MÜQAVİLƏ № ____
“ABB Biznes” tətbiqi proqramlaşdırma interfeysi xidməti haqqında
MÜQAVİLƏ № ____
Bakı şəhəri «___»_________ 202_-c_ il
Bundan sonra birlikdə «Tərəflər» və ya müvafiq olaraq «Tərəf» adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnaməsinə əsasən fəaliyyət göstərən «ABB» ASC, (bundan sonra «Bank» adlandırılacaq) müvafiq surətdə müvəkkil edilmiş nümayəndəsi ___________________ şəxsində, bir tərəfdən və Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnaməsinə əsasən fəaliyyət göstərən «_________» _____ (bundan sonra «Müştəri» adlandırılacaq) Click or tap here to enter text. Click or tap here to enter text. şəxsində, digər tərəfdən, aşağıdakı şərtlərlə bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq) bağladılar:
Anlayışlar
Bu Müqavilədə istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
“ABB Biznes” tətbiqi proqramlaşdırma interfeysi xidməti (Application Programming Interface - API) – Bu Müqavilədə nəzərdə tutulmuş qaydada müvafiq bank əməliyyatlarının Müştərinin istifadəsində xxxx proqram təminatı vasitəsilə icra edilməsinə imkan verən xidmət;
Ödəniş cədvəli – Bankın verilənlər bazasında ödəniş tapşırıqlarının yaradıldığı və saxlanıldığı cədvəl;
ABS – Avtomatlaşdırılmış Bank Sistemi;
“C2B INTEGRATION REST API v1.0 specification” (Texniki sənəd) – API xidmətindən istifadə üçün Müştərinin proqram təminatının uyğunlaşdırılması üzrə tələbləri, API xidmətindən istifadə ilə bağlı əməliyyat kodlarını və inteqrasiya prosesi üzrə digər mühüm şərtləri müəyyən edən sənəd;
Valyutalaşma tarixi – Bank əməliyyatlarının müvafiq hesablarda əks olunduğu tarix (ABS-də əməliyyatın işlənmə günü);
Səlahiyyətli şəxs – Tərəflərin bu Müqavilə üzrə xidmətlərin icrasında iştirak edən və onların adından çıxış edən nümayəndələri. Nümayəndələrə dair məlumatlar əlavə olunur:
-
Əlaqə növləri
Müştəri
Bank
Səlahiyyətli şəxslər:
Telefon:
Elektron poçt:
Token – API xidmətindən istifadə üçün Bankın şifrələnmiş faylda Müştəriyə təqdim etdiyi müvafiq söz və rəqəmlərin kombinasiyası.
Müqavilənin predmeti
Bu Müqavilənin predmetini Bankın Müqavilənin şərtlərinə və Müştəri ilə bağlanmış bank hesabı müqavilələrinə uyğun olaraq, Müştəriyə API xidmətini göstərməsi, xidmətdən istifadə üçün müvafiq keçidi, eyni zamanda Texniki sənədi Müştəriyə təqdim etməsi və Müştəri tərəfindən onun Xxxxxx xxxx hesabları üzrə əməliyyatların API vasitəsilə aparılması üzrə müvafiq imkanlar yaratması, Müştərinin isə bunun müqabilində müvafiq xidmət (komisyon) haqlarını Banka ödəməsi təşkil edir.
Müştərinin API xidmətindən istifadə etməklə yaratdığı və göndərdiyi elektron sənədlər Azərbaycan Respublikasının hüquqi aktlarına uyğun olaraq, özündə müvafiq rekvizitləri əks etdirən rəsmi sənədlər hesab edilir.
Müştəri tərəfindən API xidməti vasitəsilə daxil edilmiş ödəniş tapşırıqlarının sonradan sənəd formasında kağız daşıyıcıda təqdim edilməsi Bank tərəfindən tələb olunmur.
API xidmətinin təsviri
API xidməti vasitəsilə bank əməliyyatlarının aparılması üçün Bank Müştəriyə Texniki sənəd, müvafiq keçid və token(lər) təqdim edir.
Müştəri ilkin olaraq Bankın təqdim etdiyi Texniki sənəddən istifadə etməklə istifadə etdiyi proqram təminatında müvafiq sazlamalar, yenilənmələr və əlavələrin edilməsini təmin edir. Daha sonra Bankın təqdim etdiyi test keçid və token vasitəsilə API xidmətindən istifadənin mümkünlüyünü yoxlayır.
Yoxlama nəticəsində hər hansı problem yaranmadığı halda Müştəri Bankın təqdim etdiyi real rejimdə istifadə keçidindən və tokendən istifadə etməklə API xidmətlərini istifadə etdiyi proqram təminatına müvafiq qaydada inteqrasiya edir. Yoxlama nəticəsində problem yarandığı təqdirdə yoxlama prosesi problemlər aradan qalxana qədər davam edir.
Müştəri tərəfindən API xidməti vasitəsilə aparılan bank əməliyyatlarının siyahısı bu Müqavilənin ayrılmaz tərkib hissəsi xxxx 1 xxxxx Əlavəsində göstərilir.
Müştərinin Bank tərəfindən API xidmətinə qoşulmuş hesab(lar)ının siyahısı və bu hesablara əməliyyat növləri üzrə tətbiq olunan məhdudiyyətlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi xxxx 2 xxxxx Əlavəsində göstərilir.
Müştərinin ödəniş əməliyyatlarını təsdiqləməsi üsulu sonuncunun seçiminə əsasən müəyyən olunur və bu Müqavilənin ayrılmaz tərkib hissəsi xxxx 2 xxxxx Əlavəsində göstərilir.
Müştərinin həyata keçirdiyi əməliyyatların nəticələri kodlarla ifadə olunur. Müvafiq kodlar və onların anlayışları Bankın Müştəriyə təqdim etdiyi Texniki sənəddə əks olunur.
Bank təqdim etdiyi Texniki sənədə hər dəfə dəyişiklik olunduqda və ya Müştərinin istifadə etdiyi proqram təminatında yenilənmələr/sazlanmalar/əlavələr edilməsi tələb olunduqda bu barədə məlumatları yazılı qaydada (elektron poçt vasitəsilə) Müştəriyə təqdim edir. Müvafiq məlumatlar təqdim edildiyi tarixdən etibarən 15 (on beş) gün müddətində Müştəri Texniki sənəddəki dəyişikliklərlə xxxxx olmalı və tələb olunan yenilənmələr/sazlanmalar/əlavələr edilməsini təmin etməlidir.
Müştərinin ödəniş tapşırıqları mütəmadi olaraq ABS-ə göndərilir.
Ödəniş tapşırığının API xidmətindəki statusu hər 15 dəqiqədən bir yenilənir.
Hər iş gününün əvvəlində API xidməti cədvəlinə əvvəlki iş günü ərzində keçirilmiş əməliyyatlar, habelə Müştəri hesab(lar)ının xxxx iş gününün əvvəlinə xxxx qalıqları barədə məlumatlar daxil edilir.
Tərəflərin hüquq və öhdəlikləri
Bankın öhdəlikləri:
Müştərinin API xidməti vasitəsilə həyata keçirdiyi əməliyyatlara dair Banka daxil xxxx elektron ödəniş sənədlərinin daxil olduğu gündən sonra 3 (üç) iş günündən (əlavə araşdırılma tələb edilən hallarda 10 (on) iş günündən) gec olmayaraq, Müştəri ilə bağlanmış hesab müqavilələrinə və bu Müqaviləyə uyğun olaraq icra edilməsini təmin etmək, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə ayrı müddətlər nəzərdə tutulmasın;
Hesablaşmalar haqqında Müştəriyə məlumat vermək;
Müqavilənin 4.4.4-cü yarımbəndinə əsasən Müştərinin müraciətlərini aldıqdan sonra 3 (üç) iş günü ərzində cavablandırmaq;
Müştəri tərəfindən müraciət daxil olduğu təqdirdə, API xidmətindən istifadəni dayandırmaq.
Bankın hüquqları:
Müştərinin hesablarını API xidmətinə qoşmaqdan imtina etmək;
Hər hansı bir texniki səbəbə görə, həmçinin bu Müqavilənin 6.3-cü bəndində nəzərdə tutulan hallarda istənilən vaxt və Müştəriyə heç bir məlumat vermədən sistemdə apardığı əməliyyatların icrasından imtina etmək və ya onların icrasını müvəqqəti dayandırmaq;
API xidmətindən istifadə ilə bağlı birdəfəlik xidmət haqqı, habelə API xidməti vasitəsilə Müştəri tərəfindən həyata keçirilən bank əməliyyatları üzrə xidmət haqlarını Bankın Tariflərinə (Bankın rəsmi internet səhifəsi www.abb-bank.az-da yerləşdirilmişdir) və/və ya müvafiq idarəetmə orqanının qərarına uyğun olaraq Müştərinin bank hesablarından akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək;
Bu Müqaviləyə əsasən göstərilən xidmətlər üzrə xidmət haqlarını və aparılan əməliyyatların qaydalarını birtərəfli qaydada dəyişdirmək;
API xidmətindən, inteqrasiya servislərindən istifadə zamanı hər hansı təhlükə yarandıqda, dələduzluq faktları aşkar edildikdə, əməliyyatların qarşısını almaq məqsədilə öz mülahizəsinə əsasən xidmətdən istifadəyə məhdudiyyətlər tətbiq etmək, dayandırmaq və ya limitlər qoymaq;
Müştərinin bu Müqavilə əsasında API xidmətinə qoşulmuş bütün bank hesabları bağlandığı halda dərhal Müştərinin API xidmətinə buraxılışını dayandırmaq.
Müştərinin öhdəlikləri:
API xidməti vasitəsilə hesab üzrə əməliyyatları Azərbaycan Respublikasının hüquqi aktlarına və Bankla bağlanmış hesab müqavilələrinə əsasən həyata keçirmək;
API xidmətindən istifadə ilə bağlı birdəfəlik xidmət haqqı, habelə API xidməti vasitəsilə aparılan bank əməliyyatları üzrə xidmət haqlarını Bankın müvafiq əməliyyatın aparıldığı günə qüvvədə xxxx Tariflərinə və/və ya müvafiq idarəetmə orqanın qərarına uyğun və vaxtında ödəmək;
API xidmətinin istifadə etdiyi proqram təminatına inteqrasiya olunması ilə əlaqədar onun təhlükəsizliyinin təmin edilməsinə, məlumatların qorunub saxlanılmasına və üçüncü şəxslərə ötürülməsinə görə məsuliyyət daşımaq. İnteqrasiya servislərindən istifadə zamanı hər hansı təhlükə yarandıqda, dələduzluq faktları aşkar edildikdə, əməliyyatların qarşısını almaq məqsədilə Banka məlumat verməklə xidmətdən istifadəyə məhdudiyyətlər tətbiq edə, dayandıra və ya limitlər qoya bilər.
Bankın təqdim etdiyi API xidmətini, inteqrasiya servislərini icarəyə və autsorsinqə verməmək, ötürməmək, paylaşmamaq, kənar resurslarda yerləşdirməmək, başqa şəkildə kommersiya məqsədləri üçün istifadə etməmək və ya üçüncü şəxslərə verməmək;
Bankın yazılı icazəsi olmadan ona təqdim edilmiş API üzrə təqdim edilən xidmətlərdə hər hansı dəyişikliklər, düzəlişlər və/və ya əlavələr etməmək;
API xidmətində yaranmış texniki problemlər həlli ağlabatan müddətdə davam etdikdə, bununla bağlı Banka heç bir pretenziya irəli sürməmək və müvafiq hesab üzrə əməliyyatlarını Bankla bağlanmış hesab müqavilələrində müəyyən olunmuş qaydada aparmaq;
Bank tərəfindən ona təqdim olunmuş kodların (tokenlər və keçidlər) məxfiliyini təmin etmək və onları üçüncü tərəfə açıqlamamaq; Müştəri bu tələbin pozulmasına görə Banka dəymiş istənilən zərəri ödəməyə borcludur.
Bankın qabaqcadan razılığı olmadan başqa şəxslərin kodlardan istifadə etməsinə imkan verməmək; Bu tələbin pozulması nəticəsində dəyən zərərin məbləğini Banka ödəmək;
Kodlardan və Xxxxxxxx əlaqədar digər məlumatlardan yalnız bu Müqavilənin məqsədləri üçün istifadə etmək;
Bankın tələbi əsasında bu Müqavilənin antikorrupsiyaya dair müvafiq bəndinin tələblərinə riayət edilməsinə dair hesabatı, habelə Bankın tələb etdiyi digər sənədləri təqdim etmək və Müştəriyə məxsus/istifadəsində xxxx/fəaliyyət göstərdiyi müəssisələrdə Bank tərəfindən yoxlamanın/monitorinqin (auditin) həyata keçirilməsinə müvafiq şərait yaratmaq;
Bu Müqavilənin antikorrupsiyaya dair müvafiq bəndinin tələblərinin pozulması nəticəsində Banka dəyən zərəri tam ödəmək;
Bankın xxx.xxx-xxxx.xx rəsmi internet səhifəsində yerləşdirilmiş “Korrupsiyaya qarşı mübarizə siyasətindən Çıxarış”-xx xxxxx olmaq;
İstifadə etdiyi proqram təminatına kiber hücumlar, kənar müdaxilələr olarsa, dərhal bu barədə Bankı məlumatlandırmaq;
İstifadə etdiyi proqram təminatına kiber hücumlar, kənar müdaxilələr olması nəticəsində aparılan istənilən əməliyyatlara görə məsuliyyət daşımaq;
Bankın təqdim etdiyi Texniki sənədlə xxxxx olmaq, sənədə uyğun istifadə etdiyi proqram təminatına müvafiq yenilənmələr/sazlanmalar/əlavələri həyata keçirmək və sənəddə qeyd edilən tələbləri təmin etməməsi səbəbindən yaranan istənilən problemlərə görə tam məsuliyyət daşımaq;
Bankın təqdim etdiyi Texniki sənəddə əməliyyatlarla bağlı qeyd olunan kodlarla xxxxx olmaq, xidmətlərdən istifadə zamanı müvafiq kodları rəhbər tutmaq;
Müştərinin hüquqları:
Həftənin 7 günü, günün 24 saatı ərzində API xidməti vasitəsilə öz hesablarından bankdaxili, ölkədaxili, ölkəxarici hesablara hər bir hesabın öz valyutasında Bankın Tariflərində və Bankla bağlanmış hesab müqavilələrində nəzərdə tutulmuş şərtlərlə və limitlərdə pul vəsaitlərini köçürmək və digər müvafiq bank əməliyyatlarını həyata keçirmək;
Müştərinin öz hesabından Xxxxxx xxxx digər hesabına fərqli valyutada pul vəsaitlərini köçürmək; Bu zaman müvafiq vəsaitlər Müştəri ilə bağlanmış hesab müqaviləsinə uyğun olaraq köçürülür.
API xidməti vasitəsilə həyata keçirdiyi bank əməliyyatlarına və hesab üzrə pul vəsaitlərinin hərəkətinə baxmaq, habelə müvafiq məlumatlarla bağlı çıxarışları çap etmək;
API xidməti ilə bağlı hər hansı problem və ya mübahisəli xxx xxxxxx olunduqda Banka yazılı şəkildə müraciət etmək;
API xidmətindən imtina etmək və ya API xidmətini bərpa etmək üçün yazılı müraciət etmək.
Tərəflərin məsuliyyəti
Tərəflər bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının hüquqi aktlarının tələbləri üzrə məsuliyyət daşıyırlar.
Müştəri API xidmətindən istifadə etmək üçün internet şəbəkəsinə qoşulma, proqram təminatının quraşdırılması və kompüterin müvafiq qaydada işləməsinə görə məsuliyyəti özü daşıyır.
Bank Müştəri tərəfindən istifadə edilən kompüter və ya rabitə avadanlıqlarının təhlükəsizlik sistemlərinin sıradan çıxması səbəbindən yaranan problemlərə (sistemə müdaxilələrə və s.), Müştərinin internet-provayderi arasında yaranan mübahisələrə, habelə Bankdan asılı olmayan digər səbəblərdən yaranan problemlərə görə məsuliyyət daşımır.
API xidmətində yaranmış texniki problemlər səbəbindən API xidməti vasitəsilə bank əməliyyatlarının aparıla bilməməsinə, əməliyyatlarda problemlər yaranmasına görə, habelə Müştəridən qaynaqlanan səbəblərdən buraxılış məlumatlarının üçüncü şəxslərə keçməsi nəticəsində baş verən mənfi hallara və aparılmış əməliyyatlara görə Bank məsuliyyət daşımır.
Müştəri tərəfindən rekvizitlərin yalnış daxil edilməsinə və ya digər səbəblərdən səhv aparılmış əməliyyatlara, habelə onun tərəfindən API xidmətinə daxil edilən məlumatların tamlığına və düzgünlüyünə görə Müştəri məsuliyyət daşıyır.
Müştəri API xidməti vasitəsi ilə daxil edilən ödəniş tapşırıqlarını gücləndirilmiş elektron imza vasitəsi ilə imzalaya bilər. Müştəri qeyd olunan imzalama formasından istifadə etmirsə, yarana biləcək bütün maliyyə itkilərinə görə məsuliyyəti özü daşıyır.
API xidməti üzrə Bankın əməkdaşlıq etdiyi üçüncü tərəflərin xidməti dayandırması və ya xidmətdən istifadəyə məhdudiyyətlər tətbiq etməsi nəticəsində yaranan problemlərə və xidmətdən istifadənin mümkünsüzlüyünə görə Bank məsuliyyət daşımır.
Bu Müqavilə üzrə Müştərinin səlahiyyətli nümayəndəsinə təqdim edilən məlumatların, keçid və tokenlərin üçüncü şəxslərə təqdim edilməsi, itirilməsi, oğurlanması və ya digər istənilən səbəbdən əldən çıxmasına, eyni zamanda API xidmətləri üzrə həyata keçirilən istənilən əməliyyatlara görə Müştəri tam məsuliyyət daşıyır və qeyd olunan səbəblərdən Banka dəymiş istənilən zərəri Bankın müvafiq tələbini aldığı tarixdən 3 (üç) iş günü ərzində tam həcmdə kompensasiya edir.
Müqavilə imzalanmamışdan öncə, müqavilə müddəti ərzində və ya müqavilə müddəti bitdikdən sonra Tərəflərdən biri müvafiq dövlət qurumu tərəfindən “riskli vergi ödəyicisi” kimi tanındığı (tanınacağı) təqdirdə, həmin Tərəf digər Tərəfi bu barədə dərhal yazılı şəkildə məlumatlandırmalıdır. Əks halda "riskli vergi ödəyicisi" ilə maliyyə əməliyyatlarının aparılmasına görə digər Tərəfə dəyən zərərin əvəzi və/və ya digər Tərəf üçün yaranan hər hansı maliyyə itkiləri (əlavə xərclər, vergi öhdəliyi, cərimə, maliyyə sanksiyası, faiz və s.) təqsirli Tərəf tərəfindən kompensasiya edilməlidir.
Müqavilənin müddəti. Müqavilənin dayandırılması və ləğv edilməsi.
Bu Müqavilə Tərəflər imzaladığı tarixdən qüvvəyə minir və bu Müqavilə üzrə API xidmətinə qoşulmuş bütün bank hesablarının bağlandığı günədək qüvvədədir.
Tərəflərdən biri digərini ən azı 3 (üç) gün əvvəl yazılı qaydada xəbərdar etməklə, bu Müqaviləyə xitam verə bilər.
Bank Müştəriyə əvvəlcədən xəbər vermədən API xidmətinə daxil xxxx xxx neçə və ya bütün funksiyaların (əməliyyatların) icrasından aşağıdakı hallarda imtina etmək və ya onların icrasını müvəqqəti olaraq dayandırmaq hüququna malikdir:
Müştəri API xidmətindən istifadə qaydalarını pozduqda;
Hesab üzrə əməliyyatların aparılması üçün xxxxx xxxx bütün məlumat və rekvizitlər ödəniş sənədinə daxil edilmədikdə və ya düzgün daxil edilmədikdə;
Müştərinin hesabında əməliyyatın aparılması üçün kifayət qədər vəsait olmadıqda;
Müştəri Azərbaycan Respublikasının qüvvədə xxxx hüquqi aktlarının tələblərini pozduqda və ya onların pozulmasına, o cümlədən əməliyyatların qeyri-qanuni olmasına dair şübhə yarandıqda;
Bankın daxili informasiya və API xidmətinin təhlükəsizliyini qorumaq zərurəti yarandıqda;
Azərbaycan Respublikasının qüvvədə xxxx hüquqi aktlarında nəzərdə tutulan hallarda Müştərinin hesablarındakı pul vəsaitləri üzərinə həbs qoyulduğu və ya hesablar üzrə əməliyyatlar dayandırıldırıldığı hallarda;
Müştəri bu Müqavilədə qeyd olunmuş öhdəlikləri yerinə yetirmədikdə;
Hesab üzrə əməliyyatların aparılması Müştəri ilə bağlanmış hesab müqaviləsi şərtlərinə uyğun olmadıqda;
Müştəri ilə bağlanmış hesab müqaviləsi şərtlərinə uyğun olaraq Müştərinin API xidmətinə qoşulmuş bank hesab(lar)ı bağlandıqda;
Bankın xarici banklarla bağladığı müqavilələrdən irəli gələn öhdəliklərinin pozulması ehtimalını yaradan hallar olduqda;
Azərbaycan Respublikası hüquqi aktlarında nəzərdə tutulmuş hallarda Müştəri və/və ya benefisiar mülkiyyətçi barəsində eyniləşdirilmə, verifikasiya, habelə əlavə eyniləşdirilmə tədbirlərini keçirmək mümkün olmadıqda.
Bank bu Müqavilənin 6.3-cü bəndində göstərilmiş halların baş verməsi səbəbindən İB xidmətinin göstərilməsindən imtina etdikdə və ya müvəqqəti dayandırdıqda 3 (üç) iş günü ərzində Müştəriyə bu barədə rəsmi məlumat verir.
Fors-major
Tərəflər bu Müqavilə üzrə öhdəliklərini tam və ya qismən icra etmədiklərinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə bilmədikləri və təsirinə mane ola bilmədikləri Müqavilənin bağlanmasından sonra yaranmış qarşısıalınmaz qüvvə hallarının təsirindən əmələ gəlmiş olsun. Bu zaman Tərəflərin öhdəliklərinin icrası müddətləri qarşısıalınmaz qüvvə hallarının təsir göstərdiyi müddətə qədər uzadılır.
Qarşısıalınmaz qüvvə hallarının təsiri nəticəsində öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmayan Tərəf, qeyd edilmiş halların təsirinin başlanması və qurtarması barədə digər Tərəfi dərhal, xxxxx hər bir halda onların başlanmasından sonra 3 (üç) gün müddətindən gec olmayaraq xəbərdar edir və qarşısıalınmaz qüvvə hallarının təsirinin ləğv edilməsi və ya qarşısını almaq üçün və öz öhdəliklərin yerinə yetirilməsini bərpa etmək üçün əlindən gələni əsirgəməyəcəyini öhdəsinə götürür.
Qarşısıalınmaz qüvvə hallarına aşağıdakılar aiddir: təbii fəlakətlər (daşqın, zəlzələ, yanğın və s.), müharibə və ya hərbi əməliyyatlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə, hüquqi aktlarda dəyişikliklər, dövlət hakimiyyəti və ya icra orqanın qəbul etdiyi Müqavilənin icrasının imkansızlığına səbəb xxxx qərarı.
Tərəflər heç birinin iradəsindən asılı olmayan fors-major halları Tərəflərin qarşılıqlı razılığına əsasən, müqavilə şərtlərinə yenidən baxılması üçün əsas ola bilər.
Bu hallarla bağlı öhdəliklərin yerinə yetirilməməsi 6 (altı) xxxxx xxx davam edərsə, hər bir Tərəf digər Tərəfə yazılı qaydada kağız daşıyıcıda bildirməklə bu Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
Tətbiq edilən hüquq və mübahisələrin həll edilməsi qaydası
Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr, münaqişələr, fikir ayrılıqları və/və ya tələblər Tərəflər arasında danışıqlar yolu ilə həll edilir.
Danışıqlar yolu ilə nizama salınmayan mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll edilir.
Məxfilik
Müştəri (bu bəndin məqsədləri üçün – Məlumat xxxx tərəf) bu Müqaviləyə dair tərtib edilmiş bütün sənədləri, habelə ona məlum xxxx, əhatə dairəsi Müqavilənin 9.2-ci bəndində əks olunmuş məxfi məlumatları ABB-nin yazılı razılığı olmadan üçüncü tərəfə açıqlaya bilməz. Məlumat xxxx tərəf əldə etdiyi məxfi məlumatları istər Müqavilə müddətində, istərsə də Müqavilə müddəti bitdikdən sonra üçüncü şəxslər qarşısında qanunvericiliklə - hüquqi aktlarla nəzərdə tutulmuş hallar istisna olmaqla bilavasitə və ya dolayı yolla açıqlaya bilməz.
Bu bəndin məqsədləri üçün Məlumat xxxx tərəfin əldə etdiyi “məxfi məlumatlar” anlayışı ən azı aşağıdakıları əhatə edir:
ABB-nin rəhbər şəxslərinin, işçilərinin, nümayəndələrinin və/və ya digər səlahiyyətli şəxslərinin, habelə tərəfdaşlarının (bundan sonra – birlikdə “ABB ilə əlaqədar şəxslər”) Məlumat xxxx tərəfin müvafiq səlahiyyətli şəxslərinə şifahi və/və ya yazılı qaydada (kağız və ya elektron daşıyıcıda və s.) açıqladığı, o cümlədən Məlumat xxxx tərəfindən vizual formada əldə olunan ictimaiyyətə məlum olmayan istənilən məlumatlar;
Məlumat xxxx tərəfin hər hansı şifahi və ya yazılı razılaşma əsasında və/və ya digər əməkdaşlıq çərçivəsində ABB-yə və ABB ilə əlaqədar şəxslərə göstərdiyi xidmətlər, yerinə yetirdiyi işlər, satdığı mallar və digər biznes, o cümlədən sosial xarakterli münasibətləri ilə bağlı hansı subyektdən və hansı qaydada əldə etməsindən asılı olmayaraq, əldə etdiyi, o cümlədən Məlumat xxxx tərəfin öz fəaliyyəti əsasında yaranan ictimaiyyətə məlum olmayan istənilən məlumatlar;
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “fərdi məlumat” hesab edilən məlumatlar, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “kommersiya sirri” hesab edilən məlumatlar, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “ABB sirri” hesab edilən məlumatlar;
ABB-yə aidiyyəti xxxx, biznes/sosial fəaliyyəti, idarəçilik, kommersiya, maliyyə, əməliyyat və texniki məlumatları ehtiva edən bütün qeyri-ictimai, özəl və məxfi məlumatlar;
Bu Müqavilə də daxil olmaqla, Tərəflər arasında bağlanmış hər hansı müqavilələrin, razılaşmaların mətni, habelə həmin müqavilələrin mövcudluğu barədə məlumat, ABB tərəfindən məxfi hesab edilən və yayılmaması tələb edilən digər məlumatlar.
Bu Müqavilənin məqsədləri üçün məxfi məlumatların əhatə dairəsi 9.2-ci bəndində qeyd olunan məlumatlarla məhdudlaşdırılmır və həmin bənd məxfi məlumatların minimum dairəsini əks etdirir.
Bu Müqavilənin 9.2.3-cü bəndində əks olunan məlumatlar hər iki Tərəf üçün məxfi məlumatlar hesab olunur.
Bu Müqaviləni, onun surətini, foto surətini, kağız və ya digər elektron daşıyıcılarda xxxx nüsxəsini, habelə onun mətninin tam və ya hər hansı bir hissəsini, həmçinin Müqavilə ilə bağlı istənilən məlumatı, o cümlədən Müqavilənin mövcudluğu barədə məlumatı və digər məxfi məlumatları bu Müqavilənin icrası ilə bağlı hallar istisna olmaqla hər hansı digər məqsədlər üçün istifadə etmək və/və ya üçüncü şəxslərə vermək, habelə ABB-nin adından, onunla əməkdaşlıqdan reklam, təşviq və sair məqsədlər (üçüncü şəxslər qarşısında üstünlük qazanma halları daxil olmaqla) üçün istifadə etmək qadağandır.
Məlumat xxxx tərəf məxfi məlumatların Məlumat xxxx tərəfin rəhbər şəxslərinə, işçilərinə, nümayəndələrinə, digər səlahiyyətli şəxslərinə (bundan sonra - Məlumat alanla əlaqədar şəxslər) açıqlanmasını və həmin şəxslər tərəfindən hər hansı üsulla əldə əldə edilməsini məhdudlaşdırmalı və Tərəflər arasında işgüzar və digər münasibətlərdən asılı olaraq, hər hansı konkret işin, xidmətin və digər öhdəliklərin icrası ilə bağlı məxfi məlumatların bu yarımbənddə qeyd olunan şəxslərə açıqlanması zərurəti olduqda, yalnız müvafiq şəxslərin öhdəliklərinin icrası üçün zəruri həddə, tələb olunan dərəcədə məxfi məlumatları açıqlamalıdır.
Məlumat xxxx tərəf məxfi məlumatları açıqladığı və öz vəzifəsi, öhdəlikləri ilə əlaqədar həmin məlumatları əldə etmək imkanı xxxx Məlumat alanla əlaqədar şəxsləri məlumatların məxfiliyi, istifadə və işlənmə qaydası (mövcud olduğu təqdirdə) barədə məlumatlandırmalı, həmin şəxslərin məlumatların məxfiliyi və bu Müqavilənin icrasından kənar məqsədlərlə açıqlanmaması və ya istifadə edilməməsi ilə bağlı öhdəlik götürməsini təmin etməli və məsuliyyət barədə xəbərdar etməlidir.
Məlumat xxxx tərəf məxfi məlumatların bu Müqavilə şərtlərinin pozulması ilə açıqlanması halı baş verdikdə, dərhal ABB-ni bu barədə xəbərdar etməli və müvafiq açıqlamanın, onun nəticələrinin aradan qaldırılmasını təmin etməlidir.
Məlumat xxxx tərəf bu Müqavilənin qüvvədə olub-olmamasından asılı olmayaraq, ABB tərəfindən təqdim edilən və/və ya digər formada əldə edilən məxfi məlumatları əks etdirən kağız və elektron daşıyıcıları, onların bütün nüsxələrini ABB-nin tələbi ilə dərhal xxxx qaytarmalı və/və ya məhv etməli, komputerdən (digər elektron mənbədən və portativ daşıyıcılardan) tamamilə silməli, habelə məxfi məlumat daşıyıcılarının və onların nüsxələrinin xxxx qaytarılmasını və ya məhv edilməsini təsdiq edən müvafiq səlahiyyətli şəxs tərəfindən imzalanmış arayışı ABB-yə təqdim etməlidir.
Məlumat xxxx tərəf əldə edilən məlumatların məxfi olub-olmamasına dair Məlumat xxxx tərəfdən şübhə yarandıqda, həmin məlumatların məxfi məlumatların əhatə dairəsinə aid olub-olmamağı barədə dərhal ABB-yə müraciət etməli və ABB-nin müvafiq məlumatların məxfi olmamasına dair cavabını alanadək Məlumat xxxx tərəfdən həmin məlumatlara məxfi məlumat kimi yanaşılmalı və bu Müqavilənin müddəaları şamil edilməlidir.
Bu Müqavilənin məxfilik şərtinin pozulmasına görə Məlumat xxxx tərəf ABB qarşısında dəyən zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır.
Bu Müqavilənin 9.4-cü bəndi üzrə məxfilik şərtinin pozulmasına görə hər iki Tərəf məsuliyyət daşıyır.
Məlumat xxxx tərəfin məxfi məlumatlarla bağlı bu Müqavilədən irəli gələn öhdəlikləri Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq daimi müddətə qüvvədə qalır.
Antikorrupsiya
Tərəflər öz fəaliyyətlərində korrupsiyaya qarşı mübarizəyə dair yerli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərini rəhbər tutur və həmin tələblərə riayət edilməməsinə görə məsuliyyət daşıyırlar.
Yekun müddəalar
Bu Müqaviləyə dair bütün əlavə və dəyişikliklər, o cümlədən Müştəri tərəfindən Banka təqdim edilən ərizələr yazılı formada tərtib edilir və bu Müqavilənin tərkib hissəsini təşkil edir.
Bu Müqavilə üzrə bütün yazışmalar poçt göndərişləri, kuryer xidmətləri, faks, elektron poçt vasitəsilə həyata keçirilə bilər.
Müştərinin əlaqə vasitələri (ünvanı, telefon nömrəsi və s.) dəyişdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində Bankı yazılı surətdə xəbərdar etməlidir. Belə xəbərdarlığın edilmədiyi təqdirdə Müştəriyə göndərilən istənilən göndəriş (sms, bildiriş, tələb, pretenziya və.s) onun bu Müqavilənin şərtlərinə uyğun olaraq son məlum xxxx ünvanına/telefon nömrəsinə göndərilir və Müştəri həmin ünvanda olmasa/telefon nömrəsinə sahib olmasa da lazımi qaydada çatdırılmış hesab olunur.
Müştəri tərəfindən təklif və şikayətlərin Bankın müvafiq struktur bölməsinə təqdim edilməsi aşağıdakı əlaqə vasitələri ilə həyata keçirilə bilər:
Qaynar xətt: 937;
Elektron poçt: xxxx@xxx-xxxx.xx və ya xxxxxxxx@xxx-xxxx.xx.
Bu Müqavilə eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir və Tərəflərin hər birində bir nüsxədə saxlanılır.
Tərəflərin rekvizit və imzaları:
Bank |
Müştəri |
“ABB” ASC (“_____________” Filialı)
Ünvan: AZ1005, Bakı, Nizami xxx., 67 “___________” Filialın ünvanı: ____________________________________
VÖEN: 9900001881 M/h: AZ03NABZ01350100000000002944 Kod: 805250 SWIFT Bik: IBAZAZ2X Tel: (+99412) 493 00 91/493 40 91 |
____________________________________ (müştərinin adı) ____________________________________ (hüquqi ünvan, əgər varsa, faktiki ünvan)
VÖEN: ______________________________
Tel: ________________________________ |
____________________________________ (imza/möhür) |
____________________________________ (imza/möhür) |
“ABB” ASC və ____ arasında bağlanmış ___ tarixli, ___ nömrəli “ABB Biznes” tətbiqi proqramlaşdırma interfeysi xidməti haqqında Müqaviləyə
Əlavə № 01
Müştəri tərəfindən “ABB Biznes” tətbiqi proqramlaşdırma interfeysi xidməti vasitəsilə aparıla bilən bank əməliyyatları aşağıdakılardır:
Əməliyyatlar |
İstifadə olunması barədə qeyd |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Bank |
Müştəri |
“ABB” ASC
|
____________ |
___________ __________________________
_______________________________ (imza, möhür) |
__________ ____________________________
_____________________________ (imza, möhür) |
“ABB” ASC və ____ arasında bağlanmış ___ tarixli, ___ nömrəli “ABB Biznes” tətbiqi proqramlaşdırma interfeysi xidməti haqqında Müqaviləyə
Əlavə № 02
Müştərinin “ABB Biznes” tətbiqi proqramlaşdırma interfeysi xidmətinə qoşulmuş hesabların siyahısı
Müştərinin hesab nömrəsi |
Müştərinin hesabının növü |
Əməliyyata məhdudiyyət |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Bank |
Müştəri |
“ABB” ASC
|
____________ |
___________ __________________________
_______________________________ (imza, möhür) |
__________ ____________________________
_____________________________ (imza, möhür) |
“ABB” ASC və ____ arasında bağlanmış ___ tarixli, ___ nömrəli “ABB Biznes” tətbiqi proqramlaşdırma interfeysi xidməti haqqında Müqaviləyə
Əlavə № 03
Müştərinin avtorizasiya işləmə sxemi
Müştəri ödəniş əməliyyatlarını “Internet bank” üzərindən və ya birbaşa əməliyyat sistemi üzərindən təsdiqləyə bilər.
Müştərinin seçiminə əsasən uyğun olan qeyd edilir:
Internet Bank üzərindən |
Müştərinin əməliyyat sistemi üzərindən |
|
|
Bank |
Müştəri |
“ABB” ASC
|
____________ |
___________ __________________________
_______________________________ (imza, möhür) |
__________ ____________________________
_____________________________ (imza, möhür) |