AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2014- cü il oktyabrın 16-da Düşənbə şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il
№ 1127-IVQ
Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti,
karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması sahəsində əməkdaşlığın əhəmiyyətini dərk edərək,
Tərəflər arasında ticarət əlaqələrinin inkişafı və kommersiya müqavilələrinin həyata keçirildiyi zaman öz ölkələrinin ərazilərini karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasından və yayılmasından qarşılıqlı olaraq qorumaq maraqlarından çıxış edərək,
bitki karantini sahəsində əməkdaşlığı davam etdirmək və genişləndirmək, dövlət karantin tədbirlərinin əlaqələndirilməsini təmin etmək istəyini rəhbər tutaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişdə istifadə edilən terminlər Tərəflərin milli qanunvericiliklərinə riayət etmək məqsədi ilə aşağıdakı mənaları daşıyır:
“zərərli orqanizm” - bitki və bitkiçilik məhsullarına zərərli xxxx bitkilərin, heyvanların və patogen agentlərin istənilən növü, növün dəyişmiş forması və ya biotipi;
“karantin tətbiq edilən zərərli orqanizm” - təhlükəyə məruz qalmış ərazidə hələlik mövcud olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış, rəsmi mübarizə obyektinə çevrilmiş və həmin ərazi üçün potensial iqtisadi əhəmiyyətə malik zərərli orqanizm; “bitkilər” - toxum və genetik material daxil olmaqla, canlı bitkilər və onların hissələri;
“bitkiçilik məhsulları” - emal olunmamış bitki mənşəli material (dən də daxil olmaqla), habelə öz təbiətinə və ya emal üsuluna görə zərərli orqanizmlərin introduksiyası və yayılması təhlükəsini yarada bilən emal olunmuş məhsullar;
“karantin nəzarətində xxxx material” - xüsusilə beynəlxalq yükdaşımalar zamanı zərərli orqanizmlərin məskunlaşmasına və ya yayılmasına şərait yaradan, fitosanitar tədbirlərinin aparılmasını tələb edən istənilən bitki, bitkiçilik məhsulu, saxlanma yeri, qablaşdırma materialı, nəqliyyat vasitəsi, konteyner, torpaq və hər hansı digər orqanizm, obyekt və ya material.
Maddə 2
Bu Sazişin müddəalarının həyata keçirilməsi və əlaqələndirilməsi üçün Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır:
Azərbaycan Respublikası tərəfindən - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti,
Tacikistan Respublikası tərəfindən - Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitki Karantini və Fitosanitariya üzrə Dövlət Müfəttişliyi Xidməti.
Maddə 3
Tərəflər milli qanunvericiliyə uyğun beynəlxalq fitosanitar və ya təkrar ixracat fitosanitar sertifikatları verilən karantin nəzarətində xxxx məhsulların, materialların və obyektlərin qarşılıqlı razılaşdırılmış siyahılarını mübadilə edirlər.
Tərəflər bu Sazişin ayrılmaz hissəsi xxxx karantin tətbiq edilən zərərli orqanizmlərin siyahılarına (əlavə 1 və 2)[1] müvafiq olaraq, qüvvədə olan milli qanunvericiliyə uyğun, öz ölkələrinin ərazilərinə karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının qarşısının alınması üçün bütün lazımi tədbirləri görəcəklər.
Tərəflərin səlahiyyətli orqanları karantin tətbiq edilən zərərli orqanizmlərin siyahılarına gələcəkdə əlavə və ya dəyişikliklər edə bilərlər.
Əlavə və ya dəyişikliklər barədə digər Tərəfin səlahiyyətli orqanları məlu- matlandırılacaq.
Əlavə və ya dəyişikliklər bu barədə məlumatın alındığı andan dərhal sonra qüvvəyə minir.
Maddə 4
Tərəflər bir ölkədən digər ölkəyə göndərilən karantin nəzarətində xxxx materialların idxal, ixrac və tranziti üzrə milli qanunvericilikləri ilə təsdiq edilmiş fitosanitar qaydalarına riayət etməyi öhdələrinə götürürlər.
Maddə 5
Tərəflər bitki karantini sahəsində səmərəli əməkdaşlığı təmin etmək məqsədi ilə qüvvədə olan milli qanunvericiliyə müvafiq olaraq aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər:
- bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə karantin nəzarətində xxxx materialların idxalı, ixracı və tranziti zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək;
- Azərbaycan Respublikasının və Tacikistan Respublikasının ərazilərində bitki karantini tədbirlərini tənzimləyən qayda və əsasnamələrin mübadiləsini həyata keçirmək;
- Tərəflərin dövlətlərinin ərazilərində karantin tətbiq edilən zərərli və digər xüsusi təhlükəli orqanizmlərin qeydə alınması və yayılması barədə məlumat mübadiləsi aparmaq.
Maddə 6
Bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə idxal edilən karantin nəzarətində xxxx materialların hər xxx partiyası ixrac edən ölkənin milli qanunvericiliyində nəzərdə tutulmuş qaydada milli bitki mühafizəsi təşkilatı tərəfindən verilən fitosanitar və ya təkrar ixracat fitosanitar sertifikatı ilə müşayiət edilməlidir. Sertifikat karantin nəzarətində xxxx materialların idxal edən Tərəfin müəyyən olunmuş fitosanitar normalarına cavab verməsini təsdiq etməlidir. Bitki və bitkiçilik məhsullarının idxalı milli qanunvericiliyin müddəalarına müvafiq olaraq verilən idxalçı dövlətin idxal karantin icazəsi ilə tənzimlənir.
Tərəflərin səlahiyyətli orqanları milli və beynəlxalq tələblər ilə müəyyən edilən karantin nəzarətində xxxx materialların ayrı-ayrı partiyalarının idxalı zamanı bu cür materialların fitosanitar vəziyyətinə dair əlavə şərtlər qoymaq (zərərsizləşdirilmə, yeni xxxx, kənar qarışıqların və torpağın olmaması, yuyulma, hermetiklik və s.) hüququnu özlərində saxlayırlar.
Karantin nəzarətində xxxx materialların tranziti Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə və iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
Maddə 7
Fitosanitar karantin nəzarətində xxxx məhsulların, materialların və obyektlərin Tərəflərdən birinin dövlətinin ərazisindən ixracı zamanı qablaşdırma materialı kimi 15 nömrəli Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standarta (İSPM 15) uyğun olaraq xüsusi işləmədən keçmiş ağacdan xxxx qablaşdırma materialları tətbiq ediləcəkdir. Karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcıları ola bilən digər bitkiçilik məhsullarından (quru ot, küləş, püfə, yarpaq) əlavə qablaşdırma materialı kimi, Tərəflərin qabaqcadan razılığı olmadan istifadə edilməyəcəkdir.
Tərəflərdən birinin dövlətinin ərazisindən digər Tərəfin ərazisinə karantin nəzarətində xxxx materialların daşınmasında istifadə olunacaq nəqliyyat vasitələri əsaslı təmizlənməli və zərurət yarandıqda zərərsizləşdirilməlidir.
Maddə 8
Fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildiyi halda, karantin nəzarətində xxxx material ixracatçı ölkəyə xxxx qaytarılmalı və ya zərərsizləşdirilməlidir, əgər zərərsizləşdirmənin nəticələri qənaətbəxş deyilsə, onda yük sahibinin hesabına emal edilməli və ya müvafiq sənədlərin rəsmiləşdirilməsindən sonra məhv olunmalıdır.
Məhsul, material və obyektlər fitosanitar və ya təkrar ixracat fitosanitar sertifikatı ilə müşayiət olunmadıqda xxxx qaytarılmalıdır, onların xxxx qaytarılması mümkün olmadıqda, aparılmış karantin ekspertizaları və laboratoriya analizlərinin nəticələri əsasında zərərsizləşdirilə, emal edilə, dövlət mülkiyyətinə təhvil verilə və ya milli və beynəlxalq fitosanitar normalarına və qanunvericilik qaydalarına riayət edilməklə məhv edilə bilər, hər bir ayrı halda Tərəflərin səlahiyyətli orqanları bu barədə 13 nömrəli Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standartın (İSPM 13) tələblərinə uyğun olaraq məlumatlandırılmalıdır.
Maddə 9
Bu Sazişin həyata keçirilməsi ilə bağlı praktiki məsələlərin həlli üçün Tərəflərin səlahiyyətli orqanları, zərurət olduqda, birgə görüşlər təşkil edirlər.
Maddə 10
Tərəflər, qarşılıqlı razılıq əsasında, bu Sazişə onun ayrılmaz tərkib hissəsi xxxx və ayrıca protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edə bilərlər. Qeyd olunan protokollar bu Sazişin 13-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 11
Bu Sazişin müddəalarının təfsiri və tətbiqi ilə bağlı fikir ayrılıqları Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 12
Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Maddə 13
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallarla sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu müddətin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallarla digər Tərəfə yazılı şəkildə məlumat verməzsə, onun qüvvəsi, avtomatik olaraq, növbəti beşillik müddətlərə uzadılacaqdır.
Düşənbə şəhərində 16 oktyabr 2014-cü il tarixində, hər biri Azərbaycan, tacik və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Tacikistan Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |