AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara xxxxx xxxx şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara xxxxx xxxx şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” 2011-ci il yanvarın 10-da Əl-Küveyt şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 04 mart 2011-ci il
№ 76-IVQ
Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara xxxxx xxxx şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında
Saziş
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti, .
İki ölkə arasında ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə,
Hər iki ölkənin diplomatik və xidməti/xüsusi pasportlara malik vətəndaşlarının ölkələrinə daxil olma və getmələrini asanlaşdırmağı arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Aşağıdakı pasport tipləri bu Sazişin müddəalarının tətbiq dairəsinə daxildir:
- Azərbaycan Respublikası üçün: diplomatik və xidməti pasportlar;
- Küveyt Dövləti üçün: diplomatik və xüsusi pasportlar.
Maddə 2
Hər iki Tərəfin bu Sazişin 1-ci maddəsində qeyd edilən diplomatik və xidməti/xüsusi pasportlara malik vətəndaşları, digər Tərəfin ərazisinə vizasız daxil ola və ilk daxil olduğu gündən altı ay ərzində davamlı və ya bir neçə dəfə olmaqla doxsan (90) günədək orada qala bilərlər.
Hər iki Tərəfin bu Sazişin 1-ci maddəsində qeyd edilən diplomatik və xidməti/xüsusi pasportlara malik, digər Tərəfin ərazisində akkreditə edilmiş vətəndaşları, habelə onlarla birlikdə yaşayan ailə üzvləri digər Tərəfə otuz (30) gün əvvəlcədən məlumat verilməklə həmin Tərəfin ərazisinə vizasız daxil ola və təyinatları müddəti ərzində orada qala bilərlər.
Maddə 3
Hər iki Tərəfin bu Sazişin 1-ci maddəsində qeyd edilən diplomatik və xidməti/xüsusi pasportlara malik vətəndaşlarının qalma müddətləri 2-ci maddədə qeyd olunan müddət başa çatdıqdan sonra digər Tərəfin səlahiyyətli orqanlarının həmin Tərəfin qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq qərarından sonra uzada bilər.
Maddə 4
Bu Saziş Tərəflərin həmin Sazişin 1-ci maddəsində qeyd olunan pasportlara malik vətəndaşların digər Tərəfin dövlət ərazisində olduqları zaman onun qüvvədə xxxx qanunvericiliyinə hörmət etmək öhdəliyindən azad etmir.
Maddə 5
Hər bir Tərəf heç bir izahat vermədən arzuedilməz hesab etdiyi şəxslərin onun ərazisinə daxil olmasına və ya orada qalmasına imtina etmək hüququna malikdir.
Maddə 6
1. Tərəflər bu Sazişdə qeyd olunan pasportların nümunələrini hazırkı Sazişin qüvvəyə minməsindən sonra 30 gün ərzində diplomatik kanallar vasitəsilə mübadilə edəcəklər.
2. Tərəflər bu Sazişdə qeyd olunan pasportlara düzəliş edildiyi təqdirdə onların hüquqi qüvvəyə malik olması tarixindən 30 gün ərzində həmin pasportların yeni nümunələrini və onlar haqqında məlumatı mübadilə edəcəklər.
Maddə 7
Tərəflərdən hər biri ictimai asayiş, təhlükəsizlik və ya əhalinin səhhətinin qorunması naminə bu Sazişin qüvvəsini tam və ya qismən dayandıra bilər. Sazişin qüvvəsinin dayandırılması barədə yazılı olaraq digər Tərəfə diplomatik kanallar vasitəsilə məlumat verilməlidir.
Maddə 8
Hazırkı Sazişin tətbiqi və ya təfsiri ilə əlaqədar Tərəflər arasında yaranan hər hansı mübahisə məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 9
Bu Sazişə hər iki Tərəfin razılığı ilə dəyişiklik edilə bilər. Dəyişiklik Sazişin 10-cu maddəsində qeyd olunan prosedurlara uyğun olaraq qüvvəyə minəcəkdir
Maddə 10
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin birinin onun qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların yerinə yetirməsi barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə göndərdikləri sonuncu yazılı bildirişin tarixindən qüvvəyə minir.
Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə hazırkı Sazişi ləğv edə bilər. Xxxxx belə bildirişin alındığı tarixdən doxsan (90) gün sonra qüvvədən düşür.
Əl-Küveyt şəhərində 10 yanvar 2011-ci ildə Azərbaycan, ərəb və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandıqda ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Hökuməti |
|
Küveyt Dövləti Hökuməti |
adından |
|
adından |
(imza) |
|
(imza) |