Alqı-satqı haqqında müqavilə № ____________
Alqı-satqı haqqında müqavilə № ____________
Bakı ş. [tarix]
Bu müqavilə, bir tərəfdən Azərbaycan Respublikasının vətəndaşı, __________________ünvanında yaşayan ___________nömrəli şəxsiyyət vəsiqəsinin sahibi [İstehlakçının tam adı] tərəfindən (bundan sonra “İstehlakçı”), digər tərəfdən qüvvədə xxxx qanunvericiliyə və öz nizamnaməsinə uyğun fəaliyyət göstərən və etibarnamə əsasında [ASBC adından müqaviləni imzalayan şəxsin tam adı] şəxsində təmsil olunan “ASBC” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Satıcı”) arasında aşağıda göstərilən şərtlərlə bağlanılır (İstehlakçı və Satıcı birlikdə “Tərəflər” adlandırılır)
İstehlakçı Satıcıya istifadə olunmuş aşağıdakı malı (bundan sonra “Cihaz”) aşağıda qeyd olunmuş qiymətə satır, Satıcı isə həmin Cihazı İstehlakçıdan alır:
Cihazın adı, təsviri, seriya nömrəsi, İMEİ kodu və digər eyniləşdirmə məlumatları |
miqdar |
Qiymət (ƏDV xaric), manatla |
|
__ ədəd |
__ |
Cəmi: |
|
|
Cihazın qiyməti və vəziyyəti Tərəflərin arasında razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi xxxx qiymətləndirmə aktı (1 xxxxx əlavə) ilə müəyyən olunur. Cihazı qiymətləndirilməsi Cihazının faktiki vəziyyəti əsasında Satıcının xüsusi metodologiyasına uyğun olaraq həyata keçirilir.
İstehlakçı zəmanət verir ki, Cihaz xxxxxx xxxxx əldə edilmişdir, onun mülkiyyətindədir və Cihaz üçüncü şəxslərin hüquq və tələblərindən azaddır, girovda deyil, daşınar əmlakın yüklülüyü reyestrinə daxil edilməmişdir. İstehlakçı eyni zamanda təsdiq edir ki, onun Cihazı özgəninkiləşdirmək hüququ vardır.
İstehlakçı Satıcıya Cihazı təqdim etməkdən öncə ona aid bütün parollarını, Cihazın tapılması funksiyasını deaktivasiya edir.
İstehlakçı Cihazı hazırki müqaviləni imzalamaqla eyni vaxtda Satıcıya təqdim edir və Cihaza mülkiyyət hüququ Satıcıya keçir.
Tərəflər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №li qərarına 58 nömrəli əlavə kimi təsdiq edilmiş MAA-1 nömrəli formaya uyğun olaraq xxxxx xxxx aktını imzalamalıdır. Həmin akt bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir.
Satıcı İstehlakçıya aşağıdakı malı satır, İstehlakçı isə onu Satıcıdan satın alır (bu mala mülkiyyət hüququnun keçməsi müvafiq ödənişin həyata keçirilməsi və Cihazın Satıcının mülkiyyətinə keçməsi ilə şərtləndirilir):
Malın təsviri |
miqdar |
Qiymət (ƏDV xaric), manatla |
|
__ ədəd |
__ |
Cəmi: |
|
|
İstehlakçı və Satıcı bu müqavilənin 1-ci və 8-ci bəndlərində xxxx Cihazın və müvafiq malın qiymətlərini qarşılıqlı əvəzləşdirərək İstehlakçı tərəfindən Satıcıya ödənilməli xxxx məbləği müəyyən edirlər:
|
Əvəzləşdirmədən əvvəl (manatla, ƏDV xaric) |
Əvəzləşdirmədən sonra (manatla, ƏDV xaric) |
Satıcının İstehlakçıya ödədiyi məbləğ |
|
0,00 |
İstehlakçının Satıcıya ödədiyi məbləğ |
|
|
İstehlakçı tərəfindən Satıcıya ödənilməli məbləğə ƏDV əlavə olunur.
İstehlakçı bu müqavilə əsasında aldığı malı Satıcıya hər hansı səbəbə görə qaytardıqda, Tərəflər başqa razılığa gəlmədikdə Xxxxx Xxxxxxxxxxxx qaytarılır və İstehlakçı Cihaz müqabilində aldığı məbləği Satıcıya ödəməlidir. Bu halda Tərəflər əvvəlki vəziyyəti bərpa etmək üçün müvafiq əvəzləşdirmələr apara bilərlər.
İstehlakçı Xxxxxxxx öz fərdi məlumatları təqdim edir və bu müqaviləni imzalamaqla onların toplanılmasına və işlənilməsinə öz razılığını bildirir.
Satıcı İstehlakçının aşağıdakı fərdi məlumatları toplayır: Xxxxxxxxxxxxx tam adı, doğum tarixi, qeydiyyat və yaşayış ünvanı; əlaqə məlumatları.
Fərdi məlumatların toplanılmasının məqsədi:
Müqavilə münasibətlərinin tənzimlənməsi üçün;
Cihaza aid mülkiyyət hüququnun müəyyən edilməsi üçün;
Cihazın qeyri-qanuni dövriyyəsinin, dələduzluq və çirkli pulların yuyulması qarşısının alınması üçün;
Marketinq məqsədləri üçün;
Qanuni öhdəliklərə (vergi, mühasibat və inzibati öhdəliklər daxil olmaqla) riayət etmək üçün;
Müvafiq dövlət orqanlarından sorğu gəldiyi təqdirdə həmin orqanlara təqdim etmək üçün.
Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, fərdi məlumatlar İstehlakçının razılığı ilə istifadə ediləcək. Xxxxxxxxxx Xxxxxxxx, təqdim etdiyi fərdi məlumatlara çıxış əldə etmək, onları dəyişdirmək və emal etmək hüququnu özündə saxlayır. Fərdi məlumatların toplanılmasına və işlənilməsinə İstehlakçının razılığının müddəti 5(beş) il təşkil edir. Bu müddət bitdikdə, və ya İstehlakçının daha erkən ölümü halında İstehlakçının fərdi məlumatları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilir və ya arxivləşdirilir.
İstehlakçı yuxarıda qeyd olunan şərtlərlə fərdi məlumatların toplanmasına və işlənilməsinə öz razılığını bildirir.
___________________________
İstehlakçı - [tam adı] |
___________________________
Satıcı
|
_____________ nömrəli _______________ tarixli alqı-satqı müqaviləsinə
1 xxxxx Əlavə
Qiymətləndirmə aktı
Hazırki qiymətləndirmə aktında istifadə edilən anlayışlar _____________ nömrəli _______________ tarixli alqı-satqı müqaviləsində onlara verilmiş mənanı daşıyır.
İstehlakçı tərəfindən Satıcıya qiymətləndirmə məqsədilə təqdim edilən Cihaz:
|
[Cihazın adı, təsviri, seriya nömrəsi, İMEİ kodu və digər eyniləşdirmə məlumatları] |
Cihazın texniki vəziyyəti
|
[qiymətləndirmə metodologiyasına uyğun olaraq Cihazın texniki vəziyyətinin təsviri] |
Cihazın qiymətləndirilməsi nəticəsində onun bazar qiyməti aşağıdakı kimi müəyyən edilib:
__________ manat.
Tərəflər bu qiymətləndirmə aktını imzalamaqla yuxarıda sadalanan faktiki məlumatları təsdiq edirlər və qiymətləndirmə proseduru nəticəsində müəyyən olunun qiymətə öz razılığını bildirirlər.
___________________________
İstehlakçı - [tam adı] |
___________________________
Satıcı
|