Bank hesabının açılması və hesab üzrə əməliyyatların aparılması haqqında MÜQAVİLƏ
Bank hesabının açılması və hesab üzrə əməliyyatların aparılması haqqında MÜQAVİLƏ
(fiziki şəxslər üçün)
Bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra «Bank» adlandırılacaq) və digər tərəfdən «Müştəri», (“Müştəri” və “Bank” bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlər əsasında bu müqaviləni (bundan sonra «Müqavilə» adlanacaq) bağladılar.
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu müqaviləyə görə «Bank» «Müştəri»yə Azərbaycan Respublikasının milli valyutasında və ya xarici valyutalarda bank hesabı açılmasına, açılmış hesaba pul vəsaitinin qəbuluna, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair «Müştəri»nin sərəncamlarını yerinə yetirməyi və internet bankçılıq xidmətinin göstərilməsini, «Müştəri» isə hesabdakı pul vəsaiti ilə əməliyyatlarının aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür.
1.2. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına, “Fərdi məlumatlar haqqında” Qanuna, habelə digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
2. HESABIN FƏALİYYƏT REJİMİ
2.1. Bank hesabının açılması üçün Müştəri ərizə ilə Banka müraciət edir və hesabın açılması üçün qanunvericiliklə və bankdaxili qaydalarla nəzərdə tutulmuş sənədləri təqdim edir;
2.2. Müştərinin vermiş olduğu bank hesablarının açılmasına dair ərizə, müqavilənin tərkib hissəsi sayılır və bu ərizədə qeyd edilən valyutada bank hesablarının açılması üçün əsasdır.
2.3. Müştərinin ərizəsi əsasında açılmış bütün valyutalarda xxxx bank hesabları ilə əlaqədar bank ilə müştəri arasındakı münasibətlər bu müqavilə ilə tənzimlənir.
2.4. Müştəri tərəfindən Hesab üzrə xarici valyuta əməliyyatları “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarına” əsasən aparılır;
2.5. Müştərinin Hesabından silinmələrə əsas qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir.
2.6. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində Banka təqdim edilə bilər.
2.7. Müştərinin sərəncamı olmadan Hesabdakı pul vəsaitinin silinməsinə qanunvericiliklə, habelə bu Müqavilə ilə müəyyənləşdirilmiş hallarda icazə verilir.
2.8. Bankla Müştəri arasında Hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank müştərinin hesabı üzrə əməliyyatları hesabın qalığı çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədində göstərilən məbləğ müştərinin hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini icra etmir.
2.9. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan vəsaitin silinməsi Müştərinin sərəncamlarının və hesabdan silinməyə dair digər sənədlərin daxil olduğu təqvim ardıcıllığı ilə həyata keçirilir.
2.10. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etmədikdə hesabdan pul vəsaiti qanunvericiliklə nəzərdə tutulmuş ardıcıllıqla silinir.
2.11. Bank tərəfindən Müştərinin ödəniş sənədləri qəbul edilərkən qanunvericilik ilə müəyyən edilmiş tələblərə uyğun yoxlanılır. Ödəniş sənədlərinin məzmunu və forması qanunla və xxx xxxxx
müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. Bu tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri icraya qəbul edilmir.
2.12. Müştərinin hesabı üzrə sərəncam vermək hüququ yalnız Banka təqdim edilmiş imza nümunəsi vərəqəsində qeyd edilmiş imza səlahiyyətinə xxxxx xxxx şəxsə və ya həmin şəxsin etibarnamə əsasında çıxış edən şəxsə məxsusdur. İmza vərəqəsində birinci və ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduqda, həmin imzalardan istifadə qaydası bu barədə imza vərəqəsində edilmiş qeydə əsasən aparılır (bu qayda məsafədən bank hesabının açılması zamanı tətbiq edilmir).
3. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1. Bankın vəzifələri:
3.1.1. Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına və Bankın qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və bu Müqavilənin ayrılmaz hissəsi sayılan Müştərinin ərizəsi və digər zəruri sənədlər əsasında müvafiq valyutalarda hesab açmaq;
3.1.2. Müştəriyə Hesablaşma-xxxxx xidmətləri göstərmək:
- Müştərinin Hesablarına daxil xxxx pul vəsaitini qanunvericilik və Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmaq;
- Müştərinin təqdim etdiyi ödəniş sənədlərini Banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq icra etmək;
- Müştəriyə xxxxx xidmətləri göstərmək;
- Müştərinin Hesabından çıxarışları ona təqdim etmək;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin Hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək;
3.1.3. Müştərinin bank hesabı, həmin hesab üzrə aparılan əməliyyatların və Müştəri haqqında məlumatların məxfiliyini, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, bank sirrini təşkil edən məlumatları qorumaq;
3.1.4. «Müştəri»nin sərəncamı əsasında dövrü ödənişləri həyata keçirmək;
3.2. Bankın hüquqları:
3.2.1. «Müştəri»nin bank hesabı açılması üçün təqdim etdiyi sənədlər bankın və qanunvericiliyin tələblərinə uyğun olmadıqda bank hesabı açmaqdan imtina etmək;
3.2.2. «Müştəri»nin Bank qarşısında bu və ya digər müqavilə üzrə hər hansı bir icra olunmamış pul öhdəliklərini (kredit, ipoteka və s) habelə hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə bankdaxili tariflərdə nəzərdə tutulmuş məbləğdə bank xidmətlərinin haqqını «Müştəri»nin sərəncamı olmadan akseptsiz qaydada onun bank hesabındakı pul vəsaitindən silmək;
3.2.3. Müştərinin hesabında xxxx pul vəsaitinə dair Müştərinin maneəsiz sərəncam vermək hüququna təminat verməklə (qanunla müəyyən edilmiş hallar istisna olmaqla) bu vəsaitdən istifadə edir;
3.2.4. Qanunvericilikdə baş vermiş dəyişiklik və ya Bank tərəfindən Müştəri haqqında əlavə məlumat əldə etmək zərurəti yarandığı hallarda tələb olunan əlavə sənədlərin təqdim edilməsini Müştəridən tələb etmək;
3.2.5. Müştərinin ərizəsinə uyğun olaraq bu müqavilənin şərtləri nəzərə alınmaqla ona digər valyutalarda da bank hesabı açmaq;
3.2.6. Birtərəfli qaydada mövcud Tariflərdə dəyişiklik etmək və bu barədə Müştəriyə məlumat vermək.
3.2.7. Müştəri tərəfindən təqdim edilən sənədlərdə saxta məlumatlar aşkar edildikdə və ya saxta sənəd təqdim edildikdə, hesabının açılmasından imtina etmək və ya hesab mövcud olduqda müqaviləyə xitam vermək;
3.2.8. Müştəri barədə Eyniləşdirmə və verifikasiya tədbirlərinin aparılması mümkün olmadığı və ya müştərinin buna dair etirazı olduqda və ya müştərinin özü və benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim etmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduqda,
habelə müştərinin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatların əldə edilməsi mümkün olmadıqda, müştəriyə elektron və ya kağız daşıyıcıda məlumat verməklə onun bank hesabı üzrə əməliyyatların aparılmasını dayandırmaq, müştəri 2 (iki) iş günü ərzində həmin məlumatları banka təqdim etmədiyi halda müqaviləyə xitam vermək;
3.2.9. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən hallarda müqavilə üzrə əməliyyatları dayandırmaq və hesabdakı vəsaitləri dondurmaq;
3.2.10. Bank Müştəriyə xidmət edərkən (ödəniş tapşırıqlarının icrası və s. əməliyyat zamanı), öz müxbir banklarının və ya digər üçüncü tərəflərin həmin ödənişin icrasını gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin dondurulması üçün Müştəri qarşısında heç bir məsuliyyət daşımır.
3.3. Müştərinin vəzifələri:
3.3.1. Hesabın açılması üçün zəruri xxxx sənədləri, eləcə də, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə Bank tərəfindən qanunvericiliyə zidd olmayan digər sənədlər tələb edildikdə onları banka təqdim etmək;
3.3.2. Qanunvericiliyə uyğun olaraq hesab üzrə nağd və nağdsız qaydada əməliyyatlar aparmaq;
3.3.3. Ödəniş sənədlərini Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına uyğun olaraq tərtib edərək Banka təqdim etmək;
3.3.4. FATCA və CRS qaydalarına uyğun olaraq bankın təqdim etdiyi “Öz müştərini tanı” anketində müvafiq məlumatların tam və düzgün qeyd edilməsini təmin etmək;
3.3.5. Hesabda xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat vermək və buna görə məsuliyyət daşımaq;
3.3.6. Bank tərəfindən bu müqaviləyə uyğun olaraq əlavə sənədlər tələb edildikdə, həmin sənədləri tələb olunan müddətdə banka təqdim etmək;
3.3.7. Banka təqdim etmiş olduğu məlumatlarda xxxx bütün dəyişikliklər haqqında Bankı 3 (üç) iş günü ərzində yazılı qaydada xəbərdar etmək və bu dəyişiklikləri təsdiq edən sənədləri Banka təqdim etmək;
3.3.8. Müştəri faktiki yaşayış ünvanını, qeydiyyatda olduğu ünvanını, istifadəsində xxxx telefon nömrəsini, elektron poçt ünvanını dəyişdiyi zaman Banka dərhal məlumat verməlidir. Əks halda, bu rekvizitlər üzrə Bankın Müştəriyə göndərdiyi bildirişlər Müştəri tərəfindən qəbul olunmuş hesab olunacaq.
3.3.9. Bank qarşısında bu və ya digər müqavilə üzrə hər hansı bir icra olunmamış pul öhdəliklərinin(kredit, ipoteka və s.) habelə hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə bankdaxili tariflərdə nəzərdə tutulmuş məbləğdə bank xidmətlərinin haqqını onun sərəncamı olmadan akseptsiz qaydada bank hesabındakı pul vəsaitindən silinməsinə razılıq verir.
3.4. Müştərinin hüquqları:
3.4.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Hesabdan istifadə etmək;
3.4.2. Hesab üzrə aparılan əməliyyatlara dair və hesabda xxxx pul vəsaitinin qalığı barədə Bankdan məlumatların ona verilməsini tələb etmək;
3.4.3. Yeni bank hesablarının açılması ilə əlaqədar Banka ərizə ilə müraciət etmək;
3.4.4. “Bank” və “Müştəri” razılaşır ki, qanunvericilikdə nəzərdə tutulmuş hallarda müştərinin xxxxxx mövcud hesabları (hesab üzrə qalıq və aparılmış əməliyyatlar) barədə məlumatların müvafiq dövlət orqanlarına verilməsi ilə bağlı bildirişin habelə digər hər hansı məlumatın (xəbərdarlıq)
bank tərəfindən hesab sahibinə məxsus və bu müqavilədə qeyd olunmuş elektron poçt ünvanına göndərilməsi tərəflər arasında rəsmi məlumatlandırılma/çatdırılma hesab edilir və gələcəkdə sübut kimi qiymətləndiriləcəkdir.
4. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ LƏĞVİ QAYDALARI
4.1. Bank hesabına aid müddəalar Müştəriyə hesabın açıldığı gündən qüvvəyə minir və qeyri- müəyyən vaxt ərzində qüvvədədir (müqaviləyə xitam verilməsi halı istisnadır).
4.2. Müştəri istədiyi vaxt ərizə ilə Banka müraciət edərək müqaviləni ləğv edə bilər. Müqavilənin ləğvi barədə Müştəri tərəfindən Banka ərizə daxil olduğu anından müqavilə ləğv edilmiş sayılır. Bununla belə müqavilənin ləğv edilməsi “Müştərinin” bu müqavilə üzrə icra edilməmiş öhdəliklərinin xitamına səbəb olmur. ”Müştəri” tərəfindən bütün öhdəlikləri tam yerinə yetirilməmişdirsə, bu Müqavilə həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır;
4.3. Aşağıdakı hallarda Bank müqaviləni birtərəfli qaydada ləğv edə bilər və bu halda Bank Müştəri qarşısında heç bir məsuliyyət daşımır:
• Müştəri tərəfindən 1 (bir) il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda;
• Müştəri “Öz müştərini tanı” anketində doğru olmayan və ya səhv məlumatları qeyd etdikdə;
• Müştəri tərəfindən bank hesabından çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və digər qeyri–leqal məqsədlər üçün istifadə edildikdə və ya edilməsinə dair şübhələr olduqda;
• Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
4.4. Müqavilə ləğv edildikdə «Müştəri»nin hesabı bağlanılır.
4.5. Bu müqavilənin 4.3-cü bəndində göstərilmiş əsaslarla bu müqaviləyə bank tərəfindən birtərəfli qaydada xitam verildikdə, “Bank” bu barədə “Müştəri”yə 1 (iş) günü ərzində elektron və ya kağız daşıyıcıda məlumat verir.
4.6. Hesab bağlandıqda hesabdakı pul vəsaitinin qalığı müştəriyə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi təqvim günü keçənədək başqa hesaba köçürülür.
4.7. Hesabın qalığı müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və müştəriyə bu barədə yazılı məlumat verilir. Həmin hesabda saxlanılan pul vəsaitinin hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Mülki Prosessual Məcəllələsi ilə tənzimlənir.
5. BANK SİRRİ
5.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bank sirrini təşkil edən məlumatların məcburi təqdim edilməsi halları istisna olmaqla, digər bütün hallarda «Müştəri»nin bank hesabı və hesab üzrə apardığı əməliyyatlarının və «Müştəri» haqqında məlumatların qorunmasına «Bank» qarantiya verir.
6. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
6.1. Tərəflər bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrin lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə məsuliyyət daşıyırlar;
6.2. Bank Müştərinin hesabındakı pul vəsaitindən istifadə edilməsinə və/və ya onun hesabda olmasına görə Müştəriyə faiz ödəmir.
6.3. Bank müvafiq normativ qaydalara uyğun tərtib olunmamış ödəniş sənədlərinin icrasına və ya ödəniş sənədlərində düzgün göstərilməyən məlumatlara görə məsuliyyət daşımır;
6.4. Xidmətlərin göstərilməsi “Bank”xxx xxxxx olmayan səbəblərdən mümkün olmadıqda, həmçinin öz
müxbir banklarının və ya digər üçüncü şəxslər tərəfindən xidmətlər lazımi səviyyədə göstərilmədikdə, yəni ödənişin icrasının gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin dondurulması hallarında Bank məsuliyyət daşımır;
6.5. Bank müştərinin “Öz müştərini tanı” anketində qeyd etdiyi məlumatların səhv və ya doğru olmamasına görə heç bir məsuliyyət daşımır. Bu bənd həmçinin həmin Anketdə qeyd edilən məlumatların gələcəkdə səhv və ya doğru olmaması müəyyən edildikdə də tətbiq olunacaqdır.
6.6. Müştərinin verdiyi ödəniş sənədlərinə əsasən aparılmış əməliyyatların onun tərəfindən təqdim edilmiş saxta sənədlər üzrə həyata keçirilmiş aşkar edilərsə, aparılmış əməliyyatların nəticələri üçün Müştəri tam məsuliyyət daşıyacaqdır. Bu halda Bank Müştəri qarşısında heç bir məsuliyyət daşımayacaq;
6.7. Bank qanunda nəzərdə tutulan hallarda hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesablar üzrə əməliyyatların dayandırıldığı hallarda ödəniş sənədlərinin icrasına məsuliyyət daşımır.
7. HESABIN KREDİTLƏŞDİRİLMƏSİ ŞƏRTLƏRİ
7.1. «Müştəri»nin bank hesabında pul vəsaiti olmadıqda «Bank» «Müştəri»yə kredit verməklə (hesabın kreditləşdirilməsi) ödənişləri həyata keçirə bilər, bu zaman kreditdən istifadə qaydaları
«Bank» ilə «Müştəri» arasında bağlanacaq kredit müqaviləsinə əsasən tənzimlənir.
7.2. «Müştəri» «Bank»xxx aldığı kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faizləri
«Bank» ilə «Müştəri» arasında bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən ödəməlidir.
8. FORS-MAJOR HALLAR
8.1. Fors-major (daşqın, uçqun, sel, zəlzələ, yer sürüşməsi, yanğın, müharibə, epidemiya silahlı iğtişaşlar, dövlət orqanlarının müvafiq qərarları, moratorium və digər hallar) hallarında tərəflər müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə bir-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar. Göstərilən səbəblərdən müqavilənin icrası mümkün olmadıqda onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
9. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
9.1. Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir.
9.2. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları,
«Bank»ın daxili qaydaları və qüvvədə xxxx digər normativ-hüquqi aktlar ilə tənzimlənir.
10. ƏLAVƏ ŞƏRTLƏR
10.1. Bu müqavilənin müddəaları Müştərinin Xxxxxx açılan bütün hesablarına şamil edilir və tərəflər arasında həmin hesablarla əlaqədar xxxx münasibətlər bu müqavilənin şərtləri ilə tənzimlənir. Bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən Müştəri ilə bağlanmış əvvəlki müqavilələrin bu müqavilə ilə ziddiyyət təşkil edən müddəaları qüvvədən düşmüş hesab olunur.
10.2. Bu müqavilə Azərbaycan dilində tərtib edilmiş, “Tərəflər” arasında «Bank hesabının açılması və hesab üzrə əməliyyatların aparılması haqqında» Müqaviləsinin şərtlərinin qəbul edilməsi barədə “Müştəri” və “Bank” arasında Razılaşma imzalandığı və möhürü xxxx tərəfin möhürü vurulduğu andan və ya “Tərəflərin” gücləndirilmiş elektron imza/gücləndirilmiş müştəri autentifikasiyası ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
10.3. Tarif dərəcələrinin dəyişdirilməsi halları istisna olmaqla, bu müqaviləyə bütün əlavələr və dəyişikliklər müvafiq sənədin tərtib edilməsi yolu ilə, hər iki tərəfdən imzalandıqdan və möhürü xxxx tərəfin möhürü ilə və ya gücləndirilmiş elektron imza ilə təsdiq edildikdən sonra qüvvəyə minir və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Hər bir bank xidməti üzrə faiz, komissiya və xidmət haqqı Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş qüvvədə xxxx Tarifləri ilə müəyyən edilir (xxxxx://xxx.xxxxxxxxxxx.xx/xx/xxx-xxxx/xxxxx-xx-xxxxxxxxxx/xxxxxxx/). Müştəri bankın təklif etdiyi hər bir xidmət üzrə xidmət haqqı, tarif, limitlər, digər ödənişlərdə, qayda və ya şərtlərdə edilmiş dəyişikliklərin mövcudluğunu hər hansı əməliyyat aparmamışdan əvvəl Bankın müvafiq internet informasiya resurslarında mütəmadi olaraq yoxlamalıdır.
10.4. “Müştəri” bu Müqavilə ilə zərurət olduğu təqdirdə lazımi fərdi məlumatlarının “Fərdi məlumatlar haqqında” AR qanununun tələblərinə müvafiq olaraq “Bank” tərəfindən üçünü şəxslərə ötürülməsinə razı olduğunu bildirir.
10.5. “Tərəflər” təsdiq edirlər ki, müvafiq xidmətin göstərilməsi üçün xxxxx xxxx bütün sənədlər müvafiq Razılaşma ilə birlikdə Banka təqdim edilmişdir.
10.6. Bu Müqavilənin hər hansı bir bəndinin etibarsız hesab edilməsi müqavilənin bütövlükdə etibarsız hesab edilməsinə səbəb olmur.
Müraciətlərə (şikayət, ərizə və təkliflər) baxılması üçün əlaqə:
1) “Premium Bank” ASC, Müraciətlərə Baxılması bölməsi Ünvan: Bakı şəhəri, Nizami 86(142A) tel: (000) 0000000 - dax 9627, fax: (000) 0000000, email poçt ünvanı:
xxxxxxxxx@xxxxxxxxxxx.xx website: xxx.xxxxxxxxxxx.xx, qaynar xətt: 012 931;