Saziş
Saziş
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (23 dekabr 2022-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (16 dekabr 2022-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (7 sentyabr 2022-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (17 iyul 2021- ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (31 may 2020-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (31 may 2020-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (31 may 2020-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (15 may 2020-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (15 may 2020-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (1 oktyabr 2018-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (23 fevral 2018-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (23 fevral 2018-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumunun istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (5 fevral 2018-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (5 oktyabr 2017-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (25 aprel 2017-ci il)
⮚ Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb xxxx sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (23 iyun 2016-cı il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (6 may 2016-cı il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (6 may 2016-cı il)
⮚ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (20 aprel 2016-cı il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (3 fevral 2014-cü il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (3 fevral 2014-cü il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (3 fevral 2014-cü il)
⮚ 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (27 dekabr 2013-cü il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (11 dekabr 2012-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (11 dekabr 2012-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz xxxx kəməri sisteminə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (20 noyabr 2012-ci il)
⮚ “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil xxxx kəmərinin inşasına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (20 noyabr 2012-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (30 dekabr 2011-ci il)
⮚ 2010-cu il dekabrın 16-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (19 yanvar 2011-ci il)
⮚ "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (1 fevral 2008-ci il)
⮚ Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2007-ci il noyabrın 6-da Bakı şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (26 dekabr 2007- ci il)
⮚ 2007-ci il iyulun 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (16 avqust 2007-ci il)
⮚ 2007-ci il fevralın 7-də Tbilisi şəhərində imzalanmış "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya- rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (19 aprel 2007-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında" 1998-ci il iyulun 17-də Ankara şəhərində imzalanmış Sazişə dəyişikliklərin edilməsi ilə əlaqədar Əlavə Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (26 dekabr 2006-cı il)
⮚ 2006-cı il avqustun 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (8 dekabr 2006-cı il)
⮚ Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2006-cı il iyulun 14-də imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 sentyabr 2006-cı il)
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xəritəçilik sahəsində təhsil, texniki və xxxx əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (23 dekabr 2005-ci il)
⮚ “Azərbaycan Respublikası Beynəlxalq Bankı ilə Türkiyənin İxracat-Kredit Bankı arasında Borcun ödənilməsi müddətinin yenidən rəsmiləşdirilməsi haqqında Saziş” in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (5 dekabr 2005-ci il)
⮚ "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 2005-ci il)
⮚ "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Ətraf Mühitin qorunması sahəsində əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 avqust 2004-cü il)
⮚ 2004-cü il iyunun 22-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezdentinin Sərəncamı (2 avqust 2004-cü il)
⮚ Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (29 iyun 2004-cü il)
⮚ Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında uzunmüddətli iqtisadi və ticari əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (29 iyun 2004-cü il)
⮚ Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (29 iyun 2004-cü il)
⮚ "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (4 noyabr 2003-cü il)
⮚ 2003-cü il iyunun 25-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (23 oktyabr 2003-cü il)
⮚ Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında "Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər ağır cinayətlərə qarşı mübarizə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (2 iyul 2002-ci il)
⮚ Azərbaycan təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (15 may 2001-ci il)
⮚ "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hava daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (14 mart 2000-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublika Hökuməti arasında Kosovo Türk Taburu Görev Küvvəti tərkibində Kosovoya gedəcək Azərbaycan tağımının fəaliyyətinə dair Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (20 oktyabr 1999-cu il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (1 dekabr 1998-ci il)
⮚ 1997-ci il sentyabrın 8-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış Saziş barəsində Azərbaycan Respublıkası Prezıdentının Sərəncamı (27 oktyabr 1997-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında dəniz gəmiçiliyi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 1997-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında dəniz gəmiçiliyi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 1997-ci il)
⮚ Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublıkasının Qanunu (27 dekabr 1996-cı il)
⮚ «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında avtomobil daşımaları haqqında» 1992- ci il 2 noyabr tarixində Ankara şəhərində imzalanmış Saziş barəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (16 sentyabr 1995-ci il)
⮚ Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (14 iyun 1994-cü il)
⮚ Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında xxxx, texniki, sosial, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (14 iyun 1994-cü il)
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyul 2021-ci il
№ 1405
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi SAZİŞİ
Bundan sonra ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti,
iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq əlaqələrini gücləndirmək, əməkdaşlığı inkişaf etdirmək arzusunu vurğulayaraq,
Tərəflər arasındakı hərbi əməkdaşlıq fəaliyyətlərinin hüquqi əsasını təşkil edən 1992-ci il 11 avqust tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqaviləmin (bundan sonra - Müqavilə) müddəalarını nəzərə alaraq, pilotaj təlim proqramının təsis edilməsi məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Sazişin məqsədi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinə veriləcək pilotaj təlimləri ilə bağlı prinsip və öhdəlikləri müəyyənləşdirməkdir.
Maddə 2
Əhatə dairəsi
Bu Saziş Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinə mənsub namizəd pilotu və pilotları, həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanlığına mənsub heyəti əhatə
edir.
Maddə 3
Anlayışlar
3.1. Saziş - pilotaj təliminə dair bu Sazişi ifadə edir.
3.2. Hərbi heyət - Türkiyədə pilotaj təlimi keçəcək Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin heyətini və Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının heyətini ifadə edir.
3.3. Ailə üzvləri - Hərbi heyətin öz milli qanunvericiliyinə görə himayəsində xxxx arvadını (ərini) və uşaqlarını ifadə edir.
3.4. Göndərən Dövlət - Hərbi heyətin mənsub olduğu dövləti ifadə edir.
3.5. Qəbul edən Dövlət - Hərbi heyəti qəbul edən ölkəni ifadə edir.
3.6. Səlahiyyətli orqanlar - Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Türkiyə Respublikasında isə - Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanlığı və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyidir.
3.7. Namizəd pilot - faktiki olaraq pilotaj təliminə başlayan Hərbi heyəti ifadə edir.
3.8. Təməl uçuş təlimi - əldə edilmiş uçuş qabiliyyətlərini inkişaf etdirmək, əvvəlcə ilkin vizual uçuş təlimi keçərək naviqasiya dəstəyi və gecə uçuşlarına başlanğıc təlimi keçmək, cihazlı uçuş qaydaları ilə uçuş qabiliyyətləri qazandırmaq, əlavə olaraq mürəkkəb pilotaj hərəkətləri, naviqasiya dəstəyi və başlanğıc qrup uçuşu bacarıqlarını qazandırmaq məqsədilə verilən uçuş təlimini ifadə edir.
3.6. Təkmilləşdirilmiş uçuş təlimi - Namizəd pilotların aldıqları ilkin təlimləri inkişaf etdirərək döyüş hazırlığı və döyüş hazırlığına keçid təlimini izləyə bilmələri üçün zəruri akademik və uçuş qabiliyyəti bazasını yaratmaq və peşəkar pilot olmaları məqsədilə keçirilən uçuş təlimini ifadə edir.
3.10. Döyüş hazırlığına keçid uçuş təlimi - pilotların təkmilləşdirilmiş uçuş təlimindən sonra təyyarə növündə döyüş hazırlığı uçuş təlimindən əvvəl uçacaqları döyüş təyyarələrinə keçid mərhələsində keçirilən uçuş təlimini ifadə edir.
3.11. Təyyarənin növündə döyüşə hazırlıq uçuş təlimi - pilotların təyin olunduqları təyyarə növlərində (reaktiv təyyarə, nəqliyyat, helikopter) tarşırıqları yerinə yetirmək istiqamətində keçirilən uçuş təlimlərini ifadə edir.
3.12. Tapşırıqla bağlı xətalar - Hərbi heyətin Qəbul edən Dövlətdə tapşırıq müddətində və ya tapşırıqla birbaşa və ayrılmaz şəkildə əlaqəsi xxxx əməllərindən və ya etinasızlığından yaranan xətaları ifadə edir. Xəta tapşırıq müddətində və ya tapşırıqla bağlı törədildiyi zaman səlahiyyətli orqan tərəfindən təsdiqi zəruridir.
3.13. Yüksək vəzifəli hərbi qulluqçu - bu Saziş çərçivəsində göndərilən Hərbi heyətin fəaliyyətlərinə nəzarət etməyə səlahiyyəti xxxx, Hərbi heyət arasında Göndərən Dövlətin milli qanunvericiliyinə uyğun olaraq təyin olunmuş və səlahiyyət verilmiş ən yüksək vəzifəli şəxsi ifadə edir.
Maddə 4
Heyətin seçimi və təyin edilməsi
4.1. Saziş çərçivəsində təyin edilən və/və ya təlim keçən Hərbi heyət Qəbul edən Dövlətdə tapşırıqları yerinə yetirmək üçün zəruri rütbəyə, qabiliyyətə, təhsilə və akademik keyfiyyətlərə malik olmalıdır.
4.2. Tapşırıq müddətində istifadə edilən dil ingilis dilidir.
4.3. Hərbi heyət Göndərən Dövlətin icazəsi olmadan Qəbul edən Dövləti tərk etmir.
4.4. Təlimdə iştirak edən pilotların sayı hər iki ölkənin Hərbi Hava Qüvvələri Komandanlıqları arasında qarşılıqlı olaraq yazılı şəkildə aparılan müzakirələrdən sonra müəyyən edilir.
4.5. Təlimdə iştirak edən pilotların təlim yeri Qəbul edən Dövlətin müəyyən etdiyi bölmələr olur.
4.6. Uçuşlar Qəbul edən Dövlətin Hərbi Hava Qüvvələrinin təlim proqramına əsasən həyata keçirilir.
4.7. Göndərən Dövlətin Hərbi heyəti xidmət yerlərində öz milli geyim formalarını geyinə bilər. Fəaliyyətlərin icrası zamanı zəruri hallarda Qəbul edən Dövlət lazımi təchizatı təmin edir.
4.8. Namizəd pilotların və pilotların təlim müddətləri Qəbul edən Dövlətin tətbiq edəcəyi təlim proqramına uyğun olaraq müəyyən edilir.
Maddə 5
Maliyyə məsələləri
5.1. Göndərən Dövlət pilotaj təlimi proqramı çərçivəsində aşağıdakı xərcləri ödəyir:
5.1.1. Hərbi heyətə aid təminat xərclərini, pilotaj təlimi haqqını, iaşə, yaşayış xərclərini və maliyyə öhdəliklərini;
5.1.2. Hərbi heyətin və ya Ailə üzvlərindən birinin ölümü halında cənazənin hazırlanması və daşınması ilə bağlı xərcləri;
5.1.3. Qəbul edən Dövlətə gediş və gəliş xərclərini;
5.1.4. Hərbi heyətin, Ailə üzvlərinin və onların şəxsi əşyalarının daşınması ilə bağlı xərcləri;
5.1.5. Qəbul edən Dövlət tərəfindən təmin edilən təcili tibbi xidmətlər xaricində digər tibbi xərcləri.
5.2. Qəbul edən Dövlət təlimin başa çatdığı tarixdən bir ay müddətində keçirilən təlimlərə əsasən qəbz hazırlayır və Göndərən Dövlətin səlahiyyətli orqanına təqdim edir.
5.3. Təlim xərcləri Göndərən Dövlət tərəfindən Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin xarici valyuta hesabına köçürülür və qəbzin təsdiq edilmiş bir nüsxəsi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına göndərilir.
5.4. Hərbi heyətin pilotaj təlimi proqramını başa çatdıra bilməməsi halında Göndərən Dövlət təlimin yalnız keçirilən hissəsinin xərcini ödəyir.
5.5. Saziş qüvvəyə mindikdən sonra bir dəfə olmaqla Azərbaycan vətəndaşı xxxx iki hərbi qulluqçuya ödənişsiz təlim keçirilir və pilotaj təlim xərcləri Qəbul edən Dövlət tərəfindən ödənilir.
Maddə 6
Pilotaj təlimləri üçün öhdəliklər
6.1. Göndərən Dövlət Hərbi heyətin pilotaj təlimindən əvvəl “uçuşa yararlılıq” tibbi müayinəsi həyata keçirir.
6.2. Qəbul edən Dövlət pilotaj təlimlərini bu Sazişə uyğun olaraq təmin edir. Pilotaj təlimlərinə dair proqram A Əlavəsindədir.
6.3. Hərbi heyət Qəbul edən Dövlətin səlahiyyətli orqanlarının yazılı icazəsi olmadan heç bir halda (milli tətillər və təcili hallar istisna olmaqla) təlimdən yayınmır və bölmə üçün müəyyən olunan iş təqviminə riayət edir.
6.4. Qəbul edən Dövlət hər ay, zərurət olduqda təlim keçən heyətin müvəffəqiyyəti, nizam-intizamı və sağlamlıqla bağlı vəziyyəti barədə Göndərən Dövlətə məlumat verir.
Maddə 7
Hüquqi məsələlər
7.1. Hərbi heyət və Ailə üzvləri giriş, yaşayış və çıxış daxil olmaqla, Qəbul edən Dövlətin ölkəsində qaldıqları müddətdə Qəbul edən Dövlətin milli qanunvericiliyinə və cinayət yurisdiksiyasına tabe olurlar. Hər iki dövlətin cinayət qanunvericiliyində göstərilən və ya uyğun gələn cəza növü, yaxud sanksiya mövcud deyilsə, vəziyyət səlahiyyətli orqanlar daxilində həll edilir.
7.2. Qəbul edən Dövlət Hərbi heyətin və Ailə üzvlərinin həbs olunması halında Göndərən Dövlətə dərhal vəziyyət barədə məlumat verir.
7.3. Hərbi heyət və ya Ailə üzvlərindən hər hansı birinin Qəbul edən Dövlətdə araşdırmaya və ya mühakiməyə məruz qalması halında, bu şəxs Qəbul edən Dövlətin vətəndaşlarına təmin edilən ümumi olaraq qəbul edilmiş hüquqi müdafiədən istifadəetmə hüququna malikdir.
7.4. Qəbul edən Dövlətin qanunlarını pozduqları təqdirdə, Hərbi heyətin fəaliyyəti dayandırıla bilər.
7.5. Göndərən Dövlət Hərbi heyət üzərində müstəsna intizam səlahiyyətini Qəbul edən Dövlətin ölkəsində saxlayır. Yalnız Qəbul edən Dövlətin səlahiyyətli orqanları sərəncamında xxxx Hərbi heyətə xidməti zərurətlə bağlı əmrlər verə bilər.
7.6. Göndərən Dövlətin Yüksək vəzifəli hərbi qulluqçusuna öz hərbi xidmət-keçmə və intizam tələblərinə müvafiq olaraq, heyətinə intizam tədbirlərini tətbiq etmək səlahiyyəti verilir.
7.7. Hərbi heyət və Ailə üzvləri giriş, yaşayış və çıxış müddətində Qəbul edən Dövlətin qüvvədə xxxx gömrük, vergi və alqı-satqı məsələləri üzrə qanunvericiliyinə tabe olurlar.
Maddə 8
Zərər (ziyan) və təzminat tələbləri
8.1. Hər cür ziyanın, zərərin və cavabdehin müəyyən edilməsi ilə təzminat prosedurları Qəbul edən Dövlətin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ziyanın və zərərin müəyyənləşdirilməsi mərhələsində Göndərən Dövlət bir müşahidəçi təyin edir.
8.2. Tərəflər Hərbi heyətin xidmət müddətində və ya xidmətin icrası zamanı qüsurlu hərəkətləri ilə bir- birilərinə, yaxud üçüncü şəxslərin mal və əşyalarına vurduqları zərərə görə təzminat ödəyirlər.
8.3. Tərəflər Hərbi heyətin bu Saziş çərçivəsində fəaliyyətlərinin icrası zamanı yaralanması/travma xxxxxx və ya ölümü halında təzminat tələb etmirlər.
Maddə 9
Tibbi xidmətlər
9.1. Hərbi heyət bu Sazişə əsasən Göndərən Dövlət tərəfindən ezam edildiyi hərbi əməkdaşlıq istiqamətində hər növ fəaliyyəti həyata keçirmək üçün sağlamlıq imkanlarına malik olmalıdır. Qəbul edən Dövlət bu şəxslərin sağlamlıq vəziyyətini təsdiq edən tibbi arayış tələb edə bilər.
9.2. Hərbi heyət və Ailə üzvlərinin tibbi xidmətləri Göndərən Dövlət tərəfindən Qəbul edən Dövlətin milli qanunvericiliyinə uyğun olaraq tibbi sığorta tərəfindən ödənilir.
9.3. Hərbi heyət və Ailə üzvlərinin sığorta haqları və ya tibbi xidmət xərcləri Göndərən Dövlət və ya Hərbi heyət tərəfindən ödənilir.
Maddə 10
Müxtəlif məsələlər
10.1. Zərurət yaranarsa, Hərbi heyətin verilən tapşırıqları effektiv şəkildə icra etməsi üçün Qəbul edən Dövlət milli qanunvericiliyi çərçivəsində inzibati dəstək göstərir. Qəbul edən Dövlət öhdəsinə götürdüyü tapşırıqların müvafiq şəkildə həyata keçirilməsi üçün Hərbi heyətə istifadə olunan üsulları izah edir.
10.2. Hərbi heyət:
10.2.1. Qəbul edən Dövlətdə tətbiq olunan həftəlik və günlük iş saatlarına riayət edir;
10.2.2. Qəbul edən Dövlətin rəsmi bayramları və həftələrarası istirahət günləri daxil olmaqla, Göndərən Dövlətin milli və dini bayramlarından da yararlanır. Xxxxxx günləri barədə hərbi attaşeliklər vasitəsilə Hərbi Hava Qüvvələrinin Komandanlıqlarına yazılı olaraq bildirilir;
10.2.3. Göndərən Dövlətdə mövcud xidmətin tələb və şərtlərinə uyğun olaraq illik məzuniyyət hüququna malikdir.
10.3. Hərbi heyət və Ailə üzvlərinə Qəbul edən Dövlət tərəfindən əlaqədar qanunvericilik haqqında məlumat verilir və bunlara riayət edilməlidir.
10.4. Hərbi heyət Qəbul edən Dövlət tərəfindən səlahiyyət verilmiş cavabdeh zabitin nəzarəti altında olur. Xxxxxxxx zabit Hərbi heyətin Qəbul edən Dövlətə gəlişindən etibarən qaldıqları müddətdə yerli ehtiyacları ilə məşğul olur.
10.5. Hərbi heyət və Ailə üzvlərinə hərbi yeməkxanadan, satış nöqtələrindən, təsisatlardan Qəbul edən Dövlətin bərabər rütbəli hərbi qulluqçusu ilə eyni şərtlərə əsasən satınalma hüququ və xxxxxxx verilir. Bundan başqa, Hərbi heyət hərbi yeməkxana və qonaq evlərində Qəbul edən Dövlətin bərabər rütbəli hərbi qulluqçusu üçün tətbiq edilən qiymətlərə riayət edir.
10.6. Sorğu edildiyi halda, Qəbul edən Dövlət Hərbi heyət və Ailə üzvlərinin yerləşməsi üçün qonaq evində ödəniş qarşılığında yer ayırır.
10.7. Hərbi heyət və Ailə üzvləri Qəbul edən Dövlətin və ya olduqları siyasi bölgənin qanunvericiliyinə uyğun olaraq avtomobil sığortasını əldə etməlidir. Şəxsi nəqliyyat vasitələrinin istifadəsi zamanı ilk növbədə bu sığorta tətbiq olunur.
10.8. Pilotaj təliminə başlayacaq Hərbi heyət Göndərən Dövlətin Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən təsdiq edilmiş “pilotaja yararlıdır” və ya “əsas heyət olaraq təyyarə növündə uçur” qərarı xxxx,
ingilis dilində hazırlanmış tibbi arayışı və fiziki hazırlıq kitabçasını özləri ilə gətirir.
Maddə 11
Əmrvermə və nizam-intizam
11.1. Heç bir halda Hərbi heyət əmr vermək zərurəti yarada bilən vəzifələrə və ya qanun və təlimatlara uyğun olaraq Qəbul edən Dövlət üçün ayrılan və cavabdehlik yaradan digər vəzifələrə təyin olunmur.
11.2. Hərbi heyət Göndərən Dövlətin mənfəətlərinə təhlükə yaradan vəzifələrə təyin edilmir və ya normal xidmət müddətində Göndərən Dövləti narahat edən fəaliyyətlərə cəlb edilmir.
11.3. Qəbul edən Dövlət Hərbi heyəti Göndərən Dövlətin icazəsi olmadan Birləşmiş Millətlər Təşkilatının sülhü qoruma və ya çoxmillətli əməliyyatların fəaliyyəti kimi birbaşa olmasa da düşmən mühiti kimi dəyərləndirilən yerlərə göndərmir. Bundan başqa, Hərbi heyət Göndərən Dövlətin icazəsi olmadan həyata keçirilməsi ehtimal olunan hər hansı bir təlimin iştirakçısı kimi və ya hər hansı bir təlimdə iştirak etmək üçün üçüncü ölkəyə göndərilmir.
11.4. Qəbul edən Dövlət Hərbi heyəti üçüncü tərəfin qüvvələrinin də hadisəyə müdaxilə etməsi ehtimal olunan vəzifəyə göndərmir. Hərbi heyətin təyin olunduğu bölmə gözlənilmədən düşmənçilik zəminində bir hadisəyə müdaxilə edirsə, bölmədə xidmət edən Hərbi heyət Göndərən Dövlətin icazəsi olmadan hadisəyə müdaxilə etmir. Həm Göndərən Dövlət, həm də Qəbul edən Dövlət Hərbi heyətin hadisəyə müdaxilə etməsini
təsdiq edərsə, bu heyətə döyüş qaydaları da daxil olmaqla, Qəbul edən Dövlətin qanunları haqqında məlumat verilir.
11.5. Hərbi heyətə Göndərən Dövlətin təlimatları çərçivəsində və Qəbul edən Dövlətin müvafiq qurumları tərəfindən təsdiq edilməsi şərtilə səlahiyyətlərinə görə xidmətlə əlaqədar olaraq icazə/buraxılış hüququ verilir.
11.6. Hərbi heyətin Göndərən Dövlətin geyim forması üzrə təlimatına riayət etməsi zəruridir. Hər hansı bir tədbirdə geyiləcək geyim forması Qəbul edən Dövlətin sözügedən bölməsində tətbiq olunan geyim formasına ən xxx xxxxx xxxx forma olur. Mülki geyimlərin geyinilməsi baxımından Qəbul edən Dövlətin tətbiq etdiyi qaydalar nəzərə xxxxx.
Maddə 12
Məxfilik dərəcəli məlumatların mühafizəsi
12.1. Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq bu Sazişin tətbiqi və ya birgə fəaliyyətlər çərçivəsində mübadilə ediləcək məlumatın, sənədin, eləcə də material və təchizata aid bütün məlumatların mühafizəsini təmin edir. Mübadilə edilən məlumatın məxfilik dərəcəsi dəyişdirilə bilməz. Bu çərçivədə, eyni dərəcədə məxfilik dərəcəsi daşıyan özlərinə aid məlumatların mühafizəsi üçün tətbiq edilən tədbirləri görür. Mübadilə edilən məlumatlara uyğun məxfilik dərəcəsi verilir.
12.2. Tərəflərdən biri digər Tərəfin yazılı razılığı olmadan bu Saziş çərçivəsində əməkdaşlıq sahələrinin həyata keçirilməsi zamanı əldə olunan, yaxud alınan silah, material və təchizatı, onların istehsalı ilə əlaqədar texniki sənədləri və ya digər məlumat və sənədləri üçüncü tərəflərə satmır və ötürmür, yaxud bu ölkəyə və hüquqi şəxslərə açıqlamır.
12.3. Tərəflərdən biri bu Sazişin müddəalarının tətbiqi zamanı əldə edilən məlumatı digər Tərəfin və ya üçüncü tərəflərin mənafeyi əleyhinə istifadə edə bilməz.
12.4. Tərəflərin bu Saziş qüvvədən düşdükdən sonra da məxfilik dərəcəli məlumatların mühafizəsinə və məxfilik qrifinin ləğv olunmasının qarşısının alınmasına dair cavabdehliyi davam edir.
12.5. Bu Sazişin tətbiqi çərçivəsində mübadilə edilən məlumatların gözlənilmədən açıqlanması və ya sızması halında bu vəziyyəti müəyyən edən Tərəf digər Tərəfə vəziyyət barədə dərhal məlumat verir.
Maddə 13
Fikir ayrılıqlarının həlli
Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı hər hansı bir fikir ayrılığı yarandığı halda, Tərəflər bu fikir ayrılığını danışıqlar və məsləhətləşmələr yolu ilə həll edir və həll üçün hər hansı bir beynəlxalq məhkəməyə, yaxud üçüncü tərəfə müraciət etmir.
Maddə 14
Nəzərdən keçirmə və ləğvetmə
14.1. Tərəflər zərurət yarandıqda, bu Sazişə dəyişikliklər edilməsini və ya nəzərdən keçirilməsini yazılı olaraq tələb edə bilərlər. Bu halda, rəsmi yazılı bildirişin alınmasından sonra 30 (otuz) gün müddətində müzakirələrə başlanılır. Müzakirələr başlandıqdan sonra 3 (üç) ay müddətində hər hansı bir nəticə əldə olunmadığı təqdirdə, Tərəflər 30 (otuz) gün əvvəlcədən yazılı şəkildə bildirmək şərtilə bu Sazişi ləğv edə bilərlər.
14.2. Razılaşdırılmış dəyişikliklər 15-ci maddənin 2-ci bəndində göstərilən prosedura görə qüvvəyə minir.
14.3. Tərəflərdən biri digər Tərəfin bu Sazişin müddəalarına riayət etmədiyinə qərar verdiyi təqdirdə, 30 (otuz) gün əvvəlcədən yazılı şəkildə bildirməklə bu Sazişi ləğv edə bilər.
14.4. Tərəflər başqa cür razılaşdırmadıqda, bu Sazişin ləğvi davam edən proqram və fəaliyyətlərə təsir
etmir.
Maddə 15
Yekun müddəalar
15.1. Bu Saziş 5 (beş) illik müddətdə qüvvədə qalır. Tərəflərdən biri qüvvədəolma müddətinin bitməsindən 3 (üç) ay əvvəl Sazişi ləğv etmək niyyəti barədə yazılı olaraq bildirmədiyi təqdirdə, sözügedən Saziş avtomatik olaraq 5 (beş) illik müddətlərə uzadılır.
15.2. Bu Saziş Tərəflərin Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların tamamlanması barədə bir-birilərinə diplomatik kanallar vasitəsilə bildirdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş Konya şəhərində 31 may 2021-ci il tarixində, hər biri Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə tərtib edilmişdir, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Saziş öz hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyət verilən və aşağıda imzaları xxxx şəxslər tərəfindən imzalanmışdır.
Azərbaycan Respublikası Hökuməti adından Xxxxx XXXXXXX xeneral-leytenant müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı (imza) | Türkiyə Respublikası Hökuməti adından Haxxx XXXXXXXXXX xrdu generalı Hərbi Hava Qüvvələri komandanı (imza) |
PİLOTAJ TƏLİM PROQRAMI
Başlanğıç uçuş təlimi | Təyyarənin növü | Təyyarə | Simulyator |
SF-260D | 19 saat/16 uçuş | - | |
Təməl uçuş təlimi | Təyyarənin növü | Təyyarə | Simulyator |
KT-1T | 84.40 saat/65 uçuş | 43 saat/31 uçuş | |
Təkmilləşdirilmiş uçuş təlimi | Təyyarənin növü | Təyyarə | Simulyator |
T-38M | 45.10 saat/38 uçuş | 37.20 saat/32 uçuş |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2020-ci il
№ 117-VIQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti (bundan sonra ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırılacaq),
uzun illər mövcud xxxx dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Sazişin məqsədi Türkiyə Respublikası Hökuməti tərəfindən Azərbaycan Respublikası Hökumətinə maliyyə əməkdaşlığına əsasən Türkiyə Respublikasının milli qanunvericiliyinə uyğun olaraq və illik smeta üzrə təxsisatları çərçivəsində illər üzrə ayrılacaq, ümumilikdə 200.000.000 (iki yüz milyon) Türk lirəsinin ekvivalenti ABŞ dollarının ilk növbədə istəyə bağlı olaraq Türkiyədə 100 faiz yerli istehsalla məşğul xxxx yerli şirkət və müəssisələrdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınması məqsədilə istifadə edilməsinə dair əsasları müəyyənləşdirməkdir.
Maddə 2
Əhatə dairəsi
Bu Sazişlə, 200.000.000 (iki yüz milyon) Türk lirəsinin ekvivalenti ABŞ dolları həcmində vəsait, Azərbaycan Respublikası Hökumətinin ilk növbədə istəyə bağlı olaraq Türkiyədə 100 faiz yerli istehsalla məşğul xxxx yerli şirkət və müəssisələrdən hərbi məqsədlərlə satın alınacaq mal və xidmətlərin xərclərinə maliyyə töhfəsi verilməsi şəklində və Türkiyə Respublikası Hökumətinin bu mövzudakı qanunvericiliyinə müvafiq olaraq istifadə edilir.
Maddə 3
Səlahiyyətli orqanlar və əlaqə nöqtələri
Bu Saziş Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Türkiyə Respublikası Hökuməti adından isə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Bu Saziş üçün əlaqə nöqtələri Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin (Ankara) Hərbi Attaşelik aparatı və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin (Bakı) Silahlı Qüvvələr Attaşeliyidir.
Maddə 4
Tətbiqin əsasları
1. 200.000.000 (iki yüz milyon) Türk lirəsi həcmində vəsait illər üzrə və Türkiyə Respublikasının milli qanunvericiliyi ilə illik smeta üzrə təxsisatları çərçivəsində illik olaraq ayrılır.
2. Bu Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Hökuməti tərəfindən illər üzrə xarici hərbi yardıma dair prioritet layihə təklifləri (malın növü, miqdarı, texniki-istismar göstəricisini və varsa, şəkillərini əhatə etməlidir) Türkiyə Respublikasına bildirilir.
3. Azərbaycan Respublikası Hökuməti hər il yanvar ayının sonunadək əvvəlki ildə bildirdikləri layihə təkliflərini (malın növü, miqdarı, texniki-istismar göstəricisini və varsa, şəkillərini əhatə etməlidir) yeniləyərək Türkiyə Respublikasına göndərir.
4. 200.000.000 (iki yüz milyon) Türk lirəsi həcmində vəsaitin hər il nə qədər hissəsinin ayrılacağı və ayrılan hissənin hansı layihə üçün istifadə olunacağı Azərbaycan Respublikası Hökumətinə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin (Bakı) Silahlı Qüvvələr Attaşeliyi tərəfindən bildirilir.
5. Vəsaitin ayrıldığı bildirilən hissəsi Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin (Bakı) Silahlı Qüvvələr Attaşeliyinin Azərbaycan Respublikası Hökumətinə göndərəcəyi bildirişin tarixindən etibarən 5 (beş) il müddətinə istifadə oluna bilər. Bu müddət ərzində istifadə olunmayan vəsaitin istifadə hüququ başa çatır. İstifadə hüququ başa çatan vəsaitin sahiblik hüququ Türkiyə Respublikasına aiddir.
6. Uyğun hesab edilən tədarük layihələri üçün ayrılan vəsaitdən ilk növbədə istəyə bağlı olaraq Türkiyədə 100 faiz yerli istehsalla məşğul xxxx yerli şirkət və müəssisələrdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alındığı təqdirdə, Sazişə əsasən Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin koordinatorluğu ilə istifadə olunur.
7. Azərbaycan Respublikası Hökuməti tədarük proseduruna əsasən ayrılan vəsaiti nəzərə alaraq, bildirilən layihə çərçivəsində müəyyən edəcəyi tələbatlar siyahısını (prioritet olanları da əhatə edəcək şəkildə) diplomatik kanallar vasitəsilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinə göndərir. Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin müəyyən edəcəyi əsaslar çərçivəsində Türkiyədə ilk növbədə 100 faiz yerli istehsalla məşğul xxxx yerli şirkət və müəssisələrdən satınalma prosesinə başlanılır.
8. Tədarükçü şirkət Azərbaycana təhvil verəcəyi malı Türkiyədən aidiyyəti ölkəyə göndərib tranzit ticarət həyata keçirməyəcəkdir.
9. Daşıma, nəqliyyat, rabitə, quraşdırma, qablaşdırma, təlim və bu təlimin keçirilməsi məqsədilə Türkiyə Respublikasına gələcək heyətin gediş-gəliş nəqliyyat xərcləri, eyni zamanda iaşə və yaşayış xərcləri, yol və gündəlik xərclər, sığorta, bank məsrəfləri, vergi, rüsum və kurs fərqi xərcləri kimi maliyyə vəsaitinin ayrılması ilə bilavasitə xxxxx xxxx xərclər Azərbaycan Respublikası Hökuməti ilə şirkət arasında imzalanacaq satınalma müqaviləsində qeyd olunur.
10. Ödənişlər Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin koordinatorluğu ilə yerinə yetirilən tədarük proseduruna uyğun olaraq müqavilənin şərtlərinə və təftiş işlərinə müvafiq olaraq xxxxx xxx və zədələnməmiş vəziyyətdə təhvil alındığının Azərbaycan Respublikası Hökuməti tərəfindən Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinə diplomatik kanallar vasitəsilə nota ilə bildirilməsindən sonra göndərilir.
11. Azərbaycan Respublikası Hökumətinin satınalmalarının həcmi ayrılan vəsaitdən artıq olarsa, ayrılan vəsaitə əlavələr edilməsi zəruridir. Türkiyə Respublikası Hökuməti ayırdığını bildirdiyi miqdardan artıq ödəniş etməyəcəkdir. Əlavə vəsait Azərbaycan Respublikası Hökuməti tərəfindən ödənilir.
12. Tədarük prosesi ilə bağlı səfərlərə ayrılan miqdarın Azərbaycan Respublikası Hökumətinə bildirilməsindən sonra başlanılır. Azərbaycan Respublikası Hökumətinin vəzifəli şəxslərinin bu proseslə bağlı xərcləri Azərbaycan Respublikası Hökuməti tərəfindən ödənilir. Tədarük edilən mal və xidmətin Azərbaycan Respublikasına gətirilməsindən sonra Azərbaycan Respublikasının qanunları tətbiq edilir.
Maddə 5
Mal və xidmətlərdən istifadə hüququ
1. Bu Sazişə əsasən Türkiyə Respublikası Hökuməti tərəfindən ayrılan vəsaitlə tədarük edilən mal və xidmətlər Türkiyə Respublikası Hökumətinin yazılı razılığı olmadan Azərbaycan Respublikası Hökuməti tərəfindən inventardan çıxanla bilməz.
2. Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökumətinin əvvəlcədən yazılı razılığını almadan mal və xidmətlərin özünü və ya istifadə hüququnu başqa ölkəyə və ya üçüncü tərəfə verməyəcək.
3. Bu Sazişin müddəaları hər iki Tərəfin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə təsir etməyəcək və digər dövlətlərin maraqlarına, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istifadə edilməyəcəkdir.
Maddə 6
Məxfi məlumatların təhlükəsizliyi
Tərəflər digər Tərəfin yazılı razılığı olmadan Sazişin məzmunu və Sazişin tətbiqi ilə bağlı və ya Tərəflər arasında mübadilə edilə biləcək məxfi məlumatları üçüncü tərəflərə açıqlamayacaqdır. Bu məxfilik prinsipinin tətbiqi Sazişin qüvvədəolma müddəti başa çatdıqdan sonra da davam edir.
Maddə 7
Fikir ayrılıqlarının həlli
Bu Sazişin tətbiqi və ya təfsirindən irəli gələn hər hansı fikir ayrılığı üçüncü bir tərəfə, arbitraj qurumuna və ya beynəlxalq məhkəməyə çıxarılmadan diplomatik kanallar vasitəsilə aparılan danışıqlar vasitəsilə həll ediləcəkdir. Diplomatik kanallar vasitəsilə aparılacaq danışıqların sonunda bir nəticə əldə edilmədiyi təqdirdə, bu Saziş 10-cu maddədə müəyyən olunan prosedura uyğun olaraq ləğv edilir.
Maddə 8
Nəzərdən keçirmə və dəyişikliklər
1. Hər bir Tərəf bu Sazişə dəyişiklik edilməsini və ya nəzərdən keçirilməsini təklif edə bilər. Bu halda Tərəflər yazılı bildirişin alındığı tarixdən etibarən ən geci 30 (otuz) gün ərzində danışıqlara başlayır.
2. Tərəflər arasında yazılı olaraq razılaşdırılmış dəyişikliklər 9-cu maddədə nəzərdə tutulan prosedura uyğun olaraq qüvvəyə minir.
3. Tərəflər arasında aparılan danışıqlarda 60 (altmış) gün ərzində bir nəticə əldə olunmazsa, bu Saziş 10-cu maddədəki müddəaya əsasən ləğv edilir.
4. Tərəflər bu Sazişdən irəli gələn öhdəliklərini müzakirə müddəti ərzində yerinə yetirməyə davam edirlər.
Maddə 9
Təsdiq və qüvvəyəminmə
Bu Saziş Tərəflərin Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili hüquqi prosedurlarının başa çatdığını bir-birinə diplomatik kanallarla bildirdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Maddə 10
Qüvvədəolma müddəti və ləğvetmə
1. Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən 5 (beş) il müddətinə qüvvədə qalacaqdır.
2. Bu Saziş Tərəflərdən biri bu Sazişi ləğv etmək niyyətini qüvvədəolma müddətinin başa çatmasından 60 (altmış) gün öncə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirmədiyi təqdirdə, avtomatik olaraq birillik müddətlərə uzadılır.
3. Tərəflərdən biri bu Sazişin müddəalarına riayət etməzsə və ya digər Tərəfin riayət etmədiyi qənaətinə gələrsə, Tərəflər yazılı olaraq məsləhətləşmə təklifi ilə müraciət edə bilərlər. Bu məsləhətləşmələrə yazılı bildirişin alındığı tarixdən etibarən 30 (otuz) gün müddətində başlanılır. Sonrakı 60 (altmış) gün müddətində nəticə əldə edilməzsə, Tərəflərdən hər xxxxx xxxx 60 (altmış) gün əvvəlcədən göndərəcəyi yazılı bildirişlə bu Sazişi ləğv edə bilər.
4. Bütün hallarda bu Sazişə əsasən Azərbaycan Respublikası Hökumətinə ayrılan vəsait tam istifadə edilərsə, Saziş avtomatik olaraq qüvvədən düşür.
5. Bu Saziş hər hansı şəkildə ləğv edilərsə, ayrılan, xxxxx istifadə edilməyən vəsait bildiriş tarixindən asılı olmayaraq Türkiyə Respublikasının xəzinəsinə xxxx qaytarılır.
6. Sazişin hər hansı şəkildə ləğv edilməsi bu Sazişin 5-ci maddəsində qeyd olunan müddəaların tətbiqinə xələl gətirməyəcəkdir.
Maddə 11
Mətn və imza
1. Bu Saziş, hər biri Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə tərtib edilmişdir. Bu Sazişin tətbiqi ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, hər iki mətn bərabər autentikdir.
2. Bu Saziş yuxarıda göstərilən məsələlər çərçivəsində 25 fevral 2020-ci il tarixində, Bakı şəhərində öz hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyət verilən və aşağıda imzaları xxxx şəxslər tərəfindən imzalanmışdır.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Türkiyə Respublikası Hökuməti adından (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2020-ci il
№ 115-VIQ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət SAZİŞİ
PREAMBULA
Bundan sonra birlikdə “Razılığa gələn Tərəflər” və fərdi olaraq “Razılığa gələn Tərəf” və ya “Tərəf” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti,
2007-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişi”nə əsaslanaraq,
1992-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”dən irəli gələn hüquqlarını və öhdəliklərini qəbul edərək,
dərin dostluq və qardaşlıq ruhu ilə,
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin (bundan sonra “Saziş”) onlar arasında iqtisadi və ticarət əlaqələri üçün yeni bir mühit yaradacağını anlayaraq,
bu Sazişin məzmununun tədricən genişlənəcəyinə və qarşılıqlı maraq doğuran yeni sahələri əhatə edəcəyinə inananaraq,
ikitərəfli qarşılıqlı sərfəli ticarət mübadiləsinin artırılmasının və yaxın iqtisadi tərəfdaşlığın gücləndirilməsinin iqtisadi və xüsusi faydalar gətirəcəyinə və Razılığa gələn Tərəflərin xalqlarının həyat səviyyəsini yaxşılaşdıracağına qəti inanaraq,
Razılığa gələn Tərəflərin digər ikitərəfli, regional və ya çoxtərəfli sazişlərindən irəli gələn hüquqlarının və öhdəliklərinin bu Sazişin müddəalarının təsiri altına düşməyəcəyini nəzərə alaraq,
Türkiyənin 1963-cü il 12 sentyabr tarixində “Türkiyə Respublikası ilə Avropa İqtisadi Birliyi arasında Assosiasiyanın yaradılması haqqında Saziş”i imzaladığını nəzərə alaraq,
öz iqtisadiyyatlarının gələcək inkişafını təşviq etmək məqsədilə ticarət edilə bilən malların diversifikasiyası ehtiyacını vurğulayaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsədlər
1. Razılığa gələn Tərəflər, bununla, Preferensial Ticarət Sazişini təsis etməyə razılaşırlar.
2. Bu Sazişin məqsədi xüsusi olaraq aşağıdakılar vasitəsilə Razılığa gələn Tərəflər arasında ticarət əlaqələrini gücləndirməkdir:
a) maddə 4-də əks olunan ümumi prinsiplər;
b) bu Sazişin 1-A Əlavəsi və 1-B Əlavəsi ilə müəyyənləşdirilmiş mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması və para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması;
c) Razılığa gələn Tərəflər arasında iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi;
d) Razılığa gələn Tərəflər arasında ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması;
e) Razılığa gələn Tərəflər arasında ticarətin davamlı artımı üçün daha proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması.
Maddə 2
Sazişin şərhi
Bu Sazişin müddəaları, Razılığa gələn Tərəflərin bu Sazişi vicdanla həyata keçirəcəkləri və öhdəliklərinin yerinə yetirilməsindən çəkinməyəcəkləri faktı lazımi qaydada nəzərə alınaraq, beynəlxalq ümumi hüququn şərhinin adi qaydalarına uyğun olaraq şərh ediləcəkdir. Bu Sazişin Əlavələri bu Sazişin ayrılmaz tərkib hissəsidir.
Maddə 3
Anlayışlar
Bu Sazişin məqsədi üçün:
1. “Tariflər” dedikdə, Razılığa gələn Tərəflərin ərazilərində qüvvədə olan milli qanunvericiliklərinə əsasən təsis edilmiş tarif cədvəllərində müəyyən olunmuş gömrük tarifləri və ya tarifə bənzər təsirə malik gömrük rüsumları başa düşülür. Tariflər bu Sazişin 11-ci maddəsində əks olunmuş hər hansı antidempinq və kompensasiya rüsumlarını və ya bu Sazişin 12-ci maddəsində əks olunmuş ikitərəfli və qlobal mühafizə tədbirlərini əhatə etmir.
2. “Para-tariflər” dedikdə, yalnız idxal olunan xxxxxxx tətbiq olunan xarici ticarət əməliyyatlarındakı tariflərdən başqa tarifə bənzər təsirə malik sərhəd ödənişləri, vergiləri və haqları başa düşülür. Yerli oxşar xxxxxxx eyni qaydada tətbiq olunan dolayı vergilər və ödənişlər və ya müəyyən xidmətlərin göstərilməsinə görə alınan idxal ödənişləri və bu Sazişə əsasən icazə verilən digər rüsumlar para-tarif tədbirləri hesab olunmur.
3. “Qeyri-tarif maneələri” dedikdə, Razılığa gələn Tərəflər arasında ticarəti əhəmiyyətli şəkildə əngəlləyən və ya idxalı məhdudlaşdıran tarif və para-tarifdən başqa hər hansı tədbir, tənzimləmə və ya təcrübə başa düşülür. Bu Sazişə əsasən icazə verilən tədbirlər qeyri-tarif maneələri hesab olunmayacaqdır.
4. “Mallar” dedikdə, Harmonizə Edilmiş Əmtəə Təsviri və Kodlaşdırılması Sisteminə əsasən bu Sazişin 1- A Əlavəsi və 1-B Əlavəsi ilə müəyyən olunmuş əmtəələr və məhsullar başa düşülür.
5. “Preferensial rejim” dedikdə, malların hərəkətində tariflərin azaldılması və ya ləğvi və qeyri-tarif maneələrinin ləğvi yolu ilə Razılığa gələn Tərəf tərəfindən bu Saziş çərçivəsində verilmiş hər hansı güzəşt və ya üstünlük başa düşülür.
6. “İkitərəfli mühafizə tədbirləri” dedikdə, bu Sazişin 12-ci maddəsində əks olunmuş mühafizə tədbirləri başa düşülür.
7. “Qlobal mühafizə tədbirləri” dedikdə, Razılığa gələn Tərəfin milli qanunvericiliyinə əsasən mənşəyindən asılı olmayaraq idxal olunan xxxxxxx tətbiq edilən mühafizə tədbirləri başa düşülür.
8. “Birgə Komitə” dedikdə, bu Sazişin 19-cu maddəsinə əsasən yaradılmış komitə başa düşülür.
9. “Keçid müddəti” dedikdə, bu Sazişin qüvvəyə mindiyi tarixdən sonrakı 10 illik müddət başa düşülür.
Maddə 4
Ümumi prinsiplər
Bu Saziş Razılığa gələn Tərəflərin iqtisadi inkişaf səviyyəsi, xarici ticarətinin dinamikası və tarif siyasəti nəzərə alınmaqla, Razılığa gələn Tərəflərin bərabər fayda əldə etməsi üçün üstünlüklərin qarşılıqlılığı prinsipi çərçivəsində tətbiq olunacaqdır.
Maddə 5
Digər sazişlərlə tənzimlənən ticarət əlaqələri
Bu Sazişin heç bir müddəası Razılığa Gələn Tərəflərin digər ölkələrlə gömrük ittifaqlarını, sərbəst ticarət zonalarını, preferensial ticarət sazişlərini, çoxtərəfli ticarət sazişlərini və ya transsərhəd ticarət razılaşmalarını davam etdirməsini və ya yaratmasını əngəlləməyəcəkdir.
Maddə 6
Əhatə dairəsi
Bu Sazişin müddəaları bu Sazişin 1-A Əlavəsi və 1-B Əlavəsi ilə müəyyən olunmuş Razılığa gələn Tərəflərin əraziləri mənşəli xxxxxxx tətbiq olunacaqdır.
Maddə 7
Güzəştlərin mübadiləsi
1. Razılığa gələn Tərəflər bu Sazişin 1-A Əlavəsində və 1-B Əlavəsində qeyd olunmuş xxxxxxx münasibətdə bu Sazişin mənşə qaydalarına aid xxxx XX Əlavəsinin müddəalarına uyğun olaraq bir-birinə güzəştlər verəcəklər.
2. Hər bir məhsul üzrə azaldılmanın tətbiq olunacağı baza tarif dərəcəsi bu Sazişin 1-A Əlavəsində və 1-B Əlavəsində qeyd olunmuşdur.
3. Əgər bu Sazişin qüvvəyə minməsindən əvvəl və sonra, bu Sazişin 1-A Əlavəsində və 1-B Əlavəsində mallar üzrə erga omnes əsasda hər hansı tarif azaldılması həyata keçirilərsə, belə azaldılmış tarif dərəcələri həmin azaldılmanın qüvvəyə mindiyi tarixdən etibarən bu maddənin 2-ci paraqrafında əks olunmuş baza tarif dərəcələrini əvəzləyəcəkdir;
4. Razılığa gələn Tərəflər, əgər başqa qayda nəzərdə tutulmayıbsa, bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən bu Sazişin 1-A Əlavəsin və 1-B Əlavəsi ilə müəyyən olunmuş xxxxxxx münasibətdə bütün qeyri-tarif maneələrini və malların hərəkətinə ekvivalent təsirə malik hər hansı tədbirləri ləğv edəcəklər;
5. Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən Razılığa gələn Tərəflər arasında bu Sazişin 1-A Əlavəsi və 1-B Əlavəsi ilə müəyyən olunmuş mallarla ticarətdə hər hansı bir yeni qeyri-tarif maneələri və ya ekvivalent təsirə malik tədbirlər tətbiq edilməyəcəkdir;
6. Razılığa gələn Tərəflər para-tarif tədbirlərinin siyahılarını mübadilə edəcək və bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən malların sərbəst hərəkətində mövcud xxxx para-tarif tədbirlərini ləğv edəcəklər.
7. Bu Sazişin qüvvəyə mindiyi andan etibarən bu Sazişin 1-A Əlavəsi və 1-B Əlavəsi ilə müəyyən olunmuş malların hərəkətində hər hansı bir yeni para-tariflər tətbiq olunmayacaqdır.
8. Bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən Razılığa gələn Tərəflər arasında bu Sazişin 1-A Əlavəsi və t-B Əlavəsi ilə müəyyən olunmuş mallarla ticarətdə hər hansı yeni tariflər və ya ekvivalent təsirə malik ödənişlər tətbiq edilməyəcəkdir;
9. Razılığa gələn Tərəflər Birgə Komitənin iclasları çərçivəsində məsləhətləşmələr vasitəsilə ikitərəfli ticarətlərinin daha da liberallaşdırılmasını nəzərdən keçirəcəklər.
Maddə 8
Ən əlverişli rejim
Razılığa gələn Tərəflər mallarla ticarətdə tətbiq olunan bütün qaydalarla, tənzimləmələrlə, prosedurlarla və formallıqlarla əlaqəli olaraq hər hansı digər ölkəyə verdiyi rejimdən daha az əlverişli olmayan rejimi bir birinə verəcəklər. Buna baxmayaraq, Razılığa gələn Tərəflər arasında xüsusi qarşılıqlı saziş olmadıqda, onların hər bir Razılığa gələn Tərəfin avtonom rejim, sərbəst ticarət sazişi, preferensial ticarət sazişi, regional ticarət sazişi, gömrük ittifaqı sazişi və ya çoxtərəfli ticarət sazişi çərçivəsində başqa bir ölkəyə verdiyi tarif kvotalarından və ya tarif güzəştlərindən faydalanmaq hüquqları olmayacaqdır.
Maddə 9
Milli rejim
Hər bir Razılığa gələn Tərəfin digər Razılığa gələn Tərəfə idxal olunan mallarına onların satışına, satışa təklif olunmasına, alınmasına, daşınmasına, paylanılmasına və ya istifadəsinə təsir edən qanunlar, tənzimləmələr və tələblər ilə əlaqədar olaraq yerli mənşəli oxşar məhsullardan daha az əlverişli olmayan rejim tətbiq olunacaqdır.
Maddə 10
Mənşə qaydaları
1. Razılığa gələn Tərəflər aralarındakı ticarətdə preferensial mənşə qaydalarını tətbiq etmək barədə razılığa gəldilər.
2. Bu Sazişin müddəaları ilə əhatə olunan mallar bu Sazişin II Əlavəsi ilə müəyyən olunmuş mənşə qaydalarına uyğun olması şərtilə preferensial rejimdən istifadə edəcəklər.
3. Bu Saxxxxx XX Xxavəsi ilə müəyyən olunmuş mənşə qaydalarına dəyişikliklərin edilməsinə ehtiyac olduqda, Birgə Komitə zəruri prosedurları başladacaqdır.
Maddə 11
Antidempinq və kompensasiya tədbiriəri
1. Dempinq və ya subsidiya səbəbindən yaranan zərərin qarşısının alınması məqsədilə, Razılığa gələn Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq antidempinq və kompensasiya tədbirlərinin tətbiqi hüququna malik olacaqlar.
2. Antidempinq və kompensasiya araşdırmasının başlanılmasından əvvəl idxalatçı Razılığa gələn Tərəfin səlahiyyətli qurumları ixracatçı Razılığa gələn Tərəfin səlahiyyətli qurumlarına ağlabatan müddət ərzində bildiriş təqdim edəcəklər.
3. Araşdırma başlandığı andan, idxalatçı Razılığa gələn Tərəfin səlahiyyətli qurumları daxil olmuş yazılı ərizənin konfidensial olmayan mətnini məlum ixracatçılara və ixracatçı Razılığa gələn Tərəfin səlahiyyətli qurumlarına təqdim edəcəkdir.
4. Araşdırmada istifadə olunan suallar kitabçasını almış maraqlı şəxslərə cavab üçün ən azı 30 günlük müddət veriləcəkdir. 30 günlük müddətin uzadılması ilə bağlı hər bir tələb diqqətə alınacaq və səbəbi göstərildiyi halda, mümkün olduğu təqdirdə belə uzatma veriləcəkdir.
5. İdxalatçı Razılığa gələn Tərəfin səlahiyyətli qurumları, yekun qərarın qəbul edilməsindən əvvəl, yekun tədbirlər tətbiq olunacaqsa, bu qərarın əsasını təşkil edən əsas faktlarla bağlı ixracatçı Razılığa gələn Tərəfi məlumatlandıracaqdır. Belə açıqlama Tərəflərin öz maraqlarını müdafiə etmələri üçün yetərli bir müddət ərzində ediləcəkdir.
Maddə 12
Mühafizə tədbirləri
1. Razılığa gələn Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq tətbiq edilən mühafizə tədbirləri ilə əlaqədar hüquqlarına və öhdəliklərinə xələl gətirməməsi şərtilə, bu Saziş əsasında tarifin azaldılması və ya ləğvi nəticəsində Razılığa gələn Tərəf mənşəli mallar digər Razılığa gələn Tərəfin ərazisinə mütləq şəkildə və ya yerli istehsalla müqayisədə xxxxx miqdarda idxal edildikdə və oxşar və ya birbaşa rəqabətli xxxxxxx istehsal edən yerli sənayeyə ciddi zərər vurduqda və ya ciddi zərər vurulma təhlükəsi yaratdıqda, idxalatçı Razılığa gələn Tərəf bu Sazişin 20-ci maddəsinə uyğun olaraq digər Razılığa gələn Tərəflə ilkin məsləhətləşmələr aparmaqla, ikitərəfli mühafizə tədbirləri tətbiq edə bilər.
2. İkitərəfli mühafizə tədbirlərini tətbiq etməzdən əvvəl, belə tədbiri tətbiq etmək niyyətində xxxx Razılığa gələn Tərəf hər iki Razılığa gələn Tərəflərə görə qəbul edilə bilən həllin tapılması məqsədilə vəziyyətin araşdırılması üçün tələb olunan bütün müvafiq informasiya ilə digər Razılığa gələn Tərəfi təmin edəcəkdir. Belə həllin tapılması məqsədilə Razılığa gələn Tərəflər dərhal məsləhətləşmələr aparacaqlar. Məsləhətləşmələr nəticəsində Razılığa gələn Tərəflər 30 gün ərzində razılığa gələ bilmədikdə, şikayət edən Razılığa gələn Tərəf araşdırma prosesini başlada bilər.
3. Tərəf yalnız səlahiyyətli qurumlar tərəfindən həyata keçirilən araşdırma nəticəsində ikitərəfli mühafizə tədbirləri tətbiq edəcəkdir.
4. Bu Sazişin müddəaları çərçivəsində xxxxx idxalın yerli sənayeyə ciddi zərər vurub-vurmadığını və ya ciddi zərər vurulma təhlükəsi yaradıb-yaratmadığını müəyyənləşdirmək məqsədilə aparılan araşdırmada səlahiyyətli qurumlar, xüsusilə baxılan məhsulun idxalındakı mütləq və nisbi xxxxx dərəcəsi və miqdarı, xxxxx idxalın malik olduğu ölkədaxili bazar payı, satışın, istehsalın, məhsuldarlığın, istehsal imkanlarından istifadənin, gəlirlərin və xərclərin və məşğulluğun səviyyəsindəki dəyişikliklər olmaqla, həmin sənaye sahəsinin vəziyyəti ilə əlaqəli obyektiv və ölçülə bilən təbiətə malik bütün əlaqəli faktorları diqqətə alacaqlar.
5. Bu maddənin 4-cü paraqrafında qeyd olunan müəyyənetmə, baxılan məhsulun xxxxx idxalı ilə ciddi zərər və ya ciddi zərər vurulma təhlükəsi arasında səbəbli əlaqənin mövcudluğu obyektiv sübutlar əsasında araşdırma ilə sübut olunmayanadək edilməyəcəkdir. Xxxxx idxal ilə eyni zamanda digər faktorlar da yerli sənayeyə zərər vurduqda, belə zərər xxxxx idxalla əlaqələndirilə bilməz.
6. Səlahiyyətli qurumlar, araşdırılan hadisənin detallı bir şəkildə təhlilini, habelə araşdırılan faktorların uyğunluğunun sübutunu dərhal dərc edəcəklər.
7. Hər bir Tərəf səlahiyyətli qurumlarının belə araşdırmanı onun başlanılması tarixindən etibarən 1 il ərzində yekunlaşdırılmasını təmin edəcəkdir.
8. Heç bir Tərəf ikitərəfli mühafizə tədbirini:
(a) ciddi zərərin qarşısının alınması və ya aradan qaldırılması və uyğunlaşmanın asanlaşdınlması üçün zəruri xxxx dərəcə və müddət xaricində tətbiq etməyəcəkdir;
(b) iki ildən xxx xxxx müddət ərzində tədbiri tətbiq edən Tərəfin səlahiyyətli qurumlarının bu maddə ilə müəyyən edilən prosedurlara uyğun olaraq tədbirin ciddi zərərin qarşısının alınması və ya aradan qaldırılması və uyğunlaşmanın asanlaşdırılması üçün zəruri olma halının davam etdiyi və sənayenin uyğunlaşmaqda olduğuna sübutların olduğunu müəyyən etdiyi halda müddətin 1 ilədək, ikitərəfli mühafizə tədbirinin tətbiqinin ilkin tətbiq müddəti və hər hansı uzatma da daxil olmaqla, ümumi müddətinin üç ildən artıq olmaması şərtilə uzadıla bilməsi halı istisna olmaqla, tətbiq etməyəcəkdir; və ya
(c) keçid müddəti bitdikdən sonra tətbiq etməyəcəkdir.
9. İdxalatçı Razılığa gələn Tərəf aşağıdakıları nəzərdə tutan ikitərəfli mühafizə tədbirlərini tətbiq edə bilər:
(a) bu Saziş əsasında əlaqəli mala verilən tarif dərəcəsində azalmanı dayandırır; və ya
(b) mal üzərində tarif dərəcəsini aşağıdakılardan az olanım keçməyəcək səviyyəyə artırır:
(i) mala tətbiq olunan gömrük rüsumunun tədbirin tətbiq olunması zaman qüvvədə xxxx dərəcəsi; və ya
(ii) bu Sazişin 1-A Əlavəsi və 1-B Əlavəsi ilə müəyyən olunmuş baza tarif dərəcəsi.
10. Tərəf ikitərəfli mühafizə tədbirinin tətbiqini ləğv etdiyi halda, gömrük rüsumunun dərəcəsini tədbirin tətbiq olunmaması halında bu Sazişin 1-A Əlavəsinə və 1-B Əlavəsinə əsasən qüvvədə olacaq dərəcə təşkil edəcəkdir.
11. Tərəf ikitərəfli mühafizə tədbirini yalnız bu Saziş qüvvəyə mindiyi tarixdən bir il keçdikdən sonra tətbiq edə bilər. Heç bir Tərəf eyni mala münasibətdə ikitərəfli mühafizə tədbirini bir dəfədən xxx tətbiq etməyəcəkdir.
12. İkitərəfli mühafizə tədbirinin gözlənilən tətbiq müddəti bir ildən artıq olduğu halda, tətbiq edən Tərəf müntəzəm intervallarla tədbiri liberallaşdıracaqdır.
13. Razılığa gələn Tərəflər qlobal mühafizə tədbirləri tətbiq etmək hüququnu özündə saxlayır və bu maddənin heç bir müddəası qlobal mühafizə tədbirlərinin tətbiqini əngəlləməyəcəkdir.
14. Heç bir Tərəf eyni mala münasibətdə eyni zamanda aşağıdakıları tətbiq etməyəcəkdir:
(a) 12.1-ci maddəyə uyğun olaraq ikitərəfli mühafizə tədbirini; və
(b) qlobal mühafizə tədbirini.
Maddə 13
Standartlar, texniki tənzimləmələr, sanitar və fitosanitar tədbirlər
1. Razılığa gələn Tərəflər texniki tənzimləmələri, uyğunluğun qiymətləndirilməsi prosedurlarını və standartları qarşılıqlı ticarətə maneələr yaratmaq və ya yerli istehsalı qorumaq məqsədilə hazırlamayacaq, qəbul etməyəcək və ya tətbiq etməyəcəklər.
2. Razılığa gələn Tərəflər aşağıdakıları təmin edəcəklər:
a. sanitar və fitosanitar tədbirlər xxxx prinsiplərə əsaslanaraq yalnız insan, heyvan və ya bitki həyat və ya sağlamlığını qorumaq üçün zəruri xxxx hədlərdə tətbiq olunur və müvafiq xxxx məlumatların və regional şərtlərin mövcudluğu nəzərə alınaraq, kifayət qədər sübut olmadan davam etdirilmir,
b. standartlar və texniki tənzimləmələr qarşılıqlı ticarətə lüzumsuz maneələr yaratmaq məqsədi və ya təsiri ilə hazırlanmır, qəbul edilmir və ya tətbiq edilmir. Bu məqsədlə yerinə yetirməmənin yarada biləcəyi risk nəzərə alınmaqla, texniki tənzimləmələr qanuni məqsədin təmin edilməsi üçün zəruri olandan daha ticarəti məhdudlaşdırıcı olmayacaqdır. Belə qanuni məqsədlərə, digərləri ilə yanaşı, aiddir: bu Sazişin 16-cı və 17-ci maddələrində təsvir olunanlar, aldadıcı təcrübənin qarşısının alınması, ətraf mühitin mühafizəsi. Belə risklərin qiymətləndirilməsi zamanı, digərləri ilə yanaşı, qiymətləndirmənin müvafiq elementlərinə aid olacaqdır: mövcud xxxx və texniki məlumatlar, əlaqəli emal texnologiyası və ya məhsulların nəzərdə tutulan son istifadələri.
Maddə 14
Ödəmə balansının çətinlikləri
Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx ödəmə balansının ciddi çətinlikləri və ya belə çətinlik təhlükəsi ilə üzləşdikdə, həmin Razılığa gələn Tərəf Beynəlxalq Valyuta Fondu haqqında Sazişin VIII və XIV maddələrində qeyd olunmuş şərtlərə uyğun olaraq, məhdud müddətdə qüvvədə qalacaqdır və ödəmə balansı vəziyyətinin yaxşılaşdırılması üçün zəruri olandan kənara çıxmayan məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər. Həmin Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfi tədbirlərin qüvvəyə minməsi ilə bağlı dərhal məlumatlandıracaq və mümkün ən qısa müddətdə digər Razılığa gələn Tərəfə tədbirlərin ləğvi qrafikini təqdim edəcəkdir.
Maddə 15
Təkrar ixrac və ciddi çatışmazlıq müddəası
1. Bir Razılığa gələn Tərəf bir ölkədən malın idxalına və ya bir ölkəyə malın ixracına qadağa və ya məhdudiyyət tətbiq etdikdə və ya davam etdirdikdə, bu Sazişin heç bir müddəası həmin Razılığa gələn Tərəfi aşağıdakıları həyata keçirməkdə əngəlləyəcək kimi şərh edilməyəcəkdir:
a) digər Razılığa gələn Tərəfin ərazisindən həmin digər ölkənin belə malının idxalını məhdudlaşdırmaq və ya qadağan etmək; və ya
b) belə malın digər Razılığa gələn Tərəfin ərazisinə ixracı şərti kimi, malın digər Razılığa gələn Tərəfin ərazisində istehlak edilmədən Razılığa gələn Tərəf olmayana birbaşa və ya dolayı olaraq təkrar ixrac edilməməsinin tələb edilməsi.
2. Bundan əlavə, bu Xxxxxxx heç bir müddəası ixracatçı Razılığa gələn Tərəf üçün vacib xxxx məhsulun ciddi çatışmazlığının və ya ciddi çatışmazlıq təhlükəsinin ləğv edilməsi və ya qarşısının alınması üçün zəruri xxxx ticarəti məhdudlaşdırıcı hər hansı tədbirin saxlanılmasını və ya qəbulunu qadağan etməyəcəkdir. Tədbirlər ayrı- seçkilik etmədən tətbiq olunacaq və onların saxlanılmasını əsaslandıran şərtlər aradan qalxdıqda ləğv ediləcəkdir. Razılığa gələn Tərəflər bu maddəyə uyğun olaraq tədbirlər tətbiq etdikdə, dərhal bir-birini xəbərdar edəcəklər.
Maddə 16
Ümumi istisnalar
Razılığa gələn Tərəflər arasında ticarətdə süni və ya əsaslandırılmamış ayrı-seçkilik və ya gizli məhdudiyyət yaradacaq şəkildə tətbiq edilməmək şərtilə, bu Sazişin heç bir müddəası ictimai əxlaq, dini dəyərlər, milli təhlükəsizlik, insan, heyvan və bitki həyat və sağlamlığının qorunması, bədii, tarixi və ya arxeoloji dəyərə malik milli xəzinələrin qorunması, tükənən təbii ehtiyatların və genetik ehtiyatların qorunması, qızıl və ya gümüşə aid xxxx tənzimləmələr, hökumət stabilləşdirmə planı çərçivəsində qiyməti dünya qiymətlərindən aşağı saxlanılan bu məhsulların ixracına aid xxxx tənzimləmələr səbəbləri ilə əsaslandırılmış idxal, ixrac və tranzit daşman mallar üzərindəki qadağaları və ya məhdudiyyətləri əngəlləməyəcəkdir.
Maddə 17
Təhlükəsizlik istisnaları
Bu Sazişin heç bir müddəası Razılığa gələn Tərəfin aşağıdakı təhlükəsizlik məqsədləri üçün zəruri hesab etdiyi hər hansı tədbiri tətbiq etməsinin qarşısını almayacaqdır:
a. vacib təhlükəsizlik maraqlarının əleyhinə xxxx konfidensial məlumatların açıqlanmasının qarşısının alınması;
b. vacib təhlükəsizlik maraqlarının qorunması və ya aşağıdakılarla əlaqəli beynəlxalq öhdəliklərin və ya milli siyasətin həyata keçirilməsi:
i. xüsusi olaraq hərbi məqsədli olmayan məhsullara münasibətdə rəqabət şərtlərinə zərər vurmaması şərtilə, silah, döyüş sursatı və müharibə vasitələrinin ticarətinə və hərbi təşkilatın təchiz edilməsi məqsədilə birbaşa və ya dolayı olaraq həyata keçirilən digər mallarla, materiallarla və xidmətlərlə ticarətinə aid xxxx; və ya
ii. bioloji, kimyəvi və nüvə silahlarının və ya digər nüvə partlayıcı qurğularının yayılmasının qarşısının alınmasına aid xxxx; və ya
iii. müharibə zamanı və ya digər ciddi beynəlxalq gərginlik zamanı qəbul olunan.
Maddə 18
Məlumat mübadiləsi
1. Digər Razılığa gələn Tərəfin müraciəti ilə hər bir Razılığa gələn Tərəf 30 gün ərzində bu Sazişin fəaliyyətinə təsir edə biləcək mövcud və ya təklif olunan tədbirə aid xxxx məlumatları təqdim edəcək və ya digər Razılığa gələn Tərəfin hər hansı bir sualına cavab verəcəkdir.
2. Hər bir Razılığa gələn Tərəf bu Sazişin əhatə etdiyi hər hansı bir ticarət məsələsinə aid xxxx qanun və tənzimləmələrin dərcini və ya ictimaiyyətə açıqlanmasını təmin edəcəkdir.
Maddə 19
Birgə Komitə
1. Hər Razılığa gələn Tərəfin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilmişdir. Birgə Komitə bu Sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı birdəfə görüşəcəkdir.
Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx digər Razılığa gələn Tərəfə bildiriş verməklə, növbədənkənar görüş keçirilməsini tələb edə bilər.
2. Birgə Komitə bu Sazişin müddəalarına uyğun olaraq ona verilən funksiyalardan hər hansı birini həyata keçirə bilər. Razılığa gələn Tərəflərdən birinin tələbi və digər Razılığa gələn Tərəfin təsdiqi əsasında Birgə Komitə bu Sazişin icrasına təsir göstərən digər hər hansı bir məsələni də araşdıra bilər. Birgə Komitə, həm də bu Sazişə aid xxxx məsələlərə dair tövsiyələr verə bilər.
3. Birgə Komitə fəaliyyəti ilə əlaqədar prosedur qaydalarını ilk iclasında müəyyənləşdirəcəkdir.
4. Birgə Komitə zəruri hesab etdiyi təqdirdə, hər hansı digər alt komitələr və ya işçi qrupları da yarada bilər.
Maddə 20
Məsləhətləşmələr və mübahisələrin həlli
1. Hər bir Razılığa gələn Tərəf bu Sazişin fəaliyyətinə təsir edəcək hər hansı bir məsələ ilə əlaqədar məsləhətləşmə tələblərinə müsbət yanaşacaq və məsləhətləşmələr üçün adekvat imkan yaradacaqdır.
2. Birgə Komitə yuxarıdakı 1-ci paraqrafa uyğun olaraq aparılan məsləhətləşmələr yolu ilə qənaətbəxş nəticənin əldə edilməsi mümkün olmayan məsələnin nəzərdən keçirilməsi üçün Razılığa gələn Tərəflərdən birinin tələbinin alındığı tarixdən sonrakı 30 gün ərzində toplanacaqdır.
3. Bu Sazişin şərhindən və (və ya) tətbiqindən yaranan istənilən mübahisə dostcasına ikitərəfli məsləhətləşmələr vasitəsilə həll olunacaqdır.
4. Razılığa gələn Tərəflər mübahisəni araşdırmaq və həll etmək üçün Birgə Komitəyə bütün köməkliyi göstərəcəklər.
5. Razılığa gələn Tərəflər Xxxxx Komitənin qərarlarının icrası üçün zəruri xxxx tədbirləri görəcəklər. Bir Razılığa gələn Tərəf qərarları icra etmədikdə, digər Razılığa gələn Tərəf ekvivalent preferensial rejimi xxxx çəkmək hüququna malik olacaqdır.
Maddə 21
Öhdəliklərin yerinə yetirilməsi
1. Razılığa gələn Tərəflər bu Sazişin məqsədlərinə nail olunmasının və bu Sazişdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcəklər.
2. Əgər Razılığa gələn Tərəflərdən biri digər Razılığa gələn Tərəfin bu Sazişdən irəli gələn öhdəliyini yerinə yetirmədiyi qənaətinə gələrsə, sözügedən Razılığa gələn Tərəf ilk növbədə bu Sazişin 20-ci maddəsində qeyd olunan prosedurlara müraciət edəcəkdir.
3. Əgər məsləhətləşmələr üçün tələbin alındığı tarixdən sonrakı 30 gün ərzində məsləhətləşmə aparılmazsa və ya Birgə Komitə belə tələbin alındığı tarixdən sonrakı 90 gün ərzində mübahisəni həll edə bilməzsə, Tərəf ekvivalent preferensial rejimi xxxx çəkmək hüququna malik olacaqdır.
Maddə 22
Dəyişikliklər
Bu Sazişə Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollarla əlavə və dəyişikliklər edilə bilər. Bu dəyişikliklər bu Sazişin 24-cü maddəsinə uyğun olaraq qüvvəyə minəcəkdir.
Maddə 23
Qüvvədəolma müddəti və ləğvetmə
1. Bu Saziş müddətsiz olaraq bağlanılmışdır.
2. Bu Saziş bir Razılığa gələn Tərəfin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda, bu Saziş digər Razılığa gələn Tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddinci ayın ilk günü qüvvəsini itirəcəkdir.
Maddə 24
Qüvvəyəminmə
Bu Saziş hər bir Razılığa gələn Tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ikinci ayın ilk günü qüvvəyə minəcəkdir.
ƏLAVƏLƏR
ƏLAVƏ I: Mal siyahıları
Əlavə 1 - A: Türkiyə Respublikası tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan Respublikası mənşəli malların siyahısı, baza tarif dərəcələri, tarifin azaldılması dərəcələri və illik tarif kvotasının miqdarı
Sıra №-si | HS 2017 | Məhsulun xxx | Xxxx tarif dərəcəsi | Tarifin azaldılması dərəcəsi | İllik tarif kvotası |
1. | 0406 90 990 0 11 | Xxxxxxx, Parmesan, Dutch və oxşar pendirlər | 45% | 100% | 100 ton |
0406 90 990 0 12 | saçaq pendir | 140% | |||
0406 90 990 0 19 | digər | 140% | |||
2. | 0806 10 100 0 | süfrə növləri | 54,9% | 100% | 3500 ton |
3. | 0808 10 800 0 | digərləri | 60,3% | 100% | 3000 ton |
4. | 0809 40 | gavalılar və göyəm: | 55,8% | 100% | 3000 ton |
5. | 0810 70 000 0 | xurma | 50% | 100% | 30000 ton |
6. | 0902 30 000 0 | ilkin qablaşdırılmalarda netto çəkisi 3 kq-xxx xxx olmayan qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş çay | 145% | 100% | 300 ton |
7. | 1512 19 900 0 | digərləri | 67,5% | 100% | 5000 ton |
8. | 1516 20 980 0 | digərləri | 46,8% | 100% | 2500 ton |
9. | 1701 99 100 0 | ağ şəkər | 135% | 100% | 5000 ton |
10. | 1806 90 190 0 | digərləri | 8,3%+T 1 | 100% | 1250 ton |
11. | 2001 10 000 0 | xiyar və kornişon | 39% | 100% | 500 ton |
12. | 2002 90 990 0 | ilkin qablaşdırılmalarda netto çəkisi 1 kq-xxx xxx olmayan | 135,9% | 100% | 750 ton |
13. | 2007 99 970 0 13 | diabet xəstələri üçün | 0% | 100% | 3000 ton |
2007 99 970 0 14 | fındıq püresi | 58,5% | |||
2007 99 970 0 15 | xxxx püresi (kompotlar daxil olmaqla) | 58,5% | |||
2007 99 970 0 16 | ərik püresi | 58,5% | |||
2007 99 970 0 17 | xxxxxx püresi | 58,5% | |||
2007 99 970 0 18 | digər | 58,5% | |||
14. | 2009 79 190 0 | digər | 58,5% | 100% | 2000 ton |
15. | 2204 21 960 0 | digərləri | 70% | 100% | 900000 litr |
Əlavə 1 - B : Azərbaycan Respublikası tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Türkiyə Respublikası mənşəli malların siyahısı, baza tarif dərəcələri, tarifin azaldılması dərəcələri və illik tarif kvotasının miqdarı
Sıra №-si | HS 2017 | Məhsulun xxx | Xxxx tarif dərəcəsi | Tarifin azaldılması dərəcəsi | İllik tarif kvotası |
1. | 0406 30 310 0 | 48 kütlə %-dən xxx olmayan | 15% | 100% | 150 ton |
2. | 1206 00 990 0 | digerləri | 5% | 100% | 5000 ton |
3. | 1517 90 990 0 | digərləri | 15% | 100% | 5000 ton |
4. | 1704 10 100 0 | tərkibində saxarozanın miqdarı 60 kütlə %-dən az xxxx (saxaroza kimi ifadə edilən invert şəkəri də daxil olmaqla) | 15% | 100% | 400 ton |
5. | 1704 90 710 0 | içlikli və ya içliksiz şəkərləmə karameli | 15% | 100% | 1500 ton |
6. | 1704 90 750 0 | toffı, digər karamel və analoji şirniyyat | 15% | 100% | 4000 ton |
7. | 1704 90 810 0 | preslənmiş həblər | 15% | 100% | 200 ton |
8. | 1806 20 800 0 | şokolad minası | 15% | 100% | 500 ton |
9. | 1806 31 000 0 | içlikli | 15% | 100% | 1300 ton |
10. | 1806 32 100 0 | taxıl dəni, xxxxxx və ya qoz- fındıq əlavə edilmiş | 15% | 100% | 500 ton |
11. | 1806 90 500 0 | tərkibində kakao xxxx şəkəri əvəz edən məhsullardan hazırlanmış, şəkərdən qənnadı məmulatları və onların əvəzediciləri | 15% | 100% | 1500 ton |
12. | 1901 90 990 0 | digərləri | 15% | 100% | 1500 ton |
13. | 1902 30 100 0 | qurudulmuş | 15% | 100% | 1000 ton |
14. | 1905 32 990 0 | digərləri | 15% | 100% | 1000 ton |
15. | 2002 90 390 0 | ilkin qablaşdınlmalarda netto çəkisi 1 kq-xxx xxx olmayan | 15% | 100% | 750 ton |
ƏLAVƏ II Malların preferensial mənşə qaydaları və inzibati əməkdaşlıq metodları haqqında qaydalar MÜNDƏRİCAT | |
FƏSİL I | ÜMUMİ MÜDDƏALAR |
- Maddə 1 | Əhatə dairəsi |
- Maddə 2 | Anlayışlar |
FƏSİL I | MALLARIN MƏNŞƏYİNİN TƏYİN EDİLMƏSİ |
- Maddə 3 | Ümumi tələblər |
- Maddə 4 | Tamamilə istehsal edilmiş və ya əldə edilmiş mallar |
- Maddə 5 | Kifayət qədər işlənmiş və ya emal olunmuş mallar |
- Maddə 6 | Kifayət etməyən işləmə və ya emal |
- Maddə 7 | Mənşənin kumulyasiya prinsipi |
- Maddə 8 | Təsnifat xxxxxx |
- Maddə 9 | Aksessuarlar, ehtiyat hissələri və alətlər |
- Maddə 10 | Dəstlər |
- Maddə 11 | Neytral elementlər |
FƏSİL III | ƏRAZİ TƏLƏBLƏRİ |
- Maddə 12 | Birbaşa daşınma |
FƏSİL IV | MƏNŞƏNİN SÜBUTU |
- Maddə 13 | Ümumi tələblər |
- Maddə 14 | “AZ-TR Mənşə Sertifıkatı”nın verilməsi proseduru |
- Maddə 15 | “AZ-TR Mənşə Sertifıkatı”nın təqdim edilməsinə dair tələblər |
- Maddə 16 | “AZ-TR Mənşə Sertifıkatı”nın sonradan verilməsi |
- Maddə 17 | “AZ-TR Mənşə Sertifıkatı”nın dublikatının verilməsi |
- Maddə 18 | Daha əvvəl hazırlanmış və ya verilmiş mənşənin sübutu əsasında “AZ-TR Mənşə Sertifikatı”nın verilməsi |
- Maddə 19 | “AZ-TR Mənşə Sertifıkatı”nın etibarlılıq müddəti |
- Maddə 20 | Malların mənşəyini təsdiq edən sənədlər |
- Maddə 21 | “AZ-TR Mənşə Sertifikatı”nın və malların mənşəyini təsdiq edən sənədlərin saxlanılması |
- Maddə 22 | Uyğunsuzluqlar və texniki səhvlər |
FƏSİL V | İNZİBATİ ƏMƏKDAŞLIQ TƏDBİRLƏRİ |
- Maddə 23 | Qarşılıqlı yardım |
- Maddə 24 | Mənşə sübutlarının yoxlanılması |
- Maddə 25 | Mübahisələrin həlli |
- Maddə 26 | Cərimələr |
- Maddə 27 | Sərbəst zonalar |
FƏSİL VI | YEKUN MÜDDƏALAR |
- Maddə 28 | Gömrük və mənşə məsələləri üzrə Alt KomitəQoşma |
- Maddə 29 | Qoşma |
- Maddə 30 | Tranzitdə və saxlancda xxxx xxxxxx |
- Maddə 31 | Dəyişikliklər |
Fəsil I
ÜMUMİ MÜDDƏALAR
Maddə 1
Əhatə dairəsi
Əlavə II Azərbaycan Respublikası və Türkiyə Respublikası (bundan sonra - müvafiq olaraq Azərbaycan və Türkiyə və ya Razılığa gələn Tərəflər) arasındakı Preferensial Ticarət Sazişi (bundan sonra - Saziş adlandırılacaq) üzrə preferensial güzəştlər üçün xxxxx xxxx malların mənşəyinin təyin edilməsi məqsədilə tətbiq edilir.
Maddə 2
Anlayışlar
Bu Əlavənin məqsədləri üçün:
(a) “fəsillər” və “başlıqlar” Malların Təsviri və Kodlaşdırılmasının Harmonikləşdirilmiş Sistemini (bundan sonra - HS) təşkil edən nomenklaturada istifadə olunan fəsillər və başlıqları (dördrəqəmli kodlan) bildirir;
(b) “təsnifat” məhsul və ya materialın müəyyən başlıq altında təsnifatını nəzərdə tutur;
(c) “gömrük dəyəri” idxal edilən malların sövdələşmə qiymətini, yəni ixrac məqsədilə idxal edilən ölkəyə satılan zaman mallar üçün digər yığıla bilən ödənişlər və tənzimləmələr də daxil olmaqla, faktiki ödənilmiş və ya ödənilməli xxxx qiyməti bildirir. Gömrük dəyəri sövdələşmə qiyməti əsasında müəyyən edilə bilmədiyi hallarda, aşağıdakı üsullardan birindən istifadə olunmaqla müəyyən ediləcəkdir:
i. eyni malların sövdələşmə qiyməti;
ii. eynicinsli malların sövdələşmə qiyməti;
iii. dəyərin çıxılması üsulu;
iv. dəyərin toplanması üsulu;
v. ehtiyat üsul;
(d) “mallar” dedikdə, həm materiallar, həm də məhsullar nəzərdə tutulur;
(e) “istehsal” həm sənaye, həm də kənd təsərrüfatı məhsulları üzərində yığılma və ya xüsusi əməliyyatlar daxil olmaqla, hər hansı kifayət qədər işləməni və ya emalı nəzərdə tutur;
(f) “material” məhsulun istehsalında istifadə olunan hər hansı inqrediyent, xammal, komponent və ya hissə və s. bildirir;
(g) “məhsul” istehsal edilən məhsul mənasını verir, sonradan başqa istehsal əməliyyatında istifadə olunmaq üçün nəzərdə tutulduğu halda belə;
(h) “ərazilər” ərazi sulan da daxil olmaqla, Razılığa gələn Tərəflərin ərazilərini nəzərdə tutur;
(i) “materialların dəyəri” istifadə olunmuş qeyri-preferensial mənşəli materialların idxalı xxxxxx xxxx gömrük dəyəri və ya bu dəyər bilinmədikdə, yaxud müəyyən edilə bilmədikdə, Razılığa gələn Tərəfin ərazisində qeyri-preferensial mənşəli materiallar üçün ödənilən ilk müəyyən oluna bilən qiyməti bildirir;
(j) “əlavə dəyər” xxxxxx-xxxxx qiymətindən malı təşkil edən və mənşə ölkəsi digər Razılığa gələn Tərəf xxxx materialların hər birinin gömrük dəyəri və ya gömrük dəyəri bilinmədikdə, yaxud müəyyən edilə bilmədikdə, Razılığa gələn Tərəfin ərazisində materiallar üçün ödənilən ilk müəyyən oluna bilən qiymət çıxılmaqla alınan qiyməti bildirir;
(k) “xxxxxx-xxxxx qiyməti” malın sonuncu işlənmə və ya emala məruz qaldığı Razılığa gələn Tərəfin ərazisində məhsul üçün xxxxxx-xxxxx şərtilə istehsalçıya ödənilən qiyməti nəzərdə tutur, bu şərtlə ki, qiymət əldə edilmiş məhsul ixrac edildiyi xxxxx xxxx ödənilən və ya xxxx ödənilə bilən hər hansı daxili vergilər istisna olmaqla, istifadə edilmiş bütün materialların dəyərini ehtiva etsin;
(l) “gömrük orqanları” Azərbaycanın Dövlət Gömrük Komitəsini və Türkiyənin Ticarət Nazirliyini ifadə
edir;
(m) “mal partiyası” eyni vaxtda bir ixracatçı tərəfindən bir yükalana göndərilən və ya ixracatçıdan yükalana
göndərilən yükü əhatə edən nəqliyyat sənədləri ilə əhatə olunan və ya belə sənəd olmadıqda, bir hesab faktura ilə əhatə olunan məhsulları bildirir;
(n) “rezident” Razılığa gələn Tərəfin milli qanunvericiliyinə əsasən yaşayış, daimi nümayəndəlik, idarəetmə, qeydiyyat və yaradılma yerinə və ya istənilən digər analoji xarakteristikalara əsasən vergiyə cəlb olunan, istənilən fiziki və hüquqi şəxslər, müəssisələr və ya təşkilatları bildirir;
(o) “ixracatçı” bir Razılığa gələn Tərəfin digər Razılığa gələn Tərəfin ərazisinə xxxxxxx ixrac edən, malların mənşə ölkəsini sübut edə bilən və buna görə məsuliyyət daşıyan rezidentidir;
(p) “idxalatçı” bir Razılığa gələn Tərəfin digər Razılığa gələn Tərəfdən malı xxxx rezidentidir;
(q) “səlahiyyətli orqan” Razılığa gələn Tərəfin milli qanunvericiliyinə əsasən “AZ-TR Mənşə Sertifikatı”nı vermək səlahiyyətinə xxxxx xxxx orqanı bildirir.
Fəsil II
MALLARIN MƏNŞƏYİNİN TƏYİN EDİLMƏSİ
Maddə 3
Ümumi tələblər
Bir Razılığa gələn Tərəfin ərazisinə digər Razılığa gələn Tərəfin ərazisindən idxal edilmiş, 12-ci maddədə nəzərdə tutulduğu kimi birbaşa göndərilmiş, bu Saziş ilə əhatə olunan mallar aşağıdakı şərtlərdən hər xxxxx xxxx üzrə mənşə tələbinə cavab verdiyi təqdirdə, preferensial güzəştlərdən yararlanacaqlar:
(a) Razılığa gələn Tərəfdə tam istehsal edilmiş və ya əldə edilmiş və 4-cü maddənin tələblərinə cavab verən mallar; və ya
(b) bir Razılığa gələn Tərəfdə əldə edilmiş, xxxxx tərkibinə xxxxx xxx əldə edilməmiş materiallar daxil xxxx xxxxxx, bu şərtlə ki, belə materiallar 5-ci maddəyə uyğun olaraq həmin Razılığa gələn Tərəfdə kifayət qədər işləməyə və ya emala məruz qalmış olsun.
Maddə 4
Tamamilə istehsal edilmiş və ya əldə edilmiş mallar
3-cü maddənin (a) yarımbəndinin mənası baxımından, aşağıdakılar ixrac edən Tərəfin ərazisində tamamilə istehsal edilmiş və ya əldə olunmuş sayılır:
(a) onun torpağından, sularından və ya dəniz dibindən çıxarılmış xammal və ya mineral məhsullar;
(b) meşəçilik məhsulları da daxil olmaqla, onun ərazisində becərilmiş, yığılmış və ya toplanmış kənd təsərrüfatı məhsulları;
(c) orada doğulmuş və bəslənilmiş diri heyvanlar;
(d) orada doğulmuş və bəslənilmiş heyvanlardan əldə olunan məhsullar;
(e) orada həyata keçirilən ovçuluq, balıqçılıq və dəniz vətəgəsi fəaliyyətləri ilə əldə olunan məhsullar;
(f) Razılığa gələn Tərəflərin ərazi sularından kənardakı dənizdən onların gəmiləri tərəfindən əldə olunan dəniz balıqçılığı məhsulları və digər dənizçilik məhsulları;
(g) yalnız yuxarıda (e) və (f) yarımbəndlərində nəzərdə tutulan məhsullardan onun emal gəmilərinin bortunda emal edilən və (və ya) əldə olunan məhsullar;
(h) orada istifadə olunmuş və yalnız xammala təkrar emal edilmək üçün yararlı xxxx məmulatlar;
(i) orada həyata keçirilən istehsalat əməliyyatları nəticəsində əldə olunan tullantılar və qırıntılar;
(j) yalnız yuxarıda (a) - (i) yarımbəndlərində nəzərdə tutulmuş məhsullardan orada istehsal edilən mallar.
2. 1-ci bəndin (f) və (g) yarımbəndlərindəki “onların gəmilər” və “onların emal gəmiləri” terminləri yalnız aşağıdakı gəmilərə və emal gəmilərinə şamil edilir:
a) Razılığa gələn Tərəfin ərazisində qeydiyyata alınan və ya registrə daxil edilən;
b) Razılığa gələn Tərəfin bayrağı altında üzən;
c) ən azı 60 faiz hissəsi Razılığa gələn Tərəfin vətəndaşlarına və ya baş ofisi Razılığa gələn Tərəfin ərazisində xxxx və meneceri, yaxud menecerləri, Direktorlar Şurasının və ya Müşahidə Şurasının Sədri və bu şuraların üzvlərinin əksəriyyəti Razılığa gələn Tərəfin vətəndaşları xxxx və əlavə olaraq ortaqlıqlar və məhdud məsuliyyətli şirkətlər olduğu halda, kapitalının ən azından yarısına Razılığa gələn Tərəflərin və ya Razılığa gələn Tərəflərin dövlət qurumlarının və ya vətəndaşlarının sahib olduğu şirkətə məxsus xxxx.
Maddə 5
Kifayət qədər işlənmiş və ya emal olunmuş mallar
1. 3-cü maddənin (b) yarımbəndində nəzərdə tutulan mənada, bir Razılığa gələn Tərəfdə əldə olunmuş məhsulların istehsalında istifadə edilmiş üçüncü ölkə mənşəli materialların dəyəri, hazır məhsulun franko zavod qiymətinin 45%-dən artıq olmadıqda, həmin materiallar kifayət qədər işlənmiş və ya emal olunmuş hesab edilir.
2. 1-ci bənd 6-cı maddənin müddəalarına müvafiq olaraq tətbiq edilir.
Maddə 6
Kifayət etməyən işləmə və ya emal
1. Aşağıdakı əməliyyatlardan və ya proseslərdən hər xxxxx xxxx və ya iki və ya daha çoxunun kombinasiyası özlüyündə kifayət qədər işləmə və ya emal prosesini təşkil etmir:
(a) qablaşdırma;
(b) sadə qarışdırma;
(c) butulkalara, bankalara, flakonlara, torbalara, yeşiklərə, qutulara yerləşdirmə, kartlara və lövhələrə bərkitmə və qablaşdırmaya dair digər sadə əməliyyatlar;
(d) nişanlama, məhsulların və ya onların qablaşdırmasının üzərinə markaların, nişanların, loqotiplərin və digər oxşar fərqləndirici işarələrin vurulması və çap edilməsi;
(e) hissələrə ayırma;
(f) çeşidləmə və ya təsnifləndirmə;
(g) markalama;
(h) dəstlərə qoyulma;
(j) daşınma və ya saxlanma zamanı malın yaxşı vəziyyətdə qalmasının təmin edilməsinə dair qoruma əməliyyatları;
(k) qablaşdırmanın sökülməsi və yığılması;
(l) yuma, təmizləmə; tozun, oksidin, yağın, boya və ya digər maddələrlə örtmənin silinməsi;
(m) tekstilin hamarlanması və ya preslənməsi;
(n) sadə boyama və ya pardaqlama əməliyyatları;
(o) dənli bitkilərin və düyünün qabıqdan çıxarılması, qismən və ya tam ağardılması, pardaqlanması və cilalanması;
(p) şəkərin boyanmasına və ya tikə qəndin formalaşdırılmasına dair əməliyyatlar;
(q) meyvələrin, qoz-fındıqların və tərəvəzlərin qabıqdan təmizlənməsi, toxumlarının çıxarılması və doğranılması;
(r) itilənmə, sadə üyüdülmə və ya sadə kəsilmə;
(s) ələkdən və ya xəlbirdən keçirilmə, ayrılma, çeşidlənmə, seçilmə, təsnifləşdirilmə, uyğunlaşdırılma (o cümlədən məmulatların dəstinin tərtib edilməsi);
(t) heyvanların kəsilməsi.
2. Məhsulun məruz qaldığı işlənmə və ya emalın 1-ci bəndin mənası baxımından kifayət etməyən sayılması müəyyən edilərkən, məhsul üzərində Azərbaycanda və Türkiyədə həyata keçirilmiş bütün əməliyyatlar birlikdə nəzərdən keçirilir.
3. Əgər əməliyyat zamanı xüsusi bacarıq, maşınlar, aparat və ya alətlər tələb olunmursa, bu cür əməliyyatlar sadə hesab olunur və kifayət qədər emal meyarına cavab vermir.
4. Əgər hər hansı mala münasibətdə müstəsna olaraq 1-ci bənddə sadalanan əməliyyatların həyata keçirilməsi hesabına kifayət qədər işləmə və ya emal yerinə yetirilmişdirsə, həmin malın mənşə ölkəsi bu əməliyyatların yerinə yetirildiyi ölkə hesab edilməyəcəkdir.
Maddə 7
Mənşənin kumulyasiya prinsipi
1. 3-cü maddənin müddəalarına xələl gətirmədən bir Tərəfdə istehsal olunmuş materiallar digər Tərəfdə məhsula daxil edildikdə, həmin digər tərəfdə istehsal edilmiş materiallar kimi qəbul edilir. Belə materialların 6- cı maddədə qeyd olunmuş əməliyyatlar xaricində işləndiyi və ya emal edildiyi təqdirdə, onların kifayət qədər işlənməsi və ya emal edilməsi zəruri deyildir.
2. 1-ci bəndin tətbiqi məqsədilə bir Razılığa gələn Tərəfdə həyata keçirilən işləmə və ya emal 6-cı maddədə göstərilmiş əməliyyatlardan kənara çıxmırsa və buradakı əlavə dəyər digər Razılığa gələn Tərəf mənşəli materialların dəyərindən yüksəkdirsə, alınmış məhsul həmin Razılığa gələn Tərəf mənşəli hesab edilir.
Maddə 8
Təsnifat xxxxxx 1
1. Məhsul dəstlərinin mənşəyinin təyin edilməsi zamanı, dəstin tərkibinə daxil edilmiş hər bir ayrı-ayrı elementə kifayət qədər işləmə və ya emal meyarının tətbiqi obyekti kimi baxılır.
Müvafiq olaraq:
a) hissələr qrupundan ibarət xxxx və ya bir sıra hissələrdən yığılmış və vahid başlıq altında təsnif edilən məhsula, kifayət qədər işləmə və ya emal meyarının tətbiq edildiyi vahid obyekt kimi baxılır;
b) əgər mal partiyası HS-in eyni başlığı xxxxxx təsnifləşdirilən bır neçə məhsuldan ibarətdirsə, onda hər bir məhsula, kifayət qədər işləmə və ya emal meyarının tətbiq edilməsi məqsədilə ayrı-ayrılıqda baxılmalıdır;
c) əgər HS-in 5-ci Ümumi Qaydasına əsasən qablaşdırma içində xxxx məhsullarla birlikdə təsnif edilirsə, onda malın mənşəyinin müəyyən edilməsi zamanı qablaşdırmaya həmin malın tərkib hissəsi kimi baxılmalıdır.
Maddə 9
Aksessuarlar, ehtiyat hissələri və alətlər
Dəzgah, avadanlıq, aparat və ya nəqliyyat vasitəsi ilə birlikdə göndərilən və onların istismarı üçün istifadə olunan aksessuarlar, ehtiyat hissələri və alətlər həmin dəzgah, avadanlıq, aparat və ya nəqliyyat vasitələri ilə eyni mənşəyə malik hesab olunur, bu şərtlə ki, onlar:
(a) yuxarıda qeyd olunan malların normal bir hissəsi sayılsın: və
(b) malın qiymətinə daxil edilsin; və ya
(c) ayrılıqda bəyan edilməsin.
Maddə 10
Dəstlər
1. HS-in 3-cü Ümumi Qaydası ilə müəyyən olunan dəstlər o halda mənşə ölkəsi təyin olunmuş hesab edilir ki, bütün komponent məhsulların eyni mənşəyi təyin edilmiş olsun.
2. Dəst Razılığa gələn Tərəflər mənşəli və üçüncü ölkə mənşəli məhsullardan ibarətdirsə, üçüncü ölkə mənşəli məhsulların dəyəri dəstin xxxxxx-xxxxx qiymətinin 15%-dən artıq olmaması şərtilə dəst bütövlükdə Razılığa gələn Tərəflər mənşəli hesab edilir.
Maddə 11
Neytral elementlər
Malın mənşə ölkəsinin müəyyən edilməsi məqsədilə onun istehsalında istifadə olunan aşağıda göstərilən məhsulların mənşəyi nəzərə alınmayacaqdır:
(a) enerji və yanacaq;
(b) qurğu və avadanlıq;
(c) maşınlar və alətlər;
(d) son məhsulun tərkibinə daxil olmayan və daxil edilməsi nəzərdə tutulmayan məhsullar.
Fəsil III
ƏRAZİ TƏLƏBLƏRİ
Maddə 12
Birbaşa daşınma
1. Bu Saziş çərçivəsində nəzərdə tutulan preferensial güzəştlər yalnız bu Əlavənin tələblərinə cavab verən Azərbaycan və Türkiyə arasında birbaşa nəql olunan xxxxxxx tətbiq edilir. Xxxxx bəzi hallarda məhsullar digər ərazilərdən trans-yükləmə ilə və ya belə ərazilərdə müvəqqəti anbarda saxlanılmaqla da nəql edilə bilər, o şərtlə ki, onlar tranzit ölkənin və ya müvəqqəti anbarda saxlanıldığı ölkənin gömrük orqanlarının nəzarəti altında qalır və boşaltma, yenidən yükləmə və ya onların yaxşı vəziyyətdə saxlanılması üçün nəzərdə tutulmuş hər
hansı bir əməliyyatdan başqa heç bir əməliyyata məruz qalmır.
2. Preferensial mənşəli məhsullar Azərbaycanın və ya Türkiyənin ərazisindən kənar ərazilərdən xxxx kəməri ilə nəql edilə bilər.
3. 1-ci bənddə göstərilən şərtlərə riayət olduğuna dair sübutlar aşağıda qeyd olunan sənədləri çıxartmaqla ixrac ölkəsinin gömrük orqanlarına təqdim edilməlidir:
(a) ixracat ölkəsindən tranzit ölkə ilə nəqli əhatə edən vahid nəqliyyat sənədi; və ya
(b) tranzit ölkənin gömrük orqanları tərəfindən verilmiş aşağıda qeyd olunan məlumatları əks etdirən sertifikat:
(i) məhsulların tam təsviri;
(ii) məhsulların boşaldılması və yenidən yüklənilməsi tarixləri və müvafiq hallarda gəmilərin və ya istifadə olunmuş digər nəqliyyat vasitələrinin adları: və
(iii) məhsulların tranzit ölkədə saxlanılması şərtlərinin təsdiqi; və ya
(c) yuxarıda qeyd edilənləri təqdim etmək mümkün olmadıqda, istənilən başqa əsaslandırıcı sənədlər
.
Fəsil IV
MƏNŞƏNİN SÜBUTU
Maddə 13
Ümumi tələblər
Bu Əlavədə göstərilən mənşə tələblərinə cavab verən mallar Razılığa gələn idxalçı Tərəfin gömrük orqanlarına “AZ-TR Mənşə Sertifikatı” təqdim olunduqda, bu Sazişin güzəştlərindən faydalanacaqdır.
Maddə 14
“AZ-TR Mənşə Sertifikatı”nın verilməsi proseduru
1. “AZ-TR Mənşə Sertifikatı” ixracatçının və ya onun səlahiyyətli nümayəndəsinin yazılı müraciətinə əsasən, bu Əlavə və ixracatçı ölkənin milli qanunvericiliyinə uyğun olaraq səlahiyyətli orqan(lar) tərəfindən verilir.
2. “AZ-TR Mənşə Sertifikatı” ixracatçı ölkənin milli qanunvericiliyinin tələblərinə uyğun olaraq, Razılığa gələn Tərəflərin rəsmi dillərindən birində və ya ingilis dilində doldurulmalıdır.
3. “AZ-TR Mənşə Sertifıkatı”nın verilməsi üçün müraciət edən ixracatçı “AZ-TR Mənşə Sertifikatı”nın verildiyi ixracatçı ölkənin müvafiq səlahiyyətli orqanlarına müvafiq məhsulların mənşə statusunu sübut edən, həmçinin bu Əlavənin digər tələblərinin yerinə yetirilməsi ilə bağlı bütün müvafiq sənədləri istənilən vaxt təqdim etməlidir.
4. Müraciət forması hər bir Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq müəyyənləşdiriləcəkdir;
5. “AZ-TR Mənşə Sertifıkatı”nı verən müvafiq səlahiyyətli orqanlar məhsulların mənşə statusunun və bu Əlavənin digər tələblərinin yerinə yetirilməsinin yoxlanılması üçün istənilən zəruri tədbirləri həyata keçirməlidir;
6. Bu məqsədlə hər bir Razılığa gələn Tərəf milli qanunvericiliyinə uyğun olaraq, zəruri hesab edilən istənilən sübutu araşdırmaq hüququndan istifadə edə bilər. Sertifikatı verən müvafiq səlahiyyətli orqanlar, həmçinin 2-ci bənddə istinad olunan formanın düzgün şəkildə doldurulmasını təmin etməlidirlər. Xüsusilə onlar 8-ci xanada məhsulların təsviri üçün ayrılmış bölmənin təhrif edilmiş əlavələrin bütün formalarını istisna edəcək şəkildə doldurulub-doldurulmadığını yoxlamalıdırlar.
Maddə 15
“AZ-TR Mənşə SertifikatT’nm təqdim edilməsinə dair tələblər
“AZ-TR Mənşə Sertifikatı” idxal edilən ölkənin gömrük orqanlarına bu ölkədə tətbiq edilən prosedurlara uyğun olaraq təqdim edilməlidir. Sözügedən orqanlar müvafiq sənədin məhsullarının bu Sazişin tətbiqi üçün tələb olunan şərtlərə cavab verməsini sübut edən bəyannamə forması ilə müşayiət olunmasını idxalatçıdan tələb edə bilərlər.
Maddə 16
“AZ-TR Mənşə Sertifikatı”nın sonradan verilməsi
1. “AZ-TR Mənşə Sertifikatı” aid olduğu məhsulların ixracından sonra verilə bilər, əgər:
(a) o səhvlər və ya qeyri-ixtiyari çatışmazlıqlar səbəbindən və ya xüsusi hallarda ixrac zamanı verilməmişdirsə, və ya;
(b) müvafiq səlahiyyətli orqanlara “AZ-TR Mənşə Sertifikatı”nın verilməsinə, xxxxx texniki səbəblərdən idxal vaxtı onun qəbul edilməməsinə dair qəbul edilə bilən sübutlar təqdim edilmişdirsə.
2. 1-ci bəndin tətbiq edilməsi üçün ixracatçı öz ərizəsində “AZ-TR Mənşə Sertifikatı”nın aid olduğu məhsulların ixrac yerini və tarixini qeyd etməli və öz tələbinin səbəblərini bildirməlidir.
3. Müvafiq səlahiyyətli orqanlar yalnız ixracatçının ərizəsindəki məlumatın müvafiq sənəddə göstərilən məlumata uyğunluğunu yoxladıqdan sonra “AZ-TR Mənşə Sertifikatı”nı sonradan verə bilər.
4. Sonradan verilmiş “AZ-TR Mənşə Sertifikatı”nda aşağıdakı yazılardan biri qeyd olunmalıdır.
- “SONRADAN VERİLMİŞDİR”
- “SONRADAN VERİLMİŞTİR”
- “İSSUED RETROSPECTİVELY”
5. 4-cü bənddə göstərilən yazı “AZ-TR Mənşə Sertifikatı”nın 5-ci xanasına (Qeydlər) daxil edilməlidir.
Maddə 17
“AZ-TR Mənşə SertifikatT’nın dublikatmın verilməsi
1. “AZ-TR Mənşə Sertifikatı”nın oğurlanması, itməsi və ya məhv olması halında, ixracatçı onlarda mövcud xxxx ixrac sənədləri əsasında dublikatın verilməsi üçün həmin sertifikatı vermiş müvafiq səlahiyyətli orqanlara müraciət edə bilər.
2. Bu şəkildə verilmiş dublikatda aşağıdakı yazılardan biri qeyd edilməlidir:
- “DUBLİKAT”
- “İKİNCİ NÜSHA”
- “DUPLİCATE”
3. 2-ci bənddə göstərilən yazı “AZ-TR Mənşə Sertifikatı”nın dublikatının 5-ci (Qeydlər) xanasına daxil edilməlidir.
4. Dublikat “AZ-TR Mənşə Sertifıkatı”nın əslinin verilmə tarixini əks etdirməlidir və həmin tarixdən etibarən qüvvəyə minir.
Maddə 18
“AZ-TR Mənşə Sertifikatı”nın əvvəllər hazırlanmış sertifikat və ya təqdim edilmiş mənşə sübutu əsasında verilməsi
1. Preferensial mənşəli məhsulların Azərbaycanın və ya Türkiyənin gömrük orqanlarının nəzarəti altında yerləşdirildiyi zaman bu məhsulların hamısının və ya bir qisminin Azərbaycan və ya Türkiyə daxilində hər hansı bir yerə göndərilməsi üçün orijinal mənşə sənədinin bir və ya daha xxx “AZ-TR Mənşə Sertifikatı” ilə əvəz edilməsinə yol verilir. Əvəzinə verilən “AZ-TR Mənşə Sertifikatı” səlahiyyətli orqan tərəfindən verilir.
Maddə 19
“AZ-TR Mənşə Sertifikatı”nın etibarlılıq müddəti
1. “AZ-TR Mənşə Sertifikatı” ixrac edən ölkədə verildiyi gündən on ay müddətində qüvvədədir və qeyd olunan dövr ərzində idxal edən ölkənin gömrük orqanlarına təqdim edilməlidir.
2. 1-ci bəndlə müəyyən edilən təqdim edilmə üçün son tarixdən sonra idxalçı ölkənin gömrük orqanlarına təqdim olunan “AZ-TR Mənşə Sertifikatı”, son tarixə kimi təqdim edilməməsinin səbəbləri müstəsna hallarla bağlı olduğu halda preferensial rejimin tətbiqi məqsədilə qəbul edilə bilər.
3. İdxalçı ölkənin gömrük orqanları digər gec təqdim olunma hallarında “AZ-TR Mənşə Sertifikatı”nı məhsullar son tarixdən əvvəl təqdim olunduğu halda qəbul edə bilərlər.
Maddə 20
Malların mənşəyini təsdiq edən sənədlər
“AZ-TR Mənşə Sertifikatı” ilə əhatə olunan məhsulların Razılığa gələn Tərəflərdən biri mənşəli olmasını sübut etmək və bu Əlavənin digər tələblərini yerinə yetirmək məqsədilə istifadə edilən 14-cü maddənin 3-cü bəndində göstərilən sənədlər, digərləri ilə yanaşı aşağıdakılardan ibarət ola bilər:
(a) ixracatçı və ya təchizatçı tərəfindən aidiyyəti malların əldə edilməsi üçün həyata keçirilən proseslərin, məsələn onun hesablan və ya daxili mühasibatlığında mövcud xxxx birbaşa sübutu;
(b) istifadə edilən materialların mənşəyini təsdiq edən, Razılığa gələn Tərəflərdən birinin ərazisində verilən və ya tərtib edilən, onun milli qanunvericiliyinə uyğun olaraq istifadə edilən sənədlər;
(c) materialların Razılığa gələn Tərəflərdən birində işlənməsi və ya emalını təsdiq edən, həmin Razılığa gələn Tərəfdə verilən və ya tərtib edilən, onun milli qanunvericiliyinə uyğun olaraq istifadə edilən sənədlər;
(d) bu Əlavəyə uyğun olaraq istifadə edilən materialların mənşəyini təsdiq edən bir Razılığa gələn Tərəfdə verilən və ya tərtib edilən “AZ-TR Mənşə Sertifikatı”;
(e) Razılığa gələn Tərəflərin milli qanunvericiliyində zəruri hesab edilmiş və müəyyən edilmiş digər istənilən sübut və (və ya) sənədlər.
Maddə 21
“AZ-TR Mənşə Sertifikatı”nın və malların mənşəyini təsdiq edən sənədlərin saxlanması
1. Razılığa gələn Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq ixracatçının özü və (və ya) idxalatçı ölkənin gömrük orqanları və (və ya) “AZ-TR Mənşə Sertifikatı”nı verən səlahiyyətli orqan mənşənin təyini məqsədilə təqdim edilmiş malların mənşəyini təsdiq edən sənədlərin, “AZ-TR Mənşə Sertifıkatı”nın, həmçinin müraciət formasının surətini ən azı üç il müddətində saxlamalıdır.
Maddə 22
Uyğunsuzluqlar və texniki səhvlər
1. “AZ-TR Mənşə Sertifıkatı”ndakı bəyanatarla məhsulların idxalı ilə bağlı formallıqların yerinə yetirilməsi üçün gömrük orqanlarına təqdim edilmiş sənədlərdəki bəyanatlar arasında kiçik uyğunsuzluqların aşkar edilməsi özü-özlüyündə “AZ-TR Mənşə Sertifikatı”nı əhəmiyyətsiz və etibarsız etmir, bu şərtlə ki, idxal edilən ölkənin gömrük orqanları sözügedən sənədin təqdim edilmiş məhsullara uyğun gəldiyini müvafiq qaydada müəyyən etsin.
2. “AZ-TR Mənşə Sertifikatı”nda yazılış səhvləri xxxx xxxxx texniki səhvlər, əgər belə səhvlər sənəddəki bəyanatların düzgünlüyü ilə bağlı şübhə yaradacaq xarakterdə deyilsə, bu sənədin rədd edilməsinə səbəb olmamalıdır.
3. Müraciət edənin yazılı ərizəsinə əsasən edilmiş və səlahiyyətli şəxsin imza və möhürü ilə təsdiq edilmiş düzəlişlər istisna olmaqla, “AZ-TR Mənşə Sertifikatı”nda silmələrə, çatışmazlıqlara, icazəsiz düzəlişlərə yol verilmir. Sertifikatlar əsaslı səbəblər olduqda ləğv edilə bilər.
Fəsil V
İNZİBATİ ƏMƏKDAŞLIQ TƏDBİRLƏRİ
Maddə 23
Qarşılıqlı yardım
1. Razılığa gələn Tərəflərin gömrük orqanları bir-birini “AZ-TR Mənşə Sertifikatı”nın verilməsi üçün müvafiq səlahiyyətli orqanlarda istifadə edilən möhürlərin nümunəvi təsvirləri və gömrük orqanlarının və ya həmin sertifikatları yoxlamağa məsul xxxx müvafiq səlahiyyətli orqanların ünvanları ilə təmin etməlidirlər.
2. Bu Əlavənin düzgün tətbiqini təmin etmək məqsədilə, Razılığa gələn Tərəflər səlahiyyətli gömrük orqanları və müvafiq səlahiyyətli orqanlar vasitəsilə mənşə sübutlarının həqiqiliyinin və bu sənədlərdə verilən məlumatların düzgünlüyünün yoxlanılmasında bir-birinə yardım etməlidirlər.
Maddə 24
Mənşə sübutlarının yoxlanılması
1. “AZ-TR Mənşə Sertifikatı”nın sonrakı yoxlanılmaları ixtiyari seçim əsasında və ya idxal edən ölkənin gömrük orqanlarının bu sənədlərin həqiqiliyi, aidiyyəti məhsulların mənşə ölkəsi və ya bu Əlavənin digər tələblərinin yerinə yetirilməsi ilə bağlı əsaslı şübhələri olduğu halda həyata keçirilir.
2. 1-ci bəndin müddəalarının tətbiqi üçün idxal edən ölkənin gömrük orqanları “AZ-TR Mənşə Sertifikatı ”nı və hesab-fakturanı və ya bu sənədlərin surətini ixrac edən ölkənin gömrük və ya müvafiq səlahiyyətli orqanlarına, mümkün olduğu təqdirdə, sorğu səbəblərini qeyd etməklə xxxx qaytarmalıdır. “AZ-TR Mənşə Sertifikatı”nda verilmiş məlumatların səhv olmasını göstərən əldə olunmuş hər hansı sənəd və məlumatlar, yoxlama sorğusuna kömək məqsədilə ötürülməlidir.
3. Yoxlama ixrac edən ölkənin müvafiq səlahiyyətli orqanları tərəfindən həyata keçirilməlidir. Bu məqsədlə, onlar zəruri hesab edilən istənilən sübutu tələb etmək hüququna malik olmalıdırlar.
4. İdxal edən ölkənin gömrük orqanları yoxlamanın nəticələrini gözləyərkən aidiyyəti məhsullara tətbiq olunan preferensial tədbirləri təxirə salmaq qərarı verərsə, məhsulların zəruri hesab edilən ehtiyat tədbirlərinə tabe tutulmaqla buraxılması idxalatçıya təklif olunmalıdır.
5. Yoxlamanı tələb edən gömrük orqanları yoxlamanın nəticələri barədə mümkün qısa müddət ərzində məlumatlandırılmalıdır. Bu nəticələr sənədlərin həqiqi olub-olmadığını və aidiyyəti məhsulların Razılığa gələn Tərəflərdən biri mənşəli qəbul edilib-edilməyəcəyi və bu Əlavənin digər tələblərinin yerinə yetirilib- yetirilmədiyini aşkar göstərməlidir.
Bu Əlavənin 7-ci maddəsinə uyğun olaraq kumulyasiya müddəaları tətbiq edildiyi halda cavab özündə istinad olunmuş sertifıkat(lar)m surət(lər)ini əhatə etməlidir.
6. Əsaslı şübhə hallarında yoxlama tələbinin göndərilməsi tarixindən on ay ərzində cavab alınmazsa və ya cavab sorğu edilən sənədin həqiqiliyini və ya məhsulların real mənşəyini müəyyən etmək üçün kifayət qədər məlumatı əks etdirməzsə, sorğu edən gömrük orqanları xüsusi hallar istisna olmaqla, güzəştlərin tətbiqindən imtina etməlidir.
Maddə 25
Mübahisələrin həlli
Yoxlamanı tələb edən gömrük orqanları və bu yoxlamanı həyata keçirmək üçün məsuliyyət daşıyan müvafiq səlahiyyətli orqanlar arasında 24-cü maddədə nəzərdə tutulmuş yoxlama prosedurları ilə əlaqədar həll edilə bilinməyən mübahisələr yarandığı halda və ya onlarda bu Əlavənin şərhi ilə bağlı sual yarandığı halda, bu mübahisələr və suallar Birgə Komitəyə ünvanlanmalıdır. Bütün hallarda idxalatçı ilə idxal edən ölkənin gömrük orqanları arasında yaranan mübahisələr sözügedən ölkənin qanunvericiliyinə əsasən həll edilməlidir.
Maddə 26
Cərimələr
İdxalçı ölkənin milli qanunvericiliyinə uyğun olaraq, məhsullar üçün preferensial tədbirlər əldə etmək məqsədilə özündə səhv məlumatlar əks etdirən sənəd tərtib edən və ya belə sənədin tərtib edilməsinə səbəb xxxx hər bir şəxsə cərimə tətbiq olunmalıdır.
Maddə 27
Sərbəst zonalar
1. Razılığa gələn Tərəflər “AZ-TR Mənşə Sertifikatı” ilə ticarət edilən və daşınması zamanı onların ərazisində yerləşən sərbəst zonadan istifadə edən bütün məhsulların başqa mallarla əvəz edilməməsi və onların pisləşməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş adi əməliyyatlardan başqa işlənməyə məruz qalmamasını təmin etmək üçün lazımi tədbirləri görməlidir.
2. 1-ci bənddə əks olunan müddəalar istisna olaraq, Razılığa gələn Tərəf mənşəli mallar “AZ-TR Mənşə Sertifikatı” ilə sərbəst zonaya idxal edilib burada emala və ya tədbirlərə məruz qalırsa, belə emal və ya tədbirlər bu Əlavənin müddəalarına uyğun olduğu halda ixracatçının tələbi ilə müvafiq səlahiyyətli orqanlar yeni “AZ-TR Mənşə Sertifikatı” verməlidirlər.
Fəsil VI
YEKUN MÜDDƏALAR
Maddə 28
Gömrük və mənşə məsələləri üzrə Alt Komitə
Gömrük və mənşə məsələləri üzrə Alt Komitə, Birgə Komitə yanında ona vəzifələrinin yerinə yetirilməsində yardım etmək və mütəxəssislər arasında davamlı məlumat mübadiləsi və konsultasiya prosesini təmin etmək üçün yaradılır. Sözügedən Alt Komitə Razılığa gələn Tərəflərin gömrük və mənşə məsələləri üzrə səlahiyyətli mütəxəssislərindən təşkil olunur.
Maddə 29
Əlavə
Bu Əlavənin Qoşması onun ayrılmaz hissəsini təşkil edir.
Maddə 30
Tranzitdə və saxlancda xxxx xxxxxx
XX Fəslin müddəalarına xxxxx xxxx və bu Sazişin qüvvəyə mindiyi tarixdə daşınmaqda xxxx və ya Razılığa gələn Tərəfin ərazisində müvəqqəti saxlancda, gömrük anbarlarında və ya sərbəst zonalarda saxlanılan mallar bu Sazişin qüvvəyə minməsi tarixindən dörd ay ərzində idxal edilən ölkənin gömrük orqanlarına sonradan tərtib edilmiş “AZ-TR Mənşə Sertifikatı ”nın və daşınmanın şərtlərini təsdiqləyən istənilən dəstəkləyici sübutları əks etdirən sənədlərin təqdim edilməsi şərtilə preferensial mənşəli məhsullar kimi qəbul edilə bilər.
Maddə 31
Dəyişikliklər
Bu Əlavənin müddəaları bu Sazişin 22-ci maddəsinə uyğun olaraq dəyişdirilə bilər.
“Malların preferensial mənşə qaydaları və inzibati əməkdaşlıq metodları haqqında Qaydalar”a qoşma | |
1. İxracatçı (adı, ünvanı, ölkəsi) | 4. № MALIN MƏNŞƏYİ HAQQINDA SERTİFİKAT FORMA AZ-TR |
2. Malalan (adı, ünvanı, ölkəsi) | |
3. Nəqliyyat vasitəsi və hərəkət marşrutu (məlumdırsa) | Verilmişdir. (ölkənin adı) Təqdim etmək üçün (ölkənin adı) 5. Rəsmi qeydlər üçün | ||||
6. № Xxxxx xxxx nömrəsi | 7.Yer sayı və qablaşdırmanın növü | 8. Malın təsviri və markalanma | 9. Mənşə meyarı* | 10. Brutto çəkisi və ya digər ölçü xxxxxx | 11. Hesab- invoys nömrəsi və tarix |
12. Təsdiqetmə: Bununla, yerinə yetirilmiş yoxlamaya əsasən təsdiq edilir ki, ərizəçinin bəyannaməsi həqiqətə uyğundur. Yer və tarix, imza və möhür | 13. Ərizəçinin bəyannaməsi Aşağıda imza edən bildirir ki, yuxanda göstərilən məlumatlar həqiqətə uyğundur: bütün mallar (ölkənin adı) tam istehsal olunmuş və ya kifayət qədər emal edilmiş və onlar həmin mallar üçün müəyyən edilmiş mənşə tələblərinə cavab verir. Yer və tarix, imza |
* Aşağıdakı mənşə meyarlarından birinin göstərilməsini xahiş edirik:
- “P” Əgər mal 3-cü maddənin (a) bəndi və 4-cü maddəyə uyğun olaraq bir Tərəfdə tamamilə istehsal və ya əldə olunmuşdursa, “P” 9-cu xanada yerləşdirilməlidir.
- “C”: Əgər mal bir Tərəfin 7-ci maddəyə uyğun olaraq xüsusi olaraq preferensial mənşəli materiallarından Tərəfdə istehsal olunmuşdursa, “C”’ 9-cu xanada yerləşdirilməlidir.
- “W”: Əgər mal 5.1-ci maddənin istehsalda istifadə edilmiş üçüncü ölkə mənşəli materialların dəyərinin hazır məhsulun franko zavod qiymətinin 45 faizindən artıq olmaması tələbinə cavab verirsə, “W” 9-cu xanada yerləşdirilməlidir.
Bunun təsdiqi olaraq, Hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Sazişi imzaladılar.
Bu Saziş Bakı şəhərində 25 fevral 2020-ci il tarixində, bütün mətnləri bərabər autentik xxxx, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki orijinal nüsxədə imzalanmışdır. Bu Sazişin müddəalarının şərhində fərqlilik olduğu təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2020-ci il
№ 116-VIQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında
SAZİŞ
Bundan sonra “Tərəf” və ya “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti,
iki ölkə arasında dostluq münasibətlərini və əməkdaşlığı möhkəmləndirmək arzusu ilə,
iki ölkə vətəndaşlarının səfərlərini asanlaşdırmaq məqsədilə, aşağıdakılar barəsində razılığa gəldilər:
Maddə 1
1. Bu Saziş hər iki Tərəfin bu Sazişin 1 və 2 xxxxx Əlavələrində müəyyən edilən etibarlı sərhədkeçmə sənədlərinə xxxxx xxxx vətəndaşlarına tətbiq edilir [1]
2. Tərəflərin vətəndaşlarının bu Sazişin 1 və 2 xxxxx Əlavələrində müəyyən edilən sərhədkeçmə sənədləri digər Tərəfin ərazisinə giriş tarixindən etibarən ən azı otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır [2]
Maddə 2
1. Hər bir Tərəfin etibarlı pasporta sahib xxxx vətəndaşları digər Tərəfin ərazisinə daxil olmaq, tranzit keçmək, oradan getmək və müvəqqəti qalmaq üçün Tərəflərin milli qanunvericiliyinin icazə verdiyi maksimum qalma müddəti saxlanılmaq şərtilə 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər.
2. Bir Tərəfin ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən digər Tərəfin vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha xxx etibarlı xxxx pasport ilə müraciət etməlidirlər [3]
Maddə 3
1. Bir Tərəfin ərazisində akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqlara və ya beynəlxalq təşkilatların nümayəndəliklərinə Diplomatik əlaqələr və Konsulluq əlaqələri haqqında Vyana Konvensiyalarına uyğun şəkildə təyin olunmuş digər Tərəfin etibarlı pasporta xxxxxx xxxx vətəndaşları təyinat müddəti ərzində qəbul edən Tərəfin ərazisinə daxil olmaq, oranı tərk etmək və tranzit keçmək üçün viza tələbindən azad edilirlər.
2. Bu maddənin birinci paraqrafının müddəaları onların etibarlı pasport xxxxxx xxxx və onlarla birgə yaşayan ailə üzvlərinə də şamil edilir.
3. Bu maddənin 1-ci paraqrafının icrası üçün Tərəflərin vətəndaşlarının təyinatları barədə beynəlxalq təşkilatların bildirişi kifayət hesab edilir.
Maddə 4
1. Bir Tərəfin etibarlı pasportlara malik vətəndaşları digər Tərəfin ərazisinə beynəlxalq sərnişin daşımaları üçün təyin edilmiş sərhəd-keçid məntəqələrindən istifadə etməklə daxil ola, oranı tərk edə və tranzit keçə bilərlər.
2. Bir Tərəfin etibarlı pasportlara malik vətəndaşları dövlət sərhədini keçərkən digər Tərəfin milli qanunvericiliyindən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər.
3. Tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 xxxxx Əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir Tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir. [4]
Maddə 5
1. Bir Tərəfin ərazisində olduqları zaman etibarlı pasportları itirilən, yaxud korlanan digər Tərəfin vətəndaşları, vətəndaşı olduqları dövlətin diplomatik və ya konsulluq missiyası tərəfindən həmin vətəndaşa verilən yeni pasport və ya sərhədkeçmə sənədləri əsasında, qəbul edən dövlətin səlahiyyətli qurumlarından viza və ya digər icazə almadan, digər Tərəfin ərazisini tərk edirlər.
2. Xəstəlik və ya təbii fəlakət kimi fövqəladə hallarda bu Sazişin 2-ci maddəsində qeyd olunan müddətdə digər Tərəfin ərazisini tərk etmək iqtidarında olmayan və bu vəziyyətlə bağlı sənədli və ya digər sübutlara xxxxx xxxx bir Tərəfin etibarlı pasportlara malik vətəndaşları, onların vətəndaşlıq mənsubiyyətinin olduğu və ya daimi yaşadıqları ölkəyə dönüşünə xxxxx xxxx müddət üçün digər Tərəfin ərazisində qalmaq müddətinin uzadılması icazəsini əldə etmək məqsədilə müvafiq qurumlara müraciət edə bilərlər.
Maddə 6
1. Bir Tərəfin ərazisində akkreditə olunmuş digər Tərəfin diplomatik nümayəndəlik və ya konsulluqların əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti ilə məşğul olmasına dair bağlanacaq saziş istisna olmaqla, vizadan azadetmə Tərəflərin vətəndaşlarına işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququnu vermir.
2. Tərəflərin ərazisində əmək fəaliyyəti, araşdırma, tədqiqat, təhsil, ailənin bir xxxxx gəlməsi və uzunmüddətli yaşamaq (90 gündən artıq) məsələlərini tənzimləyən xüsusi məqsədli vizaların verilməsi Tərəflərin milli qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.
Maddə 7
1. Tərəflər bu Saziş qüvvəyə mindikdən sonra 60 (altmış) gündən gec olmayaraq, etibarlı pasportların nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edirlər.
2. Tərəflər pasportlarında hər hansı bir dəyişiklik etdikləri halda bu barədə bir-birlərini diplomatik kanallar vasitəsilə məlumatlandırır və pasportların dövriyyəyə buraxılmasından 60 (altmış) gün əvvəl onların nümunələrini təqdim edirlər.
3. Tərəflərin səlahiyyətli orqanları bu Sazişin 1 və 2 xxxxx əlavələrində müəyyən edilmiş sərhədkeçmə sənədlərinin saxtalaşdırılmasının qarşısını almaq üçün əməkdaşlıq edir və müntəzəm olaraq məlumat mübadiləsi aparırlar [5]
Maddə 8
Müstəsna hallarda, bir Tərəf digər Tərəfin vətəndaşlarına öz dövlətinin ərazisinə daxil olmasına icazə verməmək və ya onların burada qalmaq müddətini dayandırmaq hüququnu özündə saxlayır.
Maddə 9
1. Tərəflər müharibə, epidemiya, təbii fəlakət, həmçinin milli təhlükəsizliklə bağlı ictimai asayişin qorunması və ya vətəndaşların sağlamlığına təhlükə kimi fövqəladə hallar zamanı bu Sazişin tətbiqini tamamilə və ya qismən dayandırmaq hüququnu özündə saxlayırlar.
2. Sazişin tətbiqinin dayandırılması və bərpa olunması haqqında qərar digər Tərəfə diplomatik kanallar vasitəsilə bildirilir və bildirişdən 30 (otuz) gün sonra qüvvəyə minir.
Maddə 10
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı diplomatik yolla həll edilir.
Maddə 11
Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişə istənilən vaxt dəyişikliklər edilə bilər. Belə dəyişikliklər 12-ci maddənin 1-ci paraqrafında təsbit edilmiş prosedura uyğun olaraq qüvvəyə minir.
Maddə 12
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən birinin bu Sazişi ləğv etmək niyyətini digər Tərəfə diplomatik kanallar vasitəsilə bildirməsinin 90-cı (doxsanıncı) gününədək qüvvədə qalır.
3. Bu Sazişin qüvvəyə mindiyi tarixdən “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında” 8 sentyabr 2003-cü il tarixli Saziş qüvvədən düşür.
Bakı şəhərində 25 fevral 2020-ci il tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Türkiyə Respublikası Hökuməti adından (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə
1 xxxxx Əlavə
Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı:
i. Azərbaycan Respublikasının diplomatik pasportu;
ii. Azərbaycan Respublikasının xidməti pasportu;
iii. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu;
iv. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 xxxxx sənədinin və onun xxxx əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);
v. Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ya ondan çıxarış olduğu təqdirdə);
vi. dəmir yolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi (qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə);
vii. uçuş heyətinin şəxsiyyət vəsiqəsi;
viii. Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsi (Azərbaycan Respublikasına qayıtmaq üçün və Türkiyə Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə
2 xxxxx Əlavə
Azərbaycan Respublikasına səyahət edən Türkiyə Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı:
i. Türkiyə Respublikasının diplomatik pasportu;
ii. Türkiyə Respublikasının xüsusi pasportu;
iii. Türkiyə Respublikasının xidməti pasportu;
iv. Türkiyə Respublikasının ümümvətəndaş pasportu;
v. Türkiyə Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO- nun) 9303 xxxxx sənədinin və onun xxxx əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);
vi. Türkiyə Respublikasının Dənizçinin Kitabı;
vii. hava gəmisi heyətinin səyahət sənədi;
viii. qatar və lokomotiv heyətinin səyahət sənədi;
ix. Səyahət Sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün);
x. beynəlxalq avtomobil nəqliyyatı ilə məşğul xxxx professional sürücülərin şəxsiyyət vəsiqəsi.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 111)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə
111) ilə Sazişin 1-ci maddəsinin birinci paraqrafı yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi:
1. Bu Saziş hər iki Tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcəkdir.
[2] 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə
111) ilə Sazişin 1-ci maddəsinin ikinci paraqrafı yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi:
2. Tərəflərin vətəndaşlarına məxsus pasportlar digər Tərəfin ərazisinə giriş tarixindən etibarən ən azı 6 (altı) ay etibarlılıq müddətinə malik olmalıdır.
[3] 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə
111) ilə Sazişin 2-ci maddəsinin ikinci paraqrafı yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi:
2. Bir Tərəfin ərazisində 90 (doxsan) gündən artıq müddətdə qalmaq istəyən digər Tərəfin vətəndaşları yaşamaq icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər.
[4] 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə
111) ilə Sazişin 4-cü maddəsinə üçüncü paraqraf olaraq əlavə edilmişdir.
[5] 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə
111) ilə Sazişin 7-ci maddəsinə üçüncü paraqraf olaraq əlavə edilmişdir.
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2020-ci il
№ 1023
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti,
gənclər və idman sahələrində əməkdaşlığın, hər iki ölkə və onların xalqları arasında dost münasibətlərinin təşviq edilməsi və gücləndirilməsinə töhfə verəcəyinə inanaraq,
bu sahələrdəki münasibətləri və əməkdaşlığı inkişaf etdirmək məqsədi və arzusu ilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Saziş hər iki ölkənin gənclər və idman qurumları arasında əlaqə və əməkdaşlığı təşviq etmək və asanlaşdırmaq və qarşılılıq prinsipinə əsaslanacaq gənclər və idman sahələrində əməkdaşlıq proqramları üçün çərçivə hazırlamaq məqsədi daşıyır.
Maddə 2
Tərəflər öz müvafiq ölkələrində qüvvədə xxxx qanunvericiliyə uyğun olmaq şərtilə iki ölkə arasında gənclər və idman sahələrində əlaqələrin inkişafını və möhkəmlənməsini təşviq edir və dəstəkləyirlər.
Maddə 3
Tərəflər gənclərin mövcud ehtiyaclarından asılı olaraq qarşılılıq prinsipi çərçivəsində hər iki ölkədəki gənclər və gənclər təşkilatları arasındakı əlaqələri təşviq və inkişaf etdirmək məqsədilə aşağıdakı məsələlər üzrə əməkdaşlıq edirlər:
1. gənclərin məşğulluq imkanlarının genişləndirilməsi, xxxxx və bacarıqlarının artırılmasına yönəldilmiş xüsusi proqramların hazırlanması və dəstəklənməsi;
2. gənclər sahəsində milli və beynəlxalq səviyyələrdə təşkil olunan kurslarda, konfranslarda, seminarlarda, simpoziumlarda və akademik proqramlarda gənclərin və ekspertlərin qarşılıqlı iştirakının təmin edilməsi;
3. hər bir Tərəfin gənclərinin Tərəflərdən birinə aid xxxx və ya hər iki Tərəfin ortaq milli, mənəvi və mədəni mirasından xəbərdar olmaları üçün fəaliyyətlərin həyata keçirilməsi və təşviq edilməsi;
4. hər iki ölkədə qüvvədə xxxx qanunvericiliyin əhatə dairəsi daxilində gənclərlə bağlı sahələrdə məlumat, sənəd və nəşrlərin mübadiləsi;
5. imkan daxilində, gənclər sahəsində əlaqədar qurumlarda və təşkilatlarda təcrübə proqramlarının təşkilinin dəstəklənməsi;
6. gənclərin könüllülük fəaliyyətlərinə cəlb edilməsi;
7. gənclərin fərdi, sosial, mədəni və bədii inkişafını təşviq edən siyasətlərin hazırlanması;
8. gənclərin sağlam həyat tərzi barədə maarifləndirilməsi və əlaqədar proqramların təşkil edilməsi;
9. məlumat və təcrübə mübadiləsi vasitəsilə gənclər arasında əlaqənin təkmilləşdirilməsi;
10. gənclərin sosial hüquqlara və fəal vətəndaşlığa çıxış barədə maarifləndirilməsi;
11. asılılığın qarşısını almaq üçün proqramların və layihələrin hazırlanması və təcrübənin bölüşülməsi;
12. birgə gənclər düşərgələrinin və festivallarının təşkili və imkan daxilində hər iki ölkədə gənclərin iştirakının təmin edilməsi;
13. gənclər və gənc işçilər üçün mübadilə layihələri və mobillik proqramlarının təşkili.
Maddə 4
Mövcud ehtiyaclardan asılı olaraq, Tərəflər hər iki ölkədə idman təşkilatları arasında qarşılıqlı əlaqələrin təşviq və inkişaf etdirilməsi üçün qarşılılıq prinsipi çərçivəsində aşağıdakı məsələlər üzrə əməkdaşlıq edirlər:
1. idman yarışlarının təşkili, sponsorluq, idman tibbi və antidopinq sahələrində ekspert və təcrübə mübadiləsi;
2. idman nümayəndə heyətlərinin, məşqçilərin, idman və bədən tərbiyəsi sahələrində ekspertlərin qarşılıqlı səfərləri;
3. hər iki ölkədə keçirilən yarışlarda və beynəlxalq idman tədbirlərində iştirak etmək üçün idmançıların və əlil idmançıların qarşılıqlı dəvət olunması;
4. istedadlı gənc idmançılar üçün mübadilə proqramları;
5. idman və fiziki aktivliklə bağlı mövzularda məlumat və təcrübə mübadiləsi;
6. hər iki ölkədə keçirilən idmanla bağlı görüşlərdə, konfranslarda, təlimlərdə, seminar və akademik proqramlarda iştirak etmək üçün ekspertlərin qarşılıqlı dəvət olunması;
7. idman federasiyaları və klubları arasında əlaqənin qurulması;
8. birgə idman müsabiqələrinin təşkil edilməsi üçün Tərəflərin milli idman federasiyalarına təkliflərin verilməsi;
9. birgə idman düşərgələrinin təşkili də daxil olmaqla Tərəflərin milli komandalarının birgə məşqlərinin və qarşılıqlı əsaslarla hər iki ölkədə təşkil olunan idman tədbirlərində iştirakının idman federasiyaları vasitəsilə təmin edilməsi;
10. istedadlı idmançıların, idman nümayəndə heyətlərinin və məşqçilərin Olimpiya mərkəzlərində təlim keçmək üçün qarşılıqlı dəvət olunması;
11. idmanın kütləviləşdirilməsi üçün fəaliyyətlərin aparılması və əlil şəxslərin idman fəaliyyətlərində iştirakının təşviq edilməsi və dəstəklənməsi;
12. idman obyektlərinin idarə edilməsi və saxlanılması üçün məlumat və təcrübən mübadiləsi;
13. hər iki ölkədə qüvvədə olan milli qanunvericiliyin əhatə dairəsi daxilində idman fəaliyyətləri ilə bağlı məlumat, sənəd və nəşrlərin mübadiləsi;
14. imkan daxilində, idman sahəsində müvafiq qurumlarda və təşkilatlarda təcrübə proqramlarının təşviq edilməsi.
Maddə 5
Bu Sazişin həyata keçirilməsi üçün səlahiyyətli orqanlar:
Azərbaycan Respublikası Hökuməti adından - Gənclər və İdman Nazirliyi; Türkiyə Respublikası Hökuməti adından - Gənclər və İdman Nazirliyi.
Maddə 6
Başqa cür razılaşdırılmadığı təqdirdə, Tərəflər arasında mübadilə proqramları aşağıdakı müddəalar çərçivəsində həyata keçirilir:
1. bu Sazişə uyğun olaraq həyata keçiriləcək bütün əməkdaşlıq fəaliyyətləri zəruri vəsaitlərin mövcudluğundan və hər iki ölkədə qüvvədə xxxx qanunvericilikdən asılıdır;
2. mütəxəssislər, gənclər və idman nümayəndə heyətlərinin mübadiləsi razılaşdırılmış əməkdaşlıq proqramlarına uyğun olaraq həyata keçirilir;
3. ev sahibi Tərəf səfər zamanı yerli nəqliyyat, yerləşmə, yemək xərclərini və təcili tibbi yardım xidmətlərini qarşılayır;
4. göndərən Tərəf göndərdiyi nümayəndə heyətinin beynəlxalq nəqliyyat xərclərini qarşılayır.
Maddə 7
Tərəflər ehtiyac olduqda, bu Sazişin icrası ilə bağlı prosedurlar barədə bir-biriləri ilə məsləhətləşirlər. Tərəflər Sazişin qüvvəyə mindikdən sonra icrası üçün əlavə protokollar və ya əməkdaşlıq proqramları hazırlaya bilərlər.
Maddə 8
Bu Sazişin icrası və ya təfsirindən yaranan hər hansı fikir ayrılıqları və ya mübahisələr Tərəflər arasında danışıqlar vasitəsilə dostcasına həll edilir.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə hər hansı dəyişikliklər edilə bilər. Belə dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 10-cu maddənin birinci abzasına uyğun olaraq qüvvəyə minir.
Maddə 10
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx, Tərəflərin öz müvafiq daxili prosedurlarının tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və onun müddətinin bitməsindən ən azı 6 (altı) ay əvvəl Tərəflərdən biri bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Bu Sazişin ləğvi başlanılan və ya davam edən fəaliyyətlərə və layihələrə təsir etmir.
Bu Sazişin qüvvəyə minməsi 2007-ci il 6 noyabr tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş”i ləğv edir.
Bunun təsdiqi olaraq, bu Saziş, Hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imzalayan nümayəndələr tərəfindən Bakı şəhərində 25 fevral 2020-ci il tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir.
Təfsirdə hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Türkiyə Respublikası Hökuməti adından (imza) |
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2020-ci il
№ 1022
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair
SAZİŞ
Bundan sonra təklikdə “Tərəf” və birlikdə isə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Höküməti, iki ölkə arasında mövcud olan yaxın və dostluq əlaqələrini nəzərə alaraq, Tərəflər arasında iqtisadi və sosial əməkdaşlığın genişləndirilməsinin və artırılmasının əhəmiyyətini vurğulayaraq,
energetika sahəsində bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı faydalara əsaslanan əməkdaşlığın gücləndirilməsini arzu edərək,
belə əməkdaşlığın iki ölkə arasında əlaqələri gücləndirmə ehtimalının tamamilə fərqinə vararaq,
energetika və mədənçilik sahələrində iki ölkə arasındakı mövcud əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməyi arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Sazişin məqsədi öz dövlətlərinin milli qanunvericiliyi çərçivəsində Tərəflər arasında energetika və mədənçilik sahələrində, xüsusilə bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi, enerjiyə qənaət edən işıqlandırma vasitələrinin, məişət və sənaye elektrik avadanlıqlarının, o cümlədən fərdi təsərrüfatlar üçün külək və günəş enerji minigeneratorlarının istehsalının təşkili, karbohidrogen, neft-kimya və elektroenergetika sahələrində ikitərəfli xxxx, texniki, texnoloji, hüquqi, inzibati və ticari əməkdaşlığın inkişafını təşviq etməkdir.
Maddə 2
Səlahiyyətli qurumlar
Bu Sazişin həyata keçirilməsi məqsədilə Tərəflər aşağıda qeyd olunmuş səlahiyyətli orqanları təyin edir:
- Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikasının Energetika Nazirliyi; və
- Türkiyə Respublikası Hökuməti adından - Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi.
Maddə 3
Bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi
1. Tərəflər bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq edirlər.
2. Tərəflər bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi sahələrində fəaliyyət imkanlarını müəyyən edir və hər iki Tərəfin səlahiyyətli orqanları və investorlarını bu sahələrdə layihələrin dəstəklənməsi və inkişafı üçün birlikdə fəaliyyət göstərməyə təşviq edirlər.
3. Tərəflər bu sahədə əməkdaşlığın qurulması məqsədilə işçi qrupun yaradılmasını dəstəkləyirlər.
Maddə 4
Karbohidrogen və neft-kimya
Tərəflər karbohidrogen və neft-kimya üzrə aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:
a) Karbohidrogen resurslarının işlənməsi və istifadəsi ilə əlaqəli layihələrdə texniki əməkdaşlıq,
b) Geologiya və yataq mühəndisliyi ilə əlaqəli layihələrdə əməkdaşlığın inkişafı,
c) Karbohidrogenlərin (quruda və dənizdə) kəşfiyyatı, hasilatı, nəqli, emalı, kommersiyalaşdırılması, paylanması və ticarəti,
d) Neft-kimya və emal olunmuş neft məhsullarının istehsalı və ticarəti,
e) Təbii qaz anbarlarının və ötürücü infrastrukturların və bununla əlaqəli texnologiyaların qurulması, bərpası, inkişafı, istismarı və texniki baxışı,
f) Mayeləşdirilmiş Təbii Qaz terminalları (LNG) və bununla bağlı texnologiyaların qurulması, bərpası, inkişafı, istismarı, ehtiyat hissələrinin istehsalı və texniki baxışı,
g) Neft-kimya və neft emalı proseslərinin dərinləşdirilməsi - xammaldan daha səmərəli istifadə istiqamətlərinin araşdırılması.
Maddə 5
Elektrik enerjisi
Tərəflər elektrik enerjisi ilə bağlı aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:
a) Ötürmə Sistemi Operatorlarının təşkilatı strukturlarının inkişaf etdirilməsi üçün təcrübə mübadiləsi,
b) Elektrik enerjisinin ötürmə şəbəkələrinin tikintisi, istismarı və texniki baxışına dair texniki əməkdaşlıq,
c) Elektrik enerjisi ticarəti və birləşmə potensialının inkişafı,
d) Elektrik enerjisi bazarının tənzimlənməsi sahəsində xxxxx və təcrübə mübadiləsi.
Maddə 6
Mədənçilik
Tərəflər mədənçilik sahəsində aşağıdakı sahələrdə əməkdaşlıq yaradırlar:
a) Mineral resursların kəşfiyyatı və geoloji tədqiqatlara dair əməkdaşlıq imkanlarının qarşılıqlı ekspert rəyləri əsasında dəyərləndirilməsi,
b) Mədənçilik ilə bağlı təlim proqramlarının təşkil edilməsi,
c) Ən yüksək səviyyədə mühafizə, təhlükəsizlik və ətraf mühitin qorunması standartlarına uyğun olaraq, mədənçilik sahəsində texnologiyaların inkişafı.
Maddə 7
Sərmayə qoyuluşu
1. Tərəflər öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq energetika və mədənçilik sahələrində fəaliyyət göstərəcək birgə müəssisə və/və ya şirkətlərin yaradılmasını dəstəkləyirlər.
2. Tərəflər hər iki ölkədə və/və ya üçüncü ölkələrdə dövlət və/və ya özəl şirkətlər vasitəsilə energetika və mədənçilik sahələrində sərmayə qoyuluşlarının təşviqi üçün birgə fəaliyyət göstərməyə razılaşdılar.
Maddə 8
Xərclər
1. Bu Saziş üzrə fəaliyyətlər ilə əlaqədar xərclər, hər bir Tərəfin dövlətinin müvafiq milli qanunvericiliyinə və büdcə müddəalarına uyğun olaraq, müvafiq vəsaitlərin mövcudluğuna bağlıdır.
2. Bu Saziş üzrə xüsusi fəaliyyətin həyata keçirilməsi üçün Tərəflər tərəfindən xüsusi vəsaitin tələb olunması halında hər bir Tərəfin dövlətinin müvafiq milli qanunvericiliyinə uyğun olaraq zəruri vəsait üçün qayda və şərtləri Tərəflər yazılı hala gətirirlər.
3. Qarşılıqlı olaraq başqa cür razılaşdırılmadığı təqdirdə, bu Saziş çərçivəsində əməkdaşlıqdan irəli gələn bütün xərclər sözügedən xərcləri yaradan Tərəf tərəfindən ödəniləcəkdir.
Maddə 9
Konfidensiallıq
1. Hər bir Tərəf bu Saziş çərçivəsindəki əməkdaşlıqdan irəli gələn məxfi məlumatı və ya informasiyanı açıqlama zərurəti olduğu zaman digər Tərəfin yazılı razılığını əldə edir.
2. Bu Sazişin ləğvindən və ya müddətinin bitməsindən asılı olmayaraq, Tərəflər tərəfindən yazılı şəkildə başqa cür razılaşdırılmadığı təqdirdə, Tərəflər bu maddənin müddəalarını və öhdəliklərini yerinə yetirməyə davam edirlər.
Maddə 10
Əqli mülkiyyət
1. Bu Şazişə uyğun olaraq əməkdaşlıq çərçivəsində yaradılan və ya ötürülən əqli mülkiyyətin qorunması Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə və onların dövlətlərinin tərəf olduğu beynəlxalq müqavilələrə uyğun olaraq təmin edilir.
2. Bu Sazişin məqsədi üçün əqli mülkiyyət anlayışı 14 iyul 1967-ci il tarixində Stokholm şəhərində imzalanmış və 28 sentyabr 1979-cu il tarixində düzəliş edilmiş Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edilməsi haqqında Konvensiyanın 2-ci maddəsinin (vııı) bəndində qeyd olunduğu mənada başa düşülür.
Maddə 11
Digər beynəlxalq müqavilələr
Bu Sazişin müddəaları Tərəflərin öz dövlətlərinin tərəf olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn mövcud hüquq və öhdəliklərinə təsir edəcək şəkildə şərh edilmir.
Maddə 12
Mübahisələrin həlli
Bu Sazişin təfsiri, icrası və ya tətbiqi zamanı yarana biləcək hər hansı bir fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə dostcasına həll edilir.
Maddə 13
Dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə hər hansı dəyişikliklər edilə bilər. Belə dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 14-cü maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 14
Qüvvəyəminmə, müddət və xitam
1. Bu Saziş, bu Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx öz müvafiq daxili prosedurlarının tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə Tərəflər tərəfindən alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və onun müddətinin bitməsindən ən azı 3 (üç) ay əvvəl Tərəflərdən biri bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə qüvvədə qalır.
3. Hər iki Tərəf yazılı şəkildə başqa cür razılığa gəlmədiyi təqdirdə, bu Sazişin ləğvi bu Saziş çərçivəsində davam edən hər hansı proqramların və/və ya layihələrin həyata keçirilməsinə təsir etmir.
Bakı şəhərində 2020-ci il 25 fevral tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərəbər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük verilir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Türkiyə Respublikası Hökuməti adından (imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” 2018-ci il aprelin 25-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il
№ 1237-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında
S A Z İ Ş
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaqdır),
iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyəti ilə,
1994-cü il 9 fevral tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Protokol”a və xüsusilə də həmin Protokolun 5-ci maddəsinə istinad edərək,
iki ölkənin mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətlərini tənzimləmək məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Fəsil I
ÜMUMİ MÜDDƏALAR
Maddə 1
Azərbaycan tərəfi Ankara şəhərində, Türkiyə tərəfi isə Bakı şəhərində bir mədəniyyət mərkəzi (bundan sonra “Mədəniyyət Mərkəzi” adlandırılacaqdır) təsis edirlər.
Mədəniyyət Mərkəzinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri bu Sazişin müddəalarına uyğun olaraq tənzimlənir. Bu Sazişdə nəzərdə tutulmayan məsələlərə münasibətdə Qəbul edən Tərəfin milli qanunvericiliyi tətbiq olunur.
Bu Sazişin məqsədləri üçün, “Qəbul edən Tərəf” ərazisində mədəniyyət mərkəzinin təsis edildiyi ölkə mənasını, “Göndərən Tərəf” isə digər ölkənin ərazisində mədəniyyət mərkəzini təsis edən ölkə mənasını daşıyır.
Mədəniyyət Mərkəzi bu Sazişin 5-ci və 11-ci maddələrində qeyd olunan məqsəd və funksiyalara və Qəbul edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzinin təsis olunması və Göndərən Tərəfin istəyi əsasında fəaliyyətinin dayandırılması, nizamnaməsinin tərtib edilməsi, üzvlərinin seçilməsi, orqanlarının təşkili və yığıncaq, qərar və yazışma üsullarına münasibətdə Göndərən Tərəfin milli qanunvericiliyi tətbiq edilir.
Mədəniyyət Mərkəzi və vətəndaşlığından və statusundan asılı olmayaraq Mədəniyyət Mərkəzinin əməkdaşları, bu Sazişdə nəzərdə tutulan imtiyazları və toxunulmazlıqlarının saxlanması şərtilə, Qəbul edən Tərəfin qanunvericiliyinə əsasən cinayət təşkil edən hər hansı fəaliyyətə və ya hərəkətə yol verdikləri təqdirdə, onlara Qəbul edən Tərəfin milli qanunvericiliyi və qanuni prosedurları tətbiq edilir.
Maddə 2
Azərbaycan tərəfinin Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərir.
Türkiyə tərəfinin “Xxxxx Xxxx Xxxx Mədəniyyət Mərkəzi” adını daşıyacaq Mədəniyyət Mərkəzi baş ofisi Ankara şəhərində yerləşən və Türkiyə Respublikasının qanunvericiliyinə uyğun olaraq fond statusuna xxxxx xxxx “Yunus Əmrə Fondu” (“Xxxxx Xxxx Vakfı”) tərəfindən təsis olunur və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nəzarəti altında fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzi bu Sazişdə nəzərdə tutulanlardan əlavə hər hansı bir diplomatik immunitet və imtiyazlara malik deyildir.
Maddə 3
Tərəflər arasında əldə olunacaq yazılı razılıq əsasında bu Sazişin 21-ci maddəsinə uyğun olaraq, Mədəniyyət Mərkəzinin bu Sazişin 1-ci maddəsində qeyd olunan şəhərlərlə yanaşı, digər şəhərlərdə də şöbələri təsis edilə bilər. Bu Sazişin müddəaları Mədəniyyət Mərkəzinin şöbələrinə münasibətdə də tətbiq olunur.
Maddə 4
Müstəqil hüquqi şəxs xxxx Mədəniyyət Mərkəzi Qəbul edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq öz adından əqdlər bağlamaq hüququna malikdir.
Bu Sazişin qüvvəyə minməsindən sonra Göndərən Tərəfin Mədəniyyət Mərkəzinin təsis edilməsini diplomatik kanallarla Qəbul edən Tərəfə bildirməsinin ardından ən gec 3 (üç) ay ərzində Mədəniyyət Mərkəzinin hüquqi şəxs kimi qeydiyyata alınması ilə bağlı işlər yekunlaşdırılacaqdır.
Maddə 5
Mədəniyyət Mərkəzi öz səlahiyyətləri çərçivəsində aşağıdakı məqsədləri həyata keçirir:
1) iki ölkənin xalqları arasında qarşılıqlı anlaşma və dostluğu təşviq etmək;
2) mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına kömək etmək və həmin sahələrdə iki ölkə arasında imzalanmış sazişlərin həyata keçirilməsinə töhfə vermək;
3) Qəbul edən Tərəfin ictimaiyyətinə Göndərən Tərəfi tanıtmaq.
Maddə 6
Tərəflər qarşılıqlı olaraq Mədəniyyət Mərkəzi və onun şöbələrinə uyğun yer/torpaq sahəsinin ayrılması məsələsini nəzərdən keçirəcəklər. Yer/torpaq sahəsinin qarşılıqlı olaraq ayrılması mümkün olmadığı təqdirdə, Qəbul edən Tərəf Mədəniyyət Mərkəzinə və onun şöbələrinə uyğun yer/torpaq sahəsinin tapılması məqsədilə Göndərən Tərəfə kömək göstərəcəkdir.
Qəbul edən Tərəf milli qanunvericiliyi çərçivəsində Mədəniyyət Mərkəzi və/və ya onun şöbələri tərəfindən istifadə ediləcək binaların inşa olunması, satın alınması və ya icarəyə götürülməsi, habelə təmiri və ya yenidənqurma işləri zamanı lazımi icazələrin mümkün qısa müddət ərzində alınması üçün Mədəniyyət Mərkəzi və/və ya onun şöbələrinə kömək göstərəcəkdir.
Maddə 7
Mədəniyyət Mərkəzi bu Sazişin 5-ci maddəsində qeyd olunan məqsədləri yerinə yetirmək üçün Qəbul edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, öz binalarından kənarda da fəaliyyət göstərə və tədbirlər təşkil edə bilər.
Mədəniyyət Mərkəzi tədbirlər təşkil etmək məqsədilə əvvəlcədən yazılı olaraq Qəbul edən Tərəfə müraciət etdiyi təqdirdə, Qəbul edən Tərəf, Azərbaycanda Mədəniyyət Nazirliyi/Türkiyədə Mədəniyyət və Turizm Nazirliyinin və ya mədəniyyət məsələləri üzrə məsul xxxx digər qurumun və ya yerli dövlət orqanları ilə bələdiyyələrin tabeliyində xxxx müvafiq salonu qarşılıqlı razılaşma əsasında asanlaşdırılmış/güzəştli şərtlərlə və ya ödənişsiz istifadəyə verə bilər.
Maddə 8
Qəbul edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, Mədəniyyət Mərkəzi bu Sazişin 5-ci maddəsində qeyd olunan məqsədləri həyata keçirmək üçün elm və mədəniyyət xadimləri, dövlət orqanları, tədqiqat institutları, təhsil müəssisələri, beynəlxalq və qeyri-hökumət təşkilatlan ilə birbaşa əlaqə qura, onlardan maddi yardım ala və onlara belə yardım göstərə bilər.
Qəbul edən Tərəf təhlükəsizliyə təhdid yaratmadıqca Mədəniyyət Mərkəzinin ərazisinə ictimaiyyətin sərbəst şəkildə və maneəsiz daxil olmasını, həmçinin Mədəniyyət Mərkəzi tərəfindən onun ərazisindən kənarda təşkil olunan tədbirlərdə ictimaiyyətin sərbəst şəkildə və maneəsiz iştirakını təmin edir.
Qəbul edən Tərəf milli qanunvericiliyinə uyğun olaraq, Mədəniyyət Mərkəzinə məqsədlərini həyata keçirmək üçün və Qəbul edən Tərəfin ictimaiyyətinə məlumat verilməsi məqsədilə kütləvi informasiya vasitələri, dövri mətbuat, radio və televiziya kanalları və internet daxil olmaqla bütün mövcud rabitə üsul və vasitələrindən istifadə etməyə icazə verir.
Maddə 9
Qəbul edən Tərəf Mədəniyyət Mərkəzi və onun şöbələrinin təhlükəsizliyini təmin edir.
Qəbul edən Tərəf əvvəlcədən yazılı olaraq müraciət etmək şərtilə Mədəniyyət Mərkəzi və onun şöbələri tərəfindən təşkil edilən tədbirlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür.
Maddə 10
Zərurət yarandığı təqdirdə, Qəbul edən Tərəf Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunacaq tədbirlərdə iştirak etmələri üçün Göndərən Tərəfin vətəndaşlarına giriş vizasını milli qanunvericiliyə uyğun olaraq sadələşdirilmiş formada rəsmiləşdirir.
Qəbul edən Tərəf milli qanunvericiliyi çərçivəsində və qarşılıq prinsipi əsasında Mədəniyyət Mərkəzi və onun şöbələrinin normal şəkildə fəaliyyət göstərməsi və bu Sazişin 5-ci maddəsində qeyd olunan məqsədləri həyata keçirməsi üçün bu Sazişdə nəzərdə tutulmayan digər köməyi göstərəcəkdir.
Fəsil II
MƏDƏNİYYƏT MƏRKƏZİNİN FƏALİYYƏTLƏRİ
Maddə 11
Mədəniyyət Mərkəzi bu Sazişin 5-ci maddəsində qeyd olunan məqsədləri yerinə yetirmək üçün Qəbul edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, aşağıdakı fəaliyyətləri həyata keçirə bilər:
1) Göndərən Tərəfin daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, xxxx-texniki və turizm potensialı barədə konfrans, xxxx toplantılar, görüşlər, teatr tamaşaları, konsert, təqdimat, tarixi əsərlərdən ibarət olmayan sərgilərin və digər tədbirlərin təşkil edilməsi və üçüncü tərəfin təşkil edə biləcəyi bu cür tədbirlərə töhfə verilməsi;
2) Göndərən və Qəbul edən Tərəfin mədəniyyət və turizm, elm, təhsil müəssisələri və qurumları, həmçinin qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) arasında əlaqələrin və əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinə kömək göstərilməsi;
3) mədəniyyət, elm, təhsil, turizm və informasiya vasitələri sahələrində əməkdaşlıq proqramlarının hazırlanması və həyata keçirilməsinə töhfə verilməsi, həmçinin qeyd olunan sahələrlə əlaqəli məlumat və təşviqedici materialın mübadiləsinin həyata keçirilməsi;
4) filmlərin və digər audio-video materialların nümayişinin təşkil edilməsi;
5) Qəbul edən Tərəfdə təhsil xxxx Göndərən Tərəfin vətəndaşlığına xxxxx xxxx tələbə və məzunların, həmçinin Göndərən Tərəfdə təhsil xxxx Qəbul edən Tərəfin tələbə və məzunlarının klub, dəmək və birliklərinin yaradılmasına, onların öz dövlətləri ilə əlaqə saxlamalarına kömək göstərilməsi;
6) Qəbul edən Tərəfin ali təhsil müəssisələrində Göndərən Tərəfin dövlət dilinin tədrisinə töhfə verilməsi;
7) Qəbul edən və Göndərən Tərəflərin şəhərləri arasında dostluq, qardaşlıq münasibətlərinin yaradılmasına və inkişafına kömək göstərilməsi;
8) elm və mədəniyyət xadimləri, tələbə, jurnalist və dövlət məmurlarının səfərləri ilə tələbə və akademik mübadilə daxil olmaqla, Tərəflərin ölkələri arasında səfər mübadiləsi proqramlarının təşkil edilməsi;
9) kitab, broşür, kataloq, qəzet, dövri mətbuat və rəqəmsal media vasitələri daxil olmaqla, hər növ audio- video materialların ödənişsiz paylanması və ya müvəqqəti istifadəyə verilməsi;
10) kitab, broşür, kataloq, qəzet, dövri mətbuat, rəqəmsal media vasitələri, televiziya/radio proqramları və internet vasitəsilə mədəni, tədris, xxxx və ədəbi məzmuna xxxxx xxxx çap vəsaitlərinin, audio-video və hər cür rəqəmsal materialların istehsalına/nəşrinə/yayımlanmasına dəstək verilməsi;
11) dil kurslarının/seminarların/yarışların təşkil edilməsi və imtahan keçirilməsi yolu ilə Göndərən Tərəfin dili üzrə müvəffəqiyyət şəhadətnamələrinin verilməsi;
12) dil, ədəbiyyat, mədəniyyət, tarix, kulinariya və əl işləri sənəti daxil olmaqla, Göndərən Tərəfin müxtəlif xüsusiyyətlərinə dair kursların/seminarların/yarışların təşkil edilməsi və bunlarla əlaqədar şəhadətnamə və mükafatların təqdim edilməsi;
13) Tərəflərin ölkələrində təhsil xxxx tələbələrə təqaüd verilməsi;
14) Göndərən Tərəfin mədəniyyəti, tarixi, dili və ədəbiyyatını tədris edən və bu mövzularda tədqiqat aparan Qəbul edən Tərəfin məktəb, universitet və xxxx tədqiqat müəssisələrinə müəllimlərin göndərilməsi, maliyyə yardımı göstərilməsi, kitab və digər tədris materialının təmin edilməsi vasitəsilə dəstək verilməsi;
15) Göndərən Tərəfin Qəbul edən Tərəfin mədəni irsinin mühafizəsi, araşdırılması və tanıdılması istiqamətində həyata keçirilən iş və fəaliyyətləri dəstəkləməsi;
16) xxxx tədqiqat layihələrinin həyata keçirilməsi və bu cür layihələrə töhfə verilməsi;
17) diplomatik kanallar vasitəsilə Qəbul edən Tərəfin razılığını əvvəlcədən almaq şərtilə Mədəniyyət Mərkəzinin məqsədinə xxxxx xxxx digər fəaliyyət və tədbirlərin həyata keçirilməsi.
Maddə 12
Mədəniyyət Mərkəzi fəaliyyətini qeyri-kommersiya əsasında həyata keçirir. Bununla belə, Qəbul edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, bu Sazişin 5-ci maddəsində qeyd olunan məqsədləri həyata keçirmək üçün Mədəniyyət Mərkəzi öz xərclərini ödəmək və ya xeyriyyə məqsədilə:
1) mədəni tədbirlər üçün bilet satmaq, kitabxana və məlumat bankı xidmətləri göstərmək, habelə kurslar və imtahanlara qeydiyyat üçün ödəniş almaq da daxil olmaqla fəaliyyətlərində iştirak edənlərdən ödəniş ala bilər;
2) kitab, kataloq, dövri mətbuat, CD/CD-ROM, tədris materialı, afişa və əl işləri kimi çap materiallarının, audio-video və rəqəmsal materialların, mədəni və folklor əşyalarının satışını həyata keçirə bilər;
3) fəaliyyətlərində və tədbirlərində iştirak edən şəxslərə xidmət etmək məqsədilə Mədəniyyət Mərkəzi daxilində yeməkxana/kafe təşkil edə, onu işlədə və ya işlətmək üçün üçüncü şəxsə və yaxud özəl şirkətə verə bilər.
Fəsil III
MƏDƏNİYYƏT MƏRKƏZİNİN ƏMƏKDAŞLARI
Maddə 13
Hər bir Tərəf öz Mədəniyyət Mərkəzinin əməkdaşlarını (bundan sonra “əməkdaş” adlandırılacaqdır) özü təyin edir. Əməkdaş Göndərən Tərəfin dövlətinin, Qəbul edən Tərəfin dövlətinin və ya Qəbul edən Tərəfin diplomatik kanallarla verdiyi razılıq əsasında üçüncü ölkənin vətəndaşı ola bilər.
Əməkdaşın himayəsində xxxx ailə üzvləri dedikdə onun əri/arvadı, 23 yaşına çatmamış övladları və 23 yaşından xxxxx xxxxxxxx xxxx övladları başa düşülür.
Əməkdaşın himayəsində xxxx şəxslərin müəyyən olunması ilə bağlı sosial müdafiə məsələlərində qüvvədə xxxx, 1998-ci il 17 iyul tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in müddəaları tətbiq olunur.
Əməkdaşların sayı diplomatik kanallar vasitəsilə müəyyən edilir.
Maddə 14
Mədəniyyət Mərkəzinə Direktor/Müdir rəhbərlik edəcəkdir. Direktor/Xxxxx öz vəzifələrini icra edə bilmədiyi müddət ərzində Mədəniyyət Mərkəzini və ya onun şöbəsini müvəqqəti olaraq idarə etmək üçün Direktor müavini/Müdir müavini təyin oluna bilər.
Maddə 15
Göndərən Tərəf vətəndaşlığından asılı olmayaraq hər bir əməkdaşın işə qəbul və işdən çıxması, həmçinin onun Qəbul edən Tərəfə ilk giriş və son çıxış tarixləri haqqında diplomatik kanallar vasitəsilə Qəbul edən Tərəfə məlumat verir.
Maddə 16
Qəbul edən Tərəf milli qanunvericiliyinə uyğun olaraq, Göndərən Tərəfin dövlətinin vətəndaşlığına xxxxx xxxx əməkdaş və onun ailə üzvləri üçün giriş vizası və təyinat müddəti ərzində qüvvədə olacaq ölkədə yaşamaq haqqında icazəni mümkün qısa müddət ərzində rüsumsuz rəsmiləşdirir.
Qəbul edən Tərəf əməkdaşı Mədəniyyət Mərkəzində işlədiyi dövrdə iş icazəsinin alınması öhdəliyindən azad edir.
Maddə 17
Əməkdaş və onun himayəsində xxxx şəxslərin sosial təminat məsələlərinə münasibətdə qüvvədə xxxx, 1998- ci il 17 iyul tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in müddəaları tətbiq olunur.
Fəsil IV
GÖMRÜK VƏ VERGİ MƏSƏLƏLƏRİ
Maddə 18
1. Əməkdaşın öz zəruri ehtiyaclarının ödənilməsi məqsədilə gətirdikləri şəxsi əşyalarının və Mədəniyyət Mərkəzi tərəfindən idxal olunan əşyaların gömrük rəsmiləşdirilməsi, bu maddənin 2-ci və 3-cü bəndləri nəzərə alınmaqla, Qəbul edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
2. Bu Sazişin 5-ci və 11-ci maddələrində qeyd olunan məqsədlərin həyata keçirilməsi və fəaliyyətlərinin yerinə yetirilməsi üçün Mədəniyyət Mərkəzi qarşılıq prinsipinə və Qəbul edən Tərəfin milli qanunvericiliyinə riayət edərək, aşağıda qeyd edilən malların idxalında gömrük rüsumundan və digər vergilərdən azad olunur:
a) Mədəniyyət Mərkəzinin təchizatı üçün vacib xxxx elektron cihazları və mebel daxil olmaqla, hər növ avadanlıq və materiallar;
b) kataloqlar, afişalar, broşürlər, kitablar, disklər, audio-video, rəqəmsal media vasitələri və tədris materialları;
c) Mədəniyyət Mərkəzinin ərazilərində və ya Mədəniyyət Mərkəzindən kənar yerlərdə Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş tədbirlər çərçivəsində nümayiş etdirilmək üçün nəzərdə tutulmuş filmlər;
d) Qəbul edən Tərəf həmçinin Mədəniyyət Mərkəzinin təsis tarixindən etibarən 1 il ərzində Göndərən Tərəfdə qeydiyyatda xxxx 1 ədəd avtomobilin Mədəniyyət Mərkəzinin rəsmi istifadəsi məqsədilə gömrük rüsumu və digər vergilərdən azad olunmaqla idxalına icazə verir.
Yuxarıda adları göstərilən əşyalar, Qəbul edən Tərəfin qüvvədə xxxx gömrük və vergi qanunlarında müəyyən olunmuş şərtlər istisna olmaqla, satıla, kirayə verilə, borc verilə, əvəzsiz verilə və girov qoyula bilməz.
3. Qarşılıq prinsipinə riayət edərək Tərəflərdən hər biri digər Tərəfin Mədəniyyət Mərkəzinin əməkdaşlarına və onlarla birlikdə yaşayan ailə üzvlərinə aid şəxsi və ev əşyalarını, həmçinin əməkdaşın öz ölkəsində adına qeydiyyatda xxxx şəxsi istifadəsindəki bir ədəd avtomobili ölkəyə giriş tarixindən etibarən bir il ərzində gömrük rüsumundan və digər vergilərdən azad olunaraq idxal etmələrinə və fəaliyyət müddətləri başa çatanda ölkədən ixrac etmələrinə icazə verir. Bu azadolmalar yalnız onların Mədəniyyət Mərkəzində işlədikləri vaxt ərzində qüvvədə olur.
Yuxarıda adları göstərilən əşyalar, Qəbul edən Tərəfin qüvvədə xxxx gömrük və vergi qanunlarında müəyyən olunmuş şərtlər istisna olmaqla, satıla, kirayə verilə, borc verilə, əvəzsiz verilə və girov qoyula bilməz.
4. Bu maddənin müddəaları Mədəniyyət Mərkəzinin Qəbul edən Tərəfin vətəndaşları xxxx və ya Qəbul edən Tərəfdə daimi yaşayan əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilmir.
Maddə 19
1. Mədəniyyət Mərkəzi və Mədəniyyət Mərkəzindəki əməkdaşların gəlirlərinin vergiyə cəlb olunması 1994-cü il 9 fevral tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında Saziş”in müvafiq müddəalarını nəzərə alaraq, Qəbul edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
2. Qəbul edən Tərəf Mədəniyyət Mərkəzini bu Sazişin 5-ci maddəsində qeyd olunan məqsədlərini yerinə yetirməsi üçün Mədəniyyət Mərkəzinin mülkiyyətində xxxx ərazi, torpaq sahəsi və binalara tətbiq olunan əmlak və torpaq vergilərindən azad edir.
Maddə 20
Mədəniyyət Mərkəzi Qəbul edən Tərəfin vergi qanunvericiliyinə uyğun olaraq, Qəbul edən Tərəfin aidiyyəti qurumlarının tələbi ilə lazımi məlumatları təqdim edir.
Fəsil V
YEKUN MÜDDƏALAR
Maddə 21
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi xxxx və ayrıca protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin 23-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 22
Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı bütün mübahisələr Tərəflər arasında dostcasına birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 23
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.
Tərəflərdən hər biri istənilən zaman diplomatik kanallar vasitəsilə digər Tərəfə bu Sazişi ləğv etmək niyyəti barədə yazılı bildiriş təqdim edə bilər. Bu Saziş belə bildirişin alındığı tarixdən 6 (altı) ay sonra qüvvədən düşmüş hesab edilir.
Bu Sazişin ləğv edilməsi Saziş çərçivəsində qərarlaşdırılmış layihə və tədbirlərin başa çatdırılmasına mane olmayacaqdır.
Bu Saziş Ankara şəhərində 2018-ci il 25 aprel tarixində, Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti adından Xxxxx XXXXXXXXXXX, xarici işlər xxxxxx | Türkiyə Respublikası Hökuməti adından Xxxxxx XXXXXXXXX, xarici işlər xxxxxx |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2018-ci il
№1003-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti (bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaq),
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə bağlı olduqlarını təsdiq edərək, qarşılıqlı fayda və hüquq bərabərliyi prinsipləri əsasında daha da inkişaf etdiriləcək və gücləndiriləcək
dostluq və əməkdaşlıq əlaqələrinin dünyada sülh və təhlükəsizliklə yanaşı, iki ölkənin müştərək mənfəətlərinə də töhfə verəcəyini vurğulayaraq,
hərbi təchizat və silah sahəsində xxxx və texniki bacarıqlarından istifadə edərək müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istəklərini ifadə edərək,
qarşılıqlı hörmət və qarşılıq prinsiplərinə bağlı olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Sazişin məqsədi Tərəflər arasında müdafiə təyinatlı mal və xidmətləri təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə Tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarını inkişaf etdirərək müdafiə sənayesi sahəsində əməkdaşlığı təmin etməkdir.
Maddə 2
Əhatə dairəsi
Bu Saziş, Tərəflərin səlahiyyətli orqanları və/və ya müdafiə sənayesi müəssisə və təşkilatları arasında müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin əsaslarını əhatə edir.
Maddə 3
Anlayışlar
1. Saziş” - Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Sazişi ifadə edir.
2. “Müdafiə sənayesi mal və xidmətləri” - müvafiq maddi-texniki təminat üzrə dəstəklə birlikdə silah və hərbi təchizatı və bu silah və təchizatın işlənilib hazırlanması, təkmilləşdirilməsi və istehsalı üçün zəruri xxxx material və xidmətləri ifadə edir.
3. “Əməkdaşlıq” - Tərəflərin öz qanun və qaydalarına uyğun, qarşılıq prinsipi əsasında bu Sazişin məqsədləri üçün öhdələrinə götürdükləri fəaliyyəti ifadə edir.
4. “Birgə Komissiya” - üzvləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin nümayəndələrindən ibarət, hər iki Tərəfin bərabər xxxxx təmsil ediləcəyi və bu Sazişin müddəalarının həyata keçirilməsi, şərhi və lazım olduğu təqdirdə ediləcək dəyişikliklərlə əlaqədar vəzifələri icra edən Komissiyanı ifadə edir.
5. “Rəsmi iş” - bu Sazişə və ya bu Saziş əsasında bağlanacaq digər sazişlərə uyğun olaraq icra olunacaq vəzifələri ifadə edir.
6. “Göndərən Tərəf” - Qəbul edən Tərəfin ölkəsinə bu Sazişin məqsədlərinə uyğun olaraq heyət, material və təchizat göndərən Tərəfi ifadə edir.
7. “Qəbul edən Tərəf” - bu Sazişin həyata keçirilməsi üçün Göndərən Tərəfin heyətini, materialını və təchizatını öz ölkəsində qəbul edən Tərəfi ifadə edir.
8. “Qonaq heyət” - bir Tərəfin digər Tərəfin ölkəsinə bu Sazişin icrası üçün göndərdiyi hərbi və/və ya mülki heyəti ifadə edir.
9. “Himayədə xxxx şəxslər” - qonaq heyətin öz milli qanunvericiliyinə görə baxmaq məcburiyyətində olduğu və ona xxxxx xxxx şəxsləri ifadə edir.
10. “Üçüncü Tərəf” - Tərəflərdən başqa hər hansı başqa bir şəxs, və ya subyekt, qurum və ya hər hansı bir ölkənin hökuməti, hər hansı bir dövlət və ya beynəlxalq təşkilat, həmçinin onların səlahiyyətli nümayəndələrini ifadə edir.
11. “Keyfiyyət zəmanəti” - Tərəflər arasında razılaşdırılan prosedur, standart, xxxxx və aidiyyəti texniki şərtlərə uyğun olaraq müdafiə təyinatlı məmulatların və ya xidmətlərin istehsal, keyfiyyət səviyyəsi və istifadə şərtlərinə uyğunluğunu təminat altına xxxx bütün fəaliyyətləri ifadə edir.
12. “Mənbə Tərəf” - səlahiyyəti daxilində məxfi dərəcəli məlumat, sənəd və ya materialları tərtib edən Tərəfi və ya beynəlxalq təşkilatı ifadə edir.
13. “Xxxx Xxxxx” - məxfi dərəcəli məlumat, sənəd və materialları Mənbə Tərəfdən xxxx Tərəfi ifadə edir.
14. “Məxfi dərəcəli məlumat, sənəd və materiallar” - forma, növ və ya göndərilmə üsulundan asılı olmayaraq, məxfilik qrifi ilə işarələnən və milli təhlükəsizlik maraqları baxımından milli qanunlara uyğun olaraq səlahiyyətsiz əldəetmə, istifadə və ya məhv edilməyə qarşı qorunması zəruri xxxx hər hansı məlumat, sənəd və ya materialları ifadə edir.
15. “Təhlükəsizlik üzrə səlahiyyətli idarə” - bu Saziş çərçivəsində və hər bir Tərəfin qanun və qaydalarına uyğun olaraq məxfi dərəcəli məlumat, sənəd və materialların təhlükəsizliyinə cavabdeh xxxx idarəni ifadə edir.
16. “Kommersiya sirri” - xarakter baxımından təsnifatdan kənar, kommersiya baxımından həssas xxxx və ya mülkiyyət hüquqlarını əhatə edən sənədləri ifadə edir.
17. “Obyektin təhlükəsizik sənədi” - bir obyektdə mövcud xxxx və ya mövcud olacaq məxfi dərəcəli məlumat, sənəd və ya materialların və yaxud həmin obyektdə icra edilən məxfi dərəcəli layihənin fiziki təhlükəsizliyini təmin etmək üçün obyektin mövcud olduğu yer və ətraf mühit şəraitindən aslı olaraq üzləşə biləcəyi mümkün xarici və daxili təhdidlər nəzərə alınmaqla, layihələndirilmiş mühafizə tədbirlərinin istənilən məxfilik dərəcəsinə uyğunluğunu göstərən və hər bir Tərəfin təhlükəsizlik üzrə səlahiyyətli idarəsi tərəfindən öz milli qanun və qaydalarına uyğun olaraq verilən rəsmi sənədi ifadə edir.
18. “Bilməsi zəruridir prinsipi” - rəsmi iş ilə əlaqədar və/və ya konkret bir vəzifənin icrası istiqamətində məxfi dərəcəli məlumat, sənəd və materiala buraxılış zərurətini ifadə edir.
19. “Fərdi təhlükəsizlik sənədi” - bir şəxsin məxfi dərəcəli məlumata, sənədə, materiala və ya məxfi dərəcəli layihəyə bilməsi zəruridir prinsipi çərçivəsində buraxılış əldə edə bilməsi və ya onların mühafizə edildiyi və yaxud istifadə edildiyi məxfi dərəcəli yerlərə giriş icazəsini təmin edən hər bir Tərəfin təhlükəsizlik üzrə səlahiyyətli idarələri tərəfindən öz milli qanun və qaydalarına uyğun olaraq verilən rəsmi sənədi ifadə edir.
20. “Əqli mülkiyyət hüquqları” - Tərəflərin dövlətlərinin ərazisində təsdiq edilən xxxx, ədəbi və incəsənət sahəsində ixtiralarla əlaqədar bütün hüquqları və müəlliflik hüquqlarını (patent hüquqları da daxil olmaqla), qeydiyyatda xxxx və olmayan əmtəə nişanlarını (xidməti nişan da daxil olmaqla), qeydiyyatlı və qeydiyyatsız layihələri, məxfi dərəcəli məlumatları (kommersiya sirləri və texniki məlumatlar da daxil olmaqla) və əqli fəaliyyət nəticəsində yaranan digər hüquqları ifadə edir.
Maddə 4
Əməkdaşlıq sahələri
Tərəflər müdafiə sənayesi ilə əlaqədar olaraq aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
1. Tərəflərin Silahlı Qüvvələrinin ehtiyacı xxxx ehtiyat hissə, alət, müdafiə təyinatlı materiallar, hərbi sistemlər, texniki göstəricilər və texniki təchizat ilə əlaqədar birgə araşdırma, təkmilləşdirmə, istehsal və modernizasiya üçün münasib şərtlərin təmin edilməsi;
2. Tərəflərin dövlətlərinin ərazisində hərbi təchizat sahəsində birgə araşdırma, təkmilləşdirmə və istehsal layihələri nəticələrinin tətbiq edilməsi;
3. müdafiə sənayesi mal və xidmətləri sahəsində araşdırma, layihə, təkmilləşdirmə və istehsal;
4. hər iki Tərəfin alət və təchizatının modernizasiyası ilə birlikdə müdafiə sənayesi mal və xidmətlərinin istehsal və təchizatı sahəsində qarşılıqlı yardım;
5. silah və texniki təchizatın və onların hissələrinin birgə istehsalı və daha da təkmilləşdirilməsi məqsədi ilə Tərəflərin müvafiq strukturları arasında müqavilələrin yerinə yetirilməsinin təşviq edilməsi;
6. keyfiyyət zəmanəti ilə bağlı Tərəflərin istifadə etdiyi müdafiə sənayesi standartları haqqında məlumat və müvafiq sənədlərlə birlikdə xxxx-texniki məlumatların mübadiləsi;
7. qarşılıqlı razılaşma və Tərəflərin milli maraqları ilə beynəlxalq qaydalardan irəli gələn öhdəliklər nəzərə alınaraq, Tərəflərin birgə layihələrində istehsal edilən son məhsulların Üçüncü Tərəflərə satışı;
8. iki Tərəfin əlaqələndirilməsi ilə silahlı qüvvələrin inventarında mövcud xxxx ehtiyacdan artıq müdafiə təyinatlı mal və xidmətlərin Tərəflərin müvafiq qanunvericiliyinə uyğun olaraq satılması, alınması və yaxud başqa mal və xidmətlərlə mübadilə edilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsi;
9. Tərəflərin müdafiə sənayesi müəssisə və təşkilatları arasında əlaqələrin, tədqiqat mərkəzlərinə ediləcək ziyarətlərin və işçi heyətlərinin mübadiləsinin təşviq edilməsi;
10. Tərəflərdən hər birinin dövlətinin ərazisində birgə istehsal edilən və ya təkmilləşdirilən hərbi və müdafiə təyinatlı məmulatların qarşılıqlı tədarükü;
11. hər iki Tərəfin və razılaşdırıldığı təqdirdə Üçüncü Tərəflərin müdafiə təyinatlı məhsullarının istehsalı, təkmilləşdirilməsi, texnologiya və modemizasiyası sahəsində birgə proqramlar üçün şərtlərin formalaşdırılması;
12. Tərəflər arasında birgə və yaxud qarşılıqlı satış, tədarük, istehsal, modernizasiya, texnologiya ötürülməsi, tədqiqat və təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün müdafiə sənayesi mal və xidmətlərinə dair layihələrin icrası və bu layihələrə dair tapşırıqların Tərəflər və/və ya Tərəflərin müvafiq strukturları arasında imzalanacaq sazişlər, anlaşma memorandumları və protokollar və ya müqavilələr çərçivəsində icra edilməsi;
13. Üçüncü Tərəflər üçün birgə istehsal və təkmilləşdirmə mövzusunda Tərəflər arasında müqavilələrin bağlanılmasının təşviq edilməsi;
14. Tərəflərin səlahiyyəti daxilində hərbi texniki qurumlar, müdafiə sənayesi təşkilatları və təmir-bərpa müəssisələri arasında əməkdaşlıq edilməsi;
15. Tərəflərin təşkilatçılığı ilə həyata keçirilən müdafiə sənayesi sərgisi və simpoziumlarında qarşılıqlı iştirakın təmin edilməsi.
Maddə 5
İcra qaydaları
1. Bu Sazişin icra olunması və tətbiq edilməsi ilə bağlı təfərrüatlar Tərəflərin daxili qanunvericiliyində göstərilən təsdiq müddətlərinə uyğun olacaqdır və bu Sazişin müddəalarına xxxxx xxxx tamamlayıcı və tətbiq sazişləri, anlaşma memorandumları, protokollar, müqavilələr və digər qaydalarda müəyyən ediləcəkdir.
2. Tərəflər, əsasən, yalnız öz müdafiə sənayeləri sahəsi ilə bağlı mövzularda əməkdaşlıq edəcəklər. Üçüncü Tərəflərin maraq dairəsinə aid xxxx mövzuların əməkdaşlığa daxil edilməsi Tərəflər arasında qarşılıqlı razılıq əsasında mümkün olacaqdır.
3. Əməkdaşlıq, Tərəflərin qanunvericiliyi, ehtiyacları və maraqları nəzərə alınmaqla, qarşılıq prinsipinə uyğun olaraq yaradılacaqdır.
4. Tərəflər Üçüncü Tərəflərin birgə istehsal layihələrinə dəvət edilməsi mövzusunu qarşılıqlı razılıq əsasında dəyərləndirəcək və qərar verəcəklər.
5. Hər hansı tamamlayıcı və tətbiq sazişi, anlaşma memorandumu, protokol və qayda ləğv olunduğu təqdirdə, Tərəflər ləğvetməyə dair bildirişin alınmasından əvvəl başlanılmış bütün öhdəliklərini yerinə yetirməyi qəbul edirlər. Bu sənədlərdən hər hansı birinin ləğv edilməsinə dair bildiriş hər iki Tərəfdən qarşılıqlı olaraq icra ediləcək, icra edilmiş və edilməmiş öhdəliklərin siyahısını ehtiva edəcəkdir.
6. Tərəflərdən heç biri bu Sazişə uyğun və ya bu Saziş əsasında həyata keçiriləcək tamamlayıcı və tətbiq sazişləri, anlaşma memorandumları, protokollar və qaydalara uyğun olaraq bağışlanacaq, satılacaq və ya birgə istehsal ediləcək məmulatı, texniki məlumatı və sənədi əvvəlcədən yazılı təsdiq almadan hər hansı Üçüncü Tərəfə ötürməyəcəkdir.
Maddə 6
Səlahiyyətli orqanlar
Bu Sazişi icra edəcək səlahiyyətli orqanlar:
Azərbaycan Respublikası Hökuməti tərəfindən: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi; Türkiyə Respublikası Hökuməti tərəfindən: Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Müdafiə
Sənayesi Müşavirliyi.
Maddə 7
Birgə Komissiya
1. Birgə Komissiyada (bundan sonra “Komissiya” adlandırılacaq) Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin heyətinə müdafiə sənayesi nazirinin müavini və ya səlahiyyət verdiyi nümayəndə, Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin heyətinə Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri və ya müşavirinin müavini sədrlik edəcəkdir.
2. Komissiyanın fəaliyyətini tənzimləmək və əlaqələndirmək üçün təmas nöqtələri:
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsi;
Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi.
3. Komissiyada hər bir Tərəfin üzv sayı 7 (yeddi) nəfərdən artıq olmayacaqdır. Lazım olduğu təqdirdə, Komissiyaya hər bir Tərəfin Silahlı Qüvvələrindən, qurumlarından və müdafiə sənayesi təşkilatlarından mütəxəssislər daxil edilə bilər.
4. Bu Saziş çərçivəsində Komissiyanın vəzifə və səlahiyyətləri:
a. bu Sazişin 4-cü maddəsinə əsasən konkret əməkdaşlıq sahələrini təsbit etmək və müəyyənləşdirmək;
b. birlikdə həyata keçiriləcək layihələri seçmək və müştərək layihələrin icra olunması istiqamətində ən uyğun əməkdaşlıq forma və metodlarını müəyyən etmək;
c. birgə proqramların icra olunmasında əməkdaşlıq təklifinin həyata keçirilməsi məqsədi ilə məlumat mübadiləsi etmək;
d. üçüncü ölkələrin birgə layihələrdə iştirakı ilə əlaqədar təkliflərini, tövsiyələrini və fikirlərini aidiyyəti qurumlara təqdim etmək;
e. təsdiq edilmiş layihə və qərarların həyata keçirilməsi üçün lazımi sənədlərin hazırlanmasını və dərc olunmasını təmin etmək;
f. təsdiq edilmiş layihə və qərarların həyata keçirilməsini müntəzəm şəkildə nəzarətdə saxlamaq;
g. bu Sazişin icrasını qiymətləndirmək və lazım olduğu təqdirdə, Sazişə ediləcək dəyişikliklər ilə əlaqədar təklifləri müzakirə etmək.
5. Komissiyanın iclası ilə bağlı fəaliyyətlər Qəbul Edən Tərəfin rəsmi dəvəti ilə iclasın keçiriləcəyi tarixdən ən azı 3 (üç) ay əvvəl başlanacaqdır.
6. Komissiyanın gündəliyinə daxil xxxx bütün mövzular Komissiyanın iclasından ən azı 30 (otuz) gün əvvəl müəyyən edilməli və koordinasiya olunmalıdır.
7. Komissiyanın iclası ən azı 2 (iki) ildə bir dəfə birgə razılaşdırılmış tarixlərdə növbəli şəkildə keçiriləcəkdir.
8. Komissiya bu Sazişin təfsirindən və icra edilməsindən irəli gələn mübahisələri 18-ci maddəyə uyğun olaraq müzakirələr yolu ilə həll edəcəkdir.
Maddə 8
Əqli mülkiyyət hüquqlarının qorunması
1. Tərəflərin Əqli Mülkiyyət Hüquqları, öz sərhədləri daxilində istehsal hüquqları, istehsal lisenziyasının verilməsi, Üçüncü Tərəflərə satışı, birgə layihələr çərçivəsində həyata keçiriləcək kəşflər, yeni məhsullara aid patentlərin qorunması və texnologiya ötürülməsi ilə əlaqədar hüquq və öhdəlikləri hər bir layihə üçün bağlanacaq tətbiq sazişləri ilə müəyyən ediləcəkdir. Tərəflərin bu Saziş çərçivəsində yaradılan və ötürülən əqli mülkiyyət hüquqlarının qorunması milli qanunvericiliklərinə və əqli mülkiyyət sahəsində qoşulduqları beynəlxalq müqavilələrə uyğun təmin ediləcəkdir. Bu Sazişin mətnində istifadə olunan “əqli mülkiyyət” anlayışı Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən 1967-ci il 14 iyul tarixində Stokholmda imzalanmış Konvensiyanın 2-ci maddəsində göstərilən mənada başa düşüləcəkdir.
2. Tətbiq sazişlərində maliyyə və hüquqi öhdəliklərlə yanaşı tədqiqat, təkmilləşdirmə, istehsal, tədarük, texniki xidmətlər, kadr dəstəyi və infrastruktur xidmətlərindən irəli gələn xərclərdən yaranacaq qarşılıqlı borc və maddi öhdəliklərin ödəniş üsulu, yeri, zamanı və şərtlərinə dair əsaslar və üsullar ətraflı şəkildə qeyd olunacaqdır.
3. Tərəflər arasında müdafiə sənayesinə dair mübadilə edilən material və ya məlumatların hər hansı Üçüncü Tərəfə verilməsi və ya nəşr edilməsi yalnız Mənbə Tərəfin yazılı razılığı ilə mümkün olacaqdır. Tərəflər müdafiə sənayesi sahəsinə dair əməkdaşlıq çərçivəsində ictimaiyyətə və ya mətbuata veriləcək məlumat, sənədlər və açıqlamalar barədə qarşılıqlı razılığa gələcəklər.
4. Tərəflər bu Saziş çərçivəsində digər bir Tərəfdən təqdim edilən bütün material, mal və məlumatların yenidən istehalı, surətinin çıxarılması, istifadə edilməsi və ya yayılması ilə əlaqədar əqli mülkiyyət hüquqlarına və digər məhdudiyyətlərə əməl edəcəklər.
5. Əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı Konvensiyada formalaşdırılan öhdəliklər bu Sazişin ləğv edilməsindən sonra da tədbiq edilməyə davam edəcəkdir.
Maddə 9
Məxfi dərəcəli məlumat, sənəd və materialın qorunması
1. Tərəflər aşağıda göstərilən məxfi dərəcəli səviyyələrin bərabərliyini və uyğunluğunu qəbul edirlər:
Azərbaycan dilində | Türk dilində | İngilis dilində |
Xüsusi əhəmiyyətli | Çok gizli | Top secret |
Tam məxfi | Gizli | Secret |
Məxfi | Özel | Confidential |
Xidməti istifadə üçün | Hizmete özel | Restricted |
Təsnifatdan kənar | Tasnif dışı | Unclassified |
(kommersiya sirri) | (ticari hassas) | (commercially sensitive) |
2. Hər iki Tərəf bu Sazişə istinadən əldə etdiyi məxfi dərəcəli məlumatı öz milli məxfilik dərəcəsi səviyyəsi ilə yuxanda göstərilən məxfilik qriflərinə uyğun şəkildə işarələməyi öz öhdəliyinə götürür.
3. Tərəflər qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq əldə etdikləri və ya ötürdükləri məxfi dərəcəli məlumatın qorunması istiqamətində öz milli qanunvericiliklərinə və bu Sazişə uyğun olaraq bütün lazımi tədbirləri həyata keçirəcək və bu növ məlumatların ən azı öz məxfi dərəcəli məlumatlarını mühafizə etdikləri səviyyədə qorunmasını təmin edəcəklər.
4. Xxxx Xxxxx məxfi dərəcəli məlumatı Mənbə Tərəfin əvvəlcədən yazılı razılığı olmadan Üçüncü Tərəfə ötürməyəcəkdir.
5. Tərəflər arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində mübadilə və ya əldə edilən məxfi dərəcəli məlumatın özəl təşkilatlara verilməsi və ya açıqlanması və ya bu təşkilatlara aid müəssisələrdə saxlanılması yalnız bilməsi zəruridir prinsipinə uyğun olaraq, bu təşkilatların ölkələrindəki təhlükəsizlik üzrə səlahiyyətli idarələrdən alınmış müvafiq səviyyəli obyektin təhlükəsizlik sənədinə sahib olması halında mümkündür. Məxfi dərəcəli məlumat yalnız bilməsi zəruridir prinsipinə uyğun olaraq və tam səlahiyyətləndirilmiş, təhlükəsizlik üzrə səlahiyyətli idarədən uyğun səviyyədə fərdi təhlükəsizlik sənədi almış şəxslərə açıqlanacaqdır.
6. Bu Saziş çərçivəsində Tərəflərin ölkəsindəki təhlükəsizlik üzrə səlahiyyətli idarə və/və ya qurumlar arasında mübadilə edilən və/və ya qarşılıqlı əməkdaşlıq yolu ilə əldə edilən məxfi dərəcəli məlumat yalnız ötürülmə məqsədi ilə istifadə ediləcəkdir.
7. Məxfi dərəcəli məlumatın mühafizəsi və onların açıqlanmasının qarşısının alınması məqsədi ilə Sazişdə qeyd olunan öhdəliklər bu Sazişin müddəti bitdikdən sonra da tətbiq edilməyə davam edəcəkdir.
8. Məxfi dərəcəli məlumata verilən məxfilik dərəcəsini yalnız Mənbə Tərəf dəyişə bilər. Belə qərarlar Mənbə Tərəfindən həmin qərarları icra edən Xxxx Tərəfə yazılı olaraq dərhal bildiriləcəkdir. Hər iki Tərəf məxfi dərəcəli məlumatları təqdim edən Tərəfin yazılı razılığı olmadan məxfilik dərəcəsində dəyişiklik etməyəcəkdir.
9. Tərəflərin qarşılıqlı əməkdaşlığı müddətində əldə edilən məlumata veriləcək məxfilik dərəcəsi yalnız qarşılıqlı razılıq ilə müəyyən ediləcək, dəyişdiriləcək və ya ləğv ediləcəkdir. Tərəflər belə məlumata veriləcək məxfilik dərəcəsi mövzusunda razılığa gələ bilmədikləri təqdirdə, hər hansı Tərəfin təklif etdiyi daha yüksək səviyyəli məxfilik qrifıni qəbul edəcəkdir.
10. Tərəflər arasında məxfi dərəcəli məlumat, sənəd və kommersiya sirri xarakteri daşıyan avadanlıq və proqram təminatı hökumətlərarası səviyyədə diplomatik kanallar vasitəsilə və ya Tərəflərin təhlükəsizlik üzrə səlahiyyətli idarələri tərəfindən razılaşdırılmış digər kanallar vasitəsilə göndəriləcəkdir.
11. “Məxfi” və daha yüksək səviyyədə məxfi dərəcəli məlumatın istifadə olunduğu hər bir layihə üçün imzalanacaq müqaviləyə əlavə olaraq layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində görüləcək tədbirləri ehtiva edən layihə təhlükəsizliyi təlimatı hazırlanacaqdır.
12. “Məxfi” və ya yüksək səviyyəli məxfi dərəcəli məlumatın ötürülməsi hər bir layihə üçün hazırlanacaq layihə təhlükəsizliyi təlimatında qeyd olunan üsul və qaydalara əsasən həyata keçiriləcəkdir.
13. “Məxfi” qrifədək işarələnən məxfi dərəcəli məlumat, sənəd və material milli qanunvericiliyə uyğun olaraq məhv ediləcəkdir.
14. Digər Tərəfin təşkilatı ilə məxfi dərəcəli müqavilə imzalamaq istəyən və ya öz təşkilatlarının birinə məxfi dərəcəli layihə çərçivəsində digər Tərəfin ərazisində məxfi dərəcəli müqavilə bağlamaq səlahiyyəti vermək istəyən Tərəf, təklif edilən təşkilatın müvafiq təhlükəsizlik təsnifatlı məxfi dərəcəli məlumatı əldə etmək səlahiyyəti verən obyektin təhlükəsizlik sənədinə sahib olmasına dair təhlükəsizlik üzrə səlahiyyətli idarəsi vasitəsilə digər Tərəfin təhlükəsizlik üzrə səlahiyyətli idarəsindən əvvəlcədən yazılı təsdiq almalıdır.
15. Mahiyyət etibarilə təsnifatdan kənar, kommersiya baxımından həssaslıq tələb edən və ya mülkiyyət hüququnu özündə əks etdirən sənədlər kommersiya sirri kimi işarələnəcəkdir.
16. Məxfi dərəcəli məlumatın yayılması və ya yayılma ehtimalı olduğu halda və yaxud belə məlumat səlahiyyətsiz bir şəxsə açıqlandığı təqdirdə, məxfi məlumatın yayıldığı və ya yayılmış ola biləcəyi yerdəki Tərəf milli qanun və qaydalara uyğun olaraq bütün lazımi tədbirləri həyata keçirəcək və yaranmış vəziyyətlə bağlı alınmış tədbirlər və onların nəticələri barədə digər Tərəfi dərhal məlumatlandıracaqdır.
17. Məxfi dərəcəli məlumata və ya bu məlumatların mühafizə olunduğu, yaxud da istifadə edildiyi sahələrə daxil olmağı tələb edən ziyarətlər yalnız ziyarətçinin müvafiq məxfilik dərəcəsində fərdi təhlükəsizlik sənədinin və bilməsi zəruridir prinsipinin olması şərtilə ev xxxxxx xxxx ölkənin təhlükəsizlik üzrə səlahiyyətli idarəsindən ilkin yazılı icazə alındıqdan sonra ziyarət prosedurları çərçivəsində həyata keçirilir.
18. Birgə əməkdaşlıq layihələri çərçivəsində Tərəflərdən hər birinin təhlükəsizlik üzrə səlahiyyətli idarəsi tərəfindən verilən fərdi təhlükəsizlik sənədi və obyektin təhlükəsizlik sənədi digər Tərəfin təhlükəsizlik üzrə səlahiyyətli idarəsi tərəfindən sənədi verən Tərəfin təhlükəsizlik üzrə səlahiyyətli idarəsinin yazılı təsdiqi ilə etibarlı hesab ediləcəkdir.
Maddə 10
Keyfiyyət zəmanəti
Tərəflər qarşılıqlı razılığa gəldikləri təqdirdə, keyfiyyət zəmanəti mövzusunda əməkdaşlıq Tərəflər arasında imzalanacaq digər sazişlə tənzimlənəcəkdir. Sözügedən sazişin qüvvəyə minməsinə qədər mövzu ilə əlaqədar müvafiq üsul və ümumi prinsiplər, Tərəflərin aidiyyəti təşkilatları arasında onların daxili qanunvericiliklərinə uyğun olaraq bağlanacaq müqavilələrlə müəyyən olunacaqdır.
Maddə 11
Tərəflərin digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri
Bu Sazişin müddəaları hər bir ölkənin tərəf olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə təsir göstərməyəcək və digər dövlətlərin legitimliyinə, mənafelərinə, təhlükəsizliklərinə və ölkənin ərazi bütövlüyünə qarşı istifadə olunmayacaqdır.
Maddə 12
Hüquqi məsələlər
1. Qonaq heyət ilə himayədə xxxx şəxslər giriş, qalma və çıxış da daxil olmaqla, Qəbul edən Tərəfin ərazisində olduqları müddətdə Qəbul edən Tərəfin qüvvədə xxxx qanunlarına, qaydalarına, həmçinin cinayət mühakiməsinə tabe olmalıdırlar.
2. Qəbul edən Tərəf, qonaq heyət və ya himayədə xxxx şəxslərdən hər hansısa birinin saxlanılması və ya həbs edilməsi hallarında Göndərən Tərəfə dərhal yaranmış şəraitlə bağlı məlumat verəcəkdir.
3. Qonaq heyət və ya himayədə xxxx şəxslərdən hər xxxxx xxxx Qəbul edən Tərəfin ərazisində rəsmi istintaqa və ya cinayət məsuliyyətinə cəlb edilərsə, həmin şəxs Qəbul edən Tərəfin vətəndaşlarına təmin etdiyindən az olmamaq şərtilə ümumi olaraq qəbul edilmiş müvafiq hüquqi müdafiədən istifadə etmə hüququna malik olacaqdır.
4. Qonaq heyət Qəbul edən Tərəfin qanunlarını pozduğu təqdirdə, onun fəaliyyətləri 6-cı maddədə göstərilən səlahiyyətli idarələr tərəfindən dayandırılacaqdır.
5. Göndərən Tərəf qonaq heyətin nizam-intizam üzrə mühakimə səlahiyyətini Qəbul edən Tərəfin ölkəsində özündə saxlayacaqdır.
Maddə 13
İnzibati məsələlər
1. Qonaq heyətə bu Sazişdə müəyyən edilmiş və ya bu Sazişə əsasən imzalanacaq tamamlayıcı və tətbiq sazişləri, anlaşma memorandumları, protokollar və qaydalarla müəyyən ediləcək vəzifələrdən başqa digər vəzifələr verilməyəcəkdir.
2. Qəbul edən Tərəf lazımi hallarda bu Sazişdə göstərilən fəaliyyətlərin icrası üçün zəruri təchizatın təmin edilməsinə çalışacaqdır.
Maddə 14
Maliyyə məsələləri
1. Bu Saziş çərçivəsində xxxx əməkdaşlıq fəaliyyətlərinin icra edilməsi məqsədi ilə səlahiyyətləndirilmiş qonaq heyətin əməkhaqqı, qalma, iaşə xidməti, nəqliyyat, gündəlik və digər maliyyə xərclərinə Göndərən Tərəf cavabdeh olacaqdır.
2. Fəaliyyətlərin ödənişsiz və ya xxxx və ya güzəştli qiymətlərlə icra edilməsinə qanunvericilik çərçivəsində Qəbul edən Tərəf qərar verəcəkdir.
3. Qonaq heyət Qəbul edən Tərəfin ərazisini tamamilə tərk etdikdə öz borcları ilə birlikdə himayəsində xxxx şəxslərin də borclarını ödəyəcəkdir. Borclar qonaq heyət tərəfindən ödənilmədiyi və/və ya qonaq heyət gözlənilmədən xxxx çağırıldığı təqdirdə, qonaq heyətın və himayəsində xxxx şəxslərin borcları Qəbul edən Tərəfin tərtib etdiyi fakturaya əsasən Göndərən Tərəf tərəfindən ödəmə tarixinə xxxx valyuta məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə ödəniləcəkdir.
4. Qonaq heyət və himayəsində xxxx şəxslər giriş, qalma və çıxış müddətində Qəbul edən Tərəfin qüvvədə xxxx xxxxx qanunvericiliyinə tabe olacaqdır.
Maddə 15
Digər müddəalar
1. Göndərən Tərəf lazım bildiyi təqdirdə, heyəti xxxx çağırmaq hüququnu özündə saxlayır. Qəbul edən Tərəf belə bir tələb xxxx kimi heyətin xxxx qayıtması üçün bütün zəruri tədbirləri görəcəkdir.
2. Xxxxx xxxxx və ya himayədə xxxx şəxslərdən biri vəfat etdiyi təqdirdə, Qəbul edən Tərəf Göndərən Tərəfi məlumatlandıracaq, cənazəni ölkəsindəki ən yaxın beynəlxalq hava limanına nəql edəcək və göndərilənə qədər müvafiq tibbi-sanitariya tədbirlərini icra edəcəkdir. Bu çərçivədə xərclər qonağı Qəbul edən Tərəfdən ödəniləcəkdir.
Maddə 16
Zərər/ziyan və təzminatlar
1. Tərəflərdən hər biri qonaq heyətin vəzifəsini icra etdiyi zaman qarşı Tərəfin mallarına verdiyi zərərlərə görə kompensasiya ödəyəcəkdir.
2. Qəbul edən Xxxxxxx, qonaq heyətin və himayədə xxxx şəxslərin özlərinə və mallarına qəsdən və ya ehtiyatsızlıqdan dəymiş zərər və ziyana görə kompensasiya tələblərinin həllində Qəbul edən Tərəfin qanunları tətbiq ediləcəkdir.
3. Qəsd və ya kobud ehtiyatsızlıq olmadığı təqdirdə, Tərəflərdən hər biri rəsmi işlərini icra edərkən onun heyət üzvü yaralanarsa və ya vəfat edərsə, digər Tərəfə xxxx tələblərindən imtina edəcəkdir.
Maddə 17
Gömrük və pasport prosedurları
1. Qonaq heyət ilə himayədə xxxx şəxslər Qəbul edən Tərəfin ölkəsində əcnəbilərə münasibətdə tətbiq edilən qaydalara tabe olacaqdır.
2. Qonaq heyət və himayədə xxxx şəxslər Qəbul edən Tərəfin ölkəsinə giriş və çıxışlarında Qəbul edən Tərəfin qanunvericiliyində nəzərdə tutulan gömrük və pasport prosedurlarına əməl etməlidirlər. Eyni zamanda, Qəbul edən Tərəf qanunvericiliyi çərçivəsində lazımi inzibati işlərdə kömək göstərəcəkdir.
Maddə 18
Mübahisəli məsələlərin həlli
1. Tərəflər bu Sazişin təfsiri və tətbiqi zamanı yaranan mübahisələri beynəlxalq məhkəməyə, arbitraja və ya Üçüncü Tərəfə göndərmədən 7-ci maddəyə əsasən yaradılmış Komissiyada müzakirələr yolu ilə həll edəcəklər. Mübahisələrin həlli zamanı Tərəflər öhdəliklərini yerinə yetirməyə davam edəcəklər.
2. Mübahisə Komissiyada müzakirəyə qoyulduqdan sonra 90 (doxsan) gün müddətində həllini tapmadığı təqdirdə, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri səviyyəsində müzakirə ediləcəkdir. Bu halda, mövzu ilə bağlı Tərəflərin aidiyyəti orqanlarına məlumat verildikdən sonra 30 (otuz) gün müddətində müzakirələrə başlanacaq, sonrakı 45 (qırx beş) gün müddətində nəticə alınmadığı təqdirdə, Tərəflərdən hər biri bu Sazişin 21-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sazişi ləğv edə biləcəkdir.
Maddə 19
Əlavə və dəyişikliklər
1. Tərəflərdən hər biri lazım olduğu təqdirdə, bu Sazişin dəyişdirilməsini və ya nəzərdən keçirilməsini diplomatik kanallar vasitəsilə təklif edə bilər. Yazılı təklifin alındığı tarixdən etibarən 30 (otuz) gün müddətində müzakirələr başlayacaqdır. 90 (doxsan) gün müddətində nəticə əldə edilmədiyi təqdirdə, Tərəflərdən hər biri bu Sazişin 21-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sazişi ləğv edə biləcəkdir.
2. Razılaşdırılmış əlavə və dəyişikliklər bu Sazişin qüvvəyə minməsini tənzimləyən 20-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir. Bütün əlavə və dəyişikliklər yazılı şəkildə həyata keçiriləcəkdir.
Maddə 20
Təsdiq və qüvvəyəminmə
Bu Saziş Tərəflərin təsdiq və qüvvəyəminmə üçün zəruri xxxx dövlətdaxili prosedurların tamamlandığını diplomatik kanallar vasitəsilə bildirdikləri sonuncu yazılı bildirişin alındığı tarixdə qüvvəyə minəcəkdir.
Maddə 21
Qüvvədəolma müddəti və ləğvetmə
1. Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən 5 (beş) il müddətində qüvvədə olacaqdır. Tərəflərdən hər xxxxx xxxx bu Sazişin müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış onu ləğv etmək barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Saziş avtomatik olaraq növbəti 1 (bir) illik müddətlərə uzadılır.
2. Bu Sazişə əlavə və ya dəyişiklik edilməsində, yaxud mübahisənin həllində Tərəflər arasında razılıq əldə edilmədikdə, Tərəflərdən hər biri bu Sazişi diplomatik kanallar vasitəsilə göndərilən yazılı bildiriş ilə ləğv edəcəkdir. Bu Saziş belə bildirişin alındığı tarixdən 90 (doxsan) gün sonra qüvvədən düşmüş hesab edilir.
3. Ləğvetmənin şərtləri bu Sazişin ləğvindən əvvəl qərarlaşdırılmış və icra edilməkdə xxxx layihə, proqram və müqavilənin həyata keçirilməsinə təsir göstərməyəcəkdir.
4. Bu Saziş qüvvəyə mindikdən sonra iki ölkə arasında 2000-ci il 20 sentyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i əvəz edəcəkdir.
Bu Saziş Bakı şəhərində 2017-ci il 31 oktyabr tarixində, Azərbaycan və türk dillərində, hər biri eyni hüquqi qüvvəyə xxxxx xxxx iki əsl nüsxədə, öz hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyət verilmiş və altında imzalan xxxx şəxslər tərəfindən imzalanmışdır.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
Xxxxx XXXXXXX, | Xxxxxxxx XXXXXXX, |
müdafiə xxxxxx | xxxxx müdafiə xxxxxx |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2018-ci il
№1004-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti,
təhsil sahəsində əməkdaşlığın hər iki Tərəfə verəcəyi faydaya inanaraq, təhsil üzrə məsul qurumları arasındakı əlaqələri daha da möhkəmləndirmək niyyətində olduqlarını ifadə edərək,
təhsil sahəsində hər iki ölkənin qüvvədə olan milli qanunvericiliklərini nəzərə alaraq,
1994-cü il 9 fevral tarixində Ankarada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında xxxx, texniki, sosial, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında Saziş”in 1-ci maddəsində qeyd edilən təhsil sahəsindəki əməkdaşlığın təşviq etdirilməsi məqsədi ilə və həmin Sazişin 9-cu maddəsinə uyğun olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.
Maddə 2
Əməkdaşlığın əhatə dairəsi
Tərəflər aşağıdakı sahələrdə mövcud əməkdaşlığı təşviq edir və gücləndirirlər:
1. təhsil sahəsində məlumat və xxxx nəşrlərin mübadiləsi;
2. pedaqoqların, mütəxəssislərin, ümumtəhsil müəssisələrinin şagirdləri və ali təhsil müəssisələrinin tələbələrinin mübadiləsi;
3. ali, orta, xüsusi, ilk peşə-ixtisas təhsili və müəllimlərin təlimi sahəsində təcrübə mübadiləsi, təlimlərin təşkili, birgə layihələrin həyata keçirilməsi;
4. təhsil proqramlarının hazırlanması sahəsində təcrübə mübadiləsi;
5. təhsildə tətbiq edilən yeni texnologiyalara dair təcrübə mübadiləsi;
6. təhsil sahəsində ödənişli xidmətlərin təşkilində Tərəflərin təcrübəsindən yararlanma;
7. təhsil müəssisələri arasında birgə proqramlar və tələbə fəaliyyətləri üçün əməkdaşlığın inkişafı;
8. Tərəflərin aidiyyəti təhsil qurumları tərəfindən verilən adların və diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsinin hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi, bununla bağlı müvafiq məlumat və sənədlərin qarşılıqlı mübadiləsi;
9. inzibati heyət üçün təhsilin idarə olunması sahəsində peşə təlimlərinin keçirilməsi;
10. müəllimlərin təlim fəaliyyətlərinin qarşılıqlı olaraq təşviq edilməsi;
11. təhsil sahəsində birgə tədqiqat fəaliyyətlərinin aparılması;
12. hər iki ölkədə tətbiq edilən ölçmə və qiymətləndirmə sistemləri haqqında qarşılıqlı məlumat mübadiləsi;
13. hər iki ölkədə istifadə olunan dərsliklərin, təhsil materiallarının və yeni tədris resurslarının hazırlanmasında əməkdaşlıq;
14. birgə doktorantura proqramlarının təşviq edilməsi;
15. ali təhsil müəssisələrində keyfiyyətin təmin olunması sahəsində təcrübə mübadiləsi;
16. ali təhsil müəssisələrində akademik heyətin təlimi sahəsində Tərəflərin təcrübəsindən yararlanma;
17. Azərbaycanda fəaliyyət göstərən Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində xxxx müvafiq təhsil müəssisələri ilə yanaşı, Türkiyə Respublikası adından 6721 nömrəli Qanunla yaradılan Türkiyə Maarif Fondu tərəfindən aparılacaq fəaliyyətlərin dəstəklənməsi. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondunun qarşılıqlı razılığı əsasında hazırlanacaq protokol çərçivəsində müəyyən olunan fəaliyyətlərin həyata keçirilməsi.
Maddə 3
Təhsil qurumları
1. Bakı Türk Uşaq Bağçası, Bakı Türk İbtidai Məktəbi, Bakı Türk Orta Məktəbi, Bakı Türk Anadolu Liseyi və Bakı Türk Dili Təhsil-Tədris Mərkəzi fəaliyyətlərini Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin tabeliyində xxxx “Bakı Türk Təhsil Müəssisələri” nəzdində davam etdirir.
Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində xxxx “Bakı Türk Təhsil Müəssisələri”nin Nizamnaməsi Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyi tərəfindən, hər iki Tərəfin rəylərinə uyğun olaraq, hazırlanır. Nizamnamə Bakı Türk Uşaq Bağçası, Bakı Türk İbtidai Məktəbi, Bakı Türk Orta Məktəbi, Bakı Türk Anadolu Liseyi və Bakı Türk Dili Təhsil-Tədris Mərkəzinin tədris və idarəetmə proseslərini əhatə etməklə hazırlanır. Hazırlanmış Nizamnamə hər iki Tərəfdən təsdiq ediləndən sonra tətbiq edilir.
2. Tərəflər Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində xxxx “Bakı Türk Təhsil Müəssisələri”nin binaları, heyəti, şagirdləri ilə bağlı yarana biləcək məsələlərdə əməkdaşlıq edirlər.
3. Tərəflər Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində xxxx “Bakı Türk Təhsil Müəssisələri”nin imkanlarının artırılması məqsədi ilə əməkdaşlıq etmək məsələsində razılığa gəlmişlər. Azərbaycan Respublikası tərəfindən Bakıda məktəb tikintisi üçün torpaq sahəsi ayrılacaqdır və Türkiyə Respublikası tərəfindən tikintinin başa çatdırılmasından və tədrisin başlanmasından sonra Türkiyə tərəfindən xxxxxx ehtiyac olmadığı bildirilərsə, “Bakı Türk Təhsil Müəssisələri”nin mövcud binası Azərbaycan Respublikasına təhvil verilir. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyi Türkiyə Respublikası Milli Təhsil Nazirliyi adından müvafiq işləri və prosedurları həyata keçirir.
4. Azərbaycanlı şagirdlər Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində xxxx “Bakı Türk Təhsil Müəssisələri”nə 1-ci sinifdən qəbul edilə bilərlər və azərbaycanlı və türkiyəli şagirdlər bu müəssisələrdə eyni siniflərdə təhsil alırlar. Tədris türk dilində aparılır. “Bakı Türk Təhsil Müəssisələri”ndə təhsil Türkiyə Respublikasının təhsil sisteminə əsaslanır. Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və coğrafiyası fənləri də tədris edilir. Bu fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən uyğun hesab edilən müəllimlər tədris edilir.
5. “Bakı Türk Təhsil Müəssisələri”nə təyin edilən türkiyəli müəllimlərin maaşları Türkiyə tərəfindən, azərbaycanlı müəllimlərin maaşları isə Azərbaycan tərəfindən ödənilir. Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində xxxx “Bakı Türk Təhsil Müəssisələri”ndə çalışan azərbaycanlı müəllimlərin əlavə əməkhaqqı Türkiyə Maarif Fondu tərəfindən ödənilir.
6. Azərbaycan tərəfi milli qanunvericiliyinə uyğun olaraq, “Bakı Türk Təhsil Müəssisələri”nə Türkiyə tərəfinin pulsuz göndərdiyi dərsliklərin və tədris ləvazimatlarının Azərbaycan Respublikasına gömrük məntəqələrindən ödənişsiz girişini təmin edir.
Maddə 4
Təyin olunan müəllimlər
Azərbaycan tərəfi Azərbaycan Respublikasında Türkiyə tərəfindən təyin edilən xüsusi və xidməti pasport xxxxxx xxxx müəllimlərə və onların ailə üzvlərinə onların vəzifə müddətində ödənişsiz müvəqqəti yaşama icazəsi verir.
Azərbaycan tərəfi Türkiyə Respublikasında verilən və/və ya Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyi tərəfindən təsdiq edilən sağlamlıq haqqında arayışı və digər sənədləri qəbul edir.
Türkiyə tərəfi də Azərbaycan tərəfinin oxşar tələblərini yerinə yetirir.
Maddə 5
İlk peşə-ixtisas təhsili
Azərbaycanda təsis ediləcək ilk peşə-ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi arasında imzalanacaq Protokolun və Əsasnamənin müddəalarına əsasən fəaliyyətini həyata keçirir.
Azərbaycan Respublikasında Türkiyə Respublikası tərəfindən açılacaq peşə-ixtisas təhsili müəssisəsinə təyin olunacaq azərbaycanlı müəllimlərə “Bakı Türk Təhsil Müəssisələri”nə təyin olunan azərbaycanlı müəllimlərə ödənilən miqdarda əlavə əməkhaqqı Türkiyə Maarif Xxxxx tərəfindən ödənilir.
Maddə 6
Ortaq türk tarixi və ədəbiyyatı dərslikləri
Tərəflər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində türk tarixi və ədəbiyyatı ilə bağlı birgə dərsliklərin hazırlanması istiqamətində aparılan fəaliyyəti dəstəkləyirlər.
Maddə 7
Azərbaycan və türk dillərinin tədrisi
Azərbaycan tərəfi özünün bütün təhsil müəssisələrində türk dilinin və ədəbiyyatının, Türkiyə tərəfi isə özünün bütün təhsil müəssisələrində Azərbaycan dilinin və ədəbiyyatının tədrisini təşviq edir; Tərəflər dərsliklər, tədris ləvazimatlarının təmin edilməsi və müəllimlərin ehtiyaclarının qarşılanması üçün zəruri tədbirlər görürlər.
Maddə 8
Azərbaycanşünaşlıq və türkiyəşünaslıq bölmələrinin təsis edilməsi
1. Tərəflər regionşünaslıq çərçivəsində qarşılıqlı olaraq azərbaycanşünaslıq və türkiyəşünaslıq bölmə və proqramlarının təsis olunmasını təşviq edir və bu bölmələrin təchizatım və tədris ləvazimatlarını təmin edirlər. Hər bir Tərəf digər Tərəfin razılığı ilə sözügedən bölmələrə müəllimləri təyin edir.
2. Tərəflər azərbaycanşünaslıq və türkiyəşünaslıq bölmələrinin tələbələrinin Azərbaycan Respublikasında və Türkiyə Respublikasında qısamüddətli yay proqramları vasitəsilə xxxx və ali təhsildə sahəvi biliklərinin inkişaf etdirilməsi məqsədi ilə zəruri dəstək verirlər.
Maddə 9
Ortaq dəyərlərin təşviqi
1. Tərəflər ortaq dəyərlərin zənginləşdirilməsi məqsədi ilə bir-birlərinin tarixi, coğrafiyası, dili, mədəniyyəti və adət-ənənələrinin dərsliklərdə düzgün əks etdirilməsini və daha geniş şəkildə təşviq olunmasını təmin edirlər.
2. Tərəflər düzgün və qərəzsiz məlumat əldə etmək üçün təhsil müəssisələrində istifadə edilən tarix və coğrafiya dərsliklərinin, həmçinin xəritə və atlasların qarşılıqlı mübadiləsini təmin edirlər.
Maddə 10
Birgə İşçi Qrup
1. Tərəflər aidiyyəti qurumlara mütəmadi hesabatların verilməsi vasitəsilə bu Sazişin tətbiqi, təftişi və qiymətləndirilməsini asanlaşdırmaq üçün Birgə İşçi Qrup yaradırlar.
2. Birgə İşçi Qrupa Tərəflərin təhsil nazirləri və ya səlahiyyətli yüksək səviyyəli rəsmiləri həmsədrlik edəcəklər. Müvafiq qurumların nümayəndələri ildə bir dəfə və ya Tərəflərdən birinin sorğusu ilə Azərbaycan Respublikasında və ya Türkiyə Respublikasında görüşürlər.
3. Tərəflər görüş keçirə bilmədikləri təqdirdə, bu görüşün əvəzinə sənədlərin mübadiləsini həyata keçirirlər.
Maddə 11
Təqaüdlər
1. Tərəflər imkanları çərçivəsində ehtiyac duyulan sahələr üzrə hər il dil kursları, bakalavr, magistr, doktorantura və tədqiqat təqaüdləri verirlər. Təqaüdlərin sayı və verilmə şərtləri Tərəflərin müvafiq milli qanunvericiliyindən asılıdır.
2. Tərəflər öz müvafiq ölkələrində təqaüdlə təhsilalanların üzləşə biləcəyi problemlərin həlli istiqamətində lazımi tədbirlər görürlər.
Maddə 12
Diplomların tanınması və ekvivalentliyi
Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 13
Öz imkanları ilə təhsilalan (alacaq) tələbələr
1. Öz imkanları ilə Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının Ali Təhsil Şurası və ya Türkiyə Respublikasındakı ali təhsil müəssisələri tərəfindən müəyyən edilən şərtlər əsasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri nəzərə alınaraq qəbul edilir.
2. Azərbaycan tərəfi Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrində öz imkanları ilə təhsilalan Türkiyə Respublikası vətəndaşlarına Türkiyə Respublikasının ehtiyacları nəzərə alınaraq imkanları daxilində yataqxana kvotası ayırır.
3. Türkiyə tərəfi Türkiyə Respublikasındakı ali təhsil müəssisələrində öz imkanları ilə təhsilalan Azərbaycan Respublikası vətəndaşlarına Azərbaycan Respublikasının ehtiyacları nəzərə alınaraq imkanları daxilində yataqxana kvotası ayırır.
4. Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrində təhsilalan türkiyəli tələbələrin ehtiyaclarını qarşılamaq məqsədi ilə Bakıda Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin Ali Təhsil Kredit və Yataqxanalar Qurumu tərəfindən yataqxana tikintisi işləri aparılır. Azərbaycan Respublikası tərəfindən sözügedən yataqxana üçün ərazinin təmin edilməsi, ərazinin təmin edilməsi mümkün olmayacağı təqdirdə, satın alınması üçün Türkiyə tərəfinə lazımi kömək göstərilir.
5. Hər iki ölkənin ali təhsil müəssisələrində Azərbaycan Respublikasından və Türkiyə Respublikasından xxxx xxx xxxxx tələbənin təhsil aldığını nəzərə alaraq, Tərəflər ali təhsil sahəsində qanunvericiliklərində hər hansı dəyişikliklər barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırırlar.
Maddə 14
Fərdi əqli mülkiyyət hüquqlarının qorunması
Bu Sazişə uyğun olaraq əməkdaşlıq çərçivəsində yaradılan və istifadə olunan əqli mülkiyyət hüquqlarının qorunması Tərəflərin milli qanunvericiliyinə və Tərəflərin tərəf olduğu beynəlxalq müqavilələrə uyğun olaraq təmin olunur.
Maddə 15
Səlahiyyətli qurumlar
Hazırkı Sazişin icrası üzrə məsul xxxx səlahiyyətli qurumlar:
1. Azərbaycan Respublikası Hökuməti tərəfindən: Azərbaycan Respublikasının Təhsil Nazirliyi.
2. Türkiyə Respublikası Hökuməti tərəfindən: Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi və 6721 xxxxx Qanunla yaradılmış Türkiyə Maarif Fondu.
Səlahiyyətli qurumlarla əlaqədar hər hansı dəyişiklik olarsa, Tərəflər bir-birini vaxtında məlumatlandırırlar.
Maddə 16
Texniki və maliyyə məsələləri
Bu Sazişlə razılaşdırılan fəaliyyətlərin icrası Tərəflərin maliyyə resursları və kadr imkanlarının mövcudluğundan asılıdır.
Bu Sazişdən irəli gələn fəaliyyətlərin əhatə dairəsi çərçivəsində göndərən Tərəf öz nümayəndə heyətinin gediş-dönüş yol xərclərini qarşılayır və qəbul edən Tərəf isə qida və mehmanxana xərclərini və iştirakçıların bu Sazişə uyğun olaraq fəaliyyətlərindən irəli gələn daxili nəqliyyat xərclərini qarşılayır.
Maddə 17
Qüvvədəndüşmə
Bu Sazişin qüvvəyə minməsi ilə:
1997-ci il 1 mart tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində Əməkdaşlıq Protokolu”;
1998-ci il 4 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi və Türkiyə Respublikası Ali Təhsil Şurası arasında təhsil, təlim və elm sahələrində Anlaşma Memorandumu”;
2000-ci il 1 dekabr tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində Əməkdaşlıq Protokolu” qüvvədən düşür.
Maddə 18
Fikir ayrılıqlarının həlli
Bu Sazişin təfsiri və/və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında dostcasına məsləhətləşmə və danışıqlar yolu ilə həll edilir.
Maddə 19
Əlavə və dəyişikliklər
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 20-ci maddəsində müəyyən edilmiş müddəalara uyğun olaraq qüvvəyə minir.
Maddə 20
Qüvvəyəminmə, qüvvədəolma müddəti və ləğvetmə
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandırdığı sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş 5 (beş) illik müddətə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.
Bu Sazişin ləğv edilməsi bu Saziş çərçivəsində başladılmış və davam edən fəaliyyətlərin və layihələrin başa çatdırılmasına təsir etmir.
Bakı şəhərində 2017-ci il 31 oktyabr tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində və tətbiqində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
Xxxxxxx XXXXXXXX, | Xxxxx XXXXXX, |
təhsil xxxxxx | xxxxx təhsil xxxxxx |
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumunun istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumunun istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2018-ci il
№ 1813
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumunun istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti yem bitkiləri toxumunun istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq etmək məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Əhatə dairəsi
Bu Saziş yem bitkisi toxumlarının istehsalında və sertifikatlaşdırılmasında qarşılıqlı əməkdaşlıqla bağlı təlim fəaliyyətlərini, tarla nəzarəti qaydalarının qarşılıqlı şəkildə qəbul edilməsini, toxumların sertifikatlaşdırılmasının laborator üsullarının inkişaf etdirilməsini, mütəxəssislərin texniki potensiallarının artırılmasını və iki ölkənin yem bitkiləri toxumçuluğu üzrə Birgə Komitənin fəaliyyətinin prosedur və əsaslarını əhatə edir.
Maddə 2
Anlayışlar
1. Yem bitkisi: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) toxumçuluq sistemində dənli-taxıl və paxlalı bitkilər başlığı altında yem bitkisi kimi qeydiyyata alınmış sortlarmı,
2. tarla nəzarəti: toxumluq istehsalı sahələrində, istehsalat ərazilərinin müvafiq sort təmizliyinin məqbulluğuna və bitki standartlarına uyğunluğunun nəzarət edilməsini,
3. laboratoriya analizləri: toxumluqların Beynəlxalq Toxum Sınağı Assosiasiyasının (ISTA) metodları ilə toxumların sağlamlığı və cücərməsi ilə bağlı göstəricilərin müəyyən edilərək standartlara uyğunluğunun yoxlanılmasını ifadə edir.
Maddə 3
Səlahiyyətli qurumlar
Bu Sazişin əhatə etdiyi fəaliyyətlərin həyata keçirilməsində səlahiyyətli qurumlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,
2. Türkiyə Respublikası Hökuməti adından Türkiyə Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi.
Maddə 4
Təlim fəaliyyətləri
1. Azərbaycan Respublikasının yem bitkiləri toxumlarının sertifikatlaşdırılması ilə bağlı qanunvericilik və standartlarının inkişaf etdirilməsi sahəsində Türkiyə tərəfi texniki dəstək verəcəkdir.
2. Türkiyə tərəfi Azərbaycan mütəxəssisləri üçün tarla nəzarəti və laboratoriya fəaliyyətləri üzrə təlim proqramları təşkil edəcək və həyata keçirəcəkdir.
Maddə 5
Tarla nəzarəti
1. Bu Sazişin qüvvəyə minməsi ilə hər iki ölkənin tarla nəzarəti sisteminin qarşılıqlı olaraq tanınması ilə bağlı texniki fəaliyyətlər Birgə Komitə tərəfindən başlanılacaqdır.
2. Türkiyə tərəfi həyata keçiriləcək fəaliyyətləri çərçivəsində OECD-nin tarla nəzarəti metodları ilə bağlı təcrübələrini Azərbaycan tərəfi ilə bölüşəcəkdir.
3. Birgə Komitənin yekun qərarından əvvəl idxal edəcək ölkənin toxum nəzarətçilərinin istehsal edən ölkənin toxum nəzarətçiləri ilə birlikdə həyata keçirəcəkləri tarla nəzarəti nəticəsində hazırlanacaq hesabat idxal edən ölkə tərəfindən qəbul ediləcəkdir.
Maddə 6
Laboratoriya analizləri
1. Hər iki ölkə laborator-analiz potensialının gücləndirilməsi üçün Birgə Komitənin rəhbərliyi altında təlim fəaliyyətlərini həyata keçirəcəklər.
2. Həyata keçiriləcək fəaliyyətlər çərçivəsində, Türkiyə tərəfi ISTA analiz metodları ilə bağlı təcrübələrini Azərbaycan tərəfi ilə bölüşəcəkdir.
Maddə 7
Birgə Komitə
1. Bu Saziş çərçivəsində göstəriləcək texniki və təlim fəaliyyətinin uyğun şəkildə həyata keçirilməsini və əlaqələndirilməsini təmin etmək məqsədi ilə aşağıdakı qurumlardan ibarət Birgə Komitə yaradılacaqdır:
a. Azərbaycan
i. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti
b. Türkiyə
i. Toxumçuluq İdarəsi,
ii. Toxum Qeydiyyatı və Sertifikatlaşdırma Mərkəzi Aparatı
c. Qeyri-hökumət təşkilatları
i. Toxum Tədarükçüləri və İstehsalçılarının Alt Komitəsinin Texniki Heyəti (TSÜAB),
ii. İqtisadi Əməkdaşlıq Təşkilatının Toxum Assosiasiyası (ECOSA).
2. Bu maddənin 1-ci bəndində qeyd olunan qurumların Birgə Komitəyə üzv ola bilmələri üçün bir əsas və bir ehtiyat nümayəndələri barədə Birgə Komitənin Katibliyinə məlumat verməlidirlər.
3. Birgə Komitənin Katibliyi funksiyasını Türkiyə Toxumçuluq İdarəsi icra edəcəkdir.
4. Birgə Komitə ən azı 5 (beş) üzvünün iştirakı ilə toplanacaq və qərarlar yekdilliklə qəbul ediləcəkdir.
5. Birgə Komitənin iclasına rəhbərliyi toplantının keçiriləcəyi ölkənin toxumçuluq məsələləri üzrə məsul nümayəndəsi həyata keçirəcəkdir.
6. Birgə Komitə ildə ən azı bir dəfə toplanacaqdır. İclasların keçirilmə yerini Komitə müəyyənləşdirəcəkdir.
7. Tələb olduğu təqdirdə, iki ölkənin aidiyyəti orqanları və təşkilatları ilə özəl firmalar müşahidəçi qismində Birgə Komitədə iştirak edə bilərlər. Müşahidəçilər səsvermə hüququna malik deyildirlər.
Maddə 8
Birgə Komitənin vəzifələri
1. Birgə Komitənin vəzifələri aşağıdakılardır:
a. iki ölkənin yem bitkiləri toxumu sahəsində əməkdaşlıq sahələrini müəyyən etmək;
b. əməkdaşlıq müddəti ərzində aidiyyəti orqanlar tərəfindən həyata keçiriləcək fəaliyyətləri müəyyən etmək və həyata keçirilən fəaliyyətlərə nəzarət etmək;
c. əməkdaşlığın sürətli və səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi tədbirlər görmək və ya aidiyyəti orqanlara görüləcək tədbirlərlə bağlı hesabatlar təqdim etmək;
d. qarşılıqlı olaraq qəbul ediləcək hesabat və sertifikatlar müəyyən etmək;
e. iki ölkənin toxumçuluq sahəsində həyata keçirə biləcəyi digər fəaliyyətlərlə bağlı hesabatlar hazırlamaq.
2. Birgə Komitə zəruri olduğu təqdirdə yuxarıda qeyd olunan vəzifələrlə bağlı altkomitələr və texniki işçi qruplar təşkil edə bilər.
Maddə 9
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 13-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 10
Əqli mülkiyyət hüquqları
1. Tərəflər milli qanunvericilikləri və tərəf olduqları beynəlxalq müqavilələr çərçivəsində, bu Saziş əsasında yaradılacaq və ötürüləcək əqli mülkiyyət hüquqlarının ciddi şəkildə qorunmasını təmin edəcəklər. Bu Saziş çərçivəsində əqli mülkiyyət anlayışı Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən 1967-ci il iyulun 14-də Stokholm şəhərində imzalanmış Konvensiyanın (1979-cu il sentyabrın 28-də edilmiş dəyişikliklərlə) 2-ci maddəsində göstərildiyi şəkildə başa düşülür.
2. Bu Saziş çərçivəsində yaradılan hər hansı bir əqli mülkiyyətdən istifadə və faydalanma hüquqları Tərəflərin ortaya çıxan əqli mülkiyyətə verdiyi töhfələrinə uyğun ayrı bir müqavilə ilə bağlanaraq müəyyən edilir.
Maddə 11
Fikir ayrılıqlarının həlli
Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək fikir ayrılıqları və anlaşılmazlıqlar Tərəflər arasında ikitərəfli məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 12
Xərclər
1. Bu Saziş çərçivəsində həyata keçiriləcək iclasların təşkilatçılığı ilə bağlı xərclər iclasa ev sahibliyi edəcək ölkə tərəfindən ödəniləcəkdir.
2. Təlim fəaliyyətləri ilə bağlı təşkilatçılıq xərcləri ev sahibliyi edən ölkə tərəfindən ödəniləcəkdir.
3. İclaslarda və təlim proqramlarında iştirak edəcək şəxslərin yol, yerləşmə və gündəlik xərcləri Birgə Komitənin Katibliyinə başqa cür bildiriş verilmədiyi təqdirdə, iştirakçılar tərəfindən ödəniləcəkdir.
Maddə 13
Qüvvəyəminmə
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.
2. Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı 6 (altı) ay əvvəl onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq bu Sazişin qüvvəsi növbəti 5 (beş) illik müddətlərə uzadılır.
Bu Saziş Bakı şəhərində 2017-ci il 31 oktyabr tarixində, Azərbaycan və türk dillərində olmaqla, 2 (iki) əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
Xxxxx XXXXXXXXXXX, | Xxxxxx XXXXXXXXX, |
xarici işlər xxxxxx | xarici işlər xxxxxx |
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Sazişin
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair 2017-ci il iyulun 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2017-ci il
№ 1623
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin
elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti,
qarşılıqlı ticarət və daşımaların asanlaşdırılması üçün effektiv tranzit əməliyyatlarının əhəmiyyətini nəzərə alaraq;
Tərəflər arasında və ya onların dövlətlərinin ərazilərindən keçməklə daşınan mallar və nəqliyyat vasitələri ilə bağlı gömrük risk təhlillərinin səmərəliliyinin gücləndirilməsinə xxxx ehtiyacı qəbul edərək;
İpək Yolu boyunca müvafiq infrastrukturun və səmərəli sərhəd keçid prosedurlarının inkişafının əhəmiyyətini bir daha təsdiq edərək;
avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən ticarətin həcminin artmasını dəstəkləyərək;
səmərəli tranzit daşıma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığın təşviq edilməsi ilə bağlı Tərəflərin niyyətini vurğulayaraq;
Tərəflərin qəbul etdiyi Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Gömrük Təşkilatının normaları, standartları və tövsiyələrindən, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının milli qanunvericiliklərindən, həmçinin ilkin elektron məlumat mübadiləsinə dair beynəlxalq qabaqcıl təcrübələrdən faydalanaraq;
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Sazişin məqsədi dövlət sərhədindən buraxılış məntəqələrində ilkin elektron məlumat mübadiləsi vasitəsilə gözləmə vaxtını və sıxlığı azaltmaqdır.
Maddə 2
Əhatə dairəsi
Bu Saziş Tərəflər arasında və ya onların dövlətlərinin ərazilərindən keçməklə avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən bütün tranzit daşıma əməliyyatlarına tətbiq edilir.
Maddə 3
İlkin elektron məlumat mübadiləsi sistemi
Tərəflər avtomobil nəqliyyatı ilə malların və nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırılmasını təmin edən ilkin Elektron Məlumat Mübadiləsi Sistemini yaradırlar.
Maddə 4
Səlahiyyətli qurumlar
1. Bu Sazişin icrası üzrə Tərəflərin səlahiyyətli qurumları aşağıdakılardır: Azərbaycan Respublikası Hökuməti adından - Dövlət Gömrük Komitəsi; Türkiyə Respublikası Hökuməti adından - Gömrük və Ticarət Nazirliyi.
2. Tərəflər səlahiyyətli qurumları ilə bağlı dəyişikliklər barədə bir-birini diplomatik kanallar vasitəsilə dərhal məlumatlandırırlar.
Maddə 5
İlkin elektron məlumat mübadiləsinin aparılması
1. Tərəflər mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumatları Tərəflərin səlahiyyətli qurumları arasında ilkin Elektron Məlumat Mübadiləsi Sistemi üzrə Texniki Şərtlərə uyğun olaraq yaradılan elektron sistem vasitəsilə mübadilə edirlər.
2. Tərəflər ilkin elektron məlumat mübadiləsi metodlarım öz milli qanunvericiliklərinə uyğun olaraq müəyyən edir və həyata keçirirlər.
3. İlkin elektron məlumat mübadiləsinin aparılması şərtləri və qaydaları aşağıdakı kimidir:
a) əgər tranzit əməliyyatı üzrə son təyinat məntəqəsi Tərəflərin dövlətlərinin ərazilərindən biridirsə, ilkin elektron məlumat mübadiləsi Tərəflərin dövlətlərinin ərazilərindən çıxış zamanı həyata keçirilir;
b) əgər nəqliyyat vasitələri Sədərək - Dilucu sərhəd buraxılış məntəqələrindən istifadə edərsə, ilkin elektron məlumat mübadiləsi real vaxtda həyata keçirilir;
c) əgər iqtisadi operatorlar tranzit əməliyyatlarında Tərəflərin dövlətlərinin ərazilərindən istifadə edəcəkləri barədə könüllü şəkildə məlumat verərlərsə, ilkin elektron məlumat mübadiləsi Tərəflərin dövlətlərinin ərazilərindən çıxış zamanı həyata keçirilir.
4. İlkin məlumatları təqdim edən iqtisadi operatorlar risk təhlili nəticələrinə uyğun olaraq aşağıdakı imtiyazları əldə edirlər:
a) marşrut üzərində yerləşən və ya təyinat gömrük idarələrində daha az fiziki yoxlama;
b) marşrut üzərində yerləşən və ya təyinat gömrük idarələrində sadələşdirilmiş rəsmiləşdirmə.
Maddə 6
Məlumatların istifadəsi
Tərəflər hazırkı Saziş çərçivəsində əldə edilən ilkin elektron məlumatların tranzit əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi məqsədi ilə istifadəsini təmin edirlər.
Maddə 7
Məlumatların mühafizəsi
Tərəflərin ilkin Elektron Məlumat Mübadiləsi Sistemi çərçivəsində əldə etdikləri məlumatlar yalnız gömrük məqsədləri üçün istifadə olunur və məlumatları təmin edən Tərəfin ilkin yazılı razılığı olmadan üçüncü tərəfə ötürülmür.
Maddə 8
Öhdəliklər
Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq, ilkin elektron məlumat mübadiləsi zamanı xxxxxxx və nəqliyyat vasitələrinə dair əldə edilmiş məlumatın uyğunsuzluğu və ya saxta olması barədə bir-birini məlumatlandırırlar.
Maddə 9
Əlaqələndirici şəxslər
Tərəflər aşağıdakı məqsədlər üçün birbaşa əlaqələr yaratmaq səlahiyyəti verilmiş gömrük əməkdaşlarının siyahısını müəyyən edirlər:
a) ilkin elektron məlumat mübadiləsinin texniki şərtlərini, məlumatın emalı və ötürülməsinin texnologiyalarını, eləcə də məlumatın təhlükəsizliyinə dair tələbləri işləyib hazırlamaq və razılaşdırmaq;
b) hazırkı Sazişin tətbiqi zamanı yaranmış texniki problemləri həll etmək.
Maddə 10
Digər razılaşmalar
Bu Sazişin müddəaları Tərəflərin tərəf olduqları digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 11
Fikir ayrılıqlarının həlli
Bu Sazişin təfsiri və ya tətbiqindən irəli gələ biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
Maddə 12
Əlavələr və dəyişikliklər
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı əsasında istənilən əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olan ayrıca Protokollar şəklində rəsmiləşdirilir və bu Sazişin 13-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 13
Qüvvəyəminmə, müddət və ləğvetmə
1. Bu Saziş onun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili hüquqi prosedurların tamamlanması barədə Tərəflərin diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırdığı sonuncu yazılı bildirişinin alındığı tarixdən etibarən otuzuncu gün qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanır. Tərəflərdən hər xxxxx xxxx istənilən vaxt bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərə bilər. Belə halda, hazırkı Saziş bildirişin tarixindən üç ay sonra ləğv edilir. Belə ləğvetmə, ləğvetmə xxxxxx davam etməkdə xxxx prosedurlara təsir etmir və onlar burada qeyd edilmiş müddəalara uyğun şəkildə tamamlanır.
Yuxarıdakıların təsdiqi olaraq, müvafiq hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Sazişi imzaladılar.
Bakı şəhərində 19 iyul 2017-ci il tarixində Azərbaycan, türk və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2016-cı il dekabrın 29-da Bakı şəhərində və dekabrın 30-da Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2017-ci il
№ 621-VQ
Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb xxxx sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb xxxx sahəsində əməkdaşlıq haqqında 2016-cı il aprelin 26-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikasının Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2016-cı il
№ 973
Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb xxxx sahəsində əməkdaşlıq haqqında SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti,
iki dost və qardaş ölkə arasında səhiyyə və tibb xxxx sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi
ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Əməkdaşlıq sahələri
Tərəflər bərabərlik, qarşılılıq prinsipinə əsaslanaraq, qarşılıqlı fayda əsasında və öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq, qarşılıqlı razılıq ilə aşağıdakı sahələrdə əməkdaşlığı inkişaf etdirəcək və gücləndirəcəklər:
a) iki ölkənin səhiyyə sistemlərinin uyğunlaşdırılması;
b) səhiyyədə keyfiyyət standartı və qiymətləndirmə sisteminin formalaşdırılması üçün keyfiyyət və akkreditasiya sahəsində təcrübə mübadiləsi;
c) qeyri-infeksion xəstəliklərlə mübarizə və ictimai səhiyyəni maraqlandıran bütün digər sahələrdə əməkdaşlıq;
e) orqan, toxuma və sümük iliyi transplantasiyası sahəsində əməkdaşlıq;
e) Azərbaycan Respublikasında və ya Türkiyə Respublikasında dərman vasitələri, tibbi cihaz və tibbi sərfiyyat materialları ilə bağlı sahələrdə birgə sərmayə imkanlarının araşdırılması, dərman vasitələrinin keyfiyyətinin beynəlxalq standartlara uyğun olması üçün birgə işlərin aparılması və vaksin istehsalı sahəsində əməkdaşlıq;
f) təcili tibbi xidmətlərin təşkili və fövqəladə hallarda səhiyyə sahəsində əməkdaşlıq;
g) hər iki ölkədə səhiyyənin inkişaf etdirilməsi ilə səhiyyə turizmi imkanlarının təşviq edilməsi və təcrübə mübadiləsi;
h) xəstəxanaların səhiyyə informasiya sistemləri ilə idarə olunması məsələlərində təcrübə mübadiləsi;
i) səhiyyə işçilərinin qısamüddətli təlimləri;
j) səhiyyə sahəsində institut və universitetlər arasında əməkdaşlıq;
k) “Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Türkiyədə təhsil xxxx Azərbaycan Respublikası vətəndaşlarının təhsillərini bitirdikdən sonra müvafiq müqavilə öhdəliklərinə
uyğun Azərbaycan Respublikasına qayıtması və xidmət göstərməsi, eyni zamanda Türkiyədə akademik və əmək fəaliyyətini davam etdirmək üçün əlavə şərtlərin müəyyən edilməsi sahəsində əməkdaşlıq.
Maddə 2
Əməkdaşlıq formaları
Tərəflər qarşılıqlı razılıq əsasında müəyyən olunan səhiyyə və tibb xxxx sahəsində aşağıdakı formalarda əməkdaşlıq edəcəklər:
a) informasiya və təcrübə mübadiləsi;
b) xxxxx, mütəxəssis həkim və tibb işçilərinin mübadiləsi;
c) tibb işçilərinin qısamüddətli təlimlərlə bacarıqlarının artırılmasının təmin edilməsi;
d) birgə əməkdaşlıq layihələrinin işlənib hazırlanması;
e) müvafiq səhiyyə qurumları arasında əməkdaşlığın təmini;
f) Tərəflərdən birinin təşkil edəcəyi konfrans, iclas, simpozium və x. xxxx tədbirlərdə mütəxəssislərin iştirakının təşviqi ilə tədbirlərin keçiriləcəyi ölkələrdə zəruri dəstəyin göstərilməsi.
Maddə 3
Birgə işçi qrup
Tərəflər aralarındakı əməkdaşlıq fəaliyyətinin təfərrüatlarını müəyyən etmək və qiymətləndirmək üçün birgə işçi qrup yaradacaqlar.
Birgə işçi qrup bu Sazişin yerinə yetirilməsi üçün fəaliyyət planları və icra proqramları hazırlaya biləcəkdir. Bu qrup mütəmadi olaraq ən azı ildə bir dəfə görüşəcək, Tərəflərin müəyyən etdiyi qaydalara uyğun olaraq konkret əməkdaşlıq fəaliyyətlərini və proqramlarını nəzərdən keçirəcək və onların həyata keçirilməsinə nəzarət
edəcəkdir.
Maddə 4
Xəstələrin müalicəsi
Tərəflər hər il 20 (iyirmi) xəstəni ödənişsiz olaraq diaqnostika və müalicə etməyi üzərlərinə götürürlər. Bu xəstələrin seçilməsi göndərən ölkənin Səhiyyə Nazirliyi tərəfindən aparılacaq və qəbul edən ölkənin Səhiyyə Nazirliyinin təsdiqi ilə həyata keçiriləcəkdir.
Maddə 5
İcraçı qurumlar
Bu Sazişin həyata keçirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Türkiyə Respublikasının Səhiyyə Nazirliyi təmin edəcəkdir.
Tərəflər səlahiyyətli qurumlarında baş verən hər hansı dəyişiklik barədə bir-birlərini diplomatik kanallar vasitəsilə dərhal məlumatlandıracaqlar.
Maddə 6
Maliyyə məsələləri
Bu Sazişlə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi Tərəflərin hər il bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitləri çərçivəsində həyata keçirilir.
Bu Saziş çərçivəsində hər iki ölkənin mütəxəssis və digər heyətlərinin səfərləri zamanı: göndərən Tərəf ev sahibi Tərəfin gediş-gəliş xərclərini ödəyəcəkdir;
ev sahibi Tərəf qonağın iaşə və təsərrüfat, ölkədaxili nəqliyyat xərclərini (lazım olduğu təqdirdə) təmin edəcəkdir;
ev sahibi Tərəf təcili hallarda qonağın və digər heyətin tibbi müalicəsini (stomatoloji xidmət istisna olmaqla) təmin edəcəkdir.
Bu müddət iki həftədən xxx olmayacaqdır.
Maddə 7
Fikir ayrılıqlarının həlli
Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək bütün fikir ayrılıqları Tərəflər arasında dostcasına danışıqlar və məsləhətləşmələr yolu ilə diplomatik kanallarla həll ediləcəkdir.
Maddə 8
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və Sazişin 9-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
Maddə 9
Qüvvəyəminmə və müddət
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birlərinə göndərdikləri sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minəcəkdir.
Bu Saziş 5 (beş) illik müddətə bağlanılır. Razılığa gələn Tərəflərdən biri bu Sazişin müddətinin bitməsindən 6 (altı) ay öncə onun ləğv edilməsini diplomatik kanallar vasitəsilə bildirmədiyi təqdirdə, bu Sazişin müddəti avtomatik olaraq 1 (bir) illik müddətlərə uzadılacaqdır.
Bu Sazişin başa çatması başlanmış və ya davam edən fəaliyyətlərə və layihələrə təsir etmir.
Tərəflər bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən 9 fevral 1994-cü il tarixində Ankarada imzalanmış Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Səhiyyə və tibb xxxx sahəsində əməkdaşlığa dair Protokolun qüvvədəolma müddətinin başa çatması barədə razılığa gəldilər.
Bu Saziş Bakı şəhərində 26 aprel 2016-cı il tarixində, Azərbaycan və türk dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikasının |
Hökuməti adından | Hökuməti adından |
səhiyyə xxxxxx | səhiyyə xxxxxx |
Prof. Xxxxx XXXXXXXXX | Xx. Xxxxxx XXXXXXXXXXX |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il xxxxxx 15-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2016-cı il
№ 221-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq),
hər iki ölkənin ərazisində yol nəqliyyatını sadələşdirmək məqsədilə və Azərbaycan Respublikasında və Türkiyə Respublikasında verilmiş sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etmək niyyəti ilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Tərəflərin birinin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqələrinə sahib xxxx, turizm və ya tranzit keçid məqsədilə digər Tərəfin ərazisində xxxx ticarət məqsədli nəqliyyat vasitələrinin sürücülərinin sürücülük vəsiqələri qarşılıqlı tanınır.
2. Tərəflər milli qanunvericiliklərinə müvafiq olaraq, digər Tərəfin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmək məqsədilə qarşılıqlı şəkildə tanıyırlar. Sürücülük vəsiqələri bu Sazişə Əlavədə göstərilmiş ekvivalentlik cədvəlinə müvafiq olaraq imtahanlar keçirilmədən dəyişdirilir.
3. Tərəflərdən birinin səlahiyyətli orqanı tərəfindən verilmiş etibarlı, müvəqqəti olmayan sürücülük vəsiqələrinin sahibləri, digər Tərəfin dövlətinin ərazisində yaşamaq hüququna malik olduqda, bu Sazişin müddəalarına müvafiq olaraq həmin digər Tərəfin dövlətinin ərazisində nəqliyyat vasitəsini idarə etmək arzusunda olarsa, öz sürücülük vəsiqələrini həmin digər Tərəfin verdiyi sürücülük vəsiqəsinə dəyişmək üçün istənilən vaxt həmin digər Tərəfin səlahiyyətli orqanına müraciət edə bilərlər.
4. Tərəflər müraciət edənlərdən onların nəqliyyat vasitəsini idarə etmək bacarığını müəyyən etmək məqsədilə hər hansı yoxlamadan keçmələrini tələb etmədən, bu maddənin 3-cü bəndinə müvafiq olaraq sürücülük vəsiqələrini dəyişdirirlər.
5. Bu maddənin 4-cü bəndi sürücülük vəsiqəsi almaq istəyən şəxslərə hər bir Tərəfin milli qanunvericiliyi ilə yaş, sağlamlıq və ya əqli vəziyyətlə bağlı olaraq müəyyən olunan məhdudiyyətlərə təsir etmir.
6. Tərəflərin daxili qanunvericiliyinə müvafiq olaraq, hazırlanma tarixində qüvvədə xxxx mümkün məhdudiyyət və sanksiyalar dəyişdirilməsi tələb olunan sürücülük vəsiqəsinin ilk verilmə tarixindən etibarən tətbiq edilir.
7. Bu Sazişə müvafiq olaraq sürücülük vəsiqələrinin dəyişdirilməsi məqsədilə qarşılıqlı tanınması sürücülük kurslarının iştirakçılarına və ya Tərəflərin milli qanunvericiliklərinə müvafiq olaraq sürücülük öyrənən şəxslərə verilən sürücülük vəsiqələrinə şamil edilmir.
Maddə 2
1. Tərəfin sürücülük vəsiqələrinin dəyişdirilməsini həyata keçirən səlahiyyətli orqanı müraciət edən şəxsdən digər Tərəfin verdiyi sürücülük vəsiqəsinin əslini və dəyişdirən Tərəfin dövlətinin rəsmi dilinə və ya ingilis dilinə notarial qaydada və ya konsulluq orqanlarında təsdiq edilmiş tərcüməsini təqdim etməsini tələb edə bilər.
2. Tərəfin sürücülük vəsiqələrinin dəyişdirilməsini həyata keçirən səlahiyyətli orqanı müraciət edən şəxslərdən onların müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə aid nəqliyyat vasitələrini idarə etmək üçün fiziki və ya əqli bacarığını təsdiq edən sənəd təqdim etmələrini tələb edir və müraciət edən şəxsin fiziki və ya əqli bacarığı müvafiq sürücülük vəsiqəsi üçün tələb olunan səviyyədə olmadıqda, sürücülük vəsiqəsini dəyişdirməkdən imtina edir.
3. Tərəfin sürücülük vəsiqələrinin dəyişdirilməsini həyata keçirən səlahiyyətli orqanı müraciət edən şəxslərdən milli qanunvericiliyə uyğun olaraq tələb olunan digər sənədləri təqdim etmələrini və rüsumları ödəmələrini tələb edə bilər.
4. Yaşadığı ölkədə sürücülük vəsiqəsinin alınmasından sonra, sürücülük vəsiqəsinin sahibi adıçəkilən ölkənin sürücülük vəsiqələrinin yenilənməsi və ya onlara nəzarətə dair qanunvericiliyinə əməl etmək öhdəliyi daşıyır.
Maddə 3
Bu Sazişin icrası zamanı Tərəflərin səlahiyyətli orqanları sürücülərin qeydiyyatı ilə bağlı öz milli qanunvericiliklərini tətbiq edirlər.
Maddə 4
1. Dəyişdirilmək üçün təqdim edilmiş hər hansı sürücülük vəsiqəsinin etibarlılığı və ya həqiqiliyi ilə bağlı hər hansı şübhə olduğu halda Tərəfin sürücülük vəsiqələrinin dəyişdirilməsini həyata keçirən səlahiyyətli orqanı həmin sürücülük vəsiqəsinin etibarlılığı və ya həqiqiliyini təsdiq etmək üçün digər Tərəfin səlahiyyətli orqanına müraciət edə bilər.
2. Bu Sazişin icrası müddətində hər hansı qanun pozuntusunun və ya cəzalandırılması tələb olunan hər hansı hərəkətin baş verməsi halında yarana biləcək məsuliyyət, ərazisində hərəkətin baş verdiyi Tərəfin səlahiyyətli orqanları tərəfindən həmin Tərəfin qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir.
Maddə 5
1. Dəyişdirilmək məqsədilə Tərəfin səlahiyyətli orqanı tərəfindən götürülmüş sürücülük vəsiqələrinin əsli digər Tərəfin səfirliyinə təhvil verilməlidir.
2. Sürücülük vəsiqəsinin əslini qəbul etdikdən sonra qəbul edən Tərəfin səlahiyyətli orqanı sürücülük vəsiqəsindəki hər hansı qeyri-dəqiqlik və ya səhvlər və yaxud onun etibarlılığı və ya həqiqiliyi barədə şübhə haqqında göndərən Tərəfin səlahiyyətli orqanına məlumat verməlidir.
3. Sürücülük vəsiqələrinin dəyişdirilməsi proseduru zamanı Tərəflərin səlahiyyətli orqanları tərəfindən alınacaq əvvəlki sürücülük vəsiqələri sürücülük vəsiqələrinin sahiblərinə qaytarılacaqdır.
Maddə 6
1. Tərəflər bu Sazişin qüvvəyə minməsindən əvvəl, diplomatik kanallar vasitəsilə bir-birlərini səlahiyyətli orqanlarının tam adları, ünvanları, telefon və faks nömrələri, elektron poçt ünvanları və bu Sazişə Əlavədə nəzərdə tutulan etibarlı sürücülük vəsiqələrinin nümunələri ilə təmin etməlidirlər.
2. Tərəflərin səlahiyyətli orqanları bir-birlərini özlərinin əlaqə məlumatlarında və sürücülük vəsiqələrinin nümunələrində edilmiş hər hansı dəyişiklik haqqında dərhal məlumatlandırmalıdırlar.
Maddə 7
Tərəflərin səlahiyyətli orqanları arasında əlaqə yazılı formada ingilis dilində həyata keçirilir.
Maddə 8
Bu Sazişə Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında istənilən vaxt dəyişiklik edilə bilər. Dəyişikliklər bu Sazişin 11-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş eyni prosedura əsasən qüvvəyə minir.
Maddə 9
1. Bu Saziş Tərəflərin tərəfdar çıxdıqları digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
2. Bu Saziş hər bir Tərəfin qüvvədə olan milli qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
3. Bu Saziş üçüncü tərəf dövlətdən alınmaqla, iki ölkədən biri tərəfindən dəyişdirilən sürücülük vəsiqələrinə münasibətdə tətbiq edilmir.
Maddə 10
Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar yarana biləcək hər hansı fikir ayrılığı Təriflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 11
1. Bu Saziş onun ayrılmaz tərkib hissəsini təşkil edən Xxxxx ilə birlikdə, Tərəflərin bu Sazişin qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişi diplomatik kanallar vasitəsilə aldıqları tarixdən sonra otuzuncu (30-cu) gündə qüvvəyə minir. Saziş qeyri- müəyyən müddətə qüvvədə qalır.
2. Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə, bu Sazişi ləğv edə bilər. Bu halda ləğvetmə digər Tərəfin bildirişi aldığı tarixdən sonra otuzuncu (30) gün qüvvəyə minir.
Bunun təsdiqi olaraq, müvafiq hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edən şəxslər bu Sazişi imzaladılar.
Ankara şəhərində 15 mart 2016-cı il tarixində, Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
EKVİVALENTLİK CƏDVƏLİ
01.01.2016-cı İL TARİXİNDƏN ƏVVƏL TÜRKİYƏ RESPUBLİKASININ SÜRÜCÜLÜK VƏSİQƏLƏRİ KATEQORİYALARI VƏ İSTİFADƏ ETMƏK HÜQUQUNA MALİK OLDUQLARI NƏQLİYYAT VASİTƏLƏRİ
A1 (motorlu velosiped) |
A2 (motorlu velosiped, motosiklet) |
B (xxxxx təkəri traktor, avtomobil, mikroavtobus, kiçik həcmli xxx xxxxxx) |
C (xxxxx təkəri traktor, avtomobil, mikroavtobus, kiçik və iri həcmli xxx maşınları) |
D (xxxxx təkəri traktor, avtomobil, mikroavtobus, kiçik və iri həcmli xxx maşınları, çəkici) |
E 27.04.1997-ci il tarixindən əvvəl verilənlər (xxxxx təkəri traktor, avtomobil, mikroavtobus, kiçik və iri həcmli xxx maşınları, çəkici və avtobus) |
E 27.04.1997-ci il tarixindən sonra verilənlər (xxxxx təkəri traktor, avtomobil, mikroavtobus, kiçik və iri həcmli xxx maşınları, çəkici və avtobus) |
01.01.2016-cı İL TARİXİNDƏN ƏVVƏL TƏRTİB OLUNAN SÜRÜCÜLÜK VƏSİQƏLƏRİNİN QARŞILIQLIĞINI GÖSTƏRƏN CƏDVƏL
Azərbaycanın sürücülük vəsiqələri | Türkiyənin müvafiq sürücülük vəsiqələri |
A1 kateqoriyalı sürücülük vəsiqəsi | A1 kateqoriyalı sürücülük vəsiqəsi |
A kateqoriyalı sürücülük vəsiqəsi | A2 kateqoriyalı sürücülük vəsiqəsi |
B kateqoriyalı sürücülük vəsiqəsi | B kateqoriyalı sürücülük vəsiqəsi |
C, BC kateqoriyalı sürücülük vəsiqəsi | C kateqoriyalı sürücülük vəsiqəsi |
D, CD, BD, BCD kateqoriyalı sürücülük vəsiqəsi | E kateqoriyalı sürücülük vəsiqəsi |
BE kateqoriyalı sürücülük vəsiqəsi | B kateqoriyalı sürücülük vəsiqəsi |
CE kateqoriyalı sürücülük vəsiqəsi | D kateqoriyalı sürücülük vəsiqəsi |
DE kateqoriyalı sürücülük vəsiqəsi | D, E kateqoriyalı sürücülük vəsiqəsi |
Türkiyənin sürücülük vəsiqələri | Azərbaycanın müvafiq sürücülük vəsiqələri |
A1 kateqoriyalı sürücülük vəsiqəsi | A1 kateqoriyalı sürücülük vəsiqəsi |
A2 kateqoriyalı sürücülük vəsiqəsi | A kateqoriyalı sürücülük vəsiqəsi |
B kateqoriyalı sürücülük vəsiqəsi | B kateqoriyalı sürücülük vəsiqəsi |
C kateqoriyalı sürücülük vəsiqəsi | C, B kateqoriyalı sürücülük vəsiqəsi |
D kateqoriyalı sürücülük vəsiqəsi | CE, C, B kateqoriyalı sürücülük vəsiqəsi |
E kateqoriyalı sürücülük vəsiqəsi 27.04.1997-ci il tarixindən əvvəl verilənlər | B, C, D, BE, CE, DE kateqoriyalı sürücülük vəsiqəsi |
E kateqoriyalı sürücülük vəsiqəsi 27.04.1997-ci il tarixindən sonra verilənlər | B,C,D kateqoriyalı sürücülük vəsiqəsi |
01.01.2016-cı İL TARİXİNDƏN SONRA TÜRKİYƏ RESPUBLİKASININ SÜRÜCÜLÜK VƏSİQƏLƏRİ KATEQORİYALARI VƏ İSTİFADƏ ETMƏK HÜQUQUNA MALİK OLDUQLARI NƏQLİYYAT VASİTƏLƏRİ
M kateqoriyalı sürücülük vəsiqəsi - iki, üç və dörd təkərli motorlu velosiped (moped) istifadəçilərinə verilir. |
Al kateqoriyalı sürücülük vəsiqəsi - silindr həcmi 125 sm3, gücü 11 kilovat, gücünün çəkisinə nisbəti 0,1- dən xxx olmayan, səbətli və ya səbətsiz iki təkərli motosikletlər və gücü 15 kilovatdan xxx olmayan üç təkərli motosiklet istifadəçilərinə verilir. |
A2 kateqoriyalı sürücülük vəsiqəsi - kateqoriyası sürücülük vəsiqəsi-gücü 35 kilovatdan və gücünün çəkisinə nisbəti 0.2-dən xxx olmayan, səbətli və ya səbətsiz iki təkərli motosiklet və gücü 15 kilovatdan xxx olmayan üç təkərli motosiklet istifadəçilərinə verilir. |
A kateqoriyalı sürücülük vəsiqəsi - səbətli və ya səbətsiz iki təkərli motosikletlər və gücü 15 kilovatdan xxx xxxx üç təkərli motosiklet istifadəçilərinə verilir. |
B1 kateqoriyalı sürücülük vəsiqəsi - xalis motor gücü 15 kv, xalis çəkisi 400 kq, xxx daşımalarında istifadə edilənlər üçün isə xalis çəkisi 550 kq-xxx xxx olmayan dörd təkərli motosiklet istifadəçilərinə verilir. Elektrik ilə işləyən nəqliyyat vasitələrinin xalis çəkilərinin hesablanmasında batareyanın çəkisi nəzərə alınmır |
B kateqoriyalı sürücülük vəsiqəsi - avtomobil və kiçikhəcmli xxx xxxxxx istifadəçilərinə verilir. Sürücülük vəsiqəsinin sahibi, müvafiq növ təsdiqi haqqındakı əsasnamələrə zidd olmamaq və 29.05.2013-cü il tarixli 28661 xxxxx “Rəsmi Qəzet“də dərc olunan Milli Təhsil Nazirliyinin “Xüsusi Motorlu Nəqliyyat Vasitələri üzrə Sürücülük Kursu” Nizamnaməsində qeyd olunan təlimi başa vurmaq və ya qabiliyyət və davranış imtahanını vermək şərtilə yüklü vəziyyətdə maksimum çəkisi 4250 kq-a qədər xxxx birləşmiş nəqliyyat vasitələrini də idarə edə bilər. |
BE kateqoriyalı sürücülük vəsiqəsi - B kateqoriyalı sürücülük vəsiqəsi ilə istifadə olunan nəqliyyat vasitələrinə qoşulan və yüklü vəziyyətdə maksimum çəkisi 3500 kq-xxx xxx olmayan qoşqulu və ya yarımqoşqulu birləşmiş nəqliyyat vasitəsi idarə edənlərə verilir. |
C1 kateqoriyalı sürücülük vəsiqəsi -yüklü vəziyyətdə maksimum çəkisi 3500 kq-xxx xxx və 7500 xx-xxx az xxxx irihəcmli xxx xxxxxx və çəkici idarə edənlərə verilir. |
C1E kateqoriyalı sürücülük vəsiqəsi -C1 kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə olunan nəqliyyat vasitələrinə qoşulan və yüklü vəziyyətdə maksimum çəkisi 750 kq-xxx xxx xxxx, qoşqu və ya yarımqoşqudan ibarət və ümumi çəkisi (qatar çəkisi) 12000 kq-xxx xxx olmayan birləşmiş nəqliyyat vasitələri və B kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə olunan nəqliyyat vasitələrinə qoşulan və yüklü vəziyyətdə maksimum çəkisi 3500 kq-xxx xxx xxxx qoşqu və yarımqoşqudan ibarət və ümumi çəkisi (qatar çəkisi) 12000 kq-xxx xxx olmayan birləşmiş nəqliyyat vasitəsi idarə edənlərə verilir. |
C kateqoriyalı sürücülük vəsiqəsi -irihəcmli xxx xxxxxx və çəkici istifadəçilərinə verilir. |
CE kateqoriyalı sürücülük vəsiqəsi - C kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə olunan nəqliyyat vasitələrinə qoşulan və yüklü vəziyyətdə maksimum çəkisi 750 kq-xxx xxx xxxx qoşqu və ya yarımqoşqudan ibarət birləşmiş nəqliyyat vasitəsi idarə edənlərə verilir. |
D1 kateqoriyalı sürücülük vəsiqəsi -mikroavtobus istifadəçilərinə verilir. |
D1E kateqoriyalı sürücülük vəsiqəsi – D1 kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə olunan nəqliyyat vasitələrinə qoşulan və yüklü vəziyyətdə maksimum çəkisi 750 kq-xxx xxx xxxx qoşqudan ibarət birləşmiş nəqliyyat vasitəsi idarə edənlərə verilir. |
D kateqoriyalı sürücülük vəsiqəsi -mikroavtobus və avtobusları idarə edənlərə verilir. |
DE kateqoriyalı sürücülük vəsiqəsi - D kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə olunan nəqliyyat vasitələrinə qoşulan və yüklü vəziyyətdə maksimum çəkisi 750 kq-xxx xxx xxxx qoşqudan ibarət birləşmiş nəqliyyat vasitəsi idarə edənlərə verilir. |
F kateqoriyalı sürücülük vəsiqəsi - xxxxx təkərli traktor sürücülərinə verilir. |
G kateqoriyalı sürücülük vəsiqəsi - iş maşınları kateqoriyasına daxil xxxx motorlu nəqliyyat vasitəsi idarə edənlərə verilir. |
TÜRKİYƏ RESPUBLİKASI SÜRÜCÜLÜK VƏSİQƏLƏRİNİN KATEQORİYALARI | |
01.01.2016-cı İL TARİXİNDƏN ƏVVƏL TƏRTİB OLUNAN SÜRÜCÜLÜK VƏSİQƏSİ KATEQORİYALARI | 01.01.2016-cı İL TARİXİNDƏN SONRA TƏRTİB OLUNAN SÜRÜCÜLÜK VƏSİQƏSİ KATEQORİYALARI |
A1 | M və A1 |
A2 | M, A1, A2, A və B1 |
B | M, B1, B, D1 və F |
C | M, B1,B, D1, C1, C və F |
X | X, B1, B,BE,C1,C1E, C, CE, D1E və F |
E (28.04.1997-ci İLDƏN ƏVVƏL) | M, B1, B, BE, C1, C1E, C, CE,DQ, DQE, D, DE və F |
E (28.04.1997-ci İLDƏN SONRA) | M, B1, B, C1, C, D1, D və F |
F | M və F |
G | M və G |
H | əlillik dərəcəsinə görə A və ya B |
01.01.2016-cı İL TARİXİNDƏN SONRA TƏRTİB OLUNAN SÜRÜCÜLÜK VƏSİQƏLƏRİNİN QARŞILIQLIĞINI GÖSTƏRƏN CƏDVƏL
Azərbaycanın sürücülük vəsiqələri | Türkiyənin müvafiq sürücülük vəsiqələri |
Al kateqoriyalı sürücülük vəsiqəsi | M, Al kateqoriyalı sürücülük vəsiqəsi |
A kateqoriyalı sürücülük vəsiqəsi | M, A1, A2, A kateqoriyalı sürücülük vəsiqəsi |
B kateqoriyalı sürücülük vəsiqəsi | B1, B kateqoriyalı sürücülük vəsiqəsi |
C, BC kateqoriyalı sürücülük vəsiqəsi | B1, B, D1, C1, C kateqoriyalı sürücülük vəsiqəsi |
D,CD, BD,BCD kateqoriyalı sürücülük vəsiqəsi | B1, B, C1, C, D1, D kateqoriyalı sürücülük vəsiqəsi |
BE kateqoriyalı sürücülük vəsiqəsi | B1, B, BE kateqoriyalı sürücülük vəsiqəsi |
CE kateqoriyalı sürücülük vəsiqəsi | C1, C1E, C, CE kateqoriyalı sürücülük vəsiqəsi |
DE kateqoriyalı sürücülük vəsiqəsi | D1, D1 E, D, DE kateqoriyalı sürücülük vəsiqəsi |
Türkiyənin sürücülük vəsiqələri | Azərbaycanın müvafiq sürücülük vəsiqələri |
M kateqoriyalı sürücülük vəsiqəsi | Al kateqoriyalı sürücülük vəsiqəsi |
Al kateqoriyalı sürücülük vəsiqəsi | Al kateqoriyalı sürücülük vəsiqəsi |
A2 kateqoriyalı sürücülük vəsiqəsi | A kateqoriyalı sürücülük vəsiqəsi |
A kateqoriyalı sürücülük vəsiqəsi | A kateqoriyalı sürücülük vəsiqəsi |
B1 kateqoriyalı sürücülük vəsiqəsi | A kateqoriyalı sürücülük vəsiqəsi |
B kateqoriyalı sürücülük vəsiqəsi | B kateqoriyalı sürücülük vəsiqəsi |
C1 kateqoriyalı sürücülük vəsiqəsi | C kateqoriyalı sürücülük vəsiqəsi |
C kateqoriyalı sürücülük vəsiqəsi | C kateqoriyalı sürücülük vəsiqəsi |
CE kateqoriyalı sürücülük vəsiqəsi | CE kateqoriyalı sürücülük vəsiqəsi |
D1 kateqoriyalı sürücülük vəsiqəsi | B kateqoriyalı sürücülük vəsiqəsi |
D kateqoriyalı sürücülük vəsiqəsi | D kateqoriyalı sürücülük vəsiqəsi |
BE kateqoriyalı sürücülük vəsiqəsi | BE kateqoriyalı sürücülük vəsiqəsi |
C1E kateqoriyalı sürücülük vəsiqəsi | CE kateqoriyalı sürücülük vəsiqəsi |
D1E kateqoriyalı sürücülük vəsiqəsi | DE kateqoriyalı sürücülük vəsiqəsi |
DE kateqoriyalı sürücülük vəsiqəsi | DE kateqoriyalı sürücülük vəsiqəsi |
F kateqoriyalı sürücülük vəsiqəsi | |
G kateqoriyalı sürücülük vəsiqəsi |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” 2016-cı il xxxxxx 15-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2016-cı il
№ 219-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq),
iki ölkə arasında xüsusilə yüksək səviyyəli anlaşmanı nəzərə alaraq; və
diplomatik münasibətlərini gücləndirmək üçün yeni mexanizmlər yaratmaq məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Tərəflərdən birinin diplomatik nümayəndəliyinin, konsulluğunun üzvü və ya Qəbul edən dövlət tərəfindən tanınmış və burada qərargahları xxxx beynəlxalq təşkilatlar yanında Göndərən dövlətin daimi nümayəndəliyinin üzvü kimi rəsmi qaydada digər Tərəfə akkreditə edilmiş əməkdaşlarının ailə üzvlərinə bu Sazişə uyğun olaraq və qarşılıq əsasında Qəbul edən dövlətdə iş icazəsi verilir.
2. Bu Sazişin məqsədləri üçün “diplomatik nümayəndəlik, konsulluq və ya beynəlxalq təşkilat yanında daimi nümayəndəliyin üzvü” ifadəsi Göndərən dövlətin Qəbul edən dövlətdə diplomatik nümayəndəlik, konsulluq və ya beynəlxalq təşkilat yanında daimi nümayəndəliyində rəsmi vəzifəyə təyin edilmiş və Qəbul edən dövlətin vətəndaşı olmayan əməkdaşına şamil edilir.
3. Bu Sazişin məqsədləri üçün “ailə üzvləri” ifadəsi aşağıdakı şəxslərə şamil edilir:
a) Qəbul edən dövlətin qanunlarına uyğun olaraq ər və ya arvad;
b) 21 yaşına çatmamış subay övladlar;
c) hər iki dövlət tərəfindən tanınan universitet və ya ali təhsil mərkəzində qeydiyyatda xxxx 25 yaşına çatmamış subay övladlar;
d) fiziki və ya əqli əlilliyi xxxx subay övladlar.
4. İş icazəsinin verilməsi qaydasına, şərtlərinə və qüvvədəolma qaydalarına dair bu Sazişdə nəzərdə tutulmayan məsələlər Qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
Maddə 2
1. Ailə üzvü Qəbul edən dövlətdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmazdan əvvəl Göndərən dövlətin səfirliyi ailə üzvünün adından Qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə rəsmi sorğu göndərir.
2. Sorğu müraciət edilən şəxsin ailə üzvü olması haqqında məlumatı və nəzərdə tutulan əmək fəaliyyəti barədə qısa izahatı ehtiva etməlidir.
3. Müraciət edilən şəxsin bu Sazişdə qeyd olunan kateqoriyalara aid olması yoxlanıldıqdan və müvafiq daxili prosedurlara riayət edildikdən sonra Qəbul edən dövlətin Xarici İşlər Nazirliyi Qəbul edən dövlətin müvafiq qanunvericiliyinə uyğun olaraq ailə üzvünə iş icazəsinin verilməsi barədə Göndərən dövlətin səfirliyini rəsmi olaraq dərhal məlumatlandırır.
4. Oxşar şəkildə, Göndərən dövlətin səfirliyi ailə üzvünün məşğul olduğu haqqı ödənilən əmək fəaliyyətinin bitməsi barədə Qəbul edən dövlətin Xarici İşlər Nazirliyini məlumatlandırmalı və ailə üzvü hər hansı yeni əmək fəaliyyəti ilə məşğul olmaq istədiyi halda, bu barədə yeni sorğu təqdim etməlidir.
Maddə 3
1. İş icazəsi Tərəflərin razılaşdırdığı fəaliyyət sahələri üçün diplomatik notalar mübadiləsi vasitəsilə hər bir hal üçün ayrıca olaraq verilir.
2. Bu Sazişə uyğun olaraq iş icazəsi benefisiarın himayəsində olduğu əməkdaşın təyinatının bitməsindən sonra Qəbul edən dövlətdə işləməyi və ya qalmağı davam etdirmək hüququ vermir.
3. Hər bir Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, milli təhlükəsizlik səbəbləri ilə əlaqədar və ya sorğu edilən işin müstəsna olaraq Qəbul edən dövlətin öz vətəndaşları üçün nəzərdə tutulduğu halda hər iki Tərəf bu Sazişdə istinad edilən iş icazəsinin verilməsindən imtina etmək hüququnu özündə saxlayır.
Maddə 4
1. Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ xxxx ailə üzvü 1961-ci il 18 aprel tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına və 1963-cü il 24 aprel tarixli Konsul əlaqələri haqqında Vyana Konvensiyasına və ya digər tətbiq edilə bilən beynəlxalq sazişə əsasən Qəbul edən dövlətin yurisdiksiyasından immunitetə malik olduğu halda:
a) bu ailə üzvü bu cür haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hərəkətlərə münasibətdə Qəbul edən dövlətdə mülki və ya inzibati yurisdiksiyadan immunitetə malik olmur; və
b) Göndərən dövlət bu cür haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi zamanı cinayət əməli törətməkdə təqsirləndirilən ailə üzvünün cinayət yurisdiksiyasından immunitetinin ləğv edilməsinə dair Qəbul edən dövlətin istənilən sorğusuna ciddi diqqət yetirir. İmmunitet ləğv edilmədiyi və Qəbul edən dövlətin fikrincə, məsələ ciddi olduğu halda, Qəbul edən dövlət ailə üzvünün ölkədən xxxx çağırılmasını sorğu edə bilər.
Maddə 5
1. Qəbul edən dövlətin vergi və sosial sığorta qanunvericiliyinə uyğun olaraq, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul xxxx ailə üzvləri fəaliyyətləri müqabilində əldə etdikləri və mənbəyi bu dövlətdə xxxx gəlirdən bütün vergiləri və sosial sığorta haqqını ödəməlidirlər.
2. Bu Sazişə əsasən haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul xxxx ailə üzvlərinə Qəbul edən dövlətin sosial sığorta qanunvericiliyi tətbiq olunur.
Maddə 6
Bu Saziş xaricdə əldə edilmiş titulların və ya dərəcələrin avtomatik tanınmasını nəzərdə tutmur. Bu cür tanınma Qəbul edən dövlətdə bu məsələləri tənzimləyən qüvvədə xxxx qaydalara uyğun olaraq təmin edilə bilər. Xxxxx şəxsin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olarkən nümayiş etdirməli olduğu şəxsi keyfiyyətlərlə, peşəkar və ya digər hazırlıqla bağlı hər hansı hüquqi və ya digər tələblərdən azadetməni nəzərdə tutmur.
Maddə 7
1. İş icazəsi bu icazənin benefisiarının ailə üzvü statusu başa çatan kimi və ya müqavilə öhdəliklərinin bitməsi tarixində və ya istənilən halda benefisiarın ailə üzvü olduğu əməkdaşın təyinatı başa çatdığı halda ləğv edilir.
2. Ailə üzvünün bağladığı istənilən əmək müqaviləsinə iş icazəsinin dayandırılması ilə bağlı olaraq müqavilənin ləğv edilməsi barədə müddəa daxil edilir.
Maddə 8
Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı istənilən fikir ayrılığı Tərəflər arasında diplomatik vasitələrlə həll
edilir.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə hər hansı əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və Sazişin 10- cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 10
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili hüquqi prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonra otuzuncu (30-cu) gün qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə qüvvədə qalır.
3. Tərəflərdən hər biri bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə istənilən zaman diplomatik kanallar vasitəsilə yazılı bildiriş verə bilər. Ləğvedilmə bu cür bildiriş alındıqdan doxsan (90) gün sonra qüvvəyə minir.
Ankara şəhərində 15 mart 2016-cı il tarixində, Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında 2016-cı il xxxxxx 15-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2016-cı il
№ 876
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi,
məhkəmə ekspertizası sahəsində əlaqələrin inkişaf etdirilməsinə səy göstərərək,
mövcud dostluq və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olduğuna razılaşaraq, məhkəmə ekspertizasından və kriminalistikanın müasir metod və üsullarından fəal istifadə etməklə, cinayətkarlığa qarşı mübarizəni gücləndirmək arzusu ilə,
hüquq və hüquq mühafizə fəaliyyəti sahəsində gələcək münasibətləri möhkəmləndirmək məqsədi ilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Saziş əsasında Tərəflərin məqsədi məhkəmə ekspertizası üzrə birgə xxxx tədqiqatların aparılması, məhkəmə ekspertizasının mövcud metodlarının təkmilləşdirilməsi və yenilərinin işlənilməsi, məhkəmə ekspertizası və məhkəmə ekspertizasının standartlaşdırılması üzrə təcrübə mübadiləsi, məhkəmə ekspertizası mütəxəssislərinin əlavə ixtisaslaşma tədbirlərinin təşkil edilməsidir.
Maddə 2
Hazırkı Saziş əsasında Tərəflərin məhkəmə ekspertizası sahəsində əməkdaşlığı bilavasitə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsizlik üzrə Baş Direktorluğunun Məhkəmə Ekspertizası İdarəsi və Jandarma Məhkəmə Ekspertizası İdarəsi arasında həyata keçirilir.
Maddə 3
Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq və öz səlahiyyətləri çərçivəsində, aşağıda qeyd olunan sahələrdə əməkdaşlıq edirlər:
1. xxxx metodika və informasiya üzrə tədbirlərin təşkili, məhkəmə ekspertizası və kriminalistika sahəsində birgə xxxx tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması və məhkəmə eksperizası ilə əlaqədar metod və materialların mübadiləsi üzrə xxxx-praktiki tədbirlərin təşkili;
2. Tərəflərdən birinin sorğusu əsasında məhkəmə ekspertizası sahəsində məhkəmə ekspertizasının metodika və üsullarının tətbiq edilməsi və təkmilləşdirilməsi üzrə əməkdaşlıq edilməsi, məhkəmə ekspertizası praktikasında yeni metodların tətbiq edilməsi üzrə mütəxəssis dəstəyinin və əlaqələndirmənin təmin olunması;
3. mütəxəssislərin xxxxx və bacarıqlarının tətbiqi ilə bağlı vərdişlərə yiyələnməsi üçün imkan yaradılması, məhkəmə ekspertizasının yeni ixtisaslaşma sahələrinin təqdim edilməsi və mütəxəssislərin ixtisaslarının artırılması;
4. məhkəmə ekspertizası fəaliyyətində keyfiyyətin təmin olunması üçün test və tədbirlərin keçirilməsi, məhkəmə ekspertizası üzrə ekspertlərdən ibarət birgə işçi qrupların yaradılması, beynəlxalq tədbirlər ilə bağlı fəaliyyətin həyata keçirilməsi;
5. Tərəflərin hazırladığı yeni məhkəmə ekspertizası metodlarının və texniki vasitələrin test və nəzarət işləri;
6. xxxx işlərdə və məhkəmə ekspertizasında bir-birinə xxxx metodologiyanın, konsultasiyanın və texniki yardımın təmin edilməsi.
Maddə 4
Bu Saziş çərçivəsində edilən sorğunun yerinə yetirilməsindən irəli gələn xərcləri, Tərəflər başqa şəkildə razılığa gəlmədiyi təqdirdə, sorğu edilən Tərəf ödəyir.
Maddə 5
Tərəflər başqa şəkildə razılığa gəlmədiyi təqdirdə, görüşlər və təlimlərlə bağlı xərcləri ev xxxxxx xxxx Tərəf, nümayəndə heyətlərinin beynəlxalq səfər və qalma xərclərini işə göndərən Tərəf ödəyir.
Maddə 6
Hazırkı Sazişdə nəzərdə tutulan məsələlərlə bağlı yarana biləcək istənilən fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 7
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi xxxx və bu Sazişin 8-ci maddəsinə uyğun olaraq qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 8
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birinə göndərdiyi sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş 5 il müddətinə qüvvədə qalır. Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə 6 ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş göndərməzsə, Saziş avtomatik olaraq birillik müddətlərə uzadılır.
Ankara şəhərində 15 mart 2016-cı il tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətndən istifadə edilir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikasının |
Ədliyyə Nazirliyi | Daxili İşlər Nazirliyi |
adından | adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Bakı şəhəri, 3 fevral 2014-cü il
№ 892-IVQ
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti,
hər iki Tərəfin suverenliyinə, bərabərliyinə və maraqlarına qarşılıqlı hörmət göstərilməsi prinsipləri çərçivəsində iki dövlətdə sülh şəraitində rifahı və sabitliyi təşviq etmək üçün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq əlaqələrini gücləndirmək və inkişaf etdirmək məqsədi ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi niyyətini ifadə edərək,
beynəlxalq terrorçuluq və beynəlxalq mütəşəkkil cinayətkarlıq aktlarının artmasından narahat olaraq,
öz vətəndaşlarını və ölkələrində xxxx digər şəxsləri tenor aktlarından və digər cinayət aktlarından səmərəli şəkildə qorumaq prinsipinə uyğun olaraq,
terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini təsdiqləməklə, bu sahədə əlaqələrin gücləndirilməsinə səy göstərərək,
hər iki Tərəfin milli qanunvericiliyini və beynəlxalq öhdəliklərini nəzərə alaraq,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində müəyyən edilən əsas prinsipləri, o cümlədən insan hüquqlarının qorunmasının nəzərə alaraq,
dövlətlərin suverenliyi və bərabərliyi prinsipinə hörmət edərək və hər iki Tərəf arasında gələcək dostluq əlaqələrinin daha da gücləndirilməsi niyyəti ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Əməkdaşlıq öhdəliyi
1. Tərəflər, qüvvədə olan milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq, transmilli cinayətkarlıq, xüsusilə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, insan xxxxxx, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizədə əməkdaşlıq edirlər.
Maddə 2
Əməkdaşlıq sahələri
1. Tərəflər öz imkanları çərçivəsində, aşağıda göstərilənlər də daxil olmaqla, xxxxx bunlarla mədudlaşmayaraq, cinayətlərin qarşısının alınması və istintaqının aparılması məqsədi ilə əməkdaşlıq edirlər:
a) çirkli pulların yuyulması, kibercinayətlər, mədəni və təbii sərvətlərin qaçaqmalçılığı da daxil olmaqla transmilli mütəşəkkil cinayətkarlıq;
b) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz olaraq istehsal edilməsi və dövriyyəsi;
c) insan xxxxxx və qanunsuz miqrasiya;
d) silahların, sursatların, partlayıcı maddələrin, nüvə, radioaktiv və toksik maddələrin qeyri-xxxxxx xxxxxx;
e) pul, pasport, viza və digər rəsmi sənədlərin saxtalaşdırılması;
f) iqtisadi cinayətlər.
2. Tərəflər həmçinin qüvvədə olan milli qanunvericiliklərinə və tətbiq oluna bilən beynəlxalq müqavilələrdən və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn beynəlxalq öhdəliklərə uyğun olaraq, terror aktlarının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq edirlər. Bu kontekstdə:
a) Tərəflər öz əraziləri daxilində digər Tərəfin vətəndaşlarına və onun təhlükəsizliyinə qarşı yönələn terror aktlarının hazırlanmasının və həyata keçirilməsinin qarşısını almaq məqsədi ilə effektiv tədbirlər görürlər. Onlar digər Tərəfin sorğusu əsasında hər bir sahədə terror aktına dair bütün növ məlumat və sənədləri təqdim edirlər.
b) Terrorçuluqla mübarizə sahəsində əməkdaşlıq xüsusilə Tərəflərin təhlükəsizliyinə təsir edən terrorçu təşkilatlar, onların fəaliyyət üsulları, terror aktları, terrorçuluğun maliyyələşdirilməsi və terrorçuluqla mübarizədə istifadə olunan texnika və metodlar barədə məlumat, kəşfiyyat, qiymətləndirmə və operativ əməkdaşlığı əhatə edir.
c) Terrorçuluqla mübarizədə Tərəflər öz ərazilərində digər Tərəfin əleyhinə fəaliyyət göstərən terrorçu təşkilatların və onların öncül institutlarının görüntülü və yazılı mətbuat orqanlarının fəaliyyətinin qarşısını alırlar. Tərəflər onları qanunsuz təşkilatlar hesab edirlər və milli qanunvericiliklərinə uyğun olaraq bununla əlaqədar müvafiq tədbirlər görürlər.
d) Tərəflər öz ərazilərində terror təşkilatlarmı maliyyə və ya sığınacaq, yaşayış, təlim, müalicə və təchizat təminatları daxil olmaqla digər formada dəstəkləyən şəxslərə və ya təşkilatlara qarşı səmərəli mübarizə tədbirlərini hazırlayır və həyata keçirirlər.
e) Tərəflər girov götürmə və nəqliyyat vasitələrinin qaçırılması da daxil olmaqla terrorçuluğun qarşısının alınması və onunla mübarizə sahəsində üsullara dair məlumat və təcrübə mübadiləsi aparır və yuxarıda göstərilən məsələlərlə bağlı qarşılıqlı araşdırma həyata keçirilər.
f) Tərəflər terrorçuluqla mübarizədə istifadə olunan silah, avadanlıq və texniki qurğularla bağlı məlumat və təcrübə mübadiləsi həyata keçirirlər. Onlar terrorçuluqla mübarizəyə məsul xxxx qurumların şəxsi heyətinə qarşılıqlı təlimlər keçir və bu istiqamətdə terrorçuluğun xarakteri, dinamikası və formalarının təhlil olunması sahəsində əməkdaşlıq edərək təlim, seminar və məsləhətləşmə yığıncaqları təşkil edirlər.
g) Tərəflər terrorçu təşkilatlar tərəfindən terror aktlarının hazırlanması və təşkil olunmasında istifadə oluna bilən texnoloji avadanlıqların, bütün növ silah və sursatların daşınmasını müşahidə etməklə, qeyd olunan avadanlıqların terrorçu təşkilatlar tərəfindən əldə olunmasının qarşısının alınması məqsədi ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparırlar.
3. Tərəflər bu Saziş çərçivəsində birgə fəaliyyətlərinin həyata keçirilməsi və əlaqələndirilməsinin səmərəliliyinin artırılması məqsədi ilə əlaqələndirici zabitlərini qarşılıqlı olaraq təyin edə bilərlər.
4. Tərəflər daxili xidməti hazırlıq, əsas polis təlimləri, bakalavr təhsili və doktorluq proqramları üzrə sahələrdə əməkdaşlıq edə bilərlər.
Maddə 3
Əməkdaşlıq prosedurları
Tərəflər, əməkdaşlıq çərçivəsində, bu Sazişin 2-ci maddəsinin həyata keçirilməsi məqsədi ilə və milli qanunvericiliyə uyğun olaraq:
a) transmilli cinayətkarlıq, terror aktlarının və terrorçu qrupların qarşısının alınması və onlarla mübarizə aparılması məqsədi ilə planlaşdırılmış və ya törədilmiş cinayət hadisələri və cinayət təşkilatlarının strukturu, tərkibi, xarici əlaqələri, cinayətlərin fabulası barədə əməliyyat məlumatlarının mübadiləsini aparırlar;
b) öz milli qanunlarına uyğun olaraq birgə polis əməliyyatlarını həyata keçirməklə bağlı razılığa gəlirlər. Müvafiq əməliyyat prosedurları hər iki Tərəfin bu Sazişin 6-cı maddəsində göstərilən səlahiyyətli orqanları tərəfindən razılaşdırılmalıdır;
c) qüvvədə xxxx müvafiq milli qanunvericiliklərinə uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz istehsal və dövriyyəsinin qarşısının alınması və onlara qarşı mübarizə aparılması istiqamətində tədbirlər görürlər;
d) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanuni dövriyyəsinə nəzarət sahəsində təcrübə mübadiləsi aparır və bu sahədə sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər görürlər. Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, istehsal və emal yerləri və üsulları, gizlədilmə üsulları daxil olmaqla, qaçaqmalçıların istifadə etdikləri kanal və vasitələr, həmçinin təhlil metodları ilə bağlı məlumatları mübadilə və təhlil edirlər;
e) bu Sazişdə əhatə olunan cinayətlərlə əlaqəli şəxslərin, əşya və pul vəsaitlərinin müəyyən olunması və aşkar edilməsi məqsədi ilə əməliyyat məlumatlarını mübadilə edirlər;
f) nəzarətli çatdırılmalar və gizli əməliyyatlar kimi xüsusi təhqiqat texnikalarının və metodlarının həyata keçirilməsi üçün zəruri tədbirlərin əlaqələndirilməsi məqsədi ilə əməkdaşlıq edirlər;
g) yetkinlik yaşına çatmayanların hüquq pozuntuları və uşaqlara qarşı törədilən cinayətlərlə mübarizədə istifadə edilən və təkmilləşdirilən texnika və metodlarla bağlı məlumat mübadiləsi aparırlar;
h) mövcud miqrasiya siyasətləri, praktikaları və təcrübələri, o cümlədən bu təcrübələrin qanunsuz miqrasiyaya təsirləri ilə bağlı məlumat mübadiləsi aparırlar;
i) əsas qanunsuz miqrasiya axınları, qanunsuz miqrantlar tərəfindən istifadə edilən marşrutlar, metodlar və nəqliyyat vasitələri ilə bağlı məlumat mübadiləsinin aparılması yolu ilə əməkdaşlıq edirlər. Həmçinin, Tərəflər müvafiq risklərin qiymətləndirilməsinə dair hesabatların mübadiləsini də apara bilərlər;
j) saxta sənədləri aşkar etmək məqsədi ilə pasport və digər səyahət sənədləri, vizalar, həmçinin giriş-çıxış möhürləri ilə bağlı məlumat mübadiləsini həyata keçirməklə əməkdaşlıq edirlər;
k) bu Sazişin 4-cü maddəsində nəzərdə tutulan sorğuların icrası sahəsində əməkdaşlıq edirlər;
l) qüvvədə olan milli qanunvericiliklərinə, qoşulduqları digər müvafiq beynəlxalq konvensiyalara və bu Sazişin məqsədlərinə uyğun olaraq işlənilən digər tədbirləri həyata keçirirlər;
m) bu Sazişin 6-cı maddəsində qeyd olunan səlahiyyətli qurumları vasitəsilə qarşılıqlı təlimlər və kurslar təşkil edilməsi sahəsində əməkdaşlıq edirlər.
Maddə 4
Yardım və icra sorğuları
1. Bu Saziş çərçivəsində əməkdaşlıq müvafiq səlahiyyətli orqanlar tərəfindən verilən yardım haqqında sorğu vasitəsilə və ya qeyd olunan yardımı digər səlahiyyətli orqanın marağına uyğun hesab edən səlahiyyətli orqanın təşəbbüsü əsasında həyata keçirilir.
2. Digər Tərəf üçün maraqlı olduğuna inanmaq üçün əsas olduqda məlumat həmin digər Tərəfə hər hansı sorğu edilmədən ötürülə bilər.
3. Yardım haqqında sorğu yazılı qaydada təqdim edilir. Fövqəladə hallarda sorğu şifahi şəkildə edilə, xxxxx yeddi (7) gündən gec olmayaraq mümkün qədər tez bir zamanda yazılı olaraq təsdiq edilməklə ötürülə bilər.
4. Yardım sorğusu aşağıdakıları özündə ehtiva edir:
a) yardım haqqında sorğu edən Tərəfin qurumunun adı və yardım haqqında sorğunun ünvanlandığı Tərəfin qurumunun adı;
b) hadisə ilə bağlı təfərrüatlı məlumat;
c) sorğunun məqsəd və səbəbləri;
d) sorğu edilən yardımın təsviri;
e) təcililik səviyyəsi;
f) sorğunun səmərəli icrasına yardım edə biləcək əlavə məlumatlar.
5. Yardım sorğusunun yerinə yetirilməsi və ya əməkdaşlıq fəaliyyəti Tərəflərdən birinin suverenliyini və ya təhlükəsizliyini təhdid etdiyi, yaxud milli qanunvericiliyi, beynəlxalq öhdəlikləri və ya digər əsas maraqlarına zidd olduğu təqdirdə, həmin Tərəf sorğunun icrasından tamamilə və ya qismən imtina edə və ya həmin sorğunu müvafiq şərtlər əsasında icra edə bilər.
6. Sorğu edilən Tərəf sorğunun mümkün qədər tez və tam şəkildə icra edilməsi üçün zəruri tədbirləri həyata keçirir.
7. Sorğunun yerinə yetirilməsi zamanı sorğu edilən Tərəfin qanunvericiliyi tətbiq edilir.
8. Zərurət yarandığı təqdirdə, sorğu edilən Tərəf sorğunun müvafiq icrası üçün sorğu edən Tərəfdən əlavə məlumat tələb etmək səlahiyyətinə malikdir.
9. Əgər sorğu edilən Tərəf sorğunun dərhal icra olunmasının öz ölkəsində başladılan cinayət təqibinə təsir göstərəcəyini düşünürsə, sorğu edilən Tərəf sorğunun icrasını təxirə sala və ya icranı sorğu verən Tərəflə aparılan məsləhətləşmələr nəticəsində müəyyən edilmiş şərtlərə uyğun olaraq yerinə yetirə bilər. Sorğu edən Tərəf təklif olunan şərtlərdə yardım etməyə razılıq verdiyi təqdirdə, bunu yerinə yetirməlidir.
10. Sorğu edilən Tərəfin milli qanunvericiliyində digər vaxt məhdudiyyətləri müəyyən edilmədiyi halda, sorğunun qəbul edildiyi tarixdən etibarən 30 gün müddətində sorğu edilən Tərəfin səlahiyyətli orqanı tərəfindən sorğunun icrasına dair nəticələr barədə məlumatlar sorğu edən Tərəfə bildirilir.
11. Xxxxxx haqqında sorğunun tam və ya qismən rədd edilməsi zamanı, sorğu edilən Tərəf onun rədd edilmə səbəblərini sorğu edən Tərəfə bildirir.
Maddə 5
Məlumat və sənədlərin istifadə edilməsi ilə bağlı məhdudiyyətlər
1. Tərəflər bu Saziş çərçivəsində ötürülmüş ümumi və şəxsi məlumatlardan, müvafiq daxili qanunvericiliyə və Tərəflərin qoşulduqları insan hüquqları üzrə müqavilələrə uyğun olaraq, insan hüquqlarına riayət etməklə, müstəsna şəkildə bu Sazişdə nəzərdə tutulan məqsədlər üçün istifadə olunacağına dair razılığa gəlirlər.
2. Tərəflər arasında mübadilə edilən şəxsi məlumatlar, xüsusilə həssas məlumatlar, Tərəflərin məlumat və informasiya haqqında daxili qanunlarına uyğun olaraq, milli məlumatlara tətbiq olunan standartlarla mühafizə olunur.
3. Bu Sazişin məqsədlərinə uyğun olaraq Tərəflər həssas və şəxsi məlumatlar onların təsadüfi və ya qeyri qanuni məhv olması, təsadüfən itməsi və ya açıqlanması, icazəsiz dəyişdirilməsi və ya istənilən formada icazəsiz istifadəsi kimi hallardan qorumaq üçün zəruri texniki və təşkilati tədbirləri görürlər. Tərəflər xüsusilə yalnız şəxsi məlumatlara çıxışı xxxx şəxslərin bu məlumatları əldə edə bilməsini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər.
4. Bu Sazişə əsasən istənilən məlumat və sənədlər onları təqdim edən səlahiyyətli orqanın əvvəlcədən razılığı olmadan üçüncü tərəfə açıqlanmır.
5. Bu Saziş çərçivəsində əldə olunmuş məlumatlar səhv və ya natamam olduqda, və ya onların toplanması və sonrakı emalı bu Sazişə və ya təqdim edən Tərəfin tətbiq oluna bilən qaydalarına zidd olduqda, məlumatı xxxx Tərəf məlumatı təqdim edən Tərəfin sorğusu əsasında milli qanunvericiliyə uyğun olaraq məlumatların istifadəsinin dayandırılması, düzəliş edilməsi və silinməsi öhdəliyini daşıyır.
6. Tərəflərdən biri bu Saziş çərçivəsində digər Tərəfdən aldığı məlumatların düzgün olmadığını müəyyən etdiyi təqdirdə, bu məlumatlara yanlışlıqla etibar edilməsinin qarşısının alınması məqsədi ilə, xüsusilə də belə məlumatlara əlavələr edilməsi, onların silinməsi və ya onlara düzəliş edilməsi daxil olmaqla, bütün zəruri tədbirləri həyata keçirir.
7. Tərəflərin hər biri bu Saziş çərçivəsində digər Tərəfə təqdim edilən və ya digər Tərəfin təqdim etdiyi məlumatların səhv və ya etibarsız olduğunu və yaxud ciddi şübhəyə səbəb olacağını müəyyən etdiyi təqdirdə, digər Tərəfi bu barədə məlumatlandırır.
Maddə 6
Sazişin həyata keçirilməsində səlahiyyətli orqanlar
1. Bu Sazişi həyata keçirməsi üçün səlahiyyətli orqanlar aşağıdakılardır:
a) Azərbaycan tərəfindən: 1. Daxili İşlər Nazirliyi;
2. Milli Təhlükəsizlik Nazirliyi.
b) Türkiyə tərəfindən: Daxili İşlər Nazirliyi.
2. Bu Sazişin qüvvəyə minməsindən sonra 30 gün ərzində Tərəflər bu Sazişin müddəalarının həyata keçirilməsi və müvafiq kommunikasiya kanallarının yaradılması məqsədi ilə bu əlaqələrin birbaşa qurulması üçün səlahiyyətli milli orqanların siyahısını mübadilə edirlər.
3. Tərəflər bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədi ilə birbaşa əlaqələrin qurulması üçün səlahiyyətli milli orqanların siyahısında yarana bilən hər hansı dəyişiklik barədə bir-birini dərhal məlumatlandırırlar. Tərəflər həmçinin kommunikasiya kanallarında baş verən dəyişikliklər barədə də bir-birini məlumatlandırırlar.
4. Tərəflər yuxarıda göstərilən səlahiyyətli milli orqanlarla yanaşı, beynəlxalq və regional təşkilatlar, əlaqələndirici zabitlər və bu Sazişin ehtiva etdiyi cinayətlər üzrə digər mütəxəssislər vasitəsilə də əməkdaşlıq edirlər.
Maddə 7
Görüşlər və məsləhətləşmələr
1. Bu Sazişin həyata keçirilməsini daha da asanlaşdırmaq məqsədi ilə səlahiyyətli orqanların nümayəndələri, zəruri olduğu təqdirdə, bu Sazişə əsasən irəliləyişi qiymətləndirmək, həmçinin əməkdaşlığı təhlil ətmək və genişləndirmək məqsədi ilə ikitərətli görüşlər və məsləhətləşmələr keçirə bilərlər.
2. Görüşlər növbə ilə Azərbaycanda və Türkiyədə keçirilir.
Maddə 8
Mübahisələrin həlli
Bu Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar ortaya çıxan mübahisəli məsələlər 6-cı maddədə göstərilən səlahiyyətli orqanlar arasında dostcasına məsləhətləşmələr və diplomatik kanallarla həyata keçirilən danışıqlar vasitəsilə həll edilir.
Maddə 9
Bu Sazişin digər beynəlxalq müqavilələrlə əlaqəsi
Bu Saziş Tərəflərin digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirmir.
Maddə 10
Xərclər
1. Tərəflər arasında yazılı şəkildə başqa cür razılıq əldə olunmadığı təqdirdə, bu Saziş çərçivəsində hər hansı sorğunun həyata keçirilməsindən yaranan xərclər sorğu edilən Tərəfin hesabına ödənilir. Sorğunun icrası ilə əlaqədar nəzərə çarpacaq dərəcədə və ya əlavə xərclərin tələb olunduğu təqdirdə, səlahiyyətli orqanlar sorğunun həyata keçirilməsi ilə əlaqədar şərt və müddəaları, o cümlədən xərclərin bölüşdürülməsi vasitələrini müəyyən etmək üçün bir-biri ilə məsləhətləşmələr aparırlar.
2. Başqa cür razılıq əldə olunmadığı təqdirdə, görüşlərlə bağlı yaranmış xərclər qəbul edən Tərəfin hesabına nümayəndə heyətlərinin beynəlxalq səfər və qalma xərcləri isə göndərən Tərəfin hesabına ödənilir.
Maddə 11
Əməkdaşlıq zamanı istifadə ediləcək dil
Bu Saziş çərçivəsində əməkdaşlıq məqsədi ilə Tərəflər özlərinin rəsmi dillərindən istifadə edir və sorğu edilən Tərəfin rəsmi dilində xxxx tərcümələri əlavə edirlər və ya ingilis dilindən istifadə edirlər.
Maddə 12
Yekun müddəalar
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.
3. Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsini təşkil edən ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 12-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan qaydada qüvvəyə minir.
Bunun təsdiqi olaraq, bu Saziş hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş, aşağıda imza edən şəxslər tərəfindən Ankara şəhərində 2013-cü il 13 noyabr tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında” 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il
№ 894-IVQ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş yükdaşımalar haqqında
SAZİŞ
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti,
beynəlxalq yükdaşımaların həyata keçirilməsinin asanlaşdırılmasını arzu edərək,
Razılığa gələn Tərəflər arasında ticarət münasibətlərinin inkişaf etdirilərək dəstəklənməsində beynəlxalq yükdaşımalar üzrə əməkdaşlığın mühüm şərt olduğunu nəzərə alaraq,
avtomobil yükdaşımalarına iqtisadi, sosial və ekoloji cəhətdən əlverişli alternativlərin təşkil edilməsi məqsədi ilə, eləcə də ətraf mühitin qorunması baxımından dəmiryol və su nəqliyyatı sisteminin inkişafının əhəmiyyətini dərk edərək,
beynəlxalq yükdaşımalar həyata keçirilməsinin asanlaşdırılmasında kombinə edilmiş yükdaşımalar sisteminin yüksək potensiala malik olduğuna əmin olaraq, beynəlxalq yükdaşımaları tənzimləyən beynəlxalq sazişlərə istinad edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Sazişin əhatə dairəsi
(1) Bu Saziş Razılığa gələn Tərəflərdən birinin dövlətinin ərazisində qeydiyyata alınan daşıyıcılar tərəfindən yola düşmə və ya təyinat məntəqələri ərazilərində yerləşən Razılığa gələn digər Tərəf arasında və onların ərazilərindən tranzitlə dəmiryol, su və avtomobil nəqliyyatından istifadə etməklə həyata keçiriləcək beynəlxalq kombinə edilmiş yükdaşımalar sahəsində tətbiq edilir.
(2) Bu Saziş Razılığa gələn Tərəflərin iştirak etdikləri digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 2
Təriflər
Bu Sazişin məqsədləri üçün göstərilən terminlər aşağıdakı mənalan ifadə edir:
a) intermodal yükdaşımalar - bir neçə nəqliyyat növündən istifadə edilməklə, yüklərin özləri əməliyyata cəlb edilmədən, eyni nəqliyyat xxxxxx və ya vasitəsilə ardıcıl olaraq daşınmasıdır;
b) kombinə edilmiş yükdaşımalar - intermodal daşımaların əsas hissəsinin dəmiryol və ya su nəqliyyatı ilə həyata keçirildiyi, başlanğıc və son daşıma mərhələlərində avtomobil yolundan mümkün qədər qısa istifadə edildiyi daşıma sistemidir;
c) yol-nəqliyyat vasitəsi - yüklərin avtomagistral yolu ilə daşınması üçün hazırlanmış və ya quraşdırılmış və Razılığa gələn Tərəflərdən birinin dövlətinin ərazisində qeydiyyata alınmış hər hansı bir mühərrikli və ya mühərriksiz nəqliyyat vasitəsidir. Avtomobilin və ya dartıcının Razılığa gələn Tərəflərdən birinin dövlətinin
ərazisində qeydiyyata alınan qoşqu və ya yarımqoşqu ilə birləşdirilməsi, yəni "kombinə edilmiş yol nəqliyyat vasitəsi" də yol-nəqliyyat vasitəsi hesab olunur;
d) intermodal/kombinə edilmiş yükdaşıma xxxxxx - intermodal daşımalar üçün xxxxx xxxx istənilən növ konteyner (uzunluğu 20 futdan az olmamaqla), dəyişdirilən ban (swap body), yarımqoşqu və ya qoşqu, xxx avtomobili və ya vaqondur;
e) kombinə edilmiş xxx terminalı - daşıma üsulunun dəyişdirilə bildiyi dəmiryol şəbəkəsi və ya daxili su yolu/dəniz limanı sahəsidir;
f) kombinə edilmiş xxx terminalına/terminalından həyata keçiriləcək daşıma - intermodal/kombinə edilmiş yükdaşıma vahidinin dövlət sərhəd-keçid məntəqəsindən və ya Razılığa gələn Tərəflərdən birinin ərazisindəki yükləmə məntəqəsindən hərəkət marşrutu üzrə ən yaxın dəmiryol terminalına və ya limana və dəmiryol terminalından və ya limandan hərəkət marşrutu üzrə ən yaxın dövlət sərhəd-keçid məntəqəsinə və ya yüklərin təyinat məntəqəsinə qədər avto-magistral yolu ilə daşınmasıdır;
g) müşayiətli kombinə edilmiş daşımalar - sürücü tərəfindən müşayiət edilən yol-nəqliyyat vasitələrinin digər daşıma vasitələri ilə daşınmasıdır;
h) müşayiətsiz kombinə edilmiş daşımalar - sürücü tərəfindən müşayiət edilməyən avtomagistral vasitələrinin digər daşıma vasitələri ilə daşınmasıdır;
i) icazə - Razılığa gələn Tərəflərdən birinin avtonəqliyyat vasitəsinə digər Tərəfin dövlətinin ərazisinə daxil olmaq/ərazisindən çıxmaq və ya Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisindən tranzitlə keçmək hüququ verən sənəddir;
j) xüsusi icazə - iriqabaritli, ağırçəkili nəqliyyat vasitələri ilə daşımaları yerinə yetirməyə, həmçinin ərazisində daşımanın həyata keçirildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq, təhlükəli yükün daşınmasına hüquq verən sənəddir;
k) güzəştli icazə - kombinə edilmiş daşımalardan istifadə edilməsi nəticəsində yol yığımını/rüsumunu/yol keçid ödənişini ödəmədən yüklərin daşınmasına imkan verən icazə sənədidir;
1) Razılığa gələn Tərəfin ərazisi - Azərbaycan Respublikasının ərazisi və Türkiyə Respublikasının ərazisidir;
m) Qarışıq Komissiya - bu Sazişin 8-ci maddəsinə uyğun olaraq təsis edilmiş Beynəlxalq kombinə edilmiş daşımalar üzrə Qarışıq Komissiyadır;
n) daşıyıcı - Razılığa gələn Tərəflərdən birinin dövlətinin ərazisində qeydiyyata alınmış və qeydiyyata alındığı ölkədə qüvvədə olan milli qanunvericiliyə və qaydalara müvafiq olaraq kirayə götürməklə, haqqı ödənilərək və ya öz hesabına beynəlxalq sərnişin və yüklərin daşınmasını həyata keçirmək hüququna xxxxx xxxx hər hansı fiziki və ya hüquqi şəxsdir;
o) nəqliyyat vasitələrinin maksimum kütləsi - nəqliyyat vasitələrinin yüklə və ya yüksüz icazə verilən kütləsidir.
Maddə 3
Səlahiyyətli orqanlar
Bu Saziş üzrə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır:
Azərbaycan tərəfindən - Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi; Türkiyə tərəfindən - Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi.
Maddə 4
Müşayiətli kombinə edilmiş yükdaşımalar
(1) Razılığa gələn Tərəflərdən birinin dövlətinin ərazisində qeydiyyata alınmış nəqliyyat vasitələri ilə dövlət sərhəd-keçid məntəqəsindən və ya Razılığa gələn Tərəfin birinin dövlətinin ərazisində yerləşən yükləmə məntəqəsindən başlayaraq hərəkət marşrutu üzrə digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində yerləşən kombinə edilmiş xxx terminalına qədər yüklərin daşınması maneəsiz həyata keçirilir və Razılığa gələn Tərəflərlərin dövlətlərinin səlahiyyətli orqanlarının razılaşdığı məsafədə nəqliyyat vasitələri yol rüsumlarından/yol yığımlarından azad edilirlər.
(2) Bu maddənin 1-ci bəndində qeyd olunan məsafə həddi aşıldıqda, daşıma Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının verdiyi əlavə icazə əsasında həyata keçirilir. Burada (həmin icazədə) müvafiq olaraq yol rüsumlarının/yol yığımlarının ödənilməsi və ya ödənilməməsi ilə bağlı qeydlərin yalnız kombinə edilmiş daşımalara aid olması və yalnız bu növ daşımalarda etibarlılığı göstərilir.
(3) Yüklərin bu maddənin 2-ci bəndində göstərilən müşayiətli kombinə edilmiş daşımalarına verilən "güzəştli icazələrin kvotası (növü və miqdarı) Razılığa gələn Tərəflər arasında qarşılılıq prinsipi əsasında Qarışıq Komissiyanın toplantılarında müəyyən edilir.
(4) Yüklərin daşınmasına verilən "güzəştli icazə" hər il üçün Qarışıq Komissiyanın toplantısında müzakirə edilir və razılaşdırılır. Bu icazəyə ediləcək hər hansı dəyişiklik Razılığa gələn Tərəflərin daşımalarla bağlı tələbatlan nəzərə alınmaqla həyata keçirilir.
(5) Razılığa gələn Tərəflər beynəlxalq normalara uyğun olaraq, dəmiryol platforma vaqonlarına yüklənmiş avtonəqliyyat vasitələrinin daşınmasını həyata keçirəcək Ro-La dəmiryol qatarının sərhəd məntəqələrində 30 dəqiqədən artıq boş dayanmasına yol verməməyə cəhd göstərəcəklər.
Maddə 5
Müşayiətsiz kombinə edilmiş yükdaşımalar
(1) İntermodal daşımalar vahidinin Razılığa gələn Tərəflərdən birinin ərazisində yerləşən kombinə edilmiş xxx terminalından/terminalına daşınması yalnız müvafiq Razılığa gələn Tərəfin dövlətinin ərazisində qeydiyyatda xxxx xxx-nəqliyyat vasitələri tərəfindən həyata keçirilir.
(2) İntermodal nəqliyyat vahidinin Razılığa gələn Tərəflərdən birinin ərazisində yerləşən intermodal terminaldan/terminala daşınmasının digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində qeydiyyatda xxxx xxx- nəqliyyat vasitələri ilə yerinə yetirilməsi Razılığa gələn Tərəfin səlahiyyətli orqanın verdiyi əlavə icazə əsasında həyata keçirilə bilər.
(3) Daşıyıcı, yükgöndərən və ya kombinə edilmiş daşımalar üzrə şirkət müvəkkil olduğu təqdirdə, terminaldan/terminala müşayiətsiz daşımam həyata keçirə bilər.
(4) Belə daşımalar üçün istifadə edilə biləcək kombinə edilmiş xxx terminalları Qarışıq Komissiyanın toplantılarında müəyyən edilir.
Maddə 6
Sərhəddən keçmə
(1) Beynəlxalq yüklərin kombinə edilmiş nəqliyyat vasitələri ilə daşınması zamanı dəmiryol daşınmasını yerinə yetirən qatara və ya gəmiyə yüklənmiş yol-nəqliyyat vasitəsində qüvvədə xxxx beynəlxalq təlimatlara müvafiq olaraq tələb edilən digər sənədlərlə birgə kombinə edilmiş nəqliyyat vasitələri ilə daşınma hüququnu təsdiq edən icazə sənədi də olmalıdır.
Kombinə edilmiş yükdaşımanı həyata keçirmək hüququnu təsdiq edən sənədlər hər daşınma zamanı nəqliyyat vasitəsində saxlanılmalı və Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarının tələbi ilə təqdim olunmalıdır.
Belə sənədin olmadığı təqdirdə, nəqliyyat vasitəsi icazəsiz hesab edilir və sərhəddən buraxılmır.
İcazə sənədində reqlamentdən kənar hər hansı bir dəyişiklik və ya düzəlişin edilməsi sənədin ləğv olunması ilə nəticələnir. Belə icazələr müvafiq sənədlər verilməklə xxxx alınmalıdır.
(2) Yüklərin müşayiətli kombinə edilmiş yol-nəqliyyat vasitələri ilə daşınması zamanı dövlət sərhədlərinin keçid məntəqələrində səlahiyyətli orqanlar, bu Sazişin 4-cü maddəsinin 1-ci bəndinin tələblərinə riayət edildiyi təqdirdə, daşıyıcıya və ya xidmət operatoruna Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil xxxx xxxxx yüklərin kombinə edilmiş daşınmasını həyata keçirmək hüququnu təsdiq edən nəqliyyat sənədini təqdim edirlər. Razılığa gələn Tərəflərdən hər hansı birinin dövlətinin ərazisindən çıxan zaman yüklərin kombinə edilmiş daşınmasının həyata keçirilməsini təsdiq edən Razılığa gələn Tərəflərin təqdim etdikləri müvafiq sənədlərin (CIM-SMGS daşıma sənədi, qaimə və ya digər sənəd) istifadə olunacaq hər növ daşıma üçün bir ədəd olması zəruridir.
(3) Razılığa gələn Tərəflərdən birinin dövlətinin ərazisinə daxil olduğu və ya ərazisindən çıxdığı zaman yüklərin kombinə edilmiş daşınmasını həyata keçirən hüquqi və fiziki şəxslər, həmçinin nəqliyyat vasitələri daşman yüklərlə bərabər Razılığa gələn Tərəflərin milli qanunvericiliyinin müddəalarına uyğun olaraq nəzarətdən keçirilməlidir.
(4) Daşıyıcı və ya xidmət operatoru, eləcə də onların işçiləri Razılığa gələn Tərəflərin qüvvədə xxxx qanunvericilik və təlimatlarına riayət etməlidirlər.
M ad d ə 7
Kombinə edilmiş nəqliyyatla yükdaşımaların dəstəklənməsi və təşviq edilməsi
(1) Razılığa gələn Tərəflər, onların dəmiryol administrasiyaları, limanlarının rəhbərliyi, gəmiçilik şirkətləri, daşıma firmaları və kombinə edilmiş daşıma xidməti göstərən operatorları həmin daşıma növünün üstünlüklərini nəzərə alaraq, kombinə edilmiş yükdaşımaların təşviq edilməsi barədə razılığa gəldilər. Bu məsələlər Qarışıq Komissiyanın iclasında razılaşdırılır.
(2) Razılığa gələn Tərəflər, kombinə edilmiş daşımaları həyata keçirən dəmiryol, su, avtomobil nəqliyyatı daşımaları müəssisələrinin və kombinə edilmiş yükdaşıma xidməti göstərən operatorların həvəsləndirilməsinə, rəqabət səviyyəsinin və fəaliyyətlərinin yaxşılaşdırılmasına, həmçinin müşayiətsiz kombinə edilmiş daşımalardan istifadə olunması zamanı güzəştli (təşviqedici) tariflərin tətbiqinə kömək göstərirlər.
(3) Razılığa gələn Tərəflər kombinə edilmiş nəqliyyatın infrastrukrurunun inkişaf etdirilməsi məqsədi ilə özlərinin dəmiryol şirkətlərinə və limanlarına dəstək və kömək göstərirlər.
(4) Razılığa gələn Tərəflər kombinə edilmiş ikitərəfli yükdaşımaların kombinə edilmiş xxx terminalına/terminalından həyata keçirildiyi zaman şənbə, bazar və rəsmi bayram günlərində tətbiq olunan nəqliyyat məhdudiyyətlərinin aradan götürülməsi üçün lazımi tədbirlər görürlər.
(5) Razılığa gələn Tərəflər kombinə edilmiş daşımaların başlanğıc və son mərhələlərində kütləsi maksimum 44 xxxx qədər xxxx xxx avtomobillərinə zəruri şərait yaratmağa cəhd göstərirlər.
(6) Razılığa gələn Tərəflər kombinə edilmiş yükdaşımalarla bağlı sənədlərdə yoxlamaların sürətləndirilməsi üçün milli qanunvericilikləri ilə müəyyən olunmuş tədbirləri həyata keçirirlər.
(7) Razılığa gələn Tərəflər qarşılıqlı əməkdaşlıq edir və kombinə edilmiş daşımaların təşviq edilməsi üçün əlverişli şəraitin yaradılmasında bir-birlərinə kömək göstərirlər. Eyni zamanda, ümumi istifadədə xxxx marşrutların inkişafı üçün tədbirlər görürlər.
Maddə 8
Əməkdaşlıq və Qarışıq Komissiya
(1) Razılığa gələn Tərəflər bu Sazişin həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqanlar arasında istənilən faydalı məlumatın qarşılıqlı mübadiləsinə kömək göstərirlər.
(2) Razılığa gələn Tərəflərin hər birinin bu Sazişin icrası və tətbiqi ilə bağlı müvəkkil edilmiş və səlahiyyətli nümayəndələrindən ibarət Qarışıq Komissiya yaradılacaqdır. Bu Komissiya kombinə edilmiş daşımalar sahəsinin nümayəndələrinin də olduğu hər iki Razılığa gələn Tərəfin hökumət nümayəndələrindən ibarət olacaqdır.
(3) Qarışıq Komissiyanın ilk iclası təsdiq sənədlərinin mübadiləsindən sonra 3 ay ərzində həyata keçiriləcəkdir. Daha sonra Qarışıq Komissiyanın iclasları Razılığa gələn Tərəflərdən birinin təklifi ilə və ya ildə bir dəfə Tərəflərdən birinin ərazisində keçiriləcəkdir. Ev sahibi Razılığa gələn Tərəf və ya təklif edən Tərəf iclasdan ən azı iki həftə əvvəl iclasın gündəliyi haqqında məlumat verəcəkdir.
(4) Qarışıq Komissiya bu Sazişin icrası və tətbiqi ilə yanaşı, kombinə edilmiş daşımalar sahəsində Razılığa gələn Tərəflər arasında bütün problemlərin müzakirə edilməsinə və həll edilməsinə cəhd göstərməyə məsuldur. Qarışıq Xxxxxxxxx bu Sazişin hər hansı bir maddəsinə dəyişikliklər və əlavələr edilməsi barədə təkliflər verə bilər.
Maddə 9
Pozuntular
(1) Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları daşıyıcı/daşıma xidməti göstərən operator və ya onların işçiləri tərəfindən Razılığa gələn Tərəflərin ərazisində qüvvədə xxxx qaydaların, eləcə də bu Sazişin müddəalarının pozulmasına yol verildiyi qeydə alındığı təqdirdə, aşağıdakı tədbirləri görmək hüququna malikdirlər:
a) pozuntuya yol vermiş daşıyıcıya qüvvədə xxxx qaydalara riayət edilməsinin vacibliyi haqqında xəbərdarlıq etmək;
b) pozuntuya yol vermiş daşıyıcıya xüsusi və güzəştli icazələrin verilməsini dayandırmaq;
c) daşıyıcı və xidmət operatoru tərəfindən xüsusilə ağır pozuntuya yol verilərsə, daşıma lisenziyasını müvəqqəti olaraq dayandırmaq və ya bu fəaliyyətin həyata keçirilməsinə müvafiq qaydada qadağa qovmaq.
(2) Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları pozuntu ilə əlaqədar görülən tədbirlər haqqında məlumatların mübadiləsini aparırlar.
(3) Bu maddənin 1-ci və 2-ci bəndlərinin tələbləri, dövlətinin ərazisində müvafiq pozuntu baş vermiş Razılığa gələn Tərəfin milli qanunvericiliyinin tətbiq edilməsini istisna etmir.
Maddə 10
Məlumatların qorunması
(1) Razılığa gələn Tərəflər rəsmi statistik məlumat və hesabatlar istisna olmaqla, bu Sazişin tənzimlədiyi bütün göstəricilərin və məlumatların üçüncü ölkələrə icazəsiz yayılmaması üçün tədbir görəcəklərini bəyan edirlər.
(2) Zərurət yaranarsa, cinayət işinin istintaqı ilə əlaqədar bu qəbildən xxxx dəlil və məlumatlar dövlət hakimiyyəti orqanlarına, prokurorluğa və məhkəməyə təqdim oluna bilər. Bu göstəricilərin və məlumatların paylaşılması Razılığa gələn Tərəflərin müvafiq səlahiyyətli orqanlarının yazılı icazəsi alındıqdan sonra həyata keçirilə bilər.
Maddə 11
Fövqəladə hallar
Razılığa gələn Tərəflər fövqəladə hallar zamanı və ya kombinə edilmiş xxx-daşımalarda 12 saatdan artıq fasilə yarandıqda, hər hansı təxirəsalınmaz birgə tədbirlər görmək üçün qərar qəbul edirlər.
Maddə 12
Milli qanunvericiliyə uyğunluq
Razılığa gələn Tərəfin dövlətinin ərazisində daşımaları həyata keçirən daşıyıcılar və daşıma vasitələrinin heyətləri bu dövlətin milli qanunvericiliyinə riayət etməlidirlər.
Bu Sazişin müddəaları Razılığa gələn Tərərəflərin milli təhlükəsizliyinə xələl gətirə biləcək tranzit daşımalarına məhdudiyyət qoyulması üzrə tədbirlərin tətbiq edilməsinə mane olmur.
Maddə 13
Mübahisələrin həlli
Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə dostcasına həll ediləcəkdir.
Maddə 14
Əlavə və dəyişikliklərin edilməsi
Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 15- ci maddənin tələblərinə uyğun olaraq qüvvəyə minir.
Maddə 15
Sazişin qüvvəyə minməsi, müddəti və qüvvədən düşməsi
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Razılığa gələn Tərəflərin diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Razılığa gələn Tərəflər istənilən zaman diplomatik kanallar vasitəsilə yazılı bildiriş verməklə, bu Sazişi ləğv edə bilərlər. Bu Saziş belə bildirişin alındığı tarixdən 6 (altı) ay sonra qüvvədən düşmüş hesab edilir.
Bu Saziş Ankara şəhərində 2013-cü il 13 noyabr tarixində, hər biri Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il
№ 893-IVQ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra "Tərəflər" adlandırılacaq) əmək miqrasiyasını, xüsusilə iki dövlət arasındakı işçi mübadiləsini tənzimləmək, mövcud dostluq və qardaşlıq münasibətlərini gücləndirmək, əməkdaşlığı və tərəfdaşlığı dəstəkləmək, iqtisadiyyatın inkişafına töhfə vermək məqsədi ilə aşağıdakılar barədə razılıq əldə etmişlər:
Maddə 1
1.1. Bu Saziş hər hansı sahə məhdudiyyəti olmadan bir Tərəfin dövlətinin ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb ediləcək digər Tərəfin dövlətinin vətəndaşlarını əhatə edir.
Maddə 2
2.1. Bu Sazişdə istifadə olunan:
2.1.1. işçi - Tərəflərdən birinin ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul xxxx digər Tərəfin dövlətinin vətəndaşı xxxx əməkçi miqrantı;
2.1.2. iş icazəsi - Tərəflərin ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Tərəflərin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilən icazəni ifadə edir.
Maddə 3
3.1. Bu Sazişin icra edilməsinə məsul xxxx səlahiyyətli orqanlar aşağıdakılardır:
3.1.1. Azərbaycan Respublikası tərəfindən - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti;
3.1.2. Türkiyə Respublikası tərəfindən - Əmək və Sosial Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Türkiyə İş Qurumu.
Maddə 4
4.1. Bir Tərəfin dövlətinin vətəndaşlarının digər Tərəfin dövlətinin ərazisinə girişi, dövlətin ərazisində yaşaması, işləməsi və dövlətin ərazisindən çıxışı bu Sazişin müddəalarına zidd olmamaq şərti ilə, Tərəflərin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
4.2. Tərəflər işçilərin üzləşdiyi və ya üzləşə biləcəyi problemlərin həll edilməsi üçün məlumat mübadiləsi aparır, səlahiyyətləri çərçivəsində zəruri kömək göstərilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirirlər.
4.3. Bu Sazişin müddəaları Tərəflərin dövlətlərinin vətəndaşlarım işlədikləri Tərəfin dövlətinin qanunlarına riayət etmək məsuliyyətindən azad etmir.
Maddə 5
5.1. İş icazəsinin alınması üçün tələb olunan sənədlər işəgötürən tərəfindən səlahiyyətli orqanlara təqdim olunur.
5.2. Azərbaycan Respublikası baxımından - işəgötürən və işçi arasında əmək müqaviləsi iş icazəsi əsasında və iş icazəsinin müddətindən artıq olmayacaq şəkildə bağlanılır.
Türkiyə Respublikası baxımından - iş icazəsi işəgötürənlə işçi arasında bağlanılan əmək müqaviləsi nəzərə alınaraq verilir.
5.3. İş icazəsi ilk müraciətdə bir il müddətinə verilir. Növbəti uzatma tələblərində həmin icazələr hər dəfə bir ildən az olmamaq şərti ilə uzadılır. Bununla bərabər, işəgötürənin daha az müddətə iş icazəsi tələbi də nəzərə alınır.
5.4. İşçiyə iş icazəsinin müddətinə yaşamaq icazəsi verilir.
5.5. İş və (və ya) iş icazəsi əsasında yaşayış icazələri 1 ay ərzində verilir.
5.6. Tərəflərin dövlətlərinin müvafiq qanunvericiliyində nəzərdə tutulan müddətdə müvəqqəti yaşadıqdan sonra həmin dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçiyə daimi yaşamaq icazəsi verilə bilər.
5.7. Bu maddənin 1-6-cı bəndlərinin tələbləri Tərəflərin qanunvericiliyi ilə iş icazəsi xxxxxx tələb olunmayan şəxslərə şamil edilmir.
Maddə 6
6.1. Bir Tərəfin dövlətinin, milli təhlükəsizlik, ictimai asayiş və əhalinin sağlamlığı səbəblərindən milli qanunlara əsasən digər Tərəfin dövlətinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoymaq və onları ölkə hüdudlarından kənara çıxarmaq hüququ saxlanılır.
6.2. Qəbul edən Tərəfin dövlətinin qanunvericiliyi ilə müəyyən edilmiş işləmə və yaşama qaydalarının pozulduğu hallarda, Tərəflər iş icazəsinə vaxtından əvvəl xitam verə və işçinin digər Tərəfə xxxx qayıtmasını tələb edə bilərlər. Belə xxxx hallarda işçi haqqında və xxxx göndərilmə səbəbləri barədə məlumatlar digər Tərəfin həmin dövlətdəki diplomatik nümayəndəliyinə bildirilir.
Maddə 7
7.1. Bu Sazişin təfsiri və tətbiqi zamanı yarana biləcək problemləri həll etmək məqsədi ilə hər iki Tərəfin səlahiyyətli orqanlarından ibarət bir komissiya təşkil edilir. Komissiya Tərəflərin məqsədəuyğun hesab etdiyi yer və tarixdə toplanır.
Maddə 8
8.1. Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi xxxx və bu Sazişin 9-cu maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən əlavə protokollarla dəyişikliklər edilə bilər.
Maddə 9
9.1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birlərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
9.2. Bu Sazişin etibarlılıq müddəti 1 (bir) ildir, Tərəflərdən biri Xxxxxxx müddətinin bitməsindən ən azı 3 (üç) ay əvvəl onun ləğv edilməsi barədə digər Tərəfə yazılı bildiriş vermədiyi təqdirdə, Xxxxxxx etibarlılıq müddəti avtomatik olaraq növbəti 1 (bir) illik müddətlərə uzadılır.
9.3. Bu Saziş ləğv edildiyi təqdirdə, Sazişin qüvvədə olduğu müddətdə tərtib olunan iş icazəsi və iş icazəsi əsasında verilən yaşayış icazələri, həmin icazələrin müddətinin başa çatmasına qədər etibarlı olacaqdır.
Maddə 10