QAYDALARI
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması
QAYDALARI
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Xidməti və xxxxx xxxxx haqqında" Azərbaycan Respublikasının 15-ci maddəsinin birinci hissəsinin, habelə 8-ci, 9-cu, 22-ci və 23-cü maddələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır və xidməti və mülki silahın, onun döyüş sursatının uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması qaydalarını müəyyən edir.
II. XİDMƏTİ VƏ MÜLKİ SİLAHIN UÇOTU QAYDALARI
2.1. Xidməti və mülki silahın, onun döyüş sursatının uçotu onların dövriyyəsi zamanı itməsi, oğurlanması, təyinatına uyğun olmadan istifadə edilməsi hallarının qarşısının alınması məqsədi ilə aparılır.
2.2. Markasından, növündən, daxil olma və əldə edilmə mənbəyindən asılı olmayaraq bütün silah və döyüş sursatları (fiziki şəxslərin istifadəsində xxxx yivsiz ov tüfənglərinin patronlarından başqa) uçota götürülür.
2.3. Bütün xidməti və mülki silahın uçotu mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra - DİN) tərəfindən ona təqdim edilmiş məlumatlar və silah və onun döyüş sursatının qeydiyyata alınması əsasında aparılır.
2.4. Qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti və mülki silahın və onun döyüş sursatının istehsalı ilə məşğul xxxx müəssisələr marka nişanı və qeydiyyat nömrəsi daxil edilən müvafiq jurnalda, istehsal olunan silah və döyüş sursatının qeydiyyatını aparmalı və bu barədə məlumatları hər rübdə bir dəfədən az olmayaraq DİN-ə təqdim etməlidirlər.
2.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti və mülki silahın satışı ilə məşğul xxxx müəssisələr satılmış xidməti və xxxxx xxxxx, onun döyüş sursatı, habelə onların alıcısı barədə 3 gün ərzində daxili işlər orqanına müvafiq forma üzrə məlumat təqdim etməli və silahın (pnevmatik silahlar və aerozol qurğuları istisna olmaqla) əldə edilməsi barədə həmin formanın alıcıda qalan hissəsində müvafiq qeyd aparmalıdırlar.
2.6. Dövlət orqanları və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdikləri xidməti və mülki silahı, silah əldə edilən andan iki həftə ərzində onun qanuniliyini sübut edən sənədlər əsasında DİN-də qeydiyyatdan keçirməlidirlər.
2.7. Azərbaycan Respublikasının vətəndaşları (bundan sonra - vətəndaşlar) qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdikləri odlu ov və ya idman silahını, silah əldə edilən andan iki həftə ərzində DİN-də qeydiyyatdan keçirməlidirlər. Mülkiyyətində və ya istifadəsində xxxxx xxxx hər bir vətəndaşın onun yaşayış yeri üzrə daxili işlər orqanında şəxsi işi aparılır.
III. XİDMƏTİ VƏ MÜLKİ SİLAHIN SAXLANILMASI QAYDALARI
3.1. Xidməti və mülki silahın və onun döyüş sursatının saxlanılması qanunvericiliklə müəyyən edilmiş qaydada verilən aşağıdakılar əsasında həyata keçirilir:
3.1.1. silah və onun döyüş sursatını istehsal edən müəssisələr - xidməti və mülki silahın istehsalı üçün verilən xüsusi icazə əsasında;
3.1.2. silah və onun döyüş sursatının satışı ilə məşğul xxxx müəssisələr - xidməti və mülki silahın satışı üçün verilən xüsusi icazə əsasında;
3.1.3. dövlət orqanları və hüquqi şəxslər - xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında;
3.1.4. vətəndaşlar - mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında;
3.1.5. əcnəbilər - Azərbaycan Respublikasının ərazisində mülki silahın əldə edilməsinə verilən xüsusi icazə (silah əldə edildiyi gündən ən çoxu 5 gün müddətində onu Azərbaycan Respublikasından aparmaq şərti ilə), Azərbaycan Respublikasında ov etmək barədə Azərbaycan Respublikasının müvafiq hüquqi şəxsi ilə müqavilə, idman yarışlarında və ya silah sərgisində iştirak etmək haqqında müvafiq olaraq yarışların və sərginin təşkilatçılarının dəvəti (əcnəbilərin Azərbaycan Respublikasına gətirdikləri silaha münasibətdə) əsasında.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər xidməti silahı, belə silahın onlara verilməsini nəzərdə tutan qanunvericilik aktları və silahın konkret olaraq onlara təhkim edilməsi barədə sənəd əsasında saxlayırlar.
3.2. Bu Qaydaların 3.1-ci bəndində göstərilən bütün subyektlər silahları və onların döyüş sursatlarını onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən şəraitdə saxlamalıdır. Odlu silahın və onun döyüş sursatının DİN-in xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır.
3.3. Saxlanılan silahların və ya onun döyüş sursatlarının itirildiyi, oğurlandığı və ya başqa səbəblərdən qanuni istifadədən və ya mülkiyyətdən çıxdığı hallarda həmin silah və onun döyüş sursatlarının sahibləri bu barədə dərhal daxili işlər orqanlarına məlumat verməlidirlər.
3.4. Bu Qaydaların 3.1-ci bəndində göstərilmiş xüsusi icazələri əldə etmək məqsədi ilə subyektlər müəyyən edilmiş qaydada DİN-ə müraciət edərkən, ərizədə silahın və onun döyüş sursatının saxlanma şəraiti (binanın, anbarın, otağın möhkəmliyi, texniki mühafizəsi, keşikçinin olması və s.), silahların və onların döyüş sursatlarının saxlanılmasına görə bilavasitə məsuliyyət daşıyan şəxs barəsində müfəssəl məlumat verməlidirlər.
Silahların və onların döyüş sursatlarının saxlanılmasına görə bilavasitə məsuliyyət daşıyan şəxs barədə anket (anket göstəriciləri), silahın və onun döyüş sursatının saxlanılması ilə əlaqədar xxxx şəxslər haqqında məlumatları (onların adı, soyadı və atasının adı, doğum tarixi və yeri, keçmiş əmək fəaliyyəti və davranışı haqqında göstəricilər və bu şəxsin işə yararlılığı barəsində tibbi arayış) əks etdirən sənədlər ərizəyə əlavə edilməlidir.
3.5. Bu Qaydaların 3.1.1-3.1.3-cü bəndlərində sadalanan subyektlərin ərizələrində göstərilən məlumatların araşdırılması üçün DİN tərəfindən polis, yanğından mühafizə orqanlarının, sanitar xidməti, habelə zərurət olduqda digər təşkilatların əməkdaşlarının iştirakı ilə komissiya təşkil edilir. Komissiya silah və onun döyüş sursatının saxlanılması üçün onlar tərəfindən ayrılmış binalar, anbarlar və ya otaqların müvafiq tələblərə cavab verib-verməməsini yerində yoxlayır və yoxlamanın nəticələrinə əsasən müvafiq akt tərtib edir. Müvafiq xüsusi icazələrin verilməsi və ya verilməsindən imtina edilməsi barədə DİN-in qərarı həmin akta əsaslanır.
3.6. Bu Qaydaların 3.1.1 - 3.1.3-cü bəndlərində göstərilən subyektlərin silah və onun döyüş sursatının saxlanması üçün ayırdıqları ayrıca yerlər (binalar, anbarlar, otaqlar) aşağıdakı əsas tələblərə cavab verməlidir:
3.6.1. belə yerlər məxsusi olaraq silah və döyüş sursatının saxlanılması üçün nəzərdə tutulmalıdır;
3.6.2. belə yerlər yüksək səviyyədə texniki və ya digər mühafizə vasitələri, habelə yanğından mühafizə vasitələri ilə təchiz edilməlidir və mövcud sanitar normalara cavab verməlidir;
3.6.3. silahlar və döyüş sursatları etibarlı şəkildə kilidlənən seyflərdə və ya dəmir şkaflarda saxlanılmalıdır;
3.6.4. belə yerlərdə xxxx bütün inventarlar (şkafların, seyflərin, dəmir yeşiklərin sayı və nömrələri, hansı möhürlə möhürlənməsi müfəssəl göstərilməklə) siyahıya alınmalıdır;
3.6.5. belə yerlərdə silah və sursatların digər əşyalarla birgə saxlanması qəti qadağandır, habelə silah və döyüş sursatları bir-birindən ayrıca saxlanmalıdır.
3.7. Tədris müəssisələrində və idman cəmiyyətlərində kiçik çaplı silahlardan başqa bütün digər silahlar döyüşə yararsız vəziyyətə gətirildikdən sonra saxlanılır.
3.8. Azərbaycan Respublikasının muzey fonduna daxil xxxx silahların növündən asılı olmayaraq onların saxlanılması üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi DİN ilə razılaşdırmaqla əlavə tədbirlər də müəyyən edə bilər.
3.9. Daxili işlər orqanları bu Qaydaların 3.1.1 - 3.1.3-cü bəndlərində göstərilən subyektlərin silah və onun döyüş sursatının saxlama şəraitinin qoyulan tələblərə uyğunluğunun lazımi səviyyədə olmasına əmin olmaq və mövcud qüsurları xxxxx xxxx aradan qaldırmaq məqsədi ilə silah və sursatların saxlanma yerlərinə rübdə bir dəfə, 20- dən artıq odlu silah saxlanılan yerlərə isə xxxx xxx dəfə baxış keçirə bilərlər.
3.10. Baxışın keçirilməsi nəticəsində kiçik qüsurlar aşkar edildikdə vəziyyətə uyğun olaraq onların dərhal və ya növbəti baxışın keçirilməsinədək aradan qaldırılması barədə baxışı keçirən əməkdaşlar tərəfindən silahın və onun döyüş sursatının saxlanılması üçün məsul xxxx şəxslərə zəruri tapşırıqlar verilir. Həmin qüsurların vaxtında aradan qaldırılmaması, sistematik şəkildə belə qüsurlara yol verilməsi və ya baxış nəticəsində kobud pozuntuların aşkar edilməsi təqsirkar şəxslərin qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb edilməsinə səbəb olur.
3.11. Baxışın keçirilməsinin nəticəsi olaraq akt tərtib edilir. Silah və onun döyüş sursatının saxlanma şəraitinin qoyulan tələblərə cavab verib-verməməsi, aşkar olunmuş qüsurlar, habelə görülmüş tədbirlər barədə məlumatlar həmin aktda əks etdirilir.
3.12. İdman silahının əldə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi icazə aldıqdan sonra hüquqi şəxslər yivli və kalibri 4,5 mm-dən xxx xxxx pnevmatik idman silahlarının idman cəmiyyətlərində saxlanılmasını təmin edirlər.
3.13. Vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə xxxxx xxxx yerlərdə saxlamalıdırlar. Həmin silahların qeydiyyatda olduğu daxili işlər orqanları vətəndaşlara məxsus xxxx xxxxx və döyüş sursatının saxlanma şəraitini yoxlamaq hüququna malikdir. Yoxlama bu Qaydaların 3.10-cu və 3.11-ci bəndlərinin tələblərinə uyğun olaraq həyata keçirilir.
3.14. İstifadəsində və ya mülkiyyətində xxxxx xxxx vətəndaşlar əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxarkən və yeni yaşayış yerində qeydiyyata düşərkən, silaha malik olmaları barədə müvafiq olaraq əvvəlki və yeni yaşayış yeri üzrə daxili işlər orqanlarına məlumat verməlidirlər.
3.15. Vətəndaşlar yaşayış yerlərini müvəqqəti olaraq dəyişdikdə, onların silah və döyüş sursatları etibarlı saxlanılmalı, kənar şəxslər tərəfindən onların ələ keçirilməsi istisna olunmalıdır.
3.16. Vətəndaşların kolleksiya etdikləri silahlar və onların döyüş sursatları onların yaşadıqları mənzillərdə silah və sursatların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən, etibarlı şəkildə xxxxx xxxx yerlərdə saxlanılmalıdır.
3.17. İdman cəmiyyətlərinin üzvü xxxx vətəndaşlar onlara məxsus xxxx xxxxx silahlarını və onların döyüş sursatlarını təlim-məşq atəşlərinin və yarışlarının keçirildiyi yer üzrə idman atıcı-stend obyektlərində saxlamaq hüququna malikdirlər.
3.18. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər, habelə silahla təltif olunmuş şəxslər onlara daimi gəzdirilməsinə və istifadə edilməsinə verilmiş silahı və onun döyüş sursatını bu Qaydaların tələblərinə riayət etməklə yaşadıqları mənzildə saxlayırlar.
3.19. Ov etmək, idman yarışlarında və ya silah sərgisində iştirak etmək üçün əcnəbilərin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gətirdikləri silahların və onların döyüş silahlarının müvəqqəti saxlanılmasını bu Qaydaların tələblərinə riayət etməklə müvafiq olaraq həmin əcnəbiləri dəvət edən və ya onlarla müqavilə bağlayan şəxslər həyata keçirirlər;
3.20. Bu Qaydaların 3.9-cu və 3.13-cü bəndlərində nəzərdə tutulmuş baxış və yoxlama və onların nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
IV. XİDMƏTİ VƏ MÜLKİ SİLAHIN GƏZDİRİLMƏSİ QAYDALARI
4.1. Xidməti və mülki silaha xxxxx xxxx şəxslər onlara məxsus xxxx silahı qanunvericiliklə müəyyən edilmiş qaydada verilən aşağıdakı sənədlər əsasında gəzdirirlər:
4.1.1. dövlət orqanları və hüquqi şəxslərin işçiləri - xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə və dövlət orqanı və ya hüquqi şəxsin rəhbərinin müvafiq xidməti silahın həmin işçiyə verilməsi barədə qərarı əsasında;
4.1.2. vətəndaşlar - mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında;
4.1.3. əcnəbilər - Azərbaycan Respublikasının ərazisində mülki silahın əldə edilməsinə verilən xüsusi icazə (silah əldə edildiyi gündən ən çoxu 5 gün müddətində onu Azərbaycan Respublikasından aparmaq şərti ilə), Azərbaycan Respublikasında ov etmək barədə Azərbaycan Respublikasının müvafiq hüquqi şəxsi ilə müqavilə, idman yarışlarında və ya silah sərgisində iştirak etmək haqqında müvafiq olaraq yarışların və sərginin təşkilatçılarının dəvəti (əcnəbilərin Azərbaycan Respublikasına gətirdikləri silaha münasibətdə) əsasında.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər xidməti silahı belə silahın onlara verilməsini nəzərdə tutan qanunvericilik aktları və silahın konkret olaraq onlara təhkim edilməsi barədə sənəd əsasında gəzdirirlər.
4.2. Dövlət orqanlarının və hüquqi şəxslərin işçiləri onlara məxsus xxxx xidməti silahı yalnız öz xidməti vəzifələrinin icrası ilə əlaqədar gəzdirə bilərlər.
4.3. Xidməti vəzifələrin icrası ilə əlaqədar silah və sursatın dövlət orqanları və hüquqi şəxslərin işçiləri tərəfindən qəbulu və təhvili hər bir halda, onların işlədiyi dövlət orqanı və ya hüquqi şəxs tərəfindən tərtib edilmiş və daxili işlər orqanında möhürlənmiş jurnalda qeyd olunmalıdır.
4.4. Vətəndaşlar özləri ilə onlara məxsus xxxx özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər.
4.5. Əcnəbilər onlara məxsus xxxx silahı Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq həmin silahı Azərbaycan Respublikasından aparmaq, ov etmək, idman yarışlarında və ya silah sərgisində iştirak etmək ilə əlaqədar gəzdirə bilərlər.
4.6. Silahların, onların gəzdirilməsi zamanı döyüş vəziyyətində olmasına, bir qayda olaraq, yol verilmir. Silahlar gəzdirilərkən onların döyüş vəziyyətinə gətirilməsinə yalnız zəruri müdafiə və son zərurət şəraitində qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir.
4.7. Yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda gəzdirilməlidir.
4.8. Silahı gəzdirən şəxslər özləri ilə şəxsiyyəti təsdiq edən sənədləri və bu Qaydaların 4.1-ci bəndində göstərilmiş sənədləri götürməlidirlər.
4.9. Tarixi və mədəni baxımdan əhəmiyyətə xxxxx xxxx silahların gəzdirilməsinə yalnız kütləvi bayram keçirilən zaman Azərbaycan xalqının milli geyiminin atributu qismində yol verilir.
V. XİDMƏTİ VƏ MÜLKİ SİLAHIN DAŞINMASI VƏ GÖNDƏRİLMƏSİ QAYDALARI
5.1. Dövlət orqanları və hüquqi şəxslər onlara məxsus xxxx xxxxx və onun döyüş sursatını DİN-in xüsusi icazəsi ilə bir yerdən başqa yerə daşıya bilərlər.
5.2. Silah və sursatın daşınması haqqında xüsusi icazə müvafiq dövlət orqanı və hüquqi şəxsin ərizəsi əsasında verilir. Ərizədə aşağıdakılar göstərilir:
5.2.1. daşınması nəzərdə tutulan silahın və döyüş sursatının adı, markası, növü, miqdarı;
5.2.2. daşımanın marşrutu və təyinat məntəqəsi, habelə daşımanı həyata keçirən nəqliyyat növü;
5.2.3. daşınan silah və sursatın mühafizəçiləri haqqında məlumatlar (belə mühafizəçilərdən istifadə olunduğu hallarda);
5.2.4. daşınan silah və sursatın qablaşdırılması barədə məlumatlar.
Silahın və döyüş sursatının dövlət orqanlarına və ya hüquqi şəxslərə qanuni əsaslarla məxsus olduğunu təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilməlidir.
5.3. DİN ərizə verildiyi andan ən geci 15 gün ərzində daşınmaya xüsusi icazənin verilməsi və ya belə icazənin verilməsindən imtina edilməsi (səbəbləri göstərilməklə) barədə qərar qəbul edir.
5.4. Dövlət orqanları və hüquqi şəxslər tərəfindən silah və döyüş sursatının daşınması zamanı aşağıdakı qaydalara riayət edilməlidir:
5.4.1. daşımanın marşrutu və daşımanı həyata keçirən nəqliyyat növü silahın qeydiyyatda olduğu daxili işlər orqanı ilə razılaşdırmalıdır;
5.4.2. daşınan silah və döyüş sursatı texniki baxımdan saz vəziyyətdə olmalıdır və yükün uzaqdan əyani şəkildə müşahidə edilməsi, habelə kənar şəxslər tərəfindən ələ keçirilmək imkanı istisna edilməlidir;
5.4.3. daşınan silah boş (patron doldurulmamış vəziyyətdə) olmalıdır;
5.4.4. daşınan silah və sursat möhürlənmiş və ya plomblanmış zavod bağlaması və ya xüsusi xxxx ilə qablaşdırılmalıdır;
5.4.5. 5 ədəddən artıq odlu silah və ya 400 ədəddən artıq patron daşınması odlu silah ilə silahlandırılmış ən azı 2 mühafizəçi ilə bütün marşrut boyu müşayiət edilməlidir;
5.4.6. silah və onun döyüş sursatının daşınması üçün 2 ədəddən artıq avtonəqliyyat vasitəsindən istifadə edildiyi halda onların, odlu silahla silahlandırılmış və xüsusi avtonəqliyyat vasitəsi ilə təchiz edilmiş ən azı 3 nəfərdən ibarət mühafizəsi təmin edilməlidir.
5.4.7. dəmir yolu və su nəqliyyatı ilə daşınan döyüş sursatının miqdarı normadan (10 kq patron və 10 xx xxxxx) artıq olmamalıdır.
5.5. Silah və sursat daşıyan nəqliyyat vasitələrinin açılması, bağlamanın (taranın) və ya möhürün (plombun) zədələnməsi əlamətlərini aşkar etdikdə mühafizəçilər dərhal bu barədə daxili işlər orqanlarına məlumat verməli və akt tərtib etməlidirlər.
5.6. Silah və sursatın daşınması müvafiq dövlət orqanı və hüquqi şəxs ilə qanunvericiliklə müəyyən edilmiş qaydada xxx daşınması fəaliyyəti ilə məşğul xxxx hüquqi şəxslər arasında daxili işlər orqanları ilə razılaşdırılmaqla bağlanmış daşıma müqaviləsi əsasında həyata keçirilir.
5.7. Müqavilə bağlandıqdan sonra daşıyıcı təşkilat aşağıdakı tədbirləri görməlidir:
5.7.1. mədaxil-məxaric və müşayiət sənədlərini tərtib etmək;
5.7.2. zərurət olduqda daşıma yerlərini xüsusi texniki vasitələrlə təchiz etmək;
5.7.3. təhlükəsiz daşımaya mane xxxx xxxxxx yaranarsa, silah və sursatın təhlükəsiz şəraitdə saxlanılması üçün onları müvəqqəti saxlanca vermək və bu barədə dərhal ən yaxın daxili işlər orqanlarına məlumat vermək;
5.7.4. silah və sursatın daşınmasını bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirmək.
5.8. Vətəndaşlar bu Qaydaların 3.1.4-cü bəndində göstərilən sənədlər əsasında onlara məxsus xxxx xxxxx və sursatı (7 ədəd odlu silahdan və ya 400 ədəd patrondan artıq olmamaq şərti ilə) daşıyırlar.
5.9. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər xidməti silahı, belə silahın onlara verilməsini nəzərdə tutan qanunvericilik aktları və həmin silahın bilavasitə onlara təhkim edilməsi barədə müvafiq sənəd əsasında daşıyırlar.
5.10. Əcnəbilər bu Qaydaların 3.1.5-ci bəndində göstərilən sənədlər əsasında onlara məxsus xxxx xxxxx və sursatı Azərbaycan Respublikasının ərazisində daşıyırlar.
5.11. Pnevmatik silahın və aerozol qurğularının daşınması onların başqa şəxslər tərəfindən əldə edilməsi imkanının istisna edilməsi şərti ilə, adi yüklərlə eyni qaydada həyata keçirilir.
5.12. Silahın nadir nüsxəsinin və onun döyüş sursatının daşınmasının xüsusiyyətləri DİN ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir.
5.13. Odlu silah və onun döyüş sursatının poçt vasitəsi ilə göndərilməsi qadağandır.
5.14. Silah və onun döyüş sursatının fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir.
VI. XİDMƏTİ VƏ MÜLKİ SİLAHIN TƏYİNATI ÜZRƏ İSTİFADƏ OLUNMASI QAYDALARI
6.1. Xidməti və mülki silahın təyinatı üzrə istifadə edilməsinə aşağıdakı hallarda yol verilir:
6.1.1. Xidməti və mülki silahın və onun döyüş sursatının istehsalı ilə məşğul xxxx müəssisələr - istehsal və təmir ilə əlaqədar silahın sınaqdan keçirilməsi zamanı;
6.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər - özünümüdafiə zamanı;
6.1.3. dövlət orqanlarının və hüquqi şəxslərin işçiləri - özlərinin xidməti vəzifələrinin icrası zamanı;
6.1.4. təhsil müəssisələrinin müəllimləri və şagirdləri (tələbələri) - tədris proqramlarında nəzərdə tutulmuş məşq atəşlərinin keçirilməsi zamanı;
6.1.5. vətəndaşlar - özünümüdafiə zamanı, idman yarışlarının və ya təlim-məşq atəşlərinin keçirilməsi və ov edilməsi zamanı;
6.1.6. müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına silah gətirən əcnəbilər - müvafiq olaraq ov edilməsi, idman yarışlarının və ya təlim-məşq atəşlərinin keçirilməsi zamanı;
6.2. Bədii və sənədli filmlərin çəkilişi zamanı istifadə olunan silahlar, onlar yalnız boş patronla (gülləsiz) atmaq vəziyyətinə gətirildikdən sonra istifadə edilə bilər.
6.3. Texniki cəhətdən yararsız xxxx silahların istifadə edilməsi qadağandır.
6.4. Azərbaycan Respublikasının muzey fonduna daxil xxxx silahların istifadəsi qaydaları DİN ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir.