AZƏRBAYCAN ATLETİKA FEDERASİYASI
AZƏRBAYCAN ATLETİKA FEDERASİYASI
ictimai birliyinin NİZAMNAMƏSİ
1. ÜMUMİ MÜDDƏALAR
1.1 “Azərbaycan Atletika Federasiyası” (bundan sonra “AAF”
adlandırılacaq) atletikanın inkişafı və populyarlaşması ilə məşğul xxxx könüllü idmançıların, məşqçilərin, mütəxəssislərin və idman cəmiyyətlərinin könüllü iştirakı ilə yaradılmış, müstəqil, qeyri- kommersiya təşkilatı xxxx xxx ictimai birlikdir.
1.2 Federasiyanın rəsmi adı:
Azərbaycan dilində: “Azərbaycan Atletika Federasiyası” İngilis dilində “Azerbaijan Athletics Federation”
1.3 AAF, əsas məqsəd kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə etdiyi gəliri öz üzvləri arasında bölməyən qeyri-hökümət təşkilatıdır.
1.4 “Azərbaycan Atletika Federasiyası” ictimai birliyi (bundan sonra “AAF” adlandırılacaq) öz fəaliyyətini Azərbaycan Respublikasının
Konstitusiyasına, Azerbaycan Respublikasının prezidentinin “Bədən tərbiyəsi və İdman” sahəsindəki sərəncamlarına, Milli Olimpiya Komitəsinin, Beynəlxalq Atletika Federasiyalarının Assosiyasiyasının (bundan sonra BAFA), Avropa Atletikasının Assosiyasiyasının (bundan sonra AAA) yarış qaydalarına və digər hüquqi normativ sənədlərinə müvafiq olaraq həyata keçirir.
1.5 AAF, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi andan etibarən hüquqi şəxs statusu daşıyır.
1.6 AAF fəaliyyəti bütün ölkəni əhatə edən və daimi fəaliyyət göstərən bir ictimai birlikdir;
1.7 AAF stadionda keçirilən atletika növlərinin, idman yerişi, şosse, kross, dağ qaçışlarının təbliği və inkişafı istiqamətində fəaliyyət göstərir.
1.8 AAF-a Dövlət təşkilatları, sponsorlar, fiziki və hüquqi şəxslər tərəfindən verilən əmlak və ya pul vəsaiti, həmçinin daxil xxxx üzvlük haqları, AAF-ın reklam fəaliyyəti ilə əlaqədar bağlanılan müqavilələrdən daxil xxxx vəsaitlər AAF-ın mülkiyyətidir.
1.9 AAF ona məxsus xxxx mülkiyyətdən yalnız bu nizamnamə ilə müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsi üçün, Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan formada istifadə edə bilər.
1.10 AAF-ın mülkiyyətində daşınan və daşınmaz əmlak ola bilər ki, bununlada o öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək,
vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh olmaq və qanunla qadağan olunmayan nizamnamə fəaliyyətini həyata keçirmək üçün zəruri mülki hüquqlarla malik olmaq və vəzifələr daşımaq hüququ
vardır.
1.11 AAF-ın qarşıya qoyulmuş məqsədlərə nail olmaq, atletika növlərinin inkişafına yönəlmiş vəsait qazanmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müvafiq təsərrüfat cəmiyyəti yaratmaq, bununla əlaqədar müqavilələr bağlamaq hüququna malikdir.
1.12 AAF müstəqil balansa, emblemə, girdə möhürə, künc ştampına, bayrağa, bank hesabına və digər rekvizitlərə malikdir.
1.13 AAF-ın yerləşdiyi ünvan: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu, Xxxxxxxx xxxxxx 0.
2. AAF-IN MƏQSƏDLƏRİ VƏ VƏZİFƏLƏRİ
2.1 AAF-ın əsas məqsədi atletika idman növünün inkişafına və təbliğinə kömək etməkdən ibarətdir.
2.2 AAF bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirdir:
2.2.1 Atletikanın inkişaf etdirilməsi, kütləviləşdirilməsi, yeniyetmə və gənclərin kütləvi şəkildə atletika növləri ilə məşğul olmağa cəlb etməklə onların fiziki cəhətdən sağlam böyüməsi, Azərbaycan Ordusuna çağırış yaşlı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi;
2.2.2 Ayrı-ayrı hazırlıq qruplarında məşq, yarış, hazırlıq səviyyəsi üzərində nəzarət sistemini yaradır;
2.2.3 İlkin və təlim-məşq qruplarına yeniyetmə və gənclərin cəlb olunması üçün ümumtəhsil və digər təhsil müəssisələri ilə əlaqələri
gücləndirmək, idman yönümlü yeniyetmələrin seçilməsi məqsədi ilə yarış sistemini yaratmaq;
2.2.4 Respublika ərazisində regional və zona yarışlarını təşkil edir və keçirdir;
2.2.5 Müxtəlif yaş qrupları üzrə yığma komandalarının tərkibini müəyyən
edir, onların hazırlıq prosesinə nəzarəti həyata keçirdir, zəruri maliyyə dəstəyi göstərir;
2.3 BAFA, AAA və digər Beynəlxalq Atletika qurumlarının təsis etdiyi, müxtəlif yaş qrupları üçün keçirilən rəsmi yarışlarda Azərbaycan
Respublikasını təmsil etmək üçün yığma komandaları hazırlayır;
2.4 BAFA, AAA, yarış, antidopinq qaydalarına və reqlamentlərinə əməl edir, BAFA Şurasının qəbul etdiyi qərarları yerinə yetirir;
2.5 Atletika növləri ilə məşğul olanlar üçün həvəsləndirici tədbirlər həyata keçirir, onlara cinsi, irqi, xxxx xxxxxx və digər əlamətlərdən asılı olmayaraq eyni fəaliyyət şəraiti yaradır;
3. AAF-IN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
AAF qarşıya qoyulmuş məqsədləri həyata keçirmək üçün öz fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur:
3.1 AAF atletika idmanını təbliğ edir və onun inkişafına şərait yaradır, bu məqsədlə kütləvi yarışlar keçirir, onların birbaşa efirə verilməsini və digər kütləvi informasiya vasitələrində atletikanın təbliğini təşkil edir;
3.2 Məktəblilərin və çağırış yaşlı gənclərin silsilə yarışlarını təşkil edir və keçirir;
3.3 Atletikanı inkişaf etdirən klub, cəmiyyət idman birliklərinin işini əlaqələndirir, bu təşkilatlarda atletika növlərinin inkişafı səviyyəsini müəyyənləşdirmək üçün müxtəlif kubok yarışları təşkil edir;
3.4 Ayrı-ayrı hazırlıq qrupları üzrə yığma komandaların tərkibini müəyyənləşdirilir, bu komandalar ayrı-ayrı növ qruplara üzrə təlim- məşq proqramları hazırlayır, yığma komandaya cəlb edilmiş
idmançıların müstəqil monitorinqini keçirir;
3.5 Atletika üzrə rayon, şəhər, zona, respublika birincilikləri, çempionatları təşkil edir və keçirir;
3.6 Olimpiya oyunları, BAFA və AAA-nın rəsmi yarışlarında Azərbaycanı təmsil etmək üçün komandalar hazırlayır, təlim-məşq toplanışları
keçirir;
3.7 Yığma komanda üzvlərinin reytinq cədvəlini hazırlayır;
3.8 Azərbaycan Respublikası ərazisində atletika növləri üzrə beynəlxalq yarışların keçirilməsi istiqamətində iş aparır;
3.9 Müxtəlif hazırlıq qrupları ilə işləyən məşqçilərin, eləcə də hakimlərin peşə hazırlığını artırmaq üçün onları seminarlara göndərir, seminarlar təşkil edir və keçirir;
3.10 BAFA, AAA-nın qayda və reqlamentlərini öz fəaliyyətində tətbiq edir, onlara əsaslanır;
3.11 Atletikanın inkişafı üçün proqramlar işləyib hazırlayır və həyata keçirir;
3.12 İdman mövsümünün nəticələrinə görə hər il həvəsləndirici müsabiqələr keçirir, qalib və mükafatçıları təltif edir;
3.13 Atletika idmanının inkişafında xidmətləri xxxx şəxslərin mükafatandırılması və fəxri adların verilməsi üçün vəsatət qaldırır;
3.14 Atletika üzrə pullu xidmət göstərən qrumlar təsis edir;
3.15 Müxtəlif idman avadanlıqları və ləvazimatlarının istehsalı sahələrini yaradır;
3.16 Qanunvericiliyə müvafiq olaraq ticarət, iaşə, xarici ticarət, iqtisadi, idman əlaqələri qura, birgə müəssisələr yarada, beynəlxalq idman təşkilatlarına üzv ola, birbaşa əlaqələr yarada, beynəlxalq təşkilatların tədbirlərində iştirak edə bilər;
3.17 Beynəlxalq təşkilatlar, federasiyalarla əlaqələr qurur, əməkdaşlıq edir, BAFA, AAA və digər beynəlxalq qurumların keçirdiyi seminar, müşavirə, təlim-məşq toplanışları və digər tədbirlərdə AAF-ın təmsilçilərinin iştirakını təmin edir;
3.18 Azərbaycan Respublikası ərazisində atletikanı inkişaf etdirən bütün təşkilatların fəaliyyətini koordinasiya edir;
3.19 Uzun illər Azərbaycanı Beynəlxalq aləmdə təmsil edən, Dünya, Avropa çempionatlarında, beynəlxalq turnirlərdə çıxış edən idmançılara müavinət və təqaüdlər təyin edir;
4. ÜZVLÜK
AAF-ın üzvlüyünə qəbul olunma və ondan çıxmanın şərtləri və qaydaları:
4.1 AAF-ın təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilər.
4.2 AAF-ın üzvlüyünə qəbul olunmaq və ya üzvlüyündən çıxma barədə qərar AAF-ın İcraiyyə Komitəsinin iclasında qəbul edilir.
4.3 AAF-ın üzvlüyünə qəbul olunma və üzvlükdən könüllü surətdə çıxmaq istəyən, ərizə və ona əlavə olunmuş sənədlərlə, Federasiyanın prezidentinə müraciət etməlidir. Ərizə katiblik tərəfindən onun təqdim olunma tarixi göstərilməklə AAF-ın ərizə və müraciətlər kitabına daxil edilir və müvafiq hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq daxili struktur bölməsinə (komitə, komissiya) göndərilir.
4.4 AAF-ın üzvlüyünə qəbul olunmaq haqqında ərizə və ona əlavə olunmuş sənədlər:
Hüquqi şəxslər üçün:
- Fəaliyyət göstərən işçilərin siyahısı (klublar, məşqçilər, idmançılar, rəsmi şəxslər)
- Qüvvədə xxxx yarış qaydalarına və BAFA-nın nizamnaməsinə əməl ediləcəyi haqda öhdəlik;
- Təşkilatın rəsmi ünvanı, idarəedici orqanla əlaqə vasitələri haqqında informasiya.
-
Fiziki şəxslər üçün:
- Ərizə
- Yarış fəaliyyəti zamanı qüvvədə xxxx yarış qaydaları və AAF-ın nizamnaməsinə əməl edəcəyi haqqında öhdəlik;
- Əlaqə forması haqqında informasiya.
4.5 Sənədlər üzvlük komitəsinə daxil olduğu gündən 2 (iki) həftə ərzində üzvlük komitəsinin iclasının müzakirəsinə çıxarılır, ərizəçinin işgüzar nüfuzunu, üzvlük haqqını ödəmək qabiliyyətini, işgüzar əlaqələrini, AAF-ın fəaliyyət məqsədlərini həyata keçirməkdə verə biləcəyi töhfəni və digər halları nəzərə alaraq ərizəçinin AAF-ın üzvlüyünə qəbul edilməsinin mümkünlüyü barədə rəy verilir.
4.6 Ərizəçinin AAF-ın üzvlüyünə qəbul olunması İcraiyyə Komitəsinin iclasında mümkün hesab edilmədikdə, ərizə və ona əlavə olunmuş sənədlər, üzvlüyə qəbul olunmaqdan imtina haqqında əsaslandırılmış cavab məktubu ilə ərizəçiyə xxxx qaytarılır. Ərizəçi üzvlüyə qəbul olunmadan imtina haqqında qərardan Ümumi Yığıncağa şikayət verə bilər.
4.7 Nizamnamənin 4.5 bəndi ilə müəyyənləşdirilmiş hal baş verdikdə, ərizəçi ərizə və ona əlavə edilmiş sənədlər ona qaytarıldığı gündən etibarən ən azı 1 (bir) ay sonra yenidən ümumi qaydada AAF-ın üzvlüyünə qəbul olunmaq üçün müraciət edə bilər.
4.8 AAF-ın üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
- Üzvlükdən çıxma haqqında ərizə daxil olduqda (ərizə verilən vaxta üzvlük haqqı ilə bağlı borcu olmadığı təqdirdə);
- Üzv xxxx hüquqi şəxs ləğv edildikdə;
- Üzv xxxx fiziki şəxs vəfat etdikdə;
- Üzvlükdən çıxarılma haqqında İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edildikdə.
4.9 AAF-ın üzvlüyündən çıxarılmanın əsasları aşağıdakılardır:
- Üzv AAF-ın Nizamnaməsinə riayət etmədikdə;
- Üzv, üzvlük haqqını AAF-ın İcraiyyə Komitəsinin qərarı ilə müəyyənləşdirilən müddətdə və qaydada ödəmədikdə;
- Üzv AAF-ın mənafelərinə xələl gətirən hərəkətlərə yol verdikdə.
4.10 AAF-ın üzvlüyündən çıxarılma haqqında qərar İcraiyyə Komitəsinin iclasında qəbul edilir və həmin qərardan birliyin ali orqanına və məhkəməyə şikayət verilə bilər.
5. AAF-IN HÜQUQ VƏ VƏZİFƏLƏRİ AAF aşağıdakı vəzifələri yerinə yetirməlidir:
5.1 Atletika idmanının inkişafına yönəlmiş, nizamnamədə göstərilmiş məqsədləri həyata keçirir;
5.2 BAFA və AAA-nın bütün yarış qaydaları və reqlamentinə əməl edir;
5.3 BAFA-nın Konqresi və Şurasının qərarlarını tanıyır və yerinə yetirir;
5.4 BAFA-nın Nizamnaməsi, yarış qaydaları və reqlamentinə müvafiq zəruri xxxx müddəaları öz nizamnaməsinə daxil edir;
5.5 Atletika üzrə Beynəlxalq yarışlarda (Ümumdünya atletika seriyaları da daxil olmaqla) və müvafiq Qitə yarışlarında iştirak edir;
5.6 Hazırda qüvvədə xxxx Nizamnaməsinin ingilis dilində nüsxəsini BAFA- ya təqdim edir;
5.7 Qüvvədə xxxx tələbləri müvafiq tərtib edilmiş illik hesabatı hər il mart ayının 31-nə kimi BAFA və AAA-ya təqdim edir.
6. AAF ÜZVLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
6.1 AAF-ın üzvlərinin hüquqları:
6.1.1. Rəhbər orqanlarına seçə və seçilə bilmək;
6.1.2. AAF-ın fəaliyyətində iştirak edə, rəhbər orqanlarının fəaliyyətinə nəzarət edə bilmək;
6.1.3. AAF-ın maddi vəsaitlərindən, idman texnikasından, simvolikasından və güzəştlərindən istifadə etmək.
6.2 AAF-ın üzvlərinin vəzifələri:
6.2.1. AAF nizamnaməsinə riayət etmək və onun fəaliyyətində fəal iştirak etmək;
6.2.2. Ümumi yığıncağın qərarlarını icra etmək;
6.2.3. Ümumi yığıncağın iclasında iştirak etmək;
6.2.4. AAF-ın icra orqanı tərəfindən müəyyən olunmuş həcmdə və qaydada üzvlük haqlarını ödəmək.
6.3 AAF-ın üzvlərinə təsisçilər, fəxri sədrlər, fəxri üzvlər, üzvlər və ianəçilər aiddir.
6.4 AAF-ın fəxri prezidenti və fəxri üzvləri AAF-ın İcraiyyə Komitəsinin təsdiqi ilə fəxri sədr və üzv statusu verilən hüquqi (və ya fiziki) şəxslərdir.
6.5 AAF-ın üzvlüyünə AAF-ın İcraiyyə Komitəsinin qərarı ilə müəyyənləşdirilən hüquqi və fiziki şəxslər qəbul oluna bilər.
6.6. AAF-ın üzvlüyünə AAF-ın İcraiyyə Komitəsinin qərarı ilə müəyyənləşdirilən, AAF-ın fəaliyyətində iştirak etməklə, öz münasibətlərini onunla təşkilati cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə AAF-ı dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslərdir.
6.7. Fəxri sədr və fəxri üzvlər:
6.7.1. İcraiyyə komitəsi atletika idman növünün inkişafına verdiyi töhfələrinə görə üzvlərinə fəxri prezidentlər, vitse prezidentlər və üzv adını təqdim edə bilər;
7. AAF-IN İDARƏ EDİLMƏSİ AAF-ın idarəedici orqanları aşağıdakılardır:
- Ümumi Yığıncaq;
- İcraiyyə komitəsi;
- İdarə Heyəti
- Nəzarət-təftiş komissiyası;
- Komitə və komissiyalar;
7.1. AAF-ın ali orqanı Ümumi Yığıncaqdır.
7.1.1. Ümumi Yığıncaq növbəti və növbədənkənar ola bilər.
7.1.2. Ümumi Yığıncaq ildə bir dəfədən az olmayaraq müvafiq təqvim ili başa çatdıqdan sonra 3 (üç) aydan gec olmayaraq İcraiyyə Komitəsi tərəfindən çağırılmalıdır.
7.1.3. Ümumi Yığıncağın keçirilmə yeri, tarixi, vaxtı və iclasın gündəliyi barədə məlumatlar iclasın çağırılma tarixindən ən azı 3 (üç) həftə əvvəl təsisçilərə və üzvlərə göndərilən (təqdim olunan) yazılı bildirişdə göstərilir.
7.1.4. Ümumi Yığıncağın nümayəndələrinin sayı AAF-ın İcraiyyə Kamitəsində müəyyənləşdirilir. Özündə atletikanın inkişaf etdirən, BAFA, AAA, AAF-ın nizamnamə, yarış qaydaları və reqlamentini qəbul edən fiziki və hüquqi üzvlərin iştirak kvotası müəyyən olunur.
7.1.5. Növbədənkənar Ümumi Yığıncaq keçirilmə zərurəti yarandıqda, İcraiyyə Komitəsinin üzvlərinin 2/3 hissəsinin tələbi ilə keçirilə bilər.
7.1.6. AAF-ın hüquqi və fiziki üzvləri üçün kvota ilə müəyyən olunmuş nümayəndələrin ½ hissəsi (yarısı) +1 nümayəndə iştirak etdikdə Ümumi Yığıncaq səlahiyyətli sayılır.
7.1.7. Ümumi Yığıncaq üzvlərinin sadə səs çoxluğu ilə seçildiyi nümayəndə Ümumi Yığıncağın keçirilməsinə sədrlik edir.
7.1.8. Ümumi Yığıncaq çağırıldıqda, iclasın yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qararlarını əks etdirən protokol tərtib edilir. Həmin protokol Ümumi Yığıncağın sədri və katibi tərəfindən imzalanır, AAF-ın girdə möhürü ilə təsdiq edir və hər il üzrə uçotu
aparılır. Lazım gəldikdə Ümumi Yığıncağın protokolu bütün üzvlərə paylanılır.
7.1.9. Ümumi Yığıncağın qərarlarının qəbulu Ümumi Yığıncaq iştirakçılarının xüsusi səs çoxluğu, 2/3 hissəsinin səsi ilə qəbul edilir.
7.1.10. Ümumi Yığıncağın səlahiyyətlərinə aşağıdakılar daxildir:
- Nizamnamənin qəbulu və ona dəyişiklər edilməsi;
- əmlakın formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;
- illik hesabatın təsdiq edilməsi;
- başqa təşkilatlarda iştirakın təmin edilməsi;
- AAF-ın yenidən təşkili və ləğv edilməsi;
- idarəetmə orqanlarının seçilməsi, yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
- idarəetmə orqanları tərəfindən qəbul olunmuş qeyri-qanuni və AAF-ın maraqlarına zidd qərarı ləğvvğ etmək və yeni qərar qəbul etmək;
7.2. AAF-ın hesabat-seçki yığıncağı 4 (dörd) ildə bir dəfə keçirilir.
7.3. Ümumi Yığıncağın gündəliyinə daxil edilməyən məsələlər Ümumi Yığıncaqda müzakirə edilə bilməz.
7.4. Zəruri hallarda İcraiyyə Komitəsinin təşəbbüsü ilə Ümumi Yığıncağın gündəliyinə əlavə məsələlər daxil edilə bilər.
8. ÜMUMİ YIĞINCAQDA İŞTİRAK
8.1 AAF-ın hüquqi üzvü xxxx hüquqi və fiziki şəxslər Ümumi Yığıcaqda iştirak edə bilər.
8.2 Bir nümayəndə yalnız bir hüquqi üzvü təmsil edə bilər.
8.3 AAF-ın üzvü xxxx hər bir hüquqi şəxsi təmsil edəcək nümayəndələrin səlahiyyəti həmin hüquqi üzv tərəfindən təsdiq edilməlidir.
8.4 AAF-ın fəxri üzvləri Ümumi Yığıncaqda iştirak edə və çıxış etmək hüququna malikdirlər, xxxxx onların səsvermə hüquqları yoxdur (əgər onlar hər hansı hüquqi və ya fiziki nümayəndələrini təmsil etmirlərsə).
8.5 Ümumi Yığıncaqda seçkilər aşağıdakı ardıcıllıqla keçirilir:
8.5.1 Prezidentin seçkisi;
8.5.2 Üç (3) vitse-prezidentin seçkisi;
8.5.3 Baş Katibin seçkisi
8.5.4 İcraiyyə komitəsi üzvlərinin seçkisi;
8.5.5 Komitə və komissiyaların yaradılması;
8.5.6 Nəzarət-təftiş komissiyasının tərkibi;
8.5.7 Komitə sədrləri və üzvlüyünə namizədlərin siyahısı əvvəlcədən tərtib olunur və Ümumi Yığıncağın iştirakçilarına paylanılır.
9. AAF-IN İCRAİYYƏ KOMİTƏSİ
9.1 AAF -ın fəaliyyətinə xxxx rəhbərlik, Ümumi Yığıncaqda hesabat verən və onun kollegial icra orqanı xxxx İcraiyyə Komitəsi tərəfindən həyata keçirilir.
9.2 İcraiyyə Komitəsinə Prezident rəhbərlik edir.
9.3 İcraiyyə Komitəsinin iclasları AAF-ın maraqları tələb etdikdə Xxxxxxxxx tərəfindən dərhal cağırılır.
9.4 İcraiyyə Komitəsinin iclası üzvlərinin 2/3-si iştirak edildikdə səlahiyyətli sayılır.
9.5 İcraiyyə Komitəsinin iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, Prezidentin səsi qərarın qəbul edilməsi və ya rədd edilməsi üçün həlledici hesab edilir. Səsvermə zamanı bitərəf qalmağa icazə verilmir.
9.6 İcraiyyə Komitəsinin iclası çağırıldıqda, iclasın yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxarışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Həmin
protokol Prezident və İcraiyyə Komitəsinin iclasda iştirak edən bütün üzvləri tərəfindən imzalanır, AAF-ın girdə möhürü ilə təsdiq edilir və hər il üzrə uçotu aparılır.
9.7 İcraiyyə Komitəsi öz fəaliyyəti barədə Ümumi Yığıncağa hesabat verir.
9.8 İcraiyyə Komitəsinin səlahiyyətinə aşağıdakılar aid edilir:
9.8.1. AAF-ın xxxx fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir;
9.8.2. AAF-ın adından bütün növ müqavilələr bağlayır, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), banklarda AAF-ın xxxx və başqa bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarını aparır;
9.8.3. AAF-ın icra orqanlarının strukturunu formalaşdırır, bununla bağlı komitələr, komissiyalar və digər daxili struktur bölmələr yaradır, onların səlahiyyət dairəsini müəyyən edir, əsasnamələrini təsdiq edir və fəaliyyətinə xitam verir;
9.8.4. AAF-ın daxili əmək intizamı qaydalarını, ştat vahidlərini, tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin edir;
9.8.5. AAF-ın əməkdaşlarının vəzifə təlimatını (əmək funksiyasını) hazırlayır və təsdiq edir;
9.8.6. AAF-ın işçilərini işə qəbul edib işdən azad edir. İşçilərə həvəsləndirmə tədbirləri tətbiq edir və onları intizam məsuliyyətinə cəlb edir;
9.8.7. AAF-ın üzvlüyünə qəbul edir;
9.8.8. AAF daxili fəaliyyət məsələləri üzrə qərar qəbul edir və əmrlər (sərəncamlar) verir;
9.8.9. AAF-ın filiallarını yaradır və nümayədəliklərini açır;
9.8.10. Üzvlük haqlarının miqdarını və ödənilməsi şərtlərini və qaydalarını müəyyənləşdirir;
9.8.11. AAF-ın nəzdində yüksək ustalıqlı atletlər hazırlamaq üçün idman klublarını yaradır;
9.8.12. AAF-ın fəaliyyəti ilə bağlı digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirir;
9.9. İcraiyyə Komitəsinin səlahiyyətinə Ümumi Yığıncağın bu Nizamnamə ilə müəyyən edilən müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir.
10.İCARİYYƏ KOMİTƏSİ ÜZVLƏRİ VƏ ONLARIN VƏZİFƏLƏRİ
10.1 İcraiyyə Komitəsinin üzvləri:
- Prezident;
- Üç nəfər vitse-prezident;
- Baş katib;
- Fərdi üzvlər.
10.2 İcraiyyə komitəsinin üzvlərinin səlahiyyət müddəti 4 ildir.
10.3 Prezidentin vəzifələri:
10.3.1 AAF-a rəhbərlik edir;
10.3.2 Vəkalətnamə olmadan AAF adından öz səlahiyyətləri çərçivəsində çıxış edir, onu istər ölkə daxilində, istərsə də xaricdə bütün dövlət orqanlarında, ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə təmsil edir;
10.3.3 Bu Nizamnamə ilə müəyyənləşdirilmiş İcraiyyə Komitəsinin səlahiyyətlərini həyata keçirilməsini bilavasitə təmin edir;
10.3.4 Beynəlxalq görüşlərdə federasiyanın adından çıxış edir və onu təmsil edir;
10.3.5 İcraiyyə komitəsinin iclaslarına sədrlik edir;
10.3.6 Ümumi Yığıncağın və İcraiyyə Komitəsinin qərarlarını icrasını təmin edir;
10.3.7 AAF-ın fəaliyyət proqramını, büdcə və smetanı təsdiq edir;
10.3.8 AAF-ın idarələrinin və daxili struktur bölmələrinin rəhbərlərini təyin edir;
10.3.9 Hər il Ümumi Yığıncaq qarşısında İcraiyyə Komitəsinin fəaliyyəti barədə hesabat verir;
10.3.10 AAF-ın səmərəli idarə olunmasını təşkil edir;
10.3.11 Ştat cədvəlinə və büdcəyə uyğun AAF-a işçilər cəlb edir;
10.3.12 Ümumi Yığıcağın təsdiqi üçün AAF-ın illik və dörd illik iş planını tərtib edir;
10.3.13 AAF bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün digər vəzifələri həyata keçirir.
10.4. Vitse-prezidentin vəzifələri:
10.4.1. Rəhbərlik etdiyi sahə üzrə ona həvalə olunmuş funksiyaları həyata keçirir və öz fəaliyyəti barədə prezidentə hesabat verir;
10.4.2. Prezidentin olmadığı vaxt eləcə də prezidentin tapşırığı ilə prezidentin müəyyən etdiyi vəzifələri icra edir;
10.4.3. Rəhbərlik etdiyi sahə üzrə keçirilən beynəlxalq müsabiqələrdə, yarışmalarda, seminarlarda, simpoziumlarda və s. AAF-ı təmsil edir.
10.5 Baş katibin vəzifələri:
10.5.1. Ümumi Yığıncağın, İdarə Heyətinin və İcraiyyə Komitəsinin iclaslarının keçirilməsini və onların gündəliyini təşkil edir;
10.5.2. Ümumi Yığıncağın və iclasların protokollarını tərtib edir;
10.5.3. Kargüzarlıq işlərini təşkil edir və onları aparır;
10.5.4. AAF-ın protokol işlərini təşkil edir;
10.5.5. AAF-ın üzvlük komitəsinə rəhbərlik edir.
10.6. AAF-ın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti və onun təftişini həyata keçirmək məqsədi ilə üç fiziki və (və ya) hüquqi şəxslərdən ibarət Nəzarət- təftiş Komissiyası yaradılır.
10.7. Nəzarət-təftiş Komissiyasının üzvləri Ümumi Yığıncaqda AAF-ın üzvləri sırasından seçilir.
10.8. Nəzarət-təftiş Komissiyasının üzvü İcraiyyə Komitəsinin üzvü ola bilməz.
10.9. Nəzarət-təftiş Komissiyası AAF-ın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət və illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Bu komissiyasının rəyi olmadan Ümumi Yığıncağın illik balansı təsdiq edilə bilməz.
10.10. Nəzarət-təftiş Komissiyası AAF-ın maliyyə-təsərrüfat fəaliyyətinin təftişini aşağıdakı hallarda həyata keçirir:
10.10.1. Təsərrüfat ili başa çatdıqda;
10.10.2. Ümumi Yığıncağın tələbi ilə;
10.10.3. Nizamnamədə nəzərdə tutulan digər hallarda.
11.AAF-ın İdarə Heyəti
11.1. AAF İdarə Heyətinin tərkibi aşağıdakı kimidir:
a) Prezident
b) Vitse-prezident
c) Baş katib
ç) İcraçı direktor
d) Baş məşqçi
e) Hakimlər Kollegiyasının sədri
11.2 İdarə Heyətinin əsas vəzifəsi öz salahiyyətlərinə uyğun olaraq, Ümumi Yığıncaq və İcraiyyə Komitəsinin qəbul etdiyi bütün qərarların icrası və AAF-ın müxtəlif fəaliyyətlərinin əlaqələndirilməsi üçün məsuliyyət daşıyır.
11.3. İdarə Heyətinin səlahiyyətləri aşağıdakılardır:
a) İcraiyyə Komitəsinin səlahiyyətləri çərçivəsində, onların iclasları arasında qəbul olunan və təxirə salınmaz qərarlarını qəbul etmək. Bu qərarlar dərhal İcraiyyə Komitəsinin digər üzvlərinə məlumat verilməli və komitənin növbəti iclasında təsdiqlənməlidir;
b) Təşkilati Əsasnaməyə və digər qaydalara əlavə və düzəlişlər edə bilər;
c) AAF-ın idarə olunması üçün professional strukturun qurulması və ona nəzarət edilməsi;
d) İşçi qrupları və layihə üzrə komandaları təyin etmək;
e) Ümumi Yığıncaq və digər iclasların hazırlıq və təşkilati məsələləri ilə məşğul olmaq;
f) AAF yarışları və digər fəaliyyətlərə görə kommersiya müqavilələri və digər müqavilələr ilə məşğul olmaq.
12.Seçkilər
12.1 Hər hesabat-seçki Yığıncağı zamanı aşağıdakı vəzifələr üzrə şəxslər seçilir:
a) Prezident
b) 3 (üç) Vitse-prezident
c) Baş Katib
d) 15 (on beş) İcraiyyə Komitəsinin üzvləri
12.1.1 Seçkilərə namizədlərin irəli sürülməsi hər bir üzv tərəfindən edilə bilər və seçkinin keçirildiyi Ümumi Yığıncaqdan ən az 45 gün əvvəl AAF tərəfindən yazılı şəkildə qəbul edilməlidir;
12.1.2. Prezident və vitse prezidentlərin tərkibi ən azı iki kişi və iki qadından ibarət olmalıdır.
12.1.3. 15 (on beş) İcraiyyə Komitəsinin üzvləri arasında hər cinsdən ən azı 3 (üç) nümayəndə təmsil olunmalıdır.
12.2. Aşağıdakı şəxslər seçkilərdə iştirak edə bilməzlər:
a) İki il və daha artıq müddətə müvafiq dövlət qurumları tərəfindən həbs
cəzasına təhkim edilmiş şəxslər; (ittiham olunduğu cəza ilə bağlı bəraət aldıqda bu hal istisna hesab edilir).
b) Şəxs BAFA, AAA və AAF Etika Kodeksinin pozulmasına görə töhmət alıbsa;
c) Şəxsin müvafiq orqan tərəfindən hər hansı bir vaxt dövründə antidopinq
qayda pozuntusu törətdiyi, o cümlədən bu pozuntu üçün hər hansı bir cəza almış şəxslər;
d) Şəxsin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş şərtlər daxilində bu cür vəzifə və ya oxşar mövqe tutması qadağan olunubsa;
e) Şəxs, İcraiyyə Komitəsi, İdarə Heyəti və ya Ümumi Yığıncaq tərəfindən kənarlaşdırılıbsa;
12.3 Növbəti Ümumi Yığıncağın iclası üçün təkliflər
12.3.1 2021-ci il İcraiyyə Komitəsinin seçkiləri üçün aşağıdakıları nəzərdə tutmaq planlaşdırılır:
a) Prezident və Vitse Pezident – hər cinsdən ən azı 2 nəfər
b) 15 İcraiyyə Komitəsi üzvlərinin seçkiləri zamanı – hər cinsdən ən azı 5 nəfər
12.3.2 2025-ci il İcraiyyə Komitəsinin seçkiləri üçün aşağıdakıları nəzərdə tutmaq planlaşdırılır:
a) Prezident və Vitse Pezident – hər cinsdən ən azı 2 nəfər
b) 15 İcraiyyə Komitəsi üzvlərinin seçkiləri zamanı – hər cinsdən ən azı 8 nəfər
13.KOMİTƏLƏR, KOMİSSİYALAR
AAF-ın nəzdində 4 (dörd) il müddətində seçilmiş aşağıdakı komitə, komissiyalar olmalıdır:
13.1. Komitələr:
13.1.1. Texniki komitə (Hakimlər kollegiyası)- yarışların BAFA, AAA yarış qaydaları və reqlamentinə müvafiq keçirilməsinə nəzarət edir. Texniki komitə sədr və 6 (altı) üzvdən ibarətdir.
13.1.2. Qadın komitəsi- Respublikada qadınların atletikaya cəlb olunması, atletikanın qadınlar arasında təbliğı işini həyata keçirir. Sədr və 4 (dörd) üzvdən ibarətdir.
13.1.3. Məşqçilər komitəsi – Yığma komanda üzvlərinin yerli və beynəlxalq yarışlara hazırlıq prosesinə nəzarət edir. Sədr və 6 (altı) üzvdən ibarətdir.
13.2. Komissiyalar:
13.2.1. Antidoping komissiyası- Ümumdünya Antidopinq Agentliyi, BAFA və Atletika Dürüstlük Birliyinin (Athletics İntegrity Unit) qaydalarına riayət olunması məsələləri ilə məşğul olur. Sədr və 2 (iki) üzvdən ibarətdir.
13.2.2. Kross qaçışı komissiyası -kross və dağ qaçışının təbliği və inkişafı prespektivlərini, yarışlar sistemini işləyib hazırlayır. Tərkibi sədr və beş (5) üzvdən ibarət olur.
13.2.3. “Usta idmançılar” komissiyası- veteran idmançıların yarışları, yarışlara ezam olunması, iştirak məsələləri ilə məşğul olur. Tərkibi sədr və 4 (dörd) üzvdən ibarətdir.
13.2.4. İnkişaf komissiyası- Federasiya heyəti, hakim, məşqçi və idmançıların şəxsi inkişafı, maariflənməsi və yeni biliklərin əldə edilməsi məsələləri ilə məşğul olur. Tərkibi sədr və 5 (beş) üzvdən ibarətdir.
13.2.5. Atletlər komissiyası – Əsas məqsədi idmançıların maraqlarını qorumaq və onların şikayət və təkliflərini İcraiyyə Komitəsinə bildirməkdir. Tərkibi sədr və 5 (beş) üzvdən ibarətdir.
13.2.6. Mətbuat komissiyası- Atletikada baş verən yeniliklər barədə birbaşa efirə və kütləvi informasiya vasitələrinə ötürüləcək bütün məlumatlara nəzarət edir. Tərkibi sədr və 1 (bir) üzvdən ibarətdir.
13.2.7. Münaqişələr komissiyası – Bütün ixtilaf yaranmış halların müzakirəsi
zamanı BAFA, AAA qayda və reqlamentləri əsas götürülür. Yarış qaydalarının, idmançı hüquqlarının pozulması, ədalətsizlik hallarının ilkin müzakirəsinin
keçirilməsi və müzakirə sənədlərinin icraiyyə komitəsinə təqdim olunması məsələləri ilə məşğul olur. Tərkibi sədr və 3 (üç) üzvdən ibarətdir.
14.İNTİZAM NƏZARƏTİ
XXX tərəfindən intizama nəzarət qaydaları
14.1 AAF tərəfindən intizam məsuliyyətinə cəlb olunması əsasları:
14.1.1. Azərbaycan Respublikasının dövlət atributlarına hörmətsizlik;
14.1.2. BAFA-nın etika kodeksi qaydalarını pozduqda;
14.1.3. AAF-ın Ümumi Yığıncağının iclaslarının aparılmasına mane olduqda;
14.1.4. AAF-ın Ümumi yığıncağında, yarışlar və s. insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, qanunsuz hərəkətlərə çağırıldıqda;
14.1.5. Hakimlərin, yarış və çempionatların təşkilatçılarına idmançılar və başqa iştirakçılar tərəfindən təzyiq göstərdikdə;
14.1.6. AAF üzvünün yüksək adına xələl gətirən hərəkətlərə yol verdikdə;
14.1.7. AAF-ın Nizamnaməsinə əməl olunmadıqda;
14.1.8. AAF-ın qarşısında hər hansı maliyyə öhdəliklərini yerinə yetirmədikdə;
14.1.9. AAF-ın maraqlarına zidd və mənafelərinə xələl gətirən hərəkətlərə yol verdikdə
14.2. Bu maddələrin yuxarıda sadalanan xətalara görə AAF üzvlərinə, klublara, yığma komandanın üzvlərinə aşağıdakı intizam tədbirləri tətbiq edilə bilər:
- xəbərdarlıq;
- cərimə:
- yarımlardan kənarlaşdırma;
- AAF-ın üzvlüyündən çıxarılma
14.3 Yuxarıda qeyd olunan qanun pozuntusu hallarında ittiham olunan fiziki və hüquqi şəxslərin məsələsi əvvəlcə münaqişə komissiyasında
müzakirə olunur və bu məsələlərin İcariyyə Komitəsində müzakirə olunub- olunmaması zərurəti müəyyənləşdirilir
14.4 Qeyd edilən məsələ İcraiyyə Komitəsinin gündəliyinə çıxarıldığı təqdirdə, həmin şəxs(lər) Baş katib tərəfindən iclas gününə ən az 5 (beş) gün qalmış İcraiyyə Komitəsinin iclasının günü, saatı və yeri barədə xəbərdarlıq edilir.
14.5. İntizam məsuliyyəti məsələsi həll edilərkən İcraiyyə Komitəsinin iclasında iştirak edən üzvlərin 2/3-si razılıq verdikdə, şəxs(lər) intizam məsuliyyətinə cəlb edilir.
14.6. İcraiyyə Komitəsinin bu qərarından əvvəl Ümumi Yığıncağa daha sonra AAF vasitəsilə BAFA-ya (AİU) və məhkəməyə şikayət verilə bilər.
14.7. Münaqişəni AAF-ın Nizamnaməsi ilə həll etmək mümkün olmadığı halda ixtilaf BAFA-nın qayda və reqlamentləri əsasında həll edilir.
15.MALİYYƏ MƏSƏLƏLƏRİ
AAF-ın əmlakının formalaşdırılma maddələri:
15.1. AAF-ın əmlakı onun təsisçilərinin (təsisçisinin) verdiyi puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri xxxx digər hüquqlardan və ianələrdən, dövlət yardımından, qrantlardan və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil xxxx vasitələrdən ibarət ola bilər.
15.2. AAF-ın əmlakı onun əsas fondlarından və dövriyyə vəsaitlərindən, o cümlədən dəyəri AAF-ın müstəqil balansında əks olunan digər vəsaitlərdən ibarətdir.
15.3. AAF-ın əmlakı AAF-ın mülkiyyətidir.
15.4. AAF-ın əmlakının pul və digər şəkildə formalaşdırma mənbələri aşağıdakılardır:
15.4.1. AAF-ın təsisçilərinin və ya üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqqları;
15.4.2. Reklam və xidmətlər göstərilməsindən, daxil olmalar;
15.4.3. Səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;
15.4.4 Qrantlar;
15.4.5. Qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.
15.5 AAF-ın maliyyə fəaliyyəti atletika idmanının inkişafı proqramının, o cümlədən aşağıdakıların həyata keçirilməsinə yönləndirilməlidir;
- Respublika yarışlarının təşkili və keçirilməsi;
- Regionlarda yeniyetmə idmançıların inkişafına dəstək;
- Zona birinciliklərinin təşkili və keçirilməsi;
- İşçilər, hakimlər, məşqçilər və s üçün tədris proqramlarının təşkili;
- Atletika üzrə inkişaf proqramlarının (kurslar, seminarlar, treyninqlar, uşaq atletikası və s.) tərtibi;
-Müxtəlif yarışlarda yığma komandanın üzvlərinin iştirakını təmin etmək
-Atletikanı təbliğ etmək
- AAF-ın ofisinin və ştatın saxlanılması.
15.6. AAF öz fəaliyyətinin nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və formada mühasibat, əməliyyat uçotu, statistik hesabat aparılır, balans tərtib edilir.
15.7. AAF sahibkarlıq fəaliyyəti həyata keçirdikdə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vergiləri ödəyir.
16. MÜNAQİŞƏLİ MƏSƏLƏLƏR
16.1 Beynəlxalq elementli mübahisələr zamanı İsveçrənin Lozanna şəhərində yerləşən Arbitraj mıhkəməsinin qərarı yekun və həlledicidir.
16.2 Bütün daxili münaqişələr tərəflərə keçirilmə tarixi əvvəlcədən xəbər verilməklə münaqişə komissiyasında açıq kollegial və mövcud qaydalara müvafiq həll edilir.
17.AAF-IN YARIŞ FƏALİYYƏTİNİN HÜQUQİ ƏSASLARI
17.1 AAF bütün yarışlarını BAFA və AAA yarış qaydaları reqlamentinə müvafiq təşkil edir və keçirir.
17.2 Yarış fəaliyyətinə qoşulan hər bir idmançı rəsmi müqavilə bağlamaqla onun hüquqlarını müdafiə edən nümayəndəsini müəyyənləşdirir.
17.3 AAF-ın üzvü xxxx bütün atletlər tələb olunan vaxtda və yerdə BAFA (AİU), Azərbaycan Milli Antidopinq Agentliyi (bundan sonra AMADA) və ÜADA qaydalarına müvafiq olaraq dopinq-testdən
keçməyə borcludurlar.
17.4 Ümumdünya Antidoping Agentliyi və AMADA-nın qayda və maddələrinə əsasən yarışlardan kənarlaşdırılmış idmançıya, müvafiq sanksiyalar əsasında cəzalandırmalar tədbiq olunur;
17.5 Antidopinq qaydalarını pozan idmançılar, müvafiq antidopinq qaydalarına əsasən cəzalandırılacaqlar.
17.6 AAF keçirdiyi bütün yarışlarda, hazırlıq dövründə BAFA, ÜADA və AMADAya yarışların gedişində və yarışdan kənar dopinq
yoxlamaları keçirmək səlahiyyəti verir.
17.7 AAF il ərzində keçirilən dopinq-test yoxlamaları və təlim-tədris kursları barədə AİU-ya illik hesabat təqdim edir.
17.8 ÜADA, AMADA və AİU-nun hər hansı bir idmançını yarışdan kənar dopinq-test yoxlamasına götürmək hüququ var.
17.9 AAF-ın rəhbərliyi ilə keçirilən bütün yarışlarda atletlərin iştirak şərti, onların yarışda və ya yarışlara hazırlıq prosesində ÜADA, AMADA və ya başqa səlahiyyətli təşkilatlar tərəfindən keçiriləcək dopinq-testdə iştirak etməyə razılıq vermələrindən ibarətdir.
18.AAF-IN LƏĞV EDİLMƏSİ QAYDALARI
18.1 AAF-ın ləğvi və əmlakının müqəddəratı haqqında qərar Ümumi Yığıncaqda qəbul edilir.
18.2 AAF-ın ləğvinin başqa əsasları və qaydası Azərbaycan
Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyənləşdirilir.
18.3 AAF ləğv edildikdə onun əmlakı Nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
19.DİGƏR ŞƏRTLƏR
19.1 Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
19.2 Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
19.3 AAF-ın maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən həmin ilin dekabr ayının 31-dək, növbəti ildən isə yanvar ayının 1-dən dekabr ayının 31-dək xxxx dövrü əhatə edir.