Contract
Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaranan, mövcud xxxx və 01.09.2018 tarixli 000038484 xxxxx müqavilə əsasında FedEx Express və TNT Express şirkətlərinin Azərbaycandakı təmsilçisi “Azəri Ekspress” MMM, Nizamnamə əsasında fəaliyyət göstərən direktoru Xxxx Xxxxxxxxx şəxsində bundan sonra “İcraçı” adlandırılacaq bir tərəfdən və xxx.xxxxxxxxxxxx.xxx veb səhifəsində çatdırılma xidmətindən istifadə edən şəxs bundan sonra “Sifarişçi” adlandırılacaq digər tərəfdən, (birlikdə “Tərəflər”, hər biri ayrı-ayrılıqda “Tərəf” adlandırılacaqlar) öz iradələrinə əsaslanaraq, öz hərəkətlərinin əhəmiyyətini və nəticələrini tam şəkildə dərk edərək, hazırki Müqavilədə (bundan sonra “Müqavilə”) istifadə edilən anlayışlar və terminləri tam anlamaqla aşağıdakı şərtlərlə xxxxx olublar:
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1 Bu Müqaviləyə əsasən İcraçı Sifarişçinin sifarişinə əsasən Azərbaycan Respublikasından İcraçının şəbəkəsinə aid xxxx və qeyd olunan ərazilərə və/və ya həmin ərazilərdən Azərbaycan Respublikasında istənilən ünvanına müxtəlif ölçüdə, çeşiddə, miqdarda göndərişlərin, bağlamaların, sənədlərin qəbulunu, nəql edilməsini, çatdırılmasını (bundan sonra “Xidmət”) həyata keçirir, Sifarişçi isə bunun müqabilində şərtlərə əsasən İcraçıya xidmət haqqı ödəyir.
1.2 Sifarişçinin sifarişinə əsasən yüklərin paketlənməsi, qablaşdırılması və s. işlərini də Xxxxxx tərəfindən görülə bilər.
2 MÜQAVİLƏNİN QİYMƏTİ VƏ ÖDƏNİŞ QAYDASI
2.1 Bu Müqavilənin 1-ci maddəsində qeyd olunan Xxxxxx tərəfindən Sifarişçiyə göstərilən xidmət və onun dəyəri ünvanlar qeyd olunandan sonra xxx.xxxxxxxxxxxx.xxx səhifəsində açıqlanır.
2.2 Ödəniş pul şəklində sifariş yerinə yetirəndən sonra nağd həyata keçiriləcəkdir.
2.3 Göndəriş qaimələri əsasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların üzləşməsi aktı tərtib oluna bilər.
2.4 Xarici ödənişlərlə bağlı ödəniş Azərbaycan Respublikası Mərkəzi Bankının xidmət göstərilmiş gününə AVRO hesablanaraq Azərbaycan Respublikası milli valyutası ilə həyata keçirilməlidir.
3 TƏRƏFLƏRİN HÜQUQLARI VƏ ÖHDƏLİKLƏRİ
3.1 İcraçının öhdəlikləri:
3.1.1 bu Müqavilənin şərtlərinə riayət etmək;
3.1.2 bağlamaların/göndərişlərin itirilməsi, oğurlanması, zədələnməsi və xarab olması hallarına görə həmin bağlamaların/göndərişlərin bütövlüklə çatdırılmasını yalnız 200 (iki yüz) AZN dəyərinə qədər sığortalayır. Bu məbləğdən yüksək dəyərli sifarişlərin (bağlamaların/göndərişlərin) çatdırılması, Sifarişçinin istəyinə əsasən əlavə olaraq yalnız Sifarişçinin hesabına sığortalana bilər.
3.1.3 sifarişi yüksək keyfiyyətlə və Xxxxxxxxx tərəfindən təqdim edilən ünvana çatdırmaq;
3.1.4 sifarişin yerinə yetirilməsi zamanı qabaqcadan nəzərdə tutulmayan hal baş verərsə, Sifarişçiyə məlumat vermək;
3.1.5 İcraçı, Sifarişçinin tələbi olduqda lazımı ünvan (şəxs) tərəfindən qəbul edilmiş göndərişin qaiməsinin surətini təqdim edir.
3.2 İcraçının hüquqları:
3.2.1 bu Müqavilənin şərtlərinə riayət edilməsini Sifarişçidən tələb etmək;
3.2.2 göstəriləcək xidmətlə/sifarişlə əlaqədar bütün məlumatları Sifarişçidən almaq. Məlumatların səhv və ya natamam verilməsi İcraçını məsuliyyətdən azad edir;
3.2.3 Düzgün təqdim olunmayan və ya səhv/natamam təqdim olunan məlumatlar üzündən əlavə xərclər yaranarsa, Xxxxxxxxx tərəfindən xərclərin tam ödənilməsini tələb etmək;
3.2.4 Sifarişçidən bağlamaları/göndərişləri bütöv şəkildə təhvil almaq;
3.3 Sifarişçinin öhdəlikləri:
3.3.1 yalnız qanunvericiliklə icazə verilən bağlamaların/göndərişlərin göndərilməsini sifariş vermək;
3.3.2 sifarişlə/göstəriləcək xidmətlə əlaqədar İcraçıya dəqiq, tam və düzgün məlumatlar (ad, ünvan, təyinat yeri, nömrə və s.) vermək;
3.3.3 Sifarişçi tərəfindən düzgün təqdim olunmayan və ya səhv/natamam təqdim olunan məlumatlar üzündən əlavə xərclər yaranarsa, həmin xərclərin İcraçıya ödənilməsini təmin etmək;
3.3.4 Sifariş (bağlamalar/göndərişlər) ünvana çatdıqdan sonra sifariş xxxx sifarişi (bağlamaları/göndərişləri) qəbul etməkdən imtina etdikdə, ünvan dəqiq göstərilmədiyi üçün sifariş alana çatmadıqda və/və ya sifariş xxxx həmin ölkənin qanunvericiliyinə əsasən sifariş (bağlamalar/göndərişlər) ilə əlaqədar yaranmış rüsum və ödənişləri ödəməkdən imtina etdikdə və İcraçı göndərməni xxxx qaytarmaq məcburiyyətində qaldıqda, bununla əlaqədar Xxxxxx tərəfindən əlavə xidmət haqqı hesablanacaq və yaranacaq xidmət haqqı Xxxxxxxxx tərəfindən bu Müqavilənin şərtlərinə əsasən İcraçıya ödəniləcəkdir.
3.4 Sifarişçinin hüquqları:
3.4.1 İcraçıdan bu Müqavilənin 3.1-ci maddəsində qeyd olunan öhdəlikləri əməl etməsini tələb etmək.
4 MƏXFİLİYİN TƏMİN EDİLMƏSİ
4.1 Hazırkı Müqavilənin imzalanması və yerinə yetirilməsi ilə əlaqədar istənilən məlumat məxfi xarakter daşıyır və Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən Tərəf tərəfindən üçüncü şəxsə digər Tərəfin yazılı razılığı olmadan ötürülə bilməz.
5 QARŞISIALINMAZ HALLAR (FORS-MAJOR XXXXXX)
VƏ ŞƏRAİTİN DƏYİŞMƏSİ
5.1 Fors-major şəraiti dedikdə, elan olunmuş və ya faktiki müharibə, epidemiya, epizotiya, blokada, zəlzələ, sel, yanğın və digər təbii fəlakətlər, həmçinin Tərəflərdən hər hansının iradəsindən asılı olmayan və bu Müqavilə imzalandığı tarixdə qabaqcadan görüb və qarşısı alına bilməyən şərait nəzərdə tutulur.
6 TƏTBİQ OLUNAN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
6.1 Bu Müqavilə ilə həll edilməyən məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
6.2 Bu Müqavilədən irəli gələn və ya onunla bağlı bütün mübahisələr, danışıqlar yolu ilə həll olunmağa üstünlük verilir. Danışıqlar yolu ilə həll oluna bilməyən mübahisələr aidiyyəti üzrə Azərbaycan Respublikasının məhkəməsinə verilir.