Razılaşma
Razılaşma
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyədə keçiriləcək “Anadolu Ankası” təlimi xxxxxx Xx Xxxxxx Xxxx tərəfindən təmin ediləcək dəstəyə dair Texniki Razılaşma”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26 avqust 2020-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasında “EFES” Birgə Döyüş Atışlı Ümumqoşun Təlimi xxxxxx Xx Sahibi Ölkənin Dəstəyinə dair Texniki Razılaşmanın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (5 aprel 2017-ci il)
⮚ Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı və icra planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Qanunu (1 fevral 2008-ci il)
⮚ 2007-ci il fevralın 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsinə dair Vəzifə Təlimatı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 aprel 2007-ci il)
⮚ «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı səfirlik və iqamətgah binalarının elektrik, su və təbii qaz xərclərindən azad olunmasına dair Anlaşma» haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (17 sentyabr 1997-ci il)
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyədə keçiriləcək “Anadolu Ankası” təlimi xxxxxx Xx Xxxxxx Xxxx tərəfindən təmin ediləcək dəstəyə dair Texniki Razılaşma”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2020-ci il xxxxxx 18-də Bakı şəhərində və iyunun 9-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyədə keçiriləcək “Anadolu Ankası” təlimi xxxxxx Xx Xxxxxx Xxxx tərəfindən təmin ediləcək dəstəyə dair Texniki Razılaşma” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Texniki Razılaşma qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Texniki Razılaşmanın qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Bakı şəhəri, 26 avqust 2020-ci il
№ 1146
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyədə keçiriləcək “Anadolu Ankası” Təlimi xxxxxx Xx Xxxxxx Xxxx tərəfindən təmin ediləcək dəstəyə dair
TEXNİKİ RAZILAŞMA
Bundan sonra ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti,
bu Texniki Razılaşmada digər hallar nəzərdə tutulmadığı təqdirdə, Tərəflər arasında bağlanmış 1992-ci il
11. avqust tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə” (bundan sonra “Müqavilə” adlandırılacaq) ilə 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və xxxx sahədə əməkdaşlıq haqqında Saziş”in (bundan sonra “Saziş” adlandırılacaq) müddəalarını nəzərə alaraq,
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti “Anadolu Ankası” Təliminin (bundan sonra “Təlim” adlandırılacaq) çoxmillətli və birgə Təlim olduğunu qəbul edərək,
Xxxxxxx ssenarisini (və Təlimin Əməliyyat Təlimatını) təsdiq edərək,
Tərəflərin həyata keçiriləcək “Anadolu Ankası” Təlimi ilə bağlı taktiki və texniki məlumat mübadiləsi aparacaqlarını və bununla bağlı əməkdaşlıq edəcəklərini təsdiq edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Terminlər və anlayışlar
1. Ev Sahibi Ölkə (ESÖ) - bu “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyədə keçiriləcək “Anadolu Ankası” Təlimi xxxxxx Xx Xxxxxx Xxxx tərəfindən təmin ediləcək Dəstəyə dair Texniki Razılaşma (Texniki Razılaşma)” baxımından “Ev Sahibi Ölkə” termini Türkiyə Respublikasını ifadə edir.
2. Göndərən Ölkə (GÖ) - bu Texniki Razılaşmada “Göndərən Ölkə” termini öz ölkəsi xaricində Təlimdə iştirak edən qüvvələri təmin edən və bu qüvvələr üçün ESÖ-nün maddi-texniki təminat və inzibati dəstəyindən istifadə etməyi tələb edən Azərbaycan Respublikasını ifadə edir.
3. Ev Sahibi Ölkə Dəstəyi (ESÖD) - Təlimin məqsədi istiqamətində ESÖ tərəfindən GÖ-yə təmin edilən mülki və hərbi dəstəkdir. Bu Texniki Razılaşmada qeyd edilən ESÖD, GÖ heyətinin ESÖ-nün ərazisinə daxil olması ilə başlayacaq və bu heyətin ESÖ ərazisini tərk etməsinə qədər davam edəcəkdir.
4. Təlim - Türkiyə Respublikasında GÖ-nün komponenti və şəxsi heyətinin iştirakı ilə keçiriləcək “Anadolu Ankası” Təlimini ifadə edir.
5. Səlahiyyətli orqanlar - bu Texniki Razılaşmanın həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar - Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikası Hərbi Hava Qüvvələri Komandanlığı, Türkiyə Respublikası Hökuməti adından - Türkiyə Respublikası Hava Qüvvələri Komandanlığıdır.
6. Birgə Tətbiqetmə Razılaşması (BTR) - ESÖD alınması və ya təmin olunması ilə bağlı qüvvə göndərən ölkələrlə ESÖ arasında öhdəliyi müəyyən edən ikitərəfli əlavə qaydalardır. Tələb və təmin edilən dəstəklə, tətbiqetmə ilə bağlı sahəyə aid prosedurlarla və ya xxxx ödəmə şərtləri ilə bağlı təfsilatlı məlumatları əhatə edir.
7. Maddi-Texniki Təminat (MTT) - qüvvələrin daşınmasının və təminatının xxxx şəkildə planlaşdırılması və həyata keçirilməsidir. Daha geniş mənada aşağıda qeyd olunanlarla bağlı hərbi fəaliyyətlərdir:
a. materialın dizaynı və işlənib hazırlanması, saxlanılması, daşınması, paylanması, texniki xidməti, təxliyəsi və məhv edilməsi;
b. şəxsi heyətin daşınması;
c. təsisatların hazırlanması və ya tikintisi, texniki xidməti, istismarı və məhv edilməsi;
d. xidmətlərin alınması və ya verilməsi;
x. xxxxx xidmət və səhiyyə xidməti dəstəyi.
8. Eyni (əmlak) formada mübadilə - Ev Sahibi Ölkənin qəbul etdiyi maddi- texniki təminat dəstəyini, təchizat maddələrini və xidmətləri eyni və ya təxminən eyni formada maddi-texniki təminat dəstəyi ilə, təchizat maddələri və xidmətlərlə mübadilə etdiyi, bu Texniki Razılaşma çərçivəsində həyata keçirdiyi mübadilə prosedurudur.
9. Tələbat Bildirişi (TB) - GÖ-lər tərəfindən hazırlanan və göndəriləcək qüvvələri, təchizatı, tələb edilən müvafiq təsisatları, təchizat maddələrini və xidmətləri təfərrüatları ilə əks etdirən sənəddir. Aşkar edildiyi təqdirdə, tələbat sənədi tələb edilən ESÖD-ün bütün məhdudiyyətlərini (çatışmazlıqlarını), eləcə də əlavələrini əks etdirir.
Maddə 2
Məqsəd və əhatə dairəsi
Bu Texniki Razılaşma Təlim zamanı GÖ-yə təmin ediləcək ESÖD, Təlim zamanı GÖ-nün şəxsi heyətinin statusu, maliyyə və hüquqi məsələlərlə bağlı qaydaları müəyyən edir. Bu Texniki Razılaşmanın çərçivəsi xaricindəki təcili xarakterli əlavə dəstək tələbləri yalnız ESÖ-nün razılığı alındıqdan sonra yerinə yetiriləcəkdir.
Maddə 3
Maddi-texniki təminat və maliyyə məsələləri
1. Təlim və treninq fəaliyyətləri ESÖ-nün imkan, qabiliyyət və qaydalarına görə və qanunvericiliyinə uyğun olaraq mövcud Milli Maddi-Texniki Təminat Dəstəyi Planlarını tətbiq etməklə həyata keçiriləcək.
2. Tərəflərin hərbi şəxsi heyəti Tərəflər arasında icra olunan prosedurlarla bağlı qeydiyyat aparacaq.
3. GÖ tərəfindən bu Texniki Razılaşmada göstərilənlərdən əlavə mal və ya xidmət tələb edildiyi halda, bu mal və ya xidmətlər mülki bazardan məbləği GÖ tərəfindən ödənilmək şərtilə təmin ediləcək və GÖ bu məqsədlə ESÖ-nün hərbi qurumlarının razılığını alaraq üçüncü tərəflərlə müqavilə bağlaya bilər.
4. GÖ-nün səlahiyyətli şəxslərinin bundan əvvəlki bənd çərçivəsində üçüncü şəxslərlə imzalayacaqları razılaşmaların mövzusu olan mal və ya xidmət satınalmaları zamanı vergidən azad olunma və ya endirim edilməsi tələbi heç bir halda irəli sürülməyəcək.
5. ESÖ vergi və gömrük prosedurlarını qüvvədə xxxx qanun, təlimat, eləcə də ESÖ-nün və GÖ-nün tərəfdar çıxdıqları beynəlxalq sazişlərin imkan verdiyi ölçüdə GÖ-nün mənafeyinə ən uyğun şərtləri nəzərə alaraq həyata keçirəcəkdir.
6. GÖ zəruri hallarda və ESÖ tərəfindən müraciət olduğu təqdirdə, səlahiyyətli mülki şəxsləri və bütün maddi-texniki təminat işlərinin koordinasiyası üçün giriş və çıxış məntəqəsinə əlaqələndirici şəxs təyin edəcəkdir.
7. GÖ ESÖ-nün yazılı razılığı olmadan dəstək və xidmət imkanlarını və qabiliyyətlərini digər ölkə və ya təşkilata müvəqqəti və ya daimi olaraq ötürməyəcəkdir.
8. GÖ-nün gətirəcəyi silah, sursat və təchizat ESÖ-nün təyin edəcəyi yerdə, bağlı şəraitdə mühafizə ediləcək, şəxsi heyət Təlimdənkənar mülki şəraitdə üzərində silah və sursat saxlamayacaq və gəzdirməyəcəkdir. GÖ tərəfindən müraciət daxil olarsa, Təlim müddətində istifadə üçün silah, ləvazimat, təchizat və sursat GÖ-nün şəxsi heyətinə müvəqqəti və ödənişsiz olaraq təmin ediləcəkdir. Sözügedən silah, ləvazimat, təchizat və sursatla bağlı müraciətin təmin olunub-olunmayacağı ESÖ tərəfindən müəyyənləşdiriləcəkdir.
9. GÖ-nün qüvvəsinə müvəqqəti istifadə məqsədilə ayrılan bütün ləvazimatlar diqqətlə istifadə olunacaq və normal istifadə müddətində aşınmalar istisna olmaqla, ESÖ-nün aidiyyəti hərbi qurumlarına təhvil verildiyi vaxtda olduğu kimi, eyni vəziyyətdə qaytarılacaqdır.
10. İkitərəfli razılaşma yolu ilə ödənişsiz təmin olunmayan dəstək ləvazimatları və xidmətlər üçün ESÖ və GÖ ödənişin nağd pul və ya eyni məbləğdə köçürmə yolu ilə həyata keçirilməsi məsələsində razılığa gəlirlər. Buna əlavə olaraq:
a. ESÖ-nün GÖ qüvvələrinin xxxxx xxxxx şirkətlərdən tədarük etdikləri üçün ödəniləcək məbləğ ESÖ-nün özünün satınalmaları üçün ödədiyi məbləğdən xxx xxx bilməz. Buna əlavə olaraq təhvilvermə qrafiki və yeri kimi fərqlər nəzərə alınacaqdır.
b. XXX tərəfindən GÖ-nün adına göndərilən ləvazimat və xidmətlər üçün GÖ-dən ESÖ-nün ödədiyi miqdardan xxx məbləğ tələb edilməyəcəkdir.
11. GÖ-nün qurumlarının məlumatı olmadan GÖ adından istənilən xərclərdən imtina ediləcək və GÖ-nün səlahiyyətli şəxslərinə məlumat verilmədən heç bir mal və xidmətin alınması həyata keçirilməyəcəkdir. XX adından mal və xidmət almaq üçün çəkilən xərclərə aid hesab-faktura və qəbzlər, GÖ-nün təcrübəli nümayəndələri və ya GÖ tərəfindən təyin olunan digər qurum tərəfindən təsdiq olunacaqdır. Hesab-faktura və qəbz tərtib olunmadığı hallarda GÖ-nün aidiyyəti qurumları tərəfindən imzalanacaq rəsmi protokol tərtib olunacaqdır. Rəsmi protokolu olmayan və qeyd olunan şəkildə təsdiq edilməmiş hesab-fakturalardan irəli gələn xərclərlə bağlı ödənişlər GÖ tərəfindən ödənilməyəcəkdir.
12. Başqa cür razılaşdırılmadığı və fikir ayrılığı yaranmadığı müddətdə yemək, nəqliyyat vasitəsinin icarəsi və camaşırxana xidməti kimi GÖ tərəfindən kommersiya strukturlarından alınan xidmət və ləvazimatların xərcləri ESÖ-nü tərk etmədən əvvəl GÖ tərəfindən ödəniləcəkdir.
13. XXX XX-nün şəxsi heyətinə öz şəxsi heyətinə təmin etdiyi keyfiyyətdə iaşə və yaşayış imkanını preyskurantda göstərilən qiymətlərə uyğun olaraq və tələbat xxxxxxx siyahısında göstərildiyi şəkildə təmin edəcəkdir.
14. Təlim çərçivəsində təhlükəli maddə və sursatın saxlanılması, daşınması, istifadəsi və ləğv edilməsi məsələsində ESÖ-də qüvvədə xxxx bütün qanun, nizamnamə, təlimat və əmrlərə riayət olunacaqdır.
15. GÖ daşınacaq sursatla bağlı təfərrüatların (məsələn, partlayıcının miqdarı, sursatın növü kimi) ESÖ- nün aidiyyəti hərbi qurumlarına çatdırılmasından ən azı 10 (on) gün əvvəl bildirilməsini təmin edəcəkdir. Bu məlumat giriş və çıxış tarixləri daxil olmaqla, daşınması nəzərdə tutulan sursatın və ya təhlükəli maddələrin giriş və çıxış məntəqələrini və təhvilvermə yerlərini də əhatə edəcəkdir. GÖ tərəfindən Təlim məqsədilə gətirilən təhlükəli maddə və sursat Təlim başa çatdıqdan sonra xxxx qaytarılacaqdır. Bağışlama, satış və təhvilvermə qəbul edilməyəcəkdir. GÖ ESÖ-yə Təlim məqsədilə göndərilməli xxxx xxxxx, sursat, döyüş avadanlıqlarının növü, sayı və varsa, seriya nömrəsini ESÖ-nün ərazisinə girişindən 10 (on) gün əvvəl siyahı şəklində ESÖ-nün qurumlarına təqdim edəcəkdir.
16. GÖ ESÖ-nün təsisatlarından ESÖ-nün Silahlı Qüvvələrinin təhlükəsizlik qaydaları və təlimatlarına uyğun olaraq istifadə edəcək və təlim fəaliyyətlərini ESÖ-nün Silahlı Qüvvələrinin təhlükəsizlik qaydalarına və təlimatlarına uyğun olaraq icra edəcəkdir.
17. ESÖ Təlim planı çərçivəsində su və ərzağı tədarükçünün preyskurantına əsasən tələbat siyahısında göstərildiyi şəkildə təmin edəcəkdir.
18. Qarşılılıq prinsipinə əsasən ESÖ GÖ-nün iştirakçı heyəti və fəxri müşahidəçilərinin Təlim planında qeyd olunan öz sərhədləri daxilində qalacaqları yer və nəqliyyat vasitəsinə xxxx tələbatlarını GÖ-nün şəxsi heyətinin ölkəyə girişindən ölkəni tərk edənədək preyskurantda göstərilən qiymətlərə əsasən və tələbat siyahısında göstərildiyi şəkildə ödəyəcəkdir.
19. Təlim heyəti və fəxri müşahidəçilərin ESÖ-yə girişinə qədər yol xərcləri və ESÖ-nü tərk etdikdən sonra ölkələrinə qayıtması ilə bağlı xərcləri GÖ tərəfindən ödəniləcəkdir.
20. Qarşılılıq prinsipinə əsasən GÖ-nün təyyarələrinin istifadə edəcəkləri meydanlarda aşağıdakılar ESÖ tərəfindən ödənişsiz təmin ediləcəkdir:
a. enmə, qalxma, dayanacaq, naviqasiya dəstəyi, qəza və nasazlıqla bağlı imkanlardan istifadə;
b. şəxsi heyətin və ləvazimatların yükləmə/boşaltma və çatdırılma xidmətləri;
c. şəxsi heyətin iaşə, yaşayış və yataq yeri;
x. xxx, yanacaq (JP-8, dizel, benzin) ilə xxxx və/və ya qaz, oksigen/azot, quru hava kimi məhsullar;
d. texniki xidmət sahələri (bina, anqar, təyyarə sığınacaqları, emalatxanalar və s.) bütün yerüstü təminat vasitələri/nəqliyyat vasitələri (elektrik qida mənbələri, test/nəzarət cihazları və s.) kimi mal və xidmətlər.
21. Təlim heyətinin və fəxri müşahidəçilərin ESÖ-yə gediş planları giriş tarixləri və gömrük qapıları ilə bağlı təfərrüatlı çatdırılma planı girişdən 10 (on) gün əvvəl GÖ tərəfindən hərbi attaşelər vasitəsilə ESÖ-yə bildiriləcəkdir.
Maddə 4
Tibbi xidmətlər və cənazə ilə bağlı proseduralar
1. GÖ şəxsi heyətinin Təlimdə iştirak üçün tibbi cəhətdən yararlı olmasını, bu mənada hər hansı bir fiziki və ya cismani narahatlığının olmamasını təmin etməyə cavabdehdir.
2. GÖ Təlimin başlamasından 45 (qırx beş) gün əvvəl Təlimdə iştirak edəcək şəxsi heyətin sağlamlığının Təlimdə iştirak üçün əlverişli olduğuna dair tibbi arayış göndərəcəkdir.
3. GÖ-nün şəxsi heyəti əvvəlcədən müəyyən edilmiş Təlim müddətində kifayət edəcək miqdarda dərman və ləvazimatla yola çıxacaqdır.
4. GÖ tərəfindən Təlimdə iştirak edəcək bütün şəxsi heyətə Ümumdünya Səhiyyə Təşkilatının (DST) müəyyən etdiyi, ESÖ-yə girişdən əvvəl xxxxx xxxx peyvəndlər vurdurulacaqdır. Bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatının (DST) müəyyən etdiyi vurulmuş peyvəndlərin qeyd olunduğu standart peyvənd kartlarının şəxsi heyətin üzərində olması təmin ediləcəkdir.
5. GÖ-nün şəxsi heyətindən hər hansı bir narahatlığı olanların Təlimdə iştirakına ESÖ tərəfindən icazə verilməyəcəkdir. Təlimə mane olmayacaq dərəcədə narahatlığı xxxx şəxs Təlimdə iştirak etdiyi təqdirdə, həmin şəxsin dərmanlarının ESÖ-yə şəxsi heyətlə birlikdə gətirilməsi təmin edilir.
6. ESÖ Təlim ərzində bütün Təlim sahələrində tibbi məqsədlə istifadəyə hazır olan müvafiq tibb məntəqələrini və müəssisələri, nəqliyyat vasitələrini təmin edir.
7. ESÖ təcili tibbi xidmətləri, təcili təxliyə xidmətlərini və təcili stomatoloji müalicə xidmətlərini GÖ-nün şəxsi heyətinə ödənişsiz olaraq təmin edir. ESÖ tərəfindən GÖ-nün şəxsi heyətinə digər tibbi və stomatoloji müalicə dəstəyi ESÖ-nün imzaladığı, həyata keçirilməsi ehtimal olunan beynəlxalq müqavilələrin müvafiq müddəalarına uyğun olaraq və ya xxxx ödəmə prinsipinə əsasən ESÖ-nün şəxsi heyətinə tətbiq olunan şərtlərə uyğun olaraq təmin ediləcəkdir.
8. Təyyarə və helikopterlə ESÖ tərəfindən seçilən tibb müəssisələrinə təcili təxliyə ESÖ tərəfindən ödənişsiz olaraq təmin ediləcəkdir. GÖ-nün şəxsi heyəti üçün seçdiyi xəstəxanaya təcili təxliyənin ESÖ-nün imkanları ilə həyata keçirilməsi lazım olduqda, nəqliyyat xərclərindən irəli gələn istənilən öhdəliyi GÖ-nün səlahiyyətli şəxsləri öz üzərlərinə götürəcəkdir.
9. ESÖ GÖ-nün təxliyə helikopterləri də daxil olmaqla, bütün hava nəqliyyatı vasitələrinin istənilən təcili halda aidiyyəti təlim sahəsindən və ESÖ-nün hava məkanından keçməsi, girişi və çıxışına milli prosedurlara uyğun olaraq, üstünlük tanımağa zəmanət verir.
10. Ölüm və ya yaralanma halında ESÖ GÖ-nü məlumatlandıracaqdır. Ölüm halında ESÖ GÖ-nün qanunvericiliyinə riayət edilməsini təmin etmək üçün meyitlə bağlı prosedurlar aparılmadan və ya meyit yarılmadan əvvəl GÖ ilə əlaqə saxlayacaqdır. Bir nəfər GÖ nümayəndəsi (mümkün olarsa, həkim) yarılma prosesində iştirak etmək və yekun yarılma raportunun bir nüsxəsini əldə etmək səlahiyyətinə malik olacaqdır.
11. Meyitin yarılması başa çatdıqdan sonra cənazə aparılması üçün dərhal GÖ-yə təhvil veriləcəkdir. Bu halda, ESÖ müvafiq daşıma vasitələrini təmin edəcəkdir.
12. Ölüm halında cənazənin GÖ-yə xxxx göndərilməsi ilə bağlı bütün xərclərə görə GÖ cavabdehdir.
Maddə 5
Zərər (ziyan) və təzminatlar
Zərər, ziyan və təzminatlar məsələlərində bu Texniki Razılaşmanın preambulasında göstərilən GÖ ilə imzalanmış 1992-ci il 11 avqust tarixli Müqavilənin 6-cı maddəsinin müddəaları ilə 1996-cı il 10 iyun tarixli Sazişin 13-cü maddəsinin müddəaları əsas götürüləcəkdir, ikitərəfli müqavilələrdə müvafiq müddəalar olmadığı halda, ESÖ-nün qanunvericiliyi tətbiq ediləcəkdir.
Maddə 6
Hüquqi məsələlər
1. Hüquqi məsələlərdə XX ilə bağlanmış xxxx və preambulada göstərilən 1992-ci il 11 avqust tarixli Müqavilənin 4-cü maddəsi ilə 1996-cı il 10 iyun tarixli Sazişin 8-ci maddəsinin müddəaları əsas götürüləcəkdir.
2. İkitərəfli müqavilələrdə müvafiq müddəalar olmadığı halda, GÖ-nün şəxsi heyəti Təlim fəaliyyətləri çərçivəsində Türkiyədə olduqları müddətdə, ESÖ qanunları ilə birbaşa ziddiyyət təşkil etməyən GÖ-nün nizam- intizam qaydaları və nizamnamələri istisna olmaqla, ESÖ-nün qanunlarına riayət edəcək və ESÖ-nün qayda və
ənənələrinə hörmət edəcəkdir. GÖ-nün nizam-intizam qaydaları və nizamnamələrinə görə icra edilən proseslər barədə ESÖ orqanları xəbərdar ediləcəkdir.
3. GÖ və ESÖ-nün uçuş heyəti bir-birlərinin hava nəqliyyatı vasitəsilə həyata keçirəcəkləri uçuşlardan əvvəl bu Texniki Razılaşmanın Əlavəsində göstərilən Təzminat iltizamnaməsini doldurub imzalayacaqlar.
4. GÖ-nün şəxsi heyəti bu Texniki Razılaşmada nəzərdə tutulan müddəalara zidd hərəkət etdikdə və ya bu Texniki Razılaşmanın məqsədlərindən kənar fəaliyyət göstərdikdə, belə hallar ESÖ tərəfindən ən qısa vaxtda GÖ- yə bildiriləcəkdir. Sözügedən şəxsi heyət üzvünün “Anadolu Ankası” Təlimində iştirakı dayandırılacaq, şəxs ən qısa müddətdə öz ölkəsinə göndəriləcək və barəsində yuxarıda birinci və ikinci bəndlərdə göstərilən müddəalar çərçivəsində tədbirlər görüləcəkdir.
Maddə 7
Şəxsi heyətlə bağlı müddəalar
1. Təlim zamanı GÖ tərəfindən istifadə ediləcək nəqliyyat vasitələrinin sürücüləri milli və ya beynəlxalq sürücülük vəsiqələri ilə birlikdə, hərbi sürücülük vəsiqələrini də (varsa) yanlarında saxlayacaqlar.
2. Nəqliyyat vasitələrinin hamısının maliyyə öhdəlikləri ilə bağlı sığortaları GÖ tərəfindən etdiriləcək və bu sığorta sənədləri hərəkət zamanı nəqliyyat vasitələrində olacaqdır.
3. Gəlməmişdən əvvəl, münasib bir vaxtda ESÖ-nün səlahiyyətli şəxsləri yol hərəkəti qaydaları haqqında təfərrüatlı məlumat verəcəklər. Bütün nəqliyyat vasitələrinin sürücüləri ESÖ tərəfindən müəyyən edilən yol hərəkəti qaydalarına, məhdudiyyətlərinə və qadağalarına uyğun hərəkət edəcəklər.
Maddə 8
Gömrük prosedurları
1. GÖ orqanları ESÖ-nün hərbi səlahiyyətli şəxsləri vasitəsilə gömrük orqanlarına Təlimlə bağlı Türkiyəyə gedəcək şəxsi heyət və əmlak haqqında məlumat verəcəkdir. Bu məqsədlə hazırlanan şəxsi heyət və əmlak bəyannamələri səfərdən ən azı 30 (otuz) gün əvvəl GÖ-nün Türkiyədəki (Ankara) hərbi attaşelik aparatı tərəfindən Gömrük və Ticarət Nazirliyinə çatdırılması üçün Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə və 3-cü Əsas Reaktiv Təyyarələr Bazasının Komandanlığı/KONYA-ya göndəriləcəkdir.
2. Şəxsi heyət və əmlak bəyannamələri əsas əmlak kateqoriyalarına görə üç nüsxədə hazırlanacaq və Türkiyəyə giriş məntəqəsində və Konyada izahlı məlumat məktubu/sənədi ilə birlikdə Türkiyə Gömrüyünün səlahiyyətli şəxslərinə təqdim ediləcəkdir.
3. “Anadolu Ankası” Təlimi zamanı Konya hava limanında gömrük nəzarəti məntəqələri yaradılacaqdır. ESÖ qeyd olunan nəzarət məntəqəsində ingilis dilində danışan bir türk əlaqələndirici şəxsi və xxxxxx xxxxx gömrük/təhlükəsizlik əməkdaşını təmin etməyə cavabdeh olacaqdır. GÖ lazımi əlaqələndirmə üçün bu gömrük nəzarəti məntəqələrinə ən azı bir nümayəndə təyin edəcəkdir.
4. GÖ Əməliyyat Əmrində göstərilən sursatın ölkəyə girişi zamanı buraxılış (nəzarət) səlahiyyətinə malik olacaqdır. Bu sursatın harada, nə vaxt və necə istifadə olunacağına dair məsələlər ESÖ ilə əlaqələndiriləcək və Əməliyyat Əmrinə daxil ediləcəkdir.
5. ESÖ tərəfindən ölkə daxilində qalması və ya təyinatı üzrə istifadəsi təsdiq olunanlar və/və ya itirilənlər istisna olmaqla, GÖ tərəfindən Türkiyəyə gətirilən bütün material və təchizatlar Təlimin sonunda ölkə xaricinə çıxarılacaqdır. Təlim üçün gətirilən materiallar mübadilə edilə, satıla və ya Türk Ordusu mənsublarına və mülki vətəndaşlara verilə bilməz. GÖ-nün şəxsi heyətinin şəxsi əşyalarına da eyni qaydalar tətbiq edilir. Təlim zamanı istifadə olunan və ya itən sərf materiallarının qeydiyyat siyahısı ESÖ ilə əlaqəli şəkildə hazırlanacaq, bəyannamədə qeyd ediləcək. Konyada və ölkəni tərk etmə (çıxış) məntəqəsində ölkəyə giriş zamanı istifadə olunan bəyannaməyə əlavə edilərək gömrük əməkdaşlarına veriləcəkdir.
6. Təcili hallarda GÖ-nün şəxsi heyəti “Anadolu Ankası” Təlimi sahəsini və ya Türkiyəni nəzərdə tutulan tarixdən əvvəl tərk edə bilər. “Anadolu Ankası” Təlimi sahəsini şəxsi səbəblərlə tərk etməsi tələb olunan şəxsin üzərində pasportu və gömrükdən çıxışda ölkə xaricinə çıxarılacaq ordu əmlakı üçün təsdiq olunmuş gömrük çıxış bəyannaməsi olmalıdır.
7. Mümkün olduğu təqdirdə, GÖ komandiri ESÖ komandirinə “Anadolu Ankası” Təliminin sonunda Türkiyədə qalmalı xxxx şəxslərin siyahısını verəcəkdir. Bununla bağlı:
a. təsdiq olunmuş möhürlü və etibarlı pasportu olanlar “Anadolu Ankası” Təlimindən sonra Türkiyədə qala bilərlər;
b. xəstəlik, qəza və oxşar səbəblərlə Türkiyədə qalmalı xxxx şəxsin müalicə ediləcək və öz xərclərini ödəmək şərtilə və məcburi qalma səbəbi aradan qalxdıqda, ölkəsinə xxxx göndəriləcəkdir.
8. GÖ gömrük prosedurları üçün Baş Qərargahın koordinasiyası ilə keçiriləcək təlimlərdə istifadə olunacaq əşya Baş Qərargah tərəfindən nəzərdə tutulan müddətə vergidən xxx xxxx olunmaqla müvəqqəti idxal edilir. Təlimlərdə istifadə olunan və itən əşyanın eynisi tələb olunmur. Sözügedən əşyanın müvəqqəti idxal və tranzit prosedurlarında gömrük idarəsinə təqdim edilən əşya bəyannaməsi gömrük bəyannaməsi kimi qəbul edilir və qeyd olunan əşya üçün təminat tələb olunmur.
Maddə 9
Ətraf mühitin mühafizəsi
1. Təlimin planlaşdırma mərhələsindən başlayaraq və icrasının başa çatdırılmasından sonra sahənin əvvəlki vəziyyətinə gətirilməsini əhatə edən müddətdə bütün ətraf mühit faktorları prosesə daxil edilir.
2. GÖ ESÖ-nün ətraf mühitlə bağlı qanunvericiliyinə riayət edəcək və hər növ tullantıları müəyyən olunan xüsusi yerlərdə toplayacaqdır. Bu xüsusi yerlər Təlimin keçirilməsindən bir həftə əvvəl GÖ-yə bildiriləcəkdir.
3. Ətraf mühitin idarə edilməsində əsas prinsiplərdən xxxx xxxx “Çirkləndirən ödəyir” prinsipinə uyğun olaraq, ətraf mühitə vurulan zərərlərin təzminatı və tullantıların idarə edilməsi ilə bağlı xərclər çirkləndirən (tullantı yaradan) tərəfindən ödənilir.
4. ESÖ GÖ-nü öz ətraf mühit qanunvericiliyi barədə əvvəlcədən məlumatlandıracaqdır.
Maddə 10
Yerdəyişmə və nəqliyyat xidmətləri
1. ESÖ aşağıdakıları həyata keçirəcəkdir:
a. GÖ-nü “Anadolu Ankası” Təlimi çərçivəsində icra olunan fəaliyyətlər zamanı nəqliyyat xidmətlərinin planlaşdırılması və həyata keçirilməsi məsələsində dəstəkləyəcək;
b. nəqliyyat vasitələrinin təmizliyi və texniki qulluq üçün xxxxx xxxx qurğuların təmin olunmasında kömək edəcək;
c. nəqliyyat vasitələrinin istifadəsi üzrə xxxxx xxxx materiallar üçün dayanacaq və saxlama sahələri ayıracaq;
d. istifadəsiz nəqliyyat vasitələrinin evakuasiyasına (lazım gəldikdə) kömək göstərəcəkdir.
2. GÖ mülki təchizatçılar tərəfindən təmin edilən daşıma xidmətlərinin icrası zamanı meydana gələn maliyyə öhdəliklərini yerinə yetirəcəkdir.
Maddə 11
Ölkəyə giriş icazəsi
GÖ Türkiyə Hava Qüvvələri Komandanlığına (Yerdəyişmə Birlik Komandanlığına məlumat verərək) məktub göndərərək, “Anadolu Ankası” Təlimində iştirak edəcək şəxsi heyət, təyyarə, nəqliyyat vasitəsi və təchizat üçün aşağıdakı vaxtlarda giriş icazəsi istəyəcəkdir:
1. hərbi təyyarə üçün (diplomatik icazə məqsədilə) yola düşməzdən 30 (otuz) gün əvvəl;
2. 3-cü Əsas Reaktiv Təyyarələr Bazasının Komandanlığına/KONYA-ya göndəriləcək şəxsi heyət və təchizat üçün (gömrük prosedurları məqsədilə) Təlimdən 30 (otuz) gün əvvəl;
3. şəxsi heyət üçün (bazaya giriş məqsədilə) Təlimdən 15 (on beş) gün əvvəl.
Maddə 12
Rabitə
1. Təlim məqsədilə Türkiyəyə gətiriləcək hər növ Rabitə və İnformasiya Texnologiyaları Sistemləri (RİTS) təchizatı və materiallarının təfərrüatlarını ohtiva edən siyahı (ehtiyat hissə/kataloqun adı və nömrəsi, növü, modeli, istifadə məqsədi, miqdarı) Təlimin keçirilməsi tarixindən 45 (qırx beş) gün əvvəl Türkiyə Hava Qüvvələri Komandanlığına çatdırılacaqdır.
2. GÖ tərəfindən gətirilən RİTS cihaz və təchizatlarının istifadəsinə Türkiyə Baş Qərargahının təsdiqindən sonra icazə veriləcəkdir.
3. Təlim çərçivəsində ESÖ Təlimin ehtiyacları ilə məhdudlaşmaqla, öz hərbi Hava Hərəkətinə Nəzarətində istifadə olunan RİTS-nin (Rabitə və İnformasiya Texnologiyaları Sistemlərinin) GÖ tərəfindən istifadəsinə icazə verəcəkdir.
4. GÖ Təlim müddətində istifadə edəcəyi RİTS sistem və cihazlarının tezlik ehtiyaclarım Təlimin başlamasından 60 (altmış) gün əvvəl ESÖ-nün Təlimi koordinasiya orqanına bildirməyə görə cavabdehdir. Müraciətə əsasən ayrılan tezliklər Təlim Planında dərc ediləcəkdir.
5. Təlim üçün GÖ qüvvələrinə ayrılan tezliklər, ayrılma parametrləri (ayrılma müddəti, ayrılma yeri, çıxış gücü, zolaq genişliyi, emissiya növü, stansiya növü və s.) çərçivəsində istifadə ediləcəkdir.
6. GÖ tərəfindən istifadə ediləcək elektromaqnit şüalanması yaradan cihazlar baza daxilində və ya xaricindəki ESÖ-nün sistemlərinə mənfi təsir göstərməyəcəkdir (qarışmayacaqdır). Ayrılan təzliklərə hər hansı mənfi təsir müəyyən edildikdə, GÖ tərəfindən bu tezliyi istifadə edən sistemlərin istifadəsi dayandırılacaq və mənfi təsir dərhal ESÖ-yə bildiriləcəkdir.
7. Hərbi hissə daxilində mobil telefonlar, internet və digər xidmətlər ESÖ-nün müəyyən etdiyi mövcud qaydalar və təlimatlara uyğun olaraq istifadə ediləcəkdir. Mobil telefonların istifadəsinin qadağan olunduğu bölgələr ESÖ tərəfindən işarələnəcək və bu bölgələr barədə GÖ məlumatlandırılacaqdır.
8. ESÖ baza qurğularını və vacib telefon nömrələri xxxx xxxxxxx dilində tərtib olunmuş telefon kitabçasını GÖ-yə verəcəkdir.
9. Xxxxx xxxx uzaqməsafəli icarəyə götürülmüş xətt dövrələrinin açılması ilə bağlı işlər Milli Uzaq Məsafəli Xətlər Təşkilatı (MUMXT) prinsiplərinə görə koordinasiya ediləcəkdir. Qeyd olunan icarəyə götürülmüş xətlərdən istifadə haqqı GÖ tərəfindən xidmətin satın alındığı şirkətə ödəniləcəkdir. ESÖ, GÖ-nün uzaq məsafəli icarəyə götürülmüş xətt dövrələrinin ehtiyaclarını ödəmək məqsədilə yerli telekommunikasiya şirkəti ilə koordinasiyanın təmin edilməsi üçün lazımi kömək göstərəcəkdir.
10. Rabitə və məlumat sistemlərinə dair əlavə texniki qaydalar ölkə təmsilçiləri arasındakı danışıqlar vasitəsilə müəyyən ediləcəkdir.
11. Təlim zamanı istifadə olunacaq zəruri rabitə təhlükəsizliyi təchizatı və kriptoqrafiya açar yükləmə materialları GÖ tərəfindən təmin ediləcəkdir.
12. Təlimdə birgə kriptoqrafiya sistemindən istifadə olunduqda, ESÖ tərəfindən Təlimdən əvvəl keçiriləcək planlaşdırma konfranslarında GÖ-lərin icra ediləcək fəaliyyətdə iştirak edib-etməyəcəkləri və fəaliyyətdə istifadə olunacaq platformaya (Link - 16) malik olub-olmadıqları təsdiq ediləcəkdir.
13. Birgə kriptoqrafıya açarı istifadə olunmaqla prosesdə iştirak edəcək GÖ-lər kriptoqrafıya açarına ehtiyacın olduğunu 120 gün əvvəldən ESÖ-yə bildirəcəkdir.
14. XXX tərəfindən GÖ-lərin Təlimdə istifadə olunacaq Link-16 kriptoqrafiya açarının sorğusuna dair keçiriləcək təlimlərdə istifadə olunacaq kriptoqrafiya açarlarının əsaslandırması bildirilərək, əvvəlcədən ABŞ-ın Avropa Komandanlığından (Commander United States Europe Command-EUCOM) icazə alınacaqdır. Qeyd olunan icazənin ESÖ tərəfindən EUCOM-xxx alınmasından sonra Kriptoqrafiya Açar Nəzarəti orqanından tələb olunan kriptoqrafiya açarları barədə sorğu Hava Qüvvələri Komandanlığının Rabitə və İnformasiya Texnologiyaları Sistemləri İdarəsinə bildiriləcəkdir.
15. Birgə kriptoqrafiya açarından istifadə etmək istəyən GÖ-lərin səlahiyyətli orqanları tərəfindən sözügedən kriptoqrafiya açarlarını almaq və aidiyyəti platformalara yükləmək üçün səlahiyyət verilmiş ən azı 2 (iki) nəfər haqqında məlumat Təlimdən əvvəl ESÖ-yə bildiriləcəkdir.
16. Təlimdə birgə istifadə olunacaq kriptoqrafiya açarı ESÖ-nün səlahiyyətli kriptoqrafiya heyəti tərəfindən GÖ-lərin səlahiyyət verilmiş heyətinə kriptoqrafiya açarının istifadəsi və qorunması ilə bağlı brifinq keçiriləcək, kriptoqrafiya köçürmə sənədi ilə təhvil veriləcəkdir.
17. GÖ-lər Təlimdə birgə istifadə etdikləri kriptoqrafıya açarını Təlim başa çatanda məhv etmədən bütünlüklə ESÖ-nün səlahiyyətli kriptoqrafiya heyətinə təhvil verəcəklər.
18. GÖ təsis edəcəyi hər cür məlumat sistemi üçün “Sistemin Təhlükəsizlik Sənədi”ni hazırlamağa görə cavabdehdir. Qeyd olunan Sistemin Təhlükəsizlik Sənədlərinin səfərdən 45 (qırx beş) gün əvvəl Hava Qüvvələri Komandanlığının Rabitə və İnformasiya Texnologiyaları Sistemləri idarəsinə göndərilməsi təmin ediləcəkdir.
19. Təsis edilən məlumat sisteminin milli sərhədlər daxilində fəaliyyət qaydaları Hava Qüvvələri Komandanlığının Rabitə və İnformasiya Texnologiyaları Sistemləri idarəsinin koordinasiyasında müəyyən ediləcəkdir.
20. Milli sistemlərlə əlaqənin qurulmasına zərurət yarandığı hallarda, əlaqənin təsdiqi Hava Qüvvələri Komandanlığının Rabitə və İnformasiya Texnologiyaları Sistemləri İdarəsi tərəfindən koordinasiya edilərək, Baş Qərargahın Rabitə və İnformasiya Texnologiyaları Sistemləri idarəsi tərəfindən bildiriləcəkdir.
21. GÖ tapşırıqlarının planlaşdırılması üzrə özünün proqram təminatından istifadə edə biləcəkdir.
Maddə 13
Təhlükəsizlik
1. GÖ ESÖ-nün icazəsi olmadan “Anadolu Ankası” Təlimi zamanı qeyd olunan Təlimin başlamasından əvvəl və ya bu Təlimdən sonra XXX tərəfindən əmlakın və şəxsi heyətin yerləşdirilməsi üçün ayrılan sahə və təsisatlarda heç bir konstruktiv dəyişiklik etməyəcəkdir. ESÖ tərəfindən icazə verilən dəyişikliklər isə ancaq ətraf mühitin təhlükəsizliyi və mühafizəsi üzrə bütün zəruri tədbirlər tamamilə görüldükdən sonra həyata keçirilə bilər. “Anadolu Ankası” Təliminin başa çatmasından sonra bütün sahə və təsisatlar əvvəlki (ilkin) vəziyyətinə gətiriləcəkdir.
2. GÖ müvafiq fəaliyyətlərin başlamasından 3 (üç) gün əvvəl eniləcək xxxx xxxxxx, yan alınacaq dəniz limanı və müvəqqəti yerləşmə bölgələrində lazımi təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün ESÖ ilə təmasa keçəcəkdir.
3. “Anadolu Ankası” Təlimində iştirak edəcək şəxsi heyətin, istifadə olunacaq təchizatın və sursatın təhlükəsizliyi baxımından səlahiyyətli olmayan şəxslərin “Anadolu Ankası” Təlimi sahəsinə və/və ya köməkçi ərazilərə giriş və çıxışları qadağan ediləcək, xüsusi şəxsiyyət vəsiqələri yalnız səlahiyyətli şəxslərə veriləcəkdir.
4. GÖ Türkiyəyə gedəcək şəxsi heyətin adlarını, rütbələrini və şəxsiyyət vəsiqələrinin nömrələrini ehtiva edən siyahım altı nüsxədə hazırlayacaqdır. Bu siyahının iki nüsxəsi gediləcək bazadakı ESÖ komandirinə veriləcəkdir. Sonra ESÖ baza/hissə komandiri GÖ-nün şəxsi heyətinə imzaları qarşılığında müvəqqəti şəxsiyyət vəsiqələri verəcəkdir. GÖ-nün şəxsi heyəti və nəqliyyat vasitələri təhlükəsizlik nəzarəti məntəqələrində ESÖ-nün səlahiyyətli şəxsləri və GÖ-nün nümayəndələri tərəfindən yoxlanılacaqdır.
5. “Anadolu Ankası” Təlimi ilə bağlı şəxsi heyətin, təchizatın və sursatın təhlükəsizliyini təmin etmək məqsədilə:
a. XXX tərəfindən GÖ-nün şəxsi heyətinin bilmələri faydalı hesab edilən əsas təhlükəsizlik qaydaları və milli qanunlar, qadağalar və gömrük prosedurları haqqında ingilis dilində brifinq keçiriləcəkdir;
b. “Anadolu Ankası” Təlimi və ya icra ediləcək birgə fəaliyyət çərçivəsində edəcəkləri ziyarətlər zamanı fəxri müşahidəçilər üçün protokol zabitləri təyin olunacaqdır. Ediləcək ziyarətlərin məzmunu, çərçivəsi və tərəflər haqqında məlumatlar XX tərəfindən ESÖ-nün səlahiyyətli şəxslərinə qeyd olunan tədbirlərin başlamasından ən azı 3 (üç) gün əvvəl bildiriləcəkdir;
c. ESÖ-nün “Anadolu Ankası” Təlimi çərçivəsində GÖ-yə hərbi nəqliyyat təmin edəcəyi təqdirdə, ESÖ- nün səlahiyyətli şəxsləri GÖ-nün daşınması üzrə fəaliyyətləri zamanı kifayət edəcək qədər qüvvələrin qorunması tədbirlərini tətbiq edəcəklər.
Maddə 14
İctimaiyyətlə əlaqələr
1. ESÖ xüsusi diqqət tələb edən milli və hərbi məsələlərlə bağlı GÖ-nü əvvəlcədən məlumatlandıracaqdır. ESÖ dəyərləri, xüsusi əhəmiyyətli məsələlər, hərbi fəaliyyətlər və bənzər mövzuları əhatə edən məlumatların məxfiliyi təmin ediləcəkdir.
2. ESÖ mətbuat konfransları, ziyarətlər və ictimaiyyətə açıq fəaliyyətlərlə bağlı bütün müraciətləri GÖ- nün ictimaiyyətlə əlaqələr idarəsinə bildirəcəkdir.
3. ESÖ-nün hərbi orqanları tərəfindən “Anadolu Ankası” Təliminə dair xxxxx xxxx xəbərdarlıq və bildirişlər tədbir başlamadan əvvəl mülki və rəsmi qurumlara (vali, bələdiyyə sədri, jandarma, türk polisi və s.) bildiriləcəkdir.
Maddə 15
Xəritələr, sxemlər, fotoşəkillər və kəşfiyyat fəaliyyətləri
1. “Anadolu Ankası” Təlimində iştirak edən GÖ-nün ehtiyac duyacağı rəqəmsal coğrafi məlumatlar, xəritələr, planlar, sxemlər və aerofotoşəkillərin miqyası və miqdarları planlaşdırma iclaslarında müəyyənləşdiriləcək və ESÖ bu ehtiyacları imkan və qabiliyyətləri çərçivəsində və mövcud qanunvericiliyə uyğun olaraq təmin edəcəkdir. Bu məqsədlə:
a. GÖ xəritələrin təhvil alınmasına icazə verilmiş şəxsi heyətin adlarını “Anadolu Ankası” Təlimi başlamadan əvvəl ESÖ-yə bildirəcəkdir. Rəqəmsal coğrafi məlumatlar, xəritələr, planlar və sxemlər qeyd olunan şəxsi heyətə sənəd əsasında veriləcək və “Anadolu Ankası” Təliminin sonuncu günündən əvvəlki bir tarixdə eyni sənəd təqdim edilərək xxxx təhvil alınacaqdır.
b. rəqəmsal coğrafi məlumatlar, xəritələr, planlar, sxemlər və aerofotoşəkillər diqqətlə qorunacaq, çoxaldılmayacaq, üçüncü şəxslərlə paylaşılmayacaq, Təlim fəaliyyətlərindən kənarda istifadə olunmayacaqdır. Bu məlumatlarda çap edilənlər təhrif edilməyəcək, kəsilməyəcək və zədələnmiş olsalar da, necə varsa, ESÖ təmsilçisinə xxxx qaytarılacaqdır.
2. GÖ ESÖ icazə vermədiyi təqdirdə, Türkiyə ərazisi üzərində aerofotoşəkil çəkilişi aparmayacaqdır.
Maddə 16
Məxfi dərəcəli məlumat və materialların təhlükəsizliyi
1. Tərəflər bu Texniki Razılaşma çərçivəsində mübadilə edilən məxfilik dərəcəli məlumat və materiallara bərabər səviyyədə məxfilik dərəcəsi verərək qoruyacaq və mühafizə edəcəkdir.
2. XXX tərəfindən GÖ-nün şəxsi heyətinə məlumat təhlükəsizliyi çərçivəsində riayət edilməsi xxxxx xxxx qayda və əsaslan ehtiva edən brifinq keçiriləcəkdir.
3. Bu Texniki Razılaşmaya uyğun olaraq hazırlanan, yaradılan və ya mübadilə edilən məxfilik dərəcəli məlumat və materiallar Tərəflərin milli təhlükəsizlik qanunvericiliyi və təlimatlarına uyğun olaraq işlənəcək, paylanacaq, saxlanacaq və mühafizə ediləcəkdir.
4. Tərəflər məxfilik dərəcəli məlumat və materiallara buraxılışın “bilməsi lazımdır” prinsipinə əsasən və müvafiq təhlükəsizlik icazəsinə xxxxx xxxx şəxs tərəfindən həyata keçirilməsini təmin edəcəkdir.
5. “Anadolu Ankası” Təlimi zamanı GÖ tərəfindən istifadə edilən məxfilik dərəcəli bütün sənədlərin məhv edilməsi üçün ESÖ-nün təsisatlarından istifadə olunacaqdır.
6. “Anadolu Ankası” Təlimi zamanı ESÖ tərəfindən verilən və GÖ tərəfindən istifadə edilən məxfilik dərəcəli bütün sənədlə Təlimin sonunda ESÖ-nün səlahiyyətli şəxslərinə imzalanmış protokolla təhvil veriləcəkdir.
7. GÖ “Anadolu Ankası” Təliminin başlamasından ən azı 60 (altmış) gün əvvəl ESÖ-dən fotoşəkil, TV və videofilmlər çəkmək üçün icazə istəyəcəkdir. ESÖ qeyd olunan çəkilişləri tələb edərək, onları yoxlaya biləcəkdir.
8. Məxfilik dərəcəli məlumat və materiallar, bu məlumat və materialları təmin edən Tərəfin ilkin yazılı razılığı olmadan üçüncü tərəfə açıqlanmayacaqdır.
9. Tərəflər bu Texniki Razılaşmaya əsasən mübadilə edilən məlumat və materiallardan bir-birinə qarşı istifadə etməyəcəkdir.
10. Tərəflərin məxfilik dərəcəli məlumat və materialların mühafizəsi və məxfilik dərəcəsinin ləğv edilməsinin qarşısının alınmasına dair öhdəlikləri bu Texniki Razılaşmanın qüvvədən düşməsindən sonra da davam edəcəkdir.
Maddə 17
Uçuş təhlükəsizliyi
1. GÖ-lərin hərbi təyyarəsi qəzaya uğradığı təqdirdə, ESÖ-nün hərbi polisi tərəfindən qəza sahəsi mühafizə olunacaqdır.
2. ESÖ-nün qanunlarına uyğun olaraq xarici tədqiqat orqanının GÖ-nün hərbi təyyarəsinin uğradığı qəza və ya hadisə ilə bağlı istənilən tədqiqatda iştirak etmək hüququ vardır. Bu xarici tədqiqat orqanına qəzanın araşdırılması ilə bağlı bəzi işlərin yerinə yetirilməsi tapşırıla bilər.
3. Bu Razılaşma çərçivəsində təmin olunan nəqliyyat vasitələrinin düşdüyü istənilən hava qəzası və ya hadisəsi ilə bağlı ESÖ-nün nizamnamələrinə uyğun olaraq araşdırma həyata keçiriləcəkdir. Araşdırma raportu GÖ-yə veriləcəkdir.
Maddə 18
Fikir ayrılıqlarının həlli
Bu Texniki Razılaşmanın təfsiri və tətbiqi ilə bağlı yarana biləcək hər hansı bir fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 19
Dəyişikliklər
Bu Texniki Razılaşmaya əlavələr və dəyişikliklər yazılı şəkildə Tərəflərin razılığı ilə edilir. Xüsusi qoşmalar formasında əlavələr və dəyişikliklər Texniki Razılaşmanın ayrılmaz tərkib hissəsini təşkil edir və bu Razılaşmanın 20-ci maddəsinin müddəasına uyğun olaraq qüvvəyə minir.
Maddə 20
Qüvvəyəminmə, qüvvədəolma müddəti və ləğvetmə
1. Bu Texniki Razılaşma Tərəflərin Texniki Razılaşmanın qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların tamamlanması barədə bir-birlərinə diplomatik kanallar vasitəsilə bildirdiyi sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
2. Bu Texniki Razılaşma Təlimlə bağlı bütün fəaliyyətlər və xxxx ödəmələr başa çatanadək etibarlıdır.
3. Bu Texniki Razılaşma qüvvədən düşsə də, Tərəflər arasında bu Texniki Razılaşma ilə bağlı yarana biləcək fikir ayrılığında tətbiq edilir.
4. Bu Texniki Razılaşma 1 (bir) il müddətində qüvvədə qalır və Tərəflərdən biri bu Texniki Razılaşmanı ləğv etmək niyyətini qüvvədəolma müddətinin başa çatmasından 30 (otuz) gün əvvəl qarşı Tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirmədiyi təqdirdə, avtomatik olaraq birillik müddətlərə uzadılır.
Bu Texniki Razılaşma Bakı şəhərində 2020-ci il 18 mart tarixində, Ankara şəhərində 2020-ci il 9 Haziran tarixində, hər biri bərabər autentik olmaqla, iki əsl nüsxədə, Azərbaycan və türk dillərində imzalanmışdır.
Azərbaycan Respublikası Hökuməti adından Xxxxx XXXXXXX, general-leytenant Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı | Türkiyə Respublikası Hökuməti adından Xxxxx XXXXX, Hava Qüvvələrinin Maddi-Texniki Təminat rəisi |
Təzminat iltizamnaməsi
Türkiyə Respublikası Hava Qüvvələri rəhbərliyi ilə həyata keçirilən uçuşlarında iştirak edəcək təyyarələr üçün -nə Türkiyə Respublikası Hökuməti tərəfindən verilən icazə ilə bağlı olaraq,
Hökuməti/qurumu (hər hansı rəsmi qurum) adından burada imzaları xxxx tərəflər aşağıda qeyd olunan maddələr haqqında razılığa gəldiklərini bəyan edirlər.
1. və Hökuməti/qurumu, hər hansı bir etinasızlıq, qüsur
və ya nöqsan olub-olmadığından asılı olmayaraq, hər növ ölüm, yaralanma və ya xəsarət halları baş verdikdə, Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyindən və Türkiyə Respublikası Hava Qüvvələrinin zabitləri, gizirləri və ya hər hansı hərbi şəxsi heyətindən heç bir təzminat/zərər ödəməsi tələb etməyəcəkdir.
2. və/və ya sözügedən şəxsin maddi və/və ya maddi olmayan baxımdan himayəsinə möhtac xxxx xələfinin (varisinin) və/və ya aidiyyəti xxxx hər hansı şəxslərin və (və ya) qohumlarının yuxarıda göstərilən şəxslərdən, yəni Türkiyə Respublikası Hava Qüvvələrinin zabitləri, gizirləri və ya hər hansı hərbi şəxsi heyətindən və ya Türkiyə Respublikası Hökumətindən təzminat tələb etməsi və ya sözügedən şəxslərə və qurumlara qarşı bu məqsədlə iddia irəli sürməsi hallarında və məhkəmələrin və ya hər hansı bir Arbitraj Məhkəməsinin və ya digər səlahiyyətli instansiyaların, yuxarıda qeyd edilən uçuşlarzamanı baş verən hər növ ölüm, yaralanma və ya xəsarətin ödəniş yolu ilə təzminatına qərar verilməsi hallarında, aidiyyəti vəkilin (vəkillərin) xidmət haqqı (xidmət haqları) ilə iddia ilə bağlı bütün xərclər və ödəmələr daxil olmaqla, bu təzminat məbləği Hökuməti/qurumu tərəfindən ödəniləcəkdir.
3. Bu İltizamnamə Türkiyə Respublikasının qanunlarına uyğun olaraq qüvvəyə minəcəkdir.
(İmza) Soyadı Adı
Rütbə (vəzifə)
Uçuş treninqi keçən şəxsi heyət
Azərbaycan Respublikası Hökuməti adından Xxxxx XXXXXXX, general-leytenant Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı | Türkiyə Respublikası Hökuməti adından Xxxxx XXXXX, Hava Qüvvələrinin Maddi-Texniki Təminat rəisi |
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə
Respublikasında “EFES” Birgə Döyüş Atışlı Ümumqoşun Təlimi xxxxxx Xx Sahibi Ölkənin Dəstəyinə dair Texniki Razılaşmanın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasında “EFES” Birgə Döyüş Atışlı Ümumqoşun Təlimi xxxxxx Xx Sahibi Ölkənin Dəstəyinə dair 2016- cı il avqustun 1-də Ankara şəhərində və dekabrın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Texniki Razılaşma qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Texniki Razılaşmanın qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2017-ci il
№ 1325
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə
Respublikasında “EFES” Birgə Döyüş Atışlı Ümumqoşun Təlimi xxxxxx Xx Sahibi Ölkənin Dəstəyinə dair
TEXNİKİ RAZILAŞMA
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti (bundan sonra ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırılacaq),
1992-ci il 11 avqust tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə” və 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və xxxx sahədə əməkdaşlıq haqqında Saziş”in (bundan sonra “Müqavilələr” adlandırılacaqdır) müddəalarını nəzərə alaraq,
“EFES” Birgə Döyüş Atışlı Ümumqoşun Təliminin (bundan sonra “Təlim” adlandırılacaqdır) çoxmillətli və birgə Təlim olduğunu qəbul edərək,
Tərəflərin həyata keçiriləcək “EFES” Təlimi ilə bağlı taktiki və texniki məlumat mübadiləsi aparacağını və bununla bağlı əməkdaşlıq edəcəklərini təsdiq edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Terminlər və anlayışlar
1. Ev Sahibi Ölkə (ESÖ) - bu Texniki Razılaşma baxımından (TR) “Ev Sahibi Ölkə” termini Türkiyə Respublikasını ifadə edir.
2. Göndərən Ölkə (GÖ) - bu TR-də “Göndərən Ölkə” termini öz ölkəsinin xaricində Təlimdə iştirak üçün qüvvələr göndərən və bu qüvvələr üçün ESÖ-nün maddi-texniki təminat və inzibati dəstəyindən istifadə etməyi tələb edən Azərbaycan Respublikasının müvafiq qurumlarını ifadə edir.
3. Ev Sahibi Ölkə Dəstəyi (ESÖD) - Təlimin məqsədi istiqamətində ESÖ tərəfindən GÖ-yə göstərilən mülki və hərbi yardımdır. Bu TR-də qeyd edilən ESÖD GÖ heyətinin ESÖ-nün ərazisinə daxil olması ilə başlayacaq və bu heyətin ESÖ ərazisini tərk etməsinə qədər davam edəcəkdir.
4. Təlim - GÖ-nün komponenti və şəxsi heyətinin iştirakı ilə Türkiyə Respublikasında keçiriləcək “EFES” Birgə Döyüş Atışlı Ümumqoşun Təlimini ifadə edir.
5. Səlahiyyətli orqanlar - bu TR-i həyata keçirməyə səlahiyyətli orqanlar Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Türkiyə Respublikası Hökuməti adından - Türkiyə Respublikasının Baş Qərargahıdır.
6. Maddi-Texniki Təminat (MTT) - qüvvələrin yerdəyişməsinin və təminatının xxxx əsaslarla planlaşdırılması və həyata keçirilməsidir. Ən geniş mənada aşağıda qeyd olunanlarla bağlı hərbi fəaliyyətlərdir:
(1) materialın dizaynı və işlənilib hazırlanması, satın alınması, saxlanması, daşınması, çatdırılması, texniki xidməti, təxliyəsi və məhv edilməsi,
(2) şəxsi heyətin daşınması,
(3) obyektlərin hazırlanması və ya tikintisi, texniki xidməti, istismarı və məhv edilməsi,
(4) xidmətlərin satın alınması və ya verilməsi,
(5) tibbi və səhiyyə xidməti dəstəyi.
7. Eyni şəkildə (əmlak şəklində) dəyişdirmə - bu TR çərçivəsində ESÖ-nün aldığı maddi-texniki təminat dəstəyinin, təchizat maddələrinin və xidmətlərin eyni və ya təxminən eyni xüsusiyyətdəki maddi-texniki təminat dəstəyi ilə, təchizat maddələri ilə və xidmətlərlə dəyişdirilməsi sahəsində həyata keçirilən dəyişdirmə prosedurudur.
8. Ehtiyaclar Bəyannaməsi (EB) - GÖ-lər və/və ya NATO komandirləri tərəfindən hazırlanan və göndəriləcək qüvvələri, təchizatı, tələb olunan aidiyyəti obyektləri, təminat maddələrini və xidmətləri təfərrüatları ilə əks etdirən sənəddir. Məlum olduğu təqdirdə, ehtiyaclar sənədi tələb edilən ESÖD-ün bütün məhdudiyyətlərini/çatışmazlıqlarını da öz əlavələrində əks etdirir.
Maddə 2
Məqsəd və əhatə dairəsi
Bu TR Təlim zamanı GÖ-yə göstəriləcək ESÖD, təlim zamanı GÖ-nün şəxsi heyətinin statusu, maliyyə və hüquqi məsələlərlə bağlı şərtləri müəyyən edir.
Bu TR-in çərçivəsi xaricində qalan təcili xarakterli əlavə dəstək tələbləri ESÖ ilə GÖ arasında ayrıca olaraq müzakirə ediləcəkdir.
Maddə 3
Maliyyə məsələləri
1. Ümumi müddəalar:
a. İctimai sektor və ya mülki bazardan malların və xidmətlərin əldə edilməsi GÖ-nün imzaladığı kontrakt vasitəsilə həyata keçiriləcəkdir. ESÖ, sözügedən kontraktın bağlanılmasında neytral mövqe tutacaq, ancaq ehtiyac olduğu təqdirdə GÖ-nün qurumları ilə yerli podratçıları görüşdürmək üzrə əlaqələndirici rolunu öz üzərinə götürəcəkdir.
b. GÖ heyətinin şəxsi ehtiyacları üçün aldığı mal və xidmətlər ESÖ-də tətbiq edilən vergilərin subyektidir.
2. Maliyyə öhdəlikləri:
a. GÖ təmin edilən mal və xidmətlərə görə cavabdehdir.
b. GÖ qüvvələri xidmət haqqının alınmayacağı bəyan edilən xidmətlər xaricində qalan və ESÖ tərəfindən təmin olunması qarşılıqlı şəkildə razılaşdırılmış bütün mal və xidmətlərin haqqının ödənilməsini təmin edəcəkdir.
c. Aşağıdakı xidmətlər ödənişsiz olaraq təmin ediləcəkdir:
(1) birinci növbəli xidmətlər (anqarların istifadəsi, dayanacaq yeri, naviqasiya vasitələri, hava hərəkəti xidmətləri, texniki qulluq zamanı istifadə edilən alətlər, şəxsi heyət dəstəyi),
(2) hərbi kommunikasiya xətləri vasitəsilə rabitə əlaqəsi,
(3) yemək, məişət xidməti və yataq yeri.
ç. Təlim çərçivəsində Xüsusi Təyinatlı Qüvvələr Komandanlığında (Ankara) keçiriləcək treyninq mərhələsində yemək və məişət xidməti ödənişsiz olacaqdır. Bundan başqa, təlim hazırlıqları çərçivəsində treninq təsisatları və piyada/hava nəqliyyatı vasitələrindən istifadə də ödənişsiz olacaqdır.
3. GÖ ilə ESÖ arasındakı nəqliyyatla təminolunma məsuliyyəti GÖ qüvvələrinə aiddir.
4. GÖ, ESÖ ərazisində hal-hazırda ESÖ-yə aid xxxx və ya ESÖ-nün kontraktla istifadə hüququna malik olduğu daşıma imkanlarından qarşılılıq prinsipi ilə ESÖ-nün imkan və qabiliyyətləri çərçivəsində ödənişsiz istifadə edə bilər.
Maddə 4
Tibbi dəstək
1. GÖ şəxsi heyətinin Təlimdə iştirak üçün tibbi cəhətdən yararlı olmasını və bu mənada hər hansı fizioloji və ya cismani probleminin olmamasını təmin edəcəkdir.
2. GÖ-nün şəxsi heyəti Təlim müddəti üçün kifayət edəcək miqdarda əvvəlcədən müəyyən olunmuş dərman və ləvazimatla yola çıxacaqdır.
3. GÖ tərəfindən Təlimdə iştirak edəcək bütün şəxsi heyətinə STANAG 2037 NATO qüvvələri milli hərbi aşılama (peyvəndetmə) strategiyası - AmedP-23-də göstərilən, ESÖ-yə girişdən əvvəl vurulması xxxxx xxxx peyvəndlər vurulacaqdır. Bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi və vurulmuş peyvəndlər qeyd edildiyi standart peyvənd kartlarının şəxsi heyətin üzərində olması təmin ediləcəkdir.
4. ESÖ Təlim ərzində bütün Təlim sahələrində tibbi məqsədlərlə istifadəyə hazır olan müvafiq tibb məntəqələri və müəssisələrini, daşıma vasitələrini təmin edəcəkdir. Tibbi xidmətlərin gecikdirilmədən göstərilməsi məqsədilə GÖ şəxsi heyətinin adı, soyadı və pasport/şəxsiyyət vəsiqəsi nömrələrini Təlimdən 30-45 gün əvvəl ESÖ-yə bildirəcəkdir.
5. ESÖ, GÖ qüvvələrinin şəxsi heyətinin təxliyə (medevac) helikopterləri də daxil olmaqla, bütün hava nəqliyyatı vasitələrinin hər hansı bir təcili halda aidiyyəti təlim sahəsi və ESÖ-nün hava məkanından keçışı, girişi və çıxışına milli prosedurlarına uyğun olaraq ən yüksək prioritet verməyə zəmanət verir.
6. GÖ qüvvələrinin şəxsi heyətinin ölümü və ya yaralanması halında ESÖ GÖ qüvvələrini məlumatlandıracaqdır. Ölüm halında ESÖ, GÖ-nün qanunvericiliyinə riayət edilməsini təmin etmək üçün cəsədlə bağlı prosedurlar aparılmadan və ya cəsəd yarılmadan əvvəl GÖ qüvvələri ilə koordinasiya edəcəkdir. GÖ qüvvələrinin bir təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştirak etmə və yekun yarılma raportunun bir nüsxəsini əldəetmə səlahiyyətinə malik olacaqdır.
7. ESÖ təcili tibbi xidmətləri, təcili təxliyə xidmətlərini, təcili stomatoloji xidmətləri GÖ-nün şəxsi heyətinə ödənişsiz olaraq təmin edəcəkdir. Digər tibbi və stomatoloji dəstək ESÖ tərəfindən GÖ-nün şəxsi heyətinə ESÖ- nün imzaladığı tətbiqi mümkün xxxx beynəlxalq müqavilələrin aidiyyəti müddəalarına müvafiq olaraq və ya təzminat prinsipi əsasında ESÖ-nün şəxsi heyətinə təmin edilən şərtlərlə göstəriləcəkdir.
8. Cənazə yarılmanın başa çatmasından sonra daşınması üçün dərhal GÖ qüvvələrinə təhvil veriləcəkdir. Bu halda ESÖ münasib daşıma vasitələrini təmin edəcəkdir.
9. Ölüm halında cənazənin GÖ-yə göndərilməsi ilə bağlı bütün xərclərə görə GÖ qüvvələri cavabdeh olacaqdır.
Maddə 5
Zərər/ziyan və təzminat
Zərər/ziyan və təzminat məsələlərində GÖ və ESÖ arasında qüvvədə xxxx müqavilələrin aidiyyəti müddəaları əsas götürüləcəkdir.
Maddə 6
Hüquqi məsələlər
1. Hüquqi məsələlərdə GÖ və ESÖ arasında qüvvədə xxxx müqavilələrin aidiyyəti müddəaları əsas götürüləcəkdir.
2. Tərəflər arasında qüvvədə xxxx müqavilələrdə aidiyyəti müddəalar olmadığı təqdirdə, GÖ-nün şəxsi heyəti Təlim fəaliyyətləri çərçivəsində Türkiyədə olduqları müddətdə ESÖ qanunları ilə bilavasitə ziddiyyət təşkil etməyən nizam-intizam qaydaları və nizamnamələri xaricində, ESÖ-nün qanunlarına riayət edəcək və ESÖ-nün qaydalarına və ənənələrinə hörmət edəcəkdir. GÖ-nün nizam-intizam qanunvericiliyi və qaydalarına görə aparılan proseslər barədə ESÖ orqanları xəbərdar ediləcəkdir.
3. GÖ-nün şəxsi heyətinin bu TR-də nəzərdə tutulan müddəalara zidd davranışı və ya bu TR-in məqsədləri xaricində fəaliyyət göstərməsi hallarında, bu vəziyyət ESÖ tərəfindən ən qısa zamanda GÖ-yə bildiriləcəkdir. Sözügedən şəxsi heyətin Təlimdə iştirakı dayandırılaraq, o, ən qısa müddətdə öz ölkəsinə göndəriləcək və həmin şəxsi heyət barəsində yuxarıda bu maddənin birinci və ikinci bəndlərində göstərilən müddəalar çərçivəsində tədbirlər görüləcəkdir.
Maddə 7
Şəxsi heyətlə bağlı müddəalar
1. Təlim zamanı GÖ tərəfindən istifadə ediləcək nəqliyyat vasitələrinin sürücüləri milli və ya beynəlxalq sürücülük vəsiqələri ilə yanaşı, varsa - hərbi sürücülük vəsiqələrini də yanlarında saxlayacaqlar.
2. Nəqliyyat vasitələrinin hamısının maliyyə öhdəlikləri ilə bağlı sığortaları GÖ tərəfindən etdiriləcək və bu sığorta sənədləri hərəkət zamanı nəqliyyat vasitələrində olacaqdır.
3. ESÖ-yə gəldikdə, münasib bir vaxtda ESÖ-nün səlahiyyətli şəxsləri yol hərəkəti qaydaları haqqında təfərrüatlı məlumat verəcəklər. Bütün nəqliyyat vasitələrinin sürücüləri ESÖ tərəfindən müəyyən edilən yol hərəkəti qaydalarına, məhdudiyyətlərinə və qadağalarına uyğun hərəkət edəcəklər.
Maddə 8
Maddi-texniki təminat
1. Müəyyən miqdarlardakı JP-8 (aviasiya yanacağı), dizel yanacağı, benzinlə xxxx və/və ya oksigen/azot xxxx xxxx məmulatlar və Təlim zamanı bu məmulatlarla bağlı yarana biləcək əlavə ehtiyaclar aşağıda göstərilən əsaslar çərçivəsində təmin ediləcəkdir:
a. Aviasiya yanacağı (JP-8);
(1) yerüstü nəqliyyat vasitələri üçün F-54 və hərbi hava nəqliyyatı vasitələri üçün yalnız JP-8 yanacağı təmin ediləcəkdir.
(2) GÖ tərəfindən icarəyə götürülmüş nəqliyyat vasitələrinə Təlim sahəsində yanacaq təmin edilməyəcəkdir.
2. GÖ-nün özü ilə gətirdiyi silah, yerüstü nəqliyyat vasitələri və başqa təchizata ESÖ-nün imkanları daxilində və oxşar xüsusiyyətlərə malikdirsə, ödənişsiz texniki xidmət dəstəyi təmin ediləcəkdir.
3. Tələb edildikdə, hərbi təchizat və xilasetmə jileti ESÖ ilə əlaqələndirilərək sənəd əsasında müvəqqəti olaraq GÖ-nün şəxsi heyətinə ayrılacaqdır.
4. ESÖ Təlim sahəsində GÖ-nün ehtiyac duyacağı elektrik və işıqlandırma xidmətlərini, Ordu evində və ya Menteş düşərgəsi bölgəsində yerləşməsini ödənişsiz təmin edəcəkdir.
5. Təlim müddətində GÖ-nün şəxsi heyətinin yemək və içmək, texniki və içməli su ilə təminatı ESÖ-nün cavabdehliyində olacaqdır.
b. GÖ tələb edərsə, ESÖ Təlim sahəsində uyğun yerləşmə məkanında içi boş yataq çadırı, içində kifayət qədər stul və xxxx xxxx istirahət və yeməkxana çadırını ödənişsiz təmin edəcəkdir. Bütün digər xidmətlər (hamam, tualet, camaşır xidməti, ətrafın təmizliyi) ESÖ-nün imkanları daxilində ödənişsiz təmin ediləcəkdir.
7. GÖ-nün gətirəcəyi silah, sursat və təchizat ESÖ-nün ayıracağı yerdə kilid altında mühafizə ediləcək və onların daxili təhlükəsizliyi GÖ tərəfindən təmin ediləcəkdir, şəxsi heyət Təlim xaricində mülki şəraitdə üzərində silah və sursat saxlamayacaq və gəzdirməyəcəkdir. GÖ tərəfindən tələb edilərsə, Təlim müddətində istifadə üçün sursat, ləvazimat və təchizat ESÖ-nün imkanları daxilində GÖ-nün şəxsi heyətinə müvəqqəti və ödənişsiz təmin ediləcəkdir.
Maddə 9
Gömrük prosedurları
1. GÖ orqanları ESÖ-nün hərbi səlahiyyətli şəxsləri vasitəsilə gömrük orqanlarına Təlimlə bağlı Türkiyəyə gələcək şəxsi heyət və əmlak haqqında məlumat verəcəkdir. Bu məqsədlə hazırlanan şəxsi heyət və əmlak bəyannamələri səfərdən ən azı 30 (otuz) gün əvvəl GÖ-nün Türkiyədəki (Ankara) hərbi attaşeliyi tərəfindən Gömrük və Ticarət Nazirliyinə çatdırılması üçün Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığına və Türkiyə Quru Qoşunları Komandanlığına göndəriləcəkdir.
2. Şəxsi heyət və xxxxx xxxxxxxxxxxxx əsas əmlak kateqoriyalarına görə üç nüsxədə hazırlanacaq və Ankara və İzmirdə məlumat məktubu/sənədi ilə birlikdə Türkiyə Gömrüyünün səlahiyyətli şəxslərinə təqdim ediləcəkdir.
3. Təlim zamanı Ankara və İzmir hava limanlarında gömrük nəzarəti məntəqələri təsis ediləcəkdir. Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı qeyd olunan nəzarət məntəqələrində ingilis dilində danışan bir türk əlaqələndirici şəxsi və kifayət qədər xxxxx gömrük/təhlükəsizlik heyətini təmin etməyə cavabdeh olacaqdır. GÖ lazımi əlaqələndirmə üçün bu gömrük nəzarəti məntəqələrinə ən azı bir təmsilçi təyin edəcəkdir.
4. ESÖ tərəfindən ölkə daxilində qalması və ya müxtəlif məqsədlər üçün istifadəsi təsdiq olunanlar və/və ya itirilənlər istisna olmaqla, GÖ tərəfindən Türkiyəyə gətirilən bütün materiallar və təchizatlar Təlimin sonunda ölkə xaricinə çıxarılacaqdır. Təlim üçün gətirilən materiallar dəyişdirilə, satıla və ya Türk ordusu mənsubları ilə mülki vətəndaşlara verilə bilməz. GÖ-nün şəxsi heyətinin şəxsi əşyalarına da eyni qaydalar şamil edilir. Təlim zamanı istifadə olunan və ya itən sərf edilən materialların əşyaların qeydiyyat siyahısı ESÖ ilə əlaqəli şəkildə hazırlanacaq, bəyannaməyə qeyd ediləcək, İzmirdə və ölkədən ayrılma (çıxış) məntəqəsində ölkəyə giriş zamanı istifadə olunan bəyannaməyə əlavə edilərək gömrük əməkdaşlarına veriləcəkdir.
5. Təcili hallarda GÖ-nün şəxsi heyəti Təlim sahəsini və ya Türkiyəni nəzərdə tutulan tarixdən əvvəl tərk edə bilər. Təlim sahəsini şəxsi səbəblərlə tərk etməli xxxx şəxsi heyətin üzərində pasportu və gömrükdən çıxışda ölkə xaricinə çıxarılacaq ordu əmlakı üçün gömrük çıxış bəyannaməsi olmalıdır.
6. Mümkün olduğu təqdirdə, GÖ komandiri ESÖ komandirinə Təlimin sonunda Türkiyədə qalması xxxxx xxxx şəxsi heyətin siyahısını verəcəkdir. Bununla bağlı:
a. təsdiq olunmuş (möhürlü) və qüvvədə xxxx pasportu olanlarla başqa birtreninq (təlimdə) iştirak etməli olanlar EFES Təlimindən sonra Türkiyədə qala bilərlər.
b. Xəstəlik, qəza və oxşar səbəblərlə Türkiyədə qalmalı xxxx şəxsi heyət müalicə ediləcək və öz xərclərini ödəmək şərtilə məcburi qalma səbəbi aradan qalxdıqda ölkəsinə xxxx göndəriləcəkdir.
Maddə 10
Ətraf mühiti mühafizə
1. Təlimin planlaşdırma mərhələsindən başlayaraq, icrası və başa çatdırılmasından sonra sahənin əvvəlki xxxxxx gətirilməsi işlərini əhatə edən müddətdə ətraf mühit elementləri bütün prosesə daxil ediləcəkdir.
2. GÖ şəxsi heyəti ESÖ-nün ətraf mühitlə bağlı qanunvericiliyinə riayət edəcək və hər növ tullantıları müəyyən olunan xüsusi yerlərdə toplayacaqdır. Bu xüsusi yerlər Təlimin keçirilməsindən əvvəl GÖ-yə bildiriləcəkdir.
3. Ətraf mühitin idarə edilməsində əsas prinsiplərdən xxxx xxxx “Çirkləndirən ödəyir” prinsipinə uyğun olaraq ətraf mühitə vurulan zərərlərin təzminatı və tullantıların idarə edilməsi ilə bağlı xərclər çirkləndirən (tullantı yaradan) tərəfindən ödəniləcəkdir.
4. Təlim müddətində keçirilən atışlarda partlamamış sursatlarla bağlı ESÖ nəzarətçiləri tədbirlər görəcəklər.
5. ESÖ GÖ-nü öz ətraf mühit qanunvericiliyi barədə əvvəlcədən məlumatlandıracaqdır.
Maddə 11
Yerdəyişmə və daşıma
1. GÖ ilə ESÖ arasında daşıma cavabdehliyi GÖ qüvvələrinə aiddir.
2. GÖ ESÖ ərazisində hal-hazırda ESÖ-yə aid və ya ESÖ-nün kontraktla istifadə hüququna malik olduğu daşıma imkanlarından ölkəyə girişdən Təlim sahəsinə, Təlim sahəsindən çıxış sahəsinə qədər ESÖ-nün imkan və qabiliyyətləri çərçivəsində ödənişsiz istifadə edə bilər.
3. Tələb edilməsi halında, ESÖ GÖ-nün mülki podratçılardan daşıma xidməti təmin etməsinə kömək göstərəcəkdir.
Maddə 12
Ölkəyə giriş icazəsi
GÖ Xüsusi Təyinatlı Qüvvələr Komandanlığına məktub göndərərək, Təlimdə iştirak edəcək şəxsi heyət və istifadə ediləcək təchizat üçün giriş icazəsi tələb edəcəkdir.
a. Hərbi təyyarə üçün adlı siyahı (diplomatik icazə məqsədi ilə) yola düşmədən 30 (otuz) gün əvvəl;
b. şəxsi heyət və təchizat üçün (gömrük prosedurları üçün) Təlimdən 30 gün əvvəl Xüsusi Təyinatlı Qüvvələr Komandanlığına (Ankara) göndəriləcəkdir.
Maddə 13
Rabitə
1. Təlim məqsədilə Türkiyəyə gətiriləcək hər növ Rabitə və İnformasiya Texnologiyaları Sistemləri (RİTS) təchizatı və materiallarının təfərrüatlarını ehtiva edən siyahı (ehtiyat hissə/kataloqun adı və nömrəsi, növü, modeli, tezlik aralığı, istifadəsinin məqsədi, miqdarı) Təlimin keçirilməsi tarixindən 45 (qırx beş) gün əvvəl Türkiyə Quru Qoşunları Komandanlığına çatdırılacaqdır.
2. GÖ qüvvələri tərəfindən gətirilən RİTS cihaz və təchizatlarının istifadəsinə Türkiyə Baş Qərargahının təsdiqindən sonra icazə veriləcəkdir.
3. Təlim müddətində ESÖ, Təlimin ehtiyacları ilə məhdudlaşdırılmaqla, öz hərbi HHN RİTS-nin (Hava Hərəkətinə Nəzarət Rabitə İnformasiya Texnologiyaları Sistemlərinin) GÖ qüvvələri tərəfindən istifadəsinə icazə verəcəkdir.
4. GÖ Təlim müddətində istifadə edəcəyi RİTS sistem və cihazlarının tezlik ehtiyaclarını Təlimin başlanmasından 60 (altmış) gün əvvəl ESÖ-nün Təlimi koordinasiya orqanına bildirməyə cavabdehdir. Tələb çərçivəsində ayrılan tezliklər Təlim Planında dərc ediləcəkdir.
5. Təlim üçün GÖ qüvvələrinə ayrılan tezliklər ayrılma parametrləri (ayrılma müddəti, ayrılma yeri, çıxış gücü, zolaq genişliyi, emissiya növü, stansiya növü və s.) çərçivəsində istifadə ediləcəkdir.
6. GÖ qüvvələri tərəfindən istifadə ediləcək elektromaqnit şüalanma yaradan RİTS cihazları baza daxilində və ya xaricindəki ESÖ-nün RİTS sistemlərinə mənfi təsir göstərməyəcəkdir (qarışmayacaqdır). Ayrılan tezliklərə hər hansı mənfi təsirin müəyyən edilməsi halında, GÖ qüvvələri tərəfindən bu tezliyi istifadə edən sistemlərin istifadəsi dərhal dayandırılacaq və mənfi təsir dərhal ESÖ-yə bildiriləcəkdir.
7. Hərbi hissə daxilində mobil telefonlar, internet və digər xidmətlər ESÖ- nün müəyyən etdiyi mövcud qaydalar və təlimatlara uyğun olaraq istifadə ediləcəkdir. Mobil telefonların istifadəsinin qadağan olduğu bölgələr ESÖ tərəfindən işarələnəcək və bu bölgələr barədə GÖ qüvvələri məlumatlandırılacaqdır.
8. Xxxxx xxxx uzaq məsafəli icarəli xətt dövrələrinin açılması ilə bağlı işlər Milli Uzaq Məsafəli Xətlər Təşkilatı (MUMXT) prinsiplərinə görə koordinasiya ediləcəkdir. Qeyd olunan icarəli xətlərin istifadəsinin haqqı GÖ tərəfindən xidmətin satın alındığı şirkətə ödəniləcəkdir. ESÖ GÖ-nün uzaq məsafəli icarəli xətlər dövrələrinin ehtiyaclarını ödəmək məqsədi ilə yerli telekommunikasiya şirkəti ilə koordinasiyanın təmin edilməsi üçün lazımi kömək göstərəcəkdir.
9. RİTS-ə və rabitə üsullarına dair əlavə texniki məsələlər ölkə təmsilçiləri arasındakı danışıqlar vasitəsilə müəyyən ediləcəkdir.
Maddə 14
Təhlükəsizlik
1. GÖ ESÖ-nün icazəsi olmadan Təlim zamanı, Xxxxxxx başlanmasından əvvəl və ya Təlimdən sonra ESÖ tərəfindən əmlakın və şəxsi heyətin yerləşdirilməsi üçün ayrılan sahə və təsisatlarda heç bir struktur dəyişikliyi etməyəcəkdir. ESÖ tərəfindən icazə verilən dəyişikliklər isə ancaq xxxxx xxxx bütün ətraf mühitin qorunması və təhlükəsizliklə bağlı tədbirlər tam şəkildə görüldükdən sonra həyata keçirilə bilər. Təlimin başa çatmasından sonra bütün sahə və təsisatlar əvvəlki (ilkin) vəziyyətinə gətiriləcəkdir.
2. GÖ müvafiq fəaliyyətlərin başlanmasından 3 (üç) gün əvvəl eniləcək xxxx xxxxxx, yan alınacaq dəniz limanı və müvəqqəti yerləşmə bölgələrində lazımi təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün ESÖ ilə təmasa keçəcəkdir.
3. Təlimdə iştirak edəcək şəxsi heyətin, istifadə olunacaq təchizatın və sursatın təhlükəsizliyi baxımından səlahiyyəti olmayan şəxsi heyətin Təlim sahəsinə və/və ya köməkçi ərazilərə giriş və çıxışları qadağan ediləcək, xüsusi şəxsiyyət vəsiqələri yalnız səlahiyyətli şəxslərə veriləcəkdir.
4. GÖ Türkiyəyə gedəcək şəxsi heyətin adlarını, rütbələrini və şəxsiyyət vəsiqəsi nömrələrini ehtiva edən siyahını altı nüsxədə hazırlayacaqdır. Bu siyahının iki nüsxəsi yerləşmə sahəsindəki ESÖ komandirinə veriləcəkdir. Sonra ESÖ komandiri GÖ-nün şəxsi heyətinə imzalan qarşılığında müvəqqəti şəxsiyyət vəsiqələri verəcəkdir. GÖ-nün şəxsi heyəti və nəqliyyat vasitələri təhlükəsizlik nəzarəti məntəqələrində ESÖ-nün səlahiyyətli şəxsləri və GÖ-nün təmsilçiləri tərəfindən yoxlanılacaqdır.
5. Təlimlə bağlı şəxsi heyətin, təchizatın və sursatın təhlükəsizliyini təmin etmək məqsədilə:
a. Xxxxx və/və ya icra ediləcək birgə fəaliyyət çərçivəsində edəcəkləri ziyarətlər zamanı fəxri müşahidəçilər üçün müşayiətçi zabitlər (təşrifat zabitləri) təyin olunacaqlar. Ediləcək ziyarətlərin məzmunu, çərçivəsi və tərəfləri GÖ tərəfindən ESÖ-nün səlahiyyətli orqanlarına qeyd olunan tədbirlərin başlanmasından ən azı 3 (üç) gün əvvəl bildiriləcəkdir.
b. ESÖ-nün Təlim çərçivəsində GÖ-yə hərbi nəqliyyat təmin edəcəyi təqdirdə ESÖ-nün səlahiyyətli orqanları GÖ-nün daşınması üzrə fəaliyyətlər zamanı lazımi qüvvələrin qorunması üzrə tədbirləri həyata keçirəcəkdir.
Maddə 15
İctimaiyyətlə əlaqələr
1. ESÖ xüsusi diqqət tələb edən milli və hərbi məsələlərlə bağlı GÖ-nü əvvəlcədən məlumatlandıracaqdır. ESÖ dəyərləri, xüsusi əhəmiyyətli məsələlər, hərbi fəaliyyətlər və bənzər mövzuları əhatə edən məlumatların məxfiliyi təmin ediləcəkdir.
2. ESÖ mətbuat konfransları, ziyarətlər və ictimaiyyətə açıq fəaliyyətlərlə bağlı bütün tələbləri GÖ-nün ictimaiyyətlə əlaqələr idarəsinə bildirəcəkdir.
3. Xxxxx haqqında bölgədəki mülki və rəsmi qurumlara (qubernator, bələdiyyə sədri, jandarm idarəsi, polis və s.) göndərilməsi xxxxx xxxx xəbərdarlıq və yazılı bildirişlər tədbirin başlanmasından əvvəl ESÖ-nün hərbi orqanları tərəfindən ediləcəkdir.
Maddə 16
Xəritələr, sxemlər, fotoşəkillər və kəşfiyyat fəaliyyətləri
1. Təlimdə iştirak edən GÖ-nün ehtiyac duyacağı xəritələr, sxemlər və aerofotoşəkillərin miqyası və miqdarları planlaşdırma iclaslarında müəyyənləşdiriləcək və ESÖ bu ehtiyacları imkan və qabiliyyətləri çərçivəsində və mövcud qanunvericiliyinə müvafiq olaraq təmin edəcəkdir. Bu məqsədlə:
a. GÖ xəritələrin təhvil alınmasına icazə verilmiş şəxsi heyətin adlarını Təlimin başlanmasından əvvəl ESÖ- yə bildirəcəkdir. Xəritələr, planlar və sxemlər qeyd olunan şəxsi heyətə sənəd əsasında veriləcək və Xxxxxxx sonuncu günündən əvvəlki bir tarixdə eyni sənəd təqdim edilərək xxxx təhvil alınacaqdır;
b. xəritələr, sxemlər və aerofotoşəkillər diqqətlə qorunacaq, təhrif edilməyəcək və ya kəsilməyəcək, zədələnmiş olsalar da, mövcud halı ilə ESÖ təmsilçisinə xxxx qaytarılacaqdır.
2. GÖ ESÖ-nün icazə vermədiyi təqdirdə, Türkiyə ərazisi üzərində aerofotoşəkil çəkilişi aparmayacaqdır.
Maddə 17
Məxfi dərəcəli məlumat və materialların təhlükəsizliyi
1. Tərəflər bu TR çərçivəsində mübadilə edilən məxfilik dərəcəli məlumat və materiallara bərabər səviyyədə məxfilik dərəcəsi verərək qoruyacaq və mühafizə edəcəkdir.
2. XXX tərəfindən GÖ-nün şəxsi heyətinə məlumat təhlükəsizliyi çərçivəsində riayət edilməsi xxxxx xxxx üsul və əsasları ehtiva edən brifinq veriləcəkdir.
3. Bu TR-ə müvafiq olaraq hazırlanan, yaradılan və ya mübadilə edilən məxfilik dərəcəli məlumat və materiallar Tərəflərin milli təhlükəsizlik qanunvericiliyi və təlimatlarına uyğun olaraq işləniləcək, paylanılacaq, saxlanılacaq və mühafizə ediləcəkdir.
4. Tərəflər məxfilik dərəcəli məlumat və materiallara buraxılışın “bilməsi lazımdır” prinsipinə görə və müvafiq təhlükəsizlik icazəsinə malik şəxsi heyət tərəfindən edilməsini təmin edəcəkdir.
5. Təlim zamanı GÖ tərəfindən istifadə edilən məxfilik dərəcəli bütün sənədlərin məhv edilməsi üçün ESÖ- nün təsisatları istifadə olunacaqdır.
6. Təlim zamanı ESÖ tərəfindən verilən və GÖ tərəfindən istifadə edilən məxfilik dərəcəli bütün sənədlər Təlimin sonunda ESÖ-nün səlahiyyətli şəxslərinə imzalanmış bir protokolla təslim olunacaqdır.
7. GÖ Təlimin başlanmasından ən azı 60 (altmış) gün əvvəl ESÖ-dən fotoşəkil, TV və videofilmləri çəkmək üçün icazə istəyəcəkdir. ESÖ qeyd olunan çəkilişləri tələb edərək, onları yoxlaya biləcəkdir.
8. Məxfilik dərəcəli məlumat və materiallar bu məlumat və materialları təmin edən Tərəfin ilkin yazılı razılığı olmadan üçüncü tərəfə açıqlanmayacaqdır.
9. Tərəflər bu TR-ə əsasən mübadilə edilən məlumat və materiallardan bir- birinə qarşı istifadə etməyəcəklər.
10. Tərəflərin məxfilik dərəcəli məlumat və materialların mühafizəsi və məxfilik dərəcəsinin ləğv edilməsinin qarşısının alınmasına dair öhdəlikləri bu TR-in qüvvədən düşməsindən sonra da davam edəcəkdir.
Maddə 18
Digər beynəlxalq müqavilələr
1. Bu TR-in müddəaları Tərəflərin bağladıqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etməyəcəkdir.
2. Bu TR ilə tənzimlənməyən məsələlər Tərəflər arasında qüvvədə xxxx digər müvafiq beynəlxalq müqavilələrlə tənzimlənəcəkdir.
Maddə 19
Fikir ayrılıqlarının həlli
Bu TR-in müddəaları ilə bağlı yarana bilən fikir ayrılıqları hər hansı üçüncü ölkənin, qurumun və ya milli, yaxud beynəlxalq məhkəmənin vasitəçiliyinə müraciət etmədən Tərəflər arasında danışıqlar yolu ilə həll
ediləcəkdir. Tərəflər fikir ayrılıqlarının həlli zamanı bu TR çərçivəsində qeyd olunan bütün öhdəliklərini yerinə yetirməyə davam edəcəklər.
Maddə 20
Dəyişikliklər
Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu TR-ə əlavələr və ya dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu TR-in ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və bu TR-in 21-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
Maddə 21
Qüwəyəminmə, qüvvədəolma müddəti və ləğvetmə
1. Bu TR Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili hüquqi prosedurlarını tamamladığını bir-birinə diplomatik kanallarla bildirdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minəcəkdir.
2. Bu TR-in ləğv olunması tamamlanmamış təzminat ödəmələrindən irəli gələn maliyyə öhdəliklərinə təsir etməyəcəkdir.
3. Bu TR qüvvədən düşsə də, Tərəflər arasında bu TR-dən yarana bilən fikir ayrılıqlarına tətbiq ediləcəkdir.
4. Bu TR bir il müddətində etibarlıdır və Tərəflərdən biri bu TR-in müddətinin bitməsindən ən azı doxsan gün əvvəl onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti birillik müddətlərə uzadılacaqdır.
Bakı şəhərində 2016-cı il 3 dekabr tarixində və Ankara şəhərində 2016-cı il 1 avqust tarixində hər biri Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı və icra planı"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2007-ci il noyabrın 6-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı və icra planı" təsdiq edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2008-ci il
№ 531-IIIQ
2007-ci il fevralın 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsinə dair Vəzifə Təlimatı"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2007-ci il fevralın 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsinə dair Vəzifə Təlimatı" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Vəzifə Təlimatının həyata keçirilməsini təmin etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 aprel 2007-ci il
№ 2088
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsinə dair
VƏZİFƏ TƏLİMATI
Giriş
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı (bundan sonra “Tərəflər” adlandırılacaqdır) iki ölkə arasında mövcud xxxx əlaqələri daha da inkişaf etdirmək arzusuzla, 10 iyun 1996-cı il tarixdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və xxxx sahələrdə əməkdaşlıq haqqında Saziş”ə müvafiq olaraq Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsinə dair aşağıdakı vəzifə təlimatını bu şəkildə təsdiq edirlər:
Maddə I
Məqsəd
Bu Vəzifə Təlimatının məqsədi qarşılıqlı maraqları təşviq etmək və Tərəflər arasındakı hərbi əlaqələri daha da inkişaf etdirmək üçün Tərəflərin müştərək maraq sahələrini araşdırmaq, müzakirə etmək, əməkdaşlıq tədbirləri görmək və bu məqsədlə qəbul edilən müştərək qərarları icra etməkdir.
Maddə II
Əhatə dairəsi
1. Tərəflər, bu Vəzifə Təlimatının birlikdə imzalanmasından sonrakı mərhələdə, aşağıda təfərrüatları göstərilən Yüksək Səviyyəli Hərbi Dialoq İclasını və Yardımçı İşçi Qruplarının iclaslarını keçirəcəklər.
2. Yüksək Səviyyəli Hərbi Dialoq İclasının gündəliyinin əsas məsələləri, Tərəflər arasında fərqli bir şəkildə tərtib olunmadığı təqdirdə, aşağıda olduğu kimidir:
a. Tərəflərdən hər birinə, regional və qlobal məsələlərə dair siyasi-hərbi və təhlükəsizlik mövzuları,
b. Tərəflər arasında hərbi təhsil, hərbi maddi-texniki təminat yardımı və müdafiə sənayesi üzrə əməkdaşlıq məsələləri və proqramları,
c. regional və qlobal sülhün təmin edilməsi və humanitar yardım fəaliyyətlərində əməkdaşlıq,
d. əvvəlcədən keçiriləcək məsləhətləşmələrlə müəyyənləşdirilən digər məsələlər.
Maddə III
Təşkilati struktur
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini və Türkiyə Respublikası Baş Qərargahının II rəisi Yüksək Səviyyəli Hərbi Dialoq İclasına birgə sədrlik edəcəklər.
2. Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Tərəflərdən hər biri, sədr və gündəliyin əvvəlcədən müəyyənləşdirilmiş məsələlərinə aidiyyəti xxxx mövzulara cavabdeh xxxx zabitlər daxil olmaqla, 10 nümayəndədən artıq olmayan bir heyət yaradacaqdır.
3. Yüksək Səviyyəli Hərbi Dialoq İclaslarında Tərəflərin cavabdeh orqanları:
a. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini,
b. Türkiyə Respublikası Baş Qərargahının II rəisidir.
4. Yüksək Səviyyəli Hərbi Dialoq İclasını birgə aparacaq heyət sədrlərinin birgə nəzarət və istiqamətləndirilməsi ilə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında birgə qəbul edilən qərarlar istiqamətində iş görmək üçün:
a. siyasi-hərbi məsələlər, regional və qlobal təhlükəsizlik məsələləri və hərbi təhsil üzrə əməkdaşlıq məsələləri üçün Siyasi-Hərbi Yardımçı İşçi Qrupu,
b. müdafiə sənayesi üzrə əməkdaşlıq sahəsindəki məsələlər üçün Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu,
c. hərbi maddi-texniki təminat yardımı məsələləri üçün Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu təşkil ediləcəkdir.
5. Yuxarıda göstərilən yardımçı işçi qrupları:
a. yüksək Səviyyəli Hərbi Dialoq İclaslarının proqramlarından asılı olmadan, öz səviyyələrində razılaşdırılaraq, müstəqil iclas keçirəcəklər,
b. lazım gəldikdə, Yüksək Səviyyəli Hərbi Dialoq İclasları ilə eyni zamanda da iclas keçirə biləcəklər,
c. gördükləri işləri, iclaslarda nail olduqları nəticələri, öz vəzifə sahələrinə aid rəylərini və təkliflərini öz iclaslarından sonrakı ilk Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Tərəflər arasında razılaşdıraraq məruzə edəcəklər,
d. yüksək Səviyyəli Hərbi Dialoq İclasında birgə qəbul edilən qərarlar və verilən direktivlər istiqamətində işlərinə davam edəcəklər.
6. Tərəflərin yardımçı işçi qrupları üçün təyin edəcəkləri işçi qruplarının həmsədrləri aşağıda göstərilmişdir:
a. Siyasi-Hərbi Yardımçı İşçi Qrupu üçün:
(1) Azərbaycan Respublikası Müdafiə Nazirliyindən - idarə rəisi,
(2) Türkiyə Respublikası Baş Qərargahından - idarə rəisi.
b. Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu üçün:
(1) Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyindən - şöbə müdiri,
(2) Türkiyə Respublikası Müdafiə Nazirliyi - Baş Qərargahından - idarə rəisi
x. Xxxxx-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu üçün:
(1) Azərbaycan Respublikası Müdafiə Nazirliyindən - Silahlı Qüvvələrin Arxa Cəbhə rəisi,
(2) Türkiyə Respublikası Baş Qərargahından - idarə rəisi.
d. Tərəflərin daxili şərtlərinin tələb etdiyi halda, yuxarıda göstərilən yardımçı işçi qruplarının həmsədrlərinin təyin olunmasında dəyişiklik edilməsi mümkündür.
7. Yüksək Səviyyəli Hərbi Dialoq İclaslarının hazırlanması və razılaşdırılması, Tərəflərin digər ölkədə xxxx silahlı qüvvələr və hərbi attaşelikləri vasitəsilə həyata keçiriləcəkdir.
Maddə IV
Vəzifələr və fəaliyyət
1. İlk Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2007-ci ildə keçiriləcəkdir. Yardımçı işçi qruplarının fəaliyyəti ilk Yüksək Səviyyəli Hərbi Dialoq İclasında veriləcək direktivlər əsasında başlanacaq, növbəti mərhələdə keçiriləcək yardımçı işçi qruplarının iclasları ilə davam ediriləcəkdir.
2. Yüksək Səviyyəli Hərbi Dialoq İclası, prinsip etibarilə, ildə bir dəfə və qarşılıqlı şəkildə razılaşdırılacaq bir tarixdə keçiriləcəkdir. Qarşılılıq əsasında, Tərəflərdən hər biri növbə ilə iclaslara ev sahibliyi edəcəkdir.
3. Tərəflər, iclasların gündəliyi üzrə iclasdan kifayət qədər əvvəl (ən azı 45 gün əvvəl) razılaşma aparacaq və Tərəflərin hazırlanması üçün vaxt veriləcəkdir.
4. İclaslarda Tərəflər növbəti ilin proqramını da müzakirə edəcək və növbəti iclasın keçiriləcəyi tarixi müəyyənləşdirməyə səy göstərəcəklər. Buna görə, növbəti iclasa ev sahibliyi edəcək Tərəf, razılaşdırılan növbəti iclas tarixindən 3 ay əvvəl ziyarətçi Tərəfə rəsmi dəvət göndərəcəkdir.
5. Ev xxxxxx xxxx Tərəf ziyarətçi Tərəf üçün ümumi bir ziyarət və iclas proqramı hazırlayacaq, ziyarət üçün inzibati dəstəyi təmin edəcəkdir.
Maddə V
Maliyyə tənzimləmələri
1. Ev xxxxxx xxxx Tərəf, ziyarətçi Tərəfdən göndərilən heyətin iclasın keçiriləcəyi şəhərədək nəqliyyat xərcləri xaricində, bütün xərclərini və yerləşdirmə xərclərini (yemək və yaşayış) ödəyəcəkdir.
2. Ev xxxxxx xxxx Tərəf, iclasa ev sahibliyi ilə bağlı xərclərə (ekskursiya, araşdırma və tədqiqat məqsədli ölkədaxili nəqliyyat xərcləri daxil olmaqla) görə cavabdeh olacaqdır.
3. Tərəflər yuxarıda göstərilən xərclər xaricində qalan maliyyə xərcləri üçün qarşılılıq əsasında hərəkət edəcəklər.
Maddə VI
Təhlükəsizlik
İclas əsnasında Tərəflərin təqdim etdiyi, mübadilə etdiyi ya da təmin etdiyi məlumat və ləvazimat digər Tərəfin əvvəlcədən yazılı təsdiqi olmadan üçüncü tərəflərin Silahlı Qüvvələri, Hökuməti ya da başqa təşkilatlarına verilməyəcək və bu Vəzifə Təlimatının məqsədi xaricində xxxx başqa məqsədlər üçün istifadə olunmayacaqdır.
Maddə VII
Fikir ayrılıqlarının aradan qaldırılması
Bu Vəzifə Təlimatının təfsirindən ya da tətbiqindən irəli gələn hər növ fikir ayrılığı Tərəflər arasında danışıqlar yolu ilə həll ediləcək və məsələ həll üçün hər hansı bir məhkəmə ya da təşkilata ötürülməyəcəkdir.
Maddə VIII
Qüvvəyə minmə, qüvvədə olma müddəti və düzəliş
1. Bu Vəzifə Təlimatı Tərəflərin onu imzalamasından sonra qüvvəyə minəcəkdir.
2. Bu Vəzifə Təlimatı 2 il müddətində qüvvədə olacaq və hər hansı Tərəf digər Tərəfə qüvvədə olma müddətinin bitməsindən 60 gün əvvəl bu Vəzifə Təlimatını ləğv etdirmək niyyətində olduğunu bildirmədiyi təqdirdə, qüvvədə olma müddəti növbəti 2 illik müddət üçün avtomatik olaraq uzadılacaqdır.
3. Bu Vəzifə Təlimatı Tərəflərin yazılı icazəsi ilə dəyişdirilə bilər.
Maddə IX
Ləğv olunma
1. Bu Vəzifə Təlimatının ləğv olunması 10 iyun 1996-cı il tarixdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və xxxx sahələrdə əməkdaşlıq haqqında Saziş” in ləğv olunması tarixi ilə eyni zamanda olacaqdır.
2. Tərəflərdən hər biri, digər Tərəfin bu Vəzifə Təlimatını yerinə yetirmədiyi ya da yerinə yetirə bilmədiyinə inanmaq üçün səbəbləri olduğu təqdirdə, digər Tərəfə danışıqlar üçün yazılı təkliflə müraciət edə bilər.
Maddə X
Hazırlıq və imza
1. Bu Vəzifə Təlimatı 26 fevral 2007-ci il tarixdə Bakı şəhərində, 2 əsl nüsxədə, Azərbaycan və türk dillərində imzalanmışdır və hər iki mətn eyni hüquqi qüvvəyə malikdir.
2. Bütün bunların təsdiqi olaraq, dövlətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıdakı şəxslər bu Vəzifə Təlimatını imzaladılar.
Azərbaycan Respublikası Türkiyə Respublikası
Müdafiə Nazirliyi adından Baş Qərargahı adından
Xxxxx XXXXXX, Xxxxx XXXXXX,
General-polkovnik Xxxx generalı
müdafiə xxxxxx Baş Qərargahın II
rəisi
«Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı səfirlik və iqamətgah binalarının elektrik, su və təbii qaz xərclərindən azad olunmasına dair Anlaşma» haqqında
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI
1. 1996-cı il sentyabrın 3-də Ankara şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı səfirlik və iqamətgah binalarının elektrik, su və təbii qaz xərclərindən azad olunmasına dair Anlaşma» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.
Azərbaycan Respublikasının Prezidenti
Xxxxxx XXXXXX
Bakı şəhəri, 17 sentyabr 1997-ci il
№ 666