AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2016-cı il
№ 235-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti,
hökumətin minimal müdaxiləsi və tənzimlənməsi ilə bazarda aviasiya şirkətləri arasında rəqabətə əsaslanmaqla, beynəlxalq aviasiya sisteminin təşviqini arzulayaraq,
aviasiya şirkətləri üçün ictimai səyahətlər və daşımalar üzrə müxtəlif xidmət növlərinin təklif edilməsini mümkün etmək, habelə fərdi aviasiya şirkətlərini innovativ və rəqabətqabiliyyətli qiymətlərin təkmilləşdirilməsinə və tətbiqinə təşviq etmək niyyətində olaraq,
beynəlxalq hava nəqliyyatı imkanlarının genişləndirilməsinə yardım etmək arzusunda olaraq,
beynəlxalq hava nəqliyyatında təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsini arzulayaraq, hava gəmilərinin təhlükəsizliyinə qarşı yönəldilmiş, şəxslərin və ya mülkiyyətin təhlükəsizliyini təhdid edən, hava əməliyyatlarının yerinə yetirilməsinə mənfi təsir göstərən və ictimaiyyətin mülki aviasiyaya xxxx inamına xələl gətirən akt və hədələrə dair ciddi narahatlıqlarını bir daha ifadə edərək,
1944-cü il 7 dekabr tarixində Çikaqoda imzalanmış “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın Tərəfləri olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişin məqsədləri üçün, əgər başqa cür ifadə edilməyibsə, terminlər aşağıdakı mənalara malikdir:
1. aviasiya hakimiyyəti orqanları - Azərbaycan Respublikasına münasibətdə Dövlət Mülki Aviasiya Administrasiyasını və Amerika Birləşmiş Ştatlarına münasibətdə Nəqliyyat Departamentini, habelə sözügedən Dövlət Mülki Aviasiya Administrasiyası və ya Nəqliyyat Departamenti tərəfindən həyata keçirilən funksiyaları yerinə yetirmək üçün səlahiyyət verilmiş hər hansı şəxsi və ya agentliyi bildirir;
2. Saziş - bu Sazişi və ona edilən istənilən dəyişiklikləri bildirir;
3. hava daşımaları - sərnişinlərin, baqajın, yükün və poçtun ayrılıqda və ya birlikdə, müntəzəm şəkildə, yaxud xxxxxx yolu ilə, haqqı ödənilməklə, ya da muzdla hava gəmisi ilə ictimai daşınmasını bildirir;
4. Tərəfin aviasiya şirkəti - öz istismarçı sertifikatını həmin Tərəfdən xxxx və əsas fəaliyyət yeri onun ərazisi xxxx aviasiya şirkətini bildirir;
5. Konvensiya - 1944-cü il 7 dekabr tarixində Çikaqoda imzalanmış “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nı bildirir; və ona
a) Konvensiyanın 94 (a) maddəsinə əsasən qüvvəyə minmiş və hər iki Tərəfin ratifikasiya etdiyi istənilən dəyişiklik, habelə;
b) Konvensiyanın 90-cı maddəsinə əsasən qəbul edilmiş, verilmiş istənilən müddətdə Tərəflərin hər ikisi üçün qüvvədə xxxx hər hansı əlavə və ya ona edilən istənilən dəyişiklik daxildir;
6. tam dəyər - göstərilən xidmətin dəyərini və əlavə inzibati xərclərə görə əsaslı ödəmələri bildirir;
7. beynəlxalq hava daşıması - birdən artıq dövlətin ərazisi üzərindəki hava məkanından keçən hava daşımasını bildirir;
8. qiymət - sərnişinlərin, baqajın və ya yükün (poçt istisna olmaqla) daşınması üçün hava daşımasında, həmçinin beynəlxalq hava daşıması ilə əlaqədar xxxx yerüstü daşımada aviasiya şirkətləri, o cümlədən onların agentləri tərəfindən xxxxx istənilən haqqı, tarifi və ya rüsumu və belə haqqın, tarif və ya rüsumun tələblərə uyğunluğunu tənzimləyən şərtləri bildirir;
9. qeyri-kommersiya məqsədləri ilə dayanma - hava daşımasında sərnişinlərin, baqajın, yükün və ya poçtun götürülməsi və boşaldılmasından başqa, hər hansı məqsədlə enməni bildirir;
10. ərazi - istənilən Razılığa gələn Tərəfə münasibətdə həmin Tərəfin suverenliyi altında xxxx quru və su ərazilərini bildirir və buraya onların üzərindəki hava məkanı da daxildir;
11. istifadəçi haqqı - hava limanının əmlakından, hava limanının ətrafından, aeronaviqasiya və ya aviasiya təhlükəsizliyi vasitələrindən istifadəyə, yaxud müvafiq xidmət və vasitələr də daxil olmaqla, xidmətlərə görə aviasiya şirkətlərinin üzərinə qoyulmuş haqqı bildirir.
Maddə 2
Hüquqların verilməsi
1. Hər bir Tərəf digər Tərəfin aviasiya şirkətlərinin beynəlxalq hava daşımalarını yerinə yetirmələri üçün həmin Tərəfə aşağıdakı hüquqları verir:
a) öz ərazisi üzərindən yerə enmədən uçub keçmək hüququ;
b) qeyri-kommersiya məqsədləri ilə öz ərazisində dayanmaq hüququ;
c) aşağıdakı marşrutlar üzərindəki məntəqələr arasında beynəlxalq hava daşımalarını həyata keçirmək hüququ:
i) Amerika Birləşmiş Ştatlarının aviasiya şirkətləri üçün - Amerika Birləşmiş Ştatlarından kənarda yerləşən məntəqələrdən, Amerika Birləşmiş Ştatlarından və aralıq məntəqələrdən keçməklə, Azərbaycan Respublikasında yerləşən hər hansı məntəqəyə və ya məntəqələrə və kənar məntəqələrə, habelə Azərbaycan Respublikası ilə hər hansı məntəqə və ya məntəqələr arasında xxx daşımaları üçün;
ii) Azərbaycan Respublikasının aviasiya şirkətləri üçün - Azərbaycan Respublikasından kənarda yerləşən məntəqələrdən, Azərbaycan Respublikasından və aralıq məntəqələrdən keçməklə, Amerika Birləşmiş Ştatlarında yerləşən hər hansı məntəqəyə və ya məntəqələrə və kənar məntəqələrə, habelə Amerika Birləşmiş Ştatları ilə hər hansı məntəqə və ya məntəqələr arasında xxx daşımaları üçün; və
b) bu Sazişlə müəyyən edilmiş digər hüquqlar.
2. Tərəflərin istənilən aviasiya şirkəti hər hansı və ya bütün uçuşlarda öz seçiminə əsasən:
a) bir və ya hər iki istiqamətdə uçuşları yerinə yetirməyi;
b) bir hava gəmisinin istismarı çərçivəsində müxtəlif uçuş nömrələrini birləşdirməyi;
c) arxa, aralıq və kənar məntəqələrdə, habelə Tərəflərin ərazilərində yerləşən məntəqələrdə istənilən kombinasiyada və hər hansı ardıcıllıqla xidmət göstərməyi;
d) istənilən məntəqə və ya məntəqələrdə dayanmaları buraxmağı;
e) istənilən məntəqədə öz hava gəmisindən digər hava gəmisinə yükləməni həyata keçirməyi;
f) öz ərazisindəki hər hansı məntəqədən arxada yerləşən məntəqələrdə hava gəmisini və ya uçuş nömrəsini dəyişərək, yaxud dəyişmədən xidmət göstərməyi və belə xidmətləri ictimaiyyətə birbaşa xidmətlər kimi təqdim və reklam etməyi;
g) hər bir Tərəfin ərazisində və ya ərazisindən kənarda hər hansı məntəqədə müvəqqəti dayanmaları yerinə yetirməyi;
h) digər Tərəfin ərazisindən tranzit daşımaları yerinə yetirməyi; və
i) daşımaların başlama nöqtəsindən asılı olmayaraq, daşımaları eyni hava gəmisində birləşdirməyi,
istiqamət və ya coğrafi məhdudiyyət olmadan və bu Saziş çərçivəsində fərqli şəkildə icazə verilən hər hansı daşıma hüququnu itirmədən, yükdaşımalar istisna olunmaqla, daşımanı aviasiya şirkətinin aid olduğu ölkədə yerləşən məntəqədə göstərilən xidmətin tərkib hissəsi olmaq şərtilə həyata keçirə bilər.
3. Yuxarıdakı marşrutların hər hansı seqment və ya seqmentlərində Tərəflərin hər hansı aviasiya şirkəti marşrut üzərində yerləşən istənilən məntəqədə istismar edilən hava gəmisinin növünü və ya nömrəsini dəyişməklə əlaqədar hər hansı məhdudiyyət olmadan beynəlxalq hava daşımalarını yerinə yetirə bilər, bir şərtlə ki, yükdaşımalar istisna edilməklə, yoladüşmə istiqamətində belə məntəqədən kənara daşıma aviasiya şirkətinin aid olduğu ölkədən həyata keçirilən daşımaların davamı, gəlmə istiqamətində aviasiya şirkətinin aid olduğu ölkəyə yerinə yetirilən daşıma isə kənardakı belə məntəqədən daşımaların davamı olsun.
4. Bu maddənin heç bir müddəası bir Tərəfin aviasiya şirkətinə və ya şirkətlərinə haqq müqabilində daşınan və digər Tərəfin ərazisindəki məntəqəyə çatdırılması nəzərdə tutulmuş sərnişinləri, baqajı, yükü və ya poçtu sonuncu Tərəfin ərazisində göyərtəyə götürmək hüququnun verilməsi kimi qəbul edilməyəcəkdir.
5. Bir istiqamətdə və ya gediş-gəliş əsasında, hər hansı Tərəfin ərazisində başlayan beynəlxalq xxxxxx daşımalarını yerinə yetirən Tərəfin istənilən aviasiya şirkəti öz ölkəsinin və ya digər Tərəfin xxxxxx qanunlarına, normalarına və qaydalarına riayət etmək seçiminə malik olacaqdır. Əgər bir Tərəf özünün bir və ya bir neçə aviasiya şirkətinə, yaxud müxtəlif ölkələrin aviasiya şirkətlərinə fərqli qaydalar, təlimatlar, müddətlər, şərtlər və ya məhdudiyyətlər tətbiq edərsə, digər Tərəfin hər bir aviasiya şirkətinə bu meyarlar arasında ən az məhdudlaşdırıcı olanı tətbiq ediləcəkdir. Bu bəndin heç bir müddəası Tərəflərdən birinin hər iki Tərəfin aviasiya şirkətlərindən sərnişinin pul vəsaitinin qorunması və ləğvetmə və məsrəflərin ödənilməsi ilə əlaqədar sərnişinin hüquqlarının qorunmasına dair tələblərə riayət olunmasını tələb etmək hüququnu məhdudlaşdırmayacaqdır. Bu bənddə istinad edilmiş istehlakçı hüquqlarının qorunması qaydalarından başqa, Tərəflərdən heç biri digər Tərəfin aviasiya şirkətindən sonuncu Tərəfin ərazisindən və ya üçüncü dövlətdən bir istiqamətdə və ya gediş-gəliş əsasında daşımalarla əlaqədar yalnız həmin aviasiya şirkətinin bu bənddə göstərilən mövcud qanunlara, təlimatlara və qaydalara riayət etdiyini göstərən bildirişdən ya da səlahiyyətli aviasiya hakimiyyəti orqanları tərəfindən bu qanunlarla, təlimatlarla və ya qaydalarla nəzərdə tutulan öhdəliklərdən azadetmə hüququ verən sənəddən daha artığının təqdim olunmasını tələb etməyəcəkdir.
Maddə 3
Səlahiyyət
Hər bir Tərəf digər Tərəfin aviasiya şirkətindən istismar səlahiyyətləri və texniki icazələr üçün nəzərdə tutulmuş forma və qaydada müraciətləri aldıqdan sonra ən az prosedur gecikməsi ilə müvafiq istismar səlahiyyətlərini və icazələri verəcəkdir, bu şərtlə ki:
a) həmin aviasiya şirkəti üzərində faktiki sahiblik və effektiv nəzarət digər Tərəfə, həmin Tərəfin vətəndaşlarına və ya hər ikisinə həvalə edilsin;
b) aviasiya şirkəti müraciətə və ya müraciətlərə baxan Tərəfin adətən beynəlxalq hava daşımalarına tətbiq etdiyi qanun və qaydalara əsasən müəyyən olunmuş şərtlərinə cavab vermək iqtidarında olsun;
c) digər Tərəf bu Sazişin 6-cı maddəsində (“Təhlükəsizlik”) və 7-ci maddəsində (“Aviasiya təhlükəsizliyi”) nəzərdə tutulmuş müddəalara riayət etsin, habelə onları həyata keçirsin.
Maddə 4
Səlahiyyətlərin ləğv edilməsi
1. Tərəflərdən hər xxxxx xxxx aviasiya şirkətinə verilmiş istismar səlahiyyətlərini və ya texniki icazələri aşağıdakı hallarda ləğv edə, dayandıra, məhdudlaşdıra, yaxud onlara şərtlər tətbiq edə bilər:
a) həmin aviasiya şirkəti l(4)-cü maddəyə uyğun olaraq digər Tərəfin aviasiya şirkəti olmadıqda;
b) həmin aviasiya şirkəti üzərində faktiki sahiblik və effektiv nəzarət digər Tərəfə, həmin Tərəfin vətəndaşlarına və ya hər ikisinə həvalə edilmədikdə; və ya
c) həmin aviasiya şirkəti bu Sazişin 5-ci maddəsində (“Qanunların tətbiqi”) qeyd edilən qanun və qaydalara riayət etmədikdə.
2. Bu maddənin l(c) yarımbəndi ilə əlavə uyğunsuzluqların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər zəruri olmadıqda, bu maddədə nəzərdə tutulmuş hüquqlar yalnız digər Tərəflə məsləhətləşmələrdən sonra həyata keçiriləcəkdir.
3. Bu maddə hər hansı Tərəfin bu Sazişin 6-cı maddəsinin (“Təhlükəsizlik”) və ya 7-ci maddəsinin (“Aviasiya təhlükəsizliyi”) müddəalarına müvafiq olaraq digər Tərəfin aviasiya şirkətinə, yaxud aviasiya şirkətlərinə verilmiş istismar səlahiyyətlərini, ya da texniki icazələri xxxx götürmək, ləğv etmək, dayandırmaq, məhdudlaşdırmaq və ya onlara şərt tətbiq etmək hüququnu məhdudlaşdırmır.
Maddə 5
Qanunların tətbiqi
1. Beynəlxalq aeronaviqasiyaya cəlb edilmiş hava gəmisinin Tərəfin öz ərazisinə daxil olmasına və ya ərazisindən qalxmasına icazə verməklə, yaxud həmin hava gəmisi onun ərazisində olarkən onun istismarı və aeronaviqasiyası ilə əlaqədar Tərəfin qanun və qaydaları birinci Tərəfin ərazisinə daxil olarkən, ərazisi daxilində olarkən və ya ərazisini tərk edərkən tətbiq ediləcəkdir.
2. Bir Tərəfin ərazisinə daxil olarkən, ərazisi daxilində olarkən və ya həmin ərazini tərk edərkən, sərnişinlərin, ekipajın və ya yükün onun ərazisinə daxil olması və ya ərazisini tərk etməsi ilə əlaqədar qanunlarına və qaydalarına (o cümlədən daxilolma, rəsmiləşdirmə, aviasiya təhlükəsizliyi, immiqrasiya, pasportlar, sərhəd nəzarəti, gömrük və karantinə aid xxxx qaydalara, poçt olduqda poçt qaydalarına) sərnişin, ekipaj və ya yükün aid olduğu digər Tərəfin aviasiya şirkətləri tərəfindən və ya onların adından riayət olunacaqdır.
Maddə 6
Təhlükəsizlik
1. Hər bir Tərəf bu Sazişdə nəzərdə tutulan hava daşımalarının yerinə yetirilməsi məqsədilə digər Tərəfin verdiyi və ya etibarlı hesab etdiyi və qüvvədə xxxx uçuşa yararlılıq sertifikatlarını, səlahiyyətlilik sertifikatlarını, habelə lisenziyalarını etibarlı hesab edəcəkdir, bir şərtlə ki, belə sertifikatlar və lisenziyalar üzrə tələblər ən azı Konvensiyaya əsasən müəyyən edilə biləcək minimal standartlara uyğun olsun. Buna baxmayaraq, hər bir Tərəf öz ərazisi üzərindən uçub keçmək məqsədilə digər Tərəfin öz vətəndaşları üçün verdiyi səlahiyyətlilik sertifikatlarını və lisenziyaları tanımaqdan imtina edə bilər.
2. Tərəflərdən hər biri digər Tərəfin aeronaviqasiya qurğuları, hava gəmisinin ekipajları, hava gəmiləri və aviasiya şirkətlərinin fəaliyyəti ilə əlaqədar həmin digər Tərəfin riayət etdiyi təhlükəsizlik standartları ilə bağlı məsləhətləşmələrin keçirilməsini tələb edə bilər. Əgər belə məsləhətləşmələrdən sonra bir Tərəf digər Tərəfin qeyd edilən sahələrdə ən azı Konvensiyaya
əsasən müəyyən edilə biləcək minimal standartlara xxxxx xxxx, uçuşların təhlükəsizliyi ilə bağlı standartlara və tələblərə səmərəli şəkildə riayət etmədiyi, habelə onları tətbiq etmədiyi qənaətinə gələrsə, digər Tərəf bu iradları aradan qaldırmaq və həmin minimal standartlara riayət etmək üçün zəruri hesab edilən tədbirlər barədə məlumatlandırılacaq və həmin Tərəf müvafiq düzəliş tədbirini görəcəkdir. Bir Tərəf məqbul müddətdə bu düzəliş tədbirini yerinə yetirmədikdə, hər bir Tərəf digər Tərəfin aviasiya şirkətinin və ya aviasiya şirkətlərinin istismar səlahiyyətlərini, yaxud texniki icazələrini xxxx götürmək, ləğv etmək, dayandırmaq, məhdudlaşdırmaq və ya onlara şərt tətbiq etmək, habelə həmin Tərəf yuxarıda qeyd edilən standartlara riayət etmədiyi və onları tətbiq etmədiyi təqdirdə, eləcə də gələcəkdə baş verə biləcək uyğunsuzluqların qarşısını almaq məqsədilə məsləhətləşmədən əvvəl belə aviasiya şirkəti və ya aviasiya şirkətləri ilə əlaqədar təxirəsalınmaz tədbir görmək hüququnu özündə saxlayır.
Maddə 7
Aviasiya təhlükəsizliyi
1. Tərəflər qanunsuz müdaxilə formalarına qarşı mülki aviasiyanın təhlükəsizliyinin qorunması ilə əlaqədar onların bir-biri qarşısındakı öhdəliyinin bu Sazişin ayrılmaz tərkib hissəsini təşkil etdiyini təsdiq edirlər. Tərəflər beynəlxalq hüquq normaları üzrə öz hüquq və öhdəliklərinin ümumiliyini məhdudlaşdırmadan, xüsusilə 1963-cü il sentyabrın 14-də Tokioda imzalanmış “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında Konvensiya”nın, 1970-ci il dekabrın 16-da Haaqada imzalanmış “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında Konvensiya”nın, 1971-ci il sentyabrın 23-də Monrealda imzalanmış “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya”nın müddəalarına, habelə 1988-ci il fevralın 24-də Monrealda imzalanmış “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya”nın Əlavəsi xxxx “Beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında Protokol’a uyğun olaraq hərəkət edəcəklər.
2. Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi hallarına və belə hava
gəmilərinin, onların sərnişinlərinin və ekipajının, həmçinin hava limanlarının və aeronaviqasiya qurğularının təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, habelə mülki aeronaviqasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhdidin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün zəruri yardımı göstərəcəklər.
3. Tərəflər qarşılıqlı münasibətlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən müəyyən olunmuş və Konvensiyanın Əlavələri şəklində qəbul edilmiş aviasiya təhlükəsizliyi standartlarına və tövsiyə olunan müvafiq təcrübəyə uyğun şəkildə fəaliyyət göstərəcəklər. Onlar qeydiyyata aldıqları hava gəmilərinin istismarçılarının, yaxud əsas fəaliyyət yerinin və ya daimi olduğu yerin onların ərazisində yerləşdiyi hava gəmilərinin istismarçılarının, eyni zamanda onların öz ərazisindəki hava limanlarının istismarçılarının aviasiya təhlükəsizliyi üzrə sözügedən müddəalara uyğun şəkildə fəaliyyət göstərmələrini tələb edəcəklər.
4. Hər bir Tərəf əraziyə daxilolma, ərazidə olma və ərazini tərketmə ilə əlaqədar digər Tərəfin tələb etdiyi aviasiya təhlükəsizliyi müddəalarına riayət etməyə və hava gəmisini mühafizə etmək, habelə sərnişinləri, ekipajı və onların baqajını və əl yüklərini, o cümlədən yükləri və hava gəmisinin ehtiyatlarını hava gəmisinə minmə və ya yüklənmə vaxtı, yaxud ondan əvvəl yoxlamaq üçün zəruri tədbirlərin görülməsinə razılıq verməlidir. Hər bir Tərəf müəyyən təhdidlə əlaqədar xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə digər Tərəfin istənilən sorğusunu müsbət qarşılayacaqdır.
5. Hava gəmisinin qanunsuz ələ keçirilməsi hadisəsi və ya bu hadisənin başvermə riski, eləcə də sərnişinlərin və ekipajın, hava gəmilərinin, hava limanlarının, yaxud aeronaviqasiya qurğularının təhlükəsizliyinə qarşı başqa qanunsuz hərəkətlər baş verdikdə, Tərəflər belə hadisəni və ya təhlükəni operativ və təhlükəsiz şəkildə aradan qaldırmaq məqsədilə rabitə imkanlarını və digər zəruri tədbirləri asanlaşdırmaqla, bir-birinə kömək edəcəklər.
6. Əgər bir Tərəf digər Tərəfin bu maddənin aviasiya təhlükəsizliyi ilə bağlı müddəalarından yayındığını hesab etmək üçün tutarlı əsaslara malik olarsa, həmin Tərəfin aviasiya orqanları digər Tərəfin aviasiya orqanları ilə təxirəsalınmaz məsləhətləşmələrin keçirilməsini tələb edə bilər. Belə tələbin irəli sürüldüyü tarixdən sonra 15 gün müddətində qənaətbəxş razılığın əldə olunmaması, həmin Tərəfin aviasiya şirkətinin və ya aviasiya şirkətlərinin istismar səlahiyyətlərinin və ya texniki icazələrinin xxxx götürülməsi, ləğv olunması, dayandırılması, məhdudlaşdırılması və ya onlara şərt tətbiq olunması üçün əsas təşkil edəcəkdir. Fövqəladə vəziyyətin tələbindən asılı olaraq, bir Tərəf 15 gün başa çatanadək müvəqqəti tədbir görə bilər.
Maddə 8
Kommersiya imkanları
1. Hər bir Tərəfin aviasiya şirkətləri hava daşımalarının təşviq olunmasının və satışının həyata keçirilməsi üçün digər Tərəfin ərazisində ofislər yaratmaq hüququna malik olacaqdır.
2. Hər bir Tərəfin aviasiya şirkətləri digər Tərəfin ərazisinə daxilolma, orada qalma və işəgötürmə ilə əlaqədar qanun və qaydalarına uyğun olaraq, hava daşımalarının təmin edilməsi üçün tələb olunan idarəetmə, satış, texniki, istismar və başqa mütəxəssislər heyətini həmin digər Tərəfin ərazisinə gətirmək və orada saxlamaq hüququna malik olacaqdır.
3. Hər bir aviasiya şirkəti digər Tərəfin ərazisində öz yerüstü xidmətini (“özünəxidmət”) yerinə yetirə və ya aviasiya şirkətinin mülahizəsinə əsasən, belə xidmətlərin tamamilə və ya qismən həyata keçirilməsi üçün rəqabət aparan agentlər arasında seçim edə biləcəkdir. Hüquqlar yalnız hava limanının təhlükəsizliyi ilə bağlı mülahizələrdən irəli gələn fiziki məhdudiyyətlərin predmeti olacaqdır. Əgər belə mülahizələr özünəxidməti istisna edirsə, bütün aviasiya şirkətləri yerüstü xidmətlərdən bərabər əsasda istifadə edəcək, haqlar təmin edilən xidmətlərin dəyərinə əsaslanacaqdır. Belə xidmətlər özünəxidmət mövcud olduğu haldakı kimi xidmətlərin növü və keyfiyyəti ilə müqayisə edilə bilən olacaqdır.
4. Sərnişinin pul vəsaitinin qorunması və ləğvetmə və məsrəflərin ödənilməsi ilə əlaqədar sərnişin hüquqlarının müdafiəsi ilə bağlı çarter uçuşlarının başladığı ərazinin xxxxxx qaydaları ilə xüsusilə müəyyən edildiyi hallar istisna edilməklə, bir Tərəfin aviasiya şirkəti digər Tərəfin ərazisində birbaşa və ya aviasiya şirkətinin mülahizəsinə əsasən, öz agentləri vasitəsilə hava daşımalarının satışı ilə məşğul ola bilər. Hər bir aviasiya şirkəti belə hava daşımalarını satmaq hüququna malik olacaq və istənilən şəxs bu daşımaları həmin ərazinin yerli valyutasında, yaxud sərbəst dönərli valyutalarda almaqda sərbəst olacaqdır.
5. Hər bir aviasiya şirkəti, tələb əsasında, satışla əlaqədar əldə olunan yerli gəlirlərin yerli xərclərdən artıq hissəsini konvertasiya etmək və öz ölkəsinə, habelə ümumi tətbiq edilən qanun və ya qaydaya zidd hallar istisna edilməklə, öz seçiminə əsasən istənilən digər ölkəyə və ya ölkələrə köçürmək hüququna malik olacaqdır. Konvertasiya və köçürmənin dərhal, onlarla əlaqədar məhdudiyyət və ya vergilər tətbiq olunmadan, daşıyıcı tərəfindən köçürmə üçün ilkin müraciət edildiyi tarixdə xxxx əməliyyatlara tətbiq olunan mübadilə kursu ilə həyata keçirilməsinə icazə veriləcəkdir.
6. Hər bir Tərəfin aviasiya şirkətlərinə digər Tərəfin ərazisində yerli xərcləri, yanacağın alınması da daxil olmaqla, milli valyutada ödəmək icazəsi veriləcəkdir. Onların aviasiya
şirkətləri öz mülahizələrinə əsasən, belə xərcləri digər Tərəfin ərazisində yerli valyuta tənzimlənməsinə uyğun olaraq, sərbəst dönərli valyutalarda ödəyə bilərlər.
7. Bu Saziş çərçivəsində icazə verilmiş xidmətləri yerinə yetirərkən və ya təklif edərkən, bir Tərəfin istənilən aviasiya şirkəti aşağıdakılarla blok sahəsi, kod-şerinq və ya icarə müqavilələri bağlaya bilər, bir şərtlə ki, belə razılaşmaların bütün tərəfləri (i) müvafiq səlahiyyətə malik olsun və (ii) adətən belə razılaşmalara tətbiq edilən tələblərə cavab versin:
a) hər bir Tərəfin aviasiya şirkəti və ya şirkətləri ilə;
b) üçüncü ölkənin aviasiya şirkəti və ya şirkətləri ilə;
c) istənilən ölkənin yerüstü daşımasını təmin edən təşkilatı ilə.
8. Hər iki Tərəfin aviasiya şirkətlərinə və yükdaşıma üzrə dolayı tədarükçülərinə məhdudiyyət qoyulmadan, beynəlxalq hava daşımaları ilə əlaqədar olaraq, Tərəflərin və ya üçüncü ölkələrin ərazilərində hər hansı məntəqəyə və ya məntəqədən, o cümlədən gömrük xidmətlərinə malik bütün hava limanlarına və hava limanlarından yükün müvafiq qanun və qaydalar əsasında rüsum ödənilmədən yerüstü daşınmasına icazə veriləcəkdir. Belə xxx, yerüstü və ya havada daşınmasından asılı olmayaraq, hava limanının gömrük xidmətinə giriş və rəsmiləşdirilmə hüququna malik olacaqdır. Aviasiya şirkətləri yerüstü daşımanı özləri həyata keçirə və ya onu, başqa aviasiya şirkətləri və xxx hava daşımalarının dolayı tədarükçüləri tərəfindən həyata keçirilən yerüstü daşımalar da daxil olmaqla, digər yerüstü daşıyıcılarla razılaşma yolu ilə təmin edə bilərlər. Belə intermodal yükdaşıma xidmətləri ayrılıqda, hava və yerüstü daşınma üçün qiymətlərin birləşdirilməsi ilə təklif oluna bilər, bir şərtlə ki, yükgöndərənlər belə daşınma ilə bağlı faktlar üzrə aldadılmasınlar.
Maddə 9
Gömrük rüsumları və xərclər
1. Bir Tərəfin ərazisinə gəldiyi zaman digər Tərəfin aviasiya şirkətləri tərəfindən beynəlxalq hava daşımalarında istismar edilən hava gəmiləri, onların standart avadanlığı, yerüstü avadanlığı, yanacağı, sürtkü yağları, sərf olunan texniki ehtiyatlar, ehtiyat hissələri (o cümlədən mühərriklər), hava gəmisinin ehtiyatları (o cümlədən xxxxx məhdudiyyət qoyulmadan, xxxx xxxxxx satış və ya sərnişinlər tərəfindən məhdud həcmdə istifadə olunmaq üçün nəzərdə tutulmuş qida, içkilər və likör, tütün məmulatları və başqa məhsullar) və yalnız beynəlxalq hava daşımalarına cəlb edilən hava gəmisinin istismarı və ya yalnız ona xidmətlə əlaqədar nəzərdə tutulan, yaxud istifadə olunan digər materiallar qarşılıqlı razılıq əsasında (a) yerli hakimiyyət orqanları tərəfindən müəyyən edilən və (b) təqdim edilən xidmətlərin dəyərinə əsaslanmayan bütün idxal məhdudiyyətlərindən, əmlak vergilərindən və kapital yığımlarından, gömrük rüsumlarından, aksiz vergilərindən və oxşar rüsum və yığımlardan azad ediləcəkdir, bir şərtlə ki, belə avadanlıq və ehtiyatlar hava gəmisinin bortunda qalsın.
2. Qarşılıqlı razılıq əsasında, təqdim edilən xidmətlərin dəyərinə əsaslanan haqlar istisna
olmaqla, aşağıda qeyd edilənlər də bu maddənin 1-ci bəndində göstərilən vergilərdən, yığımlardan, rüsumlardan, ödəmələrdən və haqlardan azad ediləcəkdir:
a) bir Tərəfin beynəlxalq hava daşımalarına cəlb edilmiş aviasiya şirkətinə məxsus yoladüşən hava gəmisində istifadə edilmək məqsədilə əsaslandırılmış hədd çərçivəsində digər Tərəfin ərazisinə gətirilmiş və ya tədarük edilmiş və hava gəmisinə götürülmüş ehtiyatlar, hətta bu ehtiyatlar hava gəmisinə götürüldüyü Tərəfin ərazisi üzərində yerinə yetirilən uçuşun bir hissəsində istifadə edilməli olduğu zaman;
b) bir Tərəfin aviasiya şirkətinə məxsus, beynəlxalq hava daşımalarında istifadə edilən hava gəmisinə xidmət göstərmək, texniki xidmət göstərmək və ya təmir etmək məqsədilə digər Tərəfin ərazisinə gətirilmiş yerüstü avadanlıq və ehtiyat hissələri (o cümlədən mühərriklər);
c) bir Tərəfin beynəlxalq hava daşımalarına cəlb edilmiş aviasiya şirkətinə məxsus hava gəmisində istifadə edilmək məqsədilə digər Tərəfin ərazisinə gətirilmiş və ya tədarük edilmiş yanacaq, sürtkü yağları və sərf olunan texniki ehtiyatlar - hətta bu ehtiyatlar hava gəmisinə götürüldüyü Tərəfin ərazisi üzərində yerinə yetirilən uçuşun bir hissəsində istifadə edilməli olduğu zaman; və
d) bir Tərəfin beynəlxalq hava daşımalarına cəlb edilən aviasiya şirkətinə məxsus yoladüşən hava gəmisində istifadə edilmək məqsədilə əsaslandırılmış hədd çərçivəsində digər Tərəfin ərazisinə gətirilmiş və ya tədarük edilmiş və hava gəmisinə götürülmüş təşviqat və reklam materialları - hətta bu materiallar hava gəmisinə götürüldüyü Tərəfin ərazisi üzərində yerinə yetirilən uçuşun bir hissəsində istifadə edilməli olduğu zaman.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən avadanlıq və ehtiyatların müvafiq orqanların müşahidəsi və ya nəzarəti altında saxlanılması tələb edilə bilər.
4. Bu maddədə nəzərdə tutulmuş azadolmalar, eyni zamanda Tərəflərdən birinin aviasiya şirkətləri digər Tərəfin belə azadolmalarından faydalanan başqa aviasiya şirkəti ilə bu maddənin 1-ci və 2-ci bəndlərində istinad edilən materialların borca götürülməsi və ya digər Tərəfin ərazisinə ötürülməsi ilə bağlı razılaşma bağladıqları halda da mümkün olacaqdır.
Maddə 10
İstifadəçi haqları
1. Hər bir Tərəfin qiymət müəyyənləşdirən səlahiyyətli orqanları və ya qurumları tərəfindən digər Tərəfin aviasiya şirkətlərinin üzərində təyin oluna biləcək istifadəçi haqları bütün istifadəçi kateqoriyaları arasında ədalətli, əsaslandırılmış, ayrı-seçkiliyə yol verilmədən və bərabər şəkildə müəyyən ediləcəkdir. İstənilən halda, bu istifadəçi haqlarının təyin edildiyi vaxtda digər aviasiya şirkətləri üçün təyin edilmiş ən əlverişli şərtlərdən az əlverişli olmayan şərtlərlə digər Tərəfin aviasiya şirkətləri üçün təyin ediləcəkdir.
2. Digər Tərəfin aviasiya şirkətlərinin üzərində təyin olunan istifadəçi haqları qiymət müəyyənləşdirən səlahiyyətli orqan və ya qurumların müvafiq xxxx xxxxxx, hava limanının ətrafı, aeronaviqasiya və aviasiya təhlükəsizliyi vasitəsi və xidmətlərinin hava limanındakı və ya hava limanının sistemi çərçivəsindəki təchizatına görə çəkdikləri xərcləri üstələməmək şərtilə əks etdirəcəkdir. Belə haqlar amortizasiyadan sonra aktivlər üzrə əsaslı gəlirləri də ehtiva edə bilər. Üzərinə istifadə haqları təyin edilmiş qurğular və xidmətlər səmərəli və qənaətli əsasda təmin olunacaqdır.
3. Hər bir Tərəf öz ərazisindəki qiymət müəyyənləşdirən səlahiyyətli orqan və ya qurumlar ilə xidmət və imtiyazlardan istifadə edən aviasiya şirkətləri arasında məsləhətləşmələrin keçirilməsini təşviq edəcək, eləcə də qiymət müəyyənləşdirən səlahiyyətli orqan və ya qurumlar ilə aviasiya şirkətləri arasında, bu maddənin 1-ci və 2-ci bəndlərində qeyd olunan prinsiplərə uyğun olaraq, haqların əsaslılığının dəqiq nəzərdən keçirilməsinə icazə vermək üçün zəruri ola biləcək informasiyaların mübadiləsini təşviq edəcəkdir. Hər bir Tərəf istifadəçi haqlarında hər hansı dəyişiklik həyata keçirilməzdən əvvəl istifadəçilərin öz rəylərini bildirməsinə imkan vermək məqsədilə belə dəyişikliklər üçün verilən hər hansı təklif barədə istifadəçilərə müvafiq bildiriş verilməsi məqsədilə qiymət müəyyənləşdirən səlahiyyətli orqanları təşviq edəcəkdir.
4. Tərəflərdən heç biri (a) müvafiq müddətdə digər Tərəfin şikayətinin əsasını təşkil edən
haqları və ya fəaliyyəti nəzərdən keçirə bilmədikdə, yaxud (b) qeyd olunan nəzərdən keçirmədən sonra bu maddəyə xxxx xxxx hər hansı haqqın və ya təcrübənin yoluna qoyulması üçün öz imkanları çərçivəsində bütün addımları atmadıqda, bu Sazişin 14-cü maddəsi ilə müəyyən edilmiş mübahisələrin həlli üzrə prosedurlara əsasən, bu maddənin müddəalarını pozmuş hesab olunmayacaqdır.
Maddə 11
Ədalətli rəqabət
1. Hər bir Tərəf bu Sazişlə tənzimlənən beynəlxalq hava daşımalarının təmin edilməsi zamanı hər iki Tərəfin aviasiya şirkətlərinin ədalətli və bərabər rəqabət aparmalarına imkan yaradacaqdır.
2. Hər bir Tərəf bazardakı kommersiya hesablamalarına əsaslanan, hər bir aviasiya şirkəti tərəfindən təklif edilən beynəlxalq hava daşımalarının tezliyinin və tutumunun müəyyən edilməsinə imkan yaradacaqdır. Konvensiyanın 15-ci maddəsinə uyğun xxxx xxxxx şərtlər çərçivəsində gömrük, texniki, istismar və ya ətraf mühit səbəbləri ilə tələb olunanlar istisna olmaqla, Tərəflərdən heç biri bu hüquqa əsaslanaraq, birtərəfli qaydada daşımaların həcmini, tezliyini və ya xidmətin müntəzəmliyini və ya digər Tərəfin aviasiya şirkətləri tərəfindən istismar edilən hava gəmisinin növünü və ya növlərini məhdudlaşdırmayacaqdır.
3. Tərəflərdən heç biri digər Tərəfin aviasiya şirkətlərinə qarşı bu Sazişin məqsədlərinə zidd xxxx xxxxx, tezlik və ya daşımalarla əlaqədar ilkin imtina tələbi, yükləmə nisbətinin gözlənilməsi, etiraz edilməməsi qarşılığında ödəniş tələbi və ya hər hansı digər tələb irəli sürməyəcəkdir.
4. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan vahid şərtlərin qüvvəyə minməsi məqsədilə ayrı-seçkiliyə yol verilməməklə, tələb edilə bilən və ya bu Sazişdə müstəsna icazə verilən hallardan başqa, Tərəflərdən heç biri təsdiq etmək məqsədilə digər Tərəfin aviasiya şirkətləri tərəfindən yerinə yetirilən xxxxxx uçuşlarının proqramlarını, cədvəllərini və ya uçuş planlarını tələb etməyəcəkdir. Əgər hər hansı Tərəf məlumat məqsədilə belə informasiyaları tələb edirsə, həmin Tərəf hava daşımalarını yerinə yetirən vasitəçilər və digər Tərəfin aviasiya şirkətləri üçün tələbləri və prosedurları təqdim etməklə bağlı inzibati maneələri minimuma endirəcəkdir.
Maddə 12
Qiymət müəyyənetmə
1. Hər bir Tərəf bazardakı kommersiya hesablamalarına əsasən hər iki Tərəfin aviasiya şirkətləri tərəfindən hava daşımaları üçün qiymətlərin müəyyən edilməsinə imkan yaradacaqdır.
2. Tərəflərin əraziləri arasında beynəlxalq hava daşımaları ilə bağlı qiymətlərin təqdim olunması tələb edilməyəcəkdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, Tərəflərin aviasiya şirkətləri, tələbə əsasən, əvvəlki, xxxx və nəzərdə tutulan qiymətlərə dair məlumatları dərhal Tərəflərin aviasiya hakimiyyəti orqanlarına, həmin aviasiya orqanlarının qəbul etdiyi tərzdə və formatda təqdim edəcəklər.
Maddə 13
Məsləhətləşmələr
Hər bir Tərəf istənilən vaxt bu Sazişlə əlaqədar məsləhətləşmələrin keçirilməsi üçün müraciət edə bilər. Fərqli razılıq əldə edilməyibsə, belə məsləhətləşmələr digər Tərəfin müraciəti almasından sonra 60 gündən gec olmayaraq, mümkün xxxx ən qısa vaxtda başlanacaqdır.
Maddə 14
Mübahisələrin həlli
1. Bu Sazişin 13-cü maddəsi çərçivəsində məsləhətləşmələrin keçirilməsi ilə bağlı müraciətə uyğun olaraq, məsləhətləşmələrin müəyyən edildiyi tarixdən sonra 30 gün müddətində bu Sazişin 12-ci maddəsinə (“Qiymət müəyyənetmə”) əsasən yarana biləcək həll edilməmiş mübahisələr istisna olmaqla, bu Saziş çərçivəsində yaranan hər hansı mübahisə Tərəflər arasındakı razılığa əsasən, həll edilmək məqsədilə müəyyən şəxsə və ya orqana həvalə edilə bilər. Tərəflər belə razılıq əldə etmədikdə, Tərəflərdən hər biri digər Tərəfə mübahisəni arbitraj məhkəməsinə təqdim etmək tələbi ilə bağlı diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərə bilər.
2. Arbitraj məhkəməsi aşağıdakı qaydada təşkil olunmuş üç hakimdən ibarət məhkəmə tərəfindən keçiriləcəkdir:
a) arbitraj məhkəməsi üçün tələbin alındığı tarixdən etibarən 30 gün müddətində Tərəflərdən hər biri bir arbitr təyin edəcəkdir. Bu iki hakim təyin olunduqdan sonra 60 gün müddətində razılaşma yolu ilə arbitraj məhkəməsinin sədri kimi fəaliyyət göstərəcək üçüncü xxxxxx təyin edəcəkdir;
b) əgər hər hansı bir Tərəf hakim təyin edə bilməzsə və ya bu bəndin “a” yarımbəndinə əsasən üçüncü hakim təyin olunmazsa, hər bir Tərəf Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının sədrindən 30 gün müddətində lazım xxxx xxxxxx və ya hakimləri təyin etməyi xahiş edə bilər. Əgər Şuranın sədri bu Tərəflərdən birinin ölkəsinin vətəndaşıdırsa, bu əsasla təyinatı həyata keçirmək hüququndan məhrum edilməyən ən yüksəkrütbəli vitse-prezident təyinatı yerinə yetirəcəkdir.
3. Arbitraj məhkəməsi bu Saziş çərçivəsində öz yurisdiksiyasını genişləndirmək barədə qərar qəbul edə və fərqli şəkildə razılıq əldə edilmiş hallar istisna olmaqla, öz prosedur qaydalarını müəyyən edə biləcəkdir. Tribunal formalaşdırıldıqdan sonra özünün yekun qərarını gözləyərkən, hər hansı bir Tərəfin müraciəti əsasında müvəqqəti yüngülləşdirici tədbirləri tövsiyə edə bilər. Tərəflərdən hər hansı birinin müraciətinə əsasən və ya arbitraj məhkəməsi münasib hesab edərsə, arbitrajda baxılmalı xxxx dəqiq məsələləri və riayət olunmalı konkret prosedurları müəyyən etmək üçün məhkəmə tam təşkil olunduqdan ən geci 15 gün sonra konfrans keçiriləcəkdir.
4. Fərqli şəkildə razılıq əldə edilmiş və ya məhkəmə tərəfindən başqa qərar verilmiş hallar istisna olmaqla, məhkəmə tam təşkil olunduqdan sonra 45 gün müddətində iddia ərizəsi təqdim ediləcək və iddia ərizəsinə cavab bundan sonrakı 60 gün ərzində təqdim olunacaqdır. Xxxxxxx tərəfindən hər hansı cavab iddia ərizəsinə cavab təqdim edildikdən sonra 30 gün müddətində təqdim ediləcəkdir. Xxxxxxxx tərəfindən hər hansı cavab sonrakı 30 gün müddətində təqdim ediləcəkdir. Tərəflərdən hər hansı birinin müraciətinə əsasən və ya arbitraj məhkəməsi zəruri hesab edərsə, sonuncu ərizənin təqdim edilməli olduğu tarixdən etibarən 45 gün müddətində dinləmə keçiriləcəkdir.
5. Məhkəmə dinləmənin başa çatmasından və ya dinləmə keçirilməmişdirsə, sonuncu ərizənin təqdim edilməsindən sonra 30 gün müddətində yazılı qərar verməyə çalışacaqdır. Məhkəmənin səs çoxluğu ilə qəbul edilən qərarı üstün qüvvəyə malik olacaqdır.
6. Tərəflər qərarın verildiyi tarixdən etibarən 15 gün müddətində qərarın təfsirinə dair müraciət təqdim edə bilər və qərar barədə istənilən təfsir belə müraciət irəli sürüldükdən sonra 15 gün müddətində veriləcəkdir.
7. Hər bir Tərəf öz milli qanunvericiliyinə xxxxx xxxx həddə arbitraj məhkəməsinin istənilən qərarını və ya qətnaməsini tam şəkildə həyata keçirəcəkdir.
8. Arbitraj məhkəməsinin xərcləri, o cümlədən arbitrlərin haqları və xərcləri Tərəflər arasında bərabər bölüşdürüləcəkdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası sədrinin bu maddənin 2-ci (b) bəndində göstərilən prosedurla əlaqədar çəkdiyi hər hansı xərc arbitraj məhkəməsinin xərclərinin tərkib hissəsi hesab olunacaqdır.
Maddə 15
Dəyişiklik
Bu Sazişdə hər iki Tərəfin yazılı razılığı əsasında dəyişiklik edilə bilər.
Maddə 16
Ləğvetmə
Tərəflərdən hər biri istənilən zaman bu Sazişi ləğv etməklə bağlı qərarı barədə digər Tərəfə yazılı bildiriş göndərə bilər. Belə bildiriş eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatına göndəriləcəkdir. Bu Saziş Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) xxxx xxxxxx mövsümünün sonunda ləğvetmə barədə yazılı bildirişin alındığı tarixdən bir il sonra, bildiriş həmin müddət başa çatana qədər Tərəflər arasında razılaşma əsasında xxxx götürülməzsə, gecəyarısı (digər Tərəfə göndərilmiş bildirişin alındığı yerdə) ləğv ediləcəkdir.
Maddə 17
Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyat
Bu Saziş və ona edilən bütün dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyata alınacaqdır.
Maddə 18
Qüvvəyəminmə
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx daxili prosedurların yerinə yetirilməsi barədə Tərəflər arasındakı diplomatik notaların mübadiləsi haqqında sonuncu bildirişin verildiyi tarixdən qüvvəyə minəcəkdir.
Bunun təsdiqi olaraq, öz müvafiq hökumətləri tərəfindən zəruri səlahiyyət verilmiş aşağıdakı şəxslər bu Sazişi imzaladılar.
Bu Saziş Bakı şəhərində 2016-cı il 6 aprel tarixində, hər biri Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası | Amerika Birləşmiş Ştatları |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |