«Plastik kartdan və elektron xidmətdən istifadəyə dair» MÜQAVİLƏ
«Plastik kartdan və elektron xidmətdən istifadəyə dair» MÜQAVİLƏ
Bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra «Bank» adlandırılacaq) və digər tərəfdən «İstifadəçi», (“İstifadəçi” və “Bank” bundan sonra birlikdə “Tərəflər”, ayrı-ayrılıqda “Tərəf” adlandırılacaqlar) aşağıdakı şərtlər əsasında bu müqaviləni (bundan sonra «Müqavilə» adlanacaq) bağladılar:
1. Müqavilədə istifadə edilən terminlərin anlayışı
ÖDƏNİŞ (Plastik) KARTI-Nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti.
KART HESABI: Kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan xxxx bank hesabı.
KART İSTİFADƏÇİSİ: Kart sahibi və ya kartdan istifadə etmək hüququ xxxx şəxs.
TƏSƏRRÜFAT SUBYEKTİ: Bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı «İstifadəçi» ilə hesablaşmaların aparılması üçün kartları ödəniş vasitəsi kimi qəbul edən şəxs.
POS-TERMİNAL: Kart vasitəsi ilə nağdsız ödənişlərin aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq.
BANKOMAT: Ödənişlərin aparılması, nağd pul vəsaitinin verilməsi və qəbulu, habelə digər bank xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş proqram-texniki kompleks.
KARTIN BLOKLAŞDIRILMASI: Kart vasitəsilə əməliyyatların həyata keçirilməsinin dayandırılması.
ƏLAVƏ KART: Bank tərəfindən verilən, «İstifadəçi»nin “Bank”dakı kart hesabına xxxxx xxxx və ona müəyyən edilmiş xərc limiti daxilində Plastik kartla yanaşı işləmə qabiliyyəti və onunla eyni funksiyalara xxxxx xxxx kart.
SATIŞ SƏNƏDİ (hesab, slip vauçer): Plastik kart vasitəsi ilə satılan mal və göstərilən xidmət əvəzində müəssisə tərəfindən tərtib edilən istifadəçi və yaxud əlavə «İstifadəçi» tərəfindən imzalanan sənəd;
ŞEN ZƏRF: «Bank» tərəfindən «İstifadəçi»yə (və ya onun tərəfindən vəkil edilmiş şəxsə) təqdim edilən və kartla əməliyyatların aparılması zamanı «İstifadəçi»nin tanınmasında istifadə olunan gizli şifrə.
OVERDRAFT- Hesabda xxxx qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi;
LİMİT: Bank tərəfindən kart əməliyyatları üzrə müəyyən edilmiş məhdudiyyətlər.
KART TƏŞKİLATI (Prosessinq mərkəzi): Kart vasitəsi ilə aparılmış əməliyyatlar haqında məlumatların ötürülməsi, toplanması, email və klirinqini həyata keçirən xidmət mərkəzi.
SİLİNMƏ GÜNÜ: Kart vasitəsi ilə aparılmış əməliyyatlar üzrə hesablaşma məlumatlarının prosessinq mərkəzi tərəfindən göndərilmiş fayllar şəklində “Bank”ın proqram təminatına yükləndiyi gün.
TƏMASSIZ ÖDƏNİŞ - daxilində radiotezlikli identifikator quraşdırılmış kartın «İstifadəçi» tərəfindən POS-terminala yaxınlaşdırılması ilə aparılan əməliyyat.
REAL VAXT REJİMİ: Əməliyyatın baş verdiyi an.
ÖDƏMƏ MÜDDƏTİ: Kart vasitəsi ilə hər hansı əməliyyat aparılan gündən borcun son ödəmə tarixinə qədər xxxx müddət.
SON ÖDƏMƏ TARİXİ: Hər təqvim ayının sonuncu iş günü.
“İNTERNET BANKİNG SİSTEMİ - Bank xidmətlərinin İnternet şəbəkəsi vasitəsi ilə İstifadəçilərə təqdim olunan texniki-proqram təminatıdır. Proqrama çıxış istənilən mobil operatorların abonenti xxxx istifadəçilərə verilə bilər.
İDENTİFİKASİYA MƏLUMATLARI – İstifadəçinin hüquqi sənədləri, şəxsiyyəti təsdiq edən sənədin seriya nömrəsi, mobil nömrəsi, elektron poçt ünvanı, bank əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş, İstifadəçinin istifadəsində xxxx fərdi istifadəçi adı (login), parol (password), giriş kodu,təhlükəsizlik şifrəsi, təsdiq SMS şifrəsi, Ödəniş kartının ŞEN-i, qanunvericiliklə nəzərdə tutulmuş elektron imza və İstifadəçini eyniləşdirməyə imkan verən digər bu kimi məlumatlar nəzərdə tutulur. İdentifikasiya məlumatları İstifadəçinin öz əl imzasının analoqu kimi qəbul olunur.
ELEKTRON XİDMƏT - identifikasiya məlumatlarından istifadə etməklə müvafiq əməliyyatların aparılması və/və ya müəyyən məlumatların verilməsi, ərizələrin emalı ilə bağlı internet, elektron poçt, mobil qoşulmalar və ya digər elektron cihaz vasitəsilə məsafədən bankın təklif etdiyi xidmət (hesablar və borclar haqqında məlumat, hesabdan köçürmələr, konvertasiya, digər xidmətlərin qoşulması, bank tərəfindən qanunvericiliklə qadağan olunmayan formada məlumatların, bildirişlərin, xəbərdarlıqların göndərilməsi və sair) nəzərdə tutulur.
ELEKTRON SƏNƏD – informasiya sistemlərində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd.
SİSTEMİN İSTİFADƏÇİSİ VƏ ŞİFRƏSİ - Bank tərəfindən İnternet-Bank sistemindən istifadə etmək və onun eyniləşdirmək üçün verilən istifadəçi adı və onun autentifikasiyası üçün tərtib olunmuş simvollar məcmusudur.
ELEKTRON CİHAZ - kompüter, telefon, mobil telefon, smartfon, ATM (bankomat- kartlarla nağd pulun verilməsi üçün istifadə olunan bank avtomatlarıdır), özünə xidmət (ödəniş) terminalları və bu məqsədlə istifadə edilə bilən istənilən digər elektron cihaz nəzərdə tutulur.
ELEKTRON İMZA - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli xxxx, yalnız imza sahibinə məxsus olmaqla əlaqəli olduğu imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. ASAN İMZA - E-xidmətlərə daxil xxxx və ASAN İmza SİM kartı vasitəsi ilə İstifadəçinin eyniləşdirməsini imkan verən verilənlər.
MOBİL BANKÇILIQ – Müqavilədə müəyyən olunmuş hallarda Asan\elektron imzadan istifadə etməklə İnternet vasitəsilə müqavilədə nəzərdə tutulmuş əməliyyatların aparılmasına və sənədlərin təsdiq edilməsinə imkan yaradan proqramdır. Proqrama çıxış istənilən mobil operatorların abonenti xxxx istifadəçilərə verilir.
2. Müqavilənin predmeti
2.1. Bu müqavilə Bank tərəfindən İstifadəçiyə verilmiş Ödəniş Kartı (bundan sonra -Kart) vasitəsilə qanunvericiliyə zidd olmayan əməliyyatların aparılması və elektron bankçılıqla bağlı xidmətlərin göstərilməsini, “İstifadəçi”nin isə ona göstərilən xidmətlərə görə banka xidmət haqqı ödəməsi öhdəliklərini, habelə bu müqavilədən irəli gələn digər hüquq və vəzifələrini tənzimləyir.
3. Plastik kartın verilməsi və istifadəsi şərtləri
3.1. “Bank” “İstifadəçi”nin ərizəsi və tələb olunan digər sənədlər əsasında bu müqaviləyə, Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına və bankdaxili qaydalara müvafiq olaraq hesab açır və hesab üzrə əməliyyatlar aparır;
3.1.1. “Bank” açılmış kart hesabından istifadə etmək üçün “İstifadəçi”yə Kart verir. Xxxxxx birlikdə “İstifadəçi”yə bağlı zərfdə xxxx XXX-kod təqdim edilir. ŞEN-kod “İstifadəçi”nin imzasının analoqudur və ondan istifadə etməklə Kart üzrə aparılmış əməliyyatlar “İstifadəçi” tərəfindən aparılmış əməliyyatlar kimi qəbul edilir. Kartın və ŞEN-kodun üçüncü şəxslərə verilməsi qadağandır. Kart hesabının açılması və Kartın verilməsi üçün “İstifadəçi” mövcud tariflərə əsasən “Bank”a əvvəlcədən xidmət haqqı ödəyir;
3.1.2. “Bank”, “İstifadəçi”yə verdiyi kartla yanaşı, onun müvafiq yazılı ərizəsi əsasında əlavə kart da verə bilər;
3.1.3. Bonus proqramları üzrə veriləcək əlavə kartların istifadəsi barədə məlumatlar bankdaxili qaydalarda öz əksini tapır.
3.1.4. Kartın\əlavə kartın istifadəsi ilə bağlı meydana gələ biləcək problemlərlə bağlı məsuliyyət “İstifadəçi”nin üzərinə düşür.
3.1.5. Kart “Bank” ın mülkiyyətidir və Kartın istifadə müddəti bitdikdən sonra “İstifadəçi” onu “Bank” a qaytarmalıdır. Kart qaytarılmadığı halda “Bank” tərəfindən birtərəfli qaydada bloklaşdırılır və etibarsız hesab edilir;
3.1.6. “İstifadəçi” Kartın itirilməsi, oğurlanması və ya üzərində təhriflər edilməsi üçün məsuliyyət daşıyır;
3.1.7. Kart itdikdə və ya oğurlandıqda, “Bank”ın (+994 12) 931 qaynar xəttinə, prosessinq mərkəzinin (x000 00) 000-00-00 əlaqə nömrəsinə və ya birbaşa “Bank”a (filiala) yaxınlaşaraq təcili məlumat verilməlidir.“İstifadəçi” mobil və ya internet bankçılığı xidmətləri vasitəsilə də dərhal Kartı bloklaşdıraraq banka məlumat verə bilər. Bu barədə məlumatın “Bank”a daxil olduğu vaxta qədər kartla aparılan bütün əməliyyatlara görə məsuliyyəti “İstifadəçi” daşıyır;
3.1.8. “İstifadəçi” tərəfindən Kartın itirilməsi barədə məlumat “Bank”a daxil olduğu halda “Bank” tərəfindən plastik kart bloklaşdırılır və etibarsız hesab olunur.
3.1.9.“İstifadəçi”, itirilmiş və ya oğurlanmış Kartın sonradan tapılması halında kartdan istifadə etməyəcəyini, həmin Kartı “Bank”a qaytaracağını, bu hallarla bağlı “Bank”ın çəkə biləcəyi bütün zərərləri habelə itirilmiş kartın “Bank” tərəfindən yenilənməsi ilə bağlı bütün xərcləri ödəməyi öhdəsinə götürür;
3.1.10. “İstifadəçi” tərəfindən aparılmış əməliyyatlara görə komisyon haqlar “Bank” tərəfindən qüvvədə xxxx tariflərə uyğun məbləğdə istifadəçinin hesabından akseptsiz qaydada silinir.
3.1.11. “İstifadəçi” tərəfindən kartın PIN kodu 3 (üç) dəfə düzgün yığılmadıqda kart emitent bank tərəfindən bloklaşdırılır. Bu halda Kart istifadəçisi “Bank”la telefon vasitəsi ilə əlaqə saxlayaraq identifikasiya prosesini uğurla keçməklə, və ya öz şəxsiyyətini təsdiq edən sənədlə Banka müraciət etməklə Kartın PIN kodunu bərpa edə bilər.
3.1.12. “İstifadəçi” kartın PIN kodunu unutduğu halda, müvafiq ərizə ilə müraciət edərək, Bankın qüvvədə xxxx daxili tarifləri ilə müəyyən olunan xidmət haqqını ödədikdən sonra onun kartı yenisi ilə əvəz olunur və yeni PIN kod zərfi verilir. Bu zaman “Bank” xxxx xxxxxx etibarlılıq müddətini əvvəlki ilə eyni saxlaya və ya dəyişdirmək hüququna malikdir.
3.1.13. Plastik kartlardan istifadəsi təhlükəli xxxx ölkələrin siyahısı (beynəlxalq kart təşkilatları tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunmadığı ölkələr) “Bank”ın rəsmi internet səhifəsində dərc edilir.
4. Tərəflərin hüquq və vəzifələri
4.1. Bankın hüquqları:
4.1.1. Kart üzrə limitləri müəyyən etmək, habelə limit və tarifləri birtərəfli qaydada dəyişmək;
4.1.2. Hesabda overdraft yarandığı halda, “İstifadəçi”yə xəbərdarlıq göndərməklə əsas və əlavə kartları bloklaşdırmaq;
4.1.3. “İstifadəçi” tərəfindən Kartdan qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, limitlərin aşması, hesabında borcun yaranması və ya “İstifadəçi”nin bu müqavilənin şərtlərinə əməl etməməsi aşkar olunduğu halda, kartı bloklaşdırmaq;
4.1.4. Kartın sonuncu istifadə etmə tarixindən əvvəl qanunazidd məqsədlərlə istifadə edilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi üçün istifadə edilməsi, həmçinin limitinin aşılması və ya “İstifadəçi”nin bu Müqavilə ilə müəyyən edilmiş şərtlərin hər hansı bir müddəasına əməl etməməsi səbəbi ilə kartı bloklaşdırmaq;
4.1.5. “İstifadəçi”nin müflisləşməsi və onun başqa şəxsin qəyyumluğuna, himayəçiliyinə, tabeçiliyinə keçməsi ilə əlaqədar olaraq bu müqaviləni birtərəfli qaydada ləğv etmək və “İstifadəçi”dən kart üzrə borc məbləğini tələb etmək;
4.1.6. “İstifadəçi” tərəfindən Kart vasitəsilə keçirilən əməliyyatlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması habelə terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli olduqda Kartı bloklaşdırmaq, şübhəli əməliyyatların qeyri-qanuniliyi sübut edildikdə isə müqaviləyə birtərəfli qaydada xitam vermək;
4.1.7. “İstifadəçi”nin özü və benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim etmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduqda, habelə “İstifadəçi”nin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatların əldə edilməsi mümkün olmadıqda kartı bloklaşdırmaq və həmin məlumatları tələb etmək, “İstifadəçi” 3 (üç) iş günü ərzində həmin məlumatları banka təqdim etmədiyi halda, habelə“İstifadəçi” tərəfindən təqdim edilən sənədlərdə saxta məlumatlar aşkar edildikdə müqaviləyə birtəfəli qaydada xitam vermək;
4.1.8. İstifadə müddəti başa çatmış Kartın dəyişdirilməsindən imtina etmək,
4.1.9. “İstifadəçi” Kartının dəyişdirilməsi barədə “Banka” müraciət etdikdə, kartının istifadəsinə görə xidmət haqqını və digər xərcləri tutmaq şərtilə Kartı yenisi ilə əvəz etmək. Bu xxxxx Xxxxxx istifadə müddətinin uzadılması və ya xxxx xxxxxx verilməsi zəruriliyini bank həll edir;
4.1.10. “İstifadəçi”nin “Bank”a xxxx və ya yarana biləcək bütün borc məbləğlərini (faiz, komissiya haqqı və s) “İstifadəçi”nin kart hesablarından, habelə “Bank”da olan digər hesablarından (əmanət, xxxx, depozit hesabları və s.) xxxx pul vəsaitlərindən borc öhdəliyi miqdarında akseptsiz qaydada silmək;
4.1.11. “İstifadəçi” “Bank”ın əməkdaşı olduğu və bu müqavilə üzrə öhdəlikləri vaxtında icra etmədiyi təqdirdə əmək haqqı hesabında xxxx vəsaitdən (xxxx, mükafat, əmək haqqına əlavə üzrə digər gəlirlərdən) borc öhdəliyi miqdarında akseptsiz qaydada silmək;
4.1.12. “İstifadəçi”nin ərizəsi əsasında hesabı bağlamaq, “İstifadəçi”nin Kartını (əsas və ya əlavə) xxxx almaq və müvafiq qaydada ləğv etmək;
4.1.13. Kartların hazırlanması, tədavülə buraxılması və ləğv edilməsi ilə bağlı bankdaxili qayda, prosedur və təlimatlara birtərəfli qaydada əlavə və dəyişikliklər etmək;
4.1.14. “İstifadəçi”yə təqdim edilən hesabdan çıxarışlara görə təqdim edildiyi gündən etibarən 10 təqvim günü ərzində “Bank”a yazılı qaydada etiraz edilmirsə, həmin çıxarışlarda göstərilən məlumatları “İstifadəçi” tərəfindən təsdiq olunmuş hesab etmək;
4.1.15. Kart üzrə əsassız silinmələrə və səhv ödənişlərlə bağlı müraciətlərə “İstifadəçi”nin təqdim edilmiş ərizəsi əsasında həmin əməliyyatın tarixindən 35 (otuz beş) təqvim günündən gec olmayaraq baxmaq. Bu cür müraciətlərə baxılması beynəlxalq ödəniş sistemləri tərəfindən təsdiq edilmiş qaydalar əsasında həyata keçirilir;
4.1.16. “İstifadəçi”nin ərizəsi əsasında və ya Kartın istifadə müddəti bitdikdən sonra Kart “İstifadəçi” tərəfindən 5 (beş) iş günü ərzində “Bank”a qaytarılmadığı halda Kartı birtərəfli qaydada bloklaşdırmaq və etibarsız hesab etmək.
4.1.17. Kartın istifadə müddəti başa çatdıqdan sonra hesab üzrə bankın rəsmi internet səhifəsində yerləşdirilən xxxx hesablar üzrə tariflərinə uyğun olaraq xidmət haqları tutulur.
4.1.18. Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş müvafiq səlahiyyətli orqanın qərarları ilə hesab üzrə əməliyyatları dayandırmaq.
4.2. Bankın vəzifələri:
4.2.1. Tariflərin, sığorta depozitinin məbləğinin və kart limitinin dəyişilməsi barədə dəyişikliklərin baş verdiyi tarixdən 3 (üç) təqvim günü əvvəlcədən “İstifadəçi”ni xəbərdar etmək;
4.2.2. “İstifadəçi”nin tələbi ilə hesabdan çıxarışları 2 (iki) iş günü müddətində təqdim etmək;
4.2.3. “İstifadəçi”nin müvafiq ərizəsinə əsasən hesabı bağlamaq, hesabda xxxx qalıq və sığorta depozitini yazılı ərizə daxil olduğu tarixdən 5 (beş) bank günü müddətində “İstifadəçi”yə qaytarmaq;
4.2.4. Kartın itirilməsi və ya oğurlanması, habelə kartın ŞEN-kodunun üçüncü şəxslər tərəfindən qeyri xxxxxx xxxxx əldə edilməsi barədə “İstifadəçi” tərəfindən “Banka” məlumat daxil olduqda, Kartın bloklaşdırılması üçün lazımı tədbirlər görmək.
4.2.5. Müqaviləyə “Bank” tərəfindən birtərəfli qaydada xitam verdikdə Kartın alınması üçün ödənilmiş xidmət haqqını proporsional qaydada hesablayaraq istifadə edilmiş müddət nəzərə alınmaqla “İstifadəçi”yə xxxx qaytarmaq.
4.3. İstifadəçinin hüquqları:
4.3.1. Kart vasitəsilə hesabdan istifadə etmək və qanunazidd olmayan ödəmələri həyata keçirmək;
4.3.2. Bankomatlar və POS-terminallar vasitəsilə hesabdakı vəsaiti nağdlaşdırmaq;
4.3.3. Hesaba nağd pul mədaxil etməklə hesabı möhkəmləndirmək;
4.3.4. Kartın müddəti bitdikdə və ya Kart itirildikdə, onun bərpa edilməsi haqqında yazılı ərizə ilə “Bank”a müraciət etmək;
4.3.5. Üçüncü şəxslərə təqdim etmək üçün “Bank”xxx hesabdan Çıxarış (arayış) almaq;
4.3.6. “Bank” tərəfindən tətbiq olunmuş limitlərin dəyişdirilməsi üçün Ərizə ilə müraciət etmək;
4.3.7. “Bank”ın təqdim etdiyi hesabdan çıxarışlara, borc öhdəlikləri barədə digər sənədlərə 35 (otuz beş) təqvim günü ərzində rəsmi qaydada etiraz etmək;
4.3.8. ŞEN-kodun itirildiyi və ya üçüncü şəxslərin istifadəsinə keçdiyi hallarda “Bank”a məxsus bankomatlar vasitəsi ilə və ya “Bank”a yaxınlaşmaqla ŞEN-kodu dəyişdirmək.
4.4. İstifadəçinin vəzifələri:
4.4.1. “Bank”ın qüvvədə xxxx tariflərinə uyğun olaraq müəyyən edilmiş sığorta depoziti məbləğinin həddinə əməl etmək;
4.4.2. “Bank” tərəfindən “Bank”ın qüvvədə xxxx tariflər əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək və limitdən artıq pul vəsaiti istifadə edərsə, yaranmış overdraft borcunu ödəmək;
4.4.3. Kartın ŞEN-kodu barədə məlumatların üçüncü şəxslər tərəfindən qeyri-xxxxxx xxxxx əldə edilməsi, Kartın itirilməsi, oğurlanması və ya üzərində təhriflər edilməsinə görə məsuliyyət daşıyır;
4.4.4. Kart itirildikdə və ya oğurlandıqda habelə, kart məlumatlarının və habelə kartın ŞEN-kodu barədə məlumatların üçüncü şəxslər tərəfindən qeyri-xxxxxx xxxxx əldə edilməsi hallarında bu müqavilədə nəzərədə tutulmuş qaydada “Bank”a dərhal məlumat vermək;
4.4.5. Yeni Kart verildikdə, bütün çəkilən xərcləri “Bank”ın qüvvədə xxxx tariflərinə uyğun ödəmək;
4.4.6. Hər hansı səbəbdən Kartdan istifadə dayandığı halda, “Bank” tərəfindən göndərilmiş müvafiq xəbərdarlığı aldığı tarixdən sonra 5 (beş) iş günü ərzində Kartı “Bank”a qaytarmaq;
4.4.7. “Bank”ın qüvvədə xxxx tariflərinə uyğun xidmət haqlarını hesabından aksepsiz qaydada silinməsi səlahiyyətlərini “Bank”a vermək;
4.4.8. “Bank”a təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.
4.4.9. Xxxxxx, adı və atasının adı, habelə ünvanı, telefon nömrəsi, şəxsiyyətini təsdiq edən sənəd və s. məlumatlar dəyişdikdə, bu dəyişikliklər edildiyi tarixdən 5 (beş) iş günü ərzində “Bank”a yazılı şəkildə məlumat vermək;
4.4.10. Hesab üzrə çıxarışda aparılmış əməliyyatlar üzrə hesaba səhvən daxil edilən və yaxud hesabdan silinən məbləğlərin müəyyən edilməsi məqsədi ilə çıxarışı aldığı tarixdən 10 (on) təqvim günü ərzində və ya əməliyyatın həyata keçirildiyi tarixdən 35 (otuz beş) təqvim günündən gec olmayaraq iddianı (etiraz ərizəsini) “Bank”a təqdim etmək;
4.4.11.“Bank” tərəfindən kartın fəaliyyətinin dayandırıldığı və kartın dəyişdirilməsindən imtina edildiyi halda, “İstifadəçi” “Bank” qarşısında xxxx xxxx və başqa öhdəliklərini bütövlüklə yerinə yetirənə qədər bu Müqavilənin müddəalarının qüvvədə olduğunu qəbul edir;
5. Kartın verilməsi üçün təminat
5.1. “Bank” Kartın verilməsinə görə uyğun gördüyü hər cür təminatı “İstifadəçi”dən tələb etmək hüququna malikdir;
5.1.2.”İstifadəçi” “Bank”ın müəyyən etdiyi şərt və formalarda təminat verməyə borcludur.
5.1.3. “Bank” mümkün ola bilən ziyanın qarşısını almaq üçün müəyyən etdiyi miqdarda sığorta depozitinin və ya girovun qoyulmasını tələb edə bilər və istədiyi vaxt bu miqdarı dəyişə bilər;
5.1.4. “İstifadəçi”nin hər hansı şəkildə “Bank”a verdiyi təminat Kartdan bu Müqaviləyə uyğun istifadə ilə bağlı yarana biləcək borcların qaytarılmasının icrası üsuludur.
6. Faizlər, komissyon haqları və digər ödənişlər
6.1. “İstifadəçi” Kartdan istifadə ilə bağlı yaranan borcu, həmçinin İstifadəçinin xxxxx, komisyon, xidmət haqlarını və digər ödənişləri ödəməyi öhdəsinə götürür.
6.2. “Bank” əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üçün əlavə komisyon haqqı almaq, eyni zamanda aparılmış bütün əməliyyatlara görə komisyon haqqlarını əməliyyat gününə xxxx tariflərlə deyil, silinmə gününə qüvvədə xxxx tariflərə uyğun məbləğdə “İstifadəçi”nin hesabından akseptsiz qaydada silmək və ya həmin borcun “İstifadəçi” tərəfindən ödənilməsini tələb etmək hüququna malikdir.
6.3. Kart hesabının valyutasından fərqli valyutada ödəniş əməliyyatı aparıldıqda ilkin olaraq beynəlxalq ödəniş sisitemlərinin istinad etdiyi məzənnə əsasında məbləğ bloklaşdırılır, sonra isə hesablaşma gününə xxxx beynəlxalq ödəniş sisitemlərinin müəyyən etdiyi məzənnə ilə prosessinq mərkəzinə hesablaşma məbləği göndərilir. Silinmələr Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə xxxx məzənnəsinə uyğun olaraq “İstifadəçi”nin kart hesabından aparılır.
7. Mal və xidmətlərin alışı, nağd pul xxxx
7.1. “İstifadəçi” Kartı ödəniş vasitəsi kimi qəbul edən müəssisələrdə mal və ya xidmət, Kartın loqotipi xxxx ATM və məntəqələrdən nağd pul almaq hüququna malikdir və bu əməliyyatlarda “Bank”ın müəyyən edəcəyi limitləri aşmamağı öhdəsinə götürür.
7.2. “İstifadəçi” müəssisədə mal və ya xidmət alışı vaxtı, həmçinin müvəkkil məntəqələrdən nağd pul alarkən onlar tərəfindən tərtib edilən satış sənədini imzalayır və sənəd üzərindəki qeydlərə görə etiraz etməyəcəyini öhdəsinə götürür.
7.3. Təmassız ödəniş kartları vasitəsilə əməliyyatların aparılması, müvafiq Qaydalarla müəyyən edilmiş limit çərçivəsində, “İstifadəçi” tərəfindən ödəniş kartının təmassız oxuma xüsusiyyətinə
xxxxx xxxx POS-terminala yaxınlaşdırılması ilə həyata keçirilir. Bu kimi əməliyyatlar üzrə eyniləşdirmə həyata keçirilmədiyindən yarana biləcək neqativ hallar üzrə “Bank” heç bir məsuliyyət daşımır və bu kimi hallarda heç xxx xxxx qaytarma (Chargeback və sair) əməliyyatları aparılmır.
7.4. Müəssisə və məntəqələrin məsul şəxsi İstifadəçidən onun şəxsiyyətini təsdiq edən rəsmi sənəd tələb edə bilər. “İstifadəçi” hesabının vəziyyətini bilmək məqsədilə müəssisədə tərtib edilən satış sənədlərinin surətini özündə saxlamalıdır.
7.5. “Bank”, “İstifadəçi”nin müəssisədən satın aldığı mal və xidmətlərin növü, mahiyyəti, məzmunu, keyfiyyəti və miqdarına görə məsuliyyət daşımır və bu halda araşdırma aparmağa məcbur deyil.
7.6. “İstifadəçi” Kart ilə aparılan əməliyyatların, alınan nağd pul məbləğinin əməliyyat üzrə faylların yüklənməsi tarixdə qüvvədə xxxx xxxx və komisyon haqları ilə birlikdə hesabından silinəcəyini və ya borc kimi qeyd ediləcəyini qəbul edir.
7.7. “İstifadəçi” istirahət günlərində aparılan əməliyyatlarının sonrakı birinci iş gününə müvafiq olaraq hesablanacağını qəbul edir. ATM-lərdən nağd pul xxxx əməliyyatında, nağd ödəmə sənədi tərtib edildiyi üçün “İstifadəçi” “Bank”ın bu əməliyyatlar barədə qeydlərinin qəti dəlil olduğunu qəbul edir.
8. Hesabdan çıxarış
8.1. Kartın ölkədaxilində və ya xaricdə istifadəsi nəticəsində yaranan bütün borc və öhdəliklər haqqında qeydlər hesabdan çıxarışda öz əksini tapır;
8.2. “İstifadəçi”nin müraciəti əsasında hesabda xxxx pul vəsaitlərinin hərəkəti və hesabdakı qalıq haqqında çıxarışlar elektron və ya kağız formasında təqdim edilə bilər. Elektron formada xxxx pul vəsaitlərinin hərəkəti və hesabdakı qalıq haqqında çıxarışlar “İstifadəçi”nin ərizədə qeyd etdiyi elektron poçt ünvanına göndərilir. Kağız formasında xxxx çıxarışlar yalnız “İstifadəçi”nin “Bank”a yaxınlaşaraq təqdim etdiyi yazılı Ərizə forması əsasında verilir. Kağız formasında 2 (iki) aydan daha xxx dövrü əhatə edən çıxarışlara görə “İstifadəçi” tərəfindən tətbiq olunan tariflərə uyğun olaraq xidmət haqqı ödənilir.
8.3. Hesabdan çıxarış borc və ödəmələri əhatə edən mühüm sənədlərdən biri kimi qəbul edilir. Yaranmış borc müəyyən edilmiş qaydada və müddətdə qaytarılmadıqda, “Bank” istifadəçini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər.
9. Borcların ödənilməsi
9.1. “İstifadəçi” yaranmış borcu son ödəmə tarixinə qədər “Bank”a ödəməlidir;
9.2. Nağd pul xxxx əməliyyatına görə hesablanan komisyon haqqı “Bank” tərəfindən nağd pul xxxx tarixindən etibarən tətbiq olunur;
9.3. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi “Bank”ın həmin gün (yəni ödəniş günü) üzrə xxxx valyuta məzənnəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür;
9.4. “İstifadəçi” limitini aşdığı təqdirdə, kartın istifadəsini dayandırmağı, bu Müqaviləyə əsasən xxxx bütün borc və öhdəlikləri təcili yerinə yetirməyi və bununla əlaqədar hesablanacaq cəriməni ödəməyi öhdəsinə götürür.
10. Plastik kartın limiti
10.1.Plastik kartın limiti “Bank” tərəfindən müəyyən edilir. “Bank” plastik kartın limitini birtərəfli şəkildə dəyişdirmək səlahiyyətlərinə malikdir.
10.2. “İstifadəçi” “Bank”ın təyin etdiyi limiti qəbul edəcəyini və bu öhdəliklərdən məlumatının olmamasına istinadən etiraz etməyəcəyini öz öhdəsinə götürür.
10.3. “İstifadəçi” limiti aşdığı hallarda, “Bank” tərəfindən müəyyən edilib tətbiq edilən cərimələri qəbul edir.
11. Xidmət haqqı
11.1. “İstifadəçi” hər bir kart üçün “Bank” tərəfindən müəyyən edilmiş miqdarda xidmət haqqı ödəyir. “İstifadəçi” kartı dəyişdirmək barədə “Bank”a müraciət etdikdə, xidmət haqqı “İstifadəçi”nin hesabından silinir və ya borc kimi yazılır.
11.2. “İstifadəçi” kartların dəyişdirilməsilə bağlı kartı qaytararaq “Bank”a müraciət etmədikdə, “Bank” lazım bildiyi təqdirdə, xidmət haqqını tutaraq onu yeni müddətə uzatmaq hüququna malikdir. Belə xxxx təqdirdə, “İstifadəçi” yarana bilən borcun ödənilməsinə heç bir etiraz etmədən müvafiq məbləği dərhal “Bank”a ödəməlidir.
11.3. Hər bir bank xidməti üzrə faiz, komissiya və xidmət haqqı Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş qüvvədə xxxx Tarifləri ilə müəyyən edilir (xxxxx://xxx.xxxxxxxxxxx.xx/xx/xxx- life/miles-kartlar/tariffs-card-1/; xxxxx://xxx.xxxxxxxxxxx.xx/xx/xxx-xxxx/xxxxxxx-xxxxx/xxxxxxx- card/). İstifadəçi bankın təklif etdiyi hər bir xidmət üzrə xidmət haqqı, tarif, limitlər, digər ödənişlərdə, qayda və ya şərtlərdə edilmiş dəyişikliklərin mövcudluğunu hər hansı əməliyyat aparmamışdan əvvəl Bankın müvafiq internet informasiya resurslarında mütəmadi olaraq yoxlamalıdır.
12. Elektron bank xidməti
12.1. Bu Müqaviləyə görə “Bank” “İstifadəçiyə” (Müştəriyə) elektron bank xidmətlərinin göstərilməsini təmin edir, “İstifadəçi” isə həmin xidmətlərdən razılaşdırılmış şərtlər daxilində istifadə edir.
12.2. Bu müqaviləni təsdiq etməklə İstifadəçi Bankın mövcud və gələcəkdə təklif edəcəyi bütün növ elektron xidmətlərdən istifadə hüququnu əldə edir və elektron xidmətlərdən istifadə qaydaları İstifadəçi ilə Bank arasında ayrıca razılaşdırıla bilər. Əgər İstifadəçi ilə bundan əvvəl bağlanılmış elektron xidmətə dair istənilən müqavilənin şərtləri və müddəaları ilə bu müqavilənin elektron xidmətə dair müddəaları arasında ziddiyyət yaranarsa, bu müqavilənin şərtləri və müddəaları üstün qüvvəyə malikdir.
12.3. Bank bu müqavilə üzrə təklif olunan elektron xidmətlərini “İstifadəçi” tərəfindən verilən identifikasiya məlumatları əsasında təqdim edir. Əgər qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa, Bank “İstifadəçi”dən əlavə informasiyanı sorğu etmək hüququnu özündə saxlayır.
12.4. Elektron cihazlar vasitəsilə imzalanmış elektron bank xidmətlərinə aid istənilən müqavilə çatdırılmış və bağlanılmış “yazılı müqavilə” hesab olunur.
12.5. İstifadəçi razılaşır ki, İstifadəçi tərəfindən identifikasiya və verifikasiya məlumatlarından istifadə etməklə, elektron cihazlarla və/və ya qanunvericiliklə qadağan olunmayan digər üsullarla aparılan istənilən əməliyyatlar, İstifadəçi tərəfindən aparılan əməliyyatlar kimi qəbul olunacaqdır və identikifasiya məlumatları hər hansı mübahisə predmeti qismində çıxış etmir.
12.6. Bank İstifadəçiyə əvvəlcədən heç bir bildiriş vermədən, birtərəfli qaydada elektron bank xidmətləri sahəsində bank xidmətlərinin istənilən hissəsinə əlavələr etmək, istənilən hissəsini çıxartmaq və ya dəyişmək hüququnu özündə saxlayır. Bu hallarda İstifadəçi ilə əvvəlcədən
bağlanmış elektron xidmət müqaviləsinə və bu müqavilə çərçivəsində bağlanmış digər müqavilə münasibətlərinə yeni əlavə olunmuş və ya dəyişdirilmiş qaydalar tətbiq olunacaqdır.
12.7. İstifadəçi qəbul edir ki, identifikasiya məlumatları vasitəsilə ona göndərilən məlumatların üçüncü şəxslərin əlinə keçməsinə görə bütün risklər (real zərər, əldən çıxmış fayda, bütün digər ziyan ) onun üzərinə düşür.
12.8. Elektron bankçılıq xidmətlərinə görə tariflərə, İstifadəçiyə hər hansı bildiriş verilmədən, əlavə və ya dəyişikliklər etmək hüququ Banka məxsusdur.
12.9. İstifadəçi tərəfindən qeyd edilən identifikasiya məlumatları və digər verilənlər İstifadəçinin son verilənləri kimi qəbul edilir və onlar İstifadəçinin Bankla xxxx bütün münasibətlərinə (müqavilələr də daxil olmaqla) aid edilir. Bu məqsədlə əvvəl təqdim edilən identifikasiya məlumatları və digər verilənlər qüvvədən düşmüş hesab olunur.
12.10. Bank tərəfindən bu müqavilə çərçivəsində çatdırılmalı xxxx bütün məlumatlar “İstifadəçinin şəxsi məlumatlarına dair” ərizədə qeyd olunan identifikasiya məlumatları vasitəsi ilə İstifadəçiyə göndəriləcəkdir. Göndərilmiş məlumatlar İstifadəçi tərəfindən qəbul edilmiş sayılır.
Tərəflər arasında Razılaşma:
12.11. İstifadəçi Elektron Bankçılıq sisteminə qoşulmaq üçün Banka sifariş (ərizə) verir. Elektron Bankçılıq sistemində sənədləri təsdiq etmək hüququna yalnız İstifadəçinin Banka təqdim etdiyi sifarişdə (ərizədə) qeyd olunan səlahiyyətli şəxslər malikdir. İstifadəçi bu Müqavilə ilə ona məlum xxxx məlumatları istənilən vasitə ilə üçüncü şəxslərə açıqlamamaq, İstifadəçilərin sistemdə istifadə olunan adlarını, parolları və kodları gizlin saxlamaq və üçüncü şəxslərə verməmək, sistemin təşkili və fəaliyyətinin xüsusiyyətlərini üçüncü şəxslərə açmamaq (Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə və ya tərəflər arasında əlavə sazişlə nəzərdə tutulan hallar istisna olmaqla) öhdəliyini öz üzərinə götürür. İstifadəçiyə məxsus və ya bu Müqavilə üzrə Elektron Bankçılıq xidmətlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan məlumatların üçüncü şəxslər tərəfindən əldə edilməsi, üçüncü şəxslər tərəfindən bu məlumatları istifadə edilərək əməliyyat aparılması üçün İstifadəçi cavabdehdir. Bu hərəkətlərin baş verdiyi zaman məsuliyyəti İstifadəçi daşıyır və bu halda İstifadəçi Banka heç bir tələb irəli sürə bilməz. İstifadəçilərin sistemdə istifadə olunan adlarını, parolları və kodları üçüncü şəxslərə bildirdikləri və ya üçüncü şəxslər tərəfindən bunlar istifadə etdiyi zaman İstifadəçi məsuliyyət daşıyır.
12.12. Müqaviləni imzalayarkən “İstifadəçi” özünəməxsus eyniləşdirmə məlumatlarını (mobil telefon nömrələri, elektron poçt ünvanını və s.) “Bank”a təqdim edir. Həmin məlumatlar “Tərəflər” arasında elektron bankçılıq çərçivəsində aparılacaq əməliyyatlar zamanı “Bank” tərəfindən “İstifadəçi”nin eyniləşdirilməsi və yerinə yetiriləcək əməliyyat risklərinin baş verməməsinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə ediləcək.
12.13. “İstifadəçi” internet bankçılıq vasitəsi ilə hesabları barədə məlumat əldə etmək, onlayn ödəmələri həyata keçirmək, bank hesablarının açılması və bağlanması üçün elektron müraciət etmək, kart sifarişini etmək, dövri ödənişləri etmək, konvertasiya əməliyyatlarını yerinə yetirmək, bank qarantiyası üçün müraciət etmək və digər xidmətlərdən istifadə etmək imkanın əldə etmiş olacaq;
12.14. “Bank” internet və ya mobil bankçılıq bankçılıq vasitəsi ilə əməliyyatların aparılması üçün “İstifadəçi”dən müvafiq elektron imzadan (RYTN “Elektron imza” sertifikatları, “ASAN imza” və qanunvericiliklə müəyyən edilmiş qaydada təkmil sertifikatına malik digər elektron imzalar nəzərdə tutulur) istifadə edilməsini tələb edəcəkdir. Öhdəlik barədə əqdlər yalnız “Asan İmza” ilə imzalanacaqdır.
12.15. Hər hansı əməliyyatın aparılması üçün “İstifadəçi”dən ona verilmiş daimi şifrədən və birdəfəlik şifrədən (ikili autentifikasiya) istifadə etməklə əməliyyatın aparılması tələb olunacaqdır. Birdəfəlik şifrənin və sistemdə aparılan digər əməliyyatların təsdiqinin göndərilməsi üçün “İstifadəçi”nin elektron
bank xidmətinə qoşulması zamanı qeydə alınan mobil nömrəsi istifadə olunur/ya oluna bilər. Həmin mobil nömrənin digər şəxslər tərəfindən istifadəsinə görə “Bank” məsuliyyət daşımır.
12.16. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
12.17. İstifadəçi məxfi verilənlərə, İstifadəçinin qeydiyyat yazıları və kodları da daxil olmaqla, girişin ancaq xüsusi səlahiyyətli şəxslər üçün təmin edilməsini öhdəsinə götürür, İstifadəçinin və İstifadəçinin İstifadəçisinin məxfi verilənlərindən istifadə etməklə əməliyyatların və digər hərəkətlərin yerinə yetirilməsi nəticəsində Banka zərər dəydikdə məsuliyyət daşıyır.
12.18. İstifadəçi ödənişi alanın rekvizitlərinin düzgünlüyünə, ödənişin təyinatının və sistem üzrə Banka göndərilən elektron sənədlərdə göstərilən digər məlumatların Azərbaycan Respublikasının qanunvericiliyinə, Maliyyə Bazarlarına Nəzarət orqanının və Mərkəzi Bankın normativ sənədlərinə müvafiqliyinə nəzarət etməyə borcludur. Göstərilənlərdən sənədin lazımi səviyyədə tərtib olunmaması üçün məsuliyyət İstifadəçinin üzərinə düşür.
12.19. İstifadəçi razılaşır ki, İstifadəçi tərəfindən identifikasiya məlumatlarından istifadə etməklə, elektron cihazlarla və/və ya qanunvericiliklə qadağan olunmayan digər üsullarla aparılan istənilən əməliyyatlar, İstifadəçi tərəfindən aparılan əməliyyatlar kimi qəbul olunacaqdır və identifikasiya məlumatları hər hansı mübahisə predmeti qismində çıxış etmir.
12.20. İstifadəçi razılaşır ki, elektron xidmətin göstərilməsi zamanı avadanlıqlarda, şəbəkədə, əlaqə xətlərində baş verən istənilən nasazlıqlara və İstifadəçinin müvafiq ərizəsi ilə elektron bank xidmətindən istifadə edən şəxslərin əldə etdiyi məlumatların (hesablar, hesablardan qalıq pul vəsaitləri, hesablar üzrə əməliyyatlar və s.) üçüncü şəxslərə yayılmasına görə Bank məsuliyyət daşımır. Bu zaman hər hansı itkilərə görə risk İstifadəçinin üzərinə düşür;
12.21. Tərəflər İstifadəçinin bu müqavilə ilə nəzərdə tutulmuş vasitələr ilə imzalanmış elektron sənədlərin, İstifadəçi tərəfindən imzalanmış, kağız daşıyıcıda xxxx müvafiq sənədlərlə hüquqi baxımdan eyniliyini və hüquqi qüvvəyə malik olduqlarını qəbul edirlər.
12.22. Bank istənilən vaxt öz mülahizəsinə əsasən, İstifadəçini qabaqcadan xəbərdar etmədən və onun razılığı olmadan sistemə dəyişikliklər edə və onun yeniləşdirə bilər;
12.23. “İstifadəçi” aparılan əməliyyatlar üzrə “Bank”ın mövcud tarifləri və şərtləri ilə müəyyən edilən xidmət haqlarını ödəməlidir. Hesablanmış xidmət haqlarını “Bank” “İstifadəçi”nin hesablarında xxxx vəsaitlərdən birtərəfli qaydada tuta bilər. “İstifadəçi” seçilmiş əməliyyatları icra etməklə, mövcud tariflərlə razı olduğunu və xidmət haqlarının onun bank hesabından tutulmasına razı olduğunu ifadə etmiş olur.
12.24. Tərəflər, internet bankçılıq vasitəsi ilə iş xxxxxx xxxxx vaxt şkalası qismində Bakı vaxtını qəbul edirlər. Nəzarət vaxtı – Bankın aparat vasitələrinin sistem saatının vaxtıdır.
Bankın hüquq və vəzifələri:
12.25. “İstifadəçi” bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə xidmətlərin göstərilməsini birtərəfli qaydada dayandırmaq;
12.26. Öz mülahizəsinə uyğun olaraq, “İstifadəçi”ni 1 (bir) gün qabaqcadan yazılı qaydada xəbərdar etmək şərti ilə birtərəfli qaydada Xidmətdən istifadə qaydalarını dəyişmək;
12.27. “İstifadəçi”nin hesabı bloklaşdırıldıqda, ona həbs qoyulduqda və ya AR qanunvericiliyi ilə tələb olunan digər hallarda əməliyyatların icrasını məhdudlaşdırmaq;
12.28. “İstifadəçi”nin hesablarından özünün xidmət haqlarını silmək (akseptsiz qaydada);
12.29. Xxxxxx texniki nasazlıqların və ya elektron sənədlərin istifadə edilməsinə maneçilik törədən halların meydana gəldiyi təqdirdə birtərəfli qaydada 3 (üç) gün müddətinədək sistemin işini dayandırmaq və elektron sənədlərlə mübadiləni təxirə salmaq. Bu xxxxx Xxxxx və İstifadəçiyə bütün sənədlər ümumi qaydada kağız daşıyıcılarda təqdim olunmalıdırlar.
12.30. İstifadəçidən bu Müqavilə üzrə ona məlum xxxx məlumatların üçüncü şəxslərə açıqlanmamasını tələb etmək. İstifadəçi bu tələbə riayət etmədikdə Bank heç bir məsuliyyət daşımır, bu zaman bütün məsuliyyət İstifadəçinin üzərinə düşür.
12.31. İstifadəçinin hesabında vəsait çatışmadıqda, ödəniş tapşırığını aldığı andan 1 (bir) gün ərzində İstifadəçini xəbərdar etməklə, onun hesabı və ya hesabları üzrə əməliyyatları yerinə yetirməmək.
12.32. İnternet bank xidmətin həyata keçirilməsi zamanı istənilən borcun silinməsi ilə əlaqədar səhv əməliyyatlar aparıldıqda, Bank İstifadəçinin razılığını almadan aparılmış əməliyyatların ləğvini həyata keçirə bilər;
12.33. İstifadəçinin fəaliyyətinin Bank üçün zərər gətirə biləcəyini hesab etməyə Xxxxxx kifayət qədər əsasların olduğu təqdirdə, birtərəfli qaydada, İstifadəçiyə bildirmədən, bu Müqaviləyə xitam vermək və İstifadəçiyə sistem üzrə xidmət göstərilməsini dayandırmaq.
12.34. Bank tərəfindən birtərəfli qaydada dərhal, ciddi əsaslar olduqda (çirkli pulların yuyulması, korrupsiya və terrorizmin maliyyələşdirilməsi) və bank hesabı sahibinin bank hesabından digər qeyri-leqal məqsədlər üçün istifadə etməsi sübuta yetirildikdə, bu Müqaviləyə xitam vermək və İstifadəçiyə sistem üzrə xidmət göstərilməsini dayandırmaq.
12.35. Bank İstifadəçiyə əvvəlcədən heç bir bildiriş vermədən, birtərəfli qaydada elektron bank xidmətləri sahəsində bank xidmətlərinin istənilən hissəsinə əlavələr etmək, istənilən hissəsini çıxartmaq və ya dəyişmək hüququnu özündə saxlayır. Bu hallarda İstifadəçi ilə əvvəlcədən bağlanmış elektron bank xidmətləri haqqında müqaviləsinə və bu müqavilə çərçivəsində bağlanmış digər müqavilə münasibətlərinə yeni əlavə olunmuş və ya dəyişdirilmiş qaydalar tətbiq olunacaqdır.
12.36. İstifadəçi özü şəxsən və ya İstifadəçinin adından (müvafiq sənəd olmaqla) çıxış edən və bu Müqavilə üzrə bank əməliyyatlarını aparmağa səlahiyyəti xxxx şəxs hər hansı səbəbdən dəyişdikdə, əvəz edildikdə və ya digər üsulla bank əməliyyatlarının aparılması hüququndan məhrum olduqda bu barədə İstifadəçidən dərhal yazılı məlumat almaq. Banka yazılı məlumat verilmədən İstifadəçi tərəfindən bank əməliyyatlarını aparmaq hüququnu və lazımi məlumatları başqa şəxslərə verdikdə, həmin şəxslər tərəfindən həyata keçirilmiş bank əməliyyatlarının nəticələrinə görə Bank məsuliyyət daşımır və bu halda İstifadəçinin Banka tələb sürmək ixtiyarı yoxdur.
12.37. “İstifadəçi” ilə bağlı məlumatların konfidensiallığını təmin etmək (qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla);
12.38. “İstifadəçi” tərəfindən müəyyən edilmiş formada verilmiş və “İstifadəçi”nin elektron imza vasitələri ilə təsdiq edilmiş elektron tapşırıqları icra etmək;
12.39. İstifadəçi tərəfindən müvafiq sifariş imzalandıqda, bir gün ərzində İstifadəçinin qeydiyyat yazısını sistemdə ondan blokun açılması üçün sifariş daxil olana kimi bloka almaq.
12.40. İstifadəçinin sistemdə qeydiyyata alınması günündən sonra gələn bank günündən başlayaraq, sistemdən istifadə etməsi üçün şərait yaratmaq.
12.41. İstifadəçinin ödəniş tapşırıqları bu Müqavilənin şərtlərinə uyğun olduqda bank əməliyyatlarını həyata keçirmək.
İstifadəçinin (İstifadəçinin) hüquq və vəzifələri:
12.42. İstifadəçinin sistemdə qeydiyyata alınması günündən sonra gələn bank günündən başlayaraq, sistemdən istifadə etmək.
12.43. İstifadəçinin elektron ödəniş tapşırıqları bu Müqavilə ilə uyğun olduqda bank əməliyyatlarının aparılmasını tələb etmək.
12.44. İstifadəçi Banka yazılı şəkildə əlavə ərizə ilə müraciət edərək identifikasiya məlumatlarında dəyişikliklər edə bilər;
12.45. İstifadəçi bu Müqavilə ilə ona məlum xxxx məlumatların istənilən vasitə ilə üçüncü şəxslərə açıqlanmamasını öz üzərinə götürür. İstifadəçiyə məxsus və ya bu Müqavilə üzrə İnternet-Bank xidmətlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan məlumatların üçüncü şəxslər tərəfindən əldə
edilməsi, üçüncü şəxslər tərəfindən bu məlumatları istifadə edilərək əməliyyat aparılması üçün İstifadəçi cavabdehdir. Bu hərəkətlərin baş verdiyi zaman məsuliyyəti İstifadəçi daşıyır və bu halda İstifadəçi Banka heç bir tələb irəli sürə bilməz;
12.46. İstifadəçi aşağıdakı hallardan hər xxxxx xxxx baş verdikdə, dərhal banka yazılı bildiriş təqdim etməli və ya (012) 931 qısa nömrəli qaynar xəttinə məlumat verməlidir:
- bank hesabında xxxx vəsaitdən səlahiyyətsiz olaraq istifadə edildikdə;
- bank hesabı üzrə əməliyyatlarda hər hansı səhv və ya uyğunsuzluq aşkar etdikdə;
- Qeydiyyat zamanı qeydə alınmış mobil nömrəsini və telefonunu itirdikdə;
- autentifikasiya məlumatlarına səlahiyyətsiz giriş üzrə şübhə doğuran halları müəyyən etdikdə;
- E-bankçılıq üzrə texniki nasazlığın mövcudluğu və ya eyniləşdirmə üsullarında səhv baş verdikdə.
12.47. İstifadəçi özü şəxsən və ya İstifadəçinin adından (müvafiq sənəd olmaqla) çıxış edən və bu Müqavilə üzrə bank əməliyyatlarını aparmağa səlahiyyəti xxxx şəxs hər hansı səbəbdən dəyişdikdə, əvəz edildikdə və ya digər üsulla bank əməliyyatlarının aparılması hüququndan məhrum olduqda bu barədə Banka dərhal yazılı məlumat vermək. Banka yazılı məlumat vermədən İstifadəçi tərəfindən bank əməliyyatlarını aparmaq hüququnu və lazımi məlumatları başqa şəxslərə verildikdə, həmin şəxslər tərəfindən həyata keçirilmiş bank əməliyyatlarının nəticələrinə görə Bank məsuliyyət daşımır və bu xxxxx Xxxxx tələb sürmək ixtiyarı yoxdur;
12.48. Sistemdəki elektron sənədləri, Azərbaycan Respublikasının qüvvədə xxxx hüquqi aktlarına və Maliyyə bazarlarına nəzarət orqanının normativ sənədlərinə müvafiq olaraq doldurmaq;
12.49. Bank heç bir halda sms və ya email vasitəsilə identifikasiya məlumatları ilə bağlı sorğu göndərməyəcəkdir. Bu səbəbdən telefon, e-mail və ya başqa bir mənbədən bənzər bir tələb ilə qarşılaşsa, İstifadəçi heç bir məlumat verməməlidir;
12.50. Sistemə sanksiya verilməmiş giriş cəhdinin aşkar edilməsi haqqında dərhal Banka məlumat vermək;
12.51. Sistemə sanksiya verilməmiş girişi mümkün edən vəziyyətlər və ya qeydiyyat məlumatlarının rabitə xətti ilə açıq şəkildə ötürülməsi halı haqqında Bankı dərhal məlumatlandırmaq;
12.52. İstifadəçi sistemin təşkili və fəaliyyətinin xüsusiyyətlərini üçüncü şəxslərə açmamağı öhdəsinə götürür;
12.53. İstifadəçi, ödənişi alanın rekvizitlərinin düzgünlüyünə, ödənişin təyinatının və sistem üzrə Banka göndərilən elektron sənədlərdə göstərilən digər məlumatların Azərbaycan Respublikasının qanunvericiliyinə və Maliyyə Bazarların nəzarət orqanının normativ sənədlərin müvafiqliyinə nəzarət etməyə borcludur. Göstərilən səbəblərdən sənədin lazımi səviyyədə tərtib olunmaması üçün məsuliyyət İstifadəçinin üzərinə düşür;
12.54. İstifadəçi, ödənişin məbləğinin və özünün Bankdakı hesabındakı qalığın müvafiqliyinə nəzarət etmək, Bank tərəfindən, şərtləri ayrıca müqavilə ilə razılaşdırılmış overdraftın təqdim edilməsi halları istisna olunmaqla, ödənişləri ancaq bu qalığın hüdudlarında həyata keçirmək;
12.55. Sənədlərin təqdim edilməsini tələb edən əməliyyatların, o cümlədən valyuta əməliyyatlarının yerinə yetirilməsi zamanı, lazımı sənədləri kağız daşıyıcılar və ya faksimil rabitə vasitəsilə ötürdükdən sonra, əməliyyatın keçirilməsindən 1 gündən gec olmayaraq, sənədlərin orijinalını Banka təqdim etmək;
12.56. Həftədə bir dəfədən az olmayaraq, Bank tərəfindən sistem üzrə ona ötürülmüş informasiyanı nəzərdən keçirmək. İnformasiya, onun sistem üzrə İstifadəçiyə ötürülməsi günündən keçən (onun yerləşdirilməsi günündən başlayaraq) bir həftə ərzində İstifadəçinin nəzərinə çatdırılmış hesab edilir;
12.57. İstifadəçi göstərilən identifikasiya məlumatlarında hər hansı dəyişiklik olduqda, dərhal Bankı yazılı şəkildə məlumatlandırmalıdır. Əgər o, identifikasiya məlumatlarında aparılmış dəyişikliklər ilə əlaqədar məlumatı Banka təqdim etməsə, bu məlumatlar əsasında Bank tərəfindən göndərilmiş məlumatlar, İstifadəçiyə şəxsən çatdırılmış hesab olunacaqdır;
12.58. İstifadəçi, Bankın razılığı olmadan, bu Müqavilə ilə nəzərdə tutulmuş hüquq və öhdəlikləri üçüncü şəxsə verə bilməz.
12.59. Əməliyyatların aparılması üçün birdən artıq şəxsin təsdiqi tələb edildiyi halda bütün şəxslərin təsdiqinin mövcudluğunu təmin edir;
12.60. “Banklar haqqında” qanunvericilik ilə müəyyən edilmiş qaydada İstifadəçi ona aid xxxx istənilən məlumatın Bank tərəfindən açılmasına, ötürülməsinə və ya yayılmasına etiraz etməyəcəkdir və bununla bağlı Banka hər hansı tələb irəli sürməyəcəkdir.
12.61. Bağlanmış elektron bank xidməti müqaviləsi çərçivəsində ayrıca müqavilələrin bağlanması üçün “İstifadəçi” (İstifadəçi) elektron xidməti vasitəsilə identifikasiya məlumatlardan istifadə edərək Banka müəyyən formada tərtib olunmuş ərizə ilə müraciət edir. Bu zaman İstifadəçi mütləq qeyd etməlidir:
12.62. Bu müqaviləni təsdiq etməklə İstifadəçi Bankın internet səhifəsində bu müqavilə çərçivəsində təqdim olunmuş elektron xidmətlərə dair şərtlərlə xxxxx olmuşdur və razıdır;
12.63. Elektron xidmətdən istifadə nəticəsində, Bank qarşısında yaranacaq borcların ödənişi üçün İstifadəçi, hesabında xxxx vəsaitin sərəncamsız, müvafiq sənədlər ilə Bank tərəfindən götürülməsinə razıdır;
12.64. “Banklar haqqında” qanunvericilik ilə müəyyən edilmiş qaydada İstifadəçi ona aid xxxx istənilən məlumatın Bank tərəfindən açılmasına, ötürülməsinə və ya yayılmasına etiraz etməyəcəkdir və bununla bağlı Banka hər hansı tələb irəli sürməyəcəkdir.
İnformasiya təhlükəsizliyi metodları:
12.65. İstifadəçinin İnternet Bankinq/Mobile Bankinq sistemində Autentifikasiyası.
12.66. İstifadəçinin İnternet Bankinq/ Mobile Bankinq sistemindən istifadə etməsi ikili Autentifikasiya (Login, Parol və birdəfəlik şifrə SMS, OTP (birdəfəlik şifrə kartı) və ya ASAN imza) əsasında həyata keçirilir.
12.67. Bank İstifadəçinin İnternet Bankinq/ Mobile Bankinq Sisteminə girişini yalnız ikili Autentifikasiyadan keçdikdən sonra sistemdə xxxx məlumatlarla uyğunluq təşkil etdiyi təqdirdə təqdim edir.
12.68. Tərəflər təsdiq edirlər ki, Autentifikasiya zamanı İstifadəçi tərəfindən istifadə olunan Login unikaldır və Sistemə girişin İstifadəçi tərəfindən həyata keçirilməsini təsdiq edir.
12.69. İstifadəçi Ərizədə təqdim etdiyi məlumatlarda (adında, soyadında, ata adında, ünvanında, şəxsiyyət vəsiqəsinə dair məlumatlarda/Hüquqi şəxsin adında, təşkilati hüquqi formasında, onu (qanuni nümayəndəsi qismində) təmsil etdiyi şəxsdə və s.) dəyişikliklər baş verdiyi təqdirdə bu dəyişikliklərin baş verdiyi gündən 3 (üç) iş günü ərzində Banka məlumat verməyi, habelə bu faktı təsdiq edən müvafiq sənədləri Banka təqdim etməyi öhdəsinə götürür.
Login və parol ilə əməliyyatlar.
12.70. Login Bank tərəfindən generasiya olunur və ikinci nüsxəsi İstifadəçiyə qaytarılan Ərizədə qeyd olunur. Xxxxx Xxxxxxxxxxxx onun Ərizədə qeyd etdiyi mobil telefon nömrəsinə sms- məlumatlandırma və ya birdəfəlik şifrə xidməti vasitəsilə göndərilir.
12.71. İstifadəçi ona verilmiş parol haqqında məlumatları üçüncü şəxslərdən qorumalı, parolu Bankın əməkdaşlarına açıqlamamalı, habelə parol təhrif olunduğu təqdirdə bu barədə dərhal Banka məlumat verməlidir.
Qeyd: Qeydiyyat zamanı Bank tərəfindən verilmiş ilk parolun, təhlükəsizlik məqsədilə, dəyişmək ciddi surətdə tövsiyə olunur. Şifrənin yaddan çıxarılması, digər şəxs tərəfindən ələ keçirilməsi və bütün digər hallara görə bank heç bir məsuliyyət daşımır.
Elektron imza
12.72. Bank ilə İstifadəçi (İstifadəçi) arasında elektron sənəd dövriyyəsi həyata keçirildikdə ödəniş xidmətlərindən istifadə zamanı göndərilən Elektron sənədin həqiqiliyini və tamlığını təsdiq etmək məqsədilə İstifadəçi Asan/elektron İmzadan istifadə edir. Asan/elektron imza haqqında
qanunvericiliyə əsasən İstifadəçinin şəxsi imzasının analoqudur. Asan və Elektron imzanın əldə edilməsi İstifadəçi tərəfindən öz vəsaitləri hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
12.73.Bankın müəyyən etdiyi hallarda Elektron sənədlərin təsdiqi üçün SMS-parol, birdəfəlik şifrə, ASAN, digər elektron imzadan istifadə oluna bilər.
12.74. İstifadəçi təsdiq edir ki, elektron imza ilə imzalanmış və Banka təqdim edilmiş elektron sənədlər:
− Sadə yazılı formada bağlanan əqdlər üçün müəyyən olunmuş tələblərə cavab verir və sənədlərin şəxsi imza ilə imzalanması zamanı yaratdığı hüquqi nəticələrə səbəb olur.
− Bu qəbildən xxxx sənədlər üçün tələb olunan göstəricilərə xxxxx xxxx kağız daşıyıcıda tərtib olunmuş sənədlər ilə eyni hüquqi qüvvəyə malikdir və İstifadəçinin bank hesablarında xxxx vəsaitlər üzrə onun adından əməliyyatlar aparmaq üçün əsasdır.
− Yalnız İnternet Bankçılıq Sistemi vasitəsilə Banka ötürüldüyü və /və ya Elektron sənəd formasında rəsmiləşdirildiyinə görə İstifadəçi və üçüncü şəxslər tərəfindən mübahisələndirilə, inkar edilə və ya etibarsız hesab edilə bilməz.
− Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada yazılı sübutlar ilə eyni hüquqi qüvvəyə xxxxx xxxx sübut şəklində təqdim oluna bilər. Bu zaman qeyd edilən sübutların mümkünlüyü onların Elektron sənəd formasında və ya kağız daşıyıcıda surətinin təqdim olunmasına görə inkar edilə bilməz.
12.75. Elektron imzadan üçüncü şəxslər tərəfindən qeyri-qanuni istifadə nəticəsində İstifadəçiyə dəymiş ziyana görə Bank məsuliyyət daşımır.
Sistemə giriş.
12.76. Sistemə giriş Müqavilə bağlamış və bu Müqavilə ilə müəyyən olunmuş qaydada Sistemə qoşulmuş İstifadəçilərə təqdim edilir.
12.77. İstifadəçinin Sistemə girişi onun Sistemdə Autentifikasiyası müsbət nəticələndiyi təqdirdə həyata keçirilir.
13. Tərəflərin məsuliyyəti
13.1. Bu müqavilə üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə qüvvədə xxxx qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyə daşıyır;
13.2. “İstifadəçi” faizləri və digər xərcləri “Bank”a tam həcmdə ödəməlidir;
13.3. Bu müqavilədə nəzərdə tutulmuş faizlərin və zərərin əvəzinin ödənilməsi istifadəçinin müqavilə üzrə öz öhdəliklərinin icrasından azad etmir.
13.4. Bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş tələblərin pozulmasına və bunun nəticəsində banka hər hansı bir zərər vurulmasına görə “İstifadəçi” qüvvədə xxxx qanunveruiciliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
13.5. ŞEN-kodun və kart məlumatlarının üçüncü şəxslər tərəfindən istifadəsi nəticəsində “İstifadəçi”yə dəymiş zərərə görə “Bank” məsuliyyət daşımır.
14. Fors-major halları
14.1. Tərəflər fors-major hadisələrinə görə müqavilənin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam ya lazımınca yerinə yetirə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən, bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər, bu şərtlə ki, həmin tərəf digər tərəfə fors-major şəraitinin yaranması barədə şərait yarandığı gündən 3 (üç) iş günü ərzində şəraitin yaranması və bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsiri barədə teleqraf, teleks, telefaks, elektron poçt və ya yazılı bildiriş vasitəsilə məlumat göndərsin. Bu bildirişə fors-major şəraitinin yaranmasını təsdiq edən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənəd əlavə olunmalıdır;
14.2. Fors-major şəraiti dedikdə, elan olunmuş və ya faktiki müharibə, epidemiya, blokada, zəlzələ, sel, yanğın və digər təbii fəlakətlər, maliyyə böhranı, həmçinin Tərəflərin iradəsindən asılı olmayan və bu Müqavilə imzalandığı tarixdə qabaqcadan görülə və qarşısı alına bilməyən şərait nəzərdə tutulur;
14.3.Fors-major şəraiti yarandığı təqdirdə, bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, şəraitin davam etdiyi bütün müddət ərzində təxirə salınır.
15. Müqavilənin qüvvəyə minməsi
15.1. Tərəflər arasında «Plastik kartdan və elektron xidmətdən istifadəyə dair» Müqaviləsinin şərtlərinin qəbul edilməsi barədə “İstifadəçi” və “Bank” arasında Razılaşma imzalanmaqla və möhürü xxxx tərəfin möhürü vurulduğu andan və ya “Tərəflərin” gücləndirilmiş elektron imza/gücləndirilmiş müştəri autentifikasiyası ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və plastik kartın müəyyən edilmiş istifadə müddətində, həmçinin bu müddət bitdikdən sonra 5 (beş) təqvim günü müddətində qüvvədədir;
15.2. Plastik kartın istifadə müddəti bitdikdən sonra 5 (beş) təqvim günü müddətində İstifadəçi ona xxxx xxxxxx verilməsinə dair müvafiq ərizə ilə Banka müraciət etmədikdə, bu müqaviləyə xitam verilir;
15.3. Plastik kartın istifadə müddəti bitdikdən sonra 5 (beş) təqvim günü müddətində İstifadəçi ona xxxx xxxxxx verilməsinə dair müvafiq ərizə ilə Banka müraciət etdikdə, müqaviləyə eyni müddətə və eyni şərtlərlə uzadılır;
15.4. “İstifadəçi”nin ərizəsi əsasında müqaviləyə istənilən vaxt birtərəfli qaydada xitam verilə bilər. Bu halda İstifadəçi müqavilə üzrə yaranmış borcun əsas borcunu, overdraft olduqda hesablanmış faizləri və cəriməni, habelə dəymiş zərəri əvvəlcədən banka ödəməlidir;
15.5. “Bank” müqavilədə nəzərdə tutulmuş hallarda “İstifadəçi”ni 5 (beş) təqvim günü əvvəlcədən xəbərdar etməklə, müqaviləyə birtərəfli qaydada xitam verə bilər;
15.6. Müqavilə müddətinin bitməsi və ya müqaviləyə tərəflərdən hər xxxxx xxxx tərəfindən birtərəfli qaydada xitam verilməsi hesabın bağlanması üçün əsasdır.
16. Digər müddəalar
16.1. “İstifadəçi” bu Müqavilə ilə zərurət olduğu təqdirdə lazımi fərdi məlumatlarının “Fərdi məlumatlar haqqında” AR qanununun tələblərinə müvafiq olaraq “Bank” tərəfindən üçünü şəxslərə ötürülməsinə razı olduğunu bildirir.
16.2. “Tərəflər” təsdiq edirlər ki, müvafiq xidmətin göstərilməsi üçün xxxxx xxxx bütün sənədlər müvafiq Razılaşma ilə birlikdə Banka təqdim edilmişdir.
16.3. Bu Müqavilənin hər hansı bir bəndinin etibarsız hesab edilməsi müqavilənin bütövlükdə etibarsız hesab edilməsinə səbəb olmur.
16.4. Bu müqavilə ilə tənzimlənməyən bütün məsələlər Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə tənzimlənir.
Müraciətlərə (şikayət, ərizə və təkliflər) baxılması üçün əlaqə:
1) “Premium Bank” ASC, Müraciətlərə Baxılması bölməsi Ünvan: Bakı şəhəri, Nizami 86(142A) tel: (012) 5980412-dax 9627, fax: (000) 0000000, email poçt ünvanı:
xxxxxxxxx@xxxxxxxxxxx.xx website: xxx.xxxxxxxxxxx.xx, qaynar xətt: 012 931;