TİCARƏTİNİN TƏŞKİLİ QAYDALARI
“Təsdiq edilmişdir”
“Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının 28.10.2021-ci il tarixli qərarı ilə (Protokol № 04)
Xxxx X.Xxxxxxxx
“BAKI FOND BİRJASI” QSC-də QİYMƏTLİ KAĞIZLARIN LİSTİNQƏ DAXİLOLUNMASI, LİSTİNQDƏ SAXLANILMASI, DELİSTİNQİ VƏ
TİCARƏTİNİN TƏŞKİLİ QAYDALARI
I HİSSƏ. ÜMUMİ MÜDDƏALAR
1. Qaydaların məqsədi və tətbiqi dairəsi
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qiymətli kağızlar bazarı haqqında” Qanununa, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara uyğun hazırlanmışdır.
1.2. Bu Qaydalar “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra – Xxxxx) qiymətli kağızların listinqə daxil edilməsi, listinqdə saxlanılması, delistinqi, ticarətə buraxılması, ticarətinin dayandırılması, ticarətdən çıxarılması qaydalarını və onların emitentlərinin bu qaydalar üzrə öhdəliklərinin icrası üzrə məsələləri müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Listinq – Birjada ticarət oluna bilən qiymətli kağızları Birjanın bazar seqmentinə daxil etməklə, bu qiymətli kağızların Birjanın təşkil etdiyi bazarlardan birində ticarətə buraxılması prosedurudur;
2.1.2. Delistinq – Birjada listinqə daxil edilmiş qiymətli kağızların ticarətdən çıxarılması prosedurudur;
2.1.3. Birjanın təşkil etdiyi bazar – Birjada listinq və qeyri-listinq siyahısına daxil edilmiş eyni növ qiymətli kağızların ticarət olunduğu bazardır. Xxxxx bazarları qiymətli kağızların növünə və bu bazarda aparılan əməliyyatların xüsusiyyətlərinə görə təsnifləşdirir;
2.1.4. Bazar seqmenti – Birjanın təşkil etdiyi bazarların bu Qaydaların tələbləri üzrə təsnifləşdirilməsidir. Birjada premium bazar və standart bazar seqmentləri mövcuddur;
2.1.5. Şərti listinq – qiymətli kağızların emitentinin bu Qaydalarla müəyyən olunmuş listinq tələblərini, Listinq Komitəsi tərəfindən verilmiş müddət ərzində, tam olaraq yerinə yetirəcəyi şərti ilə bu Qaydalara əsasən listinqə alınmasıdır;
2.1.6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (bundan sonra “MHBS”) – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləridir;
2.1.7. Emissiya prospekti – investisiya qiymətli kağızlarının tənzimlənən bazarda ticarətə buraxılması məqsədi ilə emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs tərəfindən tərtib edilən, məzmununda emitentin maliyyə vəziyyəti və investisiya qiymətli kağızları ilə təsbit edilmiş hüquqları əks etdirən və Mərkəzi Bank tərəfindən təsdiq edilən sənəddir;
2.1.8. İnformasiya memorandumu – investisiya qiymətli kağızlarının kütləvi təklifi qanunvericiliklə müəyyən edilmiş hallarda emissiya prospekti ilə müşayiət olunmadıqda emissiya prospektinin əvəzinə tərtib olunan və Mərkəzi Bank tərəfindən təsdiq edilən sənəddir;
2.1.9. Aidiyyəti Şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş şəxsdir;
2.1.10. Aidiyyatı şəxslə əqd – hüquqi şəxsə aidiyyəti xxxx şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir;
2.1.11. Listinq siyahısı – Birjada listinqdə daxil edilməklə ticarətə buraxılan qiymətli kağızların siyahısıdır;
2.1.12. Qeyri-listinq siyahısı – Birjada listinqə daxil edilmədən ticarətə buraxılan qiymətli kağızların siyahısıdır;
2.1.13. Birjada ticarət oluna bilən qiymətli kağızlar – listinq və qeyri-listinq siyahısı üzrə Birjadaticarətə buraxıla bilən investisiya qiymətli kağızları, Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar, Azərbaycan Respublikasının dövlət və bələdiyyə qiymətli kağızları, paylıinvestisiya fondunun payları, habelə qanunvericiliklə fond birjasında ticarətinə məhdudiyyətnəzərdə tutulmayan digər qiymətli kağızlar;
2.1.14. Sərbəst tədavül həcmi – aidiyyəti şəxslərin sahib olduğu səhmlər istisna olunmaqla emitentin nizamnamə kapitalını təmsil edən səhmlərin həcmidir. Sərbəst tədavül həcmi emitentin təqdim etdiyi məlumat əsasında Xxxxx tərəfindən hesablanır. Sərbəst tədavül həcmi nizamnamə kapitalına nəzərən faizlə ifadə olunur və hesablanma qaydası Xxxxx tərəfindən müəyyən olunur;
2.1.15. Texniki defolt – emitentin kreditorlar və üçüncü şəxslər qarşısında üzərinə götürdüyü maliyyə öhdəliklərinin emitent tərəfindən təmin edilə bilməməsi və ya bu öhdəliklərin icra edilməyəcəyi üçün əsaslı sübutların mövcudluğu;
2.1.16. Listinq qiyməti (ilkin ticarət qiyməti) – bu Qaydalara uyğun olaraq listinqə daxil edilmiş qiymətli kağızların Birjada ticarətə buraxıldığı qiymətdir. Listinq qiyməti (ilkin ticarətqiyməti) aşağıdakı qaydada təyin olunur:
2.1.16.1. qanunvericilikdə və Xxxxx qaydalarında digər hal nəzərdə tutulmadıqda, qiymətli kağızların kütləvi təklif olunduğu qiymət;
2.1.16.2. qiymətli kağızlar digər tənzimlənən bazarda listinqdə saxlanıldıqda, onların bu bazarda ticarətolunduğu qiymət;
2.1.16.3. bu Qaydaların 2.1.16.1-ci və ya 2.1.16.2-ci yarımbəndlərinə müvafiq olaraq, qiymətli kağızların ilkin ticarət qiymətini təyin etmək mümkün olmadıqda, bu qiymət Birjanın ticarətqaydalarına uyğun olaraq müəyyən edilir.
2.1.17. Məlumatların Elektron Açıqlanması Sistemi (bundan sonra “MEAS”) – qiymətli kağızlarıkütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunvericiliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə Mərkəzi
Bank tərəfindən yaradılan və idarə olunan vahid məlumat resursudur;
II HİSSƏ: QİYMƏTLİ KAĞIZLARIN LİSTİNQƏ DAXİL EDİLMƏSİŞƏRTLƏRİ
3. Qiymətli kağızların listinqinə dair ümumi tələblər
3.1. Bir buraxılış daxilində xxxx qiymətli kağızların hissəvi listinqə daxil edilməsinə yol verilmir.Emitentin adi və imtiyazlı səhmləri mövcud olduqda, yalnız adi və yaxud yalnız imtiyazlı səhmlərin listinqə daxil edilməsinə yol verilmir. Emitentin bütün səhm buraxılışları eyni bazar seqmentində listinqdə daxil edilməlidir.
3.2. Bu Qaydalardan irəli gələrək, Birjada listinqə dair qərarlar Listinq Komitəsi tərəfindən qəbuledilir.
3.3. Qiymətli kağızların listinqə daxil edilməsi üçün onların saxlanılması, mülkiyyət hüquqlarının uçotu, onlar üzrə klirinq və hesablaşmaların təşkili və keçirilməsi qanunvericiliyə uyğun təmin edilməlidir.
3.4. Qiymətli kağızların listinqə daxil edilməsi üçün onların tədavülünə dair məhdudiyyət olmamalıdır.
3.5. Qiymətli kağızların emitenti qanunvericiliklə müəyyən olunmuş qaydada lisenziya tələb edənfəaliyyət növü ilə məşğuldursa, bu fəaliyyətin göstərilməsi üçün səlahiyyətli orqan tərəfindənverilmiş müvafiq lisenziyalar qüvvədə olmalıdır.
3.6. Listinqə daxil edilmiş qiymətli kağızların emitenti ilə listinq müqaviləsi imzalanmalıdır.
3.7. Emitent qiymətli kağızlarının listinqinə görə Xxxxx tərəfindən müəyyən edilən tarif cədvəlinəuyğun haqq ödəməlidir.
3.8. Emitentin qiymətli kağızlarının listinqə daxil edilməsi və listinqdə saxlanılmasına dair Birjatərəfindən tələb olunan sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən elektron formada və ya kağız daşıyıcıda təqdim edilməlidir.
3.9. Bu Qaydalar üzrə Emitentdən açıqlanması tələb edilən məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq MEAS platformasında, Birjanın və emitentin internet səhifəsində açıqlanmalıdır.
4. Səhmlərin listinqə daxil edilməsi dair tələblər
4.1. Səhmlərin premium bazar seqmentinə daxil edilməsi üçün tələblər aşağıdakılardır:
4.1.1. emitent açıq səhmdar cəmiyyəti olmalıdır;
4.1.2. səhmlərin buraxılışı kütləvi təklif üsulu ilə həyata keçirilməli və ya kütləvi ticarətə qəbuledilməlidir;
4.1.3. emitent ilə bağlı bu ərizənin təqdim edildiyi vaxtdan əvvəlki 1 (bir) il ərzində iflas prosedurubaşlanmamalı və ya maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır;
4.1.4. emitentin fəaliyyət müddəti ən azı 3 (üç) il olmalıdır və son 3 (üç) maliyyə ilinin ən azı 1 (bir)ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir;
4.1.5. emitentin nizamnamə kapitalı ən azı 2 500 000 (iki milyon beş yüz min) manat olmalıdır;
4.1.6. emitentin listinqdən keçmiş səhmləri üzrə ən azı 10%, bu şərt ödənilmədikdə isə ən azı 500 000 (beş yüz min) manat ekvivalentində sərbəst tədavül həcmi təmin edilməlidir;
4.1.7. sərbəst tədavül həcmi ən azı 50 (əlli) səhmdar arasında bölüşdürülməlidir. Bu zaman hər bir səhmdar sərbəst tədavül həcminin 5 (beş) faizindən artıq paya sahib olmamalıdır;
4.1.8. emitent maliyyə hesabatlarını MHBS-nın tələblərinə uyğun hazırlamalıdır. Son 3 (üç) maliyyə ili üzrə kənar (müstəqil) auditor tərəfindən auditdən keçmiş illik maliyyə hesabatlarıvə listinqə müraciət ilin ikinci yarısında olduqda həmin ilin birinci yarısı üçün yarımillik maliyyə hesabatını təqdim etməlidir (son maliyyə ili üzrə audit rəyi şərtsiz müsbət olmalıdır);
4.1.9. listinqdən keçmək üçün müraciət etmiş emitent əsas cəmiyyətdirsə, emitent MHBS-a
uyğunhazırlanmış, birləşdirilmiş (konsolidə edilmiş) illik hesabat hazırlamalıdır;
4.1.10. emitentin idarəetmə orqanlarında (müşahidə şurası və ya idarə heyəti) listinq üçün ərizəni təqdim etdiyi tarixdən əvvəlki 3 (üç) ay ərzində mühüm dəyişikliklər olmamalıdır. Emitentinidarəetmə orqanlarında dəyişikliklər o zaman mühüm sayılır ki, onun müşahidə şurasının və ya idarə heyətinin üzvlərindən ən azı yarısı dəyişdirilmişdir;
4.1.11. emitentin direktorlar şurasında (müşahidə şurasında) ən azı 3 (üç) üzv olmalıdır;
4.1.12. emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıraninternet səhifəsinə malik olmalıdır;
4.1.13. emitent nizamnaməsini özünün internet səhifəsində açıqlamalıdır.
4.2. Səhmlərin standart bazar seqmentinə daxil edilməsi üçün tələblər aşağıdakılardır:
4.2.1. emitent açıq səhmdar cəmiyyəti olmalıdır.;
4.2.2. səhmlərin buraxılışı kütləvi təklif üsulu ilə həyata keçirilməli və ya kütləvi ticarətə qəbuledilməlidir;
4.2.3. emitentin fəaliyyət müddəti ən azı 1 (bir) il olmalıdır;
4.2.4. emitentin nizamnamə kapitalı ən azı 200 000 (iki yüz min) manat olmalıdır;
4.2.5. emitentin maliyyə hesabatları MHBS-nın tələblərinə uyğun hazırlanmalıdır. Son
maliyyə iliüzrə illik maliyyə hesabatları kənar (müstəqil) auditor tərəfindən auditdən keçməlidir;
4.2.6. emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıraninternet səhifəsinə malik olmalıdır.
4.3. Premium bazar seqmentinin listinq tələblərinə cavab verən emitenlərin səhmləri standart bazar seqmentinə daxil edilə bilməz.
4.4. Nizamnamə kapitalında dövlətin mühüm iştirak payına sahib olduğu səhmdar cəmiyyətlər üzrə sərbəst tədavül həcmi, fəaliyyət müddəti və mənfəətliliyə dair Listinq Komitəsi tərəfindən istisnalar müəyyən edilə bilər. Qanunla başqa hal nəzərdə tutulmadıqda, dövlətin iştirak payı 10% və ya daha xxx olduqda bu mühüm iştirak payı sayılır. Edilən istisnalar Birjatərəfindən açıqlanır.
4.5. Emitent digər listinq tələblərini yerinə yetirdiyi halda, xxxxx premium bazar seqmenti üzrə 4.1.5, 4.1.6, 4.1.7-ci və ya standart bazar seqmenti üzrə 4.2.4 və 4.2.6-cı bəndlərində göstərilən tələblərə cavab vermədikdə Listinq Komitəsi emitentin bəyanatı əsasında səhmləri şərti olaraq listinqə daxil edilməsi barədə qərar qəbul edə bilər. Bu halda emitentə tələblərin yerinə yetirilməsi üçün 6 (altı) aydan gec olmamaq şərti ilə güzəşt müddəti verilir. Güzəşt müddətinin sonunda şərti listinqə alınmış səhmlərin emitenti, Listinq Komitəsi tərəfindən buQaydalara uyğun müəyyən edilmiş şərtləri tam olaraq yerinə yetirmədikdə həmin səhmlər buQaydaların 12-ci və 13-cü bəndlərinə müvafiq qaydada daha aşağı listinq tələbləri xxxx xxxxx seqmentinə keçirilir və ya delistinq olunur.
5. İstiqrazların listinqinə daxil edilməsinə dair tələblər
5.1. İstiqrazların premium bazar seqmentinə daxil edilməsi üçün tələblər aşağıdakılardır:
5.1.1. İstiqrazların buraxılışı kütləvi təklif üsulu ilə həyata keçirilməli və ya kütləvi ticarətə qəbul edilməlidir;
5.1.2. barəsində listinq ərizəsi təqdim edilmiş emitentlə bağlı bu ərizənin təqdim edildiyi vaxtdan əvvəlki 1 (bir) il ərzində iflas proseduru başlanmamalı və ya maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır;
5.1.3. emitentin müraciətindən əvvəlki fəaliyyət müddəti ən azı 3 (üç) il olmalı və son 3 (üç) maliyyə ilinin ən azı 1 (bir) ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir;
5.1.4. emitentin xalis aktivlərinin dəyəri ən azı 2 000 000 (iki milyon) manat olmalıdır;
5.1.5. emitent maliyyə hesabatlarını MHBS-nın tələblərinə uyğun hazırlamalıdır. Son maliyyə ili üzrə kənar (müstəqil) auditor tərəfindən audit olunmuş illik maliyyə hesabatları və listinqə müraciət ilin ikinci yarısında olduqda həmin ilin birinci yarısı üçün yarımillik maliyyə hesabatını təqdim etməlidir (son maliyyə ili üzrə audit rəyi şərtsiz müsbət olmalıdır);
5.1.6. listinqdən keçmək üçün müraciət etmiş emitent əsas cəmiyyətdirsə, emitent MHBS-a uyğunhazırlanmış, birləşdirilmiş (konsolidə edilmiş) illik hesabat hazırlamalıdır;
5.1.7. emitentin idarəetmə orqanlarında (müşahidə şurası və ya idarə heyəti) listinq üçün ərizəni təqdim etdiyi tarixdən əvvəlki 3 (üç) ay ərzində mühüm dəyişikliklər
olmamalıdır. Emitentin idarəetmə orqanlarında dəyişikliklər o zaman mühüm sayılır ki, onun müşahidə şurasının və ya idarə heyətinin üzvlərindən ən azı yarısı dəyişdirilmişdir;
5.1.8. emitent nizamnaməsini özünün internet səhifəsində açıqlamalıdır;
5.1.9. emitent Azərbaycan Respublikasında qeydiyyata alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən (Standard&Poor`s, Fitch Ratings, Xxxxx`s) verilmiş kredit reytinqi dərəcəsi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olmalı və ya listinqə daxil ediləcək istiqraz buraxılışı üzrə Birjada market-meykerin təyin olunması emitent tərəfindən təmin edilməlidir. Bu zaman market-meyker fəaliyyəti istiqrazların bütün tədavül müddəti ərzində təmin edilməlidir;
5.1.10. emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıraninternet səhifəsinə malik olmalıdır;
5.1.11. emitent cəlb etdiyi borc vəsaitləri, o cümlədən aldığı kreditlər və buraxdığı istiqrazlar üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməli və vaxtaşırı olaraq ödəniş problemləri iləqarşılaşmamalıdır.
5.2. İstiqrazların standart bazar seqmentinə daxil edilməsi üçün tələblər aşağıdakılardır:
5.2.1. İstiqrazların buraxılışı kütləvi təklif üsulu ilə həyata keçirilməli və ya kütləvi ticarətə qəbuledilməlidir;
5.2.2. emitentin müraciətindən əvvəlki fəaliyyət müddəti ən azı 1 (bir) il olmalıdır;
5.2.3. emitentin xalis aktivlərinin dəyəri ən azı 200 000 (iki yüz min) manat olmalıdır;
5.2.4. emitentin maliyyə hesabatları MHBS-nın tələblərinə uyğun hazırlanmalıdır. Son maliyyə ili üzrə illik maliyyə hesabatları kənar (müstəqil) auditor tərəfindən auditdən keçməlidir;
5.2.5. emitent cəlb etdiyi borc vəsaitləri, o cümlədən aldığı kreditlər və buraxdığı istiqrazlar üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməli və vaxtaşırı olaraq ödəniş problemləri iləqarşılaşmamalıdır;
5.3. Premium bazar seqmentinin listinq tələblərinə cavab verən emitenlərin istiqrazları standart bazara daxil edilə bilməz.
5.4. Bu Qaydaların 5.1-ci bəndində göstərilmiş müddəalar Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlara, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızlara, o cümlədən Bank Nəzarəti üzrə Xxxxx Komitəsi tərəfindən tövsiyyə edilən “Xxxxx 3” prinsiplərinə uyğun olaraq sıfır riskli və ya risksiz hesab edilən istiqrazlara şamil edilmir.
5.5. Bu Qaydaların 5.2.3, 5.2.4 və 5.3-cü bəndləri Azərbaycan İpoteka və Kredit Zəmanət Fondutərəfindən buraxılmış qiymətli kağızlara, bələdiyyələr və digər dövlət qurumları tərəfindən buraxılmış istiqrazlara şamil edilmir.
5.6. Nizamnamə kapitalında dövlətin mühüm iştirak payına sahib olduğu hüquqi şəxslər, dövlət təsisatları tərəfindən buraxılmış istiqrazlar üzrə bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərində göstərilmiş tələblərə dair Listinq Komitəsi tərəfindən istisnalar müəyyən edilə bilər. Qanunla başqa hal nəzərdə tutulmadıqda, dövlətin iştirak payı 10% və ya daha xxx olduqda bu mühümiştirak payı sayılır. Edilən istisnalar Xxxxx tərəfindən ictimaiyyətə açıqlanır.
5.7. Listinq Komitəsi, emitentin bəyanatı əsasında onun istiqrazlarının şərti olaraq listinqə daxil edilməsi barədə qərar qəbul edə bilər. Bu zaman emitentə tələblərin yerinə yetirilməsi üçün 6 (altı) aydan gec olmamaq şərti ilə güzəşt müddəti verilir. Güzəşt müddətinin sonunda şərti listinqə alınmış istiqrazların emitenti, Listinq Komitəsi tərəfindən bu Qaydalara uyğun müəyyən edilmiş şərtləri tam olaraq yerinə yetirmədikdə həmin istiqrazların bu Qaydaların 12-cü və 13-cü bəndlərinə müvafiq qaydada daha aşağı listinq tələbləri xxxx xxxxx seqmentinə keçirilir və ya delistinq olunur.
6. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılan istiqrazların listinqinə dair tələblər
6.1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılan
istiqrazlar premium bazar seqmentinə daxil edilir.
6.2. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılmış istiqrazlar bu Qaydaların 5.1-ci bəndində göstərilmiş tələblərdən azaddır.
7. Xarici emitentlərin qiymətli kağızlarının listinqə daxil edilməsinə dair tələblər
7.1. Xarici emitent və listinqə daxil edilməsi üçün müraciət edilən qiymətli kağızlar qeydiyyatda olduğu ölkənin qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmalıdır.
7.2. Xarici emitentin qiymətli kağızları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasında tədavülə buraxılmalıdır.
7.3. Xarici emitentlərin qiymətli kağızlarının kütləvi təklif üsulu ilə Birjada yerləşdirilməsi və ya kütləvi ticarətə buraxılması zamanı bu Qaydalar üzrə yerli emitentlər üçün nəzərdə tutulmuş tələblər xarici emitentlərə də şamil edilir.
7.4. Xarici emitentlərin qiymətli kağızlarının listinqə daxil edilməsi ilə bağlı Listinq Komitəsi əlavə şərtlər tələb edə və ya mövcud listinq şərtlərinə istisnalar tətbiq edə bilər.
8. Digər qiymətli kağızların listinqə daxil edilməsinə dair tələblər
8.1. Bu Qaydaların 4-cü və 5-ci bəndlərində qeyd olunmamış digər qiymətli kağızlar, o cümlədən investisiya fondunun payları Listinq Komitəsinin əsaslandırılmış qərarı əsasında Birjada listinqə daxil edilir .
8.2. Bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallarda Listinq Komitəsinin qərarı bu Qaydaların 4-cü və 5-ci bəndlərində qeyd olunmuş tələblər nəzərə alınaraq, emitentin və onun emissiya etdiyi qiymətli kağızların Birjada listinqə daxil edilməsi və ticarətə buraxılması imkanlarının təhlili əsasında olmalıdır.
8.3. Bu Qaydaların 4-cü və 5-ci bəndlərində qeyd olunmamış digər qiymətli kağızlar listinqə daxil edildikdə, emitentə qarşı xxxx müvafiq tələblər və öhdəliklər listinq müqaviləsində əks olunmalı və bu qiymətli kağızların ticarətə başlamasından ən azı 3 (üç) iş günü əvvəl Xxxxx tərəfindən internet səhifəsi və ya kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanmalıdır.
9. Emitentlərin qiymətli kağızlarının listinqə daxil edilməsi üçün Birjaya təqdim olunmalı sənədlər
9.1. Qiymətli kağızların listinqi üçün emitent və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən Xxxxxxx aşağıdakı sənədlər təqdim edilməlidir:
9.1.1. ərizə-anket (Forma №1);
9.1.2. qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş emissiya prospekti və ya informasiyamemorandumu (olduqda);
9.1.3. bu Qaydaların tələblərinə uyğun olaraq son maliyyə ili üzrə auditdən keçmiş hesabatları, auditor rəyinin surəti və ya bu məlumatların açıqlandığı mənbə;
9.1.4. qiymətli kağızların dövlət qeydiyyatı haqqında sənədin surəti;
9.2. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların istiqrazlarının listinqi üçünemitent və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən Xxxxxxx aşağıdakı sənədlər təqdim edilməlidir:
9.2.1. ərizə-anket (Forma №2);
9.2.2. qiymətli kağızların dövlət qeydiyyatı haqqında sənədin surəti;
9.2.3. qiymətli kağızlarla təsbit edilmiş hüquqlar əks olunan sənəd;
9.2.4. emitentin daxili qaydalarına və ya ümumi qəbul olunmuş beynəlxalq hesabatlılıq sisteminə uyğun hazırlanan, son maliyyə ili üzrə auditdən keçmiş illik maliyyə hesabatları və ya bu məlumatların açıqlandığı mənbə;
9.2.5. xxxxxxxxx adından vəkil edilmiş şəxsin qanunvericiliklə bu hüquqlarını təsdiq edən sənəd.
9.3. Listinqə daxil edilmiş qiymətli kağızların emitenti eyni növdən xxxx digər qiymətli
kağızlarınlistinqə daxil edilməsi üçün Xxxxxxx aşağıdakı sənədləri təqdim etməlidir:
9.3.1. ərizə-anket (Forma №1);
9.3.2. qiymətli kağızların dövlət qeydiyyatı haqqında sənədin surəti;
9.3.3. qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş emissiya prospekti və ya informasiya memorandumu (olduqda).
9.4. Listinq Komitəsi emitent tərəfindən təqdim edilmiş məlumatların təsdiq edilməsi üçün zəruri xxxx digər məlumat və sənədləri əsaslandırmaqla emitentdən tələb edə bilər.
9.5. Bu Qaydalarla, sənədlərin elektron qəbulu halları istinsa olmaqla, sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi tələb edilmədikdə, emitent tərəfindən sənədlərinəsli Birjaya təqdim olunmalıdır. Emitent tərəfindən sənədlərin surəti təqdim edildikdə bu sənədlərin əsli ilə düzgün olması, emitentin səlahiyyətli orqanı tərəfindən təsdiqlənməlidir.
10. Listinq proseduru
10.1. Listinq proseduru emitent tərəfindən bu Qaydalara uyğun olaraq təqdim edilmiş ərizə- anket formasının) və bu Qaydalarla müəyyən edilmiş müvafiq sənədlərin qəbulundan başlayır.
10.2. Birjada listinq prosedurunun başlanması haqqında məlumat Listinq Komitəsinin qərarına əsasən Birjanın internet səhifəsində və ya kütləvi informasiya vasitələri ilə açıqlanılır.
10.3. Listinq Komitəsi listinq başlandığı tarixdən 10 (on) iş günü ərzində qiymətli kağızların listinqə alınıb-alınmaması barədə qərar qəbul etməlidir. Listinq Komitəsi listinq zamanı hər hansı əlavə məlumat və sənədləri emitentdən tələb etdikdə, qərarın qəbul edilməsi müddəti əlavə 10 (on) iş günü müddətinə artırıla bilər.
10.4. Listinq Komitəsi tərəfindən qiymətli kağızların listinqə daxil edilməsi
əsaslandırılmaqla 3 (üç) aydan artıq olmayan müddətə təxirə salına bilər.
10.5. Emitentin müraciəti əsasında qiymətli kağızların listinqə daxil edilməsinə dair qərar qəbul edildikdə, emitentə bu haqda məlumat verilir və 2 (iki) iş günü ərzində emitentlə Xxxxx arasında listinq müqaviləsi bağlanılır.
10.6. Listinq Komitəsi qiymətli kağızların listinqə daxil edilməsi barədə qərar qəbul etdikdən sonra, qanunvericiliklə digər hal nəzərdə tutulmadıqda 1 (bir) iş günü ərzində listinqdən keçmiş qiymətli kağızlar barədə müvafiq məlumatları (emitentin adı, qiymətli kağızların dövlət qeydiyyat və ya ISIN nömrəsi, qiymətli kağızların növü, nominalı, listinq tarixi) Birjanın internet səhifəsi vasitəsilə açıqlayır.
10.7. Listinq Komitəsi tərəfindən listinqə daxil edilmə üçün ərizəyə baxıldığı müddət ərzində, emitent tərəfindən Listinq Komitəsinə təqdim olunmuş məlumatlarda dəyişiklik olduqda, emitent bu dəyişikliklər barədə dərhal Birjaya məlumat verməlidir.
10.8. Listinq tələblərinə cavab verən qiymətli kağızlar Listinq Komitəsin müvafiq olaraq premium və ya standart bazar seqmentində listinqə qəbul edilir.
10.9. Aşağıdakı hallarda Listinq Komitəsi qiymətli kağızların listinqə daxil edilməsindən əsaslandırılmış qaydada imtina edir:
10.9.1. emitent və qiymətli kağızlar bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olmadıqda;
10.9.2. qiymətli kağızlarla ticarəti təşkil etmək mümkün olmadıqda;
10.9.3. qiymətli kağızların listinqi bazarda ədalətli və davamlı ticarət prinsiplərini pozduqda;
10.9.4. bazarın və investorların mənafelərinin qorunması məqsədləri ilə.
III HİSSƏ. QİYMƏTLİ KAĞIZLARI LİSTİNQDƏ SAXLANILAN EMİTENTLƏRİN ÖHDƏLİKLƏRİ
11. Qiymətli kağızları listinqdə saxlanılan emitentlərin Birjaya təqdim etdikləri hesabatlar və məlumatlar
11.1. Qiymətli kağızları listinqə daxil edilmiş emitentlər aşağıdakı məlumat və sənədləri Birjaya təqdim etməli və ictimaiyyətə açıqlamalıdırlar:
11.1.1. Azərbaycan Respubliksının qanunvericiliyinə uyğun tərtib edilmiş illik və yarımillik maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat). Yarımillik maliyyə hesabatları maliyyə ilinin ilk 6 (altı) ayı başa çatdıqdan sonra iki aydan gec olmayaraq, illik audit olunmuş maliyyə hesabatları maliyyə ili başa çatdıqdan sonra növbəti maliyyə ilinin ilk 6 ayından gec olmayaraq göndərilməlidir;
11.1.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlanmış illik və yarımillik idarəetmə hesabatı;
11.1.3. nizamnaməyə dəyişikliklər edildiyi halda emitentin nizamnaməsi;
11.1.4. emitentin tədavüldə xxxx istiqrazları üzrə ödənişlər, o cümlədən faiz ödənişləri barədə məlumat. Məlumat Birjaya ödənişlərin emissiya şərtlərinə əsasən icra edilməsi tarixinə ən azı 3 (üç) iş günü qalmış təqdim edilməli və müvafiq qanunvericiliyə uyğun ictimaiyyətə açıqlanmalıdır.
11.2. Səhmləri listinqə daxil edilmiş və listinqdə saxlanılan emitentin sərbəst tədavül həcmi nizamnamə kapitalının ən azı 5%-ni təşkil etdikdə və ya 500 000 (beş yüz min) manat ekvivalentindən xxx olduqda, müvafiq qanunvericiliyə uyğun olaraq açıqlanan məlumatlar ilə yanaşı aşağıdakı məlumatlar Birjaya təqdim edilməli və ictimaiyyətə açıqlanmalıdır:
11.2.1. səhmdarların növbəti (45 gün qalmış) və növbədənkənar (30 gün qalmış) ümumi yığıncaqlarının çağırılması barədə bildiriş;
11.2.2. səhmdarların ümumi yığıncağının yığıncaq keçiriləndən sonra 3 (üç) iş günü ərzində protokolunun surəti;
11.2.3. dividendlər barədə məlumat (dividendlərin ödənilməsi şərtləri, ödəniş tarixi və məbləği göstərilməklə);
11.3. Səhmləri listinqə daxil edilmiş və listinqdə saxlanılan emitentin sərbəst tədavül həcmi nizamnamə kapitalının ən azı 5% təşkil etdikdə və ya 500 000 (beş yüz min) manat
ekvivalentindən xxx olduqda, müvafiq qanunvericiliyə uyğun olaraq açıqlanan məlumatlar iləyanaşı aşağıdakı məlumatlar 5 (beş) iş günü ərzində Birjaya təqdim edilməli və ictimaiyyətə açıqlanmalıdır:
11.3.1. əsas fəaliyyətin növünün genişləndirilməsi, məhdudlaşdırılması, dayandırılması və ya dəyişdirilməsi, əsas fəaliyyət növünün həyata keçirilməsi ilə bağlı meydana çıxan mühüm dəyişikliklər, habelə belə dəyişikliklərə səbəb ola biləcək müqavilələr;
11.3.2. idarəetmə orqanlarında (icra orqanı və ya müşahidə şurası) edilən mühüm dəyişikliklər
– mühüm dəyişlik idarəetmə orqanlarının (icra orqanı və ya müşahidə üzvlərinin ən azı yarısının dəyişdirilməsi hesab olunur;
11.3.3. digər hüquqi şəxsin nəzarət payının alınıb-satılması;
11.3.4. xalis aktivlərinin 25 (iyirmi beş) faizindən artıq xxxx məbləğdə bağlanılan müqavilə;
11.3.5. dövlət orqanları, məhkəmələr tərəfindən emitentlə bağlı onun kapitalının 10% və daha artıq hissəsini əhatə edən işlərin baxılması (başlanması, müxtəlif instansiyalarda baxılması və ya hər-hansı qərar qəbul edilməsi) faktları;
11.3.6. mövcud iş yerlərinin 15 faizindən çoxunu əhatə edən iş yerlərinin ixtisar edilməsi planları;
11.3.7. patentlərin, lisenziyaların və ticarət nişanlarının alınması və ya dayandırılması/ləğv olunması;
11.3.8. yenidən təşkil və ya ləğv edilməyə dair sənədlər;
11.3.9. mövcud qanunvericiliyə və bu Qaydalara uyğun olaraq açıqlanmalı xxxx aidiyyatı şəxslərlə əqdlər;
11.3.10. yeni qiymətli kağızların emissiyası;
11.3.11. emissiya edilmiş qiymətli kağızların dövriyyədən çıxarılması;
11.3.12. emissiya edilmiş qiymətli kağızlarla təsbit edilmiş hüquqlarda dəyişiklik;
11.3.13. tədavüldə xxxx qiymətli kağızları üzrə ödənişlərin vaxtından əvvəl yerinə yetirilməsi, gecikdirilməsi və ya ödənilməməsi;
11.3.14. səhmlərinin 5 (beş) xxxxx və ya daha artıq həcmdə birdəfəlik alqı-satqısı;
11.3.15. səhmdarların ümumi yığıncağın qərarından məhkəməyə şikayət verilməsi halları;
11.3.16. qiymətli kağızların bazar qiymətinə və ya gəlirliliyinə təsir göstərə biləcək digər hadisələr.
11.4. Qiymətli kağızları listinqə daxilmiş və listinqdə saxlanılan emitentlərin bu Qaydalara
əsasənaçıqlamalı olduqları məlumatları Azərbaycan dilində açıqlamalıdırlar.
11.5. İctimai maraqların və investorların hüquqularının qorunması məqsədi ilə Xxxxx qiymətli kağızları listinqə daxil edilmiş və listinqdə saxlanılan emitentləriən qanunvericiliklə açıqlanması qadağan edilməyən məlumatların təqdim olunmasını və açıqlanmasını tələb edə bilər.
11.6. İnvestisiya fondları tərəfindən buraxılmış qiymətli kağızların (payların) listinqdə saxlanıldığıhalda səhmdar investisiya fondu və ya paylı investisiya fondunun idarəçisi əlavə olaraq aşağıdakı məlumatları Birjaya təqdim etməli və açıqlamalıdır:
11.6.1. altı aylıq maliyyə hesabatları (qanunvericilikdə digər müddət nəzərdə tutulmadıqda, dövr başa çatdıqdan sonra 20 (iyirmi) iş günü ərzində);
11.6.2. aylıq portfel hesabatı (qanunvericilikdə digər müddət nəzərdə tutulmadıqda, dövr başa çatdıqdan sonra 10 (on) iş günü ərzində);
11.6.3. paylı investisiya fondunun qaydaları;
11.6.4. paylı investisiya fondunun xalis aktivlərin dəyəri (qanunvericilikdə digər müddət nəzərdə tutulmadıqda, xalis aktivlərin dəyərinin hesablandığı hər bir ticarət günü üzrə);
11.6.5. fondun idarə edilməsində baş vermiş hər hansı dəyişikilik barədə məlumat (dəyişiklik qeydəalındıqdan sonra 1 (bir) iş günü ərzində).
11.7. Bu Qaydalarda məlumatların açıqlanmasına dair tələblər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Mərkəzi Banka, Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara şamil edilmir.
11.8. Bu Qaydalarla müəyyən olunmuş məlumatların açıqlanmasına dair müddəaların qiymətli kağızları Birjada listinqə daxil edilmiş digər dövlət qurumları və bələdiyyələrə şamil edilməsinə dair istisnalar Listinq Komitəsi tərəfindən qəbul edilə bilər.
11.9. Bu Qaydaların 11.1-ci və 11.2-ci bəndlərində qeyd olunmuş sənədlərdə və məlumatlarda dəyişikliklər edildiyi halda, həmin dəyişikliklərin qüvvəyə mindiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində dəyişiklikləri təsdiq edən sənəd emitent tərəfindən Birjaya təqdim olunmalı və ictimaiyyətə açıqlanmalıdır.
IV HİSSƏ: LİSTİNQDƏ SAXLANILAN QİYMƏTLİ KAĞIZLARIN BİR BAZAR SEQMENTİNDƏN DİGƏR BAZAR SEQMENTİNƏ KEÇİRİLMƏSİ VƏ DELİSTİNQİ
12. Listinqdə saxlanılan qiymətli kağızların bir bazar seqmentindən digərinə keçirilməsi
12.1. Xxxxx listinqdə saxlanılan qiymətli kağızların ticarət olunan bazar seqmentinin listinq tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə il ərzində 1 (bir) dəfədən az olmamaq şərti ilə monitorinq təşkil edə bilər. Xxxxx emitentin müraciəti əsasında növbədənkənar monitorinq təşkil edə bilər. Qiymətli kağızlar listinqə şərti daxil olunduqda monitorinq şərti listinq müddətinin sonunda həyata keçrilir.
12.2. Listinqdə saxlanılan qiymətli kağızlar ticarət olunan bazar seqmentinin listinq tələblərinə cavab vermədikdə, Listinq Komitəsinin qərarı ilə bu Qaydalara əsasən uyğun olduğu bazar seqmentinə keçirilir. Listinqdə saxlanılan qiymətli kağızlar ticarət olunan bazar seqmentinintələblərinə uyğun olmadıqda, bu Qaydaların 13.1-ci bəndinin müddəalarına əsasən delistinq olunur. Listinqdə saxlanılan qiymətli kağızların bir bazar seqmentindən digərinə keçirildikdəmüvafiq bazar seqmenti üzrə nəzərdə tutulmuş tələblərə uyğunluq nəzərə alınmalıdır.
13. Qiymətli kağızların delistinqi
13.1. Listinq Komitəsi aşağıdakı hallarda listinqdə saxlanılan qiymətli kağızları delistinq edir:
13.1.1. qiymətli kağızlar ödənildikdə, dövriyyədən çıxarıldıqda və ya tədavül müddəti bitdikdə;
13.1.2. emitent və onun qiymətli kağızları bu Qaydaların tələblərinə uyğun olmadıqda;
13.1.3. emitentin səhmdarları tərəfindən qiyməli kağızların könüllü delistinqi barədə qərar qəbul edildikdə. Bu halda Listinq Komitəsi investorların hüquqlarının müdafiəsi və ya bazarın qorunması məqsədi ilə delistinqdən imtina edə bilər;
13.1.4. Bu Qaydaların 16.1.2-ci bəndinə əsasən cərimə tədbirləri tətbiq edildikdə;
13.1.5. Qiymətli kağızlarla ticarətə bu Qaydaların 14.9-cu bəndində nəzərdə tutulmuş müddətdə başlanılmadıqda;
13.1.6. Qiymətli kağızlarla ticarət 10 (on) iş günündən artıq müddətə dayandırıldıqda.
13.1.7. Məhkəmə qərarı əsasında və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
13.2. Bu Qaydaların 13.1-ci bəndinə əsasən Listinq Komitəsi tərəfindən listinqdə saxlanılan qiymətli kağızların delistinqi barədə qərar qəbul edildikdə, 3 (üç) iş günü ərzində həmin qiymətli kağızların emitentinə bu barədə yazılı məlumat verilir. Qiymətli kağızların delistinqi barədə qərar onun ictimaiyyətə açıqlandığı tarixdən 2 (iki) ay sonra qüvvəyə minir.
13.3. Listinqdə saxlanılan qiymətli kağızların delistinqi barədə qərarın qüvvəyə minməsi tarixindən etibarən həmin qiymətli kağızlar Birjada ticarətdən çıxarılır.
13.4. Xxxxx listinqdə saxlanılan qiymətli kağızların delistinq edilməsi barədə məlumatı 1 (bir) iş günü ərzində ictimaiyyətə açıqlayır.
13.5. Qiymətli kağızlar delistinq edildiyi tarixdən etibarən Xxxxx ilə həmin qiymətli kağızların emitenti arasında bağlanılmış listinq müqaviləsi ləğv edilmiş hesab olunur.
V HİSSƏ: QİYMƏTLİ KAĞIZLARIN TİCARƏTİNİN TƏŞKİLİ
14. Qiymətli kağızların ticarətə buraxılması və ticarətdən çıxarılması
14.1. Birjada bu Qaydaların tələblərinə əsasən listinq və qeyri-listinq siyahısında xxxx qiymətli kağızlar ticarətə buraxılır.
14.2. Qiymətli kağızların qeyri-listinq siyahısına daxil edilməsinə dair qərar Listinq Komitəsi tərəfindən verilir.
14.3. Birjada qiymətli kağızların qeyri-listinq siyahısına daxil edilməsi qapalı üsulla yerləşdirdikdə və ya Xxxxx üzvünün müraciəti əsasında həyata keçirilir.
14.4. Bu Qaydaların 3.1 – 3.4-cü bəndlərində qeyd edilən müddəalar qeyri-listinq siyahısına daxil edilən qiymətli kağızlara da şamil edilir.
14.5. Qiymətli kağızların qapalı yerləşdirilməsi üsulu ilə Birjada ticarətə buraxılması üçün emitent və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
14.5.1. Ərizə-anket (Forma №4);
14.5.2. investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar;
14.5.3. qiymətli kağızların dövlət qeydiyyatı haqqında sənədin surəti.
14.6. Xxxxx üzvü yerləşdirilmiş qiymətli kağızların Birjada qeyri-listinq siyahısına daxil edilərək ticarətə buraxılması üçün bu qiymətli kağızların emitentinin nizamnamə kapitalında payı 10(on) faizdən az xxxx mülkiyyətçisinin və ya onun vəkil edilmiş nümayəndəsinin adından Birjaya müraciət edə bilər. Bu zaman Xxxxxxx aşağıdakı sənədlər təqdim edilməlidir:
14.6.1. ərizə-anket (forma №3);
14.6.2. müraciət tarixinə qiymətli kağızların miqdarını və emitentin nizamnamə kapitalını özündə əks etdirən qiymətli kağızlara mülkiyyət hüququnu təsdiq edən sənəd (depo hesabından çıxarış);
14.7. Yerli hüquqi şəxsin mülkiyyətində xxxx xarici qiymətli kağızların Birjada ticarətə buraxılması həmin qiymətli kağızların Birjanın qeyri-listinq siyahısına daxil edilməsi ilə həyata keçirilir.
14.8. Yerli hüquqi şəxs yalnız öz mülkiyyətində xxxx və siyahısı Listinq Komitəsi tərəfindən müəyyən olunan xarici birjaların 1-ci və 2-ci dərəcəli seqmentində listinqdə saxlanılan qiymətli kağızların Birjada ticarətə buraxılması üçün müraciət edə bilər. Həmin siyahı Xxxxx tərəfindən öz internet səhifəsində açıqlanır.
14.9. Xarici qiymətli kağızların mülkiyyətçisi xxxx yerli hüquqi şəxs həmin qiymətli kağızların birjada ticarətə buraxılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:
14.9.1. ərizə-anket (forma №5);
14.9.2. qiymətli kağızın depo hesabından çıxarışı;
14.9.3. mərkəzi depozitar ilə qiymətli kağızların saxlanması və qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə xidmətlərinin göstərilməsi barədə müqavilənin surəti.
14.10. Zəruri hallarda Listinq Komitəsi yerli hüquqi şəxsin mülkiyyətində xxxx xarici qiymətli kağızın Birjada ticarətə buraxılması üçün əlavə sənədlər tələb edə bilər.
14.11. Digər birjalarda listinqdə saxlanılan qiymətli kağızlar istisna olmaqla qeyri-listinq siyahısında xxxx qiymətli kağızların ticarətə buraxılma qiyməti və ticarətə başlanılması tarixi Xxxxx üzvü tərəfindən müəyyən edilir.
14.12. Listinq siyahısında xxxx qiymətli kağızların ticarətə başlanılması tarixi həmin qiymətli kağızların emitenti tərəfindən qanunvericiliyə və bu Qaydalara uyğun olaraq müəyyən edilir.
14.13. Birjada qiymətli kağızların ticarətə buraxılması Listinq Komitəsi tərəfindən qərarın qəbul edildiyi tarixdən ən geci 60 (altmış) gün ərzində həyata keçirilməlidir.
14.14. Listinq siyahısında xxxx qiymətli kağızların ticarətə buraxılmasına və ilkin ticarət qiymətinə dair məlumat, digər hal nəzərdə tutulmadıqda, ticarətin başlanılması tarixinə ən azı 1 (bir) iş günü qalmış Birjanın internet səhifəsi vasitəsi ilə açıqlanır.
14.15. Aşağıdakı hallarda qeyri-listinq siyahısında xxxx qiymətli kağızlar Listinq Komitəsinin qərarı ilə ticarətdən çıxarılır:
14.16. qiymətli kağızlar ödənildikdə, dövriyyədən çıxarıldıqda və ya tədavül müddəti bitdikdə;
14.17. qiymətli kağızların mülkiyyətçisinin və ya onun vəkil edilmiş nümayəndəsinin adından çıxış edən xxxxx üzvünün yazılı müraciəti əsasında;
14.18. qiymətli kağızlarla ticarətə bu Qaydaların 14.9-cu bəndində nəzərdə tutulmuş müddətdə başlanılmadıqda;
14.19. qiymətli kağızlarla ticarət 10 (on) iş günündən artıq müddətə dayandırıldıqda.
14.20. məhkəmə qərarı əsasında və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
15. Ticarətin dayandırılması
15.1. Birjanın İdarə Heyəti aşağıdakı hallarda qiymətli kağızlar üzrə ticarəti dayandırır:
15.1.1. qiymətli kağızlar üzrə ödənişlər həyata keçirilmədikdə;
15.1.2. qiymətli kağızların emitentinin iflası və ya ləğvi barəsində qərar qəbul edildikdə;
15.1.3. qiymətli kağız buraxılışının sərbəst tədavülünə məhdudiyyət olduqda və ya bu qiymətli kağızlar ilə ticarətin təşkili və keçirilməsi mümkün olmadıqda (emitentin depozitar ilə müqaviləsi ləğv edildikdə, hesablaşma və klirinq xidmətləri göstərilmədikdə və ya dayandırıldıqda və s.);
15.1.4. qiymətli kağızların ticarəti bazarın normal fəaliyyət rejimini və təhlükəsizliyini pozduqda və ya investorların maraqları üçün təhlükə törətdikdə;
15.1.5. maliyyə böhranı baş verdikdə;
15.1.6. fövqəladə hallar baş verdikdə;
15.1.7. məhkəmə qərarı və ya qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
15.2. Aşağıdakı hallarda listinqdə saxlanılan qiymətli kağızlar üzrə ticarət Listinq Komitəsinin qərarı ilə dayandırılır:
15.2.1. emitent mövcud qanunvericiliyin, bu Qaydaların və listinq müqaviləsinin tələblərini pozduqda;
15.2.2. emitent tərəfindən məlumatlar bu Qaydalar və qanunvericiliklə tələb olunan qaydada və müddətdə açıqlanmadıqda;
15.2.3. qiymətli kağızların emitentinin iflası və ya ləğvi barədə qərarın qəbul edilməsi üçünyığıncaq çağırıldıqda;
15.2.4. emitent emissiya etdiyi qiymətli kağızlar (listinqə daxil edilməmiş) üzrə ödənişləri həyata keçirilmədikdə;
15.2.5. qiymətli kağızların ilkin buraxılış şərtləri, növü və forması dəyişdirildikdə, qiymətli kağızlar xırdalandıqda, birləşdirildikdə, konvertasiya olunduqda, nominalı
dəyişdirildikdə;
15.2.6. emitent tərəfindən bu Qaydalara əsasən təqdim edilən və açıqlanan məlumatlar yanlış olduqda;
15.2.7. emitentin texniki defoltu halında;
15.2.8. emitent Xxxxx qaydaları ilə müəyyən edilmiş ödənişləri, cərimələri vaxtında və ya tam
məbləğdə ödəyə bilmədikdə.
15.3. Ticarətin dayandırılması müddəti qanunvericilikdə digər hal nəzərdə tutulmadıqda 10 (on) işgünündən artıq ola bilməz.
15.4. Qanunvericilikdə digər hal nəzərdə tutulmadıqda, Xxxxx qiymətli kağızların ticarətini dayandırması barədə məlumatı dərhal Mərkəzi Banka təqdim edir və ictimaiyyətə açıqlayır.
15.5. Qiymətli kağızların ticarətinin dayandırılmasına əsas olmuş səbəblər aradan qaldırıldıqda, Xxxxx həmin qiymətli kağızların ticarətinin bərpa edilməsi barədə qərar qəbul edir. Xxxxx ticarətin bərpa olunması barədə məlumatı ictimaiyyətə açıqlayır.
15.6. Emitent ticarətin dayandırıldığı müddət ərzində Xxxxx qaydaları ilə müəyyən edilmiş ödənişlərdən azad edilmir.
VI HİSSƏ: DİGƏR MÜDDƏALAR
16. Təsir tədbirləri
16.1. Bu Qaydaların tələbləri qiymətli kağızları listinqdə saxlanılan emitent tərəfindən pozulduğu halda Listinq Komitəsi tərəfindən aşağıdakı təsir tədbirləri tətbiq edilə bilər:
16.1.1. Xəbərdarlıq – emitent tərəfindən bu Qaydaların əhəmiyyətli hesab edilməyən dərəcədə pozulması və ya emitent tərəfindən Birjanın xidmət haqlarının ödənilməsinin gecikdirilməsinə görə emitentə yazılı xəbərdarlıq verilir. Xəbərdarlıqda 30 (otuz) iş günü ərzində bu Qaydaların əhəmiyyətli hesab edilməyən dərəcədə pozuntunun aradan qaldırılmasıvə ya gecikdirilmiş komisyon haqlarının ödənilməsi ilə bağlı tələb əks olunur.
16.1.2. Cərimə – emitent tərəfindən bu Qaydaların pozulması, bu Qaydaların 16.1.1-ci yarımbəndində göstərilən xəbərdarlığa əməl edilməməsi, habelə Qaydaların pozulması halların təkrarlanmasına görə listinq müqaviləsinə uyğun olaraq cərimə edilir.
Cərimənin məbləği listinq müqaviləsinə uyğun olaraq pozuntunun ciddiliyinə görə Listinq Komitəsi tərəfindən emitent kapitalının 0,1 faizindən 1 faizinədək miqdarda müəyyən edilir. Cərimənin ödənilməsi müvafiq qərarın çıxarıldığı tarixdən 5 (beş) iş günü ərzində emitent tərəfindən icra edilməlidir. Listinq Komitəsi qərar elan edildiyi tarixdən pozuntu emitent tərəfindən aradan qaldırılanadək hər gün üçün cərimə tətbiq edə bilər. Bu halda ümumi cərimənin maksimal həddi Emitentin kapitalının 2%-dən xxx olmamalıdır;
16.1.3. Qiymətli kağızların ticarətinin dayandırılması;
16.1.4. Qiymətli kağızların daha aşağı səviyyəli listinq tələbləri xxxx xxxxx seqmentinə keçirilməsi;
16.1.5. Delistinq – emitent tərəfindən qaydaların davamlı (ən azı 2 dəfə) şəkildə pozulması, o cümlədən bunun nəticəsində bazarın normal iş rejimi və bazar iştirakçılarının hüquqları pozulduqda, Birjanın xidməthaqlarının davamlı (ən azı 2 dəfə) şəkildə ödənilmədikdə Listinq Komitəsi bu emitentin qiymətli kağızlarını delistinq edir.
16.2. Xxxxx emitentə qarşı tətbiq edilən təsir tədbirləri barədə məlumatları Listinq Komitəsinin qərarına əsasən açıqlayır.
16.3. Emitent Listinq Komitəsinın təsir tədbirlərinin tətbiqi haqqında qərarından 5 (beş) iş günü ərzində Birjanin Mübahisələrin həll edilməsi üzrə Komitəsinə, Mərkəzi Banka və ya məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər.
17. Xidmət haqları
17.1. Emitentlər Xxxxx tərəfindən təsdiq edilmiş tarif cədvəli əsasında xidmət haqqı ödəyir.
17.2. Xxxxx xidmət haqlarını özünün internet səhifəsində açıqlayır.
18. Listinq Komitəsi
18.1. Bu Qaydaların tətbiqinə nəzarət etmək və müvafiq qərarlar vermək üçün Listinq Komitəsi yaradılır.
18.2. Listinq Komitəsinin səlahiyyətləri aşağıdakı kimidir:
18.2.1. qiymətli kağızların listinqi, delistinqi və bu Qaydalarda nəzərdə tutulan digər məsələlər barədə qərarlar qəbul etmək;
18.2.2. bu Qaydalarla müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
18.2.3. bu Qaydaların tələbləri pozulduğu halda emitentə qarşı listinq müqaviləsinə uyğun cərimələr və digər təsir tədbirləri tətbiq etmək.
18.3. Listinq Komitəsi tərəfindən qiymətli kağızların listinqə daxil edilməsi üçün ərizə üzrə qəbul edilən qərarlar aşağıdakı kimidir:
18.3.1. Listinq qərarı – emitentin qiymətli kağızlarının listinqə daxil edilməsi barədə Listinq Komitəsi tərəfindən qəbul edilən qərardır.
18.3.2. Listinq üçün ərizənin rədd edilməsi barədə qərar – emitentin qiymətli kağızlarının listinqə daxil edilməsindən imtina edilməsi barədə Listinq Komitəsi tərəfindən qəbul edilən qərardır.
18.3.3. Listinqin təxirə salınması qərarı – emitentin qiymətli kağızlarının listinqə daxil edilməsinin Listinq Komitəsi tərəfindən əsaslandırılmaqla 3 (üç) aydan artıq olmayan müddətə təxirə salınması barədə qərardır.
19. Listinq Komitəsinın strukturu
19.1. Listinq Komitəsinin üzvləri Xxxxxxxx Müşahidə Şurası tərəfindən seçilir və azad edilir. Birjanın Listinq Komitəsi tək xxxxx olmaqla, ən azı 3 (üç) üzvdən ibarət olmalıdır.
19.2. Listinq Komitəsinin üzvləri Müşahidə Xxxxxx tərəfindən növbəti dəfə seçilmək hüququ ilə 3 (üç) il müddətinə seçilirlər.
19.3. Xxxxxxxx əməkdaşları və Listinq Komitəsinin üzvlərinin sayının üçdə birindən xxx olmamaq şərti ilə hüquq və ya maliyyə sahəsində ən azı 3 (üç) il iş təcrübəsinə xxxxx xxxx digər fiziki şəxslər Listinq Komitəsinə üzv seçilə bilər.
19.4. Listinq Komitəsinin sədri Müşahidə Şurası tərəfindən Listinq Komitəsinin üzvləri arasından təyin olunur.
19.5. Listinq Komitəsinin iclasları Listinq Komitəsinin sədri tərəfindən çağırılır. Listinq Komitəsinin üzvlərinin yarısından çoxu iştirak etdikdə iclas baş tutmuş hesab edilir. Listinq Komitəsinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər
bölündükdə, iclasa sədrlik edən şəxsin səsi həlledicidir.
19.6. Listinq Komitəsinin bütün iclasları protokolaşdırılmalı və səsvermədə iştirak edən bütün üzvlər tərəfindən imzalanmalıdır.
19.7. Listinq Komitəsi tərəfindən iclasın gündəliyinə hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli vəbu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.
20. Birjanın öhdəlikləri
20.1. Xxxxx aşağıdakı öhdəliklərə malikdir:
20.1.1. Ticarət buraxılan qiymətli kağızların müntəzəm və şəffaf ticarəti üçün lazımi şərait yaratmaq;
20.1.2. Ticarət buraxılan qiymətli kağızların ticarəti haqqında məlumatları mütəmadi olaraq dərc etmək;
20.1.3. Qiymətli kağızların ticarəti üzrə Xxxxx tərəfindən açıqlanmalı xxxx məlumatlar istisna olmaqla qiymətli kağızların emitentinin və ya qiymətli kağızların mülkiyyətçisinin adından çıxış edənbirja üzvünün Birjaya təqdim etdiyi, xxxxx onun xxx tərəfindən ictimaiyyətə açıqlanmamış məlumatı emitentin və ya qiymətli kağızların mülkiyyətçisinin adından çıxış edən xxxxx üzvünün razılığı olmadan açıqlamamaq;
20.1.4. Daxili qaydaları və ya onlara edilmiş dəyişiklikləri təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq açıqlamaq.
20.2. Xxxxx, emitent ya qiymətli kağızların mülkiyyətçisinin adından çıxış edən Xxxxx üzvü tərəfindən təqdim edilən və bu Qaydalara əsasən qiymətli kağız mülkiyyətçisinə, emitentə və onun onların fəaliyyətinə dair açıqlanan məlumatların dürüstlüyünə görə məsuliyyət daşımır.
“Bakı Fond Birjası” QSC-də qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətinin təşkili qaydaları” Forma №1
Tarix:
“Bakı Fond Birjası” QSC-də
qiymətli kağızların listinqə daxil edilməsi üçün ƏRİZƏ-ANKET (FORMA №1)
A. Ümumi məlumat | |
A1. Emitentin adı | |
A2. Emitentin hüquqi ünvanı | |
A3. Əlaqə vasitələri (telefon, faks, e-mail) | |
A4. Emitentin internet səhifəsi ünvanı (olduqda) | |
A5. Əlaqələdirici şəxs (telefon, faks, e-mail) | |
B. Əsas fəaliyyət göstəriciləri | |
B1. Emitentin fəaliyyət müddəti | |
B2. Emitentin nizamnamə kapitalının həcmi | |
B3. Emitent barəsində iflas proseduru başlanılıb və ya, vaxtaşırı müflisləşmə problemləri yaranıbmı? | □ BƏLİ tarix □ XEYR |
B4. İdarəetmə orqanlarında son 3 (üç) ay ərzində mühüm dəyişikliklər baş veribmi? | □ BƏLİ hansı □ XEYR |
B5. Emitentin buraxdığı qiymətli kağızların sahiblərinin reyestri mərkəzi depozitar tərəfindən | □ BƏLİ □ XEYR |
aparılırmı? | ||
B6. Emitent son maliyyə ilini xalis mənfəətlə başa vurubmu? | □ BƏLİ | □ XEYR |
B7. Emitent maliyyə hesabatlarını hansı standartlara uyğun olaraq hazırlayır? | □ Mühasibat uçotunun beynəlxalq standarları (MHBS) □ Yerli mühasibat uçotu standartları □ Digər | |
B8. Emitent əsas cəmiyyətdirsə, MHBS-a uyğun konsolidə olunmuş illik hesabat hazırlayıbmı? | □ BƏLİ | □ XEYR |
B9. Emitent kənar (müstəqil) auditor tərəfindən auditdən keçmişdirmi (son dövr üzrə)? | □ BƏLİ | □ XEYR |
B10. Emitentin müşahidə şurasının neçə üzvü vardır | ||
B11. Emitentin daxili audit komitəsi mövcuddurmu? | □ BƏLİ | □ XEYR |
C. Listinqə daxil edilməsi üçün müraciət olunan qiymətli kağızlar | ||
C1. Qiymətli kağızların növü | ||
C2. Qiymətli kağızların ISIN nömrəsi | ||
C3. Qiymətli kağızların sayı | ||
C4. Qiymətli kağızların nominal dəyəri | ||
C5. Yerləşdirmə olduqda, ticarətin başlanılması tarixi | ||
C6. Yerləşdirmə olduqda, anderraytinq xidməti göstərən investisiya şirkət(lər)inin adı | ||
C7. Emitentin qiymətli kağızları digər birjalarda listinqdə saxlanılırsa, həmin birjaların adları | ||
D. Sərbəst tədavül həcmi (Bu məlumat yalnız səhm buraxılışı zamanı emitentdən tələb olunur) | ||
D1. Həcmin ümumi dəyəri | ||
D2. Həcmin faizlə göstəricisi (nizamnamə kapitalına nisbətdə) |
D3. Sərbəst tədavül həcmi ən azı 50 səhmdar arasında bölüşdürülmüşdür | □ BƏLİ Say □ XEYR |
D4. Hər bir səhmdar sərbəst tədavül həcminin 5 (beş) faizindən artıq paya sahib deyil | □ BƏLİ □ XEYR |
E. Emitentin zəruri hesab etdiyi digər məlumatlar | |
Qeyd: Bu anket emitentin səlahiyyətli şəxsi tərəfindən doldurulur və təsdiq edilir. Emitentin səlahiyyətli şəxsi anketdə verilmiş məlumatların və təqdim olunan sənədlərin düzgünlüyünə görə məsuliyyət daşıyır.
Səlahiyyətli şəxsin A.A.S.: Səlahiyyətli şəxsin vəzifəsi:
İmza: M.Y.
“Bakı Fond Birjası” QSC-də qiymətli kağızların listinqə daxil olunması,listinqdə saxlanması, delistinqi və ticarətinin təşkili qaydaları” Forma №2
Tarix:
“Bakı Fond Birjası” QSC-də
Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların qiymətli kağızlarının listinqə daxil edilməsi üçün
ƏRİZƏ-ANKET (FORMA №2)
A. Ümumi məlumat | |
A1. Emitentin adı | |
A2. Emitentin hüquqi və ya faktiki ünvanı | |
A3. Əlaqə vasitələri (telefon, faks, e-mail) | |
A4. Emitentin internet səhifəsinin ünvanı (olduqda) | |
A5. Əlaqələndirici şəxs (telefon, faks, e-mail) | |
B. Əsas fəaliyyət göstəriciləri | |
B1. Emitentin fəaliyyət müddəti | |
B2. Emitentin nizamnamə kapitalının həcmi | |
B3. Emitent son maliyyə ilini xalis mənfəətlə başa vurubmu? | □ BƏLİ □ XEYR |
B4. Emitentin Azərbaycan Respublikasında buraxdığı qiymətli kağızların mülkiyyətçilərinin reyestri mərkəzi depozitar tərəfindən aparılırmı? | □ BƏLİ □ XEYR |
B5. Emitent maliyyə hesabatlarını hansı standartlara uyğun olaraq hazırlayır? | □ Mühasibat uçotunun beynəlxalq standarları (MHBS) □ Yerli mühasibat uçotu standartları □ Digər |
B6. Emitent kənar (müstəqil) auditor tərəfindən auditdən keçmişdirmi (son dövr üzrə)? | □ BƏLİ □ XEYR |
C. Listinqə daxil edilməsi üçün müraciət olunan qiymətli kağızlar |
C1. Qiymətli kağızların növü | |
C2. Qiymətli kağızların ISIN nömrəsi | |
C3. Qiymətli kağızların sayı | |
C4. Qiymətli kağızların nominal dəyəri | |
C5. Yerləşdirmə olduqda, ticarətin başlanılması tarixi | |
C6. Yerləşdirmə olduqda, anderraytinq xidməti göstərən investisiya şirkət(lər)inin adı | |
C7. Emitentin qiymətli kağızları digər birjalarda listinqdə saxlanılırsa, həmin birjaların adları | |
D. Emitentin zəruri hesab etdiyi digər məlumatlar | |
Qeyd: Bu anket emitentin səlahiyyətli şəxsi tərəfindən doldurulur və təsdiq edilir. Emitentin səlahiyyətli şəxsi anketdə verilmiş məlumatların və təqdim olunan sənədlərin düzgünlüyünə görə məsuliyyət daşıyır.
Səlahiyyətli şəxsin A.A.S.: Səlahiyyətli şəxsin vəzifəsi:
İmza: M.Y.
Tarix:
“Bakı Fond Birjası” QSC-də qiymətli kağızların listinqə daxil olunması,listinqdə saxlanması, delistinqi və ticarətinin təşkili qaydaları” Forma №3
“Bakı Fond Birjası" QSC-də
qiymətli kağızların qeyri-listinq siyahısına daxil edilməsi üçün ƏRİZƏ-ANKET (FORMA №3)
Ümumi məlumat | ||||
Emitentin adı | Qiymətli kağızın növü | Dövlət qeydiyyat nömrəsi | Ticarətə buraxılma qiyməti | Ticarətə başlanılma tarixi |
Qeyd: Bu anket xxxxx üzvünün səlahiyyətli şəxsi tərəfindən doldurulur və təsdiq edilir. Xxxxx üzvününsəlahiyyətli şəxsi anketdə verilmiş məlumatların düzgünlüyünə və “Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətinin təşkili qaydaları”nın 14.7-ci bəndinin tələblərinin pozulmasına görə məhsuliyyət daşıyır.
Səlahiyyətli şəxsin A.A.S.: Səlahiyyətli şəxsin vəzifəsi:
İmza: M.Y.
Tarix:
“Bakı Fond Birjası” QSC-də qiymətli kağızların listinqə daxil olunması,listinqdə saxlanması, delistinqi və ticarətinin təşkili qaydaları” Forma №4
“Bakı Fond Birjası” QSC-də
qiymətli kağızların qapalı yerləşdirilməsi üçün ƏRİZƏ-ANKET (FORMA №4)
A. Ümumi məlumat | |
A1. Emitentin adı | |
A2. Emitentin hüquqi ünvanı | |
A3. Əlaqə vasitələri (telefon, faks, e-mail) | |
A4. Emitentin internet səhifəsi ünvanı (olduqda) | |
A5. Əlaqələdirici şəxs (telefon, faks, e-mail) | |
B. Listinqə alınacaq qiymətli kağızlar barədə məlumat | |
B1. Qiymətli kağızların növü | |
B2. Qiymətli kağızların ISIN nömrəsi | |
B3. Qiymətli kağızların sayı | |
B4. Qiymətli kağızların nominal dəyəri | |
B5. Ticarətin başlanılması və bitməsi tarixi | |
B6. Yerləşdirməni həyata keçirən investisiya şirkətinin adı | |
Emitentin zəruri hesab etdiyi digər məlumatlar | |
Qeyd: Bu anket emitentin səlahiyyətli şəxsi tərəfindən doldurulur və təsdiq edilir. Emitentin səlahiyyətli şəxsi
anketdə verilmiş məlumatların və təqdim olunan sənədlərin düzgünlüyünə görə məsuliyyət daşıyır.
Səlahiyyətli şəxsin A.A.S.:
Səlahiyyətli şəxsin vəzifəsi
İmza: M.Y.
“Bakı Fond Birjası” QSC-də qiymətli kağızların listinqə daxil olunması,listinqdə saxlanması, delistinqi və ticarətinin təşkili qaydaları” Forma №5
Tarix:
“Bakı Fond Birjası” QSC-də
Yerli hüquqi şəxsin mülkiyyətçisi olduğu qiymətli kağızların ticarətə buraxılması üçün
ƏRİZƏ-ANKET (FORMA №5)
A. Mülkiyyətçi haqqında məlumat | |
A1. Mülkiyyətçinin adı | |
A2. Mülkiyyətçinin hüquqi ünvanı | |
A3. Əlaqə vasitələri (telefon, faks, e-mail) | |
A4. Əlaqələdirici şəxs (telefon, faks, e-mail) | |
B. Ticarətə buraxılacaq qiymətli kağızzlar barədə məlumat | |
B1. Qiymətli kağızların növü | |
B2. Qiymətli kağızların ISIN nömrəsi | |
B3. Qiymətli kağızların sayı | |
B4. Qiymətli kağızların nominal dəyəri | |
B5. Qiymətli kağız üzrə faiz ödənişi ( olduqda) | |
B6. Qiymətli kağızın faiz ödənişi aralığı ( olduqda) | |
B7. Qiymətli kağızın tədavül müddəti (olduqda) | |
B8. Ticarətin başlanılması tarixi |
Qiymətli kağızlar barədə zəruri hesab oluna digər məlumatlar
Qeyd: Bu anket səlahiyyətli şəxsi tərəfindən doldurulur və təsdiq edilir. Səlahiyyətli şəxs anketdə verilmiş məlumatların və təqdim olunan sənədlərin düzgünlüyünə görə məsuliyyət daşıyır.
Səlahiyyətli şəxsin A.A.S.: Səlahiyyətli şəxsin vəzifəsi:
İmza: M.Y.