TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
3 nömrəli əlavə
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın (bundan sonra-Qayda) müddəalarına uyğun olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra- Nazirlik), şəxsində bir tərəfdən və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamı ilə yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-Cəmiyyət), Cəmiyyətin İdarə Heyətinin sədri
şəxsində digər tərəfdən (bundan sonra birlikdə - Tərəflər) aşağıdakı şərtlər əsasında razılığa gələrək:
a) bu Müqavilənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, həmçinin müvafiq Qaydanın və normativ hüquqi aktların tələblərinə uyğun tərtib olunduğunu;
b) satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə məlumatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli
..........nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq hər il iyulun 1-dək Nazirliyə təqdim etdiklərini;
c) satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il..........tarixli nömrəli
qərarı ilə təsdiq edilmiş formada hər il avqustun 1-dək “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalında yerləşdirildiyini;
ç) Cəmiyyətin ərzaq məhsullarının satın alınması, tədarükü, saxlanılması və satınalan təşkilatlara çatdırılması funksiyalarını həyata keçirdiyini nəzərə alaraq, bu Müqaviləni imzalayırlar.
1. Müqavilənin predmeti
Tərəflər Cəmiyyətin elektron portalında yerləşdirilmiş satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialına
dair məlumatlarından və Nazirliyin əmlakından Cəmiyyətin istifadə etməsini, həmin məhsul istehsalçılarının fəaliyyətinin monitorinqinin aparılmasında Nazirliyin qurumları tərəfindən Cəmiyyətə dəstəyin göstərilməsini, ərzaq məhsullarının istehsalçıları (satıcıları) və təklif olunan məhsullar barədə məlumatların (qiymət təklif edildiyi halda qiymətinin də) müəyyən edilmiş müddətlərdə elektron portalda yerləşdirilməsini, habelə istehsalçının elektron portalda göstərilən istehsal həcmini yerinə yetirmək imkanında olmaması müəyyən edildikdə, bununla əlaqədar Cəmiyyətin elektron portalında xxxx məlumatlarda düzəlişlərin edilməsi məqsədi ilə birgə tədbirlərin həyata keçirilməsini təmin edirlər.
2. Tərəflərin öhdəlikləri
2.1. Nazirlik:
2.1.1. satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il..........tarixli nömrəli
qərarı ilə təsdiq edilmiş formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir;
2.1.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, ərzaq məhsullarının hər növü üzrə satınalma qiymətini müəyyən edir;
2.1.3. hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının növləri üzrə yerli istehsalçıların istehsal potensialı barədə məlumatları elektron portalda yerləşdirir.
2.2. Cəmiyyət:
2.2.1. Cəmiyyətin elektron portalında göstərilən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə, habelə satınalan təşkilatlarla növbəti il üçün hər il oktyabrın 1-dək müqavilələr bağlayır;
2.2.2. ərzaq məhsullarının alınmasına dair Cəmiyyətin elektron portalında yerləşdirilmiş elanın şərtlərinə uyğun gələn təklifləri qəbul edir;
2.2.3. ərzaq məhsullarının alınmasına dair satınalan təşkilatlar, məhsul istehsalçıları və ya satıcıları ilə bağlanılmış müqavilələr barədə hər il oktyabrın 10- dək Nazirliyə məlumat verir;
2.2.4. istehsalçının Cəmiyyətin elektron portalında yerləşdirilən istehsal həcmini təmin etmək imkanında olmaması barədə əsaslı faktlar əldə etdikdə, elektron portalda xxxx məlumatlarda düzəliş edir və bu barədə istehsalçını məlumatlandırır.
3. Sığorta
3.1. Cəmiyyət tədarük olunan ərzaq məhsullarını korlanmadan və məhv olmadan sığortalayır.
3.2. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət bu Müqavilənin icra müddətini bütövlüklə əhatə etməlidir.
3.3. Məhsulların son təyinat məntəqəsinə qədər sığortalanması Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə xxxx “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms” şərtlərinə uyğun olaraq müəyyənləşdirilir.
4. Müqavilənin qüvvədəolma müddəti
4.1. Bu Müqavilə üzrə Tərəflərin üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinə başladıqları tarix Müqavilənin başlanğıc tarixi hesab olunur.
4.2. Bu Müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada xitam verildiyi an Müqavilənin başa çatma tarixi hesab edilir.
5. Fors-major
5.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) təsir göstərərsə, Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyən Tərəf nəzərdə tutulmuş cərimələrin ödənilməsindən azad edilir və Müqavilənin pozulması üçün məsuliyyət daşımır.
5.2. Bu Müqavilədə “qarşısıalınmaz qüvvə” dedikdə aşağıdakılar başa düşülür:
5.2.1. hərbi əməliyyat, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya sabotaj;
5.2.2. hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması;
5.2.3. zəlzələ, torpaq sürüşməsi, daşqın, tufan, siklon və digər fövqəladə hadisələr;
5.2.4. yanğın, partlayış və kimyəvi zəhərlənmə və s.
5.3. Aşağıdakı hadisələr birbaşa qarşısıalınmaz qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) hesab olunmur:
5.3.1. məhsul istehsalı üçün işçi qüvvəsinin və texnikanın çatışmaması;
5.3.2. məhsul istehsalçısı tərəfindən aqrotexniki tədbirlərin vaxtında və ya düzgün aparılmaması, yaxud məhsulun keyfiyyətinin aşağı olması.
6. Müqaviləyə xitam verilməsi
6.1. Aşağıdakı hallarda bu Müqaviləyə xitam verilir:
6.1.1. Cəmiyyət ləğv edildikdə;
6.1.2. Cəmiyyət məhkəmənin qərarı ilə müflis elan edildikdə.
7. Digər şərtlər
7.1. Bu Müqavilənin şərtlərini operativ həll etmək üçün dəyişikliklər və digər imzalanmış sənədlərin elektron daşıyıcılar vasitəsilə icra edilməsi barədə Tərəflər
qarşılıqlı razılığa gəlirlər. Bu halda sənədlərin əsli 10 gün müddətində Tərəflərə təqdim edilməlidir. 7.2. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 əsl nüsxədə tərtib edilmişdir. Hər bir Tərəfə eyni hüquqi qüvvəyə xxxxx xxxx bir nüsxə verilir. | |
Nazirlik adından: | Cəmiyyət adından: |
M.Y. | M.Y. |
(imza) | (imza) |