Psixiatriya yardımı haqqında
Psixiatriya yardımı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
I f ə si l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. həkim-psixiatr - qanunvericilikdə müəyyən olunmuş qaydada psixiatriya fəaliyyəti ilə məşğul xxxx mütəxəssis;
1.0.2. baş psixiatr - psixiatriya yardımı sahəsində ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən mütəxəssis;
1.0.3. hospitallaşdırma - şəxsin psixiatriya müəssisəsinə (psixonevroloji müəssisəyə) müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi;[1]
1.0.4. qeyri-könüllü hospitallaşdırma – bu Qanunla müəyyən edilmiş əsaslar olduqda, cinayət törətməmiş ağır psixi pozuntusu (xəstəlik) xxxx şəxsin onun iradəsindən asılı olmayaraq bu Qanunla və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi;[2]
1.0.5. məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) - anlaqsız vəziyyətdə cinayət törətmiş və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş, yaxud anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində xxxx şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi;
1.0.6. məlumatlandırılmış razılıq – pasiyentin və ya onun qanuni nümayəndəsinin müalicə haqqında könüllü qərar qəbul etdiyini, müalicənin məqsədləri və faydası, müalicə tədbirlərinin həcmi, müddəti və metodu, ehtimal olunan risklər, həmçinin müalicədən imtina və onun dayandırılması imkanı barədə ona təqdim edilmiş məlumatı başa düşdüyünü bildirməsi;
1.0.7. təxirəsalınmaz psixiatriya yardımı - şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, həkim- psixiatrın (həkim-psixiatr komissiyasının) qərarı əsasında göstərilən psixiatriya yardımı;
1.0.8. pasiyent - psixi pozuntu vəziyyətində xxxx və ya psixiatriya yardımından istifadə edən şəxs;
1.0.9. psixiatriya yardımı - pasiyentin psixi vəziyyətinin müayinəsini, psixi pozuntusunun diaqnostikasını, müalicəsini və profilaktikasını, psixo-sosial reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım növü;
1.0.10. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi;
1.0.11. psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması.[3]
M a d d ə 2 . Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
M a d d ə 3 . Psixiatriya yardımı göstərilməsinin əsas prinsipləri
Psixi pozuntu vəziyyətində xxxx şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.
M a d d ə 4 . Bu Qanunun tətbiq dairəsi
4.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində psixiatriya yardımı xxxx, habelə psixiatriya yardımı göstərən hüquqi və fiziki şəxslərə şamil olunur.
4.2. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixiatriya yardımı üzrə bu Qanunda Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər.
M a d d ə 5 . Psixiatriya yardımının könüllülüyü
5.1. Bu Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin özü müraciət etdikdə, ona psixiatriya yardımı göstərilir.
5.2. 16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə psixiatriya yardımı onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı (xahişi) ilə bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilir.
5.3. Psixiatriya yardımı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Bu razılıq hədə-qorxu və zor tətbiq edilmədən alınır, yazılı formada sənədləşdirilir, pasiyentin özü və ya onun qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.[4]
M a d d ə 6 . Psixi pozuntusu xxxx şəxslərin hüquqları
6.1. Psixi pozuntusu xxxx şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər.
6.2. Psixi pozuntusu xxxx şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilə bilər.
6.3. Psixi pozuntusu xxxx şəxslər aşağıdakı hüquqlara malikdirlər:
6.3.1. ləyaqətlərinin alçaldılmasına yol verilməməsi və humanist münasibət bəslənilməsi;
6.3.2. dövlət tibb müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə pulsuz psixiatriya yardımı almaq;
6.3.3. öz hüquqları barədə, habelə psixi pozuntu və tətbiq edilən müalicə üsulları haqqında məlumat almaq;
6.3.4. psixiatriya stasionarında müayinə və müalicə üçün zəruri xxxx müddətdə saxlanılmaq;
6.3.5. tibbi göstərişlər əsasında mümkün xxxx bütün müalicə növlərini almaq;
6.3.6. təxirəsalınmaz psixiatriya yardımı göstərilməsi, habelə məcburi və qeyri-könüllü hospitallaşdırma halları istisna olmaqla, psixiatriya yardımı göstərmək hüququ xxxx hər hansı mütəxəssisi (onun razılığı ilə) və tibb müəssisəsini seçmək, konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;[5]
6.3.7. qanunvericilikdə müəyyən olunmuş qaydada vəkilin, qanuni nümayəndələrin və ya digər şəxslərin köməyindən istifadə etmək.
6.4. Şəxsin tibbi vasitə və üsulların sınaqdan keçirilməsinə, xxxx-tədqiqat işlərinə, yaxud tədris prosesi, foto-video və kino çəkilişləri obyektləri kimi istifadəyə cəlb olunması yalnız onun özünün və ya qanuni nümayəndəsinin razılığı əsasında mümkündür və həmin şəxs istənilən vaxt bundan imtina edə bilər.
M a d d ə 7 . Şəxsin psixi sağlamlığının vəziyyəti ilə əlaqədar məlumatların alınması
7.1. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin psixi sağlamlığının vəziyyəti, yaxud ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatları tələb etmək qadağandır.
7.2. Psixi pozuntusu xxxx şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir. Şəxsin psixi sağlamlığının vəziyyəti və ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatlardan sərbəst istifadə hüququ həmin şəxsin özünə və buna qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə verilmiş şəxslərə məxsusdur.[6]
7.3. Psixiatriya yardımı göstərən mütəxəssislər pasiyent barəsində məlumatlardan yalnız həmin peşə dairəsində və psixiatriya yardımı göstərmək üçün zəruri xxxx həddə istifadə edə bilərlər. Peşə fəaliyyəti ilə əlaqədar bu məlumatlara xxxxx xxxx şəxslər onların yayılmasına görə məsuliyyət daşıyırlar.[7]
7.4. Psixiatriya müəssisəsinin müdiriyyəti, psixiatriya yardımı göstərilməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı psixi pozuntusu xxxx şəxsə psixiatriya yardımı göstərilməsi üçün zəruri məlumatları tələb edə bilərlər.
7.5. Psixiatriya yardımı xxxx və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır.
Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər.
7.6. Pasiyentə qulluq edən ailə üzvləri yalnız göstərdikləri yardıma aid xxxx məlumatı əldə edə bilərlər. Pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağandır.[8]
M a d d ə 8 . Psixi pozuntunun diaqnozunun qoyulması və pasiyentlərin müalicəsi
8.1. Psixiatriya müayinələrinin və ekspertizalarının həyata keçirilməsi zamanı psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilir. Digər ixtisaslı həkimlər tərəfindən təyin edilən psixi pozuntunun diaqnozu ilkin diaqnoz hesab edilir və şəxsin qeyri-könüllü hospitallaşdırılmasına, psixiatriya qeydiyyatına götürülməsinə və digər sosial-hüquqi məsələlərin həllinə əsas vermir. Pasiyentin psixi pozuntusunun diaqnozu ona əvvəllər təyin edilən diaqnoz ilə uyğun olmadıqda, psixiatriya müəssisəsinin həkim-məsləhət komissiyasının və ya yüksək ixtisaslı həkim-psixiatrın (tibb elmləri doktoru, professor, dosent) qərarı ilə dəyişdirilir və ya ləğv edilir.[9]
8.2. Pasiyentə psixiatriya yardımı onun hüquq və azadlıqlarını məhdudlaşdırmadan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan psixiatriya yardımının səmərəliyini daha xxx təmin edən vasitələrdən və üsullardan istifadə etməklə yalnız xəstəliyin müalicəsi üçün zəruri xxxx müddətdə göstərilir.
8.3. Şəxsi müayinə etmədən (qiyabi) diaqnoz qoymaq qadağandır.
8.4. Tibbi vasitələrdən və üsullardan istifadə etməklə pasiyent cəzalandırıla, yaxud ondan başqa şəxslərin mənafeyi üçün istifadə edilə bilməz.
8.5. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən, habelə qeyri-könüllü psixiatriya yardımı göstərilən və ya tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər üzərində tibbi-bioloji eksperimentlər aparmaq və psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticələr doğuran cərrahiyyə üsullarından istifadə etmək qadağandır.
M a d d ə 9 . Ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin məhdudlaşdırılması
9.1. Psixi pozuntu nəticəsində şəxs ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsində müvəqqəti (iki il müddətindən xxx olmayaraq və təkrar müayinədən keçmək hüququ ilə) yararsız hesab edilə bilər. Bu barədə qərarı şəxsin psixi vəziyyətinin qiymətləndirilməsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan psixiatriya əks göstərişlərin siyahısına uyğun olaraq tibbi- sosial ekspert komissiyası qəbul edir. Həmin qərardan məhkəməyə şikayət edilə bilər.
9.2. Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
M a d d ə 1 0 . Müalicədən imtina edilməsi
10.1. Psixi pozuntusu xxxx şəxsin və ya onun qanuni nümayəndəsinin, bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, təklif edilən müalicədən imtina etmək, yaxud müalicəni dayandırmaq hüququ vardır.
10.2. Psixi pozuntusu xxxx və müalicədən imtina edən şəxsə və ya onun qanuni nümayəndəsinə mümkün xxxx nəticələr barədə izahat verilir. Müalicədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat şəxsin tibbi sənədində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.
M a d d ə 1 1 . Qeyri-könüllü psixiatriya yardımı göstərilməsi üçün əsaslar
11.1. Psixi pozuntunun xarakteri müayinə və müalicənin yalnız psixiatriya stasionarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarında qeyri-könüllü müalicə aşağıdakı əsaslar olduqda təyin edilir: [10]
11.1.1. psixi pozuntusu xxxx şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün təhlükəli olması;[11]
11.1.2. şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyatı tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması;
11.1.3. ağır psixi pozuntusu xxxx şəxsə stasionar yardımın göstərilməməsinin onun sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi.[12]
11.2. Psixiatriya stasionarında qeyri-könüllü hospitallaşdırılmış pasiyentin müalicəsi məlumatlandırılmış razılıq olmadan aparıla bilər.[13]
M a d d ə 1 2 . Tibbi xarakterli məcburi tədbirlər
2.1. Tibbi xarakterli məcburi tədbirlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təyin olunur.
12.2. Tibbi xarakterli məcburi tədbirlər ixtisaslaşdırılmış psixiatriya müəssisələrində həyata keçirilir.
12.3. Tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.
M a d d ə 1 3 . Məhkəmə-psixiatriya ekspertizası
13.1. Məhkəmə-psixiatriya ekspertizasının təşkili və aparılması qaydası qanunvericiliklə müəyyən olunur.
13.2. Məhkəmə-psixiatriya ekspertizasını aparan komissiyaların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan mərkəzi məhkəmə-psixiatriya ekspert komissiyası həyata keçirir.
13.3. Şəxs və ya onun qanuni nümayəndəsi məhkəmə-psixiatriya ekspert komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
M a d d ə 1 4 . Vətəndaşların hərbi qulluğa yararlığını müəyyən etmək üçün psixiatriya müayinəsi
Hərbi xidmətə çağırılanların, müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların, silahlı qüvvələrin, habelə daxili qoşunların ehtiyatlarında xxxx vətəndaşların və hərbi qulluqçuların psixi sağlamlığının vəziyyəti ilə bağlı hərbi xidmətə yararlığını qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərbi-həkim komissiyası müəyyən edir.
I I f ə si l
PSİXİ POZUNTUSU XXXX ŞƏXSLƏRƏ PSİXİATRİYA YARDIMI GÖSTƏRİLMƏSİ VƏ ONLARIN SOSİAL MÜDAFİƏSİNİN TƏMİN EDİLMƏSİ
M a d d ə 1 5 . Dövlətin təminat verdiyi psixiatriya yardımının və sosial müdafiənin növləri
15.0. Dövlət aşağıdakılara təminat verir:
15.0.1. təxirəsalınmaz psixiatriya yardımına;
15.0.2. stasionar və ambulator şəraitində məsləhət-diaqnostika, müalicə, psixoprofilaktika, reabilitasiya yardımına;
15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə-psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə;[14]
15.0.4. sosial-məişət yardımı göstərilməsi və psixi pozuntusu xxxx şəxslərin müvafiq işlə təmin olunmasına;
15.0.5. qəyyumluq və himayəçilik məsələlərinin həllinə;
15.0.6. təbii fəlakətlər və qəzalar zamanı psixiatriya yardımı göstərilməsinə;
15.0.7. psixi pozuntusu xxxx yetkinlik yaşına çatmamış şəxslərin ümumi və peşə təhsilinin təşkilinə;
15.0.8. psixi pozuntusu xxxx şəxslərin əmək terapiyası, yeni peşələrə yiyələnməsi və işə düzəlməsi üçün müalicə-istehsalat müəssisələri, habelə yüngül iş şəraiti xxxx xüsusi istehsalat sahələrinin yaradılmasına;
15.0.9. psixi pozuntusu xxxx və sosial əlaqələrini itirmiş şəxslər üçün yataqxanaların yaradılmasına;
15.0.10. psixiatriya yardımının digər tibbi yardım növləri ilə eynilik təşkil edən şəraitdə göstərilməsinə.
15.0.11. psixi pozuntusu xxxx şəxslərin sosial müdafiəsi üçün zəruri xxxx digər tədbirlərin görülməsinə.[15]
M a d d ə 1 6 . Psixiatriya yardımının maliyyələşdirilməsi
Psixiatriya yardımının maliyyələşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
M a d d ə 1 7 . Psixiatriya müayinəsi
17.1. Psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub- olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədi ilə həyata keçirilir.
17.2. Psixiatriya müayinəsi, habelə profilaktik müayinə aşağıdakı hallarda aparılır:
17.2.1. şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən;
17.2.2. müayinə olunanın razılığı (xahişi) ilə;
17.2.3. 16 yaşına çatmamış şəxsin valideynlərinin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə;
17.2.4. qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin razılığı (xahişi) ilə.
17.3. Psixiatriya müayinəsinə dair məlumatlar və müayinənin yekunu (diaqnoz) şəxsin tibbi sənədində qeyd olunur. Sənəddə həkim-psixiatra müraciətin səbəbləri və tibbi tövsiyələr də göstərilir.
M a d d ə 1 8 . Xxxxxx özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması
18.1. Şəxsin özünə və (və ya) ətrafdakılara qarşı təcavüzkar hərəkət etdiyi aşkar olunarsa, həkim-psixiatr, o cümlədən təcili yardım müəssisəsinin həkimi şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı (xahişi) olmadan psixiatriya müayinəsi haqqında qərarı dərhal qəbul edir və qərar tibbi sənədə yazılmaqla rəsmiləşdirilir.
18.2. Şəxsin psixi pozuntu nəticəsində öz əsas həyati tələbatmı müstəqil ödəməyə qadir olmadığı və ya təxirəsalınmaz psixiatriya yardımı göstərilməməsinin onun həyatı və sağlamlığı üçün təhlükə törədə biləcəyi hallarda şəxsin özü və ya qanuni nümayəndəsi psixiatriya müayinəsinə razılıq verməzsə, müayinə barədə qərarı həkim-psixiatr komissiyasının rəyi əsasında məhkəmə qəbul edir.
18.3. Valideynlərdən biri etiraz etdikdə, yaxud valideynləri və ya qanuni nümayəndələri olmadıqda, 16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin psixiatriya müayinəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir. Bu qərardan məhkəməyə şikayət edilə bilər.
M a d d ə 1 9 . Xxxxxx özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması barədə müraciət qaydası
19.1. Bu Qanunun 18.2 və 18.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması haqqında qərarı yazılı ərizə əsasında həkim-psixiatr qəbul edir.
19.2. Ərizə psixiatriya müayinəsindən keçməli xxxx şəxsin qohumları, qonşuları, işlədiyi müəssisənin müdiriyyəti, şəxsi müalicə edən istənilən tibbi ixtisası xxxx həkim tərəfindən verilə bilər, bu şərtlə ki, şəxsi ərizənin verilməsindən əvvəlki 14 gün ərzində xxxxxx olsunlar.[16]
19.3. Şəxsin psixiatriya müayinəsindən keçirilməsi barədə ərizə şəxsin qohumları və ya qonşuları tərəfindən verildikdə ən azı üç nəfərin imzası, işlədiyi müəssisənin müdiriyyəti tərəfindən verildikdə isə həmkarlar ittifaqı təşkilatının razılığı, habelə müəssisənin tibb
xidmətinin (əgər belə xidmət mövcuddursa) rəhbərinin müvafiq rəyi olmalıdır. Ərizədə şəxsin psixiatriya müayinəsinə cəlb olunmasının zəruriliyini əsaslandıran ətraflı məlumat, şəxsin və ya onun qanuni nümayəndəsinin həkim-psixiatra müraciət etməkdən boyun qaçırması göstərilməlidir.
19.4. Şəxsin psixiatriya müayinəsindən keçirilməsi barədə ərizədə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan halların mövcudluğunu göstərən məlumatların olmadığını müəyyənləşdirdikdə, həkim-psixiatr psixiatriya müayinəsinin aparılmasından yazılı surətdə imtina edir və imtinanın səbəblərini əsaslandırır. Psixiatriya müəssisəsi müdiriyyətinin qərar qəbul etmək üçün əlavə məlumatlar tələb etmək hüququ var.
19.5. Psixiatriya müəssisəsinin müdiriyyəti psixiatriya müayinəsinin zəruriliyi haqqında ərizəni, habelə müayinənin aparılması barədə əsaslandırılmış rəyini şəxsin yaşadığı və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim edir.
19.6. Ərizə vermiş şəxslər ərizədə göstərilən məlumatlar üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 2 0 . Ambulator psixiatriya yardımı
20.1. Psixi pozuntusu xxxx şəxsə ambulator psixiatriya yardımı tibbi göstərişlərdən asılı olaraq məsləhət-müalicə yardımı və ya dispanser müşahidəsi şəklində göstərilir.
20.2. Məsləhət-müalicə yardımı psixi pozuntusu xxxx şəxsə onun razılığı (xahişi) ilə, 16 yaşına çatmamış şəxsə isə onun valideyninin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə göstərilir.
20.3. Bu Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş hallarda psixiatriya dispanser müşahidəsi psixi pozuntusu xxxx şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığından asılı olmayaraq təyin edilir. Bu, həkim-psixiatr tərəfindən müntəzəm nəzarəti təmin etmək üçün şəxsin psixi vəziyyətinin müşahidə edilməsini, ona zəruri tibbi və sosial yardım göstərilməsini nəzərdə tutur.
20.4. Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslar olduqda məhkəmənin qərarı əsasında şəxsin yaşayış yeri üzrə psixonevroloji dispanser və ya poliklinikanın psixiatriya kabineti tərəfindən həyata keçirilir.[17]
M a d d ə 2 1 . Psixiatriya dispanser müşahidəsi
21.1. Psixiatriya dispanser müşahidəsi xroniki və davamlı ağır, yaxud tez-tez kəskinləşən xəstəlik təzahürləri xxxx şəxs üzərində təyin edilir.
21.2. Psixiatriya dispanser müşahidəsinin təyin edilməsinin və onun dayandırılmasının zəruriliyi haqqında məsələni ambulator psixiatriya yardımı göstərən müəssisənin müdiriyyəti, həkim-psixiatr komissiyası və ya ərazinin baş psixiatrı həll edir. Həkim-psixiatr komissiyasının və ya ərazinin baş psixiatrının əsaslandırılmış qərarı tibbi sənədə yazılmaqla rəsmiləşdirilir.
21.3. Şəxs sağaldıqda və ya onun psixi vəziyyəti xeyli və davamlı şəkildə yaxşılaşdıqda şəxsin, onun valideyninin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə əvvəl təyin edilmiş psixiatriya dispanser müşahidəsi dayandırılır. Şəxsin psixi vəziyyətinin pisləşməsi
qeyd olunduqda həkim-psixiatr komissiyasının və ya ərazinin baş psixiatrının qərarı ilə psixiatriya dispanser müşahidəsi bərpa oluna bilər.
21.4. Psixiatriya dispanser müşahidəsinin təyin edilməsi, yaxud dayandırılması haqqında qərardan bu Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş qaydada şikayət edilə bilər.
M a d d ə 2 2 . Psixiatriya stasionarına yerləşdirmək üçün əsaslar
22.1. Psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim- psixiatr komissiyasının) rəyi , qeyri-könüllü hospitallaşdırma zamanı isə məhkəmənin qətnaməsidir. Psixi pozuntusu xxxx şəxsin psixiatriya stasionarına yerləşdirilməsinə yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir.[18]
22.2. Bu Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs psixiatriya stasionarına özünün və ya qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir.
22.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda psixiatriya ekspertizası aparılmasının zəruriliyi də psixiatriya stasionarına yerləşdirmək üçün əsas hesab olunur.
22.4. 16 yaşına çatmamış şəxs psixiatriya stasionarına valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir.
22.5. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs psixiatriya stasionarına qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir.
22.6. Stasionara yerləşdirmək üçün alınmış razılıq tibbi sənədə yazılmaqla rəsmiləşdirilir və şəxsin özü, yaxud onun valideynləri və ya qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.
M a d d ə 2 3 . Psixiatriya stasionarında yerləşdirilən pasiyentin hüquqları
23.1. Psixiatriya stasionarında müayinə və müalicə olunan pasiyentin aşağıdakı hüquqları var:
23.1.1. müayinə, müalicə və stasionardan çıxarılma məsələləri barədə bilavasitə psixiatriya müəssisəsinin baş həkiminə müraciət etmək və onun bu Qanunla müəyyən edilmiş hüquqlarına əməl olunmasını tələb etmək;
23.1.2. ərazinin baş psixiatrına, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə və vəkilə maneəsiz müraciət etmək;
23.1.3. qanuni nümayəndəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), vəkil və din xadimi ilə təklikdə görüşmək;[19]
23.1.4. ümumtəhsil məktəbinin proqramı, yaxud sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqram üzrə təhsil almaq.[20]
23.2. Pasiyentin, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə həkim-psixiatrın tövsiyəsi əsasında psixiatriya müəssisəsinin müdiriyyəti tərəfindən pasiyentin aşağıdakı hüquqları məhdudlaşdırıla bilər:
23.2.1. nəzarətsiz məktublaşmaq;
23.2.2. bağlama, banderol və pul baratları almaq və göndərmək, pul və digər maddi vəsaitlərdən sərbəst istifadə etmək;[21]
23.2.3. telefondan və digər rabitə vasitələrindən istifadə etmək;[22]
23.2.4. yaxınları ilə görüşmək.
23.3. Pullu xidmətlər (qəzet və jurnallara fərdi abunə, rabitə xidmətləri və s.) xəstənin öz hesabına göstərilir.
23.4. Psixiatriya stasionarına yerləşdirmənin səbəbləri və məqsədi, stasionardakı qaydalar və pasiyentin hüquqları pasiyentə hospitallaşdırılmadan dərhal sonra və ya pasiyentin vəziyyəti buna imkan verən xxxx xxxx edilməli, bu barədə tibbi sənədlərdə qeyd olunmalıdır.[23]
23.5. Şəxs psixiatriya stasionarında olduğu bütün dövr ərzində əmək qabiliyyəti olmayan sayılır və qanunvericilikdə müəyyən olunmuş qaydada müavinət, yaxud ümumi əsaslarla pensiya almaq hüququna malikdir.
M a d d ə 2 4 . Psixiatriya yardımı göstərilərkən təhlükəsizlik tədbirləri
24.1. Stasionar psixiatriya yardımı pasiyenti daha az məhdudlaşdıran, onun və digər şəxslərin təhlükəsizliyini təmin edən formada, həm də hospitallaşdırılan şəxsin hüquqlarına və qanuni mənafelərinə tibbi heyət tərəfindən əməl olunması şəraitində göstərilir.
24.2. Psixiatriya stasionarında pasiyenti fiziki məhdudlaşdırma və ya təcrid etmə tədbirləri yalnız həkim-psixiatrın rəyi itə pasiyentin özü və (və ya) ətrafdakılar üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısını başqa üsullarla almaq mümkün olmadığı halda tətbiq olunur. Həmin tədbirlər tibbi heyətin daimi nəzarəti altında tətbiq olunur. Fiziki məhdudlaşdırma və ya təcrid etmə tədbirlərinin tətbiqinin formaları və müddəti barədə tibbi sənəddə müvafiq qeydlər aparılır.
24.3. Polis orqanlarının əməkdaşları tibb işçilərinin müraciəti əsasında stasionara qeyri- könüllü yerləşdirilən şəxsə yaxınlaşmaq və onu müayinə etmək üçün təhlükəsiz şəraiti təmin etməyə borcludurlar.
24.4. Psixi pozuntu vəziyyətində xxxx şəxs tərəfindən ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükə doğuran hərəkətlərin qarşısının alınması, habelə stasionara yerləşdirilməli xxxx şəxsin axtarılması və tutulub saxlanılması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
M a d d ə 2 5 . Psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxsin müayinəsi[24]
25.1. Psixi pozuntu vəziyyətində xxxx şəxsin ilkin diaqnozunun həkim-psixiatr komissiyası tərəfindən təsdiq edilməsinə və məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi və müayinəsi haqqında qərarı həkim-psixiatr qəbul edir və tibbi sənədə yazmaqla rəsmiləşdirir.
25.2. Psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxs hökmən 48 saat ərzində müayinədən keçirilməlidir.
25.3. Hospitallaşdırma əsassız sayıldıqda, şəxs dərhal stasionardan çıxarılır.
25.4. Hospitallaşdırma əsaslı sayıldıqda, şəxsin stasionarda qalması məsələsinin həll edilməsi üçün onun psixiatriya stasionarına yerləşdirildiyi andan 48 saat ərzində həkim- psixiatr komissiyasının rəyi psixiatriya müəssisəsinin yerləşdiyi və ya şəxsin yaşadığı yer üzrə məhkəməyə təqdim olunur.
M a d d ə 2 6 . Qeyri-könüllü hospitallaşdırma barədə məhkəməyə müraciət edilməsi
26.1. Bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsini psixiatriya müəssisəsinin yerləşdiyi və ya şəxsin yaşadığı yer üzrə məhkəmə təyin edir.
26.2. Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.[25]
26.3. Hakim ərizəni qəbul etdikdə, eyni zamanda şəxsin psixiatriya stasionarında saxlanılmasını işə məhkəmədə baxılmalı olduğu müddətə kimi uzadır.
M a d d ə 2 7 . Qeyri-könüllü hospitallaşdırma haqqında ərizəyə baxılması
Qeyri-könüllü hospitallaşdırma haqqında ərizəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada baxılır.
M a d d ə 2 8 . Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması
28.1. Şəxs, yalnız qeyri-könüllü hospitallaşdırmaya əsas verən şərtlərin qaldığı müddətdə psixiatriya stasionarında saxlanılır.
28.2. Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsinin həll edilməsi məqsədi ilə həmin şəxs ilk altı ay müddətində xxxx xxx dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilir. Müalicə altı xxxxx xxx çəkdikdə şəxsin psixiatriya müayinəsi hər üç ayda azı bir dəfə aparılır.[26]
28.3. Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsi həkim-psixiatr komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin müalicənin başlandığı gündən hər altı aydan bir qaldırılan vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən həll olunur.[27]
M a d d ə 2 9 . Psixiatriya stasionarından çıxarılma qaydası
29.1. Psixi vəziyyətinin yaxşılaşması və ya tam sağalması nəticəsində stasionar müalicəsinə ehtiyacı olmadıqda, habelə stasionarda qalmasına əsas verən müayinə başa çatdıqda, pasiyent özünün, yaxud valideyninin və ya qanuni nümayəndəsinin ərizəsinə və (və ya) həkim-psixiatrın qərarına əsasən psixiatriya stasionarından çıxarılır.
29.2. Psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxs həkim-psixiatr komissiyasının rəyi və ya hospitallaşdırma müddətinin uzadılmasından imtina edilməsi barədə məhkəmə qətnaməsi əsasında psixiatriya stasionarından çıxarılır.[28]
29.3. Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır.[29]
29.4. Həkim-psixiatr komissiyası psixiatriya stasionarına könüllü yerləşdirilmiş pasiyentin hospitallaşdırılması və müalicəsi üçün bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğunu müəyyən etdikdə, onun stasionardan çıxarılmasından imtina edir. Belə halda onun psixiatriya stasionarında saxlanılma müddətinin uzadılması məsələsi bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada həll edilir.
M a d d ə 3 0 . Psixiatriya stasionarı müdiriyyətinin və tibb heyətinin vəzifələri
30.0. Psixiatriya stasionarı müdiriyyətinin və tibb heyətinin vəzifələri aşağıdakılardır:
30.0.1. pasiyenti zəruri tibbi yardımla təmin etmək;
30.0.2. pasiyentə onun şikayətinə baxmaq səlahiyyəti xxxx vəzifəli şəxslərin ünvanları və telefon nömrələri ilə xxxxx olmaq imkanı yaratmaq;
30.0.3. pasiyentin məktublaşması, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə, habelə vəkilə müraciət edə bilməsi imkanını təmin etmək;
30.0.4. pasiyentin psixiatriya stasionarına qeyri-könüllü daxil olunduğu vaxtdan etibarən 24 saat ərzində onun qohumlarına, qanuni nümayəndəsinə, yaxud pasiyentin tapşırığı ilə başqa şəxsə xəbər vermək;
30.0.5. pasiyentin psixi vəziyyəti barədə onun qohumlarına, qanuni nümayəndəsinə, yaxud pasiyentin tapşırığı ilə başqa şəxsə məlumat vermək;
30.0.6. pasiyentin təhlükəsizliyini təmin etmək;
30.0.7. qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və qanuni nümayəndəsi olmayan pasiyent barəsində qanuni nümayəndə təyin olunması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;
30.0.8. dini ayinlərin sərbəst və digər pasiyentlərə mane olmadan icrası üçün müvafiq qaydalar və yerlər müəyyənləşdirmək və dindar pasiyentlərə izah etmək;[30]
30.0.9. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
M a d d ə 3 1 . Şəxsin sosial təminat üçün psixonevroloji müəssisəyə yerləşdirilməsi
31.1. Psixi pozuntusu xxxx şəxsin sosial təminat üçün psixonevroloji müəssisəyə yerləşdirilməsinə əsas verən onun ərizəsi və həkim-psixiatr komissiyasının qərarıdır, yetkinlik yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin yerləşdirilməsinə isə həkim-psixiatr komissiyasının rəyi əsasında müvafiq icra hakimiyyəti orqanın qərarıdır.
31.2. Həkim-psixiatr komissiyasının rəyində şəxsdə onu sosial təminat üçün ixtisaslaşdırılmamış müəssisədə qalmaq imkanından mərhum edən psixi pozuntunun olmasına dair məlumat, fəaliyyət qabiliyyətli şəxs barəsində isə həm də məhkəmə qarşısında onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsinin qoyulması üçün əsasların olmadığına dair məlumat göstərilməlidir.
31.3. Müvafiq icra hakimiyyəti orqanı sosial təminat üçün psixonevroloji müəssisələrə yerləşdirilən şəxslərin mülkiyyət hüquqlarını qorumağa borcludur.
M a d d ə 3 2 . Yetkinlik yaşına çatmamış şəxsin xüsusi təhsil müəssisəsinə yerləşdirilməsi
Psixi pozuntusu xxxx yetkinlik yaşına çatmamış şəxsin xüsusi təhsil müəssisəsinə yerləşdirilməsi üçün əsas verən onun valideynlərinin və ya qanuni nümayəndəsinin ərizəsi və psixoloji-tibbi-pedaqoji komissiyanın qərarıdır.
M a d d ə 3 3 . Xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisələrinə yerləşdirilən şəxslərin hüquqları və bu müəssisələrin müdiriyyətinin vəzifələri
33.1. Xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisələrində yerləşdirilən şəxslər bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş hüquqlara malikdirlər.
33.2. Xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisələrinin müdiriyyəti burada yaşayan şəxsləri ildə bir dəfədən az olmayaraq tibbi baxışdan keçirməlidir.
M a d d ə 3 4 . Xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisəsindən başqa yerə köçürülmə və çıxarılma
34.1. Şəxsin xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisəsindən başqa tipli oxşar müəssisəyə köçürülməsinə əsas verən onun həmin psixonevroloji müəssisədə yaşaması, yaxud təhsil xxxxxx üçün tibbi göstərişlərin olmaması haqqında psixoloji-tibbi- pedaqoji komissiyanın və ya həkim-psixiatr komissiyasının rəyidir.
34.2. Şəxsin xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisəsindən çıxarılması aşağıdakı qaydada həll olunur:
34.2.1. sağlamlığınnı vəziyyətinə görə müstəqil yaşamağa qadir olması barədə həkim- psixiatr komissiyasının rəyi əsasında;
34.2.2. öz ərizəsi üzrə həkim-psixiatr komissiyasının rəyi əsasında;
34.2.3. yetkinlik yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə qulluq etməyi öhdəsinə götürən valideynlərin, digər qohumların, ysxud qanuni nümayəndələrinin ərizəsi əsasında.
I I I f ə si l
PSİXİATRİYA YARDIMI GÖSTƏRƏN MÜƏSSİSƏ VƏ ŞƏXSLƏR, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
M a d d ə 3 5 . Psixiatriya yardımı göstərən müəssisə və şəxslər
35.1. Psixiatriya yardımını dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən özəl psixiatriya (psixonevroloji) müəssisələri, həmçinin ilkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri və özəl tibbi praktika ilə məşğul xxxx həkim- psixiatrlar göstərirlər.[31]
35.2. Psixiatriya (psixonevroloji) müəssisələrinin, yaxud özəl tibbi praktika ilə məşğul xxxx həkim-psixiatrların göstərdikləri tibbi yardımın bütün növləri onların
nizamnamələrində (əsasnamələrində) və ya xüsusi razılıqda qeyd edilir. Psixiatriya yardımı üçün müraciət edənlərin həmin xüsusi razılıqla xxxxx olmağa imkanı olmalıdır.
35.3. Psixiatriya yardımı göstərilməsinə dair fəaliyyət üçün xüsusi razılığın verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.[32]
M a d d ə 3 6 . Psixiatriya yardımı fəaliyyəti ilə məşğul olmaq hüququ
36.1. Ali tibbi təhsili və müvafiq diplomu xxxx və qanunvericilikdə müəyyən edilmiş qaydada ixtisaslarını təsdiq etmiş həkim-psixiatrlar psixiatriya yardımı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
36.2. İlkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri yalnız bu müəssisələrdə müalicəsinə icazə verilən xəstəlikləri (psixi pozuntuları) müalicə edə bilərlər. İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.[33]
36.3. Həkim-psixiatrın, digər mütəxəssislərin psixiatriya yardımı göstərilməsinə dair fəaliyyəti professional etika normalarına əsaslanır və qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
M a d d ə 3 7 . Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın hüquq və vəzifələri
37.1. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilir.
37.2. Psixi pozuntunun diaqnozunun qoyulması, qeyri-könüllü qaydada psixiatriya yardımı göstərilməsi haqqında qərar qəbul edilməsi, yaxud belə yardımın göstərilməsi məsələsinin nəzərdən keçirilməsi üçün rəy verilməsi, bu Qanunda nəzərdə tutulmuş hallardan başqa, həkim-psixiatrın, həkim-psixiatr komissiyasının və ya ərazinin baş psixiatrının müstəsna hüququdur.
37.3. Şəxsin psixi vəziyyəti haqqında digər ixtisasdan xxxx həkimin rəyi ilkin xarakter daşıyır və həmin şəxsin hüquqlarının və qanuni mənafelərinin məhdudlaşdırılmasına, habelə psixi pozuntusu olanlar üçün qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edilməsinə əsas vermir.
37.4. Psixiatriya yardımı göstərən həkim-psixiatrların, digər mütəxəssislərin, xxxx və kiçik tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlara xüsusi tədbirlərdən (psixi pozuntusu xxxx şəxsin fiziki məhdudlaşdırılması, onun müvəqqəti təcrid edilməsi, sakitləşdirici köynəklərin tətbiq edilməsi) istifadə etmək hüququ verilir. Bu barədə psixi pozuntusu xxxx şəxsin tibbi sənədlərində müvafiq qeydlər aparılır və tibb müəssisəsinin müdiriyyətinə məlumat verilir.[34]
M a d d ə 3 8 . Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın müstəqilliyi
38.1. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatr öz səlahiyyətləri daxilində qərarlar qəbul edərkən müstəqildir və yalnız tibbi göstəriciləri, həkimlik borcunu,
professional etika normalarını və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur.
38.2. Rəyi həkim-psixiatr komissiyasının qərarı ilə uyğun gəlməyən həkim-psixiatr öz rəyini yazılı şəkildə verə bilər, həmin rəy tibbi sənədlərə əlavə edilir.
M a d d ə 3 9 . Psixiatriya yardımı göstərən həkim-psixiatrın, digər mütəxəssislərin bu yardımı göstərməkdən imtina etmək hüququ
39.1. Psixiatriya yardımı göstərən həkim-psixiatrın, digər mütəxəssislərin aşağıdakı hallarda bu yardımı göstərməkdən imtina etməyə hüququ var:
39.1.1. psixiatriya yardımı göstərilmasinə əsas olmadıqda;
39.1.2. qeyri-könüllü psixiatriya yardımı göstərildiyi hallar istisna olmaqla, şəxs və ya onun qanuni nümayəndəsi psixiatriya yardımı göstərilməsindən boyun qaçırdıqda, yaxud psixiatriya yardımı göstərilməsinə razılıq verməkdən imtina etdikdə;
39.1.3. psixiatriya yardımı göstərilməsi üçün lazımi şərait olmadıqda, yaxud psixiatriya yardımı göstərən həkim-psixiatrın, digər mütəxəssislərin ixtisası pasiyentin, yaxud onun qanuni nümayəndəsinin seçdiyi psixiatriya yardımının növünə və formalarına uyğun gəlmədikdə;
39.1.4. psixiatriya yardımı göstərilərkən lazımi təhlükəsizlik şərtlərinə əməl edilmədikdə;
39.1.5. psixiatriya yardımının səmərəsizliyinə və bu yardımın göstərilməsinin qeyri- mümkünlüyünə səbəb xxxx digər şərait yarandıqda.
39.2. Həkim-psixiatr və ya digər mütəxəssis psixiatriya yardımı göstərilməsindən imtina etdikdə, onun səbəblərini açıqlamaqla rəsmiləşdirir və bu barədə pasiyentə və psixiatriya müəssisəsinin müdiriyyətinə dərhal xəbər verir.
M a d d ə 4 0 . Psixiatriya yardımı göstərilməsində iştirak edən həkim-psixiatrların, digər mütəxəssislərin və işçilərin təminat və imtiyazları
Psixiatriya yardımı göstərilməsində iştirak edən həkim-psixiatrların, digər mütəxəssislərin və işçilərin təminat və imtiyazları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
I V f ə si l
PSİXİATRİYA YARDIMI GÖSTƏRİLMƏSİNƏ DAİR FƏALİYYƏTƏ NƏZARƏT
M a d d ə 4 1 . Psixiatriya yardımı göstərilməsinə nəzarət
41.1. Psixiatriya yardımının təşkili, bu yardımı göstərən müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi və onların fəaliyyətinə nəzarət qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
41.2. Psixiatriya yardımının təşkili və bu sahədə mühüm məsələlərin həllində qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət göstərən həkim-psixiatrların ictimai birliklərinin və müvafiq icra hakimiyyəti orqanı nəzdində fəaliyyət göstərən psixiatriya üzrə xxxx-metodik şuranın təklif və məsləhətləri nəzərə alınmalıdır.
M a d d ə 4 2 . Psixiatriya yardımı göstərilərkən şəxslərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına ictimai nəzarət[35]
42.1. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən psixiatriya müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid xxxx bütün sənədlərlə xxxxx olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, psixiatriya müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin psixiatriya müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.[36]
42.2. Həkim-psixiatrların ictimai birlikləri, digər ictimai birliklər öz nizamnamələrinə
(əsasnamələrinə) uyğun olaraq, psixiatriya yardımı göstərilərkən şəxslərin xahişi və ya razılığı ilə onların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına ictimai nəzarət edə bilərlər. Psixiatriya və psixonevroloji müəssisələrinə gəlmək qaydaları bu birliklərin nizamnamələrində (əsasnamələrində) əksini tapmalı və həmin müəssisələrin tabe olduğu orqanlarla razılaşdırılmalıdır.[37]
M a d d ə 4 3 . Psixiatriya yardımı göstərilməsi ilə bağlı hərəkətlərdən şikayət etmək hüququ
43.1. Psixiatriya yardımı göstərilərkən şəxslərin hüquqlarını və qanuni mənafelərini pozan tibb, sosial təminat və təhsil işçilərinin hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqana (yuxarı vəzifəli şəxsə), prokurorluğa və (və ya) bilavasitə məhkəməyə şikayət edilə bilər.
43.2. Hüquqları və qanuni mənafeləri pozulmuş şəxsin şikayətinə baxılarkən, onun psixi vəziyyəti imkan verirsə, özünün, yaxud qanuni nümayəndəsinin, barəsində şikayət edilmiş şəxsin və ya onun qanuni nümayəndəsinin iştirakı məcburidir.
M a d d ə 4 4 . Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti XXXXXX XXXXXX
Bakı şəhəri, 12 iyun 2001-ci il
№ 142-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990)
2. 20 aprel 2012-ci il tarixli 325-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə 407)
3. 15 aprel 2016-cı il tarixli 207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 659)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 1.0.3-cü maddədə “(psixonevroloji müəssisəyə)” sözlərindən sonra “müayinə və müalicə məqsədi ilə” sözləri əlavə edilmişdir.
[2] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 1.0.4-cü-1.0.8-ci maddələr müvafiq olaraq 1.0.7-ci-1.0.11-ci maddələr hesab edilmişdir və qanuna 1.0.4-cu, 1.0.5-ci və 1.0.6-cı maddələr əlavə edilmişdir.
[3] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 1.0.11-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.0.11. psixi pozuntu (xəstəlik) - müasir diaqnostika prinsiplərinə və beynəlxalq standartlara uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilən psixopatoloji vəziyyət.
[4] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 5.3-cü maddə əlavə edilmişdir.
[5] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 6.3.6-cı maddədə “təxirəsalınmaz
psixiatriya yardımı göstərilməsi” sözlərindən sonra “, habelə məcburi və qeyri-könüllü hospitallaşdırma” sözləri əlavə edilmişdir.
[6] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 7.2-ci maddəyə birinci cümlə əlavə edilmişdir.
[7] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 7.3-cü maddədə “gizli məlumatlardan” sözləri “pasiyent barəsində məlumatlardan” sözləri ilə əvəz edilmişdir və maddəyə ikinci cümlə əlavə edilmişdir.
[8] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 7.5-ci və 7.6-cı maddələr əlavə edilmişdir.
[9] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 8.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8.1. Psixi pozuntunun diaqnozu müasir diaqnostika prinsiplərinə və beynəlxalq standartlara uyğun olaraq həkim-psixiatr tərəfindən qoyulur.
[10] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 11.0-cı, 11.0.1-ci-11.0.3-cü maddələr müvafiq olaraq 11.1-ci, 11.1.1-ci-11.1.3-cü maddələr hesab edilmişdir və 11.1-ci maddədə “müayinənin, müalicənin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin” sözləri “müayinə və müalicənin” sözləri ilə əvəz edilmişdir.
[11] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 11.1.1-ci maddədə “şəxsin” sözü “psixi pozuntusu xxxx şəxsin” sözləri ilə əvəz edilmişdir.
[12] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 11.1.3-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
11.1.3. şəxsə psixiatriya yardımının göstərilmədiyi halda onun psixi vəziyyətinin pisləşməsi.
[13] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 11.2-ci maddə əlavə edilmişdir.
[14] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 15.0.3-cü maddədə “lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin” sözlərindən sonra “qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun” sözləri əlavə edilmişdir.
[15] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 15.0.10-cu maddə 15.0.11-ci maddə hesab edilmişdir və 15.0.10-cu maddə əlavə edilmişdir.
[16] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 19.2-ci maddədə ”verilə bilər” sözlərindən sonra “, bu şərtlə ki, şəxsi ərizənin verilməsindən əvvəlki 14 gün ərzində xxxxxx olsunlar” sözləri əlavə edilmişdir.
[17] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 20.4-cü maddə əlavə edilmişdir.
[18] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 22.1-ci maddədə “və ya” sözləri “, qeyri-könüllü hospitallaşdırma zamanı isə” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə əlavə edilmişdir.
[19] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 23.1.3-cü maddədə “qanuni nümayəndəsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman),” sözləri əlavə edilmişdir.
[20] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 23.1.4-cü maddədə “psixi inkişafdan xxxx qalmış” sözləri “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir.
[21] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 23.2.2-ci maddədə “göndərmək” sözündən sonra “, pul və digər maddi vəsaitlərdən sərbəst istifadə etmək” sözləri əlavə edilmişdir.
[22] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 23.2.3-cü maddədə “telefondan” sözündən xxxxx “və digər rabitə vasitələrindən” sözləri əlavə edilmişdir.
[23] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 23.4-cü maddədə “pasiyentə” sözündən sonra “hospitallaşdırılmadan dərhal sonra və ya pasiyentin vəziyyəti buna imkan verən kimi” sözləri əlavə edilmişdir.
[24] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 25-ci maddənin adında, 25.1-ci və 25.2-ci maddələrdə “təxirəsalınmaz qaydada” sözləri “qeyri-könüllü” sözləri ilə əvəz edilmişdir.
[25] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 26.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
26.2. Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi haqqında ərizəni və stasionarda qalmasının zəruriliy barədə həkim-psixiatr komissiyasının əsaslandırılmış rəyini məhkəməyə həmin şəxsin olduğu psixiatriya müəssisəsinin nümayəndəsi təqdim edir.
[26] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 28.2-ci maddənin ikinci cümləsində “hər altı ayda” sözləri “hər üç ayda” sözləri ilə əvəz edilmişdir.
[27] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 28.3-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
28.3. Xxxxx-xxxxxxx hospitallaşdırma müddətinin uzadılmasını həkim-psixiatr komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə təyin edir.
[28] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 29.2-ci maddədə “nəzərə alınmaqla” sözləri “və ya” sözləri ilə əvəz edilmişdir.
[29] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 29.3-cü maddədə birinci halda “məhkəmənin” sözü çıxarılmışdır.
15 aprel 2016-cı il tarixli 207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 659) ilə 29.3-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
29.3. Məhkəmə qətnaməsi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş pasiyent psixiatriya stasionarından yalnız məhkəmənin təyin edilmiş məcburi müalicəyə xitam verilməsi haqqında məhkəmənin qətnaməsi əsasında çıxarılır.
[30] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 30.0.8-ci maddədə “qaydalar” sözündən sonra “və yerlər” sözləri əlavə edilmişdir.
[31] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 35.1-ci maddədə “həmçinin” sözündən sonra “ilkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri və” sözləri əlavə edilmişdir.
[32] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 35.3-cü maddə çıxarılmışdır.
[33] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 36.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
36.2. Psixiatriya yardımı göstərilməsində iştirak edən digər mütəxəssislər xüsusi hazırlıq keçməli və psixi pozuntusu xxxx şəxslərlə işləməyə buraxılmaq üçün öz ixtisaslarını təsdiq etməlidirlər.
[34] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 37.4-cü maddə əlavə edilmişdir.
[35] 20 aprel 2012-ci il tarixli 325-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə 407) ilə 42-ci maddənin adından “ictimai” sözü çıxarılmışdır.
[36] 20 aprel 2012-ci il tarixli 325-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə 407) ilə 42-ci maddədə maddənin mövcud mətni 42.2-ci maddə hesab edilmişdir və maddəyə 42.1-ci maddə əlavə edilmişdir.
[37] 25 oktyabr 2011-ci il tarixli 224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2011-ci il, № 11, maddə 990) ilə 42-ci maddənin ikinci cümləsi çıxarılmışdır.