AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2007-ci il noyabrın 6-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişi" təsdiq edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx Xxxxxx, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2008-ci il
№ 532-IIIQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında TƏRƏFDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ SAZİŞİ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti (bundan sonra
«Tərəflər» adlandırılacaq),
2004-cü il 13 aprel tarixli «Uzunmüddətli İqtisadi və Ticarət Əməkdaşlığı Sazişi» ilə yanaşı, iki ölkə arasında qüvvədə xxxx digər saziş, protokol və müqavilələrlə yaradılmış hüquqi zəmində qurulmuş əlaqələrin gücləndirilməsi və dərinləşdirilməsi məqsədilə tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin qurulması arzularını ifadə edərək,
iki ölkə xalqları arasında olan yaxın münasibətləri və tarixi və mədəni əlaqələri nəzərə alaraq,
Tərəflərin ÜTT prinsipləri əsasında ticarətin liberallaşdırılmasının tərəfdarı olduqlarını nəzərə alaraq,
bu Sazişin, iqtisadi inkişaf və texniki tərəqqi üçün xxxxx xxxx ticarət və investisiyaların inkişafı başda olmaqla, Tərəflər arasında iqtisadi əlaqələr üçün yeni bir mühit təmin edəcəyinə inanaraq,
ticarət və iqtisadi əlaqələrin ümumi mənafe və qarşılıqlı fayda əsasında və uzunmüddətli və davamlı bir təməl üzərində qurulması və daha da inkişaf etdirilməsini, habelə ölkələrin iqtisadi potensialından daha yüksək səviyyədə istifadə edilməsini və hər iki ölkə xalqlarının rifahının daha da yüksəldilməsini qarşıya məqsəd qoyaraq,
aşağıdakı məsələlər üzrə razılığa gəlmişlər:
Anlayışlar
M ad d ə 1
Bu Sazişin məqsədləri baxımından:
a. «tarif» Tərəflərin Tarif Təsnifatlarına əsaslanan tarif dərəcələri və bənzər təsirə malik yığımlar deməkdir;
b. «qeyri-tarif maneələr» tarifdənkənar Tərəflər arasında idxalı məhdudlaşdırıcı və ticarətə mane xxxx təsirlərə malik bütün tədbir, icraat və ya prosedurlar deməkdir;
c. «mallar» Malların Təsviri və Kodlaşdırılması üzrə Uzlaşdırılmış Sistemdə göstərilən xxxxxxx əhatə edir.
Məqsədlər
Maddə 2
Bu Sazişin məqsədi Azərbaycan ilə Türkiyə arasında ticarət əlaqələrinin xüsusilə:
a. 3-cü maddədə nəzərdə tutulmuş ümumi prinsiplər;
b. tariflərin azaldılması və qeyri-tarif maneələrin aradan qaldırılması;
c. ticarətin Tərəflər arasında xxxx iqtisadi əlaqələrin davamlı inkişafına töhfə verəcək şəkildə təşviqi və artırılması;
d. Tərəflər arasında ədalətli rəqabətə imkan verən şərtlər yaradılması;
e. Tərəflər arasında ticarətin davamlı surətdə artırılması üçün daha uzunmüddətli və təhlükəsiz şərait yaradılması;
f. Tərəflər arasında ticarət mübadiləsinin diversifikasiyasına imkan yaradılması vasitəsilə gücləndirilməsidir.
Ümumi prinsiplər
Maddə 3
Bu Saziş, iqtisadi inkişaf səviyyələrini, xarici ticarət həcmini, gömrük rüsumu siyasətlərini və idxal prosedurlarını nəzərə almaqla, Tərəflərin eyni səviyyədə fayda əldə etməsi məqsədilə qarşılıqlı mənafelərin tam bərabərliyi əsasında həyata keçiriləcək.
Ticarət və iqtisadi əməkdaşlıq
Maddə 4
Tərəflər arasında ticarət və iqtisadi əməkdaşlıq məsələlərində yaradılmış davamlı dialoq, ticari və iqtisadi yaxınlaşmanın artırılması, iki ölkə arasındakı əlaqələrə dəstək verilməsi və əməkdaşlığın yeni müstəvilərə çıxarılmasına töhfə vermək məqsədilə inkişaf etdiriləcək və təkmilləşdiriləcəkdir.
Maddə 5
Tərəflər öz ölkələrində idxal və ixraca tətbiq olunan «tarif» və digər bu kimi ödənişlərlə bağlı bir-birinə ən əlverişli rejim prinsipini tətbiq edəcəklər.
Bu maddənin müddəaları:
sərhədyanı ticarəti asanlaşdırmaq üçün qonşu ölkələrə verilən imtiyazlara;
gömrük birliyi və ya azad ticarət zonası kimi tərəf olduqları və ya ola biləcəkləri sazişlərdən irəli gələn imtiyazlara;
inkişaf etməkdə xxxx ölkələrlə ticarət və iqtisadi əlaqələr sahəsində xüsusi razılıqlarla təmin edilən imtiyazlara
tətbiq edilməyəcəkdir.
Maddə 6
Tərəflər razılaşırlar ki, azad tranzit prinsipi bu Sazişin məqsədlərinə nail olmaq üçün əsas şərtdir.
Bununla əlaqədar olaraq hər bir Tərəf gömrük ərazisindən çıxan və ya digər Tərəfin gömrük ərazisi üçün nəzərdə tutulmuş malların öz ərazisindən məhdudiyyətsiz tranzit daşınmasını təmin edir.
GATT-ın 5-ci maddəsinin 2, 3, 4 və 5-ci bəndlərində göstərilən müddəalar Tərəflər arasında tətbiq edilir.
Bu maddədə göstərilən müddəalar Tərəflər arasında xüsusilə nəqliyyat kimi sektorlar və müxtəlif məhsullar barədə bağlanılmış və ya bağlanılacaq sazişlərə və qoşulduqları beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərə xələl gətirməz.
Maddə 7
Beynəlxalq müqavilələrdən irəli gələn hüquqların və öhdəliklərin toxunulmaz qalması şərtilə, Tərəflər müvəqqəti idxalda gömrük rüsumu almayacaqlar.
Milli münasibət
Maddə 8
Hər hansı bir Tərəfin digər Tərəfin ölkəsinə idxal edilmiş xxxxxxx üzrə qanunvericilikdə nəzərdə tutulmuş «tarif» və müvafiq vergilər ödənildikdən sonra bu malların satışı, satış təklifi, alışı, nəqli, paylanması və istifadəsinə təsir göstərən qanunlar və qaydalar baxımından, belə xxxxxxx, xxxxx mənşəli xxxxxxx göstərilən münasibətdən az əlverişli münasibət göstərilməyəcək.
Maddə 9
İki ölkə arasında ticarət əlaqələrinin inkişafına maneə törədən qeyri-tarif maneələr beynəlxalq öhdəliklər və milli qanunvericiliklər çərçivəsində aradan qaldırılacaqdır.
Maddə 10
Tərəflər ticarət həcminin artırılması üçün Preferensial Ticarət Sazişi də daxil olmaqla, bütün lazımi hüquqi tənzimləmələrin həyata keçirilməsi məqsədilə müzakirələrə başlayacaqlar.
Maddə 11
Hər hansı bir məhsul Tərəflərin birinə, həmin və ya buna bənzər məhsulun yerli istehsalçılarına zərər verəcək və ya zərər vermək təhdidi yaradacaq miqdarda və ya şərtlərdə idxal edildiyi halda Tərəflər Ümumdünya Ticarət Təşkilatının Müdafiə Tədbirləri Sazişi çərçivəsində tədbir görmək hüquqlarına malikdirlər.
Tərəflər, GATT-m VI maddəsi, bu maddənin tətbiqinə dair Saziş və GATT-ın VI, XVI və XXIII maddələrinin şərhi və tətbiqinə dair Sazişə uyğun olaraq dempinqə qarşı vergi və ya kompensasiya tədbirləri həyata keçirmək hüququna malikdirlər.
Maddə 12
Tərəflər, ictimai əxlaq normaları, dövlət siyasəti və ya milli təhlükəsizlik, insan, heyvan və bitki təhlükəsizliyi, təbii ehtiyatların, həmçinin mədəni, tarixi, arxeoloji dəyərlərin və əqli mülkiyyət hüquqlarının qorunması, qiymətli metalların ticarəti ilə əlaqədar, o cümlədən ixrac, idxal və tranzitində milli qanunvericilik və beynəlxalq öhdəliklər nəzərə alınmaqla qadağa və ya məhdudiyyət tətbiq edə bilərlər. Xxxxx bu məhdudiyyətlər səbəbsiz şəkildə və ya xəbər verilmədən tətbiq edilməməli və gizli ticarət məhdudiyyəti təşkil etməməlidir.
Tədiyə balansının qorunması ilə bağlı məhdudiyyətlər
Maddə 13
Ciddi tədiyə balansı və xarici maliyyə çətinlikləri və ya bu cür təhdidlər yarandığı halda, Tərəflərdən biri üzərinə güzəştə getmək öhdəliyi götürdüyü malların ticarətinə, həmin güzəştlərlə bağlı ödəmə və köçürmələr daxil olmaqla, məhdudiyyətlər qoya bilər və ya məhdudiyyətləri saxlaya bilər.
İqtisadi inkişaf və iqtisadi yeniliklər prosesində xxxx Tərəflərdən birinin tədiyə balansı üzərində xxxx birtərəfli təzyiqlərin, digər tədbirlərlə yanaşı, iqtisadi inkişaf və iqtisadi dəyişiklik proqramının tətbiq edilə bilməsi üçün maliyyə ehtiyatlarının kifayət edəcək səviyyədə qorunması məqsədilə, məhdudiyyətlərin tətbiq edilməsinin mümkünlüyü razılaşdırılmışdır.
Bu maddənin 1-ci bəndində qeyd edilmiş məhdudiyyətlər:
a. digər Tərəfin ticarət, iqtisadi və maliyyə maraqlarına lüzumsuz zərər vurmayacaq;
b. bu maddənin 1-ci bəndində qeyd edilmiş məsələnin həlli ilə bağlı həddindən artıq dərəcədə olmayacaq;
c. müvəqqəti olacaq və bu maddənin 1-ci bəndində göstərilən vəziyyət düzəldiyi halda mərhələli olaraq aradan qaldırılacaqdır.
Xidmət ticarəti
Maddə 14
Tərəflər Azərbaycanın və Türkiyənin fiziki və hüquqi şəxslərinin bir-birinin ölkəsində xidmət göstərməsinə imkan verəcək addımlar atması məsələsində razılığa gəlmişlər.
Tərəflər arasında ticarət ehtiyaclarına uyğun şəkildə nəqliyyatın inkişafı məqsədilə bazara giriş və nəqliyyat xidmətlərinin təmin olunması üçün lazımi tədbirlər görüləcəkdir.
Maddə 15
Xidmət ticarətinə dair müddəalar milli təhlükəsizlik, ictimai sağlamlıq kimi səbəblər üzündən tətbiq edilən məhdudiyyətlər nəzərə alınmaqla tətbiq ediləcəkdir.
Bu müddəalar öz funksiyalarını yerinə yetirmək məqsədilə dövlət hakimiyyəti orqanlarının göstərdiyi xidmətlərə tətbiq edilə bilməz.
Maddə 16
Bu Sazişin müddəaları bu Sazişdən irəli gələn hüquqların həyata keçirilməsini əhatə etmədiyi zaman fiziki şəxslərin ölkəyə gəlməsi, qalması, işləməsi, xidmət göstərməsi və bu kimi mövzularda Tərəfləri öz qanun və qanunvericiliyini tətbiq etməkdən məhrum etmir.
Bu müddəa 15-ci maddənin tətbiqinə xələl gətirmir.
Maddə 17
Tərəflərdən birinin müəyyən bir xidmət sektoru üçün edilən güzəştlər, GATS-da həmin sektor üçün edilən güzəştlərdən daha az əlverişli olmamalıdır.
Maddə 18
Bu Sazişin xidmət ticarəti ilə bağlı maddələri arasında nəzərdə tutulmuş məqsədlər baxımından, Azərbaycan və Türkiyə tərəfindən GATS-in V maddəsinə əsasən təşkil olunan iqtisadi inteqrasiya məqsədilə həyata keçirilən tədbirlər nəzərə alınmayacaqdır.
Sənaye sahəsində əməkdaşlıq
Maddə 19
Əməkdaşlıq xüsusilə aşağıdakıları həyata keçirmək məqsədini daşıyır:
KOS-lar daxil olmaqla, iqtisadi qurumlar arasında əlaqələrin təkmilləşdirilməsi, şirkət səviyyəsində idarəetmənin yaxşılaşdırılması,
iqtisadi inkişaf və özəl sektorun gücləndirilməsi üçün özəlləşdirmə prosesi,
davamlı inkişaf və ətraf mühitin qorunması şərtilə, həm dövlət, həm də özəl sektorda sənayeni yenidən qurmaq və müasirləşdirmək,
bazar iqtisadiyyatı əsaslı ticarət qaydaları çərçivəsində nou-hau mübadiləsi.
Qarşılıqlı investisiyaların artırılması
Maddə 20
Tərəflər iki ölkə arasında qarşılıqlı investisiyaların artırılması, investisiya imkanlarının müəyyən edilməsi, investisiya mühitinin inkişafı və investisiyalarla bağlı köçürmələr məsələlərində əməkdaşlıq edəcəklər.
Bu əməkdaşlığın məqsədləri xüsusilə aşağıdakı istiqamətlərdə olacaqdır:
ticarət yarmarkaları, sərgilər və digər bu kimi tədbirlərlə yanaşı, investisiya imkanları mövzularında məlumat mübadiləsinin aparılması,
investisiya ilə bağlı qanunlar, qaydalar və prosedurlar haqqında məlumat mübadiləsinin aparılması.
Dağ-mədən sənayesi və xammal
Maddə 21
Tərəflər dağ-mədən sənayesi və xammal sektorunda əməkdaşlığın inkişafı istiqamətində çalışacaqlar.
Əməkdaşlıq əsasən aşağıdakı istiqamətdə həyata keçiriləcəkdir:
dağ-mədən və dəmir tərkibi olmayan metallar sektorlarında məlumat mübadiləsi; ətraf mühit barədə qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi;
təlimlər.
Elm və texnologiya sahəsində əməkdaşlıq
Maddə 22
Tərəflər, qarşılıqlı fayda və mənbələrdən istifadə imkanlarının əldə edilməsi məqsədilə əqli mülkiyyət hüquqlarının səmərəli şəkildə qorunması ilə bağlı yetərli tədbirlər nəzərə alınmaqla, xxxxx xxxx tədqiqat və texnoloji inkişaf məsələlərində əməkdaşlıq edəcəklər.
Əməkdaşlıq xüsusilə aşağıdakı sahələri əhatə edəcəkdir:
xxxx və texniki məlumat mübadiləsi;
birgə xxxx tədqiqat və texnoloji inkişaf fəaliyyətləri;
hər iki Tərəfin xxxx tədqiqat və texnoloji inkişaf fəaliyyətində iştirak edən elm xadimləri və tədqiqatçılar üçün təşkil olunacaq təhsil fəaliyyətləri və mübadilə proqramları.
Energetika
Maddə 23
Energetika sahəsindəki əməkdaşlıq bazar iqtisadiyyatı prinsipləri və Avropa Enerji Xartiyası çərçivəsində həyata keçiriləcəkdir.
Digər məsələlərlə yanaşı, əməkdaşlıq aşağıdakı sahələri də əhatə edəcəkdir:
iqtisadi və ətraf mühit faktorları nəzərə alınaraq, enerji təminatının keyfiyyətini və təhlükəsizliyinin təkmilləşdirilməsi;
energetika siyasətinin planlaşdırılması;
bazar iqtisadiyyatına uyğun olaraq energetika sektorunda idarəetmə və prosedurların təkmilləşdirilməsi;
energetika üzrə investisiya və ticarətin təşviqi üçün lazımi institusional, qanuni, maliyyə və digər şərtlərin tətbiqinin artırılması;
enerjiyə qənaət və səmərəliliyin təşviqi;
təbii qaz təminatı daxil olmaqla, energetika infrastrukturunun müasirləşdirilməsi; energetika sektorunda idarəçilik və texniki təlimlər;
enerji növlərinə görə təminat və istehlak üzrə enerji texnologiyalarının təkmilləşdirilməsi;
Xəzər hövzəsi enerji ehtiyatlarının Türkiyə ərazisindən dünya bazarlarına nəqli və tranzitində əməkdaşlığın davam etdirilməsi.
Nəqliyyat
Maddə 24
Tərəflər nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirərək gücləndirəcəklər. Bu əməkdaşlıq, nəqliyyat sistemi və yol şəbəkələrinin yenidən qurulması və müasirləşdirilməsini əhatə edəcək. Məqsədəuyğun hesab edilən yerlərdə Azərbaycanla Türkiyə arasında nəqliyyat sistemləri uyğunlaşdırılacaq.
Əməkdaşlıq aşağıdakı məsələləri də əhatə edir:
birgə maraq doğuran əsas yolların, o cümlədən dəmir yolları, su yolları, avtomobil yolları, limanlar, hava limanları və hava nəqliyyatının müasirləşdirilməsi və inkişaf etdirilməsi;
çoxnövlü nəqliyyatın inkişafı və dəstəklənməsi;
birgə tədqiqat və inkişaf proqramlarının dəstəklənməsi;
nəqliyyat sektorunun özəlləşdirilməsini əhatə edən siyasətin işlənib hazırlanması və tətbiqi məqsədilə hüquqi və institusional çərçivənin hazırlanması.
Rabitə və informasiya texnologiyaları
Maddə 25
Tərəflər rabitə və informasiya texnologiyaları sahəsində aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:
rabitə və informasiya sahəsində mövcud resurslardan birgə istifadə olunması; elektron imza və elektron sənəd dövriyyəsi sahəsində əməkdaşlıq edilməsi;
Azərbaycan-Türkiyə iş adamlarının telekommunikasiya forumunun mütəmadi olaraq təşkil edilməsi.
Maliyyə xidmətləri
Maddə 26
Tərəflər bank işi, sığorta və digər maliyyə xidmətləri sahələrində məqsədəuyğun əməkdaşlıq çərçivəsini yaratmaq və inkişaf etdirmək məqsədilə əməkdaşlıq edəcəklər.
Turizm
Maddə 27
Tərəflər aşağıdakı məsələlər üzrə əməkdaşlığı inkişaf etdirərək genişləndirəcəklər: turist mübadiləsinin asanlaşdırılması;
məlumat mübadiləsinin artırılması;
nou-hau mübadiləsi;
birgə fəaliyyət imkanlarının araşdırılması;
rəsmi turizm təşkilatları arasında əməkdaşlıq; birbaşa investisiyalar;
birgə turizm layihələri üzrə əməkdaşlıq.
Kiçik və xxxx sahibkarlıq (KOS)
Maddə 28
Tərəflər Azərbaycan və Türkiyə KOS-ları arasında əməkdaşlığı gücləndirəcək və aşağıdakı məsələlər üzrə məlumat və nou-hau mübadiləsini təşviq edəcəkdir:
KOS-lar üçün hüquqi, texniki, maliyyə çərçivəsinin təşkili və XXX-xxxxx yaradılması, inkişaf etdirilməsi, həmçinin ölkə hüdudlarından kənarda əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün Türkiyə və Azərbaycan sahibkarları arasında müntəzəm əlaqələrin qurulması;
XXX-xxxxx səmərəli fəaliyyəti üçün keyfiyyətə nəzarət sistemləri, o cümlədən mühasibat, marketinq, idarəetmə və bu kimi xidmətlər göstərən agentliklərin yaradılması və inkişaf etdirilməsi;
KOS-lar arasında məlumat mübadiləsinin təmin edilməsi.
Gömrük
Maddə 29
Tərəflər gömrük sistemləri arasında əlaqələri genişləndirəcəklər. Əməkdaşlıq xüsusilə aşağıdakı sahələr üzrə həyata keçiriləcəkdir: məlumat mübadiləsi;
iş metodlarının təkmilləşdirilməsi;
Tərəflər arasında ticarət predmeti xxxx mallarla əlaqədar gömrük prosedurlarının uyğunlaşdırılması və sadələşdirilməsi,
gömrük nəzarət məntəqələrində kompüter sistemləri daxil olmaqla, müasir gömrük məlumat sistemlərinin tətbiqi;
seminar və kursların təşkili.
Standartlar, texniki prosedurlar və SPS tədbirləri
Maddə 30
Tərəflər qarşılıqlı ticarətə və ya yerli istehsalatın qorunmasına maneə törədə bilən texniki şərtlərin, uyğunluğun qiymətləndirilməsi və standartlar prosedurlarının hazırlanmamasını, qəbul edilməməsini və tətbiq edilməməsini təmin edəcəklər.
Tərəflər bu çərçivə daxilində aşağıdakı məsələlərin həyata keçirilməsini təmin edəcəklər:
X. xxxx prinsiplərə əsaslanan insan, heyvan sağlamlığı və bitki mühafizəsinə dair tədbirlər xxxx məlumatları və regional şəraiti əsas tutaraq tətbiq ediləcəkdir. Bu tədbirlər əsaslı dəlillər olmadan həyata keçirilməyəcəkdir;
B. Tərəflər göstərilən tədbirləri həyata keçirərkən ticarətdə lüzumsuz maneələrin yaranmasının qarşısının alınmasına səy göstərəcəklər.
Digər sazişlər çərçivəsində həyata keçirilən ticarət əlaqələri
Maddə 31
Bu Saziş Tərəflərin üçüncü Tərəflərlə mövcud gömrük birliklərinin, azad ticarət sahələrinin, üstün ticarət sazişlərinin və ya sərhəd ticarətinin davam etdirilməsinə və ya yaradılmasına xələl gətirməyəcəkdir.
Əlavə və dəyişikliklər
Maddə 32
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi xxxx və Sazişin 33-cü maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 33
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.
Bu Saziş 10 il müddətinə bağlanılır və Tərəflərdən hər xxxxx xxxx onun qüvvəsini ləğv etmək niyyəti barədə bu müddətin bitməsinə ən azı altı ay qalmış diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş göndərməzsə, Xxxxxxx qüvvəsi növbəti bir il müddətinə uzadılacaqdır.
Bu Saziş Bakı şəhərində 2007-ci il 6 noyabr tarixində hər biri Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.