Contract
13 fevral,2018-ci il
“Şamaxı rayonunun Göylər kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi
13 fevral 2018-ci il tarixində, Şamaxı rayonunun Xxxxxx Xxxxxx Mərkəzində Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə “Şamaxı rayonunun Göylər kəndinin tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Sözügedən mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Zati-aliləri cənab Xxxxxxxx Xxxxxx və Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı xxxxx Xxxx Xxxxxx iştirak etmiş, layihə üzrə müqavilə isə “Regional İnkişaf” İctimai Birliyinin sədri xxxxx Xxxxxxxx Xxxxxxxxxx və cənab səfir Katori Xxxxxxxx tərəfindən imzalanmışdır.
Mərasimdə çıxış edən cənab səfir layihənin icrası nəticəsində mərkəzdən uzaq məsafədə məskunlaşan sakinlərin ilkin tibbi yardımın yaxşılaşdırılmasına ümid etdiyini bildirdi. Xxxxx Xxxxxx isə, Yaponiya Hökumətinin göstərdiyi maliyyə dəstəyinə təşəkkürünü bildirərək,sözügedən layihə Şamaxı rayonunun tibbi infrastrukturunun qismən təkmilləşməsinə tövhə verəcəyinə ümid bəslədiyini söyləmişdir.
Layihənin əsas məqsədi Göylər kəndində tibb məntəqəsini tikməkdir.Layihənin ümumi məbləği 90,118 ABŞ dolları
təşkil edir. Layihənin icrası nəticəsində yerli sakinlərinin ilkin tibbi yardım xidmətinin yaxşılaşdırılmasına ümid edilir.
Bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” layihələrinin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir.Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 226 və ümumi dəyəri isə 19,313,834 ABŞ dolları təşkil edir.
Yaponiya Hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa xxx xxxxx əhəmiyyət verir.Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı xxxx xxxxx sahələri əhatə etməklə, ümumi məbləği artıq 1.1 xxxxxxx ABŞ dollarını keçmişdir.
Bu vaxta qədər Şamaxı rayonunda bu layihə də daxil olmaqla 5 layihəyə imza atılmışdır.
Xx | Xxxxxxxxx adı | Məbləğ |
2001-ci il | Şamaxı rayonunda internat məktəbinin təmiri | 93,244 ABŞ |
2007-ci il | Şamaxı rayonunun İnşaatçılar qəsəbəsində məktəbin tikintisi | 85,780 ABŞ |
2009-cu il | Şamaxı rayonunun Məlikçobanlı kəndində su təchizatı sisteminin tikintisi | 96,682 ABŞ |
2016-cı il | Şamaxı rayonunun Quşçu kəndində su təchizatı sisteminin tikintisi | 82,930 ABŞ |
2017-ci il | Şamaxı rayonunun Göylər kəndinin tibb məntəqəsinin tikintisi | 90,118 ABŞ |
Cəmi | 448,754 ABŞ |
Imzalanma mərasimindən görüntülər
Imzalanma mərasiminə Şamaxı RİH başçısı xxxxx Xxxxxx,Yaponiyanın AR səfiri Xxxxxxxx Xxxxxx və “Regional İnkişaf”İB-nin sədri xxxxx Xxxxxxxxxx başda olmaqla xxx xxxxx qonaqlar qatılmışdır. | Şamaxı rayon İcra Hakimiyyətinin başçısı xxxxx Xxxxxxxx çıxışı | |
Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri cənab Xxxxxxxx Xxxxxxxxx çıxışı | “Regional İnkişaf”İB-nin sədri xxxxx X.Xxxxxxxxxxxx çıxışı |
Göylər kəndinin tibb məntəqəsinin baş həkimi xanım Xxxxx Xxxxxxxxxxxxxx çıxışı | Qrant müqaviləsinə imza atan təşkilatın sədri xxxxx Xxxxxxxxxx və səfir cənab Xxxxxxxx Xxxxxxxxx görüntüsü | |
İmzalanmadan sonrakı təbrik görüntüsü | Xxxxxx Xxxxxx mərkəzində xatirə şəkli |