Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlar əsasında vətəndaşların qarşılıqlı surətdə viza almaqdan azad edilməsi haqqında MEMORANDUM
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlar əsasında vətəndaşların qarşılıqlı surətdə viza almaqdan azad edilməsi haqqında
MEMORANDUM
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti, iki ölkə arasında əlaqələri daha da genişləndirmək məqsədi ilə diplomatik və xidməti pasportlar əsasında vətəndaşları aşağıdakı şərtlərə görə viza almaqdan azad edilməsi barədə razılığa gəldilər:
Maddə 1
Azərbaycan Respublikası ilə İran İslam Respublikasının etibarlı diplomatik və xidməti pasportları xxxx vətəndaşları viza almadan müqabil tərəfin ölkəsinin ərazisinə girə bilər və habelə oradan tranzitlə keçər və çıxa bilərlər.
Maddə 2
Memorandumun 1-ci maddəsi əsasında müqabil tərəfin ölkəsinin ərazisinə daxil xxxx şəxslər ən azı bir ay müddətində orada qalmaq hüququna malik olacaqlar. Qalma müddətinin uzadılması o biri tərəfin razılığından asılı olaraq digər tərəfin rəsmi yazılı xahişi ilə həyata keçiriləcəkdir.
Maddə 3
Tərəflər qarşılıqlı olaraq arzu olunmaz şəxsləri öz ölkəsinə buraxmamaq, onların ölkədə qalmaq müddətinin azaltmaq və yaxud da ölkədən xaric etmək hüququna malikdirlər.
Maddə 4
Hər iki ölkənin etibarlı diplomatik və xidməti pasportu və hər iki tərəfin ərazisindəki diplomatik nümayəndəliklərə konsulluqlara və beynəlxalq təşkilatlar apparatlarına vəzifə borclarını yerinə yetirməkdən ötrü ezam olunan vətəndaşları ölkəyə daxil olmaq üçün viza almaqdan azad edilirlər.
Maddə 5
Bu Memorandum qeyri-məhdud müddətə bağlanır və tərəflərin diplomatik yolla rəsmi nota mübadiləsindən sonra qüvvəyə minir.
Maddə 6
Tərəflər istənilən vaxt, 30 gün əvvəl diplomatik yolla məlumat verməklə, hazırki Memorandumu ləğv edə bilər.
Memorandum 20 aprel 1992-ci ildə (31 fərvərdin 1371-ci ildə) iki nüsxədə, Azərbaycan və fars dillərində imzalanmışdır və hər iki nüsxə eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası İran İslam Respublikası
Hökuməti adından Hökuməti adından
Xarici İşlər nazirinin müavini Xarici İşlər nazirinin hüquq, konsulluq
X.Xxxxxxx və parlamentar məsələləri üzrə müavini
Müctəba Xxx Xxxxx