T Ə L İ M A T
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/26 xxxxx Qərarı ilə təsdiq edilmişdir.
Dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqlarının ödənilməsi qaydaları haqqında
T Ə L İ M A T
Aşağı seçki komissiyalarının üzvlərinə və seçki prosesinə cəlb edilmiş ştatdankənar işçilərə əmək haqlarının ödənilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 33-cü, 38- ci, 89-cu, 96-cı maddələri ilə və bu Təlimatla tənzimlənir.
1. Dairə və məntəqə seçki komissiyalarının üzvlərinə və ştatdankənar işçilərə əmək haqlarının ödənilməsi
1.1. Aşağı seçki komissiyalarının üzvlərinə səlahiyyətli olduqları dövrdə qanunla müəyyən olunmuş qaydada və müddətdə dövlət büdcəsindən pul təminatı ödənilir.
1.2. Dairə seçki komissiyasının sədri və katibləri öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əmək haqqı alırlar.
1.3. Dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri seçkilərin (referendumun) (bundan sonra – seçkilərin) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc olunduğu gündən seçkilərin nəticələrinin dərc edildiyi günədək xxxx müddətdə, habelə hər il seçici siyahıları tərtib edilərkən dövlət büdcəsi hesabına pul təminatı alırlar.
1.4. Müvafiq seçki komissiyalarının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, təşkilatlarda və ya təsisatlarda qulluq edən üzvün qanunvericiliklə müəyyən olunmuş qaydada əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.
1.5. Müvafiq seçki komissiyası aparatının işçiləri də daxil olmaqla dairə və məntəqə seçki komissiyalarının işinə mülki müqavilə əsasında cəlb edilmiş ştatdankənar işçilərə də əmək haqqı ödənilir. Bu zaman Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərə əməl olunmalıdır.
1.6. Əmək haqlarının ödənilmə forması və müddəti qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
2. Əmək haqlarının ödənilməsinin maliyyə təminatları və xərclənməsinə dair hesabat qaydası
2.1. Seçkilərin hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər
dövlət büdcəsi hesabına ödənilir. Həmin xərclər Azərbaycan Respublikasının büdcə bölgüsünə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur.
2.2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) ayrılmalı xxxx vəsaiti səsvermə gününə azı 35 gün qalmış dairə seçki komissiyalarına köçürür, onlar da alınmış pul vəsaitini səsvermə gününə azı 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bö- lüşdürürlər.
2.3. Əlavə seçkilər keçirilərkən, seçkilərin vaxtında və ya tam maliyyələşdirilməsi mümkün olmadıqda seçki komissiyaları vəsaiti daxil olduqca bölüşdürür və köçürürlər.
2.4. Seçki komissiyalarının sədrləri ayrılmış vəsaitə dair sərəncam və həmin vəsaitin xərclənməsinə dair hesabat verir, habelə maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün məsuliyyət daşıyırlar.
2.5. Ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında seçki komissiyalarının Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri hesabatlarda seçki komissiyası üzvlərinin və komissiya katibliyinin işçilərinin, mülki müqavilə üzrə komissiyada işləməyə cəlb edilmiş ştatdankənar işçilərə əmək haqlarının ödənilməsi də əks olunmalıdır.
2.6. Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə maliyyə hesabatı səsvermə günündən sonra 5 gün müddətində məntəqə seçki komissiyası tərəfindən dairə seçki komissiyasına, səsvermə günündən sonra 10 gün müddətində isə dairə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilir.
3. Digər xərclərin ödənilməsi
3.1. Dairə seçki komissiyası üzvünün seçkilər dövründə seçki dairəsinin ərazisində gediş-gəliş üçün hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri gediş-gəliş sənədləri təqdim olunduqda dairə seçki komissiyasının ayırdığı vəsait hesabına ödənilir.
3.2. Nəqliyyat xərcləri (o cümlədən ucqar və yolu çətin yerlərdə nəqliyyat xərcləri də daxil olmaqla), seçkilərin keçirilməsi ilə bağlı ezamiyyət xərcləri, eləcə də seçki komissiyalarının səlahiyyətlərinin icrası ilə bağlı digər xərclər seçki ko- missiyalarının işinin təmin edilməsi üçün ayrılan vəsaitdən ödənilir.
4. Yekun müddəalar
4.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/28 xxxxx Qərarı ilə təsdiq edilmiş “Dairə və məntəqə seçki komissiyaları üzvlərinə əmək haqlarının ödənilməsi qaydaları haqqında” Təlimat qüvvədən düşmüş hesab edilir.
2