Çalışmanın yaş həddinə çatmış müəllimin əmək
Çalışmanın yaş həddinə çatmış müəllimin əmək
müqaviləsinin xitamı və müddətli işə təyin edilmə əmrinin nümunəsi
Bakı şəhəri, _______ nömrəli tam (ümumi) xxxx məktəbi üzrə
Əmr
Hüquqi ünvan: Bakı ş., ___________
№___ ______20 -cı il
Əmək müqaviləsinin ləğvi və
müddətli işə təyin edilmə barədə
§1
_____ _____ məktəbin fizika müəllimi çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən ___-cı il tarixdən ləğv edilsin.
§2
məktəbə ____- cı il tarixdən ____- cı il tarixədək fizika müəllimi vəzifəsinə təyin edilsin.
Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi,
BŞTİ-nin _____tarixli, ____nömrəli razılıq məktubu, ____ ərizəsi , əmək müqaviləsi.
Məktəbin direktoru __________________________
(Xxx, atasının adı, soyadı)
Qeyd:
Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən çalışmanın yaş həddinə çatmış işçi ilə bağlanmış müddətsiz əmək müqaviləsi ləğv edilməlidir, çünki sonradan bağlanan müqavilə müddətlidir. Xxxxx tərəfindən hazırlanmış əmr nümunəsini bəzi düzəlişlərlə daha məqbul hesab edirik.