GƏMİ SIĞORTASININ QAYDALARI
GƏMİ SIĞORTASININ QAYDALARI
(DƏNİZ VƏ GÖLDƏ HƏRƏKƏT EDƏN GƏMİ VƏ YA DİGƏR SU NƏQLİYYAT VASİTƏLƏRİ ÜÇÜN)
ÜMUMİ MÜDDƏALAR
Bu qaydalar Azərbaycan Respublikası Mülki Məcəlləsinə və sığorta ilə bağlı müvafiq qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1. SIGORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ VƏ SIĞORTA SİNİFİ
1.1. Bu sığorta qaydaları ilə dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığortalana bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsinin şərtləri daxilində təminat verilir.
1.2. Bu maddədə istifadə olunan «dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri» termini müxtəlif xxx və sərnişin gəmilərini əhatə edir. Ancaq sığortaçı qəbul edərsə, taxta və ya beton, yaxud bunların qarışığından hazırlanmış gəmilər, yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər, xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər , üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri kimi su nəqliyyat vasitələri də «dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri» termininin əhatə dairəsinə daxil edilə bilər.
1.3. Sığorta təminatı, hadisə nəticəsində gəmi və digər dənizə, göl və ya çay nəqliyyat vasitələrinə, yaxud bunlarla əlaqədar digər əmlaklara dəyəcək ziyan və zərərləri, məsuliyyətə görə zərərin ödənilməsini (ayrıca olaraq təminata daxil edilibsə), yaxud bunlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və ya zərərin miqdarı, məsuliyyətə görə zərərin ödənilməsi iiə əlaqədar xərclərin həcm və mahiyyəti, eləcə də təminat verilən və verilməyən hadisələr sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə əsasən müəyyən edilir.
1.4. Bu qaydalar ilə müəyyən olunmuş sığorta növü su nəqliyyatı vasitələrinin sığortası sinfinə aiddir.
2. DƏRƏCƏ (SİNİFLƏNDİRMƏ) SƏNƏDİ
Başqa bir şərt nəzərdə tutulmazsa, sığortalanacaq gəmi və digər su nəqliyyat vasitələri növlərə ayırma (sinifləndirmə) təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmalı və bu sənədlərin etibarlılıq müddəti sığorta müddətindən artıq olmalıdır. Növlərə ayırma təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmayan gəmi və digər su nəqliyyat vasitələrinin sığortalanması üçün, onların mövcud qanunvericilik aktlarının müvafiq müddəaların uyğun olaraq istehsal edilmələri məcburi xarakter daşıyır.
3. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA DƏYƏRİ
3.1. Sığorta məbləği hesablanarkən sığortalanacaq dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinin həmin gündəki real bazar dəyəri əsas götürülür. Real bazar qiyməti dedikdə, sığortalanacaq gəmi və ya su nəqliyyat vasitələrinin eyni və ya təxminən eyni növ, dərəcə, sinifləndirmə, buraxılış ili və vəziyyətdə xxxx digər gəmi və ya su nəqliyyat vasitələsi ilə müqayisədə həmin dövrdəki xxxx bazar qiyməti nəzərdə tutulur.
3.2. Müqavilədə başqa bir şərt nəzərdə tutulmazsa, gəmi və digər dəniz və göldə hərəkət edən su nəqliyyat vasitələrinin sığorta dəyəri, onların, hadisə baş verdiyi andakı dəyərinə bərabərdir. Başqa bir
şərt nəzərdə tutulmazsa, yanacaq, ərzaq ehtiyatı və ləvazimatlar, gəmi işçilərinə ödənilən əmək haqqları və sığorta haqqı bu dəyərə daxil deyildir.
4. ƏMLAKIN DƏYƏRİNDƏN ARTIQ VƏ ƏKSİK XXXX SIĞORTA
sayılır.
Sığorta məbləği sığorta dəyərindən xxx xxx bilməz. Belə xxxx xxxxx artıq xxxx hissə etibarsız
Sığorta məbləğinin sığorta dəyərindən az olduğu hallarda sığorta ödənişi, sığorta məbləği ilə
sığorta dəyəri arasındakı nisbətə uyğun olaraq ödənilir.
5. TƏMİNATIN BAŞLAMASI VƏ SONA ÇATMASI
Sığorta, əgər sığorta şəhadətnaməsində başqa şərt nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsində göstərilən başlanma və sona çatma tarixlərində saat 24.00-da başlayır və saat 24.00- da xxxx xxxxx. Hər iki halda gəmi və digər su nəqliyyat vasitəsinin olduğu ərazinin yerli vaxtı əsas götürülür.
ZƏRƏR VƏ ÖDƏNİŞ
6. SIĞORTA HADİSƏ BAŞ VERƏN ZAMAN TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
6.1. Hadisə baş verən zaman tərəflərin bütün hüquqlarının qorunması şərti ilə, sığortalı, hər cür mühafizə tədbirlərinin görülməsinə və ya görülməsini tələb etməyə, bunları nəzarətə götürməyə və qorumağa, bu işlərə müdaxilə etməyə və yaxud icrasına başlamağa borcludur, sığortaçının isə bütün bunları etmək səlahiyyəti vardır. Sığortaçının bu səlahiyyətdən istifadə etməsi, onun ödəniş öhdəliyini qəbul etməsi xxxx xxxx düşülməməlidir.
6.2. Sığortalı bu sahədə sığortaçı ilə səmərəli əməkdaşlıq etməyə, bu tədbirlərin həyata keçirilməsinə kömək göstərməyə, əldə edilən bütün sənəd və məlumatları sığortaçıya verməyə borcludur.
Bundan başqa, sığortalı zərərin ödənilməsi üçün sığortaçı tərəfindən üçüncü şəxslərə qarşı iddia qaldırması, mülki məsuliyyət sığortasının ödənilməsi hüququndan istifadə edilməsi üçün bütün zəruri tədbirlərin və lazımi əməliyyatların vaxtında həyata keçirilməsi sahəsində sığortaçı ilə qeyri-şərtsiz əməkdaşlıq etməyə borcludur.
6.3. Sığortalı bu bənddə göstərilən vəzifələri yerinə yetirməzsə və bunun nəticəsində zərərin məbləği
artarsa, həmin xxxxx məbləğ sığortaçının verəcəyi ödənişindən çıxılır.
Müqavilədə başqa bir şərt nəzərdə tutulmadıqda, ödəniş azadolma tətbiq edilmədən ödənilir.
Azadolma nəzərdə tutularsa, onun forması, məbləği və tətbiq qaydaları xüsusi şərtlə müəyyən edilir
8. SIĞORTA HADİSƏSİ HAQQINDA MƏLUMAT VERILMƏSI VƏ HADISƏ İLƏ ƏLAQƏDAR TƏLƏB OLUNAN SƏNƏDLƏR
8.1. Sığortalı hadisənin baş verdiyini öyrənən kimi dərhal sığortaçıya məlumat verməyə borcludur.
8.2. Sığorta müqaviləsindən irəli gələn sığorta ödənişinin verilməsi üçün sığortalı hesablanmış zərər ödənişini göstərən zərərin siyahısını və digər aşağıdakı sənədləri təqdim etməlidir:
- Dəniz raportu;
- Qəza ilə əlaqədar göyərtə və gəmi jurnallarının təsdiqli nüsxələri;
- Gəminin dənizə çıxması üçün əlverişli şəraitin olması haqqında sənəd;
- Qəza ilə əlaqədar növlərə ayırma təşkilatının məlumatı;
- Etibarlılrq müddəti başa çatmamış növ (dərəcə) sənədi; növ sənədi olmayan gəmi və digər su nəqliyyatı vasitələri üçün isə, onların 2-ci maddədə göstərilən xüsusiyyətlərə uyğun olması haqqında sənəd;
- Ekspert və/ və ya dispaşa arayışı;
- Gəminin işçi heyəti komplektləşdirildiyi zaman əsgəri təhlükəsizlik sənədi;
- Gəminin işçi heyətinin siyahısı;
- Zərərlə əlaqədar proforma, hesab-faktura, qəbz və digər bu kimi sənədlər.
9. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLDİKDƏ SİĞORTA HAQQININ HESABLANMASI
9.1 Sığorta müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə digər tərəfin 30 (otuz) gün əvvəlcədən sığorta müqaviləsində göstərilmiş ünvana yazılı xəbərdarlıq göndərildikdən sonra xitam verilir.
9.2 Sığorta müqaviləsinə Sğortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi şərtlərini pozması ilə bağlıdırsa o, sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır.
9.3 Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi şərtlərini yerinə yetirməməsi ilə bağlıdırsa, sığotaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
10. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
10.1 Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
10.2 Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
10.3 Müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
10.4 Sığortalının zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
10.5 Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi
10.6 Sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
10.7 Sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
10.8 Baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
DİGƏR MÜDDƏALAR
11. HÜQUQUN VERİLMƏSİ
Sığortaçı, verilmiş ödəniş məbləği həcmində, sığortalının üçüncü şəxslərə qarşı xxxx ödəniş tələbi hüququna sahib olur. Sığortalı, sıgortaçının tələbinə əsasən bu barədə dispaşada, sığorta ödənişi qəbzində və yaxud əlaqədar başqa bir sənəddə müvafiq qeyd etməlidir.
12. XOŞ MƏRAMLILIQ ÖHDƏLİYİ
12.1. Tərəflər sığorta müqaviləsinin imzalandığı və hüquqi qüvvədə olduğu müddət ərzində xoş məramlı və səmimi olmağa borcludurlar.
12.2. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, müqavilənin şərtlərinə təsir edə biləcək və bildikləri bütün məlumatları, sığorta müqaviləsi imzalanmamışdan əvvəl sığorta bildirməyə borcludurlar. Bu şərtə əməl edilməməsi xoş məramlılıq kimi pozulması kimi qəbul olunur. Sığortalı və yaxud sığorta müqaviləsini imzalamaq üçün onun tərəfindən təyin edilən şəxslər, özlərinin fəaliyyətləri əsasında bilməli olduqlan bütün məlumatları bilmiş hesab olunurlar. Müqavilənin imzalanıb imzalanmaması və ya şərtlərin dəqiqləşdirilməsi ediləcək, qərara təsir edən bütün amillər, risqin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıdıqlarına görə müqavilənin əsasını təşkil edən amillərdən hesab edilir və bu hallar sığorta haqqında müvafiq qanunvericilik aktlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir.
13.SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ
Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.Sığorta haqqı (birinci hissə) ən geci sığorta şəhadətnaməsi təqdim olunan vaxt (hissə-hissə ödənilməsi razılaşdırılıbsa, qalan hissəsi isə sığorta şəhadətnaməsində göstərilən vaxt ərzində) nağd olaraq ödənilməlidir.
13.1.Sığortalı, sığorta haqqı borcunu vaxtında ödəmədikdə, sığorta haqqının ödənilməsi təxirə salınmış və ya ödənilmə vaxtları və məbləğləri sığorta şəhadətnaməsində göstərilən hissələrdən hansısa birini vaxtında ödənməmiş olarsa, şərti olaraq cərimələnmiş hesab edilir. Sığortalı sığorta həqqı borcunu cərimələndiyi vaxtdan sonrakı 15 gün ərzində də ödəməsə, sığorta təminatı həmin tarixdən sonrakı 15 gün müddətinə dayandırılır. Sığorta haqqı borcu göstərilən bu müddət ərzində də ödənilməzsə, müqavilə, heç bir xəbərdarlıq edilmədən ləğv olunmuş hesab edilir.
13.2.Bu sığorta şəhadətnaməsi ilə əlaqədar sığorta haqqı məbləğinin xxxx qaytarılması əlavə edilmiş xüsusi şərtlərə uyğun olaraq həyata keçirilir.
14. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
14.1.Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə, sifarişli məktub vasitəsilə bildirilir.
14.2.Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvanına eyni formada çatdırılır.
14.3.Tərəflərə, imza etdirmək şərti ilə, şəxsən təqdim olunan məktublar, yaxud teleqraf, teleks və ya faksla bildirilən xəbərdarlıq və məlumatlar sifarişli məktub səviyyəsində hüquqi qüvvəyə malikdir.
15. KOMMERSİYA VƏ İŞ SİRRLƏRİNİN QORUNMASI
Sığortaçı və ya onun səlahiyyətli nümayəndələri, bu müqavilənin bağlanması ilə əlaqədar sığortalıya aid öyrənəcəkləri bütün kommersiya və iş sirrlərinin gizli saxlanmaması nəticəsində sığortalıya dəyəcək zərərə görə məsuliyyət daşıyırlar.
16. SƏLAHİYYƏTLİ MƏHKƏMƏ
Sığorta müqaviləsi ilə əlaqədar fikir ayrılıqları üzrə irəli sürülən bütün iddialar, sığortalının və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentin yerləşdiyi ərazidə və ya hadisə Azərbaycan su sərhədləri daxilində baş verdiyi təqdirdə hadisənin baş verdiyi ərazidə bu işə səlahiyyəti xxxx yerli məhkəməiər tərəfindən, Azərbaycan Respublikası qanunlarına uyğun olaraq həll edilir.
17. MÜDDƏT
Sığorta müqaviləsi ilə əlaqədar bütün tələblərə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində baxılır.
18. XÜSUSİ ŞƏRTLƏR
Tərəflərin qarşılıqlı razılığına əsasən bu qaydalara ziddiyyət təşkil etməməsi şərti ilə xüsusi şərtlər əlavə qəbul oluna bilər və bu xüsusi şərtlər hüquqi baxımdan qaydalardan üstün hesab edilir.