası nəticəsində uşaqların məktəbəqədər təhsilin şəraitinin yaxşılaşdırılması və valideyinlərin məşğulluğunun təminatına ümid edilir.
Bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” layihələrinin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir.Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 227 və ümumi dəyəri isə 19,404,091 ABŞ dolları təşkil edir.
Yaponiya Hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa xxx xxxxx əhəmiyyət verir.Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı xxxx xxxxx sahələri əhatə etməklə, ümumi məbləği artıq 1.1 xxxxxxx ABŞ dollarını keçmişdir.
Bu vaxta qədər Qax rayonunda bu layihə də daxil olmaqla 7 layihəyə imza atılmışdır.
Xx | Xxxxxxxxx adı | Məbləğ |
2003-cü il | Qax rayonunun Güllük kəndində məktəbin tikintisi | 80,247 ABŞ |
2006-cı il | Qax rayonunun İbahlı kəndində məktəbin tikintisi | 89,959 ABŞ |
2008-ci il | Qax şəhərinin 3 xxxxx məktəbinin tikintisi | 85,666 ABŞ |
2009-cu il | Qax rayonunun Qarağan kəndində tibb məntəqəsinin tikintisi | 85,931 ABŞ |
2013-cü il | Qax rayonunun tullantıların idarə olunması layihəsi | 116,185 ABŞ |
2014-cü il | Qax rayonunu Cəlair kəndində tibb məntəqəsinin tikintisi | 102,975 ABŞ |
2017-ci il | Qax rayonunun Qıpçaq kəndində uşaq bağçasının tikintisi | 90,861 ABŞ |
Cəmi | 651,824 ABŞ |
İmzalanma mərasimindən görüntülər:
Qax rayon İcra Hakimiyyətinin başçısı xxxxx Xxxx Xxxxxxxxxxx çıxışı | Azərbaycan dilində çıxış edən Yaponiyanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər üzrə vəkili cənab Xxxxxxx Xxxxxxxx | |
Qrant müqaviləsinə imza atan təşkilatın sədri xxxxx Xxxxxx Xxxxxxxxxx və müvəqqəti işlər üzrə vəkil cənab Xxxxxxx Xxxxxxxx | Qax rayon Xxxxxx Xxxxxx Mərkəzinin qarşısında xatirə şəkili |