Hərbi vəziyyət haqqında
Hərbi vəziyyət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının digər qanunlarına və beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyətin tətbiq edilməsinin əsaslarını, qaydasını və hüquqi nəticələrini müəyyənləşdirir.
M a d d ə 1. Hərbi vəziyyətin tətbiq edilməsi əsasları
Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin tətbiq edilməsi üçün aşağıdakılar əsas ola bilər:
1) Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında müharibə vəziyyətinin elan olunması;
2) Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsinin olması;
3) Azərbaycan Respublikası ərazisinin, yaxud onun ayrı-ayrı yerlərinin xarici dövlət və ya dövlətlər tərəfindən qurudan, sudan və havadan blokadası, habelə belə blokada üçün real təhlükənin olması;
4) xarici dövlətin və ya dövlətlərin Azərbaycan Respublikasına müharibə elan etməsi;
5) Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsinin faktiki işğalı. M a d d ə 2. Hərbi vəziyyətin tətbiq edilməsi qaydası
Hərbi vəziyyət Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə tətbiq edilir.
Azərbaycan Respublikası Milli Məclisinin işlədiyi dövrdə Azərbaycan Respublikasının Prezidenti hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərmanı dərhal Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 24 saat ərzində bu məsələyə dair qərar qəbul edir.
Azərbaycan Respublikası Milli Məclisinin iclasları arasındakı dövrdə hərbi vəziyyət tətbiq edilərsə, Azərbaycan Respublikası Milli Məclisinin sədri dərhal Azərbaycan Respublikası Milli Məclisinin iclasını çağırır. İclasda bu məsələyə dair qərar Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının Azərbaycan Respublikası Milli Məclisinə təqdim edildiyi andan ən çoxu 72 saat keçənədək, qəbul edilir.
Hərbi vəziyyətin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı barədə qərar Azərbaycan Respublikası Milli Məclisi deputatlarının 63 səs çoxluğu ilə qəbul edilir.1
Azərbaycan Respublikası Prezidentinin hərbi vəziyyət tətbiq edilməsi haqqında fərmanı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilməzsə, həmin fərman dərhal qüvvədən düşür. 2
M a d d ə 3. Hərbi vəziyyətin müddəti
Bu Qanunun 1-ci maddəsində göstərilən hallar aradan qaldırıldıqda və yaxud müharibə aparan dövlət və ya dövlətlərlə sülh müqaviləsi bağlandıqda Azərbaycan Respublikasının Milli Məclisi öz təşəbbüsü və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə hərbi vəziyyəti dərhal ləğv edir. 3
M a d d ə 4. Hərbi vəziyyətin tətbiq olunması haqqında fərmanların yayılması
hərbi vəziyyətin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı qüvvəyə minməsinə azı 6 saat qalmış kütləvi informasiya vasitələri ilə, bu mümkün deyilsə başqa üsullarla yayılır.
Xxxxxxxx həyatının və təhlükəsizliyinin qorunması üçün təxirəsalınmaz tədbirlər görülməsi tələb olunduğu hallarda hərbi vəziyyətin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanının yayılması vaxtı Azərbaycan Respublikası Prezidenti tərəfindən dəyişdirilə bilər.
M a d d ə 5. Hərbi vəziyyət dövründə Azərbaycan Respublikası Prezidenti seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisinə və nümayəndəli dövlət orqanlarına seçkilərin referendum keçirilməsinin yolverilməzliyi
Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət tətbiq edilən dövrdə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, başqa seçkili dövlət orqanlarının, habelə ayrı-ayrı yerlərdə hərbi vəziyyət tətbiq edilən dövrdə həmin ərazinin seçkili dövlət orqanlarının səlahiyyət müddətləri başa çatdıqda onlar öz səlahiyyətlərini hərbi vəziyyət ləğv edildikdən sonra Azərbaycan Respublikasının müvafiq qanunlarında nəzərdə tutulmuş qaydada seçkilər keçirilənədək davam etdirirlər.
Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət zamanı, habelə hərbi vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində referendum keçirilə bilməz. 4
M a d d ə 6. Hərbi vəziyyətin tətbiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
Hərbi vəziyyətin tətbiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında aşağıdakılar göstərilməlidir:
a) hərbi vəziyyətin tətbiq edilməsinin bu Qanunun 1-ci maddəsində göstərilən əsasları;
b) hərbi vəziyyət tədbirlərinin siyahısı və hədləri;
v) hüquq və azadlıqların müvəqqəti məhdudiyyətlərinin tam siyahısı;
q) hərbi vəziyyət tədbirlərinin həyata keçirilməsi üçün cavabdeh xxxx dövlət orqanları və onların səlahiyyətləri;
ğ) hərbi vəziyyət tətbiq olunan ərazinin sərhədləri;
d) fərmanın qüvvəyə minməsi vaxtı.
M a d d ə 7. Məhdudiyyətlərin yaranmış vəziyyətlə mütənasibliyi
Hərbi vəziyyətin tətbiqi ilə bağlı nəzərdə tutulan tədbirlər yaranmış vəziyyətin kəskinliyindən irəli kələn hüdudlar daxilində həyata keçirilməli və Azərbaycan Respublikasının qüvvədə xxxx beynəlxalq müqavilələrindən irəli kələn öhdəliklərinə zidd olmamalıdır.
Hərbi vəziyyətin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq hüquqda qəbul edilmiş yaşamaq hüququnu, fikir, vicdan və din azadlıqlarını, hüquq subyektliyini məhdudlaşdıra bilməz və işgəncələrin tətbiq edilməsinin, köləliyin və qul alverinin yalnız hər hansı müqavilə öhdəliyinin yerinə yetirilməsinə görə azadlıqdan məhrum ediLmənin, ayrı-ayrı şəxslərə və ya əhali qruplarına qarşı yalnız irqinə, milliyyətinə, cinsinə, dilinə, siyasi əqidəsinə və ya sosial mənşəyinə görə hər hansı ayrı-seçkiliyin qadağan olunmasını və əmələ görə cəza müəyyən edən və ya cəzanı ağırlaşdıran qanunun geriyə qüvvəsinin tətbiqinin yolverilməzliyini aradan qaldıra bilməz.
M a d d ə 8. Hərbi vəziyyət tətbiq edilmiş yerlərdə yerli dövlət orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılması
Hərbi vəziyyət tətbiq edilmiş yerlərdə müdafiə, ictimai-asayiş və dövlət təhlükəsizliyi ilə əlaqədar yerli icra və nümayəndəli dövlət orqanlarının səlahiyyətləri Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi əsasında hərbi komandanlıq tərəfindən həyata keçirilir.
M a d d ə 9. Daxili işlər və milli təhlükəsizlik qüvvələrinin tabeçiliyinin dəyişdirilməsi
Daxili işlər və milli təhlükəsizlik orqanlarının hərbi vəziyyət elan edilmiş ərazilərdə yerləşən qüvvələri həmin ərazinin hərbi komandanlığının tabeliyinə keçir.
M a d d ə 10. Hərbi vəziyyətdə səfərbərlik
Hərbi vəziyyət elan olunduqda səfərbərlik planlarına müvafiq olaraq silahlı qüvvələrin hazırlıq vəziyyətinə gətirilməsi və ölkə iqtisadiyyatının və ya onun müəyyən hissələrinin hərbi vəziyyətə keçirilməsi üçün ümumi və ya qismən səfərbərlik elan olunur.
Səfərbərlik keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.
M a d d ə 11. Hərbi vəziyyət dövründə görülən tədbirlər
Hərbi vəziyyət dövründə dövlət müstəqilliyini, ərazi bütövlüyünü və əhalinin təcavüzdən qorunmasını təmin etmək məqsədilə konkret şəraitin kəskinliyi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanında aşağıdakı tədbirlər nəzərdə tutula bilər:
1) hərəkət sərbəstliyinin məhdudlaşdırılması:
a) günün müəyyən edilmiş vaxtlarında xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsi;
b) xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan hərbi vəziyyət elan edilən yerlərdə olmağın qadağan edilməsi;
v) hərbi vəziyyət tətbiq edilən əraziyə, habelə hərbi əməliyyatlar bölgəsinə gediş-gəlişin xüsusi qaydaları;
q) əhalinin və hüquqi şəxslərin hərbi əməliyyat bölgəsindən evakuasiyası;
ğ) Azərbaycan Respublikasına kəlmə və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarının müəyyən edilməsi;
2) kütləvi informasiya azadlığının məhdudlaşdırılması:
a) senzuranın tətbiq edilməsi;
b) kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırılması haqqında müvafiq orqanlara təqdimatlar verilməsi;
v) hərbi vəziyyət tətbiq edilmiş ərazidə, hərbi əməliyyatlar bölgəsində, cəbhə boyu zolaqda kütləvi informasiya vasitəsi məhsullarının yoxlanılması;
q) hərbi komandanlığın və müvafiq dövlət orqanlarının nümayəndələrinə hərbi vəziyyətin ehtiyacları üçün kütləvi informasiya vasitələrindən istifadə etməkdə üstünlük hüququnun verilməsi;
3) əmək hüquqlarının məhdudlaşdırılması:
a) qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq əhalinin müdafiə işlərinə, yolların və vacib obyektlərin mühafizəsinin həyata keçirilməsinə, yanğın, epidemiya və başqa fəlakətlərlə mübarizə işində iştirak etməyə cəlb edilməsi;
b) müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədilə mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisələrdə işçilərin iş vaxtından artıq işə cəlb olunması, növbəti məzuniyyətlərin pul ilə əvəz etməklə başqa vaxta keçirilməsi, əmək müqaviləsinin bağlanması və xitam edilməsi;
v) tətillərin qadağan olunması;
4) mülkiyyət toxunulmazlığı hüququnun məhdudlaşdırılması:
a) mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin, idarələrin və təşkilatların ehtiyatlarının hərbi vəziyyətin ehtiyacları üçün səfərbərliyə alınması, onların iş rejiminin dəyişdirilməsi, fəaliyyətinin zəruri məhsulların istehsalına yönəldilməsi;
b) xüsusi və kollektiv mülkiyyətdə xxxx nəqliyyat və qoşqu vasitələrinin müəyyən edilmiş
qaydada əvəzi ödənilməklə, dövlət mülkiyyətində xxxx nəqliyyat və qoşqu vasitələrinin əvəzsiz olaraq hərbi vəziyyətin ehtiyacları üçün alınması;
5) mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə və kommunal xidməti müəssisələrinin, kinoteatrların, teatrların, mədəniyyət evlərinin və başqa xidmət təşkilatlarının iş rejiminin dəyişdirilməsi;
6) ərzaq və sənaye məhsullarının xxxxx ilə buraxılması, yaxud ticarətin xüsusi qaydalarının müəyyən edilməsi;
7) əhalinin mülki müdafiə hazırlığı ilə əlaqədar məcburi tədbirlərin həyata keçirilməsi;
8) təhsil müəssisələrinin fəaliyyətinin yeni rejiminin müəyyən edilməsi, yaxud dayandırılması;
9) dövlət orqanlarına, siyasi partiyalara, həmkarlar ittifaqlarına və ictimai birliklərə məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılması, təhlükəsizlik baxımından zərərli hesab edilən əşyaların müvəqqəti alınması;
10) yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişləri, habelə başqa kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi;
11) hərbi vəziyyət şəraitində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane xxxx siyasi partiyaların, həmkar olar ittifaqlarının və ictimai birliklərin fəaliyyətinin dayandırılması haqqında müvafiq orqanlara təqdimatlar verilməsi;
12) hərbi vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi. 5
M a d d ə 12. Hərbi vəziyyət dövründə qanunvericilik orqanının fəaliyyəti
Hərbi vəziyyət dövründə Azərbaycan Respublikasının Milli Məclisi öz reqlamentinə uyğun olaraq iclaslarını davam etdirir. 6
M a d d ə 13. Hərbi vəziyyət rejiminin pozulmasına görə məsuliyyət
Hərbi vəziyyət rejiminin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş cinayət, inzibati intizam və maddi məsuliyyətə səbəb olur.
M a d d ə 14. Hərbi vəziyyətlə bağlı aktların qüvvədən düşməsi və işlərin icraatına xitam verilməsi
Hərbi vəziyyət ləğv olunduqda hərbi vəziyyəti qəmin edən aktlar hərbi vəziyyətin qurtarması ilə bir vaxtda əlavə məlumat verilmədən qüvvədən düşür.
Hərbi vəziyyət ləğv edildikdə hərbi vəziyyət qaydasının pozulmasına dair işlərin icraatı xitam olunur və hərbi vəziyyət qaydasının pozulması üstündə inzibati qaydada həbs edilən şəxslər dərhal azad edilir.
M a d d ə 15. Hərbi vəziyyət dövründə ədalət mühakiməsinin həyata keçirilməsi
Hərbi vəziyyət tətbiqi edilən dövrdə və ərazidə ədalət mühakiməsini yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq Qanununa uyğun yaradılan və fəaliyyət göstərən məhkəmələr həyata keçirirlər. 7
Bütün məhkəmələrdə mühakimə icraatı Azərbaycan Respublikasının hərbi vəziyyət tətbiq edilən vaxt qüvvədə xxxx qanunlarına uyğun aparılır.
Hər hansı fövqəladə məhkəmə formalarının və növlərinin təsis edilməsi, mühakimə icraatının sürətləndirilmiş və ya fövqəladə növlərindən və formalarından istifadə olunması qadağandır.
M a d d ə 16. Hərbi vəziyyət tətbiq edilən dövrdə prokuror nəzarətinin həyata keçirilməsi
Hərbi vəziyyətin tətbiq edildiyi dövrdə Azərbaycan Respublikasının prokurorluq orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fəaliyyət göstərir.
M a d d ə 1 6 - 1 . Hərbi vəziyyət dövründə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyəti
Hərbi vəziyyətin elan edilməsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır. 8
M a d d ə 17. Hərbi vəziyyət tətbiq edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatına məlumat verilməsi
Azərbaycan Respublikasının Prezidenti hərbi vəziyyət dövründə vətəndaşların hüquq və azadlıqlarının vətəndaş hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda nəzərdə tutulan öhdəliklərdən kənara çıxan məhdudiyyətləri, bu məhdudiyyətlərin həcmi və belə qərarın səbəbləri haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibinə üç gün müddətində məlumat verilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikasının Prezidenti
Xxxxxx XXXXXX.
Bakı şəhəri, 6 yanvar 1994-cü il.
№ 779.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 iyun 1998-ci il tarixli 509-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 444)
2. 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)
3. 2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 463)
4. 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10)
5. 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 2-ci maddənin dördüncü hissəsində "tərkibinin azı üçdə ikisindən ibarət səs çoxluğu" sözləri "63 səs çoxluğu" sözləri ilə əvəz edilmişdir.
2 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 2-ci maddədə ismin müvafiq hallarında işlədilmiş "Xxx Xxxxx" sözləri ismin müvafiq hallarında "Milli Məclis" sözləri ilə əvəz edilmişdir.
3 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 3-cü maddədə ismin müvafiq hallarında işlədilmiş "Xxx Xxxxx" sözləri ismin müvafiq hallarında "Milli Məclis" sözləri ilə əvəz edilmişdir.
4 23 iyun 1998-ci il tarixli 509-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 444) ilə 5-ci maddənin adında
«yolverilməzliyi» sözündən əvvəl «referendum keçirilməsinin» sözləri, eləcə də ikinci və üçüncü hissələr əlavə edilmişdir.
30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 5-ci maddəsinin ikinci hissəsi yeni redaksiyada verilmiş və üçüncü hissə çıxarılmışdır.
Hərbi vəziyyət elan olunan gündən və ya hərbi vəziyyət qurtardıqdan sonra üç ay ərzində referendum təyin edilə və keçirilə bilməz.
Hərbi vəziyyət elan olunduqda referenduma çıxarılmış məsələnin müzakirəsi dayandırılır və təyin edilmiş referendum başqa vaxta keçirilir.
30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 5-ci maddədə ismin müvafiq hallarında işlədilmiş "Xxx Xxxxx" sözləri ismin müvafiq hallarında "Milli Məclis" sözləri ilə əvəz edilmişdir.
5 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64) ilə 11-ci maddəyə 12-ci bənd əlavə edilmişdir.
6 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 12-ci maddədə ismin müvafiq hallarında işlədilmiş "Xxx Xxxxx" sözləri ismin müvafiq hallarında "Milli Məclis" sözləri ilə əvəz edilmişdir.
7 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 15-ci maddəsinin birinci hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Hərbi vəziyyət tətbiq edilən dövrdə Azərbaycan Respublikası Konstitusiyasının 163-cü maddəsinə uyğun olaraq təsis edilən bütün məhkəmələr fəaliyyətlərini davam etdirirlər.