Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən
Əlavə 5
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən
Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə № (VÖEN )
1. Müqavilənin tərəfləri:
Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə (bundan sonra – Müqavilə) bir tərəfdən Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Mərkəz) adından
(vəzifəsi, adı, soyadı, atasının adı) və digər tərəfdən Xxxx Xxxx XXX karta xxxxx xxxx şəxs (bundan sonra İmza sahibi)
(vəzifəsi (çalışdığı struktur vahidin adı göstərilməklə),
adı, soyadı, atasının adı)
və ya İmza sahibinin etibarnamə üzrə nümayəndəsi
(İmza sahibinin yuxarıda qeyd edilən məlumatları göstərilməklə,
adı, soyadı, atasının adı)
arasında tarixdə şəhərində (rayonunda) bağlanmışdır. Bundan sonra qeyd edilən şəxslər birlikdə Tərəflər adlandırılacaqdır.
2. Anlayışlar:
2.1. Bu Müqavilədə istifadə olunan anlayışlar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. Bununla yanaşı, Tərəflər aşağıdakı anlayışları qəbul edirlər:
2.2.Autentifikasiya sertifikatı – Mərkəz tərəfindən təkmil sertifikatla birlikdə verilən elektron sertifikat. Autentifikasiya sertifikatıiləistifadəçinin elektron identifikasiyası həyata keçirilir.
2.3.Asan İmza SİM-kartı – Elektron imza yaratma vasitələrinin təhlükəsizliyi baxımından “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikasının Qanununun və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun gələn elektron imza vasitəsi - mobil telefon üçün xüsusi SİM-kart;
3. Müqavilənin predmeti:
3.1.Müqavilənin predmetini aşağıdakı məhsul və xidmətlər təşkil edir:
3.1.1. Təqdim edilən məhsullar:
3.1.1.1. Asan İmza SİM-kartı üçün generasiya olunan autentifikasiya sertifikatı – 1 (bir) ədəd;
3.1.1.2. təkmil sertifikat(lar); (sertifikatın seriya-nömrəsi və tipi göstərilməli)
3.1.2. Göstərilən xidmətlər:
3.1.2.1. Autentifikasiya sertifikatının və təkmilsertifikatın (birlikdə Sertifikat adlandırılacaq) təqdim edilməsi, yoxlanılması, qüvvəsinin dayandırılması, bərpa edilməsi və ləğv edilməsi, vaxt göstəricilərinin qoyulması xidmətlərinin göstərilməsi.
3.2. Müqavilənin bağlanılmasına əsas Sertifikat əldə etmək istəyən şəxs tərəfindən forması Mərkəz tərəfindən təsdiq edilən ərizənin Mərkəzə təqdim edilməsidir.Ərizədə qeyd edilən məlumatların və ona əlavə edilən sənədlərin həqiqiliyinə və tamlığına görə məsuliyyəti Sertifikat əldə etmək istəyən şəxs (İmza sahibi) daşıyır.
4. Sertifikata daxil edilən məlumatlar
4.0.Sertifikata “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsində qeyd edilən məlumatlardan əlavə aşağıdakı verilənlər də daxil edilir:
4.0.1. Sertifikatın versiyası;
4.0.2. İmza alqoritmi;
4.0.3. Heş alqoritmi;
4.0.4.Sertifikatın istifadə sahələri;
4.0.5. Möhür kimi istifadə edilən gücləndirilmiş imzanın qoyulma hüququ verildikdə, bu imzanın istifadə sahəsi və möhür üzərindəki mətn.
5. Tərəflərin hüquq və vəzifələri
5.1. Mərkəzin aşağıdakı hüquqları vardır:
5.1.1. Mərkəz “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1-ci maddəsində qeyd edilən hüquqlara malikdir, həmçinin:
5.1.2. İmza sahibinə kağız və ya elektron formada sertifikat təqdim etmək;
5.1.3. İmza sahibinin verdiyi məlumatların doğruluğunu yoxlamaq, o cümlədən Dövlət reyestrlərindən və informasiya resurslarından fərdi məlumatları almaq, habelə İmza sahibinin fərdi məlumatlarının dəyişməsini izləmək;
5.1.4. İmza sahibinin fərdi məlumatlarından Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq istifadə etmək.
5.2. Mərkəzin aşağıdakı vəzifələri vardır:
5.2.1. Mərkəz “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun 17.3-cü maddəsində qeyd edilən vəzifələri həyata keçirir, həmçinin:
5.2.2. Sertifikatda göstərilən məlumatların İmza sahibinin ərizəsində xxxx məlumatlarla uyğunluq təşkil etməsini təmin etmək;
5.2.3. Operativ rejimdə istifadə olunan vaxt göstəricilərinin qeyd edilməsi xidmətini təqdim etmək;
5.2.4. Müqavilənin 3.1.2-ci bəndində qeyd edilən xidmətləri göstərmək;
5.2.5. 195 nömrəli Çağrı Mərkəzinə sertifikatın istifadəsi ilə bağlı daxil olmuş sorğuları cavablandırmaq;
5.3. İmza sahibinin aşağıdakı hüquqları vardır:
5.3.1. İmza sahibi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci maddəsində qeyd edilən hüquqlara
malikdir, həmçinin;
5.3.2. Bu müqavilənin predmetini təşkil edən xidmət və məhsullardan istifadə etmək;
5.4. İmza sahibinin aşağıdakı vəzifələri vardır:
5.4.1. İmza sahibi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsində qeyd edilən vəzifələri həyata keçirir, həmçinin:
5.4.2. Ona göstərilən xidmətlərdən və təqdim edilən məhsullardan təyinatına, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Müqaviləyə uyğun istifadə etmək;
5.4.3. Müqavilə bağlanmazdan əvvəl Sertifikatın və imza vasitələrinin istifadə qaydaları, Sertifikatın istifadə məhdudiyyətləri, Mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti, iddialara baxılma və mübahisələrin həlli barədə yazılı, aydın oxunan şəkildə məlumatlandırıldığını təsdiq etmək;
5.4.4. Mərkəzə təqdim etdiyi istənilən məlumatlarda (sənədlərdə) dəyişikliklər baş verdikdə (o cümlədən, tutduğu vəzifədən azad edildikdə, yaxud təmsil etdiyi vergi ödəyicisinin (fiziki və ya hüquqi şəxsin) fəaliyyəti dayandırıldıqda və ya fəaliyyətinə xitam verildikə) bu barədə dərhal Mərkəzə, müvafiq Dövlət reyestrlərinə və informasiya resurslarına məlumat vermək.
6. Müqavilənin qüvvəyə minməsi və qüvvədə olma müddəti:
6.1. Müqavilə Tərəflər arasında imzalanan andan qüvvəyə minir. Sertifikatın etibarlılıq müddəti bitdikdə Sertifikat ləğv edilir.
6.2. Bu müqavilənin 3.1.1.2-ci bəndi ilə təqdim edilmiş “Şəxsi” tipli Sertifikat ləğv olunan andan bu müqavilə qüvvədən düşmüş hesab edilir.
Bu müqavilənin 3.1.1.2-ci bəndi ilə təqdim edilmiş “İş” və ya “Dövlət və bələdiyyə” tipli sertifikat ləğv olunan andan bu müqavilə həmin hissədə qüvvədən düşmüş hesab edilir.
6.3. İmza sahibi tərəfindən elektron imza vasitəsi ilə təsdiq edilmiş elektron sənədlərin hüquqi qüvvəsi Sertifikatın qüvvədə olması müddəti ilə bağlı deyildir və İmza sahibi həmin elektron sənədlərin yaratdığı nəticələrə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
6.4. İstənilən Tərəf digər Tərəfə 7 (yeddi) gün əvvəlcədən yazılı bildiriş göndərməklə bu Müqaviləyə xitam verə bilər.
6.5. Bu Müqaviləyə xitam verildikdən sonra Tərəflər Müqaviləyə xitam verilməsindən qabaq Müqavilə üzrə qəbul edilmiş öhdəlikləri tam yerinə yetirməlidir.
7. Fors-major
7.1. Müqavilənin imzalandığı tarixdə mövcud olmayan və nəzərdə tutulmayan, Tərəflərin nəzarətindən kənarda meydana çıxan və meydana çıxması ilə Tərəflərdən birinin və ya hər ikisinin də müqavilə ilə öhdələrinə götürdükləri vəzifələri tamamilə və vaxtında yerinə yetirmələrini qeyri- mümkün edən hallar gözlənilməyən səbəblər kimi qəbul edilir (Məsələn, yoluxucu xəstəliklər, yanğın, zəlzələ, təbii fəlakətlər, qiyam, müharibə (elan edilsin və ya edilməsin), tətil, enerjinin kəsilməsi, xammal və digər məhsulların çatışmaması və ya yoxluğu, avadanlığın nəql edilməsi zamanı tələf olması və s. gözlənilməyən səbəblər hesab olunur).
7.2. Gözlənilməyən səbəblər nəticəsində müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilməyən və ya öhdəliklərini yerinə yetirməkdə gecikən Tərəf vəziyyətlə bağlı dərhal digər Tərəfə məlumat verməlidir.
7.3. Gözlənilməyən səbəbləryarandığı halda bu Müqavilənin yerinə yetirilməsi ilə əlaqədar Tərəflər qarşılıqlı məqbul saydıqları razılaşmaya nail olmağa çalışacaqlar.
7.4. Fors-majorun təsiri dayandıqda Tərəflər bir-birinə müvafiq yazılı bildiriş göndərməlidir.
7.5. Mərkəz öz sistemində zəruri və əsaslandırılmış (Məsələn, sistemin səmərəliliyinin artırılması ilə əlaqədar olaraq yeni avadanlığın quraşdırılması və ya sistemin təhlükəsizliyinin artırılması ilə əlaqədar olaraq tədbirlərin həyata keçirilməsi) profilaktik tədbirlərlə əlaqədar olaraq xidmətlərin göstərilməsini müvəqqəti (ay ərzində 24 saata qədər) dayandıra bilər. Təxirəsalınmaz profilaktik tədbirlər istisna olmaqla, digər hallarda bu tədbirlər barədə İmza sahibinə 3 (üç) gün əvvəl məlumat verilməlidir.
8. Mübahisələrin həlli
Bu müqavilə və ya onun tətbiq edilməsi səbəbi ilə ortaya çıxa biləcək hərbir mübahisəni Tərəflər öz aralarında danışıqlar yolu ilə həll etməyə çalışmalıdırlar.Mübahisə danışıqlar yolu ilə həll edilmədiyi halda inzibati qaydada və ya məhkəmə qaydasında həll olunmalıdır.
9. Məhdudiyyətlər və müqaviləyə dəyişikliklərin edilməsi
9.1. Mərkəz İmza sahibi tərəfindən müqavilə şərtlərinin və aidiyyəti qanunvericiliyin tələblərinin pozulması, Sertifikatın təyinatına uyğun istifadə edilməməsi nəticəsində İmza sahibinə və üçüncü şəxslərə vurulmuş zərərə görə məsuliyyət daşımır.
9.2. Mərkəz üçüncü şəxslər tərəfindən İmza sahibi haqqında sertifikatda göstərilən informasiyanın istifadəedilməsinə görə məsuliyyət daşımır.
9.3. Bu Müqaviləyə və onun tərkib hissəsi xxxx digər sənədlərə edilən əlavələr və düzəlişlər hər iki Tərəf imzaladıqdan sonra qüvvəyə minir.
10. Hesablaşma
Bu müqaviləni imzalayan Tərəflər arasında xidmətin təqdim edilməsi və qəbulu ödənişsiz həyata keçirilir.
11. Ünvanlar və əlaqə nömrələri
Mərkəz | İmza sahibi |
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikası, XX0000, Xxxx xxxxxx, Xxxxxx xxx.,00 Tel.: (99412) 0000000 Faks: (99412) 4038971 |
12. Tərəflərin imzaları
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin səlahiyyətli nümayəndəsi İmza sahibi (və ya onun etibarnamə üzrə nümayəndəsi)
İmza/Tarix _İmza/Tarix
M.Y.