S A Z İ Ş
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldova Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında
S A Z İ Ş
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Moldova Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bundan sonra "Tərəflər",
Tərəflər arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində dostluq əlaqələrinin və əməkdaşlığın inkişafında marağı nəzərə alaraq,
ikitərəfli əməkdaşlığın iqtisadi və sosial tərəqqinin stimullaşmasına kömək edəcəyini dərk edərək,
əmək və əhalinin sosial müdafiəsi sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinə yönələn bütün birgə səylərin qarşılıqlı dəstəklənməsinə çalışaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı genişləndirəcək və inkişaf etdirəcəklər.
Maddə 2
Milli qanunvericiliklərini və dövlətlərinin iqtisadi imkanlarını nəzərə alaraq Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər:
a) əmək normaları və əhalinin sosial müdafiəsinin hüquqi tənzimlənməsi;
b) insan ehtiyatlarının planlaşdırılması və inkişaf etdirilməsi, o cümlədən müxtəlif əhali qruplarının məşğulluğu, əmək bazarının informasiya sistemləri, əmək bazarının aktiv siyasəti, məşğulluq sahəsində təşəbbüslərin dəstəklənməsi, Tərəflərin dövlətlərinin vətəndaşlarının məşğulluğu proseslərinin tənzimlənməsi;
c) sosial-əmək münasibətləri, onların hüquqi tənzimlənməsi, əməyin təftişi, əmək mübahisələrinin həlli qaydaları;
d) sosial sığorta, yaşa görə pensiyaların, analıq müavinətlərinin, işsizlik, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığortalanma, tibbi sığortanın hüquqi tənzimlənməsi, sosial sığorta fondlarının maliyyələşdirilməsi mexanizmlərinin müəyyən edilməsi.
Maddə 3
Tərəflər əməkdaşlığı aşağıdakı şəkildə həyata keçirəcəklər:
a) əmək və sosial müdafiə sahəsində mövcud münasibətləri tənzimləyən qanunvericilik və normativ sənədlərin mübadiləsi;
b) Tərəflərin ekspertləri arasında məsləhətləşmələr;
c) Tərəflərin dövlətlərinin ərazilərində keçiriləcək seminar, konfrans və digər beynəlxalq tədbirlərdə Tərəflərin ekspertlərinin iştirakı;
d) digər Tərəfin dövlət müəssisələrində təcrübə keçməsinin təşkili;
e) müvafiq dövlət orqanları işçilərinin ixtisasının artırılması;
f) təcrübə mübadiləsi məqsədilə mütəxəssislərin digər Tərəfin dövlətinin ərazisinə səfərləri.
Maddə 4
Bu Sazişin həyata keçirilməsi məqsədilə Tərəflər, zərurət yarandıqda, Tərəflərdən birinin dövlətinin ərazisində müvafiq səviyyədə görüşlərin təşkil olunması barədə razılığa gəlmişlər.
Maddə 5
Bu Sazişin təfsiri və tətbiqi zamanı yaranmış mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir.
Ma d d ə 6
Bu Sazişdə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi hər bir Tərəfin illik büdcəsi çərçivəsində həyata keçiriləcəkdir.
Maddə 7
Tərəflər qarşılıqlı razılaşma əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan ayrıca Protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edə bilərlər.
Maddə 8
Bu Saziş qeyri-müəyyən müddətə bağlanır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Hər bir Tərəf digər Tərəfə müvafiq bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər. Bu Xxxxx belə bildirişin alındığı gündən altı ay sonra qüvvədən düşür.
Bu Saziş Bakı şəhərində 2004-cü il 26 oktyabr tarixində, bütün mətnlər eyni qüvvəyə malik olmaqla, iki əsl nüsxədə Azərbaycan, moldav və rus dillərində imzalanmışdır.
Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandıqda, Tərəflər rus dilindəki mətni əsas götürəcəklər.
Azərbaycan Respublikasi Moldova Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Sosial Müdafiə Nazirliyi
adından adından
(imza) (imza)
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Moldova Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında
S A Z İ Ş
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Moldova Respublikasının Ədliyyə Nazirliyi,
dövlətlər arasında tərəfdaşlıq münasibətlərini dərinləşdirməyi və inkişaf etdirməyi arzu edərək,
cəmiyyətin həyatında ədliyyə orqanlarının rolunun vacibliyini dərk edərək,
hüquqi sahədə, ədliyyə, ədalət mühakiməsinin həyata keçirilməsi, cinayət əməllərinin və digər hüquq pozuntularının qarşısının alınması və onlarla mübarizədə fəaliyyət sahəsində xxxxx və təcrübə mübadiləsinin Razılığa gələn hər iki Tərəfin maraqlarına cavab verdiyini qeyd edərək,
Razılığa gələn Tərəflərin dövlətlərinin beynəlxalq öhdəliklərini, milli qanunvericiliyini nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Razılığa gələn Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı həyata keçirəcək və təcrübə mübadiləsinə kömək edəcəklər:
hüquqi informasiya;
ədliyyə nazirliklərinin və ədliyyə orqanlarının işinin təşkili; ədliyyə işçilərinin ixtisasının artırılması;
qanun layihələrinin işlənib hazırlanmasında və onlara rəy verilməsində qarşılıqlı yardım; hüquqi aktların konsepsiyalarının hazırlanması və onların həyata keçirilməsinin təmin
olunması;
ədliyyə idarələrinin və onlarla bağlı sahələrin informasiyalaşdırılması;
Razılığa gələn Tərəflərin məqsəd və məramlarına cavab verən digər istiqamətlər.
Maddə 2
Razılığa gələn Tərəflər bu Sazişdə təsbit olunmuş əməkdaşlıq niyyətlərinin həyata keçirilməsi məqsədilə ədliyyə sahəsində xxxx və idarəçilik dialoqunun müxtəlif formalarının təmin olunmasına yönəldilmiş əməkdaşlıq proqramları hazırlayacaqlar.
M a d d ə 3
Razılığa gələn Tərəflər zərurət olduqda əməkdaşlıq məsələlərinin həlli, əməkdaşlıq proqramlarının hazırlanması və onların həyata keçirilməsinə yekun vurulması məqsədilə ekspert və işçi qrupları yaradacaqlar.
M a ddə 4
Razılığa gələn Tərəflər hər iki ölkənin ədliyyə orqanları arasında birbaşa əlaqələr və təcrübə mübadiləsi üçün şərait yaradacaqlar.
M addə 5
Razılığa gələn Tərəflər hər iki ölkə üçün maraq kəsb edən məsələlər üzrə məsləhətləşmə, seminar və xxxx konfransların təşkilinə kömək göstərəcəklər.
M a d d ə 6
Razılığa gələn Tərəflər hər iki Tərəf üçün maraq kəsb edən məsələlərin öyrənilməsi ilə bağlı mütəxəssis və nümayəndə heyətlərinin mübadiləsinə kömək göstərəcəklər.
M a dd ə 7
Razılığa gələn Tərəflər əməkdaşlığı həyata keçirərkən hər iki ölkə üçün məqbul xxxx dildən istifadə edəcəklər.
Maddə 8
Bu Saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsində Razılığa gələn Tərəflər onların təşkili və nümayəndə heyətlərini qəbul edən ölkənin ərazisində qalma xərclərini qəbul edən Tərəfin, hər iki başa nəqliyyat xərclərini isə göndərən Tərəfin ödəməsi prinsipinə əsaslanacaqlar.
Maddə 9
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz his-səsi olan ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Qeyd olunan protokollar Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 1 0
Bu Saziş qeyri-müəyyən müddətə bağlanır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfə yazılı bildiriş göndərmək yolu ilə Sazişi ləğv edə bilər. Xxxxx belə bildirişin alındığı gündən altı ay sonra qüvvəsini itirir.
Bakı şəhərində 2004-cü il 26 oktyabr tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, moldav və rus dillərində imzalanmışdır, bütün mətnlər autentikdir.
Bu Sazişin müddəalarının təfsirində fikir aynlığı yarandığı halda Razılığa gələn Tərəflər rus dilində xxxx mətndən istifadə edəcəklər.
Azərbaycan Respublikasının Moldova Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyi
adından adından
(imza) (imza)
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Moldova Respublikası Kənd Təsərrüfatı və Yeyinti Nazirliyi arasında iqtisadi və xxxx-texniki əməkdaşlıq haqqında
S A Z İ Ş
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Moldova Respublikası Kənd Təsərrüfatı və Yeyinti Nazirliyi,
bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında, kənd təsərrüfatı və yeyinti sənayesi sahəsində iqtisadi və xxxx-texniki əlaqələrin inkişaf etdirilmə-si istiqamətində səy göstərərək,
Tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması zərurətini qeyd edərək,
aşağıdakılar barədə razılığa gəlirlər:
M a d də 1
Tərəflər, qarşılıqlı fayda əsasında, öz səlahiyyətləri daxilində, milli qanun-vericiliklərin və iştirakçısı olduqları digər beynəlxalq müqavilələrin çərçivələrində, hər iki ölkənin kənd təsərrüfatı və yeyinti sənayesi sahəsində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və təsərrüfat subyektləri arasında iqtisadi və xxxx-texniki əlaqələrin yaradılmasına kömək edəcəklər.
Maddə 2
Tərəflər aşağıdakı istiqamətlərdə konkret əməkdaşlığı dəstəkləyəcək və inkişaf etdirəcəklər:
1. Bitkiçilik və meyvə-tərəvəzçilik, o cümlədən genetika, seleksiya, fitosanitar karantin və bitkilərin zərərvericilərdən və xəstəliklərdən mühafizə olunması.
2. Heyvandarlıq və quşçuluq, o cümlədən genetika, yetişdirilmə, qidalanma fiziologiyası, damazlıq işi, xəstəliklərdən mühafizə olunma, məhsulun istehsalı və emalı üzrə sənaye üsulları.
3. Kənd təsərrüfatı istehsalının mexanizasiyası və avtomatlaşdırılması, o cümlədən yeni texnikanın və avadanlığın layihələşdirilməsi və sınaqlardan keçirilməsi.
4. Xxxx tədqiqatlar, o cümlədən torpaqların tədqiqatı və istifadəsi, torpaq eroziyasına qarşı mübarizə tədbirləri və sənaye istifadəsi zamanı zədələnmiş torpaqların bərpası.
5. Yeyinti sənayesi, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı, saxlanılması və konservləşdirilməsi, qida yarımfabrikatlarının istehsal texnologiyaları.
6. Məsləhət xidmətləri.
7. Kəndin inkişafı.
8. Tərəflərin maraq göstərdiyi digər əməkdaşlıq istiqamətləri.
M a d d ə 3
Tərəflər arasında iqtisadi və xxxx-texniki əməkdaşlıq Tərəflərin dövlətlərinin qanunvericiliklərinə və beynəlxalq hüquq normalarına uyğun olaraq aşağıdakı formalarda həyata keçiriləcək:
1. Qarşılıqlı maraq doğuran məlumatların, normativ sənədlərin, standartların və məhsul nümunələrinin mübadiləsi.
2. Birgə xxxx araşdırmaların həyata keçirilməsi və onların tətbiq olunması.
3. Bitkiçilikdə, heyvandarlıqda və yeyinti sənayesində müasir texnologiyaların tətbiq olunması.
4. Müasir texnologiyalar əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, marketinq və kənd təsərrüfatı infrastrukturu sahələrinə investisiya qoyuluşu, bu sahədə mövcud birğə müəssisələrin modernləşdirilməsi və yeni birgə müəssisələrin yaradılması.
5. Kənd təsərrüfatı və yeyinti sənayesi sahəsində xxxx və iqtisadi tədbirlər barədə məlumat mübadiləsi (konfranslar, simpoziumlar, seminarlar, yarmarkalar, sərgilər, müsabiqələr və s.).
6. Kadrların hazırlanması üzrə proqramların birgə işlənilməsi və həyata keçirilməsi.
7. Mütəxəssislərin mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlərlə əlaqədar görüşlərin təşkili.
8. Hər iki Tərəfin qüvvədə xxxx qanunvericiliklərinə uyğun olaraq iqtisadi agentlər arasında müqavilələrin bağlanması.
9. Tərəflər arasında razılaşdırılmış digər əməkdaşlıq formaları.
M a d d ə 4
Tərəflər, hər iki Tərəfin nümayəndələrindən ibarət xxxx və aşağıdakı vəzifələri yerinə yetirəcək birgə işçi qrupunu yaradacaqlar:
1. Kənd təsərrüfatı və yeyinti sənayesi sahəsində əməkdaşlıq vəziyyətinin təhlili.
2. Yeni əməkdaşlıq formalarının müəyyən edilməsi.
3. İkitərəfli əməkdaşlıq prosesində qarşıya çıxan mübahisəli məsələlərin həlli.
Birgə işçi qrupu, ildə bir dəfədən az olmayaraq və ya zərurət yarandıqda, növbə ilə Azərbaycan Respublikasında və Moldova Respublikasında görüşlər keçirəcək.
M a d d ə 5
Bu Sazişin yerinə yetirilməsi ilə xxxxx xxxx xərcləri hər Tərəf öz hissəsi daxilində, Tərəflər arasında qarşılıqlı razılaşmalar əsasında ödəyəcək.
M a d d ə 6
Bu Sazişin təfsiri və tətbiqi zamanı yarana biləcək mübahisəli məsələləri Tərəflər danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.
Maddə 7
Bu Saziş Azərbaycan Respublikası və Moldova Respublikasının iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn Tərəflərin hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 8
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə, onun ayrılmaz hissəsi xxxx, müvafiq qaydada rəsmiləşdirilən ayrıca Protokollarla dəyişiklik və əlavələr edilə bilər.
Qeyd olunan Protokollar bu Sazişin 9-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 9
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır. Tərəflərdən heç biri müvafiq müddətin bitməsinə altı ay qalmış Sazişin qüvvəsi ləğv edildiyi barədə digər Tərəfə diplomatik kanallarla yazılı xəbərdarlıq etməzsə, Xxxxxxx qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılacaqdır.
Tərəflər digər barədə razılığa gəlmədikləri təqdirdə, bu Sazişin ləğv edilməsi onun qüvvədə olduğu müddətdə kənd təsərrüfatı və yeyinti sənayesi sahəsində razılaşdırılan proqram və layihələrin həyata keçirilməsinə təsir etməyəcək.
Bakı şəhərində 2004-cü il 26 oktyabr tarixində hər biri Azərbaycan, moldav və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər eyni qüvvəyə malikdir.
Fikir aynlığı yarandığı təqdirdə, bu Sazişin müddəalarının təfsiri məqsədilə rus dilində xxxx mətn istifadə olunacaqdır.