Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Əməkdaşlıq Sazişinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Əməkdaşlıq Sazişinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. 1999-cu il dekabrın 8-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Əməkdaşlıq Sazişi təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti XXXXXX XXXXXX
Bakı şəhəri, 8 fevral 2000-ci il
№ 806-IQ
Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Əməkdaşlıq
SAZİŞİ
Bundan sonra Hökumət adlandırılan Azərbaycan Respublikası Hökuməti bir tərəfdən və bundan sonra BMqT adlandırılan Beynəlxalq Miqrasiya Təşkilatı digər tərəfdən,
BMqT-nin miqrasiya sahəsində rolunu və təcrübəsini qəbul edərək,
BMqT-nin məqsəd və funksiyalarının, habelə bu təşkilatın və onun işçilərinin fəaliyyətinin Azərbaycanda digər beynəlxalq hökumətlərarası təşkilatlara verilən eyni xxxxxxx və immunitetlərin BMqT-yə və onun işçilərinə verilməsini əsaslandırdığını nəzərə alaraq,
Azərbaycan Respublikası və BMqT arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da möhkəmləndirilməsini və inkişaf etdirilməsini arzu edərək,
aşağıdakılar barədə razılığa gəlmişlər:
M a d d ə 1
BMqT-nin İdarəetmə Orqanlarının müvafiq qərarlarına uyğun və fondların mövcudluğundan asılı olaraq, bu təşkilat Azərbaycanda potensialların yaradılması, miqrasiya məsələləri üzrə məsləhət xidmətləri və digər texniki əməkdaşlıq fəaliyyətləri; miqrasiya haqqında informasiya; vətəndaşların və əcnəbilərin miqrasiyası, həmçinin əmək miqrasiyası; qaçqınlara və ölkə daxilində və onun xaricindən gəlmiş məcburi köçkünlərə, digər ehtiyacı xxxx şəxslərə miqrasiya yardımları; yüksək ixtisaslı kadrların qayıtması və seçkili miqrasiya kimi miqrasiya proqramlarını həyata keçirəcəkdir.
M a d d ə 2
Hökumət və BMqT, BMqT-nin Azərbaycan Hökuməti ilə əməkdaşlıqda həyata keçirmək istədiyi proqramların maliyyə, maddi və inzibati cəhətdən dəstəklənməsi üçün dövlətləri və beynəlxalq təşkilatları cəlb etmək məqsədi ilə birgə səylər üzrə təkliflər hazırlayacaqlar.
M a d d ə 3
Zəruri hallarda, hazırda nəzərdə tutulan və gələcək proqramların həyata keçirilməsi ilə bağlı Hökumət və BMqT arasında əməkdaşlıq çərçivələrinin təfsilatı onlar arasında yazışmalarda razılaşdırılacaqdır. Bu yazışmalar, əgər müəyyən olunarsa, Sazişin bir hissəsi kimi qəbul olunacaqdır.
M a d d ə 4
BMqT Bakıda öz ofisini və lazım gələrsə, ölkənin digər yerlərində filiallarını açmaq səlahiyyətinə malikdir. Hökumət ofis üçün müvafiq tikililərin tapılmasında və telekommunikasiya vasitələri ilə təchiz olunmaqda BMqT-yə kömək edəcəkdir.
M a d d ə 5
BMqT tam hüquqi şəxs statusuna malik olacaqdır. O, öz funksiyalarını yerinə yetirmək və məqsədlərini həyata keçirmək üçün xxxxx xxxx hüquqi qabiliyyətə, o cümlədən, müəyyən edilmiş qaydada:
a) müqavilələr bağlamaq,
b) daşınan və daşınmaz əmlakı əldə etmək və onun üzərində sərəncam vermək,
c) vəsaitləri qəbul etmək və onlardan ödənişlər etmək, ç) məhkəmədə iddia qaldırmaq
kimi hüquqlara malik olacaqdır.
M a d d ə 6
1. BMqT, onun əmlak və aktivləri, onun öz immunitet hüququndan imtina etdiyi bəzi xüsusi hallar istisna olmaqla, məhkəmənin işə qarışmasının hər hansı formasına qarşı immunitetə malikdirlər. Xxxxx immunitetdən imtina etmənin məhkəmə qərarlarının icrasına aid olunmadığı nəzərdə tutulur.
2. BMqT-nin tikililəri, arxivləri və sənədləri toxunulmazdır. BMqT-nin əmlak və aktivləri icra, inzibati, məhkəmə və ya qanunvericilik hərəkəti ilə axtarışdan, rekvizisiyadan, müsadirədən, məhrum edilmədən və ya hər hansı digər formada müdaxilədən azaddır.
M a d d ə 7
BMqT fondlar və ya istənilən növ valyuta saxlaya və haqq-hesab əməliyyatları apara bilər. O, sərbəst surətdə öz fondlarını və ya valyutasını köçürə bilər və saxladığı valyutanı hər hansı bir başqa valyutaya çevirə bilər.
M a d d ə 8 BMqT, onun aktivləri, gəliri və digər əmlakı:
1. bütün birbaşa vergilərdən azad edilirlər; xxxxx nəzərdə tutulur ki, BMqT kommunal xidmətlər üçün ödənişlərdən azad edilmir;
2. İdxal və ixrac olunan malların gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydaya əməl etmək şərti ilə, xidməti məqsədlər üçün idxal və ya ixrac olunan mallar üçün gömrük rüsumlarından və idxal-ixrac qadağalarından və məhdudiyyətlərindən azad olunurlar.
M a d d ə 9
BMqT-yə onun rəsmi kommunikasiyaları üçün prioritet, dərəcə və vergilərə münasibətdə Hökumətin hər hansı bir başqa hökumətin, onun diplomatik missiyaları daxil olmaqla, şamil etdiyi şərtlərdən əlverişsiz olmayan şərtlər veriləcəkdir. BMqT-nin rəsmi kommunikasiyalarına heç bir senzura tətbiq olunmayacaq və BMqT öz korrespondensiyasına kuryer vasitəsi ilə və ya içərisində ancaq xidməti istifadə üçün nəzərdə tutulan sənəd və əşyalar xxxx valizlərdə göndərmək və almaq hüququna malikdir. Kuryerlə göndərilən poçt və valizlər nə açıla, nə də tutulub, saxlanıla bilər. Bu cür valizin qeyri-qanuni məqsədlər üçün istifadə edildiyi haqqında əsaslı şübhə olarsa, gömrükxananın vəzifəli şəxsi onun açılmasını tələb edə bilər. Sahibin valizi açmaqdan imtina etmək hüququ vardır.
M a d d ə 1 0
1. BMqT ştatının üzvləri:
a) öz xidməti vəzifələrinin icrası zamanı etdikləri hərəkətə, şifahi və ya yazılı mülahizələrə görə məhkəmə qarşısında cavabdehlik etmirlər;
b) BMqT tərəfindən onlara verilən əmək haqqı və pul mükafatları üzrə vergilərdən azad edilirlər;
2. BMqT ştatının nə Azərbaycan Respublikası vətəndaşı, nə də Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkə vətəndaşı olmayan üzvləri, əlavə olaraq:
a) həyat yoldaşları və himayələrində xxxx qohumları ilə birlikdə immiqrasiya məhdudiyyətlərindən və xarici ölkə vətəndaşları üçün tətbiq edilən qeydiyyatdan azad olunurlar;
b) valyuta dəyişdirilməsinə münasibətdə diplomatik nümayəndəliklərin müvafiq rütbəli vəzifəli şəxslərinə aid xxxx imtiyazlardan istifadə edirlər;
c) beynəlxalq böhranlar vaxtı öz həyat yoldaşları və himayələrində xxxx qohumları ilə birlikdə diplomatik nümayəndəliklərin müvafiq rütbəli şəxslərinə aid edilən repatriasiya üzrə güzəştlərdən istifadə edirlər;
ç) ailə üzvləri ilə birlikdə getdikləri ölkəyə gömrük rüsumundan azad edilmək şərti ilə ilk vaxtlar şəxsi istifadələri üçün nəzərdə tutulmuş əşyaları gətirə bilərlər. Burada gömrükxananın olduğu yerdən kənarda və ya gömrükxana üçün qoyulmuş iş vaxtından sonra əşyaların saxlanmasına, gömrük sənədləşdirilməsinə görə rüsumlar istisna təşkil edir. Müvəqqəti gətirmiş olduqları nəqliyyat vasitələrinə isə, həmin müddət ərzində digər fiziki və hüquqi şəxsə özgəninkiləşdirilməyəcəyi, istifadəyə və sahibliyə verilməyəcəyi
barədə gömrük orqanlarına öhdəlik verdikdən sonra gömrük rüsumundan azad edilməklə gətirə bilərlər.
3. BMqT-nin Baş Direktoru, Baş Direktorun Müavini və Missiyanın Başçısı müvafiq rütbəli diplomatik nümayəndələrə verilən imtiyazlardan və immunitetlərdən istifadə edirlər.
M a d d ə 1 1
Bu Sazişdə nəzərdə tutulan xxxxxxx və immunitetlər BMqT ştatının üzvlərinə onların şəxsi marağı üçün xxx, məhz BMqT-nin marağı üçün verilir. BMqT, onun fikrincə, immunitet ədalət məhkəməsinin yerinə yetirilməsinə mane olursa və bu immunitetdən imtina BMqT-nin maraqlarına zərər gətirmədən həyata keçirilə bilərsə, onun ştatının hər bir üzvünə verilən immunitetdən imtina etmək hüququna malikdir və imtina etməyə borcludur.
M a d d ə 1 2
Bu Sazişin şərhi ilə bağlı mübahisələr Hökumət və BMqT arasında qarşılıqlı anlaşılma ruhunda aparılan danışıqlar yolu ilə həll olunacaqdır.
M a d d ə 1 3
Bu Saziş, Hökumət BMqT-yə beynəlxalq müqavilənin bağlanması üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə xəbər verdiyi gündən qüvvəyə minir.
M a d d ə 1 4
Hazırki Xxxxxxx müddəalarına Hökumət və BMqT-nin qarşılıqlı razılığı əsasında yenidən baxıla bilər və onda dəyişikliklər edilə bilər. Bu məqsədlə danışıqlar tərəflərdən birinin xahişi ilə aparıla bilər.
M a d d ə 1 5
Bu Xxxxx tərəflərdən birinin digərinə onun ləğv edilməsi haqqında öz qərarını yazılı surətdə təqdim etdikdən on iki ay sonra qüvvədən düşür.
Bunun təsdiqi olaraq tərəflərin aşağıda adları çəkilmiş səlahiyyətli nümayəndələri hazırkı Sazişi imzaladılar.
Bu Saziş Bakı şəhərində, 8 dekabr 1999-cu ildə iki əsl nüsxədə hər biri Azərbaycan və ingilis dillərində tərtib olunmuşdur. Hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Beynəlxalq Miqrasiya Hökuməti adından Təşkilatı adından
(İmza) (İmza)