Ümumi anlayışlar
Ümumi anlayışlar
Həyat sığortası qaydaları (bundan sonra – Qaydalar) “Meqa Həyat Sığorta” ASC-nin həyata keçirdiyi ölüm və/və ya əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığorta növləri üzrə qayda və şərtləri müəyyən edir.
Əgər Qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs “Meqa Həyat Sığorta” ASC
Sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs. Peşəkar idmançıların həyatının ölüm halından və/və ya əmək qabiliyyətinin itirilməsi halından sığortası üzrə sığorta olunan qismində yalnız peşəkar idmançı və yaxud idman tədbirlərində iştirakçı qismində çıxış edən fiziki şəxs çıxış edə bilər.
Xxxxxxxxxx şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs;
Sığorta riski – Sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddi;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsi ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Bədbəxt hadisə – kənar və qısa müddətli fiziki təsirlə əlaqədar xxxx və sığorta olunanın sağlamlığına zərər vuran – bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisə;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün sığorta məbləğinə tətbiq edilən faizlə ifadə olunan dərəcə;
Gözləmə müddəti – Sığortaçının baş vermiş hadisələrə görə məsuliyyət daşımadığı müddət;
Öncədən mövcud xxxx vəziyyət/xəstəlik – sığorta müqaviləsi bağlandığı anda artıq diaqnozu qoyulmuş yaxud əlamətləri ilə özünü bildirən, sığortalı/sığorta olunanın əvvəlcədən xəbərdar olduğu və ya xəbərdar olmalı olduğu səhhətin pisləşməsi, zədə, travma, patologiya, xroniki və ya kəskin xəstəlik, psixi və ya nevroloji pozğunluq və digər vəziyyətlər və ya xəstəliklər;
Peşə xəstəliyi - əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik;
Əlillik – sığortalının/sığorta olunan şəxslərin müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı digərləri ilə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştiraka mane xxxx xxxxx fiziki, psixi və əqli və ya hissiyyat pozuntularının olması; Əlillik qanunvericiliklə səlahiyyət verilmiş qurum tərəfindən müəyyən edilir;
Xxxx – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı xxxx şəxs;
Elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;
Elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli xxxx, imza sahibini identikləşdirməyə imkan verən verilənlər;
1. Sığorta sinfi
1.1. Bu Qaydalara əsasən təqdim olunan sığorta təminatı şəxsi sığortaya aid xxxx aşağıdakı sığorta siniflərinə aid edilir:
1.1.1. sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası;
1.1.2. əmək qabiliyyətinin itirilməsi hallarından sığorta;
2. Sığorta obyekti
2.1. Bu Qaydalara görə sığorta obyekti sığortalının, yaxud sığorta olunanın həyatı ilə əlaqədar əmlak mənafeləridir.
3. Sığorta predmeti
3.1. Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs sığortanın predmeti hesab olunur.
3.2. Sığorta müqaviləsinə əsasən həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (Sığorta olunan) sığortalana bilər.
4. Sığorta haqqı və sığorta məbləği
4.1. Sığorta haqqının miqdarı sığorta müqaviləsində razılaşdırılır.
4.2. Sığorta müqaviləsində sığorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
4.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 4.4-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
4.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
4.5. Elektron sənəd formasında xxxx sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının bu Qaydalar və sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmasını, həmin Qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.
4.6. Sığorta məbləği sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
4.7. Sığorta müqaviləsində nəzərdə tutulan hallarda, sığorta ödənişi verildikdən sonra sığorta məbləği ödənilmiş məbləğ həcmində azalır.
4.8. Tərəflərin razlığı ilə, sığortalı əlavə sığorta haqqı müqabilində ilkin sığorta məbləğini bərpa edə bilər.
5. Sığorta riskləri
5.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsi üzrə Sığortaçı sığortalıya, Qaydaların istisnalar bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla aşağıdakı risklərdən birinə və ya bir neçəsinə sığorta təminatı verir:
5.1.1. sığorta təminatının qüvvədə olduğu müddət ərzində, Sığorta olunanın istənilən səbəbdən ölümü;
5.1.2. sığorta təminatının qüvvədə olduğu müddət ərzində, sığorta olunanın bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölümü;
5.1.3. əmək qabiliyyətinin itirilməsi hallarından sığorta (Əlavə №2 ilə tənzimlənir)
6. İstisnalar
6.1. Əgər sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, bu Qaydalara əsasən bağlanmış sığorta müqavilələrində təminat verilmiş hadisələr aşağıdakılar nəticəsində baş vermişdirsə, sığorta hadisəsi hesab edilmir:
6.1.1. Sığorta olunanın üçüncü şəxslərin qanunazidd hərəkətləri nəticəsində özünü öldürmək həddinə çatdırılması və ya intihara məcbur edilmə halları istisna olmaqla, sığorta olunanın sığorta müqaviləsinin bağlanmasından sonrakı ilk 2 (iki) il ərzində intiharı;
6.1.2. sığorta olunanın hərbi əməliyyatlarda, vətəndaş qarşıdurmalarında, terror aktlarında, hərbi çevrilişlərdə, kütləvi iğtişaşlarda, hakimiyyətin zorla ələ keçirilməsində iştirak etməsi, həmçinin sığorta olunanın hərbi xidmət keçməsi, hərbi toplanışlarda, təlimlərdə, rəsmi elan edilmiş yaxud edilməmiş müharibədə iştirak etməsi və s. bu xxxx xxxxxx;
6.1.3. sığorta olunanın ionlaşdırılmış radiasiyaya yaxud radioaktiv şüalanmaya, zəhərlənməyə, elan edilmiş epidemiyalara məruz qalması;
6.1.4. sığorta olunanın alkoqol sərxoşluğu vəziyyətində olması və ya narkotik və ya toksik maddələri qəbul etməsi;
6.1.5. sığоrta olunanın anlaqsız vəziyyətdə olması, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini dərk etməməsi və ya onu idarə edə bilməməsi;
6.1.6. sığorta olunanın sertifikatlaşdırılmış avia ekipaj tərəfindən və xüsusi qaydada aparılan aviauçuşda sərnişin qismində iştirak etməsi istisna olmaqla, hər hansı avia uçuşlarda iştirak etməsi, yaxud sığorta olunanın özünün idarə etdiyi uçuş aparatının qəzaya uğraması;
6.1.7. sığorta olunanın nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi;
6.1.8. sığortalının və ya sığorta olunanın iştirakı ilə törədilmiş qanunazidd hərəkətlər;
6.1.9. sığortalının, sığorta olunanın, faydalanan şəxsin və (və ya) digər maraqlı üçüncü şəxslərin sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən edilmiş hərəkətləri;
6.1.10.sığorta olunanın təhlükəli iş və ya təhlükəli idman növləri (avto-moto idman, paraşütlə tullanma, əlbəyaxa döyüş, alpinizm, dağ və su turizmi, sualtı üzgüçülük, dalğıclıq, atçılıq və s.) ilə məşğul olması;
6.1.11.insan həyatını xilas еtmək məqsədi ilə еdildiyi hallar istisna оlmaqla, Sığorta olunanın bilərəkdən özünü təhlükə altına atması, qəsdən özünə xəsarət yetirməsi, öz səhhətinə ziyan vurması;
6.1.12. sığorta olunanın tibbi məsləhətə riayət etməməsi və bilərəkdən tibbi yardım üçün müraciət etməməsi;
6.1.13.sığorta olunanın həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan şəxs tərəfindən yazılmış tibbi müayinələrdən keçməsi, müalicə edilməsi və ya belə şəxslər tərəfindən təyin edilmiş dərmanların qəbulu;
6.1.14. hauptvaxt, müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri və ya həbsxanalarda ölüm;
6.1.15. həkim təyinatı olmadan və ya həkimin təyinatı olsa belə, qəbuletmə qaydalarının pozulması ilə sığorta olunanın psixotrop maddələri və dərmanları qəbul etməsi;
6.1.16. qazanılmış immunçatışmazlığı sindromu (QİÇS), immunçatışmazlığı virusu (İÇV), yaxud digər oxşar xəstəliklər və belə xəstəliklər ilə əlaqədar meydana gələn bütün vəziyyətlər;
6.1.17. həkim nəzarəti olmadan doğuş və doğuşun ağırlaşması halları, həkim təyinatı və nəzarəti olmadan hamiləliyin süni surətdə pozulması və ya digər cərrahi müdaxilələr.
7. Sığorta müqaviləsi
7.1. Bu Qaydalar əsasında bağlanılan həyat sığortası müqaviləsinə görə sığortaçı müqavilə ilə razılaşdırılmış və sığortalının ödədiyi sığorta haqqı müqabilində sığortalının özünün və ya müqavilədə sığorta olunan qismində göstərilən başqa şəxsin müqavilədə göstərilmiş sığorta riskləri üzrə sığorta hadisəsinin baş verdiyi təqdirdə müqavilə ilə şərtləşdirilmiş sığorta məbləğini birdəfəlik sığorta ödənişi və ya vaxtaşırı ödənişlər şəklində faydalanan şəxsə ödəməyi öhdəsinə götürür.
7.2. Sığorta müqaviləsi, sığortalı fiziki şəxs olduğu halda onun sığortalanma haqqında ərizəsi, hüquqi şəxs olduğu halda isə sığortaçı tərəfindən müəyyən edilən sığorta olunanların siyahısı və sorğu forması əsasında bağlanılır. Tərəflərin qarşılıqlı razlığı ilə sığorta müqaviləsi şifahi sorğu əsasında bağlana bilər.
7.3. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanılır:
7.3.1. tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
7.3.2. sığortalının bu Qaydalarla xxxxx olmasını və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə.
7.4. Bu Qaydaların 7.3.2-ci bəndində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
7.5. Bu Qaydaların 7.3-cü bəndində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron imza vasitəsilə, həmçinin tərəflərin imza və/və ya möhürünün skan və ya digər vasitə ilə surətinin çıxarılması yolu ilə də bağlana bilər.
7.6. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş və aşağıdakıları əks etdirən yaddaş vərəqi verməlidir:
7.6.1. Sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu;
7.6.2. Sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını.
7.7. Müqavilə bağlanarkən sığortaçı öz tələblərinə uyğun olaraq müqavilə üzrə sığortalanacaq şəxsin səhhətinin sığortaçının hesabına tibbi müayinəsini tələb etmək hüququna malikdir. Tibbi müayinədən keçməkdən imtina edildiyi halda sığortaçı müqaviləni bağlamaqdan imtina edə bilər.
7.8. Sığortaçı sığorta şəhadətnaməsini sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində verməlidir.
7.9. Müqavilədə bir neçə şəxsin sığorta haqqının ödənilməsində payçı kimi iştirakı nəzərdə tutula bilər. Bu halda həmin şəxslər birgə sığortalı kimi çıxış edirlər.
7.10. Sığorta müqaviləsinə onun qüvvədə olduğu müddətdə qanunvericiliyə və bu Qaydaların şərtlərinə uyğun əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər sığorta müqaviləsinin tərkib hissəsini təşkil edir.
8. Sığorta müddəti və sığorta ərazisi
8.1. Sığorta müddəti sığorta müqaviləsi ilə müəyyən olunur.
8.2. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsini bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
8.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinin qüvvədə olduğu əraziyə məhdudiyyət tətbiq edilmir.
9. Sığorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələri
9.1. Sığortalı və sığorta olunanın hüquqları:
9.1.1. sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
9.1.2. sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortaçıdan onun dublikatını almaq;
9.1.3. sığorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə sığortaçıdan izahatlar almaq;
9.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;
9.1.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;
9.2. Sığortalı və sığorta olunanın vəzifələri:
9.2.1. sığortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək;
9.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;
9.2.3. sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
9.2.4. bu Qaydaların 9.2.3-cü bəndinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat vermək;
9.2.5. Sığortaçıya faydalanan şəxs barədə düzgün məlumat vermək;
9.2.6. Sığorta hadisəsinin baş verməsi barədə xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər vermək.. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirilə bilər;
9.2.7. Sığortaçıya və ya onun nümayəndəsinə sığorta hadisəsi ilə əlaqəsi xxxx məlumatı sərbəst əldə etmək imkanı yaratmaq;
9.2.8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan və bu Qaydalardan irəli gələn digər vəzifələri yerinə yetirmək.
9.3. Sığortaçının hüquqları:
9.3.1. sığortalının və sığorta olunanın verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
9.3.2. sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədi ilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq, öz hesabına və ya sığortalının (sığorta olunanın) hesabına müayinə olunmasını tələb etmək;
9.3.3. sığortalı sığorta müqaviləsinin bağlanması zamanı qəsdən özünün məlumat vermək vəzifəsini icra etmədikdə müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçənədək sığortaçı müqavilə üzrə vəzifələrinin icrasından imtina etmək və sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
9.3.4. Sığorta ödənişinin verilməsi zamanı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq;
9.3.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş və bu Qaydalardan irəli gələn digər hüquqlardan istifadə etmək.
9.4. Sığortaçının vəzifələri:
9.4.1. bu Qaydalar əsasında sığorta müqaviləsi bağlanarkən sığortalını bu Qaydalar ilə xxxxx etmək;
9.4.2. sığorta müqaviləsi bağlanarkən sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqini vermək;
9.4.3. sığortalıya bu Qaydalar əlavə edilmiş sığorta şəhadətnaməsi vermək;
9.4.4. sığorta hadisəsi baş verdikdə bu Qaydaların 13.2-13.3-cü bəndlərində nəzərdə tutulmuş sənədlərdən sonuncusunu aldığı tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini vermək, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etmək;
9.4.5. sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin xxxxxxxxxx şəxs səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmaq;
9.4.6. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sığorta sirri hesab edilən məlumatların məxfiliyini təmin etmək;
9.4.7. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;
9.4.8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş və bu Qaydalardan irəli gələn digər vəzifələri yerinə yetirmək.
10. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
10.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
10.1.2. aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxsin fəaliyyəti dayandırıldıqda və ya ləğv olunduqda:
10.1.2.1. başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir;
10.1.2.2. sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri müvafiq hüquqi varisinə keçir.
10.1.3. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
10.1.4. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
10.1.5. sığorta marağı artıq mövcud olmadıqda;
10.1.6. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
10.1.7. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə
10.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə fiziki şəxs xxxx sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
11. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
11.1. Bu Qaydaların 10.1-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda bu Qaydaların 11.2-ci bəndi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
11.2. Sığorta müqaviləsinə bu Qaydaların 10.1.7-ci bəndinə uyğun olaraq sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
12. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
12.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
12.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
12.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
12.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 12.1-ci və 12.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
13. Sığorta ödənişinin həyata keçirilməsi qaydası
13.1. Müqavilə bağlanarkən razılaşdırılan sığorta məbləğinin ödənişi sığortaçı tərəfindən faydalanan şəxsə yalnız sığorta haqqının müqavilə ilə müəyyən edilmiş miqdarda və qaydada ödənilmiş olması şərtilə verilir.
13.2. Sığorta ödənişi aşağıdakı sənədlər təqdim edildiyi halda həyata keçirilir:
a) sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya xxxxxxxxxx şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi və şəxsiyyətini təsdiq edən sənədin sürəti;
b) sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
c) sığorta şəhadətnaməsi (sığortalanma haqqında ərizəsi və əlavələri ilə);
d) sığorta olunanın şəxsiyyətini təsdiq edən sənədin surəti;
e) sığorta olunan vəfat etdikdə, ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
f) faydalanan şəxs müəyyən edilməmişdirsə, vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti.
13.3. Sığortaçı baş vermiş hadisənin səbəblərini və ya sığorta hadisəsi olması faktını müəyyən etmək üçün zəruri xxxx aşağıdakı sənədləri də əsaslandırılmış şəkildə tələb edə bilər:
a) sığorta olunan vəfat edibsə ölümün səbəbi haqqında tibbi arayış;
b) epikriz, xəstəlik tarixçəsindən çıxarış;
c) ambulator kartdan çıxarış;
d) əmək müqaviləsi.
13.4. Əgər faydalanan şəxs sığorta olunanın ölümü halında müqaviləyə uyğun olaraq ona ödənilməli xxxx sığorta təminatını almadan ölərsə, sığorta ödənişi həmin faydalanan şəxsin vərəsələrinə verilir.
13.5. Ödəniş qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş etibarnamə əsasında sığorta olunanın (faydalanan şəxsin) nümayəndəsinə verilə bilər.
13.6. Sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verdikdə bu Qaydaların 13.2-13.3-cü bəndlərində nəzərdə tutulmuş müvafiq sənədlərin sonuncusu sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini həyata keçirir və ya sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə yazılı şəkildə imtina haqqında əsaslandırılmış bildiriş təqdim edir.
13.7. Xxxxxxxxxx şəxs 18 yaşına çatmamışdırsa, ona verilməli xxxx sığorta ödənişi onun qanuni nümayəndəsinin yazılı razılığı ilə müəyyən edilmiş xxxxxx faydalanan şəxsin adına açılmış hesaba qoyulur.
14. Sığorta ödənişinin verilməsindən imtinаnın əsasları
14.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
14.1.1. bu Qaydaların 9.2.6-cı bəndinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
14.1.2. baş vermiş hadisənin qanunvericiliyə, bu Qaydalara və ya sığorta müqaviləsinə əsasən sığorta hadisəsi hesab edilməməsi;
14.1.3. sığortalının, faydalanan şəxsin, sığorta olunanın, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin (faydalanan şəxsin) müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
14.1.4. müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
14.1.5. sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması (bu zaman sığortaçı məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina
üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz);
14.1.6. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 4.3-cü bəndində nəzərdə tutulmuş halda isə Sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməmiş olması;
14.1.7. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi olması;
14.1.8. sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edilmiş sığortalının, sığorta olunanın sığortalanma haqqında ərizədə verilmiş suallara qəsdən həqiqətə uyğun olmayan cavabların verməsi, o şərtlə ki, sığorta müqaviləsi bağlandığı tarixdən 5 il keçməmişdir;
15. Tərəflərin məsuliyyəti
15.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
16. Mübahisələrin həlli qaydası
16.1. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur.
16.2. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir.
16.3. Sığorta müqaviləsi üzrə hüquqlarının sığortaçı tərəfindən pozulduğunu hesab edən sığortalı, sığorta olunan və ya faydalanan şəxs müvafiq sığorta nəzarəti orqanına şikayət ərizəsi ilə müraciət edə bilər.
17. Yekun müddəalar
17.1. Tərəflər müqavilənin icra edilməsi və ya xitamı ilə bağlı bütün xəbərdarlıq və məlumatları sığorta müqaviləsində qeyd olunan ünvanlara və ya əlaqə vasitələrinə (poçt ünvanı, müqavilədə nəzərdə tutulmuş hallarda elektron ünvan və ya digər əlaqə vasitələri) göndərirlər. Ünvanlar və ya əlaqə vasitələri dəyişdiyi halda, bir tərəf o biri tərəfi qabaqcadan bu haqda yazılı şəkildə məlumatlandırmalıdır. Əgər bir tərəf o biri tərəfi ünvanlar və ya əlaqə vasitələrinin dəyişilməsi barədə əvvəlcədən məlumatlandırmayıbsa, köhnə ünvan və ya əlaqə vasitələrinə göndərilən xəbərdarlıq və məlumatlar çatdırılmış kimi qəbul olunur.
Həyat sığorta qaydalarına Əlavə №1
Sığorta tarifləri və onların iqtisadi əsaslandırılması
Sığorta olunanın istənilən səbəbdən ölümü üzrə sığorta haqlarının hesablanmasında istifadə olunan kəmiyyətlər aşağıdakı düsturlarla hesablanır:
x yaşlı şəxsin n il müddətində yaşam riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən xxxx dəyəri aşağıdakı düstura əsasən hesablanır:
𝑛𝐸𝑥=(𝑛𝑝𝑥)(1 + 𝑖)−𝑛=𝜈𝑛 𝑛𝑝𝑥
Burada, 𝑛𝑝𝑥 x yaşlı şəxsin n il yaşaması ehtimalı i isə illik faiz dərəcəsidir. Ν
diskontlaşdırma dərəcəsidir və aşağıdakı düsturla hesablanır:
ν=(1 + 𝑖)−1
𝑛𝐸𝑥–in komutasiyon funksiyalar vasitəsi ilə ifadə düsturu aşağıdakı kimidir:
𝑛𝐸𝑥
=𝐷𝑥+𝑛
𝐷𝑥
x yaşlı şəxsin n il müddətində ölüm riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən xxxx dəyəri aşağıdakı düstura əsasən hesablanır:
𝐴 ̅
1
𝑥:𝑛
|=∑𝑛−1 𝑡𝑝𝑥 𝑞𝑥+𝑡𝜈𝑡+1
𝑡=0
Burada, 𝑞𝑥 x yaşlı şəxsin qarşıdakı il ərzində ölməsi ehtimalıdır.
Bu kəmiyyətin komutasiyon funksiyalar vasitəsi ilə ifadə düsturu aşağıdakı kimidir:
𝐴1 =∑𝑛−1 𝐶𝑥+𝑡=𝑀𝑥−𝑀𝑥+𝑛
𝑥:𝑛̅|
𝑡=0
𝐷𝑥
𝐷𝑥
Ölümün yalnız diskret zaman sonunda baş verməməsini nəzərə alaraq, x yaşlı şəxsin n il müddətində ölüm riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən xxxx dəyəri aşağıdakı düsturla hesablanır:
𝐴1
= 𝑖 𝐴1
𝑥:𝑛̅| 𝛿 𝑥:𝑛̅|
Burada, 𝛿 illik faiz dərəcəsinin intensivliyidir və aşağıdakı kimi hesablanır:
𝛿 = ln(1 + 𝑖)
x yaşlı şəxsə n müddətində hər bir sığorta ilinin əvvəlində ödənilən vahid məbləğlərin gözlənilən xxxx dəyəri aşağıdakı düsturla hesablanır:
𝑡=1
𝑎̈𝑥 =1+∑∞
𝜈𝑡 𝑡𝑝𝑥=1+∑∞
𝑡𝐸𝑥
𝑡=1
Bu kəmiyyətin komutasiyon funksiyalar vasitəsi ilə ifadə düsturu aşağıdakı kimidir:
𝑎𝑥:𝑛̅|
=Nx−Nx+𝚗
Dx
Müddəti n il xxxx annuitet sığortası üzrə x yaşlı şəxsə hər bir sığorta ili ərzində m dəfə ödənilən məbləğlərin gözlənilən xxxx dəyəri aşağıdakı düsturla hesablanır:
𝑎̈(𝑚)=𝑎 –(𝑚−1)(1- 𝐸 )
𝑥:𝑛̅|
𝑥:𝑛̅|
2𝑚
𝑛 𝑥
Həyatın ölüm halından sığortası üzrə sığorta məbləği (S ilə işarə edilir) məlum olduqda, n illik sığorta təminatı üçün k (𝑘 ≤n) il müddətində hər bir sığorta il ərzində m dəfə bərabər məbləğdə ödənilən sığorta haqqı (𝑃𝑚 ilə işarə edilir) aşağıdakı düsturla hesablanır:
(1+𝜌1)×𝑆× 𝐴̅1 ̅| + 𝛼×𝑆 + 𝛾×𝑆× 𝑎̈𝑥:𝑛̅|
𝑃𝑚=
𝑥:𝑛
̈(m)
𝑚×(1−𝛽)×ax:𝑘|
Sığorta haqqı məlum olduqda sığorta məbləği aşağıdakı düsturla hesablanır:
̈ m
( )
S= 𝑚×(1−𝛽)×ax:𝑘|×𝑃𝑚
𝑥:𝑛
(1+𝜌1)× 𝐴̅1 ̅| + 𝛼 + 𝛾× 𝑎̈𝑥:𝑛̅|
Birdəfəlik sığorta haqqı aşağıdakı düsturla hesablanır:
(1+𝜌1)×𝑆× 𝐴̅1 ̅| + 𝛼×𝑆 + 𝛾×𝑆× 𝑎̈𝑥:𝑛̅|
P= 𝑥:𝑛
(1−𝛽)
Birdəfəlik sığorta haqqı məlum olduqda sığorta məbləği aşağıdakı düsturla hesablanır:
S= (1−𝛽)×𝑃
𝑥:𝑛
(1+𝜌1)× 𝐴̅1 ̅| + 𝛼 + 𝛾× 𝑎̈𝑥:𝑛̅|
Həyatın ölüm halından sığortası üzrə sığorta təminatının t-ci ilinin sonuna uzunmüddətli öhdəliklər ehtiyatı(riyazi ehtiyatlar) aşağıdakı düsturla hesablanır:
(1 + 𝜌
) × 𝑆 × 𝐴1
̅̅̅̅̅̅
+ 𝛾 × 𝑆 × 𝑎
̅̅̅̅̅̅
− 𝑚 × (1 − 𝛽) × ä(m) × 𝑃
, 𝑡 < 𝑘
𝑉 ={ 1
𝑥+𝑡:𝑛−𝑡|
𝑥+𝑡:𝑛−𝑡|
x+t:𝑘−𝑡| 𝑚
𝑡 𝑥
(1 + 𝜌1
) × 𝑆 × 𝐴1
𝑥+𝑡:̅𝑛̅̅−̅̅𝑡̅|
+ 𝛾 × 𝑆 × 𝑎
𝑥+𝑡:𝑛̅̅̅−̅̅𝑡̅|
, 𝑡 ≥ 𝑘
Həyat sığorta qaydalarına Əlavə №2
Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta üzrə Əlavə şərtlər
Hazırkı Əlavə şərtlər Həyat sığortası qaydalarının (bundan sonra Qaydalar) bütün ümumi şərtlərini və istisnalarını nəzərə almaqla ona əlavəni təşkil edir və ayrılıqda istifadə edilə bilməz.
1. Sığorta təminatı
1.1. Hazırkı əlavə şərtlərə əsasən bağlanmış sığorta müqaviləsi üzrə sığortaçı sığortalıya, Qaydaların istisnalar bəndində nəzərdə tutulmuş hallar qüvvədə olmaqla sığorta şəhadətnaməsində müəyyən edildiyi şəkildə əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən bədbəxt hadisə və/və ya xəstəlik risklərindən sığorta təminatı verir.
1.2. Sığorta olunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada qanunvericiliklə səlahiyyət verilmiş qurum tərəfindən ekspert müayinəsindən keçdikdən sonra ona müvafiq qərar çıxarılması yolu ilə əlillik dərəcəsi təyin olunur.
2. Sığorta ödənişinin həyata keçirilməsi qaydası
2.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığоrta ödənişinin həcmi əmək qabiliyyətinin itirilməsinin müddəti, dərəcəsi və təyin olunan əllilik dərəcəsindən asılı оlaraq, sığоrta şəhadətnaməsində müəyyən edilir:
2.1.1. I dərəcəli əlilliyin təyin edilməsi ilə nəticələnən bədbəxt hadisə və/və ya xəstəlik - 100% həcmində - birdəfəlik şəkildə;
2.1.2. II dərəcəli əlilliyin təyin edilməsi ilə nəticələnən bədbəxt hadisə və/və ya xəstəlik - sığorta şəhadətnaməsində qeyd edilmiş faiz dərəcəsi həcmində;
2.1.3. III dərəcəli əlilliyin təyin edilməsi ilə nəticələnən bədbəxt hadisə - sığorta şəhadətnaməsində qeyd edilmiş faiz dərəcəsi həcmində;
2.1.4. Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi ilə nəticələnən bədbəxt hadisə: əmək qabiliyyətinin bədbəxt hadisə nəticəsində müvəqqəti tam itirilməsi zamanı əmək qabiliyyətinin itirilməsinin müqavilədə göstərilmiş təqvim günündən başlayaraq, müqavilədə göstərilmiş müddət ərzində əmək qabiliyyətinin tam itirilməsinin hər gününə görə müqavilə ilə müəyyən edilmiş məbləğin və yaxud bu risk üzrə sığorta məbləğinin müəyyən faizinin ödənilməsi;
2.1.5. Əmək qabiliyyətinin qismən itirilməsi ilə nəticələnən bədbəxt hadisə nəticəsində bədən xəsarətin alınması - cədvələ əsasən sığorta məbləğinin müəyyən edilmiş faizin ödənilməsi:
Xəsarətin adı | Sığorta məbləğindən %-lə | |
Aşağı çənənin və ya yuxarı çənə sümüyünün yarısının çıxarılması | 40% | |
Bir xxxxx xxx itirilməsi | 40% | |
Bir qulağın tam karlığı | 30% | |
yuxarı ətraflar | sağ | sol |
Bir əlin və ya bir biləyin tam itirilməsi | 60% | 50% |
Yuxarı ətrafın tam iflici ( sinirlərin sağalmaz zədələnməsi) | 65% | 55% |
Qoltuqaltı sinirin tam iflici | 20% | 15% |
Çiyinin ankilozu | 40% | 30% |
Əlverişli mövqedə dirsəyin ankilozu (düz bucaq altinda 15 dərəcə) | 25% | 20% |
Əlverişsiz mövqedə dirsəyin ankilozu | 40% | 35% |
Xxxx sinirin tam iflici | 45% | 35% |
Mil sinirinin tam iflici | 40% | 35% |
Xxxx mil sinirinin tam iflici | 20% | 15% |
Dirsək sinirinin tam iflici | 30% | 25% |
Əlverişli mövqedə biləyin ankilozu (düz və pronasiyada) | 20% | 15% |
Əlverişsiz mövqedə biləyin ankilozu (bükülmə və ya dartılma və supinasiyada) | 30% | 25% |
Baş barmağın tam ankilozu | 20% | 15% |
Şəhadət barmağının tam amputasiyası | 15% | 10% |
Şəhadət barmağının iki falanqasının tam itirilməsi | 10% | 8% |
Baş və şəhadət barmaqlarının eyni zamanda amputasiyası | 35% | 25% |
Baş və şəhadət barmağından başqa digər bir barmağın itirilməsi | 25% | 20% |
Baş və şəhadət barmağından başqa digər iki barmağın itirilməsi | 12% | 8% |
aşağı ətraflar | ||
Budun aşağı 1/3 hissəsindən yuxarı aşağı ətrafın tam itirilməsi | 60% | |
Budun 1/3 hissəsindən aşağı, aşağı ətrafın tam itirilməsi | 50% | |
Pəncənin tam itirilməsi (tibial-ayaq dırnağının ekzartikulyasiyası) | 45% | |
Pəncənin qismən itirilməsi (topuqaltı-sümük ekzartikulyasiyası) | 40% | |
Pəncənin qismən itirilməsi (xxxx ayaq dırnağının ekzartikulyasiyası) | 35% | |
Pəncənin qismən itirilməsi (ayaq dırnağının arxası-ayaq dırnağının ekzartikulyasiyası) | 30% | |
Aşağı ətrafların tam iflici (sağalmaz sinir zədəsi) | 60% | |
Xxxxxx dizaltı oturaq sinirinin tam iflici | 30% | |
Daxili dizaltı oturaq sinirinin tam iflici | 20% | |
İki sinirin tam iflici (xarici və daxili dizaltı oturaq sinirləri) | 40% | |
Budun ankilozu | 40% | |
Dizin ankilozu | 20% | |
Fraqmentlərin əhəmiyyətli dərəcədə ayrılması və ayağın dartılması zamanı hərəkətin əhəmiyyətli dərəcədə çətinləşməsi ilə dizüstü kasalığın sümük maddəsinin itirilməsi | 40% | |
Aşağı ətrafın ən azı 5 sm qısaldılması | 10% | |
Aşağı ətrafın 3 sm-dən 5 sm-dək qısaldılması | 5% | |
Ayağın bütün barmaqlarının amputasiyası | 25% | |
Ayağın dörd barmağının tam itirilməsi (baş barmağı ilə birlikdə) | 20% |
Təminat verilmiş “itirilmə” – hər hansı orqanın itirilməsi – onun tam və həmişəlik itirilməsi (amputasiya) deməkdir, görmə və yaxud danışıq qabiliyyətinin itirilməsi – tam və bərpa olunmaz görmə və yaxud danışıq qabiliyyətinin itirilməsi deməkdir.
2.1.5.1. Bədbəxt hadisə nəticəsində baş vermiş xəsarət cədvəldə qeyd olunmadıqda, xəsarətin ağırlığı və sığortalı tərəfindən təqdim edilmiş sənədlər əsasında sığorta ödənişinin həcmi sığortaçı tərəfindən müəyyən edilir.
3. Sığorta ödənişinin həyata keçirilməsi qaydası
3.1. Sığorta ödənişinin həyata keçirilməsi üçün sığortalı sığortaçıya aşağıdakı sənədləri təqdim etməlidir:
3.1.1. Sığorta şəhadətnaməsi;
3.1.2. Müəyyən edilmiş formada ərizə;
3.1.3. Qanunvericiliklə səlahiyyət verilmiş qurum tərəfindən verilən əlilliyi təsdiq edən sənədin təsdiq edilmiş surəti və müvafiq tibb müəssisələri tərəfindən verilmiş tibbi sənədlərdən çıxarışlar;
3.1.4. Sığorta hadisəsi bədbəxt hadisə nəticəsində baş veribsə, bədbəxt hadisə faktını və onun baş vermə şəraitini müəyyənləşdirmək üçün tələb olunan sənədlər.
3.2. Sığortaçı baş vermiş hadisənin səbəblərini və ya sığorta hadisəsi olması faktını müəyyən etmək üçün zəruri xxxx digər sənədləri də əsaslandırılmış şəkildə tələb edə bilər: epikriz, xəstəlik tarixçəsindən çıxarış, ambulator kartdan çıxarış, qanunvericiliklə səlahiyyət verilmiş quruma göndəriş.