2006-cı il avqustun 9-da Bakı şəhərində imzalanmış
2006-cı il avqustun 9-da Bakı şəhərində imzalanmış
«Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2006-cı il avqustun 9-da Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti Xxxxx XXXXXX
Bakı şəhəri, 8 dekabr 2006-cı il
№ 1817
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2006-cı il, № 12, maddə 1076) («VneshExpertService» LLC).
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında
Saziş Giriş
Maddə 1. Ümumi müddəalar
Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti,
təbii və texnogen fəlakətlərin vura biləcəyi zərəri nəzərə alaraq,
fövqəladə halların idarə edilməsi sistemi sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və fövqəladə hallarda yardım göstərilməsi istiqamətində səy göstərəcəklərini təsdiq edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Sazişin məqsədi, əhatə dairəsi və əsas anlayışlar
Maddə 2.1. Məqsəd
Sazişin məqsədi Tərəflərin fövqəladə halların idarə edilməsi sistemi üzrə əlaqədar təşkilatları arasında təsis ediləcək xxxx-texniki əməkdaşlığın və fövqəladə hallarda yardım göstərilməsinin üsulu və əsaslarının ümumi çərçivəsini müəyyən etməkdir.
Maddə 2.2. Əhatə dairəsi
Bu Sazişdə müəyyən edilən əsaslar, Tərəflərin dövlət sərhədləri ilə müəyyən olunan ərazilərində baş verə biləcək təbii fəlakətlər və texnogen qəzalar, fövqəladə halların idarə edilməsi sisteminin mərhələləri və Tərəflərin bu mərhələlərdə səlahiyyətli dövlət orqanları ilə müəyyənləşdirilmişdir. Bu əhatə dairəsi yarana biləcək əlavə ehtiyaclar üçün qarşılıqlı razılıq əsasında tərtib ediləcək əlavə protokollarla genişlənə bilər.
Maddə 2.3. Əsas anlayışlar
Fövqəladə halların idarə edilməsi sistemi: fövqəladə hallar, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması barədə məlumatlandırmanın təmin olunması, fövqəladə hallara hazırlıq və fövqəladə xxx xxxxxx çevik və effektiv xilasetmə, ilk yardım, müvəqqəti yerləşdirmə və yenidən bərpa işlərinin həyata keçirilə bilməsi üçün ölkənin bütün imkanlarının və vəsaitlərinin (işçi heyəti, təchizat, təminat materialları və maliyyə vəsaiti) fövqəladə halların qarşısını almaq və nəticələrini aradan qaldırmaqla düzgün istiqamətləndirilməsini və rasional istifadəsini ifadə edir.
Təbii xarakterli fövqəladə hadisələr: zəlzələ, qar uçqunu, qaya uçqunu, torpaq sürüşməsi, sel və daşqınlar, isti hava dalğası, meşə yanğınları, irimiqyaslı meteoroloji hadisələr, sunami, vulkan püskürməsi, quraqlıq, torpaqların şoranlaşması, yoluxucu xəstəliklərin yayılması, ziyanverici həşəratların hücumu və bu kimi digər həyata və ətraf mühitə təhlükə törədən və ciddi ziyan vuran hadisələr.
Texnogen xarakterli fövqəladə hadisələr: nəqliyyat qəzaları, yanğınlar, partlayışlar, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, bina və qurğuların uçması, elektroenergetika sistemlərində qəzalar, həyat təminatlı kommunal sistemlərdə qəzalar, təmizləyici qurğularda qəzalar, hidrotexniki qurğularda qəzalar, neft və qaz hasilatı və emalı obyektlərində, magistral xxxx kəmərlərində qəzalar və s.
Fövqəladə halların idarə olunması üzrə təlim: hər iki ölkənin təbii və texnogen xarakterli hadisələrə qarşı hazırladığı planlarının tətbiqi və qarşılıqlı yardım və əməkdaşlığın şərtlərinin müəyyən edilməsi məqsədilə həyata keçirilən təlimdir.
Qarşılıqlı əməkdaşlığın sahələri, tətbiq olunması və qiymətləndirilməsi
Maddə 3.1. Əməkdaşlığın sahələri
Fövqəladə Halların İdarə Edilməsi Sistemi Tərəflər arasındakı qarşılıqlı əməkdaşlığın ümumi çərçivəsini, təbii və texnogen xarakterli fövqəladə hadisələrə qarşı hazırlığı, zərərin azaldılmasını, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını tənzimləyəcəkdir. Bu çərçivədə Tərəflər fövqəladə hal baş verməzdən əvvəl, baş verdiyi an və sonrakı fəaliyyət zamanı səlahiyyətli dövlət orqanları tərəfindən qarşılıqlı məlumat mübadiləsinin, hazırlıq, təlim, birgə plan və layihələrin formalaşdırılması metodlarının təkmilləşdirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün səy göstərəcəklər.
3.1.1. Fövqəladə haldan əvvəlki fəaliyyətlər (hazırlıq və zərərin azaldılması fəaliyyətləri)
a. Fövqəladə halların idarə edilməsi haqqında texniki məlumatların mübadiləsi
b. Fövqəladə halların idarə edilməsi mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi
c. Qarşılıqlı əlaqələrin müəyyən edilməsi və sahələr üzrə məsul şəxslərin təyin edilməsi
d. Erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi
e. Sərhəd keçidinin sadələşdirilməsi
f. Məlumat və texnologiya mübadiləsi
g. Fövqəladə hallarda birgə fəaliyyət metodlarının işlənib hazırlanması
h. Fövqəladə halların idarə edilməsi üzrə kadrların, axtarış-xilasetmə dəstələrinin və könüllülərin təyin edilməsi və təlimi
i. Yanğınla mübarizədə qarşılıqlı yardım göstərilməsi
j. Nüvə, bioloji, kimyəvi, radioloji hücumların nəticələrinin idarə edilməsinin əsaslarının müəyyən edilməsi
x. Xxxx və digər təhlükəli maddələrlə çirklənməyə qarşı mübarizə aparılması
1. Enerji daşıyıcıları və paylaşdırıcı xətlərinin təhlükəsizliyinin təmin edilməsi
m. Xüsusi əhəmiyyətli obyektlərin qorunması
n. Təcili ilk tibbi yardım və tibbi xidmətlərin inkişafına yardım göstərilməsi
o. Meteoroloji məlumatların mübadiləsi
p. Fövqəladə hallarda maddi-texniki təchizat sisteminin inkişafına yardım göstərilməsi
q. Beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi
r. Operativ rabitə qruplarının təşkil olunması və milli rabitə sisteminin inkişafına yardım göstərilməsi
s. Nəqliyyat xidmətlərinin planlaşdırılması
t. Fövqəladə hallarla üzləşmiş əhalinin müvəqqəti yerləşdirilməsi üçün məntəqələrin təşkil edilməsi və onların zəruri tələbatlarının təminatı planının hazırlanması
u. Bir və ya iki ildən bir növbəli şəkildə iki ölkə arasında fövqəladə hallarla bağlı təlimlərin təşkil edilməsi
v. Yuxarıda qeyd olunan məsələlərlə bağlı sonradan bu Sazişə əlavə edilmək üçün protokolların hazırlanması və bununla bağlı texniki məsələlərin həlli
y. Fövqəladə halların proqnozlaşdırılması və nəticələrinin aradan qaldırılması sahəsində birgə xxxx tədqiqat işlərinin aparılması
z. Tərəflərin fövqəladə hallarda yardım qruplarının təchizatı üçün nəzərdə tutulan materialların üçüncü dövlətlərin ərazisindən keçirilmə prosedurlarının həmin ölkələrin qanunvericiliyinə müvafiq qaydada razılaşdırılması.
3.1.2. Fövqəladə hal baş verdiyi zaman həyata keçirilən tədbirlər (fövqəladə hala müdaxilə)
Fövqəladə hal baş verməzdən əvvəl əməkdaşlıq sahəsində, Tərəflərin müvafiq idarə və təşkilatları arasında əməkdaşlığın hüquqi və texniki çərçivəsini müəyyən edən saziş, protokol və digər hüquqi sənədlərdə nəzərdə tutulan öhdəlikləri, fövqəladə hala məruz qalan Tərəfin müraciəti əsasında digər Tərəf müəyyən edilmiş bir müddət ərzində yerinə yetirəcəkdir. Bundan başqa, Tərəflərin fövqəladə hallar üzrə məsul idarə və təşkilatları arasında ayrıca bir protokol tərtib olunacaq və bu Sazişin əlavəsini təşkil edəcəkdir.
Müvafiq idarə və təşkilatlar arasında bağlanmış protokolun olmaması qarşılıqlı yardıma mane olmayacaqdır.
3.1.3. Fövqəladə hal baş verdikdən sonra həyata keçirilən tədbirlər (Bərpa)
a. Fövqəladə haldan sonra göstərilən yardımın başa çatdırılması əsasən qarşılıqlı razılıq əsasında həyata keçirilir. Xxxxx Tərəflər öz iradələri əsasında birtərəfli qaydada yardımı dayandıra bilərlər.
b. Fövqəladə halla üzləşən Tərəfə göndərilmiş texnika, avadanlıq və təminat
materiallarının xxxx qaytarılmaması şərtləri Tərəflərin müvafiq idarə və təşkilatları arasında müəyyən olunacaqdır.
c. Baş verən fövqəladə halın növündən, miqyasından və dəyən zərərdən asılı olaraq, bərpa tədbirləri ilə əlaqədar olaraq göstərilə biləcək digər yardım növləri Tərəflər arasında ayrıca müəyyən oluna bilər.
Maddə 3.2. Sazişin icra edilməsi
3.2.1. Bu Sazişin icra edilməsi ilə əlaqədar bütün fəaliyyətlər Tərəflərin dövlətlərinin qanunvericiliyinə və onların fövqəladə halların idarə olunması sahəsində malik olduqları imkanlara uyğun olaraq həyata keçirilir.
3.2.2. Tərəflər yuxarıda göstərilən qarşılıqlı əməkdaşlıq sahələrindən asılı olaraq, qarşılıqlı fəaliyyət göstərəcək dövlət idarə və təşkilatları barədə Saziş təsdiq olunduqdan sonra 60 gün ərzində bir-birinə məlumat verəcəklər.
3.2.3. Tərəflər qarşılıqlı əməkdaşlıq sahələri və bu sahələrlə əlaqədar xxxx idarə və təşkilatlar barədə bir-birinə məlumat verdikdən sonra 60 gün ərzində protokol
hazırlayacaq və texniki prosedurları müəyyənləşdirəcək, habelə ilkin tədbirlər planını hazırlayacaqlar.
3.2.4. Bu Sazişdə göstərilən qarşılıqlı əməkdaşlıq sahələrinə aid birgə tədbirlər Tərəflərin resursları və maliyyə imkanlarından asılı olaraq həyata keçiriləcəkdir. Tərəflər hər hansı bir tədbirin həyata keçirilməsindən əvvəl müəyyən layihə və əlavələrin hazırlanması barədə razılığa gələcəklər.
3.2.5. Bu Saziş çərçivəsində təşkil olunacaq səfərlər zamanı səfər edən Tərəf beynəlxalq nəqliyyat xərclərini özü ödəyəcəkdir. Qəbul edən Tərəf isə ölkədə qalma və ölkə daxilində nəqliyyat xərclərini ödəyəcəkdir. Bu Saziş çərçivəsində digər tədbirlərin xərclərini Tərəflər öz hesablarına ödəyəcəklər.
3.2.6. Bu Saziş çərçivəsində əldə olunan məlumatlar, informasiya və nəticələr digər Tərəfin icazəsi olmadan müəyyən edilmiş məqsədlərdən kənar istifadə oluna bilməz.
Tərəflərin dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq yayılması qadağan
edilmiş məlumatlar dərc oluna, digər məqsədlərdən ötrü istifadə edilə və üçüncü tərəfin istifadəsinə verilə bilməz.
3.2.7. Sazişin həyata keçirilməsi ilə bağlı işlərin koordinasiyası üçün Tərəflərin səlahiyyətli orqanları təyin edilir:
o Azərbaycan Respublikasında Fövqəladə Hallar Nazirliyi;
o Türkiyə Respublikasında Başbakanlık Türkiye Acil Durum Yönetimi Ge-nel Müdürlüyü.
3.2.8. Tərəflərin səlahiyyətli orqanlarında hər hansı bir dəyişiklik baş verdikdə, Tərəflər bu barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar.
Maddə 3.3. Əməkdaşlığın qiymətləndirilməsi
3.3.1. Tərəflər bu Saziş çərçivəsində qurulan əməkdaşlığın illik iş planlarına uyğun olaraq həyata keçirilməsi, iş planlarının nəticələrinin qiymətləndirilməsi, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün tədbir görülməsi və əməkdaşlığın müntəzəm olaraq inkişafını təmin etmək məqsədilə müştərək komissiya yaradacaqlar.
3.3.2. Müştərək Komissiya qarşılıqlı əməkdaşlıq edən idarə və təşkilatların, hər tərəfdən bir nəfər olmaqla, eyni səviyyəli vəzifəli şəxslərindən təşkil olunacaq və Komissiyaya Tərəflərin müəyyən edəcəkləri nazir və ya yüksək vəzifəli şəxs rəhbərlik edəcəkdir.
3.3.3. Müştərək Komissiya vəzifələrini illik toplantılar keçirməklə icra edəcəkdir.
Toplantıların yeri və tarixi Komissiya tərəfindən müəyyən ediləcəkdir. Komissiya
toplantılarının gündəliyi Tərəflərin səfirlikləri tərəfindən birlikdə müəyyən ediləcəkdir.
3.3.4. Müştərək Komissiya toplantıları ilə əlaqədar xərclər toplantını təşkil edən ölkə tərəfindən ödəniləcək, nümayəndələrin nəqliyyat və ölkədə qalma xərcləri Tərəflərin öz hesabına təmin ediləcəkdir.
3.3.5. Müştərək Komissiya toplantılarında qəbul olunan qərarlar qarşılıqlı əməkdaşlıq edən idarə və təşkilatların növbəti iş planlarına daxil ediləcəkdir.
Əlavə müddəalar
Maddə 4.1. Beynəlxalq sazişlərlə tənzimlənən münasibətlər
Bu Saziş Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.
Maddə 4.2. Məlumatların qorunması
Bu Saziş çərçivəsində əldə olunan məlumatlar, informasiya və nəticələr bu Sazişin qüvvədə olduğu müddət başa çatdıqdan sonra da digər Tərəfin icazəsi olmadan dərc oluna, başqa məqsədlər üçün istifadə edilə və üçüncü tərəflərin istifadəsinə verilə bilməz.
Maddə 4.3. Mübahisələrin həlli
4.3.1. Bu Sazişin təfsir və tətbiq olunması ilə əlaqədar mübahisələr Tərəflər arasında yaradılacaq Müştərək Komissiya tərəfindən həll olunacaqdır.
4.3.2. Müştərək Komissiya tərəfindən həll oluna bilməyən mübahisələr diplomatik yollarla Tərəflər arasında həll olunacaqdır.
Maddə 4.4. Dəyişikliklər və düzəlişlər
4.4.1. Tərəflər istənilən zaman bu Sazişə dəyişikliklər və düzəlişlər edilməsi barədə təkliflər verə bilərlər.
4.4.2. Tərəflər dəyişikliklər və düzəlişlər barədə təkliflərini bir-birinə yazılı olaraq Müştərək Komissiya və ya diplomatik kanallar vasitəsilə göndərəcəklər.
4.4.3. Dəyişiklik və ya düzəliş təklifini xxxx Tərəf 60 iş günü ərzində digər Tərəfə cavab verəcəkdir.
4.4.4. Bu Sazişlə əlaqədar dəyişikliklər və əlavələr Sazişin ayrılmaz tərkib hissəsi olmaqla, Sazişin qüvvəyə minməsi üçün nəzərdə tutulan prosedur onlara da tətbiq olunacaqdır.
Maddə 4.5. Sazişin imzalanması, qüvvəyə minməsi və qüvvədə olma müddəti
4.5.1. Bu Saziş Tərəflərin müvafiq nazirləri və ya eyni vəzifəli rəhbər şəxsləri tərəfindən imzalanacaqdır.
4.5.2. Bu Saziş Tərəflərin daxili qanunvericiliyinə uyğun şəkildə təsdiq ediləcəkdir.
4.5.3. Bu Sazişi təsdiq edən sənədlər Tərəflər arasında mübadilə edildiyi tarixdən 30 gün sonra qüvvəyə minəcək və 1 il müddətində qüvvədə olacaqdır. Tərəflər bu Sazişin qüvvədə olduğu müddət başa çatmazdan ən geci 90 gün əvvəl bu Sazişi ləğv etmək niyyətini bildirmədikdə, Xxxxx eyni müddətə uzadılmış hesab ediləcəkdir.
Maddə 4.6. Sazişdən çıxma
4.6.1. Tərəflərdən hər xxxxx xxxx istənilən vaxt diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə Sazişdən çıxa bilər.
4.6.2. Sazişdən çıxma yazılı bildiriş göndərildiyi tarixdən 90 gün sonra qüvvəyə minəcəkdir.
Bu Saziş Bakı şəhərində 2006-cı il 9 avqust tarixində hər biri Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti adından | Türkiyə Respublikası Hökuməti adından |
(imza) | (imza) |