İCARƏ MÜQAVİLƏSİ-01
4
İCARƏ MÜQAVİLƏSİ-01
Bakı şəhəri «17» sentyabr 2021-ci il
Bu Müqavilə bir tərəfdən fiziki şəxs ______________________________________ (bundan sonra «İcarəyə verən» adlandırılacaq), digər tərəfdən fiziki şəxs ________________________________________ (bundan sonra «İcarəçi» adlandırılacaq) aşağıdakı şərtlər daxilində bağlanmışdır.
1. Muqavilənin predmeti
1.1. Bu müqavilə üzrə İcərəyə verən ona məxsus aşağıda göstərilən sahəni (bundan sonra "Sahə" adladırılacaq) İcarəçiyə icarəyə verir, Xxxxxxx isə icarə haqqını ödəməyi öhdəsinə götürür.
1.2. Sahənin yerləşdiyi ünvan: ________________________________________
1.3. Sahənin ümumi sahəsi: _____________________________
1.4. Bu Müqavilənin qüvvədə oluduğu müddət ərzində İcarəçi mülahizəsinə görə istənilən vaxt İcarəyə verənin yazılı razılığı ilə öz hesabına fəaliyyəti ilə bağlı Sahədə struktur dəyişiklikləri (o cümlədən rabitə, kompyüter, elektrik və s. sistemlərin, avdanlıqların quraşdırılması ilə bağlı), təmir və yenidənqurma işləri apara bilər.
1.5. İcarəçinin apardığı təmir və yenidən qurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdırımış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda Müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra Xxxxxxx həmin dəyişiklikləri aradan qaldırmağa, İcarəyə verən isə onların dəyərini İcarəçiyə ödəməyi borclu deyil.
1.6. Əgər Müqavilənin müddəti bitdikdən sonra xxxx qaytarılan Sahənin vəziyyəti icarəyə verilməsindən əvvəlki vəziyyətindən (təbii aşınma nəzərə alınmaqla) pisləşdikdə, İcarəçi Sahəyə vurulan ziyanı qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməyə borcludur.
1.7. İcarəçi bu Müqavilə üzrə icarəyə götürdüyü Sahəni subicarəyə, habelə birgə fəaliyyət haqqında müqavilələr və digər əsaslarla fiziki və hüquqi şəxslərə yalnız İcarəyə verənin razılığı ilə verə bilər.
2. Müqavilənin qüvvəyə minməsi və müddəti
2.1. Müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir.
2.2. Müqavilə 17 noyabr 2021-ci il müddətinə bağlanmışdır.
3. Bəyanətlar və təminatlar
3.1. İcarəyə verən aşağıdakıları bəyan edir və aşağıdakılara təminat verir:
3.1.1. İcarəyə verən Sahəyə nəzarət etmək və onun barəsində sərəncam verməkdə müstəsna hüqulara malikdir və bu Müqavilədə razılaşdırılmış şərtlərlə hazırki Müqaviləni bağlamağa İcarəyə verənin tam hüquqi səlahiyyəti və fəaliyyəti qabiliyyəti vardır.
3.1.2. Sahə üzrə İcarəyə verənin mülkiyyət hüquqlarına və bu Müqaviləyə əsasən İcarəçinin Sahədən istifadə etmək hüququna xxxx xxxx və ya onların məhdudlaşdıran hər hansı digər fiziki və hüquqi şəxslərin, yaxud dövlət orqanlarının iddiaları mövcud deyil.
3.1.3. Bu Müqavilənin qüvvədə olduğu müddətdə (istənilən uzadılma müddətləri də daxil olmaqla) İcarəçı heç bir fasilə və ya əngəllər olmadan Sahədən istifadə etmək hüququna malikdir.
3.1.4. İcarəyə verən bu Müqavilənin şərtlərinə müvafiq qaydada Sahəni İcarəyə vermək üçün həm istənilən digər şəxslərdən (tələb olunduqda), həm də müvafiq dövlət orqanlarından (tələb olunduqda) zəruri xxxx bütün icazələri, lisenziyaları və/və ya səlahiyyətləri alır.
3.1.5. İcarəçi Müqavilənin 4-cü bəndində müəyyən olunmuş İcarə haqqından başqa Sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqqlarını və digər kommunal xərcləri ödəyir.
4. İcarə haqqı
4.1. Aylıq icarə haqqı 100 (_bir yüz ) Azərbaycan manatı təşkil edir.
4.2. İcarə haqqı hər aya görə xxxx ayın 5-dən gec olmamaq şərtilə Xxxxxxx tərəfindən İcarəyə verənə ödənilməlidir.
4.3. İcarənin ilk ili ərzində icarə haqqının məbləği dəyişməz olaraq qalır. Növbəti illərdə bütün icarə müddətinə və sonradan uzadıldığı dövr ərzində inflyasiya nəzərə alınaraq İcarə haqqının məbləği qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər.
4.4. Müqavilənin 3.1.5 bəndi ilə İcarəçiyə aid edilən xərclər icarə haqqına daxil deyil və onlar İcarəçi tərəfindən təyinatı üzrə ayrıca ödənilir.
5. Vergilər və digər ödənişlər
5.1. Vergilər və digər ödənişlər Azərbaycan Respublikasının qanunvericilyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.
6 . İcarəyə verənin vəzifələri
6.1. İcarəyə verənin aşağıdakı vəzifələri vardır:
6.1.1. Sahəni İcarəçiyə bu Müqavilədə göstərilmiş tarixdən təhvil vermək;
6.1.2. İcarəçinin bu Müqavilənin şərtləri gözlənilməklə aparılan fəaliyyətinə maneçilik törətməmək.
6.1.3. qanunvericiliklə üzərinə düşən digər vəzifələr.
7. Xxxxxxxxxx vəzifələri
7.1. İcarəçinin aşağıdakı vəzifələri vardır:
7.1.1. Sahədən bu Müqavilənin şərtlərinə uyğun olaraq istifadə etmək;
7.1.2. Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə Sahə ilə bağlı və Müqavilənin 3.1.5 bəndində göstərilən bütün xərcləri vaxtlı-vaxtında ödəmək;
7.1.3. Təbii köhnəlmə nəzərə alınmaqla, Sahə yararlı vəziyyətdə saxlamaq;
7.1.4. Sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər barədə İcarəyə verəni qabaqcadan xəbərdar etmək və onun yazılı razılığını almaq;
7.1.5. Sahəni sanitariya gigeniya, yanğına qarşı təhlükəsizlik normalarına uyğun istifadə etmək;
7.1.6. Həmin normalara İcarəçinin işçiləri və Sahəyə daxil xxxx digər şəxslər tərəfindən riayət edilməsini təmin etmək;
7.1.7. Bu Müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə Sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə İcarəyə verənə təhvil vermək.
8. Tərəflərin məsuliyyəti
8.1. Bu Müqavilənin müddəalarının pozulmasına görə və Müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
9. Fors-Major
9.1. Qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalivasiya, qanunvericilikdə dəyişiliklər və s.) nəticəsində Müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, Tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar o şərtlə ki, həmin hallar Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsunlar.
9.2. Bu halda qarşısıalınmaz qüvvənin yaratdığı halların təsirinin müddəti ərzində Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi təxirə salınır.
9.3. Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməyən Tərəf bu öhdəliklərin yerinə yetirilməsinə ona mane xxxx xxxxxxxx başlanması və qutarması haqqında digər Tərəfi yazılı surətdə xəbərdar etməlidir.
10. Müqavilənin xitamı
10.1. Müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış Tərflərin heç biri Müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda Müqavilə gələn 1 (bir) il müddətinə uzadılmış hesab edilir.
10.2. Müqaviliyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər:
10.2.1. Hər iki Tərəfin razılığı ilə;
10.2.2. Bu müqavilənin tələbləri hər-hansı tərəflə pozulduqda digər Tərəfin tələbi ilə digər Tərəfi xəbərdar etməklə;
10.2.3. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
11. Qeyd şərtlər
11.1. Bu Müqavilənin müddəaları yalnız hər iki tərəfin razılığı ilə dəyişdirilə bilər. Müqavilənin şərtlərinin dəyişdirilməsi bu müqaviləyə əlavə xxxx müqavilə ilə rəsmiləşdirilir və Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Müqaviləyə əlavə bu Müqavilənin ayrılmaz hissəsi hesab edilir.
11.2. Bu Müqavilə üzrə mübahisəli məsələləri Tərəflər danışıqlar yolu ilə həll etməyə öhdəsinə götürürlər. Razılıq əldə edilmədikdə tərəflər məhkəməyə müraciət etmək hüququna malikdirlər.
11.3. Bu Müqavilə eyni hüquqi qüvvəyə xxxxx xxxx iki nüsxədə tərtib olunmuşdur, hər bir tərəfdə bir nüsxə qalır.
12. Tərəflərin hüquqi ünvanı və digər rekvizitləri:
«İcarəyə verən»:
|
«İcarəçi»:
|
|
|
________________ ________________