FƏRDİ QƏZA SIĞORTASI QAYDALARI
FƏRDİ QƏZA SIĞORTASI QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar fərdi qəza sığortası növü üzrə fərdi qəza sığortası sinfinə aiddir.
1. ƏSAS ANLAYIŞLAR
1.1. Sığortaçı və ya Şirkət - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Nizamnamə əsasında fəaliyyət göstərən və müvafiq lisenziyaya xxxxx xxxx ASC “Standard Insurance” Sığorta Şirkəti.
1.2. Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
1.3. Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.
1.4. Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
1.5. Sığorta müddəti - sığorta müqaviləsinin qüvvədə olduğu müddət.
1.6. Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.
1.7. Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
1.8. Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanuna zidd olmayan hər hansı əmlak mənafeyi;
1.9. Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
1.10. Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
1.11. Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
1.12. Sığorta hadisəsi - sığorta ödənişinin ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən və təsadüflik əlamətlərinə xxxxx xxxx hadisə və ya yaranan hal.
1.13. Sığorta riski - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.
1.14. Tərəflər - sığortaçı və ya onun nümayəndəsi və sığortalı və ya onun nümayəndəsi.
1.15. İşlərin aparılması xərcləri - sığortaçı tərəfindən əmək haqları, rabitə və kommunikasiya xərcləri; ofisin saxlanması xərcləri; agent və broker mükafatları; nəqliyyatın saxlanması; blankların hazırlanması və sairəyə çəkdiyi xərclərinin məcmusu.
2. SIĞORTA MÜQAVİLƏSİNİN PREDMETİ VƏ BAĞLANMA QAYDASI
2.1. Bu Qaydaların şətlərinə uyğun olaraq bağlanmış sığorta müqaviləsinə əsasən Sığortaçı sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqını almaqla sığorta hadisəsi zamanı Sığortalıya sığorta müqaviləsində müəyyən olunmuş sığorta məbləği həcmində (azadolma məbləğləri nəzərə alınmaqla) sığorta ödənişini verir.
2.2.Sığorta müqaviləsi, sığortalının (sığortaçı tərəfindən müəyyən olunmuş müvafiq məlumatları ərizədə göstərməklə) yazılı ərizəsi əsasında bağlanılır.
2.3. Tərəflər müqaviləyə, bu qaydalara və qanunvericiliyə zidd olmayan əlavə müddəaların daxil edilməsi barədə razılığa gələ bilərlər.
2.4. Əgər sığorta müqaviləsi bağlandıqdan sonra sığortalının müqavilə bağlanarkən qəsdən yalnış məlumat verməsi aşkar olunarsa, sığortaçı sığorta müqaviləsinin etibarsız olduğu barədə sığortalıya yazılı bildiriş verə bilər və ya sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.
2.5. Sığorta müqaviləsinin və bundan irəli gələn bütün sənədlərin rəsmiləşdirilməsini sığortalı və ya faydalanan şəxs həyata keçirir.
2.6. Bu Qaydalara əsasən, sığorta təminatı müqavilədə göstərilən ölkənin (ölkələrin) ərazisinə şamil olunur.
2.7. Sığorta müqaviləsi və ümumilikdə sığorta münasibətləri sığorta müqaviləsi, sığorta qaydaları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta Fəaliyyəti Haqqında” Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
3. SIĞORTA MƏBLƏĞİ
3.1.1 Sığorta məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir.
3.1.2 Sığorta ödənişinin verildiyi tarixdən etibarən, sığorta məbləği və sığortaçının məsuliyyəti verilmiş sığorta ödənişi həcmində azalmış olur. Sığorta məbləği tam həcmdə istifadə olunduğu təqdirdə sığortaçı öz öhdəliklərini tamamilə yerinə yetirdiyi üçün sığorta müqaviləsinə xitam verilir. Sığortaçının vermiş olduğu sığorta ödənişi ilə əlaqədar azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar.
3.2.1. Hər sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsi zamanı sığorta ödənişi sığorta hadisəsinin baş vermə tarixində qüvvədə xxxx sığorta məbləğindən (azadolma məbləğləri nəzərə alınaraq) artıq ola bilməz.
4. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ
4.1. Sığorta haqqının həm bütövlükdə həm də hissələrlə ödənilməsi razılaşdırıla bilər.
4.2. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırılmamışdırsa, sığorta haqqı bütövlükdə ödənilməlidir.
4.2.1. Sığorta haqqının bütövlükdə ödənilməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının tam ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir.
4.2.2. Sığorta haqqının hissələrlə ödənilməsi nəzərdə tutulmuşdursa sığorta haqqının birinci hissəsi sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının birinci hissəsinin ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir. Sığorta haqqının növbəti hissəsi növbəti ödəmə günündən sonra 15 gün ərzində ödənilməzsə sığorta ödənişinin verilməsindən imtina oluna bilər. Gecikdirilmiş 15 gün ərzində sığorta hadisəsi baş verərsə sığortaçı zərərin əvəzini, ödənilmiş sığorta haqqı ilə ümumi sığorta haqqının nisbətinə müvafiq surətdə ödəyə bilər, yəni ödənilmiş sığorta haqqının ümumi sığorta haqqına nisbəti faiz şəklində sığorta ödənişindən çıxıla bilər.
4.3. Sığorta hadisəsi baş verdiyi anda sığorta haqqının ödənilməyən (ödəniş vaxtının çatıb-çatmamasından asılı olmayaraq) hissələri sığorta ödənişindən çıxılır.
4.4. Sığorta ödənişinin verilməsi ilə əlaqədar azalmış sığorta məbləğinin artırılması zamanı, sığorta haqqı sığortalının razılığı ilə həm sığorta ödənişindən tutula bilər, həm də əlavə olaraq ödənilə bilər.
4.5. Sığorta müddəti, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində (bu qaydaların 4.2.1. və 4.2.2. maddələri nəzərə alınmaqla) Azərbaycan vaxtı ilə saat 24:00-da başlayır və saat 24:00-da xxxx xxxxx. Sığorta müqaviləsi bağlandığı gün qüvvədə olmur.
5. AZADOLMA (SIĞORTA ÖDƏNİŞİNDƏN QİSMƏN AZADOLMA)
5.1. Azadolma - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinin, dəymiş zərərin müəyyən bir faizinin və ya konkret məbləğin sığortaçı tərəfindən ödənilməməsini razılaşdıra bilərlər.
5.2.Azadolma şərtli və şərtsiz ola bilər.
5.2.1. Şərtli azadolma - nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən (azadolma məbləğindən) xxx olduqda, zərər məbləğindən azadolma çıxılmır və sığortaçı tərəfindən ödənilir.
5.2.2. Şərtsiz azadolma - nəzərdə tutulduqda azadolma məbləği hər bir halda zərər məbləğindən çıxılır və sığortaçı tərəfindən ödənilmir.
5.3. Müqavilədə müxtəlif növ azadolma həm konkret məbləğ həm faiz şəklində göstərildikdə, faiz çıxıldıqdan sonra konkret məbləğ çıxılır.
5.4. Azadolma hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
5.5. Azadolmanın şərtli və ya şərtsiz olması müqavilədə göstərilmədikdə, şərtsiz kimi qəbul edilir.
5.6. Sığorta müqaviləsində şərtli azadolmanın digər formaları və şərtləri də nəzərdə tutula bilər.
6. SIĞORTA MÜQAVİLƏSİNİN LƏĞVİ
6.1. Sığorta müqaviləsinə həm sığortaçının həm də sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlığı ilə vaxtından əvvəl xitam verilə bilər.
6.1.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.Sığortalının müqavilənin xitamı barədə müraciəti daxil olduğu an, sığorta təminatı dayandırılır.
6.1.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
6.2. Əgər sığorta müddəti ərzində sığorta hadisəsi baş vermişdirsə, işlərin aparılması xərclərindən əlavə olaraq, ödənilmiş sığorta ödənişinin məbləği qaytarılacaq sığorta haqqından çıxılır.
6.3. Sığortalı, müqaviləyə xitam verərək sığortalı ilə başqa müqavilə imzalamaq niyətində olduqda həm işlərin aparılması xərcləri həm də ödənilmiş sığorta ödənişinin məbləği sığorta haqlarından çıxılmaya bilər.
6.4. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini bu qaydaların 3.1.2 bəndinə uyğun olaraq tamamilə yerinə yetirdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Bu halda tərəflər arasında əlavə hesablaşma aparılmır.
6.5. Sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda da xitam verilə bilər.
7. SUBROQASİYA HÜQUQU
7.1. Sığortalının zərərin vurulmasında təqsirkar xxxx şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ verilmiş sığorta ödənişi həcmində sığortaçıya keçir.
7.2. Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə və yaxud təqsirkar şəxsdən dəymiş zərərin əvəzini və ya bir hissəsini aldıqda, sığortaçı sığorta ödənişinin verilməsindən tam və ya müvafiq sürətdə qismən azad edilir. Artıq ödənilmiş hissə sığortalı tərəfindən xxxx qaytarılmalıdır. Əks təqdirdə sığortaçı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
8. MÜBAHİSƏLƏRİN HƏLLİ
8.1 Sığorta müqaviləsi üzrə vəzifələrin yerinə yetirilməsi ilə bağlı yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunur. Razılıq əldə edilmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə və Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət oluna bilər.
9. SIĞORTA RİSKİNİN ARTMASI
9.1. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar sığortaçı ilə yazılı şəkildə razılaşdırılmalıdır.
9.2. Bu Qaydaların 9.1. maddəsinə riayət edilmədikdə sığortaçı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun tamamilə ləğv edilməsini tələb edə bilər və ya həmin hallarla əlaqəli sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.
10. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
10.1.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq hüququna malikdir.
10.2.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum xxxx, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
10.2.2. Sığortalı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
10.3.1. Sığortaçı sığortalı barədə, habelə onun keçmiş hadisə tarixi barəsində məlumat toplamaq hüququna malikdir.
10.4.1. Sığortaçı sığortalını müqavilənin əsaslandığı sığorta qaydaları ilə xxxxx etməlidir.
10.4.2. Sığortaçı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
XÜSUSİ MÜDDƏALAR
11. SIĞORTA TƏMİNATININ NÖVLƏRİ
11.1.Bədbəxt hadisə nəticəsində ölüm; 11.2.Bədbəxt hadisə nəticəsində əlillik;
11.3. Bədbəxt hadisə nəticəsində yaranan tibbi xərclər.
12. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ (SIĞORTA RİSKLƏRİ)
12.1.Fərdi qəza sığortası üzrə bu qaydalar daxilində sığortalının (sığorta olunanın) iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən görünməyən və təsadüfi hadisələrin nəticələrinə qarşı təminat verilir.
12.2. Aşağıdakılar nəticəsində baş verən və “sığorta təminatının növləri” ilə nəticələnən hallar (sığorta şəhadətnaməsində göstərildiyi təqdirdə) sığorta hadisəsi hesab edilir:
12.2.1. Ümumi hallar riski- kənar cisimlərin dəyməsi, yanma, donma, suda boğulma, günəş vurması, sınıqlar, elektrik çərəyanının vurması;
12.2.2. Təbii hallar riski - zəlzələ, sel, vulkan püskürməsi, torpaq sürüşməsi, tufan, fırtına, uçqun, güclü yağış, qar;
12.2.3. İdman yarışları riski- bütün növ idman müsabiqələri, o cümlədən, sürət yarışları, alpinizm, qar və ya buz üzərində idman oyunları, maneəli cıdır yarışları, polo, reqbi, qılınc oynatma, təkbətək döyüş, boks, basketbol, futbol və yelkənli qayıq yarışları, ağırlıqqaldırma və digər peşəkar idman növləri;
12.2.4. Ovçuluq riski - balıq ovu, qaban və digər vəhşi heyvanların ovlanması və dağ yüksəkliklərində ovçuluq;
12.2.5. Zəhərlənmə riski – bütün növ qazlardan zəhərlənmə, yeməkdən zəhərlənmə;
12.2.6. Heyvan təcavüzü riski - heyvanın dişləməsi, ilan və ya digər həşəratların vurması və ya çalması;
12.2.7. Hərbi risklər - döyüş bölgəsində atəşkəsin pozulması halları istisna olmaqla hərbi qulluqçularınn hərbi xidmət vəzifələrini yerinə yetirdikləri hallar;
12.2.8. Terrorizm riski - terrorizm və sabotaj halları;
12.2.9. Digər risklər- digər risklədə qeyd olunmayan və istisnalara aid olmayan bütün digər hallar.
13. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR (İSTİSNALAR)
13.1.Sığorta təminatı aşağıdakılar nəticəsində baş verən halları əhatə etmir:
13.1.1. Müharibə və hərbi vəziyyətin tətbiqi ilə əlaqədar hərbi əməliyyatlarda iştirak halları;
13.1.2. Vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, üsyan, qiyam, tətil, inqilab, ictimai iğişaş, xalq hərəkatı, çevriliş, silahlı yolla hakimiyyətin qəsb edilməsi (qeyd: bu istisna hərbi qulluqçulara 13.1.1. maddəsi nəzərə alınmaqla tətbiq edilir);
13.1.3. Sığortalının (sığorta olunanın) cinayət törətməsi və ya buna təşəbbüs zamanı ölməsi və ya bədən xəsarəti xxxxxx;
13.1.4. Sığortalının (sığorta olunanın) təhlükədə xxxx insan və əmlakı xilas etmək halları istisna olmaqla, özünü bilərəkdən təhlükəyə atması;
13.1.5. Nüvə partlayışı, radiasiya və radiaktiv çirklənmə;
13.1.6. Bütün növ xroniki, peşə və digər istənilən növ xəstəliklər və onların nəticələri;
13.1.7. Hər hansı düşüncə və xxxx vəziyyətdən asılı olmayaraq xxxxxxx və intihara təşəbbüs halları;
13.1.8. Spirtli içki qəbulu nəticəsində ölüm və xəsarət, sığorta təminatına daxil xxxx xxxxx tələb etmədiyi təqdirdə narkotik maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu;
13.1.9. Sığorta təminatına daxil xxxx xxxxx tələb etmədiyi təqdirdə, aparılan cərrahiyyə əməliyyatları və müxtəlif növ şüaların qəbulu;
13.1.10. Sığorta olunanın özünə qəsdən bədən xəsarəti yetirməsi;
13.1.11. Sığorta olunanın cəzaçəkmə müəssisəsində (həbsxanada və s.) olduğu müddət ərzində baş verən hadisələr;
13.1.12. Zöhrəvi xəstəliklər, qazаnılmış immunçаtışmаmazlığı sindrоmu (QİÇS) və immun çаtışmаmazlığı virusu (IÇV) ilə əlаqədаr mеydanа gələn bütün xəstəliklər (yoluxmanın hansı səbəbdən və kimin təqsiri üzündən baş verməsindən asılı olmayaraq);
13.1.13. Sığorta müqaviləsi bağlanan zaman mövcud xxxx əmək qabiliyyətsizliyi (əlillik);
13.1.14 İstənilən növ azbest məhsullarının istehsalı, satışı ilə məşqul olana və ya digər şəkildə əlaqədə xxxx şəxslərin sonradan peşə xəstəliyinə tutulması;
13.1.15. Mənəvi zərərin təmin olunması ilə bağlı irəli sürülən tələblər (iddialar);
13.1.16. Sığorta ödənişini almaqda xxxxxx xxxx şəxsin sığorta olunanı öldürməsi və ya hər hansı şəkildə bu əməldə iştirakı halları;
13.1.17. İdarə edilməsi üçün xüsusi icazə tələb olunan nəqliyyat vasitəsinin belə icazə olmadan Sığorta olunan tərəfindən idarə edilməsi;
13.1.18. Sığorta olunanın da içərisində olduğu nəqliyyat vasitəsinin idarəsini sürücülük vəsiqəsi olmayan və ya spirtli içkilərin, narkotik maddələrin təsiri altında xxxx şəxsə verməsi;
13.1.19. Sığorta olunanın özünün öz üzərində və ya Sığortalının təlimatı ilə hər hansı digər şəxsin Sığortalıya tətbiq etdiyi terapevtik və ya operativ müayinə metodlarının tətbiqi nəticəsində Sığorta olunanın səhhətinə ziyan dəyməsi.
14. SIĞORTA TƏMİNATININ NÖVLƏR ÜZRƏ ÖDƏNİŞ QAYDASI
14.1 Bədbəxt hadisə nəticəsində ölüm;
Sığorta olunan, sığorta hadisəsinin baş verməsi nəticəsində dərhal və ya hadisə baş verən tarixindən etibarən bir il ərzində həmin hadisədən aldığı zədədən vəfat edərsə, sığorta məbləği sığorta müqaviləsində göstərilən faydalanan şəxsə, o, yoxdursa, sığortalının (sığorta olunanın) qanuni varislərinə ödənilir. Ölüm halında sığorta ödənişi sığorta məbləğinin 100%-i miqdarında müəyyən olunur.
14.2 Bədbəxt hadisə nəticəsində əlillik;
Sığorta olunan, sığorta müqaviləsi ilə təminat verilən hadisənin baş verdiyi anda və ya hadisənin baş vermə tarixindən etibarən bir il ərzində həmin hadisədən aldığı zədədən ömürlük əlil olarsa, ömürlük əlil olmaya görə verilən sığorta məbləği tibbi müalicənin başa çatmasından və ömürlük əlil olmanın qəti olaraq təsdiq edilməsindən sonra ödəniş cədvəlində göstərilən nisbətlərə uyğun olaraq sığortalıya ödənilir. Bədbəxt hadisə nəticəsində daimi əlillik halında sığorta ödənişi əlillik qruplarına müvafiq olaraq sığorta məbləğinin %-i nisbətində müəyyən olunur. I qrup əlillik-100%; II qrup əlillik-80%; III qrup əlillik- 60%. Sığorta müqaviləsi imzalanan zaman, qeyd olunan ödəniş forması sığortalının istəyi ilə ödəniş cədvəli ilə əvəz oluna bilər.
14.3. Fərdi qəza nəticəsində yaranan tibbi xərclər.
Şəhadətnamədə ayrıca göstərməklə, sığorta hadisəsi nəticəsində yaranan müalicə xərcləri, o cümlədən dərman, radioqrafiya, vanna, massaj, xəstəxana və həkim xərcləri sığorta şəhadətnaməsində bu təminat üçün göstərilən məbləğ həddində ödənilir. Qəza nəticəsində təbii və ya süni dişlərə dəyən xəsarətin aradan qaldırılması üçün çəkilən protez xərclərinə görə verilən sığorta ödənişi müalicə xərcləri məbləğinin 10%-dən xxx xxx bilməz. Müalicə xərcləri üçün sığortalının işlədiyi müəssisə və ya qanunvericiliyə əsasən müəyyən edilmiş icbari sığortaya əsasən verilən bütün ödənişlər sığortaçının ödəyəcəyi ödənişdən çıxılır.
Müalicə xərclərinin müxtəlif sığortaçılar tərəfindən ödənilməsi hallarında bu xərclər həmin sığortaçılar arasında onların təminat nisbətinə uyğun olaraq bölüşdürülür.
Qeyd: Bədənin bir üzvünün və ya üzvün bir hissəsinin itirilməsi dedikdə, həmin üzvün və ya üzvün bir hissəsinin öz funksiyasını tam itirməsi başa düşülür.
Hadisə baş verməmişdən əvvəl də öz funksiyasını tam itirmiş xxxx bədən üzvünün və ya üzvün bir hissəsinin itirilməsinə görə sığorta ödənişi verilmir.
Hadisə baş verməmişdən əvvəl qismən əlil olmuş bədən üzvünün və ya üzvün bir hissəsinin əlillik nisbəti hadisə nəticəsində artarsa, sığorta ödənişi hadisədən əvvəlki nisbət ilə hadisədən sonrakı nisbət arasındakı fərqə əsasən hesablanır.
Eyni bir hadisə nəticəsində bədənin müxtəlif üzvlərində və ya müxtəlif üzvlərin hissələrində əmələ gələn əlilliyə görə ayrı- ayrılıqda hesablanan ödənişlərin ümumi məbləği sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğindən xxx xxx bilməz. Sığorta olunan solaxay olarsa, ödəniş cədvəlində sağ və sol əl üçün müəyyən edilən nisbətlər əksinə tətbiq edilir.
Ömürlük əlillik təminatı almış sığortalı, hadisənin baş verdiyi tarixdən etibarən bir il ərzində həmin hadisə nəticəsində vəfat edərsə, sığortalıya ömürlük əlil olmağa görə verilmiş ödəniş ilə ölüm təminatı ödənişi arasındakı fərq onun hüquqi varislərinə ödənilir.
15. BƏDBƏXT HADİSƏNİN NƏTİCƏSİNİN AĞIRLAŞMASINA GÖRƏ ÖDƏNİŞ
15.1. Sığorta hadisəsindən meydana gələn xəsarətlərin nəticəsi qəzadan əvvəl mövcud xxxx və ya sonradan meydana gələn, xxxxx hər xxxxx qəza ilə heç bir əlaqəsi olmayan sığortalının günahı ucbatından müalicənin düzgün və ya keyfiyyətsiz aparılmasına görə sığortalının vəziyyəti ağırlaşarsa, ödənilməli xxxx ödənişin məbləği ağırlaşmış nəticəyə görə deyil, eyni hadisənin tamamilə sağlam bir şəxsdə tibbi müalicənin tam və düzgün bir şəkildə aparılması şərtilə tələb edilən müalicə xərclərinə uyğun müəyyən edilir.
16. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ
16.1.Sığortalı (sığorta olunan), sığorta müqaviləsində göstərilən sığorta hadisəsi baş verdiyi zaman zərərin qarşısını almaq və ya miqdarını azaltmaq üçün zəruri və məqsədəuyğun tədbirlər görməlidir. Bu cür məqsədyönlü xərclər sığortaçı tərəfindən ödənilir.
16.2. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığortalı dərhal, və ya ən geci 72 saat ərzində, bütün mümkün vasitələrlə sığortaçıya bu barədə məlumat verməklə sığorta hadisəsinin baş verməsi ilə bağlı hallar haqqında ona məlum xxxx bütün
məlumatı çatdırmalıdır. Sığortalı sığorta hadisəsi barədə məlumatı göstərilən müddətdə vermədiyi halda sığortaçının hadisənin səbəblərini və /və ya dəyən zərərin həcmini müəyyənlədirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeləri əhəmiyyətli dərəcədə pozularsa, sığorta ödənişinin verilməsindən imtina oluna bilər.
16.3. Sığortalı (sığorta olunan), onun ölməsi halında isə varisləri bu məlumatda hadisənin yerini, tarixini və səbəblərini bildirməyə və əgər varsa həkimdən və ya müvafiq tibb məntəqəsindən hadisə və onun nəticələri haqqında arayışı sığortaçıya təqdim etməyə borcludurlar;
16.4. Sığortalı (sığorta olunan) baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur;
16.5. Qəzadan dərhal sonra lazımi müalicəyə başlanılmalı və xəsarət alanın səhhətinin yaxşılaşması üçün lazımi tədbirlər görülməlidir.
16.6. Sığortaçı, istədiyi vaxt xəsarət alanın (sığortalının / sığorta olunanın) müayinə və tibbi vəziyyətinə nəzarət etmək hüququ vardır. Sığortaçının bu müayinə və nəzarəti həyata keçirməsinə mütləq şərait yaradılmalıdır.
16.7. Xəsarət alanın müalicəsi və vəziyyətinin yaxşılaşdırılması üçün sığortaçının tövsiyə etdiyi həkimin verdiyi məsləhət və təkliflərə əməl etməyə sığortalı (sığorta olunan) borcludur.
16.8. Sığortalı (sığorta olunan) tərəfindən 16.3 və 16.4-cü bəndlərdə göstərilən vəzifələr qəsdən yerinə yetirilməzsə, sığortaçı sığorta hadisəsi nəticəsində ortaya çıxan nəticələrə və ya xəsarətin daha da ağırlaşmasına görə məsuliyyətdən azad edilir.
Həmin vəzifələr sığortalıdan (sığorta olunanın) aslı olmayan hallara görə yerinə yetirilmədiyi və bunun nəticəsi olaraq xəsarət alanın vəziyyətinin ağırlaşdığı hallarda sığortaçı ağırlaşan vəziyyətə görə məsuliyyət daşımır;
16.9. Sığortalı (sığorta olunanın) onun ölməsi halında isə varisləri, hadisənin nəticələrinin və sığorta ödənişinin müəyyən edilməsi üçün sığortaçının tələb etdiyi bütün lazımi və əldə edilməsi mümkün xxxx sənədləri sığortaçıya təqdim etməyə borcludurlar.
17. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA ÜÇÜN ƏSASLAR
17.1. Sığorta ödənişinin verilməsindən ümumi imtina əsasları aşağıdakılardır:
17.1.1. Sığortalının hadisəni qəsdən törətməsi, hadisənin baş verməsinə qəsdən şərait yaratması və ya zərərin miqdarının qəsdən edilən hərəkətlərlə artırması;
17.1.2. Sığortalının və ya onun nümayəndəsinin sığorta hadisəsi barədə sığortaçıya qəsdən yalnış məlumat verməsi;
17.1.3. Sığortalı və ya onun nümayəndəsi tərəfindən bu qaydaların və sığorta müqaviləsinin hər hansı bir müddəasına əməl edilməməsi;
17.1.4. Hadisənin sığorta təminatına daxil olmayan hal nəticəsində baş verməsi;
17.1.5. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
“Təsdiq Edirəm”
Hazırki “Qaydalar” la ətraflı xxxxx oldum. Bu qaydaların şərtlərini qəbul edirəm və bunu təsdiq etmək üçün aşağıda imza edirəm. Bu Qaydaların bir nüsxəsini sığortaçıdan aldım.
Sığortalı _ _
(a.s.a.) (imza)
ÖDƏNİŞ CƏDVƏLİ | ||
Bədən xəsarətləri | Sığorta məbləğinin faiz mıqdarı | |
1 | Hər iki gözdə görmə qabiliyyətinin itirilməsi | 100 % |
2 | Xxx xxxx pozğunluq | 100 % |
3 | Hər iki biləyin vəya əlin itirilməsi | 100 % |
4 | Travma nəticəsində hər iki qulağin tam karlığı | 100 % |
5 | Aşağı çənənin tam çıxarılması | 100 % |
6 | Nitqin tam itirilməsi | 100 % |
7 | Bir əlin (dirsəkdən biləyə qədər) və bir ayağın tam itirilməsi | 100 % |
8 | Bir əlin (dirsəkdən biləyə qədər) və bir pəncənin tam itirilməsi | 100 % |
9 | Bir biləyin və bir pəncənin tam itirilməsi | 100 % |
10 | Bir biləyin və bir ayağın tam itirilməsi | 100 % |
11 | Hər iki ayağın tam itirilməsi | 100 % |
12 | Hər iki pəncənin tam itirilməsi | 100 % |
13 | Sümüyün bütün qalınlığı üzrə kəllə sümüyünün zədəsi | |
14 | - səthi 6 sm2 dən xxx | 40 % |
15 | - səthi 3-dən 6 sm2 -dək | 20 % |
16 | - səthi 3-sm2 -dən az | 10 % |
17 | Aşağı cənənin vəya yuxarı çənə sümüyünün yarısının çıxarılması | 40 % |
18 | Bir xxxxx xxx itirilməsi | 40 % |
19 | Bir qulağın tam karlığı | 30 % |
20 | Budun tam itirilməsi (yuxarı hissəsinin) | 60 % |
21 | Budun (aşağı hissəsinin) və ayağın tam itirilməsi | 50 % |
22 | Pəncənin tam itirilməsi (tibial-ayaq dirnağının ekzartikulyasiyası) | 45 % |
23 | Pəncənin qismən itirilməsi (topuqaltı-sümük ekzartikulyasiyası) | 40 % |
24 | Pəncənin qismən itirilməsi (xxxx ayaq dırnağının ekzartikulyasiyası) | 35 % |
25 | Pəncənin qismən itirlməsi (ayaq dırnağının arxası-ayaq dırnağının ekzartikulyasiyası) | 30 % |
26 | Aşağı ətrafların tam iflici (sağalmaz sinir zədəsi) | 60 % |
27 | Xxxxxx dizaltı oturaq sinirinin tam iflici | 30 % |
28 | Daxili dizaltı oturaq sinirinin tam iflici | 20 % |
29 | İki sinirin tam iflici (xarici və daxili dizaltı oturaq sinirləri) | 40 % |
30 | Budun yan hissəsinin ankilozu | 40 % |
31 | Dizin ankilozu | 20 % |
32 | Budun yan hissəsindən və ya hər iki ayağın sümüklərinin sümük maddələrinin itirilməsi (sağalmaz vəziyyəti) | 60 % |
33 | Fraqmentlərin əhəmiyyətli dərəcədə ayrılması və ayağın dartılması zamanı hərəkətin əhəmiyyətli dərəcədə çətinləşməsi ilə dizüstü kasalığın sümük maddəsinin itirilməsi | 40 % |
34 | Hərəkəti saxlamaqla dizüstü kasalığın sümük maddəsinin itirilməsi | 20 % |
35 | Aşağı ətrafın ən azı 5 sm qısaldılması | 30 % |
36 | Aşağı ətrafın 3 sm-dən 5 sm-dək qısaldılması | 20 % |
37 | Aşağı ətrafın 1 sm-dən 3 sm-dək qısaldılması | 10 % |
38 | Ayağın bütün barmaqlarının amputasiyası | 25 % |
39 | Baş barmaq da daxil olmaqla ayağın dörd barmağının amputasiyası | 20 % |
40 | Ayağın dörd barmağının tam itirilməsi | 10 % |
41 | Ayağın baş barmağının tam itirilməsi | 10 % |
42 | Pəncənin iki barmağının tam itirilməsi | 5 % |
43 | Baş barmaqdan başqa ayağın bir barmağının amputasiyası | 3 % |
44 | Omba və ya canaq sınıqları (bud və ya büzdüm istisna olmaqla): a) Çoxsaylı sınıqlar (ən azı bir açıq və bir bütöv sınıq) b) Bütün digər açıq sınıqlar c) Çoxsaylı sınıqlar, ən azı bir bütöv sınıq ç) Bütün digər sınıqlar | 100 % 50 % 30 % 20 % |
45 | Bud və ya dabanın sınığı: a) Çoxsaylı sınıqlar (ən azı bir açıq və bir bütöv sınıq) b) Bütün digər açıq sınıqlar c) Çoxsaylı sınıqlar, ən azı bir bütöv sınıq ç) Bütün digər sınıqlar | 50 % 40 % 30 % 20 % |
46 | Ayağın aşağı hissəsinin, körpücük sümüyünün, topuğun, dirsəyin, qolun yuxarı və aşağı hissələrinin sınıqları (bilək daxil olmaqla və Colles-tipli sınıq istisna olmaqla): a) Çoxsaylı sınıqlar (ən azı bir açıq və bir bütöv sınıq) b) Bütün digər açıq sınıqlar c) Çoxsaylı sınıqlar, ən azı bir bütöv sınıq ç) Bütün digər sınıqlar | 40 % 30 % 20 % 12 % |
47 | Çənənin aşağı hissəsinin sınıqları: a) Çoxsaylı sınıqlar (ən azı bir açıq və bir bütöv sınıq) b) Bütün digər açıq sınıqlar c) Çoxsaylı sınıqlar, ən azı bir bütöv sınıq ç) Bütün digər sınıqlar | 30 % 20 % 16 % 8 % |
48 | Kürəyin, diz qapağının, döş sümüyünün, əlin (barmaqlar və bilək istisna olmaqla), ayağın sınıqları (barmaqlar və daban istisna olmaqla): a) Açıq sınıqlar b) Digər tipli sınıqlar | 20 % 10 % |
49 | Qolun aşağı hissəsinin Colles-tipli sınığı: a) Açıq sınıqlar b) Digər tipli sınıqlar | 20 % 10 % |
50 | Onurğa sütünunun sınıqları (onurğa daxil olmaqla və büzdüm istisna olmaqla): a) Bütün kompressiya sınıqları b) Bütün itiuclu, köndələn sınıqlar və ya onurğanın qövsünün ayağının sınıqları c) Bütün digər onurğa sınıqları | 20 % 20 % 10 |
51 | Qabırğa və ya qabırğaların, almacığın, büzdümün, yuxarı çənənin, burunun, ayaq və əl barmaq və barmaqlarının sınıqları: a) Çoxsaylı sınıqlar (ən azı bir açıq və bir bütöv sınıq) b) Bütün digər açıq sınıqlar c) Çoxsaylı sınıqlar, ən azı bir bütöv sınıq ç) Bütün digər sınıqlar | 16 % 12 % 8 % 4 % |
52 | Bədən səthinin 27%-nı və ya daha artıq sahəsini əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar | 100% |
53 | Bədən səthinin 18%-nı və ya daha artıq, xxxxx 27%-dən artıq olmayan sahəni əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar | 60% | |
54 | Bədən səthinin 9%-nı və ya daha artıq, xxxxx 18%-dən artıq olmayan sahəni əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar | 30% | |
55 | Bədən səthinin 4,50%-nı və ya daha artıq, xxxxx 9%-dən artıq olmayan sahəni əhatə edən ikinci və ya üçüncü dərəcəli yanıqlar | 16% | |
SAĞ | SOL | ||
56 | Bir əlin vəya bir biləyin itirilməsi | 60 % | 50 % |
57 | Əl sümüyünün əhəmiyyətli dərəcədə zədəsi (dirsəkdən biləyə qədər) (aşkar vəya sağalmaz zədə) | 50 % | 40 % |
58 | Yuxarı ətrafın tam iflici (sinirlərin sağalmaz zədəsi) | 65 % | 55 % |
59 | Qurşaq sinirinin tam zədədsi | 20 % | 15 % |
60 | Çiyinin ankilozu | 40 % | 30 % |
61 | Əlverişli mövqedə dirsəyin ankilozu (düz bucaq altinda 15 dərəcə) | 25 % | 20 % |
62 | Əlverişsiz mövqedə dirsəyin ankilozu | 40 % | 35 % |
63 | Bazu önün iki sümüyünün sümük maddəsinin əhəmiyyətli dərəcədə itirilməsi (aşkar və sağalmaz xəsarət) | 40 % | 30 % |
64 | Məkrəzi sinirin tam iflici | 45 % | 35 % |
65 | Mil sinirinin tam iflici | 40 % | 35 % |
66 | Bazu önünün mil sinirinin tam iflici | 30 % | 25 % |
67 | Əlin mil sinirinin tam iflici | 20 % | 15 % |
68 | Dirsək sinirinin tam iflici | 20 % | 15 % |
69 | Əlverişli mövqedə biləyin ankilozu (düz və ovuc aşağı) | 20 % | 15 % |
70 | Əlverişsiz mövqedə əlin ankilozu (bükülmə və ya dartılma və ya ovuc yuxarı) | 30 % | 25 % |
71 | Baş barmağın tam itirilməsi | 20 % | 15 % |
72 | Baş barmağın qismən itirilməsi (dırnaq sümüyünün) | 10 % | 5% |
73 | Baş barmağın tam ankilozu | 20 % | 15 % |
74 | Şəhadət barmağının tam amputasiyası | 15 % | 10 % |
75 | Şəhadət barmağının iki falanqasının tam itirilməsi | 10 % | 8 % |
76 | Şəhadət barmağının dırnaq falanqasının tam itirilməsi | 5 % | 3 % |
77 | Baş və şəhadət barmaqlarının eyni zamanda amputasiyası | 35 % | 25 % |
78 | Baş və şəhadət barmağından başqa digər bir barmağın itirilməsi | 25 % | 20 % |
79 | Baş və şəhadət barmağından başqa digər iki barmağın itirilməsi | 12 % | 8 % |
80 | Baş və şəhadət barmaqlarından başqa digər üç barmağın itirilməsi | 20 % | 15 % |
81 | Baş barmaq da daxil olmaqla dörd barmağın itirilməsi | 45 % | 40 % |
82 | Baş barmaq isitisna olmaqla dörd barmağın itirilməsi | 40 % | 35 % |
83 | Xxxx barmağın itirilməsi | 10 % | 8 % |
84 | Baş, şəhadət və xxxx barmaqlar istisna olmaqla bir barmağın tam itirilməsi | 7 % | 3 % |
Anlayışlar və xüsusi qeydlər:
İtirilmə: “Itirilmə” bilək, pəncə, əl, ayaq sözləri istifadə edildikdə bunların fiziki ayrılması və ya hərəkətinin tam və daimi itirilməsi deməkdir.
Nitqin itirilməsi: nitqin tam itirilməsi və bərpasının mümkün olmaması deməkdir.
Gözün itirilməsi: görmə qabiliyyətinin tam va bərpasının mümkün olmaması deməkdir. Bununla, görmə qabiliyətinin düzəldilməsindən sonra Xxxxxxxx cədvəli ilə 3/60 vəya az olması şərtdir.
Sınığın həkim tərəfindən təsdiqlənməsinədək və onun ölçüləri və növü müəyyənləşdirilməsinədək heç bir ödəniş edilmir. Eyni bədbəx hadisə nəticəsində baş verən birdən xxx sınıqlara görə bu bölməyə əsasən ödəniləcək ümumi məbləğ, müxtəlif ödənişləri toplayaraq hesablanır və Ümumi Sığorta Məbləğindən artıq olmamalıdır.
10
Əgər Sığortalanmış şəxs bu Bölməyə əsasən ödəniş alarsa və həmin bədən xəsarəti Xxxxx Xxxxxxxxx nəticələnərsə, bu bölməyə əsasən verilən bütün ödənişlər daimi əlillik müavinətindən çıxılacaqdır və Şirkət yalnız fərqi ödəyəcəkdir.