ŞİRKƏTİN (MÜƏSSİSƏNİN/TƏŞKİLATIN) ADI RADİASİYA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ PROQRAMI
|
|
|
ŞİRKƏTİN (MÜƏSSİSƏNİN/TƏŞKİLATIN) ADI
RADİASİYA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ
PROQRAMI
BAKI-2024
GİRİŞ
Şirkətin (Müəssisənin/Təşkilatın) adı (bundan sonra Şirkət (Müəssisə (Təşkilat)) Radioizotop cihazlarından (RİC) istifadə edilir. Şirkətdə (Müəssisədə/Təşkilatda) ionlaşdırıcı şüalanma ilə əlaqəli işlərin aparılması zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət həyata keçirilir.
“Radiasiya təhlükəsizliyinin təmin edilməsi Proqramı” (bundan sonra Proqram) aşağıdakı normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır:
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 30.12.1997-ci il tarixli, 423‑1Q nömrəli Qanunu;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə 25.08.1999-cu il tarixli, 134 nömrəli Qərarı;
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 46 nömrəli 13.12.2012-ci il tarixli qərarı;
“Radioizotop cihazlarının quruluşu və istismarına dair Qaydalar” (“Cанитарные правила устройства и эксплуатации радиоизотопных приборов”, 13.12.1978-ci il tarixli, 1946-78 nömrəli);
Radiasiya Təhlükəsizliyinin Təmin Olunması üzrə Əsas Sanitariya Qaydaları (Основные Санитарные Правила Обеспечения Радиационной Безопасности – 1972/1987-ci il);
“İonlaşdırıcı şüalanmadan qorunmaq və şüalanma mənbələri ilə təhlükəsiz davranmaq üçün əsas Beynəlxalq Təhlükəsizlik Normaları – GSR part 3”, AEBA, Vyana, 2015-ci il;
Radioaktiv mənbələrin fiziki mühafizəsi (Security of Radioactive Sources). IAEA Nuclear Security Series No.11, Vyana, 2009-cu il.
-
Proqramın əsas məqsədi Şirkətdə (Müəssisədə/Təşkilatda) işçilərin, əhalinin və ətraf mühitin ionlaşdırıcı şüalanmanın zərərli təsirindən qorunmasını təmin etmək üçün həyata keçiriləcək tədbirlərin müəyyən edilməsidir.
Proqramın yerinə yetirilməsi Şirkətin (Müəssisənin/Təşkilatın) radiasiya təhlükəsizliyinə cavabdeh şəxsi (RTCŞ) (Radiasiya Təhlükəsizliyi Xidməti (RTX)) tərəfindən həyata keçirilir
Proqramın həyata keçirilməsi zamanı alınan nəticələr müvafiq qaydada sənədləşdirilir.
Proqram üç ildə bir dəfədən az olmayaraq, həmçinin işin xarakterinin və ya tənzimləyici tələblərin (radiasiya təhlükəsizliyi üzrə normativ hüquqi aktların tələblərinin) dəyişildiyi zaman yenidən nəzərdən keçirilir və, ehtiyac olduğu təqdirdə, yenilənir.
ŞİRKƏTDƏ (MÜƏSSİSƏDƏ/TƏŞKİLATDA) RADİASİYA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ ÜZRƏ HƏYATA KEÇİRİLƏN ƏSAS TƏDBİRLƏR
Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərə aşağıdakılar aiddir:
Radiasiya nəzarəti;
İşçilərin təlimatlandırılması;
İşçilərin sağlamlığına nəzarət;
RİC-lərin fiziki mühafizəsi üzrə tədbirlər.
RADİASİYA NƏZARƏTİ
Radiasiya nəzarətinə daxildir:
İşçilərin fərdi şüalanma dozalarına nəzarət;
RİC-lərin üzərində qamma və neytron şüalanmanın doza gücünün ölçülməsi;
İş yerlərində qamma və neytron şüalanmanın doza gücünə nəzarət;
RİC-lərin səthlərinin radioaktiv çirklənməsinə nəzarət;
RİC-ləri daşıyan nəqliyyat vasitəsinə radiasiya nəzarəti;
RİC-lərin texniki vəziyyətinə nəzarət;
Radiasiya nəzarəti cihazlarının dövlət metroloji yoxlamasından keçirilməsi.
İşçilərin fərdi şüalanma dozalarına nəzarət
İşçilərin fərdi şüalanma dozalarına nəzarət üzrə tədbirlər RTCŞ (RTX) tərəfindən həyata keçirilir.
RİC-lərin quraşdırılmasını, sazlanmasını, tərkibində xxxx radioaktiv mənbələrin dəyişdirilməsini həyata keçirən və onlara texniki xidmət göstərən işçilər A qrupuna (daimi və ya müvəqqəti olaraq ionlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilər) aid edilir.
İşçilərin fərdi şüalanma dozalarına nəzarət döş səviyyəsində bərkidilən fərdi termolüminessent dozimetrlərin (TLD) və ya fərdi elektron dozimetrlərin köməyi ilə həyata keçirilir.
TLD tipli dozimetrin göstəriciləri hər rübün axırında TLD xidmətlərinin göstərilməsi üzrə Şirkətin (Müəssisənin/Təşkilatın) müqavilə bağladığı təşkilatın laboratoriyasında yoxlanılır və nəticəsi protokol şəklində Şirkətə (Müəssisəyə/Təşkilata) təhvil verilir.
Fərdi elektron dozimetrlərin göstəriciləri həftədə bir dəfə RTCŞ (RTX) tərəfindən yoxlanılır və nəticəsi “İşçilərin fərdi elektron dozimetrlə ölçülən dozalarının uçotu Jurnalı”nda (Əlavə 1) qeydiyyata alınır.
İşçilərin fərdi şüalanması haqqında məlumat fərdi şüalanma dozalarının uçotu vərəqələrində qeyd olunur (Əlavə 2 və 3). Fərdi uçot vərəqəsi işçi işdən azad edildikdən sonra 50 il müddətində saxlanılmalıdır. İşçinin başqa müəssisəyə keçməsi hallarında, onun fərdi şüalanma dozaları barədə məlumatın surəti yeni iş yerinə verilməli, əsli isə əvvəlki iş yerində saxlanılmalıdır.
Fərdi dozaların normadan yüksək olması müəyyən edildiyi halda, bunun barəsində məlumat dərhal Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə verilməlidir.
İonlaşdırıcı şüalanmaya məruz qalmanın optimallaşdırılması məqsədilə Şirkətdə (Müəssisədə/Təşkilatda) fərdi şüalanma dozalarının nəzarət səviyyəsi müəyyən edilir və mütəmadi olaraq yenidən nəzərdən keçirilir. Hal-hazırda illik fərdi effektiv şüalanma dozasının nəzarət səviyyəsi 2 mZv müəyyən olunub. İllik fərdi effektiv şüalanma dozası nəzarət səviyyəsindən yüksək olduğu halda, RTCŞ (RTX) tərəfindən bunun səbəbləri araşdırılır və zəruri tədbirlər görülür.
RİC-lərin üzərində qamma və neytron şüalanmanın doza gücünün ölçülməsi
Rübdə bir dəfə RİC-in səthində və 1 metr məsafədə qamma şüalanmanın doza gücü ölçülür. RİC-in səthində qamma şüalanmanın doza gücü 100 mkZv/saat-xxx, XXX-dən 1 m məsafədə isə 3 mkZv/saat-xxx artıq olmamalıdır.
İş yerlərində qamma və neytron şüalanmanın doza gücünə nəzarət
RİC-lərin üzərində şüalanmanın ekvivalent doza gücünün yoxlanılması:
Stasionar və daşınan RİC-lərin səthindən 1,0 m məsafədə şüalanmanın ekvivalent doza gücü yoxlanılır rübdə bir dəfə. RİC-in mənbə yerləşən blokundan 1 m məsafədə şüalanmanın ekvivalent dozasının gücü 20 mkZv/saat-xxx artıq olmamalıdır;
Stasionar RİC-lərin səthindən 10 sm və 1,0 m məsafədə şüalanmanın ekvivalent doza gücü yoxlanılır ildə iki dəfə. A qrupuna aid edilən işçilərin daimi iş yerlərində quraşdırılmış stasionar RİC-lərin mənbə yerləşən blokundan 10 sm məsafədə şüalanmanın ekvivalent doza gücü 100 mkZv/saat-xxx, 1 m məsafədə isə 3 mkZv/saat-xxx artıq olmamalıdır.
İş yerlərində şüalanmanın ekvivalent doza gücünün yoxlanılması yerdən 0,5, 1,0, 1,5 və 2,0 m hündürlüklərdə aparılır. Yoxlamaya aşağıdakılar aid edilir:
Stasionar RİC-lərin ətrafında A qrupuna aid edilən işçilərin daimi iş yerlərində şüalanmanın ekvivalent doza gücünün yoxlanılması ildə iki dəfə. 4.4.2-də göstərilən bütün hündürlüklərdə A qrupuna aid edilən işçilərin daimi iş yerlərində şüalanmanın ekvivalent doza gücü 12 mkZv/saat-xxx artıq olmamalıdır.
Stasionar RİC-lərin ətrafında A qrupuna aid edilməyən işçilərin daimi iş yerlərində və insanların olması mümkün xxxx yerlərdə şüalanmanın ekvivalent doza gücünün yoxlanılması ildə iki dəfə. 4.4.2-də göstərilən bütün hündürlüklərdə A qrupuna aid edilməyən işçilərin daimi iş yerlərində şüalanmanın ekvivalent doza gücü 0,5 mkZv/saat-xxx, həmin işçilərin olması ehtimal edilən yerlərdə isə – 1,0 mkZv/saat-xxx artıq olmamalıdır.
İş yerlərində şüalanmanın ekvivalent doza gücünün ölçülməsi RİC-lərin quraşdırılmasından, təmirindən, mənbənin dəyişdirilməsindən, habelə əlavə qoruyucu vasitələrin quraşdırılmasından sonra aparılır.
Ölçmələrin nəticələri Əlavə 4-də göstərilən cədvəl əsasında tərtib edilmiş jurnalda qeyd olunur.
RİC-lərin səthlərinin radioaktiv çirklənməsinə nəzarət
RİC-lərin səthlərinin radioaktiv çirklənməsinə nəzarət ildə bir dəfə və radioaktiv mənbənin dəyişilməsi vaxtı, eləcədə radiasiya qəzası baş verdiyindən və avadanlığın təmirindən sonra həyata keçirilir.
Çirklənmə səviyyəsinin təyin edilməsi müvafiq xidmətlərin göstərilməsi üzrə Şirkətin (Müəssisənin/Təşkilatın) müqavilə bağladığı təşkilat tərəfindən həyata keçirilir. Bunun üçün müvafiq təlimatlara uyğun olaraq RİC-lərin səthindən tamponla silgi nümunəsi götürülür və radiometrik metodla aktivliyə görə analiz olunur. Sınaq nəticələri Şirkətə (Müəssisəyə/Təşkilata) protokol şəklində təqdim edilir və orada saxlanılır.
RİC-in blokunda silinən radioaktiv çirklənmənin səviyyəsi beta-şüalandırıcı radionuklidlər üçün 0,4 Bk/sm2, alfa-şüalandırıcı radionuklidlər üçün isə 0,04 Bk/sm2-dən artıq olmamalıdır.
RİC-ləri daşıyan nəqliyyat vasitəsinə radiasiya nəzarəti
Hər daşınmaya hazırlıq işlərinin aparılması zamanı RTCŞ (RTX) tərəfindən İŞM daşıyan nəqliyyat vasitəsinin üzərində aşağıdakı nöqtələrdə qamma və neytron şüalanmasının ekvivalent doza gücünün ölçmələri aparılır və yükün müşahidə sənədlərində qeyd olunur:
nəqliyyat vasitəsinin kabinasının sürücü və heyət üzvlərinin oturacaq yerlərində qamma və neytron şüalanmasının ekvivalent doza gücü ölçülür. Bu nöqtələrdə yekun doza gücünün yol verilən həddi 12 mkZv/saat müəyyən edilir;
nəqliyyat vasitəsinin banının xarici səthində yerdən 1,5 m hündürlükdə bir neçə nöqtədə qamma və neytron şüalanmasının ekvivalent doza gücü ölçülür. Bu nöqtələrdə yekun doza gücünün yol verilən həddi 2 mZv/saat müəyyən edilir.
RİC-lərin texniki vəziyyətinə nəzarət
Stasionar RİC-lərin mənbə yerləşən bloklarında kilidlərin və plombların bütövlüyü yoxlanılır həftədə bir dəfə.
RİC-lərin mənbə yerləşən bloklarında mənbələrin mövcudluğu yoxlanılır həftədə bir dəfə.
RİC-lərin bütövlüyü və cihazın qapanma mexanizminin (ştorkanın) işlək vəziyyətdə olması, habelə radiasiya təhlükəsi nişanlarının mövcud olması yoxlanılır xxxx xxx dəfə.
Stasionar RİC-lərin mənbə yerləşən bloklarının bərkidilmə mexanizmləri və əlavə quraşdırılan qoruyucu vasitələrin konstruksiyaları yoxlanılır rübdə bir dəfə.
Titrəmə şəraitində istismar edilən RİC-lərin mənbə yerləşən bloklarının bərkidilmə mexanizmlərinin etibarlılığı hər gün yoxlanılır.
Radiasiya qəzası baş verdiyindən, avadanlığın təmirindən, mənbə yerləşən blokun quraşdırılmasından, dəyişdirilməsindən və daxilində xxxx mənbənin dəyişdirilməsindən, habelə əlavə qoruyucu vasitələrin quraşdırılmasından sonra RİC-lərin texniki vəziyyətinə növbədənkənar nəzarət həyata keçirilir.
RİC-lərin texniki vəziyyətinə nəzarətin nəticələri Əlavə 5-də göstərilən cədvəl əsasında tərtib edilmiş jurnalda qeyd olunur.
Radiasiya nəzarəti cihazlarının dövlət metroloji yoxlamasından keçirilməsi
Radiasiya nəzarəti cihazlarının dövlət metroloji yoxlamasından ildə bir dəfə keçirilməsi RTCŞ (RTX) tərəfindən Azərbaycan Respublikasının “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” 13.06.2013-cü il tarixli, 686-IVQ nömrəli Qanununun tələblərinə əsasən təmin edilir.
İŞÇİLƏRİN TƏLİMATLANDIRILMASI
RTCŞ (RTX) tərəfindən işçilərin ilkin və dövri təlimatlandırılması həyata keçirilir. İlkin təlimatlandırma işçinin işə qəbul olması zamanı, dövri təlimatlandırma isə ildə bir dəfə radiasiya təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanla razılaşdırılmış radiasiya təhlükəsizliyinin təmin olunması üzrə təlimata əsasən aparılır.
İşin xüsusiyyəti və ya üsulu dəyişdiyi halda işçilərin növbədənkənar təlimatlandırılması həyata keçirilməlidir.
RİC-lərin istismarı ilə bağlı işlərə müvəqqəti cəlb olunan şəxslər təhlükəsiz iş üsulları barədə təlimatlandırılır.
İlkin, dövri və növbədənkənar təlimatlandırmanın həyata keçirilməsi barədə məlumat müvafiq jurnalda qeyd olunur (Əlavə 6).
İŞÇİLƏRİN SAĞLAMLIĞINA NƏZARƏT
RİC-lərin istismarı ilə məşğul xxxx işçilərin dövri tibbi yoxlamadan keçməsinə nəzarət RTCŞ (RTX) tərəfindən həyata keçirilir.
RİC-lərin istismarı ilə bağlı işlərə əksgöstəriciləri olmayan, 18 yaşa çatmış işçilər cəlb olunur.
RİC-lərin istismarı ilə məşğul xxxx işçilər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 46 nömrəli 13.12.2012-ci il tarixli qərarına müvafiq olaraq ildə bir dəfə tibbi müayinədən keçməlidirlər. İonlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilər üçün keçirilən tibbi müayinələrin növləri və tibbi əksgöstəricilərin siyahısı Əlavə 7-də verilir.
RİC-lərin FİZİKİ MÜHAFİZƏSİ ÜZRƏ TƏDBİRLƏR
Şirkətə (Müəssisəyə/Təşkilata) daxil olmuş RİC-lər barədə məlumatlar RTCŞ (RTX) tərəfindən idxal-ixrac jurnalında qeydə alınır (Əlavə 8).
RİC-lər fiziki mühafizə sistemi ilə təchiz edilir. Fiziki mühafizə sisteminə qıfıl, səs və işıq xəbərdarlıq sistemləri daxil edilir. RİC-lərin fiziki mühafizə sistemlərinin yoxlanılması ildə iki dəfə RTCŞ (RTX) tərəfindən həyata keçirilir.
Daşınan RİC-lər bunun üçün müvafiq səlahiyyətləri xxxx şəxs tərəfindən imzalanmış yazılı göstəriş əsasında verilir və qaytarılır. Bunun barəsində RTCŞ (RTX) tərəfindən dövriyyə jurnalında qeydlər aparılır (Əlavə 9). İŞM-lərin bunun üçün nəzərdə tutulmamış yerlərdə saxlanmasına yol verilmir.
Daşınma xxxxxx XXX-lərin itirilməsi və ya oğurlanmasının qarşısının alınması ilə bağlı görülməli tədbirlər barədə, onların daşınmasında iştirak edən heyət üzvləri RTCŞ (RTX) tərəfindən təlimatlandırılır.
Nəqletmə xxxxxx XXX itirildiyi halda, onu müşayiət edən şəxs RTCŞ (RTX) və Şirkətin (Müəssisənin/Təşkilatın) rəhbərliyinə, Şirkətin (Müəssisənin/Təşkilatın) rəhbərliyi isə radiasiya təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqana və polisə bu barədə məlumat verir.
RİC-lərin və ya onların tərkibində xxxx radioaktiv mənbələrin itirilməsi, oğurlanması və ya istismar sənədlərində nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi faktı aşkar olunduğu hallarda RTCŞ (RTX) Şirkətin (Müəssisənin/Təşkilatın) rəhbərliyinə, Şirkətin (Müəssisənin/Təşkilatın) rəhbərliyi isə radiasiya təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqana bunun barəsində məlumat verir, araşdırmalar aparır və itirilmiş RİC-in axtarışını təşkil edir.
Əlavə 1
İşçilərin fərdi elektron dozimetrlə ölçülən dozalarının uçotu
SN |
Adı, soyadı |
Cihazın adı və seriya nömrəsi |
Cihazın verilmə tarixi |
Cihazın qaytarılma tarixi |
Qəbul olunmuş doza µZv |
RTCŞ-nın imzası |
İşçinin imzası |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əlavə 2
İonlaşdırıcı
şüa mənbələri ilə
işləyənin fərdi şüalanma
dozalarının uçot
Vərəqəsi
1.İdarə,müəssisə__________________________________________________________ (adı, ünvanı, telefonu) 2. Soyadı, adı, atasının adı __________________________________________________ 3. Doğum ili _____________________________________________________________ 4. Cinsi _________________________________________________________________ 5. İşlədiyi yer ____________________________________________________________ ________________________________________________________________________ (sex, şöbə, sahə, laboratoriya və s.) 6. Vəzifəsi _______________________________________________________________ 7. İonlaşdırıcı şüa mənbələri ilə iş stajı ________________________________________ ___________________________________________________________________________ (hansı vaxtdan idarədə işləyir, ümumi staj) 8. Yaşadığı yerin ünvanı, telefonu _______________________________________________ ___________________________________________________________________________ 9. İşin şəraiti ______________________________________________________________ (işin növü, işin dərəcəsi, radioaktiv maddənin aqreqat vəziyyəti) ____________________________________________________________________________ (iş yerində yol verilən maksimal birdəfəlik aktivlik və s.) 10. Dozanın ölçülməsi üsulu _________________________________________________ (dozimetrin tipi, ekspozisiya vaxtı) |
Əlavə 3
Şüalanma dozası barədə məlumat
Dövr |
Ölçmə növü |
Doza, mZv (millizivert) |
Qeyd |
||||||||
2013-cü il |
2014-cü il |
2015-ci il |
2016-cı il |
2017-ci il |
2018-ci il |
2019-ci il |
2020-ci il |
2021-ci il |
|||
I rüb |
Hp (10) |
|
|
|
|
|
|
|
|
|
|
Hp (0,07) |
|
|
|
|
|
|
|
|
|
|
|
II rüb |
Hp (10) |
|
|
|
|
|
|
|
|
|
|
Hp (0,07) |
|
|
|
|
|
|
|
|
|
|
|
III rüb |
Hp (10) |
|
|
|
|
|
|
|
|
|
|
Hp (0,07) |
|
|
|
|
|
|
|
|
|
|
|
IV rüb |
Hp (10) |
|
|
|
|
|
|
|
|
|
|
Hp (0,07) |
|
|
|
|
|
|
|
|
|
|
|
İl ərzində |
Hp (10) |
|
|
|
|
|
|
|
|
|
|
Hp (0,07) |
|
|
|
|
|
|
|
|
|
|
Əlavə 4
İş yerlərində qamma və neytron şüalanmasının ekvivalent doza gücünün təyin edilməsi üzrə ölçmələrin nəticələri
S/N |
Ölçmə nöqtəsi |
Ölçmə tarixi |
Ölçmə cihazın adı və seriya nömrəsi |
Şüalanma dozasının gücü (µZv/saat) |
Ölçməni aparanın adı, soyadı, imzası |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əlavə 5
RİC-lərə texniki xidmətin göstərilməsi üzrə
Qeydiyyat Jurnalı
Qurğunun seriya nömrəsi |
Texniki xidmət göstərən təşkilatın və onun nümayəndəsinin adı |
Texniki xidmətin tarixi |
Texniki xidmətin nəticəsi |
Texniki xidməti göstərənin imzası |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əlavə 6
Radiasiya təhlükəsizliyi üzrə təlimatlandırmanın aparılması üzrə
JURNAL
Təlimatlandırmanın keçirildiyi tarix |
Təlimatlandırılan şəxs |
Təlimatın mövzusu |
Təlimatın növü |
Təlimatlandıran şəxs |
Qeydlər |
||||
Adı, soyadı |
Vəzifəsi |
Xxxx |
Xxx, soyadı |
Xxxxxxxx |
İmza |
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əlavə 7
İonlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilər üçün keçirilən tibbi müayinələrin növləri və tibbi əksgöstəricilər
S/n |
Zərərli və təhlükəli istehsalat amilləri |
Müayinələrin dövriliyi |
Həkim-mütəxəssislərin iştirakı |
Laborator və funksional müayinələr |
Tibbi əksgöstərişlər |
3.1 |
İonlaşdırıcı şüalanma, radioaktiv maddələr və ionlaşdırıcı şüalanmanın digər mənbələri |
ildə 1 dəfə |
Terapevt Oftalmoloq Dermatoveneroloq Nevropatoloq Otorinolarinqoloq Cərrah Onkoloq |
Retikulositlər Trombositlər Spirometriya Döş qəfəsinin 2 proyeksiyada rentgenoqrafiyası Göz mühitlərinin biomikroskopiyası Göz dibinin oftalmoskopiyası Korreksiyasız və korreksiya ilə görmə itiliyinin yoxlanılması Qarın boşluğu orqanlarının və qalxanabənzər vəzinin USM |
Periferik qanda hemoqlobinin kişilərdə 130 q/l-dən aşağı, qadınlarda 120 q/l-dən aşağı olması. Leykositlərin 4,5 x 109 v/l-dən, trombositlərin 1800000-dən aşağı olması. Kompensasiya dərəcəsindən asılı olmayaraq damarların obliterəedici xəstəlikləri. Reyno xəstəliyi və sindromu. Şua xəstəliyi və onun nəticələri. Bədxassəli yenitörəmələr. Xüsusi geyimin geyilməsinə və dəri səthinin tualetinə mane törədən xöşxassəli yenitörəmələr. Dərin mikozlar. Bir gözdə 0,4 D-dən və o biri gözdə 0,3 D-dən az olmayan korreksiya ilə görmə itiliyi Skiaskopik refraksiya: yaxındangörmə normal göz dibində 10,O D qədər, uzaqdangörmə 8,O D qədər, astiqmatizm 3,O D qədər. Radiasiya kataraktası. |
Əlavə 8
Müəssisəyə daxil olmuş RİC-lərin
İdxal-İxrac jurnalı
Sıra N-si |
İdxal |
İxrac |
|||||||||
İdxal edilən RİC-in adı və seriya nömrəsi |
RİC-in daxilində xxxx mənbənin adı və seriya nömrəsi |
İstehsal edən ölkə və müəssisə |
Ölkəyə daxil olma tarixi |
AR NK-nın icazə (tarixi, və nömrəsi) |
Qəbul edən şəxsin adı, soyadı, imzası |
İxrac edilən RİC-in adı və seriya nömrəsi |
Hara aparılır |
Aparılma tarixi |
RİC-in daxilində xxxx mənbənin adı və seriya nömrəsi |
Təhvil verən şəxsin adı, soyadı, imzası |
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əlavə 9
İonlaşdırıcı şüalanma mənbələrin dövriyə
JURNALI
S/N |
RİC-in adı |
RİC-in seriya nömrəsi |
Tələbnamənin nömrəsi və tarixi |
Kimə verilib (adı, soyadı, vəzifəsi və imzası) |
Hara aparılır |
Aparılma tarixi |
Xxx tərəfindən verilib (məsul şəxsin adı, soyadı və imzası) |
Qaytarılma tarixi |
Xxx tərəfindən qaytarılıb (adı, soyadı və imzası) |
Qəbul etdi (məsul şəxsin adı, soyadı və imzası) |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|