AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2017-ci il aprelin 27-də Podqoritsa şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2017-ci il
№ 778-VQ
15 DEKABR 2017-Cİ İL TARİXDƏN QÜVVƏYƏ MİNMİŞDİR.
Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti
arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti,
iki Razılığa gələn Tərəf arasında əməkdaşlığı inkişaf etdirmək və şəxslərin yerdəyişməsi üçün daha səmərəli qanunların tətbiqini təmin etmək niyyəti ilə, Razılığa gələn Tərəflərin milli qanunvericiliyi ilə şərtlənən hüquqlara və öhdəliklərə hörməti və onların təminatlarını prioritet kimi nəzərə alaraq,
bu sahəni tənzimləyən beynəlxalq təcrübə və qəbul edilən beynəlxalq öhdəliklərə əsasən şəxslərin qarşılıqlı readmissiyasını tənzimləmək və digər Razılığa gələn Tərəfin ərazisinə daxil olması, qalması və ya orada yaşaması qeyri-xxxxxx xxxx üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslərin tranziti üçün şərtləri müəyyən etməyi arzulayaraq,
səmərəli əməkdaşlıq və qarşılılıq prinsipinə əsaslanaraq, qeyri-qanuni miqrasiyanın Razılığa gələn Tərəflərin ictimai təhlükəsizliyi və iqtisadi sabitliyinə təhlükə yaratdığını nəzərə alaraq,
qeyri-qanuni miqrasiya ilə daha səmərəli mübarizə aparmaq məqsədi ilə əməkdaşlığı gücləndirməyi qərara alaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişin məqsədləri baxımından sadalanan terminlərin mənası aşağıdakı kimidir:
(a) “Sorğu edən Razılığa gələn Tərəf dedikdə, readmissiya və ya tranzit müraciəti etmiş Razılığa gələn Tərəf nəzərdə tutulur;
(b) “Sorğu edilən Razılığa gələn Tərəf dedikdə, readmissiya və ya tranzit müraciəti ünvanlanan Razılığa gələn Tərəf nəzərdə tutulur;
(c) “viza” dedikdə, öz ərazisinə daxil olmaq, qalmaq və ya oradan tranzitlə keçmək üçün Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazə və ya qəbul edilmiş qərar nəzərdə tutulur. Bura xxxx xxxxxx tranzit vizası daxil deyildir;
(d) “yaşayış icazəsi” dedikdə, Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən və şəxsə öz ərazisində yaşamaq hüququ verən hər hansı növ icazə nəzərdə tutulur. Buraya sığınacaq və ya yaşayış icazəsi üçün müraciətə baxılma müddətində öz ərazisində müvəqqəti qalmaq üçün verilən icazə daxil deyildir;
(e) “Azərbaycan Respublikasının vətəndaşı” dedikdə, qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşlığına mənsub xxxx hər hansı şəxs nəzərdə tutulur;
(f) “Monteneqro vətəndaşı” dedikdə, qanunvericiliyinə uyğun olaraq, Monteneqro vətəndaşlığına mənsub xxxx hər hansı şəxs nəzərdə tutulur;
(g) “üçüncü ölkə vətəndaşı” dedikdə, Azərbaycan Respublikasının və ya Monteneqronun vətəndaşı olmayan, digər ölkənin vətəndaşlığına mənsub xxxx şəxs nəzərdə tutulur;
(h) “vətəndaşlığı olmayan şəxs” dedikdə, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan şəxs nəzərdə tutulur;
(i) “səlahiyyətli orqanlar” dedikdə, Razılığa gələn Tərəflərin bu Sazişin 16-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq bu Sazişin icrasına məsul olan milli səlahiyyətli orqanları nəzərdə tutulur;
(j) “tranzit” dedikdə, üçüncü ölkə vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin Sorğu edən Razılığa gələn Tərəfdən təyinat ölkəsinə gedərkən Sorğu edilən Razılığa gələn Tərəfin ərazisindən keçməsi nəzərdə tutulur;
(k) “readmissiya” dedikdə, bu Sazişin müddəalarına uyğun olaraq, Razılığa gələn Tərəflərin ərazisinə daxil olma, qalma və ya yaşama şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxsin (Sorğu edilən Razılığa gələn Tərəfin vətəndaşı, üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs) Sorğu edən Razılığa gələn Tərəf tərəfindən ötürülməsi və Sorğu edilən Razılığa gələn Tərəf tərəfindən qəbulu nəzərdə tutulur.
Maddə 2
Öz vətəndaşlarının readmissiyası
1. Sorğu edən Razılığa gələn Tərəfin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, Sorğu edilən Razılığa gələn Tərəf Sorğu edən Razılığa gələn Tərəfin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə xxxx şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən, həmin Sorğu edilən Razılığa gələn Tərəfin vətəndaşı olması sübut olunan və ya ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən istənilən şəxsi readmissiya edir.
2. Sorğu edilən Razılığa gələn Tərəf həmçinin aşağıdakı şəxsləri readmissiya edir:
1-ci hissədə göstərilən şəxsin doğum yerindən və ya vətəndaşlığından asılı olmayaraq yetkinlik yaşına çatmamış uşaqları, əgər onlar Sorğu edən Razılığa gələn Tərəfdə müstəqil yaşamaq hüququna malik deyildirlərsə;
1-ci hissədə göstərilən şəxsin Sorğu edilən Razılığa gələn Tərəfin ərazisinə daxil olmaq və qalmaq hüququna malik və ya bu hüquqa yiyələnən, digər ölkənin vətəndaşı xxxx ərləri/arvadları, əgər onlar Sorğu edən Razılığa gələn Tərəfdə müstəqil yaşamaq hüququna malik deyildirlərsə.
3. Sorğu edilən Razılığa gələn Tərəf, həmçinin, Sorğu edən Razılığa gələn Tərəfin ərazisinə daxil olduqdan sonra Sorğu edilən Razılığa gələn Tərəfin vətəndaşlığından həmin dövlətin qanunvericiliyinə uyğun olaraq imtina edən, Sorğu edən Razılığa gələn Tərəfin ərazisində qeyri-qanuni qalan və ya yaşayan şəxsləri, əgər bu şəxslər Sorğu edən Razılığa gələn Tərəfdən vətəndaşlığa qəbul edilmək barədə ən azı vəd almamışdırlarsa, readmissiya edir.
4. Sorğu edilən Razılığa gələn Tərəf readmissiya ilə bağlı müraciətə müsbət cavab verdikdən sonra Sorğu edilən Razılığa gələn Tərəfin aidiyyəti diplomatik nümayəndəlik və ya konsulluğu beş iş günündən gec olmayaraq readmissiya olunacaq şəxsə qayıdış üçün tələb olunan və etibarlılıq müddəti 90 gün xxxx qayıdış şəhadətnaməsi (Sorğu edilən Razılığa gələn Tərəf Azərbaycan Respublikası olduqda) və ya səyahət sənədi (Sorğu edilən Razılığa gələn Tərəf Monteneqro olduqda) verir. Əgər hüquqi və ya faktiki səbəblərdən ilkin olaraq verilən qayıdış şəhadətnaməsinin və ya səyahət sənədinin etibarlılıq müddəti ərzində aidiyyəti xxxx şəxs ötürülə bilmirsə, Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli konsulluq ofisi 5 (beş) iş günü ərzində etibarlılıq müddəti eyni olan yeni qayıdış şəhadətnaməsi və ya səyahət sənədi verir. Əgər Sorğu edilən Razılığa gələn Tərəf 14 (on dörd) iş günü müddətində səyahət sənədini və ya qayıdış şəhadətnaməsini verməzsə, onun Sorğu edən Razılığa gələn Tərəfin ölkədən çıxarılma məqsədi ilə verdiyi standart səyahət sənədini qəbul etdiyi hesab olunur (Sorğu edən Razılığa gələn Tərəf Azərbaycan Respublikası olduqda Əlavə 7, Sorğu edən Razılığa gələn Tərəf Monteneqro olduqda Əlavə 8).
5. Readmissiya ediləcək şəxs Azərbaycan Respublikasının və ya Monteneqronun vətəndaşlığına mənsub olmasından əlavə üçüncü dövlətin) vətəndaşı olduğu halda, Sorğu edən Razılığa gələn Tərəf readmissiya ediləcək şəxsin dövlətə dair seçimini nəzərə alır.
Maddə 3
Üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan
şəxslərin readmissiyası
1. Sorğu edən Razılığa gələn Tərəfin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, Sorğu edilən Razılığa gələn Tərəf Sorğu edən Razılığa gələn Tərəfin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə xxxx şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən bütün üçüncü ölkə vətəndaşlarını və ya vətəndaşlığı olmayan şəxsləri readmissiya edir, əgər sübut olunsa və ya ilkin baxış
nəticəsində əldə olunmuş (prima facie) dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilsə ki, bu şəxslər:
(a) readmissiya müraciəti təqdim edilən anda Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarının verdiyi etibarlı vizaya və ya yaşayış icazəsinə malikdirlər; və ya
(b) Sorğu edilən Razılığa gələn Tərəfin ərazisində qaldıqdan və ya tranzitlə keçdikdən sonra Sorğu edən Razılığa gələn Tərəfin ərazisinə qeyri-qanuni və birbaşa daxil olmuşdurlar.
2. 1-ci hissədə qeyd olunan readmissiya öhdəliyi aşağıdakı hallarda tətbiq edilmir:
(a) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs Sorğu edilən Razılığa gələn Tərəfin beynəlxalq hava limanında yalnız tranzit uçuş zonasında olmuşdursa;
(b) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs Sorğu edən Razılığa gələn Tərəfin ərazisinə vizasız giriş hüququndan yararlanmışdırsa.
3. Sorğu edilən Razılığa gələn Tərəf readmissiya müraciətinə müsbət cavab verdikdən sonra Sorğu edən Razılığa gələn Tərəf aidiyyəti şəxsə onun Sorğu edilən Razılığa gələn Tərəfə qayıtması üçün tələb olunan, əcnəbilər üçün nəzərdə tutulan səyahət sənədi verir.
Maddə 4
1. Bu maddənin 2-ci hissəsində qeyd olunan şərtlər istisna olmaqla, bu Sazişin 2-ci və 3-cü maddələrində ehtiva olunan öhdəliklərdən biri əsasında readmissiya edilməli xxxx şəxsin ötürülməsi Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanına readmissiya müraciətinin təqdim edilməsini tələb edir.
2. Readmissiya edilməli xxxx şəxs Sorğu edilən Razılığa gələn Tərəfin etibarlı səyahət sənədinə, həmin şəxs üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs olduqda, həmçinin etibarlı vizasına və ya yaşayış icazəsinə malik olduqda heç bir readmissiya müraciətinə ehtiyac yoxdur. Sorğu edilən Razılığa gələn Tərəfin vətəndaşı halında Sorğu edən Razılığa gələn Tərəfin Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanına bu Sazişin 10-cu maddəsinin 1-ci hissəsində istinad edilən yazılı bildirişi təqdim etməsinə ehtiyac yoxdur.
Maddə 5
1. Readmissiya müraciəti Sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanı tərəfindən Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanına poçt, faks və ya elektron poçt vasitəsilə yazılı formada təqdim edilir. Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanı readmissiya müraciətini qəbul etdikdən dərhal sonra təsdiq göndərir.
2. Readmissiya müraciətinə cavab Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanı tərəfindən Sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanına poçt, faks və ya elektron poçt vasitəsilə yazılı formada təqdim edilir. Readmissiya müraciətindən imtina olunduğu halda, səbəblər yazılı şəkildə təqdim edilir.
3. Readmissiya müraciəti, mümkün qədər əhatəli şəkildə, aşağıdakı məlumatları ehtiva etməlidir:
(a) readmissiya edilməli xxxx şəxsə dair xüsusi məlumat (məs., adı, soyadı, doğum tarixi, doğum yeri və mümkündürsə, son yaşayış yeri) və aidiyyəti olduqda, yetkinlik yaşına çatmamış uşaqları və/və ya əri/arvadı barədə xüsusi məlumat;
(b) öz ölkə vətəndaşları ilə bağlı Əlavə 1-də və 2-də sadalanan vətəndaşlığın sübutu hesab edilən sənədlər və ya ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlillər;
(c) üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı, Əlavə 3-də və 4-də sadalanan, vətəndaşlığın sübutu və ya üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin readmissiyası üçün şərtlərin ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlilləri hesab edilən sənədlər;
(d) readmissiya edilməli xxxx şəxsin fotoşəkli;
(e) şəxsin barmaq izləri.
4. Readmissiya müraciətləri üçün istifadə edilməli xxxx ümumi forma bu Sazişə Əlavə 5-də verilmişdir.
Maddə 6
1. Vətəndaşlıq bu Sazişin 2(l)-ci maddəsinə uyğun olaraq, xüsusən bu Sazişə Əlavə 1-də sadalanan və hətta etibarlılıq müddəti ən çoxu 6 ay əvvəl bitmiş sənədlər vasitəsilə sübut edilə bilər. Bu cür sənədlər təqdim edildiyi halda, Razılığa gələn Tərəflər əlavə təhqiqat aparmadan vətəndaşlığı qarşılıqlı olaraq tanıyırlar. Vətəndaşlıq saxta sənədlər vasitəsilə sübut edilə bilməz.
2. Bu Sazişin 2(l)-ci maddəsinə uyğun olaraq, vətəndaşlıq ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlillər kimi bu Sazişə Əlavə 2-də sadalanan sənədlər vasitəsilə, onların etibarlılıq müddəti bitmiş olsa belə, müəyyən edilə bilər. Bu cür sənədlər təqdim edildiyi halda, Razılığa gələn Tərəflər əksini sübut etməzlərsə, vətəndaşlıq müəyyən edilmiş hesab olunur. Vətəndaşlıq ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlil olaraq saxta sənədlər vasitəsilə müəyyən edilə bilməz.
3. Əlavə 1-də və 2-də sadalanan sənədlərdən heç biri təqdim edilə bilinmirsə və ya natamamdırsa və bu əsaslandırılmışdırsa, Sorğu edilən Razılığa gələn Tərəfin konsulluq ofisləri və ya Sorğu edilən Razılığa gələn Tərəfin qanunları çərçivəsində digər səlahiyyətli orqan Sorğu edən Razılığa gələn Tərəfin xahişi əsasında, qeyri-zəruri yubanmaya yol vermədən və müraciət olunan gündən etibarən 15 (on beş) iş günündən gec olmayaraq vətəndaşlığını müəyyənləşdirmək üçün readmissiya edilməli şəxslə müsahibə aparır. Şəxsin identifikasiyası üçün müsahibə müvafiq qaydada Sorğu edilən Tərəfin ən yaxın diplomatik nümayəndəlik və ya konsulluğunda keçirilir. Razılığa gələn Tərəflərdən biri müstəsna hal kimi müsahibənin Sorğu edilən Tərəfin diplomatik nümayəndəlik və ya konsulluğundan kənarda keçirilməsilə bağlı sorğu edərsə, səfərlə bağlı səyahət, qalma və digər xərcləri Razılığa gələn Tərəf ödəyir. Sorğu edən Razılığa gələn Tərəf müsahibə zamanı müsahibə aparan diplomatik xidmət əməkdaşının təhlükəsizliyini təmin edir.
4. Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanı müsahibənin keçirildiyi tarixdən ən çoxu 5 (beş) iş günü müddətində onun nəticələri ilə bağlı Sorğu edən Razılığa gələn Tərəfin əsas səlahiyyətli orqanını məlumatlandırır. Cavabın müsbət olduğu və şəxsin Sorğu edilən Razılığa gələn Tərəfin vətəndaşı kimi müəyyənləşdirildiyi təqdirdə, səlahiyyətli orqan bu Sazişin 9-cu maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan zaman məhdudiyyətini nəzərə alaraq readmissiya müraciətinə baxılması prosesinə başlayır.
Maddə 7
Üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərə dair dəlillər
1. Bu Sazişin 3(1)-cı maddəsində təsbit olunduğu kimi, üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən sübutlar məxsusi olaraq bu Sazişə 3 xxxxx Əlavədə sadalanan dəlillər vasitəsilə təqdim edilir; onlar saxta sənədlər vasitəsilə təqdim edilə bilməz. İstənilən bu cür sübut əlavə təhqiqat aparılmadan Razılığa gələn Tərəflər tərəfindən qarşılıqlı olaraq tanınır.
2. Bu Sazişin 3(1)-ci maddəsində təsbit olunduğu kimi, üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlillər məxsusi olaraq bu Sazişə Əlavə 4-də sadalanan sənədlər vasitəsilə təqdim edilir; onlar saxta sənədlər vasitəsilə təqdim edilə bilməz. Bu cür ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlillər təqdim edildiyi halda, Razılığa gələn Tərəflər əksini sübut etməzlərsə, şərtlərin yerinə yetirildiyi kimi qəbul olunur.
3. Daxilolma, qalma və ya yaşayışın qeyri-qanuniliyi üzərində Sorğu edən Razılığa gələn Tərəfin lazımi vizasının və ya digər yaşayış icazəsinin olmadığı aidiyyəti xxxx şəxsin səyahət sənədləri əsasında müəyyən edilir. Şəxsin lazımi səyahət sənədlərinə, vizaya və ya yaşayış icazəsinə malik olmaması barədə Sorğu edən Razılığa gələn Tərəfin bəyanatı 5 qeyri-qanuni daxilolma, qalma və ya yaşayışın ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlilini doğurur.
Maddə 8
Vətəndaşlığı müəyyənləşdirmək üçün əlavə sənədlər
1. Əgər Sorğu edən Razılığa gələn Tərəf bu Sazişə Əlavə 1-4-də sadalanmayan sənədlərin readmissiya ediləcək şəxsin vətəndaşlığını müəyyənləşdirmək üçün zəruri ola biləcəyini zənn edirsə, belə sənədlər readmissiya müraciəti ilə birlikdə Sorğu edilən Razılığa gələn Tərəfə təqdim edilə bilər.
2. Bu maddənin 1-ci hissəsində sadalanan sənədlərin readmissiya müraciətinə baxılan zaman nəzərə alınması ilə bağlı qərar Sorğu edilən Razılığa gələn Tərəf tərəfindən verilir.
Vaxt məhdudiyyətləri
1. Readmissiya üçün müraciət Sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanı tərəfindən üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxsin daxilolma, qalma və ya yaşama ilə bağlı qüvvədə xxxx şərtlərə əməl etməməsi və ya bu şərtləri artıq yerinə yetirməməsi barədə məlumatı əldə etdikdən sonra ən çoxu 6 ay ərzində Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanına təqdim edilməlidir. Müraciətin vaxtında təqdim edilməsində hüquqi və ya faktiki maneələr olduqda vaxt məhdudiyyəti Sorğu edən Razılığa gələn Tərəfin müraciəti əsasında, yalnız maneələr aradan qaldırılana qədər uzadılır.
2. Readmissiya müraciəti 15 (on beş) iş günü ərzində yazılı şəkildə cavablandırılmalıdır. Vaxt məhdudiyyəti readmissiya müraciətinin alındığının təsdiqləndiyi tarixdən hesablanmağa başlanır.
3. Müraciətin 15 (on beş) iş günü ərzində cavablandırılmasına hüquqi və faktiki maneələr olduqda, bu vaxt məhdudiyyəti əsaslandırılmış müraciətlə əlaqədar 10 (on) təqvim günündən xxx olmamaq şərtilə uzadıla bilər.
4. Əgər Sorğu edilən Razılığa gələn Tərəf bu maddənin 2-ci və ya 3-cü hissələrində qeyd olunan vaxt məhdudiyyətləri ərzində cavab vermirsə, ötürülmə razılaşdırılmış hesab olunur.
5. Sorğu edilən Razılığa gələn Tərəf tərəfindən razılıq verildikdən sonra aidiyyəti şəxs 3 (üç) ay ərzində Sorğu edən Razılığa gələn Tərəf tərəfindən ötürülür. Sorğu edən Razılığa gələn Tərəfin müraciəti əsasında, bu vaxt məhdudiyyəti hüquqi və faktiki maneələri aradan qaldırmaq üçün tələb olunan vaxta qədər uzadıla bilər.
Maddə 10
Ötürülmə üsulları və nəqliyyat rejimləri
1. Şəxsin qaytarılmasından əvvəl, Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları ötürülmənin tarixi, sərhəd buraxılış məntəqəsi, mümkün müşayiətlər və ötürülmə ilə bağlı digər məlumatları ən azı 3 (üç) iş günü əvvəlcədən yazılı şəkildə bildirirlər.
2. Mümkün olarsa və ehtiyac yaranarsa, bu maddənin 1-ci hissəsində qeyd olunan yazılı bildiriş həmçinin aşağıdakı məlumatları əhatə edir:
(a) ötürülən şəxsin kömək və ya qayğıya ehtiyacı ola biləcəyini bildirən bəyanat;
(b) fərdi ötürülmə halı ilə bağlı vacib ola biləcək hər hansı digər müdafiə və ya təhlükəsizlik tədbirləri və ya şəxsin sağlamlığı ilə bağlı məlumat.
3. Daşınma hava yolu ilə həyata keçirilir. Hava yolu ilə qayıdış Razılığa gələn Tərəflərin milli daşıyıcıları ilə məhdudlaşdırılmır və müntəzəm və ya xxxxxx reysləri ilə həyata keçirilə bilər. Müşayiət olunan qayıdışlarda müşayiət edən heyəti Sorğu edən Razılığa gələn Tərəf təmin edir.
4. Əgər şəxs readmissiya və ya tranzit prosesində heyətlə müşayiət olunacaqdırsa, Sorğu edən Razılığa gələn Tərəf aşağıdakı məlumatları verir: müşayiət edən şəxslərin adları, soyadları, vəzifələri, pasportlarının və xidməti vəsiqələrinin növü, nömrəsi və verilmə tarixi, müşayiətə icazə verən sənəd.
5. Müşayiət edən şəxslər Sorğu edilən Razılığa gələn Tərəfin milli qanunvericiliyinə tabe olmaq məcburiyyətindədirlər.
6. Müşayiət edən şəxslər xidməti geyimdə olmurlar və Sorğu edilən Razılığa gələn Tərəfin ərazisində üzərində qadağan olunan silahları və digər əşyaları gəzdirmirlər.
7. Müşayiət edən şəxslər Sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanının verdiyi etibarlı pasport və xidməti vəsiqələri, eyni zamanda müşayiətə icazə verən sənədi üzərlərində gəzdirirlər. Müşayiət heyətinə daxil olanların sayı əvvəlcədən səlahiyyətli orqanlar tərəfindən razılaşdırılır.
8. Səlahiyyətli orqanlar müşayiət heyətinin Sorğu edilən Razılığa gələn Tərəfin ərazisində qalması ilə əlaqədar bütün məsələləri ilə bağlı əməkdaşlıq edir. Əgər ehtiyac olarsa, Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanları müşayiət edən şəxslərə mümkün köməyi təmin edirlər.
9. Müşayiət olunan qayıdışlarda müşayiətçilər zəruri vizaların alınmasından azad edilirlər.
Yanlış readmissiya
1. Bu Sazişin 2-ci və 3-cü maddələrində qeyd olunan tələblərin yerinə yetirilməməsi aidiyyəti xxxx şəxsin ötürülməsindən sonra 6 (altı) ay, üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı isə 12 (on iki) ay ərzində müəyyən edilərsə, Sorğu edən Razılığa gələn Tərəf Sorğu edilən Razılığa gələn Tərəfin readmissiya etdiyi hər hansı şəxsi xxxx götürür.
2. Belə hallarda bu Sazişin prosessual müddəaları mutatis mutandis tətbiq edilir və xxxx qaytarılmalı xxxx şəxsin həqiqi kimliyi və vətəndaşlığı ilə əlaqədar bütün mövcud məlumat təqdim edilir.
Maddə 12
Tranzit prinsipləri
1. Razılığa gələn Tərəflər üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin tranzitini bu şəxslərin təyinat dövlətinə birbaşa qaytanla bilmədikləri hallarda həyata keçirirlər.
2. Digər mümkün tranzit dövlətlərdən keçməyə və təyinat dövləti tərəfindən readmissiyaya zəmanət olduqda, Razılığa gələn Tərəflərdən biri sorğu edərsə, Razılığa gələn Tərəflər üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin tranzitinə icazə verir.
3. Razılığa gələn Tərəflər tranzitdən aşağıdakı hallarda imtina edə bilərlər:
(a) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs təyinat dövlətində və ya digər tranzit dövlətdə onun irqi, dini, milliyyəti, xüsusi ictimai qrupa mənsubiyyəti və yaxud siyasi əqidəyə malik olması səbəbindən işgəncə, qeyri-insani və ya alçaldıcı rəftar, yaxud cəza və ya ölüm cəzası, yaxud da təqib edilmə kimi həqiqi təhlükəyə məruz qalarsa; yaxud
(b) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs təyinat dövlətində və ya digər tranzit dövlətdə cinayət məsuliyyətinə cəlb edilərsə; yaxud da
(c) ictimai sağlamlıq, milli təhlükəsizlik, ictimai asayiş və ya Sorğu edilən Razılığa gələn Tərəfin digər milli maraqları əsasında.
4. Tranzit əməliyyatı zamanı bu maddənin 3-cü hissəsində qeya olunan hallar yaranarsa və ya aşkarlanarsa, yaxud da digər mümkün tranzit dövlətlərdən keçməyə və ya təyinat dövləti tərəfindən readmissiyaya zəmanət artıq olmadıqda, Razılığa gələn Tərəflər verilmiş hər hansı icazəni ləğv edə bilərlər. Bu halda Sorğu edən Razılığa gələn Tərəf üçüncü ölkə vətəndaşını və ya vətəndaşlığı olmayan şəxsi zəruri şəkildə və yubanmadan xxxx götürür.
Maddə 13
Tranzit proseduru
1. Tranzit müraciəti Sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanı tərəfindən Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanına poçt, faks və ya elektron poçt vasitəsilə yazılı formada birbaşa göndərilir. Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanı tranzit müraciətini qəbul etdikdən dərhal sonra müraciətin alınması ilə bağlı təsdiq göndərir.
2. Tranzit müraciəti aşağıdakı məlumatları əhatə edir:
(a) tranzitin növü (yalnız hava yolu ilə), mümkün xxxx digər tranzit dövlətləri və müəyyən edilmiş sonuncu təyinat məntəqəsi;
(b) aidiyyəti xxxx şəxs barədə xüsusi məlumat (məs., adı, soyadı, əgər varsa - qızlıq soyadı, istifadə olunan/tanınan digər adları və ya təxəllüsləri, doğulduğu tarix, cinsi və mümkün olduqda, doğulduğu yer, vətəndaşlığı, dili, səyahət sənədinin növü və nömrəsi);
(c) nəzərdə tutulan sərhəd buraxılış məntəqəsi, ötürülmənin vaxtı və müşayiətçilərdən istifadənin mümkünlüyü;
(d) Sorğu edən Razılığa gələn Tərəfin bu Sazişin 12-ci maddəsinin 2-ci hissəsində göstərilən şərtlərin yerinə yetirilməsi və bu Sazişin 12-ci maddəsinin 3-cü hissəsinə əsasən müraciətdən imtinaya əsas verəcək səbəblərin məlum olmaması barədə bəyanatı.
3. Tranzit müraciətləri üçün istifadə olunan ümumi forma bu Sazişə Əlavə 6-da verilmişdir.
4. Sorğu edilən Razılığa gələn Tərəf müraciəti aldıqdan sonra 5 (beş) iş günü ərzində Sorğu edən Razılığa gələn Tərəfi sərhəd buraxılış məntəqəsini və nəzərdə tutulan qəbuletmə vaxtını təsdiq edən qəbuletmə razılığı barədə və ya qəbuletmədən imtina və belə imtinanın səbəbləri barədə yazılı şəkildə məlumatlandırır. 5 (beş) iş günü ərzində cavab olmadıqda, tranzit razılaşdırılmış hesab edilir. Tranzit müraciətinə cavab elektron poçt və ya faks ilə təqdim edilə bilər.
5. Hava yolu ilə tranzit əməliyyatında readmissiya edilməli xxxx şəxs və mümkün müşayiətçilər xxxx xxxxxx tranzit vizasını almaqdan azad edilirlər.
6. Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanları qarşılıqlı məsləhətləşmələr şərtilə tranzit əməliyyatlarında xüsusilə aidiyyəti xxxx şəxslərə nəzarət və bu məqsədlə əlverişli şərait yaratmaq vasitəsilə yardım edirlər.
7. Başqa hal razılaşdırılmadıqda, aidiyyəti şəxslərin tranziti müraciətə razılıq alındıqdan sonra 30 (otuz) gün ərzində həyata keçirilir.
Maddə 14
Səlahiyyətli orqanların readmissiya edilməli xxxx şəxsdən və ya üçüncü tərəflərdən readmissiya ilə bağlı xərclərin kompensasiyasını almaq hüququna xələl gətirmədən, bu Sazişə uyğun olaraq readmissiya və tranzit əməliyyatlarından irəli gələn sonuncu təyinat dövlətinin sərhədinə qədər bütün nəqliyyat xərcləri Sorğu edən Razılığa gələn Tərəf tərəfindən ödənilir.
Məlumatın mühafizəsi
Fərdi məlumat yalnız o halda verilir ki, vəziyyətdən asılı olaraq1 bu məlumatın verilməsi Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən bu Sazişin həyata keçirilməsi üçün zəruridir. Hər bir xxxxxx xxxxx fərdi məlumatın təhlili və istifadəsi Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun həyata keçirilir. Əlavə olaraq aşağıdakı prinsiplər tətbiq edilir:
(a) fərdi məlumat qərəzsiz və qanunvericiliyə uyğun təhlil edilməlidir;
(b) fərdi məlumat bu Sazişin həyata keçirilməsi üçün müəyyən edilmiş, aydın və qanuni məqsədlə toplanmalıdır və bu məqsədə uyğun olmayan şəkildə nə ötürən, nə də qəbul edən orqan tərəfindən artıq istifadə edilməməlidir;
(c) fərdi məlumat tələblərə uyğun, işə aid olmalı və onun toplanması və ya sonrakı təhlili məqsədi üçün tələb ediləndən artıq olmamalıdır; xüsusilə, verilən fərdi məlumat yalnız aşağıdakıları ehtiva edə bilər:
- ötürülməli xxxx şəxs barədə xüsusi məlumat (məs., adı, soyadı, əvvəlki adı, istifadə olunan/tanınan digər adı və ya təxəllüsü, cinsi, vətəndaşlıq vəziyyəti, doğulduğu tarix və yer, hazırkı və hər hansı əvvəlki vətəndaşlığı);
- pasport, şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsi (nömrəsi, etibarlılıq müddəti, verilmə tarixi, verən orqan, verilən yer);
- səyahətdə dayanacaqlar və marşrutlar;
- ötürülməli xxxx şəxsin müəyyən edilməsi və ya bu Sazişə uyğun olaraq readmissiya tələblərini yoxlamaq üçün xxxxx xxxx digər məlumat;
(d) fərdi məlumat düzgün olmalı və zəruri halda yenilənməlidir;
(e) fərdi məlumat faktların yığılması və ya onların sonrakı təhlili məqsədi ilə tələb olunandan artıq olmamalı və yalnız məlumat subyektlərinin müəyyən edilməsinə imkan verən formada saxlanılmalıdır;
(f) məlumatın təhlili bu maddənin müddəalarına uyğun aparılmadıqda, xüsusilə də məlumat qeyri-adekvat, aidiyyətsiz, qeyri-düzgün və ya onun təhlili məqsədinə münasibətdə həddən artıq olduqda, həm məlumatı təqdim edən, həm də qəbul edən orqan fərdi məlumatın müvafiq şəkildə təshih edilməsi, silinməsi və ya bloklaşdırılmasını təmin etmək üçün bütün məqsədyönlü tədbirlər görür. Bura məlumatın təshih edilməsi, silinməsi və ya bloklaşdırılmasına dair digər Razılığa gələn Tərəfə bildirişin verilməsi də daxildir;
(g) sorğu əsasında, məlumatı qəbul edən orqan təqdim edilmiş məlumatdan istifadə və onun nəticələri barədə müraciəti təqdim edən səlahiyyətli orqanı məlumatlandırır;
(h) fərdi məlumat yalnız səlahiyyətli orqanlara təqdim edilə bilər. Məlumatın sonradan digər orqanlara ötürülməsi məlumatı təqdim edən orqanın əvvəlcədən razılığını tələb edir;
(i) məlumatı təqdim edən və qəbul edən orqanların fərdi məlumatın təqdim edilməsi və qəbulunun yazılı qeydiyyatını aparmaq öhdəlikləri vardır.
Maddə 16
Səlahiyyətli orqanlar
1. Razılığa gələn Tərəflər bu Sazişin icrası üçün aşağıdakı orqanları səlahiyyətli orqan təyin edirlər:
(a) Azərbaycan Respublikası adından:
Xarici İşlər Nazirlyi
Dövlət Miqrasiya Xidməti
Dövlət Sərhəd Xidməti
(b) Monteneqro adından:
Daxili İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi.
2. Razılığa gələn Tərəflər bu Saziş qüvvəyə mindikdən sonra səlahiyyətli orqanların əlaqə məlumatları və onlarda hər hansı dəyişikliklər barədə diplomatik kanallar vasitəsilə dərhal bir-birinə məlumat verəcəklər.
3. Razılığa gələn Tərəflərin konsulluqları bu Sazişin icrası ilə əlaqədar səlahiyyətli orqanlara kömək üçün təyin olunmuşdurlar.
Maddə 17
Dövlət sərhədindən buraxılış məntəqələrinin təyini
1. Razılığa gələn Tərəflər readmissiya və tranzit üçün aşağıdakı dövlət sərhədindən buraxılış məntəqələrini təyin edirlər:
(a) Azərbaycan üçün: Xxxxxx Xxxxxx Beynəlxalq Aeroportu, Bakı
(b) Monteneqro üçün: Podqoritsa Beynəlxalq Xxxx Xxxxxx
2. Razılığa gələn Tərəflər yaranan ehtiyaca əsasən istisna hal kimi müəyyənləşdiriləcək digər dövlət sərhədindən buraxılış məntəqələrini təyin edə bilərlər.
3. Razılığa gələn Tərəflər bu maddənin 1-ci hissəsində verilən dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısında edilən hər hansı dəyişikliklərlə bağlı dərhal bir-birini birbaşa səlahiyyətli orqanlar vasitəsilə məlumatlandırırlar.
Maddə 18
Sazişin icrası zamanı yarana biləcək çətinliklərin nəzərə alınması
Azərbaycan Respublikası ərazilərinin (Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının) işğalı nəticəsində yaranmış vəziyyət bu Sazişin həyata keçirilməsi zamanı nəzərə alınacaqdır.
Maddə 19
Ünsiyyət dili
Bu Sazişin icrası üçün ünsiyyət dili ingilis dili olacaqdır.
Mübahisələrin həlli
Bu Sazişin şərhindən və tətbiqindən irəli gələn istənilən mübahisə Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
Maddə 21
Digər beynəlxalq müqavilələrlə əlaqə
Bu Saziş Razılığa gələn Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 22
Əlavələr
Bu Sazişin bütün əlavələri onun ayrılmaz hissəsini təşkil edir.
Maddə 23
Düzəlişlər
Bu Sazişə düzəlişlər və əlavələr Razılığa gələn Tərəflərin birgə razılığı ilə edilə bilər. Belə düzəlişlər və əlavələr bu Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollar şəklindədir və bu Sazişin 25-ci maddəsi ilə müəyyən edilmiş prosedura uyğun olaraq qüvvəyə minir.
Müvəqqəti dayandırma
Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə rəsmi bildiriş göndərməklə, bu Sazişin icrasını üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxslərə münasibətdə təhlükəsizlik, ictimai asayişin mühafizəsi, ictimai sağlamlıq və ya digər milli maraqlara əsasən qismən və ya tam olaraq müvəqqəti dayandıra bilər. Dayandırma bu barədə diplomatik kanallar vasitəsilə yazılı bildirişin alındığı tarixdən 2 (iki) gün sonra qüvvəyə minir.
Razılığa gələn Tərəflər daha sonra bu Sazişin icrasının müvəqqəti dayandırılmasının ləğv edilməsi barədə bir-birini məlumatlandırırlar. Bu halda bu Sazişin icrasının dayandırılmasının ləğvi müvəqqəti dayandırmanın ləğvi barədə diplomatik kanallar vasitəsilə yazılı bildirişin alındığı tarixdən 2 (iki) gün sonra
qüvvəyə minir.
Maddə 25
Qüvvəyəminmə, müddət və ləğvetmə
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.
3. Hər bir Razılığa gələn Tərəf istənilən vaxt digər Razılığa gələn Tərəfə bu Sazişi ləğv etmək niyyəti ilə bağlı diplomatik kanallar vasitəsilə yazılı şəkildə məlumat verə bilər. Ləğvetmə belə bildirişin alındığı tarixdən 3 (üç) ay sonra qüvvəyə minir.
Podqoritsa şəhərində 27 aprel 2017-ci il tarixində, hər biri Azərbaycan, Monteneqro və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı olarsa, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası |
Monteneqro Hökuməti |
Hökuməti adından |
adından |
(imza) |
(imza) |
ƏLAVƏ 1
Vətəndaşlığı təsdiq edən sənədlər
(Sazişin 2 (1) və 6 (1) maddələri)
Sorğu edilən dövlət Azərbaycan Respublikasıdırsa:
- bütün növ pasportlar (ümumvətəndaş, diplomatik və xidməti pasportlar);
- dənizçinin şəxsiyyət vəsiqəsi istisna olmaqla, hər hansı növ şəxsiyyət vəsiqələri.
Sorğu edilən dövlət Monteneqrodursa:
- 2008-ci ilin 5 may tarixindən sonra verilən bütün etibarlı səyahət sənədləri (Monteneqro pasportu, Monteneqro xidməti və diplomatik pasportları, Monteneqro vətəndaşları üçün laissez-passer);
- Monteneqro vətəndaşlarına 2008-ci ilin 5 may tarixindən sonra verilən etibarlı şəxsiyyət vəsiqələri.
ƏLAVƏ 2
Vətəndaşlığın ilkin baxış nəticəsində əldə olunmuş
(prima facie) dəlili hesab edilən sənədlər
(Sazişin 2 (1) və 6 (2) maddələri)
- bu Sazişə Əlavə 1-də sadalanan etibarlılıq müddəti ən çoxu 6 (altı) ay əvvəl bitmiş hər hansı sənəd;
- bu Sazişə Əlavə 1-də sadalanan sənədlərin hər hansı birinin surəti;
- hərbi kimlik vəsiqələri və hərbi kitabçalar;
- dənizçinin qeydiyyat kitabçası, kapitanın xidmət kartı, dənizçinin şəxsiyyət vəsiqəsi;
- vətəndaşlığı göstərən və ya onu aydın şəkildə bildirən vətəndaşlıq şəhadətnamələri və digər rəsmi sənədlər;
- sürücülük vəsiqələri və ya onların surətləri;
- doğum haqqında şəhadətnamələr və ya onların surətləri;
- vətəndaşlığı müəyyən etməyə imkan verən hər hansı digər rəsmi sənəd;
- səlahiyyətli orqanlar tərəfindən hazırlanan rəsmi protokol hesabatına daxil edilmiş, Sorğu edilən Razılığa gələn Tərəfin səlahiyyətli orqanları tərəfindən əsaslandırılan aidiyyəti xxxx şəxsin və ya həqiqi şahidin ifadəsi;
- aidiyyəti xxxx şəxsin ifadəsi, onun danışdığı, o cümlədən rəsmi dil testlərinin nəticələri vasitəsilə müəyyən edilmiş dili;
- Viza İnformasiya Sistemində axtarış nəticəsində şəxsiyyətin təsdiqi;
- Viza İnformasiya Sistemindən istifadə etməyən dövlətə münasibətdə, həmin dövlətin vizası üçün edilmiş müraciətin qeydiyyat sistemi əsasında şəxsiyyətin və vətəndaşlıq mənsubiyyətinin təsdiqi;
- “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış Sistemi”ndə (İAMAS) aparılmış axtarış nəticəsində şəxsiyyətin və vətəndaşlıq mənsubiyyətinin təsdiqi.
ƏLAVƏ 3
Üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin readmissiyası
üçün şərtlərin sübutu hesab edilən sənədlər
(Sazişin 3 (1) və 7 (1) maddələri)
- aidiyyəti xxxx şəxsin səyahət sənədində tarixlə birgə giriş/çıxış möhürləri və ya oxşar qeydlər və ya giriş/çıxışın digər dəlilləri (məs., fotoşəkillər);
- Sorğu edilən Razılığa gələn Tərəfin verdiyi viza və/və ya yaşayış icazəsi;
- Sorğu edilən Razılığa gələn Tərəfdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi;
- Sorğu edilən Razılığa gələn Tərəfdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən laissez-passer.
Üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin
readmissiyası üçün şərtlərin ilkin baxış nəticəsində əldə olunmuş
(prima facie) dəlilləri hesab edilən sənədlər
(Sazişin 3 (1) və 7 (2) maddələri)
- aidiyyəti xxxx şəxsin məhkəmə və ya inzibati icraatda verdiyi rəsmi bəyanat;
- aidiyyəti xxxx şəxsin Sorğu edən Razılığa gələn Tərəfin ərazisinə daxil olduqdan sonra yaxalanma yeri və vəziyyəti barədə həmin dövlətin müvafiq qurumları tərəfindən hazırlanmış izahat;
- şəxsin şəxsiyyəti və ya qalma yeri ilə bağlı beynəlxalq təşkilat (məs., BMT QAK) tərəfindən təqdim edilmiş məlumat;
- xüsusilə sərhəd xidməti əməkdaşlarının və digər şahidlərin aidiyyəti xxxx şəxsin sərhədi keçməsinə dəlalət edən rəsmi ifadələri;
- aidiyyəti xxxx şəxsin ifadəsi;
- ailə üzvləri, yol yoldaşları və s. şəxslər tərəfindən verilmiş məlumat və ya məlumatın təsdiqi;
- şəxsin Sorğu edilən Dövlətin ərazisində qaldığım aydın şəkildə göstərən sənədlər, şəhadətnamələr və qaimələr (məs., mehmanxana qaimələri, həkimlərin/diş həkimlərinin qəbuluna yazılma barədə kartlar, dövlət və ya özəl müəssisələrə buraxılışlar, avtomobil icarəsi müqavilələləri, kredit kartı çekləri və s.);
- adlı sərnişin biletləri və/və ya aidiyyəti xxxx şəxsin Sorğu edilən Dövlətin ərazisində olmasını və marşrutunu göstərən hava, qatar, avtobus və gəmi reyslərinin sərnişin siyahıları;
- aidiyyəti xxxx şəxsin kuryer və ya turizm agentliyinin xidmətlərindən faydalandığını göstərən məlumat.
ƏLAVƏ 5
(Sorğu edən Razılığa gələn Tərəfin xxxxx) |
(Sorğu edilən Razılığa gələn Tərəfin xxxxx) |
________________________________________ |
________________________________________ |
________________________________________ |
(yer və tarix) |
(sorğu edən orqan) |
|
İstinad: _____________________________________ |
|
Qəbul edən |
|
________________________________________ |
|
________________________________________ |
|
________________________________________ |
|
(sorğu edilən orqan) |
|
|
|
MÜSAHİBƏ XAHİŞİ (maddə 6(3)) |
|
READMİSSİYA MÜRACİƏTİ
Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro
Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası
haqqında Sazişin 5-ci maddəsinə əsasən
A. ŞƏXSİ MƏLUMATLAR |
(fotoşəkil) |
||
1. Adı və soyadı (soyadın altından xətt çəkməli): |
|
||
_______________________________________________________________________ |
|
||
2. Əgər varsa, qızlıq soyadı: |
|
||
_______________________________________________________________________ |
|
||
3. Doğum tarixi və yeri: |
|
||
_______________________________________________________________________ |
|
||
4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s): |
|
||
_____________________________________________________________________________________________ |
|||
5. Digər adları (əvvəlki adları, istifadə etdiyi/ tanındığı digər adları və ya təxəllüsləri): |
|||
_____________________________________________________________________________________________ |
|||
6. Vətəndaşlığı və dili: |
|
||
_____________________________________________________________________________________________ |
|||
7. Ailə vəziyyəti: □ evli □ subay □ boşanmış □ dul qadın/dul kişi Xxxxxxxxx, həyat yoldaşının adı: |
|||
_____________________________________________________________________________________________ |
|||
Uşaqların adları və yaşları (əgər varsa): |
|
||
_____________________________________________________________________________________________ |
|||
_____________________________________________________________________________________________ |
|||
_____________________________________________________________________________________________ |
|||
_____________________________________________________________________________________________ |
|||
8. Sorğu edilən Razılığa gələn Tərəfin ərazisində son ünvanı (əgər varsa); |
|||
_____________________________________________________________________________________________ |
|||
B. ƏGƏR VARSA, ƏRİ/ARVADI BARƏDƏ ŞƏXSİ MƏLUMATLAR |
|
||
1. Tam adı (soyadın altından xətt çəkməli) |
|
||
_____________________________________________________________________________________________ |
|||
2. Qızlıq soyadı: |
|
||
_____________________________________________________________________________________________ |
|||
3. Doğum tarixi və yeri: |
|
||
_____________________________________________________________________________________________ |
|||
4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.): |
|
||
_____________________________________________________________________________________________ |
|||
5. Digər adlan (əvvəlki adlan, istifadə etdiyi/tanmdığı digər adlan və ya təxəllüsləri): |
|
||
_____________________________________________________________________________________________ |
|||
6. Vətəndaşlığı və dili: |
|
||
_____________________________________________________________________________________________ |
|||
C. ƏGƏR VARSA, UŞAQLAR BARƏDƏ ŞƏXSİ MƏLUMATLAR |
|
||
1. Tam adı (soyadın altından xətt çəkməli): |
|
||
_____________________________________________________________________________________________ |
|||
2. Doğum tarixi və yeri: |
|
||
_____________________________________________________________________________________________ |
|||
3. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.): |
|
||
_____________________________________________________________________________________________ |
|||
4. Vətəndaşlığı və dili: |
|
||
_____________________________________________________________________________________________ |
|||
D. ÖTÜRÜLƏN ŞƏXSƏ DAİR XÜSUSİ HALLAR |
|
||
1. Səhhəti (məs., xüsusi tibbi qayğıya mümkün ehtiyacı; yoluxucu xəstəliyinin latın adı): |
|
||
_____________________________________________________________________________________________ |
|||
2. Xüsusilə təhlükəli xxxx şəxsin göstəriciləri (məs., ciddi qanun pozuntusunda şübhəli bilinməsi; təcavüzkar davranışı); |
|
||
_____________________________________________________________________________________________ |
|||
E. ƏLAVƏ OLUNAN DƏLİLLƏR |
|
||
1. ____________________________________ |
_________________________________________ |
||
(pasport nömrəsi) |
(verilmə tarixi və yeri) |
||
______________________________________ |
____________________________________ |
||
(verən orqan) |
(etibarlıdır) |
||
2. ____________________________________ |
____________________________________ |
||
(şəxsiyyət vəsiqəsinin nömrəsi) |
(verilmə tarixi və yeri) |
||
______________________________________ |
____________________________________ |
||
(verən orqan) |
(etibarlıdır) |
||
3. ____________________________________ |
____________________________________ |
||
(sürücülük vəsiqəsinin nömrəsi) |
(verilmə tarixi və yeri) |
||
______________________________________ |
____________________________________ |
||
(verən orqan) |
(etibarlıdır) |
||
4. ____________________________________ |
____________________________________ |
||
(digər rəsmi sənədin nömrəsi) |
(verilmə tarixi və yeri) |
||
______________________________________ |
____________________________________ |
||
(verən orqan) |
(etibarlıdır) |
||
|
|
||
F. QEYDLƏR |
|||
____________________________________________________________________________________________ |
|||
____________________________________________________________________________________________ |
|||
____________________________________________________________________________________________ |
|||
(möhür/ştamp və imza) |
|
ƏLAVƏ 6
(Sorğu edən Razılığa gələn Tərəfin xxxxx) |
(Sorğu edilən Razılığa gələn Tərəfin xxxxx) |
__________________________________________ |
__________________________________________ |
__________________________________________ |
(yer və tarix) |
__________________________________________ |
|
(sorğu edən orqan) |
|
İstinad: _______________________________ |
|
Kimə |
|
__________________________________________ |
|
__________________________________________ |
|
__________________________________________ |
|
(sorğu edilən orqan) |
|
TRANZİT MÜRACİƏTİ
Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti
arasında icazəsiz yaşayan şəxslərin readmissiyası
haqqında Sazişin 13-cü maddəsinə əsasən
A. ŞƏXSİ MƏLUMATLAR |
(fotoşəkil) |
|
1. Tam adı (soyadın altından xətt çəkməli): |
|
|
_________________________________________________________________________ |
|
|
2. Qızlıq soyadı: |
|
|
_________________________________________________________________________ |
|
|
3. Doğum tarixi və yeri: |
|
|
_________________________________________________________________________ |
|
|
4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s); |
|
|
_____________________________________________________________________________________________ |
||
5. Digər adları (əvvəlki adları, istifadə etdiyi/ tanındığı digər adları və ya təxəllüsləri): |
||
_____________________________________________________________________________________________ |
||
6. Vətəndaşlığı və dili: |
|
|
_____________________________________________________________________________________________ |
||
7. Səyahət sənədinin növü və nömrəsi |
|
|
_____________________________________________________________________________________________ |
||
B. TRANZİT ƏMƏLİYYATI |
|
|
1. Tranzit növü |
|
|
□ hava ilə |
□ quru yolu ilə |
□ dənizlə |
2. Son təyinat dövləti |
|
|
_____________________________________________________________________________________________ |
||
3. Digər mümkün tranzit dövləti |
|
|
_____________________________________________________________________________________________ |
||
4. Təklif olunan sərhəd buraxılış məntəqəsi, ötürülmənin tarixi və vaxtı və mümkün müşayiətlər: |
||
_____________________________________________________________________________________________ |
||
_____________________________________________________________________________________________ |
||
_____________________________________________________________________________________________ |
||
5. Hər hansı digər tranzit dövlətində və son təyinat dövlətində təmin ediləcək qəbul (12-ci maddənin 2-ci hissəsi) |
||
□ bəli |
□ xeyr |
|
6. Tranzitin rədd edilməsinin hər hansı səbəbi məlumdurmu? |
|
|
(12-ci maddənin 3-cü hissəsi) |
|
|
□ bəli |
□ xeyr |
|
|
|
|
C. QEYDLƏR: |
|
|
_____________________________________________________________________________________________ |
||
_____________________________________________________________________________________________ |
||
_____________________________________________________________________________________________ |
||
_____________________________________________________________________________________________ |
||
|
|
|
__________________________________ |
|
|
(imza) (möhür/ştamp) |
|
|
ƏLAVƏ 7
AZƏRBAYCAN RESPUBLİKASINDAN SƏYAHƏT SƏNƏDİ
TRAVEL DOCUMENT FROM THE REPUBLIC OF AZERBAIJAN
_____________________________________________________________________________________ |
|||||
|
№_______________ |
||||
Hansı ölkəyə: |
|
||||
_____________________________________________________________________________________ |
|||||
For a journey to: |
|
||||
Adi: ____________________ Soyadı: __________________________ |
FOTO
|
||||
First name: Surname: |
|
||||
Doğum tarixi: |
|
||||
_________________________________________________________ |
|
||||
Date of birth: |
|
||||
Doğulduğu yer: ________________________________________________ |
|
||||
Place of birth: |
|
||||
Cinsi: _______________ Boyu: ________________ Gözlərinin rəngi: __________________________ |
|||||
Sex: Height: Colour of eyes: |
|
||||
Xüsusi əlamətləri: |
|
||||
_____________________________________________________________________________________ |
|||||
Distinguishing marks: |
|
||||
Vətəndaşlığı: |
|
||||
_____________________________________________________________________________________ |
|||||
Nationality |
|
||||
Ölkəsindəki yaşayış ünvanı (əgər bilinirsə): Address in home country (if known): |
|
||||
_____________________________________________________________________________________ |
|||||
_____________________________________________________________________________________ |
|||||
Sənədi verən orqanın adı: ______________________________________________________________________ |
|||||
Issuing authority: |
|
||||
MÖHÜR |
Sənədin verilmə tarixi: |
||||
YERİ |
_____________________________________________________________________ |
||||
|
Issued at: |
||||
|
Etibarlıdır: |
||||
|
_____________________________________________________________________ |
||||
|
Valid through: |
||||
|
İmza: ______________________________________________________________________ |
||||
|
Signature: |
||||
Əlavə qeydlər: |
|||||
_____________________________________________________________________________________ |
|||||
Remarks / Observations: |
|
||||
_____________________________________________________________________________________ |
|||||
_____________________________________________________________________________________ |
|||||
Bir səfər üçün nəzərdə tutulub. Valid for one joumey only. |
|
Ölkədən çıxarılma məqsədi ilə Monteneqronun standart səyahət sənədi
CRNA GORA MONTENEGRO |
|
PUTNI LIST ZA STRANCA EMERGENCY
TRAVEL DOCUMENT FOR FOREIGNER |