Yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi
«Avtomobil nəqliyyatı ilə yüklərin
daşınması Qaydaları»na
1 nömrəli əlavə
(Nümunəvi forma)
Xxx daşınması üçün avtonəqliyyat vasitəsinin
icarəsi (fraxtetmə) müqaviləsi
____________ şəhəri “____” __________20___il
Bundan sonra İcarəyə verən (Fraxtverən) adlandırılacaq, _______________________________
(nizamnamə, əsasnamə, etibarnamə)
əsasında fəaliyyət göstərən ________________________ şəxsində ________________________
(vəzifəsi, SAA) (hüquqi şəxsin adı, fərdi sahibkarın SAA)
__________________________ bir tərəfdən, bundan sonra İcarəçi (Fraxtedən) adlandırılacaq
_______________________________ əsasında fəaliyyət göstərən _______________________
(nizamnamə, əsasnamə, etibarnamə) (vəzifəsi, SAA)
şəxsində ______________________________________ digər tərəfdən aşağıdakılar haqqında
(hüquqi və ya fiziki şəxs)
Müqavilə bağladılar.
1. Ümumi müddəalar
1.1. Bu Müqavilə ilə icarəyə verən (fraxtverən), _________________________________________
(avtonəqliyyat vasitəsinin və ya onun bir hissəsinin texniki cəhətdən xarakteristikası göstərilir)
_______________________________ödənişlə, avtonəqliyyat vasitəsinin idarə olunması və istismarı
ilə bağlı xidmətlər göstərməklə, icarəçinin (fraxtedənin) istifadəsinə verir.
1.2. Bu Müqavilə__________________________________ müddətə bağlanmışdır.
(reyslərin sayı, müddət)
1.3. İcarə haqqının (fraxtın) məbləği ____________________________________________.
(daşınma haqqının dəyəri)
1.4. Avtonəqliyyat vasitəsindən istifadəyə görə ödəmələr aşağıdakı ardıcıllıqla və müddətə ödənilir:
________________________________________________________________________________
________________________________________________________________________________
_______________________________________________________________________________.
1.5. Avtonəqliyyat vasitəsi aşağıdakı məqsədlər üçün icarəyə götürülür (fraxt edilir)
________________________________________________________________________________
________________________________________________________________________________.
1.6. Avtonəqliyyat vasitəsi icarəçiyə (fraxtedənə) təqdim edilir ____________________________________
________________________________________________________________________________
________________________________________________________________________________.
2. Tərəflərin vəzifələri
2.1. İcarəyə verən (fraxtverən):
2.1.1. bu Müqavilənin qüvvədə olduğu müddətdə icarəyə götürdüyü nəqliyyat vasitəsini saz (işlək) vəziyyətdə saxlamağı, ona texniki xidmət göstərməyi, onun xxxx və əsaslı təmirini yerinə yetirməyi və icarəçiyə (fraxtedənə) xxxxx xxxx avadanlığı təqdim etməyi;
2.1.2. bu Müqavilənin 1.5-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq, icarəçiyə (fraxtedənə)
avtonəqliyyat vasitəsinin təhlükəsiz istismarını təmin etməklə, onun idarə olunması və texniki cəhətdən istismarı ilə bağlı xidmətlər göstərməyi;
2.1.3. avtonəqliyyat vasitələrini bu müqavilənin şərtlərini yerinə yetirmək üçün tələb olunan xxxxx müvafiq dərəcəli sürücü ilə təmin etməyi;
2.1.4. avtonəqliyyat vasitəsinin kommersiya baxımından istismarı ilə bağlı yaranan xərcləri ödəməyi;
2.1.5. avtonəqliyyat vasitəsini və digər avtonəqliyyat vasitələri tərəfindən dəymiş zərərə görə və ya onun istismarı ilə bağlı məsuliyyəti sığorta etməyi öhdəsinə götürür.
2.2. İcarəçi (fraxtedən):
2.2.1. bu Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərində nəzərdə tutulmuş miqdarda, qaydada və müddətdə avtonəqliyyat vasitəsindən istifadəyə görə icarə haqqını ödəməyi;
2.2.2. icarəyə götürülmüş (fraxt edilmiş) avtonəqliyyat vasitəsinin kommersiya baxımından istismarının həyata keçirilməsi ilə bağlı öz adından üçüncü şəxslərlə daşıma müqaviləsi və digər müqavilələr bağlamamağı öhdəsinə götürür.
3. Tərəflərin məsuliyyəti
3.1. Tərəflər Müqavilənin şərtlərini yerinə yetirmədiklərinə və ya lazımi qaydada yerinə yetirmədiklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
3.2. İcarəyə götürülmüş (fraxt edilmiş) avtonəqliyyat vasitəsinin məhv olması və ya zədələnməsinə görə icarəçiyə (fraxtedənə) vurulmuş ziyanın əvəzini, ondan asılı olmayan səbəblərdən baş verdiyini sübuta yetirməzsə, icarəyə verən (fraxtverən) ödəyir.
3.3. İcarəyə götürülmüş (fraxt edilmiş) avtonəqliyyat vasitəsinin, onun mexanizm, qurğu və avadanlıqlarının istifadəsi zamanı üçüncü şəxslərə dəymiş ziyana görə icarəyə verən (fraxtverən) məsuliyyət daşıyır. İcarəyə verən (fraxtverən) üçüncü şəxslərə dəymiş ziyana görə ödənilmiş məbləğin xxxx qaytarılması barədə, təqsirin icarəçinin (fraxtedənin) ucbatından baş verdiyini sübuta yetirdiyi halda, icarəçiyə (fraxtedənə) qarşı reqres tələb irəli sürə bilər.
4. Müqavilənin əlavə şərtləri və yekun müddəalar
4.1. Müqavilənin əlavə şərtləri ________________________________________________________________________________
________________________________________________________________________________
________________________________________________________________________________
_______________________________.
4.2. Bu Müqavilə ilə nizamlanmayan məsələlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları ilə müəyyən edilən normalar tətbiq olunur.
4.3. Bu Müqavilə ________________ nüsxədə tərtib edilir və imzalandığı gündən qüvvəyə minir.
(nüsxələrin sayı)
5. Tərəflərin hüquqi ünvanları və rekvizitləri
İcarəyə verən (fraxtverən):
Adı _____________________________ _________________________________
Ünvanı__________________________
Bank rekvizitləri __________________ _________________________________
Tel/Faks _________________________
İcarəyə verən (fraxtverən) __________ (imza və möhür)
|
İcarəçi (fraxtedən):
Adı _____________________________ _________________________________
Ünvanı__________________________
Bank rekvizitləri __________________ _________________________________
Tel/Faks _________________________
İcarəyə verən (fraxtverən) __________ (imza və möhür) |