Layihə
Layihə
(İlkin variant)
Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli xxxx xidmət haqqının nağdsız formada ödənilməsi barədə
Q A Y D A L A R
I.Ümumi müddəalar
1.1. “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli xxxx xidmət haqqının nağdsız formada ödənilməsi barədə Qaydalar” (bundan sonra – bu Qaydalar) vəkilə müştəri tərəfindən ödənilməli xxxx xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu Qaydaların məqsədi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanına uyğun olaraq vəkillik fəaliyyəti sahəsində şəffaflığın daha da artırılmasından ibarətdir.
1.3. Bu Qaydalar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 10 iyul tarixli 16/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2013-ci il 17 sentyabr tarixli 19/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın və digər hüquqi aktların tələbləri nəzərə alınmaqla hazırlanmışdır.
1.4. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənanı ifadə edir:
1.4.1. Müştəri – vəkil ilə “Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə”ni imzalayan hüquqi yardım göstərilən şəxs və ya müraciət edən şəxsdir;
1.4.2. Bank – “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq fəaliyyət göstərən və vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin bank hesabının olduğu bankdır;
1.4.3. POS-terminal – ödəniş kartı vasitəsilə əməliyyatların aparılması üçün nəzərdə tutulmuş avadanlıqdır;
1.4.4. Nağdsız hesablaşma - ödəniş terminalları ilə və ya birbaşa nağd qaydada, habelə bir şəxsin bank hesabından vəkil qurumunun, habelə fərdi qaydada fəaliyyət göstərən vəkilin bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmadır;
1.4.5. Ödəniş kartı - nağdsız ödənişlərin aparılması üçün istifadə edilən ödəniş alətidir;
1.4.6. Xidmət haqqı - “Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə” ilə müəyyən edilmiş və vəkilə ödənilməli xxxx qonorarın məbləğidir;
1.4.7. Müqavilə - “Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə”dir.
1.4.8. Vəkil ofisi – vəkil qurumunun fəaliyyət göstərdiyi inzibati bina (qeyri- yaşayış sahəsi), vəkil kabinetinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin yerləşdiyi yerdir (bina, qeyri-yaşayış sahəsi və s).
II.Müştəri ilə vəkil qurumu və vəkil arasındakı münasibətlər və ödənişlərin aparılması
2.1. Müştəri ilə vəkil qurumu və vəkil arasındakı münasibətlər yalnız müqaviləyə əsaslanır. Müştəri kateqoriyasına fiziki və hüquqi şəxslər, dövlət orqanları, idarə və təşkilatlar (müəssisələr) və müqavilə bağlamaq qabiliyyətinə (imkanına) xxxxx xxxx digər şəxslər daxildir.
2.2. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya qanunvericiliyin tələblərinə uyğun vəkillər tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
2.3. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı xxxx vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir.
2.4. Hüquqi yardımın göstərilməsinə görə ödənilən xidmət haqqının məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir.
2.5. Müştəri vəkil qurumunda, vəkil kabinetində vəkillə və ya fərdi qaydada fəaliyyət göstərən vəkillə müqavilə bağladıqda, müqavilədə göstərilən xidmət haqqını nağdsız hesablaşma qaydasında aşağıdakı formalarda ödəyə bilər:
2.5.1. Vəkil qurumunda, vəkil kabinetində və ya fərdi qaydada fəaliyyət göstərən vəkildə mövcud xxxx POS-terminal vasitəsilə ödəniş kartı ilə;
2.5.2. Vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin bank
hesabına ödəniş edilməsi yolu ilə;
2.5.3. Digər ödəniş sistemi vasitəsilə.
2.6. Müştəri POS-terminal vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən ödəniş kartı vasitəsilə edilən ödənişlə əlaqədar ona həmin avadanlığın çap etdiyi ödəniş qəbzinin (məcburi rekvizitləri əks etdirən qəbzin) bir nüsxəsi verilir. POS- terminal vasitəsilə verilən qəbzin digər nüsxəsi müqaviləyə əlavə edilib saxlanılır. Həmin qəbzin nüsxəsi müştəri tərəfindən imzalanmalı və üzərinə müştəri tərəfindən onun adı və soyadı yazılmalıdır.
2.7. Ödəniş qəbzi müştərinin müqavilədə göstərilən məbləğin onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir.
2.8. Müştəri bank vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən xidmət haqqının banka ödənildiyini təsdiq edən mədaxil qəbzi (ödəniş sənədi) vəkil qurumuna və ya vəkilə təqdim edilir. Mədaxil qəbzinin (ödəniş sənədinin) surəti müqaviləyə əlavə edilib saxlanılır. Müştəri mədaxil qəbzinin əslini bilavasitə vəkil qurumunun müvafiq vəzifəli şəxsinə və vəkilə göstərməlidir. Bankın müştəriyə təqdim etdiyi mədaxil qəbzi (ödəniş sənədi) müştərinin müqavilədə göstərilən məbləğin (qonorarın) onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir.
2.9. Müştəri digər ödəniş sistemi vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən xidmət haqqının həmin sistem vasitəsilə ödənildiyini təsdiq edən qəbzi (ödəniş sənədi) vəkil qurumuna və ya vəkilə təqdim edilir. Ödəniş sənədinin surəti müqaviləyə əlavə edilib saxlanılır. Müştəri ödəniş sənədinin əslini (əsli olmadıqda surətini) bilavasitə vəkil qurumunun müvafiq vəzifəli şəxsinə və vəkilə göstərməlidir. Ödəniş sənədi müştərinin müqavilədə göstərilən məbləğin (qonorarın) onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir.
III. Vəkil qurumunun, vəkil kabinetində və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin nağdsız hesablaşmalarla bağlı tədbirləri
3.1. Vəkil qurumu, vəkil kabinetində və ya fərdi qaydada fəaliyyət göstərən vəkil müştərinin nağdsız hesablaşmanı aparması üçün müştəri məmnunluğunun təmin edilməsi məqsədilə aşağıdakı tədbirləri həyata keçirir:
3.1.1. Vəkil ofisində POS-terminalların quraşdırılmasını və onun işlək vəziyyətdə saxlanılmasını təmin edir;
3.1.2. Xidmət haqqını birbaşa xxxxxx yerləşən hesaba ödəmək istəyən müştəriyə bankın yeri, ünvanı, bank rekvizitləri barədə ətraflı məlumatın verilməsini təmin edir;
3.1.3. Nağdsız hesablaşmanın mahiyyəti barədə müştərini məlumatlandırır, xidmət haqqının xxxx qaytarılması halı barədə mövcud tutulmalarla bağlı müştəriyə məlumat verir;
3.1.4. Ödəniş sənədlərinin (qəbzlərin, mədaxilə qəbzlərinin) saxlanılmasını təmin
edir.
3.2. Vəkil qurumu, vəkil kabinetində və ya fərdi qaydada fəaliyyət göstərən vəkil
tərəfindən müştəridən xidmət haqqı nağd qaydada qəbul edilmir.