AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
II.YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında ” 2003 – cü il 17 oktyabr tarixli Konvensiyası təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2006-cı il
№ 134 - IIIQ
Qeyri-maddi mədəni irsin qorunması haqqında KONVENSİYA
Bundan sonra “YUNESKO” adlandırılacaq Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının 2003-cü il sentyabrın 29-xxx oktyabrın 17-dək Parisdə 32-ci sessiyasına toplaşan Baş konfransı, insan hüquqları haqqında mövcud beynəlxalq hüquqi sənədlərə, xüsusilə də 1948-ci il İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə, 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta istinad edərək,
YUNESKO-nun 1989-cu il Ənənəvi mədəniyyətin və folklorun qorunub saxlanmasına dair Tövsiyəsində, YUNESKO-nun 2001-ci il mədəni müxtəliflik haqqında Ümumi Bəyannaməsində və Mədəniyyət Nazirliyinin üçüncü dəyirmi masasında qəbul edilmiş 2002-ci il İstanbul Bəyannaməsində qeyd olunduğu kimi, qeyri-maddi mədəni irsin mədəni müxtəlifliyin mənbəyi və sabit inkişafın təminatçısı kimi əhəmiyyətini nəzərə alaraq,
qeyri-maddi mədəni irslə maddi mədəni və təbii irs arasındakı sıx qarşılıqlı asılılığı
nəzərə alaraq,
qloballaşma və sosial dəyişiklik proseslərinin icmalar arasında dialoqun təzələnməsinə şərait yaratmaqla yanaşı, həm də dözümsüzlük təzahürlərinə yol açdığını, xüsusilə də qeyri-maddi mədəni irsin qorunması üçün vəsaitin çatışmazlığı nəticəsində bu irsin deqradasiyaya uğraması, xxx olması və dağıdılması üçün ciddi təhlükə mənbəyi olduğunu etiraf edərək,
bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunmasının təmin edilməsinə hamılıqla can atıldığını və bununla əlaqədar yaşanan ümumi narahatlığı dərk edərək,
icmaların, xüsusilə də yerli icmaların, qrupların və bəzi hallarda ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsin yaradılması, mühafizəsi, qorunub saxlanması və yenidən bərpasında mühüm rol oynadıqlarını, bununla da mədəni müxtəlifliyi zənginləşdirdiklərini və insan yaradıcılığına rəvac verdiklərini etiraf edərək,
YUNESKO-nun mədəni irsin mühafizəsinə yönəldilən normativ aktların, xüsusilə də 1972-ci il Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyanın işlənib hazırlanması ilə bağlı fəaliyyətinin böyük əhəmiyyətini qeyd edərək,
daha sonra, hal-hazırda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı məcburi qüvvəyə malik heç bir çoxtərəfli hüquqi aktın mövcud olmadığını qeyd edərək,
mədəni və təbii irslə bağlı qüvvədə xxxx beynəlxalq saziş, tövsiyə və qətnamələrin qeyri-maddi mədəni irsə dair yeni müddəalar vasitəsilə səmərəli şəkildə zənginləşməyə və əlavələr edilməyə ehtiyacı olduğunu nəzərə alaraq,
qeyri-maddi mədəni irsin və onun qorunmasının əhəmiyyətinin xüsusilə də gənc nəsillər arasında daha dərindən qavranılmasının zəruriliyini nəzərə alaraq,
beynəlxalq birliyin Konvensiyanın iştirakçısı xxxx dövlətlərlə birlikdə əməkdaşlıq və qarşılıqlı yardım ruhunda bu cür irsin qorunmasına kömək göstərməsini vacib hesab edərək,
qeyri-maddi mədəni irslə, xüsusilə də bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərinin elan edilməsi ilə bağlı YUNESKO-nun proqramlarını xatırladaraq,
insanlar arasında yaxınlaşmaya, mübadiləyə və qarşılıqlı anlaşmaya rəvac verən amil kimi qeyri-maddi mədəni irsin əvəzsiz rolunu nəzərə alaraq, 2003-cü il oktyabrın on yeddisində bu Konvensiyanı qəbul etdi.
I. ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Konvensiyanın məqsədləri
Bu Konvensiyanın məqsədləri aşağıdakılardır:
(a) qeyri-maddi mədəni irsin qorunması;
(b) aidiyyəti icmaların, qrupların və ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsinə hörmətin təmin edilməsi;
(c) yerli, milli və beynəlxalq səviyyələrdə qeyri-maddi mədəni irsin əhəmiyyəti haqda məlumatlılığın artırılması və onun qarşılıqlı şəkildə qəbul edilməsinə təminat verilməsi;
(d) beynəlxalq əməkdaşlıq və yardım göstərilməsi.
M a d d ə 2 . Təriflər
Bu Konvensiyanın məqsədləri üçün:
1. “Qeyri-maddi mədəni irs” icmalar, qruplar və bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən onların mədəni irsinin bir hissəsi kimi qəbul edilən təcrübələri, təqdimatları,
ifadələri, xxxxx və bacarıqları, eləcə də bunlarla bağlı alətləri, əşyaları, maddi mədəniyyət abidələrini və mədəni məkanları bildirir. Nəsildən-nəsilə ötürülən belə qeyri-maddi mədəni irs daim icmalar və qruplar tərəfindən, onları əhatə edən mühitə cavab olaraq, onların təbiətlə və öz tarixləri ilə qarşılıqlı təsirindən asılı olaraq yaradılır və onlarda özünəməxsusluq və irsilik hissi formalaşdırır və bununla da mədəni müxtəlifliyə və insan yaradıcılığına hörmət edilməsinə yardım göstərir. Bu Konvensiyanın məqsədləri üzrə yalnız o qeyri-maddi mədəni irs diqqətə alınır ki, həmin irs insan hüquqları haqqında mövcud beynəlxalq hüquqi aktlara, eləcə də icmalar, qruplar və ayrı-ayrı şəxslər arasında qarşılıqlı hörmət və sabit inkişaf tələblərinə uyğun gəlmiş olsun.
2. Yuxarıdakı 1-ci bənddə müəyyən olunduğu kimi “qeyri-maddi mədəni irs” xüsusilə aşağıdakı sahələrdə aydın şəkildə üzə çıxır:
(a) qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dil də daxil olmaqla, şifahi ənənələr və ifadələr;
(b) ifaçılıq sənətləri;
(c) sosial təcrübələr, mərasimlər, bayram tədbirləri;
(d) təbiətə və kainata aid xxxxx və təcrübələr;
(e) ənənəvi sənətkarlığa aid xxxxx və təcrübələr.
3. “Qoruma” identifikasiya , sənədləşdirilmə, tədqiqat, saxlanma, mühafizə, yardım edilmə, yaxşılaşdırma, xüsusilə də rəsmi və qeyri-rəsmi təhsil vasitəsilə nəsildən-nəsilə ötürülmə daxil olmaqla, qeyri-maddi mədəni irsin yaşamaq qabiliyyətinə təminat verilməsi, eləcə də bu cür irsin müxtəlif aspektlərinin dirçəldilməsi məqsədi güdən tədbirləri bildirir.
4. “İştirakçı Dövlətlər” bu Konvensiya ilə öhdəlikli xxxx və ərazilərində bu Konvensiyanın qüvvədə olduğu dövlətləri bildirir.
5. Bu Konvensiya 33-cü maddədə istinad edilən və həmin maddənin şərtlərinə müvafiq olaraq bu Konvensiyanın iştirakçıları xxxx ərazilərə mutatis mutandis tətbiq edilir. Bu baxımdan “İştirakçı Dövlətlər” ifadəsi həm də bu ərazilərə aiddir.
Maddə 3 . Digər beynəlxalq sazişlərlə əlaqə
Bu Konvensiyanın heç bir müddəası aşağıdakı kimi şərh edilə bilməz:
(a) Qeyri-maddi mədəni irs məsələsi ilə birbaşa xxxxx xxxx və ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 1972-ci il Konvensiyası əsasında ümumdünya irsi kimi tanınan dəyərlərin qorunması statusuna dəyişiklik edilməsi və ya mühafizə səviyyəsinin azaldılması kimi; və ya
(b) İştirakçı Dövlətlərin, əqli mülkiyyət hüquqları və yaxud bioloji və ekoloji resurslardan istifadə ilə bağlı iştirakçısı olduqları hər hansı bir beynəlxalq
hüquqi aktdan yaranan hüquq və öhdəliklərinə təsir göstərməsi kimi.
II. KONVENSİYANIN ORQANLARI
Maddə 4 . İştirakçı Dövlətlərin Baş Assambleyası
1. Bununla İştirakçı Dövlətlərin bundan sonra “Baş Assambleya” adlandırılacaq
Baş Assambleyası təsis edilir. Baş Assambleya bu Konvensiyanın suveren orqanıdır.
2. Baş Assambleyanın növbəti sessiyaları iki ildə bir dəfə keçirilir. Baş Assambleya özü qərar qəbul edərsə və yaxud Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin və yaxud İştirakçı Dövlətlərin ən azı üçdə birinin xahişi ilə növbədənkənar sessiya keçirilə bilər.
3. Baş Assambleya öz Prosedur Qaydalarını qəbul edir.
Maddə 5 . Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə
1. Bununla YUNESKO-nun nəzdində bundan sonra “Komitə” adlandırılacaq
Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə təsis edilir. Komitə, 34-cü maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə minməsindən sonra İştirakçı Dövlətlərin Baş Assambleyada keçirilən iclasında seçilmiş 18 İştirakçı Dövlətin nümayəndələrindən ibarət olur.
2. Konvensiyanın İştirakçı Dövlətlərinin sayı 50-yə çatdıqdan sonra Komitənin üzvü xxxx dövlətlərin sayı 24-dək artırılır.
Maddə 6 . Komitəyə üzv dövlətlərin seçilməsi və onların səlahiyyət müddəti
1. Komitəyə üzv dövlətlərin seçilməsi ədalətli coğrafi bölgü və ədalətli rotasiya prinsiplərinə əməl etməklə həyata keçirilir.
2. Komitəyə üzv dövlətlər Konvensiyanın iştirakçısı xxxx dövlətlər tərəfindən Baş Assambleyada dörd il müddətinə seçilirlər.
3. Xxxxx ilk xxxxx xxxxxx Komitəyə üzv seçilən dövlətlərin yarısının səlahiyyət müddəti iki ilədək məhdudlaşdırılır. Bu dövlətlər ilk seçki zamanı püşk yolu ilə müəyyən edilir.
4. Baş Assambleya Komitəyə üzv xxxx dövlətlərin yarısını iki ildən bir yeniləyir.
5. Baş Assambleya, həmçinin Komitədə boş qalmış yerlərin doldurulması üçün tələb olunan xxxxx üzv dövlət seçir.
6. Komitəyə üzv xxxx dövlət dalbadal iki səlahiyyət müddətinə seçilə bilməz.
7. Komitəyə üzv xxxx dövlətlər öz nümayəndələrini qeyri-maddi mədəni irsin müxtəlif sahələri üzrə ixtisaslaşmış şəxslər arasından seçirlər.
Maddə 7 . Komitənin funksiyaları
Komitənin yerinə yetirdiyi funksiyaları, onun bu Konvensiya ilə müəyyən edilən digər vəzifələrinə xələl gətirilmədən aşağıdakılardan ibarətdir:
(a) Konvensiyanın məqsədlərinə nail olunmasına yardım göstərmək, onun yerinə yetirilməsini dəstəkləmək və nəzarət etmək;
(b) qabaqcıl təcrübələrə dair məsləhətlər vermək və qeyri-maddi mədəni irsin qorunması üzrə tədbirlərə dair tövsiyələr hazırlamaq;
(c) 25-ci maddəyə müvafiq olaraq, Fond vəsaitlərindən istifadə edilməsi planının layihəsini hazırlamaq və onu Baş Assambleyanın təsdiqinə vermək;
(d) Fond resurslarının artırılması yollarını aramaq və bu məqsədlə 25-ci maddəyə uyğun olaraq zəruri tədbirlər görmək;
(e) Konvensiyanın yerinə yetirilməsinə dair operativ direktivləri hazırlamaq və onu Baş Assambleyanın təsdiqinə vermək;
(f) İştirakçı Dövlətlərin təqdim etdikləri hesabatları 29-cu maddəyə müvafiq olaraq nəzərdən keçirmək və Baş Assambleya üçün onların xülasəsini hazırlamaq;
(g) İştirakçı Dövlətlər tərəfindən təqdim edilən ərizələrə baxmaq və Xxxxxx tərəfindən işlənib hazırlanmış və Baş Assambleya tərəfindən təsdiq edilmiş meyarlar əsasında aşağıdakılar barədə obyektiv qərarlar qəbul etmək:
(i) 16-cı, 17-ci və 18-ci maddələrdə göstərilən təkliflərin siyahıya daxil edilməsi və seçilməsi;
(ii) 22-ci maddəyə müvafiq olaraq beynəlxalq yardımların ayrılması.
Maddə 8 . Komitənin iş metodları
1. Komitə Baş Assambleya qarşısında hesabat verir. O, özünün bütün fəaliyyəti və qəbul etdiyi qərarlar barədə Baş Assambleyaya hesabat təqdim edir.
2. Komitə öz Prosedur Qaydalarını öz üzvlərinin üçdə ikisinin səs çoxluğu ilə qəbul
edir.
3. Komitə öz qarşısında xxxxx vəzifələrin yerinə yetirilməsi üçün zəruri hesab etdiyi
hallarda müvəqqəti əsasda xüsusi məsləhətçi şuralar yarada bilər.
4. Komitə konkret məsələlər barədə məsləhətləşmələr aparmaq məqsədilə istənilən dövlət orqanını və ya özəl qurumu, eləcə də qeyri-maddi mədəni irslə bağlı müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislər kimi tanınan istənilən fiziki şəxsi öz iclaslarına dəvət edə bilər.
Maddə 9 . Məsləhətçi təşkilatların akkreditasiyası
1. Komitə qeyri-maddi mədəni irs sahəsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının akkreditasiyası barədə təklifləri Baş Assambleyanın müzakirəsinə təqdim edir. Komitəyə münasibətdə bu təşkilatlar məsləhət xarakterli funksiyalar yerinə yetirir.
2. Komitə, həmçinin göstərilən akkreditasiyanın meyarları və şərtləri barədə təklifləri baxılmaq üçün Baş Assambleyaya təqdim edir.
Maddə 1 0 . Katiblik
1. XXXXXXX-nun Katibliyi Komitəyə kömək edir.
2. Katiblik Baş Assambleya və Komitə üçün sənədləşdirmələr aparır, habelə onların iclaslarının gündəliyinin layihələrini hazırlayır və qəbul etdikləri qərarların yerinə yetirilməsini təmin edir.
III. QEYRİ-MADDİ MƏDƏNİ İRSİN MİLLİ SƏVİYYƏDƏ QORUNMASI
M a d d ə 1 1 . İştirakçı Dövlətlərin rolu
Hər bir İştirakçı Dövlət:
(a) öz ərazisində xxxx qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görməlidir;
(b) 2-ci maddənin 3-cü bəndində göstərilən qoruma tədbirləri çərçivəsində icmaların, qrupların və müvafiq qeyri-hökumət təşkilatlarının iştirakı ilə öz ərazisində xxxx qeyri-maddi mədəni irsin müxtəlif elementlərini eyniləşdirməli və müəyyən etməlidir.
Maddə 1 2 . Siyahılar
1. Qoruma məqsədilə eyniləşdirmənin təmin edilməsi üçün hər bir İştirakçı Dövlət, özünün mövcud vəziyyəti nəzərə alınmaqla, öz ərazisində xxxx qeyri-maddi mədəni irsin bir və ya bir neçə siyahısını tərtib edir. Belə siyahılar müntəzəm olaraq yeniləşdirilməlidir.
2. Hər bir İştirakçı Dövlət, 29-cu maddəyə müvafiq olaraq, öz hesabatını vaxtaşırı olaraq Komitəyə təqdim etdiyi zaman bu siyahılar haqqında müvafiq məlumatlar verir.
Maddə 1 3 . Digər qoruma tədbirləri
Öz ərazisində xxxx qeyri-maddi mədəni irsin qorunmasını, inkişaf etdirilməsini və onun rolunun yüksəldilməsini təmin etmək məqsədilə hər bir İştirakçı Dövlət aşağıdakıların həyata keçirilməsinə səy göstərir:
(a) cəmiyyətdə qeyri-maddi mədəni irsin rolunun yüksəldilməsinə yönəldilən ümumi siyasətin qəbul edilməsi və bu irsin qorunmasının planlaşdırma proqramlarına daxil edilməsi;
(b) öz ərazisində xxxx qeyri-maddi mədəni irsin qorunması üçün bir və ya bir neçə səlahiyyətli orqanın təyin edilməsi və yaxud yaradılması;
(c) qeyri-maddi mədəni irsin, xüsusilə də təhlükədə xxxx qeyri-maddi mədəni irsin səmərəli şəkildə qorunması məqsədilə xxxx, texniki və sənətşünaslıq tədqiqatlarına, həmçinin xxxx tədqiqat metodologiyalarının işlənib hazırlanmasına yardım göstərilməsi;
(d) məqsədi aşağıdakılardan ibarət xxxx müvafiq hüquqi, texniki, inzibati və maliyyə tədbirlərinin qəbul edilməsi:
(i) qeyri-maddi mədəni irsin idarə olunması, habelə bu irsin təqdimi və ifadə edilməsi üçün nəzərdə tutulan forumlar və məkanlar vasitəsilə onun sonrakı nəsillərə ötürülməsi sahəsində kadrların hazırlığı üzrə müəssisələrin yaradılmasına və ya möhkəmləndirilməsinə yardım göstərilməsi;
(ii) qeyri-maddi mədəni irsin bu və ya digər aspektlərinə yol tapılmasını müəyyən edən qəbul olunmuş təcrübəyə riayət edərkən bu irsdən faydalanmanın təmin edilməsi;
(iii) qeyri-maddi mədəni irsin sənədləşdirilməsi ilə məşğul xxxx təsisatların yaradılması və onlardan istifadənin asanlaşdırılması.
Maddə 1 4 . Təhsil, məlumatlılığın artırılması və potensialın möhkəmləndirilməsi
Hər bir İştirakçı Dövlət öz sərəncamında xxxx bütün müvafiq vasitələrdən istifadə etməklə aşağıdakı istiqamətlərdə səy göstərir:
(a) cəmiyyətdə qeyri-maddi mədəni irsin rolunun qəbul edilməsi, ona hörmətlə yanaşılması və bu rolun yüksəldilməsinin, xüsusilə aşağıdakılar vasitəsilə təmin edilməsi:
(i) ictimaiyyətin, xüsusilə də gənclərin təhsili, məlumatlılığı və informasiyalılığının yüksəldilməsi sahəsində proqramlar;
(ii) aidiyyəti icmalar və qruplar daxilində xüsusi təhsil və təlim proqramları;
(iii) qeyri-maddi mədəni irsin qorunması sahəsində potensialın möhkəmləndirilməsi, xüsusilə də idarəetmə və xxxx tədqiqat məsələləri ilə bağlı tədbirlər;
(iv) biliklərin qeyri-formal ötürülməsi üsulları;
(b) belə bir irsə xxxx təhlükələr barədə, habelə bu Konvensiyanın yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ictimaiyyətə məlumat verilməsi;
(c) qeyri-maddi mədəni irsin ifadə edilməsi üçün zəruri xxxx təbii məkanların və xatirə yerlərinin mühafizəsi məsələləri ilə bağlı təhsilə yardım göstərilməsi.
Maddə 1 5 . İcmaların, qrupların və ayrı-ayrı şəxslərin iştirakı
Hər bir İştirakçı Dövlət qeyri-maddi mədəni irsin qorunması ilə bağlı öz fəaliyyəti çərçivəsində belə bir irsin yaradılması, saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə məşğul xxxx icmaların, qrupların və müvafiq hallarda ayrı-ayrı şəxslərin imkan daxilində ən geniş iştirakının təmin olunmasına çalışır, həmçinin onları fəal sürətdə bu irsin idarə olunmasına cəlb edir.
IV. QEYRİ-MADDİ MƏDƏNİ İRSİN BEYNƏLXALQ SƏVİYYƏDƏ
QORUNMASI
Maddə 1 6 . Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı
1. Qeyri-maddi mədəni irsin geniş əyaniliyini təmin etmək, onun əhəmiyyətinin dərindən dərk edilməsinə kömək göstərmək və mədəni rəngarəngliyə hörmət əsasında dialoqu təşviq etmək üçün Komitə, müvafiq İştirakçı Dövlətlərin təkliflərinə əsasən, bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısını tərtib edir, yeniləşdirir və dərc edir.
2. Komitə göstərilən Reprezentativ Siyahının tərtib olunması, yenilənməsi və dərc edilməsi meyarlarını işləyib hazırlayır və Baş Assambleyanın təsdiqinə təqdim edir.
Maddə 1 7 . Təcili qorunmaya ehtiyacı xxxx qeyri-maddi mədəni irsin siyahısı
1. Müvafiq qoruma tədbirlərinin qəbul edilməsi məqsədilə Komitə, təcili qorunmaya ehtiyacı xxxx qeyri-maddi mədəni irsin Siyahısını tərtib edir, yeniləşdirir və dərc edir və belə irsi müvafiq iştirakçı dövlətlərin xahişi ilə bu Siyahıya daxil edir.
2. Komitə göstərilən Siyahının tərtib olunması, yenilənməsi və dərc edilməsi meyarlarını işləyib hazırlayır və Baş Assambleyanın təsdiqinə təqdim edir.
3. Obyektiv meyarları Komitənin təklifləri əsasında Baş Assambleya tərəfindən təsdiq edilən fövqəladə hallarda Komitə aidiyyəti İştirakçı Dövlətlə məsləhətləşərək, müvafiq irsin elementini 1-ci bənddə göstərilən Siyahıya daxil edə bilər.
Maddə 1 8 . Qeyri-maddi mədəni irsin qorunmasına dair proqramlar, layihələr və
fəaliyyətlər
1. İştirakçı Dövlətlər tərəfindən təqdim edilən təkliflər əsasında və Xxxxxx tərəfindən müəyyən edilən və Baş Assambleya tərəfindən təsdiq edilən meyarlara uyğun olaraq, Komitə inkişaf etməkdə xxxx ölkələrin ehtiyaclarını nəzərə almaqla və onun fikrincə bu Konvensiyanın prinsip və məqsədlərini daha yaxşı əks etdirən irslərin qorunmasına dair milli, subregional və ya regional proqramlar, layihələr və tədbirlər üzrə vaxtaşırı seçimlər aparır və onların həyata keçirilməsinə yardım göstərir.
2. Bu məqsədlə o, İştirakçı Dövlətlər tərəfindən beynəlxalq yardım məqsədilə verilən belə təkliflərin hazırlanması üçün təqdim olunan ərizələri qəbul edir, nəzərdən keçirir və təsdiq edir.
3. Komitə özü müəyyən edəcəyi vasitələrdən istifadə etməklə və qabaqcıl təcrübələri yaymaqla bu cür proqramların, layihələrin və tədbirlərin həyata keçirilməsini təmin edir.
V. BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ YARDIM
Maddə 1 9 . Əməkdaşlıq
1. Bu Konvensiyanın məqsədləri üzrə beynəlxalq əməkdaşlığa, əsasən informasiya və təcrübə mübadiləsi, birgə təşəbbüslər, habelə İştirakçı Dövlətlərin qeyri-maddi mədəni irsin qorunmasına yönəldilən səylərinə yardım göstərilməsi mexanizminin yaradılması daxildir.
2. Öz milli qanunvericilik normalarına, adət hüququna və təcrübəsinə xələl gətirmədən, İştirakçı Dövlətlər qeyri-maddi mədəni irsin qorunmasının bəşəriyyət üçün ümumi maraq kəsb etdiyini qəbul edir və bu məqsədlə ikitərəfli, subregional, regional və beynəlxalq səviyyələrdə əməkdaşlıq etməyi öz öhdələrinə götürürlər.
Maddə 2 0 . Beynəlxalq yardımın məqsədləri
Beynəlxalq yardım aşağıdakı məqsədlərlə ayrıla bilər:
(a) təcili qorunmaya ehtiyacı xxxx qeyri-maddi mədəni irs Siyahısına daxil edilən irsin qorunması;
(b) 11-ci və 12-ci maddələrdə nəzərdə tutulan anlamlarda siyahıların hazırlanması;
(c) qeyri-maddi mədəni irsin qorunması məqsədi olan milli, subregional, regional səviyyələrdə həyata keçirilən proqramların, layihələrin və tədbirlərin dəstəklənməsi;
(d) Komitənin zəruri hesab edə biləcəyi istənilən digər məqsəd.
Maddə 2 1 . Beynəlxalq yardımın formaları
Komitə tərəfindən İştirakçı Dövlətə ayrılan yardım 7-ci maddədə göstərilən operativ direktivlərlə, habelə 24-cü maddədə istinad edilən sazişlə tənzimlənir və aşağıdakı formalarda ola bilər:
(a) qorumanın müxtəlif aspektləri ilə bağlı tədqiqatlar;
(b) ekspertlərin və qeyri-maddi mədəni irs daşıyıcılarının xidmətlərinin təqdim edilməsi;
(c) bütün zəruri heyətin hazırlanması;
(d) normativ tədbirlərin və digər tədbirlərin işlənib hazırlanması;
(e) infrastrukturun yaradılması və onun işləməsinin təmin edilməsi;
(f) avadanlıqla təchizat və texniki biliklər;
(g) müəyyən hallarda aşağı faizlə borc və ianələrin ayrılması da daxil olmaqla, digər maliyyə və texniki yardım formaları.
Maddə 2 2 . Beynəlxalq yardımın ayrılması şərtləri
1. Komitə beynəlxalq yardım üçün verilən ərizələrə baxılması prosedurunu müəyyən edir və həmin ərizələrdə, nəzərdə tutulan tədbirlər, zəruri fəaliyyətlər və onlarla bağlı xərclərin qiymətləndirilməsi aspektləri kimi hansı informasiyaların göstəriləcəyini dəqiqləşdirir.
2. Təcili hallarda yardım almaq üçün ərizələrə Komitə tərəfindən prioritet əsaslarla baxılır.
3. Qərar qəbul etmək məqsədilə Komitə, zəruri hesab etdiyi araşdırmalar və məsləhətləşmələr aparır.
Maddə 2 3 . Beynəlxalq yardım üçün ərizələr
1. Hər bir İştirakçı Dövlət öz ərazisində mövcud xxxx qeyri-maddi mədəni irsin qorunması ilə bağlı beynəlxalq yardım almaq üçün Komitəyə ərizə verə bilər.
2. Belə ərizələr həm də iki və ya daha xxx İştirakçı Dövlət tərəfindən birgə təqdim edilə bilər.
3. Ərizəyə 22-ci maddənin 1-ci bəndində nəzərdə tutulan informasiyalar və onlarla bağlı zəruri sənədlər daxil edilir.
Maddə 2 4 . Yardım xxxx İştirakçı Dövlətlərin rolu
1. Bu Konvensiyanın müddəalarına uyğun olaraq ayrılan beynəlxalq yardım bu yardımı xxxx İştirakçı Dövlətlə Komitə arasında bağlanan saziş vasitəsilə tənzimlənir.
2. Bir qayda olaraq, yardım xxxx İştirakçı Dövlət, ixtiyarında xxxx vəsaitlərdən asılı olaraq, beynəlxalq yardımın ayrıldığı qoruma tədbirləri ilə bağlı xərclərin ödənilməsində iştirak edir.
3. Yardım xxxx İştirakçı Dövlət qeyri-maddi mədəni irsin qorunması məqsədilə ayrılan yardımdan necə istifadə olunduğu barədə Komitəyə hesabat təqdim edir.
VI. QEYRİ-MADDİ MƏDƏNİ İRS FONDU
Maddə 2 5 . Fondun xarakteri və resursları
1. Bununla bundan sonra “Fond” adlandırılacaq “Qeyri-maddi mədəni irsin qorunması Fondu” təsis edilir.
2. Bu Fond YUNESKO-nun Maliyyə məsələləri haqqında Əsasnaməsinə müvafiq olaraq yaradılan məqsədli fonddur.
3. Fondun vəsaitləri aşağıdakılardan ibarətdir:
(a) İştirakçı Dövlətlər tərəfindən ödənilən üzvlük haqları;
(b) YUNESKO-nun Baş konfransının bu məqsəd üçün ayırdığı vəsaitlər;
(c) aşağıdakılar tərəfindən təqdim oluna bilən ödəmələr, ianələr və ya vəsiyyət edilmiş əmlaklar:
(i) digər dövlətlər;
(ii) Birləşmiş Millətlər Təşkilatı sisteminin təşkilatları və proqramları, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlar;
(iii) dövlət və ya özəl orqanlar və yaxud ayrı-ayrı şəxslər;
(d) bu Fondun vəsaitləri üzrə istənilən faiz gəlirləri;
(e) Fondun xeyrinə təşkil olunan tədbirlərdən toplanan məbləğlər və daxilolmalar;
(f) Xxxxxx tərəfindən işlənib hazırlanan Fond haqqında Əsasnamədə nəzərdə tutulan istənilən digər vəsaitlər.
4. Komitə vəsaitlərdən istifadə edilməsinə Baş Assambleyanın irəli sürdüyü rəhbər göstərişlər əsasında qərar verir.
5. Komitə müəyyən layihələrlə bağlı ümumi və yaxud konkret məqsədlər üçün nəzərdə tutulan ödəmələri və yardımları başqa formalarda da qəbul edə bilər; bu şərtlə ki, həmin layihələr Komitə tərəfindən bəyənilmiş olsun.
6. Xxxxx edilən ödəmələr bu Konvensiyanın güddüyü məqsədlərə uyğun gəlməyən heç bir siyasi, iqtisadi və başqa şərtlərlə əlaqələndirilə bilməz.
Maddə 2 6 . İştirakçı Dövlətlərin Xxxxx ödədikləri üzvlük haqları
1. Bu Konvensiyanın İştirakçı Dövlətləri heç bir könüllü ödəməyə xələl gətirmədən ildə ən azı iki dəfə Xxxxx üzvlük haqqı ödəməyi öhdələrinə götürürlər, vahid tarif ilə hesablanan və bütün dövlətlərə tətbiq olunan bu üzvlük haqlarının məbləği Baş Assambleya tərəfindən müəyyən edilir. Baş Assambleyanın bu məsələ ilə bağlı qərarı, bu maddənin 2-ci bəndində istinad edilən bəyanatı irəli sürməyən, sessiyada iştirak edən və səs verən İştirakçı Dövlətlərin səs çoxluğu ilə qəbul edilir. İştirakçı Dövlətin göstərilən üzvlük haqqı heç bir halda onun YUNESKO-nun adi büdcəsinə ödədiyi üzvlük haqqının 1%-dən artıq olmur.
2. Xxxxx bu Konvensiyanın 32-ci və yaxud 33-cü maddələrində istinad edilən istənilən Dövlət öz ratifikasiya fərmanını və yaxud qəbul, təsdiq və ya qoşulma aktını saxlanılmağa verdiyi zaman onun bu maddənin 1-ci bəndinin müddəaları ilə öhdəlikli olmayacağını bəyan edə bilər.
3. Bu maddənin 2-ci bəndində istinad edilən bəyanatı vermiş bu Konvensiyanın İştirakçı Dövləti YUNESKO-nun Baş direktoruna bildiriş göndərməklə haqqında söhbət gedilən bu bəyanatı xxxx götürə bilər. Xxxxx həmin bəyanatın xxxx götürülməsi həmin dövlətin ödəyəcəyi üzvlük haqqına münasibətdə yalnız Baş Assambleyanın növbəti sessiyasının açıldığı tarixdən qüvvəyə minir.
4. Komitənin öz fəaliyyətini səmərəli şəkildə planlaşdıra bilməsi üçün bu maddənin 2-ci bəndində istinad edilən bəyanatı vermiş İştirakçı Dövlətlərin üzvlük haqları müntəzəm əsasda, ən azı iki ildə bir dəfə ödənilməlidir və imkan daxilində onların
məbləği bu maddənin 1-ci bəndinin müddəaları ilə öhdəlikli olduqları halda ödəməli olduqları üzvlük haqlarının ümumi məbləğinə yaxın olmalıdır.
5. Bu Konvensiyanın hər hansı İştirakçı Dövləti xxxx il üçün və ondan əvvəlki təqvim ili üçün öz mütləq və ya könüllü üzvlük haqlarına görə borclu qalarsa, Komitəyə üzv seçilə bilməz; bu müddəa birinci seçkiyə şamil edilmir.
Artıq Komitənin üzvü olmuş hər hansı bu cür Dövlətin səlahiyyəti bu Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan seçki zamanı bitmiş hesab olunur.
Maddə 2 7 . Xxxxx əlavə könüllü ödəmələr
26-cı maddədə nəzərdə tutulanlardan əlavə könüllü ödəmələr ödəmək arzusunda xxxx İştirakçı Dövlətlər bu barədə Komitəyə öz fəaliyyətini müvafiq şəkildə qabaqcadan planlaşdırmaq üçün mümkün qədər tez məlumat verirlər.
Maddə 2 8 . Vəsait toplanması üzrə beynəlxalq kampaniyalar
İştirakçı Dövlətlər Xxxxx vəsait toplamaq məqsədilə YUNESKO-nun himayəsi altında təşkil edilən beynəlxalq kampaniyalara imkan daxilində yardım göstərirlər.
VII. HESABATLAR
Maddə 2 9 . İştirakçı Dövlətlərin hesabatları
İştirakçı Dövlətlər bu Konvensiyanın yerinə yetirilməsi məqsədilə qəbul etdikləri qanunverici və tənzimləyici qaydalar və digər tədbirlər haqqında Komitəyə, onun müəyyən etdiyi formada və müddətlərdə hesabatlar təqdim edirlər.
Maddə 3 0 . Komitənin hesabatları
1. Komitə öz fəaliyyəti və İştirakçı Dövlətlərin 29-cu maddədə istinad edilən hesabatları əsasında hazırladığı hesabatı Baş Assambleyanın hər bir sessiyasına təqdim edir.
2. Bu hesabat YUNESKO-nun Baş konfransının diqqətinə çatdırılır.
VIII. KEÇİD MÜDDƏALAR
Maddə 3 1 . Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərinin elan
edilməsi ilə əlaqə
1. Komitə, bu Konvensiya qüvvəyə minməzdən öncə “Bəşəriyyətin şifahi və qeyri- maddi mədəni irsinin şah əsərləri” elan edilən əsərləri bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edir.
2. Göstərilənlərin Bəşəriyyətin qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilməsi 16-cı maddənin 2-ci bəndinə əsasən sonralar digər əsərlərin bu siyahıya daxil edilməsi meyarlarına heç bir təsir göstərmir.
3. Bu Konvensiya qüvvəyə mindikdən sonra xxx əsərlərin elan edilməsi ilə bağlı bir daha heç bir tədbir keçirilməyəcəkdir.
IX. YEKUN MÜDDƏALAR
Maddə 3 2 . Ratifikasiya, qəbul və təsdiq
1. Bu Konvensiya YUNESKO-ya üzv xxxx dövlətlər tərəfindən, onların konstitusion prosedurlarına uyğun ratifikasiya olunmalı, qəbul və ya təsdiq edilməlidir.
2. Ratifikasiya, qəbul və ya təsdiq haqda sənədlər saxlanılmaq üçün YUNESKO-nun Baş katibinə verilir.
Maddə 3 3 . Qoşulma
1. Bu Konvensiya YUNESKO-nun Baş konfransının bu Konvensiyaya qoşulmağa dəvət etdiyi, YUNESKO-ya üzv olmayan bütün dövlətlərin ona qoşulması üçün açıqdır.
2. Bu Konvensiya, həmçinin tam daxili özünü idarəetməyə malik olduğu Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən, amma Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1514-cü (XV) qətnaməsinə uyğun tam müstəqilliyə nail olmayan və bu Konvensiya ilə tənzimlənən məsələlərdə səlahiyyətə, o cümlədən belə məsələlərə dair müqavilələr bağlamaq səlahiyyətinə xxxxx xxxx ərazilərin ona qoşulması üçün açıqdır.
3. Qoşulma haqqında sənəd saxlanılmaq üçün YUNESKO-nun Baş katibinə verilir.
Maddə 3 4 . Qüvvəyə minmə
Bu Konvensiya otuzuncu ratifikasiya fərmanının və yaxud qəbul, təsdiqvə ya qoşulma haqqında sənədin saxlanılmağa verildiyi tarixdən üç ay sonra və yalnız o tarixdə və ya ondan öncə ratifikasiya, qəbul, təsdiq və ya qoşulma üzrə öz müvafiq sənədlərini təqdim etmiş dövlətlərə münasibətdə qüvvəyə minir. Hər hansı digər İştirakçı Dövlətə münasibətdə bu Konvensiya, həmin dövlətin öz ratifikasiya fərmanını və yaxud qəbul,
təsdiq və ya qoşulma haqqında sənədini saxlanılmağa verdiyi gündən üç ay sonra qüvvəyə minir.
Maddə 3 5 . Federativ və ya qeyri-unitar konstitusion sistemlər
Federativ və qeyri-unitar konstitusion sistemlərə malik İştirakçı Dövlətlərə münasibətdə aşağıdakı müddəalar tətbiq edilir:
(a) bu Konvensiyanın, yerinə yetirilməsi federal və ya mərkəzi qanunvericilik hakimiyyətinin yurisdiksiyasına aid xxxx müddəalarına münasibətdə, federal və ya mərkəzi hökumətin öhdəlikləri federativ quruluşa malik olmayan İştirakçı Dövlətlərin öhdəlikləri ilə eyni olacaqdır;
(b) bu Konvensiyanın, yerinə yetirilməsi federasiyaya daxil xxxx, amma onun mövcud konstitusional sisteminə uyğun olaraq qanunvericilik tədbirləri qəbul etmək məcburiyyəti olmayan ayrı-ayrı ştatların, vilayətlərin, əyalətlərin və ya kantonların yurisdiksiyasına aid xxxx müddəalarına münasibətdə isə federal hökumət, göstərilən müddəaları onların qəbul edilməsi barədə tövsiyələrlə birlikdə həmin ştatların, vilayətlərin, əyalətlərin və ya kantonların səlahiyyətli hakimiyyət orqanlarının diqqətinə çatdırır.
Maddə 3 6 . Denonsasiya
1. Hər bir İştirakçı Dövlət bu Konvensiyanı denonsasiya edə bilər.
2. Denonsasiya YUNESKO-nun Baş direktoruna saxlanılmağa verilən yazılı sənədlə rəsmiləşdirilir.
3. Denonsasiya bu haqda sənədin qəbul edilməsindən on iki ay sonra qüvvəyə minir. Bu hal, Konvensiyanı etibarsız elan edən İştirakçı Dövlətin bu Konvensiyadan çıxmasının qüvvəyə mindiyi tarixə qədər öz üzərinə götürdüyü maliyyə öhdəliklərinə heç bir təsir göstərmir.
Maddə 3 7 . Depozitarinin funksiyaları
Bu Konvensiyanın depozitarisi kimi çıxış edən YUNESKO-nun Baş katibi bu Təşkilatın üzvü xxxx dövlətlərinə, 33-cü maddədə göstərilən üzvü olmayan dövlətlərə, habelə Birləşmiş Millətlər Təşkilatına 32-ci və 33-cü maddələrdə göstərilən bütün ratifikasiya, qəbul, təsdiq və qoşulma sənədləri haqqında, həmçinin 36-cı maddədə göstərilən denonsasiya sənədləri haqqında məlumat verir.
Maddə 3 8 . Düzəlişlər
1. İştirakçı Dövlət YUNESKO-nun Baş direktoruna yazılı məlumat təqdim etmək yolu ilə bu Konvensiyaya düzəlişlər edilməsini təklif edə bilər. Baş direktor bu məlumatı
bütün İştirakçı Dövlətlərə göndərir. Əgər həmin məlumatın İştirakçı Dövlətlərə göndərildiyi tarixdən sonrakı altı ay ərzində onların yarısı bu təklifə müsbət cavab verərsə, Baş direktor baxılması və mümkün qəbulu üçün onu Baş Assambleyanın növbəti sessiyasına təqdim edir.
2. Düzəlişlər sessiyada iştirak edən və səs verən İştirakçı Dövlətlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilir.
3. Bu Konvensiyaya düzəlişlər qəbul edildikdən sonra İştirakçı Dövlətlər onları ratifikasiya etməli, təsdiq etməli və ya onlara qoşulmalıdırlar.
4. Düzəlişlər İştirakçı Dövlətlərin üçdə ikisi tərəfindən bu maddənin 3-cü bəndində göstərilən sənədlərin saxlanılmağa verildiyi gündən üç ay sonra və yalnız bu düzəlişləri ratifikasiya edən, təsdiq edən və onlara qoşulan İştirakçı Dövlətlərə münasibətdə qüvvəyə minir. Bundan sonra düzəlişləri ratifikasiya edən, təsdiq edən və ya onlara qoşulan hər bir İştirakçı Dövlət üçün həmin düzəlişlər İştirakçı Dövlətin öz ratifikasiya, təsdiq və ya qoşulma haqqında sənədini saxlanılmağa verdiyi gündən üç ay sonra qüvvəyə minir.
5. 3-cü və 4-cü bəndlərdə müəyyən edilən prosedur Komitəyə üzv xxxx dövlətlərin sayı ilə bağlı 5-ci maddəyə edilən düzəlişlərə münasibətdə tətbiq olunmur. Bu düzəlişlər qəbul edildiyi andan qüvvəyə minir.
6. Düzəlişlərin bu maddənin 4-cü bəndinə müvafiq olaraq qüvvəyə minməsindən sonra bu Konvensiyanın iştirakçısına çevrilən dövlət, başqa bir niyyəti barədə məlumat verməzsə:
a) edilən düzəlişlərlə birgə bu Konvensiyanın iştirakçısı; və
b)bu düzəlişlərlə öhdəlikli olmayan hər bir İştirakçı Dövlətə münasibətdə isə düzəlişlərsiz bu Konvensiyanın iştirakçısı hesab edilir.
Maddə 3 9 . Mətnlərin autentikliyi
Bu Konvensiya Cin, ərəb, fransız, ingilis, ispan və rus dillərində tərtib olunmuşdur və bu altı mətnin hər biri eyni hüquqi qüvvəyə malikdir.
Maddə 4 0 . Qeydiyyat
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq bu Konvensiya YUNESKO-nun Baş direktorunun xahişinə əsasən Birləşmiş Millətlər Təşkilatının Katibliyində qeydiyyatdan keçirilir.